# File Name: Holy-Bible---Azerbaijani---Azerbaijani-Bible---Standard-Edition.noia # File Size: 4630562 # File Date: 03/27/2024 22:49:05 # File Purpose: Supporting resource for the Aionian Bible project # File Location: https://resources.AionianBible.org # File Copyright: Creative Commons Attribution No Derivative Works 4.0, 2018-2024 # File Generator: ABCMS (alpha) # File Accuracy: Contact publisher with corrections to file format or content # Publisher Name: Nainoia Inc # Publisher Contact: https://www.AionianBible.org/Publisher # Publisher Mission: https://www.AionianBible.org/Preface # Publisher Website: https://NAINOIA-INC.signedon.net # Publisher Facebook: https://www.Facebook.com/AionianBible # Bible Name: Azərbaycan dilində Müqəddəs Kitab # Bible Name English: Azerbaijani Bible # Bible Language: Azeri # Bible Language English: Azerbaijani, South # Bible Copyright Format: CC Attribution NoDerivatives NonCommercial 4.0, 2018-2024 # Bible Copyright Text: CC Attribution NoDerivatives Noncommercial 4.0 # Bible Source: Bible Society of Azerbaijan and Institute for Bible Translation # Bible Source Version: 2/21/2024 # Bible Source Link: https://ebible.org/details.php?id=azb # Bible Source Year: 2008 # Bible Format: Standard formatting without annotation # INDEX BOOK CHAPTER VERSE TEXT # # BOOK 001 GEN Genesis Yaradiliş 001 GEN 001 001 Başlanğıcda Allah göyləri və yeri yaratdı. 001 GEN 001 002 Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. 001 GEN 001 003 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. 001 GEN 001 004 Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. 001 GEN 001 005 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. 001 GEN 001 006 Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». 001 GEN 001 007 Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. 001 GEN 001 008 Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi. 001 GEN 001 009 Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. 001 GEN 001 010 Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. 001 GEN 001 011 Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. 001 GEN 001 012 Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. 001 GEN 001 013 Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi. 001 GEN 001 014 Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. 001 GEN 001 015 Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. 001 GEN 001 016 Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. 001 GEN 001 017 Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, 001 GEN 001 018 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. 001 GEN 001 019 Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi. 001 GEN 001 020 Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». 001 GEN 001 021 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 001 GEN 001 022 Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». 001 GEN 001 023 Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi. 001 GEN 001 024 Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. 001 GEN 001 025 Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 001 GEN 001 026 Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin». 001 GEN 001 027 Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. 001 GEN 001 028 Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 001 GEN 001 029 Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. 001 GEN 001 030 Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. 001 GEN 001 031 Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi. 001 GEN 002 001 Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. 001 GEN 002 002 Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. 001 GEN 002 003 Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi. 001 GEN 002 004 Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda 001 GEN 002 005 yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı. 001 GEN 002 006 Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. 001 GEN 002 007 Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. 001 GEN 002 008 Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. 001 GEN 002 009 Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. 001 GEN 002 010 Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü. 001 GEN 002 011 Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. 001 GEN 002 012 Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var. 001 GEN 002 013 İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. 001 GEN 002 014 Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır. 001 GEN 002 015 Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. 001 GEN 002 016 Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. 001 GEN 002 017 Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən». 001 GEN 002 018 Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». 001 GEN 002 019 Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı. 001 GEN 002 020 İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı. 001 GEN 002 021 O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 001 GEN 002 022 Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. 001 GEN 002 023 İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb». 001 GEN 002 024 Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. 001 GEN 002 025 Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar. 001 GEN 003 001 Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» 001 GEN 003 002 Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. 001 GEN 003 003 Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» 001 GEN 003 004 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. 001 GEN 003 005 Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». 001 GEN 003 006 Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. 001 GEN 003 007 O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. 001 GEN 003 008 Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. 001 GEN 003 009 Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» 001 GEN 003 010 O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». 001 GEN 003 011 Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» 001 GEN 003 012 Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». 001 GEN 003 013 Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». 001 GEN 003 014 Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən. 001 GEN 003 015 Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına Düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan». 001 GEN 003 016 Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək». 001 GEN 003 017 Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən. 001 GEN 003 018 O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən. 001 GEN 003 019 Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan». 001 GEN 003 020 Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. 001 GEN 003 021 Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi. 001 GEN 003 022 Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!» 001 GEN 003 023 Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. 001 GEN 003 024 Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar. 001 GEN 004 001 Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». 001 GEN 004 002 Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi. 001 GEN 004 003 Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. 001 GEN 004 004 Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, 001 GEN 004 005 ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. 001 GEN 004 006 Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? 001 GEN 004 007 Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən». 001 GEN 004 008 Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 001 GEN 004 009 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 001 GEN 004 010 Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 001 GEN 004 011 İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 001 GEN 004 012 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 001 GEN 004 013 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 001 GEN 004 014 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 001 GEN 004 015 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. 001 GEN 004 016 Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı. 001 GEN 004 017 Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi. 001 GEN 004 018 Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi. 001 GEN 004 019 Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi. 001 GEN 004 020 Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu. 001 GEN 004 021 Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu. 001 GEN 004 022 Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi. 001 GEN 004 023 Bir dəfə Lemek arvadlarına dedi: «Ey Ada və Silla, səsimi eşidin, Ey Lemekin arvadları, sözümə qulaq asın: Məni yaraladığı üçün Bir adam öldürdüm, Məni zədələdiyi üçün Bir cavan öldürdüm. 001 GEN 004 024 Qabil üçün yeddi qat qisas alınacaqsa, Lemek üçün yetmiş yeddi qat alınacaq». 001 GEN 004 025 Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». 001 GEN 004 026 Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı. 001 GEN 005 001 Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı. 001 GEN 005 002 Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı. 001 GEN 005 003 Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu. 001 GEN 005 004 Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 005 Adəm doqquz yüz otuz il ömür sürüb öldü. 001 GEN 005 006 Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu. 001 GEN 005 007 Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 008 Şet doqquz yüz on iki il ömür sürüb öldü. 001 GEN 005 009 Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu. 001 GEN 005 010 Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 011 Enoş doqquz yüz beş il ömür sürüb öldü. 001 GEN 005 012 Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu. 001 GEN 005 013 Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 014 Qenan doqquz yüz on il ömür sürüb öldü. 001 GEN 005 015 Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu. 001 GEN 005 016 Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 017 Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü. 001 GEN 005 018 Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu. 001 GEN 005 019 Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 020 Yered doqquz yüz altmış iki il ömür sürüb öldü. 001 GEN 005 021 Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu. 001 GEN 005 022 Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 023 Xanok üç yüz altmış beş il yaşadı. 001 GEN 005 024 O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü. 001 GEN 005 025 Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu. 001 GEN 005 026 Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 027 Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü. 001 GEN 005 028 Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu. 001 GEN 005 029 O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu. 001 GEN 005 030 Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun başqa oğulları və qızları oldu. 001 GEN 005 031 Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü. 001 GEN 005 032 Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu. 001 GEN 006 001 İnsanlar yer üzündə çoxalmağa başladı və onların qızları doğuldu. 001 GEN 006 002 O zaman Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər. 001 GEN 006 003 Rəbb dedi: «Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il olacaq». 001 GEN 006 004 Həmin dövrdə və Allah oğulları insan qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə böyük adamlar yaşayırdı. Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi. 001 GEN 006 005 Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. 001 GEN 006 006 O, yer üzündə insanları yaratdığına peşman oldu və ürəyində kədərləndi. 001 GEN 006 007 Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam». 001 GEN 006 008 Ancaq Nuh Rəbbin gözündə lütf tapdı. 001 GEN 006 009 Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol gedirdi. 001 GEN 006 010 Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs. 001 GEN 006 011 Ancaq Allahın önündə yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. 001 GEN 006 012 Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı. 001 GEN 006 013 Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm. 001 GEN 006 014 Özünə qofer ağacından bir gəmi düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan qatran vur. 001 GEN 006 015 Gəmini belə düzəlt: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü isə otuz qulac olsun. 001 GEN 006 016 Gəminin üstündən bir qulac aşağı pəncərə açarsan və qapısını yan tərəfdən qoyarsan. Gəminin üç mərtəbəsi olsun: biri altda, biri ortada, biri də üstdə. 001 GEN 006 017 Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək. 001 GEN 006 018 Ancaq əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən. 001 GEN 006 019 Bütün heyvanlardan, canlı məxluqlardan bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın. 001 GEN 006 020 Növlərinə görə quşların, heyvanların və yerdə sürünənlərin hər birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın. 001 GEN 006 021 Həmçinin özünlə birlikdə hər cür azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun». 001 GEN 006 022 Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi. 001 GEN 007 001 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm. 001 GEN 007 002 Hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür, 001 GEN 007 003 həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür; qoy bütün yer üzündə onların nəsli kəsilməsin. 001 GEN 007 004 Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». 001 GEN 007 005 Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi. 001 GEN 007 006 Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. 001 GEN 007 007 Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. 001 GEN 007 008 Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin 001 GEN 007 009 erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 001 GEN 007 010 Yeddi gün sonra yer üzündə daşqın oldu. 001 GEN 007 011 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. 001 GEN 007 012 Yer üzünə qırx gün-qırx gecə yağış yağdı. 001 GEN 007 013 Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. 001 GEN 007 014 Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi: 001 GEN 007 015 həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 001 GEN 007 016 Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü. 001 GEN 007 017 Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. 001 GEN 007 018 Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. 001 GEN 007 019 Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. 001 GEN 007 020 Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. 001 GEN 007 021 Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. 001 GEN 007 022 Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. 001 GEN 007 023 Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 001 GEN 007 024 Yüz əlli gün ərzində su yer üzündə çoxaldı. 001 GEN 008 001 Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı. 001 GEN 008 002 Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı. 001 GEN 008 003 Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı. 001 GEN 008 004 Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. 001 GEN 008 005 Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü. 001 GEN 008 006 Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb 001 GEN 008 007 bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. 001 GEN 008 008 Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. 001 GEN 008 009 Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı. 001 GEN 008 010 O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. 001 GEN 008 011 Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. 001 GEN 008 012 O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı. 001 GEN 008 013 Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. 001 GEN 008 014 İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu. 001 GEN 008 015 Allah Nuha dedi: 001 GEN 008 016 «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 001 GEN 008 017 Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». 001 GEN 008 018 Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. 001 GEN 008 019 Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər. 001 GEN 008 020 Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. 001 GEN 008 021 Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm. 001 GEN 008 022 Dünya durduqca Əkin-biçin, isti-soyuq, Yay-qış və gecə-gündüz Sona yetməyəcək». 001 GEN 009 001 Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün. 001 GEN 009 002 Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib. 001 GEN 009 003 Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm. 001 GEN 009 004 Ancaq əti onun canı olan qanla birgə yeməyin. 001 GEN 009 005 Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan – qardaşının canını alan hər kəsdən əvəzini alacağam. 001 GEN 009 006 Kim insan qanı töksə, Onun da qanı İnsan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb. 001 GEN 009 007 Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın». 001 GEN 009 008 Allah Nuha və yanında olan oğullarına dedi: 001 GEN 009 009 «Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram, 001 GEN 009 010 gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. 001 GEN 009 011 Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək». 001 GEN 009 012 Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla nəsillər boyu əbədi olaraq bağladığım əhdin əlaməti budur: 001 GEN 009 013 buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. 001 GEN 009 014 Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. 001 GEN 009 015 Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək. 001 GEN 009 016 Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam». 001 GEN 009 017 Allah yenə Nuha dedi: «Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti budur». 001 GEN 009 018 Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi. 001 GEN 009 019 Nuhun üç oğlu bunlardır və yer üzündə yayılan bütün insanlar onlardan törədi. 001 GEN 009 020 Nuh torpağı becərməyə başladı və bir üzüm bağı saldı. 001 GEN 009 021 O, şərab içib sərxoş oldu və öz çadırında çılpaq uzandı. 001 GEN 009 022 Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına söylədi. 001 GEN 009 023 Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər. 001 GEN 009 024 Nuh öz sərxoşluğundan ayıldı və kiçik oğlunun əməlini bilib dedi: 001 GEN 009 025 «Kənana lənət olsun, Öz qardaşlarının qullarına qul olsun». 001 GEN 009 026 Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun, Kənan ona qul olsun. 001 GEN 009 027 Allah Yafəsə genişlik versin, Samın çadırlarında yaşasın. Kənan ona qul olsun». 001 GEN 009 028 Nuh daşqından sonra üç yüz əlli il yaşadı. 001 GEN 009 029 O, doqquz yüz əlli il ömür sürüb öldü. 001 GEN 010 001 Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu. 001 GEN 010 002 Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. 001 GEN 010 003 Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. 001 GEN 010 004 Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim. 001 GEN 010 005 Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı. 001 GEN 010 006 Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. 001 GEN 010 007 Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. 001 GEN 010 008 Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. 001 GEN 010 009 Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir. 001 GEN 010 010 Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi. 001 GEN 010 011 O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı, 001 GEN 010 012 Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi. 001 GEN 010 013 Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular, 001 GEN 010 014 Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. 001 GEN 010 015 Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, 001 GEN 010 016 həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, 001 GEN 010 017 Xivlilər, Arqlılar, Sinlilər, 001 GEN 010 018 Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı. 001 GEN 010 019 Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı. 001 GEN 010 020 Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi. 001 GEN 010 021 Everin bütün oğullarının əcdadı və böyük olan Yafəsin qardaşı Samın da oğulları oldu. 001 GEN 010 022 Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram. 001 GEN 010 023 Aramın oğulları: Us, Xul, Geter və Maş. 001 GEN 010 024 Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi. 001 GEN 010 025 Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. 001 GEN 010 026 Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, 001 GEN 010 027 Hadoram, Uzal, Diqla, 001 GEN 010 028 Oval, Avimael, Səba, 001 GEN 010 029 Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi. 001 GEN 010 030 Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı. 001 GEN 010 031 Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi. 001 GEN 010 032 Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı. 001 GEN 011 001 Bütün dünyada bir dil və bir danışıq var idi. 001 GEN 011 002 İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar. 001 GEN 011 003 Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər. 001 GEN 011 004 Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq». 001 GEN 011 005 Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi. 001 GEN 011 006 Rəbb dedi: «Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq. 001 GEN 011 007 Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər». 001 GEN 011 008 Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı. 001 GEN 011 009 Buna görə də o yerin adına Babil dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı. 001 GEN 011 010 Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad doğuldu. 001 GEN 011 011 Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 012 Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu. 001 GEN 011 013 Şelah doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 014 Şelah otuz yaşında olanda oğlu Ever doğuldu. 001 GEN 011 015 Ever doğulandan sonra Şelah dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 016 Ever otuz dörd yaşında olanda oğlu Peleq doğuldu. 001 GEN 011 017 Peleq doğulandan sonra Ever dörd yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 018 Peleq otuz yaşında olanda oğlu Reu doğuldu. 001 GEN 011 019 Reu doğulandan sonra Peleq iki yüz doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 020 Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu. 001 GEN 011 021 Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 022 Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu. 001 GEN 011 023 Naxor doğulandan sonra Seruq iki yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 024 Naxor iyirmi doqquz yaşında olanda oğlu Terah doğuldu. 001 GEN 011 025 Terah doğulandan sonra Naxor yüz on doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 001 GEN 011 026 Terah yetmiş yaşında olanda oğulları İbram, Naxor və Haran doğuldu. 001 GEN 011 027 Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və Haran törədi. Harandan Lut törədi. 001 GEN 011 028 Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü. 001 GEN 011 029 İbram və Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları idi. 001 GEN 011 030 Saray sonsuz idi, onun uşağı olmurdu. 001 GEN 011 031 Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar. 001 GEN 011 032 Terah iki yüz beş il ömür sürüb Xaranda öldü. 001 GEN 012 001 Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. 001 GEN 012 002 Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. 001 GEN 012 003 Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». 001 GEN 012 004 İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi. 001 GEN 012 005 İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər. 001 GEN 012 006 İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. 001 GEN 012 007 Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. 001 GEN 012 008 Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı. 001 GEN 012 009 İbram tədricən cənuba doğru hərəkət edirdi. 001 GEN 012 010 Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük aclıq hökm sürürdü. 001 GEN 012 011 O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan. 001 GEN 012 012 Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. 001 GEN 012 013 Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram». 001 GEN 012 014 İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər. 001 GEN 012 015 Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı. 001 GEN 012 016 Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu. 001 GEN 012 017 Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi. 001 GEN 012 018 Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin? 001 GEN 012 019 Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get». 001 GEN 012 020 Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar. 001 GEN 013 001 İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut da onunla idi. 001 GEN 013 002 İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu. 001 GEN 013 003 Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi. 001 GEN 013 004 İbram ilk vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbin adını çağırdı. 001 GEN 013 005 İbramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları var idi. 001 GEN 013 006 Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər. 001 GEN 013 007 İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı. 001 GEN 013 008 İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq. 001 GEN 013 009 Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm». 001 GEN 013 010 Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi. 001 GEN 013 011 Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı. 001 GEN 013 012 İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu. 001 GEN 013 013 Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi. 001 GEN 013 014 Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax. 001 GEN 013 015 Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm. 001 GEN 013 016 Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər. 001 GEN 013 017 Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm». 001 GEN 013 018 İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi. 001 GEN 014 001 Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal 001 GEN 014 002 Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı. 001 GEN 014 003 Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi. 001 GEN 014 004 Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər. 001 GEN 014 005 On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri, 001 GEN 014 006 çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar. 001 GEN 014 007 Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar. 001 GEN 014 008 Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib, 001 GEN 014 009 Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi. 001 GEN 014 010 Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar. 001 GEN 014 011 Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb getdilər. 001 GEN 014 012 İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı. 001 GEN 014 013 Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər verdi. O, Eşkolun və Anerin qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar İbramın müttəfiqləri idi. 001 GEN 014 014 İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi. 001 GEN 014 015 Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər. 001 GEN 014 016 İbram qarət olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı geri qaytardı. 001 GEN 014 017 İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. 001 GEN 014 018 Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. 001 GEN 014 019 Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. 001 GEN 014 020 Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi. 001 GEN 014 021 Sodom padşahı İbrama dedi: «Adamlarımı mənə ver, əmlak isə sənə qalsın». 001 GEN 014 022 Ancaq İbram Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki, 001 GEN 014 023 sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım. 001 GEN 014 024 Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün». 001 GEN 015 001 Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». 001 GEN 015 002 İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». 001 GEN 015 003 İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq». 001 GEN 015 004 Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». 001 GEN 015 005 Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». 001 GEN 015 006 İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. 001 GEN 015 007 Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». 001 GEN 015 008 İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» 001 GEN 015 009 Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir». 001 GEN 015 010 İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı. 001 GEN 015 011 Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu. 001 GEN 015 012 Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü. 001 GEN 015 013 Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək. 001 GEN 015 014 Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. 001 GEN 015 015 Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra sülh içində öləcəksən. 001 GEN 015 016 Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb». 001 GEN 015 017 Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək parçalanmış heyvanların arasından keçdi. 001 GEN 015 018 O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları – 001 GEN 015 019 Qenlilərin, Qenizlilərin, Qadmonluların, 001 GEN 015 020 Xetlilərin, Perizlilərin, Rafalıların, 001 GEN 015 021 Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm». 001 GEN 016 001 İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi. 001 GEN 016 002 Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı. 001 GEN 016 003 İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. 001 GEN 016 004 İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı. 001 GEN 016 005 Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin». 001 GEN 016 006 İbram Saraya dedi: «Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar etməyə başladı və qarabaşı onun yanından qaçdı. 001 GEN 016 007 Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı. 001 GEN 016 008 Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram». 001 GEN 016 009 Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol». 001 GEN 016 010 Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək». 001 GEN 016 011 Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən, Bir oğul doğacaqsan. Onun adını İsmail qoyarsan, Çünki Rəbb əziyyət içində fəryadını eşitdi. 001 GEN 016 012 O, insanlar arasında Vəhşi eşşək kimi olacaq: O hamıya, Hamı isə ona qarşı çıxacaq, Bütün qardaşları ilə yola getməyərək yaşayacaq». 001 GEN 016 013 Həcər onunla danışan Rəbbi «Sən El-Roisən» adlandırdı, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm». 001 GEN 016 014 Buna görə də həmin bulaq Beer-Laxay-Roi adlanır. O, Qadeşlə Beredin arasında yerləşir. 001 GEN 016 015 Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu. 001 GEN 016 016 Həcər ona İsmaili doğanda İbramın səksən altı yaşı var idi. 001 GEN 017 001 İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. 001 GEN 017 002 Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam». 001 GEN 017 003 İbram üzüstə düşdü. Allah onunla danışıb dedi: 001 GEN 017 004 «Mən səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan. 001 GEN 017 005 Daha sənə İbram deyilməyəcək, bu gündən adın İbrahim olacaq, çünki səni çoxlu millətin atası etdim. 001 GEN 017 006 Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq. 001 GEN 017 007 Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam. 001 GEN 017 008 Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam». 001 GEN 017 009 Sonra Allah İbrahimə dedi: «Sən və səndən sonrakı övladların nəsillər boyu əhdimə əməl edin. 001 GEN 017 010 Mənim səninlə və səndən sonrakı nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər sünnət olunsun. 001 GEN 017 011 Sünnət ətinizi kəsin; bu Mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq. 001 GEN 017 012 Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin. 001 GEN 017 013 Evinizdə doğulmuş yaxud satın alınmış hər uşaq mütləq sünnət olunmalıdır. Beləcə Mənim əhdimin əlaməti əbədi olaraq bədəninizdə olacaq. 001 GEN 017 014 Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq». 001 GEN 017 015 Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara olacaq. 001 GEN 017 016 Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq». 001 GEN 017 017 İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» 001 GEN 017 018 Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» 001 GEN 017 019 Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm. 001 GEN 017 020 İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. 001 GEN 017 021 Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam». 001 GEN 017 022 Allah İbrahimlə söhbətini bitirərək ondan ayrılıb yuxarı çəkildi. 001 GEN 017 023 İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər kəsi – öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona dediyi kimi sünnət etdi. 001 GEN 017 024 Sünnət əti kəsilən vaxt İbrahim doxsan doqquz yaşında idi. 001 GEN 017 025 Oğlu İsmail isə sünnət əti kəsilən vaxt on üç yaşında idi. 001 GEN 017 026 İbrahim oğlu İsmaillə birgə həmin gün sünnət olundu. 001 GEN 017 027 Onunla birgə evdəki bütün kişilər – evində doğulan və yadellilərdən satın alınmış hər kəs sünnət olundu. 001 GEN 018 001 Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu. 001 GEN 018 002 O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: 001 GEN 018 003 «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. 001 GEN 018 004 İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. 001 GEN 018 005 Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Onlar dedilər: «Dediyin kimi elə». 001 GEN 018 006 İbrahim çadıra – Saranın yanına qaçıb dedi: «Tez ol, üç sea narın un götürüb xəmir yoğur və kökə bişir». 001 GEN 018 007 İbrahim mal-qaraya tərəf qaçdı. Oradan körpə və yaxşı bir buzov götürüb nökərinə verdi. Nökər də onu hazırlamaq üçün tələsdi. 001 GEN 018 008 İbrahim kəsmiyi, südü və hazırladığı buzovu götürüb onların qabağına qoydu, özü isə ağacın altında, onların yanında durdu. Onlar da yedilər. 001 GEN 018 009 Sonra İbrahimə dedilər: «Arvadın Sara haradadır?» O dedi: «Burada çadırdadır». 001 GEN 018 010 Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı. 001 GEN 018 011 İbrahim və Sara qocalıb yaşa dolmuşdular. Sara aybaşıdan kəsilmişdi. 001 GEN 018 012 O, ürəyində gülüb dedi: «Qocaldığım halda mənə belə şadlıq üz verə bilərmi? Ağam da qocadır». 001 GEN 018 013 Rəbb İbrahimə dedi: «Sara nə üçün “Qocaldıqdan sonra mən uşaq doğa bilərəmmi?” deyib güldü? 001 GEN 018 014 Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq». 001 GEN 018 015 Sara qorxduğu üçün «gülmədim» deyib inkar etdi. Ancaq Rəbb dedi: «Xeyr, güldün». 001 GEN 018 016 O adamlar qalxıb oradan Sodoma tərəf baxdılar. İbrahim onları yola salmaq üçün onlarla birgə getdi. 001 GEN 018 017 O vaxt Rəbb dedi: «Mən edəcəyim şeyi İbrahimdən gizlədəcəyəmmi? 001 GEN 018 018 Həqiqətən, İbrahimdən böyük və güclü bir millət törəyəcək, onun vasitəsilə yer üzünün bütün millətləri xeyir-dua alacaq. 001 GEN 018 019 Çünki Mən onu seçdim ki, oğullarına və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin». 001 GEN 018 020 Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. 001 GEN 018 021 Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim». 001 GEN 018 022 O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. 001 GEN 018 023 İbrahim yaxın gəlib dedi: «Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? 001 GEN 018 024 Əgər bu şəhərdə əlli nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Əlli nəfər saleh adamın xatirinə bu yerə rəhm etməyəcəksən? 001 GEN 018 025 Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz». 001 GEN 018 026 Rəbb dedi: «Əgər Sodom şəhərində əlli nəfər saleh adam tapsam, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm». 001 GEN 018 027 İbrahim cavab verdi: «Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm: 001 GEN 018 028 əlli nəfərdən beş nəfər az saleh adam tapılsa, beş nəfər əskik olduğu üçün bütün şəhəri məhv edərsənmi?» Rəbb dedi: «Əgər orada qırx beş nəfər tapsam, şəhəri dağıtmayacağam». 001 GEN 018 029 İbrahim yenə Onu dilə tutub dedi: «Əgər orada qırx nəfər tapılsa, necə?» Rəbb dedi: «Qırx nəfərin də xatirinə bunu etmərəm». 001 GEN 018 030 İbrahim dedi: «Mən çox danışdığım üçün Rəbb qəzəblənməsin: əgər orada otuz nəfər tapılsa, necə?» Rəbb dedi: «Əgər orada otuz nəfər də tapılsa, bunu etmərəm». 001 GEN 018 031 İbrahim dedi: «Mən yenə də Rəbbə bunu söyləməyi cəsarət edirəm: orada iyirmi nəfər tapılsa, necə?» Rəbb dedi: «İyirmi nəfərin də xatirinə oranı məhv etmərəm». 001 GEN 018 032 İbrahim dedi: «Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam: orada on nəfər tapılsa, necə?» Rəbb dedi: «On nəfərin də xatirinə oranı məhv etmərəm». 001 GEN 018 033 Rəbb İbrahimlə söhbətini bitirib getdi. İbrahim də öz yerinə qayıtdı. 001 GEN 019 001 Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi: 001 GEN 019 002 «Ağalarım, qulunuzun evinə girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik». 001 GEN 019 003 Lut onları çox dilə tutdu, axırda onlar Lutla birgə onun evinə getdilər. Lut onları qonaq edib mayasız çörəklər bişirdi və onlar yedilər. 001 GEN 019 004 Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar. 001 GEN 019 005 Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək». 001 GEN 019 006 Lut bayıra – onların yanına çıxıb arxasınca qapını örtdü. 001 GEN 019 007 O dedi: «Qardaşlarım, pislik etməyin. 001 GEN 019 008 Mənim ərə getməmiş iki qızım var. Qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır». 001 GEN 019 009 Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar. 001 GEN 019 010 Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar. 001 GEN 019 011 Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu səbəbdən adamlar qapını tapa bilmədilər. 001 GEN 019 012 Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart, 001 GEN 019 013 çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək». 001 GEN 019 014 Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir. 001 GEN 019 015 Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan». 001 GEN 019 016 Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar. 001 GEN 019 017 Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan». 001 GEN 019 018 Lut onlara dedi: «Aman, ağam! 001 GEN 019 019 İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram. 001 GEN 019 020 Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir». 001 GEN 019 021 Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram. 001 GEN 019 022 Tez ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar adlandı. 001 GEN 019 023 Günəş doğanda Lut Soara gəldi. 001 GEN 019 024 Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı, 001 GEN 019 025 bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi. 001 GEN 019 026 Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi. 001 GEN 019 027 İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi. 001 GEN 019 028 Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən kürə tüstüsü kimi bir tüstü qalxdığını gördü. 001 GEN 019 029 Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı, buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı. 001 GEN 019 030 Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu. O, iki qızı ilə bir mağarada qaldı. 001 GEN 019 031 Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur. 001 GEN 019 032 Gəl atamıza şərab içirək və onunla yataq ki, öz atamızdan nəslimiz olsun». 001 GEN 019 033 Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi. 001 GEN 019 034 O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun». 001 GEN 019 035 O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi. 001 GEN 019 036 Lutun iki qızı beləcə atalarından hamilə oldu. 001 GEN 019 037 Böyük qız bir oğul doğdu və onun adını Moav qoydu. O, indiki Moavlıların əcdadıdır. 001 GEN 019 038 Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır. 001 GEN 020 001 İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı. 001 GEN 020 002 İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır» söylədi. Gerar padşahı Avimelek adam göndərib Saranı apardı. 001 GEN 020 003 Ancaq gecə yuxuda Allah Avimelekə görünüb dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir nəfərin arvadıdır». 001 GEN 020 004 Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən? 001 GEN 020 005 O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim». 001 GEN 020 006 Allah yuxuda dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna görə də səni ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım. 001 GEN 020 007 İndi isə qadını ərinə qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını qaytarmasan, özün və bütün nəslin hökmən öləcək». 001 GEN 020 008 Avimelek səhər tezdən qalxıb bütün adamlarını çağırdı və bu sözləri onların qarşısında söylədi. Adamlar çox qorxdular. 001 GEN 020 009 Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah etdim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər etdin». 001 GEN 020 010 Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?» 001 GEN 020 011 İbrahim dedi: «Düşünürdüm ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni öldürəcəklər. 001 GEN 020 012 O, doğrudan da, mənim bacımdır: atamız birdir, ancaq anamız ayrıdır. Mən onu arvad aldım. 001 GEN 020 013 Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim qardaşımdır› söylə”». 001 GEN 020 014 Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona qaytardı. 001 GEN 020 015 Avimelek dedi: «Mənim ölkəm sənin önündədir: istədiyin yerdə yaşaya bilərsən». 001 GEN 020 016 Sonra Saraya dedi: «Bax qardaşına min parça gümüş verdim. Qoy bu gümüş sənin yanındakılara günahsızlığını göstərən bir sübut olsun və hər kəs sənin günahsız olduğunu bilsin». 001 GEN 020 017 İbrahim Allaha dua etdi, Allah da Avimelekə, onun arvadına və cariyələrinə şəfa verdi: onların uşaqları oldu. 001 GEN 020 018 Çünki Rəbb İbrahimin arvadı Saradan ötrü Avimelekin evində olan bütün qadınların bətnini bağlamışdı. 001 GEN 021 001 Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi: 001 GEN 021 002 Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu. 001 GEN 021 003 İbrahim Saradan doğulan oğluna İshaq adını qoydu. 001 GEN 021 004 Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi. 001 GEN 021 005 İshaq doğulanda İbrahimin yüz yaşı var idi. 001 GEN 021 006 Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək». 001 GEN 021 007 O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam». 001 GEN 021 008 Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi. 001 GEN 021 009 Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür. 001 GEN 021 010 Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq». 001 GEN 021 011 Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi. 001 GEN 021 012 Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq. 001 GEN 021 013 Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir». 001 GEN 021 014 İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. 001 GEN 021 015 Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. 001 GEN 021 016 Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı. 001 GEN 021 017 Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. 001 GEN 021 018 Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm». 001 GEN 021 019 Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. 001 GEN 021 020 Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu. 001 GEN 021 021 O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı. 001 GEN 021 022 O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir. 001 GEN 021 023 İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol». 001 GEN 021 024 İbrahim «mən and içirəm» dedi. 001 GEN 021 025 Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi. 001 GEN 021 026 Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm». 001 GEN 021 027 İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı. 001 GEN 021 028 İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu. 001 GEN 021 029 Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?» 001 GEN 021 030 O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun». 001 GEN 021 031 Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi. 001 GEN 021 032 Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar. 001 GEN 021 033 İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı. 001 GEN 021 034 İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı. 001 GEN 022 001 Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi. 001 GEN 022 002 Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et». 001 GEN 022 003 İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı. 001 GEN 022 004 İbrahim üçüncü gün başını qaldırıb uzaqdan o yeri gördü. 001 GEN 022 005 O, nökərlərinə dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm. Səcdə edib, yanınıza qayıdarıq». 001 GEN 022 006 İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu, odu və bıçağı isə özü götürdü. İkisi birlikdə getdilər. 001 GEN 022 007 İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?» 001 GEN 022 008 İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». İkisi birlikdə getdilər. 001 GEN 022 009 Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu. 001 GEN 022 010 İbrahim əlini uzadıb oğlunu kəsmək üçün bıçağı götürdü. 001 GEN 022 011 Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi. 001 GEN 022 012 Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin». 001 GEN 022 013 İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. 001 GEN 022 014 İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq». 001 GEN 022 015 Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi: 001 GEN 022 016 «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə 001 GEN 022 017 Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. 001 GEN 022 018 Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”». 001 GEN 022 019 Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu. 001 GEN 022 020 Bir müddət sonra İbrahimə xəbər verib söylədilər: «Budur, Milka qardaşın Naxora oğullar doğdu: 001 GEN 022 021 ilk oğlu Us, onun qardaşı Buz, Aramın atası olan Qemuel, 001 GEN 022 022 Kesed, Xazo, Pildaş, İdlaf və Betuel». 001 GEN 022 023 Betueldən Rivqa törədi. Bu səkkiz övladı Milka İbrahimin qardaşı Naxora doğdu. 001 GEN 022 024 Onun adı Reuma olan cariyəsi də Tebahı, Qahamı, Taxaşı və Maakanı doğdu. 001 GEN 023 001 Sara yüz iyirmi yeddi il yaşadı; o bu qədər ömür sürdü. 001 GEN 023 002 Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi. 001 GEN 023 003 İbrahim cəsədin yanından gedib Xetlilərə dedi: 001 GEN 023 004 «Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım». 001 GEN 023 005 Xetlilər İbrahimə cavab verdilər: 001 GEN 023 006 «Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz». 001 GEN 023 007 İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi. 001 GEN 023 008 Sonra onlarla danışıb dedi: «Əgər siz mənim ölümü basdırmağa razısınızsa, mənə qulaq asın: mənim üçün Sohar oğlu Efrondan xahiş edin ki, 001 GEN 023 009 tarlasının qurtaracağında ona məxsus olan Maxpela mağarasını mənə satsın, yanınızda qəbir düzəltmək üçün onu tam dəyəri ilə mənə versin». 001 GEN 023 010 Efron Xetlilərin arasında oturmuşdu. Xetli Efron şəhər darvazasının yanına yığılan bütün Xetlilərin önündə İbrahimə belə cavab verdi: 001 GEN 023 011 «Yox, ağam, mənə qulaq as: mən tarlanı və orada olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə verirəm; get ölünü basdır». 001 GEN 023 012 İbrahim o ölkənin xalqına təzim etdi. 001 GEN 023 013 Sonra o ölkənin xalqının yanında Efrona belə dedi: «Xahiş edirəm, mənə qulaq as: tarlanın dəyərini verirəm, onu məndən götür, qoy mən də öz ölümü orada basdırım». 001 GEN 023 014 Efron İbrahimə cavab verdi: 001 GEN 023 015 «Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz şekel gümüşdür; mənimlə sənin aranda bu nədir? Ölünü basdır». 001 GEN 023 016 İbrahim Efronun sözünü qəbul edib Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş çəkdi. 001 GEN 023 017 Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara, tarlada və onun ərazisində olan bütün ağaclar 001 GEN 023 018 Xetlilərin gözü önündə – şəhər darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu. 001 GEN 023 019 Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı. 001 GEN 023 020 Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir düzəltmək üçün İbrahimə mülk verdilər. 001 GEN 024 001 İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi. 001 GEN 024 002 Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub 001 GEN 024 003 göyün və yerin Allahı Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan, 001 GEN 024 004 ancaq mənim ölkəmə, qohumlarımın yanına gedib oğlum İshaq üçün arvad alacaqsan». 001 GEN 024 005 Nökər ona dedi: «Bəlkə qız mənimlə birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın ölkəyə aparımmı?» 001 GEN 024 006 İbrahim ona dedi: «Bax oğlumu oraya aparma. 001 GEN 024 007 Məni atamın evindən və doğulduğum torpaqdan çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm” deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb gətirəcəksən. 001 GEN 024 008 Əgər o qadın səninlə gəlmək istəməsə, sən bu anddan azad olursan. Ancaq mənim oğlumu oraya aparma». 001 GEN 024 009 Nökər əlini ağası İbrahimin budu altına qoyub bu işə görə ona and içdi. 001 GEN 024 010 Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə, Naxor şəhərinə gəldi. 001 GEN 024 011 Axşam qadınlar su çəkmək üçün çıxdıqları zaman onun dəvələri şəhərin kənarında olan su quyusunun yanında dayandı. 001 GEN 024 012 Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər. 001 GEN 024 013 Mən bu bulağın yanında dururam; şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər. 001 GEN 024 014 Qoy elə olsun ki, mənim “xahiş edirəm, səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim” söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən». 001 GEN 024 015 O, duasını bitirməmişdi ki, İbrahimin qardaşı Naxorun arvadı Milkadan doğulan oğlu Betuelin qızı Rivqa çiynində səhəng gəldi. 001 GEN 024 016 Qız görünüşcə çox gözəl idi və hələ bakirə idi. O, bulağa endi və səhəngini doldurub yuxarı qalxdı. 001 GEN 024 017 Nökər onun qabağına qaçıb dedi: «Xahiş edirəm, səhəngindən mənə bir az su ver, içim». 001 GEN 024 018 Qız dedi: «Ağam, buyur iç». Qız tez səhəngini əli üstünə endirdi və ona su verdi. 001 GEN 024 019 Ona su verəndən sonra dedi: «Dəvələrin üçün də su çəkim, içib doysunlar». 001 GEN 024 020 Qız tez səhəngini təknəyə boşaltdı, su çəkmək üçün cəld quyunun yanına qaçdı və nökərin bütün dəvələri üçün su çəkdi. 001 GEN 024 021 O adam sakit duraraq diqqətlə qıza baxırdı ki, Rəbbin onun yoluna xeyir-dua verib-vermədiyini bilsin. 001 GEN 024 022 Dəvələr su içib qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun sırğası, qızın qolları üçün çəkisi on şekel olan iki bilərzik götürüb dedi: 001 GEN 024 023 «Mənə de görüm, sən kimin qızısan? Atanın evində bizə gecə qalmaq üçün yer tapılarmı?» 001 GEN 024 024 Qız ona dedi: «Mən Milkanın Naxora doğduğu Betuelin qızıyam». 001 GEN 024 025 Yenə dedi: «Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var». 001 GEN 024 026 O adam əyilib Rəbbə səcdə etdi. 001 GEN 024 027 Sonra dedi: «Ağam İbrahimin Allahı Rəbbə alqış olsun ki, xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi: Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi». 001 GEN 024 028 Qız qaçıb anasının evində bu barədə danışdı. 001 GEN 024 029 Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına – bulağa qaçdı. 001 GEN 024 030 O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın «bu adam mənimlə belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin yanında dayanmışdı. 001 GEN 024 031 Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam». 001 GEN 024 032 O adam evə girdi. Lavan dəvələrin yükünü boşaltdı, onlara saman və yem verdi, o adama və onunla birgə olanlara ayaqlarını yumaq üçün su verdi. 001 GEN 024 033 Onların qabağına yemək gətirildi, ancaq həmin adam dedi: «Məqsədimi söyləməyincə yeməyəcəyəm». Lavan dedi: «Söylə». 001 GEN 024 034 O dedi: «Mən İbrahimin nökəriyəm. 001 GEN 024 035 Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi. 001 GEN 024 036 Ağamın arvadı Sara da qoca ikən ağama bir oğul doğdu. Ağam özünə məxsus olan hər şeyi ona verdi. 001 GEN 024 037 Sonra da məni and içdirərək dedi: “Ölkələrində yaşadığım Kənanlıların qızlarından oğluma arvad alma, 001 GEN 024 038 ancaq atamın evinə – qohumlarımın yanına gedib oradan oğluma bir arvad al”. 001 GEN 024 039 Mən ağama dedim: “Bəlkə o qadın mənimlə gəlmədi”. 001 GEN 024 040 O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz mələyini göndərəcək, yolun uğurlu olacaq və qohumlarımın arasından – atamın evindən oğluma bir arvad alacaqsan. 001 GEN 024 041 Qohumlarımın yanına getdiyin zaman içdiyin anddan azad olacaqsan: əgər o qızı sənə verməsələr, içdiyin anddan azad olacaqsan”. 001 GEN 024 042 Mən də bu gün bulağın yanına gəlib dua etdim: “Ey ağam İbrahimin Allahı Rəbb, yalvarıram, getdiyim yolu aç. 001 GEN 024 043 İndi mən bulağın yanında dururam; su çəkməyə gələn və mənim ona ‹xahiş edirəm, mənə səhəngindən bir az su ver, içim› deyəcəyim, 001 GEN 024 044 onun da mənə ‹sən də iç, dəvələrinə də gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun”. 001 GEN 024 045 Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver”. 001 GEN 024 046 O tez səhəngini çiynindən endirib dedi: “Sən iç, gedim dəvələrinə də su verim”. Mən içdim, o isə dəvələrə su verdi. 001 GEN 024 047 Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım. 001 GEN 024 048 Sonra əyilib Rəbbə səcdə etdim. Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş buraya gətirən ağam İbrahimin Allahı Rəbbə şükür etdim. 001 GEN 024 049 İndi mənə deyin görüm, siz ağama xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi bilim». 001 GEN 024 050 Lavan və Betuel ona belə cavab verdilər: «Bu iş Rəbdən oldu; sənə nə yaxşı, nə də pis söz deyə bilərik. 001 GEN 024 051 Bax Rivqa qarşındadır: onu götürüb get və qoy o, Rəbbin söylədiyi kimi ağanın oğluna arvad olsun». 001 GEN 024 052 İbrahimin nökəri onların sözlərini eşidəndə yerə qapanıb Rəbbə səcdə etdi. 001 GEN 024 053 Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı. 001 GEN 024 054 Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni ağamın yanına göndərin». 001 GEN 024 055 Qızın qardaşı ilə anası dedilər: «Qoy qız bizimlə heç olmasa on gün qalsın, sonra gedər». 001 GEN 024 056 Nökər onlara dedi: «İndi ki Rəbb mənə yol açdı, məni gecikdirməyin, buraxın ağamın yanına gedim». 001 GEN 024 057 Onlar dedilər: «Qoy qızı çağırıb öz dilindən eşidək». 001 GEN 024 058 Rivqanı çağırıb ona dedilər: «Bu adamla gedirsənmi?» O da «gedirəm» dedi. 001 GEN 024 059 Onlar bacıları Rivqanı, onun dayəsini, İbrahimin nökərini və onunla olan adamları yola saldılar. 001 GEN 024 060 Rivqaya xeyir-dua verib dedilər: «Ey bacımız, Minlərlə, on minlərlə övlada ana olasan! Qoy nəslin yağıların yurduna sahib olsun!» 001 GEN 024 061 Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə, nökər Rivqanı götürüb getdi. 001 GEN 024 062 İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı. 001 GEN 024 063 Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. 001 GEN 024 064 Rivqa da başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. 001 GEN 024 065 O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. 001 GEN 024 066 Nökər baş vermiş bütün işlər barədə İshaqa danışdı. 001 GEN 024 067 İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı. 001 GEN 025 001 İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi. 001 GEN 025 002 Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. 001 GEN 025 003 Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular. 001 GEN 025 004 Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır. 001 GEN 025 005 İbrahim özünə məxsus olan hər şeyi İshaqa verdi. 001 GEN 025 006 Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi. 001 GEN 025 007 İbrahim yüz yetmiş beş il ömür sürdü. 001 GEN 025 008 O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu. 001 GEN 025 009 Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar. 001 GEN 025 010 O tarlanı İbrahim Xetlilərdən satın almışdı. İbrahim və arvadı Sara orada basdırıldı. 001 GEN 025 011 Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı. 001 GEN 025 012 Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir. 001 GEN 025 013 Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam, 001 GEN 025 014 Mişma, Duma, Massa, 001 GEN 025 015 Xadad, Tema, Yetur, Nafiş və Qedma; 001 GEN 025 016 İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi. 001 GEN 025 017 İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu. 001 GEN 025 018 İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi. 001 GEN 025 019 İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi. 001 GEN 025 020 İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi. 001 GEN 025 021 İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu. 001 GEN 025 022 Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. 001 GEN 025 023 Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək». 001 GEN 025 024 Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var. 001 GEN 025 025 İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav qoydular. 001 GEN 025 026 Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi. 001 GEN 025 027 Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu. 001 GEN 025 028 İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi. 001 GEN 025 029 Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi. 001 GEN 025 030 Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom adı verildi. 001 GEN 025 031 Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat». 001 GEN 025 032 Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?» 001 GEN 025 033 Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı. 001 GEN 025 034 Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi. 001 GEN 026 001 İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara, Filiştlilərin padşahı Avimelekin yanına getdi. 001 GEN 026 002 Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal, 001 GEN 026 003 bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm. 001 GEN 026 004 Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. 001 GEN 026 005 Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi». 001 GEN 026 006 İshaq da Gerarda yaşadı. 001 GEN 026 007 O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi. 001 GEN 026 008 İshaq orada uzun müddət qaldı. Bir gün Filiştlilərin padşahı Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı əzizləyir. 001 GEN 026 009 Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır” dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm». 001 GEN 026 010 Avimelek dedi: «Bu nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi günaha batıracaqdın». 001 GEN 026 011 Sonra Avimelek «bu adama və onun arvadına toxunan mütləq öldürüləcək» deyə bütün xalqa elan etdi. 001 GEN 026 012 İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi. 001 GEN 026 013 Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi. 001 GEN 026 014 Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı. 001 GEN 026 015 Atası İbrahimin dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular. 001 GEN 026 016 Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü oldun». 001 GEN 026 017 İshaq oradan getdi, Gerar vadisində məskən saldı və orada qaldı. 001 GEN 026 018 İshaq atası İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi. 001 GEN 026 019 İshaqın qulları vadidə torpağı qazdılar və bir içməli su quyusu tapdılar. 001 GEN 026 020 Gerar çobanları «su bizimdir» deyib İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını Eseq qoydu, çünki onun üstündə mübahisə etmişdilər. 001 GEN 026 021 Onlar başqa bir quyu qazdılar. Onun üçün də mübahisə etdilər. İshaq bu quyunun adını Sitna qoydu. 001 GEN 026 022 İshaq oradan köçüb başqa bir quyu qazdı. Ancaq onun üçün mübahisə etmədilər, buna görə də İshaq onun adını Rexovot qoyub dedi: «İndi Rəbb bizə genişlik verdi və biz bu torpaqda çoxalacağıq». 001 GEN 026 023 İshaq oradan Beer-Şevaya getdi. 001 GEN 026 024 O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». 001 GEN 026 025 İshaq orada bir qurbangah düzəltdi və Rəbbin adını çağırdı. O özünə çadır qurdu. İshaqın qulları orada bir quyu qazdılar. 001 GEN 026 026 O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə Gerardan İshaqın yaşadığı torpağa gəldi. 001 GEN 026 027 İshaq onlara dedi: «Nə üçün yanıma gəlmisiniz? Sizin ki məndən acığınız gəlirdi və məni yanınızdan qovdunuz». 001 GEN 026 028 Onlar dedilər: «Biz aydın gördük ki, Rəbb, doğrudan da, səninlədir. İndi istəyirik ki, səninlə bizim aramızda and olsun. Gəl səninlə əhd bağlayaq ki, 001 GEN 026 029 biz sənə toxunmadığımız və yalnız yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir pislik etməyəcəksən. İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan». 001 GEN 026 030 İshaq onlara ziyafət verdi və onlar yeyib-içdilər. 001 GEN 026 031 Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər. 001 GEN 026 032 O gün İshaqın qulları gəldilər və qazdıqları quyu barədə ona bildirərək «su tapdıq» dedilər. 001 GEN 026 033 İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır. 001 GEN 026 034 Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı arvad aldı. 001 GEN 026 035 Onlar İshaqın və Rivqanın ürəklərinə dərd oldu. 001 GEN 027 001 İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona «mən buradayam» dedi. 001 GEN 027 002 İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm. 001 GEN 027 003 İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla. 001 GEN 027 004 Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm». 001 GEN 027 005 İshaq oğlu Esavla danışarkən Rivqa eşidirdi. Esav heyvan ovlayıb gətirmək üçün çöllüyə getdi. 001 GEN 027 006 Rivqa oğlu Yaquba belə dedi: «Bax mən eşitdim ki, atan qardaşın Esava bu sözləri dedi: 001 GEN 027 007 “Mənim üçün ov əti gətir, mənə ləzzətli yemək hazırla ki, yeyim. Sonra sənə ölümümdən qabaq Rəbbin hüzurunda xeyir-dua verərəm”. 001 GEN 027 008 Oğlum, indi sənə əmr edəcəyim sözlərə qulaq as: 001 GEN 027 009 bu saat sürüyə gedib oradan mənə iki yaxşı oğlaq gətir. Onlardan atanın xoşladığı kimi ləzzətli yemək hazırlayacağam. 001 GEN 027 010 Sən də onu yeməsi üçün atana aparacaqsan ki, ölümündən qabaq sənə xeyir-dua versin». 001 GEN 027 011 Yaqub anası Rivqaya dedi: «Qardaşım Esav tüklü bir adamdır, mən isə tüksüzəm. 001 GEN 027 012 Birdən atam mənə əlini sürtər və mən onun nəzərində yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm». 001 GEN 027 013 Anası ona dedi: «Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim şeyi mənə gətir». 001 GEN 027 014 Yaqub gedib oğlaqları götürdü və anasına gətirdi, anası da onun atasının xoşladığı kimi ləzzətli yemək hazırladı. 001 GEN 027 015 Rivqa böyük oğlu Esavın evdə saxladığı ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi. 001 GEN 027 016 Onun əllərinə və boynunun tüksüz yerinə oğlaq dəriləri bağladı. 001 GEN 027 017 Sonra hazırladığı ləzzətli yeməyi və çörəyi oğlu Yaqubun əlinə verdi. 001 GEN 027 018 Yaqub atasının yanına gəlib dedi: «Ay ata». Atası dedi: «Mən buradayam. Sən kimsən, oğlum?» 001 GEN 027 019 Yaqub atasına dedi: «Sənin ilk oğlun Esavam. Dediyin kimi elədim. Qalx otur və gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən». 001 GEN 027 020 İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi». 001 GEN 027 021 İshaq Yaquba dedi: «Yaxın gəl, oğlum, əlimi sənə sürtüb bilim ki, doğrudanmı, oğlum Esavsan ya yox?» 001 GEN 027 022 Yaqub atası İshaqa yaxınlaşdı. İshaq əlini ona sürtüb dedi: «Səs Yaqubun səsidir, ancaq əllər Esavın əlləridir». 001 GEN 027 023 İshaq onu tanımadı, çünki onun əlləri qardaşı Esavın əlləri kimi tüklü idi. İshaq Yaquba xeyir-dua verdi. 001 GEN 027 024 O soruşdu: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub dedi: «Bəli». 001 GEN 027 025 İshaq dedi: «Oğlum, gətirdiyin ov ətini qabağıma qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm». Yaqub yeməyi onun qabağına qoydu və o yedi, Yaqub ona şərab gətirdi və o içdi. 001 GEN 027 026 Atası İshaq Yaquba dedi: «Oğlum, indi yaxınlaş, atanı öp». 001 GEN 027 027 O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi: «Bax oğlumun qoxusu Rəbbin xeyir-dua verdiyi Çölün qoxusu kimidir. 001 GEN 027 028 Allah sənə göylərin şehini, Torpağın şirəsini, Bol buğda və çoxlu təzə şərab versin. 001 GEN 027 029 Xalqlar sənə qulluq etsin, Ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, Ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, Sənə xeyir-dua verənlər xeyir-dua alsın». 001 GEN 027 030 İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz qardaşı Esav ovdan qayıtdı. 001 GEN 027 031 Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və ona dedi: «Atam qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin». 001 GEN 027 032 Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam». 001 GEN 027 033 İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu». 001 GEN 027 034 Esav atasının sözlərini eşidəndə ucadan və acı səslə fəryad edib dedi: «Ay ata, mənə də xeyir-dua ver». 001 GEN 027 035 İshaq dedi: «Qardaşın hiylə ilə gəlib sənin xeyir-duanı aldı». 001 GEN 027 036 Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?» 001 GEN 027 037 İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?» 001 GEN 027 038 Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı. 001 GEN 027 039 Atası İshaq ona belə cavab verdi: «Yaşadığın yer torpağın şirəsindən, Yuxarıda göylərin şehindən uzaq olacaq. 001 GEN 027 040 Qılıncınla yaşayıb Qardaşına qulluq edəcəksən. Amma azad olmaq istəyəndə Onun boyunduruğunu Boynundan qırıb atacaqsan». 001 GEN 027 041 Atası Yaquba xeyir-dua verdiyinə görə Esav qardaşına nifrət etdi. O öz-özünə dedi: «Atamın matəm günləri yaxınlaşır. O zaman qardaşım Yaqubu öldürərəm». 001 GEN 027 042 Böyük oğlu Esavın dediyi sözlər Rivqanın qulağına çatdı. Buna görə də xəbər göndərib kiçik oğlu Yaqubu çağırdı və ona dedi: «Bax qardaşın Esav səni öldürməklə qisas almaq istəyir. 001 GEN 027 043 Oğlum, indi sözümə qulaq as: qalxıb Xarana, qardaşım Lavanın yanına qaç. 001 GEN 027 044 Qardaşının hirsi soyuyana qədər bir müddət Lavanın yanında qal. 001 GEN 027 045 Sənə qarşı qəzəbi sönəndə, ona elədiyini unudanda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizdən də məhrum olum?» 001 GEN 027 046 Sonra Rivqa İshaqa dedi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?» 001 GEN 028 001 İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma. 001 GEN 028 002 Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al. 001 GEN 028 003 Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin; 001 GEN 028 004 İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı – qərib kimi yaşadığın torpağı irs olaraq alasan». 001 GEN 028 005 İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi. 001 GEN 028 006 Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi. 001 GEN 028 007 Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi. 001 GEN 028 008 Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir. 001 GEN 028 009 Esav İsmailin yanına getdi. O, İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə arvad aldı. Maxalat Nevayotun bacısı idi. 001 GEN 028 010 Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi. 001 GEN 028 011 Bir yerə çatıb orada gecələdi, çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı. 001 GEN 028 012 O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər. 001 GEN 028 013 Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. 001 GEN 028 014 Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. 001 GEN 028 015 Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm». 001 GEN 028 016 Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim». 001 GEN 028 017 Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır». 001 GEN 028 018 Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü. 001 GEN 028 019 O yerin adını Bet-El qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi. 001 GEN 028 020 Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə, 001 GEN 028 021 sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq. 001 GEN 028 022 Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm». 001 GEN 029 001 Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi. 001 GEN 029 002 O gördü ki, çöllükdə bir quyu var və onun yanında üç qoyun sürüsü yatıb, çünki quyudan o sürülərə su verirdilər. Quyunun ağzında böyük bir daş var idi. 001 GEN 029 003 Bütün sürülər oraya yığılırdı. Adamlar daşı quyunun ağzından yuvarlayıb qoyunlara su verir və yenə daşı yerinə – quyunun üstünə qoyurdular. 001 GEN 029 004 Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz Xarandanıq». 001 GEN 029 005 Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq». 001 GEN 029 006 Yaqub onlardan soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər: «Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla gəlir». 001 GEN 029 007 Yaqub dedi: «Hələ axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su verin, sonra aparıb otarın». 001 GEN 029 008 Onlar dedilər: «Bütün sürülər yığılmayınca və daş quyunun ağzından yuvarlanmayınca bunu edə bilmərik, yalnız onda qoyunlara su verə bilərik». 001 GEN 029 009 Yaqub onlarla danışarkən Rəhilə atasının qoyunları ilə gəldi, çünki o, çoban idi. 001 GEN 029 010 Yaqub dayısı Lavanın qızı Rəhiləni və dayısı Lavanın qoyunlarını görəndə yaxınlaşıb daşı quyunun ağzından yuvarladı və dayısı Lavanın qoyunlarına su verdi. 001 GEN 029 011 Yaqub Rəhiləni öpdü və hönkürtü ilə ağladı. 001 GEN 029 012 Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına danışdı. 001 GEN 029 013 Lavan bacısı oğlu Yaqubun gəldiyini eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü və evinə gətirdi. Yaqub hər şeyi Lavana danışdı. 001 GEN 029 014 Lavan ona dedi: «Sən, doğrudan da, mənim sümüyümdən, mənim ətimdənsən». Yaqub onun yanında bir ay qaldı. 001 GEN 029 015 Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən? Mənə söylə, haqqın nə olsun?» 001 GEN 029 016 Lavanın iki qızı var idi: böyüyünün adı Lea, kiçiyininki Rəhilə idi. 001 GEN 029 017 Leanın gözləri zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi. 001 GEN 029 018 Yaqub Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə üçün sənə yeddi il xidmət edərəm». 001 GEN 029 019 Lavan dedi: «Onu sənə vermək başqa adama verməkdən daha yaxşıdır. Yanımda qal». 001 GEN 029 020 Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət gözünə bir neçə gün kimi göründü. 001 GEN 029 021 Yaqub Lavana dedi: «Vaxtım çatdı; indi arvadımı mənə ver ki, onun yanına girim». 001 GEN 029 022 Lavan o torpağın bütün adamlarını topladı və bir ziyafət verdi. 001 GEN 029 023 Gecə qızı Leanı götürüb Yaqubun yanına apardı. Yaqub onun yanına girdi. 001 GEN 029 024 Lavan öz qarabaşı Zilpanı Leaya qulluqçu olmaq üçün verdi. 001 GEN 029 025 Səhər məlum oldu ki, bu, Leadır. Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin yanında Rəhilə üçün xidmət etmədimmi? Bəs məni niyə aldatdın?» 001 GEN 029 026 Lavan dedi: «Bizim yerdə kiçik qızı böyüyündən əvvəl ərə vermək olmaz. 001 GEN 029 027 Bu həftəni bitir, onu da sənə verərik. Onun üçün də yanımda daha yeddi il xidmət etməlisən». 001 GEN 029 028 Yaqub belə də etdi: o həftəni bitirdi. Lavan da qızı Rəhiləni ona arvad olmaq üçün verdi. 001 GEN 029 029 Öz qarabaşı Bilhanı da qızı Rəhiləyə qulluqçu olmaq üçün verdi. 001 GEN 029 030 Yaqub Rəhilənin də yanına girdi. Rəhiləni Leadan da çox sevdi. O, Lavanın yanında daha yeddi il xidmət etdi. 001 GEN 029 031 Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi. 001 GEN 029 032 Lea hamilə olub bir oğul doğdu və onun adını Ruven qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim məni sevəcək». 001 GEN 029 033 O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon qoydu. 001 GEN 029 034 Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu dəfə ərim mənə bağlanacaq, çünki ona üç oğul doğdum». Buna görə də adını Levi qoydu. 001 GEN 029 035 O yenə hamilə olub bir oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda qoydu. Sonra o, bir müddət doğmadı. 001 GEN 030 001 Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə uşaq ver, yoxsa ölərəm». 001 GEN 030 002 Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən sənin bətninə bəhər verməyən Allaham?» 001 GEN 030 003 Rəhilə dedi: «Qarabaşım Bilhanı götür və yanına gir. Qoy o, dizlərimin üstünə bir uşaq doğsun və ondan uşaqlarım olsun». 001 GEN 030 004 Rəhilə qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi və Yaqub onun yanına girdi. 001 GEN 030 005 Bilha hamilə olub Yaquba bir oğul doğdu. 001 GEN 030 006 Rəhilə dedi: «Allah məni haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi». Buna görə də onun adını Dan qoydu. 001 GEN 030 007 Rəhilənin qarabaşı Bilha yenə hamilə olub Yaquba ikinci oğul doğdu. 001 GEN 030 008 Rəhilə dedi: «Bacımla güclü mübarizəyə girişib ona üstün gəldim». O, uşağın adını Naftali qoydu. 001 GEN 030 009 Lea daha doğmadığına görə qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi. 001 GEN 030 010 Leanın qarabaşı Zilpa Yaquba bir oğul doğdu. 001 GEN 030 011 Lea «uğur qazandım» deyib onun adını Qad qoydu. 001 GEN 030 012 Leanın qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu. 001 GEN 030 013 Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer qoydu. 001 GEN 030 014 Ruven buğda biçini vaxtı gedib tarlada məhəbbət otları tapdı və onları anası Leaya gətirdi. Rəhilə Leaya dedi: «Oğlunun məhəbbət otlarından mənə də ver». 001 GEN 030 015 Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın». 001 GEN 030 016 Yaqub axşam çöldən gələndə Lea onu qarşılamağa çıxıb dedi: «Mənim yanıma gir, çünki səni oğlumun məhəbbət otları ilə satın almışam». Yaqub o gecə onunla yatdı. 001 GEN 030 017 Allah Leanı eşitdi və o hamilə olub Yaquba beşinci oğlunu doğdu. 001 GEN 030 018 Lea dedi: «Allah haqqımı verdi, çünki qulluqçumu ərimə verdim». O, uşağın adını İssakar qoydu. 001 GEN 030 019 Lea yenə hamilə olub Yaquba altıncı oğlunu doğdu. 001 GEN 030 020 O dedi: «Allah mənə yaxşı bir hədiyyə verdi, bu dəfə ərim mənə hörmət edəcək, çünki ona altı oğul doğdum». O, uşağın adını Zevulun qoydu. 001 GEN 030 021 Sonra bir qız doğub, adını Dina qoydu. 001 GEN 030 022 Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı. 001 GEN 030 023 O hamilə olub bir oğul doğdu və dedi: «Allah xəcalətimi götürdü». 001 GEN 030 024 O «Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif qoydu. 001 GEN 030 025 Rəhilə Yusifi doğandan sonra Yaqub Lavana dedi: «Məni göndər, öz torpağıma və ölkəmə gedim. 001 GEN 030 026 Əvəzində sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim, çünki sənə necə xidmət etdiyimi yaxşı bilirsən». 001 GEN 030 027 Lavan ona dedi: «Əgər indi sənin gözündə lütf tapdımsa, yanımda qal, çünki baxıcılıq edib sənə görə Rəbbin mənə xeyir-dua verdiyini gördüm». 001 GEN 030 028 Sonra dedi: «Haqqını mənə təyin et, verim». 001 GEN 030 029 Yaqub ona dedi: «Sənə necə xidmət etdiyimi və mənimlə olan sürülərini necə saxladığımı bilirsən. 001 GEN 030 030 Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı; Rəbb mənim gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?» 001 GEN 030 031 Lavan dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin sürünü qoruyub ona baxaram: 001 GEN 030 032 qoy bu gün sənin bütün sürülərinin içindən keçib qoyunlar arasından hər xallı, zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı və xallı keçini ayırım; haqqım da bu olsun. 001 GEN 030 033 Bundan sonra qarşında olan haqqım üçün gəldikdə düzlüyüm mənim barəmdə şəhadət edəcək. Qoy keçilərdən xallı və zolaqlı olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın». 001 GEN 030 034 Lavan dedi: «Yaxşı, qoy dediyin kimi olsun». 001 GEN 030 035 Amma o həmin gün alabəzək və xallı təkələri, bütün zolaqlı və xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi. 001 GEN 030 036 Sonra özü Yaqubdan üç günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü otarırdı. 001 GEN 030 037 Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı. 001 GEN 030 038 Sonra qabığını soyduğu çubuqları sürülərin su içmək üçün gəldikləri təknələrə, heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə döllənirdi. 001 GEN 030 039 Beləcə heyvanlar çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı heyvanlar doğulurdu. 001 GEN 030 040 Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın sürüsünə qatmadı. 001 GEN 030 041 Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təknələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər. 001 GEN 030 042 Ancaq heyvanlar zəif olanda onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli heyvanlar isə Yaqubun oldu. 001 GEN 030 043 Bu adam çox varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu. 001 GEN 031 001 Yaqub Lavanın oğullarının bu sözləri dediklərini eşitdi: «Yaqub atamıza məxsus olan hər şeyə sahib oldu, bütün bu var-dövləti atamıza məxsus olan əmlakdan əldə etdi». 001 GEN 031 002 Yaqub Lavanın ona münasibətini gördü, o da Yaqubla əvvəlki kimi rəftar etmirdi. 001 GEN 031 003 Rəbb Yaquba dedi: «Atalarının ölkəsinə, öz qohumlarının yanına qayıt. Mən səninlə olacağam». 001 GEN 031 004 Yaqub xəbər göndərib Rəhiləni və Leanı çöllərə – sürüsünü otardığı yerə çağırdı. 001 GEN 031 005 Yaqub onlara dedi: «Mən atanızın münasibətini görürəm ki, mənimlə əvvəlki kimi rəftar etmir. Ancaq atamın Allahı mənimlədir. 001 GEN 031 006 Siz bilirsiniz ki, var gücümlə atanıza xidmət etmişəm. 001 GEN 031 007 Atanız məni aldatdı və haqqımı on dəfə dəyişdirdi, amma Allah onu mənə pislik etməyə qoymadı. 001 GEN 031 008 O, “xallı heyvanlar sənin haqqın olacaq” deyəndə bütün sürüdə xallı heyvanlar doğuldu. “Sənin haqqın alabəzək heyvanlar olacaq” deyəndə isə bütün sürüdə alabəzək heyvanlar doğuldu. 001 GEN 031 009 Beləcə Allah atanızın sürüsünü alıb mənə verdi. 001 GEN 031 010 Sürünün dölləndiyi vaxt yuxuda başımı qaldırıb gördüm ki, sürüdəki heyvanlarla cütləşən təkələr alabəzək, xallı və ləkəlidir. 001 GEN 031 011 Yuxuda Allahın mələyi mənə dedi: “Yaqub!” “Mən buradayam!” deyə cavab verdim. 001 GEN 031 012 O dedi: “İndi başını qaldır, gör ki, sürüdəki heyvanlarla cütləşən bütün təkələr alabəzək, xallı və ləkəlidir, çünki Lavanın sənə etdiyi hər şeyi gördüm. 001 GEN 031 013 Mən Bet-Eldə sənə görünən Allaham. Orada bir sütun qoyub məsh etdin və Mənim önümdə əhd etdin. İndi qalxıb bu torpaqdan get və doğulduğun torpağa qayıt”». 001 GEN 031 014 Rəhilə və Lea ona cavab verdilər: «Məgər atamızın mülkündə bir payımız ya mirasımız var? 001 GEN 031 015 Məgər o bizi özgə hesab etmir? Axı o bizi satıb bizim üçün ödənmiş pulu da xərclədi. 001 GEN 031 016 Buna görə də Allahın atamızdan aldığı bütün o var-dövlət bizim və uşaqlarımızındır. İndi sən də Allahın söylədiyi şeylərin hamısına əməl et». 001 GEN 031 017 Onda Yaqub qalxıb uşaqlarını və arvadlarını dəvələrə mindirdi. 001 GEN 031 018 Bütün sürüsünü, qazandığı bütün var-dövlətini, Paddan-Aramda əldə etdiyi öz sürüsünü sürdü ki, Kənan torpağına, atası İshaqın yanına getsin. 001 GEN 031 019 Lavan qoyunlarını qırxmağa gedəndə Rəhilə atasına məxsus olan ev bütlərini oğurladı. 001 GEN 031 020 Yaqub qaçdığını bildirməməklə Aramlı Lavanı aldatdı. 001 GEN 031 021 Beləcə özünə məxsus olan hər şeyi götürüb qaçdı. O, Fərat çayını keçib Gilead dağlıq bölgəsinə yönəldi. 001 GEN 031 022 Yaqubun qaçdığı Lavana üçüncü gün bildirildi. 001 GEN 031 023 O, qohumlarını özü ilə götürüb yeddi gün onu təqib etdi və Gilead dağlıq bölgəsində Yaquba çatdı. 001 GEN 031 024 Allah gecə yuxusunda Aramlı Lavana görünüb dedi: «Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de». 001 GEN 031 025 Lavan Yaquba çatdı. Yaqub dağda çadır qurmuşdu. Lavan qohumları ilə birgə Gilead dağında çadır qurdu. 001 GEN 031 026 Lavan Yaquba dedi: «Niyə belə etdin? Məndən gizlicə qaçdın və qızlarımı müharibə əsirləri kimi apardın. 001 GEN 031 027 Nə üçün gizlicə qaçıb məni aldatdın? Mənə bunu bildirmədin ki, səni sevinclə, mahnı oxumaqla, dəf və lira çalmaqla yola salım. 001 GEN 031 028 Məni nəvələrimlə qızlarımı öpməyə qoymadın; ağılsızcasına rəftar etmisən. 001 GEN 031 029 Sizə pislik edə bilərdim, ancaq atanızın Allahı dünən gecə mənə belə söylədi: “Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de”. 001 GEN 031 030 İndi atanın evi üçün bərk darıxdığına görə çıxıb gedirsən. Bəs büt allahlarımı niyə oğurlayıb aparırsan?» 001 GEN 031 031 Yaqub Lavana cavab verdi: «Qorxub düşündüm ki, qızlarını zorla məndən alarsan. 001 GEN 031 032 Büt allahlarını isə kimin yanında tapsan, o sağ qalmayacaq. Qohumlarımızın önündə yoxlayıb məndə nəyini tapsan, özünə götür». Ancaq Yaqub Rəhilənin onları oğurladığını bilmirdi. 001 GEN 031 033 Lavan Yaqubun, Leanın və iki qarabaşın çadırına girdi, ancaq büt allahları tapmadı. O, Leanın çadırından çıxıb Rəhilənin çadırına girdi. 001 GEN 031 034 Rəhilə ev bütlərini götürərək dəvənin yəhərinə qoyub onların üstündə oturmuşdu. Lavan bütün çadırı yoxladı, ancaq onları tapmadı. 001 GEN 031 035 Rəhilə atasına dedi: «Hüzurunda qalxa bilmədiyim üçün ağam qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan axtardı, ancaq ev bütlərini tapmadı. 001 GEN 031 036 Yaqub qəzəblənib Lavanla mübahisə etdi. O, Lavana söylədi: «Günahım və təqsirim nədir ki, məni belə təqib edirsən? 001 GEN 031 037 Bütün şeylərimi yoxladın, bütün ev şeylərindən nə tapdın? Tapdığın şeyi mənim qohumlarımın və öz qohumlarının qabağına qoy ki, ikimizin arasında şəhadət olsun. 001 GEN 031 038 Ötən iyirmi il sənin yanında işlədim, qoyunların və keçilərin balalarını salmadı, sürülərindəki qoçlarını yemədim. 001 GEN 031 039 Vəhşi heyvanların parçaladığı heyvanı sənin yanına gətirməzdim, zərərini özüm çəkərdim. İstər gündüz, istərsə də gecə oğurlanan hər heyvanı məndən tələb edərdin. 001 GEN 031 040 Gündüzün istisi, gecənin soyuğu məni əldən salardı, yuxum gözümdən tökülərdi. 001 GEN 031 041 İyirmi il sənin evində qaldım: iki qızın üçün on dörd il və sürün üçün altı il sənə xidmət etdim. Sən isə on dəfə haqqımı dəyişdirdin. 001 GEN 031 042 Atamın və İbrahimin Allahı, İshaqın sitayiş etdiyi Allah mənimlə olmasaydı, indi yəqin məni əliboş yola salardın. Allah əzabımı və əlimin zəhmətini gördü, dünən gecə sənə xəbərdarlıq etdi». 001 GEN 031 043 Lavan Yaquba belə cavab verdi: «Qızlar mənim qızlarım, uşaqlar mənim uşaqlarım, sürülər mənim sürülərim və sənin gördüyün hər şey mənimdir. Bu gün qızlarıma yaxud onların doğduqları uşaqlara nə edə bilərəm? 001 GEN 031 044 İndi gəl bir-birimizə əhd edək ki, səninlə mənim aramda şahid olsun». 001 GEN 031 045 Yaqub bir daş götürüb sütun kimi qoydu. 001 GEN 031 046 O öz qohumlarına dedi: «Daş yığın». Onlar daşları götürüb bir qalaq düzəltdilər və o qalağın yanında yeyib-içdilər. 001 GEN 031 047 Lavan onun adını Yeqar-Sahaduta qoydu, Yaqub isə onun adını Qaled qoydu. 001 GEN 031 048 Lavan dedi: «Bu qalaq bu gün mənimlə sənin aranda şahiddir». Buna görə də onun adı Qaleddir. 001 GEN 031 049 Ona həm də Mispa deyildi, çünki Lavan demişdi: «Bir-birimizdən ayrılan zaman qoy Rəbb səninlə mənim aramda gözətçi olsun. 001 GEN 031 050 Söz ver ki, qızlarımı incitməyəcəksən və onların üstünə arvad almayacaqsan. Bil ki, bizim aramızda bir nəfər şahid olmasa da, Allah aramızda şahiddir». 001 GEN 031 051 Lavan yenə Yaquba dedi: «Bax bu da öz aramızda düzəltdiyim qalaq və sütun! 001 GEN 031 052 Bu qalaq və sütun şahid olsunlar ki, nə mən sənin tərəfinə – qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfimə – qalağın və sütunun bu tayına gələcəksən. 001 GEN 031 053 Qoy İbrahimin, Naxorun və onların atalarının Allahı aramızda hökm etsin!» Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi. 001 GEN 031 054 Sonra Yaqub o dağda qurban kəsdi və qohumlarını çörək yeməyə çağırdı. Onlar çörək yedilər və dağda gecələdilər. 001 GEN 031 055 Lavan səhər tezdən qalxıb nəvələrini və qızlarını öpdü, onlara xeyir-dua verdi. Sonra öz yerinə qayıtdı. 001 GEN 032 001 Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi. 001 GEN 032 002 Yaqub onları görəndə dedi: «Bu, Allahın ordugahıdır». O yerin adını Maxanayim qoydu. 001 GEN 032 003 Yaqub özündən qabaq Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi. 001 GEN 032 004 Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”. 001 GEN 032 005 Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım». 001 GEN 032 006 Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü də səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var». 001 GEN 032 007 Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları, qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə ayırıb dedi: 001 GEN 032 008 «Əgər Esav bir dəstəyə hücum edib onları qırsa, arxada qalan dəstə qaça bilsin». 001 GEN 032 009 Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”. 001 GEN 032 010 Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var. 001 GEN 032 011 Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən qorxuram. 001 GEN 032 012 Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”». 001 GEN 032 013 Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən qardaşı Esava hədiyyə olaraq 001 GEN 032 014 iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç, 001 GEN 032 015 balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa, iyirmi dişi və on erkək eşşək götürdü. 001 GEN 032 016 Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın». 001 GEN 032 017 Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda 001 GEN 032 018 ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”». 001 GEN 032 019 Sonra o, ikinci, üçüncü quluna və sürülərin dalınca gedən hər kəsə əmr edib dedi: 001 GEN 032 020 «Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər». 001 GEN 032 021 Hədiyyələr Yaqubun qabağında getdi, o isə gecəni düşərgədə yatdı. 001 GEN 032 022 Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının keçidindən keçdi. 001 GEN 032 023 Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi. 001 GEN 032 024 Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi. 001 GEN 032 025 Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. 001 GEN 032 026 O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». 001 GEN 032 027 O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». 001 GEN 032 028 O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». 001 GEN 032 029 Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. 001 GEN 032 030 Yaqub o yerin adını Peniel qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım». 001 GEN 032 031 Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı. 001 GEN 032 032 Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu. 001 GEN 033 001 Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın, Rəhilənin və iki cariyəsinin uşaqlarını ayırdı: 001 GEN 033 002 cariyələrlə onların uşaqlarını qabağa, Lea ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu. 001 GEN 033 003 Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi. 001 GEN 033 004 Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar. 001 GEN 033 005 Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin quluna lütf etdiyi uşaqlardır». 001 GEN 033 006 Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər, 001 GEN 033 007 sonra Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər. 001 GEN 033 008 Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün». 001 GEN 033 009 Esav dedi: «Mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun». 001 GEN 033 010 Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun. 001 GEN 033 011 Xahiş edirəm, sənə gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid etdikdən sonra Esav hədiyyələri götürdü. 001 GEN 033 012 Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm». 001 GEN 033 013 Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf olar. 001 GEN 033 014 Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm». 001 GEN 033 015 Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm». 001 GEN 033 016 Esav o gün yola düşüb Seirə qayıtdı. 001 GEN 033 017 Yaqub Sukkota köçüb özünə ev tikdi və sürüsünə ağıllar düzəltdi. Ona görə də bu yerin adını Sukkot qoydular. 001 GEN 033 018 Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı. 001 GEN 033 019 O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı. 001 GEN 033 020 Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail qoydu. 001 GEN 034 001 Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı. 001 GEN 034 002 O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı. 001 GEN 034 003 Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi. 001 GEN 034 004 Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al». 001 GEN 034 005 Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu. 001 GEN 034 006 Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi. 001 GEN 034 007 Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı. 001 GEN 034 008 Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz. 001 GEN 034 009 Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə alın. 001 GEN 034 010 Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun». 001 GEN 034 011 Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm. 001 GEN 034 012 Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin». 001 GEN 034 013 Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı. 001 GEN 034 014 Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar. 001 GEN 034 015 Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar, 001 GEN 034 016 öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq. 001 GEN 034 017 Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik». 001 GEN 034 018 Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi. 001 GEN 034 019 Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi. 001 GEN 034 020 Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər: 001 GEN 034 021 «Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik. 001 GEN 034 022 Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun. 001 GEN 034 023 Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın». 001 GEN 034 024 Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu. 001 GEN 034 025 Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər. 001 GEN 034 026 Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər. 001 GEN 034 027 Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar. 001 GEN 034 028 Onların qoyun-keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər. 001 GEN 034 029 Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər. 001 GEN 034 030 Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam». 001 GEN 034 031 Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?» 001 GEN 035 001 Allah Yaquba dedi: «Qalxıb Bet-Elə get və orada qal. Qardaşın Esavın əlindən qaçanda sənə görünən Allaha orada bir qurbangah düzəlt». 001 GEN 035 002 Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib paltarlarınızı dəyişin. 001 GEN 035 003 Qalxıb Bet-Elə gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm». 001 GEN 035 004 Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı. 001 GEN 035 005 Onlar yola düşdülər. Allah ətraf şəhərlərin sakinlərini dəhşətə salmışdı və buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər. 001 GEN 035 006 Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında olan Luza, yəni Bet-Elə gəldi. 001 GEN 035 007 Burada bir qurbangah düzəldib o yerin adını El-Bet-El qoydu, çünki qardaşının əlindən qaçanda Allah Özünü orada Yaquba zahir etmişdi. 001 GEN 035 008 Rivqanın dayəsi Devora öldü. Onu Bet-Elin aşağısında olan palıdın altında basdırdılar. Oranın adını Allon-Bakut qoydular. 001 GEN 035 009 Yaqub Paddan-Aramdan qayıdanda Allah yenə Yaquba göründü və ona xeyir-dua verdi. 001 GEN 035 010 Allah ona dedi: «Sənin adın Yaqubdur. Artıq adın Yaqub çağırılmayacaq, bundan sonra adın İsrail olacaq». Allah onun adını İsrail qoydu 001 GEN 035 011 və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq. 001 GEN 035 012 İbrahimə və İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm». 001 GEN 035 013 Allah Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkildi. 001 GEN 035 014 Yaqub Allahın onunla danışdığı yerdə bir sütun qoydu, üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı tökdü. 001 GEN 035 015 Yaqub Allahın onunla danışdığı yerin adını Bet-El qoydu. 001 GEN 035 016 Onlar Bet-Eldən yola düşdülər. Efrata çatana yaxın Rəhilə doğdu. Onun doğuşu ağır oldu. 001 GEN 035 017 Doğuş zamanı ağrı çəkəndə mamaça ona dedi: «Qorxma, yenə də bir oğlun oldu». 001 GEN 035 018 O, ölüm ayağında can verərkən oğlunun adını Ben-Oni qoydu, ancaq atası onun adını Binyamin qoydu. 001 GEN 035 019 Rəhilə öldü və Efrata, yəni Bet-Lexemə gedən yolda basdırıldı. 001 GEN 035 020 Yaqub onun qəbri üstünə bir daş qoydu. O bu günə qədər Rəhilənin başdaşıdır. 001 GEN 035 021 İsrail yola düşdü və Eder qülləsinin o biri tərəfində çadır qurdu. 001 GEN 035 022 İsrail bu ölkədə yaşayanda Ruven gedib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi. 001 GEN 035 023 Yaqubun on iki oğlu var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda, İssakar və Zevulun. 001 GEN 035 024 Rəhilənin oğulları: Yusif və Binyamin. 001 GEN 035 025 Rəhilənin qulluqçusu Bilhanın oğulları: Dan və Naftali. 001 GEN 035 026 Leanın qulluqçusu Zilpanın oğulları: Qad və Aşer. Yaqubun Paddan-Aramda doğulan oğulları bunlardır. 001 GEN 035 027 Yaqub Qiryat-Arbada, yəni Xevronda olan Mamreyə, atası İshaqın yanına gəldi. İbrahim və İshaq Mamredə qərib idilər. 001 GEN 035 028 İshaq yüz səksən il ömür sürdü. 001 GEN 035 029 O qocalıb yaşa dolaraq canını tapşırdı və ölüb əcdadlarına qoşuldu. Oğulları Esav və Yaqub onu basdırdılar. 001 GEN 036 001 Esavın, yəni Edomun tarixçəsi belədir. 001 GEN 036 002 Esav Kənan qızlarından Xetli Elonun qızı Adanı, Xivli Siveonun qızı Ananın qızı Oholivamanı, 001 GEN 036 003 həmçinin İsmailin qızı, Nevayotun bacısı Basmatı arvad aldı. 001 GEN 036 004 Ada Esava Elifazı doğdu, Basmat isə Reueli doğdu. 001 GEN 036 005 Oholivama Yeuşu, Yalamı və Qorahı doğdu; Esavın Kənan torpağında doğulan oğulları bunlardır. 001 GEN 036 006 Esav arvadlarını, oğullarını, qızlarını, evindəki adamların hamısını, sürülərini, bütün heyvanlarını və Kənan torpağında qazandığı bütün var-dövləti götürüb qardaşı Yaqubun yanından başqa bir torpağa getdi. 001 GEN 036 007 Çünki əmlakları çox olduğuna görə bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu üçün qaldıqları torpağa sığmırdılar. 001 GEN 036 008 Esav, yəni Edom Seir dağlıq diyarında məskən saldı. 001 GEN 036 009 Edomluların əcdadı Esavın Seir dağlıq diyarındakı tarixçəsi belədir. 001 GEN 036 010 Esavın oğullarının adları belədir: Esavın arvadı Adanın oğlu Elifaz, Esavın arvadı Basmatın oğlu Reuel. 001 GEN 036 011 Elifazın oğulları: Teman, Omar, Sefo, Qatam və Qenaz. 001 GEN 036 012 Timna Esavın oğlu Elifazın cariyəsi idi. O, Elifaza Amaleqi doğdu. Esavın arvadı Adanın nəvələri bunlardır. 001 GEN 036 013 Reuelin oğulları bunlardır: Naxat, Zerah, Şamma və Mizza; bunlar Esavın arvadı Basmatın nəvələridir. 001 GEN 036 014 Esavın arvadı Siveon qızı Ana qızı Oholivamanın oğulları bunlardır: o, Esava Yeuşu, Yalamı və Qorahı doğdu. 001 GEN 036 015 Esav oğullarının başçıları bunlardır: Esavın ilk oğlu Elifazın oğulları: başçı Teman, başçı Omar, başçı Sefo, başçı Qenaz, 001 GEN 036 016 başçı Qorah, başçı Qatam, başçı Amaleq. Edom torpağında Elifazdan olan başçılar bunlardır; onlar Adanın nəvələridir. 001 GEN 036 017 Esavın oğlu Reuelin oğulları bunlardır: başçı Naxat, başçı Zerah, başçı Şamma, başçı Mizza. Edom torpağında Reueldən olan başçılar bunlardır; onlar Esavın arvadı Basmatın nəvələridir. 001 GEN 036 018 Esavın arvadı Oholivamanın oğulları bunlardır: başçı Yeuş, başçı Yalam, başçı Qorah; onlar Esavın arvadı Ana qızı Oholivamanın nəslindən olan başçılardır. 001 GEN 036 019 Bunlar Esavın, yəni Edomun oğullarıdır, bunlar da onların başçılarıdır. 001 GEN 036 020 Ölkədə yaşayan Xorlu Seirin oğulları bunlardır: Lotan, Şoval, Siveon, Ana, 001 GEN 036 021 Dişon, Eser və Dişan. Edom torpağında başçılıq edən Xorlu Seirin oğulları bunlardır. 001 GEN 036 022 Lotanın oğulları Xori və Hemam, Lotanın bacısı Timna. 001 GEN 036 023 Şovalın oğulları bunlardır: Alvan, Manaxat, Eval, Şefo və Onam. 001 GEN 036 024 Siveonun oğulları bunlardır: Ayya və Ana; atası Siveonun eşşəklərini otararkən çöldə isti bulaqlar tapan Ana budur. 001 GEN 036 025 Ananın övladları bunlardır: Dişon və Ananın qızı Oholivama. 001 GEN 036 026 Dişonun oğulları bunlardır: Xemdan, Eşban, İtran və Keran. 001 GEN 036 027 Eserin oğulları bunlardır: Bilhan, Zaavan və Aqan. 001 GEN 036 028 Dişanın oğulları bunlardır: Us və Aran. 001 GEN 036 029 Xorlulardan olan başçılar bunlardır: başçı Lotan, başçı Şoval, başçı Siveon, başçı Ana, 001 GEN 036 030 başçı Dişon, başçı Eser, başçı Dişan; Seir torpağında qəbilələrinə görə Xorlu başçılar bunlardır. 001 GEN 036 031 İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: 001 GEN 036 032 Edomda Beorun oğlu Bela padşah oldu. Onun şəhəri Dinhava idi. 001 GEN 036 033 Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. 001 GEN 036 034 Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. 001 GEN 036 035 Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. 001 GEN 036 036 Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. 001 GEN 036 037 Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. 001 GEN 036 038 Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. 001 GEN 036 039 Akbor oğlu Baal-Xanan öldü və onun yerinə Hadar padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi. 001 GEN 036 040 Esavın nəslindən olan başçıların qəbilələrinə və yerlərinə görə adları belədir: başçı Timna, başçı Alva, başçı Yetet, 001 GEN 036 041 başçı Oholivama, başçı Ela, başçı Pinon, 001 GEN 036 042 başçı Qenaz, başçı Teman, başçı Mivsar, 001 GEN 036 043 başçı Maqdiel, başçı İram; sahib olduqları ölkədə yaşadıqları yerlərə görə Edom başçıları bunlardır. Esav da Edomluların əcdadıdır. 001 GEN 037 001 Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. 001 GEN 037 002 Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atasının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı. 001 GEN 037 003 İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi. 001 GEN 037 004 Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər. 001 GEN 037 005 Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar. 001 GEN 037 006 Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın: 001 GEN 037 007 biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona təzim etdilər». 001 GEN 037 008 Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər. 001 GEN 037 009 Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə təzim edir». 001 GEN 037 010 O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?» 001 GEN 037 011 Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı. 001 GEN 037 012 Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. 001 GEN 037 013 İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram». 001 GEN 037 014 İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı. 001 GEN 037 015 Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu. 001 GEN 037 016 O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?» 001 GEN 037 017 Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı. 001 GEN 037 018 Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər. 001 GEN 037 019 Qardaşlar bir-birlərinə dedilər: «Baxın, bu yuxular görən gəlir. 001 GEN 037 020 İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır». 001 GEN 037 021 Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq». 001 GEN 037 022 Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. 001 GEN 037 023 Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar. 001 GEN 037 024 Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi. 001 GEN 037 025 Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar. 001 GEN 037 026 Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar? 001 GEN 037 027 Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar. 001 GEN 037 028 Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar. 001 GEN 037 029 Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı. 001 GEN 037 030 Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?» 001 GEN 037 031 Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar. 001 GEN 037 032 Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?» 001 GEN 037 033 O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb». 001 GEN 037 034 Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu. 001 GEN 037 035 Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı. 001 GEN 037 036 Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar. 001 GEN 038 001 O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən saldı. 001 GEN 038 002 Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi. 001 GEN 038 003 Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu. 001 GEN 038 004 Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu. 001 GEN 038 005 Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi. 001 GEN 038 006 Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi. 001 GEN 038 007 Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü. 001 GEN 038 008 Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir». 001 GEN 038 009 Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin. 001 GEN 038 010 Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü. 001 GEN 038 011 Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı. 001 GEN 038 012 Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi. 001 GEN 038 013 Tamara bildirdilər: «Bax qayınatan sürüsünü qırxmaq üçün Timnata gəlir». 001 GEN 038 014 Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib. 001 GEN 038 015 Yəhuda onu görəndə elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü. 001 GEN 038 016 Yəhuda yolunu ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: «Yanıma girmək üçün mənə nə verirsən?» 001 GEN 038 017 Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?» 001 GEN 038 018 Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı. 001 GEN 038 019 Sonra Tamar qalxıb getdi və rübəndini çıxarıb dulluq paltarını geydi. 001 GEN 038 020 Yəhuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o, qadını tapmadı. 001 GEN 038 021 Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur». 001 GEN 038 022 O, Yəhudanın yanına qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər». 001 GEN 038 023 Yəhuda dedi: «Qoy bu şeylər onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın». 001 GEN 038 024 Bundan təxminən üç ay sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan hamilə qalıb». Yəhuda dedi: «Onu çıxarıb yandırın». 001 GEN 038 025 O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?» 001 GEN 038 026 Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi. 001 GEN 038 027 Tamar doğanda məlum oldu ki, bətnində əkiz var. 001 GEN 038 028 Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu». 001 GEN 038 029 Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres qoydular. 001 GEN 038 030 Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah qoydular. 001 GEN 039 001 Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı. 001 GEN 039 002 Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı. 001 GEN 039 003 Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir. 001 GEN 039 004 Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi. 001 GEN 039 005 Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü. 001 GEN 039 006 Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı idi. 001 GEN 039 007 Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat». 001 GEN 039 008 Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib. 001 GEN 039 009 Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» 001 GEN 039 010 Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta birgə olmağa razı olmurdu. 001 GEN 039 011 Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi. 001 GEN 039 012 Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı. 001 GEN 039 013 Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə 001 GEN 039 014 ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə ucadan qışqırdım. 001 GEN 039 015 O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra çıxdı». 001 GEN 039 016 Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı. 001 GEN 039 017 Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi. 001 GEN 039 018 Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı». 001 GEN 039 019 Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk qəzəbləndi. 001 GEN 039 020 Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı. 001 GEN 039 021 Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı. 001 GEN 039 022 Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər işə o başçılıq edirdi. 001 GEN 039 023 Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi. 001 GEN 040 001 Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər. 001 GEN 040 002 Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi 001 GEN 040 003 və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı. 001 GEN 040 004 Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar. 001 GEN 040 005 Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü. 001 GEN 040 006 Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü. 001 GEN 040 007 Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?» 001 GEN 040 008 Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın». 001 GEN 040 009 Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var. 001 GEN 040 010 Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi. 001 GEN 040 011 Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim». 001 GEN 040 012 Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür. 001 GEN 040 013 Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən. 001 GEN 040 014 Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart. 001 GEN 040 015 Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm». 001 GEN 040 016 Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var. 001 GEN 040 017 Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi». 001 GEN 040 018 Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür. 001 GEN 040 019 Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək». 001 GEN 040 020 Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı. 001 GEN 040 021 Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi, 001 GEN 040 022 baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu. 001 GEN 040 023 Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu. 001 GEN 041 001 İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı. 001 GEN 041 002 Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı. 001 GEN 041 003 Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar. 001 GEN 041 004 Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı. 001 GEN 041 005 Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı. 001 GEN 041 006 Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. 001 GEN 041 007 Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi. 001 GEN 041 008 Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı. 001 GEN 041 009 Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım: 001 GEN 041 010 bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı. 001 GEN 041 011 Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük. 001 GEN 041 012 Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi. 001 GEN 041 013 O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı». 001 GEN 041 014 Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi. 001 GEN 041 015 Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən». 001 GEN 041 016 Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək». 001 GEN 041 017 Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam. 001 GEN 041 018 Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı. 001 GEN 041 019 Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm. 001 GEN 041 020 Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər. 001 GEN 041 021 Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım. 001 GEN 041 022 Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı. 001 GEN 041 023 Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. 001 GEN 041 024 Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq izah edən olmadı». 001 GEN 041 025 Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi. 001 GEN 041 026 Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir. 001 GEN 041 027 Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq. 001 GEN 041 028 Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona göstərdi. 001 GEN 041 029 Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq. 001 GEN 041 030 Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq. 001 GEN 041 031 Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq. 001 GEN 041 032 Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək. 001 GEN 041 033 Buna görə də firon ağıllı və müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin. 001 GEN 041 034 Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın. 001 GEN 041 035 Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar. 001 GEN 041 036 Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın». 001 GEN 041 037 Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi. 001 GEN 041 038 Firon əyanlarına dedi: «Bu adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?» 001 GEN 041 039 Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur. 001 GEN 041 040 Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam». 001 GEN 041 041 Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm». 001 GEN 041 042 Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı. 001 GEN 041 043 Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu. 001 GEN 041 044 Firon Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək». 001 GEN 041 045 Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı. 001 GEN 041 046 Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı. 001 GEN 041 047 Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi. 001 GEN 041 048 Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı. 001 GEN 041 049 Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-hesabı yox idi. 001 GEN 041 050 Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat doğdu. 001 GEN 041 051 Yusif ilk oğlunun adını Menaşşe qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu». 001 GEN 041 052 İkinci oğlunun adını Efrayim qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi». 001 GEN 041 053 Misir torpağında yeddi il bolluq qurtardı. 001 GEN 041 054 Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi. 001 GEN 041 055 Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin». 001 GEN 041 056 Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi. 001 GEN 041 057 Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi. 001 GEN 042 001 Yaqub öyrəndi ki, Misirdə taxıl var. O öz oğullarına dedi: «Nə üçün bir-birinizə baxırsınız?» 001 GEN 042 002 Yenə dedi: «Mən eşitdim ki, Misirdə taxıl var, gedib oradan bizim üçün taxıl alın ki, ölməyib yaşayaq». 001 GEN 042 003 Yusifin on qardaşı taxıl almaq üçün Misirə getdi. 001 GEN 042 004 Ancaq Yaqub Yusifin qardaşı Binyamini qardaşları ilə birgə göndərmədi, çünki fikirləşirdi ki, onun başına bir fəlakət gələ bilər. 001 GEN 042 005 Taxıl almağa gələnlər arasında İsrailin oğulları da var idi, çünki Kənan torpağında da aclıq hökm sürürdü. 001 GEN 042 006 Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər. 001 GEN 042 007 Yusif qardaşlarını görüb tanıdı, ancaq onlarla yad adam kimi rəftar edərək sərt danışdı. Yusif onlardan soruşdu: «Haradan gəlirsiniz?» Onlar dedilər: «Ərzaq almaq üçün Kənan torpağından gəlirik». 001 GEN 042 008 Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar. 001 GEN 042 009 Yusif qardaşları barədə gördüyü yuxuları xatırlayıb onlara dedi: «Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz». 001 GEN 042 010 Qardaşları ona dedilər: «Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər. 001 GEN 042 011 Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq, qulların casus deyil». 001 GEN 042 012 Ancaq Yusif onlara dedi: «Xeyr, siz ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz». 001 GEN 042 013 Onlar dedilər: «Biz qulların on iki qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır, bir qardaşımız isə yoxa çıxıb». 001 GEN 042 014 Yusif onlara dedi: «Hər şey mən dediyim kimidir: siz casussunuz, 001 GEN 042 015 ancaq mən sizi belə yoxlayacağam: fironun canına and olsun ki, kiçik qardaşınız buraya gəlməsə, siz buradan gedə bilməyəcəksiniz. 001 GEN 042 016 Aranızdan bir nəfəri göndərin ki, qardaşınızı gətirsin, siz isə burada saxlanacaqsınız. Onda sizin düz deyib-demədiyiniz bilinəcək. Yoxsa fironun canına and olsun ki, siz casussunuz». 001 GEN 042 017 Yusif üç gün onları zindanda saxladı. 001 GEN 042 018 Üçüncü gün Yusif onlara dedi: «Dediyimə əməl edib canınızı qurtarın, çünki mən Allahdan qorxuram. 001 GEN 042 019 Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olunduğunuz yerdə qalsın, siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın. 001 GEN 042 020 Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız». Qardaşlar belə də etdilər. 001 GEN 042 021 Onlar bir-birlərinə dedilər: «Doğrudan da, biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük, ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi». 001 GEN 042 022 Ruven onlara belə cavab verdi: «Mən demədimmi uşağa pislik etməyin, lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik». 001 GEN 042 023 Qardaşları Yusifin onları başa düşdüyünü bilmirdilər, çünki onlar tərcüməçi vasitəsilə danışırdılar. 001 GEN 042 024 Yusif onların yanından kənara çəkilib ağladı. Sonra qardaşlarının yanına qayıdıb onlarla söhbət etdi. Aralarından Şimeonu götürüb qardaşlarının gözü qabağında onun əl-qolunu bağladı. 001 GEN 042 025 Yusif əmr etdi ki, onların çuvalları taxılla doldurulsun, hər birinin verdiyi pul da öz çuvalına qoyulsun və onlara yol üçün azuqə verilsin. Belə də edildi. 001 GEN 042 026 Qardaşlar taxıllarını eşşəklərinin belinə yükləyib oradan getdilər. 001 GEN 042 027 Onlardan biri gecələdiyi yerdə eşşəyinə yem vermək üçün çuvalını açanda öz pulunu gördü: pul çuvalın ağzında idi. 001 GEN 042 028 O, qardaşlarına dedi: «Pulum özümə qaytarılıb, budur, o, çuvalımın içindədir». Qardaşların ürəyi həyəcana düşdü və onlar qorxa-qorxa bir-birlərinə dedilər: «Allah bizim başımıza nə iş gətirdi?» 001 GEN 042 029 Onlar Kənan torpağına, ataları Yaqubun yanına gəldilər və başlarına gələn bütün hadisələri ona danışıb dedilər: 001 GEN 042 030 «O ölkənin başçısı olan adam bizimlə sərt danışdı, bizi ölkəyə gələn casuslar hesab etdi. 001 GEN 042 031 Ona dedik: “Biz təmiz adamlarıq, casus deyilik. 001 GEN 042 032 Biz bir atanın oğulları, on iki qardaşıq. Bir qardaşımız yoxa çıxıb, biri də indi Kənan torpağında atamızın yanındadır”. 001 GEN 042 033 O ölkənin başçısı olan adam bizə dedi: “Sizin təmiz adam olduğunuzu bundan biləcəyəm: qardaşlarınızdan birini yanımda qoyub, ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl götürərək gedin. 001 GEN 042 034 Sonra kiçik qardaşınızı yanıma gətirin. O zaman sizin casus deyil, təmiz adam olduğunuzu biləcəyəm. Onda qardaşınızı sizə təhvil verəcəyəm və ölkədə alver edə bilərsiniz”». 001 GEN 042 035 Qardaşlar çuvallarını boşaldarkən gördülər ki, hər kəsin çuvalında pul kisəsi var. Özləri və onların atası pul kisələrini görəndə qorxdular. 001 GEN 042 036 Ataları Yaqub onlara dedi: «Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamini də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz». 001 GEN 042 037 Ruven atasına belə dedi: «Əgər onu sənin yanına gətirməsəm, iki oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm». 001 GEN 042 038 Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz». 001 GEN 043 001 Kənan torpağında aclıq güclənmişdi. 001 GEN 043 002 Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın». 001 GEN 043 003 Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin. 001 GEN 043 004 Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq. 001 GEN 043 005 Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin». 001 GEN 043 006 İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?» 001 GEN 043 007 Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?» 001 GEN 043 008 Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq. 001 GEN 043 009 Mən ona zamin dururam, onu məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə təqsirkar olacağam. 001 GEN 043 010 Çünki biz gecikməsəydik, indi iki dəfə gedib-qayıdardıq». 001 GEN 043 011 Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam götürün. 001 GEN 043 012 Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub. 001 GEN 043 013 Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın. 001 GEN 043 014 Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum». 001 GEN 043 015 Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib Yusifin önündə durdular. 001 GEN 043 016 Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər». 001 GEN 043 017 O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı. 001 GEN 043 018 Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın». 001 GEN 043 019 Onlar Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər: 001 GEN 043 020 «Ey ağamız, keçən dəfə biz ərzaq almaq üçün gəlmişdik. 001 GEN 043 021 Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq. 001 GEN 043 022 Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik». 001 GEN 043 023 Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi. 001 GEN 043 024 O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və eşşəklərinə yem verdi. 001 GEN 043 025 Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada yemək yeyəcəklərini eşitdilər. 001 GEN 043 026 Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər. 001 GEN 043 027 Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?» 001 GEN 043 028 Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib təzim etdilər. 001 GEN 043 029 Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin». 001 GEN 043 030 Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı. 001 GEN 043 031 Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin». 001 GEN 043 032 Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi. 001 GEN 043 033 Qardaşlar böyük-kiçikliyinə görə Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar. 001 GEN 043 034 Yusifin önündəki yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər. 001 GEN 044 001 Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy. 001 GEN 044 002 Kiçiyinin çuvalının ağzına isə mənim kasamı – gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi. 001 GEN 044 003 Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar. 001 GEN 044 004 Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? 001 GEN 044 005 Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”». 001 GEN 044 006 Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi. 001 GEN 044 007 Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. 001 GEN 044 008 Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik? 001 GEN 044 009 Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq». 001 GEN 044 010 O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız». 001 GEN 044 011 Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı. 001 GEN 044 012 Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı. 001 GEN 044 013 Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı. 001 GEN 044 014 Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar. 001 GEN 044 015 Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?» 001 GEN 044 016 Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq». 001 GEN 044 017 O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin». 001 GEN 044 018 Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan. 001 GEN 044 019 O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda 001 GEN 044 020 biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”. 001 GEN 044 021 Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”. 001 GEN 044 022 Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”. 001 GEN 044 023 Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”. 001 GEN 044 024 Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq. 001 GEN 044 025 Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”. 001 GEN 044 026 Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”. 001 GEN 044 027 Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu. 001 GEN 044 028 Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm. 001 GEN 044 029 Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. 001 GEN 044 030 İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız 001 GEN 044 031 onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. 001 GEN 044 032 Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”. 001 GEN 044 033 İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin. 001 GEN 044 034 Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm». 001 GEN 045 001 Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi. 001 GEN 045 002 O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər. 001 GEN 045 003 Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar. 001 GEN 045 004 Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm. 001 GEN 045 005 İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi. 001 GEN 045 006 Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq. 001 GEN 045 007 Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun. 001 GEN 045 008 Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi. 001 GEN 045 009 Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl. 001 GEN 045 010 Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar. 001 GEN 045 011 Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”. 001 GEN 045 012 İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm. 001 GEN 045 013 Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin». 001 GEN 045 014 Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı. 001 GEN 045 015 Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər. 001 GEN 045 016 Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi. 001 GEN 045 017 Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin. 001 GEN 045 018 Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz. 001 GEN 045 019 Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar götürün və atanızı gətirib gəlin”. 001 GEN 045 020 Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir». 001 GEN 045 021 İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi. 001 GEN 045 022 Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi. 001 GEN 045 023 Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi. 001 GEN 045 024 O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin». 001 GEN 045 025 Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər. 001 GEN 045 026 Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı. 001 GEN 045 027 Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı. 001 GEN 045 028 İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm». 001 GEN 046 001 İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi. 001 GEN 046 002 Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam». 001 GEN 046 003 Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm. 001 GEN 046 004 Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq». 001 GEN 046 005 Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər. 001 GEN 046 006 Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər. 001 GEN 046 007 O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi. 001 GEN 046 008 İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven. 001 GEN 046 009 Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. 001 GEN 046 010 Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul. 001 GEN 046 011 Levinin oğulları: Gerşon, Qohat və Merari. 001 GEN 046 012 Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul. 001 GEN 046 013 İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron. 001 GEN 046 014 Zevulunun oğulları: Sered, Elon və Yaxleel. 001 GEN 046 015 Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi. 001 GEN 046 016 Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli. 001 GEN 046 017 Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel. 001 GEN 046 018 Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi. 001 GEN 046 019 Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin. 001 GEN 046 020 Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu. 001 GEN 046 021 Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard. 001 GEN 046 022 Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi. 001 GEN 046 023 Danın oğlu Xuşim. 001 GEN 046 024 Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem. 001 GEN 046 025 Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi. 001 GEN 046 026 Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi. 001 GEN 046 027 Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi. 001 GEN 046 028 Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə 001 GEN 046 029 Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı. 001 GEN 046 030 İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış». 001 GEN 046 031 Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər. 001 GEN 046 032 Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər. 001 GEN 046 033 Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa, 001 GEN 046 034 deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər». 001 GEN 047 001 Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri, mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər». 001 GEN 047 002 Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna gətirdi. 001 GEN 047 003 Firon Yusifin qardaşlarına dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər: «Biz qulların, atalarımız kimi çobanıq. 001 GEN 047 004 Bu ölkəyə müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz». 001 GEN 047 005 Firon Yusifə dedi: «Atanla qardaşların yanına gəliblər. 001 GEN 047 006 Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu torpağın ən yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında hansı bacarıqlıdırsa, onu mənim sürülərimə çoban qoy». 001 GEN 047 007 Yusif atası Yaqubu götürüb fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi. 001 GEN 047 008 Firon Yaqubdan soruşdu: «Neçə yaşın var?» 001 GEN 047 009 Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı». 001 GEN 047 010 Sonra firona xeyir-dua verib onun hüzurundan çıxdı. 001 GEN 047 011 Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində – Ramses bölgəsində mülk verdi. 001 GEN 047 012 Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının ailəsinə malik olduqları uşaqların sayına görə çörək saxladı. 001 GEN 047 013 Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin əhalisini aclıq taqətdən salmışdı. 001 GEN 047 014 Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı. 001 GEN 047 015 Misir və Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb». 001 GEN 047 016 Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə çörək verərəm». 001 GEN 047 017 Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı. 001 GEN 047 018 İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı. 001 GEN 047 019 Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin». 001 GEN 047 020 Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu. 001 GEN 047 021 Yusif Misir ərazisinin bir ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü. 001 GEN 047 022 Yalnız kahinlərin torpağını satın almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də torpaqlarını satmadılar. 001 GEN 047 023 Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin. 001 GEN 047 024 Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin». 001 GEN 047 025 Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi oluruq». 001 GEN 047 026 Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu. Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi. 001 GEN 047 027 İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar artaraq çoxaldılar. 001 GEN 047 028 Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü. 001 GEN 047 029 İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan, 001 GEN 047 030 ancaq atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan». Yusif dedi: «Dediyin kimi edərəm». 001 GEN 047 031 Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının başına söykənib Allaha səcdə etdi. 001 GEN 048 001 Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi özü ilə götürdü. 001 GEN 048 002 Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail gücünü toplayıb yatağı üstündə oturdu. 001 GEN 048 003 Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə göründü və xeyir-dua verdi. 001 GEN 048 004 O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam, səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”. 001 GEN 048 005 İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq. 001 GEN 048 006 Onlardan sonra sənin üçün doğulan uşaqlar isə səninki olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq. 001 GEN 048 007 Mən Paddandan gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım». 001 GEN 048 008 İsrail Yusifin oğullarını görüb dedi: «Bunlar kimdir?» 001 GEN 048 009 Yusif atasına dedi: «Allahın burada mənə verdiyi oğullarımdır». İsrail dedi: «Onları yanıma gətir, xeyir-dua verim». 001 GEN 048 010 İsrail artıq qocalmış, gözləri zəifləmişdi və görə bilmirdi. Yusif oğullarını atasının yanına apardı və atası onları öpüb qucaqladı. 001 GEN 048 011 Sonra İsrail Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə sənin övladlarını da göstərdi». 001 GEN 048 012 Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun qarşısında üzünü yerə qoyaraq səcdə etdi. 001 GEN 048 013 Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə İsrailin sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona yaxınlaşdırdı. 001 GEN 048 014 İsrail əllərini çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi. 001 GEN 048 015 İsrail Yusifə xeyir-dua verərək belə dedi: «Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah, Bu günə qədər mənim qayğıma qalan Allah, 001 GEN 048 016 Məni bütün pisliklərdən xilas edən Mələk Qoy bu uşaqlara da xeyir-dua versin! Onlar mənim adımla, Atalarım İbrahim və İshaqın Adı ilə çağırılsın, Yer üzündə çoxaldıqca çoxalsın!» 001 GEN 048 017 Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi. 001 GEN 048 018 Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil». 001 GEN 048 019 Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq». 001 GEN 048 020 O gün İsrail nəvələrinə xeyir-dua verərək dedi: «İsrail nəsli “Qoy Allah səni Efrayim və Menaşşe kimi etsin” Deyərək sizin adınızla Xeyir-dua verəcək». Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu. 001 GEN 048 021 İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq. 001 GEN 048 022 Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam». 001 GEN 049 001 Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim: 001 GEN 049 002 Ey Yaqub oğulları, yığılıb eşidin, Atanız İsrailə qulaq asın: 001 GEN 049 003 Ey Ruven, ilk oğlum, Sən mənim gücümsən, qüdrətimin başlanğıcısan. Ləyaqətin hamıdan üstündür, Qüvvətin hamıdan çoxdur. 001 GEN 049 004 Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan. Çünki atanın yatağına girib Onu murdar etdin – Bax o, döşəyimə çıxdı. 001 GEN 049 005 Şimeonla Levi qardaşdır, Qəddarlıq qılıncları ilə silahlanıblar. 001 GEN 049 006 Ey qəlbim, onların məclisinə getmə, Ey şərəfim, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər. 001 GEN 049 007 Lənət olsun vəhşi qəzəblərinə, Lənət olsun qəddar hiddətlərinə. Onları Yaqubda böləcəyəm, İsraildə səpələyəcəyəm. 001 GEN 049 008 Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək. 001 GEN 049 009 Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər? 001 GEN 049 010 Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək. 001 GEN 049 011 Eşşəyini tənəyə, Ulağını ən seçmə bir tənəyə bağlayacaq. Paltarını şərabda, Köynəyini üzümün qanında yuyacaq. 001 GEN 049 012 Gözləri şərabdan da parlaq olacaq, Dişləri süddən də ağ olacaq. 001 GEN 049 013 Zevulun isə dəniz kənarında yaşayacaq, Ora gəmilərin limanı olacaq, Ərazisi Sidonun yanınadək uzanacaq. 001 GEN 049 014 Qoyun ağılları arasında uzanan İssakar Bir qüvvətli ulağa oxşar. 001 GEN 049 015 O, yaxşı və rahat olan yer, Bir səfalı ölkə görsə, Çiynini yük daşımaq üçün əyər, Mükəlləfiyyətçi qul olar. 001 GEN 049 016 Dan İsrail qəbilələrindən biri olub Öz xalqına hökm edəcək. 001 GEN 049 017 Dan yol üstündə bir ilan, Cığırda bir gürzə olacaq; Elə bir gürzə ki atın topuğundan sancır, Süvarisi arxası üstə yıxılır. 001 GEN 049 018 Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm. 001 GEN 049 019 Qad talançı basqınına düçar olacaq, Lakin onları topuğundan vuracaq. 001 GEN 049 020 Aşerdən zəngin nemətlər gələcək, O, şahanə ləzzətli yeməklər yetirəcək. 001 GEN 049 021 Naftali azad edilmiş bir maraldır, Ondan gözəl balalar doğulacaq. 001 GEN 049 022 Yusif barlı bir ağac, Çeşmə kənarında meyvəli bir ağacdır, Budaqları divarın üstündən aşar. 001 GEN 049 023 Oxçular ona güclü hücum etdilər, Düşmənçilik edib üstünə ox yağdırdılar. 001 GEN 049 024 Amma Yaqubun qüdrətli Allahı – İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu. 001 GEN 049 025 Sənə kömək edən Atanın Allahıdır, Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, Dərinlikdə olan Su mənbələrinin bərəkəti ilə, Döşlərin və bətnlərin bərəkəti ilə Sənə xeyir-dua verəcək. 001 GEN 049 026 Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; Əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifin – qardaşlar arasında Başçı olanın üstündə olsun. 001 GEN 049 027 Binyamin acgöz bir qurddur, Səhər ovunu yeyər, Axşam qənimət paylar». 001 GEN 049 028 Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və hər birinə xeyir-dua verdi. 001 GEN 049 029 Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın. 001 GEN 049 030 O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı. 001 GEN 049 031 İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım. 001 GEN 049 032 Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb». 001 GEN 049 033 Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu. 001 GEN 050 001 Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü. 001 GEN 050 002 Sonra həkim xidmətçilərinə atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar. 001 GEN 050 003 Bu iş qırx günə görüldü, çünki mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail üçün yas tutdular. 001 GEN 050 004 Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına müraciət edib dedi: «Əgər gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki, 001 GEN 050 005 atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım». 001 GEN 050 006 Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır». 001 GEN 050 007 Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları, 001 GEN 050 008 Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular. 001 GEN 050 009 Onlarla birgə atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi. 001 GEN 050 010 Onlar İordan çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün yas tutdu. 001 GEN 050 011 O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi. 001 GEN 050 012 Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər. 001 GEN 050 013 Onu Kənan ölkəsinə gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı. 001 GEN 050 014 Yusif atasını dəfn etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə atasının dəfninə gələnlərin hamısı Misirə qayıtdı. 001 GEN 050 015 Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?» 001 GEN 050 016 Buna görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin: 001 GEN 050 017 “Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı. 001 GEN 050 018 Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin qullarınıq». 001 GEN 050 019 Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz? 001 GEN 050 020 Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun. 001 GEN 050 021 Ona görə də qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi. 001 GEN 050 022 Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü. 001 GEN 050 023 O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu. 001 GEN 050 024 Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq». 001 GEN 050 025 Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın». 001 GEN 050 026 Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular. # # BOOK 002 EXO Exodus Çixiş 002 EXO 001 001 Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi: 002 EXO 001 002 Ruven, Şimeon, Levi, Yəhuda, 002 EXO 001 003 İssakar, Zevulun, Binyamin, 002 EXO 001 004 Dan, Naftali, Qad, Aşer, 002 EXO 001 005 Yaqubun nəslindən törənən yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi. 002 EXO 001 006 Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin hamısı öldü. 002 EXO 001 007 Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar çox qüvvətləndi; ölkə onlarla doldu. 002 EXO 001 008 Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. 002 EXO 001 009 O, xalqına dedi: «Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir. 002 EXO 001 010 Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər». 002 EXO 001 011 Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər. 002 EXO 001 012 Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub, 002 EXO 001 013 onları sıxıntılı əsarətdə saxladılar. 002 EXO 001 014 Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər. 002 EXO 001 015 Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi: 002 EXO 001 016 «İbrani qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın». 002 EXO 001 017 Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar. 002 EXO 001 018 Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi: «Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?» 002 EXO 001 019 Mamaçalar firona dedilər: «Çünki İbrani qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən əvvəl doğurlar». 002 EXO 001 020 Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi. 002 EXO 001 021 Ondan qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi. 002 EXO 001 022 Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun». 002 EXO 002 001 O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı. 002 EXO 002 002 O hamilə olub oğul doğdu və uşağın gözəl olduğunu görüb üç ay gizlətdi. 002 EXO 002 003 Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın arasına qoydu. 002 EXO 002 004 Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı. 002 EXO 002 005 Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi. 002 EXO 002 006 Sonra səbəti açıb bir oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır». 002 EXO 002 007 Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?» 002 EXO 002 008 Fironun qızı ona «get» dedi. Qız gedib körpənin anasını çağırdı. 002 EXO 002 009 Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi. 002 EXO 002 010 Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum». 002 EXO 002 011 Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü. 002 EXO 002 012 Musa ətrafına baxıb heç kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi. 002 EXO 002 013 Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?» 002 EXO 002 014 O adam dedi: «Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər». 002 EXO 002 015 Firon bu işdən xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu. 002 EXO 002 016 Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə su vermək üçün təknələri doldurdular. 002 EXO 002 017 O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb qızlara kömək etdi və qoyun-keçilərinə su verdi. 002 EXO 002 018 Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə oldu ki, bu gün tez gəldiniz?» 002 EXO 002 019 Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim üçün quyudan su çəkib qoyun-keçiyə su verdi». 002 EXO 002 020 O, qızlarına dedi: «O adam haradadır? Onu niyə buraxdınız? Çağırın, gəlib çörək yesin». 002 EXO 002 021 Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi. 002 EXO 002 022 Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum». 002 EXO 002 023 Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı. 002 EXO 002 024 Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. 002 EXO 002 025 Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı. 002 EXO 003 001 Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. 002 EXO 003 002 Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb 002 EXO 003 003 Musa öz-özünə dedi: «Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır». 002 EXO 003 004 Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi. 002 EXO 003 005 Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır». 002 EXO 003 006 Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu. 002 EXO 003 007 Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. 002 EXO 003 008 Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım. 002 EXO 003 009 İndi isə İsrail övladlarının fəryadı Mənə çatdı, Misirlilərin onlara etdikləri zülmü görürəm. 002 EXO 003 010 Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan». 002 EXO 003 011 Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» 002 EXO 003 012 Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz». 002 EXO 003 013 Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?» 002 EXO 003 014 Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”». 002 EXO 003 015 O yenə Musaya dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi”. Əbədi olaraq adım budur. Nəsildən-nəslə anılan ismim budur. 002 EXO 003 016 Get, İsrail ağsaqqallarını topla və onlara belə söylə: “Atalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Rəbb mənə görünərək bunları dedi: ‹Siz və Misirdə başınıza gətirilənlərin hamısı nəzərimdədir. 002 EXO 003 017 Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›”. 002 EXO 003 018 İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına gedib de: “İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol gedək və orada Allahımız Rəbbə qurban gətirək”. 002 EXO 003 019 Amma bilirəm ki, Misir padşahı qüdrətli əl vasitəsilə məcbur olmasa, sizin getməyinizə izin verməyəcək. 002 EXO 003 020 Mən də əlimi uzadıb orada hər cür xariqələrimi göstərərək Misiri vuracağam; bundan sonra Misir padşahı sizi buraxacaq. 002 EXO 003 021 Bu xalqa qarşı Misirlilərin gözündə lütf qazandıracağam ki, yola düşdüyünüz zaman əliboş getməyəsiniz. 002 EXO 003 022 Hər qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl-gümüş əşya və paltar istəsin. Bunlarla oğul və qızlarınızı bəzəyəcəksiniz, beləcə Misirliləri soyacaqsınız». 002 EXO 004 001 Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib” deyəcəklər?» 002 EXO 004 002 Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa». 002 EXO 004 003 Rəbb dedi: «Onu yerə at». Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı. 002 EXO 004 004 Rəbb Musaya dedi: «Əlini uzadıb onun quyruğundan tut». Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu. 002 EXO 004 005 Sonra Rəbb dedi: «Bu əlamət ona görədir ki, İsraillilər atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbin sənə göründüyünə inansınlar». 002 EXO 004 006 Rəbb yenə dedi: «İndi əlini qoynuna qoy». Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda, əli cüzama tutulub qar kimi ağappaq oldu. 002 EXO 004 007 Sonra Rəbb dedi: «Əlini yenə qoynuna qoy». Musa yenə əlini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu. 002 EXO 004 008 Rəbb davam etdi: «Əgər sənə inanmasalar və əvvəlki əlaməti qəbul etməsələr, sonrakı əlaməti qəbul edəcəklər. 002 EXO 004 009 Bu iki əlamətə də inanmayıb sözünə qulaq asmasalar, Nil çayının suyundan götürüb quruya tök. Çaydan götürdüyün su quruda qana çevriləcək». 002 EXO 004 010 Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam». 002 EXO 004 011 Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi? 002 EXO 004 012 İndi get, Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm». 002 EXO 004 013 Musa dedi: «Ya Xudavənd, yalvarıram, başqa adamı göndər». 002 EXO 004 014 Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. 002 EXO 004 015 Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. 002 EXO 004 016 Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. 002 EXO 004 017 Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən». 002 EXO 004 018 Musa oradan getdi və qayınatası Yetronun yanına qayıdıb dedi: «İzin ver qayıdıb Misirdəki xalqımın yanına gedim, görüm onlar sağ-salamatdırlar ya yox?» Yetro Musaya dedi: «Salamat get». 002 EXO 004 019 Midyan torpağında Rəbb Musaya dedi: «Misirə qayıt, çünki sənin canını almaq istəyən adamların hamısı ölüb». 002 EXO 004 020 Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı. 002 EXO 004 021 Rəbb Musaya dedi: «Misirə qayıdanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və fironun hüzurunda onları göstər; ancaq Mən onun ürəyini inadkarlaşdıracağam və o, xalqı buraxmayacaq. 002 EXO 004 022 Firona söyləyəcəksən: “Rəbb belə deyir: İsrail Mənim oğlum, Mənim ilkimdir. 002 EXO 004 023 Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm”». 002 EXO 004 024 Yolda gecələyərkən Rəbb Musaya rast gəldi və onu öldürmək istədi. 002 EXO 004 025 O zaman Sippora çaxmaq daşı götürüb oğlunu sünnət etdi və sünnət ətini Musanın ayaqlarına toxundurub dedi: «Sən mənim qan adaxlımsan». 002 EXO 004 026 Beləliklə, Rəbb ondan əl çəkdi. Sippora Musaya sünnətə görə «qan adaxlımsan» demişdi. 002 EXO 004 027 Rəbb Haruna dedi: «Musanı qarşılamaq üçün səhraya get». Harun gedib Allahın dağında qardaşına rast gəldi və onunla öpüşdü. 002 EXO 004 028 Musa Haruna Rəbb onu necə göndərdiyini bildirdi. Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı. 002 EXO 004 029 Musa və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar. 002 EXO 004 030 Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi. 002 EXO 004 031 Xalq bunlara inandı. Onlar Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib Ona səcdə etdilər. 002 EXO 005 001 Musa və Harun gəlib firona dedilər: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!”» 002 EXO 005 002 Firon dedi: «Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbbi tanımıram, İsrail övladlarını da buraxmıram». 002 EXO 005 003 Onlar dedilər: «İbranilərin Allahı bizə göründü. Qoy səhrada üç gün yol gedək və Allahımız Rəbbə qurban gətirək ki, bizə vəba göndərməsin yaxud da qılıncla məhv etməsin». 002 EXO 005 004 Misir padşahı onlara dedi: «Ey Musa və Harun, nə üçün xalqı işindən ayırırsınız? Gedin, işinizi görün». 002 EXO 005 005 Sonra firon dedi: «Artıq ölkədə xalq çoxdur, siz isə onları işindən ayırıb istirahət verirsiniz». 002 EXO 005 006 Həmin gün firon xalqın nəzarətçilərinə və gözətçilərinə əmr edib dedi: 002 EXO 005 007 «İndiyə kimi etdiyinizdən fərqli olaraq, bir daha xalqa kərpic düzəltmək üçün saman verməyin. Qoy özləri gedib saman yığsınlar. 002 EXO 005 008 Ancaq indiyə qədər onların üzərlərinə qoyduğunuz gündəlik kərpic sayını azaltmayın. Çünki onlar tənbəldirlər və buna görə də “gedək Allahımıza qurban gətirək” deyib fəryad edirlər. 002 EXO 005 009 Bu adamlara daha ağır iş verilsin ki, çox çalışsınlar və yalanlara fikir verməsinlər». 002 EXO 005 010 Xalqın nəzarətçi və gözətçiləri adamların yanına gəlib onlara dedilər: «Firon belə deyir: “Mən sizə saman verməyəcəyəm. 002 EXO 005 011 Gedin, özünüz haradan istəyirsiniz, saman götürün, ancaq işiniz azalmayacaq”». 002 EXO 005 012 Xalq bütün Misir torpağına səpələnib saman əvəzinə küləş yığmağa başladı. 002 EXO 005 013 Nəzarətçilər onları məcbur edərək deyirdilər: «Sizə saman verilən vaxt gördüyünüz gündəlik işi yerinə yetirin». 002 EXO 005 014 Firon nəzarətçiləri İsrail övladlarının üzərinə qoyduqları İsrailli gözətçiləri döyüb dedilər: «Niyə dünən və bu gün indiyə qədər olan gündəlik kərpic sayını yerinə yetirməmisiniz?» 002 EXO 005 015 İsrail övladlarından olan gözətçilər fironun yanına gəlib ona fəryad edərək dedilər: «Qullarınla niyə belə rəftar edirsən? 002 EXO 005 016 Qullarına saman vermirlər, ancaq bizə “kərpiclər düzəldin” deyirlər. Budur, qulların döyülür. Bu sənin xalqının günahıdır». 002 EXO 005 017 O isə dedi: «Tənbəlsiniz, tənbəl, buna görə də “gedək, Rəbbə qurban gətirək” deyirsiniz. 002 EXO 005 018 İndi gedin işləyin. Sizə saman verilməyəcək, ancaq gündəlik kərpic sayını düzəltməlisiniz». 002 EXO 005 019 İsrailli gözətçilər «sizin üçün müəyyən olunmuş gündəlik kərpic sayı azalmayacaq» sözlərini eşidəndə pis vəziyyətə düşdüklərini anladılar. 002 EXO 005 020 İsrailli gözətçilər fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb 002 EXO 005 021 dedilər: «Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fironla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz». 002 EXO 005 022 Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin? 002 EXO 005 023 Sənin adınla fironla danışmaq üçün gələndən bəri o bu xalqı bəlaya salır, Sən isə onları heç azad etmirsən». 002 EXO 006 001 Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq». 002 EXO 006 002 Sonra Allah Musaya dedi: «Mən Rəbbəm. 002 EXO 006 003 Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar Allah adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım. 002 EXO 006 004 Onlarla da Mən əhd bağladım ki, qərib yaşadıqları ölkəni – Kənan torpağını onlara verim. 002 EXO 006 005 İndi də Misirlilərin əsarətdə saxladığı İsrail övladlarının iniltisini eşidib Öz əhdimi xatırladım. 002 EXO 006 006 Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. 002 EXO 006 007 Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm. 002 EXO 006 008 Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm”». 002 EXO 006 009 Musa İsrail övladlarına elə söylədi. Ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar. 002 EXO 006 010 Rəbb Musaya dedi: 002 EXO 006 011 «Misir padşahı fironun yanına gedib söylə ki, İsrail övladlarını ölkəsindən buraxsın!» 002 EXO 006 012 Musa Rəbbin önündə dedi: «İsrail övladları mənə qulaq asmadı, firon mənə necə qulaq asacaq? Mən yaxşı danışa bilmirəm». 002 EXO 006 013 Rəbb Musa və Harunla danışıb onlara İsrail övladları və Misir padşahı firon üçün əmrlər verdi ki, İsrail övladlarını Misir torpağından çıxartsınlar. 002 EXO 006 014 İsrail övladlarının nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi; Ruvenin nəsli bunlardan ibarətdir. 002 EXO 006 015 Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimeonun nəsli bunlardan ibarətdir. 002 EXO 006 016 Nəsillərinə görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi yüz otuz yeddi il ömür sürdü. 002 EXO 006 017 Nəsillərinə görə Gerşonun oğulları: Livni və Şimey. 002 EXO 006 018 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel; Qohat yüz otuz üç il ömür sürdü. 002 EXO 006 019 Merarinin oğulları: Maxli və Muşi; nəsillərinə görə Levinin ailəsi bunlardan ibarətdir. 002 EXO 006 020 Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı doğdu. Amram yüz otuz yeddi il ömür sürdü. 002 EXO 006 021 İsharın oğulları: Qorah, Nefeq və Zikri. 002 EXO 006 022 Uzzielin oğulları: Mişael, Elsafan və Sitri. 002 EXO 006 023 Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu. 002 EXO 006 024 Qorahın oğulları: Assir, Elqana və Aviasaf; Qorahın ailəsi bunlardan ibarətdir. 002 EXO 006 025 Harunun oğlu Eleazar Putielin qızlarından birini arvad aldı; arvadı ona Pinxası doğdu. Ailələrinə görə Levililərin nəsil başçıları bunlardır. 002 EXO 006 026 Adları çəkilən Harun və Musa o adamlardır ki, Rəbb onlara «İsrail övladlarını dəstələrlə Misir torpağından çıxarın» demişdi. 002 EXO 006 027 Onlar həmin Musa və Harun idi ki, İsrail övladlarını Misir torpağından çıxarmaq üçün Misir padşahı fironla danışmışdılar. 002 EXO 006 028 Misir torpağında Rəbbin Musa ilə danışdığı gün 002 EXO 006 029 Rəbb Musaya dedi: «Mən Rəbbəm! Sənə dediyim bütün sözləri Misir padşahı firona söylə». 002 EXO 006 030 Musa Rəbbin önündə dedi: «Mən yaxşı danışa bilmirəm, firon mənə necə qulaq asacaq?» 002 EXO 007 001 Rəbb Musaya dedi: «Səni firon üçün Allah kimi qoydum, qardaşın Harun isə sənin peyğəmbərin olacaq. 002 EXO 007 002 Mənim sənə verdiyim əmri qardaşın Haruna söylə. Qoy o da firona söyləsin ki, İsrail övladlarını ölkəsindən buraxsın! 002 EXO 007 003 Lakin Mən fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq, 002 EXO 007 004 firon sizə qulaq asmasın. Onda Mən əlimi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı – xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam. 002 EXO 007 005 Əlimi Misir torpağına uzadaraq İsrail övladlarını onların arasından çıxardığım vaxt Misirlilər biləcəklər ki, Rəbb Mənəm!» 002 EXO 007 006 Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər. 002 EXO 007 007 Fironla danışdıqları vaxt Musanın səksən, Harunun isə səksən üç yaşı var idi. 002 EXO 007 008 Rəbb Musaya və Haruna dedi: 002 EXO 007 009 «Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”». 002 EXO 007 010 Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü. 002 EXO 007 011 Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. 002 EXO 007 012 Hər biri öz əsasını yerə atıb ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu. 002 EXO 007 013 Lakin Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. 002 EXO 007 014 Rəbb Musaya dedi: «Fironun inadkar ürəyi var, xalqı buraxmaqdan boyun qaçırır. 002 EXO 007 015 Sən sabah səhər firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı əlinə götürüb, onu Nil çayının sahilində gözlə. 002 EXO 007 016 Sonra firona de: “İbranilərin Allahı Rəbb məni yanına göndərdi ki, sənə deyim: ‹Xalqımı burax ki, səhrada Mənə ibadət etsin!› Ancaq sən indiyə qədər qulaq asmadın, 002 EXO 007 017 buna görə də Rəbb belə deyir: ‹Bundan biləcəksən ki, Rəbb Mənəm. Bax mən əlimdəki əsanı Nil çayının suyuna vuracağam, onda su qana dönəcək. 002 EXO 007 018 Çayda olan balıqlar öləcək və çay iylənəcək, Misirlilər çaydan su içməyə iyrənəcəklər›”». 002 EXO 007 019 Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq». 002 EXO 007 020 Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü; 002 EXO 007 021 çaydakı balıqlar öldü və çay iyləndi. Misirlilər buradan su içə bilmədilər. Misir torpağı qan içində idi. 002 EXO 007 022 Amma Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. 002 EXO 007 023 Firon qayıdıb öz sarayına gəldi; bu işi də ürəyinə salmadı. 002 EXO 007 024 Bütün Misirlilər Nil çayı sahilində yer qazmağa başladılar ki, içməli su tapsınlar. Çünki çayın suyundan içə bilmirdilər. 002 EXO 007 025 Rəbb çaya bəla göndərəndən sonra yeddi gün keçdi. 002 EXO 008 001 Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! 002 EXO 008 002 Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla doldurub bəlaya salacağam. 002 EXO 008 003 Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər. 002 EXO 008 004 Sənin, xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq”». 002 EXO 008 005 Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə uzat. Qoy Misir torpağı qurbağalarla dolsun». 002 EXO 008 006 Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü. 002 EXO 008 007 Sehrbazlar da öz sehrləri ilə belə etdilər və Misir torpağına qurbağalar yetirdilər. 002 EXO 008 008 Firon Musanı və Harunu çağırıb dedi: «Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram». 002 EXO 008 009 Musa firona dedi: «Söylə, nə vaxt sənin, əyanların və xalqın üçün dua edim ki, qurbağalar səndən və evlərindən yox olsun və yalnız çayda qalsınlar?» 002 EXO 008 010 Firon dedi: «Sabah». Musa dedi: «Sən dediyin kimi olacaq. Bundan biləcəksən ki, Allahımız Rəbbə bənzəri yoxdur! 002 EXO 008 011 Qurbağalar səndən, evlərindən, əyanlarından və xalqından rədd olacaq, yalnız çayda qalacaqlar». 002 EXO 008 012 Musa və Harun fironun yanından çıxdılar. Musa Rəbbin fironun üzərinə göndərdiyi qurbağalara görə Ona yalvardı. 002 EXO 008 013 Rəbb də Musanın sözünə əməl etdi. Evlərdə, həyətlərdə, tarlalarda olan qurbağalar öldü. 002 EXO 008 014 Onları qalaq-qalaq yığdılar və torpaq iylənməyə başladı. 002 EXO 008 015 Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı. 002 EXO 008 016 Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”». 002 EXO 008 017 Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin tozu mığmığaya döndü. 002 EXO 008 018 Sehrbazlar da öz sehrləri ilə mığmığalar gətirmək istədilər, ancaq bunu bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu. 002 EXO 008 019 Sehrbazlar firona dedilər: «Bunda Allahın əli var». Ancaq Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və o qulaq asmadı. 002 EXO 008 020 Rəbb Musaya dedi: «Səhər tezdən qalx. Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! 002 EXO 008 021 Əgər sən onları azad etmək istəməsən, sənin, əyanlarının, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq. 002 EXO 008 022 Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm. 002 EXO 008 023 Sənin xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq”». 002 EXO 008 024 Rəbb belə də etdi. Fironun sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən ölkə viran oldu. 002 EXO 008 025 Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin». 002 EXO 008 026 Ancaq Musa dedi: «Belə etmək olmaz, çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz Misirlilərdə ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq etməzlərmi? 002 EXO 008 027 Biz istəyirik ki, səhrada üç gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi qurban gətirək». 002 EXO 008 028 Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz, ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın». 002 EXO 008 029 Musa dedi: «Mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın». 002 EXO 008 030 Musa fironun yanından gedib Rəbbə yalvardı. 002 EXO 008 031 Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan qurtardı. Daha mozalan qalmadı. 002 EXO 008 032 Ancaq bu dəfə də firon ürəyində inadkarlıq etdi və xalqı buraxmadı. 002 EXO 009 001 Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! 002 EXO 009 002 Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən, 002 EXO 009 003 budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq. 002 EXO 009 004 Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”». 002 EXO 009 005 Rəbb vaxt təyin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək». 002 EXO 009 006 Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi. 002 EXO 009 007 Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fironun ürəyi inadkar oldu və o, xalqı buraxmadı. 002 EXO 009 008 Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fironun gözü önündə göyə səpsin. 002 EXO 009 009 Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində irinli çibanlar əmələ gətirəcək». 002 EXO 009 010 Onlar kürə qurumunu götürüb fironun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi, insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı. 002 EXO 009 011 Sehrbazlar da bu cəzaya görə Musanın qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı. 002 EXO 009 012 Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fironun ürəyini inadkar etdi və firon onlara qulaq asmadı. 002 EXO 009 013 Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fironun qarşısına gedib ona belə söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin! 002 EXO 009 014 Çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur. 002 EXO 009 015 Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın. 002 EXO 009 016 Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin. 002 EXO 009 017 Sən hələ də Mənim xalqıma qarşı durmusan və onu buraxmırsan. 002 EXO 009 018 Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu ki Misir qurulandan indiyə qədər orada olmayıb. 002 EXO 009 019 İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər”». 002 EXO 009 020 Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdi. 002 EXO 009 021 Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular. 002 EXO 009 022 Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın». 002 EXO 009 023 Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı. 002 EXO 009 024 Beləliklə, çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə dolu olmamışdı. 002 EXO 009 025 Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu. 002 EXO 009 026 Ancaq İsrail övladlarının yaşadığı Qoşen torpağına dolu yağmadı. 002 EXO 009 027 Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq. 002 EXO 009 028 Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın». 002 EXO 009 029 Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur. 002 EXO 009 030 Ancaq mən bilirəm ki, sən və əyanların yenə də Rəbb Allahdan qorxmursunuz». 002 EXO 009 031 Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı. 002 EXO 009 032 Ancaq buğda və pərinc məhsulu məhv olmadı, çünki onlar gec yetişir. 002 EXO 009 033 Musa fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu dayandı və yerə yağış yağmadı. 002 EXO 009 034 Firon yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də günah etməyə başladı, özü və əyanları ürəklərini inadkar etdilər. 002 EXO 009 035 Rəbbin Musa vasitəsilə söylədiyi kimi fironun ürəyi inadkarlaşdı və o, İsrail övladlarını buraxmadı. 002 EXO 010 001 Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim. 002 EXO 010 002 Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm». 002 EXO 010 003 Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin! 002 EXO 010 004 Əgər sən Mənim xalqımı azad etməsən, Mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm. 002 EXO 010 005 Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər. 002 EXO 010 006 Onlar sənin, əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı. 002 EXO 010 007 Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?» 002 EXO 010 008 Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?» 002 EXO 010 009 Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik». 002 EXO 010 010 Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var. 002 EXO 010 011 Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz hüzurundan qovdu. 002 EXO 010 012 Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər». 002 EXO 010 013 Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi. 002 EXO 010 014 Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq. 002 EXO 010 015 Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı. 002 EXO 010 016 Firon tələsik Musanı və Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim, 002 EXO 010 017 xahiş edirəm, təkcə bu dəfə günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin». 002 EXO 010 018 Musa fironun yanından çıxıb Rəbbə yalvardı. 002 EXO 010 019 Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı. 002 EXO 010 020 Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını buraxmadı. 002 EXO 010 021 Sonra Rəbb Musaya dedi: «Əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət, qatı qaranlıq olsun». 002 EXO 010 022 Musa əlini göyə tərəf uzatdı və Misir torpağında üç gün qatı zülmət oldu. 002 EXO 010 023 Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi. 002 EXO 010 024 Firon Musanı çağırıb dedi: «Gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq qoyun-keçiniz və mal-qaranız burada qalsın». 002 EXO 010 025 Musa isə dedi: «Sən bizə ünsiyyət qurbanları və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək. 002 EXO 010 026 Heyvanlarımız da bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik». 002 EXO 010 027 Rəbb fironun ürəyini inadkar etdi və o, İsrail övladlarını buraxmaq istəmədi. 002 EXO 010 028 Sonra firon Musaya dedi: «Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən». 002 EXO 010 029 Musa dedi: «Düz deyirsən, bir daha gözünə görünmərəm». 002 EXO 011 001 Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq. 002 EXO 011 002 Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin». 002 EXO 011 003 Rəbb Öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi. 002 EXO 011 004 Musa dedi: «Rəbb belə deyir: “Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm; 002 EXO 011 005 Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. 002 EXO 011 006 Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq. 002 EXO 011 007 Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”. 002 EXO 011 008 Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı. 002 EXO 011 009 Rəbb Musaya demişdi: «Misir torpağında möcüzələrim çoxalsın deyə firon sizə qulaq asmayacaq». 002 EXO 011 010 Musa və Harun bütün bu möcüzələri fironun hüzurunda göstərdilər. Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını öz torpağından buraxmırdı. 002 EXO 012 001 Misir torpağında Rəbb Musaya və Haruna dedi: 002 EXO 012 002 «Bu ay sizin üçün ilin ilk ayı olacaq. 002 EXO 012 003 Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. 002 EXO 012 004 Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. 002 EXO 012 005 Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. 002 EXO 012 006 Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. 002 EXO 012 007 Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. 002 EXO 012 008 Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. 002 EXO 012 009 Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. 002 EXO 012 010 Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. 002 EXO 012 011 Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. 002 EXO 012 012 Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. 002 EXO 012 013 Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. 002 EXO 012 014 Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin. 002 EXO 012 015 Yeddi gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki birinci gündən yeddinci günə qədər mayalı çörək yeyən hər kəsin ayağı İsrail övladlarının arasından kəsilməlidir. 002 EXO 012 016 Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin. 002 EXO 012 017 Bu Mayasız Çörək bayramına ona görə riayət edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən-nəslə bu sizin üçün əbədi qayda olsun və bu günə riayət edin. 002 EXO 012 018 Birinci ayın on dördüncü gününün axşamından ayın iyirmi birinci gününün axşamına qədər mayasız çörək yeyin. 002 EXO 012 019 Yeddi gün evinizdə maya olmasın, çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının arasından kəsilməlidir. 002 EXO 012 020 Heç bir mayalı şey yeməyin, yaşadığınız hər bir yerdə mayasız çörək yeyin». 002 EXO 012 021 Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin. 002 EXO 012 022 Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın. 002 EXO 012 023 Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq. 002 EXO 012 024 Buna özünüz və övladlarınız üçün əbədi qayda kimi həmişə riayət edin. 002 EXO 012 025 Rəbbin söylədiyi kimi sizə verdiyi torpağa çatanda bu ibadətə riayət edərsiniz. 002 EXO 012 026 Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman 002 EXO 012 027 onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». Xalq əyilib səcdə etdi. 002 EXO 012 028 Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər. 002 EXO 012 029 Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. 002 EXO 012 030 O gecə firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. 002 EXO 012 031 Firon gecə Musanı və Harunu çağırıb dedi: «Çıxın gedin! Həm özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin. 002 EXO 012 032 Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin». 002 EXO 012 033 Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: «Yoxsa hamımız öləcəyik». 002 EXO 012 034 Xalq maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı. 002 EXO 012 035 İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər. 002 EXO 012 036 Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar Misirliləri soydular. 002 EXO 012 037 İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi. 002 EXO 012 038 Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı. 002 EXO 012 039 Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər. 002 EXO 012 040 İsrail övladlarının Misirdə yaşadığı müddət dörd yüz otuz il olmuşdu. 002 EXO 012 041 Məhz bu dörd yüz otuz il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı. 002 EXO 012 042 Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər. 002 EXO 012 043 Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin; 002 EXO 012 044 ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər. 002 EXO 012 045 Qonaq və muzdlu işçi ondan yeməməlidir. 002 EXO 012 046 Qoy bu yemək bir evdə yeyilsin, əti evdən bayıra çıxarılmasın və onun bir sümüyü də qırılmasın. 002 EXO 012 047 Bütün İsrail icması bu yeməyi yesin. 002 EXO 012 048 Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir kişi ondan yeməsin. 002 EXO 012 049 Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir». 002 EXO 012 050 İsrail övladları Rəbbin Musaya və Haruna əmr etdiyi kimi də etdilər. 002 EXO 012 051 Rəbb o gün İsrail övladlarını Misir torpağından dəstələrlə çıxartdı. 002 EXO 013 001 Rəbb Musaya dedi: 002 EXO 013 002 «İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir». 002 EXO 013 003 Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin. 002 EXO 013 004 Çıxdığınız bu gün Aviv ayındadır. 002 EXO 013 005 Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin. 002 EXO 013 006 Yeddi gün mayasız çörək yeyin, yeddinci gün Rəbbə bayram olsun. 002 EXO 013 007 O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin. 002 EXO 013 008 O günü övladlarınıza bildirib deyin: “Misirdən çıxdığım vaxt Rəbb mənim üçün nələr etdiyinə görə belə edirəm”. 002 EXO 013 009 Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin. Çünki Rəbb sizi qüdrətli əli ilə Misirdən çıxartdı. 002 EXO 013 010 İldən-ilə təyin olunan vaxt bu qanuna riayət edin. 002 EXO 013 011 Rəbb sizə və atalarınıza and içdiyi kimi Kənanlıların ölkəsinə gətirib, oranı sizə verən vaxtdan bəri 002 EXO 013 012 ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz: ilk doğulan bütün heyvan balaları da Rəbbin olsun. 002 EXO 013 013 Hər ilk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin. 002 EXO 013 014 Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı. 002 EXO 013 015 Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”. 002 EXO 013 016 Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə olsun, çünki Rəbb bizi qüdrətli əli ilə Misirdən çıxartdı». 002 EXO 013 017 Firon xalqı buraxdığı zaman Allah onları Filiştlilərin ölkəsindən yol qısa olduğuna baxmayaraq, o yolla gətirmədi. Çünki O dedi: «Yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar». 002 EXO 013 018 Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolayı apardı. İsrail övladları Misir torpağından silahlanıb çıxdılar. 002 EXO 013 019 Musa Yusifin sümüklərini özü ilə apardı, çünki Yusif İsrail övladlarına «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman özünüzlə sümüklərimi də buradan çıxarın» deyərək and içdirmişdi. 002 EXO 013 020 İsrail övladları Sukkotdan yola düşüb səhranın kənarında olan Etamda düşərgə saldılar. 002 EXO 013 021 Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər. 002 EXO 013 022 Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı. 002 EXO 014 001 Rəbb Musaya dedi: 002 EXO 014 002 «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”. 002 EXO 014 003 Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir. 002 EXO 014 004 Mən isə fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər. 002 EXO 014 005 Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?» 002 EXO 014 006 Firon döyüş arabalarını hazırlayıb adamlarını özü ilə götürdü. 002 EXO 014 007 O, altı yüz seçmə döyüş arabasını və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi. 002 EXO 014 008 Rəbb Misir padşahı fironun ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər. 002 EXO 014 009 Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar. 002 EXO 014 010 Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər. 002 EXO 014 011 Onlar Musaya dedilər: «Məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? 002 EXO 014 012 Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır». 002 EXO 014 013 Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. 002 EXO 014 014 Sakit olun, Rəbb sizin üçün döyüşəcək!» 002 EXO 014 015 Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. 002 EXO 014 016 Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. 002 EXO 014 017 Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm. 002 EXO 014 018 Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb Mənəm». 002 EXO 014 019 İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, 002 EXO 014 020 Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. 002 EXO 014 021 Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və 002 EXO 014 022 İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu. 002 EXO 014 023 Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər. 002 EXO 014 024 Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı. 002 EXO 014 025 O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». 002 EXO 014 026 Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın». 002 EXO 014 027 Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. 002 EXO 014 028 Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı. 002 EXO 014 029 İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu. 002 EXO 014 030 Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü. 002 EXO 014 031 İsrail xalqı Rəbbin Misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi. 002 EXO 015 001 O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular: «Rəbbə ilahi oxuyacağam, Çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı. 002 EXO 015 002 Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm. 002 EXO 015 003 Rəbb döyüşçüdür, Rəbdir Onun adı. 002 EXO 015 004 Fironun döyüş arabalarını, Ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları Qırmızı dənizdə boğuldu. 002 EXO 015 005 Əngin sulara bürünüb Daş tək dərinliklərə Necə də qərq oldular. 002 EXO 015 006 Ya Rəbb! Sənin sağ əlin qüdrətdən izzətləndi. Ya Rəbb! Sənin sağ əlin düşməni əzəndir. 002 EXO 015 007 Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar, Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar. 002 EXO 015 008 Burnunun nəfəsi ilə sular toplanar, Yığılar bir yerə, axınlar dayanar, Dəniz qoynunda coşan sular qatılaşar. 002 EXO 015 009 Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: Bundan canım doyacaq, Qılıncımla onları məhv edəcəyəm”. 002 EXO 015 010 Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün. Qurğuşun tək onlar nəhəng sularda batdılar. 002 EXO 015 011 Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı? 002 EXO 015 012 Sağ əlini uzadanda torpaq onları uddu. 002 EXO 015 013 Məhəbbətinlə qurtardığın xalqa Sən yol göstərdin. Müqəddəs məskəninə Öz gücünlə apardın. 002 EXO 015 014 Xalqlar eşidib əsdi, Filişt sakinlərini qorxu kəsdi. 002 EXO 015 015 Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı. 002 EXO 015 016 Onların üzərini qorxu, vəlvələ aldı. Güclü qoluna görə daş tək lal-kar oldular, O vaxtadək ki xalqın keçəcək, Ya Rəbb, qurtardığın xalq keçəcək! 002 EXO 015 017 Ya Rəbb, xalqını gətirib salacaqsan mülkün olan dağına, Yaşamaq üçün Özünə yaratdığın yerə, Ey Xudavənd! Əlinlə qurduğun Müqəddəs məkanına. 002 EXO 015 018 Rəbb əbədi, daima padşahlıq edəcəkdir». 002 EXO 015 019 Fironun atları, döyüş arabaları və süvariləri ilə birgə dənizə girəndə Rəbb dənizin sularını onların üzərinə geri qaytarmışdı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçmişdilər. 002 EXO 015 020 Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar. 002 EXO 015 021 Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı! 002 EXO 015 022 Musa İsrail xalqını Qırmızı dənizin sahilindən gedən yola gətirdi. Onlar Şur səhrasına çıxıb orada üç gün yol getdilər, amma su tapmadılar. 002 EXO 015 023 Maraya çatdılar, lakin oranın suyunu içə bilmədilər, çünki çox acı idi. Buna görə də o yer Mara adlanır. 002 EXO 015 024 Xalq «Nə içək?» deyə Musadan giley-güzar etdi. 002 EXO 015 025 Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi: 002 EXO 015 026 «Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm». 002 EXO 015 027 Sonra İsrail övladları Elimə gəldilər. Orada on iki su qaynağı və yetmiş xurma ağacı var idi. İsrail xalqı orada sular ətrafında düşərgə qurdu. 002 EXO 016 001 Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra ikinci ayın on beşinci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar. 002 EXO 016 002 Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi. 002 EXO 016 003 İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz». 002 EXO 016 004 Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mənsə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox. 002 EXO 016 005 Altıncı gün yığdıqları digər günlər yığdıqlarından ikiqat artıq olsun, o gün də onu hazırlasınlar». 002 EXO 016 006 Musa və Harun bütün İsrail övladlarına dedilər: «Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbdir. 002 EXO 016 007 Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?» 002 EXO 016 008 Musa dedi: «Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbdir; çünki sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır». 002 EXO 016 009 Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir”». 002 EXO 016 010 Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər. 002 EXO 016 011 Rəbb Musaya dedi: 002 EXO 016 012 «Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm». 002 EXO 016 013 Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü. 002 EXO 016 014 Şeh buxarlananda səhrada, torpaq üzərində qırova bənzər nazik lopalar göründü. 002 EXO 016 015 İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir. 002 EXO 016 016 Rəbbin əmri budur: hər adam yemək üçün özünə lazımi miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adambaşı bir omer götürsün». 002 EXO 016 017 İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı. 002 EXO 016 018 Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı. 002 EXO 016 019 Musa İsrail övladlarına dedi: «Qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın». 002 EXO 016 020 Lakin bəziləri Musanın sözünə baxmayıb bundan səhərə qədər saxladılar. Saxladıqları yemək qurdlanıb iyləndi. Musa onlara qəzəbləndi. 002 EXO 016 021 İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi. 002 EXO 016 022 İsrail övladları altıncı gün bu yeməkdən ikiqat artıq, adambaşı iki omer yığdılar. İcma başçıları gəlib bunu Musaya bildirdilər. 002 EXO 016 023 Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü – Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”». 002 EXO 016 024 İsrail övladları Musa onlara əmr etdiyi kimi yeməyi səhərə saxladılar. Onun içində nə qurd oldu, nə də iyləndi. 002 EXO 016 025 Musa dedi: «Bu gün o yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız. 002 EXO 016 026 Siz onu altı gün ərzində yığın; yeddinci gün – Şənbə günü o yemək yox olacaq». 002 EXO 016 027 Xalqın bəziləri yeddinci gün yemək yığmağa çıxdılar, amma tapmadılar. 002 EXO 016 028 Rəbb Musaya dedi: «Nə vaxta qədər əmrlərimə və qanunlarıma itaət etməkdən boyun qaçıracaqsınız? 002 EXO 016 029 Baxın Rəbb sizə Şənbə günü verdi. Buna görə də O sizə hər altıncı gün iki günlük yemək verir. Qoy hər kəs öz evində qalsın və yeddinci gün heç yerə çıxmasın». 002 EXO 016 030 Beləcə xalq yeddinci gün istirahət etdi. 002 EXO 016 031 İsrail xalqı bu yeməyin adını «manna» qoydu. O, görünüşcə keşniş toxumu kimi idi, rəngi ağ, dadı isə ballı yuxaya bənzəyirdi. 002 EXO 016 032 Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun”». 002 EXO 016 033 Musa Haruna dedi: «Bir qab götür, ona omer dolu manna qoy. Bu Rəbbin hüzurunda nəsildən-nəslə qorunub saxlanmalıdır». 002 EXO 016 034 Rəbbin Musaya əmr etdiyi kimi Harun onu şəhadət lövhələrinin önündə qoruyub saxladı. 002 EXO 016 035 İsrail övladları qırx il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər. 002 EXO 016 036 Bir omer efanın onda bir hissəsidir. 002 EXO 017 001 Bütün İsrail övladlarının icması Sin səhrasından yola düşüb Rəbbin buyurduğuna görə dayana-dayana köç edirdilər. Onlar Refidimdə düşərgə saldılar. Orada xalqın içməyə suyu yox idi. 002 EXO 017 002 Ona görə də xalq Musa ilə münaqişə edib belə dedi: «Bizə içməyə su verin». Musa onlara dedi: «Niyə mənimlə münaqişə edirsiniz? Nə üçün Rəbbi sınayırsınız?» 002 EXO 017 003 Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü?» 002 EXO 017 004 Musa Rəbbə fəryad edib dedi: «Axı mən bu xalq ilə nə edim? Bir az da keçsə, məni daşqalaq edəcəklər». 002 EXO 017 005 Rəbb Musaya dedi: «Xalqın qarşısına çıx. Özünlə bərabər bir neçə İsrail ağsaqqalı götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get. 002 EXO 017 006 Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi. 002 EXO 017 007 Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar. 002 EXO 017 008 Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. 002 EXO 017 009 Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». 002 EXO 017 010 Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. 002 EXO 017 011 Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleqlilər üstün gəlirdi. 002 EXO 017 012 Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. Əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. 002 EXO 017 013 Yeşua Amaleq padşahını və xalqını qılıncdan keçirib qırdı. 002 EXO 017 014 Rəbb Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz, Yeşuanın qulağına çatdır ki, Mən Amaleqin adını büsbütün yer üzərindən siləcəyəm». 002 EXO 017 015 Musa bir qurbangah düzəldərək adını Yahve-Nissi qoyub 002 EXO 017 016 dedi: «Rəbbin taxtına doğru əl uzadılırdı. O, nəsildən-nəslə Amaleqlilərə qarşı döyüşəcək». 002 EXO 018 001 Midyanlıların kahini olan Musanın qayınatası Yetro Allahın Musa və xalqı İsrail üçün gördüyü bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi. 002 EXO 018 002 Musanın qayınatası Yetro Musanın arvadı Sipporanı iki oğlu ilə birgə geri gətirdi. Musa əvvəlcədən arvadını onun yanına göndərmişdi. 002 EXO 018 003 Musa «mən yad bir ölkədə qərib oldum» deyib oğlanlarının birinin adı Gerşom qoymuşdu. 002 EXO 018 004 «Atamın Allahı köməyim oldu və məni fironun qılıncından qurtardı» deyib o birisinin adını Eliezer qoymuşdu. 002 EXO 018 005 Musanın qayınatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən səhraya gəlib, 002 EXO 018 006 bu xəbəri Musaya göndərdi: «Mən – sənin qayınatan Yetro, arvadın və iki oğlunla yanına gəlirəm». 002 EXO 018 007 Musa qayınatasının qarşısına çıxdı, təzim edib onunla öpüşdü; onlar bir-birlərindən hal-əhval tutub çadıra girdilər. 002 EXO 018 008 Musa qayınatasına Rəbbin İsrail övladlarının xatirinə firona və Misirlilərə etdiyi bütün şeylər, yolda çəkdikləri bütün əziyyəti və Rəbbin onları necə qurtardığını nəql etdi. 002 EXO 018 009 Yetro Rəbbin İsrail övladlarına etdiyi bütün yaxşılıqlara və Misirlilərin əlindən onları qurtardığına görə sevindi. 002 EXO 018 010 Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin əlinin altından qurtaran Odur. 002 EXO 018 011 İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların öyündüklərindən də üstün oldu». 002 EXO 018 012 Sonra Musanın qayınatası Yetro Allaha yandırma və ünsiyyət qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qayınatası ilə Allahın hüzurunda yemək yeməyə gəldilər. 002 EXO 018 013 Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında dayanmışdı. 002 EXO 018 014 Qayınatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi: «Nə üçün bu xalqa belə edirsən? Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir?» 002 EXO 018 015 Musa qayınatasına dedi: «Ona görə ki xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir. 002 EXO 018 016 Həll olunmalı məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda-qanunlarını da onlara bildirirəm». 002 EXO 018 017 Musanın qayınatası ona dedi: «Gördüyün iş yaxşı deyil. 002 EXO 018 018 Əlbəttə, həm sən, həm də səninlə olan xalq üzülərsiniz. Axı bu iş sənin üçün ağırdır, onu təkbaşına edə bilməzsən. 002 EXO 018 019 İndi sözümə qulaq as, sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun! Sən bu xalqa görə Allahın hüzurunda dayan və işlərini də Ona çatdır. 002 EXO 018 020 Onları qayda-qanunlar barəsində xəbərdar et, gedəcəkləri yolu və görəcəkləri işi göstər. 002 EXO 018 021 Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki, 002 EXO 018 022 xalqı hər zaman mühakimə etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər, hər kiçik işə isə özləri hakimlik etsinlər. Beləcə öz yükünü yüngülləşdir. Qoy o adamlar bu yükü səninlə daşısınlar. 002 EXO 018 023 Əgər belə etsən, Allah da sənə belə əmr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər». 002 EXO 018 024 Musa qayınatası deyən sözlərə qulaq asıb əməl etdi. 002 EXO 018 025 Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı – minbaşılar, yüzbaşılar, əllibaşılar, onbaşılar təyin etdi. 002 EXO 018 026 Onlar hər vaxt xalqı mühakimə edirdilər. Çətin işləri isə Musanın yanına gətirir, hər kiçik işi isə özləri mühakimə edirdilər. 002 EXO 018 027 Sonra Musa qayınatasını yola saldı, o da öz ölkəsinə getdi. 002 EXO 019 001 İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına gəldilər. 002 EXO 019 002 Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. 002 EXO 019 003 Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə: 002 EXO 019 004 “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz. 002 EXO 019 005 İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; 002 EXO 019 006 siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”. Bu sözləri İsrail övladlarına söylə». 002 EXO 019 007 Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına qoydu. 002 EXO 019 008 Bütün xalq bir nəfər kimi belə cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik». Musa xalqın cavabını Rəbbə çatdırdı. 002 EXO 019 009 Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı. 002 EXO 019 010 Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. 002 EXO 019 011 Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. 002 EXO 019 012 Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir. 002 EXO 019 013 Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-uzadı çalınanda onlar dağa çıxa bilərlər”». 002 EXO 019 014 Musa dağdan xalqın yanına endi. O, xalqı təqdis etdi. Onlar paltarlarını yudular. 002 EXO 019 015 Sonra Musa xalqa dedi: «Üçüncü günə hazır olun, qadınlarla yaxınlıq etməyin». 002 EXO 019 016 Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. 002 EXO 019 017 Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. 002 EXO 019 018 Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi. 002 EXO 019 019 Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Allah ona səslə cavab verirdi. 002 EXO 019 020 Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı. 002 EXO 019 021 Rəbb Musaya dedi: «Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək üçün Onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar. 002 EXO 019 022 Rəbbə yaxınlaşan kahinlər də özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın». 002 EXO 019 023 Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz, çünki Sən “dağa sərhəd çək və oranı təqdis et” deyə bizə tapşırıq verdin». 002 EXO 019 024 Rəbb ona dedi: «Düş get. Sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar». 002 EXO 019 025 Musa xalqın yanına enib bunu onlara söylədi. 002 EXO 020 001 Allah bütün bu sözləri belə söylədi: 002 EXO 020 002 «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. 002 EXO 020 003 Məndən başqa allahların olmasın. 002 EXO 020 004 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. 002 EXO 020 005 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. 002 EXO 020 006 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. 002 EXO 020 007 Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. 002 EXO 020 008 Şənbə gününü yadda saxlayıb təqdis et. 002 EXO 020 009 Altı gün çalışıb bütün işlərini gör. 002 EXO 020 010 Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. 002 EXO 020 011 Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. 002 EXO 020 012 Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. 002 EXO 020 013 Qətl etmə. 002 EXO 020 014 Zina etmə. 002 EXO 020 015 Oğurluq etmə. 002 EXO 020 016 Heç kimə qarşı yalandan şahidlik etmə. 002 EXO 020 017 Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma». 002 EXO 020 018 Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. 002 EXO 020 019 Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». 002 EXO 020 020 Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun». 002 EXO 020 021 Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı. 002 EXO 020 022 Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım. 002 EXO 020 023 Mənimlə yanaşı olan başqa allahlar düzəltməyin, özünüz üçün qızıldan və gümüşdən allahlar düzəltməyin. 002 EXO 020 024 Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm. 002 EXO 020 025 Əgər Mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən. 002 EXO 020 026 Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma”. 002 EXO 021 001 Sən onların qarşısına bu hökmləri qoymalısan: 002 EXO 021 002 Sizdən biri İbrani qul alarsa, o qul altı il qulluq edib yeddinci il pulu ödəmədən azad olunsun. 002 EXO 021 003 Əgər qulun tək gəlib, qoy tək də getsin; yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin. 002 EXO 021 004 Əgər qul sahibi quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul isə tək getsin. 002 EXO 021 005 Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə, 002 EXO 021 006 onda qoy qulun ağası onu məbədə – Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin. 002 EXO 021 007 Bir adam qızını qarabaş olaraq satarsa, qız kişi qullar kimi azad olmasın. 002 EXO 021 008 Əgər o qız onu özü üçün təyin edən ağasının gözündə pis görünərsə, ağası qızın ödənmə pulunu qəbul edib onu azad etsin; o ağanın qızı yadellilərə satmağa ixtiyarı yoxdur, çünki o qızla xaincəsinə rəftar etdi. 002 EXO 021 009 Əgər ağa onu oğlu üçün təyin edibsə, onunla adətə görə öz qızı kimi rəftar etməlidir. 002 EXO 021 010 Əgər o adam ikinci arvad alırsa, birinci arvadını yemək və paltar təminatından və arvadlıq hüququndan məhrum etməsin. 002 EXO 021 011 Əgər əri bu üç haqqı qadına vermirsə, qoy bu qadın heç nə ödəmədən azad edilsin. 002 EXO 021 012 Adam vurub öldürən şəxs öldürülməlidir. 002 EXO 021 013 Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin. 002 EXO 021 014 Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. 002 EXO 021 015 Atasını yaxud anasını döyən adam öldürülməlidir. 002 EXO 021 016 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir. 002 EXO 021 017 Atasını yaxud anasını söyən adam öldürülməlidir. 002 EXO 021 018 Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğu bir adam ölməyib yatağa düşərsə və 002 EXO 021 019 sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və yatdığı müddətin əvəzini ödəsin, sağalana qədər ona qayğı göstərsin. 002 EXO 021 020 Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır. 002 EXO 021 021 Əgər qul yaxud qarabaş bir-iki gün ərzində ölməsə, ağa cəzalandırılmasın; çünki qul yaxud qarabaş ağanın əmlakıdır. 002 EXO 021 022 Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə ödəməlidir. 002 EXO 021 023 Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can, 002 EXO 021 024 göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq, 002 EXO 021 025 yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödəsin. 002 EXO 021 026 Ağa qulunun yaxud kənizinin gözünə vurub onu kor edərsə, gözün əvəzinə onu azad etsin. 002 EXO 021 027 Əgər ağa qulunun yaxud kənizinin dişini sındırsa, dişin əvəzinə qulunu azad etsin. 002 EXO 021 028 Mal-qaradan olan heyvan kişini yaxud qadını buynuzla vurub öldürərsə, heyvan daşqalaq edilsin; onun əti yeyilməsin, heyvan sahibi isə günahsız sayılsın. 002 EXO 021 029 Lakin əgər heyvan o vaxta qədər vurağan olub, sahibi isə bundan xəbərdar edilsə də, onun qarşısını almasa və nəticədə heyvan kişini yaxud qadını öldürərsə, heyvan daşqalaq edilsin, sahibi isə öldürülsün. 002 EXO 021 030 Əgər heyvanın sahibindən ödənmə pulu istənilirsə, o istənilən pulun məbləğini ödəyib canının əvəzini ödəyə bilər. 002 EXO 021 031 Oğlanı ya qızı buynuzlayan heyvana qarşı eyni hökm işlənsin. 002 EXO 021 032 Əgər heyvan qulu ya kənizi buynuzu ilə vursa, ağasına otuz şekel gümüş verilsin, heyvan isə daşqalaq olsun. 002 EXO 021 033 Bir adam quyunu açıb ya da qazdığı quyunun üstünü örtməsə və ora mal-qara yaxud eşşək düşsə, 002 EXO 021 034 quyunun sahibi zərəri ödəsin; heyvanın dəyərini sahibinə versin, ölən heyvan isə o adama qalsın. 002 EXO 021 035 Bir adamın mal-qarası başqasının mal-qarasını vurub öldürsə, sahiblər həm sağ qalan heyvanı satıb dəyərini yarı bölməli, həm də ölü heyvanı yarı bölməlidirlər. 002 EXO 021 036 Amma heyvanın o vaxta qədər vurağan olduğu məlum olanda onun qarşısını almayan sahibi heyvanın əvəzinə heyvan verib zərəri ödəsin; ölən heyvan isə ona qalmalıdır. 002 EXO 022 001 Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin. 002 EXO 022 002 Əgər gecə oğru birinin evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın. 002 EXO 022 003 Əgər hadisə gün doğandan sonra baş versə, qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın. 002 EXO 022 004 Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin. 002 EXO 022 005 Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin. 002 EXO 022 006 Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri ödəməlidir. 002 EXO 022 007 Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin. 002 EXO 022 008 Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa adamın əmanətinə xəyanət etməyib. 002 EXO 022 009 Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir. 002 EXO 022 010 Bir adama saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa 002 EXO 022 011 bu adamlar arasında Rəbbin adına içilən and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona zərəri ödəməsin. 002 EXO 022 012 Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə ödəsin. 002 EXO 022 013 Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin. 002 EXO 022 014 Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam zərəri ödəməlidir. 002 EXO 022 015 Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla tutulubsa, zərər muzd haqqına daxil edilir. 002 EXO 022 016 Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir. 002 EXO 022 017 Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin. 002 EXO 022 018 Cadugər qadın sağ qalmasın. 002 EXO 022 019 Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir. 002 EXO 022 020 Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun. 002 EXO 022 021 Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. 002 EXO 022 022 Heç bir dul qadına və yetimə əziyyət verməyin. 002 EXO 022 023 Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm. 002 EXO 022 024 Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq. 002 EXO 022 025 Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın. 002 EXO 022 026 Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. 002 EXO 022 027 Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram. 002 EXO 022 028 Allaha küfr etmə və xalqın başçısına lənət etmə. 002 EXO 022 029 Öz məhsulunu və şirə təqdimlərini Mənə gətirməyini gecikdirmə. İlk oğullarını Mənə həsr et. 002 EXO 022 030 Mal-qaranın və qoyun-keçinin ilk balaları ilə də belə et: yeddi gün onları anaları ilə qoyub, səkkizinci gün Mənə həsr et. 002 EXO 022 031 Mənim üçün müqəddəs xalq olun. Məhz buna görə də vəhşi heyvanın çöldə parçaladığı heyvanın ətini yeməyin, onu itlərə atın. 002 EXO 023 001 Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. 002 EXO 023 002 Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın. 002 EXO 023 003 Kasıba da məhkəmədə meylini salma. 002 EXO 023 004 Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan. 002 EXO 023 005 Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et ki, bu yükdən azad olsun. 002 EXO 023 006 Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə. 002 EXO 023 007 Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam. 002 EXO 023 008 Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər. 002 EXO 023 009 Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz. 002 EXO 023 010 Altı il torpağınızı əkin və məhsulunu yığın. 002 EXO 023 011 Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin. 002 EXO 023 012 Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin. 002 EXO 023 013 Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın. 002 EXO 023 014 Mənə ildə üç dəfə bayram edin: 002 EXO 023 015 Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. 002 EXO 023 016 Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin. 002 EXO 023 017 İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər. 002 EXO 023 018 Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədər qalmasın. 002 EXO 023 019 Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin. 002 EXO 023 020 Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm. 002 EXO 023 021 Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir. 002 EXO 023 022 Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam. 002 EXO 023 023 Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam. 002 EXO 023 024 Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. 002 EXO 023 025 Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm. 002 EXO 023 026 Ölkənizdə nə uşaq salan, nə də sonsuz qadın olacaq. Ömrünüzü də uzun edəcəyəm. 002 EXO 023 027 Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam. 002 EXO 023 028 Eşşəkarısını da qarşınızca göndərəcəyəm, o da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq. 002 EXO 023 029 Lakin bir il ərzində onları önünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın və çöl heyvanları çoxalıb sizin üstünüzə daraşmasın. 002 EXO 023 030 Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib çoxalaraq ölkənin sahibi olacaqsınız. 002 EXO 023 031 Qırmızı dənizdən Filişt dənizinə qədər, səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan qovarsınız. 002 EXO 023 032 Nə onlarla, nə də allahları ilə əhd kəsin. 002 EXO 023 033 Qoymayın ki, onlar ölkənizdə yaşasınlar və sizin Mənə qarşı günah edərək onların allahlarına ibadət etməyinizə bais olsunlar. Bu sizə tələ olacaq». 002 EXO 024 001 Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. 002 EXO 024 002 Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın». 002 EXO 024 003 Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». 002 EXO 024 004 Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. 002 EXO 024 005 Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. 002 EXO 024 006 Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. 002 EXO 024 007 O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» 002 EXO 024 008 Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı». 002 EXO 024 009 Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb, 002 EXO 024 010 İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey var idi. 002 EXO 024 011 Allah İsrailin başçılarına əl qaldırmadı; onlar Allahı gördülər və yeyib-içdilər. 002 EXO 024 012 Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim». 002 EXO 024 013 Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı. 002 EXO 024 014 Ağsaqqallara isə dedi: «Biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur yanınızdadır; kimin nə çətin işi varsa, onların yanına gedə bilər». 002 EXO 024 015 Musa bunu deyəndən sonra dağa çıxdı. Bulud dağı bürüdü. 002 EXO 024 016 Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı. 002 EXO 024 017 Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü. 002 EXO 024 018 Musa buludun içinə girib dağa çıxdı və qırx gün-qırx gecə dağda qaldı. 002 EXO 025 001 Rəbb Musaya dedi: 002 EXO 025 002 «Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin. 002 EXO 025 003 Onlardan qəbul edəcəyiniz ianələr budur: qızıl, gümüş, tunc, 002 EXO 025 004 bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, 002 EXO 025 005 qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, 002 EXO 025 006 çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, 002 EXO 025 007 efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları. 002 EXO 025 008 Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım. 002 EXO 025 009 Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin. 002 EXO 025 010 Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun. 002 EXO 025 011 Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy. 002 EXO 025 012 Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit. 002 EXO 025 013 Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört. 002 EXO 025 014 Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir. 002 EXO 025 015 Şüvüllər sandığın halqalarında qalıb oradan ayrılmasın. 002 EXO 025 016 Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy. 002 EXO 025 017 Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun. 002 EXO 025 018 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt. 002 EXO 025 019 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun. 002 EXO 025 020 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun. 002 EXO 025 021 Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy. 002 EXO 025 022 Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm. 002 EXO 025 023 Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun. 002 EXO 025 024 Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy. 002 EXO 025 025 Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy. 002 EXO 025 026 Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit. 002 EXO 025 027 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun. 002 EXO 025 028 Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın. 002 EXO 025 029 Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt. 002 EXO 025 030 Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy. 002 EXO 025 031 Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun. 002 EXO 025 032 Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın. 002 EXO 025 033 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun. 002 EXO 025 034 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun. 002 EXO 025 035 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun. 002 EXO 025 036 Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun. 002 EXO 025 037 Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın. 002 EXO 025 038 Maşaları və xəkəndazları da xalis qızıldan olsun. 002 EXO 025 039 Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan düzəldilsin. 002 EXO 025 040 Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt. 002 EXO 026 001 Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt. 002 EXO 026 002 Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun. 002 EXO 026 003 Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin. 002 EXO 026 004 Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt. 002 EXO 026 005 Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt. 002 EXO 026 006 Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun. 002 EXO 026 007 Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt. 002 EXO 026 008 Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun. 002 EXO 026 009 Beş pərdəni ayrıca və altı pərdəni ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla. 002 EXO 026 010 Bir birləşmənin qıraq pərdəsinin kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt. 002 EXO 026 011 Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun. 002 EXO 026 012 Çadırın pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla. 002 EXO 026 013 Çadırın pərdələrinin uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən sallansın. 002 EXO 026 014 Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt. 002 EXO 026 015 Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt. 002 EXO 026 016 Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım olsun. 002 EXO 026 017 Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana olsun; məskənin bütün çərçivələrini belə düzəlt. 002 EXO 026 018 Məskənin cənub tərəfi üçün iyirmi çərçivə 002 EXO 026 019 və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun. 002 EXO 026 020 Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə 002 EXO 026 021 və qırx gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. 002 EXO 026 022 Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt. 002 EXO 026 023 Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəlt ki, 002 EXO 026 024 bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun. 002 EXO 026 025 Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun. 002 EXO 026 026 Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül, 002 EXO 026 027 məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun. 002 EXO 026 028 Orta şüvül çərçivələrin ortasından bir ucdan o biri uca qədər uzansın. 002 EXO 026 029 Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört. 002 EXO 026 030 Dağda sənə göstərilən layihəyə görə müqəddəs məskəni qur. 002 EXO 026 031 Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt. 002 EXO 026 032 Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun. 002 EXO 026 033 Pərdəni bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən Müqəddəs yeri ayırsın. 002 EXO 026 034 Ən Müqəddəs yerdə Şəhadət sandığının üstünə kəffarə qapağını tax. 002 EXO 026 035 Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına – məskənin cənub tərəfinə, masanı isə şimal tərəfinə qoy. 002 EXO 026 036 Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt. 002 EXO 026 037 Bu arakəsmə üçün də əbrişim ağacından beş dirək düzəlt və üstünü qızılla ört; üstündə qızıl qarmaqlar olsun və onlar üçün tuncdan beş altlıq tök. 002 EXO 027 001 Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun. 002 EXO 027 002 Qurbangahın dörd küncündən onunla bir hissədən olan dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört. 002 EXO 027 003 Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt. 002 EXO 027 004 Qurbangah üçün tuncdan torlu şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt. 002 EXO 027 005 Onu qurbangahın kənarından aşağıya qoy ki, şəbəkə onun yarısına qədər yetişsin. 002 EXO 027 006 Qurbangah üçün əbrişim ağacından şüvüllər düzəlt və üstünü tuncla ört. 002 EXO 027 007 Şüvülləri halqalara tax ki, onlar qurbangahı aparan zaman onun hər iki yanında olsun. 002 EXO 027 008 Qurbangahın içi boş və taxtadan olsun. Dağda sənə göstərdiyim kimi onu düzəlt. 002 EXO 027 009 Müqəddəs məskənin həyətini düzəlt. Həyətin cənub tərəfində bir tərəf üçün uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan olsun. 002 EXO 027 010 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. 002 EXO 027 011 Şimal tərəfi üçün də uzunluğu yüz qulac pərdə olsun; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun. 002 EXO 027 012 Qərb tərəfində uzunluğu həyətin eni qədər əlli qulac pərdələr olsun. Onlar üçün on dirək və on altlıq düzəlt. 002 EXO 027 013 Şərq tərəfində də həyətin eni əlli qulac olsun. 002 EXO 027 014 Darvazanın bir tərəfi üçün üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. 002 EXO 027 015 O biri tərəf üçün də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun. 002 EXO 027 016 Həyətin darvazası üçün uzunluğu iyirmi qulac olan bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməli arakəsmə, onun dörd dirəyi və dörd altlığı olsun. 002 EXO 027 017 Həyətin bütün ətraf dirəkləri gümüşlə bəndlənsin; onların gümüş qarmaqları və tunc altlıqları olsun. 002 EXO 027 018 Həyətin uzunluğu yüz qulac və eni hər yerdə əlli qulac olsun; nəfis toxunmuş incə kətandan olan pərdənin hündürlüyü isə beş qulac, altlıqları da tuncdan olsun. 002 EXO 027 019 Müqəddəs məskənin ibadəti üçün işlənən bütün avadanlığı, onun bütün payaları kimi həyətin bütün payaları da tuncdan olsun. 002 EXO 027 020 Sən İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima 002 EXO 027 021 Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin bayır tərəfində yansın. Harunla oğulları onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsinlər. Qoy bu, nəsildən-nəslə İsrail övladları üçün əbədi qayda olsun. 002 EXO 028 001 Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin. 002 EXO 028 002 Qardaşın Haruna izzət və gözəllik üçün müqəddəs geyimlər hazırla. 002 EXO 028 003 Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin. 002 EXO 028 004 Onların hazırlayacağı geyimlər bunlardır: döşlük, efod, üst cübbə, dama-dama xirqə, çalma və qurşaq. Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər. 002 EXO 028 005 Qoy geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər. 002 EXO 028 006 Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla düzəltsinlər. 002 EXO 028 007 Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin. 002 EXO 028 008 Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun. 002 EXO 028 009 İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et. 002 EXO 028 010 Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı, 002 EXO 028 011 həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları hörmə qızıl sağanaqlara salıb, 002 EXO 028 012 bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək. 002 EXO 028 013 Hörmə qızıldan sağanaqlar düzəlt, 002 EXO 028 014 xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri sağanaqlara tax. 002 EXO 028 015 Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt. 002 EXO 028 016 Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış olsun. 002 EXO 028 017 Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd 002 EXO 028 018 ikinci sıra firuzə, göy yaqut və almaz, 002 EXO 028 019 üçüncü sıra sirkon, əqiq və ametist, 002 EXO 028 020 dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın. 002 EXO 028 021 Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun. 002 EXO 028 022 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayır. 002 EXO 028 023 Döşlük üçün iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna tax. 002 EXO 028 024 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya tax. 002 EXO 028 025 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla. 002 EXO 028 026 Yenə də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax. 002 EXO 028 027 Digər iki qızıl halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə bərkit. 002 EXO 028 028 Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın. 002 EXO 028 029 Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq. 002 EXO 028 030 Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq. 002 EXO 028 031 Efodun cübbəsini büsbütün bənövşəyi iplikdən tik. 002 EXO 028 032 Ortasında baş keçirmək üçün yer olsun. Onun kənarında cırılmamaq üçün yaxa toxunsun. 002 EXO 028 033 Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz: 002 EXO 028 034 cübbənin ətəyi boyunca ətrafında qızıl zınqırov və nar sıra ilə düzülsün. 002 EXO 028 035 Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi səs də onun Müqəddəs yerə – Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin. 002 EXO 028 036 Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et. 002 EXO 028 037 Onu bənövşəyi qaytanla çalmanın üstünə – qabaq tərəfinə tik. 002 EXO 028 038 Beləcə lövhəcik Harunun alnının üstündə olsun. İsrail övladlarının təqdis etdikləri bütün müqəddəs hədiyyələrin Rəbbin qarşısında məqbul olub-olmamasının məsuliyyətini Harun daşıyacaq. Buna görə də qoy lövhəcik həmişə Harunun alnında olsun. 002 EXO 028 039 Xirqəni incə kətandan dama-dama hör. Çalmanı da incə kətandan düzəlt. Qurşağın üzərinə naxış tikib düzəlt. 002 EXO 028 040 Harunun oğullarına izzət və gözəllik üçün xirqələr, qurşaqlar və papaqlar düzəlt. 002 EXO 028 041 Bunları qardaşın Harunla oğullarına geyindirib onları məsh et, vəzifəyə qoy və Mənə kahinlik etmək üçün təqdis et. 002 EXO 028 042 Beldən buda qədər lüt bədənlərini örtən kətan alt paltarları tik. 002 EXO 028 043 Bunları Harunla oğulları Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olanda yaxud qurbangaha yaxınlaşanda cəza çəkib ölməmək üçün geyəcəklər. Bu, Harunla övladlarına əbədi qayda olsun. 002 EXO 029 001 Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür. 002 EXO 029 002 Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla. 002 EXO 029 003 Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et. 002 EXO 029 004 Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur. 002 EXO 029 005 Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla. 002 EXO 029 006 Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy. 002 EXO 029 007 Məsh yağını götürüb Harunun başına tök və onu məsh et. 002 EXO 029 008 Sonra oğullarını gətir və onlara xirqələr geyindir. 002 EXO 029 009 Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy. 002 EXO 029 010 Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar. 002 EXO 029 011 Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs. 002 EXO 029 012 Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök. 002 EXO 029 013 Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır. 002 EXO 029 014 Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır. 002 EXO 029 015 Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar. 002 EXO 029 016 Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp. 002 EXO 029 017 Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, tikələrinin və başının üstünə qoy. 002 EXO 029 018 Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir. 002 EXO 029 019 Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar. 002 EXO 029 020 Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp. 002 EXO 029 021 Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun. 002 EXO 029 022 Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur. 002 EXO 029 023 Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür. 002 EXO 029 024 Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy. 002 EXO 029 025 Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir. 002 EXO 029 026 Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır. 002 EXO 029 027 Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et. 002 EXO 029 028 Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun. 002 EXO 029 029 Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar. 002 EXO 029 030 Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin. 002 EXO 029 031 Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat. 002 EXO 029 032 Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər. 002 EXO 029 033 Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir. 002 EXO 029 034 Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir. 002 EXO 029 035 Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et. Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir. 002 EXO 029 036 Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et. 002 EXO 029 037 Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq. 002 EXO 029 038 Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir. 002 EXO 029 039 Toğlunun birini səhər, digərini isə axşamçagı təqdim et. 002 EXO 029 040 Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir. 002 EXO 029 041 Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir. 002 EXO 029 042 Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam. 002 EXO 029 043 Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq. 002 EXO 029 044 Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər. 002 EXO 029 045 İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam. 002 EXO 029 046 Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm. 002 EXO 030 001 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt. 002 EXO 030 002 Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun. 002 EXO 030 003 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy. 002 EXO 030 004 Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun. 002 EXO 030 005 Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört. 002 EXO 030 006 Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy. 002 EXO 030 007 Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman, 002 EXO 030 008 həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir. 002 EXO 030 009 Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin. 002 EXO 030 010 İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir». 002 EXO 030 011 Rəbb Musaya belə dedi: 002 EXO 030 012 «İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın. 002 EXO 030 013 Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır. 002 EXO 030 014 İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin. 002 EXO 030 015 Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin. 002 EXO 030 016 Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq». 002 EXO 030 017 Rəbb Musaya belə dedi: 002 EXO 030 018 «Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun. Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki, 002 EXO 030 019 Harunla oğulları əl-ayaqlarını o su ilə yusunlar. 002 EXO 030 020 Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda da 002 EXO 030 021 əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda olsun». 002 EXO 030 022 Rəbb Musaya dedi: 002 EXO 030 023 «Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış 002 EXO 030 024 və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı. 002 EXO 030 025 Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq. 002 EXO 030 026 Həmin yağla bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını, 002 EXO 030 027 masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını, 002 EXO 030 028 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını. 002 EXO 030 029 Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq. 002 EXO 030 030 Harunla oğullarını da məsh edərək təqdis et ki, Mənə kahinlik etsinlər. 002 EXO 030 031 İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq. 002 EXO 030 032 Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın. 002 EXO 030 033 Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”». 002 EXO 030 034 Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun. 002 EXO 030 035 Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu qatışıq duzlanmış, təmiz və müqəddəs olsun. 002 EXO 030 036 Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun. 002 EXO 030 037 Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün müqəddəs sayın. 002 EXO 030 038 Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun». 002 EXO 031 001 Rəbb Musaya dedi: 002 EXO 031 002 «Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb, 002 EXO 031 003 onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki, 002 EXO 031 004 qızıl, gümüş və tuncla işləməyi bacarsın, 002 EXO 031 005 daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin. 002 EXO 031 006 Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər: 002 EXO 031 007 Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını, 002 EXO 031 008 masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını, 002 EXO 031 009 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını, 002 EXO 031 010 toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini, 002 EXO 031 011 məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər». 002 EXO 031 012 Rəbb Musaya dedi: 002 EXO 031 013 «Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm. 002 EXO 031 014 Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun. 002 EXO 031 015 Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir. 002 EXO 031 016 İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər. 002 EXO 031 017 Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”». 002 EXO 031 018 Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət daş lövhəsini Musaya verdi. 002 EXO 032 001 Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi: «Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!» 002 EXO 032 002 Harun onlara cavab verdi: «Arvadlarınızın, oğullarınızın, qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb mənim yanıma gətirin». 002 EXO 032 003 Bütün xalq qulaqlarında olan qızıl sırğaları çıxarıb Haruna gətirdi. 002 EXO 032 004 Harun onlardan qızıl götürdü, oyma aləti ilə surət verib dana şəklində tökmə büt düzəltdi. Xalq «Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!» dedi. 002 EXO 032 005 Harun bunu gördükdə dananın qabağında bir qurbangah düzəltdi və elan etdi: «Sabah Rəbb naminə bayram olacaq». 002 EXO 032 006 Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı. 002 EXO 032 007 Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və 002 EXO 032 008 Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”» 002 EXO 032 009 Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır. 002 EXO 032 010 Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim». 002 EXO 032 011 Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı? 002 EXO 032 012 Axı nə üçün Misirlilər “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı” desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön. 002 EXO 032 013 Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin». 002 EXO 032 014 Beləliklə, Rəbb Öz xalqına bəla gətirmək niyyətindən döndü. 002 EXO 032 015 Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi. 002 EXO 032 016 Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi. 002 EXO 032 017 Yeşua xalqın səs-küyünü eşidərək Musaya dedi: «Düşərgədən müharibə səsi gəlir». 002 EXO 032 018 Musa cavab verdi: «Bu qələbə çalanların nidası deyil, Məğlubiyyətə uğrayanların da səsi deyil. Mən nəğmə səsi eşidirəm». 002 EXO 032 019 Musa düşərgəyə yaxınlaşıb dananı və onun ətrafındakı rəqsləri gördü. O qəzəbləndi və lövhələri əlindən atıb dağın ətəyində parça-parça etdi. 002 EXO 032 020 Xalqın düzəltdiyi dananı götürüb yandırdı, toza dönənə qədər əzdi və suyun üzünə səpələyib İsrail övladlarına içirtdi. 002 EXO 032 021 Musa Harundan soruşdu: «Bu xalq sənə nə etdi ki, onları belə böyük günaha batırdın?» 002 EXO 032 022 Harun cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir. 002 EXO 032 023 Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” 002 EXO 032 024 Mən isə onlara dedim: “Kimdə qızıl varsa, onu çıxarın”. Xalq da qızılı mənə verdi. Mən onu oda atdım və bu dana alındı». 002 EXO 032 025 Musa bildi ki, xalq nəzarətdən çıxıb. Harun nəzarəti o qədər zəiflətmişdi ki, düşmənlər onları lağa qoyurdular. 002 EXO 032 026 Musa düşərgənin girişində durub çağırdı: «Rəbbin tərəfində olanlar, mənim yanıma gəlin!» Bütün Levi övladları onun yanına toplaşdı. 002 EXO 032 027 Musa onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Qoy hər biriniz qılıncını belinə qurşasın. Hər kəs düşərgədə qapı-qapı gəzərək öz qardaşını, dostunu və qonşusunu öldürsün”». 002 EXO 032 028 Levililər də Musa onlara etdiyi əmrə əməl etdilər. O gün üç minə yaxın adam həlak oldu. 002 EXO 032 029 Musa Levililərə dedi: «Bu gün sizin hər biriniz oğlunun və qardaşının canı bahasına xeyir-dua alıb Rəbb üçün vəzifəyə təyin olundunuz». 002 EXO 032 030 Ertəsi gün Musa xalqa dedi: «Siz böyük günaha batdınız. İndi isə Mən Rəbbin hüzuruna qalxacağam ki, bəlkə günahınızı kəffarə edə bilim». 002 EXO 032 031 Musa Rəbbin hüzuruna qayıdıb dedi: «Ah, bu xalq böyük günaha batıb, özünə qızıldan allahlar düzəltdi; 002 EXO 032 032 İndi yalvarıram, onların günahlarını bağışla. Əgər belə etməsən, adımı yazdığın kitabdan sil». 002 EXO 032 033 Rəbb Musaya dedi: «Mənə qarşı kim günah işlədibsə, onun adını kitabımdan siləcəyəm. 002 EXO 032 034 Lakin indi get, xalqı sənə dediyim yerə apar. Budur, Mələyim sənin qarşında gedəcək. Ancaq cəza günü gələndə onlara günahlarına görə cəza verəcəyəm». 002 EXO 032 035 Rəbb Harunun düzəltdiyi danaya və gördükləri işə görə İsrail xalqını bəlaya saldı. 002 EXO 033 001 Rəbb Musaya dedi: «Sən və Misir torpağından çıxardığın xalq bu yeri tərk edin; İbrahimə, İshaqa və Yaquba and edərək “Sənin nəslinə onu verəcəyəm” dediyim torpağa, 002 EXO 033 002 qarşında bir mələk göndərib Kənanlıları, Emorluları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları oradan qovacağım 002 EXO 033 003 süd və bal axan torpağa gedin. Siz dikbaş xalqsınız, buna görə Mən aranızda getməyəcəyəm, yoxsa yolda sizi məhv edərəm». 002 EXO 033 004 Xalq bu bəd xəbəri eşidəndə yas tutdu. Heç kəs bəzək taxmadı. 002 EXO 033 005 Rəbb Musaya demişdi: «İsrail övladlarına belə söylə: “Siz dikbaş xalqsınız, Mən aranızdan bir anlıq getsəydim, sizi məhv edərdim. İndi isə bəzəklərinizi çıxarın, Mən də bilim ki, sizinlə nə edəcəyəm”». 002 EXO 033 006 Beləcə Xorev dağının ətəyində İsrail övladları bəzəklərini soyundular. 002 EXO 033 007 Musa çadırı götürüb onu düşərgədən kənarda – uzaqda qurardı. Onu Hüzur çadırı adlandırdı. Rəblə məsləhətləşən hər kəs düşərgədən kənardakı Hüzur çadırına gedərdi. 002 EXO 033 008 Musa çadıra tərəf çıxdığı vaxt bütün xalq durardı. Hər kəs çadırının girişində gözləyib, Musa çadıra girənə qədər ardınca baxardı. 002 EXO 033 009 Musa Hüzur çadırına girəndə bulud dirəyi düşüb çadırın girişində durardı; Rəbb Musa ilə danışardı. 002 EXO 033 010 Bütün xalq Hüzur çadırının girişində duran bulud dirəyini görər, hamı qalxıb öz çadırının girişində səcdə qılardı. 002 EXO 033 011 Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nun oğlu Yeşua çadırı tərk etməzdi. 002 EXO 033 012 Musa Rəbbə dedi: «Bax Sən mənə “bu xalqı çıxart” deyirsən, amma mənimlə birgə kimi göndərəcəyini mənə bildirmirsən. Halbuki Sən dedin: “Səni adınla tanıyıram və gözümdə lütf tapmısan”. 002 EXO 033 013 Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, Öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat Sənin xalqındır». 002 EXO 033 014 O isə Musaya cavab verdi: «Mənim hüzurum səninlə gedəcək. Özüm sənə rahatlıq verəcəyəm». 002 EXO 033 015 Musa Rəbbə cavab verdi: «Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə. 002 EXO 033 016 Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?» 002 EXO 033 017 Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram». 002 EXO 033 018 Musa dedi: «İzzətini mənə göstər». 002 EXO 033 019 Rəbb dedi: «Mən bütün xeyirxahlığımı Sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm. Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm». 002 EXO 033 020 Sonra O davam etdi: «Üzümü isə görə bilməzsən, çünki Məni görən adam sağ qalmaz». 002 EXO 033 021 Sonra Rəbb dedi: «Budur, Mənim yanımda yer var, elə burada, bu qayanın üstündə dur. 002 EXO 033 022 İzzətim keçəndə səni qayadakı bir yarığa qoyacağam; Mən keçənə qədər səni əlimlə örtəcəyəm. 002 EXO 033 023 Sonra əlimi səndən çəkəcəyəm və sən Məni arxadan görəcəksən, üzüm isə görünməyəcək». 002 EXO 034 001 Rəbb Musaya dedi: «Əvvəlki kimi özün üçün iki daş lövhə yon; qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. 002 EXO 034 002 Səhərə hazır ol və Sina dağına çıx. Dağın zirvəsi üstündə önümdə dur. 002 EXO 034 003 Qoy heç kəs səninlə çıxmasın və dağda heç bir adam görünməsin. Dağın ətəyində nə qoyun-keçi, nə də mal-qara otlasın». 002 EXO 034 004 Rəbb ona buyurduğu kimi Musa əvvəlkilərə bənzər iki daş lövhə yondu və səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı. 002 EXO 034 005 Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan edib 002 EXO 034 006 Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, 002 EXO 034 007 minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm». 002 EXO 034 008 Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. 002 EXO 034 009 Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol». 002 EXO 034 010 Rəbb Musaya dedi: «Budur, Mən sənin bütün xalqınla əhd kəsirəm. Hamının qarşısında elə möcüzələr edəcəyəm ki, beləsi dünyada heç yerdə, heç bir millət arasında yaranmamışdı. Sizin ətrafınızdakı bütün xalqlar görəcəklər ki, Rəbbin işi, Mənim sənin üçün etdiyim şeylər qorxuncdur. 002 EXO 034 011 Mənim sizə bu gün verdiyim əmrə riayət edin. Budur, Mən önünüzdən Emorluları, Kənanlıları, Xetliləri, Perizliləri, Xivliləri və Yevusluları qovuram. 002 EXO 034 012 Özünüzü girdiyiniz torpağın sakinləri ilə əhd kəsməkdən gözləyin ki, o sizə bir tələ olmasın. 002 EXO 034 013 Onların qurbangahlarını dağıdın, daş sütunlarını sındırın, ilahə Aşera bütlərini kəsin. 002 EXO 034 014 Başqa allahlara səcdə etməyin, çünki Rəbbin adı qısqancdır, O, həqiqətən, qısqanc Allahdır. 002 EXO 034 015 Ona görə də nə o torpağın sakinləri ilə əhd kəsin, nə də öz allahları ilə xəyanət edib, onlara qurban kəsən vaxt sizi də dəvət edəndə qurbanlarından dadın. 002 EXO 034 016 Onların qızlarını öz oğullarınıza arvad olaraq almayın ki, onlar öz allahları ilə xəyanət edib sizin oğullarınıza da o allahlara xəyanət etdirməsinlər. 002 EXO 034 017 Özünüz üçün tökmə allahlar düzəltməyin. 002 EXO 034 018 Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunan vaxtı yeddi gün mayasız çörək yeyin, çünki Aviv ayında Misirdən çıxdınız. 002 EXO 034 019 Bütün ilk doğulan oğlanlar və bütün heyvanlarınızın, istər mal-qaranızın, istərsə də qoyun-keçinizin ilk doğulan balaları Mənimdir. 002 EXO 034 020 İlk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Aranızda hər adamın ilk oğlunun əvəzini ödəyin. Heç kəs önümə əliboş gəlməsin. 002 EXO 034 021 Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin. Şum və biçin vaxtı da belə istirahət edin. 002 EXO 034 022 Buğda biçinin nübarı ilə Həftələr bayramını qeyd edin. İlin sonunda isə Yığım bayramını qeyd edin. 002 EXO 034 023 İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri İsrailin Allahı Rəbbin hüzuruna gəlsinlər. 002 EXO 034 024 Çünki Mən sizin qarşınızdan millətləri qovub sərhədlərinizi elə genişləndirəcəyəm ki, siz ildə üç dəfə öz Allahınız Rəbbin hüzurunda görünmək üçün gələndə heç kəs sizin torpağınıza tamah salmasın. 002 EXO 034 025 Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Pasxa bayramının qurban əti səhərə qədər qalmasın. 002 EXO 034 026 Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin». 002 EXO 034 027 Rəbb Musaya dedi: «Bu sözləri yaz, çünki bu sözlərə görə Mən səninlə və bütün İsraillə əhd kəsirəm». 002 EXO 034 028 Beləliklə, Musa Rəblə qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində Musa heç nə yemədi, heç nə içmədi. O, lövhələrin üstündə əhdin sözlərini, On Əmri yazdı. 002 EXO 034 029 Musa əlində iki şəhadət lövhəsi tutub Sina dağından enəndə bilmirdi ki, Rəblə danışdığına görə üzü nur saçır. 002 EXO 034 030 Harun və bütün İsrail övladları Musanın üzünü nur saçan gördülər və ona yaxınlaşmaqdan qorxdular. 002 EXO 034 031 Musa onları çağıranda Harunla bütün icma başçıları ona yaxınlaşdı və Musa onlarla söhbət etdi. 002 EXO 034 032 Sonra bütün İsrail övladları ona yaxınlaşdı. Musa Rəbbin Sina dağında ona nəql etdiyi bütün işləri onlara əmr etdi. 002 EXO 034 033 Musa söhbəti bitirəndə üzünə bir niqab çəkdi. 002 EXO 034 034 Musa Rəbbin hüzuruna Onunla danışmaq üçün gedəndə niqabı çıxarar və çıxanadək niqabsız olardı. Çıxanda ona nə əmr olunduğunu İsrail övladlarına nəql edirdi. 002 EXO 034 035 İsrail övladları isə Musanın üzünün nur saçdığını görərdilər. Sonra Musa içəri girib Rəblə danışana qədər yenə də niqabı üzünə çəkərdi. 002 EXO 035 001 Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi. 002 EXO 035 002 Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün. 002 EXO 035 003 Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın». 002 EXO 035 004 Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur: 002 EXO 035 005 öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc, 002 EXO 035 006 bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, 002 EXO 035 007 qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, 002 EXO 035 008 çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar, 002 EXO 035 009 efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları. 002 EXO 035 010 Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin: 002 EXO 035 011 müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını; 002 EXO 035 012 sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini; 002 EXO 035 013 masanı, onun şüvüllərini və bütün ləvazimatını; təqdis çörəklərini; 002 EXO 035 014 işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və işıq yağını; 002 EXO 035 015 buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni; 002 EXO 035 016 yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını; 002 EXO 035 017 həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni; 002 EXO 035 018 məskənin payalarını; həyətin payalarını; onların iplərini; 002 EXO 035 019 müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini». 002 EXO 035 020 İsrail övladlarının bütün icması Musanın yanından çıxdı. 002 EXO 035 021 Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi. 002 EXO 035 022 Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi. 002 EXO 035 023 Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi. 002 EXO 035 024 Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi. 002 EXO 035 025 Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər; 002 EXO 035 026 bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər. 002 EXO 035 027 Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını, 002 EXO 035 028 çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını. 002 EXO 035 029 İsrail övladlarından hər kişi, hər qadın Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər. 002 EXO 035 030 Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb 002 EXO 035 031 Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki, 002 EXO 035 032 o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın, 002 EXO 035 033 daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə bacarıq göstərə bilsin. 002 EXO 035 034 Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş, 002 EXO 035 035 ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq – hər cür sənəti bacara bilsinlər. 002 EXO 036 001 Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər». 002 EXO 036 002 Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı. 002 EXO 036 003 Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər. 002 EXO 036 004 Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq 002 EXO 036 005 Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir». 002 EXO 036 006 Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi. 002 EXO 036 007 Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi. 002 EXO 036 008 İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər. 002 EXO 036 009 Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi. 002 EXO 036 010 Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər. 002 EXO 036 011 Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər. 002 EXO 036 012 Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər. 002 EXO 036 013 Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu. 002 EXO 036 014 Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəltdilər. 002 EXO 036 015 Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi. 002 EXO 036 016 Beş pərdəni ayrıca, altı pərdəni də ayrıca bitişdirdilər. 002 EXO 036 017 Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəltdilər. 002 EXO 036 018 Çadırı birləşdirib bütöv etmək üçün tuncdan əlli bənd düzəltdilər. 002 EXO 036 019 Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəltdilər. 002 EXO 036 020 Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəltdilər. 002 EXO 036 021 Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım idi. 002 EXO 036 022 Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər. 002 EXO 036 023 Məskənin cənub tərəfi üçün iyirmi çərçivə düzəltdilər. 002 EXO 036 024 Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi. 002 EXO 036 025 Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə düzəltdilər. 002 EXO 036 026 Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər. 002 EXO 036 027 Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəltdilər. 002 EXO 036 028 Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər; 002 EXO 036 029 bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər. 002 EXO 036 030 Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi. 002 EXO 036 031 Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül, 002 EXO 036 032 məskənin qərbə doğru arxa çərçivələri üçün də beş şüvül düzəldildi. 002 EXO 036 033 Çərçivələrin ortasında bir ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər. 002 EXO 036 034 Çərçivələri qızılla örtdülər; şüvüllərin keçdiyi halqaları qızıldan düzəltdilər; şüvülləri də qızılla örtdülər. 002 EXO 036 035 Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər. 002 EXO 036 036 Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər. 002 EXO 036 037 Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməsi ilə düzəltdilər. 002 EXO 036 038 Onun beş dirək və qarmaqlarını da düzəltdilər. Yuxarılarını və bəndlərini qızılla örtdülər; beş altlığı isə tuncdan düzəltdilər. 002 EXO 037 001 Besalel əbrişim ağacından sandıq düzəltdi. Sandığın uzunluğu iki qulac yarım, eni qulac yarım və hündürlüyü qulac yarım idi. 002 EXO 037 002 Onu içəridən və bayırdan xalis qızılla örtdü, ətrafına isə qızıl zolaq qoydu. 002 EXO 037 003 Onun dörd ayağı üçün dörd tökmə qızıl halqa, iki halqanı bir yanı, qalan iki halqanı isə o biri yanı üçün düzəltdi. 002 EXO 037 004 Əbrişim ağacından şüvüllər düzəldib üzərini qızılla örtdü. 002 EXO 037 005 Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçirtdi. 002 EXO 037 006 Xalis qızıldan kəffarə qapağını düzəltdi. Uzunluğu iki qulac yarım, eni isə qulac yarım idi. 002 EXO 037 007 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəltdi. 002 EXO 037 008 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar onunla bir hissədən idi. 002 EXO 037 009 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtdülər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru idi. 002 EXO 037 010 Əbrişim ağacından masa düzəltdi; uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım idi. 002 EXO 037 011 Onu xalis qızılla örtdü. Ətrafına qızıl zolaq qoydu. 002 EXO 037 012 Ətrafında eni bir ovuc olan yan lövhələr düzəltdi. Yan lövhələrin ətrafına da qızıl zolaq qoydu. 002 EXO 037 013 Masa üçün dörd qızıl halqa tökdü, halqaları onun dörd küncünə, dörd ayağına bərkitdi. 002 EXO 037 014 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər idi. 002 EXO 037 015 Masanı aparmaq üçün şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. 002 EXO 037 016 Masanın ləvazimatını – xalis qızıldan siniləri və nimçələri, piyalələri və içmə təqdimlərini tökmək üçün dolçaları düzəltdi. 002 EXO 037 017 Xalis qızıldan bir çıraqdan düzəltdi. Bu çıraqdan yastılanmış qızıldan idi; altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən ibarət idi. 002 EXO 037 018 Çıraqdanın yanlarından altı budaq – bir yanından üç budaq, o biri yanından da üç budaq çıxdı. 002 EXO 037 019 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül var idi. 002 EXO 037 020 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül var idi. 002 EXO 037 021 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə var idi. 002 EXO 037 022 Qönçələr və budaqlar onunla bir hissədən idi; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan idi. 002 EXO 037 023 Onun üçün yeddi çıraq düzəltdi. Maşaları və xəkəndazları da xalis qızıldan idi. 002 EXO 037 024 Çıraqdanı və onun bütün avadanlığını bir talant xalis qızıldan düzəltdi. 002 EXO 037 025 Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəltdi; uzunluğu bir qulac, eni də bir qulac, hündürlüyü isə iki qulac idi. Buynuzları onunla bir hissədən idi. 002 EXO 037 026 Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla örtdü, ətrafına qızıl zolaq qoydu. 002 EXO 037 027 Onun üçün iki qızıl halqa düzəltdi; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəltdi. Bu onu aparan şüvüllərin keçdiyi yerlər idi. 002 EXO 037 028 Şüvülləri əbrişim ağacından düzəltdi və onları qızılla örtdü. 002 EXO 037 029 Ətriyyatçının işi olan Müqəddəs məsh yağını və təmiz ətirli buxuru da hazırladı. 002 EXO 038 001 Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi. 002 EXO 038 002 Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü. 002 EXO 038 003 Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi. 002 EXO 038 004 Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi. 002 EXO 038 005 Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü. 002 EXO 038 006 Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü. 002 EXO 038 007 Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi. 002 EXO 038 008 Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi. 002 EXO 038 009 Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi. 002 EXO 038 010 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 002 EXO 038 011 Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 002 EXO 038 012 Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 002 EXO 038 013 Şərq tərəfində də həyətin eni əlli qulac idi. 002 EXO 038 014 Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 002 EXO 038 015 Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 002 EXO 038 016 Həyətin bütün ətraf pərdələri nəfis toxunmuş incə kətandan, 002 EXO 038 017 dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi. 002 EXO 038 018 Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi. 002 EXO 038 019 Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi. 002 EXO 038 020 Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi. 002 EXO 038 021 Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur. 002 EXO 038 022 Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi. 002 EXO 038 023 Onunla çalışan Dan qəbiləsindən olan Axisamak oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi işini bacarırdı. 002 EXO 038 024 Müqəddəs yerin bütün inşası üçün işlənən qızılın, ianə verilən qızılın ümumi çəkisi Müqəddəs yerdəki şekelə görə iyirmi doqquz talant yeddi yüz otuz şekel idi. 002 EXO 038 025 Siyahıya alınan icmanın verdiyi gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi. 002 EXO 038 026 Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi. 002 EXO 038 027 Müqəddəs yerin altlıqlarını və pərdələrin altlıqlarını tökmək işinə yüz talant gümüş yüz altlıq üçün yüz talant, yəni hər altlıq üçün bir talant gümüş işləndi. 002 EXO 038 028 Min yeddi yüz yetmiş beş şekel gümüş isə dirəklər üçün qarmaqlar düzəltmək, başlıqlarını örtmək və onları bəndləmək üçün işləndi. 002 EXO 038 029 İanə verilən tuncun çəkisi yetmiş talant və iki min dörd yüz şekel idi. 002 EXO 038 030 Ondan Hüzur çadırı girişinin altlıqları, tunc qurbangah, oradakı tunc şəbəkəni, qurbangahın bütün avadanlığı, 002 EXO 038 031 həyətin ətraf altlıqları, həyətin darvazasının altlıqları, məskənin bütün payaları və həyətin bütün ətraf payaları düzəldildi. 002 EXO 039 001 Rəbb Musaya əmr etdiyi kimi bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən Müqəddəs yerdə xidmət üçün toxunmuş geyimlərini və Harunun müqəddəs geyimlərini hazırladılar. 002 EXO 039 002 Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan hazırladılar. 002 EXO 039 003 Qızıl lövhələri döyüb onlardan saplar kəsdilər və onlarla bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş kətanın arasına naxışlar tikdilər. 002 EXO 039 004 Hər iki ucunu bir-birinə bağlayan çiyinlik düzəltdilər ki, o bərkidilsin. 002 EXO 039 005 Efodun üstündəki kəmər eyni hissədən idi. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 039 006 Hörmə qızıl sağanaqlara salınıb üstündə möhür oyması kimi İsrailin oğullarının adları həkk olunmuş damarlı əqiq daşlarını 002 EXO 039 007 efodun çiyinliklərinə taxdılar. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 039 008 Döşlüyü də efod kimi naxışlı qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəltdilər. 002 EXO 039 009 Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış düzəldildi. 002 EXO 039 010 Üstünə dörd sıra daş taxdılar. Birinci sıra yaqut, topaz, zümrüd; 002 EXO 039 011 ikinci sıra firuzə, göy yaqut və almaz; 002 EXO 039 012 üçüncü sıra sirkon, əqiq və ametist; 002 EXO 039 013 dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı idi. Bu daşlar hörmə qızıl sağanaqlara salındı. 002 EXO 039 014 Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə idi; hər daş on iki qəbilədən birinin adının oyma möhürü idi. 002 EXO 039 015 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayırdılar. 002 EXO 039 016 İki hörmə qızıl sağanaq və iki qızıl halqa düzəltdilər. Halqaları döşlüyün iki ucuna taxdılar. 002 EXO 039 017 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya taxdılar. 002 EXO 039 018 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağladılar. 002 EXO 039 019 Yenə də iki qızıl halqa düzəldib onları döşlüyün iki ucuna, onun efodla yanaşı iç qatına taxdılar. 002 EXO 039 020 Digər iki qızıl halqa düzəltdilər və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmələrin üzərinə bərkitdilər. 002 EXO 039 021 Döşlüyü halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlayıb efodun kəmərinin üzərinə bərkitdilər ki, döşlük efoddan sallanmasın. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 039 022 Efodun cübbəsini büsbütün toxunma bənövşəyi iplikdən tikdilər. 002 EXO 039 023 Onun ortasında baş keçirmək üçün yer tikdilər. Onun kənarında cırılmamaq üçün yaxa toxudular. 002 EXO 039 024 Cübbənin ətəyinin ətrafına nəfis toxunmuş bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar düzdülər. 002 EXO 039 025 Xalis qızıl zınqırovlar düzəldib, cübbənin ətəyi boyunca narların arasına tikdilər. 002 EXO 039 026 Beləcə xidmət cübbəsinin ətəyi boyunca ətrafında zınqırov və nar sıra ilə düzüldü. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 039 027 Harun və oğulları üçün toxunma incə kətan xirqələri, 002 EXO 039 028 nəfis toxunmuş incə kətandan çalma, incə kətan papaqları, əyirmə incə kətan alt paltarı, 002 EXO 039 029 nəfis toxunmuş incə kətan və bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən naxış tikməli qurşağı tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 039 030 Xalis qızıldan müqəddəslik tacı olan lövhəciyi düzəltdilər və onun üzərinə möhür oyması olaraq «Rəbbə həsr edilmiş» yazısını yazdılar. 002 EXO 039 031 Onu çalmanın üstünə qoymaq üçün bənövşəyi qaytan tikdilər. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 039 032 Beləliklə, müqəddəs məskən, yəni Hüzur çadırı üçün bütün işlər tamamlandı. Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. 002 EXO 039 033 Müqəddəs məskəni Musanın qarşısına gətirdilər. Çadırını və onun avadanlığını, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, 002 EXO 039 034 qırmızı boyanmış qoç dərilərindən örtüyü, suiti dərilərdən düzəldilmiş örtüyü, arakəsmə pərdəsini, 002 EXO 039 035 Şəhadət sandığını və onun şüvüllərini, kəffarə qapağını, 002 EXO 039 036 masanı və onun ləvazimatını; təqdis çörəklərini, 002 EXO 039 037 xalis qızıldan çıraqdanı, onun düzülmüş çıraqlarını və işıq yağını, 002 EXO 039 038 qızıl qurbangahını, məsh yağını, ətirli buxuru, çadırın giriş arakəsməsini, 002 EXO 039 039 tunc qurbangahını, onun üçün tunc şəbəkəni, onun şüvüllərini və bütün avadanlığını, ləyəni və onun altlığını, 002 EXO 039 040 həyətin pərdələrini, dirəklərini və altlıqlarını, həyətin darvazası üçün arakəsməni, onun iplərini və payalarını – Hüzur çadırı və məskənin ibadəti üçün bütün əşyaları, 002 EXO 039 041 müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini – hər şeyi ona gətirdilər. 002 EXO 039 042 Rəbb Musaya necə əmr etmişdisə, İsrail övladları da bu işi eləcə tamamladılar. 002 EXO 039 043 Musa bütün işləri nəzərdən keçirib gördü ki, onlar bu işə Rəbbin əmr etdiyi kimi əməl ediblər. Musa onlara xeyir-dua verdi. 002 EXO 040 001 Rəbb Musaya dedi: 002 EXO 040 002 «Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur. 002 EXO 040 003 Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs. 002 EXO 040 004 Sonra masanı gətir, üstünə əşyaları düz. Çıraqdanı gətir, çıraqları da quraşdır. 002 EXO 040 005 Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur. 002 EXO 040 006 Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında yerləşdir. 002 EXO 040 007 Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök. 002 EXO 040 008 Ətrafında həyət qur və həyətin darvazasının arakəsməsini as. 002 EXO 040 009 Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün avadanlığını təqdis et ki, müqəddəs olsun. 002 EXO 040 010 Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun. 002 EXO 040 011 Ləyənlə altlığını məsh edib təqdis et. 002 EXO 040 012 Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur. 002 EXO 040 013 Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin. 002 EXO 040 014 Sonra Harunun oğullarını təqdim et və onlara xirqələr geyindir. 002 EXO 040 015 Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar». 002 EXO 040 016 Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi. 002 EXO 040 017 İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu. 002 EXO 040 018 Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi. 002 EXO 040 019 Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 040 020 Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu. 002 EXO 040 021 Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 040 022 Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi. 002 EXO 040 023 Onun üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 040 024 Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi. 002 EXO 040 025 Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 040 026 Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi; 002 EXO 040 027 onun üstündə ətirli buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 040 028 Məskənin girişində arakəsməni qurdu. 002 EXO 040 029 Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 040 030 Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü. 002 EXO 040 031 Musa, Harun və oğulları orada əl-ayaqlarını yuyardılar. 002 EXO 040 032 Onlar Hüzur çadırına girdikləri və qurbangaha yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 002 EXO 040 033 Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi. 002 EXO 040 034 O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. 002 EXO 040 035 Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu. 002 EXO 040 036 İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər; 002 EXO 040 037 bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər. 002 EXO 040 038 Səfərləri boyu bütün İsrail xalqının gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi. # # BOOK 003 LEV Leviticus Levililər 003 LEV 001 001 Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi: 003 LEV 001 002 «İsrail övladlarına bəyan et və de: “Sizdən bir nəfər öz heyvanlarından Rəbbə qurban gətirəndə qoy qurbanlığı mal-qara yaxud qoyun-keçi olsun. 003 LEV 001 003 Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin. 003 LEV 001 004 O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun. 003 LEV 001 005 O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər. 003 LEV 001 006 Sonra o adam yandırma qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın. 003 LEV 001 007 Kahin Harunun övladları qurbangahda od qalayıb üstünə odun düzsünlər. 003 LEV 001 008 Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər. 003 LEV 001 009 Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 003 LEV 001 010 Əgər kiminsə yandırma qurbanı qoyun-keçidən ibarətdirsə, qoy bu qüsursuz erkək heyvan olsun. 003 LEV 001 011 Onu qurbangahın şimal tərəfində, Rəbbin önündə kəssin; Harun nəslindən olan kahinlər isə heyvanın qanını qurbangahın hər tərəfinə səpsinlər. 003 LEV 001 012 Sonra o adam heyvanı parça-parça doğrasın, başını və piyini kəssin; xidmət edən kahin də qurbanı qurbangahın odunları ilə qalanan od üstünə düzsün. 003 LEV 001 013 İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir. 003 LEV 001 014 Əgər kiminsə Rəbbə yandırma qurbanı quşdan ibarətdirsə, qoy qumru quşlarından yaxud göyərçinlərdən qurban gətirsin. 003 LEV 001 015 Kahin onu qurbangaha gətirsin, boynunu üzüb başını qurbangahda tüstülədib yandırsın; qanı isə qurbangahın yan tərəfindən axıdılsın. 003 LEV 001 016 Kahin quşun çinədanını lələkləri ilə çıxarıb qurbangahın şərq tərəfinə, küllüyə atsın. 003 LEV 001 017 Sonra o, qanadlarını tutaraq quşu yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 003 LEV 002 001 Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündür qoysun. 003 LEV 002 002 Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 003 LEV 002 003 Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir. 003 LEV 002 004 Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et. 003 LEV 002 005 Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş mayasız kökə kimi bişir. 003 LEV 002 006 Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir. 003 LEV 002 007 Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla. 003 LEV 002 008 Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini qurbangaha aparsın. 003 LEV 002 009 Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 003 LEV 002 010 Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün ən müqəddəsdir. 003 LEV 002 011 Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın. 003 LEV 002 012 Bunları ilk məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim olunmasın. 003 LEV 002 013 Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə. Bütün təqdimlərini duzla. 003 LEV 002 014 Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını təqdim et. 003 LEV 002 015 Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir. 003 LEV 002 016 Kahin bir az yarma və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün verilən yandırma təqdimidir. 003 LEV 003 001 Əgər kimsə ünsiyyət qurbanı gətirsə və qurbanlıq heyvan mal-qaradandırsa, qoy o, Rəbbin hüzuruna qüsursuz erkək və ya dişi heyvan gətirsin. 003 LEV 003 002 Qoy adam əlini qurbanlığın başına qoyub Hüzur çadırının girişində kəssin və Harun nəslindən olan kahinlər qanı qurbangahın hər tərəfinə səpsinlər. 003 LEV 003 003 Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki piyi, 003 LEV 003 004 belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 003 LEV 003 005 Bunları Harun övladları qurbangahda odunlarla qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 003 LEV 003 006 Əgər Rəbbə təqdim olunan ünsiyyət qurbanı qoyun-keçidəndirsə, qoy o, qüsursuz erkək və yaxud dişi heyvan gətirsin. 003 LEV 003 007 Əgər gətirdiyi qurban bir qoyundursa, qoy onu Rəbbin önündə belə təqdim etsin: 003 LEV 003 008 əlini qurbanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin, Harun övladları qanı qurbangahın hər tərəfinə səpsinlər. 003 LEV 003 009 Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: onurğayadək kəsdiyi quyruğunu, içalatı örtən piyi və üstündəki bütün piyi 003 LEV 003 010 belindəki hər iki böyrəyini, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 003 LEV 003 011 Bunları kahin qurbangahda tüstülədib yandırsın. Bu, Rəbb üçün yandırma təqdimi olaraq verilən paydır. 003 LEV 003 012 Əgər adamın qurbanlığı bir keçidirsə, qoy onu Rəbbin önündə belə təqdim etsin: 003 LEV 003 013 əlini heyvanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin. Harun övladları onun qanını qurbangahın hər tərəfinə səpsinlər. 003 LEV 003 014 Qoy o adam qurbandan bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki bütün piyi, 003 LEV 003 015 belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 003 LEV 003 016 Kahin bunları qurbangah üstündə tüstülədib yandırsın. Bu, yemək – yandırma təqdimi, xoşa gələn ətirdir. Bütün piy Rəbbə məxsusdur. 003 LEV 003 017 Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun: piyi də, qanı da yeməyin”». 003 LEV 004 001 Rəbb Musaya dedi: 003 LEV 004 002 «İsrail övladlarına belə de: “Əgər kimsə etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini bilmədən pozarsa, qoy bunlara əməl etsin. 003 LEV 004 003 Əgər məsh edilmiş baş kahin günah işlədib xalqı da borclu etsə, o günaha görə Rəbbə günah qurbanı olaraq qüsursuz bir buğa təqdim etsin. 003 LEV 004 004 Buğanı Hüzur çadırının girişinə, Rəbbin hüzuruna gətirsin və əllərini heyvanın başına qoyub onu Rəbbin hüzurunda kəssin. 003 LEV 004 005 Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin. 003 LEV 004 006 Kahin barmağını qana batıraraq Rəbbin hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin. 003 LEV 004 007 Sonra kahin Hüzur çadırında, Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün. 003 LEV 004 008 Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən piyi və üstündəki bütün piyi, 003 LEV 004 009 belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 003 LEV 004 010 Bunların hamısı ünsiyyət qurbanı olan mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan qurbangahda tüstülədib yandırsın. 003 LEV 004 011 Buğanın dərisini, başından budlarına qədər bütün ətini – içalatını, bağırsaqlarını, 003 LEV 004 012 hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın. 003 LEV 004 013 Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar, 003 LEV 004 014 işlədikləri günah aşkara çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin. 003 LEV 004 015 İcmanın ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər. 003 LEV 004 016 Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin. 003 LEV 004 017 Kahin barmağını qana batırıb Rəbbin hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin. 003 LEV 004 018 Sonra kahin Hüzur çadırında Rəbbin önündəki qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün. 003 LEV 004 019 Sonra o heyvanın bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın; 003 LEV 004 020 günah qurbanı olan buğaya nə cür etsə, bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın. 003 LEV 004 021 Sonra kahin buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən günah qurbanıdır. 003 LEV 004 022 Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini bilmədən pozub təqsirkar olsa, 003 LEV 004 023 işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə gətirsin; 003 LEV 004 024 əlini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə onu kəssin. Bu, günah qurbanıdır. 003 LEV 004 025 Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini isə həmin qurbangahın altlığına töksün. 003 LEV 004 026 Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o bağışlansın. 003 LEV 004 027 Əgər ölkə xalqından bir nəfər etməməli olduğu halda Rəbbin əmrlərindən birini pozaraq bilmədən günah işlədib bu günahda təqsirkar olsa, 003 LEV 004 028 işlətdiyi günah özünə aşkar olanda qoy o, günahına görə özü üçün qurban – qüsursuz dişi keçi gətirsin 003 LEV 004 029 və əlini günah qurbanının başına qoyub bu qurbanı yandırma qurbanları kəsilən yerdə kəssin. 003 LEV 004 030 Sonra kahin barmağı ilə qurbanın qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün. 003 LEV 004 031 Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın. 003 LEV 004 032 Əgər adam günah qurbanı olaraq qoyun gətirsə, qoy o, qüsursuz dişi heyvan gətirsin 003 LEV 004 033 və əlini günah qurbanının başına qoysun və onu yandırma qurbanları kəsilən yerdə kəssin. 003 LEV 004 034 Sonra kahin öz barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün. 003 LEV 004 035 Sonra o adam heyvanın bütün piyini ünsiyyət qurbanı olan qoyunun piyi kimi çıxarsın və kahin onu qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülədib yandırsın. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın. 003 LEV 005 001 Günahın işləndiyini görərək yaxud bilərək şahidi olan adam and içdiriləndə bu barədə şəhadət etməsə, cəzasını çəkər. 003 LEV 005 002 Bilmədən hər hansı murdar bir əşyaya, çöl, ev ya da qaynaşan heyvanın leşinə toxunan hər kəs murdar və təqsirkar sayılır. 003 LEV 005 003 Birini murdarlayan ifrazata, insandan ifraz olan murdarlığa bilmədən toxunan kəs – nə cür murdarlıq olursa olsun – onu dərk edəndə təqsirkar sayılır. 003 LEV 005 004 Düşünmədən və bilmədən hər hansı bir ehtiyatsız andla pislik yaxud yaxşılıq etmək üçün and içən hər kəs bunu biləndə təqsirkar sayılır. 003 LEV 005 005 Bu adam bunlardan birinə görə təqsirini biləndə qoy günahını etiraf etsin 003 LEV 005 006 və o, günaha görə Rəbbin qarşısında təqsirini yumaq üçün sürüdən dişi qoyun ya da dişi keçi götürüb günah qurbanı olaraq gətirsin. Bununla kahin o adam üçün günahını kəffarə etsin. 003 LEV 005 007 Lakin əgər o adamın qoyun-keçi qurbanı kəsməyə gücü çatmırsa, günahına görə təqsirini yumaq üçün Rəbbə iki qumru quşu yaxud da iki göyərçin – biri günah qurbanı, digərini yandırma qurbanı olaraq gətirsin 003 LEV 005 008 və kahinə versin. Kahin əvvəl günah qurbanı olan quşu təqdim etsin: başını bədəndən ayırmadan boynunu üzsün 003 LEV 005 009 və günah qurbanının qanından qurbangahın bir tərəfinə çiləsin, qanın digər hissəsini isə qurbangahın altlığına töksün. Bu, günah qurbanıdır. 003 LEV 005 010 İkinci quş da qayda-qanuna uyğun olaraq yandırma qurbanı kimi təqdim olunsun. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın. 003 LEV 005 011 Əgər o adamın hətta iki qumru quşuna və yaxud iki göyərçinə gücü çatmırsa, qoy işlətdiyi günah üçün narın undan efanın onda birini günah qurbanı kimi təqdim etsin. Lakin qoy onun üstünə nə zeytun yağı, nə də kündür qoymasın, çünki bu günah qurbanıdır. 003 LEV 005 012 Qoy bu adam onu kahinin yanına gətirsin. Kahin ondan xatirə təqdimi kimi bir ovuc götürüb qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülətsin. Bu, günah qurbanıdır. 003 LEV 005 013 Bununla kahin o adam üçün işlətdiyi hər hansı bir günahı kəffarə etsin ki, o adam bağışlansın. Qalan hissə taxıl təqdimi kimi kahinə məxsus olsun”». 003 LEV 005 014 Rəbb Musaya dedi: 003 LEV 005 015 «Rəbbin müqəddəs şeylərinə etinasız yanaşıb bilmədən günah edən hər kəs təqsir qurbanı olaraq sürüdən qüsursuz bir qoç gətirsin. Bu təqsir qurbanı Müqəddəs yerdəki şekelə münasib gümüş şekellə qiymətləndirilməlidir. 003 LEV 005 016 Müqəddəs şeylərə vurduğu ziyanı da qoy o adam ödəsin və üstünə beşdə birini əlavə edərək kahinə versin; kahin onun üçün təqsir qurbanı olan qoçla kəffarə etsin ki, o bağışlansın. 003 LEV 005 017 Əgər bir nəfər günah işlədib etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini pozarsa və bunu bilmədən edərsə, təqsirkar sayılıb cəzasını çəkməlidir. 003 LEV 005 018 Qoy o, kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. Bununla kahin onun bilmədən törətdiyi günahı kəffarə etsin ki, o bağışlansın. 003 LEV 005 019 Bu, təqsir qurbanıdır. Həmin adam Rəbbin qarşısında təqsirkar olmuşdur». 003 LEV 006 001 Rəbb Musaya dedi: 003 LEV 006 002 «Əgər bir şəxs günah edib Rəbbə xəyanət edərsə, özünə əmanət edilən, girov qoyulan yaxud oğurluq bir şey barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə, 003 LEV 006 003 itmiş bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların edə biləcəyi bu günahlardan birini edərsə, 003 LEV 006 004 o şəxs günah etmiş olur və təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi, özünə əmanət edilən ya da tapdığı itmiş əşyanı 003 LEV 006 005 yaxud barəsində yalandan and içdiyi şeyin üzərinə beşdə birini də əlavə edərək təqsir qurbanını gətirdiyi gün sahibinə geri qaytarsın. 003 LEV 006 006 Bu adam Rəbbin qarşısında təqsirini yumaq üçün kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. 003 LEV 006 007 Bununla kahin günah edən adam üçün təqsirinə səbəb olduğu hər şeyi Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın». 003 LEV 006 008 Rəbb Musaya dedi: 003 LEV 006 009 «Harunla oğullarına əmr verib de: “Yandırma qurbanına aid olan təlimat budur. Yandırma qurbanı bütün gecə səhərə qədər qurbangahdakı odda qalsın, bu od isə qoy sönmədən yansın. 003 LEV 006 010 Qoy kahin kətan paltarını, kətan alt geyimini əyninə geyib qurbangahda yandırma qurbanını məhv edən oddan çıxan külü götürüb qurbangahın yanına qoysun. 003 LEV 006 011 Sonra kahin geyimini çıxarıb başqa paltar geyinsin və külü düşərgədən kənara çıxararaq pak bir yerə töksün. 003 LEV 006 012 Qoy od qurbangahda yansın və sönməsin. Hər səhər kahin odunla od qalayıb üstünə yandırma qurbanını düzsün və ünsiyyət qurbanlarının piyini tüstülədib yandırsın. 003 LEV 006 013 Qoy bu od qurbangahda daima yansın və sönməsin. 003 LEV 006 014 Taxıl təqdiminə aid olan təlimat budur. Harun övladları bunu Rəbbin hüzurunda qurbangahın qabağında təqdim etsinlər. 003 LEV 006 015 Qoy kahin bir ovuc taxıl təqdimini, narın un ilə zeytun yağını və üstündəki kündürün hamısını götürüb qurbangahda tüstülətsin. Bu, Rəbbin xoşuna gələn ətir – xatirə təqdimidir. 003 LEV 006 016 Təqdimin qalan hissəsini Harunla övladları yesin; onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində mayasız çörək kimi yesinlər. 003 LEV 006 017 Bu, taxıldan maya ilə bişirilməsin. Bunu Mənə gətirilən yandırma təqdimlərindən kahinlərə düşən pay kimi verirəm. O, günah qurbanı və təqsir qurbanı kimi ən müqəddəsdir. 003 LEV 006 018 Harunun hər kişi övladı nəsildən-nəslə bunu yesin. Bu, Rəbbə gətirilən yandırma təqdimlərindən onlara verilən əbədi paydır. Bunlara toxunan hər şey müqəddəs sayılar”». 003 LEV 006 019 Rəbb Musaya dedi: 003 LEV 006 020 «Harunun məsh olunacağı gün Harunla oğullarının Rəbbə edəcəkləri təqdim budur: daimi taxıl təqdimi olaraq narın undan efanın onda birini – yarısı səhər, yarısı isə axşam, 003 LEV 006 021 zeytun yağı ilə qarışdırılmış, sacda bişmiş halda gətirsin və bu taxıl təqdimini parça-parça qırıb təqdim etsin. Bu, Rəbbin xoşuna gələn ətirdir. 003 LEV 006 022 Harun nəslindən yerinə keçən məsh edilmiş kahin onu belə də hazırlasın; bunu Rəbbə əbədi pay olaraq bütünlüklə tüstülədib yandırsın. 003 LEV 006 023 Kahinin gətirdiyi hər taxıl təqdimi bütünlüklə yandırılsın, o yeyilməməlidir». 003 LEV 006 024 Rəbb Musaya dedi: 003 LEV 006 025 «Harunla oğullarına belə de: “Günah qurbanına aid olan təlimat budur. Günah qurbanı yandırma qurbanı kəsilən yerdə – Rəbbin önündə kəsilsin. Bu qurban ən müqəddəsdir. 003 LEV 006 026 Günah qurbanını təqdim edən kahin onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində yesin. 003 LEV 006 027 Onun ətinə toxunan hər bir şey müqəddəs sayılar; o qurbandan bir damla qan geyimlərə sıçrasa, o geyim müqəddəs bir yerdə yuyulsun. 003 LEV 006 028 Ətin bişirildiyi saxsı qab sındırılsın; əgər o, tunc qabda bişirilibsə, həmin qab təmizlənib su ilə yaxalansın. 003 LEV 006 029 Kahin nəslindən hər kişi onu yesin; o ən müqəddəsdir. 003 LEV 006 030 Lakin Müqəddəs yerdə günahı kəffarə etmək üçün qanından Hüzur çadırına gətirilən günah qurbanının hamısı yeyilməməlidir, qoy yandırılsın. 003 LEV 007 001 Təqsir qurbanına aid olan təlimat budur. O ən müqəddəsdir. 003 LEV 007 002 Təqsir qurbanı yandırma qurbanları kəsilən yerdə kəsilsin. Kahin onun qanını qurbangahın hər tərəfinə səpsin. 003 LEV 007 003 Onun bütün piyini təqdim etsin: quyruğunu, içalatı örtən piyi, 003 LEV 007 004 belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 003 LEV 007 005 Qoy kahin bunu Rəbb üçün yandırma təqdimi olaraq qurbangahda tüstülədib yandırsın. Bu, təqsir qurbanıdır. 003 LEV 007 006 Ətini kahin nəslindən olan hər kişi yesin; bu ət müqəddəs bir yerdə yeyilsin, çünki o ən müqəddəsdir. 003 LEV 007 007 Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla kəffarə edən kahinə məxsus olsun. 003 LEV 007 008 Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin qurbanı təqdim edən kahinə məxsus olsun. 003 LEV 007 009 Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun. 003 LEV 007 010 Zeytun yağı ilə yoğrulmuş yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün. 003 LEV 007 011 Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur. 003 LEV 007 012 Əgər kimsə onu təşəkkür etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin. 003 LEV 007 013 Bundan əlavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin. 003 LEV 007 014 Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının qanını səpən kahinə məxsus olsun. 003 LEV 007 015 Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilsin. O, səhərə qədər qalmamalıdır. 003 LEV 007 016 Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər, 003 LEV 007 017 lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın. 003 LEV 007 018 Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər. 003 LEV 007 019 Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər; 003 LEV 007 020 murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun. 003 LEV 007 021 Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”». 003 LEV 007 022 Rəbb Musaya dedi: 003 LEV 007 023 «İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin. 003 LEV 007 024 Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz. 003 LEV 007 025 Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun. 003 LEV 007 026 Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin; 003 LEV 007 027 qan yeyən hər kəs xalqı arasından qovulsun”». 003 LEV 007 028 Rəbb Musaya dedi: 003 LEV 007 029 «İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin. 003 LEV 007 030 Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin. 003 LEV 007 031 Kahin piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun. 003 LEV 007 032 Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin; 003 LEV 007 033 həmin sağ bud ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”. 003 LEV 007 034 Çünki Mən yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm. 003 LEV 007 035 Bu, Rəbbə kahinlik etmək üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının payıdır; 003 LEV 007 036 Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları bu əbədi payı onlara versinlər». 003 LEV 007 037 Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə və ünsiyyət qurbanına aid olan 003 LEV 007 038 Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi gündə vermişdi. 003 LEV 008 001 Rəbb Musaya dedi: 003 LEV 008 002 «Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün bir buğa, iki qoç, bir səbət mayasız çörək götür. 003 LEV 008 003 Sonra bütün icmanı Hüzur çadırının girişinə topla». 003 LEV 008 004 Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda 003 LEV 008 005 Musa onlara dedi: «Rəbbin əmr etdiyi budur». 003 LEV 008 006 Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu. 003 LEV 008 007 Harunun əyninə xirqəsini geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun kəmərini belinə bağlayıb efodu özünə bərkitdi. 003 LEV 008 008 Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi. 003 LEV 008 009 Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 008 010 Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi. 003 LEV 008 011 Sonra məsh yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün məsh etdi. 003 LEV 008 012 Musa bir az məsh yağı götürüb Harunun başına tökərək onu təqdis etmək üçün məsh etdi. 003 LEV 008 013 Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 008 014 Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları həmin buğanın başına əllərini qoydular. 003 LEV 008 015 Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurbangahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi. 003 LEV 008 016 Musa heyvanın içalatının üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək qurbangahda tüstülədib yandırdı. 003 LEV 008 017 Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 008 018 Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun başına qoydular. 003 LEV 008 019 Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi. 003 LEV 008 020 Qoçu parça-parça doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı. 003 LEV 008 021 Sonra içalatını və budlarını su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 008 022 Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular. 003 LEV 008 023 Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkdi. 003 LEV 008 024 Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa heyvanın qanını qurbangahın hər tərəfinə səpdi. 003 LEV 008 025 Sonra piyini, quyruğunu, içalatının üstündəki piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü. 003 LEV 008 026 Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu. 003 LEV 008 027 O bunların hamısını Rəbbin hüzurunda yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi. 003 LEV 008 028 Sonra Musa həmin şeyləri onların əllərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 003 LEV 008 029 Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 008 030 Musa məsh yağını və qurbangahdakı qanı götürüb Haruna, onun geyimlərinə, oğullarına və geyimlərinə çilədi. Beləliklə, Harunu və onun geyimlərini, oğullarını və onların geyimlərini təqdis etdi. 003 LEV 008 031 Sonra Musa Harunla oğullarına dedi: «Əti Hüzur çadırının girişində qaynadın və “Harunla oğulları onu yesin” deyib əmr etdiyimə görə onu orada təqdis təqdimi üçün səbətdəki çörəklə yeyin. 003 LEV 008 032 Çörəyin və ətin qalan hissələrini yandırın. 003 LEV 008 033 Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək. 003 LEV 008 034 Bu gün edilən hər şeyi Rəbb kəffarəniz üçün əmr etdi. 003 LEV 008 035 Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib». 003 LEV 008 036 Harunla oğulları Rəbbin Musa vasitəsilə əmr etdiyi hər şeyə əməl etdilər. 003 LEV 009 001 Bundan səkkiz gün sonra Musa Harunla oğullarını və İsrail ağsaqqallarını yanına çağırıb 003 LEV 009 002 Haruna dedi: «Özün üçün günah qurbanı kimi qüsursuz bir erkək dana və yandırma qurbanı kimi qüsursuz bir qoç götür və Rəbbin hüzurunda təqdim et. 003 LEV 009 003 Sonra İsrail övladlarına de: “Günah qurbanı kimi bir təkə, yandırma qurbanı kimi birillik qüsursuz bir dana və birillik qüsursuz bir toğlu, 003 LEV 009 004 Rəbbin hüzurunda kəsilən ünsiyyət qurbanları kimi bir buğa, bir qoç və zeytun yağı ilə yoğrulmuş taxıl təqdimləri götürün. Çünki bu gün Rəbb sizə görünəcək”». 003 LEV 009 005 Musanın əmr etdiyi hər şey Hüzur çadırının önünə gətirildi. Sonra bütün icma yaxınlaşıb Rəbbin hüzurunda durdu. 003 LEV 009 006 Musa dedi: «Rəbb bu işi əmr etdi ki, siz əməl edəsiniz, onda Rəbbin izzəti sizə görünəcək». 003 LEV 009 007 Musa Haruna dedi: «Qurbangaha yaxınlaş və özün üçün günah qurbanı ilə yandırma qurbanını gətir. Həm özünün, həm də xalqının günahlarını bunlarla kəffarə et. Xalqın qurbanını da təqdim edərək onların günahını bununla kəffarə et. Rəbb əmr etdiyi kimi olsun». 003 LEV 009 008 Harun qurbangaha yaxınlaşıb özü üçün günah qurbanı olan dananı kəsdi. 003 LEV 009 009 Onun qanını Harunun oğulları atalarına təqdim etdilər. Harun barmağını qana batırıb qurbangahın buynuzlarına çəkdi; qanın qalan hissəsini isə qurbangahın altlığına tökdü. 003 LEV 009 010 Sonra günah qurbanının piyini, böyrəklərini, qaraciyərini, quyruğa bənzər hissəsini qurbangahda tüstülədib yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 009 011 Qurbanın əti ilə dərisini düşərgənin kənarında yandırdı. 003 LEV 009 012 Bundan sonra Harun yandırma qurbanını kəsdi. Onun qanını Harunun oğulları atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi. 003 LEV 009 013 Parça-parça kəsilən qurbanı və başını Haruna gətirdilər; o da onları qurbangahda tüstülədib yandırdı. 003 LEV 009 014 Qurbanın içalatı ilə budlarını yuyaraq qurbangahda yandırma qurbanı ilə birgə tüstülədib yandırdı. 003 LEV 009 015 Bundan sonra Harun xalqın qurbanını təqdim etdi. Xalq üçün günah qurbanı olan təkəni götürüb kəsdi; onu birinci günah qurbanı kimi gətirdi. 003 LEV 009 016 Yandırma qurbanı üçün heyvan gətirdi və onu qayda-qanuna uyğun olaraq təqdim etdi. 003 LEV 009 017 Sonra Harun taxıl təqdimini gətirdi. Səhər təqdim olunan yandırma qurbanından savayı ovuclarını taxıl təqdimi ilə doldurub qurbangahda tüstülədərək yandırdı. 003 LEV 009 018 Harun xalq üçün ünsiyyət qurbanı olan buğanı və qoçu kəsdi. Harunun oğulları bunların qanını atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi. 003 LEV 009 019 Buğanın və qoçun piyini, quyruğunu, içalatı örtən piyini, böyrəklərini, qaraciyərinin quyruğa bənzər hissəsini götürüb 003 LEV 009 020 döş ətlərini üstünə qoydular. Harun da bu piyi qurbangahda tüstülədib yandırdı, 003 LEV 009 021 döş ətlərini isə sağ budları ilə birlikdə Rəbbin önündə yellədərək təqdim etdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 009 022 Harun günah qurbanını, yandırma qurbanını və ünsiyyət qurbanını gətirdikdən sonra əllərini xalqa doğru uzadıb onlara xeyir-dua verdi. Sonra o aşağı düşdü. 003 LEV 009 023 Musa ilə Harun Hüzur çadırına girdilər. Sonra onlar çıxıb birlikdə xalqa xeyir-dua verdilər. O vaxt Rəbbin izzəti bütün xalqa göründü 003 LEV 009 024 və Rəbbin hüzurundan od çıxıb qurbangahdakı yandırma qurbanı ilə piyi yandıraraq yox etdi. Bütün xalq bunu görərək sevincdən qışqırıb üzüstə yerə döşəndi. 003 LEV 010 001 Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi. 003 LEV 010 002 Rəbb hüzurundan od göndərib onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər. 003 LEV 010 003 Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir: “Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar; Bütün xalq Məni izzətləndirsin”». Harun isə susurdu. 003 LEV 010 004 Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qardaşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun». 003 LEV 010 005 Musa bu sözü deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular. 003 LEV 010 006 Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun. 003 LEV 010 007 Hüzur çadırının girişindən kənara çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi etdilər. 003 LEV 010 008 Rəbb Haruna dedi: 003 LEV 010 009 «Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 003 LEV 010 010 Müqəddəslə adi şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun. 003 LEV 010 011 Mənim Musa vasitəsilə bəyan etdiyim bütün qaydaları İsrail övladlarına öyrədin». 003 LEV 010 012 Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir. 003 LEV 010 013 Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür. 003 LEV 010 014 Yellədilən döş ətini və qaldırılan bud ətini isə sən, oğulların və qızların pak bir yerdə yeyin; çünki bunlar İsrail övladlarının ünsiyyət qurbanlarından sənin və övladlarının payı kimi ayrılıb. 003 LEV 010 015 Qaldırılan bud ətini və yellədilən döş ətini Rəbbin önündə yellətmək üçün yandırma təqdimi olan piylə birlikdə gətirin. Bu sizin və övladlarınızın əbədi payı olacaq. Rəbb belə əmr etmişdir». 003 LEV 010 016 Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan oğullarına – Eleazara və İtamara qəzəblənib dedi: 003 LEV 010 017 «Siz nə üçün günah qurbanını müqəddəs sayılan yerdə yemədiniz? Çünki bu qurban ən müqəddəsdir və sizə verilib ki, onunla icmanın günahlarının cəzasını üzərindən götürüb onlar üçün Rəbbin önündə kəffarə edəsiniz. 003 LEV 010 018 Təkənin qanı içəri, Müqəddəs yerə gətirilmədi. Mən sizə əmr etdiyim kimi siz onun ətini mütləq Müqəddəs yerdə yeməli idiniz». 003 LEV 010 019 Harun Musaya dedi: «Bu gün günah qurbanı və yandırma qurbanı Rəbbin önündə təqdim olunmuşdur. Ancaq başıma belə iş gəldi. Əgər mən bu gün günah qurbanını yemiş olsaydım, o, Rəbbə məqbul olardımı?» 003 LEV 010 020 Musa bunu eşidib razılaşdı. 003 LEV 011 001 Rəbb Musa ilə Haruna belə dedi: 003 LEV 011 002 «İsrail övladlarına belə deyin: “Quruda yaşayan heyvanlardan belələrinin ətini yemək olar. 003 LEV 011 003 Hər hansı qoşadırnaqlı gövşəyən heyvanın ətini yeyə bilərsiniz. 003 LEV 011 004 Lakin gövşəyən yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: dəvə, çünki o gövşəsə də, qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır; 003 LEV 011 005 qayadovşanı, çünki o gövşəsə də qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır; 003 LEV 011 006 dovşan, çünki o gövşəsə də qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır; 003 LEV 011 007 donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün haramdır. 003 LEV 011 008 Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır. 003 LEV 011 009 Sularda, dənizlərdə yaxud çaylarda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. 003 LEV 011 010 Amma sularda, dənizlərdə yaxud çaylarda qaynaşan heyvanlardan üzgəcləri və pulcuqları olmayan hər canlı məxluq sizin üçün iyrənc olsun. 003 LEV 011 011 Onların ətini yeməyin və leşindən iyrənin; onlar sizin üçün iyrənc olsun. 003 LEV 011 012 Sularda üzgəcləri və pulcuqları olmayanların hamısı sizin üçün iyrənc olsun. 003 LEV 011 013 Quşlardan bunları iyrənc olduğuna görə yeməyin: qartal, keçələkərkəs, qaraquş, 003 LEV 011 014 çalağan, bütün şahin cinsindən olanlar, 003 LEV 011 015 bütün qarğa cinsindən olanlar, 003 LEV 011 016 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, 003 LEV 011 017 yapalaq, qarabatdaq, böyük bayquş, 003 LEV 011 018 ağ bayquş, qutan, leş kərkəsi, 003 LEV 011 019 leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. 003 LEV 011 020 Dördayaqla gəzən, qanadlı qaynaşan heyvanların hamısı da sizin üçün iyrənc olsun. 003 LEV 011 021 Lakin dördayaqla gəzən, qanadlı qaynaşan heyvanlardan yerdə sıçramaq üçün oynaqlı ayaqları olanları yeyə bilərsiniz; 003 LEV 011 022 onlardan bütün çəyirtkə cinsindən olanları, bütün keçəl çəyirtkə cinsindən olanları, bütün sisək cinsindən olanları, bütün şala cırcıraması cinsindən olanları yemək olar. 003 LEV 011 023 Bütün digər dördayaqlı qanadlı qaynaşan heyvanlar isə sizin üçün iyrənc olsun. 003 LEV 011 024 Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama qədər murdar sayılsın. 003 LEV 011 025 Onların leşindən bir hissəsini daşıyan hər kəs də geyimlərini yusun; axşama qədər murdar sayılsın. 003 LEV 011 026 Qoşadırnağı olmayan yaxud gövşəməyən hər dırnaqlı heyvan sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs murdar sayılsın. 003 LEV 011 027 Pəncələri üstündə yeriyən dördayaqlı hər heyvan sizin üçün murdar olsun; onların leşinə toxunan hər kəs axşama qədər murdar sayılsın. 003 LEV 011 028 Onların leşini daşıyan geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu heyvanlar sizin üçün murdar sayılsın. 003 LEV 011 029 Yerdə qaynaşan heyvanlar arasında sizin üçün murdar olan bunlardır: kor siçan, siçan, hər növ kərtənkələ, 003 LEV 011 030 gekkon, varan, kərtəncik, kələz, buqələmun. 003 LEV 011 031 Bunlar bütün qaynaşan heyvanlar arasında sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşamadək murdar sayılsın. 003 LEV 011 032 Onlardan birisinin leşi üstünə düşən hər şey murdar sayılsın. Hər taxta, parça, dəri yaxud giş əşya nə cür iş üçün işlənsə, suya salınsın. Axşama qədər murdar sayılsın, axşamdan sonra təmiz sayılsın. 003 LEV 011 033 Onlardan biri gil qabın içinə düşsə, onun içindəki hər şey murdar sayılsın və qab qırılsın. 003 LEV 011 034 Belə bir qabdan su xörəyin içinə tökülsə, o xörək murdarlanır. Bu cür qabın içində hər içki murdarlanır. 003 LEV 011 035 O heyvanlardan birinin leşi üstünə düşən hər bir şey murdar sayılsın. İstər təndir, istərsə də ocaq sökülsün, çünki murdarlanıb; onlar sizin üçün murdar olsun. 003 LEV 011 036 Ancaq su bulağı yaxud su anbarı pak sayılsın. Bu heyvanların leşinə toxunan hər kəs murdar sayılsın. 003 LEV 011 037 Bunlardan birinin leşi əkin üçün ayrılmış toxumun üstünə düşərsə, o toxum təmiz sayılsın. 003 LEV 011 038 Amma leş suya salınmış toxumun üstünə düşərsə, toxum sizin üçün murdar olsun. 003 LEV 011 039 Əti sizin üçün yeməli olan heyvanlardan biri ölərsə, leşinə toxunan adam axşama qədər murdar sayılsın. 003 LEV 011 040 O heyvanın leşindən yeyən adam geyimini yusun və axşama qədər murdar sayılsın. Leşini daşıyan adam da geyimləri yusun və axşama qədər murdar sayılsın. 003 LEV 011 041 Yer üzündə sürünən hər qaynaşan heyvan sizin üçün iyrənc olsun; onu yeməyin. 003 LEV 011 042 İstər qarnı üstündə, istər dörd ayağı ilə sürünən ya da yer üzündəki çoxayaqlı olan qaynaşan heyvanlardan yeməyin, çünki onlar iyrəncdir. 003 LEV 011 043 Qaynaşan heyvanların heç biri ilə özünüzü iyrənc edib murdarlamayın, çünki onlara görə siz murdar olarsınız. 003 LEV 011 044 Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm; özünüzü yerdə sürünən heç bir qaynaşan heyvanla murdar etməyin. 003 LEV 011 045 Çünki Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Rəbb Mənəm. Müqəddəs olun, çünki Mən müqəddəsəm”». 003 LEV 011 046 Heyvan, quş, sularda üzən hər cür canlı məxluq, yer üzündə qaynaşan hər cür heyvan haqqında təlimat budur. 003 LEV 011 047 Bununla pakla murdar şeylər arasında, yeyilən və yeyilməyən heyvanlar arasında fərq qoyulur. 003 LEV 012 001 Rəbb Musaya dedi: 003 LEV 012 002 «İsrail övladlarına belə de: “Hamilə olub oğlan uşağı doğan bir qadın aybaşı, murdarlıq dövründə olduğu kimi yeddi gün murdar sayılsın. 003 LEV 012 003 Səkkizinci gün uşaq sünnət olunsun. 003 LEV 012 004 Qadın qanaxmadan paklanmaq üçün daha otuz üç gün gözləsin. Bu paklanma dövrü bitənə qədər qadın heç bir müqəddəs şeyə toxunmamalı və Müqəddəs məkana yaxınlaşmamalıdır. 003 LEV 012 005 Əgər bir qadın qız uşağı doğarsa, aybaşı vaxtı kimi iki həftə murdar sayılsın və paklanmaq üçün əlavə olaraq altmış altı gün gözləsin. 003 LEV 012 006 Oğlan yaxud qız uşağı doğub paklanma müddəti bitəndə qadın Hüzur çadırının girişinə birillik toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi gətirsin. 003 LEV 012 007 Kahin bunları Rəbbin hüzurunda qurban gətirib, zahı qadın üçün kəffarə etsin ki, o qan axmasından pak olsun. Qız ya oğlan doğan zahı qadın üçün təlimat budur. 003 LEV 012 008 Əgər qadının toğlu gətirməyə gücü çatmırsa, onda birini yandırma qurbanı, o birini isə günah qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin gətirsin. Bununla kahin həmin zahı üçün kəffarə etsin ki, o pak olsun”». 003 LEV 013 001 Rəbb Musaya və Haruna dedi: 003 LEV 013 002 «Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin. 003 LEV 013 003 Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu, cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin. 003 LEV 013 004 Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 005 Yeddinci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 006 Yeddinci gün kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın. 003 LEV 013 007 Lakin kahin ona baxıb pak saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin. 003 LEV 013 008 Kahin yenə də ona baxsın, dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır. 003 LEV 013 009 Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin. 003 LEV 013 010 Kahin ona baxsın, dəridəki tükləri ağardan xoralı ağ bir şiş varsa, 003 LEV 013 011 bu, bədəninin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır. 003 LEV 013 012 Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə, 003 LEV 013 013 qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın. 003 LEV 013 014 Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın. 003 LEV 013 015 Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır. 003 LEV 013 016 Xoralanma sağalıb ağardığı halda o adam kahinin yanına getsin 003 LEV 013 017 və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı pak elan etsin, çünki o, pakdır. 003 LEV 013 018 Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra 003 LEV 013 019 və yerində ağ şiş yaxud qırmızımtıl-ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin. 003 LEV 013 020 Kahin ləkəyə baxsın, üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır. 003 LEV 013 021 Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur, onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 022 Əgər dəridəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin. Çünki bu, əlamətdir. 003 LEV 013 023 Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin. 003 LEV 013 024 Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə, 003 LEV 013 025 kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir. 003 LEV 013 026 Əgər kahin baxıb görsə ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 027 Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir. 003 LEV 013 028 Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu, yanıqdan qalan izdir. 003 LEV 013 029 Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda 003 LEV 013 030 kahin ona baxsın. Əlamət dəridən dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik – qoturdur. 003 LEV 013 031 Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 032 Kahin yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə, 003 LEV 013 033 qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 034 Yeddinci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın. 003 LEV 013 035 Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa, 003 LEV 013 036 kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın. 003 LEV 013 037 Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu pak elan etsin. 003 LEV 013 038 Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa, 003 LEV 013 039 qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın. 003 LEV 013 040 Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın. 003 LEV 013 041 Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın. 003 LEV 013 042 Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır. 003 LEV 013 043 Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə, 003 LEV 013 044 o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin. 003 LEV 013 045 Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın. 003 LEV 013 046 Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın. 003 LEV 013 047 Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim 003 LEV 013 048 yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur. 003 LEV 013 049 Ya geyimdə, dəridə ya da hər cür parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu, iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin. 003 LEV 013 050 Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 051 Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın. 003 LEV 013 052 Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın. 003 LEV 013 053 Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb, 003 LEV 013 054 kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə təcrid etsin. 003 LEV 013 055 Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu yandırmalısınız. 003 LEV 013 056 Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın. 003 LEV 013 057 Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın. 003 LEV 013 058 Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın. 003 LEV 013 059 Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır». 003 LEV 014 001 Rəbb Musaya dedi: 003 LEV 014 002 «Dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu adam kahinin yanına gətirildikdə 003 LEV 014 003 kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın; onun dərisindəki əlamətlər sağalıbsa, 003 LEV 014 004 onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin. 003 LEV 014 005 Kahinin buyurduğuna görə quşların biri saxsı qabda axar su üzərində kəsilsin. 003 LEV 014 006 Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın. 003 LEV 014 007 Sonra qoy cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə buraxsın. 003 LEV 014 008 Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın. 003 LEV 014 009 Yeddinci gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini su ilə yusun, sonra pak sayılsın. 003 LEV 014 010 Səkkizinci gün o adam qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirsin. 003 LEV 014 011 Paklanma mərasimi ilə məşğul olan kahin paklanan adamı və gətirdiyi təqdimləri Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gətirsin. 003 LEV 014 012 Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir qurbanı kimi təqdim etsin. Onları Rəbbin hüzurunda yellədərək təqdim etsin. 003 LEV 014 013 Toğlunu günah qurbanı və yandırma qurbanı kəsdiyi yerdə – müqəddəs sayılan yerdə kəssin; çünki günah qurbanı kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir. 003 LEV 014 014 Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəksin. 003 LEV 014 015 Kahin bir az zeytun yağı götürüb sol ovcuna töksün və 003 LEV 014 016 sağ əlinin bir barmağını sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin. 003 LEV 014 017 Ovcunda qalan yağdan kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanından çəkdiyi yerlərə sürtsün. 003 LEV 014 018 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin. 003 LEV 014 019 Bundan sonra kahin günah qurbanını kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib 003 LEV 014 020 onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak sayılsın. 003 LEV 014 021 Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla bir loq zeytun yağı, 003 LEV 014 022 biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin götürsün. Bunlara gücü çatar. 003 LEV 014 023 Paklanmasının səkkizinci günü bu adam bunları kahinin yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin. 003 LEV 014 024 Kahin təqsir qurbanı olan toğlunu və bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və 003 LEV 014 025 təqsir qurbanı olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin. 003 LEV 014 026 Kahin zeytun yağından bir az sol ovcuna töksün 003 LEV 014 027 və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi dəfə çiləsin. 003 LEV 014 028 Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin. 003 LEV 014 029 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin. 003 LEV 014 030 Sonra bu adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin. 003 LEV 014 031 Gücü çatan qədər birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin. Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin». 003 LEV 014 032 Bu, dərisində cüzamın əlaməti olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır. 003 LEV 014 033 Rəbb Musaya və Haruna dedi: 003 LEV 014 034 «Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm, 003 LEV 014 035 qoy ev sahibi gedib kahinə “evimdə kifə bənzər bir şey görünüb” deyə xəbər versin. 003 LEV 014 036 Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki, evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin. 003 LEV 014 037 Əlamətə baxsın: evin divarlarında yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa, 003 LEV 014 038 kahin evdən çıxsın və onu bağlayıb yeddi gün müddətinə təcrid etsin. 003 LEV 014 039 Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət evin divarına yayılıbsa, 003 LEV 014 040 onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə atılsın. 003 LEV 014 041 Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara – həmin murdar yerə töksünlər. 003 LEV 014 042 Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra təzə mala götürüb evi malalasınlar. 003 LEV 014 043 Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə, 003 LEV 014 044 kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın. 003 LEV 014 045 Belə halda qoy ev sökülsün, onun daşları, taxtaları, bütün malası şəhərdən kənara – murdar yerə atılsın. 003 LEV 014 046 Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın. 003 LEV 014 047 O evdə yeyən yaxud yatan adam geyimlərini yusun. 003 LEV 014 048 Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o, evi pak elan etsin, çünki kif keçib gedib. 003 LEV 014 049 O, evi pak etmək üçün iki quş, sidr ağacının budağı, al rəngli ip və züfa otunu götürüb 003 LEV 014 050 quşların birini saxsı qabda axar su üzərində kəssin. 003 LEV 014 051 Sonra kahin sidr ağacının budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın, evə yeddi dəfə çiləyərək 003 LEV 014 052 quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfa otu və al rəngli iplə o evi pak etsin. 003 LEV 014 053 Qoy kahin sağ qalan quşu şəhərdən kənara – çölə buraxsın. Beləcə o evi kəffarə etsin ki, o pak sayılsın». 003 LEV 014 054 Bu, hər cür cüzam, qotur, 003 LEV 014 055 geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif, 003 LEV 014 056 şiş, səpki və ləkə, 003 LEV 014 057 belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır. 003 LEV 015 001 Rəbb Musaya və Haruna dedi: 003 LEV 015 002 «İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən axıntısı olarsa, o murdar sayılsın. 003 LEV 015 003 Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də qatılaşsın, o şəxs murdar sayılır. 003 LEV 015 004 Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın. 003 LEV 015 005 Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar sayılsın. 003 LEV 015 006 Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 003 LEV 015 007 Xəstəliyə görə bədən axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 003 LEV 015 008 Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın. 003 LEV 015 009 Xəstəliyə görə bədən axıntısı olan şəxsin mindiyi hər yəhər murdar sayılsın. 003 LEV 015 010 Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini yusun. 003 LEV 015 011 Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 003 LEV 015 012 Xəstəliyə görə bədən axıntısı olan şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun. 003 LEV 015 013 Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini axar su ilə yusun, sonra pak sayılsın. 003 LEV 015 014 Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin. 003 LEV 015 015 Kahin quşların birini günah qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə Rəbbin önündə kəffarə etsin. 003 LEV 015 016 Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın. 003 LEV 015 017 Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar sayılsın. 003 LEV 015 018 Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama qədər murdar sayılsın. 003 LEV 015 019 Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın. 003 LEV 015 020 Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey murdar sayılsın. 003 LEV 015 021 O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. 003 LEV 015 022 O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 003 LEV 015 023 Əgər bir adam o qadının yatağına ya üstündə oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın. 003 LEV 015 024 Əgər kişi qadınla yaxınlıq edən zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də yeddi gün murdar sayılsın; kişinin yatdığı hər yataq da murdar sayılsın. 003 LEV 015 025 Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın. 003 LEV 015 026 Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın. 003 LEV 015 027 Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. 003 LEV 015 028 Əgər axıntısı kəsilsə, o qadın yeddi gün gözləsin, sonra pak sayılsın. 003 LEV 015 029 Səkkizinci gün həmin o qadın iki qumru quşu yaxud iki göyərçin götürüb Hüzur çadırının girişinə, kahinin yanına gətirsin. 003 LEV 015 030 Kahin quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin. 003 LEV 015 031 Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan Mənim məskənimi murdarlığı ilə murdar edib ölməsinlər”». 003 LEV 015 032 Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər kişi üçün, 003 LEV 015 033 aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür. 003 LEV 016 001 Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi: 003 LEV 016 002 «Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir oluram. 003 LEV 016 003 Buna görə Harun Müqəddəs yerə yalnız belə girə bilər: günah qurbanı üçün bir buğa və yandırma qurbanı üçün bir qoç götürsün; 003 LEV 016 004 müqəddəs kətan xirqə geysin, əynində kətan alt paltarı da olsun, belinə kətan qurşaq bağlasın, başına çalma qoysun. Bunlar müqəddəs geyimlərdir. Qoy Harun əvvəl bədənini su ilə yusun, sonra onları geysin. 003 LEV 016 005 İsrail övladlarının icmasından günah qurbanı iki təkə və yandırma qurbanı üçün bir qoç götürsün. 003 LEV 016 006 Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün günahını kəffarə etsin. 003 LEV 016 007 Sonra Harun iki təkəni götürüb Rəbbin önündə Hüzur çadırının girişində saxlasın. 003 LEV 016 008 Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel üçün püşklə seçsin. 003 LEV 016 009 Sonra Harun püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin. 003 LEV 016 010 Püşklə Azazel olmaq üçün seçilən təkəni isə Rəbbin önündə diri saxlasın ki, onu sonra Azazel olaraq çölə göndərib onunla kəffarə etsin. 003 LEV 016 011 Harun özü ilə ailəsi üçün kəffarə edən günah qurbanını – buğanı kəssin. 003 LEV 016 012 Rəbbin hüzurundan, qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin. 003 LEV 016 013 Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin. 003 LEV 016 014 Buğanın qanından götürüb barmağı ilə qapağın ön tərəfinə – qapağın qarşısına da yeddi dəfə çiləsin. 003 LEV 016 015 Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onun qanını pərdənin iç tərəfinə gətirib qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin. 003 LEV 016 016 Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin. 003 LEV 016 017 Müqəddəs yerdə kəffarə etməyə girəndən çıxana qədər Hüzur çadırında da heç kim olmasın. Harun özü, ailəsi və bütün İsrail camaatı üçün kəffarə edib 003 LEV 016 018 çıxsın, sonra Rəbbin önündə olan qurbangaha gedib onun üçün kəffarə etsin; buğanın və təkənin qanından götürüb qurbangahın buynuzlarının ətrafına çəksin. 003 LEV 016 019 Harun qurbangahın üstünə barmağı ilə yeddi dəfə qan çiləsin. Beləcə onu İsrail övladlarının murdarlığından pak edib təqdis edin. 003 LEV 016 020 Qoy Harun Müqəddəs yeri, Hüzur çadırını, qurbangahı kəffarə edib qurtarandan sonra sağ qalan təkəni gətirsin 003 LEV 016 021 və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluğundan və günahlarından ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın. 003 LEV 016 022 Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın. 003 LEV 016 023 Harun Hüzur çadırına girsin və Müqəddəs yerə girən zaman geymiş olduğu kətan geyimi çıxarıb orada qoysun. 003 LEV 016 024 Müqəddəs bir yerdə bədənini su ilə yusun və öz geyimini geysin. Oradan çıxıb öz yandırma qurbanını və xalqın yandırma qurbanını təqdim etsin. 003 LEV 016 025 Günah qurbanının piyini də qurbangahda tüstülədib yandırsın. 003 LEV 016 026 Azazel olan təkəni yola salan adam da geyimini və bədənini su ilə yusun, sonra düşərgəyə girsin. 003 LEV 016 027 Müqəddəs yerdə kəffarə etmək üçün qanı oraya gətirilən günah qurbanı olan buğa ilə təkənin dəri, ət və bağırsaqları düşərgənin kənarına aparılıb yandırılsın. 003 LEV 016 028 Onları yandıran adam geyimini, bədənini su ilə yusun, ondan sonra düşərgəyə girsin. 003 LEV 016 029 Bu sizin üçün əbədi bir qayda olsun. Yeddinci ayın onuncu günündə özünüzü hər şeydən məhrum edib heç bir iş görməyin; həm yerliləriniz, həm də aranızda yaşayan yadellilər belə etsin. 003 LEV 016 030 Çünki o gün sizin üçün kəffarə olunacaq ki, siz pak olasınız və Rəbbin hüzurunda bütün günahlarınızdan təmizlənəcəksiniz. 003 LEV 016 031 O gün sizin üçün Şənbə gününə bənzər istirahət günüdür. Özünüzü hər şeydən məhrum edin. Bu, əbədi qayda olsun. 003 LEV 016 032 Atasının yerinə kahinlik etmək üçün məsh edilmiş vəzifəli baş kahin belə kəffarə etsin: o, müqəddəs kətan geyimlərini geyib 003 LEV 016 033 Ən Müqəddəs yer, Hüzur çadırı, qurbangah üçün kəffarə etsin; kahinlər və camaatın hər biri üçün də kəffarə etsin. 003 LEV 016 034 İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə əbədi qayda olsun». Rəbbin Musaya əmr etdiyi kimi oldu. 003 LEV 017 001 Rəbb Musaya belə dedi: 003 LEV 017 002 «Harunla oğullarına və bütün İsrail övladlarına söylə: “Rəbbin əmri budur: 003 LEV 017 003 İsraillilərdən düşərgədə yaxud onun kənarında mal-qara, qoyun ya da keçi kəsən 003 LEV 017 004 onu Rəbbin məskəninə, Onun önünə qurban kimi təqdim edərək Hüzur çadırının girişinə gətirməyən hər kəs qan tökməkdə müqəssir sayılsın. Belə adam xalqı arasından qovulsun. 003 LEV 017 005 Belə ki İsrail övladları qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin hüzuruna, Hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər. 003 LEV 017 006 Kahin belə qurbanın qanını Hüzur çadırı girişinin yanındakı Rəbbin qurbangahına səpsin, piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib yandırsın. 003 LEV 017 007 İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”. 003 LEV 017 008 Bir də ki onlara de: “İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma qurbanını və ya ünsiyyət qurbanını kəsəndə 003 LEV 017 009 Rəbbin hüzuruna təqdim edərək Hüzur çadırının girişinə qurban gətirməyən hər adam xalqı arasından qovulsun. 003 LEV 017 010 İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən bir az da olsa, qan yeyən hər kəsdən Mən üz döndərib xalqı arasından qovacağam, 003 LEV 017 011 çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır. 003 LEV 017 012 Buna görə də Mən İsrail övladlarına demişəm: ‹Sizdən heç bir kəs, aranızda yaşayan yadelli də qan yeməsin›. 003 LEV 017 013 İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün. 003 LEV 017 014 Çünki hər məxluqa həyat verən onun qanıdır. Buna görə Mən İsrail övladlarına ‹heç bir məxluqun qanını yeməyin› demişəm. Çünki hər məxluqa həyat verən onun qanıdır. Onu yeyən hər kəs xalqının arasından qovulsun. 003 LEV 017 015 Yerli olsun, yadelli olsun, təbii yolla ölən, parçalanıb ölən heyvanı yeyən adam qoy geyimini yusun, su ilə yuyunsun və axşamadək murdar, sonra pak sayılsın. 003 LEV 017 016 Əgər belə adam geyimini və bədənini yumasa, cəzasını çəkəcək”». 003 LEV 018 001 Rəbb Musaya dedi: 003 LEV 018 002 «İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm. 003 LEV 018 003 Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın; 003 LEV 018 004 Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm. 003 LEV 018 005 Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm. 003 LEV 018 006 Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm. 003 LEV 018 007 Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma. 003 LEV 018 008 Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur. 003 LEV 018 009 Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma. 003 LEV 018 010 Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur. 003 LEV 018 011 Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır. 003 LEV 018 012 Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur. 003 LEV 018 013 Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur. 003 LEV 018 014 Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır. 003 LEV 018 015 Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma. 003 LEV 018 016 Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur. 003 LEV 018 017 Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır. 003 LEV 018 018 Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma. 003 LEV 018 019 Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə. 003 LEV 018 020 Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama. 003 LEV 018 021 Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm. 003 LEV 018 022 Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir. 003 LEV 018 023 Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir. 003 LEV 018 024 Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb, 003 LEV 018 025 torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm. 003 LEV 018 026 İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin. 003 LEV 018 027 Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar. 003 LEV 018 028 Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq. 003 LEV 018 029 Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun. 003 LEV 018 030 Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”». 003 LEV 019 001 Rəbb Musaya dedi: 003 LEV 019 002 «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm. 003 LEV 019 003 Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm. 003 LEV 019 004 Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm. 003 LEV 019 005 Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin. 003 LEV 019 006 Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın. 003 LEV 019 007 Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar. 003 LEV 019 008 O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun. 003 LEV 019 009 Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. 003 LEV 019 010 Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm. 003 LEV 019 011 Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın. 003 LEV 019 012 Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm. 003 LEV 019 013 Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama. 003 LEV 019 014 Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm. 003 LEV 019 015 Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. 003 LEV 019 016 Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm. 003 LEV 019 017 Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən. 003 LEV 019 018 Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm. 003 LEV 019 019 Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin. 003 LEV 019 020 Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil, 003 LEV 019 021 o kişi isə Rəbbin önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin. 003 LEV 019 022 Kahin o kişi üçün işlətdiyi günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın. 003 LEV 019 023 Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün üç il haramdır, onu yeməyin. 003 LEV 019 024 Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın. 003 LEV 019 025 Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm. 003 LEV 019 026 Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin. 003 LEV 019 027 Gicgahlarınızı qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin. 003 LEV 019 028 Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm. 003 LEV 019 029 Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın. 003 LEV 019 030 Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm. 003 LEV 019 031 Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm. 003 LEV 019 032 Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm. 003 LEV 019 033 Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin. 003 LEV 019 034 Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb Mənəm. 003 LEV 019 035 Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin. 003 LEV 019 036 Qoy tərəziniz, çəki daşınız, taxıl və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. 003 LEV 019 037 Bütün Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin. Rəbb Mənəm”». 003 LEV 020 001 Rəbb Musaya dedi: 003 LEV 020 002 «İsrail övladlarına de: “İsraillilərdən və İsraildə yaşayan yadellilərdən övladını Molekə təqdim edən hər kəs öldürülməlidir. Qoy ölkə xalqı onu daşqalaq etsin. 003 LEV 020 003 Öz övladını Molekə təqdim etdiyi üçün Mən o adamdan üz döndərib xalqı arasından qovacağam; çünki o, Müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir. 003 LEV 020 004 Əgər ölkə xalqı o adamın övladını Molekə təqdim etdiyini görüb göz yumaraq onu öldürməsə, 003 LEV 020 005 Mən Özüm həmin adamdan və ailəsindən üz döndərib onu və onunla birgə Moleklə Mənə xəyanət edən hər kəsi xalqın arasından qovacağam. 003 LEV 020 006 Mənə xəyanət edərək cindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın arasından qovacağam. 003 LEV 020 007 Buna görə də özünüzü təqdis edin və müqəddəs olun, çünki Allahınız Rəbb Mənəm. 003 LEV 020 008 Qaydalarıma səylə əməl edin, çünki sizi təqdis edən Rəbb Mənəm. 003 LEV 020 009 Atasına yaxud anasına lənət edən hər kəs öldürülməlidir. O adam öz atasına yaxud anasına lənət etdiyi üçün qanının tökülməyinə özü baisdir. 003 LEV 020 010 Başqa kişinin arvadı ilə zina edənlərə aid: qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla birlikdə öldürülməlidir. 003 LEV 020 011 Atasının arvadı ilə yaxınlıq edən kişi atasının namusunu tapdalamış olur. Bunu edənlərin hər ikisi öldürülməlidir. Onlar qanlarının tökülməyinə özləri baisdir. 003 LEV 020 012 Gəlini ilə yaxınlıq edən kişi gəlini ilə birgə – hər ikisi öldürülməlidir, çünki bu rəzillikdir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. 003 LEV 020 013 Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baisdir. 003 LEV 020 014 Qadınla bərabər anasını arvad alan kişi əxlaqsızlıq edər; aranızda belə əxlaqsızlıq olmamaq üçün o kişi də, o qadınlar da yandırılsın. 003 LEV 020 015 Heyvanla cinsi əlaqəyə girən kişi öldürülməlidir; heyvan isə kəsilməlidir. 003 LEV 020 016 Hər hansı bir heyvanla cinsi əlaqəyə girən qadın heyvanla birgə öldürülməlidir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. 003 LEV 020 017 Əgər bir kişi atabir yaxud anabir bacısını alıb onunla cinsi əlaqədə olsa, qadın da onunla cinsi əlaqədə olsa, bu, rüsvayçılıqdır. Onlar xalqı arasından qovulsun. Bacısı ilə cinsi əlaqədə olan kişi cəzasını çəkər. 003 LEV 020 018 Əgər bir kişi aybaşı olan qadınla yaxınlıq edib onunla cinsi əlaqədə olarsa, qadının qanaxma mənbəyinin üstünü açar, qadın da öz qanaxma mənbəyinin üstünü açar. Hər ikisi xalqı arasından qovulsun. 003 LEV 020 019 Xalanla yaxud bibinlə yaxınlıq etmə, çünki yaxın qohumları ilə yaxınlıq edənlər cəzasını çəkərlər. 003 LEV 020 020 Əmisi arvadı ilə yaxınlıq edən kişi öz əmisinin namusunu tapdalamış olur; ikisi də günahının cəzasını çəkərək övladları olmadan öləcəklər. 003 LEV 020 021 Qardaşı arvadını alan kişi qardaşının namusunu tapdalayaraq murdar iş görür; onlar sonsuz qalacaqlar. 003 LEV 020 022 Siz Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin ki, yaşamaq üçün aparacağım torpaq sizi rədd etməsin. 003 LEV 020 023 Qarşınızdan qovacağım millətlərin adətlərinə uymayın; onlar bütün bu şeyləri etdiklərinə görə Mənim gözümdə iyrəncdirlər. 003 LEV 020 024 Mən sizə dedim ki, onların torpağına siz sahib olacaqsınız; Mən o süd və bal axan torpağı sizə irs olaraq verəcəyəm. Sizi digər xalqlardan ayıran Allahınız Rəbb Mənəm. 003 LEV 020 025 Beləliklə, siz pak və murdar heyvan və quşları bir-birindən ayırd edin. Sizin üçün ayırd etdiyim murdar sayılan heyvanlar yaxud quşlar ya da yerdə sürünən məxluqlarla özünüzü iyrənc etməyin. 003 LEV 020 026 Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız. 003 LEV 020 027 Cindar yaxud ruh çağıran kişilər və ya qadınlar öldürülməlidir, onlar daşqalaq olmalıdır. Bunlar qanlarının tökülməyinə özləri baisdir”». 003 LEV 021 001 Rəbb Musaya dedi: «Harun nəslindən olan kahinlərə bəyan edib belə de: “Qoy kahinlər öz xalqı arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin; 003 LEV 021 002 ancaq kahinin yaxın qohumu – anası, atası, oğlu, qızı, qardaşı 003 LEV 021 003 yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə özünü murdar etməsin. 003 LEV 021 004 Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin. 003 LEV 021 005 Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar, 003 LEV 021 006 özlərinin Allahı üçün müqəddəs olsunlar və Onun adını ləkələməsinlər, çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə də müqəddəs olsunlar. 003 LEV 021 007 Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad almasın, çünki kahin Allahı üçün müqəddəsdir. 003 LEV 021 008 Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm. 003 LEV 021 009 Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın. 003 LEV 021 010 Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın. 003 LEV 021 011 Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin. 003 LEV 021 012 O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm. 003 LEV 021 013 Bu kahin bakirə qız alsın; 003 LEV 021 014 dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki, 003 LEV 021 015 onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”». 003 LEV 021 016 Rəbb Musaya dedi: 003 LEV 021 017 «Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam Allahına pay təqdim etmək üçün yaxınlaşmasın. 003 LEV 021 018 Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın: nə kor, nə axsaq, nə eybəcər, nə əlil, 003 LEV 021 019 nə əl-ayağından şikəst, 003 LEV 021 020 nə qozbel, nə cırtdanboy, nə gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam, 003 LEV 021 021 yəni kahin Harunun nəslindən bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın. 003 LEV 021 022 Belə adam Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər. 003 LEV 021 023 Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”». 003 LEV 021 024 Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi. 003 LEV 022 001 Rəbb Musaya dedi: 003 LEV 022 002 «Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm. 003 LEV 022 003 Onlara de: “Nəsildən-nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda yaxınlaşan hər hansı bir övladınız Mənim hüzurumdan qovulsun. Rəbb Mənəm. 003 LEV 022 004 Harun nəslindən iyrənc dəri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən hər kəs, 003 LEV 022 005 onu murdarlayan qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər kəs də – 003 LEV 022 006 belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayılsın və müqəddəs yeməkdən yeməsin. 003 LEV 022 007 Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki bu onun xörəyidir. 003 LEV 022 008 Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın ətini yesin. Rəbb Mənəm. 003 LEV 022 009 Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb Mənəm. 003 LEV 022 010 Heç bir kənar şəxs: nə kahinin qonağı, nə də onun muzdlu işçisi müqəddəs yeməkdən yeməsin. 003 LEV 022 011 Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər. 003 LEV 022 012 Kənar adama ərə gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin. 003 LEV 022 013 Amma dul qalmış və ya boşanmış, sonsuz qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin heç bir kənar şəxs ondan yeyə bilməz. 003 LEV 022 014 Bilmədən müqəddəs yeməkdən yeyən adam beşdə birini əlavə edərək əvəzini kahinə qaytarsın. 003 LEV 022 015 Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs yeməyi ləkələməsinlər. 003 LEV 022 016 Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”». 003 LEV 022 017 Rəbb Musaya dedi: 003 LEV 022 018 «Harunla oğullarına və bütün İsraillilərə belə de: “İsrail övladlarından yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə görə təqdim və hər könüllü təqdim 003 LEV 022 019 sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən qüsursuz erkək olsun. 003 LEV 022 020 Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz. 003 LEV 022 021 Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın. 003 LEV 022 022 Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin. 003 LEV 022 023 Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz. 003 LEV 022 024 Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin, ölkənizdə buna yol verməyin. 003 LEV 022 025 Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”». 003 LEV 022 026 Rəbb Musaya dedi: 003 LEV 022 027 «Buzov, quzu ya da oğlaq doğularsa, yeddi gün anasının yanında qalsın. Səkkizinci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər. 003 LEV 022 028 Nə inək, nə qoyun, nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin. 003 LEV 022 029 Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun. 003 LEV 022 030 Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb Mənəm. 003 LEV 022 031 Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm. 003 LEV 022 032 Mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm. 003 LEV 022 033 Allahınız olmaq üçün sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm». 003 LEV 023 001 Rəbb Musaya dedi: 003 LEV 023 002 «İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın: 003 LEV 023 003 Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin. 003 LEV 023 004 Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin. 003 LEV 023 005 Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır. 003 LEV 023 006 Həmin ayın on beşi Rəbbin Mayasız Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin. 003 LEV 023 007 Birinci gün müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin. 003 LEV 023 008 Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”». 003 LEV 023 009 Rəbb Musaya belə dedi: 003 LEV 023 010 «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin. 003 LEV 023 011 O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin. 003 LEV 023 012 Dərzi yellətdiyiniz gün Rəbbə birillik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin. 003 LEV 023 013 Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin. Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın dörddə birini gətirin. 003 LEV 023 014 Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 003 LEV 023 015 Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə, 003 LEV 023 016 yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. 003 LEV 023 017 Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin. 003 LEV 023 018 Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 003 LEV 023 019 Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı üçün isə iki birillik toğlu gətirin. 003 LEV 023 020 Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun. 003 LEV 023 021 Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 003 LEV 023 022 Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”». 003 LEV 023 023 Rəbb Musaya dedi: 003 LEV 023 024 «İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun. 003 LEV 023 025 O gün heç bir gündəlik iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”». 003 LEV 023 026 Rəbb Musaya dedi: 003 LEV 023 027 «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin. 003 LEV 023 028 Həmin gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə günüdür. 003 LEV 023 029 Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun. 003 LEV 023 030 O gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm. 003 LEV 023 031 Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 003 LEV 023 032 O gün sizin üçün Şənbə istirahət günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın doqquzuncu günü axşamdan ertəsi günün axşamına qədər Şənbə günü kimi istirahət edin”». 003 LEV 023 033 Rəbb Musaya dedi: 003 LEV 023 034 «İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin. 003 LEV 023 035 Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin. 003 LEV 023 036 Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür, gündəlik işlərinizi görməyin. 003 LEV 023 037 Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin. 003 LEV 023 038 Bunlar Rəbbin Şənbələrinə və Rəbbə verdiyiniz bütün ianələrə, bütün əhdlərin ödəmələrinə, bütün könüllü təqdimlərə əlavədir. 003 LEV 023 039 Üstəlik yeddinci ayın on beşinci günü torpağın məhsullarını yığandan sonra yeddi gün Rəbb üçün bayram keçirin. Birinci gün və səkkizinci gün istirahət günləri olsun. 003 LEV 023 040 Birinci gün gözəl ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən qovaq ağaclarının budaqlarını toplayıb Allahınız Rəbbin hüzurunda yeddi gün şənlik edin. 003 LEV 023 041 Hər il Rəbb üçün bu bayramı yeddi gün keçirin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qaydadır; bu bayramı yeddinci ayda qeyd edin. 003 LEV 023 042 Yeddi gün çardaqlarda qalın; bütün yerli İsraillilər çardaqlarda yaşasın. 003 LEV 023 043 Beləliklə, sizin nəsilləriniz bilsin ki, Mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra onları çardaqlarda yerləşdirdim. Allahınız Rəbb Mənəm”». 003 LEV 023 044 Beləcə Musa İsrail övladlarına Rəbbin təyin etdiyi bayramlar barəsində nəql etdi. 003 LEV 024 001 Rəbb Musaya dedi: 003 LEV 024 002 «İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima 003 LEV 024 003 Hüzur çadırında, şəhadət pərdəsinin bayır tərəfində yansın. Harun onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 003 LEV 024 004 Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş çıraqdandakı çıraqlara daim nəzarət edilsin. 003 LEV 024 005 Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir. 003 LEV 024 006 Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy. 003 LEV 024 007 Çörək sıralarının üstünə xalis kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi olsun. 003 LEV 024 008 Qoy bu çörəklər hər Şənbə günü daim Rəbbin hüzurunda düzülsün. Bu, İsrail övladları üçün əbədi əhddir. 003 LEV 024 009 Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları üçün əbədi paydır». 003 LEV 024 010 Bir gün anası İsrailli, atası Misirli olan bir adam İsrail övladlarının arasına çıxdı. O, düşərgədə bir İsrailli ilə savaşıb 003 LEV 024 011 Allahın adına küfr və lənət etdi. O adamı Musanın yanına gətirdilər. Onun anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi. 003 LEV 024 012 O adamı həbs edib Rəbbin qərarını gözlədilər. 003 LEV 024 013 Rəbb Musaya belə dedi: 003 LEV 024 014 «Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin. 003 LEV 024 015 İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək; 003 LEV 024 016 Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir. 003 LEV 024 017 Başqa bir adamın canını alan hər kəs öldürülməlidir. 003 LEV 024 018 Heyvanı öldürən isə can əvəzinə can olaraq zərəri ödəsin. 003 LEV 024 019 Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin: 003 LEV 024 020 sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun. 003 LEV 024 021 Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün. 003 LEV 024 022 Sizdə istər qərib, istər yerli üçün ədalət bir olsun; çünki Allahınız Rəbb Mənəm”». 003 LEV 024 023 Musa İsrail övladlarına bunu dedi. Lənət edəni düşərgədən kənara çıxarıb daşqalaq etdilər. Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladları buna əməl etdilər. 003 LEV 025 001 Rəbb Sina dağında Musaya belə söylədi: 003 LEV 025 002 «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa daxil olanda bütün ölkədə Şənbə günü kimi Rəbb üçün dinclik vaxtları olsun. 003 LEV 025 003 Altı il tarlanı ək, üzümlüyün budaqlarını kəs və məhsulunu yığ. 003 LEV 025 004 Yeddinci ildə isə torpaq Şənbə günü kimi dincə qoyulsun. Bu, Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda, 003 LEV 025 005 biçinindən düşən toxumdan bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu, torpaq üçün dinclik ili olsun. 003 LEV 025 006 Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq; qulunuz, qarabaşınız, muzdlu işçiniz, aranızda yaşayan gəlmənin, 003 LEV 025 007 ev heyvanının və ölkədəki vəhşi heyvanın qidası olacaq. 003 LEV 025 008 Özün üçün yeddi dinclik ili – yeddi dəfə yeddi il say. Yeddi dinclik ilinin müddəti qırx doqquz ildir. 003 LEV 025 009 Sonra yeddinci ayın onu – Kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla 003 LEV 025 010 əllinci ili təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz mülkünə, öz ailəsinə qayıtsın. 003 LEV 025 011 Qoy əllinci il sizin üçün Azadlıq ili olsun. O il heç nə əkməyin, düşən toxumdan bitən məhsulu biçməyin, budanmamış meynələrinizdən yığmayın, 003 LEV 025 012 çünki bu Azadlıq ili sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin. 003 LEV 025 013 Bu Azadlıq ilində hər kəs öz mülkünə qayıtsın. 003 LEV 025 014 Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin. 003 LEV 025 015 Alan şəxs Azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın. 003 LEV 025 016 İllərin sayı çoxdursa, qiyməti qaldır, azdırsa, onu endir, çünki o sənə satılan məhsulların miqdarıdır. 003 LEV 025 017 Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Allahınız Rəbb Mənəm. 003 LEV 025 018 Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin ki, ölkədə arxayın yaşayasınız. 003 LEV 025 019 Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız. 003 LEV 025 020 ‹Məhsul əkib-biçmədiyimiz yeddinci ildə nə yeyək?› soruşanda bilin: 003 LEV 025 021 altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq üçillik məhsul verəcək. 003 LEV 025 022 Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul yetişənə qədər köhnəni yeyin. 003 LEV 025 023 Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz. 003 LEV 025 024 Bütün mülkünüzdən sahə satanda onu geri satınalma hüququnu saxlayın. 003 LEV 025 025 Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni geri satın ala bilər. 003 LEV 025 026 Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü çatıb geri satınalma məbləği tapsa, 003 LEV 025 027 qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama verib yenə öz mülkünə malik olsun. 003 LEV 025 028 Əgər gücü çatıb bu məbləği tapmasa, sahəsi Azadlıq ilinə qədər onu geri satın alan adama məxsus qalsın. Azadlıq ilində isə qaytarılsın ki, satan adam yenə öz mülkünə malik olsun. 003 LEV 025 029 Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satınalma hüququ satdığı gündən bir il müddətinə qüvvədədir; satan adam evi geri satın ala bilər. 003 LEV 025 030 Amma əgər bütöv il tamamlananacan o adam evi geri satın ala bilməsə, qalalı şəhərdəki ev onu alana məxsus həmişəlik nəsildən-nəslə qalsın. Bu, Azadlıq ilində qaytarılmaz. 003 LEV 025 031 Ətraf qala divarı olmayan kəndlərdəki evlər isə torpaq sahələri kimi sayılsın; onları geri satınalma hüququ olsun və Azadlıq ilində qaytarılsın. 003 LEV 025 032 Lakin Levililər özlərinə aid şəhərlərdə mülklərini satdıqları evləri daima geri satınalma hüququna malik olsunlar. 003 LEV 025 033 Levililərdən birinin mülkü satdığı və geri satın almadığı şəhər evi Azadlıq ilində ona qaytarılsın. Çünki Levililərin şəhərlərindəki evlər onların İsrail övladları arasındakı irsdir. 003 LEV 025 034 Onların şəhərlərinin ətraf otlaqları isə heç satılmamalıdır, çünki bunlar Levililərin ayrılmaz mülküdür. 003 LEV 025 035 Yanındakı soydaşın yoxsullaşıb və özünü təmin edə bilmirsə, ona yardım et. Qoy o sənin yanında yadelli ya gəlmə kimi yaşasın. 003 LEV 025 036 Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin. 003 LEV 025 037 Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver. 003 LEV 025 038 Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. 003 LEV 025 039 Yanındakı soydaşın yoxsullaşıb sənə özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə. 003 LEV 025 040 Qoy o, yanında muzdlu işçi yaxud gəlmə kimi olsun. O, Azadlıq ilinədək yanında işləsin, 003 LEV 025 041 sonra uşaqları ilə birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın. 003 LEV 025 042 Çünki İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi satılmasınlar. 003 LEV 025 043 O soydaşına sərt ağalıq etmə. Allahından qorx. 003 LEV 025 044 Qullarınız və kənizləriniz ətrafınızdakı millətlərdən olsun. Siz onlardan nökər və qarabaş geri satın ala bilərsiniz. 003 LEV 025 045 Aranızda yaşayan gəlmələrdən və onların ölkənizdə doğulmuş ailə üzvlərindən də geri satın ala bilərsiniz. Bunlar sizin mülkiyyətiniz olacaq. 003 LEV 025 046 Siz özünüzdən sonra bunları oğullarınıza əmlak kimi vəsiyyət edə bilərsiniz və onlar oğullarınızın mirası olub həyatı boyunca iş görəcəklər. Ancaq İsrailli soydaşlarınız arasında heç kim soydaşına sərt ağalıq etməsin. 003 LEV 025 047 Yanındakı soydaşın yoxsullaşıbsa, qonşuluqda yaşayan pulu olan bir yadelli ya da gəlməyə yaxud onun ailə üzvünə özünü qul olaraq satarsa, 003 LEV 025 048 satıldıqdan sonra onun geri satınalma hüququ var. Qardaşlarından biri onu geri satın ala bilər; 003 LEV 025 049 əmisi ya da əmisi oğlu da onu geri satın ala bilər. Ailəsindən hər bir yaxın qohumu da onu geri satın ala bilər. Öz gücü çatanda o adam özünü geri satın ala bilər. 003 LEV 025 050 Qoy bu adam ağası ilə özünü satdığı ildən Azadlıq ilinə qədər muzdlu işçinin iş müddəti kimi hesablaşsın və illərin sayına görə qiyməti qoyulsun. 003 LEV 025 051 Əgər illərin sayı hələ də çoxdursa, o buna görə geri satınalınmanın qiyməti olaraq satın alındığı məbləğin böyük bir hissəsini ödəsin. 003 LEV 025 052 Lakin əgər Azadlıq ilinə az qalırsa, o müddətə görə hesab edərək geri satınalınmanın qiyməti olaraq az ödəsin. 003 LEV 025 053 Yəni ilbəil muzdlu işçi kimi ağası ilə hesablaşsın. Qoy ağası da sənin gözün qarşısında ona sərt ağalıq etməsin. 003 LEV 025 054 Əgər o adam bu yolla geri satın alınmamışdırsa, Azadlıq ilində uşaqları ilə birgə azad olsun. 003 LEV 025 055 Çünki İsrail övladları Mənim qullarım, Mənim Misir torpağından çıxardığım qullarımdır. Allahınız Rəbb Mənəm. 003 LEV 026 001 Özünüzə büt düzəltməyin; oyma büt yaxud sütun qoymayın, ölkənizdə yonulmuş daş qoyub səcdə etməyin; çünki Allahınız Rəbb Mənəm. 003 LEV 026 002 Şənbə istirahət günlərimə riayət edin, Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm. 003 LEV 026 003 Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz, 003 LEV 026 004 sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin. 003 LEV 026 005 Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız. 003 LEV 026 006 Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz. 003 LEV 026 007 Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı qarşınızda həlak olacaqlar. 003 LEV 026 008 Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar. 003 LEV 026 009 Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə olan Öz əhdimi yerinə yetirəcəyəm. 003 LEV 026 010 Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız. 003 LEV 026 011 Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm. 003 LEV 026 012 Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız. 003 LEV 026 013 Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm. 003 LEV 026 014 Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz, 003 LEV 026 015 əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız, 003 LEV 026 016 Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək. 003 LEV 026 017 Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız. 003 LEV 026 018 Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat artıq tənbeh edəcəyəm. 003 LEV 026 019 Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki, 003 LEV 026 020 qüvvətiniz tükənsin; nə torpağınız məhsul, nə də ağaclarınız meyvə verəcək. 003 LEV 026 021 Əgər Mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, Mən sizə günahlarınıza görə yeddiqat artıq bəla göndərəcəyəm. 003 LEV 026 022 Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq. 003 LEV 026 023 Əgər bunlardan ibrət dərsi almayıb Mənə qarşı çıxmaqda davam etsəniz, 003 LEV 026 024 Mən də sizə qarşı çıxacağam və günahlarınıza görə yenə də yeddiqat artıq cəzalandıracağam. 003 LEV 026 025 Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz. 003 LEV 026 026 Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız. 003 LEV 026 027 Əgər siz bundan sonra da Mənə qulaq asmasanız və Mənə qarşı çıxsanız, 003 LEV 026 028 bu dəfə Mən də sizə qarşı qəzəblə çıxıb günahlarınıza görə yeddiqat artıq tənbeh edəcəyəm. 003 LEV 026 029 Oğul və qızlarınızın ətini yeməyə məcbur olacaqsınız. 003 LEV 026 030 Səcdəgahlarınızı məhv edib, buxur qurbangahlarınızı yox edəcəyəm, bütlərinizi devirəcəyəm və meyitlərinizi o bütlərin üstünə sərəcəyəm. Sizi rədd edəcəyəm; 003 LEV 026 031 şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm. 003 LEV 026 032 Mən ölkənizi elə viran qoyacağam ki, oranı işğal edən düşmənləriniz baxıb dəhşətə gəlsinlər. 003 LEV 026 033 Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək. 003 LEV 026 034 O zaman ölkə viran qalacaq, siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində ölkə dinclik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinclik illərini qeyd edərək şadlanacaq. 003 LEV 026 035 Orada yaşadığınız dinclik illərində görmədiyi dincliyi ölkə viran qalan bütün müddət görəcək. 003 LEV 026 036 Düşmən ölkələrində sizdən sağ qalanların ürəklərinə elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da, müharibədən qaçan kimi qaçıb yıxılacaqlar; 003 LEV 026 037 büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq; düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq. 003 LEV 026 038 Millətlər arasında həlak olacaqsınız, düşmən torpağı sizi udacaq. 003 LEV 026 039 Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər. 003 LEV 026 040 Amma özlərinin və atalarının günahlarını, Mənə xainlik etdiklərini və Mənə qarşı çıxdıqlarını etiraf etsələr, 003 LEV 026 041 – buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr, 003 LEV 026 042 o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam. 003 LEV 026 043 Bu torpaq onlar tərəfindən tərk ediləcək, onlarsız boş qalıb Şənbə istirahəti edib şadlanacaq. Onlarsa öz cəzalarını çəkəcəklər, çünki Mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət etdilər. 003 LEV 026 044 Bütün bunlara baxmayaraq, düşmən ölkəsində yaşadıqları zaman onlara xor baxıb rədd etməyəcəyəm. Beləcə Mən onları məhv edib bağladığım əhdimi pozmayacağam, çünki onların Allahı Rəbb Mənəm. 003 LEV 026 045 Mən onların əcdadlarını başqa millətlərin qarşısında onların Allahı olmaq üçün Misir torpağından çıxaran vaxt bağladığım əhdimi xatırlayacağam; Rəbb Mənəm”». 003 LEV 026 046 Bunlar Rəbbin Özü ilə İsrail övladları arasında Sina dağında Musa vasitəsilə verdiyi qaydalar, hökmlər və qanunlardır. 003 LEV 027 001 Rəbb Musaya dedi: 003 LEV 027 002 «İsrail övladlarına söylə: “İnsanları Rəbbə həsr edən adam əhdini bu dəyərlərinə görə ödəyə bilər: 003 LEV 027 003 Müqəddəs yerdəki şekelin ölçüsünə görə iyirmi yaşından altmış yaşına qədər kişinin dəyəri əlli şekel gümüş, 003 LEV 027 004 qadının dəyəri otuz şekeldir; 003 LEV 027 005 beş yaşından iyirmi yaşına qədər oğlanın dəyəri iyirmi şekel, qızın isə on şekeldir; 003 LEV 027 006 bir aydan beş yaşa qədər olan oğlanın dəyəri beş şekel gümüş, qızın dəyəri isə üç şekel gümüşdür; 003 LEV 027 007 altmış yaşından yuxarı olan kişinin dəyəri on beş şekel, qadının isə on şekeldir; 003 LEV 027 008 əgər əhdinə əməl edən adam belə dəyəri ödəmək üçün çox kasıbdırsa, qoy həsr etdiyi adamı kahinin önünə gətirsin ki, kahin onu qiymətləndirsin. Əhdinə əməl edənin gücü nəyə çatırsa, kahin onun qiymətini təyin etsin. 003 LEV 027 009 Əgər bir nəfər Rəbbə qurban gətirilən heyvanlardan birini həsr etsə, bunlardan Rəbbə verilən hər baş heyvan müqəddəs sayılır. 003 LEV 027 010 O adam heyvanı dəyişdirməsin. Nə pisi yaxşı ilə, nə yaxşını pislə əvəz etməsin. Əgər o, heyvanı dəyişdirirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılsın. 003 LEV 027 011 Əgər Rəbbə qurban gətirməyə layiq olmayan hər hansı murdar heyvanlardan birini həsr etsə, qoy o heyvanı kahinin yanına gətirib ona göstərsin; 003 LEV 027 012 kahin onu yaxşı ya pis olduğuna görə qiymətləndirsin və dəyəri onun təyin etdiyinə görə olsun. 003 LEV 027 013 Əgər heyvanı həsr edən onu geri satın almaq istəsə, qoy o dəyərinə beşdə biri qədər əlavə edərək ödəsin. 003 LEV 027 014 Bir nəfər öz evini müqəddəs təqdim kimi Rəbbə təqdis edəndə kahin evi yaxşı ya pis olduğuna görə qiymətləndirsin. Qiymət kahinin təyin etdiyi kimi qalsın. 003 LEV 027 015 Əgər o adam evini geri satın almaq istəsə, qoy o qiymətə görə beşdə birini əlavə edərək ödəsin və ev ona qayıtsın. 003 LEV 027 016 Əgər bir nəfər mülkü olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə bir xomer arpa əkilən tarlanın qiyməti əlli şekel gümüş olsun. 003 LEV 027 017 Əgər o adam tarlasını Azadlıq ilindən başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın. 003 LEV 027 018 Əgər tarlasını Azadlıq ilindən sonra təqdis edirsə, kahin onunla qiymətini sonrakı Azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri belə aşağı salınsın. 003 LEV 027 019 Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o, gümüşə görə dəyərinə beşdə birini əlavə edərək ödəsin və tarla ona qayıtsın. 003 LEV 027 020 Əgər tarlanı geri satın almadan başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz. 003 LEV 027 021 O tarla Azadlıq ilində azad olanda həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın; kahinin mülkü olsun. 003 LEV 027 022 Əgər bir nəfər öz mülkü olmayaraq, satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə, 003 LEV 027 023 qoy kahin onunla Azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş bir şey kimi versin. 003 LEV 027 024 Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın. 003 LEV 027 025 Bütün dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir. 003 LEV 027 026 Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir. 003 LEV 027 027 Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın. 003 LEV 027 028 Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir. 003 LEV 027 029 Məhv edilməyə həsr olunmuş hər kəs geri satın alınmamalıdır, hamısı öldürülməlidir. 003 LEV 027 030 Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib. 003 LEV 027 031 Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq istəsə, qoy qiymətinə beşdə birini əlavə edərək ödəsin. 003 LEV 027 032 Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın. 003 LEV 027 033 Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın; birini o biri ilə dəyişdirməsin. Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır”». 003 LEV 027 034 Bu, Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir. # # BOOK 004 NUM Numbers Saylar 004 NUM 001 001 İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında, Hüzur çadırında Rəbb Musaya belə dedi: 004 NUM 001 002 «Bütün İsrail övladlarının icmasını, nəsilləri və ailələri ilə birlikdə siyahıya alın. Bütün kişiləri ayrı-ayrı sayıb adlarını yazın. 004 NUM 001 003 İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişini sən və Harun siyahıya alıb dəstələrə ayıracaqsınız. 004 NUM 001 004 Sizinlə bərabər hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır. 004 NUM 001 005 Sizə kömək edəcək adamlar bunlardır: Ruven qəbiləsindən: Şedeur oğlu Elisur; 004 NUM 001 006 Şimeondan: Surişadday oğlu Şelumiel; 004 NUM 001 007 Yəhudadan: Amminadav oğlu Naxşon; 004 NUM 001 008 İssakardan: Suar oğlu Netanel; 004 NUM 001 009 Zevulundan: Xelon oğlu Eliav; 004 NUM 001 010 Yusif övladlarından: Efrayimdən: Ammihud oğlu Elişama; Menaşşedən: Pedahsur oğlu Qamliel; 004 NUM 001 011 Binyamindən: Gidoni oğlu Avidan; 004 NUM 001 012 Dandan: Ammişadday oğlu Axiezer; 004 NUM 001 013 Aşerdən: Okran oğlu Pagiel; 004 NUM 001 014 Qaddan: Deuel oğlu Elyasaf; 004 NUM 001 015 Naftalidən: Enan oğlu Axira». 004 NUM 001 016 Bunlar icmadan təyin edilmiş adamlar, öz ata-babalarının qəbilə rəhbərləri və İsrailin tayfa başçıları idilər. 004 NUM 001 017 Musa ilə Harun adları göstərilən bu adamları apardılar. 004 NUM 001 018 İkinci ayın birinci günündə bütün icmanı topladılar; nəsillərinə və ailələrinə görə adlarının siyahısı ilə iyirmi və ondan yuxarı yaşda olanlar ayrı-ayrı yazıldılar. 004 NUM 001 019 Rəbbin Musaya əmr etdiyi kimi onlar Sina səhrasında xalqı elə də siyahıya aldılar. 004 NUM 001 020 İsrailin ilk oğlu Ruvenin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi. 004 NUM 001 021 Ruven qəbiləsindən 46 500 nəfər siyahıya alındı. 004 NUM 001 022 Şimeon övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi. 004 NUM 001 023 Şimeon qəbiləsindən 59 300 nəfər siyahıya alındı. 004 NUM 001 024 Qad övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 025 Qad qəbiləsindən 45 650 nəfər siyahıya alındı. 004 NUM 001 026 Yəhuda övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 027 Yəhuda qəbiləsindən 74 600 nəfər siyahıya alındı. 004 NUM 001 028 İssakar övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 029 İssakar qəbiləsindən 54 400 nəfər siyahıya alındı. 004 NUM 001 030 Zevulun övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 031 Zevulun qəbiləsindən 57 400 nəfər siyahıya alındı. 004 NUM 001 032 Yusif nəslindən – Efrayim övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 033 Efrayim qəbiləsindən 40 500 nəfər siyahıya alındı. 004 NUM 001 034 Menaşşe övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 035 Menaşşe qəbiləsindən 32 200 nəfər siyahıya alındı. 004 NUM 001 036 Binyamin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 037 Binyamin qəbiləsindən 35 400 nəfər siyahıya alındı. 004 NUM 001 038 Dan övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 039 Dan qəbiləsindən 62 700 nəfər siyahıya alındı. 004 NUM 001 040 Aşer övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 041 Aşer qəbiləsindən 41 500 nəfər siyahıya alındı. 004 NUM 001 042 Naftali övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi. 004 NUM 001 043 Naftali qəbiləsindən 53 400 nəfər siyahıya alındı. 004 NUM 001 044 Musa, Harun və İsrailin on iki rəhbəri tərəfindən bunlar siyahıya alındı; hər biri mənsub olduqları ailəni təmsil edirdi. 004 NUM 001 045 İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan kişilərin hamısı mənsub olduqları ailəyə görə siyahıya alındı. 004 NUM 001 046 Siyahıya alınanlar cəmi 603 550 nəfər idi. 004 NUM 001 047 Lakin onların arasında Levililər ailələrinə görə siyahıya alınmadı. 004 NUM 001 048 Çünki Rəbb Musaya demişdi: 004 NUM 001 049 «Ancaq Levi qəbiləsini siyahıya alma və digər İsrail övladlarını aldığın siyahıya daxil etmə. 004 NUM 001 050 Şəhadət məskəni ilə onun bütün avadanlığı və məskənə aid olan hər şey üçün məsuliyyəti Levililərin üzərinə qoy. Məskəni və onun bütün avadanlığını onlar daşısınlar, məskənə baxsınlar və onun ətrafında düşərgə salsınlar. 004 NUM 001 051 Məskən daşınacağı zaman Levililər onu toplasınlar. Məskən bir yerə qoyulacağı zaman yenə Levililər onu qursunlar. Onlardan savayı məskənə yaxınlaşan öldürülsün. 004 NUM 001 052 İsrail övladları öz çadırlarını bölüklərinə görə qursunlar. Hər kəs öz düşərgəsində bayrağının altında olsun. 004 NUM 001 053 Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar». 004 NUM 001 054 İsrail övladları bütün bunları Rəbbin Musaya əmr etdiyi kimi etdilər. 004 NUM 002 001 Rəbb Musaya və Haruna dedi: 004 NUM 002 002 «İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar. 004 NUM 002 003 Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun. 004 NUM 002 004 Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı. 004 NUM 002 005 Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun. 004 NUM 002 006 Onun ordusundan 54 400 nəfər siyahıya alındı. 004 NUM 002 007 Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun. 004 NUM 002 008 Onun ordusundan 57 400 nəfər siyahıya alındı. 004 NUM 002 009 Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər. 004 NUM 002 010 Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun. 004 NUM 002 011 Ruven ordusundan 46 500 nəfər siyahıya alındı. 004 NUM 002 012 Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun. 004 NUM 002 013 Onun ordusundan 59 300 nəfər siyahıya alındı. 004 NUM 002 014 Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun. 004 NUM 002 015 Onun ordusundan 45 650 nəfər siyahıya alındı. 004 NUM 002 016 Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər. 004 NUM 002 017 Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün. 004 NUM 002 018 Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun. 004 NUM 002 019 Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı. 004 NUM 002 020 Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun. 004 NUM 002 021 Onun ordusundan 32 200 nəfər siyahıya alındı. 004 NUM 002 022 Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun. 004 NUM 002 023 Onun ordusundan 35 400 nəfər siyahıya alındı. 004 NUM 002 024 Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər. 004 NUM 002 025 Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun. 004 NUM 002 026 Dan ordusundan 62 700 nəfər siyahıya alındı. 004 NUM 002 027 Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun. 004 NUM 002 028 Onun ordusundan 41 500 nəfər siyahıya alındı. 004 NUM 002 029 Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun. 004 NUM 002 030 Onun ordusundan 53 400 nəfər siyahıya alındı. 004 NUM 002 031 Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər». 004 NUM 002 032 İsrail övladlarından ailələrinə görə siyahıya alınanlar bunlardır. Ordugahlardan bölüklərinə görə cəmi 603 550 nəfər siyahıya alındı. 004 NUM 002 033 Ancaq Rəbbin Musaya əmr etdiyi kimi Levililər digər İsrail övladları ilə birgə siyahıya alınmadı. 004 NUM 002 034 İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Bayraqlarının altında belə düşərgə saldılar və hər kəs nəsil və ailəsi ilə birgə belə yola düşdü. 004 NUM 003 001 Rəbb Sina dağında Musa ilə danışdığı zaman Harunla Musanın nəsil tarixçəsi belədir. 004 NUM 003 002 Harun oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar. 004 NUM 003 003 Harun oğullarının kahinlik vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır. 004 NUM 003 004 Nadav ilə Avihu Sina səhrasında Rəbbin önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları Harunun yanında kahinlik etdilər. 004 NUM 003 005 Rəbb Musaya dedi: 004 NUM 003 006 «Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər. 004 NUM 003 007 Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər. 004 NUM 003 008 Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər. 004 NUM 003 009 Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir. 004 NUM 003 010 Harunla oğullarına tapşır ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün». 004 NUM 003 011 Rəbb Musaya dedi: 004 NUM 003 012 «Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm. Levililər Mənimdir. 004 NUM 003 013 Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm». 004 NUM 003 014 Rəbb Sina səhrasında Musaya belə dedi: 004 NUM 003 015 «Levililəri ailələrinə, nəsillərinə görə siyahıya al. Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən olanları siyahıya al». 004 NUM 003 016 Musa da Rəbbin sözünə görə əmr edildiyi kimi onları siyahıya aldı. 004 NUM 003 017 Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari. 004 NUM 003 018 Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey. 004 NUM 003 019 Qohatın nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel. 004 NUM 003 020 Merarinin nəsil başçısı olan oğulları: Maxli və Muşi. Ailələrinə görə Levi nəsilləri bunlardır. 004 NUM 003 021 Livni və Şimey nəsilləri Gerşon nəslindəndir. Gerşon tayfaları bunlardır. 004 NUM 003 022 Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 7500 nəfər siyahıya alındı. 004 NUM 003 023 Gerşon nəsilləri qərb tərəfində məskənin arxasında düşərgə salmalıdırlar. 004 NUM 003 024 Gerşon nəslinə mənsub olan ailələrin rəhbəri Lael oğlu Elyasafdır. 004 NUM 003 025 Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə, Hüzur çadırının girişində olan arakəsməyə, 004 NUM 003 026 həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər. 004 NUM 003 027 Amram, İshar, Xevron və Uzziel nəsilləri Qohat nəslindəndir. Qohat nəsilləri bunlardır. 004 NUM 003 028 Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 8600 nəfər siyahıya alındı. Onlar müqəddəs əşyalara cavabdehdirlər. 004 NUM 003 029 Qohat nəsilləri çadırın cənub tərəfində düşərgə salmalıdırlar. 004 NUM 003 030 Qohat nəsillərinə mənsub ailələrin rəhbəri Uzziel oğlu Elisafandır. 004 NUM 003 031 Onlar sandığa, masaya, çıraqdana, qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər. 004 NUM 003 032 Levili rəhbərlərinin rəhbəri kahin Harun oğlu Eleazardır. O, Müqəddəs yerə cavabdeh olanlara nəzarətçi təyin edilmişdir. 004 NUM 003 033 Maxli və Muşi nəsilləri Merari nəslindəndir. Merari nəsilləri bunlardır. 004 NUM 003 034 Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 6200 nəfər siyahıya alındı. 004 NUM 003 035 Merari nəsillərinə mənsub ailələrin rəhbəri Avixayil oğlu Surieldir. Onlar məskənin şimal tərəfində düşərgə salmalıdırlar. 004 NUM 003 036 Merarililərə məskənin çərçivələri, şüvülləri, dirəkləri, altlıqları, bütün avadanlığı və bunlarla əlaqədar bütün xidmət, 004 NUM 003 037 məskənin ətrafındakı həyətin dirəkləri ilə altlıqları, payaları və ipləri həvalə olundu. 004 NUM 003 038 Musa və Harun ilə oğulları məskənin şərq tərəfində, gündoğana doğru Hüzur çadırının önündə düşərgə salmalıdırlar. Onlar İsrail övladları üçün öz vəzifələrini yerinə yetirərək Müqəddəs məkana cavabdehdirlər. Oraya yaxınlaşan kənar adam öldürülməlidir. 004 NUM 003 039 Rəbbin əmri ilə Musa və Harunun Levi nəsillərindən saydıqları bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olanlar cəmi 22 000 nəfər idi. 004 NUM 003 040 Rəbb Musaya dedi: «Bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olan, ilk doğulan bütün İsrail övladlarını adları ilə siyahıya al. 004 NUM 003 041 İsrail övladlarının bütün ilk oğlanlarının əvəzinə Levililəri və İsraillilərin ilk doğulan heyvanlarının əvəzinə Levililərin heyvanlarını Mənim üçün ayır. Rəbb Mənəm». 004 NUM 003 042 Musa Rəbbin ona əmr etdiyi kimi etdi. İsrail övladları arasında bütün ilk doğulanları siyahıya aldı. 004 NUM 003 043 Adları qeyd edilən, bir aylıq və ondan yuxarı yaşda ilk doğulan kişi cinsindən olanlar cəmi 22 273 nəfər idi. 004 NUM 003 044 Rəbb Musaya dedi: 004 NUM 003 045 «Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm». 004 NUM 003 046 İsraillilərin ilk oğlanlarından olub Levililərin sayını aşan 273 nəfəri satın almaq məqsədi ilə, 004 NUM 003 047 hər adam üçün hər şekeldə iyirmi gera olan Müqəddəs yerdəki şekelə görə beş şekel götür. 004 NUM 003 048 Onları Levililərin sayını aşanları satınalma ödənişi olaraq Haruna və oğullarına ver. 004 NUM 003 049 Musa Levililərlə əvəz olanların sayını aşan İsrail övladlarından satınalma ödənişini götürdü. 004 NUM 003 050 İsrail övladlarının ilk oğlanlarından Müqəddəs yerdəki şekelə görə 1365 şekel aldı. 004 NUM 003 051 Musa Rəbbin sözünə görə, Rəbbin ona əmr etdiyi kimi satınalma ödənişini Harunla oğullarına verdi. 004 NUM 004 001 Rəbb Musaya və Haruna dedi: 004 NUM 004 002 «Levililər arasından Qohat övladlarına mənsub nəsillərlə ailələri siyahıya alın. 004 NUM 004 003 Hüzur çadırında xidmət etməyə gələn otuz yaşından əlli yaşına qədər kişilərin hamısını hesablayın. 004 NUM 004 004 Qohatlıların Hüzur çadırında xidməti budur: ən müqəddəs əşyalara baxmaq. 004 NUM 004 005 Düşərgə yola düşəndə Harunla oğulları içəri girsinlər, arakəsmə pərdəsini endirərək onunla Şəhadət sandığını örtsünlər. 004 NUM 004 006 Onun üzərinə suiti dərisindən örtük çəkərək üstünə büsbütün bənövşəyi kətan sərsinlər və onun şüvüllərini yerinə qoysunlar. 004 NUM 004 007 Təqdis masası üzərinə bənövşəyi kətan sərərək kətanın üstündə sinilər, nimçələr, dolçalar və içmə təqdimi tökmək üçün piyalələr olmalıdır. Daimi çörək onun üzərində qalsın. 004 NUM 004 008 Onların üzərinə al rəngli bir kətan sərərək suiti dərisindən bir örtük çəksinlər və onun şüvüllərini yerinə qoysunlar. 004 NUM 004 009 Bənövşəyi kətan götürüb, işıq verəcək çıraqdanı, çıraqlarını, maşalarını, xəkəndazlarını və çıraqdan xidmətində işlədilən bütün zeytun yağı qablarını örtsünlər. 004 NUM 004 010 Çıraqdanı və onun bütün avadanlığını suiti dərisindən bir örtüklə sarıyıb xərəyə qoysunlar. 004 NUM 004 011 Qızıl qurbangahın üzərinə bənövşəyi kətan sərərək onu suiti dərisindən bir örtüklə örtsünlər və şüvüllərini taxsınlar. 004 NUM 004 012 Müqəddəs yerdə ibadət zamanı işlədilən bütün əşyaları götürərək bənövşəyi kətanla sarısınlar və suiti dərisindən bir örtüklə örtüb xərəyə qoysunlar. 004 NUM 004 013 Qurbangahdan külü təmizləyib, üzərinə tünd qırmızı kətan çəksinlər. 004 NUM 004 014 İbadət zamanı işlədilən bütün əşyaları: xəkəndazı, çəngəlləri, kürəkləri, ləyənləri, qurbangahın bütün avadanlığını onun üzərinə qoysunlar. Sonra bunların üstünü suiti dərisindən bir örtüklə örtüb şüvüllərini taxsınlar. 004 NUM 004 015 Düşərgə yola düşəndə Harunla oğulları müqəddəs əşyaları və bütün avadanlığı örtməyi qurtarandan sonra Qohatlılar onu daşımağa gəlsinlər. Amma müqəddəs şeylərə toxunmamalıdırlar ki, ölməsinlər. Hüzur çadırında olan bu şeyləri daşımaq məsuliyyəti Qohatlılara aiddir. 004 NUM 004 016 Kahin Harun oğlu Eleazarın işi çıraq üçün zeytun yağına, ətirli buxura, daimi taxıl təqdimi və məsh yağına nəzarət etməkdir. O bütün məskənə və içində olan hər şeyə, müqəddəs yerlə avadanlığına nəzarət edəcəkdir». 004 NUM 004 017 Rəbb Musaya və Haruna dedi: 004 NUM 004 018 «Qoymayın ki Levililər arasından Qohatlıların nəsilləri yox olsun. 004 NUM 004 019 Ancaq ən müqəddəs şeylərə yaxınlaşdıqları zaman ölməyib sağ qalsınlar deyə Harunla oğulları içəri girib onların hərəsini öz işinin üstünə və öz yükünün başında qoysun. 004 NUM 004 020 Lakin Qohatlılar bir an belə, içəri girib müqəddəs əşyalara baxmasınlar, yoxsa ölərlər». 004 NUM 004 021 Rəbb Musaya belə dedi: 004 NUM 004 022 «Gerşonluları da mənsub olduqları ailələrə və nəsillərə görə siyahıya al. 004 NUM 004 023 Onlardan otuz yaşından əlli yaşına qədər olanların hamısını siyahıya al. Qoy xidmət edib Hüzur çadırında iş görmək üçün gəlsinlər. 004 NUM 004 024 İş görmək və yük daşımaq xüsusunda Gerşon nəsillərinin vəzifəsi budur: 004 NUM 004 025 Müqəddəs məskənin pərdələrini, Hüzur çadırı ilə onun örtüyünü, üzərindəki suiti dərisindən xarici örtüyü, Hüzur çadırının girişində olan arakəsməni, 004 NUM 004 026 həyətin pərdələrini və qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərini və onların ibadət üçün işlənən bütün əşyalarını daşısınlar; bu şeylərlə görüləcək bütün işləri Gerşonlular görsünlər. 004 NUM 004 027 İstər yük daşımaq, istərsə başqa iş görmək, edəcəkləri bütün xidmətlər Harunla oğullarının rəhbərliyi ilə görülsün. Gerşonlular daşıyacaqları hər yükə cavabdeh olsunlar. 004 NUM 004 028 Hüzur çadırında Gerşon nəsillərinin xidməti budur. Onların vəzifələri kahin Harun oğlu İtamarın nəzarəti altında olsun. 004 NUM 004 029 Merarililəri mənsub olduqları nəsillərə və ailələrə görə siyahıya al. 004 NUM 004 030 Otuz yaşından əlli yaşına qədər Hüzur çadırının işini görmək üçün gələnlərin hamısını siyahıya al. 004 NUM 004 031 Hüzur çadırında xidmət edərkən onların vəzifəsi budur: məskənin çərçivələrini, şüvüllərini, dirəklərini, altlıqlarını, 004 NUM 004 032 çadırın ətrafındakı həyətin dirəkləri ilə altlıqlarını, payalarını, iplərini, bütün avadanlığını və işlətdikləri hər şeyi daşımaq. Hər kəsi adbaad təyin et ki, müəyyən əşyaları daşısın. 004 NUM 004 033 Hüzur çadırında Merari nəsillərinin vəzifəsi budur. Onlar kahin Harun oğlu İtamarın nəzarəti altında xidmət edəcəklər». 004 NUM 004 034 Musa ilə Harun və icma başçıları, Qohatlılardan nəsillərə və ailələrə görə 004 NUM 004 035 otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısını siyahıya aldılar. 004 NUM 004 036 Nəsillərinə görə 2 750 nəfər siyahıya alındı. 004 NUM 004 037 Hüzur çadırında xidmət edən Qohat nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar. 004 NUM 004 038 Gerşonlulardan nəsillərinə və ailələrinə görə 004 NUM 004 039 otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı. 004 NUM 004 040 Nəsillərinə və ailələrinə görə 2630 nəfər siyahıya alındı. 004 NUM 004 041 Gerşon nəslindən siyahıya alınan, Hüzur çadırında xidmət edən kişilərin cəmi bu idi. Rəbbin əmrinə görə Musa ilə Harun onları siyahıya aldılar. 004 NUM 004 042 Merari övladlarından nəsillərinə və ailələrinə görə 004 NUM 004 043 otuz yaşından əlli yaşına qədər Hüzur çadırına xidmət edib iş görmək üçün gələn kişilərin hamısı siyahıya alındı. 004 NUM 004 044 Nəsillərinə görə 3200 nəfər siyahıya alındı. 004 NUM 004 045 Hüzur çadırında xidmət edən Merari nəsillərinə mənsub kişilərin cəmi bu idi. Rəbbin Musa vasitəsi ilə verdiyi əmrə görə Musa ilə Harun onları siyahıya aldılar. 004 NUM 004 046 Musa ilə Harun və İsrail rəhbərləri, nəsillərinə və ailələrinə görə bütün Levililəri, 004 NUM 004 047 otuz yaşından əlli yaşına qədər, Hüzur çadırında xidmət etmək və yük daşımaq üçün gələn kişilərin hamısını siyahıya aldılar. 004 NUM 004 048 8580 nəfər siyahıya alındı. 004 NUM 004 049 Rəbbin əmrinə görə hər biri edəcəyi xidmətə və daşıyacağı yükə görə Musanın nəzarəti ilə siyahıya alındılar; onlar Rəbbin Musaya əmr etdiyi kimi siyahıya alındılar. 004 NUM 005 001 Rəbb Musaya dedi: 004 NUM 005 002 «İsrail övladlarına əmr et ki, bütün iyrənc dəri xəstəliyi və xəstəliyə görə bədən axıntısı olan yaxud da meyitdən murdarlanan hər kəsi düşərgədən çıxarsınlar. 004 NUM 005 003 Onlar istər kişi olsun, istər qadın, arasında olduğum düşərgələrini murdar etməsinlər, onları düşərgədən çıxarın». 004 NUM 005 004 İsrail övladları beləcə etdilər: onları düşərgədən çıxardılar. Rəbb Musaya necə söylədisə, İsrail övladları elə də etdilər. 004 NUM 005 005 Rəbb Musaya dedi: 004 NUM 005 006 «İsrail övladlarına söylə: “İnsanların işlətdiyi günahlardan birini edərək Rəbbə xəyanət edən kişi yaxud qadın təqsirkardır”. 004 NUM 005 007 Qoy o işlətdiyi günahı etiraf edib təqsirinin əvəzinin beşdə birini əlavə edərək qarşısında təqsirkar olan adama ödəsin. 004 NUM 005 008 Əgər o adamın təqsirinin əvəzini ala biləcək qohumu yoxdursa, ödənəcək əvəz Rəbb üçün verilsin; qoy bu təqsirkar üçün verdiyi kəffarə təkəsi ilə birlikdə kahininki olsun. 004 NUM 005 009 İsrail övladlarının kahinə təqdim etdikləri bütün müqəddəs ianələr kahinə məxsusdur. 004 NUM 005 010 Hər kəsin özü üçün təqdis etdiyi əşyalar özünə məxsusdur, amma kahinə nə verərlərsə, kahinə aiddir». 004 NUM 005 011 Rəbb Musaya belə dedi: 004 NUM 005 012 «İsrail övladlarına belə söylə: “Bir kişinin arvadı əyri yola düşüb ona xəyanət etsə və 004 NUM 005 013 başqa kişi ilə yaxınlıq edib cinsi əlaqədə olduğu ərindən gizlədilirsə və beləcə qadının murdar işi ortaya çıxmamışsa, heç bir şahid olmadığı üçün günah üstündə tutulmamışsa, 004 NUM 005 014 əri qısqanclığa qapılıb murdar iş görən arvadından şübhələnməyə başlayarsa yaxud arvadı murdar iş görmədiyi halda yenə qısqanclığa qapılıb ondan şübhələnərsə, 004 NUM 005 015 kişi arvadını kahinin yanına aparsın və arvadı üçün təqdim olaraq istənilən efanın onda biri qədər arpa unu gətirsin. Onun üzərinə nə zeytun yağı töksün, nə də kündür qoysun, çünki bu qısqanclıq üçün taxıl təqdimidir. Təqsirkarlığı xatırladan xatirə təqdimidir. 004 NUM 005 016 Kahin qadını Rəbbin hüzuruna gətirsin; 004 NUM 005 017 gil qaba müqəddəs su alaraq müqəddəs məskənin döşəməsindən toz götürüb suya salsın. 004 NUM 005 018 Kahin qadını Rəbbin önündə dayandıraraq onun saçını dağıtsın. Sonra xatirə təqdimini onun ovuclarına qoysun. Bu, qısqanclıq üçün taxıl təqdimidir. Kahinin əlində isə lənət gətirən acı su olacaq. 004 NUM 005 019 Kahin qadına and içdirib desin: ‹Əgər sən başqa kişi ilə yaxınlıq etməmisənsə, ərinin nikahı altında olaraq əyri yola düşüb murdarlıq etməmisənsə, lənət gətirən bu acı su sənə zərər vurmayacaq. 004 NUM 005 020 Lakin əri ilə nikahda olaraq əyri yola düşərək ərindən başqa bir kişi ilə yaxınlıq edib murdar olmusansa› 004 NUM 005 021 onda kahin qadına lənət andını içdirib belə desin: ‹Rəbb sənin bətnini sonsuz edib qarnını şişirtdiyi zaman səni xalqının içində lənət və töhmətə düçar etsin. 004 NUM 005 022 Lənət gətirən bu su sənin qarnını şişirtmək və bətnini sonsuz etmək üçün bağırsaqlarına daxil olsun›. Qadın ‹Amin, amin!› desin. 004 NUM 005 023 Kahin bu lənətləri bir tumara yazsın və acı suda islatsın, 004 NUM 005 024 sonra lənət gətirən acı suyu qadına içirtsin. Lənət gətirən su onun bətninə girəcək və acı olacaq. 004 NUM 005 025 Kahin qısqanclıq üçün taxıl təqdimini qadının əlindən alsın və Rəbbin hüzurunda yellədikdən sonra qurbangaha gətirsin. 004 NUM 005 026 Xatirə təqdimi olaraq taxıl təqdimindən ovuc dolusu götürsün və qurbangahda tüstülədib yandırsın, sonra qadına suyu içirtsin. 004 NUM 005 027 Qadına suyu içirdikdən sonra əgər qadın murdar olub ərinə xəyanət etmişsə, lənət gətirən su onun bətninə girəcək və acılıq verəcək; onun qarnı şişəcək, bətni sonsuz olacaq və özü xalqının arasında lənətlənəcəkdir. 004 NUM 005 028 Əgər qadın murdarlıq etməmişsə və pakdırsa, su zərər vurmayacaq və uşaq doğa biləcəkdir. 004 NUM 005 029 Qısqanclığa aid olan qanun belədir: bir qadın əri ilə nikahda olarkən əyri yola düşüb murdar olanda 004 NUM 005 030 yaxud bir kişi qısqanclığa qapılıb arvadından şübhələnəndə kahin qadını Rəbbin hüzurunda qoysun və ona bütün bu qanunu icra etsin. 004 NUM 005 031 Kişi bu işdə cəzasız qalsın, o qadın isə öz günahının cəzasını çəksin”». 004 NUM 006 001 Rəbb Musaya belə dedi: 004 NUM 006 002 «İsrail övladlarına söylə və onlara əmr et: “Bir kişi və yaxud bir qadın nəzirilik əhdi edib özünü Rəbbə həsr edərsə, 004 NUM 006 003 şərabdan və başqa kefləndirici içkidən çəkinsin. Hətta şərab sirkəsi də, başqa kefləndirici içkidən hazırlanmış sirkə də, üzüm suyu da içməsin; nə üzüm, nə də kişmiş yesin. 004 NUM 006 004 Nəziri olduğu müddətdə çəyirdəkdən qabığa qədər meynədən istehsal edilmiş heç bir şey yeməsin. 004 NUM 006 005 Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi müddət qurtarana qədər müqəddəs olsun. 004 NUM 006 006 Özünü Rəbbə həsr etdiyi günlərdə meyitə yaxınlaşmasın. 004 NUM 006 007 Atası və anası, qardaşı və bacısı ölsə, onlara görə özünü murdar etməsin; çünki özünü Allahına həsretmə rəmzi onun başı üzərindədir. 004 NUM 006 008 Nəziri olduğu bütün müddətdə o, Rəbbə həsr edilmişdir. 004 NUM 006 009 Yanında bir adam birdən-birə qəflətən ölərsə və nəzirinin saçını murdar eləyərsə, o təmiz olduğu gün – yeddinci gün başını qırxdırsın. 004 NUM 006 010 Səkkizinci gün Hüzur çadırının girişində kahinə iki qumru quşu yaxud iki göyərçin gətirsin. 004 NUM 006 011 Kahin birini günah qurbanı və o birini yandırma qurbanı kimi təqdim etsin ki, nəzirinin günahı üçün kəffarə olsun, çünki meyitlə bir yerdə olmaqla o günah işlətdi. Həmin gün yenidən başını təqdis etsin. 004 NUM 006 012 Nəziri olduğu müddətdə özünü Rəbbə yenidən həsr etsin və təqsir qurbanı olaraq birillik erkək toğlu gətirsin. Əvvəlki günlər isə boşa getsin, çünki nəziriliyi murdarlanmışdır. 004 NUM 006 013 Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının girişinə gətirilsin. 004 NUM 006 014 Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir qoç, 004 NUM 006 015 bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri. 004 NUM 006 016 Kahin Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin. 004 NUM 006 017 Mayasız çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə təqdimini də gətirsin. 004 NUM 006 018 Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını götürüb ünsiyyət qurbanının altındakı oda qoysun. 004 NUM 006 019 Nəziri həsr etdiyi saçını qırxdıqdan sonra kahin qoçun bişmiş bir qolunu, səbətdən götürdüyü mayasız bir kökə və mayasız bir qoğal ilə birgə nəzirinin ovuclarına qoysun. 004 NUM 006 020 Sonra yellətmə təqdimi kimi onları Rəbbin hüzurunda yellətsin. Onlar yellədilən döş əti və qaldırılan budla birgə müqəddəsdir, kahinə məxsusdur. Ondan sonra nəziri şərab içə bilər. 004 NUM 006 021 Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri əhd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra etməlidir”». 004 NUM 006 022 Rəbb Musaya dedi: 004 NUM 006 023 «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin: 004 NUM 006 024 “Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun; 004 NUM 006 025 Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin. 004 NUM 006 026 Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”. 004 NUM 006 027 Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm». 004 NUM 007 001 Musa məskəni qurub qurtaranda onu və bütün avadanlığını məsh və təqdis etdi. Qurbangah və bütün avadanlığını da məsh və təqdis etdi. 004 NUM 007 002 Sonra İsrail rəhbərləri təqdimləri gətirdilər. Onlar nəsil başçıları, siyahıya alınan xalqa nəzarət edən qəbilə rəhbərləri idi. 004 NUM 007 003 Rəbbə təqdim olaraq üstü örtülü altı araba və on iki öküz gətirdilər; hər iki rəhbər üçün bir araba və hər rəhbər üçün bir öküz. Bu təqdimləri məskənin önünə gətirdilər. 004 NUM 007 004 Rəbb Musaya belə dedi: 004 NUM 007 005 «Onları bu adamlardan götür ki, Hüzur çadırındakı xidmətlərdə işlənilsin. Onları Levililərə, hər birinin vəzifəsinə görə ver». 004 NUM 007 006 Musa arabaları və öküzləri götürüb Levililərə verdi. 004 NUM 007 007 Gerşonlulara vəzifələrinə görə iki araba və dörd öküz verdi; 004 NUM 007 008 Merarililərə isə vəzifələrinə görə dörd araba və səkkiz öküz verdi. Onların hamısı kahin Harun oğlu İtamarın nəzarəti altında idi. 004 NUM 007 009 Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır. 004 NUM 007 010 Qurbangah məsh edilən gün rəhbərlər onun təqdisi üçün təqdimlər gətirdilər; onlar təqdimlərini qurbangahın qabağına gətirdilər. 004 NUM 007 011 Çünki Rəbb Musaya demişdi: «Qurbangahın təqdisi üçün hər gün bir rəhbər öz təqdimini gətirsin». 004 NUM 007 012 Birinci gün təqdimi gətirən Yəhuda qəbiləsindən Amminadav oğlu Naxşon oldu. 004 NUM 007 013 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 014 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 015 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 016 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 017 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Amminadav oğlu Naxşonun gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 018 İkinci gün İssakarlıların rəhbəri Suar oğlu Netanel təqdimlərini gətirdi. 004 NUM 007 019 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini; yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 020 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 021 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 022 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 023 qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Suar oğlu Netanelin gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 024 Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi. 004 NUM 007 025 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 026 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 027 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 028 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 029 qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Xelon oğlu Eliavın gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 030 Dördüncü gün Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur təqdimlərini gətirdi. 004 NUM 007 031 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 032 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 033 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 034 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 035 qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Şedeur oğlu Elisurun gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 036 Beşinci gün Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel təqdimlərini gətirdi. 004 NUM 007 037 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın un ilə dolu idi; 004 NUM 007 038 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 039 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 040 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 041 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Surişadday oğlu Şelumielin gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 042 Altıncı gün Qadlıların rəhbəri Deuel oğlu Elyasaf təqdimlərini gətirdi. 004 NUM 007 043 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 044 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 045 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 046 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 047 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Deuel oğlu Elyasafın gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 048 Yeddinci gün Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama təqdimlərini gətirdi. 004 NUM 007 049 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 050 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 051 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 052 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 053 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammihud oğlu Elişamanın gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 054 Səkkizinci gün Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel təqdimlərini gətirdi. 004 NUM 007 055 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 056 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 057 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 058 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 059 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Pedahsur oğlu Qamlielin gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 060 Doqquzuncu gün Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan təqdimlərini gətirdi. 004 NUM 007 061 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 062 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 063 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 064 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 065 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Gidoni oğlu Avidanın gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 066 Onuncu gün Danlıların rəhbəri Ammişadday oğlu Axiezer təqdimlərini gətirdi. 004 NUM 007 067 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 068 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 069 yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu; 004 NUM 007 070 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 071 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammişadday oğlu Axiezerin gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 072 On birinci gün Aşerlilərin rəhbəri Okran oğlu Pagiel təqdimlərini gətirdi. 004 NUM 007 073 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; 004 NUM 007 074 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 075 yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu; 004 NUM 007 076 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 077 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, birillik beş erkək toğlu. Okran oğlu Pagielin gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 078 On ikinci gün Naftalililərin rəhbəri Enan oğlu Axira təqdimlərini gətirdi. 004 NUM 007 079 Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş unla dolu idi; 004 NUM 007 080 buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; 004 NUM 007 081 yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; 004 NUM 007 082 günah qurbanı olaraq bir təkə; 004 NUM 007 083 ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Enan oğlu Axiranın gətirdiyi təqdimlər bunlar idi. 004 NUM 007 084 Qurbangah məsh ediləndə İsrail rəhbərlərinin onun təqdisi üçün gətirdiyi təqdimlər bunlardır: on iki gümüş sini, on iki gümüş ləyən, on iki qızıl nimçə; 004 NUM 007 085 hər gümüş nimçənin ağırlığı yüz otuz şekel və hər ləyənin ağırlığı isə yetmiş şekel idi; bütün gümüş qabların ağırlığı Müqəddəs yerdəki şekelə görə iki min dörd yüz şekel idi; 004 NUM 007 086 buxurla dolu on iki qızıl nimçədən hər birinin ağırlığı Müqəddəs yerdəki şekelə görə on şekel olub. Beləliklə, nimçələrdəki bütün qızılın ağırlığı yüz iyirmi şekel idi; 004 NUM 007 087 yandırma qurbanı olaraq, taxıl təqdimləri ilə birlikdə heyvanların cəmi on iki buğa, on iki qoç, on iki erkək toğlu və günah qurbanı olaraq on iki təkə; 004 NUM 007 088 ünsiyyət qurbanı üçün heyvanların cəmi iyirmi dörd buğa, altmış qoç, altmış təkə, altmış erkək toğlu. Qurbangah məsh ediləndən sonra onun təqdisi üçün verilən təqdimlər bunlar idi. 004 NUM 007 089 Musa Rəbb ilə danışmaq üçün Hüzur çadırına girdiyi zaman Şəhadət sandığında olan kəffarə qapağının üzərindəki iki keruvun arasından ona xitab edən Rəbbin səsini eşidərdi. Rəbb Musa ilə danışardı. 004 NUM 008 001 Rəbb Musaya belə dedi: 004 NUM 008 002 «Haruna de: “Yeddi çırağı elə qoy ki, çıraqdanın önünü işıqlandırsın”». 004 NUM 008 003 Harun belə etdi; Rəbbin Musaya əmr etdiyi kimi çıraqları çıraqdanın önündə yerləşdirdi. 004 NUM 008 004 Çıraqdanın quruluşu belə idi: altlığından gül təsvirlərinə qədər yastılanmış qızıldan hazırlanmışdı. Çıraqdan Rəbbin Musaya göstərdiyi nümunəyə görə düzəldilmişdi. 004 NUM 008 005 Rəbb Musaya dedi: 004 NUM 008 006 «İsrail övladlarının arasından Levililəri götür və onları pak et. 004 NUM 008 007 Onları pak etmək üçün belə et: paklama suyunu üzərlərinə çilə, sonra bədənlərindəki bütün tükləri qırxıb geyimlərini yusunlar. Beləliklə, pak olarlar. 004 NUM 008 008 O zaman bir buğa və onun taxıl təqdimi olan zeytun yağı ilə yoğrulmuş narın un götürsünlər. Günah qurbanı olaraq yenə bir buğa götür. 004 NUM 008 009 Levililəri Hüzur çadırının önünə gətir. İsrail övladlarının bütün icmasını da topla. 004 NUM 008 010 Levililəri Rəbbin önünə gətirdikdə qoy İsrail övladları əllərini onların üzərinə qoysunlar. 004 NUM 008 011 Harun yellətmə təqdimi olaraq İsrail övladlarının arasından Levililəri Rəbbin önünə gətirəcək ki, Rəbbə xidmət etsinlər. 004 NUM 008 012 Levililər əllərini buğaların başlarına qoysunlar; birini günah qurbanı və o birini yandırma qurbanı olaraq Rəbbə gətir ki, Levililər üçün kəffarə olunsun. 004 NUM 008 013 Levililəri Harunla oğullarının önündə dayandır. Sonra da onları Rəbbə gətirib yellətmə təqdimi olaraq həsr edəcəksən. 004 NUM 008 014 Levililəri İsrail övladları arasından beləcə ayır ki, Levililər Mənim olsun. 004 NUM 008 015 Levililəri pak edib yellətmə təqdimi olaraq həsr et; bundan sonra onlar Hüzur çadırında xidmət etmək üçün içəri girə bilər. 004 NUM 008 016 Çünki İsrail övladları arasından onlar tamamilə Mənə verilmişdir; İsrailli qadınların doğduğu bütün ilk oğlanların əvəzinə onları Özümə götürdüm. 004 NUM 008 017 İsrail övladları arasında ilk doğulan bütün oğlanlar və bütün heyvan balaları Mənimdir; Misir diyarında bütün ilk oğlanları məhv etdiyim gün onları Özümə təqdis etdim. 004 NUM 008 018 Ona görə də İsrail övladları arasında bütün ilk oğlanların yerinə Levililəri götürdüm. 004 NUM 008 019 İsrail övladları arasından Levililəri Haruna və oğullarına hədiyyə olaraq verdim ki, Hüzur çadırında İsrail övladları üçün xidməti yerinə yetirib kəffarə etsinlər və beləcə Müqəddəs yerə yaxınlaşan İsrailliləri bəlaya düçar olmaqdan qorusunlar». 004 NUM 008 020 Musa ilə Harun və bütün İsrail övladlarının icması Levililər üçün deyilənləri etdilər. İsrail övladları Rəbbin Levililər haqqında Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. 004 NUM 008 021 Levililər özlərini pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və onlar üçün kəffarə etdi ki, pak olsunlar. 004 NUM 008 022 Ondan sonra Levililər Harunla oğullarının nəzarəti altında Hüzur çadırında xidmətlərini icra etmək üçün Rəbbin Musaya əmr etdiyini yerinə yetirdilər. 004 NUM 008 023 Rəbb Musaya belə dedi: 004 NUM 008 024 «Bu qanun Levililərə aiddir. İyirmi beş yaş və ondan yuxarı olanlar Hüzur çadırının işini görmək üçün içəri girsinlər. 004 NUM 008 025 Əlli yaşa çatanda isə gördükləri xidmətlərini dayandırıb daha işləməməlidirlər. 004 NUM 008 026 Hüzur çadırında öz vəzifələrini yerinə yetirən qardaşlarına yardım edə bilərlər, lakin özləri xidmət etməsinlər. Levililərin vəzifələrini belə qaydaya sal». 004 NUM 009 001 İsrail övladları Misir torpağından çıxdıqdan sonra ikinci ilin birinci ayında Rəbb Sina səhrasında Musaya dedi: 004 NUM 009 002 «İsrail övladları Pasxa bayramını təyin olunmuş vaxtda qeyd etsinlər. 004 NUM 009 003 Onu ayın on dördüncü günündə, axşamçağı, təyin olunmuş vaxtda keçirin; onu bütün qaydalarına və hökmlərinə görə qeyd edin». 004 NUM 009 004 Beləcə Musa İsrail övladlarına əmr etdi ki, Pasxa bayramını keçirsinlər. 004 NUM 009 005 Sina səhrasında, birinci ayın on dördüncü günündə, axşamçağı Pasxa bayramını keçirtdilər. İsrail övladları Rəbbin Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. 004 NUM 009 006 Ölüyə toxunub murdar olan adamlar vardı ki, o gün onlar Pasxa bayramını keçirə bilmədilər. Həmin gün bu adamlar Musa və Harunun yanına gəlib 004 NUM 009 007 belə dedilər: «Ölüyə görə biz murdarıq, nə üçün biz başqa İsrail övladları kimi Rəbbə qurban təqdim etməkdən məhrum olaq?» 004 NUM 009 008 Musa onlara dedi: «Dayanın, görüm Rəbb sizin barədə nə əmr edəcək». 004 NUM 009 009 Rəbb Musaya dedi: 004 NUM 009 010 «İsrail övladlarına belə de: “Əgər sizdən yaxud nəslinizdən bir nəfər ölüyə toxunub murdar olarsa yaxud uzaq yolda olarsa, yenə də Rəbbin Pasxa bayramını keçirtsin. 004 NUM 009 011 İkinci ayın on dördüncü günü axşamçağı Pasxa bayramını qeyd etsinlər. Pasxa qurbanını mayasız çörək və acı göyərti ilə yesinlər. 004 NUM 009 012 Ondan sabaha qədər heç nə qalmasın və bir sümük belə qırılmasın. Pasxaya aid olan bütün qanunları icra etsinlər. 004 NUM 009 013 Amma kim ki pakdır, uzaq yolda deyil və Pasxanı keçirmirsə, öz xalqı arasından qovulsun; çünki təyin olunan vaxtda Rəbbin təqdimini gətirməmişdir, o adam günahının cəzasını çəksin. 004 NUM 009 014 Əgər sizinlə yaşayan bir yadelli Rəbbin Pasxa bayramını keçirmək istəyirsə, Pasxanı qaydalarına və hökmlərinə görə keçirsin; həm yadelli üçün, həm də yerli əhali üçün qayda bir olsun”». 004 NUM 009 015 Məskənin qurulduğu gün məskəni, Şəhadət çadırını bulud bürüyərdi; axşamdan səhərə qədər məskənin üzərindəki bulud alova oxşayırdı. 004 NUM 009 016 Daima belə oldu. Məskəni bürüyən bulud gecələr oda oxşayırdı. 004 NUM 009 017 Bulud çadırın üzərindən qalxan zaman İsrail övladları köç edərdilər; əgər bulud harada dayanardısa, İsrail övladları da orada düşərgə salardılar. 004 NUM 009 018 Onlar Rəbbin əmrinə görə yola düşər və Rəbbin əmrinə görə də məskən salardılar. Nə vaxt bulud məskənin üzərində dayanardısa, onlar düşərgə saldıqları yerdə qalardılar. 004 NUM 009 019 Bulud uzun müddət çadırın üzərində dayananda İsrail övladları Rəbbin buyruğuna riayət edərdilər. 004 NUM 009 020 Bəzən bulud məskənin üzərində bir neçə gün görünərdi; onlar Rəbbin əmrinə görə düşərgə saldıqları yerdə qalar, yenə Rəbbin əmrinə görə yola düşərdilər. 004 NUM 009 021 Bəzən də bulud axşamdan səhərə kimi dayanırdı; səhər erkən bulud qalxdıqda yola düşərdilər. İstər gecə, istər gündüz olsun bulud qalxanda yola düşərdilər. 004 NUM 009 022 İstər iki gün olsun, istər bir ay və yaxud bir il, bulud məskən üzərində dayanıb qalanda İsrail övladları düşərgə saldıqları yerdə qalar, köç etməzdilər. Lakin qalxan zaman yola düşərdilər. 004 NUM 009 023 Rəbbin əmrinə görə düşərgə salardılar və Rəbbin əmrinə görə də yola düşərdilər. Musa vasitəsilə verdiyi əmrə görə Rəbbin buyruğuna riayət edərdilər. 004 NUM 010 001 Rəbb Musaya belə dedi: 004 NUM 010 002 «Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət. 004 NUM 010 003 İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın. 004 NUM 010 004 Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar. 004 NUM 010 005 Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər. 004 NUM 010 006 Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın. 004 NUM 010 007 Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın. 004 NUM 010 008 Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 004 NUM 010 009 Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız. 004 NUM 010 010 Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm». 004 NUM 010 011 İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi. 004 NUM 010 012 İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı. 004 NUM 010 013 İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər. 004 NUM 010 014 Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi. 004 NUM 010 015 İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi. 004 NUM 010 016 Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi. 004 NUM 010 017 Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər. 004 NUM 010 018 Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi. 004 NUM 010 019 Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi. 004 NUM 010 020 Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi. 004 NUM 010 021 Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar. 004 NUM 010 022 Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi. 004 NUM 010 023 Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi. 004 NUM 010 024 Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi. 004 NUM 010 025 Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi. 004 NUM 010 026 Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel, 004 NUM 010 027 Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi. 004 NUM 010 028 İsrail ordu dəstələri bu nizamla yola düşərdilər. 004 NUM 010 029 Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib». 004 NUM 010 030 Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm». 004 NUM 010 031 Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et. 004 NUM 010 032 Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik». 004 NUM 010 033 İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin. 004 NUM 010 034 Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt Rəbbin buludu gündüz onların üzərində idi. 004 NUM 010 035 Sandıq yola düşəndə Musa deyirdi: «Ya Rəbb qalx! Qoy düşmənlərin dağılsın, Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın». 004 NUM 010 036 Sandıq dayananda belə deyirdi: «Ya Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt». 004 NUM 011 001 Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi. 004 NUM 011 002 Camaat Musaya fəryad etdi. Musa Rəbbə yalvardı və od söndü. 004 NUM 011 003 O yerin adı Tavera qoyuldu, çünki onların arasında Rəbbin odu yanırdı. 004 NUM 011 004 Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı! 004 NUM 011 005 Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq. 004 NUM 011 006 Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük». 004 NUM 011 007 Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi. 004 NUM 011 008 Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı. 004 NUM 011 009 Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi. 004 NUM 011 010 Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi. 004 NUM 011 011 Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan? 004 NUM 011 012 Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım? 004 NUM 011 013 Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər. 004 NUM 011 014 Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır. 004 NUM 011 015 Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim». 004 NUM 011 016 Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar. 004 NUM 011 017 Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan. 004 NUM 011 018 Xalqa de ki, sabah üçün özlərini pak etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz. 004 NUM 011 019 Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz. 004 NUM 011 020 Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız». 004 NUM 011 021 Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”. 004 NUM 011 022 Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?» 004 NUM 011 023 Rəbb Musaya dedi: «Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox». 004 NUM 011 024 Musa çıxdı və Rəbbin sözünü xalqa çatdırdı. Xalqın ağsaqqallarından yetmiş nəfəri topladı və çadırın ətrafında dayandırdı. 004 NUM 011 025 Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər. 004 NUM 011 026 Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər. 004 NUM 011 027 Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər». 004 NUM 011 028 Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa, onlara qadağan et» deyib fikrini bildirdi. 004 NUM 011 029 Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!» 004 NUM 011 030 Sonra Musa və İsrail ağsaqqalları düşərgəyə qayıtdılar. 004 NUM 011 031 Rəbb dənizdən bildirçin gətirən bir külək əsdirdi. Külək bildirçinləri düşərgənin hər istiqamətindən bir günlük yol qədər uzaqlığa, yerin üzərindən iki qulac qədər hündürlüyə saldı. 004 NUM 011 032 Bütün o gün, o gecə və ertəsi gün camaat çıxıb bildirçinləri yığdı. Ən az yığan on xomer yığdı. Bildirçinləri özləri üçün düşərgənin ətrafına sərirdilər. 004 NUM 011 033 Amma əti hələ dişləri arasında çeynəməmişdən əvvəl xalqa qarşı Rəbbin qəzəbi alovlandı, Rəbb onları şiddətli vəba ilə cəzalandırdı. 004 NUM 011 034 O yerin adı Qivrot-Hattaava qoyuldu, çünki iştahası başqa yemək çəkənlər orada basdırıldı. 004 NUM 011 035 Camaat Qivrot-Hattaavadan Xaserota köçüb orada qaldı. 004 NUM 012 001 Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı. 004 NUM 012 002 Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi. 004 NUM 012 003 Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi. 004 NUM 012 004 Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər. 004 NUM 012 005 O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda 004 NUM 012 006 Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin; Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb görüntüdə ona Özümü bildirərəm, Yuxuda onunla danışaram. 004 NUM 012 007 Qulum Musa isə elə deyil, O bütün evimdə sadiqdir. 004 NUM 012 008 Mən onunla müəmmalarla deyil, Üzbəüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?» 004 NUM 012 009 Rəbb onlara bərk qəzəbləndi və oradan getdi. 004 NUM 012 010 Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub. 004 NUM 012 011 Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma. 004 NUM 012 012 Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin». 004 NUM 012 013 Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!» 004 NUM 012 014 Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?» 004 NUM 012 015 Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi. 004 NUM 012 016 Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar. 004 NUM 013 001 Rəbb Musaya dedi: 004 NUM 013 002 «İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər». 004 NUM 013 003 Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır. 004 NUM 013 004 Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua; 004 NUM 013 005 Şimeon qəbiləsindən Xori oğlu Şafat; 004 NUM 013 006 Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev; 004 NUM 013 007 İssakar qəbiləsindən Yusif oğlu İqal; 004 NUM 013 008 Efrayim qəbiləsindən Nun oğlu Huşə; 004 NUM 013 009 Binyamin qəbiləsindən Rafu oğlu Palti; 004 NUM 013 010 Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel; 004 NUM 013 011 Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi; 004 NUM 013 012 Dan qəbiləsindən Gemalli oğlu Ammiel; 004 NUM 013 013 Aşer qəbiləsindən Mikael oğlu Setur; 004 NUM 013 014 Naftali qəbiləsindən Vofsi oğlu Naxbi; 004 NUM 013 015 Qad qəbiləsindən Maki oğlu Geuel. 004 NUM 013 016 Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi. 004 NUM 013 017 Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə gedin və dağlığa çıxın. 004 NUM 013 018 Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi, azmı, çoxmu? 004 NUM 013 019 Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı? 004 NUM 013 020 Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi. 004 NUM 013 021 Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər. 004 NUM 013 022 Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı. Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi. 004 NUM 013 023 Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar. 004 NUM 013 024 İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi. 004 NUM 013 025 Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar. 004 NUM 013 026 Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər. 004 NUM 013 027 Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri! 004 NUM 013 028 Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük. 004 NUM 013 029 Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar». 004 NUM 013 030 Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik». 004 NUM 013 031 Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər». 004 NUM 013 032 Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur. 004 NUM 013 033 Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük». 004 NUM 014 001 Bütün icma uca səslə fəryad qoparıb gecə boyu ağladı. 004 NUM 014 002 İsrail övladları Musaya və Haruna qarşı deyindilər; bütün icma onlara dedi: «Kaş Misir torpağında ya da bu səhrada öləydik! 004 NUM 014 003 Nə üçün Rəbb bizi bu torpağa aparır? Yəni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?» 004 NUM 014 004 Sonra bir-birlərinə dedilər: «Özümüzə başçı seçək və Misirə qayıdaq». 004 NUM 014 005 O zaman Musa ilə Harun orada toplanmış bütün İsrail icmasının camaatının önündə üzüstə yerə sərildi. 004 NUM 014 006 Ölkəyə nəzər salanlardan Nun oğlu Yeşua və Yefunne oğlu Kalev paltarlarını cırdılar; 004 NUM 014 007 bütün İsrail övladlarının icmasına belə dedilər: «Nəzərdən keçirmək üçün içərisindən keçdiyimiz ölkə çox yaxşı bir ölkədir. 004 NUM 014 008 Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə verəcək. 004 NUM 014 009 Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin. Ölkənin xalqından qorxmayın, onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!» 004 NUM 014 010 Lakin bütün icma «Onları daşqalaq edin!» deyəndə Rəbbin izzəti Hüzur çadırında bütün İsrail övladlarına göründü. 004 NUM 014 011 Rəbb Musaya belə dedi: «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər? 004 NUM 014 012 Onları vəba ilə cəzalandıracağam. İrsdən məhrum edəcəyəm. Onlardan çox böyük və güclü bir milləti səndən törədəcəyəm». 004 NUM 014 013 Musa Rəbbə dedi: «O zaman Misirlilər eşidəcək, çünki bu xalqı onların arasından qüdrətinlə Sən çıxartdın. 004 NUM 014 014 Bunu ölkənin əhalisinə anladacaqlar. Eşitdilər ki, Sən Rəbb bu xalqın arasındasan. Çünki, ya Rəbb, Sən onlarla üzbəüz görüşürsən, Sənin buludun onların üzərində durur. Sən gündüz bulud sütunu və gecə alov sütunu ilə onlara yol göstərirsən. 004 NUM 014 015 Əgər bu xalqın hamısını bir nəfər kimi öldürsən, Sənin şöhrətini eşidən millətlər belə deyəcəklər: 004 NUM 014 016 “Rəbb and içərək vəd etdiyi ölkəyə bu xalqı apara bilmədiyi üçün onları səhrada öldürdü”. 004 NUM 014 017 İstəyirəm ki, qoy indi Xudavəndin böyük qüdrəti göstərilsin, necə ki Sən dedin: 004 NUM 014 018 “Rəbb hədsiz səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”. 004 NUM 014 019 İstəyirəm ki, Misirdən çıxdıqları gündən bu günə kimi bu xalqı necə bağışlamısansa, onların günahını böyük məhəbbətinə görə bağışlayasan». 004 NUM 014 020 Rəbb dedi: «Sənin ricana görə bağışladım, 004 NUM 014 021 amma Varlığıma və Rəbbin bütün dünyanı dolduran izzətinə and olsun ki, 004 NUM 014 022 izzətimi və Misirdə, eləcə də səhrada etdiyim əlamətləri görüb Məni on dəfə sınayan, Mənim sözümü dinləməyən bu adamların heç biri 004 NUM 014 023 atalarına and içərək vəd etdiyim torpağı görməyəcək və Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək. 004 NUM 014 024 Ancaq qulum Kalevdə başqa ruh var. O bütün qəlbi ilə ardımca getdi. Onu gəzdiyi torpağa aparacağam və onun nəsli oranı irs olaraq alacaq. 004 NUM 014 025 Amaleqlilər və Kənanlılar dərədə yaşayırlar. Ona görə sabah qayıdın və Qırmızı dənizin yolu ilə səhraya gedin». 004 NUM 014 026 Rəbb Musaya və Haruna dedi: 004 NUM 014 027 «Nə vaxta qədər bu pis icma Mənə qarşı deyinəcək? İsrail oğullarının Mənə deyinmələrini eşitdim. 004 NUM 014 028 Onlara de ki, Rəbb deyir: “Varlığıma and olsun ki, Mənə qarşı dediklərinizin eynisini sizə edəcəyəm. 004 NUM 014 029 Meyitləriniz bu səhraya səriləcək. Mənə deyinən iyirmi və ondan yuxarı yaşda olub siyahıya alınanların hamısı səhrada öləcək, 004 NUM 014 030 sizi sakin edəcəyimə əlimi qaldırıb and içdiyim torpağa girməyəcəksiniz. Oraya yalnız Yefunne oğlu Kalev və Nun oğlu Yeşua girəcək. 004 NUM 014 031 Lakin ‹əsir olacaqlar› dediyiniz uşaqlarınızı oraya aparacağam və sizin rədd etdiyiniz ölkəni onlar tanıyacaqlar. 004 NUM 014 032 Sizə gəldikdə isə meyitləriniz bu səhraya səriləcək. 004 NUM 014 033 Övladlarınız qırx il səhrada çobanlıq edəcəklər. Nə vaxta qədər ki siz səhrada məhv olmamısınız, sizin xəyanətinizin acısını çəkəcəklər. 004 NUM 014 034 Ölkəni nəzərdən keçirdiyiniz günlərin sayına görə qırx gün, hər gün üçün bir il olmaqla, qırx il günahlarınızın cəzasını çəkəcəksiniz və sizdən üz döndərdiyimi biləcəksiniz”. 004 NUM 014 035 Mən Rəbb söylədim: “Həqiqətən, Mənə qarşı birləşən bu pis icmaya belə də edəcəyəm. Bu səhrada ölüb tələf olacaqlar”». 004 NUM 014 036 Musanın ölkəni nəzərdən keçirmək üçün göndərdiyi adamlar qayıdıb ölkə haqqında pis xəbər gətirərək bütün icmanın Rəbbə qarşı deyinməsinə səbəb oldular. 004 NUM 014 037 Ölkə haqqında pis xəbər gətirənlər Rəbbin önündə vəbadan öldü. 004 NUM 014 038 Ölkəni nəzərdən keçirmək üçün gedənlərdən yalnız Nun oğlu Yeşua və Yefunne oğlu Kalev sağ qaldılar. 004 NUM 014 039 Musa bu sözləri bütün İsrail övladlarına danışdı və xalq çox kədərləndi. 004 NUM 014 040 Onlar səhər tezdən qalxıb dağın təpəsinə çıxaraq dedilər: «Günah etmişik, indi Rəbbin vəd verdiyi yerə çıxırıq». 004 NUM 014 041 Musa dedi: «Nə üçün Rəbbin əmrinə qarşı çıxırsınız? Bunu bacara bilməzsiniz. 004 NUM 014 042 Döyüşə çıxmayın, çünki Rəbb aranızda deyil. Düşmənlərinizə məğlub olacaqsınız. 004 NUM 014 043 Çünki Amaleqlilər və Kənanlılar orada önünüzdədir və qılıncla öləcəksiniz; madam ki Rəbbin ardınca getməkdən vaz keçdiniz, Rəbb sizinlə bərabər olmayacaq». 004 NUM 014 044 Ancaq onlar özlərinə güvənərək dağlığın ən yüksək təpəsinə çıxdılar. Lakin nə Rəbbin Əhd sandığı, nə də Musa düşərgədən ayrılmadı. 004 NUM 014 045 O zaman həmin dağlıqda yaşayan Amaleqlilər və Kənanlılar enib onlara hücum etdilər və Xorma şəhərinədək qovub məğlubiyyətə uğratdılar. 004 NUM 015 001 Rəbb Musaya dedi: 004 NUM 015 002 «İsrail övladlarına belə söylə: “Sakin olmaq üçün sizə verəcəyim torpağa girib yaşadığınız vaxt 004 NUM 015 003 əgər kimsə Rəbbin xoşuna gələn ətri təqdim etmək üçün yandırma qurbanı, əhd qurbanı, könüllü qurban yaxud bayram qurbanı olaraq mal-qaradan yaxud qoyun-keçidən Rəbb üçün yandırma təqdimi versə, 004 NUM 015 004 Rəbbə qurban gətirən adam taxıl təqdimi kimi dörddə bir hin zeytun yağı ilə yoğrulmuş efanın onda biri qədər narın un gətirsin. 004 NUM 015 005 Yandırma qurbanı yaxud digər növlü qurban üçün hər bir quzuya tökülən içmə təqdimi olaraq dörddə bir hin şərab hazırlayın. 004 NUM 015 006 Qoç üçün taxıl təqdimi kimi hinin üçdə biri qədər zeytun yağı ilə yoğrulmuş efanın onda iki hissəsi qədər narın un və 004 NUM 015 007 içmə təqdimi kimi hinin üçdə biri qədər şərab hazırlayın. Bunları Rəbbin xoşuna gələn ətir olaraq təqdim edin. 004 NUM 015 008 Rəbbə yandırma qurbanı, əhd qurbanı və yaxud ünsiyyət qurbanı kimi bir buğa kəsərkən 004 NUM 015 009 buğa ilə birlikdə taxıl təqdimi kimi yarım hin zeytun yağı ilə yoğrulmuş efanın onda üçü qədər narın un gətirin. 004 NUM 015 010 İçmə təqdimi kimi yarım hin şərab təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 004 NUM 015 011 Hər buğa, qoç, quzu və yaxud keçi belə hazırlansın. 004 NUM 015 012 Nə qədər heyvan kəssəniz, hər biri ilə birlikdə eyni təqdimi gətirin. 004 NUM 015 013 Hər bir yerli İsrail övladı Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən bu şeyləri belə etsin. 004 NUM 015 014 Müvəqqəti yaxud nəsildən-nəslə aranızda yaşayan yadelli Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən eynilə sizin etdiyiniz kimi etsin. 004 NUM 015 015 Ey camaat, sizin üçün də, sizinlə yaşayan yadelli üçün də qayda birdir, nəsillər boyu daimi qaydadır, çünki Rəbb sizə də, yadellilərə də bir gözlə baxır. 004 NUM 015 016 Sizin üçün də, sizinlə yaşayan yadellilər üçün də eyni qanun və eyni hökm olmalıdır”». 004 NUM 015 017 Rəbb Musaya belə dedi: 004 NUM 015 018 «İsrail övladlarına belə söylə: “Mən sizi aparacağım torpağa girib yaşadığınız vaxt 004 NUM 015 019 torpağın çörəyindən yeyəndə onun müəyyən hissəsini Rəbbə qaldırma təqdimi kimi verin. 004 NUM 015 020 İlk xəmirinizdən bir yastı kökə gətirin, bunu xırmanınızın qaldırma təqdimi kimi verin. 004 NUM 015 021 İlk xəmirinizdən edilən bu qaldırma təqdimini nəsildən-nəslə qədər Rəbbə verin. 004 NUM 015 022 Əgər səhv edib Rəbbin Musaya buyurduğu əmrlərin birinə – 004 NUM 015 023 Rəbbin əmr etdiyi gündən başlayaraq nəsildən-nəslə Musa vasitəsilə sizə buyurduğu hər hansı bir şeyə əməl etmirsinizsə 004 NUM 015 024 bu iş səhvən İsrail icması tərəfindən bilmədən edilirsə, onda bütün icma Rəbbin xoşuna gələn ətir olaraq qaydaya görə taxıl və içmə təqdimləri ilə birlikdə yandırma qurbanı olaraq bir buğa və günah qurbanı olaraq bir təkə gətirsin. 004 NUM 015 025 Kahin bütün İsrail övladlarının icması üçün kəffarə etsin. Beləcə onlar bağışlanacaqlar, çünki səhv olmuşdur və bu səhv üçün də Rəbb üçün yandırma təqdimi olan qurbanlarını və Onun hüzurunda günah qurbanlarını gətirmişlər. 004 NUM 015 026 Bütün İsrail icması və aralarında yaşayan yadellilər bağışlanacaq, çünki bütün xalq bilmədən səhv etmişdir. 004 NUM 015 027 Əgər bir nəfər bilmədən günah edərsə, qoy günah qurbanı olaraq birillik dişi keçi gətirsin. 004 NUM 015 028 Kahin bilmədən günah işlədən adam üçün Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın. Kəffarə edilən adam bağışlanacaq. 004 NUM 015 029 İsrail övladları arasında yerli olsun ya da yadelli olsun, bilmədən günah edənlər üçün qoy qanun bir olsun. 004 NUM 015 030 Lakin əgər yerli ya yadelli qəsdən günah işlətsə, Rəbbə küfr etmişdir və xalqı arasından qovulsun. 004 NUM 015 031 Çünki o, Rəbbin sözünə xor baxıb və Onun əmrini pozub. Belə adam mütləq qovulsun və öz cəzasını çəksin”». 004 NUM 015 032 İsrail övladları səhrada olarkən Şənbə günündə odun yığan bir adama rast gəldilər. 004 NUM 015 033 Odun toplayan adamla rastlaşanlar onu Musanın, Harunun və bütün icmanın qarşısına gətirdilər. 004 NUM 015 034 O adamı həbs etdilər, çünki onunla nə edəcəkləri hələ qərara alınmamışdı. 004 NUM 015 035 Rəbb Musaya dedi: «Bu adam öldürülməlidir; qoy bütün icma onu düşərgədən kənara aparsın və daşqalaq edərək öldürsün». 004 NUM 015 036 İcma o adamı düşərgədən kənara çıxarıb Rəbbin Musaya əmr etdiyi kimi daşqalaq edərək öldürdü. 004 NUM 015 037 Rəbb Musaya belə dedi: 004 NUM 015 038 «İsrail övladlarına de ki, nəsildən-nəslə geyimlərinin ətəklərinə dörd tərəfdən qotaz tiksinlər. Hər qotazın üzərinə bənövşəyi qaytan salsınlar. 004 NUM 015 039 Bu qotazlara baxanda Rəbbin bütün əmrlərini xatırlayın və onlara əməl edin; öz ürəyinizin və gözlərinizin istəklərinə qapılıb Mənə xəyanət etməyin. 004 NUM 015 040 O zaman bütün əmrlərimi yadda saxlayıb yerinə yetirəcəksiniz və Allahınızın hüzurunda müqəddəs olacaqsınız. 004 NUM 015 041 Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. Bəli, Allahınız Rəbb Mənəm!» 004 NUM 016 001 Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə 004 NUM 016 002 Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu. 004 NUM 016 003 Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?» 004 NUM 016 004 Musa bunu eşidib üzüstə yerə sərildi. 004 NUM 016 005 Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır. 004 NUM 016 006 Ey Qorah və bütün yoldaşları, özünüz üçün buxurdanlar alın; 004 NUM 016 007 səhəri gün Rəbbin hüzurunda onların içinə közərmiş kömür və buxur qoyun. Beləliklə, Rəbb kimi seçibsə, müqəddəs olan o olacaqdır. Ey Levililər, artıq bəsdir!» 004 NUM 016 008 Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın! 004 NUM 016 009 İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz. 004 NUM 016 010 Sizə və bütün Levili qardaşlarınıza Öz hüzuruna girmə səlahiyyətini verdi. Bu sizə azmı gəlir? İndi kahinliyi də istəyirsiniz? 004 NUM 016 011 Deməli, ey Qorah, sən və bütün yoldaşların belə toplanaraq Rəbbə qarşı çıxırsınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?» 004 NUM 016 012 Musa Eliav oğulları Datanı və Aviramı çağırtdırdı və onlar dedi: «Gəlməyəcəyik! 004 NUM 016 013 Bizi səhrada öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək istəyirsən? 004 NUM 016 014 Bundan başqa, bizi süd və bal axan bir ölkəyə gətirmədin, irs olaraq bizə tarlalar və bağlar vermədin. Bu adamların gözündən pərdə asmaq istəyirsən? Gəlməyəcəyik!» 004 NUM 016 015 Musa çox qəzəblənib Rəbbə dedi: «Onların təqdimlərinə əhəmiyyət vermə; onlardan bir eşşək belə, almadım və onların heç birinə pislik etmədim». 004 NUM 016 016 Musa Qoraha dedi: «Sən və bütün yoldaşların, sabah Rəbbin hüzurunda olun – sən, onlar və Harun. 004 NUM 016 017 Hər biriniz öz buxurdanınızı götürüb üzərinə buxur qoyun. Sonra iki yüz əlli nəfərin hər biri buxurdan götürüb Rəbbin hüzuruna gətirsin. Sən və Harun da buxurdanınızı gətirin». 004 NUM 016 018 Hər kəs öz buxurdanını götürüb içinə közərmiş kömür və buxur qoydu. Sonra Musa və Harunla birgə Hüzur çadırının girişində durdular. 004 NUM 016 019 Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü. 004 NUM 016 020 Rəbb Musaya və Haruna dedi: 004 NUM 016 021 «Bu icmadan ayrılın ki, onları bir an içində məhv edim». 004 NUM 016 022 Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə bütün icmayamı qəzəblənirsən?» 004 NUM 016 023 Rəbb Musaya dedi: 004 NUM 016 024 «İcmaya de: “Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin!”» 004 NUM 016 025 Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər. 004 NUM 016 026 Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız». 004 NUM 016 027 Hamı Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı. Datanla Aviram, arvadları, oğulları və körpə uşaqları ilə çıxıb çadırlarının girişində durdular. 004 NUM 016 028 Musa dedi: «Bütün bu işləri etmək üçün məni Rəbbin göndərdiyini, özbaşıma hərəkət etmədiyimi bununla biləcəksiniz. 004 NUM 016 029 Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir. 004 NUM 016 030 Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». 004 NUM 016 031 Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı. 004 NUM 016 032 Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu. 004 NUM 016 033 Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. 004 NUM 016 034 Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!» deyərək qaçışdılar. 004 NUM 016 035 Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən iki yüz əlli nəfəri məhv etdi. 004 NUM 016 036 Rəbb Musaya dedi: 004 NUM 016 037 «Kahin Harun oğlu Eleazara de, buxurdanları yanmış adamların üstündən götürsün, sən isə közləri kənara dağıt, çünki buxurdanlar müqəddəsdir. 004 NUM 016 038 Öz həyatı bahasına günah edən bu adamların buxurdanlarından qurbangah üçün örtük olaraq lövhələr düzəltsinlər. Çünki buxurdanlar Rəbbə təqdim edildiyi üçün müqəddəsdir. Qoy bu, İsrail övladlarına əlamət olsun». 004 NUM 016 039 Yandırılan adamların təqdim etmiş olduqları mis buxurdanları, kahin Eleazar Rəbbin Musa vasitəsilə ona dediyi kimi götürüb döydü və onlardan qurbangahı örtmək üçün lövhələr düzəltdi. 004 NUM 016 040 Bu, İsrail övladlarına bir xatirədir ki, Harunun nəslindən olmayan bir kənar şəxs Rəbbin hüzuruna gəlib buxur yandırmasın, yoxsa Qorah və yoldaşları kimi məhv olar. 004 NUM 016 041 Ancaq ertəsi gün bütün İsrail övladlarının icması Musaya və Haruna qarşı deyinərək dedilər: «Rəbbin xalqını siz öldürdünüz». 004 NUM 016 042 İcma Musaya və Haruna qarşı çıxmaq üçün toplanıb Hüzur çadırına yönələndə qəflətən bulud çadırı bürüdü və Rəbbin izzəti göründü. 004 NUM 016 043 Musa ilə Harun Hüzur çadırının önünə gəldilər. 004 NUM 016 044 Rəbb Musaya dedi: 004 NUM 016 045 «Bu icmanın arasından çıxın ki, onları bir anda məhv edim». Musa ilə Harun üzüstə yerə sərildilər. 004 NUM 016 046 Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb qəzəbini tökdü. Vəba başladı». 004 NUM 016 047 Musanın dediyi kimi Harun buxurdanı götürdü və camaatın arasına qaçdı. Gördü ki, xalq arasında vəba başlamışdır. Buna görə buxuru təqdim edərək xalq üçün kəffarə etdi. 004 NUM 016 048 Harun ölülərlə dirilər arasında duranda vəba dayandı. 004 NUM 016 049 Qorah əhvalatında ölənlərdən başqa vəbadan ölənlər on dörd min yeddi yüz nəfər idi. 004 NUM 016 050 Vəba dayandığına görə Harun Musanın yanına Hüzur çadırının girişinə qayıtdı. 004 NUM 017 001 Rəbb Musaya belə dedi: 004 NUM 017 002 «İsrail övladlarına de və hər qəbilə üçün bir əsa götür. Qəbilə rəhbərlərinin hər birindən alınan on iki əsa olacaq. Hər birinin adını öz əsasının üzərinə yaz. 004 NUM 017 003 Harunun adını Levi əsasının üzərinə yaz ki, hər qəbilə başçısı üçün bir əsa olsun. 004 NUM 017 004 Əsaları sizinlə görüşdüyüm yerə, Hüzur çadırındakı Şəhadət sandığının qarşısına qoy. 004 NUM 017 005 O zaman seçəcəyim adamın əsası tumurcuqlayacaq və İsrail övladlarının sizə qarşı sürəkli deyinmələrinə son qoyacağam». 004 NUM 017 006 Musa İsrail övladları ilə danışdı. Onların bütün rəhbərləri ona bir əsa verdilər. Hər qəbilə rəhbəri üçün biri olmaqla on iki əsa var idi. Harunun əsası da onların əsaları arasında idi. 004 NUM 017 007 Musa əsaları Şəhadət çadırında Rəbbin önünə qoydu. 004 NUM 017 008 Ertəsi gün Musa Şəhadət çadırına girdi və gördü ki, Levi nəslini təmsil edən Harunun əsası tumurcuqlayıb. Budur, tumurcuq qönçələnmiş, çiçək açmış və badam yetişdirmişdi. 004 NUM 017 009 Musa əsaların hamısını Rəbbin hüzurundan bütün İsrail övladlarının qarşısına çıxardı. Əsalara baxdılar və hər kəs öz əsasını götürdü. 004 NUM 017 010 Rəbb Musaya dedi: «Üsyan edənlərə qarşı əlamət olaraq saxlamaq üçün Harunun əsasını Şəhadət sandığının önünə qoy. Bu onların Mənim üçün deyinmələrinə son qoyacaq ki, ölməsinlər». 004 NUM 017 011 Musa Rəbbin əmr etdiyinə əməl etdi. 004 NUM 017 012 İsrail övladları Musaya dedilər: «Yox olacağımız bəllidir! Məhv olacağıq! Hamımız həlak olacağıq! 004 NUM 017 013 Rəbbin məskəninə yaxınlaşan hər kəs ölür. Doğrudanmı hamımız öləcəyik?» 004 NUM 018 001 Rəbb Haruna dedi: «Sən, övladların və atanın nəsli Müqəddəs məkanla əlaqədar hər hansı bir günah üçün məsuliyyət daşıyacaqsınız. Kahinliklə əlaqədar günahlar üçün məsuliyyəti yalnız sən və oğulların daşıyacaqsınız. 004 NUM 018 002 Atanın qəbiləsi olan Levi qəbiləsinə mənsub olan soydaşlarınızı da özünlə götür ki, sən və övladların Şəhadət çadırının önündə ikən sənə qoşulub kömək etsinlər. 004 NUM 018 003 Sənin qarşında cavabdehlik daşıyaraq çadırın bütün işlərinə baxsınlar. Ancaq müqəddəs yerin əşyalarına və qurbangaha yaxınlaşmasınlar ki, həm onlar, həm də siz ölməyəsiniz. 004 NUM 018 004 Sənə qoşulsunlar və Hüzur çadırının işlərinə, çadırdakı bütün xidmətlərə cavabdeh olsunlar. Başqa heç kimsə sizə yaxınlaşmamalıdır. 004 NUM 018 005 Müqəddəs yerə və qurbangaha cavabdeh olun ki, İsrail övladları bir də qəzəbimə düçar olmasınlar. 004 NUM 018 006 Budur, Mən İsrail övladları arasından Levili soydaşlarınızı sizə hədiyyə olaraq seçdim. Onlar Rəbbə Hüzur çadırında xidmət etmək üçün həsr olunmuşlar. 004 NUM 018 007 Lakin qurbangaha və pərdənin iç tərəfinə aid olan hər şeyə yalnız sən və oğulların kahin kimi xidmət edin. Kahinlik xidmətinizi sizə hədiyyə olaraq verirəm. Sizdən başqa müqəddəs yerə kim yaxınlaşarsa, öldürülsün». 004 NUM 018 008 Rəbb Haruna dedi: «Budur, Mənə gətirilən təqdimlərə nəzarət etməyi sənə tapşırdım. İsrail övladlarının bütün müqəddəs təqdimlərini əbədi pay olaraq sənə və övladlarına verirəm. 004 NUM 018 009 Qurbangahda yandırılmayan ən müqəddəs təqdimlərdən bunlar sənin olsun: taxıl təqdimləri, günah qurbanları və təqsir qurbanları – Mənə gətirilən ən müqəddəs təqdimlərin hamısı sənin və övladlarının olsun. 004 NUM 018 010 Bu ən müqəddəs şeyləri ye. Kişi cinsindən hər kəs onlardan yeyə bilər. Onları müqəddəs say. 004 NUM 018 011 Bunlar, İsrail övladlarının xüsusi hədiyyə olaraq gətirdikləri yellətmə təqdimlərinin hamısı sənindir. Onları sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər. 004 NUM 018 012 Rəbbə verdikləri ilk məhsulları, zeytun yağının ən yaxşısının hamısını, təzə şərabın və buğdanın ən yaxşısının hamısını sənə verdim. 004 NUM 018 013 Torpaqlarında bitən nübardan Rəbbə gətirdiklərinin hamısı sənin olsun. Sənin ailəndə pak olan hər kəs onu yeyə bilər. 004 NUM 018 014 İsraildə Rəbbə həmişəlik həsr olunan hər şey sənin olsun. 004 NUM 018 015 Hər bətndən ilk doğulan, Rəbbə həsr olunan bütün oğlanlar və bütün heyvan balaları sənin olsun. Ancaq hər ilk oğlanın əvəzini mütləq ödə, hər murdar heyvanın ilk balasının da əvəzini ödə. 004 NUM 018 016 Onlar bir aylıq olanda sənin qoyduğun qiymətə görə iyirmi gera ağırlığında olan Müqəddəs yerdəki şekelə görə beş şekel gümüşlə əvəzlərini ödə. 004 NUM 018 017 Ancaq inəyin, qoyunun və yaxud da keçinin ilk balasının əvəzini ödəmə. Onlar müqəddəsdir. Qanlarını qurbangah üzərinə səp və piylərini tüstülədib yandır ki, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olsun. 004 NUM 018 018 Yellədilən döş əti və sağ budu kimi onların əti də sənin olsun. 004 NUM 018 019 İsrail övladlarının Mənə qaldırma təqdimi kimi gətirdikləri müqəddəs təqdimlərin hamısını Mən Rəbb sənə və oğullarınla qızlarına əbədi pay olaraq verdim. Bu, Rəbbin səninlə və nəslinlə kəsdiyi əbədi və pozulmaz əhddir». 004 NUM 018 020 Rəbb Haruna dedi: «Onların torpağında sənin irsin olmayacaq və onlar arasında heç bir payın olmayacaq. İsrail övladları arasında sənin payın və irsin Mənəm. 004 NUM 018 021 Levililərə isə İsraildə olan bütün varidatın onda birini irs olaraq verdim. Bu, xidmətlərinin, Hüzur çadırında etdikləri xidmətin əvəzidir. 004 NUM 018 022 Artıq İsrail övladları Hüzur çadırına yaxınlaşmasınlar ki, günahlarının cəzasını çəkib ölməsinlər. 004 NUM 018 023 Lakin Hüzur çadırının xidmətini Levililər etsinlər və çadırla əlaqədar günahlarının cəzasını çəksinlər. Bu, nəsildən-nəslə qədər sizin üçün əbədi qaydadır. İsrail övladları arasında onların irsi olmayacaq. 004 NUM 018 024 Bunun yerinə Levililərə irs olaraq İsrail övladlarının Rəbbə qaldırma təqdimi kimi verdikləri onda birini verdim. Buna görə Levililər üçün dedim ki, İsrail övladları arasında onların irsi olmayacaq». 004 NUM 018 025 Rəbb Musaya dedi: 004 NUM 018 026 «Levililərə belə söylə: “İsrail övladlarının məhsullarından irsiniz olaraq sizə verdiyim onda bir hissəni aldığınız vaxt bu hissənin onda birini Rəbbə qaldırma təqdimi kimi verin. 004 NUM 018 027 Təqdiminiz xırmanda döyülən taxıl yaxud üzümsıxandan çıxan məhsul kimi sayılacaq. 004 NUM 018 028 Beləliklə, siz də İsrail övladlarından alacağınız onda birlərinizin hamısından Rəbbə qaldırma təqdimini gətirib kahin Haruna verin. 004 NUM 018 029 Bütün hədiyyələrinizdən Rəbbə qaldırma təqdimi verin. Hər təqdim onun təqdis olunmuş ən yaxşı hissəsindən olsun”. 004 NUM 018 030 Bunun üçün onlara deyin: “Ondan ən yaxşısını təqdim etdiyiniz zaman bu, Levililər üçün xırman məhsulu yaxud üzümsıxan məhsulu kimi sayılacaq. 004 NUM 018 031 Siz və ev xalqınız hər yerdə onu yeyəcəksiniz, çünki o, haqqınız, Hüzur çadırında olan xidmətinizin əvəzidir. 004 NUM 018 032 Ondan ən yaxşısını təqdim edəndə ondan savayı günahın cəzasını çəkməmək üçün İsrail övladlarının müqəddəs təqdimlərini pozmayın ki, ölməyəsiniz”». 004 NUM 019 001 Rəbb Musaya və Haruna dedi: 004 NUM 019 002 «Bu, Rəbbin əmr etdiyi qanunun qaydasıdır: İsrail övladlarına deyin ki, qüsursuz, eyibsiz, heç vaxt boynuna bir boyunduruq taxılmayan bir qırmızı düyə gətirsinlər. 004 NUM 019 003 Onu kahin Eleazara verin. Düyə düşərgənin kənarına çıxarılsın və onun önündə kəsilsin. 004 NUM 019 004 Kahin Eleazar barmağı ilə onun qanından götürərək Hüzur çadırının önünə doğru yeddi dəfə çiləsin. 004 NUM 019 005 Onun gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın. 004 NUM 019 006 Kahin sidr ağacının budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın. 004 NUM 019 007 Kahin geyimlərini yusun, bədənini su ilə yusun, sonra düşərgəyə girsin. O, axşama qədər murdar sayılsın. 004 NUM 019 008 Qoy düyəni yandıran adam da geyimlərini yusun, bədənini də su ilə yusun və axşama qədər murdar sayılsın. 004 NUM 019 009 Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır. 004 NUM 019 010 Düyənin külünü toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır. 004 NUM 019 011 Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq. 004 NUM 019 012 Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq. 004 NUM 019 013 Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır. 004 NUM 019 014 Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar sayılsın. 004 NUM 019 015 İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın. 004 NUM 019 016 Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın. 004 NUM 019 017 Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün. 004 NUM 019 018 Pak bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin. 004 NUM 019 019 Pak adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O, geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın. 004 NUM 019 020 Ancaq murdar olub özünü pak etməyən adam camaat arasından qovulsun, çünki Rəbbin Müqəddəs məkanını murdarlayıb. Onun üzərinə paklama suyu çilənmədiyi üçün o murdar sayılsın. 004 NUM 019 021 Bu onlara əbədi qayda olsun: paklama suyu çiləyən adam geyimlərini yusun və paklama suyuna toxunan adam axşama qədər murdar sayılsın. 004 NUM 019 022 Murdar adamın toxunduğu hər şey murdar sayılsın. O şeyə toxunan adam axşama qədər murdar sayılsın». 004 NUM 020 001 Birinci ay bütün İsrail övladlarının icması Zin səhrasına gəldi. Onlar Qadeşdə dayandılar. Məryəm oradaca öldü və elə orada da basdırıldı. 004 NUM 020 002 İcma üçün su yox idi, ona görə Musa və Haruna etiraz etmək üçün toplandılar. 004 NUM 020 003 Xalq Musaya narazılıq edib dedi: «Kaş ki biz də soydaşlarımızla birgə Rəbbin önündə öləydik! 004 NUM 020 004 Rəbbin camaatını bu səhraya nə üçün gətirdiniz? Bizim və heyvanlarımızın burada ölməsi üçünmü? 004 NUM 020 005 Nə üçün bizi Misirdən çıxarıb belə pis yerə gətirdiniz? Bura nə əkin, nə əncir, nə bağ, nə də nar yeridir. İçməyə belə, su yoxdur». 004 NUM 020 006 Musa ilə Harun camaatın önündən Hüzur çadırının girişinə getdilər və üzüstə yerə sərildilər. Rəbbin izzəti onlara göründü. 004 NUM 020 007 Rəbb Musaya dedi: 004 NUM 020 008 «Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt». 004 NUM 020 009 Musa əmr olunduğu kimi əsanı Rəbbin önündən götürdü. 004 NUM 020 010 Musa ilə Harun camaatı qayanın önünə topladılar və onlara dedilər: «Ey dönük olanlar, indi dinləyin; bu qayadan sizə su çıxaraqmı?» 004 NUM 020 011 Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu, qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər. 004 NUM 020 012 Lakin Rəbb Musaya və Haruna dedi: «Madam ki İsrail övladlarının gözü önündə Mənim müqəddəsliyimi göstərərək Mənə iman etmədiniz, bu camaatı onlara verdiyim ölkəyə aparmayacaqsınız». 004 NUM 020 013 Bu sulara Meriva suları deyilir, çünki bu yerdə İsrail övladları Rəbb ilə mübahisə etdilər və Rəbb onlara Öz müqəddəsliyini göstərdi. 004 NUM 020 014 Musa Qadeşdən Edom padşahına bu xəbərlə qasidlər göndərdi: «Qardaşın İsrail belə deyir: “Çəkdiyimiz zəhmətin hamısını bilirsən. 004 NUM 020 015 Atalarımız Misirə köçdülər və biz bir xeyli vaxt Misirdə yaşadıq. Misirlilər bizimlə və atalarımızla pis rəftar etdilər. 004 NUM 020 016 Rəbbə fəryad etdik, O da səsimizi eşitdi və bir mələk göndərdi, bizi Misirdən çıxardı. İndi biz sənin sərhədinə yaxın bir şəhər olan Qadeşdəyik. 004 NUM 020 017 Sənə rica edib torpağından keçmək üçün izin istəyirəm. Biz tarladan və bağdan keçməyəcəyik, heç bir quyudan su içməyəcəyik. Padşah yolu ilə sənin torpaqlarından keçənədək sağa və sola dönməyəcəyik”». 004 NUM 020 018 Lakin Edomlular ona dedilər: «Torpağımızdan keçməyin, yoxsa qarşınıza qılıncla çıxarıq». 004 NUM 020 019 İsrail övladları onlara dedilər: «Biz əsas yolla getmək istəyirik. Əgər biz və sürülərimiz sularından içəriksə, dəyərini ödəyərik; yalnız piyada getməkdən başqa heç nə istəmirik». 004 NUM 020 020 Edomlular dedilər: «Keçmək olmaz». Sonra Edomlular böyük və güclü bir ordu ilə onların qarşısına çıxdılar. 004 NUM 020 021 Edomlular ölkəsindən İsrail övladlarının keçməsinə izin verməyəndə İsraillilər onların torpaqlarından çəkildilər. 004 NUM 020 022 Bütün İsrail icması Qadeşdən yola düşüb Hor dağına gəldi. 004 NUM 020 023 Rəbb Edom torpağı sərhədində Hor dağında Musa ilə Haruna belə dedi: 004 NUM 020 024 «Harun ölüb öz xalqına qovuşacaq, çünki Meriva sularında sözümə qarşı çıxdığınız üçün İsrail övladlarına vəd etdiyim ölkəyə girməyəcək. 004 NUM 020 025 Harunu və oğlu Eleazarı götür, onları Hor dağına apar. 004 NUM 020 026 Harunun paltarlarını çıxar və onları oğlu Eleazara geyindir, Harun isə oradaca ölüb xalqına qovuşacaq». 004 NUM 020 027 Musa Rəbbin əmr etdiyi kimi etdi və bütün icmanın gözü önündə Hor dağına çıxdılar. 004 NUM 020 028 Musa Harunun kahinlik geyimlərini çıxarıb oğlu Eleazara geyindirdi. Harun orada dağın təpəsində öldü. Musa ilə Eleazar dağdan endilər. 004 NUM 020 029 Bütün icma Harunun öldüyünü bildi. Bütün İsrail xalqı onun üçün otuz gün yas tutdu. 004 NUM 021 001 Negevdə yaşayan Kənanlı Arad padşahı İsrail övladlarının Atarim yolundan keçdiyini eşitdi. O, İsrail övladları ilə vuruşaraq bir neçə nəfəri əsir tutdu. 004 NUM 021 002 İsrail övladları Rəbbə əhd edib dedilər: «Əgər, həqiqətən, bu xalqı bizə təslim etsən, o zaman onların şəhərlərini tamamilə yox edəcəyik». 004 NUM 021 003 Rəbb İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə yox etdilər və beləliklə, o yerin adı Xorma qoyuldu. 004 NUM 021 004 Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi. 004 NUM 021 005 Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik». 004 NUM 021 006 O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. 004 NUM 021 007 Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. 004 NUM 021 008 Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». 004 NUM 021 009 Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı. 004 NUM 021 010 İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar. 004 NUM 021 011 Ovotdan köç edib Moavın şərqindəki səhrada İye-Avarimdə dayandılar. 004 NUM 021 012 Oradan da yola düşdülər və Zered vadisində dayandılar. 004 NUM 021 013 Oradan da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar, çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir. 004 NUM 021 014 Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır: «Sufada olan Vahev və vadilər, Arnon, 004 NUM 021 015 Arın məskəninə uzanıb Moav sərhədinə çatan vadilərin yamacları…» 004 NUM 021 016 Oradan Beerə yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur. 004 NUM 021 017 O zaman İsrail övladları bu nəğməni oxudular: «Ey quyu, suların fışqırsın, Ona nəğmə oxuyun, 004 NUM 021 018 O quyu ki onu başçıların açdı, Xalqın əsilzadələri Əsa ilə, dəyənəklə qazdı». Sonra səhradan Mattanaya yollandılar. 004 NUM 021 019 Mattanadan Naxalielə, Naxalieldən Bamota, 004 NUM 021 020 Bamotdan isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər. 004 NUM 021 021 İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi: 004 NUM 021 022 «Rica edirəm, sənin torpağından keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə, içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik». 004 NUM 021 023 Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi. 004 NUM 021 024 İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var. 004 NUM 021 025 İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər. 004 NUM 021 026 Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi. 004 NUM 021 027 Bunun üçün şairlər belə deyirlər: «Xeşbona gəlin; Qoy yenidən qurulsun, Sixonun şəhəri bərpa edilsin. 004 NUM 021 028 Çünki Xeşbondan atəş, Sixonun şəhərindən alov çıxdı; Moavın Ar şəhərini, Arnonun təpələrinin başçılarını Yandırıb məhv etdi. 004 NUM 021 029 Vay halına, ey Moav! Ey Kemoşun xalqı, yox oldun! Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı, Qızları əsir aparıldı. 004 NUM 021 030 Lakin biz onları məğlub etdik, Xeşbondan Divona qədər məhv oldular, Medvaya uzanan Nofahadək Hər tərəfi viran etdik». 004 NUM 021 031 İsraillilər Emorluların torpağında məskunlaşdı. 004 NUM 021 032 Musa Yazeri nəzərdən keçirmək üçün adamlar göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular. 004 NUM 021 033 Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı. 004 NUM 021 034 Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir». 004 NUM 021 035 İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər. 004 NUM 022 001 İsrail övladları yola düşüb Moav düzənliyində, İordanın şərqində Yerixonun qarşısında dayandılar. 004 NUM 022 002 İsrailin Emorluların başına gətirdiyi hər şeyi Sippor oğlu Balaq görmüşdü. 004 NUM 022 003 Camaatı gördükdə Moavlılar bərk qorxdular, çünki İsrail xalqı çox idi. Moav sakinləri İsrail övladlarından vahiməyə düşdü. 004 NUM 022 004 Moavlılar Midyan ağsaqqallarına dedilər: «Öküz çöl otunu yediyi kimi bu camaat da indi bütün ətrafımızı yeyib qurtaracaq». O vaxtlar Sippor oğlu Balaq Moav padşahı idi. 004 NUM 022 005 Beor oğlu Bilamı çağırmaq üçün Fərat çayının kənarındakı Petora, onun vətəninə qasidlər göndərib dedi: «Budur, Misirdən bir xalq çıxıb, yer üzünü bürüyərək yaxınlığımda yerləşmişdir. 004 NUM 022 006 Xahiş edirəm, indi gəl, mənim xeyrimə bu xalqa lənət oxu, çünki onlar məndən güclüdür. Bəlkə onda mən onları məğlub edib ölkədən qova bildim. Sənin xeyir-dua verdiyin şəxsin xeyir-dualı, lənətlədiyin şəxsin lənətli olduğunu bilirəm». 004 NUM 022 007 Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər. 004 NUM 022 008 Bilam onlara dedi: «Bu gecəni burada keçirin ki, Rəbb mənə söyləyəcəyini sizə deyim». Beləliklə, Moav başçıları Bilamın yanında qaldılar. 004 NUM 022 009 Allah Bilamın yanına gəlib dedi: «Evindəki bu adamlar kimdir?» 004 NUM 022 010 Bilam Allaha dedi: «Moav padşahı Sippor oğlu Balaq mənim yanıma adam göndərib dedi: 004 NUM 022 011 “Budur, Misirdən çıxan xalq yer üzünü bürüyür. İndi gəl, mənim xeyrimə görə ona lənət oxu, bəlkə döyüşüb onları qova bildim”». 004 NUM 022 012 Allah Bilama dedi: «O adamlarla getmə, o xalqa lənət etmə, çünki xeyir-dualı xalqdır». 004 NUM 022 013 Bilam səhər tezdən durdu və Balaqın başçılarına dedi: «Torpağınıza qayıdın, çünki Rəbb sizinlə birgə getməyə mənə izin vermir». 004 NUM 022 014 Moav başçıları qalxdılar və Balaqın yanına gəlib dedilər: «Bilam bizimlə birgə gəlmək istəmədi». 004 NUM 022 015 Yenə Balaq əvvəlkilərdən daha çox və daha etibarlı başçılar göndərdi. 004 NUM 022 016 Bilamın yanına gəlib ona dedilər: «Sippor oğlu Balaq belə deyir: “Xahiş edirəm, yanıma gəlməkdən imtina etmə. 004 NUM 022 017 Çünki sənə çox mükafat verəcəyəm və nə desən, hamısını edəcəyəm. İndi xahiş edirəm, gəl, mənim xeyrimə görə bu xalqa lənət oxu”». 004 NUM 022 018 Bilam cavab verib Balaqın adamlarına dedi: «Balaq evini qızıl və gümüşlə dolu mənə versə belə, Allahım Rəbbin sözündən yan keçib, nə kiçik, nə də böyük iş görə bilərəm. 004 NUM 022 019 İndi xahiş edirəm, siz də bu gecə burada qalın və görüm Rəbb mənə başqa nə deyəcək». 004 NUM 022 020 O gecə Allah Bilama görünüb ona dedi: «Əgər bu adamlar səni çağırmaq üçün gəliblərsə, qalx onlarla get, ancaq Mənim sənə söyləyəcəyim şeyləri et». 004 NUM 022 021 Bilam səhər tezdən qalxaraq eşşəyinə palan vurub Moav başçıları ilə birgə getdi. 004 NUM 022 022 O getdiyi üçün Allahın qəzəbi alovlandı və Rəbbin mələyi ona qarşı çıxmaq üçün yolda durdu. Bilam eşşəyinə minmişdi və onunla bərabər iki nökəri də vardı. 004 NUM 022 023 Eşşək sıyrılmış qılıncı əlində, yolda duran Rəbbin mələyini gördü və yoldan dönərək tarlaya girdi. Bilam yoluna döndərmək üçün eşşəyi vurdu. 004 NUM 022 024 Rəbbin mələyi bağların arasında dar bir yolda durdu. Hər iki tərəf divar idi. 004 NUM 022 025 Eşşək Rəbbin mələyini görüb divara sıxıldı və Bilamın ayağını divara sıxışdırdı. O yenə eşşəyi vurmağa başladı. 004 NUM 022 026 Rəbbin mələyi irəli çıxdı və sağa-sola dönmək üçün yol olmayan dar bir yerdə durdu. 004 NUM 022 027 Eşşək Rəbbin mələyini gördü və Bilamın altında çökdü. Bilamın qəzəbi alovlandı, dəyənəklə eşşəyi vurdu. 004 NUM 022 028 Rəbb eşşəyin dilini açdı və o, Bilama dedi: «Sənə nə etdim ki, məni üç dəfə vurdun?» 004 NUM 022 029 Bilam eşşəyə dedi: «Çünki mənimlə əyləndin. Kaş ki əlimdə bir qılınc olaydı, indi səni öldürərdim». 004 NUM 022 030 Eşşək Bilama dedi: «Ömrünün əvvəlindən bu günə qədər belinə mindiyin eşşəyin mən deyiləmmi? Mən sənə heç belə edərdimmi?» Bilam dedi: «Xeyr». 004 NUM 022 031 Sonra Rəbb Bilamın gözlərini açdı. Bilam əlində sıyrılmış qılınc olan Rəbbin mələyinin yolda durduğunu gördü və başını əyib üzüstə yerə sərildi. 004 NUM 022 032 Rəbbin mələyi ona dedi: «Nə üçün eşşəyini üç dəfə vurdun? Budur, mən sənə qarşı durmaq üçün çıxdım. Məncə tezliklə yolun məhvə doğru gedir. 004 NUM 022 033 Eşşək məni gördü, bu üç dəfədir ki, önümdən yana döndü. Əgər yoldan dönməsəydi, həqiqətən, indi səni öldürərdim və onu sağ buraxardım». 004 NUM 022 034 Bilam Rəbbin mələyinə dedi: «Günah etdim, çünki sənin mənə qarşı yolda durduğunu bilmədim. İndi əgər bu sənin gözündə pis görünürsə, qoy evimə qayıdım». 004 NUM 022 035 Rəbbin mələyi Bilama dedi: «Bu adamlarla get, ancaq yalnız sənə deyəcəyim sözü de». Bilam Balaqın başçıları ilə bərabər getdi. 004 NUM 022 036 Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi. 004 NUM 022 037 Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?» 004 NUM 022 038 Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm». 004 NUM 022 039 Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər. 004 NUM 022 040 Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi. 004 NUM 022 041 Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü. 004 NUM 023 001 Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və mənim üçün burada yeddi buğa və yeddi qoç hazırla». 004 NUM 023 002 Balaq Bilamın dediyi kimi etdi. Balaq ilə Bilam hər qurbangahda bir buğa və bir qoç təqdim etdilər. 004 NUM 023 003 Bilam Balaqa dedi: «Sən yandırma qurbanının yanında dur, mən gedim. Bəlkə Rəbb məni qarşılamağa gələcək və mənə nə göstərsə, sənə bildirərəm». Sonra çılpaq bir təpəyə çıxdı. 004 NUM 023 004 Allah Bilamla qarşılaşdı və Bilam Ona dedi: «Yeddi qurbangah hazırladım və hər qurbangahda bir buğa ilə bir qoç təqdim etdim». 004 NUM 023 005 Rəbb Bilamın vasitəsilə bir kəlam dedi: «Balaqın yanına qayıdıb belə de». 004 NUM 023 006 Bilam Balaqın yanına qayıtdı. Gördü ki, Balaq və Moavın bütün başçıları yandırma qurbanlarının yanında durublar. 004 NUM 023 007 Bilam gələcəkdən xəbər verib dedi: «Balaq məni Aramdan, Moav padşahı məni şərq dağlarından gətirdi, “Gəl, mənim xeyrimə görə Yaquba lənət oxu, Gəl İsrailə qarğış et” dedi. 004 NUM 023 008 Allahın lənət etmədiyinə mən necə lənət edim? Rəbbin qarğış etmədiyinə mən necə qarğış edim? 004 NUM 023 009 Qayaların zirvəsindən onları görürəm mən, Təpələrdən onlara baxıram. Müstəqil yaşayan, Ellərdən özünü ayıran Bir xalq görürəm. 004 NUM 023 010 Kim Yaqubun tozunu saya bilər? İsrailin dörddə birini Axı kim hesablar? Qoy saleh adamların ölümü ilə ölüm! Onlar necə olubsa, sonum elə olsun!» 004 NUM 023 011 Balaq Bilama dedi: «Mənə nə etdin? Düşmənlərimə lənət etmək üçün səni gətirdim, budur, sən onlara xeyir-dua verdin!» 004 NUM 023 012 Bilam cavab verdi: «Rəbbin dilimə qoyduğunu söyləməyə diqqət etməli deyiləmmi?» 004 NUM 023 013 Balaq ona dedi: «Xahiş edirəm, mənimlə gəl, başqa bir yerə gedək, oradan onları görəcəksən. Onların hamısını yox, bir qismini görəcəksən. Oradan mənim xeyrimə onlara lənət oxu». 004 NUM 023 014 Onu Pisqa təpəsindəki Sofim yaylağına apardı, yeddi qurbangah düzəltdi və hər qurbangahda bir buğa, bir qoç təqdim etdi. 004 NUM 023 015 Bilam Balaqa dedi: «Bir az irəlidə Rəblə görüşə gedirəm. Sən burada yandırma qurbanının yanında dur». 004 NUM 023 016 Rəbb Bilama görünüb nə deyəcəyini ona bildirərək dedi: «Balaqın yanına qayıt və belə de». 004 NUM 023 017 Beləliklə, Bilam Balaqın yanına gəldi. Gördü ki, Balaq yandırma qurbanının yanında durub. Moav başçıları da onunla bərabər idi. Balaq ondan soruşdu: «Rəbb nə dedi?» 004 NUM 023 018 Bilam gələcəkdən xəbər verib dedi: «Ey Balaq, oyan və dinlə; Ey Sippor oğlu, mənə qulaq as. 004 NUM 023 019 Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi? 004 NUM 023 020 Budur, xeyir-dua üçün əmr aldım; O, xeyir-dua vermişdir, Mən onu dəyişə bilmərəm. 004 NUM 023 021 Yaqubda bədbəxtlik üz verməyəcək. İsraildə bəla olmayacaq. Özlərinin Allahı Rəbb onlarladır, Onları padşah kimi alqışlayırlar. 004 NUM 023 022 Allah onları Misirdən çıxardı; Onların çöl öküzü kimi qüvvəti vardır. 004 NUM 023 023 Yaqub üçün edilən baxıcılıq baş tutmaz, İsrail üçün edilən falçılıq alınmaz. Bax indi deyiləcək: “Yaqub və İsrail üçün Allah nələr etdi!” 004 NUM 023 024 Budur, xalq dişi aslan tək oyanır, Şir kimi qalxır, Şikarını yeməyincə, Ölənlərin qanını içməyincə yatmayacaq». 004 NUM 023 025 Balaq Bilama dedi: «Onlara nə lənət oxu, nə də xeyir-dua ver». 004 NUM 023 026 Ancaq Bilam Balaqa cavab verib dedi: «Məgər sənə demədim ki, Rəbb nə desə, hamısını etməliyəm?» 004 NUM 023 027 Balaq Bilama dedi: «Xahiş edirəm gəl, səni başqa bir yerə aparım; bəlkə Allahın gözünə xoş gələr ki, oradan onlara mənim xeyrimə görə lənət oxuyasan». 004 NUM 023 028 Balaq Bilamı çölə baxan Peor təpəsinə apardı. 004 NUM 023 029 Bilam Balaqa dedi: «Burada mənə yeddi qurbangah düzəlt və burada mənim üçün yeddi buğa və yeddi qoç hazırla». 004 NUM 023 030 Balaq Bilamın dediyi kimi etdi. Hər qurbangahda bir buğa və bir qoç təqdim etdi. 004 NUM 024 001 Bilam Rəbbin gözündə İsrailə xeyir-dua verməyin yaxşı olduğunu gördükdə əvvəlki kimi baxıcılıq etmədi, amma üzünü səhraya doğru çevirdi. 004 NUM 024 002 Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi. 004 NUM 024 003 O, gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı, 004 NUM 024 004 Allahın sözlərini eşidən, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı: 004 NUM 024 005 “Ey Yaqub, sənin çadırların, Ey İsrail, məskənlərin nə gözəldir! 004 NUM 024 006 Yayılırlar vadilər tək, Çay kənarındakı bağ-bağçalar tək, Rəbbin bitirdiyi əzvay ağacları tək, Çay kənarındakı sidr ağacları tək. 004 NUM 024 007 Satıllarından sular axacaq, Toxumları bol su ilə sulanacaq, Padşahları Aqaqdan böyük olacaq, Padşahlıqları ucalacaq. 004 NUM 024 008 Allah onları Misirdən çıxartdı; Onların çöl öküzü kimi qüvvəti var. Onlar düşmən millətləri yeyib qurtaracaq. Sümüklərini qıracaq, Oxları ilə onları dələcək. 004 NUM 024 009 Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar. Onları oyandırmağa kim cürət edər? Sizə xeyir-dua verən xeyir-dualı olsun, Sizə lənət oxuyan qoy lənətli olsun!”» 004 NUM 024 010 Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən. 004 NUM 024 011 İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni mükafatdan məhrum etdi». 004 NUM 024 012 Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi, 004 NUM 024 013 Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm. 004 NUM 024 014 İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim». 004 NUM 024 015 Sonra Bilam gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı, 004 NUM 024 016 Allahın sözlərini eşidən, Haqq-Taalanın biliyinə qovuşan, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı: 004 NUM 024 017 “Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək. 004 NUM 024 018 Onun düşməni Edomla Seir təslim olacaq, İsrail isə get-gedə güclənəcək. 004 NUM 024 019 Yaqubun nəslindən olan o adam Səltənət sürəcək, Şəhərdə sağ qalanları məhv edəcək”». 004 NUM 024 020 Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq». 004 NUM 024 021 Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm, Yuvanız qayada qurulub. 004 NUM 024 022 Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda Yanıb yox olacaqsınız». 004 NUM 024 023 Bilam gələcəkdən xəbər verməyə belə davam etdi: «Vay, Allah bunu etdiyi zaman kim yaşaya biləcək? 004 NUM 024 024 Kittim sahillərindən gəmilər gələcək, Aşşur ilə Everi ram edəcək, Amma onlar da məhv olacaq». 004 NUM 024 025 Bundan sonra Bilam yola çıxıb evinə qayıtdı. Balaq da öz yoluna davam etdi. 004 NUM 025 001 İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı. 004 NUM 025 002 Bu qadınlar allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi. 004 NUM 025 003 İsrail övladları Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı. 004 NUM 025 004 Rəbb Musaya dedi: «Xalqın bütün başçılarını götürüb gündüz Rəbbin önündə dar ağacından asdır. Beləliklə, qoy Rəbbin qızğın qəzəbi İsraildən dönsün». 004 NUM 025 005 Buna görə Musa İsrailin hakimlərinə dedi: «Hər biriniz öz adamlarınız arasında Peordakı Baala səcdə edənlərə qoşulanları öldürün». 004 NUM 025 006 Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi. 004 NUM 025 007 Kahin Harun oğlu Eleazar oğlu Pinxas bunu görən kimi icmanın arasından qalxdı və əlinə bir nizə götürdü. 004 NUM 025 008 İsrailli adamın ardınca çadırın içinə girdi, nizəni İsrailli kişinin və qadının qarnına soxdu. Beləliklə, İsrail övladlarını qıran vəba dayandı. 004 NUM 025 009 Vəbadan ölənlərin sayı iyirmi dörd min nəfər idi. 004 NUM 025 010 Rəbb Musaya dedi: 004 NUM 025 011 «Kahin Harun oğlu Eleazar oğlu Pinxas Mənim qəzəbimi İsrail övladlarından döndərdi, çünki aralarında yalnız o Mənim qeyrətimi çəkdi. Beləliklə, Mən qeyrətimə görə İsrail övladlarını məhv etmədim. 004 NUM 025 012 Buna görə söylə: “Budur, Mən onunla sülh əhdi bağlayıram. 004 NUM 025 013 Bu onun üçün və ondan sonra gələn nəsli üçün əbədi kahinlik əhdi olacaq. Çünki Allahının qeyrətini çəkib İsrail övladları üçün kəffarə etdi”». 004 NUM 025 014 Midyanlı qadınla birgə öldürülən İsrailli kişinin adı Salu oğlu Zimri idi. O, Şimeonlular arasında bir nəsil rəhbəri idi. 004 NUM 025 015 Öldürülən Midyanlı qadının adı Sur qızı Kozbi idi. Sur Midyanda bir nəsil başçısı idi. 004 NUM 025 016 Rəbb Musaya dedi: 004 NUM 025 017 «Midyanlıları düşmən hesab edin və onları qırın. 004 NUM 025 018 Çünki onlar hiylə ilə sizə düşmənçilik etdilər. Peor hadisəsində və Peorda baş verən vəba günündə öldürülən bacıları, Midyanlı bəyin qızı Kozbi məsələsində sizi aldatdılar». 004 NUM 026 001 Vəbadan sonra Rəbb Musaya və kahin Harun oğlu Eleazara dedi: 004 NUM 026 002 «Bütün İsrail övladlarının icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın». 004 NUM 026 003 Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb dedi: 004 NUM 026 004 «Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!» Misir torpağından çıxan İsrail övladları bunlardır: 004 NUM 026 005 İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: Xanok soyundan Xanok nəsli; Pallu soyundan Pallu nəsli; 004 NUM 026 006 Xesron soyundan Xesron nəsli; Karmi soyundan Karmi nəsli. 004 NUM 026 007 Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi. 004 NUM 026 008 Palunun oğlu Eliav, 004 NUM 026 009 Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd getdilər. 004 NUM 026 010 Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə ölənlər başqalarına da bir ibrət oldu. 004 NUM 026 011 Qorahın nəsli isə ölmədi. 004 NUM 026 012 Nəsillərinə görə Şimeonlular bunlardır: Nemuel soyundan Nemuel nəsli; Yamin soyundan Yamin nəsli; Yakin soyundan Yakin nəsli; 004 NUM 026 013 Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli; 004 NUM 026 014 Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir. 004 NUM 026 015 Nəsillərinə görə Qadlılar bunlardır: Sefon soyundan Sefon nəsli; Haqqi soyundan Haqqi nəsli; Şuni soyundan Şuni nəsli; 004 NUM 026 016 Ozni soyundan Ozni nəsli; Eri soyundan Eri nəsli: 004 NUM 026 017 Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli. 004 NUM 026 018 Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir. 004 NUM 026 019 Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər. 004 NUM 026 020 Nəsillərinə görə Yəhudalılar bunlardır: Şela soyundan Şela nəsli; Peres soyundan Peres nəsli; Zerah soyundan Zerah nəsli. 004 NUM 026 021 Peres övladları bunlardır: Xesron soyundan Xesron nəsli; Xamul soyundan Xamul nəsli. 004 NUM 026 022 Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir. 004 NUM 026 023 Nəsillərinə görə İssakar övladları bunlardır: Tola soyundan Tola nəsli; Puva soyundan Puva nəsli; 004 NUM 026 024 Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli. 004 NUM 026 025 İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir. 004 NUM 026 026 Nəsillərinə görə Zevulunlular bunlardır: Sered soyundan Sered nəsli; Elon soyundan Elon nəsli; Yaxleel soyundan Yaxleel nəsli. 004 NUM 026 027 Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir. 004 NUM 026 028 Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim. 004 NUM 026 029 Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli; 004 NUM 026 030 Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli; 004 NUM 026 031 Asriel soyundan Asriel nəsli; Şekem soyundan Şekem nəsli; 004 NUM 026 032 Şemida soyundan Şemida nəsli; Xefer soyundan Xefer nəsli. 004 NUM 026 033 Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi. 004 NUM 026 034 Menaşşe nəsilləri bunlardır, sayları 52 700 nəfərdir. 004 NUM 026 035 Nəsillərinə görə Efrayim övladları bunlardır: Şutelah soyundan Şutelah nəsli; Beker soyundan Beker nəsli; Taxan soyundan Taxan nəsli; 004 NUM 026 036 Şutelah övladları bunlardır: Eran soyundan Eran nəsli. 004 NUM 026 037 Efrayim övladlarının nəsilləri bunlardır, sayları 32 500 nəfərdir. Nəsillərinə görə Yusif övladları bunlardır. 004 NUM 026 038 Nəsillərinə görə Binyaminlilər bunlardır: Bela soyundan Bela nəsli; Aşbel soyundan Aşbel nəsli; Axiram soyundan Axiram nəsli; 004 NUM 026 039 Şufam soyundan Şufam nəsli; Xufam soyundan Xufam nəsli. 004 NUM 026 040 Belanın oğulları Ardla Naaman nəslindən törənənlər bunlardır: Ard soyundan Ard nəsli; Naaman soyundan Naaman nəsli. 004 NUM 026 041 Nəsillərinə görə Binyamin övladları bunlardır, sayları 45 600 nəfərdir. 004 NUM 026 042 Nəsillərinə görə Dan övladları bunlardır: Şuxam soyundan Şuxam nəsli. Bunlar Dan nəslindən törənən nəsillərdir. 004 NUM 026 043 Hamısı Şuxam nəslindəndir, sayları 64 400 nəfərdir. 004 NUM 026 044 Nəsillərinə görə Aşerlilər bunlardır: İmna soyundan İmna nəsli; İşvi soyundan İşvi nəsli; Beria soyundan Beria nəsli. 004 NUM 026 045 Beria övladları bunlardır: Xever soyundan Xever nəsli; Malkiel soyundan Malkiel nəsli. 004 NUM 026 046 Aşerin Serah adında bir qızı var idi. 004 NUM 026 047 Aşer övladları bunlardır, sayı 53 400 nəfərdir. 004 NUM 026 048 Nəsillərinə görə Naftali övladları bunlardır: Yaxseel soyundan Yaxseel nəsli; Quni soyundan Quni nəsli; 004 NUM 026 049 Yeser soyundan Yeser nəsli; Şillem soyundan Şillem nəsli. 004 NUM 026 050 Naftali nəsilləri bunlardır, sayları 45 400 nəfərdir. 004 NUM 026 051 Sayılan İsrail övladlarının cəmi 601 730 kişi idi. 004 NUM 026 052 Rəbb Musaya belə dedi: 004 NUM 026 053 «Adamların sayına görə ölkə bunlara irs olaraq bölünsün. 004 NUM 026 054 Sayı çox olana böyük, sayı az olana az pay verəcəksən. Siyahıya yazılanların sayına görə hər birinə düşən pay verilsin. 004 NUM 026 055 Ancaq torpaq püşklə bölünsün. Hər kəsin payı atalarının aid olduğu qəbilələrin adına görə olacaq. 004 NUM 026 056 Kiçik ya böyük – hər qəbilənin payı püşklə bölünsün». 004 NUM 026 057 Nəsillərinə görə sayılan Levililər bunlardır: Gerşon soyundan Gerşon nəsli; Qohat soyundan Qohat nəsli; Merari soyundan Merari nəsli. 004 NUM 026 058 Bunlar da Levi nəsilləridir: Livni nəsli, Xevron nəsli, Maxli nəsli, Muşi nəsli, Qorah nəsli. Qohat Amramın atası idi. 004 NUM 026 059 Amramın arvadının adı Yokeved idi. O, Misirdə Levi nəslindən doğulmuşdu. Amramdan Harun, Musa və bacıları Məryəm doğuldu. 004 NUM 026 060 Harunun Nadav, Avihu, Eleazar, İtamar adlı uşaqları oldu. 004 NUM 026 061 Nadavla Avihu Rəbbin önündə haram od təqdim edərkən öldülər. 004 NUM 026 062 Levililərdən sayılan bir aylıq və ondan yuxarı yaşda bütün kişi cinsindən olanlar 23 000 nəfər idi. Bunlar o biri İsrail övladları ilə birlikdə siyahıya alınmışdı. Çünki İsrail övladları arasında onlara miras verilməmişdi. 004 NUM 026 063 İsrail övladlarının siyahısı İordan çayının yanında, Yerixo qarşısındakı Moav düzənliyində Musa və kahin Eleazar tərəfindən tutuldu. 004 NUM 026 064 Amma Musa ilə kahin Harunun Sina səhrasında saydığı İsrail övladlarından heç kim bu siyahıda olmadı. 004 NUM 026 065 Ona görə ki Rəbb o vaxt siyahıya alınan İsrail övladlarının səhrada öləcəyini qətiyyətlə söyləmişdi. Onlardan Yefunne oğlu Kalevlə Nun oğlu Yeşuadan başqa kimsə sağ qalmamışdı. 004 NUM 027 001 Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın qızları Yusif oğlu Menaşşenin nəsillərinə mənsub idi. Qızların adları belədir: Maxla, Noa, Xoqla, Milka və Tirsa. 004 NUM 027 002 Onlar Musanın, kahin Eleazarın və rəhbərlərlə bütün icmanın önündə, Hüzur çadırının girişində durub dedilər: 004 NUM 027 003 «Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı. 004 NUM 027 004 Oğlu olmadığına görə onun adı öz nəsli arasından nə üçün silinməlidir? Atamızın qardaşları arasında bizə bir mülk verin». 004 NUM 027 005 Musa onların işini Rəbbin önünə qoydu. 004 NUM 027 006 Rəbb Musaya dedi: 004 NUM 027 007 «Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir. 004 NUM 027 008 İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir. 004 NUM 027 009 Əgər onun qızı yoxdursa, onda mirasını onun qardaşlarına ver. 004 NUM 027 010 Əgər qardaşları yoxdursa, onda mirasını atasının qardaşlarına ver. 004 NUM 027 011 Əgər atasının qardaşları yoxdursa, o zaman mirasını nəslindən ona ən yaxın olan qohumuna ver ki, mülk onun olsun. Bu, Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladlarına qanun və hökm olsun». 004 NUM 027 012 Rəbb Musaya dedi: «Bu Avarim dağına çıx və İsrail oğullarına verdiyim ölkəni gör. 004 NUM 027 013 Onu gördükdən sonra qardaşın Harun nə cür xalqına qovuşdusa, sən də elə ölüb, xalqına qovuşacaqsan. 004 NUM 027 014 Çünki Zin səhrasında əmrimə qarşı çıxdınız. İcma Mənə üsyan edəndə sulara görə onların gözləri önündə Mənim müqəddəsliyimi etiraf etmədiniz». Bunlar Zin səhrasındakı Qadeşdə olan Meriva sularıdır. 004 NUM 027 015 Musa Rəbbə dedi: 004 NUM 027 016 «Rəbb – bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin, 004 NUM 027 017 o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın». 004 NUM 027 018 Rəbb Musaya dedi: «İçində Ruh olan bir adamı – Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan. 004 NUM 027 019 Onu kahin Eleazar və bütün icma qarşısında dayandırıb onların gözləri önündə ona vəzifə tapşır. 004 NUM 027 020 Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin. 004 NUM 027 021 O, hökm almaq üçün kahin Eleazarın qarşısında duracaq. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib-gəlsinlər». 004 NUM 027 022 Musa Rəbbin ona əmr etdiyi kimi etdi: Yeşuanı götürüb kahin Eleazarın və bütün icmasının önündə dayandırdı. 004 NUM 027 023 Rəbbin Musa vasitəsilə əmr etdiyi kimi əllərini onun üzərinə qoyaraq ona vəzifə tapşırdı. 004 NUM 028 001 Rəbb Musaya dedi: 004 NUM 028 002 «İsrail övladlarına əmr edib de: “Diqqət edin ki, Mənə təqdim olunan payı – yandırma təqdimini, Mənim xoşuma gələn ətri öz vaxtında verəsiniz”. 004 NUM 028 003 Onlara de: “Rəbbə verəcəyiniz yandırma təqdimi budur: daimi yandırma qurbanı olaraq hər gün iki birillik qüsursuz erkək toğlu. 004 NUM 028 004 Toğlulardan birini səhər, o birini isə axşamçağı təqdim edin. 004 NUM 028 005 Toğlu ilə birlikdə taxıl təqdimi olaraq dörddə bir hin çəkilmiş zeytun yağı ilə yoğrulmuş efanın onda biri narın un təqdim edin. 004 NUM 028 006 Bu, daimi yandırma qurbanı, Sina dağında buyurulan, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir. 004 NUM 028 007 Hər toğlu ilə birlikdə içmə təqdimi olaraq dörddə bir hin kefləndirici içkini Rəbbin adına müqəddəs yerdə tökün. 004 NUM 028 008 O biri toğlunu axşamçağı təqdim edin. Səhərki kimi taxıl təqdimi və içmə təqdimi ilə birlikdə onu təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. 004 NUM 028 009 Şənbə günündə iki birillik qüsursuz erkək toğlu və taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un və onun içmə təqdimini təqdim edin. 004 NUM 028 010 Daimi yandırma qurbanı və onun içmə təqdimindən başqa hər Şənbənin yandırma qurbanı olan təqdim budur. 004 NUM 028 011 Hər ayın başında Rəbbə yandırma qurbanı olaraq qüsursuz iki buğa və bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. 004 NUM 028 012 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa narın un və tək qoç üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda iki efa narın un, 004 NUM 028 013 hər toğlu üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un təqdim edin. Bu, yandırma qurbanı Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir. 004 NUM 028 014 Onların içmə təqdimləri bir buğa üçün yarım hin, qoç üçün üçdə bir hin və bir toğlu üçün dörddə bir hin şərab olacaq. İl boyu hər yeni ayda veriləcək yandırma qurbanı budur. 004 NUM 028 015 Daimi yandırma qurbanı və onun içmə təqdimlərindən başqa Rəbbə günah təqdimi olaraq bir təkə də təqdim edin. 004 NUM 028 016 Birinci ayın on dördüncü günü Rəbbin Pasxa bayramıdır. 004 NUM 028 017 Bu ayın on beşinci günü bayram olsun, yeddi gün mayasız çörək yeyilsin. 004 NUM 028 018 Birinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin. 004 NUM 028 019 Rəbbə yandırma qurbanı, yandırma təqdimi olaraq iki buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin; hamısı qüsursuz olsun. 004 NUM 028 020 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki, 004 NUM 028 021 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. 004 NUM 028 022 Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə təqdim edin. 004 NUM 028 023 Hər səhər təqdim edəcəyiniz daimi yandırma qurbanına əlavə olaraq bunları da təqdim edin. 004 NUM 028 024 Beləliklə, yeddi gün ərzində hər gün Rəbbin payını, Onun xoşuna gələn ətri – yandırma təqdimini verin. Bunu daimi yandırma qurbanı ilə içmə təqdiminə əlavə olaraq verin. 004 NUM 028 025 Yeddinci gün müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin. 004 NUM 028 026 Nübarın təqdim edilməsi günü Həftələr bayramında Rəbbə təzə taxıl təqdimi gətirəndə müqəddəs toplantı keçirin, gündəlik işlərinizi görməyin. 004 NUM 028 027 Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi iki buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla təqdim edin. 004 NUM 028 028 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, tək qoç üçün onda iki efa, 004 NUM 028 029 yeddi toğludan hər toğlu üçün isə onda bir efa narın un təqdim edin. 004 NUM 028 030 Özünüzü kəffarə etmək üçün bir təkə də təqdim edin. 004 NUM 028 031 Daimi yandırma qurbanı taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Qurban etdiyiniz heyvanlar qüsursuz olmalıdır. 004 NUM 029 001 Yeddinci ayda, ayın birində müqəddəs toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. O gün sizin üçün şeypur çalma günü olacaq. 004 NUM 029 002 Yandırma qurbanını Rəbbin xoşuna gələn ətir kimi qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu olmaqla verin. 004 NUM 029 003 Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa, 004 NUM 029 004 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. 004 NUM 029 005 Özünüzü kəffarə etmək üçün günah qurbanı olaraq bir təkə də təqdim edin. 004 NUM 029 006 Aylıq və gündəlik yandırma qurbanları ilə lazımi taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. Bu, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir. 004 NUM 029 007 Həmin yeddinci ayın onunda müqəddəs toplantı keçirin; özünüzü hər şeydən məhrum edin və heç bir iş görməyin. 004 NUM 029 008 Rəbbə xoş ətir kimi yandırma qurbanı olaraq bir buğa, bir qoç, birillik yeddi erkək toğlu təqdim edin. Onlar qüsursuz olmalıdır. 004 NUM 029 009 Buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, qoç üçün onda iki efa, 004 NUM 029 010 yeddi toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. 004 NUM 029 011 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Kəffarələr üçün günah qurbanına, daimi yandırma qurbanına, onun taxıl təqdiminə və onların içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 012 Yeddinci ayın on beşinci günündə müqəddəs toplantı keçirin; heç bir gündəlik işlərinizi görməyin. Rəbbin şərəfinə yeddi gün bayram keçirin. 004 NUM 029 013 Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz on üç buğa, iki qoç və birillik on dörd erkək toğlu verin. Onlar qüsursuz olmalıdır. 004 NUM 029 014 Hər buğa üçün taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş onda üç efa, hər qoç üçün onda iki efa, 004 NUM 029 015 on dörd toğludan hər toğlu üçün onda bir efa narın un təqdim edin. 004 NUM 029 016 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 017 İkinci gün qüsursuz on iki buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 004 NUM 029 018 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 004 NUM 029 019 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 020 Üçüncü gün qüsursuz on bir buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 004 NUM 029 021 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 004 NUM 029 022 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 023 Dördüncü gün qüsursuz on buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 004 NUM 029 024 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 004 NUM 029 025 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 026 Beşinci gün qüsursuz doqquz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 004 NUM 029 027 Buğa, qoç və toğluların sayına görə lazımi taxıl və içmə təqdimlərini gətirin. 004 NUM 029 028 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 029 Altıncı gün qüsursuz səkkiz buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 004 NUM 029 030 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 004 NUM 029 031 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 032 Yeddinci gün qüsursuz yeddi buğa, iki qoç, birillik on dörd erkək toğlu təqdim edin. 004 NUM 029 033 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 004 NUM 029 034 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 035 Səkkizinci gün özünüz üçün təntənəli toplantı keçirin, heç bir gündəlik işlərinizi görməyin. 004 NUM 029 036 Yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi olaraq qüsursuz bir buğa, bir qoç və birillik yeddi erkək toğlu təqdim edin. 004 NUM 029 037 Buğa, qoç və toğluların sayına görə onların lazımi taxıl və içmə təqdimlərini gətirin. 004 NUM 029 038 Günah qurbanı olaraq bir təkə də təqdim edin. Daimi yandırma qurbanı ilə taxıl və içmə təqdimlərinə əlavə olaraq bunları gətirin. 004 NUM 029 039 Əhdə görə və könüllü təqdimlərinizdən əlavə təyin olunan bayramlarınızda Rəbbə bu yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi, içmə təqdimlərinizi və ünsiyyət qurbanlarınızı təqdim edin”». 004 NUM 029 040 Musa Rəbbin ona əmr etdiyi hər şeyi İsrail övladlarına bildirdi. 004 NUM 030 001 Musa İsrail övladlarının qəbilə başçılarına dedi: «Rəbb belə əmr etmişdir: 004 NUM 030 002 bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin. 004 NUM 030 003 Əgər atasının evində yaşayan gənc qız Rəbbə əhd edib öhdəsinə nə isə götürərsə, 004 NUM 030 004 lakin atası onun əhdini və öhdəsinə götürdüyü şeyi eşidəndə ona qarşı çıxmazsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylərin hamısı qüvvədə qalar. 004 NUM 030 005 Amma atası bunları eşidən gün mane olarsa, qızın etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar, çünki atası mane olmuşdur. 004 NUM 030 006 Əgər qız əhd yaxud düşünmədən öhdəsinə bir şey götürdükdən sonra ərə gedərsə, 004 NUM 030 007 bunu eşidən əri həmin gün ona qarşı çıxmazsa, onun etdiyi əhdlər və düşünmədən öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. 004 NUM 030 008 Amma əri bunu eşidən gün mane olarsa, gəlinin etdiyi əhdlər və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Rəbb onu bağışlayar. 004 NUM 030 009 Dul yaxud boşanan qadının əhdi və öhdəsinə götürdüyü hər şey qüvvədə qalar. 004 NUM 030 010 Əgər ərli bir qadın əhd edər yaxud öhdəsinə nə isə götürərsə, 004 NUM 030 011 əri bunu eşidəndə ona qarşı çıxmayıb mane olmazsa, qadının bütün əhdləri yaxud öhdəsinə götürdüyü şeylər qüvvədə qalar. 004 NUM 030 012 Amma əri bunları eşidən gün ona mane olarsa, qadının bütün əhdləri və öhdəsinə götürdüyü şeylər qüvvədən düşər. Əri mane olduğu üçün Rəbb qadını bağışlayar. 004 NUM 030 013 Əri qadının özünü məhrum etmək üçün etdiyi əhdləri yaxud and içərək öhdəsinə götürdüyü şeyləri təsdiq edə bilər ya da mane ola bilər. 004 NUM 030 014 Əgər əri bir gün içində bu barədə ona qarşı çıxmazsa, bütün əhdləri yaxud öhdəliklərini təsdiqləmiş olur. Onları eşidən gün qadına qarşı çıxmamaqla təsdiqləmiş sayılar. 004 NUM 030 015 Əgər onları eşitdikdən bir müddət sonra mane olursa, qadının cəzasını əri çəkər». 004 NUM 030 016 Kişi ilə arvadı, atası ilə onun evində yaşayan gənc qızı arasında münasibət barədə Rəbbin Musaya əmr etdiyi qaydalar bunlardır. 004 NUM 031 001 Rəbb Musaya belə dedi: 004 NUM 031 002 «İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan». 004 NUM 031 003 Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar. 004 NUM 031 004 İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin». 004 NUM 031 005 Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi. 004 NUM 031 006 Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü. 004 NUM 031 007 Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar. 004 NUM 031 008 Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər. 004 NUM 031 009 Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər. 004 NUM 031 010 Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular. 004 NUM 031 011 İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər. 004 NUM 031 012 Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər. 004 NUM 031 013 Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar. 004 NUM 031 014 Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib 004 NUM 031 015 «Bütün qadınları nə üçün sağ saxladınız?» dedi. 004 NUM 031 016 «Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi. 004 NUM 031 017 İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün. 004 NUM 031 018 Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın. 004 NUM 031 019 Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin. 004 NUM 031 020 Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin». 004 NUM 031 021 Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir. 004 NUM 031 022 Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu, 004 NUM 031 023 oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin. 004 NUM 031 024 Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin». 004 NUM 031 025 Rəbb Musaya dedi: 004 NUM 031 026 «Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın. 004 NUM 031 027 Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün. 004 NUM 031 028 Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın. 004 NUM 031 029 Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin. 004 NUM 031 030 O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin». 004 NUM 031 031 Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər. 004 NUM 031 032 Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi, 004 NUM 031 033 72 000 mal-qara, 004 NUM 031 034 61 000 eşşək, 004 NUM 031 035 kişi ilə yaxınlıq etməmiş 32 000 qız. 004 NUM 031 036 Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi, 004 NUM 031 037 bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi; 004 NUM 031 038 36 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı; 004 NUM 031 039 30 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı; 004 NUM 031 040 16 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı. 004 NUM 031 041 Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi. 004 NUM 031 042 Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır: 004 NUM 031 043 İcmaya düşən yarı pay 337 500 qoyun-keçi, 004 NUM 031 044 36 000 mal-qara, 004 NUM 031 045 30 500 eşşək, 004 NUM 031 046 16 000 insan. 004 NUM 031 047 Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi. 004 NUM 031 048 Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər: 004 NUM 031 049 «Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir. 004 NUM 031 050 Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək». 004 NUM 031 051 Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı; 004 NUM 031 052 minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekel ağırlığında idi. 004 NUM 031 053 Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü. 004 NUM 031 054 Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər. 004 NUM 032 001 Ruvenlilərlə Qadlıların çoxlu heyvanları var idi. Onlar Yazer ilə Gilead torpaqlarını görəndə heyvan otarmaq üçün bu yerlərin münasib olduğunu başa düşdülər. 004 NUM 032 002 Qadlılarla Ruvenlilər gəlib Musaya, kahin Eleazara və icmanın rəhbərlərinə dedilər: 004 NUM 032 003 «Atarot, Divon, Yazer, Nimra, Xeşbon, Elale, Sevam, Nevo və Beon 004 NUM 032 004 Rəbbin İsrail icmasına təslim etdiyi bu ölkə heyvan otarmaq üçün münasib yerdir; qullarının da heyvanları var». 004 NUM 032 005 Sonra əlavə etdilər: «Əgər biz sənin gözündə lütf tapmışıqsa, qoy bu torpaq mülk olaraq biz qullarına verilsin. Bizi İordandan o taya keçirməyin». 004 NUM 032 006 Musa cavab verdi: «İsrailli qardaşlarınız döyüşməyə gedərkən siz buradamı qalmaq niyyətindəsiniz? 004 NUM 032 007 Nə üçün çayı keçib Rəbbin onlara verdiyi torpağa getmək üçün İsrail övladlarını ruhdan salırsınız? 004 NUM 032 008 Qadeş-Barneadan o torpağı gözdən keçirməyə göndərdiyim atalarınız da belə hərəkət etdilər. 004 NUM 032 009 Onlar Eşkol vadisinə çatıb torpağı gördülər, lakin İsrail övladlarını ruhdan saldılar ki, Rəbbin verdiyi torpağa girməsinlər. 004 NUM 032 010 O gün Rəbbin qəzəbi alovlandı və and içib dedi: 004 NUM 032 011 “Misirdən çıxan iyirmi və ondan yuxarı yaşda olan adamların heç biri İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyim torpağı heç vaxt görməyəcək, çünki onlar Mənim yolumda sədaqətlə getmədilər. 004 NUM 032 012 Ancaq Qenizli Yefunne oğlu Kalev və Nun oğlu Yeşua bu torpağı görəcək, çünki onlar yolumda sədaqətlə getdilər”. 004 NUM 032 013 Rəbbin qəzəbi İsrailə qarşı alovlandı və Rəbb gözündə pislik etmiş nəsil ölənə qədər onları qırx il səhrada gəzdirdi. 004 NUM 032 014 Budur, atalarınızın yerinə siz – günahlılar nəsli qalxaraq Rəbbin qızğın qəzəbini İsrailə qarşı daha da alovlandırırsınız. 004 NUM 032 015 Əgər siz indi Rəbbin ardınca getməkdən dönsəniz, O bütün bu xalqı yenə də səhrada atacaq, siz də onların ölümünə səbəb olacaqsınız». 004 NUM 032 016 Ruvenlilərlə Qadlılar Musaya yaxınlaşıb dedilər: «Burada sürülərimiz üçün ağıllar, övladlarımız üçün şəhərlər tikəcəyik. 004 NUM 032 017 Biz isə silahlanıb İsrail övladlarının qabağında getməyə hazırıq. Onlar vəd olunmuş torpağa daxil olana qədər onları tərk etmərik. Uşaqlarımız isə qoy möhkəmlənmiş şəhərlərdə qalsınlar ki, bu torpağın sakinlərindən qorunsunlar. 004 NUM 032 018 İsrail övladlarından hər biri öz irsini alana qədər evlərimizə qayıtmayacağıq. 004 NUM 032 019 Biz onlarla birlikdə İordanın o biri tayındakı torpaqdan irs istəməyəcəyik, çünki bizim payımız İordanın şərq tərəfinə düşdü». 004 NUM 032 020 Musa onlara belə cavab verdi: «Əgər siz belə hərəkət edib silahlanaraq Rəbbin hüzurunda döyüşə getsəniz 004 NUM 032 021 və Rəbb düşmənlərini hüzurundan qovana qədər hamınız Onun hüzurunda İordanın o biri tayına silahlı olaraq keçsəniz, 004 NUM 032 022 bu torpaq Rəbbin önündə sizə tabe olarsa, onda qayıda bilərsiniz. Rəbbin və İsrailin qarşısında borclarınızı yerinə yetirmiş olarsınız. Onda bu torpaq Rəbbin təsdiqi ilə sizin mülkünüz olacaq. 004 NUM 032 023 Lakin əgər belə etməsəniz, budur, Rəbbə qarşı günah etmiş olursunuz və bilin ki, günahınıza görə cəza alacaqsınız. 004 NUM 032 024 Uşaqlarınız üçün şəhərlər, sürüləriniz üçün ağıllar düzəldin. Lakin vədinizi yerinə yetirin». 004 NUM 032 025 Qadlılarla Ruvenlilər Musaya dedilər: «Ağamız necə buyurursa, biz qulların elə də edərik. 004 NUM 032 026 Arvadlarımız, uşaqlarımız, qoyun-keçi və mal-qaramız, burada – Gilead şəhərlərində qalacaq. 004 NUM 032 027 Sənin qulların – hamımız silahlanaraq, ağamız buyurduğu kimi çayı keçib Rəbbin əmri ilə döyüşə çıxacağıq». 004 NUM 032 028 Musa onların haqqında kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladlarının qəbilə başçılarına əmr etdi. 004 NUM 032 029 Musa onlara dedi: «Əgər Qadlılarla Ruvenlilər silahlanaraq Rəbbin əmri ilə sizinlə İordan çayının o biri tayına keçərlərsə, torpaq zəbt olunarsa, onda Gilead torpağını onlara mülk olaraq verin. 004 NUM 032 030 Lakin əgər onlar silahlanıb sizinlə çayın o biri tayına keçməsələr, onlar sizin aranızda – Kənan torpağında miras alacaqlar». 004 NUM 032 031 Qadlılar və Ruvenlilər belə cavab verdilər: «Rəbb sənin qullarına necə deyibsə, biz də elə edərik. 004 NUM 032 032 Biz Rəbbin hüzurunda silahlanıb çaydan Kənan torpağına keçəcəyik, lakin bizim miras aldığımız torpaq İordanın bu tayında olsun». 004 NUM 032 033 Musa Emorlular padşahı Sixonun ölkəsini, Başan padşahı Oqun ölkəsini bütün ətraf şəhərləri və torpaqları ilə birlikdə Ruvenlilərlə Qadlılara və Menaşşe qəbiləsinin yarısına verdi. 004 NUM 032 034 Qadlılar möhkəmlənmiş şəhərlər olaraq Divonu, Atrotu, Aroeri, 004 NUM 032 035 Atrot-Şofanı, Yazeri, Yoqbohanı, 004 NUM 032 036 Bet-Nimranı və Bet-Haranı bərpa etdilər və sürülər üçün ağıllar düzəltdilər. 004 NUM 032 037 Ruvenlilər isə Xeşbonu, Elaleni, Qiryatayimi, 004 NUM 032 038 Nevonu, Baal-Meonu – onların adları sonra dəyişdirildi – və Sivmanı bərpa etdilər. Yenidən tikdikləri şəhərlərə başqa adlar qoydular. 004 NUM 032 039 Menaşşe oğlu Makirin övladları Gileada girib oradakı Emorluları qovdular və oranı ələ keçirdilər. 004 NUM 032 040 Musa Gileadı Menaşşe oğlu Makirin nəslinə verdi. Onlar orada məskən saldılar. 004 NUM 032 041 Menaşşe nəslindən olan Yair gedib Emorluların kəndlərini alaraq adlarını Xavvot-Yair qoydu. 004 NUM 032 042 Novah isə gedib Qenatı və ətrafdakı qəsəbələri aldı. Oranı da öz adı ilə Novah adlandırdı. 004 NUM 033 001 Musa və Harunun başçılığı ilə ordular halında Misir torpağından çıxan İsrail övladlarının köçləri bunlardır. 004 NUM 033 002 Musa Rəbbin əmrinə görə onların köçlərini və dayanacaqlarını qeyd etdi. Onların köçləri və qaldıqları yerlər bunlardır: 004 NUM 033 003 İsrail övladları Pasxa bayramının səhəri, birinci ayın on beşində Misirlilərin gözü qarşısında vüqarla Ramsesdən yola düşdü. 004 NUM 033 004 O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu. 004 NUM 033 005 İsrail övladları Ramsesdən yola çıxıb Sukkotda düşərgə saldılar. 004 NUM 033 006 Sukkotu tərk edib səhra kənarındakı Etamda düşərgə saldılar. 004 NUM 033 007 Etamı tərk edib Baal-Sefonun şərqində Pi-Haxirota qayıtdılar və Miqdol yaxınlığında düşərgə saldılar. 004 NUM 033 008 Pi-Haxirotu tərk edib dənizin ortasından keçərək səhraya çıxdılar. Etam səhrasında üç gün gəzib dolanandan sonra Marada düşərgə saldılar. 004 NUM 033 009 Maranı tərk edib on iki su çeşməsi və yetmiş xurma ağacı olan Elimə gedərək orada düşərgə saldılar. 004 NUM 033 010 Elimi tərk edib Qırmızı dəniz kənarında düşərgə saldılar. 004 NUM 033 011 Qırmızı dənizin kənarından ayrılıb Sin səhrasında düşərgə saldılar. 004 NUM 033 012 Sin səhrasını tərk edib Dofqada düşərgə saldılar. 004 NUM 033 013 Dofqanı tərk edib Aluşda düşərgə saldılar. 004 NUM 033 014 Aluşu tərk edib Refidimdə düşərgə saldılar. Orada xalq üçün içməyə su yox idi. 004 NUM 033 015 Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar. 004 NUM 033 016 Sina səhrasını tərk edib Qivrot-Hattaavada düşərgə saldılar. 004 NUM 033 017 Qivrot-Hattaavanı tərk edib Xaserotda düşərgə saldılar. 004 NUM 033 018 Xaserotu tərk edib Ritmada düşərgə saldılar. 004 NUM 033 019 Ritmanı tərk edib Rimmon-Peresdə düşərgə saldılar. 004 NUM 033 020 Rimmon-Peresi tərk edib Livnada düşərgə saldılar. 004 NUM 033 021 Livnanı tərk edib Rissada düşərgə saldılar. 004 NUM 033 022 Rissanı tərk edib Qehelatda düşərgə saldılar. 004 NUM 033 023 Qehelatı tərk edib Şefer dağında düşərgə saldılar. 004 NUM 033 024 Şefer dağını tərk edib Xaradada düşərgə saldılar. 004 NUM 033 025 Xaradadan ayrılıb Maqhelotda düşərgə saldılar. 004 NUM 033 026 Maqhelotu tərk edib Taxatda düşərgə saldılar. 004 NUM 033 027 Taxatdan ayrılıb Terahda düşərgə saldılar. 004 NUM 033 028 Terahı tərk edib Mitqada düşərgə saldılar. 004 NUM 033 029 Mitqanı tərk edib Xaşmonada düşərgə saldılar. 004 NUM 033 030 Xaşmonadan ayrılıb Moserotda düşərgə saldılar. 004 NUM 033 031 Moserotu tərk edib Bene-Yaaqanda düşərgə saldılar. 004 NUM 033 032 Bene-Yaaqandan ayrılıb Xor-Haqqidqadda düşərgə saldılar. 004 NUM 033 033 Xor-Haqqidqadı tərk edib Yotvatada düşərgə saldılar. 004 NUM 033 034 Yotvatanı tərk edib Avronada düşərgə saldılar. 004 NUM 033 035 Avronanı tərk edib Esyon-Geverdə düşərgə saldılar. 004 NUM 033 036 Esyon-Geveri tərk edib Zin səhrasında, yəni Qadeşdə düşərgə saldılar. 004 NUM 033 037 Qadeşdən ayrılıb Edom torpağının sərhədindəki Hor dağında düşərgə saldılar. 004 NUM 033 038 Kahin Harun Rəbbin əmrinə görə Hor dağına çıxdı. İsraillilərin Misirdən çıxmasının qırxıncı ilində, beşinci ayın birinci günündə orada öldü. 004 NUM 033 039 Harun Hor dağında öləndə yüz iyirmi üç yaşında idi. 004 NUM 033 040 Kənan ölkəsinin Negev bölgəsində yaşayan Kənanlı Arad padşahı eşitdi ki, İsrail övladları gəlib. 004 NUM 033 041 İsrail övladları Hor dağından ayrılıb Salmonada düşərgə saldılar. 004 NUM 033 042 Salmonanı tərk edib Punonda düşərgə saldılar. 004 NUM 033 043 Punonu tərk edib Ovotda düşərgə saldılar. 004 NUM 033 044 Ovotu tərk edib Moav sərhədindəki İye-Avarimdə düşərgə saldılar. 004 NUM 033 045 İye-Avarimi tərk edib Divon-Qadda düşərgə saldılar. 004 NUM 033 046 Divon-Qaddan ayrılıb Almon-Divlataymada düşərgə saldılar. 004 NUM 033 047 Almon-Divlataymanı tərk edib Nevo yaxınlığında olan Avarim dağlıq bölgəsində düşərgə saldılar. 004 NUM 033 048 Avarim dağlıq bölgəsindən ayrılıb İordan çayı yanında, Yerixo qarşısında olan Moav düzənliyində düşərgə saldılar. 004 NUM 033 049 İordan çayı boyunca Bet-Yeşimotdan Avel-Şittimə qədər Moav düzənliyində düşərgə saldılar. 004 NUM 033 050 Orada, İordan çayı yanında, Yerixo qarşısındakı Moav düzənliyində Rəbb Musaya belə dedi: 004 NUM 033 051 «İsrail övladlarına de: “İordan çayından Kənan ölkəsinə keçəndə 004 NUM 033 052 ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların bütün səcdəgah yerlərini dağıdın. 004 NUM 033 053 Ölkəni ələ keçirib orada məskunlaşacaqsınız, çünki mülk almaq üçün oranı sizə verdim. 004 NUM 033 054 Püşklə ölkəni nəsilləriniz arasında bölün. Böyük nəslə böyük torpaq payı, kiçik nəslə kiçik torpaq payı verin. Kimin püşkünə nə çıxsa, qoy ora onun olsun. Paylarınızı atalarınızın qəbilələrinə görə irs alın. 004 NUM 033 055 Amma yerli əhalini qovmasanız, qalanlar böyrünüzü kol kimi dolayıb tikan kimi gözünüzə girəcək. Yaşadığınız ölkədə sizə əziyyət verəcək. 004 NUM 033 056 Mən də onlara nə etməyi düşünsəm, onu sizə edəcəyəm”». 004 NUM 034 001 Rəbb Musaya dedi: 004 NUM 034 002 «İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq: 004 NUM 034 003 Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq. 004 NUM 034 004 Sərhədiniz Aqrabbim keçidinin cənubundan dolaşaraq Zin səhrasına keçəcək və oradan Qadeş-Barneanın cənubuna qədər uzanacaq. Oradan Xasar-Addara uzanıb Asmona keçəcək. 004 NUM 034 005 Sərhəd Asmondan Misir vadisinə qədər dolaşacaq və onun ucu dənizin yanında olacaq. 004 NUM 034 006 Qərb sərhədiniz Böyük dənizi və onun kənarı olacaq, qərb sərhədiniz belə olacaq. 004 NUM 034 007 Şimal sərhədiniz bu olacaq: Böyük dənizdən Hor dağına qədər nişan qoyacaqsınız. 004 NUM 034 008 Hor dağından da Xamat keçidinə qədər nişan qoyacaqsınız. Sərhədin ucu Sedadda olacaq. 004 NUM 034 009 Sərhəd Zifrona uzanacaq və onun ucu Xasar-Enanda olacaq. Bu, şimal sərhədiniz olacaq. 004 NUM 034 010 Şərq sərhədinizə Xasar-Enandan Şefama qədər nişan qoyacaqsınız. 004 NUM 034 011 Sərhəd Şefamdan Ayinin şərq tərəfində olan Rivlaya enəcək və oradan Kinneret gölünün şərq kənarındakı yamaclara çatacaq. 004 NUM 034 012 Sonra sərhəd İordan çayı boyunca enəcək və onun ucu Duz dənizinin yanında olacaq. Hər tərəfdən ölkənizin sərhədləri bunlar olacaq”». 004 NUM 034 013 Musa İsrail övladlarına əmr edib dedi: «Bu o torpaqdır ki, siz onu püşk vasitəsilə bölməlisiniz. Rəbbin əmri ilə onu doqquz yarım qəbilə arasında bölməlisiniz. 004 NUM 034 014 Çünki Ruven qəbiləsinin nəsilləri, Qad qəbiləsinin nəsilləri və Menaşşe qəbiləsinin o biri yarısı öz irsini aldılar. 004 NUM 034 015 Bu iki yarım qəbilə Yerixonun qarşısında İordan çayının şərq tərəfində irsini aldı». 004 NUM 034 016 Rəbb Musaya dedi: 004 NUM 034 017 «Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua. 004 NUM 034 018 Torpaqları bölmək üçün hər qəbilədən bir nəfər rəhbər götürün. 004 NUM 034 019 Bu adamlar bunlardır: Yəhuda qəbiləsi üçün Yefunne oğlu Kalev; 004 NUM 034 020 Şimeon qəbiləsi üçün Ammihud oğlu Şamuel; 004 NUM 034 021 Binyamin qəbiləsi üçün Kislon oğlu Elidad; 004 NUM 034 022 Dan qəbiləsi üçün rəhbər olan Yoqli oğlu Buqqi; 004 NUM 034 023 Yusif oğullarından Menaşşe qəbiləsi üçün rəhbər olan Efod oğlu Xanniel; 004 NUM 034 024 Efrayim qəbiləsi üçün rəhbər olan Şiftan oğlu Qemuel; 004 NUM 034 025 Zevulun qəbiləsi üçün rəhbər olan Parnak oğlu Elisafan; 004 NUM 034 026 İssakar qəbiləsi üçün rəhbər olan Azzan oğlu Paltiel; 004 NUM 034 027 Aşer qəbiləsi üçün rəhbər olan Şelomi oğlu Axihud; 004 NUM 034 028 Naftali qəbiləsi üçün rəhbər olan Ammihud oğlu Pedahel». 004 NUM 034 029 Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar bunlardır. 004 NUM 035 001 İordan çayının yanında, Yerixo qarşısında olan Moav düzənliyində Rəbb Musaya dedi: 004 NUM 035 002 «İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver. 004 NUM 035 003 Beləliklə, Levililərin yaşamaq üçün şəhərləri və onların mal-qaraları, sürüləri və digər heyvanları üçün otlaqları olsun. 004 NUM 035 004 Levililərə verəcəyiniz şəhərlərin ətrafındakı otlaqlar şəhər divarından min qulac uzanacaq. 004 NUM 035 005 Şəhər ortada olaraq şəhərin bayırından şərq tərəfini iki min qulac, cənub tərəfini iki min qulac, qərb tərəfini iki min qulac və şimal tərəfini iki min qulac ölçün. Bu onlar üçün şəhər otlaqları olsun. 004 NUM 035 006 Levililərə verəcəyiniz şəhərlərdən altı sığınacaq şəhər olsun ki, kimisə öldürən oraya qaça bilsin. Bunlardan başqa qırx iki şəhər də verin. 004 NUM 035 007 Levililərə verəcəyiniz şəhərlərin cəmi qırx səkkiz şəhər olsun. Onları otlaqları ilə birgə verin. 004 NUM 035 008 Levililərə verəcəyiniz şəhərlər hər qəbiləyə düşən payın nisbətində alınsın, çox şəhəri olan qəbilədən çox şəhər, az şəhəri olan qəbilədən az şəhər alın». 004 NUM 035 009 Sonra Rəbb Musaya dedi: 004 NUM 035 010 «İsrail övladlarına de: “Siz İordan çayını keçib Kənan torpağına girəndə 004 NUM 035 011 sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, bilmədən adam öldürən oraya qaçsın. 004 NUM 035 012 Qisas alandan sığınacaq şəhərləriniz bunlar olsun ki, adam öldürən şəxs icmanın önündə hökm alana qədər öldürülməsin. 004 NUM 035 013 Verəcəyiniz bu altı şəhər sizin üçün sığınacaq şəhərlər olsun. 004 NUM 035 014 İordan çayının o biri tayında üç şəhər və Kənan torpağında üç şəhər verin. Bunlar sığınacaq şəhərlər olsun. 004 NUM 035 015 Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin. 004 NUM 035 016 Əgər biri dəmir bir alətlə başqa birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir. 004 NUM 035 017 Əgər kimsə əlində insanın ölə biləcəyi bir daşla kimisə vurmuşsa və o adam ölmüşsə, onda o adam qatildir. Qatil öldürülməlidir. 004 NUM 035 018 Yaxud əlində adam öldürə bilən ağac bir alətlə birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir. 004 NUM 035 019 Tökülən qanın qisasını alan özü qatili öldürsün, onunla rastlaşdığı zaman öldürsün. 004 NUM 035 020 Əgər onu kinlə itələyib yaxud pusquda duraraq ona tərəf bir şey atıb öldürmüşsə 004 NUM 035 021 ya da ədavətə görə onu əli ilə vurub öldürmüşsə, vuran mütləq öldürülməlidir. O qatildir, tökülən qanın qisasını alan adam qatilə rast gəldiyi zaman onu öldürsün. 004 NUM 035 022 Ancaq ədavəti olmayaraq birini qəflətən itələmişsə yaxud pusquda durmadan ona bir şey atmışsa 004 NUM 035 023 və yaxud da onu görmədən üstünə adam öldürə bilən bir daş düşürüb öldürmüşsə, onda ölən şəxsi-qərəzlik olmadığından və ona ziyan vurmaq istəmədiyindən 004 NUM 035 024 adam öldürənlə tökülən qanın qisasını alan arasında bu hökmlərə görə icma hökm çıxaracaq. 004 NUM 035 025 İcma tökülən qanın qisasını alanın əlindən adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh olunmuş baş kahinin ölümünə qədər orada qalacaq. 004 NUM 035 026 Əgər adam öldürən qaçdığı sığınacaq şəhərin sərhədini keçərsə, 004 NUM 035 027 tökülən qanın qisasını alan adam öldürəni sığınacaq şəhərin sərhəd kənarında taparsa və onu öldürərsə, o qatil sayılmayacaq. 004 NUM 035 028 Çünki adam öldürən baş kahinin ölümünə qədər sığındığı şəhərdə qalmalı idi. Ancaq baş kahinin ölümündən sonra öz mülkü olan torpağına qayıda bilər. 004 NUM 035 029 Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq. 004 NUM 035 030 Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin. 004 NUM 035 031 Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir. 004 NUM 035 032 Sığınacaq şəhərinə qaçan üçün fidyə almayın ki, kahinin ölümündən əvvəl torpağında yaşamağa qayıtsın. 004 NUM 035 033 Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər. 004 NUM 035 034 Yaşadığınız, Mənim də olduğum ölkəni ləkələməyin. Çünki İsrail övladları arasında yaşayan Rəbb Mənəm”». 004 NUM 036 001 Yusif övladlarının nəsillərindən Menaşşe oğlu Makir oğlu Gilead nəslinin ailə başçıları yaxınlaşıb Musanın önündə və İsrail nəsil başçıları olan rəhbərlərin önündə belə danışdılar: 004 NUM 036 002 «Rəbb ölkəni irs olaraq püşk ilə İsrail övladları arasında bölüşdürməyi ağamıza əmr etdi. Soydaşımız Selofxadın irsini onun qızlarına vermək ağamıza Rəbb tərəfindən əmr olundu. 004 NUM 036 003 Əgər Selofxadın qızları başqa bir İsrail qəbiləsinə mənsub kişilərə ərə getsələr, onların irsi bizim irsimizdən götürülüb mənsub olacaqları qəbilənin irsinə qatılar. Beləliklə, püşklə bizə düşən pay azalar. 004 NUM 036 004 İsrail övladlarının Azadlıq ili gələndə qızların irsi ərlərinin mənsub olduqları qəbilənin irsinə əlavə olunar. Beləliklə, qızların irsi atalarımızın qəbiləsinə düşən irsdən alınar». 004 NUM 036 005 Musa Rəbbin əmrinə görə İsrail övladlarına əmr edib dedi: «Yusif nəslinin qəbiləsi doğru söyləyir. 004 NUM 036 006 Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə gedə bilər, ancaq atalarının mənsub olduğu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki, 004 NUM 036 007 İsrail övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə bağlı qalsın. 004 NUM 036 008 İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun. 004 NUM 036 009 İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə bağlı qalsın». 004 NUM 036 010 Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları 004 NUM 036 011 Maxla, Tirsa, Xoqla, Milka və Noa əmisi oğlanlarına ərə getdilər. 004 NUM 036 012 Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər. Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı. 004 NUM 036 013 Rəbbin Musa vasitəsilə İordan çayının yanında Yerixo qarşısındakı Moav düzənliyində İsrail övladlarına verdiyi əmr və hökmlər bunlardır. # # BOOK 005 DEU Deuteronomy Qanunun Təkrari 005 DEU 001 001 İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi: 005 DEU 001 002 Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi. 005 DEU 001 003 Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi. 005 DEU 001 004 Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi. 005 DEU 001 005 İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı. 005 DEU 001 006 «Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız! 005 DEU 001 007 Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin. 005 DEU 001 008 Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”. 005 DEU 001 009 O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm. 005 DEU 001 010 Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz. 005 DEU 001 011 Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin. 005 DEU 001 012 Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim? 005 DEU 001 013 Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”. 005 DEU 001 014 Siz də “sən deyən yaxşıdır” dediniz. 005 DEU 001 015 Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim. 005 DEU 001 016 O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun. 005 DEU 001 017 Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”. 005 DEU 001 018 O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim. 005 DEU 001 019 Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq. 005 DEU 001 020 Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız. 005 DEU 001 021 Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”. 005 DEU 001 022 O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”. 005 DEU 001 023 Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm. 005 DEU 001 024 Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər. 005 DEU 001 025 Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”. 005 DEU 001 026 Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz. 005 DEU 001 027 Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin. 005 DEU 001 028 Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”. 005 DEU 001 029 Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin. 005 DEU 001 030 Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir. 005 DEU 001 031 İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”. 005 DEU 001 032 Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla 005 DEU 001 033 qarşınızca yol gedən Rəbbə etibar etmədiniz. 005 DEU 001 034 Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi: 005 DEU 001 035 “Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək. 005 DEU 001 036 Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”. 005 DEU 001 037 Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən. 005 DEU 001 038 Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək. 005 DEU 001 039 ‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar. 005 DEU 001 040 Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”. 005 DEU 001 041 Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız. 005 DEU 001 042 Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”. 005 DEU 001 043 Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz. 005 DEU 001 044 Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar. 005 DEU 001 045 Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı. 005 DEU 001 046 Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız. 005 DEU 002 001 Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra 005 DEU 002 002 Rəbb mənə belə dedi: 005 DEU 002 003 “Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün. 005 DEU 002 004 Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun. 005 DEU 002 005 Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm. 005 DEU 002 006 Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”. 005 DEU 002 007 Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb. 005 DEU 002 008 Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik. 005 DEU 002 009 Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”. 005 DEU 002 010 Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı. 005 DEU 002 011 Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar. 005 DEU 002 012 Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar. 005 DEU 002 013 Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik. 005 DEU 002 014 Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı. 005 DEU 002 015 Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu. 005 DEU 002 016 Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra 005 DEU 002 017 Rəbb mənə belə dedi: 005 DEU 002 018 “Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz. 005 DEU 002 019 Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”. 005 DEU 002 020 Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar. 005 DEU 002 021 Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar. 005 DEU 002 022 Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar. 005 DEU 002 023 Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar. 005 DEU 002 024 Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin. 005 DEU 002 025 Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”. 005 DEU 002 026 Qedemot səhrasından Xeşbon padşahı Sixonun yanına sülh danışığı üçün qasidlər göndərdim və dedim: 005 DEU 002 027 “Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik. 005 DEU 002 028 Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir. 005 DEU 002 029 Seirdə yaşayan Esav övladları və Arda yaşayan Moavlılar etdiyi kimi sən də izin ver ki, İordan çayından Allahımız Rəbbin bizə verdiyi torpağa keçək”. 005 DEU 002 030 Lakin Xeşbon padşahı Sixon bizi torpağından keçməyə qoymadı. Çünki bugünkü kimi Allahınız Rəbb sizə təslim etmək üçün onu inadkar və daşürəkli etdi. 005 DEU 002 031 Rəbb mənə dedi: “Bax Sixonu və ölkəsini sənə təslim etməyə başlayıram. Oranı fəth edib irs olaraq almağa başla”. 005 DEU 002 032 Sixon özü və bütün ordusu döyüşmək üçün Yahsada bizim qarşımıza çıxdı. 005 DEU 002 033 Allahımız Rəbb onu bizə təslim etdi. Biz də Sixonu, övladlarını və bütün ordusunu qırdıq. 005 DEU 002 034 O vaxt onun bütün şəhərlərini aldıq. Hər bir şəhəri kişi, qadın və uşaqlarla birlikdə tamamilə məhv etdik: kimsəni sağ qoymadıq. 005 DEU 002 035 Heyvanlarını götürüb aldığımız şəhərləri talan etdik. 005 DEU 002 036 Arnon vadisinin kənarında Aroerdən və vadidə olan şəhərdən Gileadadək qarşımıza bizdən güclü bir şəhər çıxmadı. Allahımız Rəbb onların hamısını bizə təslim etdi. 005 DEU 002 037 Lakin Ammonluların ölkəsinə, bütün Yabboq çayı kənarına və dağlıq bölgəsindəki şəhərlərə – Allahımız Rəbbin qadağan etdiyi heç yerə yaxınlaşmadıq. 005 DEU 003 001 Sonra istiqaməti dəyişib Başana yollandıq. Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə bizimlə döyüşə çıxdı. 005 DEU 003 002 Rəbb mənə dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”. 005 DEU 003 003 Allahımız Rəbb Başan padşahı Oqu və bütün ordusunu bizə təslim etdi. Biz də kimsəni sağ buraxmadan hamısını qırıb 005 DEU 003 004 bütün şəhərlərini aldıq, almadığımız bir şəhər belə, qalmadı. Aldığımız şəhərlərin sayı altmış idi. Bu yerlər Başanda Oqun ölkəsi olan bütün Arqov diyarını təşkil edirdi. 005 DEU 003 005 Şəhərlərin hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuşdu. Bundan əlavə, çoxlu divarsız kəndlər də var idi. 005 DEU 003 006 Xeşbon padşahı Sixonun başına gətirdiyimiz kimi onları da qırıb kişi, qadın və uşaqları ilə bərabər şəhərlərin hamısını tamamilə məhv etdik. 005 DEU 003 007 Bütün heyvanları götürüb şəhərləri talan etdik. 005 DEU 003 008 Beləcə o vaxtlar Arnon vadisindən Xermon dağına qədər olan İordan çayının şərqindəki Emorluların iki padşahının əlindən ölkəni aldıq. 005 DEU 003 009 Sidonlular Xermonu Siryon adlandırırdılar. Emorlular isə oraya Senir deyirdilər. 005 DEU 003 010 Yaylada olan bütün şəhərləri, bütün Gileadı, Oqun Başan ölkəsindəki şəhərləri olan Selka və Edreiyə qədər bütün Başan torpağını aldıq. 005 DEU 003 011 Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi. 005 DEU 003 012 O vaxt irs olaraq bu torpaqları aldıq: Arnon vadisinin yanında olan Aroerdən başlanan ölkəni, Gilead dağlıq bölgəsinin yarısını şəhərləri ilə bərabər Ruvenlilərə və Qadlılara verdim. 005 DEU 003 013 Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi. 005 DEU 003 014 Menaşşe oğlu Yair Geşurlular və Maakatlıların sərhədinə qədər Arqov diyarını aldı. Oraya – Başana öz adına uyğun Xavvot-Yair adını verdi, bu günə qədər də belə adlanır. 005 DEU 003 015 Gileadı Makirə verdim. 005 DEU 003 016 Ruvenlilərlə Qadlılara Gileaddan Arnon vadisinə qədər uzanan torpaqları verdim. Vadinin ortası onların sərhədi, Ammonlularla sərhədləri isə Yabboq çayı idi. 005 DEU 003 017 Aravada sərhəd İordan çayı idi: Kinneretdən Arava dənizinə, yəni Duz dənizinə, şərq tərəfdəki Pisqa yamaclarının altına qədər uzanırdı. 005 DEU 003 018 O vaxtlar sizə əmr edib dedim: “Bu torpağı mülk olaraq almaq üçün Allahınız Rəbb sizə verdi. Siz – bütün cəngavərlər silahlanaraq soydaşlarınız İsrail övladlarının qarşısında gedin. 005 DEU 003 019 Hər biriniz sizə verdiyim şəhərlərə sonralar qayıda bilərsiniz”. 005 DEU 003 020 Amma Rəbb sizin kimi soydaşlarınıza da rahatlıq verənə qədər, Rəbbin İordan çayının şərqində onlara verdiyi torpağı mülk olaraq alana qədər arvadlarınız, uşaqlarınız və heyvanlarınız – bilirəm ki, çox heyvanlarınız var – sizə verdiyim şəhərlərdə qalsınlar. 005 DEU 003 021 O vaxtlar Yeşuaya əmr edib dedim: “Allahınız Rəbbin bu iki padşahın başına gətirdiyi hər şeyi gözlərinizlə gördünüz. Rəbb keçəcəyiniz bütün ölkələrdə belə edəcək. 005 DEU 003 022 Onlardan qorxmayın, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşəcək!” 005 DEU 003 023 O zaman Rəbbə yalvararaq dedim: 005 DEU 003 024 “Ya Xudavənd Rəbb, Sən Öz böyüklüyünü və qüdrətli əlini bu quluna göstərməyə başladın. Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun! 005 DEU 003 025 Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı – o gözəl dağlıq bölgəsini və Livanı görüm”. 005 DEU 003 026 Lakin sizin ucbatınızdan Rəbb mənə qəzəblənmişdi, ona görə də məni eşitmədi və dedi: “Bəsdir, bu barədə bir daha Mənə müraciət etmə! 005 DEU 003 027 Pisqa təpəsinə çıxıb qərbə, şimala, cənuba və şərqə göz gəzdir. Qoy gözlərin oraları görsün, çünki sən İordan çayını keçməyəcəksən. 005 DEU 003 028 Yeşuaya əmr ver. Ona cəsarət verərək qüvvətləndir, çünki bu xalqın önündən keçərək görəcəyin torpağı irs olaraq onlar üçün Yeşua böləcək”. 005 DEU 003 029 Buna görə də Bet-Peor qarşısında olan dərədə dayandıq. 005 DEU 004 001 İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız. 005 DEU 004 002 Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin. 005 DEU 004 003 Rəbbin Baal-Peorda nələr etdiyini öz gözünüzlə gördünüz. Allahınız Rəbb Peordakı Baala səcdə edənlərin hamısını aranızdan yox etdi. 005 DEU 004 004 Siz isə Allahınız Rəbbə sadiq olduğunuz üçün bu gün sağsınız. 005 DEU 004 005 Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz. 005 DEU 004 006 Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır! 005 DEU 004 007 Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? 005 DEU 004 008 Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun? 005 DEU 004 009 Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin. 005 DEU 004 010 Xorevdə Allahınız Rəbbin önündə dayandığınız günü xatırlayın. O zaman Rəbb mənə dedi: “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm. Belə ki yer üzərində yaşadıqları müddətdə yalnız Məndən qorxmağı öyrənsinlər və övladlarına öyrətsinlər”. 005 DEU 004 011 Siz də yaxınlaşıb dağın ətəyində dayandınız. Dağ yanır, alovu göyün dərinliklərinə çatırdı. Hər yan isə qara bulud və qatı zülmət içində idi. 005 DEU 004 012 Rəbb sizinlə bu alovun içərisindən danışdı. Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi. 005 DEU 004 013 O sizə əhdini, yəni əməl etmənizi buyurduğu On Əmri elan etdi. Bunları iki daş lövhə üzərinə yazdı. 005 DEU 004 014 Elə o vaxt Rəbb mənə mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əməl edəcəyiniz qayda və hökmləri öyrətmək tapşırığını verdi. 005 DEU 004 015 Rəbb Xorevdə alovun içərisindən sizinlə danışan gün heç bir surət görmədiniz. Buna görə çox diqqətli olun ki, 005 DEU 004 016 yoldan azıb özünüz üçün kişi və yaxud qadınabənzər, 005 DEU 004 017 yerdə olan hər hansı bir heyvanabənzər, göydə uçan hər hansı bir qanadlı quşabənzər, 005 DEU 004 018 torpaqda sürünən hər hansı bir məxluqabənzər, yerin dərinliklərində yığılan suda yaşayan hər hansı bir balığabənzər, hər hansı bir cisməbənzər oyma büt yaratmayasınız. 005 DEU 004 019 Gözlərinizi göyə qaldıraraq günəşi, ayı, ulduzları və bütün səma cisimlərini görəndə azmayın. Allahınız Rəbbin bütün səma altındakı xalqlara verdiyi bu şeylərlə aldanıb onlara səcdə edərək sitayiş etməyin. 005 DEU 004 020 Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmirəridən soba içindən – Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız. 005 DEU 004 021 Sizin ucbatınızdan Allahınız Rəbb mənə qəzəbləndi və and etdi ki, mən İordan çayını keçib irs olaraq sizə verdiyi o gözəl torpağa daxil olmayım. 005 DEU 004 022 İordan çayını keçə bilməyib bu torpaqda öləcəyəm. Siz isə o gözəl torpağa keçəcək və oranı mülk olaraq alacaqsınız. 005 DEU 004 023 Ehtiyatlı olun ki, Allahınız Rəbbin sizinlə etdiyi əhdi unutmayasınız. Allahınız Rəbbin qadağan etdiyi hər hansı bir şeyə bənzər oyma büt yaratmayın. 005 DEU 004 024 Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır. 005 DEU 004 025 Siz ölkədə yaşayıb övladlarınız, nəvələriniz doğulandan sonra oyma büt yaradaraq yoldan azsanız, Allahınız Rəbbin gözündə pis olanı edib Onu acıqlandırsanız, 005 DEU 004 026 sizin qarşınızda bu gün göyləri və yeri şahid tuturam ki, mülk olaraq almaq üçün İordan çayını keçib getdiyiniz torpaq üzərindən tezliklə yox olacaqsınız. O torpaqda uzun ömür sürməyəcəksiniz, tamamilə məhv olacaqsınız. 005 DEU 004 027 Rəbb sizi xalqlar arasına səpələyəcək və apardığı yerdə millətlər arasında sizdən az miqdarda adam sağ qalacaq. 005 DEU 004 028 Orada isə siz insanın əl işi olan – görməyən, eşitməyən, yeməyən, iy bilməyən ağacdan və ya daşdan olan allahlara qulluq edəcəksiniz. 005 DEU 004 029 Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız. 005 DEU 004 030 Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız. 005 DEU 004 031 Axı Allahınız Rəbb rəhmli Allahdır. O sizi atmaz, məhv etməz. Atalarınıza andla təsdiq etdiyi əhdi unutmaz. 005 DEU 004 032 İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi? 005 DEU 004 033 Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı? 005 DEU 004 034 Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüdrətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı? 005 DEU 004 035 Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur. 005 DEU 004 036 Sizi tərbiyə etmək üçün göylərdən səsini sizə eşitdirdi. Öz böyük alovunu yer üzərində sizə göstərdi və alovun içərisindən Onun sözlərini eşitdiniz. 005 DEU 004 037 Atalarınızı sevdiyindən onlardan sonra övladlarını seçdi. Sizi böyük qüdrəti ilə Misirdən Şəxsən Özü çıxartdı ki, 005 DEU 004 038 sizdən böyük və qüvvətli millətləri qarşınızdan qovsun və bugünkü kimi onların torpağını irs olaraq vermək üçün sizi oraya gətirsin. 005 DEU 004 039 Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. 005 DEU 004 040 Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz». 005 DEU 004 041 O zaman Musa İordan çayının şərq tərəfində üç şəhər seçdi. 005 DEU 004 042 Bu şəhərləri qonşusu ilə əvvəlcədən ədavəti olmayan və bilmədən onu öldürən adamın oraya qaçması üçün ayırdı. Belə adam bu şəhərlərdən birinə qaçıb sağ qala bilər. 005 DEU 004 043 Bunlar Ruven qəbiləsi üçün yaylada yerləşən səhradakı Beser, Qadlılar üçün Gileaddakı Ramot, Menaşşe qəbiləsi üçün isə Başandakı Qolan şəhərləri idi. 005 DEU 004 044 Musa Qanunu İsrail övladlarının qarşısına qoydu. 005 DEU 004 045 Bu, Misirdən çıxan zaman Musanın İsrail övladlarına verdiyi göstərişlər, qayda və hökmlərdir. 005 DEU 004 046 Bunları Musa İordan çayının şərqində Misirdən çıxan zaman Musa ilə İsrail övladlarının həlak etdikləri Xeşbonda yaşayan Emorluların padşahı Sixonun ölkəsində olan Bet-Peor qarşısındakı dərədə söylədi. 005 DEU 004 047 İrs olaraq onun ölkəsini və Başan padşahı Oqun ölkəsini – İordan çayının şərq tərəfindən əldə edilən Emorluların iki padşahının ölkəsini, 005 DEU 004 048 Arnon vadisi kənarında olan Aroerdən Siyon dağına qədər, yəni Xermona qədər, 005 DEU 004 049 İordan çayının şərqində Arava dənizinə qədər olan Pisqa yamaclarının altındakı bütün Aravanı aldılar. 005 DEU 005 001 Musa bütün İsrailliləri çağırıb dedi: «Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et! 005 DEU 005 002 Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi. 005 DEU 005 003 Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi. 005 DEU 005 004 Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı. 005 DEU 005 005 O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız. 005 DEU 005 006 Rəbb belə dedi: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. 005 DEU 005 007 Məndən başqa allahların olmasın. 005 DEU 005 008 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. 005 DEU 005 009 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. 005 DEU 005 010 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. 005 DEU 005 011 Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. 005 DEU 005 012 Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et. 005 DEU 005 013 Altı gün çalışıb bütün işlərini gör. 005 DEU 005 014 Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin. 005 DEU 005 015 Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib. 005 DEU 005 016 Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun. 005 DEU 005 017 Qətl etmə. 005 DEU 005 018 Zina etmə. 005 DEU 005 019 Oğurluq etmə. 005 DEU 005 020 Heç kimə qarşı yalandan şahidlik etmə. 005 DEU 005 021 Heç kimin arvadına tamah salma. Heç kimin evinə, tarlasına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”. 005 DEU 005 022 Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi. 005 DEU 005 023 Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı. 005 DEU 005 024 Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır. 005 DEU 005 025 Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik. 005 DEU 005 026 Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı? 005 DEU 005 027 Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik”. 005 DEU 005 028 Rəbb mənə bunları deyəndə bu sözləri siz də eşitdiniz. Rəbb mənə dedi: “Bu xalqın sənə söylədiklərini eşitdim. Söylədikləri hər şeyi yaxşı dedilər. 005 DEU 005 029 Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar. 005 DEU 005 030 Get, onlara de ki, çadırlarına qayıtsınlar. 005 DEU 005 031 Sən isə burada yanımda dayan. Bütün əmrləri, qayda və hökmləri sənə deyəcəyəm. Sən xalqa öyrət ki, mülk olaraq almaq üçün onlara verəcəyim torpaqda bunları yerinə yetirsinlər”. 005 DEU 005 032 Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün. 005 DEU 005 033 Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz. 005 DEU 006 001 Allahınız Rəbbin sizə öyrətmək üçün mənə buyurduğu əmr, qayda və hökmlər bunlardır. Ona görə də irs olaraq almaq üçün gedəcəyiniz torpaqda bunlara əməl edin. 005 DEU 006 002 Ömrün boyu sən, oğlun, nəvələrin sənə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahın Rəbdən qorx ki, ömrün uzun olsun. 005 DEU 006 003 Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan. 005 DEU 006 004 Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. 005 DEU 006 005 Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev. 005 DEU 006 006 Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. 005 DEU 006 007 Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. 005 DEU 006 008 Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla, 005 DEU 006 009 evlərinin qapı çərçivələrinə və darvazalarına yaz. 005 DEU 006 010 Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər, 005 DEU 006 011 zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol. 005 DEU 006 012 Səni Misir torpağından – köləlik diyarından çıxaran Rəbbi unutma. 005 DEU 006 013 Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et. 005 DEU 006 014 Yad allahların – başqa xalqların allahlarının ardınca getmə ki, 005 DEU 006 015 Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır. 005 DEU 006 016 Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın. 005 DEU 006 017 Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin. 005 DEU 006 018 Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən. 005 DEU 006 019 Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq. 005 DEU 006 020 Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa, 005 DEU 006 021 oğluna belə de: “Biz Misirdə fironun köləsi idik. Rəbb oradan bizi qüdrətli əli ilə çıxartdı. 005 DEU 006 022 Rəbb gözümüzün önündə Misirə, fironla bütün ailəsinə böyük, dəhşətli əlamətlər və möcüzələr göstərdi. 005 DEU 006 023 Bizi oradan çıxartdı ki, atalarımıza vəd etdiyi bu torpağa gətirsin və oranı bizə versin. 005 DEU 006 024 Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın. 005 DEU 006 025 Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”. 005 DEU 007 001 Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq. 005 DEU 007 002 Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin. 005 DEU 007 003 Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın. 005 DEU 007 004 Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək. 005 DEU 007 005 Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın. 005 DEU 007 006 Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi. 005 DEU 007 007 Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız. 005 DEU 007 008 Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı. 005 DEU 007 009 Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər. 005 DEU 007 010 Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, bunu mütləq edəcək. 005 DEU 007 011 Ona görə sizə bu gün buyurduğum əmrləri, qaydaları və hökmləri diqqətlə yerinə yetirin. 005 DEU 007 012 Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata-babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək. 005 DEU 007 013 O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətninizdən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal-qaranızın və qoyun-keçilərinizin balalarını bərəkətli edəcək. 005 DEU 007 014 O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız. Heç bir kişi və qadınınız sonsuz, heç bir heyvanınız qısır olmayacaq. 005 DEU 007 015 Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri düçar edəcək. 005 DEU 007 016 Allahınız Rəbbin sizə təslim edəcəyi bütün xalqların axırına çıxacaqsınız. Onlara rəhm etməyin, allahlarına sitayiş etməyin. Əgər belə etsəniz, bu sizə tələ olar. 005 DEU 007 017 Bəlkə düşünürsünüz ki, bu millətlər bizdən güclüdür, onları necə qova bilərik? 005 DEU 007 018 Onlardan qorxmayın. Allahınız Rəbbin firona və bütün Misirlilərə nə etdiyini xatırlayın. 005 DEU 007 019 Gözünüzlə gördüyünüz böyük sınaqları, sizi Misirdən çıxaran zaman Allahınız Rəbbin göstərdiyi əlamətləri, möcüzələri, qüdrətli əlini, uzanan qolunu xatırlayın. Hazırda qorxduğunuz xalqların hamısını Allahınız Rəbb bu hala salacaq. 005 DEU 007 020 Yerdə qalıb sizdən gizlənənlərin üzərinə də Allahınız Rəbb eşşəkarısı göndərib hamısını yox edəcək. 005 DEU 007 021 Onlardan heç qorxmayın, çünki aranızda olan Allahınız Rəbb böyük və zəhmli Allahdır. 005 DEU 007 022 Allahınız Rəbb yavaş-yavaş o millətləri qarşınızdan qovacaq. Onları tezliklə məhv edə bilməyəcəksiniz, yoxsa çöl heyvanları üstünüzə daraşar. 005 DEU 007 023 Allahınız Rəbb onları sizə təslim edəcək və vahiməyə salaraq, nəhayət, yox edəcək. 005 DEU 007 024 Onların padşahlarını da sizə təslim edəcək. Siz də onların adlarını səma altından siləcəksiniz. Siz onları qırarkən kimsə qarşınızı ala bilməyəcək. 005 DEU 007 025 Onların allah saydıqları oyma bütlərə od vurub yandırın. Onlara çəkilmiş qızıl-gümüşə gözünüz düşməsin. Özünüz üçün onlardan götürməyin, yoxsa tələyə düşərsiniz, çünki onlar Allahınız Rəbbin gözündə iyrəncdir. 005 DEU 007 026 Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub. 005 DEU 008 001 Bu gün sizə buyurduğum bütün əmrləri yerinə yetirməyə çalışın. Onda yaşayıb çoxalar və Rəbbin atalarınıza vəd etdiyi torpağa daxil olub irs olaraq oranı alarsınız. 005 DEU 008 002 Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. 005 DEU 008 003 Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar. 005 DEU 008 004 Bu qırx il ərzində paltarınız yırtılıb dağılmadı, ayaqlarınız şişmədi. 005 DEU 008 005 Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir. 005 DEU 008 006 Allahınız Rəbbin əmrlərinə riayət edib Onun yolları ilə gedin və Ondan qorxun. 005 DEU 008 007 Çünki Allahınız Rəbb sizi gözəl torpağa – çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır. 005 DEU 008 008 O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir. 005 DEU 008 009 Ora elə bir torpaqdır ki, orada qıtlıqla çörək yeməyəcək və heç nəyə möhtac olmayacaqsınız; daşlarından dəmir, dağlarından isə mis çıxara biləcəksiniz. 005 DEU 008 010 Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. 005 DEU 008 011 Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin. 005 DEU 008 012 Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda, 005 DEU 008 013 naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda 005 DEU 008 014 ürəyiniz qürurla dolmasın. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. 005 DEU 008 015 Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. 005 DEU 008 016 Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi. 005 DEU 008 017 Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz. 005 DEU 008 018 Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin. 005 DEU 008 019 Əgər Allahınız Rəbbi unudub başqa allahların ardınca getsəniz, onlara sitayiş edərək səcdə etsəniz, bu gün sizin qarşınızda şəhadət edirəm ki, mütləq məhv olacaqsınız! 005 DEU 008 020 Allahınız Rəbbin sözünə qulaq asmasanız, Rəbb sizin qarşınızdan millətləri yox etdiyi kimi sizi də yox edəcək. 005 DEU 009 001 Ey İsraillilər, qulaq asın! Bu gün sizdən daha böyük, daha qüdrətli millətlərin torpaqlarını irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Onların şəhərləri böyük, hasarları göylərə çatır. 005 DEU 009 002 Bu güclü, ucaboy xalq Anaqlılardır. Onları tanıyırsınız və barələrində belə eşitmisiniz: “Anaqlıların qarşısında kim dayana bilər?” 005 DEU 009 003 Bu gün də bilin ki, sizin önünüzdə gedən Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. Rəbb onları qıracaq, qarşınızda boyun əydirəcək və sizə söylədiyi kimi onları qovub tezliklə yox edəcəksiniz. 005 DEU 009 004 Allahınız Rəbb onları önünüzdən kənara atanda ürəyinizdə deməyin ki, bu torpağı almaq üçün Rəbb bizi buraya salehliyimizə görə gətirdi. Belə ki Rəbb bu millətləri pis əməllərinə görə önünüzdən qovur. 005 DEU 009 005 Torpaqlarına girib irs olaraq oranı almağınız sizin salehliyinizə və ürəyinizin düzlüyünə görə deyil. Ancaq Allahınız Rəbb bu millətləri pis əməllərinə görə sizin qarşınızdan qovacaq ki, ata-babalarınız İbrahimə, İshaqa, Yaquba verdiyi vədi yerinə yetirsin. 005 DEU 009 006 Bilin ki, Allahınız Rəbb salehliyinizə görə bu gözəl torpağı mülk olaraq almaq üçün sizə vermir, çünki siz dikbaş bir xalqsınız. 005 DEU 009 007 Bunu yada salın və Allahınız Rəbbi səhrada necə qəzəbləndirdiyinizi unutmayın. Misir torpağından çıxdığınız gündən bu yerə gələnədək Rəbbə qarşı nə qədər itaətsizlik etdiniz. 005 DEU 009 008 Rəbbi Xorevdə qəzəbləndirdiniz. Rəbb sizi məhv edəcək qədər hiddətləndi. 005 DEU 009 009 Mən Rəbbin sizinlə etdiyi əhdin lövhələri olan daş lövhələri götürmək üçün dağa çıxanda orada qırx gün-qırx gecə qaldım: nə çörək yedim, nə də su içdim. 005 DEU 009 010 Rəbb Allah mənə Öz barmağı ilə yazdığı iki daş lövhə verdi. Yığıldığınız gün dağda Rəbbin sizə alovun içindən bildirdiyi bütün əmrlər onların üzərində yazılmışdı. 005 DEU 009 011 Rəbb iki daş lövhəni – əhd lövhələrini qırx gün-qırx gecənin sonunda mənə verdi. 005 DEU 009 012 Sonra Rəbb dedi: “Tez ol, dağdan en, çünki Misirdən çıxardığın xalq əxlaqsızlıq edir. Onlar buyurduğum yoldan yaman tez azdılar. Özlərinə tökmə büt yaradıblar”. 005 DEU 009 013 Rəbb mənə bunu da söylədi: “Görürəm ki, bu xalq dikbaş xalqdır. 005 DEU 009 014 Qoy onları yox edim. Adlarını səma altından silim. Səndən isə onlardan daha güclü, daha böyük millət törədim”. 005 DEU 009 015 Mən dönərək dağdan aşağı endim. Dağ alovlanıb yanırdı. Əhdin yazıldığı iki lövhə əlimdə idi. 005 DEU 009 016 Gördüm ki, Allahınız Rəbbə qarşı günah edirsiniz. Özünüz üçün danayabənzər bir tökmə büt düzəltmisiniz və Rəbbin sizə buyurduğu yoldan yaman tez azmısınız. 005 DEU 009 017 Buna görə də əlimdə tutduğum iki lövhəni atdım və gözünüz önündə onları parça-parça etdim. 005 DEU 009 018 Yenə Rəbbin hüzurunda heç nə yeyib-içmədən qırx gün-qırx gecə yerə sərilib qaldım, çünki günah etmişdiniz və Rəbbin gözündə pis sayılan işlər görərək Onu qəzəbləndirmişdiniz. 005 DEU 009 019 Rəbbin qızğın qəzəbi qarşısında qorxdum. Qəzəbi o qədər alovlanmışdı ki, O sizi yox etmək istəyirdi. Amma Rəbb yenə də yalvarışımı eşitdi. 005 DEU 009 020 Rəbb Haruna da hiddətlənmişdi. Onu da yox etmək istəyirdi. O an Harun üçün də yalvardım. 005 DEU 009 021 Etdiyiniz günah əşyasını – o danayabənzər tökmə bütü götürüb oda atdım və sındırdım, əzib toza döndərdim. Sonra tozu dağdan axan selə tökdüm. 005 DEU 009 022 Siz Taverada, Massada, Qivrot-Hattaavada da Rəbbi qəzəbləndirdiniz. 005 DEU 009 023 Rəbb sizi Qadeş-Barneadan yola salarkən belə buyurmuşdu: “Gedin, sizə verəcəyim torpağı özünüz üçün irs olaraq alın”. Siz isə Allahınız Rəbbin əmrinə qarşı çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız. 005 DEU 009 024 Sizi tanıyan gündən bu vaxta qədər dayanmadan Rəbbə qarşı üsyankar oldunuz. 005 DEU 009 025 Rəbb sizi yox edəcəyini söylədiyi üçün qırx gün-qırx gecə Onun hüzurunda yerə döşənib qaldım. 005 DEU 009 026 Rəbbə yalvarıb dedim: “Ya Xudavənd Rəbb, Misirdən böyük qüvvətinlə, qüdrətli əlinlə çıxararaq qurtardığın xalqını, Öz irsini yox etmə. 005 DEU 009 027 Qulların İbrahimi, İshaqı, Yaqubu yada sal. Bu xalqın dikbaşlığına, pisliyinə, günahına nəzər salma. 005 DEU 009 028 Yoxsa bizi çıxartdığın ölkənin xalqı deyəcək ki, Rəbb onları vəd etdiyi torpağa apara bilmədi və bu xalqa nifrət etdiyi üçün onları səhrada məhv etmək məqsədi ilə Misirdən çıxartdı. 005 DEU 009 029 Halbuki onlar Sənin xalqın, Sənin irsindir. Sən onları böyük qüdrətinlə, uzanan qolunla oradan çıxartmısan”. 005 DEU 010 001 O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt. 005 DEU 010 002 Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”. 005 DEU 010 003 Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım. 005 DEU 010 004 Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi On Əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi. 005 DEU 010 005 Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı. 005 DEU 010 006 İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu. 005 DEU 010 007 Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər. 005 DEU 010 008 O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər. 005 DEU 010 009 Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür. 005 DEU 010 010 Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi. 005 DEU 010 011 Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”. 005 DEU 010 012 İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et. 005 DEU 010 013 Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et. 005 DEU 010 014 Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir. 005 DEU 010 015 Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi. 005 DEU 010 016 Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız. 005 DEU 010 017 Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır. 005 DEU 010 018 O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir. 005 DEU 010 019 Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz. 005 DEU 010 020 Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için. 005 DEU 010 021 Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır. 005 DEU 010 022 Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib. 005 DEU 011 001 Allahınız Rəbbi sevin. Həmişə Onun buyruq, qayda, hökm və əmrlərinə əməl edin. 005 DEU 011 002 Bu gün yadda saxlayın ki, Allahınız Rəbbin təlimini öyrənib sınaqdan keçirən övladlarınız deyil, sizsiniz. Onun əzəmətini, qüdrətli əlini, uzanan qolunu, 005 DEU 011 003 Misirdə firona və bütün torpağına etdiyi əlamətləri, gördüyü işləri, 005 DEU 011 004 Misir ordusuna, onların atlarına, döyüş arabalarına nə etdiyini, ardınızca düşərkən onları Qırmızı dənizin sularında necə qərq etdiyini, Rəbbin onları bu günədək davam edən bir qırğına necə düçar etdiyini 005 DEU 011 005 və səhrada, bu yerə çatanadək sizin üçün nə etdiyini, 005 DEU 011 006 Ruvenli Eliavın oğullarına – Datana və Avirama nə etdiyini gördünüz: bütün İsraillilərin arasında yeri yardı, onları və evindəkiləri çadırları ilə bərabər onlara məxsus olan bütün canlıları uddu. 005 DEU 011 007 Siz Rəbbin etdiyi bu əzəmətli işlərin hamısını öz gözlərinizlə görürsünüz. 005 DEU 011 008 Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və mülk olaraq almaq üçün İordan çayını keçəcəyiniz torpağa girib oranı zəbt edəsiniz. 005 DEU 011 009 Rəbbin atalarınıza və onların övladlarına vəd etdiyi südlə bal axan torpaqda uzun ömür sürəsiniz. 005 DEU 011 010 Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız. 005 DEU 011 011 Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər. 005 DEU 011 012 Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır. 005 DEU 011 013 Rəbb deyir: “Əgər bu gün sizə buyurduğum əmrlərə yaxşı qulaq assanız, Allahınız Rəbbi sevib bütün qəlbinizlə, bütün varlığınızla ona sitayiş etsəniz, 005 DEU 011 014 o zaman Mən torpağınıza yağışı – ilk yağışla son yağışı vaxtlı-vaxtında verəcəyəm. Onda taxılınızı, təzə şərabınızı və zeytun yağınızı yığacaqsınız. 005 DEU 011 015 Çöldə heyvanlarınıza ot verəcəyəm. Siz doyunca yeyəcəksiniz”. 005 DEU 011 016 Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin. 005 DEU 011 017 Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız. 005 DEU 011 018 Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın, 005 DEU 011 019 övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın. 005 DEU 011 020 Onları evlərinizin qapı çərçivələrinə və darvazalarına yazın. 005 DEU 011 021 Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız. 005 DEU 011 022 Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız, 005 DEU 011 023 onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız. 005 DEU 011 024 Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq. 005 DEU 011 025 Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq. 005 DEU 011 026 Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram. 005 DEU 011 027 Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız. 005 DEU 011 028 Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız. 005 DEU 011 029 Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız. 005 DEU 011 030 Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır. 005 DEU 011 031 Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə 005 DEU 011 032 bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun. 005 DEU 012 001 Atalarınızın Allahı Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda ömür boyu bu qaydalara və hökmlərə riayət edin. 005 DEU 012 002 Hansı millətlərin torpaqlarını alacaqsınızsa, allahlarına səcdə etdikləri uca dağlarda, təpələrdə, kölgəli hər ağacın altında olan bütün yerləri mütləq viran qoyun. 005 DEU 012 003 Qurbangahlarını dağıdıb daş sütunları sındırın, ilahə Aşera bütlərini odda yandırıb allah saydıqları oyma bütləri baltalayın və adlarını o yerlərdən silin. 005 DEU 012 004 Allahınız Rəbbə bu cür pərəstiş etməyin. 005 DEU 012 005 Allahınız Rəbbin adını qoymaq üçün bütün qəbilələriniz arasından seçəcəyi yeri, Onun məskənini axtarın və oraya gedin. 005 DEU 012 006 Yandırma qurbanlarınızı, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi, əhd etdiklərinizi, könüllü təqdimlərinizi, mal-qara və qoyun-keçilərinizin ilk balalarını oraya gətirin. 005 DEU 012 007 Orada sizə bərəkət verən Allahınız Rəbbin önündə ailələrinizlə birlikdə yemək yeyəcəksiniz. Onda hansı işə əl atacaqsınızsa, sevinc tapacaqsınız. 005 DEU 012 008 Bu gün burada etdiklərinizi orada etməyin. Burada hər kəs öz nəzərində nəyi düz sayırsa, onu da edir. 005 DEU 012 009 Çünki hələ Allahınız Rəbbin sizə verəcəyi rahatlığa və irs torpağa çatmamısınız. 005 DEU 012 010 Amma İordan çayını keçib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda məskunlaşacaqsınız. Rəbb sizi ətrafınızdakı bütün düşmənlərdən qurtararaq rahatlıq verəcək və əmin-amanlıq içərisində yaşayacaqsınız. 005 DEU 012 011 O zaman sizə əmr etdiyim hər şeyi – yandırma təqdimlərinizi, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi və Rəbbə həsr etdiyiniz bütün seçmə təqdimlərinizi Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gətirəcəksiniz. 005 DEU 012 012 Allahınız Rəbbin qarşısında siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan sizinlə birgə payı və irsi torpağı olmayan Levililər qoy sevinsin. 005 DEU 012 013 Ehtiyatlı olun! Hər gördüyünüz yerdə yandırma qurbanlarınızı təqdim etməyin. 005 DEU 012 014 Yandırma qurbanlarınızı qəbilələrinizin birində Rəbbin seçəcəyi yerdə təqdim edin. Sizə əmr etməkdə olduğum hər şeyi orada edəcəksiniz. 005 DEU 012 015 Ancaq Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə yaşadığınız şəhərlərdə ürəyiniz istəyən qədər heyvan kəsib ətindən yeyə bilərsiniz. Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti yediyiniz kimi yeyə bilər. 005 DEU 012 016 Qanını isə yeməyin, su kimi yerə tökün. 005 DEU 012 017 Taxılınızın, təzə şərablarınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qara və qoyun-keçilərinizin ilk balalarını, əhd etdiklərinizin hamısını, könüllü təqdimlərinizi, qaldırma təqdimlərinizi yaşadığınız şəhərlərdə yeməyin. 005 DEU 012 018 Siz, oğullarınız, qızlarınız, qul və qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər bunları Allahınız Rəbbin hüzurunda, Onun seçəcəyi yerdə yeyəcəksiniz. Allahınız Rəbbin hüzurunda hansı işə əl atsanız, sevinc tapacaqsınız. 005 DEU 012 019 Ehtiyatlı olun! Bu torpaqda yaşadığınız müddətdə Levililərə etinasız yanaşmayın. 005 DEU 012 020 Allahınız Rəbbin sizə vəd etdiyi kimi sərhədinizi genişləndirəndə ət yemək istəyərək “gəlin ət yeyək” desəniz, ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz. 005 DEU 012 021 Allahınız Rəbbin adını qoymaq üçün seçdiyi yer sizdən uzaqdırsa, əmr etdiyim kimi Rəbbin verdiyi naxırlardan, sürülərdən heyvan kəsib öz şəhərlərinizdə ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz. 005 DEU 012 022 Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti kimi yeyə bilər. 005 DEU 012 023 Lakin ehtiyatlı olun ki, əti qanlı-qanlı yeməyəsiniz, çünki ətə can verən qandır. Ətlə birlikdə canı yeməyin. 005 DEU 012 024 Qanı yeməyin, su kimi yerə tökün. 005 DEU 012 025 Qan yeməyin. Belə etsəniz, Rəbbin gözündə doğru olanı etmiş olarsınız. Onda həm sizin, həm də sizdən sonra gələn övladlarınızın xoş güzəranı olar. 005 DEU 012 026 Müqəddəs təqdimlərinizi, əhd etdiyiniz təqdimləri götürüb Rəbbin seçəcəyi yerə gedin. 005 DEU 012 027 Yandırma qurbanlarınızı, əti və qanı Allahınız Rəbbin qurbangahında təqdim edin. Qurbanlarınızın qanı Allahınız Rəbbin qurbangahında tökülsün. Ətini isə yeyə bilərsiniz. 005 DEU 012 028 Sizə çatdırdığım bütün bu əmrlərə düzgün əməl edin. Allahınız Rəbbin gözündə yaxşı və doğru işlər gördüyünüz üçün sizin və sizdən sonra gələn övladlarınızın həmişə xoş güzəranı olar. 005 DEU 012 029 Allahınız Rəbb torpaqlarını almağa gedəcəyiniz millətləri qarşınızdan yox edəcək. Torpaqlarını irs olaraq alıb orada yaşayanda, 005 DEU 012 030 onları yox edəndə ehtiyatlı olun ki, onların felinə düşməyəsiniz. “Bu millətlər allahlarına necə sitayiş edirdilərsə, biz də elə edək” deyərək onların allahlarına müraciət etməyin. 005 DEU 012 031 Allahınız Rəbbə bu cür pərəstiş etməyin. Onlar öz allahları üçün Rəbbin nifrət etdiyi iyrənc işləri görürlər. Belə ki oğullarını, qızlarını odda yandıraraq allahlarına qurban verirlər. 005 DEU 012 032 Sizə buyurduğum bütün əmrlərə diqqətlə əməl edin. Onlardan nəyisə əskildib, onlara nəyisə artırmayın. 005 DEU 013 001 Əgər aranızdan bir peyğəmbər yaxud bir röya görən çıxıb sizə bir əlamət ya da möcüzə olacağını söyləyərsə, 005 DEU 013 002 sonra “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərsə, bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də, 005 DEU 013 003 belə peyğəmbərin yaxud röya görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allahınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi? 005 DEU 013 004 Siz Allahınız Rəbbin ardınca gedin və Ondan qorxun. Onun əmrlərinə əməl edib sözlərinə qulaq asın, Rəbbə sitayiş edərək Ona bağlı qalın. 005 DEU 013 005 O peyğəmbər yaxud röya görən isə öldürülsün, çünki sizi Misir ölkəsindən çıxaran və köləlik diyarından qurtaran Allahınız Rəbbə qarşı getməyə sövq edirdi. Onlar sizi Allahınız Rəbbin əmr etdiyi yolla getməkdən azdırmaq istəyirdi. Beləliklə, aranızdan pisliyi atın. 005 DEU 013 006 Hətta bir anadan doğulan qardaşınız, öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız ya da candan əziz dostunuz sizi gizlicə başdan çıxarmaq üçün sizə və atalarınıza naməlum olan allahlardan, 005 DEU 013 007 ətraf xalqların, dünyanın bu başından o biri başına qədər sizə yaxın və ya uzaq xalqların allahlarından bəhs edib “gedək yad allahlara sitayiş edək” desə, 005 DEU 013 008 ona uyaraq qulaq asmayın. Ona heyfiniz gəlməsin, acımayın, onu qorumayın. 005 DEU 013 009 Mütləq onu öldürün. Əvvəlcə siz, sonra bütün xalq qoy onu daşqalaq etsin. 005 DEU 013 010 Sizi Misir torpağından, köləlik diyarından çıxaran Allahınız Rəbdən ayırmaq üçün çalışdığına görə onu daşqalaq edib öldürün. 005 DEU 013 011 Onda bunun sorağını alan bütün İsraillilər qorxacaq və bir də aranızda buna bənzər pis işlər olmayacaq. 005 DEU 013 012 Allahınız Rəbbin sizə yaşamaq üçün verəcəyi şəhərlərin birində 005 DEU 013 013 sizin aranızdan yaramaz adamlar çıxıb “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərək şəhərlərində yaşayan xalqı azdırdıqlarını eşitsəniz, 005 DEU 013 014 bunu araşdıraraq yaxşı-yaxşı tədqiq edin. Eşitdikləriniz doğrudursa və aranızdan birisinin belə iyrənc iş gördüyü sübut edilərsə, 005 DEU 013 015 mütləq o şəhərdə yaşayanları qılıncdan keçirin. Şəhəri tamamilə məhv edib oradakı bütün xalqı və heyvanları qılıncdan keçirin. 005 DEU 013 016 Talan mallarının hamısını toplayıb meydanın ortasına yığın. Şəhəri və malların hamısını Allahınız Rəbb üçün tamamilə yandırın. Qoy bu şəhər əbədi olaraq viranəliyə çevrilsin və yenidən bərpa edilməsin. 005 DEU 013 017 Məhv edilməyə həsr edilən mallardan heç nəyi özünüz üçün götürməyin. Onda Rəbbin qızğın qəzəbi yatar və atalarınıza and edib söz verdiyi kimi sizə rəhm edər və mərhəmət göstərərək sizi çoxaldar. 005 DEU 013 018 Ona görə ki siz Allahınız Rəbbin sözünü dinləyirsiniz. Beləliklə, bu gün sizə buyurduğum əmrlərə əməl edib Rəbbin gözündə doğru olanı etmiş olacaqsınız. 005 DEU 014 001 Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın. 005 DEU 014 002 Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi. 005 DEU 014 003 Murdar şeylər yeməyin. 005 DEU 014 004 Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, 005 DEU 014 005 maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. 005 DEU 014 006 Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. 005 DEU 014 007 Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. 005 DEU 014 008 Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun. 005 DEU 014 009 Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. 005 DEU 014 010 Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin. 005 DEU 014 011 Bütün pak quşların ətindən yeyə bilərsiniz. 005 DEU 014 012 Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, 005 DEU 014 013 çalağan, şahin, bütün çalağan cinsindən olanlar, 005 DEU 014 014 bütün qarğa cinsindən olanlar, 005 DEU 014 015 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, 005 DEU 014 016 yapalaq, böyük bayquş, ağ bayquş, 005 DEU 014 017 qutan, leş kərkəsi, qarabatdaq, 005 DEU 014 018 leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. 005 DEU 014 019 Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. 005 DEU 014 020 Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz. 005 DEU 014 021 Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin. 005 DEU 014 022 İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın. 005 DEU 014 023 Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin. 005 DEU 014 024 Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa, 005 DEU 014 025 o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin. 005 DEU 014 026 Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin. 005 DEU 014 027 Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur. 005 DEU 014 028 Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. 005 DEU 014 029 Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin. 005 DEU 015 001 Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayın. 005 DEU 015 002 Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir. 005 DEU 015 003 Yadellilərdən borclarınızı geri ala bilərsiniz, lakin İsrailli soydaşlarınızın borclarını bağışlamalısınız. 005 DEU 015 004 Onda aranızda kasıb olmaz. Əgər Allahınız Rəbbin sizə mülk olaraq almaq üçün verəcəyi torpaqda 005 DEU 015 005 Onun sözünə tam itaət etsəniz, bu gün sizə buyurduğum əmrlərin hamısına diqqətlə əməl etsəniz, 005 DEU 015 006 Allahınız Rəbb sizə vəd verdiyi kimi mütləq bərəkət verəcək. Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək. 005 DEU 015 007 Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın. 005 DEU 015 008 Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin. 005 DEU 015 009 Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız. 005 DEU 015 010 Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək. 005 DEU 015 011 Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun. 005 DEU 015 012 Əgər İbrani soydaşlarınızdan bir kişi və yaxud qadın sizə qul kimi satılıbsa, bu qul altı il sizə qulluq edəndən sonra yeddinci il onu azad edin. 005 DEU 015 013 Azad edərkən onları əliboş yola salmayın. 005 DEU 015 014 Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahınız Rəbb sizə necə bərəkət veribsə, siz də onlara elə verin. 005 DEU 015 015 Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm. 005 DEU 015 016 Əgər qulunuz sizi və külfətinizi sevirsə, sizinlə güzəranı xoşdursa və “sizdən ayrılmaq istəmirəm” deyirsə, 005 DEU 015 017 onda bir biz götürüb qulunuzun qulağından keçirərək qapıya batırın. Bundan sonra o ömrü boyu qulunuz olaraq qalacaq. Qarabaşlarınızla da bu cür rəftar edin. 005 DEU 015 018 Qullarınızı azad etmək sizə çətin gəlməsin. Sizə qulluq etdiyi altı il ərzində muzdlu işçidən ikiqat artıq iş görmüşdür. Sizə Allahınız Rəbb hər işdə bərəkət verəcək. 005 DEU 015 019 Mal-qara və qoyun-keçilərinizin ilk doğulan balalarından hər erkək heyvanı Allahınız Rəbb üçün təqdis edin. Öküzlərinizin ilk balalarını işlətməyin, qoyun-keçilərinizin ilk balalarını qırxmayın. 005 DEU 015 020 Siz ailələrinizlə birgə hər il Allahınız Rəbbin önündə, Onun seçəcəyi yerdə bu heyvanların ətini yeyin. 005 DEU 015 021 Bir heyvanın qüsuru varsa, axsaq yaxud kordursa, hansısa ciddi çatışmazlığı varsa, onu Allahınız Rəbbə qurban etməyin. 005 DEU 015 022 Belə heyvanları kəsib şəhərlərinizdə yeyə bilərsiniz. Pak və yaxud murdar insan bu ətdən ceyran və ya maral əti yediyi kimi yeyə bilər. 005 DEU 015 023 Qanını isə yeməyin, onu su kimi torpağa tökün. 005 DEU 016 001 Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı. 005 DEU 016 002 Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə qoyun-keçilərinizdən, mal-qaranızdan Pasxa qurbanı kəsin. 005 DEU 016 003 Qurban əti ilə birlikdə mayalı çörək yeməyin. Misirdən tələsik çıxdığınıza görə əziyyət içərisində yediyiniz çörək kimi yeddi gün mayasız çörək, yəni əziyyət çörəyi yeyin. Bununla ömür boyu Misirdən çıxdığınız günü yada salın. 005 DEU 016 004 Ölkənizin heç bir yerində yeddi gün mayadan istifadə olunmasın. İlk gün axşam qurban kəsdiyiniz heyvanların əti səhərə qədər qalmasın. 005 DEU 016 005 Pasxa qurbanlarını Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin heç birində kəsməyin, 005 DEU 016 006 ancaq Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə kəsin. Orada qurbanları axşam, gün batanda, Misirdən çıxdığınız saatlarda kəsin. 005 DEU 016 007 Əti Allahınız Rəbbin seçəcəyi yerdə bişirib yeyin. Səhər açılanda isə oradan çıxıb çadırlarınıza qayıdın. 005 DEU 016 008 Altı gün mayasız çörək yeyin. Yeddinci gün Allahınız Rəbb üçün təntənəli toplantı keçirin və heç bir iş görməyin. 005 DEU 016 009 Əkinə oraq vurduğunuz ilk gündən yeddi həftə sayın və 005 DEU 016 010 Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə könüllü təqdim verməklə Allahınız Rəbb üçün Həftələr bayramı keçirin. 005 DEU 016 011 Allahınız Rəbbin qarşısında – Onun Öz isminə məskən seçəcəyi yerdə siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, aranızda yaşayan qəriblər, yetimlər və dul qadınlar birlikdə sevinəcəksiniz. 005 DEU 016 012 Misirdə kölə olduğunuzu yada salın və bu qaydalara diqqətlə əməl edin. 005 DEU 016 013 Xırmanınızdan, üzümsıxanınızdan məhsul götürəndən sonra özünüz üçün yeddi gün Çardaqlar bayramı keçirin. 005 DEU 016 014 Bu bayramda siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz. 005 DEU 016 015 Allahınız Rəbbin seçəcəyi yerdə Rəbb üçün yeddi gün bu bayramı keçirin, çünki Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız. 005 DEU 016 016 Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Heç kəs Rəbbin hüzuruna əliboş gəlməsin. 005 DEU 016 017 Hər biriniz Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə bəxşiş götürməlisiniz. 005 DEU 016 018 Allahınız Rəbbin sizə verəcəyi şəhərlərdə hər qəbiləniz üçün hakimlər və məmurlar seçin. Qoy onlar xalqa ədalətlə hakimlik etsinlər. 005 DEU 016 019 Hökm çıxararkən haqsızlıq etməyin, heç kimin tərəfini saxlamayın. Rüşvət almayın, çünki rüşvət müdrik insanın belə, gözlərini kor edir və məhkəmədə məsum bir insana qarşı səhv qərara yol verir. 005 DEU 016 020 Salehliyin, yalnız salehliyin ardınca gedin, onda həyat taparsınız və Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq alarsınız. 005 DEU 016 021 Allahınız Rəbb üçün quracağınız qurbangahın yanına ilahə Aşeranın surətində heç bir ağac sütunu qoymayın. 005 DEU 016 022 Allahınız Rəbbin ikrah etdiyi daş sütun qoymayın. 005 DEU 017 001 Hər hansı bir qüsuru və çatışmazlığı olan öküzü ya da qoyunu Allahınız Rəbbə qurban etməyin. Belə etmək Allahınız Rəbb üçün iyrəncdir. 005 DEU 017 002 Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa, 005 DEU 017 003 əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə, 005 DEU 017 004 bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə, 005 DEU 017 005 belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün. 005 DEU 017 006 Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin. 005 DEU 017 007 O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın. 005 DEU 017 008 Əgər şəhərlərinizdə qatillik, dava və ya təcavüz barəsində qərar çıxarmaqda həll edə bilmədiyiniz çətinliklərə rast gəlsəniz, Allahınız Rəbbin seçəcəyi yerə gedin. 005 DEU 017 009 O dövrdə xidmət edən Levili kahinlərin və hakimlərin yanına gedib onlara müraciət edin. Qoy onlar araşdırıb məhkəmə qərarını sizə versinlər. 005 DEU 017 010 Rəbbin seçəcəyi yerdən sizə deyilən qərara əməl edin. Sizə nə öyrətsələr, ona diqqətlə əməl edin. 005 DEU 017 011 Öyrədilən təlimata və söylənilən hökmə görə rəftar edin. Əmr edilənlərdən nə sağa, nə də sola dönün. 005 DEU 017 012 Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın. 005 DEU 017 013 Bütün xalq bu xəbəri eşidib qorxacaq və bir daha bu iddiaya düşməyəcək. 005 DEU 017 014 Allahınız Rəbbin sizə verəcəyi torpağa girib, oranı irs olaraq alanda və orada məskunlaşanda əgər “bütün ətraf ölkələrdəki kimi bizə hökm edəcək bir padşah təyin edək” desəniz, 005 DEU 017 015 mütləq Allahınız Rəbbin seçəcəyi adamı padşah qoyun. Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz. 005 DEU 017 016 Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”. 005 DEU 017 017 Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın. 005 DEU 017 018 Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün. 005 DEU 017 019 Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin. 005 DEU 017 020 Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar. 005 DEU 018 001 Levili kahinlərin, bütün Levi qəbiləsinin digər İsraillilərlə birgə payı və irsi olmayacaq. Onlar Rəbbə verilən yandırma təqdimləri ilə doyacaqlar və bu onların irsi olacaq. 005 DEU 018 002 Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür. 005 DEU 018 003 Xalq arasında öküz və qoyun qurbanı təqdim edən qol, çənə və içalatı kahinlərə pay versin. 005 DEU 018 004 Taxılınızın, təzə şərabınızın, zeytun yağınızın nübarını və qoyunlarınızdan qırxdığınız ilk yunu kahinlərə verin. 005 DEU 018 005 Allahınız Rəbb onları və övladlarını bütün qəbilələriniz arasından seçdi ki, daim Rəbbin adına xidmətdə dayansınlar. 005 DEU 018 006 Əgər bir Levili yaşadığı İsrail şəhərlərinin birindən könüllü surətdə Rəbbin seçəcəyi yerə gedərsə, 005 DEU 018 007 orada Allahı Rəbbin qarşısında dayanan Levili soydaşları kimi Rəbbin naminə xidmət edə bilsin. 005 DEU 018 008 O, ata mülkünün satışından əldə etdiyi vəsaitdən əlavə, onlarla bərabər paydan da istifadə edə bilər. 005 DEU 018 009 Allahınız Rəbbin sizə verəcəyi torpağa girdiyiniz zaman o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin. 005 DEU 018 010 Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər, 005 DEU 018 011 ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın. 005 DEU 018 012 Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq. 005 DEU 018 013 Allahınız Rəbbin gözü önündə kamil olun. 005 DEU 018 014 Çünki torpaqlarını alacağınız millətlərin hamısı gələcəyideyənlərin və falçıların nəsihətlərinə qulaq asırlar. Amma Allahınız Rəbb sizin üçün buna izin vermir. 005 DEU 018 015 Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın. 005 DEU 018 016 Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”. 005 DEU 018 017 Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur. 005 DEU 018 018 Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. 005 DEU 018 019 Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm. 005 DEU 018 020 Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”. 005 DEU 018 021 “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz. 005 DEU 018 022 Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın. 005 DEU 019 001 Allahınız Rəbb torpaqlarını sizə verəcəyi millətləri yox edəndə və siz onların mülkünü alıb şəhərlərində və evlərində yaşayanda 005 DEU 019 002 Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpağın mərkəzində özünüz üçün üç şəhər ayırın. 005 DEU 019 003 Bu şəhərlərə getmək üçün yollar çəkib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi ölkəni üç bölgəyə ayırın. Belə ki qətl edən bu şəhərlərdən birinə qaçsın. 005 DEU 019 004 Sağ qalmaq üçün oraya qaçan qatil haqqında – yəni qonşusu ilə əvvəlcədən ədavəti olmadan və bilmədən onu öldürən adam barədə belə bir qaydanız olsun. 005 DEU 019 005 Məsələn, odun kəsmək üçün qonşusu ilə meşəyə gedib ağac doğramaq üçün balta vuranda baltanın dəmiri sapından çıxıb qonşusuna dəyərsə və qonşusu ölərsə, ölümə bais adam bu şəhərlərdən birinə qaçıb canını qurtarsın. 005 DEU 019 006 Yoxsa qan qisasını alan qəzəblə qatilin izinə düşə bilər. Yol uzaq olarsa, çatıb onu öldürə bilər. Bu adamın öldürdüyü adamla əvvəllər heç bir ədavəti olmamışdı. Ona görə də ölüm hökmünə layiq deyil. 005 DEU 019 007 Bunun üçün “özünüzə üç şəhər seçin” deyə əmr edirəm. 005 DEU 019 008 Allahınız Rəbbi sevmək və daim Onun yolları ilə getmək üçün bu gün sizə buyurduğum bütün bu əmrlərə diqqətlə əməl etdiyiniz üçün 005 DEU 019 009 Allahınız Rəbb atalarınıza and etdiyi kimi sizin sərhədinizi genişləndirərsə və atalarınıza verməyi vəd etdiyi bütün torpaqları sizə verərsə, o zaman özünüz üçün bu üç şəhərdən əlavə üç şəhər də seçin. 005 DEU 019 010 Belə ki Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız. 005 DEU 019 011 Lakin kiminsə qonşusu ilə ədavəti varsa, pusquda durub onu izləyərsə, hücum edərək onu vurub öldürərsə və bu şəhərlərdən birinə qaçarsa, 005 DEU 019 012 bu adamın şəhərinin ağsaqqalları adam göndərib onu oradan götürüb öldürmək üçün qan qisası alana təslim etsin. 005 DEU 019 013 Ona rəhm etməyin. Günahsız qanı İsraildən təmizləyin ki, güzəranınız xoş olsun. 005 DEU 019 014 Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda alacağınız mülkdə qonşunuzun əvvəlki adamlar tərəfindən qoyulan sərhədini dəyişdirməyin. 005 DEU 019 015 Bir adamı işlədə biləcəyi hər hansı bir günahda yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin. 005 DEU 019 016 Əgər bir yalançı şahid pis məqsədlə birini təqsirləndirərsə, 005 DEU 019 017 aralarında münaqişə olan iki adam Rəbbin hüzurunda, o dövrdə xidmət edən kahinlərin və hakimlərin qarşısında dayansın. 005 DEU 019 018 Hakimlər yaxşı-yaxşı araşdırsınlar. Əgər şahid yalançıdırsa, soydaşlarına qarşı yalandan şahidlik etmişsə, 005 DEU 019 019 onda soydaşına etmək istədiyini onun öz başına gətirin. Beləliklə, aranızdan pisliyi atın. 005 DEU 019 020 Qalanları da bunu eşidib qorxacaq və bir daha bu cür pislik etməyəcəklər. 005 DEU 019 021 Belə adama rəhm etməyin, can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq ödənsin. 005 DEU 020 001 Düşmənlərinizə qarşı döyüşə çıxanda atları, döyüş arabalarını və sizdən böyük bir ordunu görəndə qorxmayın, çünki sizi Misir torpağından çıxaran Allahınız Rəbb sizinlədir. 005 DEU 020 002 Kahin döyüş qabağı ordunun yanına gəlib müraciət edərək 005 DEU 020 003 belə desin: “Ey İsraillilər, qulaq asın! Bu gün düşmənlərinizlə döyüşə çıxırsınız. Onlardan qorxub ürkməyin və təlaşa düşərək ürəyinizi yeməyin, 005 DEU 020 004 çünki Allahınız Rəbb düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə gedir”. 005 DEU 020 005 Zabitlər isə orduya belə desinlər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar. 005 DEU 020 006 Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar. 005 DEU 020 007 Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”. 005 DEU 020 008 Zabitlərin orduya müraciətinin davamı belə olsun: “Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin”. 005 DEU 020 009 Zabitlər orduya müraciətini bitirəndən sonra bölmələrə rəhbərlər təyin etsinlər. 005 DEU 020 010 Hansı şəhərə yürüş etsəniz, əvvəl onun xalqını sülhə çağırın. 005 DEU 020 011 Əgər o sizinlə sülh yolu ilə razılaşıb qarşınızda darvazalarını açarsa, qoy oranın bütün əhalisi sizə mükəlləfiyyətçi olub qulluğunuzda dursun. 005 DEU 020 012 Yox, əgər sizin sülh çağırışınızı rədd edib döyüşə başlasa, onda şəhəri mühasirəyə alın. 005 DEU 020 013 Allahınız Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin. 005 DEU 020 014 Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin. Allahınız Rəbbin sizə verdiyi düşmən malını özünüzə sərf edə bilərsiniz. 005 DEU 020 015 Sizə yaxın millətlərə aid olmayan, sizdən uzaqlarda yerləşən şəhərlərin hamısına qarşı rəftarınız belə olsun! 005 DEU 020 016 Ancaq Allahınız Rəbbin irs olaraq sizə verəcəyi bu millətlərin şəhərlərində nəfəsi olan heç bir canlını belə, sağ buraxmamalısınız. 005 DEU 020 017 Xetliləri, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları Allahınız Rəbbin sizə əmr etdiyi kimi tamamilə yox edin ki, 005 DEU 020 018 allahlarına iyrənc adətlərlə səcdə edənlərdən bunları öyrənərək Allahınız Rəbbə qarşı günah işlətməyəsiniz. 005 DEU 020 019 Hər hansı bir şəhərlə döyüşəndə oranı almaq üçün mühasirəsi uzun çəkərsə, ağacları baltalayıb məhv etməyin. Bu ağacların məhsulundan yeyə bilərsiniz, amma onları qırmayın. Məgər çöldəki ağaclar insandır ki, onları mühasirəyə alasınız? 005 DEU 020 020 Biləndə ki bir ağac bar vermir, həmin ağacı kəsib yox edə bilərsiniz. Sizə müqavimət göstərən şəhəri alanadək mühasirə əməliyyatında bu ağaclardan istifadə edə bilərsiniz. 005 DEU 021 001 Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda, çöldə yerə sərilmiş və kim tərəfindən öldürüldüyü bilinməyən meyit görsəniz, 005 DEU 021 002 ağsaqqallarınız və hakimləriniz gedib meyitin olduğu yerlə ətraf şəhərlər arasındakı məsafəni ölçsünlər. 005 DEU 021 003 Meyitə ən yaxın şəhər hansıdırsa, oranın ağsaqqalları işə qoşulmamış, boyunduruq taxılmayan bir düyə götürsünlər. 005 DEU 021 004 Düyəni şumlanmamış, əkilməmiş torpaqdakı axar sulu dərəyə gətirsinlər və orada düyənin boynunu qırsınlar. 005 DEU 021 005 Levili kahinlər də oraya getsin. Çünki Allahınız Rəbb onları Özünə xidmətçi seçib. Qoy onlar Rəbbin adı ilə xeyir-dua versinlər, aranızdakı münaqişə və zorakılıq hallarına baxsınlar. 005 DEU 021 006 Meyitə ən yaxın şəhərin ağsaqqalları dərədə boynu qırılmış düyənin üzərində əllərini yuyub 005 DEU 021 007 belə bəyan etsinlər: “Bu qan bizim əllərimizlə tökülməyib. Kimin etdiyini də gözümüzlə görməmişik. 005 DEU 021 008 Ya Rəbb, qurtardığın xalqı – İsrailliləri kəffarə et. Xalqını nahaq tökülən qana cavabdeh etmə”. Beləliklə, qan tökmək günahı kəffarə olunacaq. 005 DEU 021 009 Rəbbin gözündə doğru olanı etdiyiniz üçün nahaq qan boynunuzdan götürüləcək. 005 DEU 021 010 Düşmənlərinizlə döyüşə çıxanda, Allahınız Rəbb onları sizə təslim edəndə və siz onları əsir götürəndə 005 DEU 021 011 aralarında gözəl qadın görüb ona vurulsanız, onu arvad olaraq ala bilərsiniz. 005 DEU 021 012 Qoy o qadın kişinin evinə aparılsın. O, başını qırxdıraraq dırnaqlarını kəssin, 005 DEU 021 013 əynindəki əsirlik geyimlərini çıxarsın və evinizdə qalıb ata-anası üçün bir ay yas tutsun. Bundan sonra qadını alan kişi onun yanına girib öz arvadı edə bilər. 005 DEU 021 014 Əgər o sənin sonradan xoşuna gəlməzsə, könlü istədiyi kimi onu azad burax. Qadını pula satma və qul kimi rəftar etmə, çünki onu zəlil etmisən. 005 DEU 021 015 Əgər bir kişinin iki arvadı varsa, birini sevib digərini sevmirsə və hər iki qadın ona oğul doğmuşsa, sevmədiyi qadından doğulan oğul ilk oğludursa, 005 DEU 021 016 bu kişi əmlakını irs olaraq oğulları arasında böləndə ilk oğulluq haqqını sevdiyi qadının oğluna verə bilməz. 005 DEU 021 017 Sevmədiyi qadının oğlunu ilk oğul olaraq tanısın və bölünən malın ikiqat payını ona versin, çünki gücünün ilk yadigarıdır. Ona görə də ilk oğulluq haqqı onundur. 005 DEU 021 018 Əgər bir adamın dikbaş, itaətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa, 005 DEU 021 019 valideynləri onu götürüb şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirsinlər. 005 DEU 021 020 Şəhər ağsaqqallarına belə desinlər: “Bizim oğlumuz dikbaş və itaətsizdir. Heç sözümüzə baxmır, qarınqulu və əyyaşdır. 005 DEU 021 021 Onda şəhərin əhalisi onu daşqalaq edib öldürəcək. Beləliklə, aranızdan pisliyi atın. Qoy bütün İsraillilər bu xəbəri eşidib qorxsunlar”. 005 DEU 021 022 Əgər bir adam bir günahdan ötrü ölüm cəzasına məhkum olunub ağacdan asılırsa, 005 DEU 021 023 meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın, çünki asılan adam Allahın lənətinə düçar olub. Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağı murdarlamayın. 005 DEU 022 001 Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan. 005 DEU 022 002 Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar. 005 DEU 022 003 Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma. 005 DEU 022 004 Görəndə ki soydaşının eşşəyi yaxud öküzü yolda yıxılıb, özünü görməməzliyə vurma. Mütləq heyvanı ayağa qaldırmaq üçün soydaşına kömək et. 005 DEU 022 005 Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür. 005 DEU 022 006 Əgər təsadüfən yolda, ağacda yaxud torpaq üzərində bir quş yuvası görsən və ana quş balalarının ya da yumurtalarının üzərində oturmuşsa, ana quşu balaları ilə birlikdə götürmə. 005 DEU 022 007 Özün üçün balalarını götürə bilərsən, amma mütləq anasını buraxmalısan. Belə etsən, güzəranın xoş, ömrün uzun olar. 005 DEU 022 008 Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin. 005 DEU 022 009 Bağında iki növ toxumu qarışdırıb əkmə. Belə etsən, əkdiyin toxumun da, bağın da məhsulundan istifadə etmək sənə qadağandır. 005 DEU 022 010 Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma. 005 DEU 022 011 Yunla kətandan toxunmuş qarışıq parçadan paltar geyinmə. 005 DEU 022 012 Əbanın dörd tərəfinə qotaz sal. 005 DEU 022 013 Əgər bir nəfər arvad alıb yaxınlıq edəndən sonra onu bəyənməzsə, 005 DEU 022 014 ona şər ataraq adını ləkələyib “bu qızı aldım, onunla yaxınlıq edəndən sonra gördüm ki, bakirə deyil” deyərsə, 005 DEU 022 015 onda ata-anası qızın “üzağlıq mələfəsini” darvazaya – şəhər ağsaqqallarının yanına gətirsin. 005 DEU 022 016 Qızın atası şəhər ağsaqqallarına belə desin: “Bu adama qızımı arvad olaraq verdim. İndi qızımı bəyənmir. 005 DEU 022 017 ‹Gördüm ki, sənin qızın bakirə deyil› deyərək mənim qızımın adını ləkələyir. Bu isə qızımın ‹üzağlıq mələfəsidir›”. Mələfə şəhərin ağsaqqallarının qarşısına sərilsin. 005 DEU 022 018 Şəhərin ağsaqqalları isə o adama cəza versin. 005 DEU 022 019 Onu yüz şekel gümüş pul cəzasına məhkum edib gənc qadının atasına versinlər, çünki o adam İsraildə bir qızın adını ləkələyib. Bu qadın həmin adamın arvadı olacaq və ömrü boyu onu boşaya bilməz. 005 DEU 022 020 Əgər iddia doğrudursa, gənc qadının üzağlığı tapılmazsa, 005 DEU 022 021 onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın. 005 DEU 022 022 Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və qadın – hər ikisi öldürülsün. Beləliklə, İsraildən pisliyi atın. 005 DEU 022 023 Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə, 005 DEU 022 024 o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın. 005 DEU 022 025 Əgər bir kişi nişanlı qıza çöldə rast gəlsə, onu zorlasa, onunla cinsi yaxınlıq etsə, o zaman yalnız onunla cinsi yaxınlıq edən kişi öldürülsün. 005 DEU 022 026 Gənc qadına heç nə etməyin, çünki onda ölümə layiq günah yoxdur. Ona görə ki bir adam qonşusuna necə hücum edib öldürərsə, bu iş də elədir. 005 DEU 022 027 Çünki kişi qıza çöldə rast gəlib. Nişanlı qız nə qədər qışqırsa da, köməyinə çatan olmayıb. 005 DEU 022 028 Əgər kimsə nişanlanmamış bakirə bir qıza rast gəlib onu zorlayarsa və onlar tapılarsa, 005 DEU 022 029 o zaman onunla cinsi yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş versin və həmin qız onun arvadı olsun, çünki onu zəlil etmişdir. O, qadını ömrü boyu boşaya bilməz. 005 DEU 022 030 Kimsə atasının arvadını almasın və atasının nikahını ləkələməsin. 005 DEU 023 001 Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. 005 DEU 023 002 Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz. 005 DEU 023 003 Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz, 005 DEU 023 004 çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular. 005 DEU 023 005 Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir. 005 DEU 023 006 Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın. 005 DEU 023 007 Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz. 005 DEU 023 008 Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər. 005 DEU 023 009 Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun. 005 DEU 023 010 Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın. 005 DEU 023 011 Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın. 005 DEU 023 012 Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin. 005 DEU 023 013 Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz. 005 DEU 023 014 Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin. 005 DEU 023 015 Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın. 005 DEU 023 016 Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin. 005 DEU 023 017 İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin. 005 DEU 023 018 Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir. 005 DEU 023 019 Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin. 005 DEU 023 020 Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin. 005 DEU 023 021 Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır. 005 DEU 023 022 Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil. 005 DEU 023 023 Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz. 005 DEU 023 024 Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın. 005 DEU 023 025 Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın. 005 DEU 024 001 Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa, 005 DEU 024 002 evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər. 005 DEU 024 003 O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə, 005 DEU 024 004 onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin. 005 DEU 024 005 Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin. 005 DEU 024 006 Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur. 005 DEU 024 007 Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın. 005 DEU 024 008 Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin. 005 DEU 024 009 Misirdən çıxan zaman Allahınız Rəbbin yolda Məryəmə etdiyi hər şeyi xatırlayın. 005 DEU 024 010 Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin. 005 DEU 024 011 Bayırda dayanın, borc verdiyiniz adam qoy özü girovu bayıra çıxarsın. 005 DEU 024 012 Əgər o adam kasıbdırsa, onun girovu sizdə ola-ola yatmayın. 005 DEU 024 013 Girov götürdüyünüzün üst paltarını mütləq gün batanda geri qaytarın ki, o öz üst paltarında yatıb sizə xeyir-dua etsin və bu, Allahınız Rəbbin önündə sizin üçün salehlik sayılsın. 005 DEU 024 014 Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin. 005 DEU 024 015 Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb. Yoxsa sizdən Rəbbə fəryad edər və siz günahkar sayılarsınız. 005 DEU 024 016 Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün. 005 DEU 024 017 Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin. 005 DEU 024 018 Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm. 005 DEU 024 019 Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək. 005 DEU 024 020 Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun. 005 DEU 024 021 Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalan məhsulu toplamaq üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun. 005 DEU 024 022 Misir torpağında kölə olduğunuzu xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm. 005 DEU 025 001 İnsanlar arasında münaqişə olarsa, qoy onlar məhkəməyə getsinlər. Hakimlər bu işə baxıb haqlı adama bəraət, haqsıza isə cəza versinlər. 005 DEU 025 002 Əgər təqsirkar adam kötəklənməyə layiqdirsə, qoy hakim onu yerə uzandırıb kötəyi günahının ağırlığına görə vurdursun. 005 DEU 025 003 Təqsirkara qırx zərbədən artıq vurulmasın. Əgər qırxdan çox zərbə vursanız, soydaşınız göz önündə zəlil ola bilər. 005 DEU 025 004 Xırman çəkən öküzün ağzını bağlama. 005 DEU 025 005 Əgər qardaşlar bir yerdə yaşayırlarsa, onlardan biri ölərsə və ölənin oğlu olmazsa, dul qadın başqa ailədən olan bir adama ərə getməsin. Qaynı yanına gəlib onu arvad olaraq alsın və qayın-qəyyumluq vəzifəsini yerinə yetirsin. 005 DEU 025 006 Qadının doğacağı ilk oğul mərhumun adını yaşatsın. Qoy İsraildə mərhumun adı batmasın. 005 DEU 025 007 Kim mərhum qardaşının dul arvadını almaq istəməzsə, dul qadın darvazada yerləşən ağsaqqalların yanına getsin və belə desin: “Qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. Mənim üçün qayın-qəyyumluq vəzifəsini icra etmək istəmir”. 005 DEU 025 008 Onda şəhər ağsaqqalları onun qaynını çağırıb danışacaqlar. Əgər o inad edib yenə də “onu almıram” desə, 005 DEU 025 009 o zaman həmin qadın ağsaqqallar qarşısında gəlib qaynının çarığını çıxararaq üzünə tüpürsün və “qardaşının nəslini yaşatmayana belə edilir” desin. 005 DEU 025 010 İsraildə onun nəsli “çarığı çıxarılanın nəsli” adlanacaq. 005 DEU 025 011 Əgər dalaşan iki kişinin arvadlarından hansısa ərini döyən kişinin əlindən qurtarmaq üçün gəlib əl uzatsa və o biri kişinin cinsiyyət üzvündən yapışsa, 005 DEU 025 012 belə qadına rəhm etmədən onun əlini kəsin. 005 DEU 025 013 Aldatmaq üçün torbanızda biri ağır, digəri yüngül çəkən iki cür çəki daşı olmasın. 005 DEU 025 014 Evinizdə biri böyük, digəri kiçik ölçən iki cür ölçü əşyası olmasın. 005 DEU 025 015 Çəki daşınız, ölçünüz düzgün və dəqiq olsun ki, Allahınız Rəbbin sizə verəcəyi torpaqda uzun ömür sürəsiniz. 005 DEU 025 016 Çünki Allahınız Rəbb belə pis işlər görən və haqsızlıq edənlərə nifrət edir. 005 DEU 025 017 Misirdən çıxanda Amaleqlilərin yolda sizə nə etdiyini yada salın. 005 DEU 025 018 Siz yorulub əldən düşərkən onlar yolda sizə hücum etdilər, arxada qalan bütün gücsüzləri qırdılar, Allahdan qorxmadılar. 005 DEU 025 019 Allahınız Rəbb mülk etmək üçün irs olaraq sizə verəcəyi torpaqda və ətrafınızda olan düşmənlərin hamısından qurtarıb rahatlıq verəndə səma altından Amaleqlilərin xatirəsini silin və bunu unutmayın. 005 DEU 026 001 Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağa girib orada məskunlaşanda 005 DEU 026 002 Allahınız Rəbbin sizə verəcəyi ölkənin torpaqlarından topladığınız bütün məhsulların nübarını götürüb bir səbətə yığın. Sonra Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gedin. 005 DEU 026 003 O dövrdə xidmət edən kahinin yanına gedib deyin: “Allahın Rəbbə bu gün bəyan edirəm ki, Rəbbin atalarımıza vəd etdiyi ölkəyə çatdım”. 005 DEU 026 004 Kahin əlinizdən səbəti alıb onu Allahınız Rəbbin qurbangahı önündə yerə qoysun. 005 DEU 026 005 Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi. 005 DEU 026 006 Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər. 005 DEU 026 007 Onda atalarımızın Allahı Rəbbə fəryad qopardıq və Rəbb səsimizi eşitdi. Əzabımızı, əziyyətimizi və zəlalətimizi gördü. 005 DEU 026 008 Rəbb qüdrətli əli, uzanan qolu, böyük zəhmi, əlamət və möcüzələri ilə bizi Misirdən çıxartdı. 005 DEU 026 009 O bizi bu yerə gətirərək süd və bal axan bu torpağı bizə verdi. 005 DEU 026 010 İndi, ya Rəbb, mənə verdiyin torpağın məhsulunun nübarını Sənə gətirmişəm”. Sonra səbəti Allahınız Rəbbin önünə qoyub Onun qarşısında səcdə edin. 005 DEU 026 011 Siz, Levililər, aranızda yaşayan qəriblər Allahınız Rəbbin sizə və ailənizə verdiyi bütün yaxşı şeylər üçün sevinəcəksiniz. 005 DEU 026 012 Üçüncü il onda bir hissəni təqdimetmə ilidir. Bütün məhsulunuzun onda birini bir yana yığın. Ayırma işini qurtarandan sonra onda bir hissəni Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verin ki, şəhərlərinizdə onlar da yeyib-doysunlar. 005 DEU 026 013 Sonra Allahınız Rəbbə deyin: “Mənə əmr etdiyin kimi Rəbb yolunda ayırdıqlarımı evdən çıxarıb Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verdim. Əmrlərindən çıxmadım, heç birini yaddan çıxarmadım. 005 DEU 026 014 Bu paydan yas tutarkən yemədim, onu evdən çıxaranda murdar deyildim və onu ölülərə təqdim etmədim. Allahım Rəbbin sözünə qulaq asdım. Mənə əmr etdiklərinin hamısını yerinə yetirdim. 005 DEU 026 015 Ya Rəbb, indi müqəddəs məskənindən – göylərdən aşağıya bax. Xalqın İsrailə, atalarımıza etdiyin anda görə bizə verdiyin torpağa – süd və bal axan torpağa xeyir-dua ver”. 005 DEU 026 016 Bu gün Allahınız Rəbb bu qaydalara, hökmlərə əməl etməyi sizə buyurur. Onlara bütün qəlbinizlə, bütün varlığınızla əməl etmək üçün diqqətli olun. 005 DEU 026 017 Bu gün Rəbbin Allahınız olduğunu, Onun yolları ilə gedəcəyinizi, qanunlarına, əmrlərinə, hökmlərinə riayət edəcəyinizi, Onun sözünə qulaq asacağınızı bəyan etdiniz. 005 DEU 026 018 Bu gün Rəbb sizə verdiyi sözə görə bəyan etdi ki, Ona məxsus xalq olasınız. Ona görə də bütün əmrlərinə riayət etməlisiniz. 005 DEU 026 019 O zaman dediyi kimi Allahınız Rəbb, yaratdığı bütün millətlərdən tərifdə, şöhrətdə və hörmətdə sizi üstün edəcək ki, Allahınız Rəbb üçün təqdis edilmiş xalq olasınız». 005 DEU 027 001 Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin. 005 DEU 027 002 İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin. 005 DEU 027 003 Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın. 005 DEU 027 004 Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin. 005 DEU 027 005 Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin. 005 DEU 027 006 Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin. 005 DEU 027 007 Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin. 005 DEU 027 008 Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın». 005 DEU 027 009 Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz. 005 DEU 027 010 Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin». 005 DEU 027 011 O gün Musa xalqa belə dedi: 005 DEU 027 012 «İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin. 005 DEU 027 013 Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali. 005 DEU 027 014 Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin: 005 DEU 027 015 “Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!” Bütün xalq cavab versin: “Amin!” 005 DEU 027 016 “Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 017 “Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 018 “Qoy kor olanı yoldan azdırana lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 019 “Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 020 “Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”. Bütün xalq desin: “Amin!” 005 DEU 027 021 “Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 022 “Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 023 “Qoy qayınanası ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 024 “Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 025 “Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 027 026 “Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!” Bütün xalq desin: “Amin!” 005 DEU 028 001 Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək. 005 DEU 028 002 Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq. 005 DEU 028 003 Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız. 005 DEU 028 004 Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq. 005 DEU 028 005 Səbət və xəmir təknələriniz bərəkətli olacaq. 005 DEU 028 006 Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq. 005 DEU 028 007 Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən yeddi yolla qaçacaq. 005 DEU 028 008 Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq. 005 DEU 028 009 Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz, Rəbb vəd etdiyi kimi sizi Özü üçün müqəddəs bir xalq kimi qoruyacaq. 005 DEU 028 010 Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq. 005 DEU 028 011 Rəbb atalarınıza vəd etdiyi torpaqda sizi bolluq içərisində yaşadacaq. Doğulan övladlarınızın nəslini artırıb-çoxaldacaq, heyvanlarınızın balalarını, torpağınızın məhsulunu artımlı edəcək. 005 DEU 028 012 Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız. 005 DEU 028 013 Rəbb sizi quyruq deyil, baş edəcək. Əgər bu gün sizə buyurduğum Allahınız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz, aşağıda deyil, hər zaman yuxarıda olacaqsınız. 005 DEU 028 014 Bu gün sizə buyurduğum əmrlərdən kənara çıxmayın, başqa allahların ardınca getməyin, onlara sitayiş etməyin. 005 DEU 028 015 Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək. 005 DEU 028 016 Şəhərdə və çöldə lənət qazanacaqsınız. 005 DEU 028 017 Səbət və xəmir təknələriniz lənətli olacaq. 005 DEU 028 018 Doğulan övladlarınız, torpaqlarınızın məhsulları, mal-qara və qoyun-keçilərinizin balaları lənətə düçar olacaq. 005 DEU 028 019 Hər girişiniz, hər çıxışınız lənətli olacaq. 005 DEU 028 020 Rəbb əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət, Rəbdən üz döndərib pislik etdiyinizə görə tezliklə sizə ziyan vurub həlak edəcək. 005 DEU 028 021 Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqdan sizi yox edənədək vəbaya düçar edəcək. 005 DEU 028 022 O sizi vərəm, qızdırma, iltihab, insanı qovuran istilik, quraqlıq, səmum küləyi və kiflə cəzalandıracaq. Siz yox olana qədər bunlar sizdən əl çəkməyəcək. 005 DEU 028 023 Başınız üzərində olan göylər tunc, ayağınız altındakı yer isə dəmir kimi olacaq. 005 DEU 028 024 Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq. 005 DEU 028 025 Rəbb sizi düşmənlərinizin önündə məğlub edəcək, onlara bir yoldan hücum edəndə önlərindən yeddi yolla qaçacaqsınız. Dünyanın bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız. 005 DEU 028 026 Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq. 005 DEU 028 027 Rəbb sizi sağalmaz Misir çibanları, şişlər, xoralar, qoturlarla cəzalandıracaq. 005 DEU 028 028 O sizi cəzalandıraraq dəli və kor edəcək, ürəyinizi qubarladacaq. 005 DEU 028 029 Günorta vaxtı kor adam qaranlıqda əl toxundura-toxundura gəzdiyi kimi gəzəcəksiniz. Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq. 005 DEU 028 030 Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz. 005 DEU 028 031 Öküzünüz gözünüz önündə kəsiləcək, ətindən yeməyəcəksiniz. Eşşəkləriniz sizdən zorla alınacaq və geri qaytarılmayacaq. Sürüləriniz düşmənlərinizə veriləcək və sizi qurtaran olmayacaq. 005 DEU 028 032 Oğullarınız və qızlarınız gözünüz önündə başqa bir xalqa təslim ediləcək və onların həsrətindən günbəgün gözlərinizin nuru sönəcək. Əlinizdən isə heç nə gəlməyəcək. 005 DEU 028 033 Torpağınızın və bütün zəhmətinizin məhsulunu tanımadığınız bir xalq yeyəcək, siz isə daima iztirab çəkəcək və əziləcəksiniz. 005 DEU 028 034 Gözlərinizlə gördükləriniz ağlınızı başınızdan çıxaracaq. 005 DEU 028 035 Rəbb dizlərinizə, baldırlarınıza təpədən dırnağa qədər sağalmaz çibanlar çıxararaq sizi cəzalandıracaq. 005 DEU 028 036 Rəbb sizi, öz üzərinizə təyin etdiyiniz padşahı sizin də, atalarınızın da tanımadığı bir millətə əsir apartdıracaq. Orada ağacdan, daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz. 005 DEU 028 037 Rəbbin sizi əsir etdiyi xalqlar arasında heyrət, məsəl və kinayə hədəfinə çevriləcəksiniz. 005 DEU 028 038 Zəmiyə çox toxum səpib, az yığacaqsınız, çünki onu çəyirtkə yeyib qurtaracaq. 005 DEU 028 039 Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək. 005 DEU 028 040 Torpağınızın hər tərəfində zeytun ağacları bitsə də, onlardan yağ çəkə bilməyəcəksiniz, çünki zeytun ağaclarınız öz meyvəsini tökəcək. 005 DEU 028 041 Oğullarınız, qızlarınız olacaq, lakin yanınızda qalmayacaq, çünki əsir düşəcəklər. 005 DEU 028 042 Bütün ağaclarınızın və əkin sahələrinizin bəhərinə çəyirtkələr daraşacaq. 005 DEU 028 043 Aranızda yaşayan yadellilər sizdən olduqca üstün olacaq, siz aşağı endikcə enəcəksiniz. 005 DEU 028 044 Sizə onlar borc verəcək, siz onlara borc verə bilməyəcəksiniz, onlar baş, siz isə quyruq olacaqsınız. 005 DEU 028 045 Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək. Sizi həlak olanadək qovub yaxalayacaqlar, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz. 005 DEU 028 046 Bunlar sizə və övladlarınıza əbədi bir əlamət, bir möcüzə olacaq. 005 DEU 028 047 Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz, 005 DEU 028 048 Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq. 005 DEU 028 049 Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq. 005 DEU 028 050 Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir. 005 DEU 028 051 Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq. 005 DEU 028 052 Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar. 005 DEU 028 053 Mühasirəyə düşəndə düşmənlərinizin sizə verəcəyi aclıqdan doğulan övladlarınızın – Allahın Rəbbin sizə verdiyi oğul-qızlarınızın ətini yeyəcəksiniz. 005 DEU 028 054 Aranızda ən ürəyinazik və həssas adam belə, öz qardaşına, sevdiyi arvadına, sağ qalan övladlarına rəhm etməyəcək. 005 DEU 028 055 Yediyi uşaqların ətindən onların heç birinə verməyəcək, çünki mühasirə olunanda düşmənlərinizin yaratdığı qıtlığa görə şəhərlərinizdə yeməyə heç nə qalmayacaq. 005 DEU 028 056 Aranızda ən ürəyinazik, həssas qadın – zərifliyindən və incəliyindən ayağını yerə basmaq istəməyən qadın belə, sevdiyi ərinə, öz oğluna, eləcə də qızına rəhm etməyəcək. 005 DEU 028 057 Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq. 005 DEU 028 058 Əgər bu kitaba yazılmış bu Qanunun bütün sözlərinə diqqətlə əməl etməsəniz, Allahınız Rəbbin əzəmətli və zəhmli adından qorxmasanız, 005 DEU 028 059 Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək. 005 DEU 028 060 Qorxduğunuz bütün Misir xəstəliklərini yenə başınıza gətirəcək, bu xəstəliklərə tutulacaqsınız. 005 DEU 028 061 Rəbbin bu Qanun kitabında yazılmamış hər cür xəstəlik və bəlanı sizi yox edənədək başınıza gətirəcək. 005 DEU 028 062 Göydəki ulduzlar qədər çoxalmaq əvəzinə sayca çox az qalacaqsınız, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız. 005 DEU 028 063 Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız. 005 DEU 028 064 Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz. 005 DEU 028 065 Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək. 005 DEU 028 066 Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq. 005 DEU 028 067 Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz. 005 DEU 028 068 Mən sizə demişdim ki, gəldiyiniz yolla geri dönməyəcəksiniz, amma Rəbb sizi gəmilərlə Misirə geri qaytaracaq. Orada qul və qarabaş kimi düşmən bazarında satılacaqsınız, amma sizi pulla alan olmayacaq». 005 DEU 029 001 Rəbb İsrail övladları ilə Xorev dağında əhd etmişdir. Moavda isə Musaya əmr etdi ki, yenidən əhd kəssin. Əhdin şərtləri bunlardır: 005 DEU 029 002 Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: «Rəbbin Misirdə gözləriniz önündə firona, əyanlarına və ölkəsinə etdiyi hər şeyi gördünüz. 005 DEU 029 003 Böyük sınaqları, bu böyük əlamətləri və möcüzələri öz gözünüzlə gördünüz. 005 DEU 029 004 Lakin Rəbb bu günədək sizə anlamaq üçün ağıl, görmək üçün göz, eşitmək üçün qulaq vermədi. 005 DEU 029 005 Rəbb deyir: “Sizi qırx il səhrada gəzdirdim. Əyninizdəki paltar, ayağınızdakı çarıq yırtılıb-dağılmadı. 005 DEU 029 006 Çörək yemədiniz, şərab ya da başqa kefləndirici içki içmədiniz. Bunları ona görə etmişəm ki, Mənim Allahınız Rəbb olduğumu biləsiniz”. 005 DEU 029 007 Buraya çatanda Xeşbon padşahı Sixon ilə Başan padşahı Oq bizimlə döyüşə başladılar. Amma onları məğlub etdik. 005 DEU 029 008 Torpaqlarını ələ keçirib irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdik. 005 DEU 029 009 Ələ götürdüyünüz hər işdə uğur qazanmaq üçün bu əhdin hər sözünə diqqətlə əməl edin. 005 DEU 029 010 Bu gün siz hamınız – qəbilə başçılarınız, ağsaqqallarınız, məmurlarınız, İsraillilərin hamısı, 005 DEU 029 011 uşaqlarınız, arvadlarınız, aranızda yaşayıb odununuzu doğrayan, suyunuzu daşıyan yadellilər Allahınız Rəbbin qarşısında dayanmısınız ki, 005 DEU 029 012 bu gün Allahınız Rəbbin and edərək sizinlə bağladığı bu əhdi həyata keçirəsiniz. 005 DEU 029 013 Qoy bu gün O sizi Öz xalqı kimi təsdiq etsin, sizə söz verdiyi kimi atalarınız İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə sizin Allahınız olsun. 005 DEU 029 014 Mən bu əhdi və andı yalnız sizinlə, 005 DEU 029 015 Allahımız Rəbbin hüzurunda bizimlə bərabər duranlarla deyil, bu gün yanımızda olmayanlarla da edirəm. 005 DEU 029 016 Misirdə necə yaşadığınızı, o biri millətlərin içərisindən keçərək buraya necə gəldiyinizi özünüz də bilirsiniz. 005 DEU 029 017 Onların arasında iyrənc şeyləri – ağacdan, daşdan, qızıldan, gümüşdən düzəldilən iyrənc bütləri gördünüz. 005 DEU 029 018 Ehtiyatlı olun, bu gün aranızda bu millətlərin allahlarına sitayiş etmək üçün Allahınız Rəbdən dönən nə kişi, nə qadın, nə nəsil, nə də qəbilə olsun. Aranızda belə acı pöhrəli, zəhərli kök olmasın. 005 DEU 029 019 Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər. 005 DEU 029 020 Belə adamı Rəbb bağışlamaq istəməz. O adama qarşı qısqanc Rəbbin qəzəbi alovlanacaq. Bu kitabda yazılan bütün lənətlər başına töküləcək və Rəbb onun adını göyün altından siləcək. 005 DEU 029 021 Rəbb bu Qanun kitabında yazılan əhdin içərisində yer tutan lənətlərin hamısına görə fəlakətə uğratmaq üçün onu İsrailin bütün qəbilələrinin içərisindən çıxaracaq. 005 DEU 029 022 Gələcək nəsil, sizdən sonra gələn övladlarınız və uzaq diyardan gələn yadellilər bu ölkənin bəlalarını, Rəbbin oraya göndərdiyi xəstəlikləri görəcək. 005 DEU 029 023 Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq. 005 DEU 029 024 Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar. 005 DEU 029 025 O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar. 005 DEU 029 026 Gedib tanımadıqları allahlara, Rəbbin onlara bəxş etmədiyi yad allahlara sitayiş və səcdə etdilər. 005 DEU 029 027 Ona görə Rəbbin qəzəbi bu ölkəyə qarşı alovlandı, oranı bu kitabda yazılan bütün lənətlərə düçar etdi. 005 DEU 029 028 Rəbb qəzəb, hirs və böyük hiddətlə onları ölkələrindən qopardı. Bu gün olduğu kimi onları başqa bir torpağa atdı”. 005 DEU 029 029 Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək. 005 DEU 030 001 Bütün bu hadisələr – qarşınıza qoyduğum xeyir-dua və lənət başınıza gələndə Allahınız Rəbbin sizi səpələdiyi millətlər arasında bunları xatırlayacaqsınız. 005 DEU 030 002 Siz və övladlarınız Allahınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız, 005 DEU 030 003 Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq. 005 DEU 030 004 Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allahınız Rəbb sizi oradan yığıb geri qaytaracaq. 005 DEU 030 005 Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq. 005 DEU 030 006 Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız. 005 DEU 030 007 Allahınız Rəbb bütün bu lənətləri isə sizə nifrət və zülm edən düşmənlərinizin üzərinizə tökəcək. 005 DEU 030 008 Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz. 005 DEU 030 009 Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq. 005 DEU 030 010 Bir şərtlə: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün. 005 DEU 030 011 Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil. 005 DEU 030 012 Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?” 005 DEU 030 013 O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?” 005 DEU 030 014 Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir. 005 DEU 030 015 Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram. 005 DEU 030 016 Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız. 005 DEU 030 017 Əgər bu yoldan dönsəniz, qulaq asmasanız, azaraq, yad allahlara səcdə qılaraq onlara qulluq etsəniz, 005 DEU 030 018 bu gün sizə bildirirəm ki, mütləq məhv olacaqsınız. İordan çayını keçib mülk olaraq almaq üçün gedəcəyiniz ölkədə uzun ömür sürməyəcəksiniz. 005 DEU 030 019 Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. 005 DEU 030 020 Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək». 005 DEU 031 001 Musa bütün İsraillilərin qarşısına çıxıb belə dedi: 005 DEU 031 002 «Artıq mən yüz iyirmi yaşındayam, daha sizə başçılıq etməyə taqətim yoxdur. Rəbb mənə demişdir ki, sən İordan çayını keçməyəcəksən. 005 DEU 031 003 Oranı keçəndə Allahınız Rəbb Özü qabağınızda gedəcək və bu millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək. 005 DEU 031 004 Rəbb Emorlu padşahları Sixonu və Oqu həlak edərək ölkələrinin başına gətirdiyini bu millətlərin də başına gətirəcək. 005 DEU 031 005 Rəbb onları sizə təslim edəcək. Onlarla əmr etdiyim kimi rəftar etməlisiniz. 005 DEU 031 006 Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!» 005 DEU 031 007 Sonra Musa Yeşuanı çağırıb bütün İsraillilərin gözü qarşısında ona belə dedi: «Möhkəm və cəsarətli ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən. Ölkəni irs olaraq onlara sən verəcəksən. 005 DEU 031 008 Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!» 005 DEU 031 009 Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi. 005 DEU 031 010 Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında, 005 DEU 031 011 bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun. 005 DEU 031 012 Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin. 005 DEU 031 013 Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər». 005 DEU 031 014 Rəbb Musaya dedi: «Ölümünə az qalıb. Yeşuanı çağır. Hüzur çadırında hazır dayanın ki, ona əmrlərimi bildirim». Beləliklə, Musa ilə Yeşua gedib Hüzur çadırında gözlədilər. 005 DEU 031 015 Sonra Rəbb çadırda sütuna oxşar bir bulud içərisində göründü. Bulud çadırın qapısı üzərində dayandı. 005 DEU 031 016 Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar. 005 DEU 031 017 Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər. 005 DEU 031 018 Başqa allahlara tərəf dönməklə pis iş gördüklərinə görə mütləq onlardan üz döndərəcəyəm. 005 DEU 031 019 İndi özünüz üçün bu ilahini yazın və İsrail övladlarına öyrədin. Qoy onu oxusunlar. Belə ki bu ilahi İsraillilərə qarşı Mənim şahidim olsun. 005 DEU 031 020 Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar. 005 DEU 031 021 Onlara çox bəlalar və müsibətlər yetişəndə qoy bu ilahi onlara qarşı şahid kimi səslənsin, çünki bu ilahi nəsillərin dilindən düşməyəcək. Ona görə ki Mən onları vəd etdiyim torpağa gətirməzdən əvvəl, bu gün belə, fəndgir olduqlarını bilirəm». 005 DEU 031 022 Həmin gün Musa bu ilahini yazıb İsrail övladlarına öyrətdi. 005 DEU 031 023 Rəbb o gün Nun oğlu Yeşuaya əmr edib dedi: «Möhkəm və cəsarətli ol, çünki İsrail övladlarını onlara vəd etdiyim ölkəyə sən aparacaqsan və Mən səninləyəm». 005 DEU 031 024 Musa bu Qanunu sözlərindən heç nəyi əskiltmədən kitaba yazmağı qurtaranda 005 DEU 031 025 Rəbbin Əhd sandığını daşıyan Levililərə bu əmri verdi: 005 DEU 031 026 «Bu Qanun kitabını götürüb Allahınız Rəbbin Əhd sandığının yanına qoyun. Qoy sizə qarşı bir şahid olaraq orada qalsın. 005 DEU 031 027 Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız. 005 DEU 031 028 Qəbilələrinizin bütün ağsaqqallarını və məmurlarınızı yanıma toplayın. Bu sözləri onlara eşitdirim ki, göyü və yeri onlara qarşı şahid tutacağam. 005 DEU 031 029 Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz». 005 DEU 031 030 Musa bu ilahini axıracan oxudu ki, bütün İsrail camaatı ilahinin sözlərini eşitsin. 005 DEU 032 001 «Ey göylər, qulaq asın, söyləyəcəyəm, Qoy yer üzü dilimdən çıxan sözləri eşitsin. 005 DEU 032 002 Qoy təlimim yağış kimi tökülsün, Sözüm şeh kimi düşsün, Çəmən üzərinə düşən narın yağış tək olsun, Ot üzərinə tökülən leysana oxşasın, 005 DEU 032 003 Çünki Rəbbin ismini elan edəcəyəm! Allahımızın əzəmətini mədh edin! 005 DEU 032 004 O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur. 005 DEU 032 005 Ona xəyanət etdilər, Ona övlad olmadılar, Ona görə rüsvay oldular. Çünki əyri və tərs nəsildirlər. 005 DEU 032 006 Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi? 005 DEU 032 007 Ötən günləri yadınıza salın, Keçmiş nəsillərin dövrünə nəzər salın, Atanızdan soruşun, o sizə desin, Ağsaqqallarınızdan soruşun, onlar sizə söyləsin. 005 DEU 032 008 Haqq-Taala millətlərə irsi torpaq bölərkən, Bəşər övladlarını ayırarkən İsrail övladlarının sayına görə Xalqlara sərhəd qoydu. 005 DEU 032 009 Çünki Rəbbin payı Öz xalqıdır! Yaqub Onun payına düşən irsidir. 005 DEU 032 010 Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. 005 DEU 032 011 Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi 005 DEU 032 012 Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi. 005 DEU 032 013 Onu yer üzünün yüksəkliklərinə çıxartdı, Zəminin məhsulundan yedirtdi. Onu qayadan süzülən balla, Çaxmaq daşından çəkilən yağla bəslədi. 005 DEU 032 014 Onu inəklərin kəsmiyi, qoyunların südü ilə, Kökəldilmiş quzularla, Başandakı təkələrlə, qoçlarla. Ən yaxşı buğda ilə bəslədi. Xalq şərabı, üzümün al qanını içdi, 005 DEU 032 015 Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi. 005 DEU 032 016 Yad allahlarla Allahı qısqandırdılar, İyrənc əməllərlə Onu qəzəbləndirdilər. 005 DEU 032 017 Allah olmayan cinlərə, Tanımadıqları allahlara, Atalarının qorxmadıqları, Son zamanlar yeni yaranan allahlara Qurban kəsdilər. 005 DEU 032 018 Sizi həyata gətirən Qayanı atdınız. Sizi yaradan Allahı unutdunuz. 005 DEU 032 019 Rəbb bunu görəndə onları rədd etdi, Çünki oğul və qızları Onu hiddətləndirdi. 005 DEU 032 020 O dedi: “Bax onlardan Mənim üzüm dönəcək, Onların aqibəti görüm necə olacaq? Çünki onlar etimada layiq olmayan övladlar, azğın nəsildirlər. 005 DEU 032 021 Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm. 005 DEU 032 022 Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq. 005 DEU 032 023 Mən onların üzərinə bəlalar yığacağam, Oxlarımı onlara tuşlayacağam. 005 DEU 032 024 Qıtlıqdan tükənəcək, qızdırmadan qırılacaqlar, Vəbadan tələf olacaqlar. Heyvanların dişlərini, Torpaqda sürünən ilanların zəhərini Onlara sarı göndərəcəyəm. 005 DEU 032 025 Gənc oğlanı və qızı, Südəmər körpəni, ağsaçlı insanı Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək. 005 DEU 032 026 Dedim: ‹Qoy onları uzaqlara dağıdım, Onları insanların yaddaşından çıxarım›. 005 DEU 032 027 Lakin düşmənin istehzasından çəkindim, İstəmədim ki, əleyhdarları yanlış anlayıb desinlər: ‹Bütün bu işləri Rəbb görməyib, Özümüz zəfər qazanmışıq›”. 005 DEU 032 028 Çünki onlar düşüncəsiz bir millətdir, Necə də ağılsızdırlar. 005 DEU 032 029 Kaş ki müdrik olub bunu dərk edəydilər, Aqibətlərini düşünəydilər. 005 DEU 032 030 Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi? 005 DEU 032 031 Həqiqətən, onların qayası Qayamız kimi deyil, Hətta düşmənlərimiz bunu qəbul edir. 005 DEU 032 032 Tənəkləri Sodomdakı üzüm ağaclarındandır, Homorra bağlarındandır. Üzümləri zəhərlidir, Salxımları acıdır. 005 DEU 032 033 Şərabları əfi ilan zəhəridir, Gürzələrin öldürücü ağısıdır. 005 DEU 032 034 “Məgər bunların hamısını Mən yanımda saxlamamışammı? Bunları xəzinəmdə möhürləyən Mən deyiləmmi? 005 DEU 032 035 Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”. 005 DEU 032 036 Rəbb Öz xalqını mühakimə edəcək. Onların gücünün qurtardığını görərkən, Nə kölədən, nə azaddan kimsə qalmayarkən Qullarına rəhm edəcək. 005 DEU 032 037 O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya? 005 DEU 032 038 Qurbanlarının yağını yeyən, Hanı içmə təqdimlərini içən allahları? Qoy sizə kömək etmək üçün dursunlar, Pənahgahınız olsunlar. 005 DEU 032 039 İndi görün ki, Mən, Mən Oyam, Məndən başqa Allah yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz. 005 DEU 032 040 Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm: ‹Əbədi Varlığıma and olsun ki, 005 DEU 032 041 Şimşək çaxan qılıncımı itiləyib Hökm etmək üçün əlimə alsam, Düşmənlərimdən qisas alacağam, Mənə nifrət edənlərdən əvəz çıxacağam. 005 DEU 032 042 Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm; Qılıncım əti, qırılanların, əsir edənlərin qanını, Düşmən rəhbərlərinin başını yeyəcək›”. 005 DEU 032 043 Ey millətlər, Onun xalqı ilə birgə sevinin! Çünki O, qullarının qan qisasını alacaq, Düşmənlərindən əvəz çıxacaq, Ölkəsi və xalqı üçün kəffarə edəcək». 005 DEU 032 044 Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi. 005 DEU 032 045 Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda 005 DEU 032 046 belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz. 005 DEU 032 047 Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək». 005 DEU 032 048 Rəbb elə həmin gün Musaya belə dedi: 005 DEU 032 049 «Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör. 005 DEU 032 050 Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan. 005 DEU 032 051 Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz. 005 DEU 032 052 Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən». 005 DEU 033 001 Allah adamı Musa ölümündən əvvəl İsrail övladlarına bu xeyir-duanı oxudu. 005 DEU 033 002 O belə dedi: «Rəbb Sina dağından gəldi, Bizə Seirdən zühur etdi, Paran dağından şəfəq saçdı, On minlərlə müqəddəs mələklər ilə gəldi. Sağ əlində yanar alov var idi. 005 DEU 033 003 Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən! Bütün müqəddəslər Sənin əlindədir! Onlar ayağına düşər, sözlərini dinlər. 005 DEU 033 004 Musa bizə qanuna əməl etməyi tapşırdı, Bu, Yaqubun camaatı üçün bir irsdir. 005 DEU 033 005 İsrail qəbilələri, Xalqın rəhbərləri bir yerə yığılanda Rəbb Yeşuruna padşah oldu. 005 DEU 033 006 Qoy Ruven ölməsin, yaşasın! Xalqının sayı azalmasın!» 005 DEU 033 007 Musa Yəhuda üçün belə dedi: «Ya Rəbb, Yəhudanın səsini eşit, Onu xalqına geri qaytar. O özü üçün öz əlləri ilə döyüşdü, Düşmənlərinə görə ona kömək et!» 005 DEU 033 008 Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin Sənin sadiq qulun üçündür. Onu Massada sınaqdan keçirdin, Onunla Meriva sularında mübahisə etdin. 005 DEU 033 009 O, ata-anası üçün dedi: “Onlara nəzər salmadım”. Qardaşlarını tanımadı, Övladlarını unutdu, Ancaq Sənin sözünə riayət etdi, Sənin əhdini hifz etdi. 005 DEU 033 010 Hökmlərini Yaqub nəslinə, Qanununu İsraillilərə öyrədəcəklər. Onlar hüzurunda buxuru, Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək. 005 DEU 033 011 Ya Rəbb, onların malına bərəkət ver, Əməllərindən razı qal. Kim onlara hücum etsə, Kim onlara nifrət etsə, Belini qır, Bir daha qalxmasınlar!» 005 DEU 033 012 Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır». 005 DEU 033 013 Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla, 005 DEU 033 014 Günəşin yetişdirdiyi ən gözəl barlarla, Hər ay yetişən ən gözəl bəhərlərlə, 005 DEU 033 015 Qədimdən qalan dağların əla nemətləri ilə, Əbədi təpələrin münbitliyi ilə, 005 DEU 033 016 Yerin ən qiymətli məhsulu və bolluğu ilə, Kolda məskən Salanın lütfü ilə Qoy bərəkət alsın! Yusifin başı üzərinə – Qardaşlarından ayrı düşənin başı üzərinə Qoy bərəkət yağsın! 005 DEU 033 017 O, birinci doğulan buğa qədər heybətlidir, Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir. Bu buynuzlarla xalqları, Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq. Bax belədir Efrayimin on minləri, Bax budur Menaşşenin minləri». 005 DEU 033 018 Zevulun üçün belə dedi: «Ey Zevulun, yola düşəndə sevin, Ey İssakar, çadırlarında sevin! 005 DEU 033 019 Onlar xalqları dağa çağıracaqlar, Orada salehlik qurbanları kəsəcəklər. Bol dəniz nemətləri ilə, Qumlarda gizlənən xəzinələrlə doyacaqlar». 005 DEU 033 020 Qad üçün belə dedi: «Qadın ərazisini artırana şükür olsun! Qad aslan tək yaşayır, Qolu, başı qoparır. 005 DEU 033 021 O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Xalq rəhbərləri yığılanda Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi». 005 DEU 033 022 Dan üçün belə dedi: «Dan Başandan sıçrayan Bala aslandır». 005 DEU 033 023 Naftali üçün belə dedi: «Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali, Qərbi və cənubu mülk edəcəksən». 005 DEU 033 024 Aşer üçün belə dedi: «Oğullar arasında Aşer ən çox bərəkət alsın! Qardaşlarının ən çox bəyəndiyi o olsun! Ayağını zeytun yağına batırsın. 005 DEU 033 025 Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın! 005 DEU 033 026 Ey Yeşurun, bax sənə kömək etmək üçün Göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur. 005 DEU 033 027 Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər. 005 DEU 033 028 İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır. 005 DEU 033 029 Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan». 005 DEU 034 001 Musa Moav düzənliyindən Nevo dağına gedib Yerixo qarşısında olan Pisqa təpəsinə çıxdı. Rəbb ona bütün ölkəni göstərdi. Dana qədər uzanan Gileadı, 005 DEU 034 002 bütün Naftalini, Efrayim və Menaşşe torpaqlarını, Qərb dənizinə qədər uzanan bütün Yəhuda torpağını, 005 DEU 034 003 Negevi, Xurmalar şəhəri Yerixo vadisinin Soara qədər uzanan hövzəsini göstərdi. 005 DEU 034 004 Sonra Rəbb ona dedi: «İbrahimə, İshaqa və Yaquba vəd etdiyim torpaq budur, oranı sizin övladlarınıza verəcəyəm. Mən izin verdim ki, oranı öz gözlərinlə görəsən. Lakin oraya girməyəcəksən». 005 DEU 034 005 Rəbbin sözünə görə qulu Musa elə orada – Moav torpağında öldü. 005 DEU 034 006 Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir. 005 DEU 034 007 Musa öləndə yüz iyirmi yaşında idi. Gözü nurdan düşməmiş, taqəti çəkilməmişdi. 005 DEU 034 008 İsrail övladları Musa üçün Moav düzənliyində otuz gün yas tutdular. Musa üçün olan ağlaşma və yas günləri qurtardı. 005 DEU 034 009 Nun oğlu Yeşua hikmət ruhu ilə dolmuşdu, çünki Musa onun üzərinə əllərini qoymuşdu. İsrail övladları da ona qulaq asdılar və Rəbbin Musaya əmr etdiyi hər şeyə əməl etdilər. 005 DEU 034 010 İsraildə Musa kimi Rəbbin üz-üzə görüşdüyü bir peyğəmbər bir daha çıxmadı. 005 DEU 034 011 Rəbb onu göndərmişdi ki, Misir torpağında firona, onun bütün əyanlarına, ölkəsinə çoxlu əlamətlər və möcüzələr göstərsin. 005 DEU 034 012 Musanın əməlləri İsraillilərin gözləri önündə böyük və zəhmli idi. # # BOOK 006 JOS Joshua Yeşua 006 JOS 001 001 Rəbbin qulu Musanın ölümündən sonra Rəbb Musanın köməkçisi Nun oğlu Yeşuaya belə dedi: 006 JOS 001 002 «Qulum Musa öldü. İndi qalx, sən və bütün bu xalq İordan çayını keçib İsrail övladlarına verəcəyim torpağa gedin. 006 JOS 001 003 Musaya dediyim kimi qədəm qoyacağınız hər yeri sizə vermişəm. 006 JOS 001 004 Bu səhra ilə Livandan böyük çaya – Fərat çayına qədər, Xetlilərin bütün ölkəsi və günbatan tərəfdən isə Böyük dənizə qədər yer sizin torpaqlarınız olacaq. 006 JOS 001 005 Bütün ömrün boyu heç kəs sənə qarşı çıxa bilməyəcək. Musa ilə olduğum kimi səninlə də olacağam, səni atmayacağam və tərk etməyəcəyəm. 006 JOS 001 006 Möhkəm və cəsarətli ol, çünki atalarına vermək üçün and içdiyim bu torpağı bu xalqa irs olaraq sən verəcəksən. 006 JOS 001 007 Qulum Musanın sənə tapşırdığı Qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola dön ki, hara getsən, uğur qazanasan. 006 JOS 001 008 Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan. 006 JOS 001 009 Sənə möhkəm və cəsarətli olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir». 006 JOS 001 010 Yeşua xalqın məmurlarına əmr edib dedi: 006 JOS 001 011 «Ordugahı gəzin və xalqa əmr edib deyin: “Özünüzə azuqə hazırlayın, çünki üç gün ərzində İordan çayını keçib Allahınız Rəbbin sizə mülk olaraq verdiyi torpağa girərək oraya sahib olacaqsınız”». 006 JOS 001 012 Yeşua Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına belə dedi: 006 JOS 001 013 «Yadınıza salın ki, Rəbbin qulu Musa sizə belə vəsiyyət etmişdi: “Allahınız Rəbb rahatlığınız üçün bu torpağı sizə verdi”. 006 JOS 001 014 Arvadlarınız, uşaqlarınız, sürüləriniz İordan çayının bu tayında Musanın sizə verdiyi torpaqda qalsın. Ancaq siz – bütün igid adamlar silahlanıb qardaşlarınızın qabağında o taya keçin. 006 JOS 001 015 Rəbb sizə rahatlıq verdiyi kimi soydaşlarınıza da rahatlıq verənə qədər və Allahınız Rəbbin verdiyi torpağa sahib olana qədər onlara kömək edin. Sonra siz Rəbbin qulu Musanın İordan çayının şərqində sizə mülk olaraq verdiyi torpağa qayıdıb oraya sahib ola bilərsiniz». 006 JOS 001 016 Onlar da Yeşuaya cavab verib dedilər: «Bizə nə buyursan, edəcəyik və hara göndərsən, gedəcəyik. 006 JOS 001 017 Hər işdə Musaya necə qulaq asırdıqsa, sənə də elə qulaq asacağıq. Qoy Allahın Rəbb Musa ilə olduğu kimi səninlə də olsun. 006 JOS 001 018 Sənin əmrlərinə qarşı çıxan, buyurduğun hər sözə qulaq asmayan hər kəs öldürüləcək. Yalnız sən möhkəm və cəsarətli ol». 006 JOS 002 001 Nun oğlu Yeşua Şittimdən iki kişini casusluq etməyə gizli göndərib dedi: «Gedin oranın torpağını və Yerixonu gözdən keçirin». Onlar getdilər və Raxav adlı bir fahişənin evinə girib orada qaldılar. 006 JOS 002 002 Yerixo padşahına «budur, bu gecə torpağımızı gözdən keçirmək üçün İsrail övladlarından buraya adamlar gəldi» deyə bildirildi. 006 JOS 002 003 Yerixo padşahı Raxava xəbər göndərib dedi: «Sənin yanına gəlib evinə girən adamları çıxart, çünki onlar torpağımızın hər tərəfini gözdən keçirməyə gəliblər». 006 JOS 002 004 Raxav isə o iki kişini gizlətmişdi. O dedi: «Doğrusu, yanıma adamlar gəlmişdi, amma haradan olduqlarını bilmirdim. 006 JOS 002 005 Qaranlıq düşəndə, darvaza bağlananda o adamlar çıxdılar. Bilmirəm hara getdilər. Tez dallarınca qaçın ki, onları tuta biləsiniz». 006 JOS 002 006 Lakin qadın onları dama çıxarıb damda sərdiyi kətan liflərin arasında gizlətmişdi. 006 JOS 002 007 Padşahın göndərdiyi adamlar casusları təqib etmək üçün İordan çayının keçidinə qədər yol boyu qaçdılar. Təqibçilər bayıra çıxan kimi darvazalar bağlandı. 006 JOS 002 008 Casuslar yatmazdan əvvəl qadın dama – onların yanına çıxdı. 006 JOS 002 009 O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. 006 JOS 002 010 Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və İordan çayının o tayında məhv etdiyiniz iki Emor padşahı Sixonla Oqa nə etdiyinizi eşitmişik. 006 JOS 002 011 Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır. 006 JOS 002 012 İndi rica edirəm, Rəbbə and için ki, sizə xeyirxahlıq etdiyim üçün siz də mənə və atamın külfətinə xeyirxahlıq edəcəksiniz. Mənə etibarlı bir nişanə verin ki, 006 JOS 002 013 atamı, anamı, qardaşlarımı, bacılarımı, onların yanında olan hər kəsi sağ qoyacaqsınız və canımızı ölümdən qurtaracaqsınız». 006 JOS 002 014 Adamlar isə ona dedilər: «Əgər bu işimizin üstünü açmasanız, canımızı belə, sizə fəda edərik. Rəbb bu torpağı bizə verən vaxt sənə xeyirxahlıq və sədaqət göstərərik». 006 JOS 002 015 O vaxt qadın onları kəndirlə pəncərədən aşağı endirdi, çünki onun evi şəhərin qala divarında idi və o, divarın içində yaşayırdı. 006 JOS 002 016 Qadın onlara dedi: «Dağa gedin ki, təqibçilər sizə çatmasınlar, onlar qayıdana qədər üç gün orada gizlənin, sonra yolunuza davam edərsiniz». 006 JOS 002 017 Bu adamlar da ona dedilər: «Sənin bizə içdirdiyin bu anddan bu yolla günahsız olacağıq. 006 JOS 002 018 Bu torpağa gəldiyimiz vaxt bizi düşürdüyün pəncərəyə bu al rəngli ipi bağlayarsan. Atanı, ananı, qardaşlarını və atanın bütün qohumlarını yanına – öz evinə toplayarsan. 006 JOS 002 019 Əgər sənin evinin qapısından kim bayıra çıxarsa, qanı öz başına dönəcək və biz buna günahkar olmayacağıq. Əgər səninlə birgə evində olan bir kimsəyə toxunularsa, qoy onun qanı bizim başımıza dönsün. 006 JOS 002 020 Ancaq bu işimizin üstünü açmaq istəsən, onda sənin bizə içdirdiyin anddan təqsirimiz olmaz». 006 JOS 002 021 Raxav dedi: «Necə deyirsiniz, elə də olsun». Sonra onları yola saldı və onlar getdilər. Raxav al rəngli ipi pəncərəyə bağladı. 006 JOS 002 022 Bu iki adam getdi. Dağa çatıb təqibçilər qayıdana qədər üç gün orada qaldılar. Təqibçilər bütün yol boyu onları axtardılar, ancaq tapmadılar. 006 JOS 002 023 O iki kişi isə geri dönüb dağdan endi, çayı keçərək Nun oğlu Yeşuanın yanına gəldi və başlarına gələn hər şeyi ona nəql etdi. 006 JOS 002 024 Onlar Yeşuaya dedilər: «Həqiqətən, Rəbb bütün o torpağı bizə təslim edib, o torpağın bütün sakinləri də qarşımızda qorxu içində əsir». 006 JOS 003 001 Yeşua səhər erkən qalxdı. Onunla birgə bütün İsrail övladları Şittimdən irəliləyərək İordan çayına qədər gəldilər. Onlar çayı keçməzdən əvvəl orada qaldılar. 006 JOS 003 002 Üçüncü günün sonunda məmurlar ordugahı gəzdilər. 006 JOS 003 003 Xalqa əmr edib dedilər: «Allahınız Rəbbin Əhd sandığını Levililərdən olan kahinlərin daşıdığını görəndə siz də yerinizdən irəliləyərək onun ardınca gedin. 006 JOS 003 004 Ancaq sizinlə onun arasında iki min qulaca qədər məsafə olmalıdır. Ona yaxınlaşmayın ki, hansı yolla gedəcəyinizi biləsiniz, çünki siz əvvəllər heç vaxt bu yoldan keçməmisiniz». 006 JOS 003 005 Yeşua xalqa dedi: «Özünüzü təqdis edin, çünki sabah Rəbb aranızda möcüzələr göstərəcək». 006 JOS 003 006 Kahinlərə isə Yeşua belə dedi: «Əhd sandığını götürün və xalqın önündə gedin». Onlar da Əhd sandığını götürüb xalqın önündə getdilər. 006 JOS 003 007 Rəbb Yeşuaya dedi: «Bu gün Mən səni bütün İsraillilərin gözündə ucaltmağa başlayacağam ki, onlar Musa ilə olduğum kimi səninlə də olduğumu bilsinlər. 006 JOS 003 008 Sən isə Əhd sandığını daşıyan kahinlərə əmr edib deyəcəksən: “Siz İordan çayının kənarına çatanda İordan çayına girib dayanın”». 006 JOS 003 009 Yeşua İsrail övladlarına dedi: «Buraya yaxınlaşın və Allahınız Rəbbin sözlərini eşidin». 006 JOS 003 010 Yeşua dedi: «Var olan Allahın aranızda olmasını buradan biləcəksiniz ki, O sizin önünüzdən hökmən Kənanlıları, Xetliləri, Xivliləri, Perizliləri, Qirqaşlıları, Emorluları və Yevusluları qovacaq. 006 JOS 003 011 Budur, bütün yer üzünün Sahibinin Əhd sandığı sizin önünüzdən keçib İordan çayına girəcək. 006 JOS 003 012 İndi isə özünüzə hər qəbilədən bir adam olmaqla İsrail qəbilələrindən on iki adam götürün. 006 JOS 003 013 Bütün yer üzünün Sahibi Rəbbin sandığını daşıyan kahinlərin ayaqları İordan çayının sularına dəyən kimi çayın suları kəsiləcək, yuxarıdan axan sular yığın halında dayanacaq». 006 JOS 003 014 Xalq çadırlarından çıxıb İordan çayını keçmək üçün irəliləyirdi və Əhd sandığını daşıyan kahinlər xalqın önündə gedirdilər. 006 JOS 003 015 Biçin ərzində İordan çayının suları daşıb sahilləri basırdı. Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə 006 JOS 003 016 yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi. 006 JOS 003 017 Rəbbin Əhd sandığını daşıyan kahinlər isə İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər. 006 JOS 004 001 Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi: 006 JOS 004 002 «Hər qəbilədən bir adam olmaqla özünüzə xalqdan on iki adam götürün. 006 JOS 004 003 Onlara əmr et ki, buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər. Bu daşları aparıb bu gecə qaldığınız yerdə qoyun». 006 JOS 004 004 Yeşua hər qəbilədən bir adam olmaqla İsrail övladlarının arasından seçdiyi on iki adamı çağırdı. 006 JOS 004 005 Yeşua onlara dedi: «Allahınız Rəbbin sandığı önündən İordan çayının ortasına keçib İsrail qəbilələrinin sayına görə hərəniz çiyninizə bir daş götürün. 006 JOS 004 006 Qoy bu sizin aranızda bir əlamət olsun. Sizdən sonra övladlarınız “Bu daşlar nədir?” deyərək soruşanda 006 JOS 004 007 onlara belə deyərsiniz: “İordan çayının suları Rəbbin Əhd sandığının önündə kəsildi. Əhd sandığını İordan çayından keçirəndə İordan çayının suları kəsilmişdi”. Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq». 006 JOS 004 008 İsraillilər Yeşuanın əmr etdiyi kimi etdilər və Rəbbin Yeşuaya dediyi kimi İsrail qəbilələrinin sayına görə İordan çayının ortasından on iki daş götürdülər, özləri ilə gecə qalacaqları yerə aparıb onları orada yerə qoydular. 006 JOS 004 009 Sonra Yeşua İordan çayının ortasında Əhd sandığını daşıyan kahinlərin ayaqlarının möhkəm durduğu yerə on iki daş qoydu. Onlar bu günə qədər oradadır. 006 JOS 004 010 Musanın Yeşuaya dediyi kimi xalqa demək üçün Rəbbin Yeşuaya əmr etdiyi şeylər qurtarana qədər sandığı daşıyan kahinlər İordan çayının ortasında dayandılar, xalq isə tələsərək çayı keçdi. 006 JOS 004 011 Xalq çayı keçib qurtarandan sonra Rəbbin sandığı və kahinlər xalqın önünə keçdilər. 006 JOS 004 012 Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı Musanın onlara dediyi kimi silahlanaraq İsrail övladlarının önündə çayı keçdi. 006 JOS 004 013 Döyüş üçün silahlanmış qırx minə yaxın adam Rəbbin önündə Yerixo düzənliklərinə keçdi. 006 JOS 004 014 O gün Rəbb Yeşuanı bütün İsrail xalqının gözündə ucaltdı. Onlar da Musadan çəkindiyi kimi Yeşuadan da onun ömrü boyu çəkindilər. 006 JOS 004 015 Rəbb Yeşuaya söyləyib dedi: 006 JOS 004 016 «Şəhadət sandığını daşıyan kahinlərə əmr et ki, İordan çayından çıxsınlar». 006 JOS 004 017 Yeşua da kahinlərə «İordan çayından çıxın!» deyə əmr etdi. 006 JOS 004 018 Rəbbin Əhd sandığını daşıyan kahinlər İordan çayının ortasından çıxanda kahinlərin ayaqları quru torpağa dəyən kimi İordan çayının suları öz yerinə qayıtdı. Yenə əvvəlki kimi bütün sular daşıb sahilləri basdı. 006 JOS 004 019 Birinci ayın onuncu günündə xalq İordan çayından çıxıb Yerixonun şərq sərhədində olan Qilqalda ordugah qurdu. 006 JOS 004 020 Yeşua İordan çayından götürülmüş həmin on iki daşı Qilqalda qoydu. 006 JOS 004 021 O, İsrail övladlarına dedi: «Sonra övladlarınız atalarından “Bu daşlar nəyə görədir?” deyib soruşanda 006 JOS 004 022 övladlarınıza bəyan edin: “İsraillilər İordan çayını quru yer üzərində keçib”. 006 JOS 004 023 Çünki Allahınız Rəbb biz keçənə qədər qarşımızda qurutduğu Qırmızı dəniz kimi İordan çayının sularını da siz keçənə qədər qarşımızda qurutdu ki, 006 JOS 004 024 yer üzünün bütün xalqları Rəbbin əlinin qüdrətli olduğunu bilsin və siz də bütün ömrünüz boyu Rəbdən qorxasınız». 006 JOS 005 001 İordan çayının qərb tərəfində olan bütün Emorluların padşahları və dəniz kənarında yaşayan bütün Kənan padşahları biz İordan çayını keçərkən, Rəbbin İsrail övladlarının qarşısında suları necə qurutduğunu eşidərkən ürəkləri qorxuya düşdü. İsrail övladlarının vahiməsindən onlarda taqət qalmadı. 006 JOS 005 002 O zaman Rəbb Yeşuaya dedi: «Özün üçün çaxmaq daşından bıçaqlar düzəlt və İsrail övladlarını ikinci dəfə sən sünnət et». 006 JOS 005 003 Yeşua özü üçün çaxmaq daşından bıçaqlar düzəldib Giveat-Haaralotda İsrail övladlarını sünnət etdi. 006 JOS 005 004 Yeşuanın sünnət etməsinin səbəbi budur: bütün döyüş qabiliyyəti olan kişilər Misirdən çıxandan sonra səhrada – yolda öldülər. 006 JOS 005 005 Oradan çıxan xalqın hamısı sünnətli idi, ancaq Misirdən çıxandan sonra səhrada – yolda doğulanların heç biri sünnət olunmamışdı. 006 JOS 005 006 Misirdən çıxan döyüş qabiliyyəti olan adamların hamısı ölüb qurtarana qədər İsrail övladları qırx il səhrada dolaşdı, çünki onlar Rəbbin sözünə qulaq asmamışdı. Rəbb bizə vermək üçün atalarımıza and içdiyi süd və bal axan torpağı itaətsizlərə göstərməmək üçün də and içdi. 006 JOS 005 007 Bunun əvəzinə Rəbb onların övladlarını yetişdirdi və Yeşua onları sünnət etdi. Çünki onlar sünnətsiz idilər və yolda onları heç kim sünnət etməmişdi. 006 JOS 005 008 Bütün İsraillilərin sünnət olunması qurtardıqdan sonra onlar sağalana qədər ordugahda öz yerlərində qaldılar. 006 JOS 005 009 Rəbb Yeşuaya dedi: «Misir rüsvayçılığını bu gün üzərinizdən atdım». Ona görə də bu günə qədər o yerin adına Qilqal deyilir. 006 JOS 005 010 İsrail övladları Qilqalda ordugah qurdular. Ayın on dördü axşam vaxtı Yerixo düzənliklərində Pasxa bayramı keçirdilər. 006 JOS 005 011 Pasxanın ertəsi günü – həmin o gün bu torpağın bəhrəsindən olan mayasız çörək və qovurğa yedilər. 006 JOS 005 012 Onlar o torpağın bəhrəsindən yedikləri günün səhəri mannanın tökülməsi kəsildi. Artıq İsrail övladlarının mannası yox idi və o il Kənan torpağının məhsulları ilə dolandılar. 006 JOS 005 013 Yeşua Yerixo yaxınlığında olanda başını qaldırıb baxdı və əlində sıyrılmış qılınc olan bir şəxsi qarşısında gördü. Yeşua onun yanına gəlib «Sən bizim tərəfdənsən, yoxsa düşmənlərimiz tərəfdən?» deyə soruşdu. 006 JOS 005 014 O dedi: «Xeyr, mən Rəbbin ordusunun başçısıyam, indi gəlmişəm». Yeşua üzüstə yerə yıxıldı və ona səcdə edib dedi: «Ağamın quluna nə sözü var?» 006 JOS 005 015 Rəbbin ordusunun başçısı Yeşuaya dedi: «Çarığını ayağından çıxart, çünki üstündə durduğun yer müqəddəsdir». Yeşua belə də etdi. 006 JOS 006 001 İsrail övladlarının qorxusundan Yerixonu bərk-bərk bağlamışdılar. Oraya girib-çıxan yox idi. 006 JOS 006 002 Rəbb Yeşuaya dedi: «Bax Yerixonu, onların padşahını, igid adamlarını sənə təslim edirəm. 006 JOS 006 003 Siz – bütün döyüşçülər şəhərin ətrafına bir dəfə dolanın; altı gün belə edin. 006 JOS 006 004 Sandığın qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın. Yeddinci gün şəhəri yeddi dəfə dolanın və kahinlər şeypurları çalsınlar. 006 JOS 006 005 Onlar qoç buynuzundan olan şeypuru uzun-uzadı çaldıqları və siz şeypurun səsini eşitdiyiniz vaxt bütün xalq gur səslə bağırsın. Onda şəhərin qala divarları yerə çökəcək və xalqın hər biri dayandığı yerdən şəhərə qalxsın». 006 JOS 006 006 Nun oğlu Yeşua kahinləri çağırıb onlara dedi: «Əhd sandığını götürün, Rəbbin sandığı qarşısında yeddi kahin qoç buynuzundan olan yeddi şeypur daşısın». 006 JOS 006 007 Xalqa isə dedi: «Gedin şəhəri dolanın, silahlı adamlar isə Rəbbin sandığı önündə getsinlər». 006 JOS 006 008 Yeşuanın xalqa dediyi kimi Rəbbin önündə qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin keçib şeypurları çaldı. Rəbbin Əhd sandığı da onların ardınca aparıldı. 006 JOS 006 009 Silahlı adamlar şeypurları çalan kahinlərin qarşısında gedirdilər, kahinlər şeypurları çala-çala gedərkən arxada olan dəstə sandığın ardınca gedirdi. 006 JOS 006 010 Yeşua xalqa əmr edib dedi: «Sizə “çığırın” deyəcəyim günə qədər çığırmayın, səsinizi eşitdirməyin və ağzınızdan bir söz çıxartmayın, ancaq mən deyən vaxt çığırın». 006 JOS 006 011 Xalq Rəbbin sandığını bir dəfə şəhərin ətrafına dolandırdı. Sonra ordugaha gəldilər və orada gecələdilər. 006 JOS 006 012 Yeşua səhər erkən qalxdı. Kahinlər də Rəbbin sandığını götürdülər. 006 JOS 006 013 Qoç buynuzundan olan yeddi şeypuru daşıyan yeddi kahin Rəbbin sandığı önündə gedirdi və şeypurları çalırdı. Silahlı adamlar onların qarşısında gedirdi. Kahinlər şeypurları çala-çala gedir, arxa dəstə Rəbbin sandığının ardınca gedirdi. 006 JOS 006 014 Onlar ikinci gün də şəhəri bir dəfə dolandılar və ordugaha qayıtdılar; altı gün belə etdilər. 006 JOS 006 015 Yeddinci gün tezdən dan yeri söküləndə qalxıb şəhəri yeddi dəfə bu qayda ilə dolandılar. Ancaq yeddinci gün şəhəri yeddi dəfə dolandılar. 006 JOS 006 016 Yeddinci dəfə dolanan zaman kahinlər şeypurları çalanda Yeşua xalqa dedi: «Çığırın, çünki Rəbb şəhəri sizə verdi. 006 JOS 006 017 Şəhər məhv edilməyə həsr olunmuşdur və onda olan hər şey Rəbbə təqdim olunmalıdır. Yalnız fahişə Raxav və onunla birgə evdə olanların hamısı sağ qalmalıdır, çünki o göndərdiyimiz elçiləri gizlətmişdi. 006 JOS 006 018 Lakin siz məhv edilməyə həsr olunmuş şeylərdən çəkinin ki, heç nə götürməyəsiniz. Əgər bir şey götürsəniz, onda siz də məhv edilməyə həsr olunacaqsınız və bununla da İsrail ordugahını məhv edilməyə həsr etməklə bəlaya salarsınız. 006 JOS 006 019 Ancaq bütün qızıl və gümüş, tunc və dəmir əşyalar Rəbbə məxsus olduğuna görə Rəbbin xəzinəsinə daxil olacaq». 006 JOS 006 020 Xalq çığırdı və kahinlər şeypur çaldılar. Xalq şeypur səsini eşidəndə ucadan çığırdı. Onda qala divarları yerə çökdü və xalqın hər biri dayandığı yerdən irəliləyərək şəhəri aldı. 006 JOS 006 021 Onlar kişini, qadını, cavanı, qocanı, mal-qaranı, qoyun-quzunu, eşşəyi və şəhərdə olanların hamısını qılıncdan keçirib tamamilə məhv etdilər. 006 JOS 006 022 Yeşua ölkəni gözdən keçirən o iki nəfər casusa tapşırmışdı: «Fahişə qadının evinə girin, ona and içdiyiniz kimi qadını və onun yanındakıların hamısını evdən çıxarın». 006 JOS 006 023 O zaman həmin casus cavanlar qadının evinə gəldi. Raxavı, atasını, anasını, qardaşlarını, onun yanında olan hər kəsi, bütün qohumlarını evdən çıxartdılar və onları İsrail ordugahından kənar yerdə qoydular. 006 JOS 006 024 Şəhərə və orada olan hər şeyə od vurub yandırdılar. Yalnız qızıl-gümüşü, mis və dəmir əşyaları Rəbbin evinin xəzinəsinə qoydular. 006 JOS 006 025 Ancaq Yeşua fahişə Raxavı, onun atasının külfətini və onun yanında olan hər kəsi sağ buraxdı. Qadın bu günə qədər də İsraillilərin arasında yaşayır, çünki Yerixonu gözdən keçirmək üçün Yeşuanın göndərdiyi elçiləri yanında gizlətmişdi. 006 JOS 006 026 Yeşua o vaxt xalqa and verib xəbərdarlıq etdi: «Bu şəhəri – Yerixonu kim bərpa etsə, qoy Rəbbin önündə lənətə gəlsin. Bunu edən həmin şəxs onun bünövrəsini ilk oğlunun həyatı bahasına qoyacaq və kiçik oğlunun həyatı bahasına isə onun qapılarını yerinə vuracaq». 006 JOS 006 027 Rəbb Yeşua ilə idi və onun şöhrəti bütün ölkəyə yayıldı. 006 JOS 007 001 Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı. 006 JOS 007 002 Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər. 006 JOS 007 003 Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır». 006 JOS 007 004 Beləliklə, oraya xalqın üç min nəfərə qədəri getdi, lakin onlar Ay sakinlərinin qarşısından qaçdılar. 006 JOS 007 005 Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi. 006 JOS 007 006 Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər. 006 JOS 007 007 Yeşua dedi: «Ah, ey Xudavənd Rəbb, bizi Emorlulara təslim etmək, bizi məhv etmək üçünmü bu xalqı İordan çayından keçirtdin? Kaş ki İordan çayının o tayında qalıb yaşayaydıq. 006 JOS 007 008 Ah, ey Xudavənd, İsraillilər düşmənin qarşısından qaçandan sonra mən nə deyə bilərəm? 006 JOS 007 009 Bundan sonra Kənanlılar və bu ölkədə yaşayan bütün xalqlar eşidəcək, bizi mühasirəyə alıb adımızı yer üzündən siləcəklər. Bəs Sən Öz böyük adın üçün nə edəcəksən?» 006 JOS 007 010 Rəbb Yeşuaya dedi: «Qalx, nə üçün belə üzüstə yıxılmısan?» 006 JOS 007 011 İsraillilər günah etdilər və onlara əmr etdiyim əhdimi pozdular. Məhv edilməyə həsr olunmuş şeylərdən götürdülər, onlardan oğurladılar, gizlədərək öz əşyaları arasına qoydular. 006 JOS 007 012 Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam. 006 JOS 007 013 Qalx, xalqı təqdis et və de: «Sabahkı gün üçün özünüzü təqdis edin, çünki İsrailin Allahı Rəbb belə deyir: “Ey İsraillilər, aranızda məhv edilməyə həsr olunmuş şey var. Onu aranızdan götürməsəniz, düşmənləriniz qarşısında dura bilməyəcəksiniz. 006 JOS 007 014 Sabah hamınız qəbilələrinizə görə Rəbbin hüzuruna çıxacaqsınız və Onun göstərdiyi qəbilə nəsillərə görə irəli çıxacaq. Rəbbin göstərdiyi nəsil ailələrə görə irəli çıxacaq. Rəbbin göstərdiyi ailə kişilərə görə irəli çıxacaq. 006 JOS 007 015 Məhv edilməyə həsr olunmuş şeylərə xəyanət edən adam və ona aid olanların hamısı odda yandırılacaq, çünki o, Rəbbin əhdini pozmuşdur və İsraildə rüsvayçılıq etmişdir”». 006 JOS 007 016 Yeşua səhər tezdən qalxdı və İsraillilərin qəbilələrinə görə Rəbbin hüzuruna çıxmasını əmr etdi və Yəhuda qəbiləsi göstərildi. 006 JOS 007 017 Yəhuda qəbiləsini irəli çıxardı və Zerah nəsli göstərildi. Zerah nəslini ailələrinə görə irəli çıxardı və Zavdi ailəsi göstərildi. 006 JOS 007 018 Zavdi ailəsini kişilərinə görə irəli çıxardı və Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan göstərildi. 006 JOS 007 019 Yeşua Akana dedi: «Oğlum, buyur, İsrailin Allahı Rəbbi izzətləndir və Onun önündə etiraf et. Nə etmisən? İndi mənə bildir, məndən gizlətmə». 006 JOS 007 020 Akan Yeşuaya cavab verdi: «Həqiqətən, mən İsrailin Allahı Rəbbə qarşı günah edərək belə elədim: 006 JOS 007 021 talan malından Babil malı olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur, ən altda gümüş olmaqla hamısını çadırımın ortasında torpağa basdırmışam». 006 JOS 007 022 Yeşua adamlar göndərdi və onlar çadıra qaçdılar. Şeylər ən altda gümüş olmaqla onun çadırında gizlədilmişdi. 006 JOS 007 023 Onları çadırın içindən götürüb Yeşuanın və bütün İsrail övladlarının yanına gətirdilər və Rəbbin önündə yerə qoydular. 006 JOS 007 024 Yeşua, onunla birgə bütün İsraillilər, Zerah oğlu Akanı, gümüşü, paltarı, qızıl külçəni, onun övladlarını, qızlarını, mal-qarasını, eşşəklərini, qoyun-quzularını, çadırını və bütün malını götürüb Akor dərəsinə çıxartdılar. 006 JOS 007 025 Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar. 006 JOS 007 026 Onların üstünə böyük daş qalağı yığıldı və o bu günə qədər də durur. Bundan sonra Rəbbin qəzəb alovu söndü. Bunun üçün bu günə qədər o yerin adına Akor dərəsi deyilir. 006 JOS 008 001 Rəbb Yeşuaya dedi: «Qorxma və dəhşətə gəlmə, bütün döyüşçülərini öz yanına yığ və qalxıb Ay şəhərinə hücum et. Mən Ay şəhərinin padşahını, xalqını, şəhərini və torpağını sənə təslim edirəm. 006 JOS 008 002 Yerixonun və oranın padşahının başına gətirdiyini Ay torpağının və onun padşahının başına gətir. Mallarını və heyvanlarını isə özünüz üçün qarət edin. Şəhərə qarşı arxa tərəfdən pusqu qurun». 006 JOS 008 003 Yeşua ilə bütün döyüşçülər Ay şəhərinə getmək üçün qalxdılar. Yeşua otuz min igid adam seçib onları gecə ikən oraya göndərəndə belə əmr etdi: 006 JOS 008 004 «Qulaq asın, şəhərə qarşı arxa tərəfdən pusquda durun, şəhərdən çox uzağa getməyin, hamınız hazır durun. 006 JOS 008 005 Mən və yanımda olan bütün xalq şəhərə yaxınlaşacağıq. Əvvəlki kimi Ay şəhərinin sakinləri bizə qarşı çıxanda biz də onların qarşısından qaçacağıq. 006 JOS 008 006 Biz onları şəhərdən ayırana qədər arxamızca aparacağıq, çünki “əvvəlki kimi qarşımızdan qaçırlar” deyəcəklər. Biz də onların qarşısından qaçacağıq. 006 JOS 008 007 O vaxt siz pusqudan qalxıb şəhəri alın, çünki Allahınız Rəbb oranı sizə təslim edəcək. 006 JOS 008 008 Şəhəri ələ keçirdiyiniz zaman şəhərə od vurun. Bunu Rəbbin sözünə görə edin. Sizə belə əmr edirəm». 006 JOS 008 009 Beləliklə, Yeşua onları göndərdi. Onlar pusquda durdular və Bet-El ilə Ay şəhəri arasında, Ay şəhərinin qərb tərəfində gözlədilər. Yeşua gecəni camaatın arasında keçirdi. 006 JOS 008 010 Yeşua səhər tezdən durdu, xalqı gözdən keçirdi, özü və xalqın ağsaqqalları xalqın qarşısında Ay şəhərinin üzərinə getdilər. 006 JOS 008 011 Onunla birgə olan bütün döyüşçülər getdilər və yaxınlaşıb şəhərin qarşısına gəldilər, Ay şəhərinin şimal tərəfində toplandılar. Onlarla Ay şəhərinin arasında bir dərə var idi. 006 JOS 008 012 Yeşua beş minə qədər adam götürdü, onları Bet-El ilə Ay şəhəri arasında, şəhərin qərb tərəfində pusquya qoydu. 006 JOS 008 013 Şəhərin şimalında olan bütün ordu və şəhərin qərbində pusquda duranlar döyüş üçün yerləşdirildi. Yeşua o gecə dərənin ortasına getdi. 006 JOS 008 014 Ay şəhərinin padşahı bunu gördükdə səhər tezdən şəhərin adamları ilə birgə tələsik qalxdı və bütün camaat düz vaxtında İsraillilərə qarşı Arava vadisinin önündə döyüşə çıxdı. Lakin padşah bilmirdi ki, şəhər arxasında ona qarşı pusqu qurulub. 006 JOS 008 015 Yeşua ilə bütün İsraillilər özlərini onların qarşısında məğlub olmuş kimi göstərərək çölə tərəf qaçdılar. 006 JOS 008 016 Onları təqib etmək üçün şəhərdə olan bütün camaat çağırıldı. Yeşuanı təqib edərək şəhərdən çıxdılar. 006 JOS 008 017 Ay və Bet-El şəhərlərində bir nəfər də qalmadı ki, İsraillilərin ardınca getməsin. Onlar şəhəri açıq qoyaraq İsrailliləri təqib etdilər. 006 JOS 008 018 Rəbb Yeşuaya dedi: «Əlindəki nizəni Ay şəhərinə tərəf uzat, çünki oranı sənə təslim edəcəyəm». Yeşua əlindəki nizəni Ay şəhərinə tərəf uzatdı. 006 JOS 008 019 Yeşua əlini şəhərə tərəf uzadarkən pusquda duranlar cəld yerlərindən qalxdılar və şəhərə girib oranı aldılar. O anda bütün şəhərə od vurdular. 006 JOS 008 020 Ay şəhərinin əhalisi arxaya dönüb baxanda gördü ki, şəhərdən göyə tüstü qalxır və onların o yan-bu yana qaçmağa da taqəti yox idi. Çölə tərəf qaçan İsraillilər də onları təqib edənlərə tərəf döndü. 006 JOS 008 021 Yeşua ilə pusquda olan bütün İsraillilər şəhəri alındığını və şəhərdən tüstü qalxdığını görəndə dönüb Ay şəhərinin adamlarını qırdılar. 006 JOS 008 022 O biri İsraillilər də şəhərdən onlara tərəf çıxdılar. Onda onlar iki tərəfdən gələn İsraillilərin arasında qaldılar. İsraillilər onlardan heç kimi sağ yaxud qaçmağa qoymadan qırdılar. 006 JOS 008 023 Ay şəhərinin padşahını isə diri tutub Yeşuanın yanına gətirdilər. 006 JOS 008 024 İsraillilər Ay şəhərinin əhalisinin hamısını öldürüb qurtarana qədər tarlada və onları təqib etdikləri çöldə qılıncdan keçirtdilər. Sonra bütün İsraillilər Ay şəhərinə qayıdıb orada qalanları da qılıncdan keçirtdilər. 006 JOS 008 025 O gün qırılan kişi və qadınlardan hamısı – bütünlüklə Ay şəhərinin əhalisi on iki min nəfər idi. 006 JOS 008 026 Bütün Ay şəhərinin əhalisini tamamilə qırıb qurtarana qədər Yeşua nizə uzadan əlini geri çəkmədi. 006 JOS 008 027 Ancaq Rəbbin Yeşuaya buyurduğu sözə görə İsraillilər o şəhərin heyvanlarını və əmlakını talan edib özlərinə götürdülər. 006 JOS 008 028 Yeşua Ay şəhərini yandırdı. Oranı əbədi qalan daş qalağına, yəni elə bir viranəyə çevirdi ki, bu günə qədər qalmaqdadır. 006 JOS 008 029 O, Ay şəhərinin padşahını ağacdan asaraq axşama qədər saxladı. Gün batanda isə Yeşua əmr verdi və onun cəsədini ağacdan düşürtdülər, onu şəhər darvazasının girəcəyinə atdılar. Üstünə bu günə qədər qalan böyük bir daş qalağı yığdılar. 006 JOS 008 030 O zaman Yeşua Eval dağında İsrailin Allahı Rəbbə bir qurbangah qurdu. 006 JOS 008 031 O, Rəbbin qulu Musanın İsrail övladlarına əmr etdiyi və Musanın Qanun kitabında yazıldığı kimi üstünə heç kimin dəmir vurmadığı, yonulmamış daşlardan bir qurbangah düzəltdi. Onun üstündə Rəbbə yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdilər. 006 JOS 008 032 Yeşua orada Musanın İsrail övladları qarşısında yazdığı Qanunun bir nüsxəsini daşlar üzərinə yazdı. 006 JOS 008 033 Bütün İsraillilər, ağsaqqallar, məmurlar, hakimlər, qəriblər də daxil olmaqla Rəbbin Əhd sandığının iki tərəfində sandığı daşıyan Levili kahinlərin qarşısında dayandılar. Xalqın yarısı Gerizim dağının, o biri yarısı isə Eval dağının qarşısında durdu. Çünki Rəbbin qulu Musa İsrail xalqına xeyir-dua vermək üçün əvvəllər bu cür dayanmağı buyurmuşdu. 006 JOS 008 034 Ondan sonra Yeşua Qanunun bütün sözlərini – xeyir-dua və lənəti, yəni Qanun kitabında yazılanların hamısını oxudu. 006 JOS 008 035 Bütün İsrail camaatının, qadınların, uşaqların və aralarında olan qəriblərin qarşısında Musanın bütün buyurduqlarından Yeşuanın oxumadığı bir söz belə, qalmadı. 006 JOS 009 001 İordan çayının qərb tərəfində dağlıqda, yamaclı-düzənlikli bölgədə, Livana qədər uzanan Böyük dənizin sahilində yaşayan Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevusluların padşahları bunu eşidən zaman 006 JOS 009 002 Yeşua və İsraillilərə qarşı birlikdə döyüşmək üçün bir yerə toplandılar. 006 JOS 009 003 Lakin Giveon əhalisi Yeşuanın Yerixonun və Ay şəhərinin başına gətirdiklərini eşitdikdə 006 JOS 009 004 hiylə ilə hərəkət etdilər: gedib özlərini elçi kimi göstərdilər və köhnəlmiş torbalar, köhnə, yırtıq və bağlanmış şərab tuluqlarını eşşəklərinə yüklədilər. 006 JOS 009 005 Ayaqlarında cırıq və yamaqlı çarıqları, əyinlərində köhnə paltarları var idi. Ərzaqları, bütün çörəkləri qurumuş və kiflənmişdi. 006 JOS 009 006 Onlar Qilqalda olan ordugaha, Yeşuanın yanına getdilər, ona və İsraillilərə dedilər: «Biz uzaq bir ölkədən gəlmişik, indi bizimlə əhd kəsin». 006 JOS 009 007 İsraillilər Xivlilərə dedilər: «Bəlkə siz bizim aramızda yaşayırsınız? Biz sizinlə necə əhd kəsək?» 006 JOS 009 008 Onlar Yeşuaya dedilər: «Biz sənin qullarınıq». Yeşua isə onlara dedi: «Siz kimsiniz və haradan gəlirsiniz?» 006 JOS 009 009 Ona dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik. Çünki Rəbbin xəbərini, Misirdə etdiyi bütün şeyləri, 006 JOS 009 010 İordan çayının o tərəfində olan Emorluların iki padşahı – Xeşbon padşahı Sixonun və Aştarotdakı Başan padşahı Oqun başına gətirdiyi hər şeyi eşitmişik. 006 JOS 009 011 Ona görə ağsaqqallarımız və ölkəmizin bütün əhalisi bizə belə dedilər: “Yol üçün əlinizə ərzaq götürüb onları qarşılamağa gedin və deyin: ‹Biz sizin qullarınızıq, indi bizimlə əhd kəsin›”. 006 JOS 009 012 Yanınıza gəlmək üçün çıxdığımız gün bu çörəyimizi ərzaq kimi evlərimizdən isti-isti götürmüşdük, indi isə quruyub və kiflənib. 006 JOS 009 013 Doldurduğumuz bu şərab tuluqları təzə idi, indi isə yırtılıb. Yol çox uzun olduğu üçün paltarlarımız və çarıqlarımız da köhnəlib». 006 JOS 009 014 İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar. 006 JOS 009 015 Yeşua onlarla sülh bağlayıb onları sağ buraxacağına söz verdi və icma rəhbərləri də bunun üçün and içdilər. 006 JOS 009 016 Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır. 006 JOS 009 017 İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi. 006 JOS 009 018 İsraillilər onları qırmadılar, çünki icma rəhbərləri onlar üçün İsrailin Allahı Rəbbə and içmişdilər. Bütün icma rəhbərlərin əleyhinə danışdı. 006 JOS 009 019 Rəhbərlərin hamısı icmaya dedi: «Biz onlar üçün İsrailin Allahı Rəbbə and içdik ki, onlara toxunmayaq. 006 JOS 009 020 Ona görə də belə edək: onları sağ buraxaq, yoxsa içdiyimiz anda görə üzərimizə qəzəb gələr». 006 JOS 009 021 Rəhbərlər xalqa dedi: «Qoy onlar sağ qalsın, amma bütün icma üçün odun kəsən və su daşıyan olsunlar». Beləcə hər şey rəhbərlər deyən kimi oldu. 006 JOS 009 022 Yeşua onları çağırıb belə dedi: «Aramızda yaşadığınız halda “biz sizdən çox uzağıq” deyərək bizi nə üçün aldatdınız? 006 JOS 009 023 İndi lənətlənmisiniz və siz həmişəlik Allahımın evi üçün odun kəsən və su daşıyan kölələr olmalısınız». 006 JOS 009 024 Onlar Yeşuaya cavab verib dedilər: «Sənin Allahın Rəbbin bütün ölkəni sizə vermək, ölkənin bütün əhalisini qarşınızda həlak etmək üçün qulu Musaya necə əmr verdiyi bu qullarına aşkar bildirilmişdi. Sizin ucbatınızdan canımız üçün çox qorxduq və ona görə belə etdik. 006 JOS 009 025 Artıq sənin əlindəyik. Sənin gözündə nə xoşdursa və nə doğrudursa, onu et». 006 JOS 009 026 Yeşua onlarla belə rəftar etdi: onları İsrail övladlarının əlindən qurtarıb qoymadı ki, öldürülsünlər. 006 JOS 009 027 O gün Yeşua icma üçün və Rəbbin seçəcəyi yerdəki öz qurbangahı üçün onları odun kəsən və su daşıyan işinə təyin etdi və bu günə qədər də belədir. 006 JOS 010 001 Yerusəlim padşahı Adoni-Sedeq Yeşuanın Ay şəhərini alıb tamamilə məhv etməsini, Yerixo ilə padşahının, Ay şəhəri ilə padşahının başına gətirdiyini və Giveon əhalisinin İsraillilərlə sülh bağlayıb onların arasında olduqlarını eşitdi. 006 JOS 010 002 O vaxt onun özü və xalqı çox qorxdu, çünki Giveon şəhəri padşah şəhərlərindən biri kimi böyük bir şəhər idi. Giveon Ay şəhərindən də böyük idi və oranın adamları igid idi. 006 JOS 010 003 Bunun üçün Yerusəlim padşahı Adoni-Sedeq Xevron padşahı Hohama, Yarmut padşahı Pirama, Lakiş padşahı Yafiaya, Eqlon padşahı Devirə xəbər göndərib dedi: 006 JOS 010 004 «Yanıma gəlib Giveonluları qırmaqda mənə kömək edin, çünki onlar Yeşua və İsrail övladları ilə sülh bağlayıb». 006 JOS 010 005 Beş Emor padşahı olan Yerusəlim padşahı, Xevron padşahı, Yarmut padşahı, Lakiş padşahı, Eqlon padşahı bütün orduları birləşdirərək gəlib Giveon qarşısında ordugah quraraq ona qarşı vuruşdular. 006 JOS 010 006 Giveon adamları Qilqaldakı ordugaha, Yeşuaya xəbər göndərib dedilər: «Əlini qullarının üstündən çəkmə, tez yanımıza gəl, bizi qurtar və bizə kömək et. Çünki dağlıqda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib». 006 JOS 010 007 Yeşua, onunla birgə bütün döyüşçülər və bütün igid adamlar Qilqaldan çıxdılar. 006 JOS 010 008 Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək». 006 JOS 010 009 Yeşua bütün gecə Qilqaldan yuxarı çıxıb qəflətən onların üstünə gəldi. 006 JOS 010 010 Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar. 006 JOS 010 011 Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi. 006 JOS 010 012 Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində, Ey ay, Ayyalon dərəsində». 006 JOS 010 013 İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı. 006 JOS 010 014 Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu. 006 JOS 010 015 Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı. 006 JOS 010 016 Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi. 006 JOS 010 017 «Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər. 006 JOS 010 018 Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun. 006 JOS 010 019 Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib». 006 JOS 010 020 Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı. 006 JOS 010 021 Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi. 006 JOS 010 022 O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin». 006 JOS 010 023 Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər. 006 JOS 010 024 Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular. 006 JOS 010 025 Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək». 006 JOS 010 026 Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar. 006 JOS 010 027 Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır. 006 JOS 010 028 Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi. 006 JOS 010 029 Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular. 006 JOS 010 030 Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi. 006 JOS 010 031 Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular. 006 JOS 010 032 Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər. 006 JOS 010 033 O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı. 006 JOS 010 034 Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular. 006 JOS 010 035 Elə həmin gün oranı aldılar və qılıncdan keçirdilər. Lakişdə etdikləri kimi Eqlondakı bütün adamları o gün tamamilə məhv etdilər. 006 JOS 010 036 Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular. 006 JOS 010 037 Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər. 006 JOS 010 038 Yeşua və onunla birgə bütün İsraillilər Devirə qayıtdılar və oradakılarla vuruşdular. 006 JOS 010 039 Deviri, onun padşahını və bütün kəndlərini alaraq əhalisini qılıncdan keçirdilər. Orada olan bütün adamları tamamilə məhv etdilər, heç kimi sağ qoymadılar. Yeşua Xevronun, Livnanın və onun padşahının başına gətirdiyini Devirin və onun padşahının da başına gətirdi. 006 JOS 010 040 Yeşua bütün ölkəni – dağlıq yerləri, Negevi, yamaclı-düzənlikli bölgəni tutdu və bütün o yerlərin padşahlarını qırdı. İsrailin Allahı Rəbbin əmr etdiyi kimi heç kəsi sağ qoymadı, hər nəfəs alan adamı tamamilə məhv etdi. 006 JOS 010 041 Yeşua Qadeş-Barneadan Qəzzəyə və Giveona qədər bütün Qoşen diyarında yaşayanları qırdı. 006 JOS 010 042 Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrailin Allahı Rəbb İsrail üçün vuruşdu. 006 JOS 010 043 Yeşua və onunla birgə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı. 006 JOS 011 001 Xasor padşahı Yavin bunu eşidəndə Madon padşahı Yovava, Şimron padşahına, Akşaf padşahına, 006 JOS 011 002 şimalda – dağlıq yerlərdəki, Kinneretin cənubunda olan Aravadakı, yamaclı-düzənlikli bölgədəki və qərbdə yerləşən Nafot-Dordakı padşahlara, 006 JOS 011 003 şərqdə və qərbdə yaşayan Kənanlılara və Emorlulara, Xetlilərə, Perizlilərə, dağlıqda yaşayan Yevuslulara, Xermon dağının aşağısındakı Mispa diyarında yaşayan Xivlilərə xəbər göndərdi. 006 JOS 011 004 Bunlar özləri ilə birgə bütün orduları dəniz sahilindəki qum kimi böyük xalq olaraq çoxlu at və döyüş arabaları ilə gəldilər. 006 JOS 011 005 Bütün bu padşahlar birləşdilər və İsraillilərlə vuruşmaq üçün gəlib Merom suları yanında birgə ordugah qurdular. 006 JOS 011 006 Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan». 006 JOS 011 007 Yeşua və onunla birgə bütün döyüşçülər Merom suları yanında qəflətən düşmənlərin üstünə çıxdılar və onlara hücum etdilər. 006 JOS 011 008 Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar. 006 JOS 011 009 Yeşua Rəbbin ona dediyi kimi onlarla rəftar etdi; atlarının ayaq vətərini kəsdi və döyüş arabalarına od vurub yandırdı. 006 JOS 011 010 O vaxt Yeşua geri qayıdıb Xasoru aldı və onun padşahını qılıncla öldürdü. Xasor əvvəlcə bütün bu ölkələrin başı idi. 006 JOS 011 011 Orada olan bütün adamları qılıncdan keçirib tamamilə məhv etdilər, nəfəs çəkən bir nəfər də qalmadı. Sonra Xasora od vurdu. 006 JOS 011 012 Rəbbin qulu Musanın əmr etdiyi kimi Yeşua bu padşahların bütün şəhərlərini və bütün padşahları tutub hamısını qılıncdan keçirərək tamamilə məhv etdi. 006 JOS 011 013 Ancaq Yeşuanın yandırdığı Xasordan başqa təpəciklər üstündə olan şəhərlərdən heç birini İsraillilər yandırmadılar. 006 JOS 011 014 İsrail övladları bu şəhərlərin bütün əmlakını və heyvanlarını qarət etdilər. Hamısını həlak edənədək qılıncdan keçirib məhv etdilər, nəfəsi çəkən bir adam belə, qalmadı. 006 JOS 011 015 Rəbbin qulu Musaya əmr etdiyini Musa da Yeşuaya əmr etdi və Yeşua da belə etdi. Rəbb Musaya nə əmr etmişdisə, hamısını yerinə yetirdi. 006 JOS 011 016 Yeşua Seirə çıxan Xalaq dağından, Xermon dağı altında, Livan vadisindəki Baal-Qada qədər bütün bu diyarı – dağları, 006 JOS 011 017 bütün Negevi, bütün Qoşen diyarını, yamaclı-düzənlikli bölgəni, Aravanı və İsrailin dağlıq və yamaclı-düzənlikli bölgəsini aldı. Onların bütün padşahlarını tutdu və vurub öldürdü. 006 JOS 011 018 Yeşua uzun müddət bu padşahlarla vuruşdu. 006 JOS 011 019 Giveonun əhalisi olan Xivlilərdən başqa İsrail övladları ilə sülh bağlayan başqa bir şəhər yox idi. Bütün yerlər döyüşlə alınmışdı. 006 JOS 011 020 Çünki Rəbbin Musaya əmr etdiyi kimi İsraillilər onları rəhm etmədən tamamilə məhv etdilər. Beləliklə, İsraillilərə qarşı döyüşə çıxmağa onların ürəyini sərtləşdirən Rəbbin Özü idi. 006 JOS 011 021 O vaxt Yeşua gedib dağlıq Xevronda, Devirdə, Anavda, bütün Yəhudanın dağlıq bölgəsində və bütün İsrailin dağlıq bölgəsində olan Anaqlıları qırıb məhv etdi. Yeşua onları şəhərləri ilə birgə tamamilə yerlə yeksan etdi. 006 JOS 011 022 İsrail övladlarının torpağında Anaqlılar qalmadı, onlar ancaq Qəzzədə, Qatda və Aşdodda qaldı. 006 JOS 011 023 Rəbbin Musaya dediyi kimi Yeşua bütün ölkəni aldı. Yeşua oranı İsraillilərə, hər qəbiləyə irs olaraq öz payını verdi. Ölkə müharibədən əmin-amanlığa çıxdı. 006 JOS 012 001 İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər. 006 JOS 012 002 Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı, 006 JOS 012 003 şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi. 006 JOS 012 004 Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi. 006 JOS 012 005 O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi. 006 JOS 012 006 Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi. 006 JOS 012 007 Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır: 006 JOS 012 008 Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi. 006 JOS 012 009 Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı; 006 JOS 012 010 Yerusəlim padşahı; Xevron padşahı; 006 JOS 012 011 Yarmut padşahı; Lakiş padşahı; 006 JOS 012 012 Eqlon padşahı; Gezer padşahı; 006 JOS 012 013 Devir padşahı; Geder padşahı; 006 JOS 012 014 Xorma padşahı; Arad padşahı; 006 JOS 012 015 Livna padşahı; Adullam padşahı; 006 JOS 012 016 Maqqeda padşahı; Bet-El padşahı; 006 JOS 012 017 Tappuah padşahı; Xefer padşahı; 006 JOS 012 018 Afeq padşahı; Laşşaron padşahı; 006 JOS 012 019 Madon padşahı; Xasor padşahı; 006 JOS 012 020 Şimron-Meron padşahı; Akşaf padşahı; 006 JOS 012 021 Taanak padşahı; Megiddo padşahı; 006 JOS 012 022 Qedeş padşahı; Karmeldəki Yoqneam padşahı; 006 JOS 012 023 Nafot-Dordakı Dor padşahı; Qilqaldakı Qoyim padşahı; 006 JOS 012 024 Tirsa padşahı. Bütün padşahlar cəmi 31 nəfər idi. 006 JOS 013 001 Yeşua qocalıb yaşa dolmuşdu. Rəbb ona dedi: «Sən qocalıb yaşa dolmusan, ancaq mülk olaraq almaq üçün olduqca çox yer qalıb. 006 JOS 013 002 Qalan yerlər bunlardır: Filiştlilərin bütün əyalətləri, Geşurluların bütün torpaqları; 006 JOS 013 003 Misir qarşısında olan Şixor çayından şimala tərəf Kənanlıların torpağı sayılan Eqron sərhədinə qədər torpaqlar; Filiştlilərin beş ağasına məxsus Qəzzəlilərin, Aşdodluların, Aşqelonluların, Qatlıların torpaqları və Eqronluların ağalarına məxsus torpaqlar; Avvalıların torpağı; 006 JOS 013 004 cənubda bütün Kənan torpağı, Sidonlulara məxsus Mearadan Afeqə – Emorluların sərhədlərinə qədər olan torpaqlar; 006 JOS 013 005 Gevallıların torpağı, Xermon dağı ətəyində olan Baal-Qaddan Xamat keçidinə qədər gün doğana tərəf bütün Livan; 006 JOS 013 006 Livandan Misrefot-Mayimə qədər bütün dağlıq əhalisi və bütün Sidonluları da İsrail övladlarının qarşısından Mən qovacağam. Ancaq sənə əmr etdiyim kimi bu torpaqları İsraillilərə irs olaraq böl. 006 JOS 013 007 İndi bu yerləri doqquz qəbilə ilə Menaşşe qəbiləsinin yarısına irs olaraq böl». 006 JOS 013 008 Menaşşe qəbiləsinin yarısı ilə birgə Ruvenlilər və Qadlılar Musanın İordan çayının şərq tərəfində onlara verdiyi irs torpaqları, Rəbbin qulu Musanın onlara verdiyi bu torpaqları almışdılar: 006 JOS 013 009 Arnon vadisi kənarında olan Aroerdən vadinin ortasında olan şəhərlə Divona qədər bütün Medva yaylası; 006 JOS 013 010 Ammonluların sərhədinə qədər Xeşbonda hökmranlıq edən Emorluların padşahı Sixonun bütün şəhərləri; 006 JOS 013 011 Gilead, Geşurlular və Maakatlıların torpaqları, bütün Xermon dağı, Salkaya qədər bütün Başan; 006 JOS 013 012 Aştarot və Edreidə hökmranlıq edən, sağ qalan Rafalılardan biri olan Oqun Başandakı bütün torpaqları; Musa bütün bu torpaqlarda yaşayanları döyüşlə qovmuşdu. 006 JOS 013 013 Ancaq İsraillilər Geşurluları və Maakatlıları qovmadılar. Geşurlularla Maakatlılar bu günə qədər İsraillilər arasında yaşayır. 006 JOS 013 014 Amma Levi qəbiləsinə irs olaraq torpaq verilmədi, çünki Rəbbin Musaya dediyi kimi onların irsi İsrailin Allahı Rəbb üçün gətirilən yandırma təqdimləridir. 006 JOS 013 015 Musa Ruven övladlarının qəbiləsinə nəsillərinə görə pay verdi. 006 JOS 013 016 Onların sərhədi belə idi: Arnon vadisi kənarındakı Aroerdən, bu vadinin ortasındakı şəhər və Medva yanında olan bütün yayla; 006 JOS 013 017 Xeşbon və yaylada yerləşən şəhərlərin hamısı – Divon, Bamot-Baal, Bet-Baal-Meon, 006 JOS 013 018 Yahsa, Qedemot, Mefaat, 006 JOS 013 019 Qiryatayim, Sivma, dərə dağında olan Seret-Şahar, 006 JOS 013 020 Bet-Peor, Pisqa yamacları, Bet-Yeşimot, 006 JOS 013 021 bu yaylanın bütün şəhərləri, Xeşbonda hökmranlıq edən Emorlular padşahı Sixonun bütün ölkəsi idi. Musa Sixonu və Midyan başçıları olan və onun ölkəsində yaşayan ağaları – Evini, Reqemi, Suru, Xuru, Revanı öldürdü. 006 JOS 013 022 İsrail övladları öldürdükləri adamlarla birgə Beor oğlu falçı Bilamı da qılıncdan keçirtdilər. 006 JOS 013 023 Ruven övladlarının sərhədi İordan çayı ilə sahil torpaqları idi. Ruven övladlarının nəsillərinə görə irsi olan şəhərlər və onların kəndləri bunlar idi. 006 JOS 013 024 Musa Qad qəbiləsinə, Qad övladlarına nəsillərinə görə torpaq verdi. 006 JOS 013 025 Onların sərhədi isə belə idi: Yazer, Gileadın bütün şəhərləri və Rabba qarşısında olan Aroerə qədər Ammon övladları ölkəsinin yarısı; 006 JOS 013 026 Xeşbondan Ramat-Mispa və Betonimə qədər; Maxanayimdən Devir sərhədinə qədər; 006 JOS 013 027 dərədə Bet-Haram, Bet-Nimra, Sukkot, Safon, Xeşbon padşahı Sixonun ölkəsinin qalan hissəsi, İordan çayı ilə onun sahil torpaqları, İordan çayının şərq tərəfindən Kinneret gölünün cənub sahilinə qədər. 006 JOS 013 028 Qad övladlarının nəsillərinə görə torpaq irsi olan şəhərlər və onların kəndləri bunlar idi. 006 JOS 013 029 Musa Menaşşe qəbiləsinin yarısına torpaq verdi ki, bu da Menaşşe övladları qəbiləsinin yarısı üçün, nəsillərinə görə idi. 006 JOS 013 030 Onların torpağı Maxanayimdən, bütün Başan diyarı, Başan padşahı Oqun bütün ölkəsi və Başanda olan Yairin bütün qəsəbələri də daxil olmaqla altmış şəhər idi. 006 JOS 013 031 Gileadın yarısı Başan padşahı Oqun ölkəsindəki Aştarot və Edrei şəhərlərini də əhatə edirdi. Bunlar Menaşşe oğlu Makir övladlarına nəsillərinə görə Makir övladlarının yarısına verilmək üçün idi. 006 JOS 013 032 Yerixo şəhərinin qarşısında, İordan çayının şərq tərəfindəki Moav düzənliklərində Musanın böldüyü irs olan torpaqlar bunlar idi. 006 JOS 013 033 Ancaq Musa Levi qəbiləsinə irs olaraq torpaq vermədi. Rəbbin onlara dediyi kimi İsrailin Allahı Rəbb Özü onların irsidir. 006 JOS 014 001 İsrail övladları Kənan torpağından irs olaraq aldıqları torpaqlar bunlardır; bu torpaqları kahin Eleazar, Nun oğlu Yeşua və İsrail övladları qəbilələrinin nəsil başçıları, 006 JOS 014 002 Rəbbin Musa vasitəsilə buyurduğu kimi doqquz qəbilə və bir qəbilənin yarısı üçün irs olaraq püşk ilə böldülər. 006 JOS 014 003 Çünki Musa iki qəbilə ilə yarım qəbilənin irs olan torpağını İordanın şərq tərəfində onlara vermişdi, lakin onların arasında Levililərə irs olaraq torpaq verməmişdi. 006 JOS 014 004 Çünki Yusif övladları Menaşşe və Efrayim qəbiləsindən ibarət iki qəbilə oldu. Bundan sonra Levililərə yaşamaqdan ötrü şəhərlərdən, sürüləri və naxırları üçün otlaqlardan başqa heç bir torpaq hissəsi verilmədi. 006 JOS 014 005 İsrail övladları Rəbbin Musaya buyurduğu kimi etdilər və torpağı bölüşdürdülər. 006 JOS 014 006 Belə bir zamanda Yəhuda övladları Qilqala – Yeşuanın yanına gəldilər. Qenizli Yefunne oğlu Kalev Yeşuaya dedi: «Qadeş-Barneada Rəbbin səninlə mənim haqqımda Allah adamı Musaya dediyi sözü sən özün bilirsən. 006 JOS 014 007 Rəbbin qulu Musa ölkəni gözdən keçirtmək üçün Qadeş-Barneadan məni göndərəndə qırx yaşında idim. Mən ona səmimi qəlbdən müjdə gətirdim. 006 JOS 014 008 Lakin mənimlə birlikdə gedən soydaşlarım xalqın ürəyini üzdülər. Amma mən səmimi qəlblə Allahım Rəbbin ardınca getdim. 006 JOS 014 009 O gün Musa and içib dedi: “Sən qədəm basdığın torpaq mütləq sənə və sənin övladlarına əbədi irs olaraq veriləcək, çünki sən Allahım Rəbbin ardınca səmimi qəlblə getdin”. 006 JOS 014 010 İndi artıq İsraillilər səhrada gedərkən Rəbbin Musaya bu sözü dediyi vaxtdan qırx beş il keçir. Rəbb dediyi kimi mənə ömür verdi, bax mən bu gün səksən beş yaşındayam. 006 JOS 014 011 Musanın məni göndərdiyi vaxta olduğum kimi bu gün də qüvvətliyəm. O zaman qüvvətim necə idisə, indi də girib-çıxmaq və döyüşmək üçün elə qüvvətim var. 006 JOS 014 012 Buna görə də Rəbbin o zaman dediyi bu dağlıq yeri sən indi mənə ver. Bu dağlıq yerdə Anaqlıların, böyük və qala divarlı şəhərlərin olduğunu o gün sən də eşitdin. Bəlkə Rəbb mənimlə olar və mən də Rəbbin dediyi kimi onları qovaram». 006 JOS 014 013 Yeşua ona xeyir-dua verdi. Xevronu Yefunne oğlu Kalevə irs olaraq verdi. 006 JOS 014 014 Bunun üçün Xevron bu günə qədər Qenizli Yefunne oğlu Kalevin irs torpağıdır. Çünki o, səmimi qəlblə İsrailin Allahı Rəbbin ardınca getmişdi. 006 JOS 014 015 Xevronun adı əvvəlcə Qiryat-Arba idi. Anaqlılar arasında Arba ən böyük adam olmuşdu. Ölkə müharibədən dincliyə çıxdı. 006 JOS 015 001 Nəsillərinə görə Yəhuda övladları qəbiləsinin irs torpağı Edom sərhədinə, cənuba doğru və oranın ən cənubunda yerləşən Zin səhrasına qədər idi. 006 JOS 015 002 Onların cənub sərhədi Duz dənizi qurtaran yerdən – cənubda yerləşən körfəzdən başlayırdı. 006 JOS 015 003 Aqrabbim keçidinin cənubundan keçib Zinə çatırdı və oradan Qadeş-Barneanın cənubundan qalxaraq Xesrona çatırdı. Buradan Addara qalxıb Qarqaya dönürdü. 006 JOS 015 004 Sonra isə Asmonadan keçib Misir vadisinə çıxırdı və bu sərhədin sonu dənizdə qurtarırdı. Rəbb demişdi ki, cənub sərhədiniz bura olacaq. 006 JOS 015 005 Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı. 006 JOS 015 006 Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı. 006 JOS 015 007 Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı. 006 JOS 015 008 Sonra sərhəd Ben-Hinnom vadisindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom vadisinin qərbindəki dağın təpəsinə qalxırdı. 006 JOS 015 009 Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı. 006 JOS 015 010 Baaladan qərbə doğru, Seir dağına qədər dönəndən sonra Yearim dağının, yəni Kesalonun şimal tərəfindən keçib Bet-Şemeşə enərək Timnaya çatırdı. 006 JOS 015 011 Sonra isə Eqronun yanından şimala doğru çıxaraq Şikkerona uzanıb Baala dağına keçərək Yavneelə qalxırdı. Burada sərhədin sonu dənizdə qurtarırdı. 006 JOS 015 012 Böyük dənizin sahili qərb sərhədi idi. Nəsillərinə görə Yəhuda övladlarına verilən torpağın sərhədi belə idi. 006 JOS 015 013 Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi. 006 JOS 015 014 Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu. 006 JOS 015 015 Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi. 006 JOS 015 016 Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». 006 JOS 015 017 Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi. 006 JOS 015 018 Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» 006 JOS 015 019 Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi. 006 JOS 015 020 Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur: 006 JOS 015 021 Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur, 006 JOS 015 022 Qina, Dimona, Adada, 006 JOS 015 023 Qedeş, Xasor, İtnan, 006 JOS 015 024 Zif, Telem, Bealot, 006 JOS 015 025 Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor 006 JOS 015 026 Amam, Şema, Molada, 006 JOS 015 027 Xasar-Qadda, Xeşmon, Bet-Pelet, 006 JOS 015 028 Xasar-Şual, Beer-Şeva, Bizyotya, 006 JOS 015 029 Baala, İyim, Esem, 006 JOS 015 030 Eltolad, Kesil, Xorma, 006 JOS 015 031 Ziqlaq, Madmanna, Sansanna, 006 JOS 015 032 Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi. 006 JOS 015 033 Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna, 006 JOS 015 034 Zanoah, En-Qannim, Tappuah, Enam, 006 JOS 015 035 Yarmut, Adullam, Soko, Azeqa, 006 JOS 015 036 Şaarayim, Aditayim, Gedera və Gederotayim. Bunlar da kəndləri ilə birlikdə on dörd şəhər idi. 006 JOS 015 037 Senan, Xadaşa, Miqdal-Qad, 006 JOS 015 038 Dilan, Mispe, Yoqteel, 006 JOS 015 039 Lakiş, Bosqat, Eqlon, 006 JOS 015 040 Kabbon, Laxmas, Kitliş, 006 JOS 015 041 Gederot, Bet-Daqon, Naama və Maqqeda. Bunlar da kəndləri ilə birlikdə on altı şəhər idi. 006 JOS 015 042 Livna, Eter, Aşan, 006 JOS 015 043 İftah, Aşna, Nesiv, 006 JOS 015 044 Qeila, Akziv və Mareşa. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi. 006 JOS 015 045 Qəsəbələri və kəndləri ilə birlikdə Eqron, 006 JOS 015 046 Eqrondan dənizə qədər kəndləri ilə birlikdə bütün Aşdod ətrafında yerləşənlər, 006 JOS 015 047 Aşdod və onun qəsəbələri ilə kəndləri, Misir vadisinə və Böyük dənizin sahilinə qədər olan Qəzzə və onun qəsəbələri ilə kəndləri. 006 JOS 015 048 Dağlıq bölgəsində yerləşən şəhərlər isə bunlardır: Şamir, Yattir, Soko, 006 JOS 015 049 Danna, Qiryat-Sanna, yəni Devir, 006 JOS 015 050 Anav, Eştemo, Anim, 006 JOS 015 051 Qoşen, Xolon və Gilo. Bunlar da kəndləri ilə birlikdə on bir şəhər idi. 006 JOS 015 052 Arav, Ruma, Eşan, 006 JOS 015 053 Yanim, Bet-Tappuah, Afeqa, 006 JOS 015 054 Xumta, Qiryat-Arba, yəni Xevron, Sior. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi. 006 JOS 015 055 Maon, Karmel, Zif, Yutta, 006 JOS 015 056 İzreel, Yoqdeam, Zanoah, 006 JOS 015 057 Qayin, Givea, Timna. Bunlar da kəndləri ilə birlikdə on şəhər idi. 006 JOS 015 058 Xalxul, Bet-Sur, Qedor, 006 JOS 015 059 Maarat, Bet-Anot, Elteqon. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi. 006 JOS 015 060 Qiryat-Baal, yəni Qiryat-Yearim, Rabba. Bunlar da kəndləri ilə birlikdə iki şəhər idi. 006 JOS 015 061 Çöllükdə yerləşən şəhərlər isə bunlardır: Bet-Arava, Middin, Sekaka, 006 JOS 015 062 Nivşan, Duz şəhəri, En-Gedi. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi. 006 JOS 015 063 Yəhuda övladları Yerusəlimdə yaşayan Yevusluları qova bilmədilər və Yevuslular bu günə qədər Yəhuda övladları ilə birlikdə Yerusəlimdə yaşayır. 006 JOS 016 001 Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı. 006 JOS 016 002 Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi. 006 JOS 016 003 Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı. 006 JOS 016 004 Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar. 006 JOS 016 005 Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi. 006 JOS 016 006 Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı. 006 JOS 016 007 Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı. 006 JOS 016 008 Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır. 006 JOS 016 009 Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi. 006 JOS 016 010 Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar. 006 JOS 017 001 Menaşşe qəbiləsinin püşkünə bu torpaqlar düşdü: Menaşşe Yusifin ilk oğlu idi. Gileadın atası Makir isə Menaşşenin ilk oğlu idi. Makir döyüşçü olduğu üçün Gilead və Başan torpağı onun oldu. 006 JOS 017 002 Menaşşenin o biri oğulları – Aviezerin, Xeleqin, Asrielin, Şekemin, Xeferin və Şemidanın oğulları üçün də nəsillərinə görə püşk düşdü. Bunlar nəsillərinə görə Yusif oğlu Menaşşenin kişi nəsli idi. 006 JOS 017 003 Lakin Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın oğlanları yox idi, ancaq qızları var idi. Qızlarının adları belə idi: Maxla, Noa, Xoqla, Milka, Tirsa. 006 JOS 017 004 Onlar kahin Eleazarın, Nun oğlu Yeşuanın və rəhbərlərin qarşısına gəlib dedilər: «Rəbb Musaya buyurmuşdu ki, soydaşlarımızın yanında bizə irs torpaq versin». Onda Yeşua Rəbbin əmrinə görə atalarının kişi qohumları arasında onlara irs olaraq torpaq verdi. 006 JOS 017 005 Menaşşeyə İordan çayının o tayında olan Gilead və Başan torpağından başqa on hissə torpaq da düşdü, 006 JOS 017 006 çünki Menaşşe qızları da onun oğulları arasından irs olaraq torpaq aldılar. Gilead diyarı Menaşşenin qalan oğullarına məxsus idi. 006 JOS 017 007 Menaşşenin sərhədi Aşerdən Şekemin şərqində olan Mikmetata uzanaraq cənuba tərəf En-Tappuah əhalisinin yerlərinə gəlib çatırdı. 006 JOS 017 008 Tappuah torpağı Menaşşenin idi, amma Menaşşe sərhədində olan Tappuah şəhəri isə Efrayim oğullarına məxsus idi. 006 JOS 017 009 Sərhəd Qana vadisinə enirdi. Bu vadinin cənubunda olan şəhərlər Menaşşenin şəhərləri arasında olsa da, Efrayimin idi. Menaşşenin sərhədi vadinin şimal tərəfində idi, sonu isə dənizdə qurtarırdı. 006 JOS 017 010 Sərhədin cənubu Efrayimin, şimalı isə Menaşşenin idi. Dəniz də Menaşşenin sərhədi idi. Sərhəd şimaldan Aşerə, şərqdən İssakara gedib çatırdı. 006 JOS 017 011 İssakar və Aşer torpaqlarının daxilində olan bu şəhərlər Menaşşenin idi: Bet-Şeanla qəsəbələri, İvleamla qəsəbələri, Dorla qəsəbələrinin əhalisi, En-Dorla qəsəbələrinin əhalisi, Taanakla qəsəbələrinin əhalisi, Megiddo ilə qəsəbələrinin əhalisi. Bunlar birlikdə üç bölgədən ibarət idi. 006 JOS 017 012 Menaşşe övladları bu şəhərlərdə yaşayanları qova bilmədilər, buna görə Kənanlılar da bu torpaqda qaldılar. 006 JOS 017 013 İsraillilər qüvvətlənəndə Kənanlıları özlərinə mükəlləfiyyətçi etdilər, amma tamamilə qovmadılar. 006 JOS 017 014 Yusif övladları Yeşuaya belə dedilər: «İrs torpaq almaq üçün niyə bizə tək püşklə bir pay verdin? Biz böyük xalqıq və indiyə qədər Rəbb bizə bərəkət verib». 006 JOS 017 015 Yeşua onlara dedi: «Əgər siz böyük xalqsınızsa və Efrayimin dağlıq bölgəsi sizə darlıq edirsə, meşəliyə çıxın, orada Perizlilər və Rafalılar torpağında özünüzə yer edin». 006 JOS 017 016 Yusif övladları dedilər: «Dağlıq bölgəsi bizə bəs deyil. Ancaq dərədə olan torpaqda – Bet-Şean və onun qəsəbələrində, İzreel vadisində yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var». 006 JOS 017 017 Onda Yeşua Yusif nəslinə – Efrayimlilərə və Menaşşelilərə belə dedi: «Siz böyük xalqsınız, qüvvətiniz də böyükdür, ona görə sizə bir püşk kifayət deyil. 006 JOS 017 018 Dağlıq bölgə də sizin olacaq, o yer meşəlikdir, amma siz oranı təmizləyəcəksiniz və bütünlüklə sizin olacaq. Kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz». 006 JOS 018 001 Bütün İsrail övladlarının icması Şiloya yığışıb orada Hüzur çadırını qurdu. Bu torpaq onların hökmranlığı altında idi. 006 JOS 018 002 İsrail övladlarının yeddi qəbiləsi arasında isə irs olan torpaqlar hələ paylanmamışdı. 006 JOS 018 003 Yeşua İsrail övladlarına dedi: «Atalarınızın Allahı Rəbbin sizə verdiyi torpağa mülk sahibi kimi girməyə nə vaxta qədər tərəddüd edəcəksiniz? 006 JOS 018 004 Hər qəbilədən özünüzə üç adam seçin. Onları göndərəcəyəm ki, çıxıb ölkəni dolaşsınlar və alacaqları irs torpaqlara görə oranı təsvir edib mənim yanıma gəlsinlər. 006 JOS 018 005 Onlar oranı yeddi hissəyə bölsünlər. Yəhuda cənubda olan öz torpağında qalsın, Yusifin nəsli də şimalda olan torpağında qalsın. 006 JOS 018 006 Siz ölkəni yeddi hissə kimi təsvir edin və təsviri buraya mənə gətirin. Burada Allahımız Rəbbin hüzurunda sizin üçün püşk atacağam. 006 JOS 018 007 Amma aranızda Levililərin payı yoxdur, çünki onların irsi Rəbbin kahinliyidir. Qad, Ruven qəbilələri və Menaşşe qəbiləsinin yarısı İordan çayının şərq tərəfində Rəbbin qulu Musanın onlara verdiyi irs olan torpaqlarını aldılar». 006 JOS 018 008 Adamlar qalxıb gedəndə Yeşua onlara ölkəni təsvir edərək yazmağı əmr edib dedi: «Gedin, ölkəni gəzib oranı yazılı təsvir edərək yanıma qayıdın. Mən də burada, Şiloda, Rəbbin hüzurunda sizin üçün püşk atacağam». 006 JOS 018 009 Adamlar gedib ölkəni dolaşdılar. Şəhərlərinə görə oranı yeddi hissəyə ayıraraq təsvirini kitaba yazıb Şilodakı ordugaha, Yeşuanın yanına qayıtdılar. 006 JOS 018 010 Yeşua Şiloda Rəbbin hüzurunda onlar üçün püşk atdı və orada İsrail övladlarının paylarına görə torpağı payladı. 006 JOS 018 011 İlk püşk nəsillərinə görə Binyamin övladları qəbiləsinə düşdü. Onlara düşən hissə Yəhuda övladları ilə Yusif övladlarının torpağı arasında idi. 006 JOS 018 012 Şimal tərəfdən onların sərhədi İordan çayından başlayırdı. Sərhəd Yerixonun şimal tərəfindəki yamacına yüksəlirdi, sonra qərbə doğru dağlığa qalxırdı, sonu isə Bet-Aven çölündə qurtarırdı. 006 JOS 018 013 Oradan cənuba doğru sərhəd Luza, yəni Bet-Elə və Luzun yamacına çatırdı. Sonra sərhəd Aşağı Bet-Xoronun cənubunda olan dağlıqdan Atrot-Addara enirdi. 006 JOS 018 014 Sərhəd oradan uzanaraq qərb tərəfdən cənuba doğru, Bet-Xoronun qarşısında olan dağdan da cənuba doğru dönürdü. Onun sonu Yəhuda övladlarının şəhəri olan Qiryat-Baalda, yəni Qiryat-Yearimdə qurtarırdı; qərb sərhədi bu idi. 006 JOS 018 015 Cənub sərhədi Qiryat-Yearimin ən son hissəsindən qərbə doğru Neftoah sularının mənbəyinə çatırdı. 006 JOS 018 016 Ondan sonra sərhəd Refaim vadisinin şimalında Ben-Hinnom vadisinin qarşısındakı dağın ən son hissəsinə enirdi; buradan da cənuba doğru Hinnom vadisinə, Yevusun cənub yamacına enib En-Rogelə çatırdı, 006 JOS 018 017 sonra sərhəd şimala doğru uzanaraq En-Şemeşə çıxırdı, Adummim yoxuşu qarşısında olan Gelilota çatırdı; oradan da Ruven oğlu Bohanın qayasına enirdi, 006 JOS 018 018 sonra şimala doğru Aravanın qarşı tərəfinə keçib Aravaya enirdi. 006 JOS 018 019 Sərhəd şimala doğru Bet-Xoqla yoxuşuna keçir, sərhədin sonu Duz dənizinin şimal körfəzində, İordan çayının cənubunda qurtarırdı. Bu, cənub sərhədi idi. 006 JOS 018 020 Onun şərq tərəfdən sərhədi İordan çayı idi. Nəsillərinə görə Binyamin oğullarının irs torpaqlarının ərazisi bunlar idi. 006 JOS 018 021 Nəsillərinə görə Binyamin övladları qəbiləsinin şəhərləri bunlar idi: Yerixo, Bet-Xoqla, Emeq-Qesis, 006 JOS 018 022 Bet-Arava, Semarayim, Bet-El, 006 JOS 018 023 Avvim, Para, Ofra, 006 JOS 018 024 Kefar-Ammonay, Ofni, Geva, yəni kəndləri ilə birlikdə on iki şəhər; 006 JOS 018 025 Giveon, Rama, Beerot, 006 JOS 018 026 Mispe, Kefira, Mosa, 006 JOS 018 027 Reqem, İrpeel, Tarala, 006 JOS 018 028 Sela, Elef, Yevus, yəni Yerusəlim, Givea, Qiryat, yəni kəndləri ilə birlikdə on dörd şəhər. Nəsillərinə görə Binyamin övladlarının irs torpaqları bunlardır. 006 JOS 019 001 İkinci püşk nəsillərinə görə Şimeona – Şimeon övladlarının qəbiləsinə düşdü. Onların irs torpağı Yəhuda övladlarının irs torpağı arasında idi. 006 JOS 019 002 Onların irs torpaqları bunlar idi: Beer-Şeva, Şeva, Molada, 006 JOS 019 003 Xasar-Şual, Bala, Esem, 006 JOS 019 004 Eltolad, Betul, Xorma, 006 JOS 019 005 Ziqlaq, Bet-Markavot, Xasar-Susa, 006 JOS 019 006 Bet-Levaot, Şaruxen, yəni kəndləri ilə birlikdə on üç şəhər; 006 JOS 019 007 Ayin, Rimmon, Eter, Aşan, yəni kəndləri ilə birlikdə dörd şəhər; 006 JOS 019 008 Baalat-Beerə, yəni cənubda Ramaya qədər bu şəhərlərin ətrafındakı bütün kəndlər onların irs olan torpağı idi. Bunlar nəsillərinə görə Şimeon övladları qəbiləsinin irs olan torpaqlarıdır. 006 JOS 019 009 Şimeon övladlarının irs olan torpağı Yəhuda övladlarının payından oldu, çünki Yəhuda övladlarının payı onlar üçün çox idi. Buna görə də Şimeon övladları onların torpaqları arasında irs torpaqlarını aldılar. 006 JOS 019 010 Üçüncü püşk nəsillərinə görə Zevulun övladlarına düşdü. Onların irs olan torpağının sərhədi Saridə qədərdir. 006 JOS 019 011 Sonra sərhədi Maralaya qədər – qərbə doğru yüksəlib Dabbeşetdən keçərək Yoqneam qarşısında olan vadiyə çatırdı. 006 JOS 019 012 Sariddən şərqə – gün doğana tərəf Kislot-Tavor sərhədinə dönüb Davrata qalxaraq Yafiaya yüksəlirdi. 006 JOS 019 013 Oradan şərqə doğru Qat-Xeferə, Et-Qasinə keçirdi və Neaya dönən Rimmona qalxırdı. 006 JOS 019 014 Şimala tərəf sərhəd Xannatona dönüb sonu İftah-El dərəsində idi. 006 JOS 019 015 Qattat, Nahalal, Şimron, İdala, Bet-Lexem, yəni kəndləri ilə birlikdə on iki şəhər idi. 006 JOS 019 016 Nəsillərinə görə Zevulun övladlarının irsi olan torpaq kəndləri ilə birlikdə bu şəhərlər idi. 006 JOS 019 017 Dördüncü püşk nəsillərinə görə İssakara – İssakar övladlarına düşdü. 006 JOS 019 018 Onların torpağı İzreel, Kesulot, Şunem, 006 JOS 019 019 Xafarayim, Şion, Anaxarat, 006 JOS 019 020 Rabbit, Qişyon, Eves, 006 JOS 019 021 Remet, En-Qannim, En-Xadda, Bet-Passes idi. 006 JOS 019 022 Sərhəd Tavora, Şaxsivmaya, Bet-Şemeşə çatırdı. Sərhədlərinin sonu İordan çayında idi. Bunlar kəndləri ilə birlikdə on altı şəhər idi. 006 JOS 019 023 Nəsillərinə görə İssakar övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi. 006 JOS 019 024 Beşinci püşk nəsillərinə görə Aşer övladları qəbiləsinə düşdü. 006 JOS 019 025 Onların torpağı Xelqat, Xali, Beten, Akşaf, 006 JOS 019 026 Alamelek, Amad və Mişal idi. Sərhəd qərbə tərəf Karmelə, Şixor-Livnata çatırdı, 006 JOS 019 027 Gündoğana tərəf Bet-Daqona dönürdü. Sonra şimala tərəf Zevuluna, İftah-El dərəsinə, oradan Bet-Emeqə, Neielə çatırdı, sonra şimala doğru Kavula, 006 JOS 019 028 Evrona, Rexova, Xammona, Qanaya, böyük Sidona qədər çatırdı. 006 JOS 019 029 Onda sərhəd Ramaya, qalalı Sur şəhərinə dönürdü. Sərhəd Xosaya dönürdü, sonu Akziv, 006 JOS 019 030 Uma, Afeq, Rexov torpağında dənizdə qurtarırdı. Bunlar kəndləri ilə birlikdə iyirmi iki şəhər idi. 006 JOS 019 031 Nəsillərinə görə Aşer övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi. 006 JOS 019 032 Altıncı püşk Naftali övladları üçün nəsillərinə görə Naftali övladlarına düşdü. 006 JOS 019 033 Onların sərhədi Xelefdən Saanannimdəki palıd ağacından başlayaraq Adami-Negev və Yavneeli keçib Laqquma çatır, sonu isə İordan çayında bitirdi. 006 JOS 019 034 Sərhəd qərbə doğru Aznot-Tavora dönüb oradan Xuqoqa qalxırdı. Cənubda Zevuluna, qərbdə Aşerə, gündoğana tərəf İordan çayına çatırdı. 006 JOS 019 035 Qalalı şəhərlər bunlar idi: Siddim, Ser, Xammat, Raqqat, Kinneret, 006 JOS 019 036 Adama, Rama, Xasor, 006 JOS 019 037 Qedeş, Edrei, En-Xasor, 006 JOS 019 038 İreon, Miqdal-El, Xorem, Bet-Anat, Bet-Şemeş. Bunlar kəndləri ilə birlikdə on doqquz şəhər idi. 006 JOS 019 039 Nəsillərinə görə Naftali övladları qəbiləsinin irs olan torpaqları kəndləri ilə birlikdə bu şəhərlər idi. 006 JOS 019 040 Yeddinci püşk nəsillərinə görə Dan övladları qəbiləsinə düşdü. 006 JOS 019 041 İrs torpaqları bunlar idi: Sora, Eştaol, İr-Şemeş, 006 JOS 019 042 Şaalabbin, Ayyalon, İtla, 006 JOS 019 043 Elon, Timna, Eqron, 006 JOS 019 044 Elteqe, Gibbeton, Baalat, 006 JOS 019 045 Yehud, Bene-Beraq, Qat-Rimmon, 006 JOS 019 046 Me-Yarqon, Yafo qarşısında olan sərhədi ilə Raqqon. 006 JOS 019 047 Amma Dan övladlarının torpağı onların əlindən çıxdı. Ona görə də Dan övladları Leşem üzərinə döyüşə getdilər. Oranı alıb əhalisini qılıncdan keçirtdilər və oraya sahib olub məskən saldılar. Ataları Danın şərəfinə görə Leşemə Dan adı verdilər. 006 JOS 019 048 Nəsillərinə görə Dan övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi. 006 JOS 019 049 Ölkəni torpaq paylarına görə irs olaraq bölüşdürüb qurtarandan sonra İsrail övladları Nun oğlu Yeşuaya aralarında irs olaraq torpaq verdilər. 006 JOS 019 050 Rəbbin əmrinə görə istədiyi şəhəri – Efrayimin dağlıq bölgəsində Timnat-Serahı ona verdilər. O da bu şəhəri tikib orada yaşadı. 006 JOS 019 051 Şilodakı Hüzur çadırının girişində, Rəbbin hüzurunda kahin Eleazarın, Nun oğlu Yeşuanın, İsrail qəbilələrinin nəsil başçılarının püşk ilə bölüşdürdükləri irs torpaqlar bunlar idi. Beləliklə, onlar ölkənin bölüşdürülməsini başa çatdırdılar. 006 JOS 020 001 Rəbb Yeşuaya dedi: 006 JOS 020 002 «İsrail övladlarına söylə: “Özünüz üçün Musa vasitəsilə dediyim sığınacaq şəhərləri seçin ki, 006 JOS 020 003 bilmədən, səhvən bir adamı öldürən qatil oraya qaçsın. Ora sizin üçün qan qisasını alan adamdan sığınacaq yeri olsun. 006 JOS 020 004 Qoy qatil bu şəhərlərdən birinə qaçsın, şəhər qapısının girəcəyində dursun. Orada o şəhərin ağsaqqallarına öz əməlini söyləsin. Onlar da onu şəhərə, yanlarına aparsınlar və yer versinlər ki, onlarla yaşasın. 006 JOS 020 005 Əgər qan qisası alan onu təqib edərsə, o zaman qatili ona təslim etməsinlər, çünki qonşusunu bilmədən öldürmüşdür, əvvəldən onunla ədavəti yox idi. 006 JOS 020 006 Bu adam icma qarşısında hökm alana qədər və o dövrdə olan baş kahinin ölümünə qədər qoy bu şəhərdə yaşasın. Bundan sonra qatil qaçdığı şəhərə, öz şəhərinə, öz evinə qayıda bilər”». 006 JOS 020 007 Sığınacaq şəhər üçün Qalileyada, Naftalinin dağlıq bölgəsində Qedeşi, Efrayimin dağlıq bölgəsində Şekemi və Yəhudanın dağlıq bölgəsində Qiryat-Arbanı, yəni Xevronu ayırdılar. 006 JOS 020 008 İordan çayının şərqində, Yerixonun şərqində isə Ruven qəbiləsinin torpağından yaylada yerləşən səhradakı Beseri, Qad qəbiləsinin torpağından olan Gileaddakı Ramotu, Menaşşe qəbiləsindən olan Başanda Qolanı ayırdılar. 006 JOS 020 009 Bilmədən qətl edən hər bir kəs oraya qaçsın və icma qarşısında dayananadək qan qisasını alanın əli ilə öldürülməsin deyə bütün İsraillilərlə aralarında yaşayan yadellilər üçün təyin olunan şəhərlər bunlar idi. 006 JOS 021 001 O zaman Levililərin nəsil başçıları kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladları qəbilələrinin nəsil başçılarına yaxınlaşdılar. 006 JOS 021 002 Kənan torpağında yerləşən Şiloda onlara belə dedilər: «Rəbb Musa vasitəsilə bizə yaşamaq üçün şəhərlər, heyvanlarımız üçün otlaqlar verməyi əmr edib». 006 JOS 021 003 İsrail övladları Rəbbin əmrinə görə öz irs torpaqlarından bu şəhərləri və oranın otlaqlarını Levililərə verdilər. 006 JOS 021 004 Püşk Qohatdan olan nəsillərə düşdü. Levililərdən olan kahin Harun övladlarına Yəhuda, Şimeon və Binyamin qəbilələrindən püşk ilə on üç şəhər verildi. 006 JOS 021 005 Digər Qohat övladlarına isə Efrayim qəbiləsinin nəsillərindən, Dan qəbiləsindən və Menaşşe qəbiləsinin yarısından püşk ilə on şəhər verildi. 006 JOS 021 006 Gerşon övladlarına İssakar qəbiləsi nəsillərindən, Aşer, Naftali qəbilələrindən, Başanda Menaşşe qəbiləsinin yarısından püşk ilə on üç şəhər verildi. 006 JOS 021 007 Nəsillərinə görə Merari övladlarına Ruven, Qad, Zevulun qəbilələrindən on iki şəhər verildi. 006 JOS 021 008 İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər. 006 JOS 021 009 Onlara Yəhuda və Şimeon övladlarının qəbilələrindən adları göstərilən bu şəhərləri verdilər. 006 JOS 021 010 Bunlar Levililərdən olan Qohat övladlarından Harun övladları üçün idi, çünki ilk püşk onların idi. 006 JOS 021 011 Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər. 006 JOS 021 012 Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər. 006 JOS 021 013 Kahin Harun övladlarına qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Xevronla otlaqlarını, Livna ilə otlaqlarını, 006 JOS 021 014 Yattirlə otlaqlarını, Eştemoa ilə otlaqlarını, 006 JOS 021 015 Xolonla otlaqlarını, Devirlə otlaqlarını, 006 JOS 021 016 Ayin, Yutta, Bet-Şemeş şəhərləri ilə otlaqlarını. Bu, iki qəbilədən cəmi doqquz şəhər idi. 006 JOS 021 017 Binyamin qəbiləsindən isə bu şəhərləri verdilər: Giveonla otlaqlarını, Geva ilə otlaqlarını, 006 JOS 021 018 Anatotla otlaqlarını, Almonla otlaqlarını. Bu, dörd şəhər idi. 006 JOS 021 019 Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi. 006 JOS 021 020 Levililərdən olan digər Qohat övladlarına nəsillərinə görə püşklə düşən Efrayim qəbiləsinə aid şəhərləri verdilər. 006 JOS 021 021 Onlara Efrayimin dağlıq bölgəsində qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Şekemlə otlaqlarını, Gezerlə otlaqlarını, 006 JOS 021 022 Qivsayimlə otlaqlarını, Bet-Xoronla otlaqlarını verdilər. Bunlar cəmi dörd şəhər idi. 006 JOS 021 023 Dan qəbiləsindən bu şəhərləri verdilər: Elteqe ilə otlaqlarını, Gibbetonla otlaqlarını, 006 JOS 021 024 Ayyalonla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar da dörd şəhər idi. 006 JOS 021 025 Menaşşe qəbiləsinin yarısından isə bu şəhərləri verdilər: Taanakla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar isə iki şəhər idi. 006 JOS 021 026 Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi. 006 JOS 021 027 Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi. 006 JOS 021 028 İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını, 006 JOS 021 029 Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 006 JOS 021 030 Aşer qəbiləsindən Mişalla otlaqlarını, Avdonla otlaqlarını, 006 JOS 021 031 Xelqatla otlaqlarını, Rexovla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 006 JOS 021 032 Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi. 006 JOS 021 033 Nəsillərinə görə Gerşonluların bütün şəhərləri otlaqları ilə birlikdə on üç şəhər idi. 006 JOS 021 034 Levililərdən olan Merari övladlarının nəsillərinə bu şəhərləri verdilər: Zevulun qəbiləsindən Yoqneamla otlaqlarını, Qarta ilə otlaqlarını, 006 JOS 021 035 Dimna ilə otlaqlarını, Nahalalla otlaqlarını. Bunlar dörd şəhər idi. 006 JOS 021 036 Onlara Ruven qəbiləsindən Beserlə otlaqlarını, Yahsa ilə otlaqlarını, 006 JOS 021 037 Qedemotla otlaqlarını, Mefaatla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi; 006 JOS 021 038 Qad qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Gileaddakı Ramotla otlaqlarını, Maxanayimlə otlaqlarını, 006 JOS 021 039 Xeşbonla otlaqlarını, Yazerlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi. 006 JOS 021 040 Bunların hamısı Merari övladlarının, yəni Levililərdən qalan nəsillərin şəhərləri idi. Onların püşkü on iki şəhərə düşmüşdü. 006 JOS 021 041 İsrail övladlarının irsi arasında Levililərin bütün şəhərləri otlaqları ilə birlikdə qırx səkkiz şəhər idi. 006 JOS 021 042 Bu şəhərlərin hər birinin ətrafında otlaqları var idi. Şəhərlərin hamısı belə idi. 006 JOS 021 043 Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. Onlar bu torpağa sahib oldular və orada məskən saldılar. 006 JOS 021 044 Rəbb atalarına etdiyi anda görə hər şeydə onlara hər tərəfdən dinclik verdi və bütün düşmənlərindən heç biri onların qarşısında dura bilmədi. Rəbb bütün düşmənlərini onlara təslim etdi. 006 JOS 021 045 Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi. 006 JOS 022 001 O zaman Yeşua Ruvenliləri, Qadlıları, Menaşşe qəbiləsinin yarısını çağırıb dedi: 006 JOS 022 002 «Siz Rəbbin qulu Musanın əmr etdiyi hər şeyə əməl etdiniz və mənim sizə əmr etdiyim hər şeydə sözümə qulaq asdınız. 006 JOS 022 003 Bu günə qədər keçən uzun müddət ərzində soydaşlarınızı tərk etmədiniz və Allahınız Rəbbin sizə buyurduğu işlərə əməl etdiniz. 006 JOS 022 004 Ona görə də Allahınız Rəbb soydaşlarınıza vəd etdiyi kimi əmin-amanlıq verdi. İndi Rəbbin qulu Musanın İordan çayının o tərəfində sizə mülk olaraq verdiyi torpağa, öz çadırlarınıza qayıdın. 006 JOS 022 005 Ancaq Rəbbin qulu Musanın sizə buyurduğu əmrə və qanuna əməl etməyə səylə çalışın. Allahınız Rəbbi sevin, tamamilə Allahın göstərdiyi yolla gedin və əmrlərinə əməl edin, Ona bağlanın, bütün qəlbinizlə, bütün varlığınızla yalnız Ona qulluq edin». 006 JOS 022 006 Yeşua onlara xeyir-dua verib yola saldı və onlar çadırlarına qayıtdılar. 006 JOS 022 007 Musa Başanda Menaşşe qəbiləsinin yarısına irs torpağı vermişdi. Yeşua isə İordan çayının qərb tərəfində bu qəbilənin o biri yarısına soydaşları arasında irs torpağı verdi. Yeşua onları çadırlarına göndərən zaman xeyir-dua verdi. 006 JOS 022 008 Onlara belə dedi: «İndi öz çadırlarınıza çoxlu var-dövlətlə qayıdırsınız. Özünüzə xeyli heyvan, qızıl-gümüş, tunc, dəmir və çoxlu paltar götürmüsünüz. Düşmənlərinizdən qarət etdiyiniz bu malı soydaşlarınıza paylayın». 006 JOS 022 009 Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı Kənan torpağındakı Şilodan, İsrail övladlarının yanından qayıtdılar. Onlar Rəbbin əmrinə görə Musa vasitəsilə sahib olduqları Gilead torpağına – mülk olaraq onlara verilən torpağa yola düşdülər. 006 JOS 022 010 Onlar Kənan torpağında olan İordan çayının yanındakı Gelilota çatdılar. Orada – İordan çayının yanında Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı bir qurbangah – möhtəşəm görünüşlü qurbangah qurdular. 006 JOS 022 011 İsrail övladları bunu eşitdilər: «Budur, Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı Kənan torpağının sərhədində – İordan çayının yanındakı Gelilotda, İsrail övladlarına aid olan tərəfdə bir qurbangah qurub». 006 JOS 022 012 İsrail övladları bunu eşidəndə bütün İsrail övladlarının icmasını onlara qarşı döyüşə çıxmaq üçün Şiloya çağırdılar. 006 JOS 022 013 İsrail övladları Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına kahin Eleazar oğlu Pinxası, 006 JOS 022 014 onunla birlikdə İsrail qəbilələrinin hər biri üçün nəsil rəhbəri olmaqla on rəhbər göndərdilər. Onların hər biri İsrail tayfaları arasında nəsil başçıları idi. 006 JOS 022 015 Onlar Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına gələrək belə dedi: 006 JOS 022 016 «Rəbbin icması hamılıqla belə deyir: “Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Rəbbin yolundan döndünüz və bu gün özünüzə başqa qurbangah quraraq Ona qarşı üsyan etdiniz? 006 JOS 022 017 Rəbbin icması üzərinə bəla gətirən və bu günə qədər də təmizlənmədiyimiz Peor günahı məgər bizə azlıq edir ki, 006 JOS 022 018 bu gün də Rəbbin yolundan dönürsünüz? Əgər siz bu gün Rəbbə qarşı üsyan etsəniz, O da sabah bütün İsrail icmasına qəzəblənəcək. 006 JOS 022 019 Əgər sahib olduğunuz torpaq murdardırsa, Rəbbin məskəninin yerləşdiyi – Rəbbin mülkü olan torpağa keçin. Qoy torpaq payınız bizim aramızda olsun. Allahımız Rəbbin qurbangahından başqa özünüzə qurbangah qurmaqla Rəbbə və bizə qarşı üsyan etməyin. 006 JOS 022 020 Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”». 006 JOS 022 021 Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı İsrail tayfalarının başçılarına cavab verdilər: 006 JOS 022 022 «Qadir Allah Rəbb! Qadir Allah Rəbb! O bilir, qoy İsrail də bilsin. Əgər Rəbbin əleyhinə çıxıb üsyan edəriksə, qoy bu gün O bizə qənim olsun! 006 JOS 022 023 Əgər Rəbbin yolundan dönmək üçün üzərində yandırma qurbanları, taxıl təqdimləri, ünsiyyət qurbanları təqdim etməkdən ötrü özümüzə başqa bir qurbangah qurmuşuqsa, qoy Rəbb Özü bunun cavabını bizdən istəsin. 006 JOS 022 024 Amma bunu qorxaraq bu məqsədlə etdik ki, sabah sizin övladlarınız övladlarımıza deməsinlər: “İsrailin Allahı Rəbdən sizə nə? 006 JOS 022 025 Ey Ruven övladları, ey Qad övladları! Rəbb sizinlə bizim aramızda İordan çayını sərhəd qoydu. Rəbdə sizin payınız yoxdur”. Bununla da sizin övladlarınız bizim övladlarımızı Rəbb qorxusundan döndərə bilər. 006 JOS 022 026 Ona görə belə dedik: “Özümüzə bir qurbangah qurmaq üçün işə başlayaq”. Bu qurbangah yandırma qurbanı və başqa qurbanlar üçün deyil, 006 JOS 022 027 bizimlə sizin aranızda və sonrakı nəsillərimiz arasında şahid olmaq üçündür. Ta ki biz də yandırma qurbanlarımız, başqa qurbanlarımız və ünsiyyət qurbanlarımızla Rəbbin hüzurunda Ona xidmət edək. Sabah sizin övladlarınız da bizim övladlarımıza “Rəbdə sizin payınız yoxdur” deməsinlər. 006 JOS 022 028 Biz dedik: “Sabah bizə yaxud nəsillərimizə belə desələr, biz də belə cavab verərik ki, atalarımızın qurduğu Rəbbin qurbangahının surətinə baxın. Bu yandırma qurbanlar və başqa qurbanlar üçün deyil, yalnız sizinlə bizim aramızda şahid olmaq üçündür”. 006 JOS 022 029 Rəbbə qarşı üsyan etmək, bu gün Rəbbin yolundan dönmək, yandırma qurbanı, taxıl təqdimləri, başqa qurbanlar üçün Allahımız Rəbbin məskəni qarşısında olan Öz qurbangahından başqa qurbangah qurmaq qoy bizdən uzaq olsun». 006 JOS 022 030 Kahin Pinxas, onunla birgə olan icma rəhbərləri, yəni İsrail tayfalarının başçıları Ruven övladlarının, Qad övladlarının və Menaşşe övladlarının söylədiklərini eşidəndə bu sözləri bəyəndilər. 006 JOS 022 031 Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladlarına, Qad övladlarına və Menaşşe övladlarına dedilər: «Bu gün bildik ki, Rəbb aramızdadır, çünki Ona qarşı bu xəyanəti etmədiniz və İsrailliləri Rəbbin əlindən qurtardınız». 006 JOS 022 032 Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladları və Qad övladlarının yanından, Gilead torpağından Kənan torpağına İsrail övladlarının yanına qayıdıb onlara xəbər gətirdilər. 006 JOS 022 033 Bu işi İsrail övladları da bəyəndilər. Onlar Allaha şükür etdilər və Ruven övladlarına, Qad övladlarına qarşı müharibə etmək və onların yaşadıqları ölkəni viran etmək fikrindən döndülər. 006 JOS 022 034 Ruven övladları və Qad övladları qurbangahın adını «Şahid» qoydular. Çünki onlar dedi: «Bu qurbangah Rəbbin Allah olduğuna aramızda şahiddir». 006 JOS 023 001 Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən əmin-amanlıq verəndən sonra uzun müddət keçdi. Artıq Yeşua qocalıb yaşa dolmuşdu. 006 JOS 023 002 O bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri və məmurları çağırdı və onlara dedi: «Mən qocalmışam, yaşım çoxdur. 006 JOS 023 003 Allahınız Rəbbin sizin uğrunuzda bütün bu millətlərə nə etdiyini gördünüz, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşdü. 006 JOS 023 004 Budur, İordan çayından qərb tərəfə Böyük dənizə qədər qırdığım bütün millətlərin torpaqları ilə birlikdə qalan bu millətlərin də torpaqlarını qəbilələriniz üçün irs olaraq payladım. 006 JOS 023 005 Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onları gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olacaqsınız. 006 JOS 023 006 Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz. 006 JOS 023 007 Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın. 006 JOS 023 008 Yalnız bu günə qədər etdiyiniz kimi Rəbbə etibar edin. 006 JOS 023 009 Çünki Rəbb qarşınızdan böyük və qüvvətli millətləri qovdu, ona görə də bu günə qədər sizin qarşınızda heç kim dura bilmədi. 006 JOS 023 010 Sizdən bir adam min adamı qova bildi, çünki Allahınız Rəbb sizə dediyi kimi sizin üçün Özü döyüşdü. 006 JOS 023 011 Öz canınız xatirinə Allahınız Rəbbi sevməyə cəhd edin. 006 JOS 023 012 Əgər geri dönsəniz, sizin aranızda yaşayan bu millətlərdən qalanlara bağlansanız, onlarla qohum olsanız, onlarla qaynayıb-qarışsanız, 006 JOS 023 013 yaxşı bilin ki, Allahınız Rəbb bu millətləri gözünüz qarşısından bir daha qovmayacaq. Allahınız Rəbbin verdiyi bu nemətli torpaq üzərindən yox olana qədər onlar sizin üçün kəmənd, tələ, böyürlərinizə qamçı və gözlərinizə tikan olacaq. 006 JOS 023 014 Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı. 006 JOS 023 015 Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə, verdiyi bu yaxşı torpaq üzərindən sizi həlak edənə qədər bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək. 006 JOS 023 016 Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız». 006 JOS 024 001 Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Onlar Allahın hüzurunda durdular. 006 JOS 024 002 Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər. 006 JOS 024 003 Atanız İbrahimi Fərat çayının o biri tayından gətirib bütün Kənan torpağında gəzdirdim, nəslini çoxaldaraq ona İshaqı verdim. 006 JOS 024 004 İshaqa Yaqubu və Esavı verdim. Esavın mülk sahibi olması üçün Seir dağını ona verdim. Yaqubla övladları isə Misirə getdilər. 006 JOS 024 005 Musa ilə Harunu göndərib Misiri bəlalara düçar etdim və sonra sizi oradan çıxartdım. 006 JOS 024 006 Atalarınızı Misirdən çıxartdım, siz Qırmızı dənizə tərəf gəldiniz. Misirlilər Qırmızı dənizə qədər döyüş arabaları və süvarilərlə atalarınızı təqib etdilər. 006 JOS 024 007 Onlar Rəbbə fəryad edəndə O, Misirlilərlə sizin aranızda qaranlıq yaratdı, onların üstünə dənizi gətirdi, onlar suların altında qaldılar. Misirdə etdiyim şeyləri gözünüzlə gördünüz və uzun müddət səhrada yaşadınız. 006 JOS 024 008 Sizi İordan çayının şərq tərəfində yaşayan Emorlular torpağına gətirdim, onlar sizinlə vuruşanda onları sizə təslim etdim, torpaqlarını isə mülk olaraq aldınız və hamısını qarşınızdan yox etdim. 006 JOS 024 009 Moav padşahı Sippor oğlu Balaq qalxıb İsraillilərlə vuruşdu və xəbər göndərib Beor oğlu Bilamı sizə lənət etmək üçün çağırdı. 006 JOS 024 010 Lakin Bilamı eşitmək istəmədim. O da ancaq xeyir-dua verdi. Beləcə sizi onun əlindən azad etdim. 006 JOS 024 011 İordan çayından keçib Yerixoya gəldiniz. Yerixo adamları, Emorlular, Perizlilər, Kənanlılar, Xetlilər, Qirqaşlılar, Xivlilər, Yevuslular sizə qarşı vuruşdular, lakin onları sizə təslim etdim. 006 JOS 024 012 Sizin önünüzcə eşşəkarısı çıxarıb onunla Emorluların iki padşahını qarşınızdan qovdum. Bu iş sizin qılıncınızla və ox-kamanınızla olmadı. 006 JOS 024 013 Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz”. 006 JOS 024 014 Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın, yalnız Rəbbə qulluq edin. 006 JOS 024 015 Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək». 006 JOS 024 016 Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun! 006 JOS 024 017 Çünki bizi və atalarımızı Misir torpağından – köləlik diyarından çıxaran, gözümüzün qarşısında bu böyük əlamətləri göstərən və getdiyimiz bu yolda, arasından keçdiyimiz bütün xalqlar arasında bizi qoruyan yalnız Allahımız Rəbdir. 006 JOS 024 018 Rəbb bütün xalqları, bu torpaqda yaşayan Emorluları qarşımızdan qovdu. Biz də Rəbbə qulluq edəcəyik, çünki Allahımız Odur». 006 JOS 024 019 Yeşua xalqa dedi: «Rəbbə qulluq edə bilməzsiniz, çünki O, müqəddəs Allahdır. O, qısqanc Allahdır, qanunsuzluğunuzu və günahlarınızı bağışlamayacaq. 006 JOS 024 020 Əgər Rəbbi tərk edib yad allahlara qulluq etsəniz, sizə yaxşılıq edən Rəbb əleyhinizə dönüb pislik edəcək və sizi məhv edəcək». 006 JOS 024 021 Xalq Yeşuaya dedi: «Xeyr, ancaq Rəbbə qulluq edəcəyik». 006 JOS 024 022 Yeşua xalqa dedi: «Qulluq etmək üçün Rəbbi seçdiyinizə siz özünüz şahidsiniz». Onlar «biz şahidik» dedilər. 006 JOS 024 023 Yeşua dedi: «Elə isə indi aranızda olan yad allahları atın, ürəyinizi İsrailin Allahı Rəbbə meyl etdirin». 006 JOS 024 024 Xalq Yeşuaya dedi: «Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq». 006 JOS 024 025 Yeşua o gün xalqla əhd bağladı. Onlar üçün Şekemdə qanun və hökm qoydu. 006 JOS 024 026 Yeşua bu sözləri Allahın Qanun kitabına yazdı. Sonra böyük bir daş götürüb Rəbbin Müqəddəs məkanının yanında olan palıd ağacı altında yerləşdirdi. 006 JOS 024 027 Yeşua bütün xalqa dedi: «Budur, bu daş bizə qarşı şahid olacaq, çünki Rəbbin bizə dediyi bütün sözləri o eşitdi. Qoy bu daş Allahınızı inkar etməmək üçün sizə qarşı şahid olsun». 006 JOS 024 028 Bundan sonra bütün xalqı irs aldığı torpaqlara göndərdi. 006 JOS 024 029 Bu hadisələrdən sonra Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi. 006 JOS 024 030 Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsindəki Timnat-Serahda irs olan torpağının sahəsində dəfn etdilər. 006 JOS 024 031 Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan, Rəbbin İsrail üçün etdiyi bütün işləri bilən ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi. 006 JOS 024 032 İsraillilər Misirdən çıxarkən Yusifin sümüklərini özləri ilə götürmüşdülər. Bunları Yaqubun Şekemdəki tarlasında basdırdılar. Yaqub bu tarlanı Şekemin atası Xamorun övladlarından yüz parça gümüşə satın almışdı və bu torpaq Yusif övladlarının irsi oldu. 006 JOS 024 033 Bundan sonra Harun oğlu Eleazar öldü. Onu Efrayimin dağlıq bölgəsində oğlu Pinxasa verilən təpədə dəfn etdilər. # # BOOK 007 JDG Judges Hakimlər 007 JDG 001 001 Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?» 007 JDG 001 002 Rəbb dedi: «Yəhudalılar çıxacaq, budur, Mən torpağı onlara təslim edirəm». 007 JDG 001 003 Yəhudalılar soydaşları Şimeonlulara dedi: «Torpağın bizə düşən hissəsinə gəlin, Kənanlılara qarşı vuruşmaq üçün bizimlə döyüşə çıxın. Sonra da torpağın sizə düşən hissəsinə gəlib sizinlə bərabər biz döyüşə çıxarıq». 007 JDG 001 004 Yəhudalılar döyüşə çıxdı. Rəbb Kənanlılarla Perizliləri onlara təslim etdi və Yəhudalılar Bezeqdə onlardan on min nəfər adamı qırdı. 007 JDG 001 005 Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar. 007 JDG 001 006 Lakin Adoni-Bezeq qaçdı və Yəhudalılar onun ardınca qaçıb əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər. 007 JDG 001 007 Adoni-Bezeq dedi: «Mənim masamın altında yetmiş padşah əl və ayaqlarının baş barmaqları kəsilmiş halda çörək qırıntıları dənləyirdi. Mən necə etmişdimsə, Allah da mənə əvəzini elə verdi». Yəhudalılar Adoni-Bezeqi Yerusəlimə gətirdi və o orada öldü. 007 JDG 001 008 Yəhuda övladları Yerusəlimə hücum edib vuruşdu və oranı alıb əhalisini qılıncdan keçirdilər. Şəhərə isə od vurub yandırdılar. 007 JDG 001 009 Bundan sonra Yəhuda övladları dağlıq bölgədə, Negevdə və yamaclı-düzənlikli bölgədə yaşayan Kənanlılara qarşı vuruşmaq üçün endilər. 007 JDG 001 010 Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər. 007 JDG 001 011 Oradan da əvvəlki adı Qiryat-Sefer olan Devir əhalisinə qarşı yürüş etdilər. 007 JDG 001 012 Kalev dedi: «Kim Qiryat-Seferə hücum edib oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». 007 JDG 001 013 Oranı Kalevin kiçik qardaşı Kenazın oğlu Otniel aldı. Kalev qızı Aksanı arvad olaraq ona verdi. 007 JDG 001 014 Qız Otnielə ərə gedəndə ərini atasından bir tarla yeri istəməyə sövq etdi. Qız eşşəkdən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» 007 JDG 001 015 Aksa Kalevə dedi: «Mənə bir pay da ver. Madam ki mənə Negev torpağını verdin, onda su qaynaqlarını da ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi. 007 JDG 001 016 Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən çıxaraq Aradın cənubunda olan Yəhuda çölündə xalqın arasında məskunlaşdılar. 007 JDG 001 017 Yəhudalılar soydaşları Şimeonlularla birgə gedib Sefatda qalan Kənanlıları qıraraq tamamilə məhv etdilər. O şəhərin adı Xorma adlandırıldı. 007 JDG 001 018 Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar. 007 JDG 001 019 Rəbb Yəhudalılarla idi. Yəhudalılar dağlıq bölgəsini ələ keçirdilər. Vadi sakinlərini isə qova bilmədilər, çünki onların dəmir döyüş arabaları var idi. 007 JDG 001 020 Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu. 007 JDG 001 021 Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar. 007 JDG 001 022 Yusif nəsli də Bet-Elə hücum etdi və Rəbb onlarla idi. 007 JDG 001 023 Yusif nəsli Bet-Elə kəşfiyyata adamlar göndərdi. Şəhərin əvvəlki adı Luz idi. 007 JDG 001 024 Kəşfiyyatçılar şəhərdən çıxan bir adamı görüb dedilər: «Rica edirik, bizə şəhərə girmək üçün yol göstərəsiniz və biz də sizinlə yaxşı rəftar edərik». 007 JDG 001 025 Bu adam onlara şəhərə girmək üçün yol göstərdi. Onlar şəhərə girib əhalisini qılıncdan keçirdilər, lakin həmin adama və qohumlarına dəymədilər. 007 JDG 001 026 Bu adam Xetlilərin torpağına getdi və orada bir şəhər salıb adını Luz qoydu. Oranın bu günə qədər adı belədir. 007 JDG 001 027 Menaşşe qəbiləsi Bet-Şeanla qəsəbələrinin əhalisini, Taanakla qəsəbələrinin əhalisini, Dorla qəsəbələrinin əhalisini, İvleamla qəsəbələrinin əhalisini və Megiddo ilə qəsəbələrinin əhalisini qovmadı. Kənanlılar bu ölkədə qalmaq iddiasını etdi. 007 JDG 001 028 İsraillilər bu torpaqlarda möhkəmlənəndə Kənanlıların üzərinə mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar. 007 JDG 001 029 Efrayim qəbiləsi Gezerdə olan Kənanlıları qovmadı. Bununla da Kənanlılar Gezerdə – onların arasında yaşadı. 007 JDG 001 030 Zevulun qəbiləsi Qitron əhalisini və Nahalol əhalisini qovmadı. Kənanlılar da onların arasında qalıb mükəlləfiyyətçi oldular. 007 JDG 001 031 Aşer qəbiləsi Akko əhalisini, Sidon, Axlav, Akziv, Xelba, Afeq və Rexov əhalisini qovmadı. 007 JDG 001 032 Aşerlilər bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı və onları qovmadı. 007 JDG 001 033 Naftali qəbiləsi Bet-Şemeş və Bet-Anat əhalisini qovmadı, bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı. Bet-Şemeş və Bet-Anat əhalisi onlar üçün mükəlləfiyyətçi oldu. 007 JDG 001 034 Emorlular Dan övladlarını dağlıq bölgəsinə köçməyə vadar etdi və onları vadiyə düşməyə qoymadı. 007 JDG 001 035 Emorlular Har-Xeresdə, Ayyalonda və Şaalvimdə qalıb orada yaşadı. Ancaq Yusif nəsli qüvvətlənəndə Emorlular onlar üçün mükəlləfiyyətçi oldu. 007 JDG 001 036 Emorluların sərhədi Aqrabbim keçidindən – Seladan yuxarıya uzanırdı. 007 JDG 002 001 Rəbbin mələyi Qilqaldan Bokimə çıxdı və dedi: «Sizi Mən Misirdən çıxararaq atalarınıza vəd etdiyim torpağa gətirib dedim ki, sizinlə olan əhdimi heç vaxt pozmayacağam. 007 JDG 002 002 Siz isə bu torpağın əhalisi ilə əhd bağlamayın və onların qurbangahlarını dağıdın. Lakin siz Mənim sözümə qulaq asmadınız. Niyə belə etdiniz? 007 JDG 002 003 Buna görə də Mən deyirəm: onları qarşınızdan qovmayacağam və onlar sizə əngəl, allahları isə sizə tələ olacaq». 007 JDG 002 004 Rəbbin mələyi bu sözləri İsrail övladlarına söylədiyi zaman xalq bərkdən ağlamağa başladı. 007 JDG 002 005 Ona görə də o yerin adına Bokim dedilər və orada Rəbbə qurban təqdim etdilər. 007 JDG 002 006 Yeşua xalqı yola salan zaman İsrail övladlarından hər biri öz torpaq paylarına sahib olmaq üçün getdi. 007 JDG 002 007 Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün etdiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq etdi. 007 JDG 002 008 Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi. 007 JDG 002 009 Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsində olan Timnat-Xeres adlı irs olan torpaq sahəsində dəfn etdilər. 007 JDG 002 010 Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi. 007 JDG 002 011 İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər. 007 JDG 002 012 Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər. 007 JDG 002 013 Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. 007 JDG 002 014 Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər. 007 JDG 002 015 Harada döyüşdülərsə, Rəbbin onlara dediyi və and içdiyi kimi Rəbbin əli onların əleyhinə qalxdı. Bundan İsraillilər pis vəziyyətə düşüb çox əziyyət çəkdilər. 007 JDG 002 016 Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi. 007 JDG 002 017 Lakin onlar hakimlərə də qulaq asmadılar. Başqa allahlara sitayiş etməklə Rəbbə xəyanət etdilər. Rəbbin əmrlərinə itaət edən atalarına bənzəmədilər və tezliklə ata-babaları gedən yoldan azdılar. 007 JDG 002 018 Rəbb onlar üçün hakimlər yetirdi və Özü də hakimlərlə oldu. Hakimlərin ömrü boyunca Rəbb İsrailliləri düşmənlərin əlindən qurtarırdı. Ona görə ki onları əzənlərin və sıxışdıranların üzündən nalə çəkdikləri zaman Rəbbin xalqa rəhmi gəlirdi. 007 JDG 002 019 Hər hansı hakim öləndən sonra xalq yenə başqa allahlara sitayiş etməklə, onlara qulluq edib səcdə etməklə atalarından daha betər olurdu. Onlar bu əməllərindən, bu inadkarlıqlarından əl çəkmədi. 007 JDG 002 020 Ona görə də Rəbbin İsraillilərə qarşı qəzəbi alovlandı və dedi: «Madam ki bu millət Mənim atalarına əmr etdiyim əhdi pozub sözümə qulaq asmadı, 007 JDG 002 021 Mən də Yeşua vəfat edəndə bu torpaqlarda saxladığı millətlərin heç birini daha onların qarşısından qovmayacağam. 007 JDG 002 022 Ataları kimi bu yolla gedib-getməyəcəklərini görmək üçün İsrailliləri bu millətlər vasitəsilə sınaqdan keçirəcəyəm». 007 JDG 002 023 Rəbb bu millətlərin həmin torpaqlarda qalmasına izin verdi. Onları Yeşuaya təslim etməyərək dərhal qovmadı. 007 JDG 003 001 Rəbb Kənan döyüşlərindən heç birini görməyən İsrailliləri sınamaq istədi. 007 JDG 003 002 İsrail övladlarının nəsillərindən əvvəldən döyüşə bilməyənlərin hamısına döyüş təlimi vermək üçün Rəbbin ölkədə saxladığı millətlər bunlar idi: 007 JDG 003 003 Beş Filişt ağası, bütün Kənanlılar və Sidonlular, eləcə də Baal-Xermon dağından Xamat keçidinə qədər Livan dağlarında yaşayan Xivlilər. 007 JDG 003 004 Onları orada Rəbb ona görə saxladı ki, İsrailliləri sınasın və Musa vasitəsilə atalarına verdiyi əmrlərə necə itaət edib-etməyəcəklərini öyrənsin. 007 JDG 003 005 Beləliklə, İsrail övladları Kənanlılar, Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular arasında yaşadı. 007 JDG 003 006 İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi. 007 JDG 003 007 Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər. 007 JDG 003 008 Ona görə də Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı və onları Aram-Naharayim padşahı Kuşan-Rişatayimə təslim etdi. İsrail övladları səkkiz il Kuşan-Rişatayimə tabe oldu. 007 JDG 003 009 İsrail övladları Rəbbə fəryad edəndə Rəbb də onlar üçün bir xilaskar yetirdi. Xilaskar Kalevin kiçik qardaşı olan Qenazın oğlu Otniel idi. O, İsrail övladlarını əsarətdən xilas etdi. 007 JDG 003 010 Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu. 007 JDG 003 011 O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü. 007 JDG 003 012 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər. 007 JDG 003 013 Moav padşahı Eqlon Ammon və Amaleq övladlarını öz yanına toplayaraq İsrailliləri məğlub edib Xurma şəhərini aldı. 007 JDG 003 014 Beləliklə, İsrail övladları Moav padşahı Eqlona on səkkiz il tabe oldu. 007 JDG 003 015 Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi. 007 JDG 003 016 Ehud özünə uzunluğu bir qulac olan ikiağızlı xəncər düzəltdi və onu paltarının altında sağ buduna bağladı. 007 JDG 003 017 Ehud xəracı Moav padşahı Eqlona təqdim etdi. Eqlon isə çox tosqun adam idi. 007 JDG 003 018 Ehud xərac təqdimini bitirəndən sonra hədiyyə gətirən adamları geri göndərdi. 007 JDG 003 019 Amma özü Qilqalın yaxınlığındakı daş bütlərin yanından geriyə qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». Padşah «sus» dedi. Onda yanında dayanan adamların hamısı eşiyə çıxdılar. 007 JDG 003 020 Ehud onun yanına gəldi. Padşah üst mərtəbədəki sərin otağında tənha qalırdı. Ehud ona dedi: «Allahdan sənə bir sözüm var». Padşah kürsüsündən qalxdı. 007 JDG 003 021 Ehud isə sol əlini uzadıb sağ buduna bağladığı xəncəri çıxarıb padşahın qarnına soxdu. 007 JDG 003 022 Xəncəri elə bərk vurmuşdu ki, tiyənin ardınca qəbzəsi də onun qarnına girmişdi və bağırsaqları yerə tökülmüşdü. Xəncərin tiyəsini isə piy tutmuşdu, çünki Ehud xəncəri padşahın qarnından çıxarmamışdı. 007 JDG 003 023 Ehud eyvana çıxıb arxasınca yuxarıdakı otağın qapılarını örtüb qıfılladı. 007 JDG 003 024 O çıxanda padşahın qulları gəlib baxdılar. Yuxarı otağın qapısını qıfıllı görəndə dedilər: «Yəqin padşah yuxarı otaqda ayaqyoluna gedir». 007 JDG 003 025 Padşahı gözlədilər, lakin otağın qapısını açan olmadığına görə nigaran qaldılar. Sonra açar götürüb qapıları açanda gördülər ki, ağalarının meyiti yerə sərilib. 007 JDG 003 026 Onlar padşahı gözləyən zaman Ehud artıq aradan çıxmış və daş bütlərin yanından keçib Seiraya qaçmışdı. 007 JDG 003 027 O, İsrailə çatan kimi Efrayimin dağlıq bölgəsində şeypur çaldı və İsrail övladları onunla birgə dağlıq yerdən aşağı düşdülər. Ehud onların qabağında gedirdi. 007 JDG 003 028 Ehud İsraillilərə dedi: «Ardımca gəlin, çünki Rəbb düşmənimiz olan Moavlıları sizə təslim etdi». İsrail övladları da Ehudun ardınca enib Moavlılara qarşı bütün İordan çayının keçidlərini bağladılar ki, heç kim keçə bilməsin. 007 JDG 003 029 O zamankı döyüşdə Moavlılardan on min nəfərə qədər qırıldı. Onların da hər biri qüvvətli bir igid idi və heç kim canını qurtara bilmədi. 007 JDG 003 030 Həmin gün Moav ölkəsi İsraillilərə tabe oldu və İsrail ölkəsi səksən il rahat yaşadı. 007 JDG 003 031 Bundan sonra Anat oğlu Şamqar hakim oldu və o, altı yüz Filiştlini öküz payası ilə qıraraq İsraili xilas etdi. 007 JDG 004 001 Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər. 007 JDG 004 002 Buna görə də Rəbb onları Xasorda padşahlıq edən Kənan padşahı Yavinə təslim etdi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet-Haqqoyimdə yaşayırdı. 007 JDG 004 003 İsrail övladları Rəbbə fəryad etdilər, çünki doqquz yüz dəmir döyüş arabasına malik olan Yavin iyirmi il idi ki, İsrail övladlarına zülm edib əziyyət verirdi. 007 JDG 004 004 O vaxtlar Lappidotun arvadı peyğəmbər Devora İsraildə hakimlik edirdi. 007 JDG 004 005 Bu qadın Efrayimin dağlıq bölgəsində Rama ilə Bet-El arasında olan Devoranın xurma ağacı altında yaşayırdı. İsrail övladları da hökm çıxarmaq üçün onun yanına qalxırdılar. 007 JDG 004 006 Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan. 007 JDG 004 007 Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əsgərlərini yolundan döndərib Qişon çayına – sənin yanına gətirəcəyəm və sənə təslim edəcəyəm». 007 JDG 004 008 Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm». 007 JDG 004 009 Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi. 007 JDG 004 010 Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü. 007 JDG 004 011 Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu. 007 JDG 004 012 Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb. 007 JDG 004 013 Sisra doqquz yüz dəmir arabadan ibarət bütün döyüş arabalarını və yanındakı bütün xalqı Xaroşet-Haqqoyimdən Qişon çayına topladı. 007 JDG 004 014 Devora Baraqa dedi: «Qalx, çünki Rəbbin Sisranı təslim etdiyi gün bu gündür. Sənin qarşında gedən Rəbb deyilmi?» Baraq da arxasınca gələn on min nəfər kişi ilə birgə Tavor dağından endi. 007 JDG 004 015 Rəbb Sisranı və bütün döyüş arabaları ilə ordusunu Baraqın qarşısında qılıncdan keçirərək məğlub etdi. Sisra isə öz döyüş arabasından düşüb qaçdı. 007 JDG 004 016 Baraq Xaroşet-Haqqoyimə qədər onların döyüş arabaları ilə ordusunu qovdu. Sisranın bütün ordusu qılıncdan keçirildi və heç kim sağ qalmadı. 007 JDG 004 017 Sisra Qenli Xeverin arvadı Yaelin çadırına qaçdı, çünki Xasor padşahı Yavinlə Qenli Xever arasında sülh var idi. 007 JDG 004 018 Yael Sisranı qarşılamaq üçün bayıra çıxıb dedi: «Gəl içəri, ağam, qorxma, bizə gəl». Sisra onun çadırına girdi və qadın onun üstünü kilimlə örtdü. 007 JDG 004 019 Sisra qadına dedi: «Susamışam, rica edirəm, mənə bir içim su ver». Qadın süd tuluğunu açıb ona süd içirtdi və üstünü örtdü. 007 JDG 004 020 Sisra qadına dedi: «Çadırın qapısında dayan, əgər bir adam gəlib səndən “Burada kimsə varmı?” deyə soruşsa, deyərsən ki, yox». 007 JDG 004 021 Lakin Xeverin arvadı Yael əlinə bir çadır payası və bir də toxmaq götürüb yavaş-yavaş ona yaxınlaşdı. Sisra isə çox yorulduğundan dərin yuxuya getmişdi. Yael çadır payasını onun gicgahına zərblə elə vurdu ki, paya onun başından keçib yerə girdi və Sisra belə öldürüldü. 007 JDG 004 022 Bu vaxt Baraq Sisranın izinə düşmüşdü. Yael onun qarşısına çıxıb dedi: «Gəl, axtardığın adamı sənə göstərim». O, Yaellə birgə çadıra girəndə gördü ki, Sisra gicgahında paya ölüb yerə sərilmişdir. 007 JDG 004 023 Beləcə o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabe etdi. 007 JDG 004 024 İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı get-gedə qüvvətləndi və axırda Kənan padşahı Yavini məhv etdi. 007 JDG 005 001 Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular: 007 JDG 005 002 Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin! 007 JDG 005 003 Dinləyin, ey padşahlar! Qulaq asın, əmirlər! Mən Rəbbi tərənnüm edəcəyəm, İsrailin Allahı Rəbbə nəğmə söyləyəcəyəm! 007 JDG 005 004 Ya Rəbb, Sən Seirdən çıxarkən, Edom çölündən keçərkən Yer titrədi, göylər damdı. Bəli, buludlardan sular axdı. 007 JDG 005 005 Sina dağına sahib olan Rəbbin qarşısında, İsrailin Allahı Rəbbin qarşısında Dağlar titrədi. 007 JDG 005 006 Anat oğlu Şamqar zamanında, Həm də Yael zamanında Karvanlar buraya gəlişini kəsdi, Səyyahlar dolanbac yollarla getdi. 007 JDG 005 007 Mən Devora ayağa qalxanadək, İsraildə ana kimi meydana çıxanadək İsraildə kəndlilər artıq yaşamırdı. 007 JDG 005 008 İsraillilər yeni allahlar seçərkən Döyüşlər darvazalardan keçdi. O zaman qırx min İsraillinin əlində Nə nizə, nə də ki qalxan göründü. 007 JDG 005 009 Mənim könlüm İsrailə hökm edənlərlədir, Xalq içində özünü könüllü təqdim edənlərlədir. Rəbbə alqış edin! 007 JDG 005 010 Bu nəğməni söyləyin, ey ağappaq eşşəklərə minənlər, Ey əlvan xalılar üstündə əyləşənlər, Ey bütün yoldan keçənlər! 007 JDG 005 011 Oxatanların səs-küyündən uzaqda, Su çəkənlər arasında – Orada Rəbbin zəfərlərindən, İsraildəki igidlərin zəfərlərindən nəql ediləcək. O zaman Rəbbin xalqı darvazalara endi. 007 JDG 005 012 Oyan, ey Devora, oyan! Oyan, ilahi oxu, oyan! Ayağa qalx, ey Baraq! Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar! 007 JDG 005 013 O zaman sağ qalanlar əyanların yanına endi. Rəbbin xalqı cəngavər tək yanıma endi. 007 JDG 005 014 Amaleq soyundan olanlar Efrayimdən gəldi, Sənin ardınca gələn xalq arasında Binyamin də var idi. Makirdən əmirlər, Zevulundan sərkərdə əsasını daşıyanlar gəldilər. 007 JDG 005 015 İssakardakı ağalar Devora ilə gəldilər. İssakar necədirsə, Baraq da elə idi, Onun ardınca vadiyə hücum çəkirdilər. Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı. 007 JDG 005 016 Çobanların sürülərinə çaldığı tütək səsini dinləmək üçün Niyə ağıllar arasında qaldınız? Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı. 007 JDG 005 017 Gilead xalqı İordan çayının o tayında qaldı. Bəs niyə Dan gəmilərin yanında sakin oldu? Aşer dənizlərin sahilində qaldı, Öz limanlarında məskən saldı. 007 JDG 005 018 Döyüş meydanının yüksək yerlərində, Zevulunla Naftali Canlarını ölüm təhlükəsinə atan bir xalq oldu. 007 JDG 005 019 O zaman padşahlar gəlib vuruşdular. Taanakda, Megiddo suları kənarında Kənan padşahları vuruşdular. Nə gümüş, nə də qənimət alan oldu. 007 JDG 005 020 Ulduzlar göydən döyüşdü, Sisraya qarşı öz dövrəsində döyüşdülər. 007 JDG 005 021 Düşmənləri Qişon çayı apardı, Qişon çayı coşub-daşandı. Ey canım, sən qüvvətlə irəli get! 007 JDG 005 022 O zaman at dırnaqları vurdu o yerə damğalar, Dördnala, dördnala qaçarkən köhlən atlar. 007 JDG 005 023 Rəbbin mələyi dedi: «Meroza lənət edin, Onun xalqına ağır lənət söyləyin. Çünki Rəbbin köməyinə, Cəngavərlərə qarşı Rəbbin köməyinə gəlmədilər». 007 JDG 005 024 Qenli Xeverin arvadı Yael Qadınlar arasında hamıdan artıq xeyir-dua alsın, Çadırda yaşayan qadınlardan daha bəxtiyar olsun! 007 JDG 005 025 Su istəyəndə Sisra Yael ona süd verdi. Ağalara layiq bir camda ayran verdi. 007 JDG 005 026 Sol əlinə payanı, Sağ əlinə isə işçi toxmağını götürdü, Onlarla Sisranı vurdu, başını əzdi. Sındırıb gicgahlarını, deşib yerə keçirtdi. 007 JDG 005 027 O yıxılıb ayaqlar altına sərildi, Yerə döşəndi, O yıxılıb ayaqlar altına sərildi, Yıxıldığı yerə sərilib öldü. 007 JDG 005 028 Sisranın anası məhəccər arxasından, Pəncərədən nigaran-nigaran baxıb çığırdı: «Nə üçün onun döyüş arabası bu qədər gecikir? Döyüş arabalarının səsi axı niyə ləngiyir?» 007 JDG 005 029 Müdrik əsilzadə xanımlar ona cavab verirdi, O da öz-özünə təkrar-təkrar deyirdi: 007 JDG 005 030 «Bəlkə qənimət malını tapıb bölüşdürürlər, Yəqin ki hər igidə bir-iki qız düşür. Sisraya talan malından düşür əlvan geyimlər, Bəli, talan malından naxışlı əlvan geyimlər. Qarət etdiklərinin içindən tapıb bölüşdürdülər, Talançıların boyunları üçün İki tərəfdən əlvan naxışlı geyimlər». 007 JDG 005 031 Ya Rəbb, bütün düşmənlərin belə yox olur. Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur! Bundan sonra ölkə qırx il rahat yaşadı. 007 JDG 006 001 İsrail övladları yenə də Rəbbin gözündə pis işlər gördülər və Rəbb də onları yeddi il Midyanlılara təslim etdi. 007 JDG 006 002 Midyanlıların güclü əli İsraillilərin əleyhinə qalxdı və Midyanlıların üzündən İsrail övladları özləri üçün dağlarda sığınacaq yerləri, mağaralar və qalalar qurdular. 007 JDG 006 003 İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi. 007 JDG 006 004 İsraildə ordugah quraraq Qəzzəyə çatana qədər torpağın məhsullarını məhv edirdilər. İstər qoyun, istər öküz, istərsə də eşşək olsun, İsraillilərə dolanmaq üçün heç nə qoymazdılar. 007 JDG 006 005 Çünki onlar öz heyvanları və çadırları ilə çıxırdılar. Gələndə isə çəyirtkə kimi o qədər çox gəlirdilər ki, nə özlərinin, nə də dəvələrinin sayı-hesabı olmazdı. Onlar İsraili viran qoymaq üçün gəlirdilər. 007 JDG 006 006 İsraillilər Midyanlıların əlindən çox yoxsullaşdı. Ona görə də İsrail övladları Rəbbə fəryad qopardı. 007 JDG 006 007 Midyanlıların əlindən İsrail övladları Rəbbə fəryad edəndə 007 JDG 006 008 Rəbb İsrail övladlarına bir peyğəmbər göndərdi. O, İsraillilərə belə dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Mən sizi Misirdən çıxardaraq köləlik diyarından qurtardım. 007 JDG 006 009 Sizi Misirlilərin və bütün zülmkarların əlindən azad edərək onları qarşınızdan qovdum və torpaqlarını sizə verdim. 007 JDG 006 010 Sizə dedim ki, Allahınız Rəbb Mənəm, torpağında yaşadığınız Emorluların allahlarına sitayiş etməyin. Siz isə Mənim sözümə qulaq asmadınız”». 007 JDG 006 011 Rəbbin mələyi gəlib Aviezerli Yoaşın Ofra şəhərindəki palıd ağacının altında durdu. Yoaş oğlu Gideon üzüm sıxılan yerdə Midyanlılardan gizlətdiyi taxılı döyürdü. 007 JDG 006 012 Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir». 007 JDG 006 013 Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib». 007 JDG 006 014 Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?» 007 JDG 006 015 Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm». 007 JDG 006 016 Rəbb ona dedi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan». 007 JDG 006 017 Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir. 007 JDG 006 018 Rica edirəm, mən sənin yanına qurbanımı gətirib təqdim edənə qədər buradan getmə». Rəbb Gideona dedi: «Sən geri qayıdana qədər Mən burada gözləyirəm». 007 JDG 006 019 Gideon içəri girdi. Bir oğlaq kəsib bir efa undan mayasız çörəklər bişirdi və əti səbətə qoydu, ətin suyunu isə qazana tökdü. Sonra onları palıd ağacının altına – Rəbbin yanına gətirib Ona təqdim etdi. 007 JDG 006 020 Allahın mələyi ona dedi: «Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök». Gideon belə də etdi. 007 JDG 006 021 Rəbbin mələyi əlində olan əsanın ucunu oraya uzadıb ətlə mayasız çörəklərə toxunanda qayadan alov çıxdı və ətlə mayasız çörəkləri udub yox etdi. Sonra Rəbbin mələyi onun gözü önündəcə qeyb oldu. 007 JDG 006 022 Gideon Onun Rəbbin mələyi olduğunu anlayıb dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm». 007 JDG 006 023 Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən». 007 JDG 006 024 Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir. 007 JDG 006 025 Həmin gecə Rəbb Gideona dedi: «Get, atanın ikinci yeddiillik buğasını götür. Sonra get, atanın Baal bütünə düzəltdiyi qurbangahı dağıt və yanındakı Aşera bütünü kəs. 007 JDG 006 026 Bu təpənin başında Allahın Rəbbə layiq qurbangah düzəlt. Sonra kəsdiyin Aşeranın ağac bütünə od vuraraq götürdüyün ikinci buğanı yandırma qurbanı olaraq təqdim et». 007 JDG 006 027 Gideon qulluqçularından on nəfəri özü ilə götürüb Rəbbin tapşırdığı kimi etdi. Lakin atasının ev xalqından və şəhər sakinlərindən qorxduğu üçün işi gündüz deyil, gecə etdi. 007 JDG 006 028 Şəhər sakinləri səhər tezdən qalxıb gördülər ki, Baal qurbangahı tamamilə dağıdılıb və yanındakı Aşera bütü kəsilib. Qurulan yeni qurbangah üzərində isə ikinci buğa yandırma qurbanı olaraq təqdim olunub. 007 JDG 006 029 Adamlar bunu görüb bir-birlərinə dedilər: «Görəsən bu işi kim görüb?» Onlar bunu araşdırandan sonra bildilər ki, bu işi görən Yoaşın oğlu Gideondur. 007 JDG 006 030 Şəhər sakinləri Yoaşa dedilər: «Oğlunu buraya gətir ki, öldürülsün. Çünki o, Baalın qurbangahını dağıdıb, yanındakı Aşera bütünü isə kəsib». 007 JDG 006 031 Yoaş ona qarşı çıxanların hamısına belə dedi: «Bu Baal bütünün əvəzinə sizmi mübarizə aparacaqsınız? Ya sizmi onu qurtaracaqsınız? Baal üçün mübarizə aparan səhərə qədər öləcək. Əgər o, həqiqətən, allahdırsa, onun qurbangahını dağıdan adamla qoy özü mübarizə aparsın». 007 JDG 006 032 Bundan sonra «qoy Baal onunla özü mübarizə aparsın, çünki o, Baalın qurbangahını dağıdıb» deyərək Gideonun adını Yerub-Baal qoydular. 007 JDG 006 033 Bu vaxt bütün Midyanlılar, Amaleqlilər və şərq xalqları bir yerə yığılaraq İordan çayını keçib İzreel vadisində ordugah qurdular. 007 JDG 006 034 Gideonun üzərinə Rəbbin Ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı. 007 JDG 006 035 O bütün Menaşşeyə qasidlər göndərdi və onları da öz yanına yığdı. Sonra Aşerə, Zevuluna və Naftaliyə qasid göndərdi. Onlar qasidləri qarşılamağa çıxdılar. 007 JDG 006 036 Gideon Allaha dedi: «Söz verdiyin kimi İsraili mənim əlimlə qurtaracaqsansa, 007 JDG 006 037 qoy mən xırmanın üstünə qoyundan qırxılan yun qoyum. Əgər şeh yalnız yunu isladarsa, torpaq isə quru qalarsa, onda biləcəyəm ki, Sən dediyin kimi İsraili mənim əlimlə qurtaracaqsan». 007 JDG 006 038 Belə də oldu. Gideon ertəsi gün tezdən qalxıb yunu sıxdı. Yundan bir kasa dolu su çıxartdı. 007 JDG 006 039 Sonra Gideon Allaha dedi: «Qoy mənə qarşı qəzəbin alovlanmasın, yenə bir ricam var. Bu yunla bir də bu işi sınamaq istəyirəm. İndi də qoy yalnız bu yun quru qalsın və bütün yer şehlə islanmış olsun». 007 JDG 006 040 Allah o gecə belə də etdi. Bütün torpaq şehə büründü, qırxılmış yun isə quru qaldı. 007 JDG 007 001 Yerub-Baal, yəni Gideon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyan ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi. 007 JDG 007 002 Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək. 007 JDG 007 003 İndi sən xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın”». Xalqdan iyirmi iki min nəfəri geri qayıtdı, on min nəfəri qaldı. 007 JDG 007 004 Rəbb Gideona dedi: «Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyim bütün adamlar isə getməyəcək». 007 JDG 007 005 Gideon xalqı su kənarına endirəndə Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstü oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan». 007 JDG 007 006 Əllərini ağızlarına aparıb suyu dili ilə içənlərin sayı üç yüz nəfər oldu. Lakin xalqın qalan hissəsi su içmək üçün dizüstü yerə oturdu. 007 JDG 007 007 Rəbb Gideona dedi: «Sizi dili ilə su içən bu üç yüz nəfərlə qurtaracağam və Midyanlıları sənə təslim edəcəyəm. Qoy xalqın qalan hissəsi öz yerinə qayıtsın». 007 JDG 007 008 Bu üç yüz adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gideon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və üç yüz nəfəri yanında saxladı. Midyan ordugahı Gideonun olduğu yerin aşağısındakı vadidə idi. 007 JDG 007 009 O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm. 007 JDG 007 010 Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en. 007 JDG 007 011 Orada sən onların söhbətini eşidəcəksən, onda qüvvət alıb ordugaha enərsən». O zaman Gideon və nökəri Pura ordugahın kənarında olan silahlı adamların yanına endilər. 007 JDG 007 012 Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi. 007 JDG 007 013 Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi». 007 JDG 007 014 Yoldaşı ona cavab verdi: «Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib». 007 JDG 007 015 Gideon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: «Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib». 007 JDG 007 016 Yanında olan üç yüz nəfəri üç dəstəyə ayırdı. Hamısının əlinə şeypurlar, boş dolçalar və dolçanın içində məşəllər verdi. 007 JDG 007 017 Onlara tapşırdı ki, «mənə baxın, mən necə edirəmsə, siz də elə edin. Bax mən ordugahın kənarına çatan zaman nə etsəm, siz də elə edin. 007 JDG 007 018 Mən və mənimlə bərabər olanların hamısı şeypur çalan kimi siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və “Rəbb üçün və Gideon üçün!” deyə bağırın». 007 JDG 007 019 Gideonla yanında olan yüz nəfər kişi orta növbəsinin başlanğıcında – növbətçilər təzə dəyişən zaman ordugahın kənarına çatdılar. Onlar şeypurlarını çalıb əllərindəki dolçaları qırdılar. 007 JDG 007 020 Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar. 007 JDG 007 021 Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar. 007 JDG 007 022 Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı. 007 JDG 007 023 Naftalidən, Aşerdən və bütün Menaşşedən çağırılmış İsraillilər Midyanlıları qovdular. 007 JDG 007 024 Gideon bütün Efrayimin dağlıq bölgəsinə qasid göndərib dedi: «Enin, Midyanlılara hücuma keçin. Onların yolunu kəsmək üçün Bet-Baraya qədər İordan çayının sularını tutun». Bütün Efrayimlilər yığılıb Bet-Baraya qədər İordan çayının sularını tutdular. 007 JDG 007 025 Sonra iki Midyan başçısı Orevlə Zeevi tutdular. Orevi Orev qayasında, Zeevi isə Zeev üzümsıxanında öldürdülər. Midyanlıları qovdular və İordan çayını keçərək Orevlə Zeevin başlarını Gideona gətirdilər. 007 JDG 008 001 Efrayimlilər Gideona dedilər: «Bu nə işdir başımıza gətirdin? Midyanlılarla döyüşə gedəndə niyə bizi çağırmadın?» Bundan ötrü onunla kəskin mübahisə etdilər. 007 JDG 008 002 Gideon onlara dedi: «Axı sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? Efrayimin üzüm başaqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi? 007 JDG 008 003 Midyan başçıları olan, Orevi və Zeevi Allah sizə təslim etdi. Axı sizin gördüyünüz işlərin yanında mən nə edə bilmişəm?» Bunu deyəndən sonra Efrayimlilərin ona olan qəzəbi yatdı. 007 JDG 008 004 Gideon İordan çayına çatdı, özü və yanındakı üç yüz nəfərlə bərabər çayı keçdilər. Onlar yorulmaqlarına baxmayaraq düşmənləri təqib etməkdə davam edirdilər. 007 JDG 008 005 O gəlib Sukkot adamlarının yanına çataraq dedi: «Rica edirəm, arxamca gələn adamlara bir parça çörək verin, çünki taqətdən düşüblər. Mən isə Midyan padşahları Zevah və Salmunnanın ardınca qaçıram». 007 JDG 008 006 Sukkot başçıları ona dedilər: «Zevah və Salmunnanın biləyi indi sənin əlindədir ki, sənin döyüşçülərinə çörək verək?» 007 JDG 008 007 Gideon onlara dedi: «Elə buna görə sizə deyirəm ki, Rəbb Zevah və Salmunnanı mənə təslim edəndə çölün tikanları və kolları ilə ətinizi didəcəyəm». 007 JDG 008 008 Oradan gəlib Penuelə çıxdı və oradakılardan da eyni şeyi istədi. Sukkot sakinləri necə ona cavab vermişdilərsə, Penuel sakinləri də ona elə cavab verdilər. 007 JDG 008 009 Gideon Penuel sakinlərinə isə belə dedi: «Sağ-salamat geriyə qayıtdığım zaman bu qülləni dağıdacağam». 007 JDG 008 010 Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi. 007 JDG 008 011 Gideon Novah və Yoqbohanın şərqindən – köçərilərin yolundan keçərək laqeyd dayanan düşmən ordugahına hücum etdi. 007 JDG 008 012 Zevah və Salmunna qaçdı. Gideon isə onları təqib etdi. O, Midyanın iki padşahı Zevahla Salmunnanı tutub bütün ordunu məğlub etdi. 007 JDG 008 013 Yoaş oğlu Gideon Xeres keçidi ilə döyüşdən qayıtdı. 007 JDG 008 014 Sukkot sakinlərindən bir cavanı tutub ondan söz aldı. O da ona Sukkot başçısı olan yetmiş yeddi ağsaqqalın adını yazıb verdi. 007 JDG 008 015 Gideon Sukkot sakinlərinin yanına gəlib dedi: «“Zevah və Salmunnanın biləyi sənin əlindədir ki, sənin yorğun adamlarına çörək verək?” deyərək məni ələ salırdınız. Budur, bu da Zevah və Salmunna!» 007 JDG 008 016 Sonra o, şəhər ağsaqqallarını topladı və Sukkot sakinlərini çöl tikanları və kollarla döyərək tənbeh etdi. 007 JDG 008 017 Bundan sonra da gəlib Penuel qülləsini dağıtdı və şəhərin sakinlərini qırdı. 007 JDG 008 018 Gideon Zevah ilə Salmunnaya dedi: «Tavorda öldürdüyünüz adamlar necə adamlar idi?» Onlar dedilər: «Hamısı sənin kimi padşah oğullarına oxşayırdı». 007 JDG 008 019 Gideon dedi: «Onlar mənim qardaşlarım, anamın oğulları idi. Var olan Rəbb haqqı, əgər siz onları sağ buraxsaydınız, mən də sizi öldürməzdim». 007 JDG 008 020 İlk oğlu Yeterə dedi: «Qalx onları öldür». Lakin oğlan qılıncını çəkmədi, çünki hələ cavan olduğuna görə qorxurdu. 007 JDG 008 021 Zevah və Salmunna dedilər: «Dur, bizi sən vur, çünki kişi güclü olar». Gideon qalxıb Zevahla Salmunnanı öldürdü və sonra onların dəvələrinin boyunlarından asılan ayparalarını götürdü. 007 JDG 008 022 İsraillilər Gideona dedilər: «Sən, oğlun və nəvən bizə hakimlik edin. Çünki bizi Midyanın əlindən sən qurtardın». 007 JDG 008 023 Gideon onlara dedi: «Nə mən sizin üstünüzdə hakimlik edəcəyəm, nə də oğlum. Sizə hökmranlığı Rəbb edəcək». 007 JDG 008 024 Sonra Gideon onlara dedi: «Ancaq sizdən bir ricam var ki, götürdüyünüz talan malından hər kəs mənə bir sırğa versin». Çünki düşmənlər İsmailli olduqları üçün qızıl sırğa taxırdılar. 007 JDG 008 025 Onlar Gideona dedilər: «Bunu məmnuniyyətlə verərik». Onlar yerə bir paltar sərdilər və hamı talan malından götürdüyü sırğaları bu paltarın üstünə atdı. 007 JDG 008 026 Ayparalardan, boyunbağılardan, Midyan padşahlarının əynindəki tünd qırmızı paltarlardan və dəvələrin boynundakı zəncirlərdən əlavə bu qızıl sırğaların çəkisi min yeddi yüz şekel gəlirdi. 007 JDG 008 027 Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu. 007 JDG 008 028 Midyanlılar İsrail övladlarına tabe olub bir daha başlarını qaldıra bilmədilər. Gideonun dövründə ölkə qırx il rahat yaşadı. 007 JDG 008 029 Yoaş oğlu Yerub-Baal qayıdıb yenə öz evində yaşadı. 007 JDG 008 030 Onun belindən gələn yetmiş oğlu var idi, çünki arvadı çox idi. 007 JDG 008 031 Şekemdə olan cariyəsi də ona bir oğul doğdu və Yerub-Baal onun adını Avimelek qoydu. 007 JDG 008 032 Yoaş oğlu Gideon uzun və yaxşı ömür sürüb öldü. O, Aviezerlilərin Orfa şəhərində atası Yoaşın məqbərəsində dəfn olundu. 007 JDG 008 033 Gideonun vəfatından sonra İsrail övladları yenə də Baal bütlərinə sitayiş edərək Rəbbə xəyanət etdilər. Onlar Baal-Beriti özlərinə allah etdilər. 007 JDG 008 034 İsrail övladları ətraflarındakı bütün düşmənlərinin əlindən onları azad edən özlərinin Allahı Rəbbi yada salmadılar. 007 JDG 008 035 Yerub-Baalın, yəni Gideonun İsraillilərə etdiyi bütün xeyirxahlığın əvəzinə onun nəsli ilə yaxşı rəftar etmədilər. 007 JDG 009 001 Yerub-Baalın oğlu Avimelek Şekemə, dayılarının yanına getdi. Onlara və bütün ana nəslinə belə dedi: 007 JDG 009 002 «Rica edirəm, bütün Şekem başçılarına bunu eşitdirib deyin: “Sizin üçün hansı yaxşıdır, Yerub-Baalın yetmiş oğlu sizə hakimlik etsin, yoxsa bir nəfər? Unutmayın ki, mən sizin sümüyünüzdən və ətinizdənəm”». 007 JDG 009 003 Dayıları onun söylədiyi bu sözləri bütün Şekem əhalisinə çatdırdı. Bundan sonra onların da könülləri Avimelekə meyl etdi və «o bizim soydaşımızdır» dedilər. 007 JDG 009 004 Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər. 007 JDG 009 005 Avimelek Ofraya – öz ata evinə gəldi və qardaşları Yerub-Baalın yetmiş oğlunu bir daş üstündə öldürdü. Təkcə Yerub-Baalın kiçik oğlu Yotam sağ qalmışdı, ona görə ki gizlənə bilmişdi. 007 JDG 009 006 Bütün Şekem və Bet-Millo əhalisi toplaşaraq gedib Şekemdə daş sütunun yanındakı palıd ağacının yaxınlığında Avimeleki padşah elan etdi. 007 JDG 009 007 Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin. 007 JDG 009 008 Günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etməkdən ötrü gedib zeytun ağacına dedilər: “Bizim padşahımız ol”. 007 JDG 009 009 Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?” 007 JDG 009 010 Sonra ağaclar əncir ağacına dedilər: “Gəl sən bizə padşah ol”. 007 JDG 009 011 Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?” 007 JDG 009 012 Bu dəfə ağaclar üzüm tənəyinə dedilər: “Gəl sən bizə padşah ol”. 007 JDG 009 013 Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?” 007 JDG 009 014 Nəhayət, bütün ağaclar gəlib yabanı göyəmə dedilər: “Gəl sən bizə padşah ol”. 007 JDG 009 015 Yabanı göyəm dedi: “Əgər, həqiqətən, siz məni özünüzə padşah olaraq məsh edirsinizsə, gəlin mənim kölgəmə sığının. Belə olmazsa, qoy yabanı göyəmdən alov çıxsın və Livanın sidr ağaclarını yandırıb-yaxsın”. 007 JDG 009 016 Baxın Avimeleki padşah etməkdə haqq niyyət və doğruluqla iş gördünüzmü? Siz Yerub-Baala və onun nəslinə qarşı yaxşı iş gördünüzmü? Münasibətiniz atama layiqdirmi? 007 JDG 009 017 Axı atam sizin üçün döyüşdü və öz canını təhlükəyə atıb sizi Midyanın əlindən qurtardı. 007 JDG 009 018 Siz isə bu gün atamın nəslinin əleyhinə çıxıb yetmiş oğlunu bir daş üstündə öldürdünüz və sonra cariyəsindən olan oğlu Avimeleki Şekem əhalisinin padşahı etdiniz, çünki o sizin soydaşınızdır. 007 JDG 009 019 Əgər bu gün Yerub-Baalla onun nəsli üçün haqq niyyətlə və doğruluqla rəftar etdinizsə, onda bu Avimeleklə sevinin və qoy o da sizinlə sevinsin. 007 JDG 009 020 Yoxsa qoy Avimelekdən alov çıxıb Şekem başçılarını və Bet-Millo əhalisini yox etsin, onlardan da od çıxıb Avimeleki yox etsin». 007 JDG 009 021 Yotam qaçıb aradan çıxdı və Beerə getdi. Qardaşı Avimelekdən qorxduğu üçün orada qaldı. 007 JDG 009 022 Avimelek üç il İsrail üzərində başçılıq etdi. 007 JDG 009 023 Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar. 007 JDG 009 024 Bu ona görə baş verdi ki, həm Avimelek Yerub-Baalın yetmiş oğluna qarşı etdiyi günahın cəzasını çəksin, həm də Avimelekdən və onu bu qətlə sövq edən Şekem əhalisindən tökdükləri qanların qisası alınsın. 007 JDG 009 025 Şekem əhalisi dağların başında Avimelekə qarşı pusqu qurub yolda yanlarından keçənlərin hamısını soyurdular. Bunu Avimelekə xəbər verdilər. 007 JDG 009 026 Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi. 007 JDG 009 027 Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular. 007 JDG 009 028 Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik? 007 JDG 009 029 Kaş bu xalq mənim əlimdə olaydı! O zaman Avimeleki qovardım». Sonra Qaal Avimelekə dedi: «Ordunu yığ, meydana çıx!» 007 JDG 009 030 Şəhər başçısı Zevul Evedin oğlu Qaalın bu sözlərini eşidəndə qəzəbdən alışıb yandı. 007 JDG 009 031 Hiylə işlədərək Avimelekin yanına qasidlər göndərib dedi: «Budur, Eved oğlu Qaal ilə qardaşları Şekemə gəlib şəhəri sənin əleyhinə qaldırırlar. 007 JDG 009 032 İndi sən və adamların bu gecə qalxıb çöldə pusquda durun. 007 JDG 009 033 Səhər açılanda günəş doğar-doğmaz qalxıb şəhərə hücum edərsən. Bax Qaal ilə adamları sənə qarşı çıxarkən əlindən gələni et». 007 JDG 009 034 Avimeleklə adamları gecə ikən qalxdılar və dörd dəstə olub Şekemin yaxınlığında pusquda durdular. 007 JDG 009 035 Eved oğlu Qaal çıxıb şəhər darvazasının giriş yerində duranda Avimelek və adamları pusqudan çıxdılar. 007 JDG 009 036 Qaal onları görüb Zevula dedi: «Bax dağların təpəsindən bir dəstə xalq enir». Zevul ona dedi: «Gördüyün dağların kölgəsidir, adamlara oxşadırsan». 007 JDG 009 037 Qaal sözünə davam edərək dedi: «Bax ölkənin orta hissəsindən xalq enir. Gələcəyideyənlər palıdı yolundan da bir dəstə gəlir». 007 JDG 009 038 O zaman Zevul ona dedi: «“Avimelek kimdir ki, biz ona xidmət edək” deyə lovğalanan dilin haradadır? Həqarətlə baxdığın xalq bu xalq deyilmi? İndi meydana çıx, onunla döyüş». 007 JDG 009 039 Qaal Şekem əhalisinin qabağına çıxıb Avimeleklə döyüşdü. 007 JDG 009 040 Avimelek onu qovdu, Qaal onun qabağından qaçdı. Adamların çoxu yaralanaraq darvazanın giriş yerinə qədər yerə sərildi. 007 JDG 009 041 Avimelek Arumada yaşadı. Zevul isə Qaal ilə qardaşlarını Şekemdə yaşamağa qoymayıb qovdu. 007 JDG 009 042 Ertəsi gün Şekem xalqı çölə çıxanda bu barədə Avimelekə xəbər verildi. 007 JDG 009 043 O, ordusunu götürüb üç dəstəyə ayırdı və onlar çöldə pusqu qurub güddülər. Avimelek xalqın şəhərdən çıxdığını görəndə qalxıb hücuma keçdi. 007 JDG 009 044 Avimeleklə dəstəsi cəld irəli keçərək şəhər darvazasının girişində dayandılar. O biri iki dəstə isə çöldəki xalqın üstünə düşüb onları qırdı. 007 JDG 009 045 Avimelek bütün günü şəhərə hücum edərək şəhəri aldı. Orada olan adamları qırdı, şəhəri viran edib yerinə duz əkdi. 007 JDG 009 046 Şekemin qülləsindəki adamlar bunu eşidəndə El-Berit məbədinin qalasına girdilər. 007 JDG 009 047 Bütün Şekem qülləsindəkilərin oraya yığıldığını Avimelekə xəbər verdilər. 007 JDG 009 048 Avimelek bütün adamları ilə bərabər Salmon dağına çıxdı. Əlinə balta götürüb ağacdan bir budaq kəsdi və onu çiyinlərinin üstünə qoyub yanındakı xalqa belə dedi: «Cəld olun, mən necə edirəmsə, siz də elə edin». 007 JDG 009 049 Bütün xalq bir-bir budaqları kəsərək Avimelekin arxasınca getdi və budaqları qalanın ətrafında qoyub od vurdu. Şekem qülləsindəki adamlardan minə qədər kişi və qadın yanaraq öldü. 007 JDG 009 050 Avimelek Tevesə getdi və oranı mühasirə edib aldı. 007 JDG 009 051 Şəhərin ortasında möhkəm bir qüllə var idi. Bütün şəhər əhalisi – kişi və qadınlar qülləyə qaçaraq qapını arxalarınca bağlayıb qüllənin başına çıxdılar. 007 JDG 009 052 Avimelek gəlib qülləyə hücum etdi. Oraya od vurmaq üçün qüllənin qapısına yaxınlaşdı. 007 JDG 009 053 Onda bir qadın dəyirmanın üst daşını Avimelekin başına tullayaraq kəlləsini əzdi. 007 JDG 009 054 Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü. 007 JDG 009 055 İsraillilər görəndə ki Avimelek ölüb, hamısı öz yerinə qayıtdı. 007 JDG 009 056 Bununla da Allah Avimelekin yetmiş qardaşını öldürməklə atasına etdiyi pisliyi öz başına gətirdi. 007 JDG 009 057 Allah Şekem əhalisinin də bütün pisliyini öz başlarına gətirdi. Yerub-Baalın oğlu Yotamın lənəti onların üstünə düşdü. 007 JDG 010 001 Avimelekdən sonra İsraili xilas etmək üçün İssakar qəbiləsindən olan Dodo oğlu Pua oğlu Tola adlı bir adam çıxdı. O, Efrayimin dağlıq bölgəsində Şamirdə yaşayırdı. 007 JDG 010 002 İsraildə Tola iyirmi üç il hakimlik edəndən sonra öldü və Şamirdə dəfn olundu. 007 JDG 010 003 Bundan sonra Gileadlı Yair çıxıb iyirmi iki il İsraildə hakimlik etdi. 007 JDG 010 004 Onun otuz sıpaya minən otuz oğlu və oğlanlarının da otuz şəhəri var idi. Gilead bölgəsində olan bu şəhərlərə bu günə qədər Xavvot-Yair deyilir. 007 JDG 010 005 Yair öldü və Qamonda dəfn olundu. 007 JDG 010 006 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər. 007 JDG 010 007 Buna görə də İsraillilərə qarşı Rəbbin qəzəbi alovlandı və onları Filiştlilərə, Ammon övladlarına təslim etdi. 007 JDG 010 008 Bu dövrdə onlar İsrailliləri sıxışdırıb əzdilər. Onlar on səkkiz il İordan çayının o tayında Gileaddakı Emorlular diyarında olan bütün İsrail övladlarını əzdilər. 007 JDG 010 009 Ammon övladları hətta Yəhuda, Binyamin, Efrayim qəbilələrinə qarşı döyüşmək üçün İordan çayını keçirdilər. Buna görə İsraillilər çox əziyyət çəkirdi. 007 JDG 010 010 İsrail övladları Rəbbə fəryad edib dedilər: «Sənə qarşı günah etmişik, çünki Allahımızı atıb Baal bütlərinə qulluq etmişik». 007 JDG 010 011 Rəbb İsrail övladlarına dedi: «Sizi Misirlilərdən, Emorlulardan, Ammon övladlarından və Filiştlilərdən Mən qurtarmadımmı? 007 JDG 010 012 Sidonlular, Amaleqlilər, Maonlular sizi sıxışdıranda da Mənə fəryad etdiniz və sizi onların əlindən qurtaran Mən deyildimmi? 007 JDG 010 013 Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz, buna görə də bir daha sizi qurtarmayacağam. 007 JDG 010 014 Gedin seçdiyiniz allahlara fəryad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar». 007 JDG 010 015 İsrail övladları Rəbbə dedilər: «Günah etmişik. Gözündə nə xoş görünürsə, onu bizə et. Yalvarırıq bu gün bizi qurtar». 007 JDG 010 016 Onlar aralarından yad allahları atdılar və Rəbbə qulluq etdilər. Rəbb İsraillilərin bu əzabına artıq dözə bilmədi. 007 JDG 010 017 Ammon övladları yığılıb Gileadda ordugah qurdular. İsrail övladları isə toplanıb Mispada ordugah qurdular. 007 JDG 010 018 Xalq və Gilead başçıları bir-birlərinə dedilər: «Kim Ammon övladlarına qarşı döyüşə başlasa, o adam bütün Gilead əhalisinə rəhbər olacaq». 007 JDG 011 001 Bir fahişədən doğulan Gileadlı İftah igid döyüşçü idi. Onun atası Gilead idi. 007 JDG 011 002 Gileadın arvadı ona oğullar doğdu və bu qadının oğulları böyüyən zaman İftahı qovub belə dedilər: «Atamızın evindən sənə miras düşmür, ona görə ki sən başqa qadının oğlusan». 007 JDG 011 003 İftah qardaşlarının yanından qaçıb Tov diyarında yaşadı. İftahın başına macəraçı adamlar yığıldı və onunla birgə basqınçılıq edirdilər. 007 JDG 011 004 Bir müddətdən sonra Ammon övladları İsraillilərə qarşı döyüşə çıxdılar. 007 JDG 011 005 Ammon övladları İsraillilərə qarşı çıxan zaman Gilead ağsaqqalları İftahı Tov diyarından gətirmək üçün onun yanına getdilər. 007 JDG 011 006 Onlar İftaha dedilər: «Gəl bizə sərkərdəlik et və Ammon övladlarına qarşı birgə vuruşaq». 007 JDG 011 007 İftah Gilead ağsaqqallarına dedi: «Mənə nifrət edib atamın evindən məni qovan siz deyildinizmi? Bəs indi niyə çətinliyə düşəndə mənim yanıma gəlmisiniz?» 007 JDG 011 008 Gilead ağsaqqalları İftaha dedilər: «Sənin yanına ona görə gəlmişik ki, indi sən bizimlə gedib Ammon övladlarına qarşı döyüşəsən və bizə – bütün Gilead əhalisinə sərkərdə olasan». 007 JDG 011 009 İftah Gilead ağsaqqallarına dedi: «Yaxşı, Ammon övladlarına qarşı döyüşmək üçün məni geri aparırsınız. Bəs Rəbb qarşımda onları mənə təslim edəndə sizin başçınız mən olacağammı?» 007 JDG 011 010 Gilead ağsaqqalları İftaha dedilər: «Səninlə bizim aramızda qoy Rəbb şahid olsun! Biz mütləq sənin sözünə əməl edəcəyik». 007 JDG 011 011 İftah Gilead ağsaqqalları ilə bərabər getdi və xalq da onu özünə başçı – sərkərdə etdi. İftah Mispada, Rəbbin önündə bütün şərtlərini təkrar etdi. 007 JDG 011 012 Bundan sonra Ammon padşahının yanına qasidlər göndərib dedi: «Bizim aramızda nə olub ki, torpağımda mənimlə vuruşmağa gəlmisiniz?» 007 JDG 011 013 Ammon padşahı İftahın qasidlərinə dedi: «Ona görə ki İsraillilər Misirdən çıxan zaman mənim torpaqlarımı Arnondan Yabboq və İordan çaylarına qədər alıb. Gəlin onları mənə sülh yolu ilə geri qaytarın». 007 JDG 011 014 İftah yenə də Ammon xalqının padşahının yanına qasidlər göndərib dedi: 007 JDG 011 015 İftah belə deyir: «İsraillilər Moav torpağını, Ammon övladlarının torpağını almayıb. 007 JDG 011 016 Amma İsraillilər Misirdən çıxanda Qırmızı dənizə qədər səhradan keçərək Qadeşə gəlib və 007 JDG 011 017 Edom padşahının yanına qasidlər göndərib belə demişdilər: “Rica edib torpağından keçmək üçün səndən izin istəyirəm”. Lakin Edom padşahı onlara qulaq asmadı və sonra İsraillilər Moav padşahının yanına adamlar göndərdi, o da razı olmadı. Ona görə də İsraillilər Qadeşdə qalmışdılar. 007 JDG 011 018 İsraillilər səhra ilə gedib Edomla Moav torpaqlarının ətrafından keçərək Moav ölkəsinin şərqinə çatdı və Arnon vadisinin o biri tərəfində düşərgə saldılar. Lakin Moavın sərhədini keçmədilər, ona görə ki Arnon Moavın sərhədi idi. 007 JDG 011 019 İsraillilər Emorluların padşahı – Xeşbon padşahı Sixonun yanına qasidlər göndərib demişdi: “Rica edirik, öz ölkəmizə çatana qədər sənin torpağından keçmək üçün bizə izin verəsən”. 007 JDG 011 020 Amma Sixon öz torpağını yol keçmək üçün İsraillilərə etibar etmədi və bütün xalqını toplayaraq Yahsada ordugah qurub İsraillilərə qarşı döyüşdü. 007 JDG 011 021 İsrailin Allahı Rəbb Sixonu və onun bütün xalqını İsraillilərə təslim edəndə onları məğlub etdilər. Beləliklə, İsraillilər o yerdə yaşayan Emorluların torpağını irs olaraq aldı. 007 JDG 011 022 Arnondan Yabboq çayına qədər, səhradan İordan çayına qədər bütün Emor torpaqlarını İsraillilər irs olaraq aldı. 007 JDG 011 023 İndi İsrailin Allahı Rəbb Öz xalqı İsraillilərin qarşısından Emorluları qovandan sonra sənmi buraya sahib çıxacaqsan? 007 JDG 011 024 Allahın Kemoşun sənə verdiyi torpağı özünə irs etməzsənmi? Biz də Allahımız Rəbbin bizə verdiyi torpağı özümüzə irs edəcəyik. 007 JDG 011 025 İndi sənin Moav padşahı Sippor oğlu Balaqdan nəyin yaxşıdır? Gör o, İsraillə heç çəkişdimi? Yaxud onlara qarşı heç döyüşdümü? 007 JDG 011 026 Üç yüz il İsrail Xeşbon ilə Aroerdə, bunların ətraf qəsəbələrində və Arnon vadisi boyunca yerləşən bütün şəhərlərdə yaşadığı müddətdə niyə bu torpaqları geri almadınız? 007 JDG 011 027 Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin». 007 JDG 011 028 Lakin Ammon padşahı İftahın ona göndərdiyi sözlərə qulaq asmadı. 007 JDG 011 029 İftahın üzərinə Rəbbin Ruhu endi. O, Gileaddan və Menaşşedən keçdi, sonra Gileaddakı Mispadan keçib Ammon övladlarının üstünə getdi. 007 JDG 011 030 İftah Rəbbə əhd edib dedi: «Əgər Ammon övladlarını, həqiqətən, mənə təslim etsən, 007 JDG 011 031 o zaman Ammon övladları ilə döyüşdən sağ-salamat qayıdanda mənim evimin darvazasından qarşıma birinci nə çıxarsa, Rəbbin olacaq və onu yandırma qurbanı edəcəyəm». 007 JDG 011 032 İftah Ammon övladları ilə döyüşə çıxdı. Rəbb də Ammon övladlarını İftaha təslim etdi. 007 JDG 011 033 Aroerdən Minnitə çatana qədər iyirmi şəhəri və Avel-Keramimə qədər Ammon övladlarını çox böyük məğlubiyyətə uğratdı. Onlar İsraillilərə tabe oldular. 007 JDG 011 034 İftah Mispaya, öz evinə qayıtdı. Budur, İftahın qızı dəf çalıb oynayaraq onu qarşılamağa çıxdı. Bu onun yeganə övladı idi, ondan başqa nə oğlu, nə də qızı var idi. 007 JDG 011 035 O, qızını görəndə paltarını cırıb dedi: «Vay, qızım! Belimi əydin, qəddimi əyənlərdən biri də sən oldun! Mən Rəbbə əhd etmişəm, artıq sözümdən dönə bilmərəm». 007 JDG 011 036 Qızı ona dedi: «Ata, sən Rəbbə əhd etmisən. Madam ki Rəbb düşmənlərindən, Ammon övladlarından sənin üçün qisas aldı, söz ağzından necə çıxıbsa, mənə eləcə də et». 007 JDG 011 037 Sonra qız atasına dedi: «Ancaq bu arzumu yerinə yetir: mənə iki ay izin ver, qoy rəfiqələrimlə dağları gəzib-dolaşaraq öz nakam qızlığım üçün ağlayım». 007 JDG 011 038 Atası ona «yaxşı, gedə bilərsən» deyərək ona iki ay müddətinə izin verdi. O da rəfiqələri ilə bərabər gedib dağlarda öz nakam qızlığına ağladı. 007 JDG 011 039 İki ay keçəndən sonra atasının yanına qayıtdı və atası onun barəsində etdiyi əhdi yerinə yetirdi. Qız ərə getməmişdi. Bundan sonra İsraildə belə bir adət oldu: 007 JDG 011 040 hər il İsrail qızları gedib Gileadlı İftahın qızı üçün ildə dörd gün yas tutdular. 007 JDG 012 001 Efrayimlilər yığılaraq Safona gedib İftaha dedilər: «Sən nəyə görə Ammon övladları ilə döyüşə çıxıb bizi özünlə getməyə çağırmadın? Buna görə biz səni də, evini də yandıracağıq». 007 JDG 012 002 İftah onlara dedi: «Mən və xalqım Ammon övladları ilə ağır döyüşdə olan vaxt sizi köməyə çağırdım, lakin siz gəlib məni onların əlindən qurtarmadınız. 007 JDG 012 003 Mən də gördüm ki, siz məni qurtarmırsınız, onda həyatımı təhlükəyə atıb Ammon övladlarına qarşı özüm hücuma keçdim və Rəbb onları mənə təslim etdi. Nə üçün bu gün mənimlə davaya çıxmısınız?» 007 JDG 012 004 İftah bütün Gileadlıları toplayıb Efrayimlilərlə döyüşdü və Gileadlılar Efrayimliləri qırdılar, çünki Efrayimlilər belə demişdilər: «Ey Efrayimlə Menaşşe arasında yaşayan Gileadlılar, siz Efrayimdən qaçan fərarilərsiniz!» 007 JDG 012 005 Gileadlılar Efrayimin qarşısındakı İordan çayının keçidlərini tutdular. Əgər qaçıb qurtulmaq istəyən Efrayimlilərdən biri gəlib «qoy çayı keçim» deyərdisə, Gileadlılar ondan «sən Efrayimlisənmi?» deyə soruşardılar. O «xeyr» desəydi, 007 JDG 012 006 o zaman ona «bir “şibbolet” de görək» deyərdilər. O da kəlməni doğru söyləyə bilməyib «sibbolet» deyərdi. Onda Gileadlılar onu tutub İordan çayının keçidlərində öldürərdi. Həmin dövrdə Efrayimlilərdən qırx iki min nəfər qırıldı. 007 JDG 012 007 İftah altı il İsraildə hakimlik etdi. Sonra Gileadlı İftah öldü və Gileadın bir şəhərində dəfn olundu. 007 JDG 012 008 Ondan sonra Bet-Lexemli İvsan İsraildə hakimlik etdi. 007 JDG 012 009 Onun otuz oğlu və otuz qızı var idi. Qızlarını başqa nəsillərə ərə vermiş, oğullarına isə başqa nəsillərdən otuz gəlin gətirmişdi. İvsan İsraildə yeddi il hakimlik etdi. 007 JDG 012 010 Sonra İvsan öldü və Bet-Lexemdə dəfn olundu. 007 JDG 012 011 Ondan sonra Zevulunlu Elon on il İsraildə hakimlik etdi. 007 JDG 012 012 Zevulunlu Elon da öldü və Zevulun torpağında, Ayyalonda dəfn olundu. 007 JDG 012 013 Ondan sonra Piratonlu Hillel oğlu Avdon İsraildə hakimlik etdi. 007 JDG 012 014 Onun yetmiş sıpaya minən qırx oğlu ilə otuz nəvəsi var idi və o, səkkiz il İsraildə hakimlik etdi. 007 JDG 012 015 Piratonlu Hillel oğlu Avdon da öldü və Amaleqlilərin dağlıq bölgəsindəki Efrayim torpağında – Piratonda dəfn olundu. 007 JDG 013 001 İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi. 007 JDG 013 002 Dan qəbiləsindən Manoah adlı Soralı bir adam var idi. Onun arvadı doğmurdu, sonsuz idi. 007 JDG 013 003 Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan. 007 JDG 013 004 İndidən diqqətli ol: sən nə şərab, nə də başqa kefləndirici içki içmə və dilinə heç bir haram şey dəyməsin. 007 JDG 013 005 Ona görə ki sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş Nəziri olacaq. O, İsraili Filiştlilərin əlindən qurtarmağa başlayacaq». 007 JDG 013 006 Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi. 007 JDG 013 007 Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa kefləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin, çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın Nəzirisi olacaq». 007 JDG 013 008 Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin». 007 JDG 013 009 Allah Manoahın səsini eşitdi. Qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadının əri Manoah yanında deyildi. 007 JDG 013 010 Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü». 007 JDG 013 011 Manoah durub arvadının arxasınca getdi və o adamın yanına gəlib soruşdu: «Arvadımla söhbət edən adam sənsənmi?» O «mənəm» dedi. 007 JDG 013 012 Manoah dedi: «Sənin sözlərin yerinə yetəndə uşağın həyat tərzi və işi nə olacaq?» 007 JDG 013 013 Rəbbin mələyi Manoaha dedi: «Arvadın ona tapşırdığım şeylərdən özünü qorusun. 007 JDG 013 014 Tənəkdən emal olunan şeylərdən heç nə yeməsin. Nə şərab, nə də başqa kefləndirici içki içsin və dilinə heç bir haram şey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun». 007 JDG 013 015 Manoah Rəbbin mələyinə dedi: «Rica edirəm, bir ayaq saxla, sənin üçün bir oğlaq kəsib yemək hazırlayaq». 007 JDG 013 016 Rəbbin mələyi Manoaha dedi: «Məni burada saxlasan belə, sənin çörəyindən yemərəm. Əgər yandırma qurbanı vermək istəyirsənsə, onu Rəbbə təqdim et». Amma Manoah bilmirdi ki, bu, Rəbbin mələyidir. 007 JDG 013 017 O, Rəbbin mələyinə dedi: «Sənin adın nədir ki, sözlərin yerinə yetəndə səni şərəfləndirək?» 007 JDG 013 018 Rəbbin mələyi ona dedi: «Niyə adımı soruşursan? Ecazkar adım var». 007 JDG 013 019 Manoah oğlağı və taxıl təqdimini götürüb qaya üzərində Rəbbə təqdim etdi. Mələk də Manoah ilə arvadının gözü önündə qeyri-adi bir şey etdi. 007 JDG 013 020 Qurbangahın üstündən alov göyə qalxanda Rəbbin mələyi də qurbangahın alovu ilə bərabər göyə qalxdı. Manoahla arvadı bunu görəndə ikisi də üzüstə yerə döşəndi. 007 JDG 013 021 Rəbbin mələyi bundan sonra Manoahla arvadına bir daha görünmədi. Manoah o zaman bildi ki, bu, Rəbbin mələyidir. 007 JDG 013 022 Manoah arvadına dedi: «Biz mütləq öləcəyik, çünki Allahı gördük». 007 JDG 013 023 Arvadı ona dedi: «Əgər Rəbb bizi öldürmək istəsəydi, bizdən yandırma qurbanı və taxıl təqdimi qəbul etməzdi. Bu şeyləri bizə göstərməz və indi eşitdiklərimizi deməzdi». 007 JDG 013 024 Beləliklə, qadın bir oğul doğdu və adını Şimşon qoydu. Uşaq böyüdükcə Rəbb ona xeyir-dua verdi. 007 JDG 013 025 Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı. 007 JDG 014 001 Bir gün Şimşon Timnaya endi və Timnada Filişt qızlarından bir qadın gördü. 007 JDG 014 002 O, ata-anasının yanına qayıdıb dedi: «Timnada Filişt qızlarının arasında bir qadın görmüşəm, gedin, onu mənim üçün arvad alın». 007 JDG 014 003 Atası ilə anası ona dedilər: «Məgər qohumlarının qızları arasında, xalqımın arasında bir qadın yoxdur ki, gedib özünə sünnətsiz Filiştlilərdən arvad alırsan?» Şimşon atasına dedi: «Mənim üçün onu alın, çünki gözümə o xoş görünür». 007 JDG 014 004 Ata və anası bilmirdi ki, bu istək Rəbdəndir. Ona görə ki Rəbb Filiştlilərin hakimiyyətini devirmək üçün fürsət axtarırdı. O dövrdə Filiştlilər İsraillilərin üstündə hökmranlıq edirdi. 007 JDG 014 005 Şimşon ata və anası ilə birlikdə Timnaya endi. Onlar Timnanın üzüm bağlarına çatanda qəflətən cavan bir aslan nərə çəkərək onun qarşısına çıxdı. 007 JDG 014 006 Rəbbin Ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Onun əli boş idi, amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına isə heç nə bildirmədi. 007 JDG 014 007 Sonra enib qadınla söhbət etdi və qadın Şimşonun gözünə xoş göründü. 007 JDG 014 008 Bir müddət keçəndən sonra Şimşon qadını almaq məqsədi ilə geri qayıtdı. Aslanın leşinə baxmaq üçün o öz yolundan döndü. Gördü ki, aslanın leşinin üstündə arı beçəsi ilə bal var. 007 JDG 014 009 O, ovucları ilə baldan götürdü və yeyə-yeyə ata-anasının yanına gəldi. Baldan onlara da verdi, lakin onlara bildirmədi ki, balı aslanın leşinin üzərindən götürüb. 007 JDG 014 010 Atası qadının evinə getdi və Şimşon orada ziyafət qurdu, çünki o zamanlar cavanlar belə edərdi. 007 JDG 014 011 Onu görən xalq müşayiət üçün ona otuz nəfər sağdış-soldış seçdi. 007 JDG 014 012 Şimşon onlara dedi: «İndi mən sizə bir tapmaca deyəcəyəm. Əgər ziyafətin yeddinci gününə qədər açmasını mənə desəniz, mən sizə otuz dəst kətan paltar və otuz dəst bayram libası verəcəyəm. 007 JDG 014 013 Yox, əgər tapmacanın açmasını mənə deyə bilməsəniz, onda siz mənə otuz dəst kətan paltar və otuz dəst bayram libası verməlisiniz». Ona dedilər: «Tapmacanı de, bir ona qulaq asaq». 007 JDG 014 014 Şimşon onlara dedi: «Yeyəndən bir yeməli şey çıxdı, Güclüdən bir şirin şey çıxdı». Üç gün ərzində onlar tapmacanı tapa bilmədilər. 007 JDG 014 015 Dördüncü gün olanda Şimşonun arvadına dedilər: «Ərini başa sal ki, bizə bu tapmacanın cavabını desin, yoxsa sənin də, atanın da evini yandırarıq. Siz bizi buraya soymağa çağırmısınız?» 007 JDG 014 016 Arvadı Şimşonun qarşısında ağlayıb dedi: «Əslində məndən zəhlən gedir, məni sevmirsən, ona görə də xalqımın oğullarına dediyin tapmacanın cavabını mənə açmırsan». Şimşon ona dedi: «Bax heç atama və anama da bu tapmacanın cavabını açmamışam. Sənəmi açım?» 007 JDG 014 017 Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi. 007 JDG 014 018 Şəhərin adamları yeddinci gün günəş batmazdan əvvəl Şimşona dedilər: «Baldan şirini varmı? Aslandan güclüsü varmı?» Şimşon onlara dedi: «Əgər mənim düyəmlə kotan sürməsəydiniz, tapmacamı tapa bilməzdiniz». 007 JDG 014 019 Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı. 007 JDG 014 020 Şimşonun arvadını isə Şimşonu müşayiət edən sağdışlarından birinə verdilər. 007 JDG 015 001 Bir müddət keçəndən sonra, buğda biçini mövsümündə Şimşon bir oğlaq götürüb arvadına baş çəkməyə getdi və dedi: «Arvadımın yanına – gərdəyə girmək istəyirəm». Lakin qadının atası Şimşonu gərdəyə girməyə qoymadı. 007 JDG 015 002 Qızın atası dedi: «Elə bildim ki, sənin ondan, həqiqətən, zəhlən gedir, ona görə də arvadını sənin sağdışına ərə verdim. Bax onun kiçik bacısı var. O ondan da gözəl deyilmi? Rica edirəm, qoy onun yerinə bu sənin olsun». 007 JDG 015 003 Şimşon onlara dedi: «Bu dəfə Filiştlilərə pislik etsəm, heç təqsirkar olmaram». 007 JDG 015 004 Şimşon gedib üç yüz tülkü tutdu və məşəllər götürdü. Tülküləri cüt-cüt quyruq-quyruğa bağladı və quyruqların arasına bir məşəl qoydu. 007 JDG 015 005 Məşəlləri yandırıb tülküləri Filiştlilərin əkinlərinə buraxdı və bununla da taxıl dərzlərinə, əkinlərə, üzümlüklərə, zeytunluqlara od vurdu. 007 JDG 015 006 Filiştlilər bir-birindən soruşdular: «Görəsən bunu kim edib?» Kimsə dedi ki, bunu Timnalının kürəkəni Şimşon edib, çünki qayınatası götürüb onun arvadını sağdışına ərə verib. Filiştlilər çıxıb o qadınla atasına od vurub yandırdılar. 007 JDG 015 007 Şimşon onlara dedi: «İndi ki siz belə etdiniz, mütləq sizdən qisasımı almamış əl çəkməyəcəyəm». 007 JDG 015 008 Şimşon onlara amansızcasına hücum edərək çoxunun belini qırdı. Özü isə Etam qayasının oyuğuna enib orada qaldı. 007 JDG 015 009 Filiştlilər çıxıb Yəhudada ordugah qurdular və Lexidə yayıldılar. 007 JDG 015 010 Yəhuda adamları dedi: «Nə üçün bizə qarşı çıxmısınız?» Onlar dedilər: «Biz gəlmişik ki, Şimşonun əl-qolunu bağlayaq və bizim başımıza gətirdiyini onun başına gətirək». 007 JDG 015 011 Yəhudadan üç min nəfər Etam qayasının oyuğuna enib Şimşona dedi: «Bilmirsən Filiştlilər bizim üzərimizdə hakimdir? Bu nə işdir başımıza gətirdin?» Şimşon onlara dedi: «Onların mənə elədiklərini onların başına gətirmişəm». 007 JDG 015 012 Yəhudalılar ona dedi: «Biz sənin əl-qolunu bağlayıb Filiştlilərə təslim etməyə gəlmişik». Şimşon onlara dedi: «And için ki, məni öldürməyəcəksiniz». 007 JDG 015 013 Yəhudalılar söz verdilər: «Yox, biz ancaq səni möhkəm bağlayıb onlara təslim edəcəyik və səni əsla öldürmərik». Sonra onu iki təzə iplə sarıdılar və qayadan çıxartdılar. 007 JDG 015 014 Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü. 007 JDG 015 015 O, yerdə bir eşşəyin saf çənə sümüyünü tapdı. Əl ataraq sümüyü götürüb onunla min nəfər kişini qırdı. 007 JDG 015 016 Sonra Şimşon belə dedi: «Eşşəyin çənə sümüyü ilə bir-iki qalaq yaratdım. Eşşəyin çənə sümüyü ilə min nəfəri qırıb-çatdım». 007 JDG 015 017 Şimşon bu sözləri söyləyib qurtarandan sonra eşşəyin çənə sümüyünü tulladı. Ona görə də o yerə Ramat-Lexi deyilir. 007 JDG 015 018 Bundan sonra Şimşon bərk susadı və Rəbbə fəryad edib dedi: «Sən quluna bu böyük qələbəni verdin, amma indi mən susuzluqdan ölüb sünnətsizlərin əlinə düşümmü?» 007 JDG 015 019 Onda Rəbb Lexidə çuxur yarıb su axıtdı. Şimşon su içəndə cana gəlib ruhlandı. Buna görə bu çeşmənin adı En-Haqqore qoyuldu və bu bulaq bu günə qədər Lexidədir. 007 JDG 015 020 Filiştlilərin hökmranlığı dövründə Şimşon İsraildə iyirmi il hakimlik etdi. 007 JDG 016 001 Şimşon Qəzzəyə getdi və orada bir fahişə görüb evinə girdi. 007 JDG 016 002 Qəzzəlilərə xəbər çatdı ki, Şimşon buraya gəlib. Qəzzəlilər evi mühasirəyə aldılar. «Dan yeri ağarana qədər onu öldürərik» deyərək bütün gecəni şəhərin darvazasında pusquda durub onu gözlədilər. 007 JDG 016 003 Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı. 007 JDG 016 004 Bundan bir qədər sonra Şimşon Soreq vadisində Delila adlı bir qadına vuruldu. 007 JDG 016 005 Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik». 007 JDG 016 006 Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?» 007 JDG 016 007 Şimşon ona dedi: «Əgər məni yeddi kaman yayı düzəldilən qurumamış, təzə iplə bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram». 007 JDG 016 008 Filiştlilərin ağaları qadının yanına yeddi qurumamış, təzə ip gətirdilər və Delila bunlarla Şimşonu bağladı. 007 JDG 016 009 İç otaqda qadının pusquda duran adamları var idi. Qadın Şimşona dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon isə qollarındakı ipləri oda toxunub qırılan kətan lifi kimi qırdı və gücünün sirri bilinmədi. 007 JDG 016 010 Delila Şimşona dedi: «Bax məni lağa qoyub yalan demişdin. Rica edirəm, indi mənə bildir, səni hansı iplə bağlamaq olar?» 007 JDG 016 011 Şimşon dedi: «Əgər heç işlədilməmiş təzə iplərlə məni yaxşıca bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram». 007 JDG 016 012 Delila yeni iplər götürüb onlarla Şimşonu bağlayıb dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Pusquda duranlar iç otaqda qalmışdı. O isə qollarındakı iplərin sarığını sap kimi qırdı. 007 JDG 016 013 Delila Şimşona dedi: «Bəsdir, indiyə qədər məni lağa qoyub yalan dedin. İndi isə bir başa sal görüm, səni nə ilə bağlamaq olar?» Şimşon dedi: «Saçımın yeddi hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan». 007 JDG 016 014 Sonra Delila onun saçının yeddi hörüyünü payaya bərkitdi və onu səslədi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» O yuxudan oyandı və toxucu dəzgahının payasını parça ilə qopardı. 007 JDG 016 015 Delila dedi: «Ürəyində mənə etibarın yox ikən necə “səni sevirəm” deyirsən? Bununla üçüncü dəfədir ki, məni lağa qoyursan və bu böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən». 007 JDG 016 016 Qadının bu sözlərindən, hər gün ona əziyyət və başağrısı verməsindən Şimşonun canı boğazına yığıldı. 007 JDG 016 017 Ona görə də ürəyinin sirrini qadına açdı: «Mənim başıma ülgüc dəyməmişdi, çünki mən ana bətnindən Allahın Nəzirisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar və gücdən düşüb adi adam kimi olaram». 007 JDG 016 018 Delila Şimşonun ürəyinin sirrini ona açdığını görəndə Filiştlilərin ağalarına xəbər göndərib onları çağırdı və dedi: «Bu dəfə də buraya gəlin, çünki o, ürəyindəki sirri mənə açdı». Filiştlilərin ağaları əllərində gümüş gətirərək Delilanın yanına gəldilər. 007 JDG 016 019 Delila dizləri üstündə Şimşonu yuxuya verdi. Sonra adam çağırıb onun saçının yeddi hörüyünü qırxdırdı və bununla onu gücdən saldı. Şimşonun gücü get-gedə yox oldu. 007 JDG 016 020 Delila yenə dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon yuxudan oyanıb düşündü: «Başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən sıçrayıb çıxaram». Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb. 007 JDG 016 021 Filiştlilər onu yaxalayıb gözlərini çıxartdılar. Onu Qəzzəyə endirib tunc zəncirlərlə bağladılar. O, zindanda dəyirman daşı çəkirdi. 007 JDG 016 022 Lakin Şimşonun qırxılmış saçı yenidən bitməyə başladı. 007 JDG 016 023 Filiştlilərin ağaları öz allahları Daqona böyük qurban kəsmək və şənlik etmək üçün yığılıb dedilər: «Allahımız düşmənimiz Şimşonu bizə təslim etdi». 007 JDG 016 024 Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi: «Ölkəmizə ziyan vuran, Bizdən bir çoxunu öldürən Düşmənimizi allahımız bizə təslim etdi». 007 JDG 016 025 Onların kefi kökələndə dedilər: «Şimşonu bura gətirin, qoy bizi əyləndirsin». Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon onların qarşısında oynadı. Onu dirəklər arasında dayandırdılar. 007 JDG 016 026 Şimşon əlindən tutan gəncə dedi: «Nə olar, məni burax, məbədin damını saxlayan dirəklərə toxunum və onlara söykənim». 007 JDG 016 027 Məbəd kişi və qadınlarla dolu idi. Filiştlilərin bütün ağaları da orada idi. Şimşonun oynamasına tamaşa edən üç minə qədər kişi və qadın isə damın üstündə idi. 007 JDG 016 028 Şimşon Rəbbə fəryad edib dedi: «Ey Xudavənd Rəbb, yalvarıram, məni yada sal. Yalvarıram, ay Allah, mənə ancaq bu dəfəlik qüvvət ver ki, bu Filiştlilərdən iki gözüm üçün bir zərbə ilə qisas alım». 007 JDG 016 029 Şimşon əllərini məbədin damını saxlayan iki orta dirəyə uzatdı. Sağ əli ilə bir, sol əli ilə isə o biri dirəkdən yapışdı. 007 JDG 016 030 Şimşon «qoy mən də Filiştlilərlə bir ölüm» dedi. Sonra var gücü ilə əyilərək dirəkləri itələyib məbədin damını oradakı bütün ağaların və xalqın üzərinə saldı. Beləliklə, Şimşon öləndə həyatı boyu öldürdüyü adamlardan daha çox adam öldürdü. 007 JDG 016 031 Onun qardaşları, atasının bütün külfəti məbədə endilər və Şimşonun meyitini oradan çıxarıb apardılar. Onu Sora ilə Eştaol arasında atası Manoahın məqbərəsində dəfn etdilər. Şimşon İsraildə iyirmi il hakimlik etmişdi. 007 JDG 017 001 Efrayimin dağlıq bölgəsindən olan Mikeya adlı bir adam var idi. 007 JDG 017 002 O, anasına belə dedi: «Səndən oğurlanan min yüz şekel gümüşdən ötrü lənət etdin və bunu mənə eşitdirdin. Budur, o gümüş məndədir, onu mən götürmüşəm». Anası ona dedi: «Oğlum, qoy Rəbb sənə xeyir-dua versin». 007 JDG 017 003 O, min yüz şekel gümüşü anasına qaytardı. Anası ona dedi: «Bu gümüşün hamısını Rəbb üçün təqdis edirəm. Qoy oğlum ondan bir oyma və bir tökmə büt düzəltsin. İndi bu gümüşü sənə qaytarıram». 007 JDG 017 004 Gümüşü anasına geri qaytararkən anası iki yüz şekel gümüş götürüb zərgərə verdi. Ondan bir oyma və bir tökmə büt düzəltdirdi. Bu bütləri Mikeyanın evinə qoydular. 007 JDG 017 005 Mikeyanın ibadətgahı var idi. O, bir efod və ev bütləri düzəldib oğullarından birini özünə kahin təyin etdi. 007 JDG 017 006 O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi. 007 JDG 017 007 Yəhudanın Bet-Lexem şəhərindən olan bir Yəhudalının ailəsində yaşayan gənc Levili var idi. 007 JDG 017 008 Həmin adam yaşamağa bir yer tapmaq üçün Yəhudanın Bet-Lexem şəhərindən çıxdı. Səfərə çıxarkən Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldi. 007 JDG 017 009 Mikeya ona dedi: «Haradan gəlirsən?» O, Mikeyaya dedi: «Mən Yəhudanın Bet-Lexem şəhərindən gələn bir Leviliyəm, bir yer tapıb yaşamaq istəyirəm». 007 JDG 017 010 Mikeya ona dedi: «Mənimlə qal, mənə ata və kahin ol. Mən də sənə ildə on şekel gümüş, bir dəst paltar və yeməyini verərəm». Levili onunla getdi. 007 JDG 017 011 O, Mikeya ilə qalmağa razı oldu və bu gənc ona bir oğul kimi oldu. 007 JDG 017 012 Mikeya Levilini özünə kahin təyin etdi və bu gənc onun evində yaşadı. 007 JDG 017 013 Mikeya dedi: «İndi bilirəm ki, Rəbb mənə yaxşılıq edəcək, çünki bir Levili kahinim var». 007 JDG 018 001 O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi. 007 JDG 018 002 Dan övladları ölkəni axtarıb aramaq üçün Sora və Eştaol şəhərlərindən olan bütün nəsillərindən beş nəfər igid adamı kəşfiyyata göndərdilər və onlara dedilər: «Gedin, ölkəni axtarın». Onlar Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldilər və orada gecələdilər. 007 JDG 018 003 Hələ Mikeyanın evinin yanında ikən gənc Levilinin səsini tanıdılar və evə tərəf dönüb ondan soruşdular: «Buraya səni kim gətirib? Burada nə edirsən? Sənin burada nə işin var?» 007 JDG 018 004 Levili onlara dedi: «Mikeya mənim üçün belə-belə işlər gördü. O məni muzdla tutdu və mən də onun kahini oldum». 007 JDG 018 005 Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək». 007 JDG 018 006 Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur». 007 JDG 018 007 Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi. 007 JDG 018 008 İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?» 007 JDG 018 009 İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın! 007 JDG 018 010 Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur». 007 JDG 018 011 Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər. 007 JDG 018 012 Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Dan adlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir. 007 JDG 018 013 Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər. 007 JDG 018 014 Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin». 007 JDG 018 015 Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar. 007 JDG 018 016 Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı. 007 JDG 018 017 Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı. 007 JDG 018 018 Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?» 007 JDG 018 019 Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?» 007 JDG 018 020 Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi. 007 JDG 018 021 Onlar öz külfətlərini, heyvanları və ev əşyalarını qabaqlarına qatıb yola düşdülər. 007 JDG 018 022 Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar. 007 JDG 018 023 Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?» 007 JDG 018 024 Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?» 007 JDG 018 025 Dan övladları ona dedilər: «Səsin aramızda eşidilməsin, yoxsa qəzəbindən odlanan adamlarımız sənin üstünə düşər, həm öz həyatını, həm də evindəkilərin həyatını itirərsən». 007 JDG 018 026 Dan övladları yollarına davam etdilər. Mikeya bu adamların ondan güclü olduğunu görüb evinə qayıtdı. 007 JDG 018 027 Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular. 007 JDG 018 028 Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar. 007 JDG 018 029 Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi. 007 JDG 018 030 Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğlu Gerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu. 007 JDG 018 031 Allahın evi Şiloda olarkən bütün bu dövrdə Danlılar Mikeyanın düzəltdiyi oyma bütə sitayiş edirdilər. 007 JDG 019 001 İsraildə padşah olmayan dövrdə Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsində bir Levili yaşayırdı. O, Yəhudanın Bet-Lexem şəhərindən özü üçün bir cariyə almışdı. 007 JDG 019 002 Bu cariyə ona qarşı zina etdi və ondan ayrılıb atasının evinə, Yəhudanın Bet-Lexem şəhərinə qayıdaraq orada dörd ay qaldı. 007 JDG 019 003 Əri cariyənin könlünü alıb geri qaytarmaq üçün onun dalınca getdi. O özü ilə nökərini və bir cüt eşşək götürdü. Cariyə ərini ata evinə apardı və atası kişini görəndə onu sevinclə qarşıladı. 007 JDG 019 004 Bu kişinin qayınatası – gənc qadının atası onu evində qonaq saxladı. Kişi onlarda üç gün qaldı və onlar yeyib-içib orada gecələdilər. 007 JDG 019 005 Dördüncü gün sübh tezdən durdular. Kişi getməyə hazırlaşanda gənc qadının atası kürəkəninə dedi: «Bir loğma çörək ye ki, ürəyində taqət olsun, ondan sonra gedərsiniz». 007 JDG 019 006 Onlar oturdular və ikisi də birlikdə yeyib-içdilər. Sonra gənc qadının atası bu kişiyə dedi: «Rica edirəm, bu gecəni də bizimlə qal, qoy ürəyin şad olsun». 007 JDG 019 007 Kişi isə yola düşmək üçün ayağa qalxdı, lakin qayınatası təkidlə onun qalmasını istədiyinə görə o gecəni orada keçirdi. 007 JDG 019 008 Beşinci gün kişi geri qayıtmaq üçün sübh tezdən qalxanda gənc qadının atası ona dedi: «Rica edirəm, bir az yemək ye ki, ürəyində taqət olsun. Günortadan sonraya qədər ləngisəniz, nə olar?» Onlar ikisi də birlikdə yedilər və içdilər. 007 JDG 019 009 Kişi cariyəsi və nökəri ilə getmək üçün ayağa qalxanda qayınatası – gənc qadının atası ona dedi: «Bax gün günortanı keçib, axşama çatır. Rica edirəm, bu gecəni də burada qal, qoy ürəyin şad olsun. Sabah səhər tezdən durub evinizə qayıdarsınız». 007 JDG 019 010 Lakin bu kişi gecəni onunla qalmaq istəməyərək ayağa qalxıb yola düşdü. O, Yevus, yəni indiki Yerusəlim şəhərinin qarşısına gəlib çıxdı. Onun palanlı iki eşşəyi var idi, cariyəsi də yanında idi. 007 JDG 019 011 Onlar Yevusa yaxınlaşanda artıq gün batmaqda idi. Nökəri ağasına dedi: «Rica edirəm, gəl Yevusluların bu şəhərinə girək və burada gecələyək». 007 JDG 019 012 Ağası ona dedi: «Yox, İsrail övladlarından olmayan yadellilərin şəhərinə girməyək, Giveaya gedək». 007 JDG 019 013 Sonra ağası nökərinə dedi: «Gəl çalışaq Giveaya ya da ki Ramaya çataq. Onların birində gecələyək». 007 JDG 019 014 Onlar oradan keçib getdilər. Binyaminin Givea şəhərinə yaxınlaşarkən artıq günəş batmışdı. 007 JDG 019 015 Gecəni Giveada keçirmək üçün oranın yoluna döndülər. Kişi şəhərə girib meydanda oturdu, amma onları gecələmək üçün evinə aparan kimsə yox idi. 007 JDG 019 016 Bu zaman axşam bir qoca tarladan – işdən evə qayıdırdı. O, Efrayimin dağlıq bölgəsindən idi, amma Giveada yaşayırdı. Oranın sakinləri isə Binyaminlilərdən ibarət idi. 007 JDG 019 017 Bu qoca başını qaldırıb şəhərin meydanındakı yolçunu görüb dedi: «Haradan gəlib, hara gedirsən?» 007 JDG 019 018 Kişi ona dedi: «Biz Yəhudanın Bet-Lexem şəhərindən Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsinə gedirik. Mən oralıyam. Yəhudanın Bet-Lexem şəhərinə getmişdim, indi isə Rəbbin evinə qayıdıram, amma məni evinə aparan yoxdur. 007 JDG 019 019 Halbuki eşşəklərimizin samanı da var, yemi də var. Mənim, qarabaşımın və yanımdakı nökərin çörəyi və şərabı var, heç nəyə ehtiyacımız yoxdur». 007 JDG 019 020 Qoca dedi: «Canın sağ olsun! Təki mənim üzərimə sənin ehtiyacların düşsün, ancaq meydanda gecələmə». 007 JDG 019 021 Onu götürüb evinə gətirdi və eşşəklərinə yem verdi. Hamı ayaqlarını yuyandan sonra yeyib-içdilər. 007 JDG 019 022 Onlar könüllərini şad edərkən, budur, şəhər sakinlərindən bir dəstə yaramaz adam evi əhatəyə alıb qapını döydü. Bu adamlar ev sahibi qocaya dedi: «Evinə gələn kişini bayıra çıxar, onunla cinsi əlaqədə olaq». 007 JDG 019 023 Ev sahibi bayıra çıxıb onlara dedi: «Yox, soydaşlarım, yalvarıram pislik etməyin. Madam ki bu adam mənim evimə gəlib, bu alçaqlığı etməyin. 007 JDG 019 024 Bax mənim evdə ərə getməmiş qızım və o kişinin cariyəsi var. Qoy onları bura çıxarım, bu biabırçılığı onlarla edin, onlarla gözünüzə xoş görünəni edin, lakin bu kişi ilə belə alçaqlıq etməyin». 007 JDG 019 025 Lakin bu adamlar ona qulaq asmaq istəmədilər. Ona görə də Levili cariyəsinin qolundan tutub bayıra – onların yanına çıxardı. Onlar onunla cinsi münasibətdə olub bütün gecəni səhərəcən pis işlər gördülər. Dan yeri söküləndə isə qadını buraxdılar. 007 JDG 019 026 Qadın gün ağaranda ağasının qaldığı yerə – qocanın evinə qayıdıb darvazanın yanında yerə sərildi və hava açılana qədər orada qaldı. 007 JDG 019 027 Ağası səhər qalxıb evin qapılarını açdı və yoluna davam etmək üçün çıxanda cariyəsini evin darvazasında əlləri astanada yerə sərilmiş gördü. 007 JDG 019 028 Kişi qadına dedi: «Dur, gedək». Lakin ondan heç bir cavab gəlmədi. Sonra kişi cariyəsini eşşəyin üstünə qoyub öz şəhərinə yola düşdü. 007 JDG 019 029 O, evinə çatanda bir bıçaq götürüb cariyəsinin cəsədini hissə-hissə on iki parçaya böldü. O doğradığı hissələri bütün İsrail ərazisinə göndərdi. 007 JDG 019 030 Bu hissələri görən hər kəs belə dedi: «İsrail övladları Misirdən çıxandan bu günədək belə bir hadisə olmamışdır və görünməmişdir. Bu barədə düşünün, məsləhətləşib bir qərar verin». 007 JDG 020 001 Bütün İsrail övladları Dandan Beer-Şevaya qədər ərazidən və Gilead torpağından Mispaya çıxdılar. İcma bir nəfər kimi Rəbbin önündə toplandı. 007 JDG 020 002 Bütün xalqın, bütün İsrail qəbilələrinin başçıları Allahın xalqının toplantısında öz yerlərini tutdular. Orada qılınc daşıyan dörd yüz min piyada var idi. 007 JDG 020 003 Binyamin övladları İsrail övladlarının Mispaya çıxdıqlarını eşitdi. Orada İsrail övladları dedilər: «Danışın görək, bu pis hadisə necə baş verdi?» 007 JDG 020 004 Öldürülən qadının əri olan Levili onlara cavab verdi: «Mənimlə cariyəm gecələmək üçün Binyaminin Givea şəhərinə daxil olduq. 007 JDG 020 005 Givea kişiləri mənə qarşı qalxdılar və mənim gecələdiyim evi mühasirəyə aldılar, məni öldürmək istədilər və cariyəmi zorladılar. Bunun nəticəsində qadın öldü. 007 JDG 020 006 Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib. 007 JDG 020 007 Ey İsrail övladları! Baxın hamınız burada öz fikir və məsləhətinizi verin». 007 JDG 020 008 Bütün xalq bir nəfər kimi ayağa qalxıb dedi: «Bizdən heç kim çadırına getməyəcək və heç kim evinə qayıtmayacaq. 007 JDG 020 009 İndi belə bir iş görməliyik: püşk atıb Giveaya hücum edəcəyik. 007 JDG 020 010 Orduya azuqə gətirmək üçün İsrailin bütün qəbilələrinin hər yüz nəfərdən onunu, min nəfərindən yüzünü, on min nəfərindən minini götürəcəyik ki, Binyaminin Givea şəhərinə gedib çatanda İsraildə etdikləri alçaq işlərin hamısının əvəzini onlara edə bilsinlər». 007 JDG 020 011 Bütün İsraillilər bir nəfər kimi birləşib o şəhərə qarşı toplandılar. 007 JDG 020 012 İsrail qəbilələri Binyamin qəbiləsinin torpaqlarının hər tərəfinə qasidlər göndərib dedi: «Bu nə pislikdir, sizin aranızdan çıxıb? 007 JDG 020 013 İndi Giveada olan o yaramaz adamları bizə verin, onları öldürək və bununla İsraildən bu pisliyi təmizləyək». Lakin Binyamin övladları soydaşları olan İsrail övladlarının sözünə qulaq asmaq istəmədilər. 007 JDG 020 014 İsrail övladları ilə döyüşə çıxmaq üçün Binyamin övladları öz şəhərlərindən Giveaya toplandılar. 007 JDG 020 015 Həmin gün şəhərlərdən gələn Binyamin övladları Givea əhalisindən yığılmış yeddi yüz seçmə adamdan savayı, qılınc daşıyan iyirmi altı min kişi də yığdılar. 007 JDG 020 016 Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı. 007 JDG 020 017 Binyaminlilərdən başqa, İsraillilərdən qılınc daşıyan dörd yüz iyirmi kişini saydılar ki, bunların da hamısı döyüşçü idi. 007 JDG 020 018 İsrail övladları Bet-Elə çıxdılar və Allaha müraciət edib dedilər: «Binyamin övladlarına qarşı biz tərəfdən əvvəlcə kim döyüşə çıxacaq?» Rəbb dedi: «Əvvəlcə Yəhuda qəbiləsi çıxacaq». 007 JDG 020 019 İsrail övladları səhər tezdən qalxıb Giveaya qarşı ordugah qurdular. 007 JDG 020 020 İsraillilər Binyaminlilərlə döyüşə çıxıb Giveada onlara qarşı düzüldülər. 007 JDG 020 021 Binyamin övladları Giveadan çıxdılar və o gün İsraillilərdən iyirmi iki min kişini vurub yerə sərdilər. 007 JDG 020 022 Lakin İsrail ordusu cəsarətə gəlib əvvəlki gün düzüldükləri yerdə yenə də döyüşə düzüldü. 007 JDG 020 023 İsrail övladları Bet-Elə çıxıb Rəbbin önündə axşama qədər ağladılar və Rəbbə müraciət edib dedilər: «Soydaşımız olan Binyamin övladları ilə yenə döyüşə girişəkmi?» Rəbb onlara dedi: «Onların qarşısına çıxın». 007 JDG 020 024 İkinci gün İsrail övladları Binyamin övladlarına yaxınlaşdılar. 007 JDG 020 025 Həmin gün də Binyaminlilər onların qarşısına çıxaraq İsrail övladlarından bu dəfə on səkkiz min kişini vurub yerə sərdi. Bunların hamısı qılınc daşıyan adamlar idi. 007 JDG 020 026 Bütün İsrail övladları, bütün ordu Bet-Elə çıxıb ağladı. Orada Rəbbin önündə qalıb axşama qədər oruc tutdular. Rəbbin hüzurunda yandırma və ünsiyyət qurbanları təqdim etdilər. 007 JDG 020 027 İsrail övladları Rəbbə müraciət etdilər, çünki Allahın Əhd sandığı o günlər orada idi. 007 JDG 020 028 Harun oğlu Eleazar oğlu Pinxas o dövrdə sandığın önündə dururdu. Onlar Rəbbə dedilər: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Rəbb dedi: «Çıxın, çünki sabah onları sizə təslim edəcəyəm». 007 JDG 020 029 İsraillilər pusquda duranları Giveanın ətrafında yerləşdirdilər. 007 JDG 020 030 Üçüncü gün yenə İsrail övladları Binyamin övladlarına qarşı çıxdılar və əvvəlki kimi Giveaya qarşı düzüldülər. 007 JDG 020 031 Binyamin övladları da bu xalqa qarşı çıxdılar və şəhərdən kənara çəkildilər. Əvvəlki kimi onlar İsrailliləri qırmağa başladılar. Bet-Elə və Giveaya gedən əsas yollarda otuz nəfər İsrailli qırıldı. 007 JDG 020 032 Binyamin övladları dedilər: «Əvvəlki kimi onlar yenə də qarşımızda məğlub olur». İsrail övladları isə dedilər: «Qaçaq, onları şəhərdən uzağa əsas yollara çıxardaq». 007 JDG 020 033 Bütün İsraillilər yerlərindən qalxıb Baal-Tamarda düzüldülər. Birdən-birə Givea yaxınlığında pusquda duran İsraillilər də yerlərindən çıxdılar. 007 JDG 020 034 Bütün İsraildən seçilmiş on min kişi Giveaya ön cəbhədən hücum etdi. Döyüş şiddətli idi. Amma Binyaminlilər müsibətlə qarşılaşdıqlarını bilmədilər. 007 JDG 020 035 Rəbb İsrailin önündə Binyaminliləri darmadağın etdi. Həmin gün İsrail övladları Binyaminlilərdən iyirmi beş min yüz kişini həlak etdi. Bunların hamısı qılınc gəzdirən adamlar idi. 007 JDG 020 036 Binyamin övladları gördülər ki, məğlub oldular. Belə oldu ki, İsraillilər Giveaya qarşı qurduqları pusquda duranlara güvəndiklərinə görə Binyaminlilərə meydan vermişdilər. 007 JDG 020 037 Pusquda duran adamlar cəld tərpənib Giveaya hücum etdilər və ətrafa yayılaraq bütün şəhəri qılıncdan keçirtdilər. 007 JDG 020 038 Şəhərdən qalxan böyük tüstü İsraillilərlə pusquda duranlar arasında təyin olunmuş işarə idi. 007 JDG 020 039 Bu işarəyə görə döyüş meydanındakı İsraillilər dönüb Binyaminlilərin üzərinə getməli idi. Binyaminlilər İsrailliləri qırmağa başladılar və otuz nəfərə qədər adamı öldürdülər. Ona görə də belə dedilər: «Yəqin əvvəlki döyüşdə olduğu kimi önümüzdə məğlub olurlar». 007 JDG 020 040 Lakin şəhərdən sütun kimi tüstü qalxmağa başlayanda Binyaminlilər arxaya baxıb bütün şəhərdən yanğının göyə yüksəldiyini gördülər. 007 JDG 020 041 İsraillilər dönüb onların üstünə gələndə Binyaminliləri dəhşət bürüdü, çünki fəlakətlə qarşılaşdıqlarını gördülər. 007 JDG 020 042 Onlar İsraillilərin önündən geri çəkilib çölə tərəf qaçdılar, lakin döyüş oranı da bürüdü. Onları şəhərdən çıxanlar mühasirəyə alıb qırdılar. 007 JDG 020 043 Binyaminliləri mühasirəyə alıb dayanmadan təqib edərək gündoğana tərəf Giveanın qarşısında onları əzdilər. 007 JDG 020 044 Binyaminlilərdən on səkkiz min nəfər yerə sərildi. Bunların hamısı igid cəngavər idi. 007 JDG 020 045 Qalanları dönüb çölə tərəf, Rimmon qayasına qaçdılar. İsraillilər əsas yollar boyunca onlardan beş min kişini qırdılar. Sonra Gidoma qədər Binyaminlilərin ardınca düşüb daha iki minini qırdılar. 007 JDG 020 046 Həmin gün qılınc gəzdirən iyirmi beş min Binyaminli qırıldı. Bunların hamısı igid cəngavər idi. 007 JDG 020 047 Altı yüz kişi isə dönüb çölə tərəf, Rimmon qayasına qaçdı və dörd ay orada qaldı. 007 JDG 020 048 İsraillilər Binyamin övladlarının torpaqlarına qayıdıb bütün şəhər sakinlərini və heyvanlarını, əllərinə nə keçdisə, hamısını qılıncdan keçirdilər. Sonra qarşılarına çıxan bütün şəhərlərə od vurdular. 007 JDG 021 001 İsraillilər «bizdən heç kim qızını Binyaminliyə ərə verməyəcək» deyə Mispada and içmişdilər. 007 JDG 021 002 Xalq Bet-Elə gedib orada axşama qədər Allahın hüzurunda oturaraq və fəryad edərək bərkdən ağladı. 007 JDG 021 003 Onlar dedilər: «Ey İsrailin Allahı Rəbb, niyə İsraildə belə hadisə baş verdi? Nə üçün bu gün İsraildən bir qəbilə əskildi?» 007 JDG 021 004 Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi. 007 JDG 021 005 İsrail övladları dedi: «Bütün İsrail qəbilələrindən Rəbbin önündəki toplantımıza gəlməyən varmı?» Çünki Mispada olan Rəbbin önündəki toplantıya gəlməyənlər haqqında möhkəm and içmişdilər ki, onlar öldürülməlidirlər. 007 JDG 021 006 İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi. 007 JDG 021 007 Onlardan sağ qalanlara arvad tapmaq üçün nə edək? Axı onlara qızlarımızı ərə verməmək üçün Rəbbin haqqına and içmişik». 007 JDG 021 008 Sonra İsrail övladları soruşdu: «İsrail qəbilələrindən Mispaya, Rəbbin hüzuruna kim gəlməyib?» Toplantı üçün ordugaha Yaveş-Gileaddan heç kimin gəlmədiyini öyrəndilər, 007 JDG 021 009 çünki xalq siyahıya alınanda orada Yaveş-Gilead əhalisindən heç kimin olmadığı məlum oldu. 007 JDG 021 010 İcma oraya on iki min igid cəngavər göndərərək onlara əmr edib dedi: «Gedin, qadınlar və uşaqlar da daxil olmaqla Yaveş-Gilead əhalisinin hamısını qılıncdan keçirin. 007 JDG 021 011 Edəcəyiniz iş belə olacaq: hər kişini və kişi ilə yatan qadınların hamısını tamamilə məhv edin». 007 JDG 021 012 Yaveş-Gilead əhalisi arasında ərə getməmiş dörd yüz qız tapdılar və onları Kənan torpağında olan Şilodakı ordugaha gətirdilər. 007 JDG 021 013 Bütün icma Rimmon qayasında olan Binyamin övladlarının yanına adam göndərib danışdı və onları barışığa çağırdı. 007 JDG 021 014 O vaxt Binyaminlilər qayıtdılar və Yaveş-Gilead qadınlarından sağ qalan qadınlar onlara verildi, lakin gətirilənlər onların hamısına çatmadı. 007 JDG 021 015 Xalq Binyaminlilərdən ötrü kədərləndi, çünki Rəbb İsrail qəbilələri arasında bir yarıq açmışdı. 007 JDG 021 016 İcmanın ağsaqqalları dedi: «Qalanlar üçün necə arvad tapaq? Çünki Binyamindəki qadınlar həlak olmuşdu». 007 JDG 021 017 Ağsaqqallar sözlərinə davam etdi: «İsraildən bir qəbilə silinməsin deyə Binyamində sağ qalan oğulların varisi olmalıdır. 007 JDG 021 018 Biz qızlarımızı onlara ərə verə bilmərik, çünki İsrail övladları “Binyaminliyə qız verən lənətə gəlsin” deyə and içmişdilər». 007 JDG 021 019 Onlar sonra dedilər: «Baxın Bet-Elin şimalında, Bet-Eldən Şekemə çıxan əsas yolun şərqində və Levonanın cənubunda olan Şiloda ilbəil Rəbbin bayramı olur». 007 JDG 021 020 Beləliklə, Binyamin övladlarına belə əmr etdilər: «Gedib üzüm bağlarında pusquda durun, 007 JDG 021 021 baxın, güdün, Şilo qızları rəqsə çıxanda cəld bağlardan çıxın, hər kəs özünə arvad etmək üçün bir Şilo qızı götürüb Binyamin torpağına qaçsın. 007 JDG 021 022 Əgər onların ataları ya da qardaşları bizim yanımıza şikayətə gəlsələr, onlara belə deyərik: “Bizim xatirimizə Binyaminliləri bağışlayın, çünki əsir aldığımız qızlar hamısına çatmadı. Siz də onlara qız vermədiyinizə görə təqsirkar deyilsiniz”». 007 JDG 021 023 Binyamin övladları belə də etdilər və öz saylarına görə rəqs edən qızlardan götürüb qaçdılar. Sonra öz irs olan torpaqlarına qayıtdılar və şəhərləri bərpa edib o yerlərdə yaşadılar. 007 JDG 021 024 O vaxt İsrail övladları oranı tərk etdilər. Hər biri öz qəbiləsinə və öz nəslinin yanına qayıtdı, hər biri öz irs olan torpağına getdi. 007 JDG 021 025 O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi. # # BOOK 008 RUT Ruth Rut 008 RUT 001 001 Hakimlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yəhudanın Bet-Lexem şəhərindən bir kişi arvadı və iki oğlu ilə birgə müvəqqəti yaşamaq üçün Moav torpağına köçdü. 008 RUT 001 002 Bu kişinin adı Elimelek, arvadının adı Naomi, bir oğlunun adı Maxlon, o birinin adı isə Kilyon idi. Onlar Yəhudanın Bet-Lexem şəhərindən olan Efratlılar idi. Bu adamlar gəlib Moav torpağında yaşadılar. 008 RUT 001 003 Bir gün Naominin əri Elimelek öldü və o, iki oğlu ilə qaldı. 008 RUT 001 004 Oğulları özlərinə Moav qadınlarından arvad aldı. Bu qadınların birinin adı Orpa, o birinin adı isə Rut idi. Onlar on ilə yaxın bu torpaqda yaşadı. 008 RUT 001 005 Sonra Maxlon və Kilyon da öldü, Naomi həm oğulsuz, həm də ərsiz qaldı. 008 RUT 001 006 Bir gün Naomi gəlinləri ilə Moav torpağından geri qayıtmaq üçün ayağa qalxdı. O, Moav torpağında eşitmişdi ki, Rəbb Öz xalqına nəzər salaraq onlara çörək vermişdir. 008 RUT 001 007 Naomi Yəhuda torpağına qayıtmaq üçün gəlinləri ilə yaşadığı yerdən çıxıb yola düşdü. 008 RUT 001 008 Naomi hər iki gəlininə dedi: «Gəlin siz hər biriniz ananızın evinə qayıdın. Sizin mərhumlara və mənə etdiyiniz xeyirxahlığa görə qoy Rəbb sizə xeyirxahlıq etsin. 008 RUT 001 009 Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız». Sonra o, gəlinlərini öpdü və onlar hönkürüb ağladılar. 008 RUT 001 010 Gəlinləri ona dedilər: «Xeyr, biz də səninlə birgə xalqının yanına gedirik». 008 RUT 001 011 Naomi isə dedi: «Ay qızlarım, qayıdın geri. Axı niyə siz də mənimlə getməlisiniz? Məgər bətnimdə yenə oğullarım var ki, sizə ər olsun? 008 RUT 001 012 Qayıdın, ay qızlarım, öz yolunuzla gedin. Mən indi ərə getmək üçün çox yaşlıyam. Desəm ki, ümidim var, hətta bu gecə ərə gedib oğullar doğacağam, 008 RUT 001 013 onlar böyüyənə qədər gözləyərsinizmi? Ərə getməyib səbir edərsinizmi? Yox, qızlarım! Sizin halınıza çox acıyıram, çünki mənə qarşı qalxan Rəbbin əlidir». 008 RUT 001 014 Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qayınanasını öpüb vidalaşdı, Rut isə ona sarıldı. 008 RUT 001 015 Naomi Ruta dedi: «Bax qaynın arvadı öz xalqının və allahlarının yanına qayıtdı, gəl sən də onun ardınca geri qayıt». 008 RUT 001 016 Rut dedi: «Məcbur etmə ki, səni tərk edib Səninlə getməyim. Bil ki, hara getsən, ora gedəcəyəm, Harada qalsan, orada qalacağam; Xalqın xalqım olacaq, Allahın Allahım. 008 RUT 001 017 Sən harada öləcəksənsə, Mən də orada öləcəyəm, Orada da basdırılacağam. Əgər ölümdən başqa bir şey Məni səndən ayırarsa, Qoy Rəbb mənə beləsini və Bundan betərini etsin». 008 RUT 001 018 Naomi Rutun onunla getmək üçün qəti qərara gəldiyini görəndə bir daha onu dilə tutmadı. 008 RUT 001 019 Hər ikisi Bet-Lexemə qədər gedib oraya çatdılar. Bet-Lexemə daxil olanda onları görən bütün şəhər əhalisi hərəkətə gəldi və dedilər: «Bu, Naomi deyilmi?» 008 RUT 001 020 Naomi onlara dedi: «Mənə Naomi deməyin, mənə Mara deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi. 008 RUT 001 021 Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. Bir halda ki Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi, daha niyə məni Naomi çağırırsınız?» 008 RUT 001 022 Beləliklə, Naomi Moav torpağından onunla birgə gələn gəlini Moavlı Rutla bərabər geri qayıtdı. Onlar Bet-Lexemə arpa biçini başlananda gəldilər. 008 RUT 002 001 Naominin əri Elimelekin nəslindən Boaz adlı mərd və xeyirxah bir qohumu var idi. 008 RUT 002 002 Bir gün Moavlı Rut Naomiyə dedi: «İzin ver, zəmilərə gedim. Kimin gözündə lütf tapsam, onun ardınca düşüb başaq yığaram». Naomi ona «get, qızım» dedi. 008 RUT 002 003 Rut getdi və bir zəmiyə girib biçinçilərin ardınca başaq yığmağa başladı. Təsadüfən o, Elimelekin nəslindən olan Boazın sahəsinə girmişdi. 008 RUT 002 004 Bu vaxt Boaz Bet-Lexemdən gəldi və biçinçilərə dedi: «Qoy Rəbb sizinlə olsun!» Biçinçilər cavab verdilər: «Rəbb sənə xeyir-dua versin». 008 RUT 002 005 Boaz biçinçilərə nəzarət edən nökərinə dedi: «Bəs bu cavan qadın kimdir?» 008 RUT 002 006 Nökər cavab verdi: «Bu cavan qadın Moavlıdır. O, Moav torpağından buraya Naomi ilə birlikdə gəlib. 008 RUT 002 007 Mənə dedi: “Rica edirəm, qoy biçinçilərin ardınca düşüm və dərzlərin arasından düşən başaqları yığıb toplayım”. Səhərdən gəlib, indiyəcən buradadır, talvar altında isə lap az dincəlib». 008 RUT 002 008 Boaz Ruta dedi: «Mənə qulaq as, qızım! Başaq yığmaq üçün buradan ayrılıb başqa zəmiyə getmə. Burada işləyən mənim qulluqçu qızlarımla qal. 008 RUT 002 009 Yalnız biçinçilərin biçdiyi bu zəmiyə gözünü dik və qızların ardınca get. Nökərlərə əmr etmişəm ki, heç kimin səninlə işi olmasın. Əgər susasan, su qablarının yanına gedib nökərlərin çəkdiyi sudan iç». 008 RUT 002 010 Rut üzüstə yerə döşəndi və yerədək təzim edərək dedi: «Nəyə görə mən gözlərində lütf tapdım? Nə üçün mənə hörmət edirsən? Axı mən bir qəribəm». 008 RUT 002 011 Boaz ona cavab verdi: «Ərin öləndən sonra qayınanana etdiyin hər şeyi eşitmişəm. Sən atanı, ananı, doğma torpağını atıb heç tanımadığın bir xalqın yanına gəlmisən». 008 RUT 002 012 Bu işinin əvəzini qoy Rəbb versin! Qoy qanadı altına sığınmaq üçün gəldiyin İsrailin Allahı Rəbb sənə bol mükafat versin! 008 RUT 002 013 Rut dedi: «Qoy sənin gözündə lütf tapım, ağam, necə də mənə təsəlli verdin. Sənin kənizlərinin birinə tay olmadığım halda bu kənizini ürəkləndirən sözlər söylədin». 008 RUT 002 014 Yemək zamanı Boaz Ruta dedi: «Buraya gəl, sən də çörəkdən ye, tikəni sirkə-şirəyə batır». Qadın gəlib biçinçilərin yanında əyləşdi. Boaz ona qovurğa uzatdı. Qadın yeyib-doydu və yeməyindən artıq da qaldı. 008 RUT 002 015 Rut başaq yığmaq üçün ayağa qalxanda Boaz nökərlərinə əmr edib dedi: «Qoy o gedib dərzlərin arasından başaq yığsın, onu incitməyin. 008 RUT 002 016 Dərzlər arasından çəkib onun üçün də atın ki, o da yığsın. Onu qınamayın». 008 RUT 002 017 Rut axşama qədər zəmidə başaq yığdı və yığdığı başağı döyüb bir efaya yaxın arpa çıxartdı. 008 RUT 002 018 Sonra onu götürüb şəhərə gəldi. Qayınanası gördü ki, o, başaq gətirib. Rut naharda doyandan sonra artıq qalan yeməyini qayınanasına verdi. 008 RUT 002 019 Qayınanası ona dedi: «Bu gün harada başaq yığmısan? Harada işləmisən? Sənə hörmət edən qoy xeyir-dua alsın!» Rut yanında işlədiyi adam haqqında qayınanasına danışıb dedi: «Bu gün yanında işlədiyim adamın adı Boazdır». 008 RUT 002 020 Naomi gəlininə dedi: «Dirilərdən və ölülərdən Öz xeyirxahlığını əsirgəməyən Rəbb qoy ona xeyir-dua versin!» Naomi yenə dedi: «O, qohumumuzdur, yaxın qəyyumlarımızdan biridir». 008 RUT 002 021 Moavlı Rut dedi: «Bir də o mənə dedi ki, mənim biçinim qurtarana qədər işçilərimlə birgə işlə». 008 RUT 002 022 Naomi gəlininə dedi: «Qızım, onun qulluqçu qızları ilə işləməyin çox yaxşıdır, yoxsa başqa zəmilərdə səni incidərlər». 008 RUT 002 023 Beləliklə, Rut arpa və buğda biçinləri qurtarana qədər Boazın qulluqçu qızlarının yanında başaq yığdı və qayınanası ilə birgə yaşadı. 008 RUT 003 001 Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı? 008 RUT 003 002 Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur. 008 RUT 003 003 Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə. 008 RUT 003 004 Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək». 008 RUT 003 005 Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi. 008 RUT 003 006 Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi. 008 RUT 003 007 Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı. 008 RUT 003 008 Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb. 008 RUT 003 009 O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan». 008 RUT 003 010 Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün. 008 RUT 003 011 Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan. 008 RUT 003 012 Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var. 008 RUT 003 013 Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat». 008 RUT 003 014 Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib». 008 RUT 003 015 Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı. 008 RUT 003 016 O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı, 008 RUT 003 017 sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma». 008 RUT 003 018 Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq». 008 RUT 004 001 Boaz şəhərin darvazasına çıxıb adamlar toplanan yerdə oturdu. Boazın bəhs etdiyi qəyyum oradan keçirdi. Onu görən Boaz «ay filankəs, bir dön, burada otur» dedi. O da gəlib orada oturdu. 008 RUT 004 002 Şəhər ağsaqqallarından on adamı çağırıb «siz də burada oturun» dedi. Onlar da gəlib orada oturdular. 008 RUT 004 003 Boaz həmin qəyyuma dedi: «Moav torpağından qayıdan Naomi, qardaşımız Elimelekin zəmisini satır. 008 RUT 004 004 Mən də burada oturanların və xalqımın ağsaqqalları qarşısında sənə eşitdirmək istədim ki, oranı satın alasan. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksənsə, bunu et, əgər bundan imtina edirsənsə, bunu açıq de, mən də bilim. Çünki səndən başqa bu vəzifəni öhdəsinə götürən kimsə yoxdur, yalnız səndən sonra mən varam». O, Boaza dedi: «Qəyyumluq vəzifəsini mən yerinə yetirərəm». 008 RUT 004 005 Boaz dedi: «Zəmini Naomidən satın alarkən onun mərhum oğlunun arvadı Moavlı Rutu da arvad olaraq almalısan ki, mərhumun adı öz irsi üzərində qalsın». 008 RUT 004 006 Qəyyum olan adam dedi: «Mən ona qəyyumluq edə bilmərəm, yoxsa öz irsim dağılar. Mənim vəzifəmi sən öz öhdənə götür, mən qəyyum ola bilmərəm». 008 RUT 004 007 Qədim zamanlarda İsraildə belə bir adət var idi: qəyyumluq vəzifəsini icra edərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri öz çarığını çıxarıb başqasına verərdi. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi. 008 RUT 004 008 Qəyyum olan adam Boaza dedi: «Sən özün satın al». Sonra da o öz çarığını çıxardı. 008 RUT 004 009 Boaz ağsaqqallara və bütün xalqa dedi: «Siz də bu gün şahidsiniz ki, mən Elimelekin bütün mülkünü, Kilyon və Maxlonun bütün mülklərini Naomidən satın alıram. 008 RUT 004 010 Mərhumun adı öz irsi üzərində qalsın deyə Maxlonun dul arvadı Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurd qapılarından mərhumun adı silinməsin. Siz də bu gün şahidsiniz». 008 RUT 004 011 Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər: «Biz şahidik, qoy Rəbb sənin evinə gələn qadını İsrail evini quran iki qadın Rəhilə və Lea kimi etsin. Efratada qüdrətli işlər görəsən və Bet-Lexemdə adın tanınsın. 008 RUT 004 012 Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin». 008 RUT 004 013 Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu. 008 RUT 004 014 Qadınlar Naomiyə dedilər: «Rəbbə alqış olsun ki, bu gün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın. 008 RUT 004 015 Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur». 008 RUT 004 016 Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu. 008 RUT 004 017 Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır. 008 RUT 004 018 Peresin nəsli budur: Peresdən Xesron törədi. 008 RUT 004 019 Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. 008 RUT 004 020 Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 008 RUT 004 021 Salmondan Boaz törədi. Boazdan Oved törədi. 008 RUT 004 022 Oveddən Yessey törədi. Yesseydən də Davud törədi. # # BOOK 009 1SA 1 Samuel Birinci Şamuel 009 1SA 001 001 Efrayimin dağlıq bölgəsində yerləşən Ramatayim-Sofim şəhərində Elqana adlı bir adam yaşayırdı. O, Efrayim sakini olub Suf tayfasından – Suf oğlu Toxu oğlu Elihu oğlu Yeroxamın oğlu idi. 009 1SA 001 002 Elqananın Xanna və Peninna adında iki arvadı vardı. Peninnanın uşaqları var idi, amma Xannanın övladı olmurdu. 009 1SA 001 003 Elqana Ordular Rəbbinə səcdə qılmaq və qurban kəsmək üçün hər il öz şəhərindən Şiloya gedərdi. Orada Elinin iki oğlu – Xofni və Pinxas Rəbbin kahinləri idi. 009 1SA 001 004 Elqana qurban kəsilən gün arvadı Peninnaya, oğul və qızlarının hamısına pay verərdi. 009 1SA 001 005 Xannaya isə ikiqat pay verərdi. Rəbb onun bətnini bağlamışdı, buna baxmayaraq Elqana onu çox sevirdi. 009 1SA 001 006 Günüsü Peninna isə Xannanın Rəbb tərəfindən bətninin bağlanmasına görə həmişə ona sataşar və xətrinə dəyərdi. 009 1SA 001 007 Bu, illərlə belə davam edirdi. Xanna hər dəfə Rəbbin ibadətgahına gedəndə günüsü ona söz atar, Xanna da ağlayar, yemək yeməzdi. 009 1SA 001 008 Bir gün əri Elqana ona dedi: «Xanna, niyə ağlayırsan? Niyə yemək yemirsən? Axı niyə kədərlisən? Mən sənə on oğuldan da artıq deyiləmmi?» 009 1SA 001 009 Onlar Şiloda yeyib-içəndən sonra Xanna ayağa qalxdı. Kahin Eli Rəbbin məbədinin qapısının yanındakı kürsüdə oturmuşdu. 009 1SA 001 010 Xanna ürək yanğısı ilə dua edərək acı-acı ağlayırdı. 009 1SA 001 011 Rəbbə yalvararaq əhdini belə söylədi: «Ey Ordular Rəbbi, Öz dərdli bəndənin vəziyyətini görürsən. Mən bəndəni unutmayıb bir oğul versən, oğlumun həyatını Sənə həsr etmək üçün verər və qoymaram ki, onun başına ülgüc dəysin». 009 1SA 001 012 Xanna Rəbbin hüzurunda uzun müddət dua etdi. Eli isə onun ağzına baxırdı. 009 1SA 001 013 Xanna qəlbində yalvardığı üçün yalnız dodaqları tərpənirdi, səsi eşidilmirdi. Eli elə güman etdi ki, o sərxoşdur. 009 1SA 001 014 Ona görə də dedi: «Nə vaxta qədər sərxoşluq edəcəksən? Bəsdir, at bu şərabı». 009 1SA 001 015 Xanna cavabında dedi: «Xeyr, ağam, mən nə şərab içmişəm, nə də başqa kefləndirici içki. Könlü qəm-qüssəli bir qadınam ki, sadəcə Rəbbin hüzurunda ürəyimi boşaldıram. 009 1SA 001 016 Kənizini pis qadın sanma. Bu yalvarışım indiyədək çəkdiyim böyük qayğı və əziyyətə görədir». 009 1SA 001 017 Eli cavab verib dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın!» 009 1SA 001 018 Xanna «təki bəndən sənin gözlərində lütf tapsın» deyib yolu ilə getdi və yemək yedi. Artıq çöhrəsi kədərli deyildi. 009 1SA 001 019 Ertəsi gün onlar sübh tezdən qalxıb Rəbbə səcdə qılandan sonra Ramadakı evlərinə qayıtdılar. Elqana arvadı Xanna ilə yaxınlıq etdi və Rəbb də Xannanı yada saldı. 009 1SA 001 020 Vaxt keçdi, Xanna hamilə olub bir oğul doğdu. «Onu Rəbdən dilədim» deyərək adını Şamuel qoydu. 009 1SA 001 021 Elqana Rəbbə illik qurbanını və əhdini yerinə yetirmək üçün evdəkilərlə bərabər Şiloya getdi. 009 1SA 001 022 Amma Xanna getmədi. Ərinə «körpəni süddən kəsəndən sonra onu Rəbbə xidmət etmək üçün aparacağam və ömrü boyu orada qalacaq» dedi. 009 1SA 001 023 Əri Elqana ona dedi: «Gözündə nə xoşdursa, elə də et, onu süddən ayırana qədər evdə otur. Qoy Rəbb Öz vədini yerinə yetirsin». Qadın evdə qalıb oğlunu süddən ayırana qədər əmizdirdi. 009 1SA 001 024 Uşağı süddən ayırandan sonra Xanna onu üç buğa, bir efa un və bir tuluq şərabla birlikdə Rəbbin Şilodakı ibadətgahına apardı. Uşaq isə hələ balaca idi. 009 1SA 001 025 Buğanı kəsəndən sonra uşağı Eliyə verdilər. 009 1SA 001 026 Xanna dedi: «Ey ağam, canına and olsun, burada – sənin yanında durub Rəbbə yalvaran qadın mənəm. 009 1SA 001 027 Yalvarışım bu uşaq üçün idi, Rəbb muradımı yerinə yetirdi. 009 1SA 001 028 Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olunmalıdır». Sonra uşaq orada Rəbbə səcdə etdi. 009 1SA 002 001 Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir, Rəbb mənə böyük güc verir, Düşmənlərimin önündə öyünürəm, Çünki Sən məni qurtardığına görə sevinirəm. 009 1SA 002 002 Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur! 009 1SA 002 003 Artıq qürurla danışmayın, Dilinizdən təkəbbürlü sözlər çıxmasın. Çünki Rəbb hər şeyi bilən Allahdır, Hər iş Onun tərəfindən ölçülür. 009 1SA 002 004 İgidlərin yayları qırılır, Büdrəyənlər isə Onun qüdrəti ilə qurşanır. 009 1SA 002 005 Toxlar azuqə üçün muzdla işlərkən Aclar doyuzdurulur. Sonsuz qadın yeddi övlad doğur, Çoxuşaqlı qadın isə tənha qalır. 009 1SA 002 006 Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır. 009 1SA 002 007 Rəbb yoxsulluq və var-dövlət göndərir, Alçaldır və yüksəldir. 009 1SA 002 008 O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu. 009 1SA 002 009 Sadiq qullarının addımlarını qoruyur, Pisləri isə zülmətdə susdurur. Çünki insan öz qüvvəsi ilə zəfər çalmır. 009 1SA 002 010 Rəbbə qarşı duranlar parça-parça olacaq, Haqq-Taala onların üzərində göyləri gurladacaq. Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir, Öz padşahına qüvvət verəcək, Məsh etdiyinə böyük güc verəcək!» 009 1SA 002 011 Sonra Elqana Ramadakı evinə qayıtdı. Kiçik Şamuel isə kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə başladı. 009 1SA 002 012 Elinin oğulları yaramaz adamlar idi. 009 1SA 002 013 Onlar Rəbbi tanımırdı. Bu kahinlərin xalqla rəftarı belə idi: qurban təqdim edilən zaman, ət qaynayarkən kahinin xidmətçisi əlində üçdişli ət qarmağı ilə gələrdi. 009 1SA 002 014 Ət qarmağını qazana, təknəyə, tavaya, bardağa salardı və qarmaqla nə çıxardısa, bu kahinlər onu özlərinə götürərdi. Onlar Şiloya qurban gətirən İsraillilərin hamısı ilə belə rəftar edirdilər. 009 1SA 002 015 Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir». 009 1SA 002 016 Əgər qurban gətirən «qoy əvvəlcə iç piyi yandırılsın, sonra istədiyin payı gəl götür» deyərdisə, xidmətçi «xeyr, indi ver, yoxsa zorla götürərəm» deyə cavab verərdi. 009 1SA 002 017 Rəbbin gözü önündə bu gənclər çox böyük günah işlədirdilər, çünki onlar Rəbbə gətirilən təqdimlərə hörmət etmirdilər. 009 1SA 002 018 Kiçik Şamuel isə əyninə kətan efod geyərək Rəbbin önündə xidmət edirdi. 009 1SA 002 019 Anası Şamuelə kiçik cübbə tikərdi. Hər il atası illik qurbanı təqdim etmək üçün Şiloya gələndə o da tikdiyi kiçik cübbəni gətirib oğluna verərdi. 009 1SA 002 020 Kahin Eli isə Elqana ilə arvadına xeyir-dua verərək «arvadının istədiyi və Rəbbə əhd etdiyi uşağın yerinə Rəbb sənə bu qadından yeni övladlar versin» deyərdi. Bundan sonra onlar evlərinə qayıdardı. 009 1SA 002 021 Rəbbin lütfü ilə Xanna yenə hamilə olub bundan sonra üç oğul və iki qız doğdu. Kiçik Şamuel isə Rəbbin hüzurunda böyüyürdü. 009 1SA 002 022 Eli artıq çox qocalmışdı. O, oğullarının İsraillilərə etdikləri və Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıqları barədə hər şeyi eşitmişdi. 009 1SA 002 023 Eli onlara dedi: «Nə edirsiniz? Bütün xalqdan etdiyiniz pis əməllər barədə eşidirəm. 009 1SA 002 024 Belə yaramaz, oğullarım! Eşitdiyim yaxşı xəbər deyil. Rəbbin xalqını yoldan çıxarırsınız. 009 1SA 002 025 İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?» Lakin onlar atalarının sözlərinə qulaq asmazdılar, çünki Rəbb onları ölümə məhkum etmişdi. 009 1SA 002 026 Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı. 009 1SA 002 027 Həmin dövrdə bir Allah adamı Elinin yanına gəlib söylədi: «Rəbb belə deyir: “Misirdə atan və onun nəsli fironun xalqına kölə olarkən Özümü onlara aydın göstərmədimmi? 009 1SA 002 028 Qurbangahıma çıxaraq buxur yandırıb önümdə efod geyməsi üçün bütün İsrail qəbilələri arasından yalnız atanı Özümə kahin seçmədimmi? İsraillilərin verdiyi yandırma təqdimlərinin hamısını atanın nəslinə vermədimmi? 009 1SA 002 029 Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən əlası ilə özünüzü kökəltdiyinizə görəmi?” 009 1SA 002 030 Ona görə də İsrailin Allahı Rəbb belə deyir: “Həqiqətən, ailən və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi belə deyirəm: “Yox, Mən belə etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək! 009 1SA 002 031 Budur, elə günlər gəlir ki, sənin də, ata nəslinin də gücünü qıracağam və nəslindən heç kim uzun ömür sürməyəcək. 009 1SA 002 032 İsrailə etdiyim yaxşılığın əvəzinə sən evində qəm-qüssə görəcəksən və artıq nəslindən heç kim uzun ömür sürməyəcək. 009 1SA 002 033 Aranızda qurbangahımdan ayağını kəsmədiyim bir adam olacaq ki, onu da gözlərini kor etmək və qəlbini kədərləndirmək üçün sağ saxlayacağam. Nəslindən olanların hamısı az ömür sürüb öləcək. 009 1SA 002 034 İki oğlunun – Xofni və Pinxasın eyni bir gündə ölməsi sənə bir işarə olacaq. 009 1SA 002 035 Mən isə Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədiləşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək. 009 1SA 002 036 Ailəndən sağ qalan hər kəs bir az gümüş pul və bir parça çörək üçün gəlib onun qarşısında əyiləcək, ‹nə olar, bir parça çörək üçün mənə hər hansı bir kahinlik işi ver› deyərək yalvaracaq”». 009 1SA 003 001 Gənc Şamuel Elinin başçılığı altında Rəbbə xidmət edirdi. O vaxt Rəbbin sözünün nazil olması və görüntülərin görülməsi nadir hallarda baş verirdi. 009 1SA 003 002 Bir gecə Eli yatağında uzanmışdı. Onun gözləri zəif olduğuna görə yaxşı görmürdü. 009 1SA 003 003 Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi. 009 1SA 003 004 Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi. 009 1SA 003 005 Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı. 009 1SA 003 006 Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi. 009 1SA 003 007 Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı. 009 1SA 003 008 Rəbb üçüncü dəfə Şamueli çağırdı və Şamuel yenə qalxaraq Elinin yanına gedib dedi: «Bax buradayam, məni sən çağırdın». O anda Eli anladı ki, gənc Şamueli çağıran Rəbdir. 009 1SA 003 009 Buna görə də Şamuelə dedi: «Get uzan, yenə səni çağırarsa, belə deyərsən: “Danış, ya Rəbb, qulun Səni eşidir”». Şamuel gedib yerində yatdı. 009 1SA 003 010 Rəbb gəlib orada durdu və əvvəlki kimi «Şamuel! Şamuel!» deyə çağırdı. Şamuel dedi: «Danış, ya Rəbb, qulun Səni eşidir». 009 1SA 003 011 Rəbb Şamuelə belə dedi: «Bax İsraildə elə bir iş görəcəyəm ki, eşidənin qulaqları cingildəyəcək. 009 1SA 003 012 Həmin gün Elinin evi haqqında dediklərimin hamısını əvvəldən axıra qədər yerinə yetirəcəyəm. 009 1SA 003 013 Çünki ona çatdırmışdım ki, özü bildiyi günahlarına görə onun evini əbədi məhkum edəcəyəm. Oğulları özlərini alçaltdılar. Eli isə onların qarşısını almadı. 009 1SA 003 014 Buna görə də and içmişəm ki, Elinin ailəsinin günahı heç vaxt nə qurban, nə də başqa təqdimlərlə bağışlanmayacaq». 009 1SA 003 015 Şamuel səhərə qədər uzandı, sonra Rəbbin ibadətgahının qapılarını açdı. Eşitdiyi görüntünü isə Eliyə bildirməyə qorxdu. 009 1SA 003 016 Amma Eli onu «Şamuel, oğlum» deyə səslədi. Şamuel cavab verib dedi: «Bəli, buradayam». 009 1SA 003 017 Eli ondan soruşub dedi: «Rəbb sənə nə dedi? Rica edirəm, məndən gizlətmə. Əgər sənə dediklərindən birini belə, məndən gizlətsən, Allah sənə beləsini və bundan betərini etsin». 009 1SA 003 018 Bundan sonra Şamuel heç nə gizlətmədi və ona hər şeyi danışdı. Eli də dedi: «O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin». 009 1SA 003 019 Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı. 009 1SA 003 020 Rəbbin Şamueli peyğəmbər kimi təsdiq etdiyini Dandan Beer-Şevaya qədər bütün İsrail bildi. 009 1SA 003 021 Rəbb yenə Şiloda görünməyə başladı. O Özünü Şamuelə kəlamı ilə göstərmişdi. 009 1SA 004 001 Şamuelin sözü bütün İsrailə yayılmışdı. O dövrdə İsraillilər Filiştlilərə qarşı döyüşmək üçün çıxdılar. 009 1SA 004 002 İsraillilər Even-Ezerdə, Filiştlilər isə Afeqdə ordugah qurdular. Filiştlilər İsraillilərlə döyüşmək üçün düzüldülər. Döyüş qızışanda İsraillilər Filiştlilərə məğlub oldular və döyüş meydanında dörd minə yaxın İsrailli qırıldı. 009 1SA 004 003 Xalq ordugaha qayıdarkən İsrail ağsaqqalları bir-birindən soruşdu: «Görəsən Rəbb bu gün bizi Filiştlilər qarşısında nə üçün məğlub etdi? Şilodan Rəbbin Əhd sandığını yanımıza gətirək. Qoy aramızda olsun və bizi düşmənlərin əlindən qurtarsın». 009 1SA 004 004 Xalq Şiloya adam göndərdi. Keruvlar arasında taxt qurmuş Ordular Rəbbinin Əhd sandığını oradan gətirdilər. Elinin iki oğlu Xofni və Pinxas Allahın Əhd sandığının yanında idi. 009 1SA 004 005 Rəbbin Əhd sandığı ordugaha çatan kimi bütün İsraillilər bərkdən elə qışqırdılar ki, yer titrədi. 009 1SA 004 006 Bu qışqırığın gurultusunu eşidərkən Filiştlilər belə dedilər: «İbranilərin ordugahında niyə belə böyük qışqırıq və gurultu var?» Ordugaha Rəbbin sandığının gəldiyini bildikdə 009 1SA 004 007 Filiştlilər qorxub dedilər: «Ordugaha allahlar gəlib, vay halımıza! Çünki bundan əvvəl belə bir şey olmamışdı. 009 1SA 004 008 Vay halımıza! Bu qüdrətli allahların əlindən bizi kim qurtaracaq? Səhrada Misirlilərə hər cür bəla verən allahlar bunlardır. 009 1SA 004 009 Ey Filiştlilər, cəsur olun, kişi kimi dayanın! Yoxsa İbranilər sizə necə boyun əydilərsə, siz də onlara elə boyun əyəcəksiniz! Kişi kimi dayanın və döyüşün!» 009 1SA 004 010 Filiştlilər vuruşdular. İsraillilər məğlub oldu və hamısı öz çadırına qaçdı. Çox böyük qırğın oldu və İsraillilərdən otuz min piyada həlak oldu. 009 1SA 004 011 Allahın sandığı ələ keçirildi və Elinin iki oğlu – Xofni ilə Pinxas öldü. 009 1SA 004 012 Bir nəfər Binyaminli döyüş yerindən qaçaraq elə həmin gün gəlib Şiloya çatdı. Onun paltarı cırılmış, başı toz-torpaq içində idi. 009 1SA 004 013 Budur, o gələn zaman Eli kürsü üstündə oturub yol kənarında gözləyir və Allahın sandığından ötrü ürəyi çırpınırdı. Bu adam şəhərə girib baş verən hadisələri danışanda bütün şəhər şivən qopardı. 009 1SA 004 014 Eli bu səsi eşidəndə «Bu nə səs-küydür?» deyə soruşdu. Bu adam tez gəlib hər şeyi Eliyə danışdı. 009 1SA 004 015 Eli doxsan səkkiz yaşında idi, artıq gözləri tutulmuşdu, görmürdü. 009 1SA 004 016 Həmin adam Eliyə dedi: «Mən döyüş meydanından gəlirəm. Bu gün döyüşdən qaçmışam». Eli soruşdu: «Oğlum, nə baş verib?» 009 1SA 004 017 Xəbər gətirən adam belə cavab verdi: «İsraillilər Filiştlilərin qabağından qaçdılar və xalq arasında böyük qırğın oldu. İki oğlun Xofni ilə Pinxas ölmüş, Allahın sandığı isə ələ keçirilmişdir». 009 1SA 004 018 Bu adam Allahın sandığından danışan zaman Eli kürsüdən arxaya – qapının yanına yıxıldı; həm qoca, həm də kök olduğu üçün boynu qırıldı və öldü. O, qırx il İsrail xalqına hakimlik etmişdi. 009 1SA 004 019 Elinin gəlini – Pinxasın arvadı hamilə idi. Doğuş vaxtı çatmışdı. Allahın sandığının ələ keçirildiyini, qayınatası ilə ərinin ölüm xəbərini eşidərkən onun ağrısı tutdu və çömbəlib doğdu. 009 1SA 004 020 Ölüm ayağında ona kömək edən qadınlar dedilər: «Qorxma, bir oğlun oldu». O isə bunu əhəmiyyətsiz bir şey saydığı üçün cavab vermədi. 009 1SA 004 021 Çünki Allahın sandığı ələ keçmiş, qayınatası ilə əri ölmüşdü. Buna görə də «İsrail şərəfdən düşdü» deyərək körpəsinin adını İkavod qoydu. 009 1SA 004 022 O dedi: «Allahın sandığı ələ keçirildi, İsrail şərəfdən düşdü». 009 1SA 005 001 Filiştlilər Allahın sandığını ələ keçirib Even-Ezerdən Aşdoda apardılar. 009 1SA 005 002 Allahın sandığını Daqonun məbədinə aparıb Daqonun heykəlinin yanına qoydular. 009 1SA 005 003 Ertəsi gün Aşdodlular erkən duranda Daqonu Rəbbin sandığının önündə üzüstə yerə düşmüş gördülər. Onlar Daqonu götürüb öz yerinə qoydular. 009 1SA 005 004 Amma ertəsi gün səhər erkən durduqları vaxt gördülər ki, Daqon yenə Rəbbin sandığının önündə üzüstə yerə düşmüşdür. Bu dəfə isə Daqonun başı ilə iki əli qırılıb kandarın üstünə düşmüş və yalnız gövdəsi qalmışdı. 009 1SA 005 005 Daqonun kahinləri də, Aşdoddakı Daqon məbədinə gələnlər də buna görə bu günə qədər bu məbədin kandarına ayaq basmırlar. 009 1SA 005 006 Rəbbin əli Aşdodlular üzərində ağırlaşdı. Onlara və ətrafındakı camaata bəla verib bədənlərinə şişlər çıxartdı. 009 1SA 005 007 Aşdodlular vəziyyətin belə olduğunu görəndə dedilər: «Qoy İsrail Allahının sandığı bizim yanımızda qalmasın, çünki Onun əli bizim və allahımız Daqonun üzərində ağır oldu». 009 1SA 005 008 Ona görə də hər tərəfə qasidlər göndərərək bütün Filiştlilərin ağalarını yanlarına toplayıb soruşdular: «İsrail Allahının sandığını nə edək?» Filiştlilərin ağaları isə dedilər: «İsrail Allahının sandığı Qata aparılsın». Beləliklə, İsrail Allahının sandığını Qata apardılar. 009 1SA 005 009 Onlar sandığı Qata gətirəndən sonra Rəbbin əli bu şəhərin üstündə də ağırlaşdı. Şəhəri dəhşətli qorxu bürüdü, böyükdən-kiçiyə qədər şəhər sakinlərinin hamısına zərbə dəydi. Onların da bədənlərinə şiş çıxdı. 009 1SA 005 010 Bu hadisədən sonra Allahın sandığını Eqrona göndərdilər. Allahın sandığı Eqrona çatanda Eqronlular fəryad qoparıb dedilər: «Bizi və xalqımızı öldürmək üçün İsrailin Allahının sandığını bura gətirdilər!» 009 1SA 005 011 Ona görə də hər tərəfə qasidlər göndərib bütün Filiştlilərin ağalarını yanlarına toplayaraq dedilər: «İsrail Allahının sandığını göndərin getsin yerinə, qoy bizi və xalqımızı qırmasın». Çünki bütün şəhəri ölüm vahiməsi bürümüşdü və Allahın əli ora üçün də çox ağır olmuşdu. 009 1SA 005 012 Sağ qalanların da bədənlərinə şiş çıxdı və şəhərin fəryadı ərşə qalxdı. 009 1SA 006 001 Rəbbin sandığı Filiştlilərin diyarında yeddi ay qaldı. 009 1SA 006 002 Filiştlilər kahinlərlə falçıları çağırıb dedilər: «Bu Rəbbin sandığını nə edək? Onu öz yerinə necə qaytarmağı bizə başa salın». 009 1SA 006 003 Kahinlər və baxıcılar dedilər: «İsrail Allahının sandığını geri göndərmək istəyirsinizsə, boş göndərməyin. Ona mütləq təqsir təqdimi verməlisiniz. O zaman sağalacaqsınız və O sizdən nə üçün əl çəkmədiyini bildirəcək». 009 1SA 006 004 Filiştlilər soruşdular: «Ona göndərəcəyimiz təqsir təqdimi nə olmalıdır?» Kahinlər və baxıcılar belə cavab verdi: «Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəti ilə beş qızıl siçovul surəti düzəldib göndərin. Çünki bu bəla həm sizin, həm də ağalarınızın üstündədir. 009 1SA 006 005 Ona görə də həm şişlərinizin, həm də ölkənizi dağıdan siçovulların surətlərini yaradın və İsrailin Allahını şərəfləndirin. Bəlkə O sizin, allahlarınızın və torpağınızın üstündə əlini yüngülləşdirdi. 009 1SA 006 006 Misirlilərlə fironun ürəyi inadkarlıq etdiyi kimi nə üçün sizin də ürəkləriniz inadkarlıq edir? Allah onlarla sərt davrananda İsrailliləri azad buraxmadılarmı? 009 1SA 006 007 İndi isə bir təzə araba düzəldin və boyunduruğa qoşulmayan iki sağmal inəyi arabaya qoşun. Balalarını isə onlardan ayırıb evə göndərin. 009 1SA 006 008 Rəbbin sandığını götürüb arabaya qoyun və təqsir təqdimi olaraq Ona ödəyəcəyiniz qızıl əşyaları isə bir mücrü içərisində sandığın yanına qoyun, sonra da yola salın getsin. 009 1SA 006 009 Amma baxın, onlar sandığın olduğu torpağa – Bet-Şemeş yoluna qalxarlarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox, əgər oraya getməzlərsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir». 009 1SA 006 010 Adamlar belə də etdilər. İki sağmal inək gətirib arabaya qoşdular və balalarını da evdə bağladılar. 009 1SA 006 011 Rəbbin sandığı ilə bərabər içərisində siçovulların və şişlərin qızıl surətləri yığılmış mücrünü də arabaya qoydular. 009 1SA 006 012 İnəklər birbaşa Bet-Şemeşə gedən yolla sağa-sola dönmədən, böyürə-böyürə getdilər. Filiştlilərin ağaları isə onları Bet-Şemeş sərhədinə qədər ötürdülər. 009 1SA 006 013 O zaman Bet-Şemeşlilər zəmidə buğda biçirdilər. Onlar başlarını qaldırıb sandığı görəndə sevindilər. 009 1SA 006 014 Araba Bet-Şemeşli Yeşuanın zəmisinə girib böyük bir daşın yanında dayandı. Bet-Şemeşlilər arabanın ağaclarını qırdılar, inəkləri isə Rəbbə yandırma qurbanı verdilər. 009 1SA 006 015 Levililər Rəbbin sandığını və onun yanındakı qızıl əşyalar yığılmış mücrünü arabadan endirib böyük bir daşın üstünə qoydular. O gün Bet-Şemeşlilər Rəbbə yandırma qurbanı verib başqa qurbanlar da kəsdilər. 009 1SA 006 016 Filiştlilərin beş ağası bu hadisəni gördükdən sonra həmin gün Eqrona qayıtdı. 009 1SA 006 017 Filiştlilərin təqsir təqdimi olaraq Rəbbə gətirdikləri qızıl şişlərin hər biri Aşdod, Qəzzə, Aşqelon, Qat, Eqron üçün olub bu şəhərlərin sayına görə idi. 009 1SA 006 018 Qızıl siçovullar isə qala divarlı şəhərlərlə ətraf kəndlər də daxil olmaqla beş ağaya məxsus Filişt şəhərlərinin sayına görə beş dənə idi. Bet-Şemeşli Yeşuanın zəmisində Rəbbin sandığı qoyulan böyük daş bu günə qədər şahid kimi qalmaqdadır. 009 1SA 006 019 Rəbbin sandığının içinə baxdıqları üçün Allah Bet-Şemeşliləri də vurdu və əlli ailədən yetmiş nəfəri öldürdü. Xalq isə Rəbbin onların başına gətirdiyi müsibətə görə yas tutdu. 009 1SA 006 020 Bet-Şemeşlilər dedilər: «Bu müqəddəs Allah olan Rəbbin qarşısında kim dayana bilər? Bizdən sonra kimin yanına gedəcək?» 009 1SA 006 021 Sonra Qiryat-Yearim əhalisinə qasidlər göndərib dedilər: «Filiştlilər Rəbbin sandığını geri qaytardılar, gəlin onu aparın». 009 1SA 007 001 Qiryat-Yearim əhalisi gəlib Rəbbin sandığını apardı. Onu təpədə olan Avinadavın evinə çıxartdı və oğlu Eleazarı Rəbbin sandığına nəzarətçi təyin etdi. 009 1SA 007 002 Sandıq Qiryat-Yearimə gələn gündən çox vaxt keçdi: iyirmi il tamam oldu. Bütün İsrail xalqı Rəbbin intizarını çəkirdi. 009 1SA 007 003 Şamuel bütün İsraillilərə müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin. Sizi Filiştlilərin əlindən O qurtaracaq». 009 1SA 007 004 O zaman İsrail övladları Baal bütlərini və Aştoret bütlərini rədd edib yalnız Rəbbə qulluq etdilər. 009 1SA 007 005 Şamuel dedi: «Bütün İsrailliləri Mispaya toplayın və mən sizə görə Rəbbə yalvaracağam». 009 1SA 007 006 Onlar Mispaya toplaşdılar, su çəkib Rəbbin önünə tökdülər və o gün orada oruc tutub dedilər: «Rəbbə qarşı günah işlətmişik». Şamuel Mispada İsraillilərə hakimlik edirdi. 009 1SA 007 007 İsrail övladlarının Mispada toplandığını Filiştlilər eşidəndə Filiştlilərin ağaları İsraillilərə qarşı çıxdılar. Bunu eşidən İsrail övladları Filiştlilərdən qorxdu. 009 1SA 007 008 Ona görə də İsrail övladları Şamuelə dedilər: «Bizi Filiştlilərin əlindən qurtarmaq üçün Allahımız Rəbbə durmadan yalvar». 009 1SA 007 009 Şamuel bir əmlik quzu götürərək onu bütövlüklə Rəbbə yandırma qurbanı verdi və o, İsrail üçün Rəbbə yalvardı. Rəbb Şamuelə cavab verdi. 009 1SA 007 010 Şamuel yandırma qurbanı verərkən Filiştlilər İsrailə hücum etmək üçün yaxınlaşdılar. Rəbb o gün güclü səslə gurlayıb Filiştlilərin üzərinə vəlvələ saldı və onları İsrailin önündə məğlub etdi. 009 1SA 007 011 İsraillilər Mispadan çıxıb Bet-Kar altına çatana qədər Filiştliləri qovaraq qırdılar. 009 1SA 007 012 Sonra Şamuel bir daş götürüb Mispa ilə Şen arasına qoydu və «Rəbb bizə buraya qədər kömək etdi» deyərək bu daşı Even-Ezer adlandırdı. 009 1SA 007 013 Məğlubiyyətə uğrayan Filiştlilər bir daha İsrail torpağına gəlmədi. Şamuelin bütün ömrü boyu Rəbbin əli Filiştlilərə qarşı oldu. 009 1SA 007 014 Filiştlilər Eqrondan Qata qədər İsraildən aldıqları şəhərləri geri qaytardılar. Bundan əlavə, İsrail ətrafındakı torpaqları da Filiştlilərin əlindən aldı və İsraillilərlə Emorluların arasında sülh yarandı. 009 1SA 007 015 Şamuel ömrü boyu İsrailə hakimlik etdi. 009 1SA 007 016 O, ilbəil, növbə ilə Bet-Eli, Qilqalı, Mispanı gəzir və bu yerlərdə İsrailə hakimlik edirdi. 009 1SA 007 017 Sonra isə Ramaya qayıdardı, çünki evi orada idi. Oradan da İsrailə hakimlik edirdi. O həmin yerdə Rəbbə bir qurbangah tikdi. 009 1SA 008 001 Şamuel qocalanda oğullarını İsrailə hakim etdi. 009 1SA 008 002 Onun ilk oğlunun adı Yoel, ikincisinin adı isə Aviya idi. Onlar Beer-Şevada hakim idilər. 009 1SA 008 003 Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər. 009 1SA 008 004 Bütün İsrail ağsaqqalları yığılıb Ramaya – Şamuelin yanına gəldilər. 009 1SA 008 005 Ona dedilər: «Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin». 009 1SA 008 006 Lakin Şamuel «bizə bir padşah təyin et ki, hökmranımız olsun» deyilən zaman bu sözlərdən narazı qaldı və Rəbbə dua etdi. 009 1SA 008 007 Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər. 009 1SA 008 008 Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər. 009 1SA 008 009 Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq». 009 1SA 008 010 Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi. 009 1SA 008 011 O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq. 009 1SA 008 012 Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək. 009 1SA 008 013 Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq. 009 1SA 008 014 Ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb əyanlarına verəcək. 009 1SA 008 015 Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək. 009 1SA 008 016 Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək. 009 1SA 008 017 Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız. 009 1SA 008 018 Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək». 009 1SA 008 019 Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun. 009 1SA 008 020 Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin». 009 1SA 008 021 Şamuel xalqın hər sözünü dinləyib Rəbbə söylədi. 009 1SA 008 022 Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah təyin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi. 009 1SA 009 001 Binyamindən Afiah oğlu Bekorat oğlu Seror oğlu Aviel oğlu Qiş adlı bir adam var idi. Binyaminli bu adam cəsur cəngavər idi. 009 1SA 009 002 Onun Şaul adlı gənc, yaraşıqlı oğlu var idi və İsrail övladları arasında ondan yaraşıqlısı yox idi. O, xalqın hamısından bir çiyin hündür idi. 009 1SA 009 003 Şaulun atası Qişin eşşəkləri itmişdi. Qiş oğlu Şaula dedi: «Qalx nökərlərdən birini yanına al, get, eşşəkləri axtar». 009 1SA 009 004 Onlar Efrayimin dağlıq bölgəsini gəzdilər və Şalişa diyarından keçdilər, lakin eşşəkləri tapa bilmədilər. Şaalim diyarını dolandılar, eşşəklər orada da yox idi. Sonra Binyamin torpağını gəzdilər, lakin eşşəkləri tapa bilmədilər. 009 1SA 009 005 Bundan sonra Suf bölgəsinə gəldilər və Şaul yanındakı nökərinə dedi: «Gəl qayıdaq, yoxsa atam eşşəkləri yaddan çıxarıb bizim üçün narahat olacaq». 009 1SA 009 006 Nökəri isə ona dedi: «Bax bu şəhərdə bir Allah adamı var. O, möhtərəm bir adamdır və nə deyirsə, hamısı mütləq doğru çıxır. Gəl oraya gedək, bəlkə bizə gedəcəyimiz yolu o göstərdi». 009 1SA 009 007 Şaul nökərinə dedi: «Əgər getsək, o adama nə aparaq? Artıq torbalarımızda çörək qurtarmış və Allah adamına vermək üçün bir hədiyyəmiz belə, yoxdur. Axı nəyimiz var?» 009 1SA 009 008 Nökər Şaula cavab olaraq belə dedi: «Bax əlimdə dörddə bir şekel gümüş var. Mən onu Allah adamına verərəm, qoy o bizə yolumuzu göstərsin». 009 1SA 009 009 Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar. 009 1SA 009 010 Şaul isə nökərinə dedi: «Yaxşı deyirsən, gəl gedək». Onlar Allah adamının olduğu şəhərə getdilər. 009 1SA 009 011 Yoxuşdan şəhərə qalxanda su çəkmək üçün şəhərdən çıxan gənc qızlara rast gəldilər və onlara dedilər: «Görücü buradadırmı?» 009 1SA 009 012 Onlara cavab verdilər: «Buradadır, sizdən qabaqdadır. Tələsin, elə bu gün şəhərə gəlib, çünki xalq bu gün səcdəgahda qurban kəsəcək. 009 1SA 009 013 Şəhərə girən kimi onu yemək üçün səcdəgaha qalxmazdan əvvəl taparsınız, ona görə ki o gəlməyincə xalq yeməyə başlamaz. O, qurbana xeyir-dua verəndən sonra çağırılanlar yeyər. Tez qalxsanız, ona çatarsınız». 009 1SA 009 014 Onlar şəhərə qalxdılar. Şaul da təpədə yerləşən şəhərin mərkəzinə çatanda Şamuellə rastlaşdı, çünki o da səcdəgaha çıxırdı. 009 1SA 009 015 Şaul gəlməmişdən bir gün əvvəl Rəbb Şamuelə bunu bildirərək qulağına demişdi: 009 1SA 009 016 «Sabah bu vaxtlar sənin yanına Binyamin torpağından bir adam göndərəcəyəm və onu Mənim xalqım İsraillilərə başçı olaraq məsh edəcəksən. Filiştlilərin əlindən xalqımı o qurtaracaq, çünki xalqımın halına yanıram. Ona görə ki fəryadı gəlib Mənə çatdı». 009 1SA 009 017 Şamuel Şaulu görəndə Rəbb ona dedi: «Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək». 009 1SA 009 018 Şaul darvazada Şamuelə yaxınlaşıb dedi: «Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz». 009 1SA 009 019 Şamuel Şaula cavab verdi: «Görücü mənəm, qarşımca səcdəgaha qalx. Bu gün mənimlə bərabər yemək yeyəcəksiniz, sabah açılanda isə ürəyində olanların hamısını sənə bildirib yola salaram. 009 1SA 009 020 Üç gün əvvəl itən eşşəklərinə gəlincə, onların fikrini çəkmə, artıq tapılıblar. Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?» 009 1SA 009 021 Şaul cavab verdi: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?» 009 1SA 009 022 Şamuel Şaul ilə nökəri götürüb otağa apardı və otuz nəfərə qədər çağırılmış adamların arasında baş tərəfdə ona yer verdi. 009 1SA 009 023 Şamuel aşpaza dedi: «“Bir yana ayrı qoy” deyib sənə verdiyim payı bura gətir!» 009 1SA 009 024 Aşpaz yağlı budu Şaulun qarşısına qoydu. Şamuel dedi: «Buyur ye, bu sənin üçün ayrılan paydır, bunu sənin üçün saxladım ki, təyin etdiyim gün çağırdığım xalqla birlikdə yeyəsən». O gün Şaul Şamuellə birlikdə yemək yedi. 009 1SA 009 025 Onlar səcdəgahdan şəhərə endilər, Şamuel Şaulla evin damında söhbət etdi. 009 1SA 009 026 Onlar erkən qalxdılar. Dan yeri söküləndə damdan Şamuel Şaulu çağırıb dedi: «Dur, səni yola salım». O da qalxıb Şamuellə birlikdə bayıra çıxdı. 009 1SA 009 027 Onlar şəhər kənarına enərkən Şamuel Şaula dedi: «Nökərə de ki, qabaqda getsin». Nökər qabağa keçdi. «Amma sən indi ayaq saxla, qoy Allahın sözünü sənə bildirim». 009 1SA 010 001 Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: «Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məsh etdi, elə deyilmi? 009 1SA 010 002 Bu gün məndən ayrılandan sonra Binyamin torpağında, Selsahda olan Rəhilənin məzarı yanında iki adama rast gələcəksən və onlar sənə deyəcək: “Axtarmağa getdiyin eşşəklər tapılıb. Artıq atan eşşəkləri unudub sizin dərdinizi çəkərək deyir: ‹Oğluma görə nə edim?›” 009 1SA 010 003 Oradan da irəli keçib Tavordakı palıd ağacının yanına çatacaqsan və həmin yerdə səni Bet-Elə – Allahın hüzuruna çıxan üç adam qarşılayacaq. Onlardan biri üç oğlaq, o biri üç kömbə çörək, biri də bir tuluq şərab aparacaq. 009 1SA 010 004 Onlar səni salamlayaraq iki kömbə çörək verəcəklər. Sən də o çörəkləri onlardan alacaqsan. 009 1SA 010 005 Bundan sonra Filişt keşik dəstəsinin olduğu yerə – Giveat-Elohimə çatacaqsan. Şəhərə girən zaman orada səcdəgahdan enən bir peyğəmbər dəstəsinə rast gələcəksən. Onların qarşılarında çəng, dəf, ney, lira çalınacaq və onlar peyğəmbərlik edəcək. 009 1SA 010 006 Onda Rəbbin Ruhu üzərinə qüvvə ilə enəcək və sən də onlarla birgə peyğəmbərlik edəcəksən və dönüb tamam başqa bir adam olacaqsan. 009 1SA 010 007 Bu əlamətlər səndə baş verəndə vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir. 009 1SA 010 008 Sən məndən əvvəl Qilqala enəcəksən, mən də yandırma qurbanları təqdim etmək və ünsiyyət qurbanları kəsmək üçün oraya enəcəyəm. Amma mən yanına gəlib nə edəcəyini sənə bildirənədək yeddi gün gözləməli olacaqsan». 009 1SA 010 009 Şaul Şamuelin yanından yola düşmək üçün çevriləndə Allah onun ürəyini dəyişdirdi və bütün bu əlamətlər o gün yerinə yetdi. 009 1SA 010 010 Oradan Giveaya gedərkən onları bir peyğəmbər dəstəsi qarşıladı və Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi. Onların arasında Şaul da peyğəmbərlik etməyə başladı. 009 1SA 010 011 Əvvəldən onu tanıyan camaatın hamısı onun peyğəmbərlik etdiyini görəndə bir-birinə belə dedi: «Qişin oğluna nə olub? Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» 009 1SA 010 012 Bir adam cavab verib dedi: «Görün onların atası kimdir?» Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» sözü məsələ çevrildi. 009 1SA 010 013 Şaul peyğəmbərlik edəndən sonra səcdəgaha qalxdı. 009 1SA 010 014 Şaulun əmisi ondan və nökərindən soruşdu: «Hara getmişdiniz?» Şaul dedi: «Eşşəkləri axtarmağa getmişdik, amma gördük ki, tapa bilmirik, ona görə də Şamuelin yanına getdik». 009 1SA 010 015 Şaulun əmisi dedi: «Rica edirəm, Şamuelin sənə nə dediyini mənə danış». 009 1SA 010 016 Şaul əmisinə dedi: «Eşşəklərin tapıldığını bizə aydın bildirdi». Lakin padşahlıq haqqında Şamuelin sözünü əmisinə danışmadı. 009 1SA 010 017 Şamuel xalqı Rəbbin önünə – Mispaya çağırdı. 009 1SA 010 018 O, İsrail övladlarına dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İsraili Misirdən Mən çıxartdım. Misirlilərin və sizə zülm edən bütün padşahlıqların əlindən sizi Mən azad etdim”. 009 1SA 010 019 Lakin bəlalarınızdan və müsibətlərinizdən sizi qurtaran Allahınızı bu gün rədd etdiniz və Ona “üzərimizə bir padşah qoy” dediniz. İndi isə qəbilələrinizə və nəsillərinizə görə Rəbbin hüzurunda durun». 009 1SA 010 020 Şamuel İsrailin bütün qəbilələrini bir-bir qabağa çıxartdı, Binyamin qəbiləsi püşk ilə seçildi. 009 1SA 010 021 Sonra Binyamin qəbiləsini nəsilbənəsil qabağa çıxartdı. Püşk Matri nəslinə düşdü. Nəhayət Qiş oğlu Şaul seçildi. Lakin onu axtarıb tapa bilmədilər. 009 1SA 010 022 Yenə Rəbdən soruşdular: «O buraya hələ gəlməyibmi?» Rəbb dedi: «Odur, yüklərin arasında gizlənib». 009 1SA 010 023 Qaçıb Şaulu oradan gətirdilər. Xalq arasında duran zaman Şaul xalqın hamısından bir çiyin hündür görünürdü. 009 1SA 010 024 Şamuel bütün xalqa dedi: «Rəbbin seçdiyi bu xalqın arasında bənzəri olmayan adamı görürsünüzmü?» O zaman xalq bir səslə qışqırıb dedi: «Yaşasın padşah!» 009 1SA 010 025 Şamuel padşahlıq qaydalarını xalqa söylədi və kitaba yazıb Rəbbin önünə qoydu. Sonra Şamuel bütün xalqı evinə göndərdi. 009 1SA 010 026 Şaul da Giveaya, öz evinə qayıtdı və qəlblərində Allahın oyanış yaratdığı igidlər onunla bərabər getdilər. 009 1SA 010 027 Bəzi yaramaz adamlar isə belə dedilər: «Bu adam bizi necə qurtaracaq?» Ona xor baxıb hədiyyə göndərmədilər. Şaul isə buna susdu. 009 1SA 011 001 Ammonlu Naxaş gəlib Yaveş-Gileada qarşı ordugah qurdu. Bütün Yaveş əhalisi Naxaşa dedi: «Bizimlə saziş bağla, biz də sənə qulluq edək». 009 1SA 011 002 Ammonlu Naxaş isə onlara dedi: «Bu şərtlə sizinlə razılığa gələrəm ki, hər birinizin sağ gözünü çıxarıb bütün İsraili rüsvay edim». 009 1SA 011 003 Yaveş ağsaqqalları ona dedilər: «Bizə yeddi gün möhlət ver ki, İsrailin bütün ərazisinə qasidlər göndərək və əgər bizi heç kim xilas edə bilməsə, sənə təslim olarıq». 009 1SA 011 004 Qasidlər Şaulun Givea şəhərinə gəldilər və xalq arasında bu sözləri car çəkdilər. Bütün xalq da şivən qoparıb ağladı. 009 1SA 011 005 Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar. 009 1SA 011 006 Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı. 009 1SA 011 007 O, bir cüt öküzünü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: «Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq». Xalqın arasına Rəbbin xofu düşdü və hamı bir nəfər kimi ayağa qalxdı. 009 1SA 011 008 Şaul onları Bezeqdə saydı: İsrail övladları üç yüz min və Yəhuda adamları isə otuz min nəfər oldu. 009 1SA 011 009 Gələn qasidlərə dedilər: «Yaveş-Gileadlılara belə deyərsiniz: “Sabah gün qızınca sizə qurtuluş olacaq”». Qasidlər gedib bunu Yaveşlilərə bildirdilər və onlar da sevindilər. 009 1SA 011 010 Yaveşlilər Ammonlulara dedilər: «Sabah təslim olacağıq və bizimlə gözünüzdə xoş görünən kimi rəftar edin». 009 1SA 011 011 Ertəsi gün Şaul xalqı üç bölməyə ayırdı və səhər qarovulunda düşmən ordugahının içinə girərək gün qızana qədər Ammonluları qırdı. Qalanlar isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadı. 009 1SA 011 012 Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək». 009 1SA 011 013 Şaul isə dedi: «Bu gün heç kəs öldürülməyəcək, çünki Rəbb bu gün İsrailə qurtuluş verdi». 009 1SA 011 014 Şamuel xalqa dedi: «Gəlin Qilqala gedək və orada padşahlığı yenidən təsdiq edək». 009 1SA 011 015 Bütün xalq Qilqala getdi. Orada – Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdilər və sonra Rəbbin önündə ünsiyyət qurbanları kəsdilər. Bütün İsraillilər Şaulla birgə böyük bayram etdilər. 009 1SA 012 001 Şamuel İsraillilərin hamısına dedi: «Baxın mən dediklərinizə axıradək qulaq asaraq üzərinizə bir padşah təyin etdim. 009 1SA 012 002 İndi qarşınızda padşah gedir, mən isə qocalmışam, saçlarım ağarıb. Budur, oğlanlarım da sizinlədir. Mən də gəncliyimdən bu günə qədər sizin qarşınızda getmişəm. 009 1SA 012 003 Budur, qarşınızdayam, hansınızın öküzünü almışam? Kimin eşşəyini almışam? Kimi aldatmışam, kimi incitmişəm və yaxud kimdən rüşvət alıb haqsız əməlinə göz yummuşam? Rəbbin və Onun məsh etdiyinin qarşısında mənə qarşı şəhadət edin ki, haqqınızı ödəyim». 009 1SA 012 004 Onlar belə cavab verdilər: «Sən bizi heç vaxt aldatmamısan, incitməmisən, heç kimin əlindən də heç nə almamısan». 009 1SA 012 005 Şamuel onlara dedi: «Sizə qarşı əlimdə bir şey tapmadığınıza bu gün Rəbb və Onun məsh olunmuş padşahı da şahiddir». Xalq dedi: «Bəli, şahiddir». 009 1SA 012 006 Şamuel xalqa dedi: «Musanı və Harunu təyin edən, atalarınızı Misir torpağından çıxaran Rəbdir. 009 1SA 012 007 İndi isə Rəbbin hüzurunda dayanın. Rəbbin sizə və atalarınıza etdiyi bütün haqq işlər barədə sübutlar göstərəcəyəm. 009 1SA 012 008 Yaqub Misirə gəldi. Sonra atalarınız Rəbbə fəryad etdilər. Rəbb Musa ilə Harunu göndərdi ki, atalarınızı Misirdən çıxardıb bu yerdə məskunlaşdırsın. 009 1SA 012 009 Lakin onlar özlərinin Allahı Rəbbi unutdular, Rəbb də onları Xasor ordusunun başçısı Sisraya, Filiştlilərə və Moav padşahına təslim etdi. Onlar atalarınıza qarşı vuruşdular». 009 1SA 012 010 Xalq Rəbbə fəryadla dedi: «Rəbbi atıb Baal və Aştoret bütlərinə qulluq etməklə günah etdik. Ya Rəbb, indi bizi düşmənlərimizin əlindən qurtar və biz Sənə qulluq edərik». 009 1SA 012 011 Rəbb də Yerub-Baalı, Bedanı, İftahı və Şamueli göndərdi. O sizi ətrafınızdakı düşmənlərin əlindən qurtardı və əmin-amanlıqda yaşadınız. 009 1SA 012 012 Amma siz Ammon padşahı Naxaşın sizə qarşı gəldiyini görəndə Rəbb Allahınız sizə padşah ikən mənə dediniz: «Xeyr, gərək bizə bir padşah hökmranlıq etsin». 009 1SA 012 013 İndi isə budur seçdiyiniz və istədiyiniz padşah! Baxın Rəbb üzərinizə bir padşah qoydu. 009 1SA 012 014 Əgər Rəbdən qorxub Ona qulluq edərək səsinə qulaq assanız, əmrinə qarşı çıxmasanız, həm sizə hökmranlıq edən padşahınız, həm də siz Allahınız Rəbbin ardınca gedəcəksiniz. 009 1SA 012 015 Yox, əgər Rəbbin səsinə qulaq asmasanız və Rəbbin əmrinə qarşı çıxsanız, o zaman Rəbbin əli atalarınıza qarşı olduğu kimi sizin də əleyhinizə olacaq. 009 1SA 012 016 İndi isə dayanın, Rəbbin gözünüz önündə edəcəyi bu böyük hadisəni görün. 009 1SA 012 017 Bu gün buğda biçimi deyilmi? Göy gurultusu və yağış göndərsin deyə Rəbbi çağıracağam, özünüz üçün padşah istəməklə etdiyiniz pisliyin Rəbbin gözündə nə qədər böyük olduğunu dərk edib görəcəksiniz. 009 1SA 012 018 Şamuel Rəbbi çağırdı və Rəbb o gün göy gurladıb yağış yağdırdı. Bütün xalq həmin gün Rəbdən və Şamueldən çox qorxdu. 009 1SA 012 019 Camaat Şamuelə belə dedi: «Qulların üçün Allahın Rəbbə yalvar ki, ölməyək, çünki bütün günahlarımızın üzərinə özümüzə padşah istəmək təqsirini də əlavə etdik». 009 1SA 012 020 Şamuel isə xalqa dedi: «Qorxmayın, bu pisliyi həqiqətən siz etmisiniz, lakin Rəbbin yolundan dönməyin, bütün qəlbinizlə yalnız Rəbbə qulluq edin. 009 1SA 012 021 Dönməyin, çünki o zaman boş bütlərin ardınca getmiş olacaqsınız, o bütlər ki fayda verməz və xilas etməzlər, çünki puçdurlar. 009 1SA 012 022 Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi. 009 1SA 012 023 Mənə gəlincə, sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun. Mən sizə xeyirli və düz yolu öyrədəcəyəm. 009 1SA 012 024 Ancaq Rəbdən qorxun, Ona sədaqətlə, bütün qəlbinizlə xidmət edin. Görün sizin üçün necə əzəmətli işlər görüb. 009 1SA 012 025 Əgər pislik etməkdə davam etsəniz, həm siz, həm də padşahınız məhv olacaq». 009 1SA 013 001 Şaul bir il padşah oldu və İsrailin üzərində daha iki il padşahlıq edəndən sonra 009 1SA 013 002 o özü üçün üç min nəfər İsrailli seçdi. Bunlardan iki min nəfəri Mikmasda və Bet-El təpələrində Şaulun yanında qaldı, min nəfəri isə Binyaminin Givea şəhərində Yonatanın yanında saxladı. Xalqın qalan hissəsini isə Şaul öz evlərinə göndərdi. 009 1SA 013 003 Yonatan Gevadakı Filiştlilərin keşik dəstəsinin əsgərlərini qırdı və bunu bütün Filiştlilər eşitdilər. Şaul isə İbranilər eşitsinlər deyə bütün ölkədə şeypur çaldırdı. 009 1SA 013 004 İsraillilərin hamısı Şaulun Filiştlilərin keşik dəstəsini qırdığını, Filiştlilərin İsrailə nifrət etdiyini eşitdi. Xalq Şaulun ətrafında yığılmaq üçün Qilqala çağırıldı. 009 1SA 013 005 Filiştlilər İsraillə vuruşmaq üçün yığıldılar. Otuz min döyüş arabası, altı min atlı və dənizdəki qum dənələrinin sayı qədər camaat çıxıb Bet-Avenin şərqində Mikmasda ordugah qurdu. 009 1SA 013 006 İsraillilər təhlükə qarşısında olduqlarını gördülər, çünki xalq sıxışdırıldı, xalq mağaralarda, kolluqlarda, qayalarda, məqbərələrdə və nohurlarda gizləndi. 009 1SA 013 007 İbranilərdən bəzisi İordan çayından Qad və Gilead torpağına keçmişdi, lakin Şaul isə hələ Qilqalda idi və bütün xalq qorxudan əsə-əsə onun ardınca gedirdi. 009 1SA 013 008 Şaul Şamuel təyin etdiyi vaxta qədər yeddi gün gözlədi, lakin Şamuel Qilqala gəlmədi, ona görə də xalq Şaulun yanından dağılmağa başladı. 009 1SA 013 009 Şaul dedi: «Yandırma qurbanını və ünsiyyət qurbanını yanıma gətirin». O, yandırma qurbanını təqdim etdi. 009 1SA 013 010 Yandırma qurbanının təqdimi qurtaranda Şamuel gəlib çıxdı və Şaul salamlaşmaq üçün onu qarşılamağa çıxdı. 009 1SA 013 011 Şamuel dedi: «Sən nə etmisən?» Şaul isə dedi: «Gördüm ki, ətrafımdakı xalq dağılır, sən isə təyin etdiyin gün gəlmədin və Filiştlilər Mikmasda toplanıb. 009 1SA 013 012 Dedim ki, indi Filiştlilər Qilqala, üstümə gələcəklər, mən isə hələ Rəbbin razılığını almamışam. Ona görə də özümü məcbur edib yandırma qurbanını təqdim etdim». 009 1SA 013 013 Şamuel Şaula dedi: «Ağılsızlıq etdin, Allahın Rəbbin sənə verdiyi əmrə əməl etmədin. Belə olmasaydı, Rəbb İsrail üzərində sənin padşahlığını əbədi saxlayacaqdı. 009 1SA 013 014 Lakin indi padşahlığın davam etməyəcək. Rəbb Özü üçün Öz ürəyinə yatan bir adam tapıb. Həmin adamı Rəbb xalqına başçı təyin etdi. Çünki sən Rəbbin verdiyi əmrlərə əməl etmədin». 009 1SA 013 015 Bundan sonra Şamuel Qilqalı tərk edib Binyaminlilərin Givea şəhərinə çıxdı. Şaul yanında olan xalqı saydı: altı yüz nəfərə qədər idi. 009 1SA 013 016 Şaul, oğlu Yonatan və yanında olan xalq Binyaminlilərin Geva şəhərində qalmaqda idi. Filiştlilər isə Mikmasda ordugah qurmuşdular. 009 1SA 013 017 Filişt ordugahından qarətçi hücumçular üç dəstəyə bölünüb çıxdılar. Bir dəstə Ofra yoluna – Şual torpağına yönəldi. 009 1SA 013 018 Digər dəstə isə Bet-Xoron yoluna, o biri dəstə isə çölə – Sevoim vadisinə baxan sərhəd yoluna yönəldi. 009 1SA 013 019 Bütün İsrail ölkəsində bir nəfər də olsun dəmirçi yox idi. Filiştlilər demişdilər ki, qoy İbranilər qılınc, nizə düzəltməsinlər. 009 1SA 013 020 Bütün İsraillilər kotanlarını, kərkilərini, baltalarını və oraqlarını itiləmək üçün Filiştlilərin yanına gəlirdi. 009 1SA 013 021 Kotanın, kərkinin itiləmə qiyməti bir pim idi. Bellər, baltalar, bizlər üçün isə şekelin üçdə biri qədər gümüş pul alardılar. 009 1SA 013 022 Ona görə də müharibə zamanı Şaulla Yonatanın yanında olan xalqın əlində qılınc və nizə yox idi, bu silahlar ancaq Şaulun və oğlu Yonatanın əlində olardı. 009 1SA 013 023 Filiştlilərin keşik dəstəsi Mikmas keçidinə çıxdı. 009 1SA 014 001 Bir gün Şaulun oğlu Yonatan silahdarı olan nökərə dedi: «Gəl qarşı tərəfdə olan Filiştlilərin keşik dəstəsinə keçək». Lakin bunu atasına bildirmədi. 009 1SA 014 002 Şaul isə Givea kənarında Miqrondakı nar ağacı altında oturmuşdu, yanındakı xalq altı yüz nəfərə qədər idi. 009 1SA 014 003 Şiloda Rəbbin kahini, Eli oğlu Pinxas oğlu İkavodun qardaşı Axituvun oğlu Axiya efod geyinmişdi. Yonatanın getdiyindən xalqın xəbəri yox idi. 009 1SA 014 004 Filiştlilərin keşik dəstəsinə getmək üçün Yonatanın keçmək istədiyi keçidlər iki şişuclu qayalığın arasında idi. Qayalıqlardan birinin adı Boses, o birinin adı isə Sene idi. 009 1SA 014 005 Qayalıqlardan biri şimal tərəfdən Mikmasa, o biri qayalıq isə cənub tərəfdən Gevaya baxırdı. 009 1SA 014 006 Yonatan silahdarı olan nökərə dedi: «Gəl bu sünnətsizlərin keşik dəstəsinə keçək, bəlkə Rəbb bizim üçün bir iş gördü. Çünki həm çox, həm də az adamların üzərində qələbə çalmaq üçün Rəbbə mane olan yoxdur». 009 1SA 014 007 Silahdarı ona dedi: «Ürəyin necə istəyirsə, elə də et. Get bax, mən səninləyəm, çünki ürəyimizin istəyi birdir». 009 1SA 014 008 Yonatan dedi: «Gəl bu adamlara tərəf gedib özümüzü onlara göstərək. 009 1SA 014 009 Əgər bizə “sizin yanınıza biz gələnə qədər dayanın” desələr, o zaman yerimizdə durub onların yanına çıxmarıq. 009 1SA 014 010 Lakin “yanımıza çıxın”, desələr, o zaman yerimizdən durub onların yanına qalxarıq, çünki Rəbb onları bizə təslim etmişdir və bu bizim üçün əlamət olacaq». 009 1SA 014 011 İkisi də özünü Filiştlilərin keşik dəstəsinə göstərdi. Filiştlilər isə dedilər: «Bax İbranilər gizləndikləri deşiklərdən çıxırlar». 009 1SA 014 012 Əsgərlər Yonatana və onun silahdarına dedilər: «Yanımıza çıxın, sizin dərsinizi verək». Yonatan silahdarına dedi: «Ardımca gəl, çünki Rəbb onları İsrailə təslim etdi». 009 1SA 014 013 Yonatan, onun ardınca silahdarı əl və ayaqları ilə yuxarı dırmaşdılar, Yonatan Filiştliləri vurub yıxır, arxadan silahdarı onları öldürürdü. 009 1SA 014 014 Bu ilk döyüşdə yarım sahə torpaqda Yonatanla silahdarı iyirmi nəfərə qədər adamı qırdı. 009 1SA 014 015 Ordugaha, çölə, bütün xalq arasına vəlvələ düşdü. Keşikçi əsgərlər və qarət hücumçuları arasına elə bir çaxnaşma düşdü ki, yer sarsıldı. Bu, Allah xofu idi. 009 1SA 014 016 Şaulun Binyamində olan Givea şəhərindəki gözətçiləri baxanda gördülər ki, Filişt qoşunu dağılıb ora-bura qaçır. 009 1SA 014 017 Şaul yanında olan xalqa dedi: «İndi sayın, görün bizdən kim yoxdur». Saydıqları zaman Yonatanla silahdarı olmadı. 009 1SA 014 018 Şaul Axiyaya dedi: «Allahın sandığını buraya gətirin». Çünki o vaxtlar Allahın sandığı İsraillilərin yanında idi. 009 1SA 014 019 Şaul kahinə bunu deyərkən Filiştlilərin ordugahından gurultu getdikcə çoxalırdı və Şaul kahinə «Əl saxla!» dedi. 009 1SA 014 020 Şaul və yanında olan bütün xalq yığılıb döyüş meydanına getdilər. Budur, Filiştlilərdən hər bir kəs qılıncını öz ətrafındakı qonşusuna qarşı çıxartdı və çox böyük çaşqınlıq yarandı. 009 1SA 014 021 Əvvəlcədən Filiştlilər tərəfinə keçən İbranilər Filiştlilərlə bərabər ordugaha gəlmişdilər. Onlar da Şaulun və Yonatanın yanında olan İsraillilərlə birləşdilər. 009 1SA 014 022 Efrayim dağlıq bölgəsində gizlənən bütün İsraillilər də Filiştlilərin qaçdığını eşitdikdə öz döyüş meydanından Filiştliləri qovmağa başladılar. 009 1SA 014 023 Beləcə o gün Rəbb İsrailə qələbə qazandırdı və döyüş Bet-Avendən o tərəfə keçdi. 009 1SA 014 024 İsraillilər o gün çox yorulmuşdu. Çünki Şaul «Axşama qədər, Şaul düşmənlərindən qisas alana qədər kim çörək yesə, lənətə gəlsin!» deyərək onlara and içdirmişdi. Xalqdan heç kim dilinə heç nə vurmadı. 009 1SA 014 025 Bütün xalq meşəyə getdi və torpaq üzərində olan bal şanısına rast gəldi. 009 1SA 014 026 Xalq meşədə bal şanısına rast gələndə şanıdan bal süzülürdü, lakin heç kəs əlini ağzına aparmırdı, çünki xalq anddan qorxurdu. 009 1SA 014 027 Lakin Yonatan atasının xalqa and içdirdiyini eşitməmişdi. O, əlindəki dəyənəyi uzadıb ucunu şanı balına batıraraq əlini ağzına apardı və gözlərinə işıq gəldi. 009 1SA 014 028 Camaat arasından bir nəfər dedi: «“Bu gün kim çörək yesə, lənətə gəlsin!” deyə atan xalqa möhkəm and içdirmiş, buna görə də xalq taqətdən düşmüşdü». 009 1SA 014 029 Yonatan dedi: «Atam ölkəyə əzab verir. Rica edirəm, baxın bu baldan bir az daddım, gör necə gözlərim işıqlandı! 009 1SA 014 030 Əgər bu gün düşmənlərdən ələ keçirilən yeməkləri xalq doyunca yemiş olsaydı, gör nələr olardı? O zaman Filiştlilər arasında daha böyük qırğın olmazdımı?» 009 1SA 014 031 Həmin gün İsraillilər Mikmasdan Ayyalona qədər Filiştliləri məğlub etdilər. Xalq çox yorğun idi. 009 1SA 014 032 Ona görə də düşmən malının üstünə düşüb qoyunları, öküzləri, buğaları yerindəcə kəsdilər və onları qanlı-qanlı yedilər. 009 1SA 014 033 Bunu Şaula xəbər verdilər: «Bax xalq əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah edir». Şaul dedi: «Xəyanət etmisiniz, indi isə yanıma böyük bir daş yuvarlayın». 009 1SA 014 034 Şaul sözünə davam etdi: «Xalqın arasına gedib onlara deyin: “Hər kəs öküzünü, qoyununu yanıma gətirsin və burada kəsib yesin. Əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah etməyin”». Bütün xalq o gecə öküzünü öz əli ilə oraya gətirib kəsdi. 009 1SA 014 035 Şaul Rəbbə bir qurbangah düzəltdi. Bu onun Rəbb üçün qurduğu ilk qurbangah idi. 009 1SA 014 036 Şaul dedi: «Filiştlilərin ardınca gecə ikən düşək ki, dan yeri sökülənə qədər onları talan edək və onlardan heç kimi sağ buraxmayaq». Ona dedilər: «Gözündə nə xoşdursa, onu da et». Kahin isə dedi: «Gəlin buraya – Allahın hüzuruna yaxınlaşaq». 009 1SA 014 037 Şaul Allahdan soruşdu: «Mən Filiştlilərin ardınca düşümmü? Sən onları İsraillilərə təslim edəcəksənmi?» Lakin həmin gün Allah ona cavab vermədi. 009 1SA 014 038 Şaul dedi: «Ey bütün xalq başçıları, buraya yaxınlaşın, bu gün hansı günah etdiyinizi öyrənin və görün. 009 1SA 014 039 Çünki İsraili qurtaran, var olan Rəbbə and olsun, bu işdə oğlum Yonatan təqsirkar olsa belə, mütləq ölməlidir». Lakin xalq arasından ona cavab verən olmadı. 009 1SA 014 040 Şaul bütün İsraillilərə dedi: «Siz bir tərəfdə, mən də oğlumla başqa bir tərəfdə duraq». Xalq Şaula dedi: «Gözündə nə xoşdursa, onu da et». 009 1SA 014 041 Şaul İsrailin Allahı Rəbbə dedi: «Həqiqəti üzə çıxart!» Püşk Şaulla Yonatana düşdü. Xalq təmizə çıxdı. 009 1SA 014 042 Şaul dedi: «Mənimlə oğlum Yonatan arasında da püşk atın». Püşk Yonatana düşdü. 009 1SA 014 043 Şaul Yonatana dedi: «Nə etmisən, mənə bildir!» Yonatan ona dedi: «Ancaq əlimdə olan dəyənəyin ucu ilə bir az bal dadmışam, buna görə ölməliyəmmi?» 009 1SA 014 044 Şaul dedi: «Yonatan, əgər mən səni öldürməsəm, Allah mənə beləsini və bundan betərini etsin! Sən mütləq ölməlisən». 009 1SA 014 045 Xalq Şaula belə dedi: «İsraildə belə böyük qurtuluş zəfəri çalan Yonatanmı öləcək? Əsla! Var olan Rəbbə and olsun, onun başından bir tük belə, yerə düşməyəcək. Çünki bu gün o, Allahın köməyi ilə iş gördü». Beləliklə, xalq Yonatanı qurtardı və o ölmədi. 009 1SA 014 046 Şaul daha Filiştliləri təqib etməyib geri qayıtdı və Filiştlilər öz yerlərinə qayıtdılar. 009 1SA 014 047 Beləliklə, Şaul İsrail üzərində padşah olandan sonra ətrafdakı bütün düşmənlərinə – Moavlılara, Ammonlulara, Edomlulara, Sova padşahlarına və Filiştlilərə qarşı döyüşdü. Hansı tərəfə gedərdisə, onların başına bəla gətirirdi. 009 1SA 014 048 O şücaət göstərərək Amaleqliləri məğlub etdi və İsraili talan edənlərin əlindən qurtardı. 009 1SA 014 049 Şaulun oğulları Yonatan, İşvi və Malki-Şua idi. İki qızından böyüyünün adı Merav, kiçiyinin adı isə Mikal idi. 009 1SA 014 050 Şaulun arvadının adı Aximaas qızı Axinoam idi. Ordu başçısı Şaulun əmisi Nerin oğlu Avner idi. 009 1SA 014 051 Şaulun atası Qişlə Avnerin atası Ner Avielin oğulları idi. 009 1SA 014 052 Şaul ömrü boyu Filiştlilərə qarşı şiddətli döyüşlərdə oldu və o, güclü yaxud da cəsur bir adam görən zaman öz yanına götürürdü. 009 1SA 015 001 Şamuel Şaula dedi: «Rəbb məni göndərdi ki, Öz xalqı İsrail üzərində padşah olaraq səni məsh edim. İndi isə Rəbbin sözünü dinlə, 009 1SA 015 002 Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam. 009 1SA 015 003 İndi get, Amaleqliləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadınadək, yeniyetmədən südəmər körpəyədək, öküzdən qoyunadək, dəvədən eşşəyədək hamısını qır”». 009 1SA 015 004 Şaul xalqı çağırdı və onları Telaimdə saydı: iki yüz min piyada əsgərlə bərabər Yəhudadan on min nəfər var idi. 009 1SA 015 005 Şaul Amaleqlilərin şəhərinə gəlib vadidə pusqu qurdu. 009 1SA 015 006 O, Qenlilərə dedi: «Gedib Amaleqlilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz». Qenlilər Amaleqlilərdən ayrıldılar. 009 1SA 015 007 Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı. 009 1SA 015 008 Amaleq padşahı Aqaqı sağ tutdu, bütün xalqı isə tamamilə qılıncdan keçirdi. 009 1SA 015 009 Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi. 009 1SA 015 010 Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu: 009 1SA 015 011 «Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi. 009 1SA 015 012 O, Şaulla səhər görüşmək üçün erkən durdu, amma ona belə xəbər verdilər: «Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Qilqala endi». 009 1SA 015 013 Şamuel Qilqala, Şaulun yanına gəldi. Şaul ona dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim». 009 1SA 015 014 Şamuel isə dedi: «Elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böyürtüsü nədir?» 009 1SA 015 015 Şaul dedi: «Onları Amaleqlilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi». 009 1SA 015 016 Şamuel Şaula dedi: «Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm». Şaul dedi: «Danış». 009 1SA 015 017 Şamuel dedi: «Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi? 009 1SA 015 018 Rəbb səni yürüşə göndərib dedi: “Günahkarları – Amaleqliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş”. 009 1SA 015 019 Bəs nə üçün Rəbbin sözünə itaət etmədin, qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün?» 009 1SA 015 020 Şaul Şamuelə dedi: «Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amaleq padşahı Aqaqı bura gətirdim, Amaleqliləri isə tamamilə məhv etdim. 009 1SA 015 021 Lakin xalq talan malından qoyunları və öküzləri, məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Qilqalda Allahın Rəbbə qurban versin». 009 1SA 015 022 Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır. 009 1SA 015 023 Çünki üsyankarlıq falçılığa bərabər günahdır, İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi». 009 1SA 015 024 Şaul Şamuelə dedi: «Günah etdim, çünki Rəbbin əmrini və sənin sözlərini pozdum və xalqdan qorxub onların sözünə qulaq asdım. 009 1SA 015 025 Rica edirəm, günahımı bağışla və indi mənimlə bərabər geri qayıt ki, Rəbbə səcdə qılım». 009 1SA 015 026 Şamuel Şaula dedi: «Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi». 009 1SA 015 027 Şamuel geri qayıtmaq üçün dönən zaman Şaul onun cübbəsinin ətəyindən yapışanda ətək qopdu. 009 1SA 015 028 Şamuel ona dedi: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi. 009 1SA 015 029 İsrailin İzzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin». 009 1SA 015 030 Şaul dedi: «Günaha batdım. Rica edirəm, indi xalqımın ağsaqqalları və İsrail qarşısında mənə hörmət et və mənimlə birlikdə geri qayıt ki, Allahın Rəbbə səcdə qılım». 009 1SA 015 031 Şamuel Şaulun arxasınca geri qayıtdı və Şaul Rəbbə səcdə qıldı. 009 1SA 015 032 Şamuel dedi: «Amaleq padşahı Aqaqı buraya – mənim yanıma gətirin». Aqaq isə onun yanına tərəddüd içində gəldi. Aqaq öz-özünə deyirdi: «Görəsən acı ölüm məni mütləq haqlayıbmı?» 009 1SA 015 033 Şamuel dedi: «Sənin qılıncın qadınları necə övladsız qoyurdusa, sənin anan da qadınlar arasında beləcə övladsız qalacaq». Şamuel Qilqalda – Rəbbin önündə Aqaqı doğradı. 009 1SA 015 034 Sonra Şamuel Ramaya getdi, Şaul isə Giveadakı evinə qalxdı. 009 1SA 015 035 Şamuel ölənə qədər daha Şaulu görmədi, çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padşahı etdiyinə peşman olmuşdu. 009 1SA 016 001 Rəbb Şamuelə dedi: «İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında Özüm üçün padşah təyin etmişəm». 009 1SA 016 002 Şamuel dedi: «Necə gedim? Axı Şaul eşitsə, məni öldürər». Rəbb dedi: «Özünlə bir düyə götürüb “Rəbbə qurban kəsmək üçün gəlmişəm” de. 009 1SA 016 003 Yesseyi də qurban mərasiminə dəvət et və sonra nə edəcəyini sənə bildirəcəyəm. Sənə deyəcəyim adamı Mənim üçün məsh edəcəksən». 009 1SA 016 004 Şamuel Rəbbin söylədiyi kimi Bet-Lexemə getdi. Şəhərin ağsaqqalları onu həyəcanla qarşıladılar və dedilər: «Bu gəlişin xeyirdirmi?» 009 1SA 016 005 O dedi: «Bəli, xeyirdir. Rəbbə qurban kəsmək üçün gəlmişəm. Özünüzü təqdis edin və mənimlə bərabər qurban mərasiminə gəlin». Şamuel Yesseylə oğullarını da təqdis edərək onları da qurban mərasiminə dəvət etdi. 009 1SA 016 006 Onlar gələrkən Şamuel Eliava baxıb dedi: «Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!» 009 1SA 016 007 Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar». 009 1SA 016 008 O zaman Yessey Avinadavı çağırdı və onu Şamuelin qarşısından keçirdi. Şamuel dedi: «Rəbb bunu da seçmədi». 009 1SA 016 009 Yessey Şammanı gətirdi və Şamuel dedi: «Rəbb bunu da seçmədi». 009 1SA 016 010 Yessey isə oğlanlarının yeddisini Şamuelin qarşısından keçirdi. Şamuel Yesseyə dedi: «Rəbb bunları seçmədi». 009 1SA 016 011 Sonra Yesseydən soruşdu: «Oğlanlarının hamısı budur?» Yessey cavab verdi: «Lap kiçiyi də var, odur, qoyun otarır». Şamuel Yesseyə dedi: «Bir nəfər göndər, qoy o da buraya gəlsin. Çünki o buraya gəlməsə, biz süfrəyə oturmayacağıq». 009 1SA 016 012 Yessey adam göndərib onu içəri gətirtdi. Oğlan alyanaq, gözləri gözəl, üzü göyçək idi. Rəbb Şamuelə dedi: «Dur, onu məsh et, çünki seçilmiş budur». 009 1SA 016 013 Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi. Sonra Şamuel qalxıb Ramaya getdi. 009 1SA 016 014 Rəbbin Ruhu Şauldan ayrılandan sonra Rəbbin izni ilə şər bir ruh ona əzab verirdi. 009 1SA 016 015 Şaulun əyanları ona belə dedilər: «Budur, indi Allahın izni ilə şər bir ruh sənə əziyyət verir. 009 1SA 016 016 Ey ağamız, qarşında olan qullarına əmr et ki, yaxşı çəng çalan bir adam axtarsınlar. Allahın izni ilə şər ruh sənin üstünə gələn zaman o, lira çalar, sən də ruhlanarsan». 009 1SA 016 017 Şaul əyanlarına dedi: «Elə isə mənim üçün yaxşı çəng çalan bir adam tapıb yanıma gətirin». 009 1SA 016 018 Gənc əyanlardan biri cavab verdi: «Mən görmüşəm ki, Bet-Lexemli Yesseyin oğlu yaxşı çəng çalır. O, igid, cəsur döyüşçü, müdrikliklə danışan, yaraşıqlı bir oğlandır və Rəbb onunladır». 009 1SA 016 019 Şaul Yesseyin yanına qasidlər göndərib dedi: «Qoyunotaran oğlun Davudu mənim yanıma göndər». 009 1SA 016 020 Yessey bir eşşəyə çörək, bir tuluq şərab, bir oğlaq yüklədi və oğlu Davudun əli ilə Şaula göndərdi. 009 1SA 016 021 Davud Şaulun yanına gəldi və onun qulluğunda durdu. Davud Şaulun çox xoşuna gəldi və onu öz silahdarı etdi. 009 1SA 016 022 Sonra Şaul Yesseyin yanına adam göndərib dedi: «Rica edirəm, qoy Davud yanımda qalsın, çünki o, gözümdə lütf tapıb». 009 1SA 016 023 Hər dəfə Allahın izni ilə Şaula şər ruh gələn zaman Davud lirasını götürüb çalar, Şaul sakitləşər, yaxşı olar və şər ruh ondan ayrılardı. 009 1SA 017 001 Filiştlilər müharibə üçün ordularını toplayıb Yəhudaya mənsub Soko şəhərində cəmləşdilər. Soko ilə Azeqa şəhəri arasında olan Efes-Dammimdə ordugah qurdular. 009 1SA 017 002 Şaulla İsraillilər toplaşıb Ela vadisində ordugah qurdular və Filiştlilərə qarşı döyüş üçün düzüldülər. 009 1SA 017 003 Filiştlilər bir təpənin üstündə, İsraillilər isə o biri təpədə dayanmışdılar, aralarında vadi var idi. 009 1SA 017 004 Qat şəhərindən olan Qolyat adlı bir cəngavər Filiştlilərin ordugahından irəli çıxdı. Onun boyu altı qulac bir qarış idi. 009 1SA 017 005 Başında tunc dəbilqəsi vardı, əyninə beş min şekel ağırlığında tuncdan pullu zireh geymişdi. 009 1SA 017 006 Baldırlarına tunc zireh taxmışdı, kürəyində isə tunc mizraq vardı. 009 1SA 017 007 Nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda olub dəmir ucu altı yüz şekel ağırlığında idi. Qalxan daşıyan silahdarı isə onun qabağında gedirdi. 009 1SA 017 008 Qolyat İsrail alaylarının qarşısında dayanaraq qışqıra-qışqıra dedi: «Niyə döyüşə çıxıb düzülmüsünüz? Mən Filiştli, siz də Şaulun qulları deyilsinizmi? Aranızdan bir kişi tapın, qoy yanıma gəlsin. 009 1SA 017 009 Əgər mənimlə vuruşanda o məni öldürərsə, onda biz sizə qul olarıq, yox əgər mən onu vurub öldürsəm, onda siz bizə qul olub qulluq edəcəksiniz». 009 1SA 017 010 Sonra Filiştli sözünü belə davam etdirdi: «Bu gün mən İsrail alaylarına meydan oxuyuram. Mənim qarşıma təkbətək vuruşmaq üçün bir kişi çıxarın!» 009 1SA 017 011 Filiştlinin bu sözlərini eşidən Şaul və bütün İsraillilər vahiməyə düşüb çox qorxdu. 009 1SA 017 012 Davud Yəhudanın Bet-Lexem şəhərindən olan Yessey adlı bir Efratlının oğlu idi. Yesseyin səkkiz oğlu var idi. Şaulun dövründə Yessey qocalıb yaşa dolmuşdu. 009 1SA 017 013 Onun üç böyük oğlu Şaulun ardınca döyüşə getmişdi. Döyüşə gedən üç oğlunun adı belə idi: birincisi Eliav, ikincisi Avinadav və üçüncüsü Şamma. 009 1SA 017 014 Davud Yesseyin ən kiçik oğlu idi. Üç böyük oğlu isə Şaulun ardınca gedirdi. 009 1SA 017 015 Davud da atasının sürüsünü otarmaq üçün Şaulun yanından Bet-Lexemə gedər və geri qayıdardı. 009 1SA 017 016 Filiştli Qolyat qırx gün səhər-axşam İsraillilərə meydan oxudu. 009 1SA 017 017 Bir gün Yessey oğlu Davuda dedi: «İndi qardaşların üçün bu bir efa qovurğa və on kömbə çörəyi götür, ordugaha – qardaşlarının yanına tələs. 009 1SA 017 018 Bu on parça pendiri də minbaşı üçün götür, ondan qardaşlarının hal-əhvalını soruş və mənə onlardan bir xəbər gətir». 009 1SA 017 019 Davudun qardaşları Şaul və bütün İsraillilərlə birgə Ela vadisində Filiştlilərlə döyüşdə idi. 009 1SA 017 020 Davud səhər tezdən durub qoyunlarını çobana tapşıraraq Yesseyin buyurduğu kimi ərzaqları götürüb getdi. O, ordugaha gələn zaman ordu döyüş meydanına çıxır və nərə çəkərək döyüşə düzülürdü. 009 1SA 017 021 İsraillilərlə Filiştlilər döyüşmək üçün üz-üzə dayandılar. 009 1SA 017 022 Davud gətirdiyi şeyləri tədarük keşikçisinə verdi, özü isə cəbhəyə qaçdı və qardaşlarının yanına gəlib onları salamladı. 009 1SA 017 023 Davud onlarla söhbət edərkən Filiştlilərin Qat şəhərindən olan Qolyat adlı cəngavər öz alaylarının arasından irəli çıxıb yenə əvvəlki kimi sözlər söylədi. Davud bunu eşitdi. 009 1SA 017 024 Bütün İsraillilər bu adamı görəndə bərk qorxdular və onun qarşısından qaçdılar. 009 1SA 017 025 İsraillilər dedilər: «Qabağa çıxan bu adamı görürsünüzmü? Doğrudan da, o, İsrailə meydan oxumağa çıxıb. Kim onu öldürsə, padşah onu var-dövlətə çatdıracaq, qızını ona verəcək və atasının ailəsini İsraildəki vergidən azad edəcək». 009 1SA 017 026 Davud yanındakı adamlara dedi: «Bu Filiştlini öldürüb İsraili bu xəcalətdən qurtaran adama nə ediləcək? Axı bu sünnətsiz Filiştli kimdir ki var olan Allahın alaylarına meydan oxuyur?» 009 1SA 017 027 Xalq onu öldürən adama nə ediləcəyini deyərək eyni sözü təkrar etdi. 009 1SA 017 028 Davud adamlarla danışarkən böyük qardaşı Eliav onun səsini eşitdi və qəzəbdən alovlanaraq dedi: «Sən niyə aşağı enmisən? Çöldəki bir neçə qoyunumuzu kimə tapşırmısan? Bilirəm, sən lovğalığından və ürəyinin pis niyyətindən ötrü buraya döyüşə tamaşa etmək üçün gəlmisən». 009 1SA 017 029 Davud dedi: «Axı indi mən nə etmişəm? Yəni danışa da bilmərəm?» 009 1SA 017 030 Davud oradan qayıdıb başqasından soruşdu və xalq ona yenə də əvvəlki kimi cavab verib eyni sözləri dedi. 009 1SA 017 031 Davudun bu sözlərini eşidənlər bunu Şaula çatdırdılar. Şaul onu yanına çağırtdırdı. 009 1SA 017 032 Davud Şaula dedi: «Bu adamdan ötrü heç kim ürəyini üzməsin. Sənin qulun gedib o Filiştli ilə vuruşacaq». 009 1SA 017 033 Şaul Davuda dedi: «Bu Filiştli ilə vuruşmağa hünərin çatmaz, çünki sən hələ uşaqsan, o isə cavanlığından döyüşçüdür». 009 1SA 017 034 Davud Şaula dedi: «Sənin qulun atasının qoyunlarını otaranda aslan yaxud da ayı gəlib sürüdən bir quzu götürəndə 009 1SA 017 035 mən arxadan çıxıb onu vurardım və ağzından quzunu qurtarardım. Əgər üstümə atılardısa, mən boğazının tüklərindən tutaraq çırpıb öldürərdim. 009 1SA 017 036 Bu qulun həm aslan, həm də ayı öldürüb, bu sünnətsiz Filiştli də onlardan biri kimi olacaq, çünki o, var olan Allahın alaylarına meydan oxumuşdur». 009 1SA 017 037 Davud sözünə davam etdi: «Məni aslan pəncəsindən, ayı pəncəsindən qurtaran Rəbb bu Filiştlinin də əlindən qurtaracaq». Şaul Davuda dedi: «Get, Rəbb sənə yar olsun!» 009 1SA 017 038 Şaul öz silahlarını Davuda bağladı və başına tunc dəbilqə qoyub əyninə zireh geyindirdi. 009 1SA 017 039 Davud bu zirehin üstündən qılınc taxıb gəzməyə çalışdı, çünki ona alışmamışdı. Sonra Davud Şaula dedi: «Bunlara alışmadığım üçün gəzə bilmirəm». Davud onları əynindən çıxartdı. 009 1SA 017 040 Sonra əlinə dəyənəyini götürüb çaydan özünə beş hamar daş seçdi və onları üstündəki çoban torbasına – dağarcığına qoyub əlində sapand Filiştliyə yaxınlaşdı. 009 1SA 017 041 Filiştli irəliləyərək Davuda yaxınlaşırdı. Qalxan daşıyan nökəri isə onun qabağında idi. 009 1SA 017 042 O nəzər salıb Davudu görəndə ona kinayə ilə baxdı. Çünki Davud gənc, alyanaq, üzügöyçək idi. 009 1SA 017 043 Filiştli Davuda dedi: «Məgər mən itəm ki, üstümə dəyənəklərlə gəlirsən». Filiştli öz allahları ilə Davudu lənətlədi və dedi: 009 1SA 017 044 «Yanıma gəl, sənin ətini göydəki quşlara və çöldəki heyvanlara verim». 009 1SA 017 045 Davud isə Filiştliyə dedi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm. 009 1SA 017 046 Bu gün Rəbb səni mənə təslim edəcək və mən səni öldürəcəyəm. Başını bədənindən ayıracağam. Bu gün Filişt ordusunun leşlərini göydəki quşlara və yerdəki heyvanlara verəcəyəm. Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var. 009 1SA 017 047 Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək». 009 1SA 017 048 Davudun qabağına çıxmaq üçün Filiştli durub yaxınlaşanda Davud cəld onu qabaqlayıb Filişt alaylarına tərəf qaçdı. 009 1SA 017 049 Davud əl atıb dağarcığından bir daş götürdü, sapandla fırladaraq Filiştlinin alnından vurdu. Daş onun alnına batdı və o, üzüstə yerə yıxıldı. 009 1SA 017 050 Davud Filiştlini sapandla, daşla məğlub etdi və vurub yerə sərdi. Davudun əlində qılınc yox idi. 009 1SA 017 051 O qaçıb bu Filiştlinin üstünə çıxdı. Filiştlinin qılıncını götürdü, qınından çəkib onu öldürdü və sonra başını kəsdi. Filiştlilər öz cəngavərinin öldürüldüyünü görəndə qaçdılar. 009 1SA 017 052 İsraillilərlə Yəhudalılar isə qalxıb nərə çəkdilər və Filiştliləri Qatın girişinə və Eqronun darvazalarına çatana qədər qovdular. Filiştlilərdən ölənlər Şaarayim yolu boyu Qata və Eqrona qədər yerə sərilmişdilər. 009 1SA 017 053 İsrail övladları Filiştliləri arxadan qovandan sonra qayıdıb onların ordugahını talan etdilər. 009 1SA 017 054 Davud Qolyatın başını götürüb Yerusəlimə gətirdi, lakin silahını öz çadırına qoydu. 009 1SA 017 055 Şaul Davudun Filiştliyə qarşı çıxdığını görən zaman ordu başçısı Avnerə «Avner, bu gənc kimin oğludur?» deyə soruşdu. Avner isə dedi: «Padşah sağ olsun, bilmirəm». 009 1SA 017 056 Padşah dedi: «Öyrən gör, bu cavan kimin oğludur». 009 1SA 017 057 Davud Qolyatı öldürüb qayıdandan sonra Avner onu götürüb Şaulun qarşısına gətirdi. Filiştlinin başı onun əlində idi. 009 1SA 017 058 Şaul ona dedi: «Ey cavan, kimin oğlusan?» Davud cavab verdi: «Qulun Bet-Lexemli Yesseyin oğluyam». 009 1SA 018 001 Davud Şaulla danışığını qurtaran kimi Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi. 009 1SA 018 002 Şaul o gündən sonra Davudu öz yanında saxlayıb bir daha atasının evinə qayıtmağa qoymadı. 009 1SA 018 003 Yonatan isə Davudla əhd bağladı, çünki onu öz canı kimi sevirdi. 009 1SA 018 004 Yonatan cübbəsini əynindən çıxarıb qılınc, ox-kaman və kəməri ilə birlikdə zirehini Davuda verdi. 009 1SA 018 005 Şaul Davudu hansı işə göndərirdisə, o uğur qazanırdı. Ona görə də Şaul Davudu döyüşçülərinin başçısı etdi və bu da həm xalqın, həm də Şaulun əyanlarının gözünə xoş göründü. 009 1SA 018 006 Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar. 009 1SA 018 007 Qadınlar rəqs edə-edə belə mahnı oxuyurdular: «Şaul qırdı minləri, Davudsa on minləri». 009 1SA 018 008 Şaul bundan çox qəzəbləndi, çünki bu söz onun gözündə pis göründü və dedi: «Davud üçün on minləri, mənim üçünsə ancaq minləri deyirlər. Təkcə padşahlıq qaldı, bundan başqa nə var ki, ona verilsin?» 009 1SA 018 009 O gündən sonra Şaul Davuda çəp-çəp baxmağa başladı. 009 1SA 018 010 Ertəsi gün Allahın izni ilə şər ruh Şaulun üstünə qüvvə ilə gəldi və o, evinin ortasında sayıqlamağa başladı. Davud isə hər gün etdiyi kimi yenə də əlində lira çalırdı. Şaulun nizəsi əlində olardı. 009 1SA 018 011 Şaul «qoy Davudu bu nizə ilə divara yapışdırım» deyərək nizəni atdı. Lakin Davud onun qabağından iki dəfə kənara çəkildi. 009 1SA 018 012 Şaul Davuddan qorxdu, çünki Rəbb Davudla idi və Şauldan ayrılmışdı. 009 1SA 018 013 Ona görə də Şaul onu öz yanından uzaqlaşdırıb minbaşı etdi və Davud xalqı döyüşə aparıb-gətirməyə başladı. 009 1SA 018 014 Davud bütün yürüşlərində uğur qazanırdı, çünki Rəbb onunla idi. 009 1SA 018 015 Şaul Davudun böyük uğurlar qazandığını görüb çox qorxdu. 009 1SA 018 016 Bütün İsrail və Yəhuda xalqı isə Davudu çox sevirdi, çünki onları döyüşlərə aparıb-gətirirdi. 009 1SA 018 017 Şaul Davuda dedi: «Bax, budur böyük qızım Merav, onu sənə ərə verəcəyəm. Ancaq sən uğrumda cəsur ol və Rəbbin döyüşlərini apar». Çünki Şaul «qoy o mənim yox, Filiştlilərin əlində ölsün» deyə fikirləşdi. 009 1SA 018 018 Davud Şaula dedi: «Axı mən kiməm ki? Ailəm kimdir, İsraildə atamın nəsli kimdir ki, padşaha kürəkən olum?» 009 1SA 018 019 Şaulun qızı Merav isə Davuda veriləcəyi vaxt Mexolalı Adrielə ərə verildi. 009 1SA 018 020 Şaulun o biri qızı Mikal Davuda vurulmuşdu. Bu xəbəri Şaula çatdırdılar və bu onun gözündə xoş göründü. 009 1SA 018 021 Şaul «Davuda Mikalı verim ki, bu ona bir tələ olsun. Qoy Davud Filiştlilərin əli ilə öldürülsün» deyə fikirləşdi. Sonra Şaul Davuda dedi: «Bu gün mənə kürəkən olmaq üçün əlində ikinci fürsət var». 009 1SA 018 022 Şaul əyanlarına əmr etdi ki, Davuda gizlincə belə desinlər: «Bax padşahın səndən xoşu gəlir və bütün əyanları da səni sevir; gəl indi padşaha sən kürəkən ol». 009 1SA 018 023 Şaulun əyanları bu sözləri Davuda eşitdirəndə o belə dedi: «Kasıb və gərəksiz adam olan mən padşahamı kürəkən olum? Məgər bu sizin gözünüzdə kiçik işdirmi?» 009 1SA 018 024 Şaulun əyanları «Davud belə söylədi» deyərək onun sözünü Şaula çatdırdılar. 009 1SA 018 025 Şaul dedi: «Davuda deyərsiniz: “Padşah səndən başlıq pulu istəmir. Ancaq padşahın düşmənlərindən qisas almaq üçün yüz Filiştlinin sünnət ətini istəyir”». Bunu da Şaul Davudu Filiştlilərin əli ilə həlak etmək üçün quraşdırmışdı. 009 1SA 018 026 Şaulun əyanları bu sözləri Davuda çatdırdılar və padşahın kürəkəni olmaq onun gözündə xoş göründü. Təyin olunan günlər hələ başa çatmamış 009 1SA 018 027 Davud qalxıb adamları ilə getdi və Filiştlilərdən iki yüz kişini öldürdü. Padşahın kürəkəni olmaq üçün Davud onların sünnət ətini gətirdi və onları tam sayda padşaha verdilər. Şaul qızı Mikalı Davuda ərə verdi. 009 1SA 018 028 Şaul Rəbbin Davudla olduğunu görüb başa düşdü. Şaulun qızı Mikal isə Davudu sevirdi. 009 1SA 018 029 Bundan sonra Şaul Davuddan daha da qorxdu və ömrünün sonuna qədər ona düşmən oldu. 009 1SA 018 030 Filiştlilərin başçıları döyüşə çıxırdılar. Onlar hər dəfə döyüşə çıxanda Davud Şaulun əyanlarının hamısından daha çox uğur qazanırdı. Buna görə də onun adı çox şöhrətlənmişdi. 009 1SA 019 001 Şaul oğlu Yonatana və bütün əyanlarına tapşırdı ki, Davudu öldürsünlər. Lakin Şaulun oğlu Yonatanın Davuddan çox xoşu gəlirdi. 009 1SA 019 002 Yonatan Davuda xəbər verib dedi: «Atam Şaul səni öldürmək istəyir. İndi isə rica edirəm, səhərə qədər özünü qoru. Bir yer tap, gizlən. 009 1SA 019 003 Mən isə çöldə gizləndiyin yerə çıxaraq atamın yanında dayanıb sənin haqqında onunla danışacağam. Əgər bir şey görsəm, gəlib sənə xəbər verərəm». 009 1SA 019 004 Yonatan atası Şaula Davudu tərifləyib dedi: «Padşah qulu Davuda qarşı günah etməsin, çünki o sənə qarşı heç vaxt günah etməyib və onun işləri sənin üçün çox xeyirli olmuşdur. 009 1SA 019 005 O, canını dişinə tutub Qolyatı öldürdü və Rəbb bütün İsrailə böyük qələbə qazandırdı. Bunu sən də görüb sevindin. Davudu boş yerə öldürməklə nə üçün nahaq qan töküb günah edirsən?» 009 1SA 019 006 Şaul Yonatanın sözünü dinləyib «var olan Rəbb haqqı, onu öldürməyəcəyəm» deyə and içdi. 009 1SA 019 007 Yonatan Davudu çağırdı və bütün bu sözləri ona xəbər verdi. Sonra o, Davudu Şaulun yanına gətirdi və Davud əvvəlki kimi Şaulun qulluğunda durdu. 009 1SA 019 008 Yenidən müharibə başladı. Davud qalxıb Filiştlilərə qarşı vuruşdu, onları məğlubiyyətə uğratdı və Filiştlilər Davudun qabağından qaçdılar. 009 1SA 019 009 Şaul əlində nizə evdə oturmuşdu, Rəbbin izni ilə şər ruh onun üzərinə endi. Davud isə əlində lira çalırdı. 009 1SA 019 010 Şaul Davudu nizə ilə divara yapışdırmağa çalışdı, lakin Davud Şaulun qabağından qaçdı, nizə divara yapışdı. Davud o gecə qaçıb canını qurtardı. 009 1SA 019 011 Şaul Davudun evinə adamlar göndərdi ki, onu güdüb səhər ikən öldürsünlər. Davudun arvadı Mikal bunu Davuda xəbər verib dedi: «Əgər bu gecə canını qurtarmasan, səhər ikən öldürüləcəksən». 009 1SA 019 012 Sonra Mikal Davudu pəncərədən aşağı saldı və o qaçaraq qurtuldu. 009 1SA 019 013 Mikal ev bütünü götürüb yatağa uzatdı və başına tüklü keçi dərisi keçirib üstünü paltarla örtdü. 009 1SA 019 014 Şaulun Davudu yaxalamaq üçün göndərdiyi adamlar gələndə Mikal dedi ki, o xəstədir. 009 1SA 019 015 Şaul Davudu görmək istəyirdi. Onun üçün başqa adamlar göndərib dedi: «Onu yatağının içindən çıxarıb yanıma gətirin ki, öldürüm». 009 1SA 019 016 Bu adamlar içəri girib gördülər ki, yataqda başına tüklü keçi dərisi keçirilmiş büt uzanıb. 009 1SA 019 017 Şaul Mikala dedi: «Niyə məni aldatdın? Düşmənimi buraxdın, o da qurtuldu». Mikal Şaula cavab verdi: «Davud mənə dedi ki, məni burax, gedim! Axı niyə səni öldürüm?» 009 1SA 019 018 Davud qaçıb qurtuldu və Ramaya, Şamuelin yanına gəldi. Şaulun ona qarşı nə etdiyini təfsilatı ilə Şamuelə danışdı və onunla birlikdə gedib Nayot məhəlləsində qaldılar. 009 1SA 019 019 «Budur, Davud Ramanın Nayot məhəlləsindədir» deyə Şaula xəbər verdilər. 009 1SA 019 020 Şaul Davudu gətirmək üçün oraya adamlar göndərdi. Adamlar Şamuelin başçılığı altında peyğəmbərlər dəstəsinin peyğəmbərlik etdiyini gördülər. Onda bu adamların da üstünə Allahın Ruhu endi və onlar da peyğəmbərlik etməyə başladılar. 009 1SA 019 021 Bunu Şaula xəbər verdilər, o başqa adamlar göndərdi və onlar da peyğəmbərlik etdilər. Şaul üçüncü dəfə yenə adamlar göndərdi, onlar da peyğəmbərlik etdilər. 009 1SA 019 022 Axırda özü Ramaya getdi və Sekuda olan böyük quyunun yanına gəlib oradakılardan soruşdu: «Şamuellə Davud haradadırlar?» Bir nəfər dedi ki, budur, Ramadakı Nayotda. 009 1SA 019 023 Şaul Ramadakı Nayota gedəndə onun da üstünə Allahın Ruhu endi və Ramadakı Nayota çatana qədər peyğəmbərlik edərək getdi. 009 1SA 019 024 Sonra o, paltarını soyunub Şamuelin qabağında peyğəmbərlik etdi və gəlib bütün o günü və gecəni çılpaq yerə sərildi. Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» deyirlər. 009 1SA 020 001 Davud Ramadakı Nayotdan qaçdı və gəlib Yonatana dedi: «Axı nə etmişəm? Təqsirim nədir? Atana qarşı nə günahım var ki, canımın qəsdinə durub?» 009 1SA 020 002 Yonatan ona cavab verdi: «Əsla, sən ölməyəcəksən. Bax böyük olsun, kiçik olsun, atam mənə deməmiş bir iş görməz. Axı niyə atam məndən bu işi gizlətsin? Belə şey ola bilməz!» 009 1SA 020 003 Davud yenə and içib dedi: «Atan əmindir ki, mən sənin gözündə lütf tapmışam. Ona görə deyir ki, qoy Yonatan bunu bilməsin, yoxsa kədərlənər. Lakin var olan Rəbbə və canına and olsun, mənimlə ölüm arasında, həqiqətən, ancaq bir addım var». 009 1SA 020 004 Yonatan Davuda dedi: «Sənin üçün ürəyin nə istəsə, onu da edəcəyəm». 009 1SA 020 005 Davud Yonatana dedi: «Sabah Təzə Ay mərasimidir və mütləq padşahla yeməyə oturmalıyam. Lakin sən mənə birisi gün axşama qədər izin ver, gedib çöldə gizlənim. 009 1SA 020 006 Əgər atan məni axtararsa, o vaxt de ki, Davud öz şəhərinə – Bet-Lexemə dəymək üçün məndən izin istədi. Çünki orada bütün ailəsinin illik qurbanı vardır. 009 1SA 020 007 Əgər “lap yaxşı” deyərsə, deməli sənin qulun salamatdır, yox, əgər qəzəblənərsə, onda o mənə pislik etmək niyyətindədir. 009 1SA 020 008 Belə olarsa, bu quluna xeyirxahlıq et, çünki qulunu özünlə Rəbbin əhdinə saldın. Əgər mənim təqsirim varsa, sən özün məni öldür. Axı nə üçün məni atanın yanına aparmalısan?» 009 1SA 020 009 Yonatan dedi: «Əsla, bu sənin başına gəlməz! Atamın sənə pislik etmək niyyətində olduğunu bilsəydim, sənə xəbər verməzdimmi?» 009 1SA 020 010 Davud Yonatana dedi: «Atan sənə sərt cavab versə, bunu mənə kim bildirəcək?» 009 1SA 020 011 Yonatan Davuda dedi: «Gəl çölə çıxaq». Hər ikisi çölə çıxdı. 009 1SA 020 012 Sonra Yonatan Davuda dedi: «İsrailin Allahı Rəbbə and olsun, sabah yaxud o birisi gün bu vaxtlar mən atamdan fikrini öyrənərəm. Əgər, həqiqətən, Davuda qarşı fikri yaxşıdırsa, bu xəbəri sənə çatdıraram. 009 1SA 020 013 Yox, əgər sənə pislik etmək atamın xoşuna gəlirsə və mən bunu sənə deməsəm, salamat gedəsən deyə səni yola salmasam, Rəbb Yonatana beləsini və bundan betərini etsin. Rəbb necə atamla oldusa, qoy səninlə də elə olsun. 009 1SA 020 014 Əgər sağ qalaramsa, Rəbbin sədaqətini mənə göstərərsən. Yox, əgər ölsəm, 009 1SA 020 015 bu sədaqəti Rəbb Davudun bütün düşmənlərini yer üzündən silən zaman da heç vaxt evimdən kəsməyəcəksən». 009 1SA 020 016 Yonatan Davud nəsli ilə əhd bağlayıb dedi: «Qoy Rəbb Davudun düşmənlərini Özü cəzalandırsın!» 009 1SA 020 017 Yonatan Davuda olan sevgisi naminə bir də ona and içdirdi, çünki onu öz canı kimi sevirdi. 009 1SA 020 018 Yonatan dedi: «Sabah Təzə Ay mərasimidir, yerin boş olduğu üçün səni axtaracaqlar. 009 1SA 020 019 Üç gün qalandan sonra tezdən bura enərsən və əvvəl gizləndiyin yerə gəlib Ezel daşının yanında oturarsan. 009 1SA 020 020 Mən hədəfə atan kimi daşın bir tərəfinə üç ox atacağam. 009 1SA 020 021 Sonra “get oxları tap” deyərək bir uşaq göndərəcəyəm. Bax əgər uşağa “oxlar burada – sənin yanındadır, get onları oradan götür” desəm, yanıma gəl, çünki sənin üçün salamatlıqdır və var olan Rəbbə and olsun, heç bir şey yoxdur. 009 1SA 020 022 Lakin əgər uşağa “oxlar səndən uzaqdadır” desəm, öz yolunla çıx get, çünki Rəbb səni uzağa göndərmişdir. 009 1SA 020 023 Aramızda danışdığımız sözə gəlincə, bil ki, Rəbb əbədi olaraq səninlə mənim aramdadır». 009 1SA 020 024 Davud çöldə gizləndi. Təzə Ay mərasimi başlayarkən padşah yeməyə oturdu. 009 1SA 020 025 Həmişəki kimi padşah öz yerində – divarın yanında oturdu. Yonatan ayağa qalxdı və Avner Şaulun yanında oturdu. Davudun yeri isə boş idi. 009 1SA 020 026 Şaul o gün bir söz demədi, çünki elə düşünürdü ki, Davudun başına nə isə gəlib. Yəqin ki natəmizdir. 009 1SA 020 027 Ertəsi gün – Təzə Ay mərasiminin ikinci günü Davudun yeri yenə də boş idi və Şaul oğlu Yonatana dedi: «Nə üçün Yesseyin oğlu nə dünən, nə də bu gün yeməyə gəlməyib?» 009 1SA 020 028 Yonatan Şaula belə cavab verdi: «Davud Bet-Lexemə getmək üçün təkidlə məndən izin istədi. 009 1SA 020 029 Mənə dedi: “Rica edirəm, izin ver gedim, çünki şəhərdə ailəmizin qurbanı var. Orada olmağımı böyük qardaşım mənə əmr etmişdi. Əgər indi gözündə lütf tapmışamsa, rica edirəm, məni burax, gedim qardaşlarımla görüşüm”. Buna görə də padşahın süfrəsinə gələ bilməyib». 009 1SA 020 030 Yonatana qarşı Şaulun qəzəbi alovlandı və ona belə dedi: «Ey xəyanətkar və dönük qadının oğlu, öz rüsvayçılığına görə, ananın biabırçılığına görə Yesseyin oğlunu özünə dost seçdiyini guya mən bilmirəm? 009 1SA 020 031 Nə qədər ki Yesseyin bu oğlu yer üzündə yaşayır, nə sən rahat olacaqsan, nə də padşahlığın. İndi isə adam göndər, qoy onu yanıma gətirsin, çünki o mütləq ölməlidir». 009 1SA 020 032 Yonatan atası Şaula cavab verdi: «Axı nə üçün ölməlidir? O nə edib ki?» 009 1SA 020 033 Şaul Yonatanı öldürmək üçün nizə atdı. Onda Yonatan atasının Davudu öldürmək niyyətində olduğunu başa düşdü. 009 1SA 020 034 Yonatan qızğın qəzəblə süfrə üstündən qalxdı. Təzə ayın ikinci günündə yemək yemədi, çünki atası Davuda namərdlik etdiyi üçün qanı qaralmışdı. 009 1SA 020 035 Səhəri gün erkən Yonatan Davudla təyin etdiyi vaxt çölə getdi. Yanında kiçik bir uşaq var idi. 009 1SA 020 036 O, uşağa dedi: «Qaç, indi atacağım oxları tap». Uşaq qaçarkən Yonatan onun başı üzərindən bir ox atdı. 009 1SA 020 037 Uşaq Yonatanın atdığı oxun yanına çatanda Yonatan uşağı arxadan çağırıb dedi: «Ox səndən uzaqda deyilmi?» 009 1SA 020 038 Yonatan uşağı yenə arxadan çağırıb «Tez ol, qaç, dayanma!» dedi. Yonatanın nökəri oxu götürüb ağasının yanına gəldi. 009 1SA 020 039 Lakin uşağın heç nədən xəbəri yox idi. Bu işi ancaq Yonatanla Davud bilirdi. 009 1SA 020 040 Yonatan silahlarını uşağa verib dedi: «Get, bunları şəhərə apar». 009 1SA 020 041 Uşaq gedəndən sonra Davud daşın cənub tərəfindən çıxıb üzüstə yerə sərildi və üç dəfə onun qarşısında əyildi. Onlar öpüşüb ağlaşdılar, Davud daha çox ağladı. 009 1SA 020 042 Yonatan Davuda dedi: «Sağ-salamat get, çünki “səninlə mənim aramda və sənin övladlarınla mənim övladlarım arasında əbədilik Rəbb olacaq” deyərək ikimiz də Rəbbin isminə and içmişik». Bundan sonra Davud qalxıb öz yolu ilə getdi, Yonatan isə şəhərə qayıtdı. 009 1SA 021 001 Davud Nov şəhərinə – kahin Aximelekin yanına gəldi. Aximelek qorxudan əsərək Davudu qarşılayıb dedi: «Niyə tənhasan, məgər yanında heç kim yoxdur?» 009 1SA 021 002 Davud kahin Aximelekə dedi: «Padşah mənə iş buyurub dedi ki, səni nə üçün göndərdiyimi və sənə əmr etdiyim işi heç kim bilməsin. Ona görə də nökərləri müəyyən yerlərə təyin etmişəm. 009 1SA 021 003 İndi yanında yeməyə nə var? Mənə beş kömbə çörək yaxud nə varsa, ver». 009 1SA 021 004 Kahin Davuda dedi: «Yanımızda adi çörək yoxdur, ancaq gənclər qadınlarla yaxınlıq etməyiblərsə, müqəddəs çörək var». 009 1SA 021 005 Davud kahinə belə cavab verdi: «Adətə görə mənim adamlarım adi səfərə çıxanda belə, bədənlərini təmiz saxlayır və qadınlarla yaxınlıq etmirlər. O ki qaldı bugünkü səfərə, sözsüz ki hamı pak olmalıdır». 009 1SA 021 006 Kahin ona müqəddəs çörək verdi, çünki Rəbbə təqdim edilən çörəklərdən başqa, çörək yox idi. O çörəklər Rəbbin önündən götürülmüşdü ki, yerinə isti çörəklər qoyulsun. 009 1SA 021 007 O gün Şaulun əyanlarından bir nəfər orada idi. O, Rəbbin önündə olan dini mərasimə görə yubanmışdı. Bu, Şaulun baş çobanı Edomlu Doeq idi. 009 1SA 021 008 Davud Aximelekə dedi: «Burada yanınızda bir nizə yaxud bir qılınc varmı? Çünki padşah mənə təcili iş buyurduğu üçün nə qılıncımı, nə də silahlarımı götürə bildim». 009 1SA 021 009 Kahin dedi: «Ela vadisində öldürdüyün Filiştli Qolyatın qılıncı bezə bükülü olaraq orada – efodun arxasındadır. Əgər onu istəyirsənsə, götür, çünki burada ondan başqası yoxdur». Davud dedi: «Onun əvəzi yoxdur, mənə ver». 009 1SA 021 010 O gün Davud Şauldan qaçdı və Qat padşahı Akişin yanına getdi. 009 1SA 021 011 Akişin əyanları ona dedilər: «Bu öz ölkəsinin padşahı Davud deyilmi? Rəqslərdə qadınlar bunu tərənnüm edib oxumurdularmı? “Şaul qırdı minləri, Davudsa on minləri”». 009 1SA 021 012 Davud bu sözləri ürəyinə salıb Qat padşahı Akişdən çox qorxdu. 009 1SA 021 013 Onların qarşısında görkəmini dəyişdirdi və yanlarında özünü dəli kimi göstərərək darvaza qapısının taylarını cırmaqladı və ağzının suyunu saqqalına axıtdı. 009 1SA 021 014 Akiş əyanlarına dedi: «Bax görürsünüz ki, bu adam dəlidir. Nə üçün onu mənim yanıma gətirmisiniz? 009 1SA 021 015 Mənim dəlilərim əskikdir ki, qarşımda dəlilik etmək üçün bunu da gətirdiniz? Heç belə adam da mənim evimə girərmi?» 009 1SA 022 001 Davud oradan yola çıxıb Adullam mağarasında gizləndi. Qardaşları və atasının külfəti bunu eşidəndə onun yanına gəldilər. 009 1SA 022 002 Vəziyyəti ağır olanların, borcu olanların, narazıların hamısı yanına yığıldı və Davud onların başçısı oldu. Onun yanında dörd yüz nəfərə qədər adam var idi. 009 1SA 022 003 Davud oradan Moavın Mispa şəhərinə gəlib Moav padşahına dedi: «Rica edirəm, Allahın mənə nə edəcəyini bilənə qədər qoy atamla anam gəlib yanında qalsın». 009 1SA 022 004 Davud onları Moav padşahının yanında qoydu və özü qalada qaldığı müddətdə ata və anası Moav padşahının yanında qaldı. 009 1SA 022 005 Peyğəmbər Qad Davuda dedi: «Sən burada – qalada belə dolanma, Yəhuda diyarına get». Davud gedib Xeret meşəsinə girdi. 009 1SA 022 006 Şaul Davudla yanındakı adamlarının yerini öyrəndi. O, Giveadakı bir təpədə, yulğun ağacının altında əlində nizə oturmuş, bütün əyanları isə ətrafında dayanmışdılar. 009 1SA 022 007 Şaul ətrafındakı əyanlarına belə dedi: «Ey Binyaminlilər, indi mənə qulaq asın. Yesseyin oğlu hamınıza tarlalar və üzümlüklər verəcəkmi? Hamınızı minbaşı və yüzbaşı edəcək ki, 009 1SA 022 008 mənim üçün hiylə qurursunuz? Mənim oğlum Yesseyin oğlu ilə əhd bağlayan zaman bunu qulağıma çatdıran olmadı və heç birinizin mənə yazığı gəlmədi. Pusqu qurmaq üçün oğlum mənim üstümə qulumu qiyama qaldırır, deyə bu xəbəri qulağıma çatdıran oldumu?» 009 1SA 022 009 Şaulun əyanlarının yanında Edomlu Doeq də dayanmışdı və o dedi: «Yesseyin oğlunu Novda, Axituv oğlu Aximelekin yanına gələndə gördüm. 009 1SA 022 010 Orada Aximelek Davud üçün Rəbbə müraciət etdi və ona həm ərzaq, həm də Filiştli Qolyatın qılıncını verdi». 009 1SA 022 011 Padşah Axituv oğlu kahin Aximeleki və atasının külfətini, həm də Novda olan kahinləri çağırmaq üçün adam göndərdi. Onların hamısı padşahın yanına gəldi. 009 1SA 022 012 Şaul dedi: «Ey Axituv oğlu, indi məni dinlə». Aximelek dedi: «Buyurun, ağam». 009 1SA 022 013 Şaul dedi: «Allaha müraciət edib bugünkü kimi mənim üstümə qiyam qaldırmaq üçün Yessey oğlunun əlinə çörək və qılınc verərək niyə mənə qarşı fənd qurdunuz?» 009 1SA 022 014 Aximelek padşaha cavab verdi: «Bütün əyanlarının arasında Davud kimi sədaqətli olanı varmı? O, padşahın kürəkəni, mühafizəçilərin başçısı və sənin evində çox etibarlı sayılan adamdır. 009 1SA 022 015 Onun üçün Allaha müraciət etməyə ancaq o gündənmi başlamışam? Əsla! Padşahım bu quluna və atamın külfətinə şər atmasın, çünki az-çox olsa belə, qulunun bu işdən heç bir xəbəri yoxdur». 009 1SA 022 016 Padşah dedi: «Ey Aximelek, sən və atanın külfəti mütləq ölməlisiniz». 009 1SA 022 017 Padşah yanındakı mühafizəçi əsgərlərə dedi: «Dönün, Rəbbin kahinlərini öldürün. Ona görə ki onlar da Davudla əlbir olub. Çünki onun qaçdığını bilib bu xəbəri qulağıma çatdırmayıblar». Lakin padşahın adamları əl qaldırıb Rəbbin kahinlərini öldürmək istəmədilər. 009 1SA 022 018 Padşah Edomlu Doeqə dedi: «Dön, bu kahinləri öldür». Edomlu Doeq dönüb kahinləri öldürdü və o gün kətan efod geyən səksən beş kişi öldürüldü. 009 1SA 022 019 Sonra o, kahinlərin şəhəri olan Novu da qılıncdan keçirdi. Kişi, qadın, gənc, körpə bilmədən bütün adamları, eləcə də öküzləri, eşşəkləri və qoyunları qılıncdan keçirdi. 009 1SA 022 020 Axituvun oğlu Aximelekin oğullarından Evyatar adlı bir nəfər qurtulub Davudun yanına qaçdı. 009 1SA 022 021 Evyatar Şaulun Rəbbin kahinlərini öldürdüyünü Davuda xəbər verdi. 009 1SA 022 022 Davud Evyatara dedi: «O vaxt Edomlu Doeq orada olanda mütləq bunu Şaula çatdıracağını anlamışdım. Atanın külfətinin qırılmasına səbəb mən oldum. 009 1SA 022 023 Yanımda qal, qorxma, çünki mənim canımı almaq istəyən sənin də canını almaq istəyir. Əgər yanımda qalsan, salamat olarsan». 009 1SA 023 001 Davuda xəbər verərək dedilər: «Budur, Filiştlilər Qeilaya hücum çəkib xırmanları talan edirlər». 009 1SA 023 002 Davud Rəbbə müraciət edib dedi: «Gedib Filiştlilərlə vuruşummu?» Rəbb Davuda dedi: «Get Filiştlilərə hücum et və Qeilanı qurtar». 009 1SA 023 003 Davudun adamları isə ona dedilər: «Bax burada – Yəhudada biz qorxu içərisindəyik. Bəs biz Qeilaya, Filişt ordularına qarşı necə çıxaq?» 009 1SA 023 004 Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm». 009 1SA 023 005 Davudla adamları Qeilaya gedib Filiştlilərə qarşı hücuma keçdilər. Davud onların mal-qaralarını apardı və Filiştlilərə güclü zərbə vurub Qeila əhalisini qurtardı. 009 1SA 023 006 Aximelekin oğlu Evyatar Qeilaya – Davudun yanına qaçarkən əlində efod enmişdi. 009 1SA 023 007 Davudun Qeilaya gəlməsi Şaula çatdırıldı. Şaul dedi: «Allah onu mənim ovcumun içinə qoyub, çünki cəftəli darvazaları olan bir şəhərə girməklə o özünü çıxılmaz vəziyyətə salıb». 009 1SA 023 008 Şaul Qeilaya enmək və Davudla adamlarını mühasirəyə almaq üçün bütün xalqı müharibəyə çağırdı. 009 1SA 023 009 Şaulun ona pislik etmək istədiyini Davud bilirdi. O, kahin Evyatara dedi: «Efodu bura gətir». 009 1SA 023 010 Davud sözünə davam etdi: «Ey İsrailin Allahı Rəbb, mən ciddi məlumat almışam ki, bu quluna görə şəhəri məhv etmək üçün Şaul Qeilaya gəlmək istəyir. 009 1SA 023 011 Qeila sakinləri məni ona təslim edəcəklərmi? Ey İsrailin Allahı Rəbb, yalvarıram, bunu quluna agah et. Şaul da Sənin qulun eşitdiyi kimi bura enəcəkmi?» Rəbb «o enəcək» dedi. 009 1SA 023 012 O zaman Davud dedi: «Qeilalılar məni və adamlarımı Şaula təslim edəcəkmi?» Rəbb «təslim edəcəklər» dedi. 009 1SA 023 013 Davud təxminən altı yüz nəfər adam ilə qalxıb Qeiladan çıxdı və bu yerdən başqa yerə getdi. Davudun Qeiladan qaçdığını eşidən Şaul oraya getmək fikrindən döndü. 009 1SA 023 014 Davud çöllükdə qalalarda qalıb Zif səhrasındakı dağlıq bölgəsində yaşadı. Şaul hər gün Davudu axtarırdı, lakin Allah onu Şaula təslim etmədi. 009 1SA 023 015 Zif səhrasındakı Xoreşdə olan Davud gördü ki, Şaul onun canını almaq üçün yola çıxıb. 009 1SA 023 016 Şaulun oğlu Yonatan qalxıb Xoreşə, Davudun yanına gəldi və onu Allah naminə ruhlandırdı. 009 1SA 023 017 Ona dedi: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir». 009 1SA 023 018 Sonra ikisi də Rəbbin önündə əhd bağladı və Davud Xoreşdə qaldı, Yonatan isə evinə qayıtdı. 009 1SA 023 019 Ziflilər Giveaya, Şaulun yanına qalxıb dedilər: «Davud bizim yanımızda, Yeşimonun cənubundakı Xakila təpəsində, Xoreşdəki qalalarda gizlənmişdi. 009 1SA 023 020 Ey padşah, indi oraya ensən, ürəyindəki arzuna çatarsan. Onu padşaha təslim etmək bizim payımıza düşər». 009 1SA 023 021 Şaul dedi: «Mənə xeyirxahlıq etdiyiniz üçün Rəbb sizə bərəkət versin. 009 1SA 023 022 Gedin daha yaxşı araşdırın və öyrənin ki, hara ayaq basıb, kimlər onu görüb. Deyirlər ki, o çox hiyləgərdir. 009 1SA 023 023 Gizləndiyi yerlərin hamısını tapıb öyrənin, doğru xəbərlə mütləq yanıma gəlin və mən də sizinlə oraya gedəcəyəm. Əgər o bölgədə olsa, onu bütün Yəhuda tayfaları arasında axtaracağam». 009 1SA 023 024 Ziflilər qalxıb Şauldan qabaq Zifə qayıtdılar. Davudla adamları Yeşimonun cənubunda – Aravadakı Maon səhrasında idi. 009 1SA 023 025 Şaulla adamları onu axtarmaq üçün həmin yerə getdilər. Bu, Davuda xəbər verildi və o da qayalığa enib Maon səhrasında qaldı. Şaul bunu eşidərkən Maon səhrasında Davudu təqib etdi. 009 1SA 023 026 Şaul dağın bir tərəfi, Davudla adamları isə dağın o biri tərəfi ilə getməkdə idi. Davud cəld tərpənib Şaulun qabağından qaçdı, çünki Şaulla adamları Davudla adamlarını tutmaq üçün oranı mühasirəyə alırdılar. 009 1SA 023 027 Bu vaxt Şaulun yanına bir qasid gəlib dedi: «Tez ol, geri qayıt, çünki Filiştlilər ölkəyə hücum ediblər». 009 1SA 023 028 Şaul Davudu təqib etməkdən əl çəkərək Filiştlilərə qarşı döyüşə getdi. Ona görə də o yerə Sela-Hammaxleqot adı verildi. 009 1SA 023 029 Davud oradan çıxıb En-Gedi qalalarında qaldı. 009 1SA 024 001 Şaul Filiştliləri təqib edib dönərkən ona belə xəbər verildi: «Davud En-Gedi səhrasındadır». 009 1SA 024 002 O bütün İsraildən üç min seçmə adam götürüb Davudla adamlarını axtarmaq üçün Dağ Keçiləri qayasının yaxınlığına getdi. 009 1SA 024 003 Yol kənarındakı qoyun ağıllarına gəldi. Orada bir mağara vardı. Şaul ayaqyoluna getmək üçün oraya girdi. Davud adamları ilə mağaranın lap içəri tərəfində oturmuşdu. 009 1SA 024 004 Davudun adamları ona dedi: «Budur, Rəbbin sənə “bax düşmənini sənə təslim edəcəyəm, gözündə nə xoşdursa, ona edəcəksən” dediyi gün bu gündür». Davud qalxıb gizlicə Şaulun cübbəsinin ətəyindən kəsdi. 009 1SA 024 005 Sonra Şaulun ətəyindən bir parça kəsdiyinə görə Davudun ürəyi ağrıdı. 009 1SA 024 006 O, adamlarına belə dedi: «Rəbbin məsh etdiyi ağama əl qaldırıb belə bir iş görməyi Rəbb məndən uzaq etsin, çünki o, Rəbbin məsh olunmuşudur». 009 1SA 024 007 Davud bu sözlərlə adamlarının qarşısını aldı və onları Şaula qarşı qalxmağa qoymadı. Şaul da mağaradan çıxıb yoluna davam etdi. 009 1SA 024 008 Ondan sonra Davud qalxıb mağaradan çıxdı və Şaulun arxasınca «Ağam padşah!» deyə çığırdı. Şaul arxaya baxdı. Davud üzüstə yerədək təzim etdi. 009 1SA 024 009 O, Şaula dedi: «“Davud sənin pisliyini istəyir” deyən adamların sözünə niyə qulaq asırsan? 009 1SA 024 010 Bax öz gözlərinlə gördün ki, bu gün Rəbb mağarada səni mənə necə təslim etdi. Mənə təklif etdilər ki, səni öldürüm, lakin mən sənə qıymadım. Dedim ki, ağama qarşı əl qaldırmaram, çünki o, Rəbbin məsh olunmuş padşahıdır. 009 1SA 024 011 Ey atam, əlimdəkinə bax, bu sənin cübbənin ətəyidir. Cübbənin ətəyindən kəsib səni öldürmədiyimdən gör və anla ki, sənə qarşı pislik və qiyam etmək əlimdən gəlmir. Sən canımı almaq üçün məni ovladığın halda mən sənə qarşı günah etmədim. 009 1SA 024 012 Səninlə mənim aramda qoy Rəbb hakim olsun! Qoy Rəbb səndən mənim qisasımı alsın. Mən sənə əl qaldırmaram. 009 1SA 024 013 Qədim zamanlardan belə bir məsəl var: “Pislik pislərdən çıxar”. Bu məsəldə deyildiyi kimi sənə əl qaldırmayacağam. 009 1SA 024 014 İsrailin padşahı kimə qarşı çıxıb? Sən kimi qovursan? Ölü itimi qovursan, yoxsa bir birənimi? 009 1SA 024 015 Qoy Rəbb səninlə mənim aramda hakim olub hökm versin və baxıb bu çəkişməni görsün, məni sənin əlindən qurtarsın». 009 1SA 024 016 Davud bu sözləri Şaula söyləyib qurtarandan sonra Şaul «Oğlum Davud, bu sənin səsindirmi?» dedi və bərkdən ağladı. 009 1SA 024 017 O, Davuda dedi: «Mən sənin qədər saleh deyiləm, çünki sən mənə pisliyimin əvəzinə yaxşılıq etdin. 009 1SA 024 018 Bu gün də mənə yaxşı münasibətini bəlli etdin, çünki Rəbb məni sənə təslim etdi, sən isə məni öldürmədin. 009 1SA 024 019 Əgər bir insan düşmənini taparsa, onu salamat buraxarmı? Buna görə də bugünkü işinin əvəzini Rəbb sənə yaxşılıqla ödəsin. 009 1SA 024 020 İndi isə bax bilirəm ki, sən mütləq padşah olacaqsan və İsrailin padşahlığı sənin əlinə keçib güclənəcək. 009 1SA 024 021 Məndən sonra nəslimi kəsməyəcəyinə və atamın nəslindən adımı silməyəcəyinə indi burada mənə Rəbbin haqqı naminə and iç». 009 1SA 024 022 Davud Şaula and içdi və Şaul evinə qayıtdı. Davud isə adamları ilə sığınacağa çıxdı. 009 1SA 025 001 Şamuel öldü və bütün İsrail yığılıb onun üçün yas qurdu. Onu Ramada – öz evinin yanında dəfn etdilər. Sonra Davud durub Paran səhrasına endi. 009 1SA 025 002 Maonda yaşayan, Karmeldə mülkü olan çox varlı bir adam var idi. Onun üç min baş qoyunu, min baş keçisi vardı. O, qoyunlarını Karmeldə qırxdırırdı. 009 1SA 025 003 Bu adamın adı Naval, arvadının adı isə Aviqail idi. Qadın ağıllı və gözəl idi. Kalev nəslindən olan kişi isə kobud və bədxasiyyət idi. 009 1SA 025 004 Davud səhrada eşitdi ki, Navalın qoyun qırxımı var. 009 1SA 025 005 O, on nökər göndərib onlara dedi: «Karmelə qalxıb Navalın yanına gedin və məndən ona salam deyin. 009 1SA 025 006 Sonra ona belə deyərsiniz: “Ömrün uzun olsun! Sən və evin, səninkilərin hamısı qoy var olsun! 009 1SA 025 007 Eşitmişəm ki, indi sizdə yun qırxımıdır. Sənin çobanların bizim yanımızda olanda biz onları incitmədik və Karmeldə qaldıqları günlər ərzində heç nəyi əskilmədi. 009 1SA 025 008 Bunu öz nökərlərindən də soruşa bilərsən və onlar da sənə deyər. Qoy nökərlərim sənin gözündə lütf tapsın, çünki yanına bayram zamanı gəlmişik. Rica edirəm ki, qullarına və oğlun Davuda əlində olanından ver”». 009 1SA 025 009 Davudun nökərləri gəlib bütün bu sözləri Davudun adından Navala söyləyib gözlədilər. 009 1SA 025 010 Naval isə Davudun nökərlərinə belə cavab verdi: «Davud kimdir? Yessey oğlu kimdir? İndilərdə ağasından qaçan çox qullar var. 009 1SA 025 011 Çörəyimi, suyumu və qırxınçılar üçün kəsdiyim heyvanların ətini götürüb haradan olduğunu bilmədiyim adamlaramı verim?» 009 1SA 025 012 Davudun nökərləri öz yolları ilə geriyə qayıtdılar və gəlib bu sözlərin hamısını Davuda söylədilər. 009 1SA 025 013 Davud adamlarına «hamı qılıncını bağlasın» dedi. Hamı bir nəfər kimi qılıncını bağladı. Davud da belə etdi. Dörd yüz nəfər Davudun ardınca getdi və iki yüz nəfər isə ərzaqların yanında qaldı. 009 1SA 025 014 Navalın nökərlərindən biri onun arvadı Aviqailə xəbər verdi: «Bax ağamızı salamlamaq üçün Davud səhradan qasidlər göndərdi, ağamız isə onları təhqir etdi. 009 1SA 025 015 Amma həmin adamlar bizə çox yaxşılıq etmiş və bizi incitməmişdilər. Çöldə olduğumuz, onlarla gəzdiyimiz bütün günlər ərzində heç nəyimiz əskilməmişdi. 009 1SA 025 016 Qoyunları otararkən yanlarında olduğumuz günlər gecə və gündüz bizə dayaq oldular. 009 1SA 025 017 İndi isə budur, bax nə edəcəyini düşün, çünki ağamıza, onun bütün külfətinə qarşı pis qərar verilmişdir. Çünki Naval elə yaramaz insandır ki, ona kimsə söz deyə bilmir». 009 1SA 025 018 Bundan sonra Aviqail cəld tərpənib, iki yüz kömbə çörək və iki tuluq şərab hazırladı. Beş qoyun cəmdəyi, beş ölçü qovurğa, yüz salxım quru üzüm və iki yüz parça basılmış əncir lavaşanası götürüb eşşəklərə yüklədi. 009 1SA 025 019 Sonra nökərlərinə dedi: «Siz qabaqda gedin, arxanızca gəlirəm». Bu barədə əri Navala heç nə bildirmədi. 009 1SA 025 020 Aviqail eşşəyə minib dağın bağlı tərəfindən enərkən Davud da adamları ilə oraya enməkdə idi və qadın onlarla rastlaşdı. 009 1SA 025 021 Davud demişdi: «Doğrudan da, bu adamın çöldə olan bütün mallarını qorudum və onun heç nəyini əskilməyə qoymadım, amma nahaq yerə. O isə mənə yaxşılığımın əvəzində pislik etdi. 009 1SA 025 022 Əgər səhərədək onun bütün divar isladanlarından – kişilərindən birini belə, sağ buraxsam, qoy Allah Davudun düşmənlərinə beləsini və bundan betərini etsin». 009 1SA 025 023 Aviqail Davudu görcək cəld eşşəkdən düşdü və Davudun önündə üzünü yerə qoyaraq təzim etdi. 009 1SA 025 024 Sonra onun ayaqlarına düşüb dedi: «Ey ağam, bu günahı mənim üzərimə qoy. İzin ver ki, kənizin səninlə danışsın. Nə olar, kənizinin sözlərinə qulaq as. 009 1SA 025 025 Ağam, rica edirəm, Navalın – o yaramaz insanın acığını qəlbinə salma, çünki adı necədirsə, özü də elədir. Adı Naval olduğu kimi özü də axmaqdır. Ey ağam, mən kənizin ağamın göndərdiyi nökərləri görməmişəm. 009 1SA 025 026 Madam ki Rəbb səni indi qana batmaqdan və öz əlinlə qisas almaqdan saxladı, var olan Rəbbə və canına and olsun, ağamın düşmənləri və bədxahları Naval kimi olsun. 009 1SA 025 027 İndi isə izin ver, kənizinin ağama gətirdiyi bu hədiyyələr arxanca gələn cavanlara verilsin. 009 1SA 025 028 Yalvarıram, kənizinin günahını bağışla, çünki Rəbb mütləq ağam üçün möhkəm sülalə yaradacaq, ona görə ki ağam Rəbbin döyüşlərini edir və ömrün boyu səndə şər olmayacaq. 009 1SA 025 029 Kimsə qalxıb səni qovmaq və canını almaq istəyəndə ağamın canı Rəbb Allahın həyat kisəsində saxlanılacaq, sənin düşmənlərinin canı isə sapandın ortasından atılan daş kimi atılacaq. 009 1SA 025 030 Rəbb ağama dediyi yaxşılıqların hamısını həyata keçirəndə və səni İsrailə hökmdar edəndə 009 1SA 025 031 ağam nahaq qan töküb özü üçün qisas aldığına görə peşman olmayacaq, vicdan əzabı çəkməyəcək. Rəbb ağama yaxşılıq edəndə kənizini də yada sal». 009 1SA 025 032 Davud Aviqailə dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün məni qarşılamağa səni göndərdi. 009 1SA 025 033 Ağlına bərəkallah, xeyir-dualı olasan! Bu gün məni qan tökməkdən və əlimlə öz qisasımı almaqdan saxladın. 009 1SA 025 034 Həqiqətən, məni sizə pislik etməkdən sən saxladın, İsrailin Allahı var olan Rəbbə and olsun, əgər cəld tərpənib mənim qarşıma çıxmasaydın, mütləq səhər işığına qədər Navalın divar isladanlarından – kişilərindən biri də sağ qalmayacaqdı». 009 1SA 025 035 Davud onun gətirdiyi şeyləri əlindən alıb dedi: «Evinə salamat get, budur, sənin sözünə baxıb xahişini yerinə yetirdim». 009 1SA 025 036 Aviqail Navalın yanına gəldi. Navalın evində padşah ziyafətinə oxşar bir ziyafət vardı. O çox sərxoş olduğuna görə könlü nəşəli idi. Səhər açılana qədər qadın ona heç nə bildirmədi. 009 1SA 025 037 Səhər açılanda, Naval şərabdan ayılan kimi arvadı baş verən hadisələri ona danışdı və Navalın ürəyindən ağrı tutdu, bədəni daşa döndü. 009 1SA 025 038 Bununla da təxminən on gündən sonra Rəbb Navalı vurdu və o öldü. 009 1SA 025 039 Davud Navalın öldüyünü eşidəndə dedi: «Navalın əli ilə yaranan rüsvayçılığımı görüb qulunu davadan və pislikdən saxlayan Rəbbə alqış olsun! Rəbb Navalın bədxahlığını öz başına gətirdi». Davud Aviqaili özünə arvad olaraq almaq üçün ona elçi göndərdi. 009 1SA 025 040 Davudun elçiləri Karmelə, Aviqailin yanına gəlib belə söylədilər: «Səni arvad olaraq almaq üçün Davud bizi elçi göndərdi». 009 1SA 025 041 Aviqail qalxıb yerədək təzim edib dedi: «Qoy kənizin ağamın qullarının ayaqlarını yumaq üçün bir qarabaş olsun». 009 1SA 025 042 O cəld qalxıb eşşəyə mindi. Ona xidmət edən beş gənc qadını yanına alaraq Davudun qasidlərinin ardınca getdi və Davudun arvadı oldu. 009 1SA 025 043 Davud İzreelli Axinoamı da almışdı. Hər ikisi onun arvadı oldu. 009 1SA 025 044 Şaul isə qızı Mikalı – Davudun arvadını Qallimli Layiş oğlu Paltiyə ərə vermişdi. 009 1SA 026 001 Ziflilər Giveaya, Şaulun yanına gəlib dedilər: «Davud Yeşimon şəhəri ilə üzbəüz olan Xakila təpəsində gizlənmirmi?» 009 1SA 026 002 Şaul durub Davudu axtarmaq üçün özü ilə bərabər İsraildən üç min seçmə adam götürərək Zif səhrasına endi. 009 1SA 026 003 O, Yeşimonla üzbəüz olan Xakila təpəsindəki yol kənarında ordugah qurdu. Səhrada qalan Davud Şaulun onun ardınca düşüb gəldiyini gördü. 009 1SA 026 004 Davud kəşfiyyatçılar göndərdi və həqiqətən, Şaulun gəldiyini öyrəndi. 009 1SA 026 005 O qalxıb Şaulun ordugah qurduğu yerə gəldi və Şaulla ordu başçısı Ner oğlu Avnerin yatdığı yerə baxdı. Şaul ordugahın içərisində yatırdı. Xalq onun yanında düşərgə salmışdı. 009 1SA 026 006 Davud Xetli Aximelekə və Yoavın qardaşı Seruya oğlu Avişaya dedi: «Kim mənimlə Şaulun yanına – ordugaha enər?» Avişay dedi: «Mən səninlə enərəm». 009 1SA 026 007 Davud və Avişay gecə xalqın yanına çatdılar və budur, Şaul ordugahın içərisində yatıb yuxuya getmişdi, nizəsi isə başı üstündə yerə sancılmışdı. Avnerlə xalq isə onun ətrafında yatırdı. 009 1SA 026 008 Avişay Davuda dedi: «Allah bu gün düşmənini sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə elə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın». 009 1SA 026 009 Davud Avişaya dedi: «Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?» 009 1SA 026 010 Davud yenə dedi: «Var olan Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq. 009 1SA 026 011 Qoy Rəbbin məsh etdiyinə əl qaldırmaqdan Rəbb Özü məni uzaq etsin. Rica edirəm, indi başının yanındakı nizəsini və su qabını götür gedək». 009 1SA 026 012 Davud Şaulun başının yanındakı nizəsi ilə su qabını götürdü və onlar getdilər. Onları görən olmadı. Bu işi bilən və oyanan da olmadı. Rəbb tərəfindən onların üstünə dərin yuxu gəldiyinə görə hamı yatmışdı. 009 1SA 026 013 Davud qarşı tərəfə keçib uzaqda, dağın başında durdu; onların arasında xeyli məsafə var idi. 009 1SA 026 014 Davud xalqa və Ner oğlu Avnerə «ey Avner, mənə cavab ver» deyə qışqırdı. Avner də cavab verdi: «Sən kimsən ki, qışqıra-qışqıra padşahı çağırırsan?» 009 1SA 026 015 Davud Avnerə dedi: «Sən igidsən? İsraildə sənə bənzər kim var ki? Bəs niyə ağan padşahın keşiyini çəkmirsən? Axı xalq arasından biri ağan padşahı öldürmək üçün gəlmişdi. 009 1SA 026 016 İşini yaxşı görmürsən. Var olan Rəbb haqqı, hamınız ölümə layiq adamlarsınız, ona görə ki ağanızın – Rəbbin məsh etdiyinin keşiyini çəkmirsiniz. Bax padşahın başının yanında olan nizə və su qabı indi haradadır?» 009 1SA 026 017 Şaul Davudun səsini tanıyıb dedi: «Bu sənin səsindirmi, oğlum Davud?» Davud dedi: «Mənim səsimdir, ağam padşah». 009 1SA 026 018 Sonra sözünə davam etdi: «Ağam nə üçün qulunu belə təqib edir? Nə etmişəm ki? Əlimdən nə pislik gəlib? 009 1SA 026 019 Rica edirəm, ağam padşah indi qulunun sözlərinə qulaq assın. Əgər mənə qarşı səni qaldıran Rəbdirsə, bir təqdim qəbul etməyə razı olsun, yox, əgər bəşər övladlarıdırsa, qoy onlar Rəbb qarşısında lənətə gəlsinlər. Belə ki “get özgə allahlara qulluq et” deyərək Rəbbin irsindən pay almayım deyə məni qovdular. 009 1SA 026 020 Qoy qanım Rəbbin hüzurundan uzaq yerdə tökülməsin. Dağlarda necə kəklik ovlayırlarsa, indi İsrail padşahı da bir tək birəni axtarmaq üçün eləcə ova çıxıb». 009 1SA 026 021 Şaul dedi: «Günah etdim, qayıt, oğlum Davud. Mənim canım bu gün sənin gözündə qiymətli olduğu üçün bir daha sənə pislik etməyəcəyəm. Bax ağılsızlıq edib lap çox yanıldım». 009 1SA 026 022 Davud cavab verdi: «Budur nizən, ey padşah! Qoy nökərlərindən biri gəlib onu aparsın. 009 1SA 026 023 Rəbb hər kəsə öz salehliyinin və sədaqətinin əvəzini verəcək. Bu gün Rəbb səni mənə təslim etdiyi halda mən Rəbbin məsh etdiyinə əl qaldırmaq istəmədim. 009 1SA 026 024 Qoy bu gün sənin canın gözümdə necə qiymətlidirsə, mənim canım da Rəbbin gözündə elə qiymətli olsun və məni hər çətinlikdən qurtarsın». 009 1SA 026 025 Şaul Davuda dedi: «Oğlum Davud, bəxtiyar olasan! Sən böyük işlər görüb mütləq qalib gələcəksən». Bundan sonra Davud öz yolu ilə getdi və Şaul da öz yerinə qayıtdı. 009 1SA 027 001 Davud ürəyində düşündü: «Bir gün Şaulun əlində öləcəyəm. Mənim üçün Filiştlilərin ölkəsinə qaçmaqdan yaxşı çarə yoxdur. Şaul da məni bütün İsrail torpağında axtarmaq fikrindən əl çəkər və mən onun əlindən qurtararam». 009 1SA 027 002 Davud durub yanındakı altı yüz kişi ilə Qat padşahı Maok oğlu Akişin tərəfinə keçdi. 009 1SA 027 003 Davud həm özü, həm də adamlarının hər biri külfəti ilə – Davudun iki arvadı İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Qatda, Akişin yanında qaldı. 009 1SA 027 004 Davudun Qata qaçdığını Şaula xəbər verdilər və o da bir daha onu axtarmadı. 009 1SA 027 005 Davud Akişə dedi: «Əgər indi sənin gözündə lütf tapmışamsa, qoy ətraf şəhərlərin birində mənə yer verilsin və mən də orada qalım. Axı nə üçün bu qulun padşah şəhərində sənin yanında qalsın?» 009 1SA 027 006 O gün Akiş ona Ziqlaqı verdi. Bu günə qədər Ziqlaq Yəhuda padşahlarına məxsusdur. 009 1SA 027 007 Davudun Filiştlilərin ölkəsində qaldığı müddət bir il dörd ay idi. 009 1SA 027 008 Davudla adamları gəlib Geşurlulara, Girzlilərə və Amaleqlilərə basqın etdilər. Bu xalqlar qədim zamanlardan bəri Şura çatanadək – Misir ölkəsinə qədər olan ərazidə məskən salmışdılar. 009 1SA 027 009 O hücum etdiyi bu yerlərdə nə kişi, nə də qadınlardan heç kimi sağ buraxmazdı. Onların qoyunlarını, öküzlərini, eşşəklərini, dəvələrini və geyimlərini götürüb Akişin yanına qayıdırdı. 009 1SA 027 010 Akiş ondan soruşanda ki bu gün hara basqın etdiniz, Davud belə cavab verirdi: «Yəhudanın, Yeraxmeellilərin və Qenlilərin cənub bölgəsinə basqın etdik». 009 1SA 027 011 Davud belə edirdi. Filiştlilərin ölkəsində qaldığı müddət ərzində onun iş üsulu belə idi: «Bizim haqqımızda qoy xəbər verməsinlər» deyərək nə kişi, nə də qadınlardan heç kimi sağ buraxmaz və onlardan heç birisini Qata gətirməzdi. 009 1SA 027 012 Akiş Davuda inanaraq belə düşünürdü: «Artıq o öz xalqının – İsrailin gözündən tamamilə düşüb və bundan sonra həmişəlik qulum olacaq». 009 1SA 028 001 Həmin dövrdə İsrailə qarşı döyüşmək üçün Filiştlilər ordularını döyüşə yığdılar. Akiş Davuda dedi: «Bunu yaxşı bil ki, sən və adamların mənimlə bir orduda döyüşəcəksiniz». 009 1SA 028 002 Davud Akişə dedi: «Əla! Sən qulunun nə edəcəyini görəcəksən». Akiş Davuda dedi: «Çox yaxşı, mən səni həmişə özümə mühafizəçi qoyacağam». 009 1SA 028 003 Şamuel ölmüşdü və bütün İsrail onun üçün yas tutmuşdu. Onu Ramada – öz şəhərində dəfn etmişdilər. Şaul isə bütün cindarları və ruhçağıranları ölkədən qovmuşdu. 009 1SA 028 004 Filiştlilər yığılaraq gəlib Şunemdə ordugah qurdular. Şaul bütün İsraili yığıb Gilboa dağında ordugah qurdu. 009 1SA 028 005 Şaul Filişt ordugahını görəndə qorxudan ürəyi əsdi. 009 1SA 028 006 O, Rəbbə müraciət etdi. Amma Rəbb ona nə yuxu, nə Urim, nə də peyğəmbərlər vasitəsilə cavab verdi. 009 1SA 028 007 Şaul əyanlarına dedi: «Mənim üçün bir cindar qadın tapın ki, gedib ona müraciət edim». Əyanları ona dedilər: «Bax En-Dorda bir cindar qadın var». 009 1SA 028 008 Şaul zahiri görkəmini dəyişdirdi, başqa paltar geyinib, iki nəfərlə bərabər oraya getdi və gecə ikən qadının yanına gəlib çatdı. Şaul dedi: «Rica edirəm, mənim falıma baxıb cindarlığını göstər və kimi desəm, onu mənim üçün çıxar». 009 1SA 028 009 Qadın dedi: «Bax Şaulun bu ölkədə nə etdiyini, cindarları və ruhçağıranları necə qırdığını bilirsən. Niyə məni öldürmək üçün canıma tələ qurursan?» 009 1SA 028 010 Şaul qadına «var olan Rəbbə and olsun, bu işin sənə bir ziyanı olmayacaq» deyərək Rəbbə and içdi. 009 1SA 028 011 Qadın dedi: «Sənin üçün kimi çıxarım?» Şaul «mənə Şamueli çıxar» dedi. 009 1SA 028 012 Qadın Şamueli görüncə bərkdən çığırıb Şaula dedi: «Sən ki Şaulsan, niyə məni aldatdın?» 009 1SA 028 013 Padşah ona dedi: «Qorxma, de görüm, nə görürsən?» Qadın Şaula dedi: «Yer altından çıxan allahlar kimi bir şəxs görürəm». 009 1SA 028 014 Şaul dedi: «O kimə oxşayır?» Qadın dedi: «Cübbə geyinmiş qoca bir adam çıxır». Şaul onun Şamuel olduğunu başa düşüb üzüstə əyilib yerə sərildi. 009 1SA 028 015 Şamuel Şaula dedi: «Məni çıxararaq niyə narahat etdin?» Şaul dedi: «Çox dara düşmüşəm, çünki Filiştlilər mənə qarşı müharibə edirlər. Artıq Allah da məndən üz döndərib, daha mənə peyğəmbərlər, yuxular vasitəsilə cavab vermir. Ona görə də səni çağırdım ki, nə etməliyəmsə, onu mənə bildirəsən». 009 1SA 028 016 Şamuel dedi: «Əgər Rəbb səndən üz döndəribsə, demək O sənə düşmən olmuşdur. Belə halda bunu niyə məndən soruşursan? 009 1SA 028 017 Rəbb mənim vasitəmlə söylədiyini etdi və padşahlığı sənin əlindən qoparıb onu sənin yaxının Davuda verdi. 009 1SA 028 018 Sən Rəbbin sözünə baxmadığın və Onun qızğın qəzəbini Amaleqlilərin üstünə gətirmədiyin üçün bu gün O səni bu hala salıb. 009 1SA 028 019 Rəbb səninlə bərabər İsraili də Filiştlilərə təslim edəcək və sabah sən və oğulların mənimlə bərabər olacaqsınız, çünki Rəbb İsrail ordusunu da Filiştlilərə təslim edəcək». 009 1SA 028 020 Şaul o zaman tir-tap yerə sərildi. Ona görə ki Şamuelin sözlərindən çox qorxmuşdu, həm də onda taqət qalmamışdı, çünki bütün günü və gecəni çörək yeməmişdi. 009 1SA 028 021 Qadın Şaulun yanına gəldi və onu sarsılmış halda gördükdə dedi: «Bax kənizin sənin sözünə itaət etdi. Canımı dişimə tutub mənə dediyin sözlərə qulaq asdım. 009 1SA 028 022 Rica edirəm, indi kənizinin sözünə qulaq as və qabağına bir tikə çörək qoyum, onu ye ki, yola düşəndə qüvvən olsun». 009 1SA 028 023 Lakin Şaul bunu rədd edib «yemirəm» dedi. Amma əyanları da qadınla bərabər onu məcbur etdikdə Şaul onların sözünə qulaq asdı və yerdən qalxıb yatağın üstündə oturdu. 009 1SA 028 024 Qadının evində kökəldilmiş bir dana var idi. Tez onu kəsdi və un götürüb yoğurdu, ondan mayasız çörək bişirdi. 009 1SA 028 025 Sonra onu Şaulla əyanlarının qarşısına qoydu. Onlar yeyib ayağa qalxdılar və həmin gecə də durub getdilər. 009 1SA 029 001 Filiştlilər bütün ordularını Afeqdə topladılar. İsraillilər isə İzreeldəki bulağın yanında ordugah qurdular. 009 1SA 029 002 Filiştlilərin ağaları yüz və min nəfərlik dəstələrlə irəliləyirdilər. Davudla adamları isə Akişlə birlikdə arxadan gəlirdilər. 009 1SA 029 003 Filiştlilərin ağaları dedilər: «Bu İbranilərin burada nə işi var?» Akiş onlara belə cavab verdi: «Bu adam bu günlərdə yaxud daha doğrusu, bu illərdə yanımda olan İsrail padşahı Şaulun qulu Davud deyilmi? Mənim yanıma gələn gündən bəri onda pis bir şey görmədim». 009 1SA 029 004 Filiştlilərin ağaları Akişin üstünə qəzəblənib dedilər: «Bu adamı geri qaytar, qoy o təyin etdiyin yerə qayıtsın və bizimlə döyüşə getməsin, yoxsa döyüşdə bizə düşmənçilik edər. Çünki o, ağasının rəğbətini qazanmaq üçün buradakı adamların başını kəsib ona aparmaqdan daha yaxşı yol taparmı? 009 1SA 029 005 Rəqslərdə “Şaul qırdı minləri, Davudsa on minləri” deyə haqqında tərənnüm sözləri söylənən Davud bu deyilmi?» 009 1SA 029 006 Akiş Davudu çağırıb ona dedi: «Var olan Rəbbə and olsun, sən düz adamsan. Orduda mənimlə yürüşə çıxmağın gözümdə xoşdur, çünki yanıma gəldiyin gündən bu günə qədər səndə pis bir şey tapmadım. Lakin ağaların gözünə xoş görünmürsən. 009 1SA 029 007 İndi sağ-salamat öz yerinə qayıt. Filiştlilərin ağalarının gözündə pis olanı etmə». 009 1SA 029 008 Davud Akişə dedi: «Axı mən nə etmişəm? Yanına gələn gündən bu günə qədər qulunda nə tapdın ki, ağam padşahın düşmənlərinə qarşı gedib vuruşmayım?» 009 1SA 029 009 Akiş Davuda cavab verdi: «Bilirəm ki, mənim gözümdə sən Allahın mələyi kimi yaxşısan, amma Filiştlilərin başçıları dedilər: “O bizimlə bir döyüşə çıxmasın”. 009 1SA 029 010 İndi səninlə gələn ağanın qulları ilə birgə səhər tezdən qalxın. Sübh tezdən qalxın və dan yeri ağarar-ağarmaz buradan gedin». 009 1SA 029 011 Səhəri yola çıxmaq üçün Davud özü və adamları qalxıb Filiştlilərin torpağına qayıtdı. Filiştlilər isə İzreelə getdilər. 009 1SA 030 001 Davudla adamları üçüncü gün Ziqlaqa çatdılar. Elə bu zaman Amaleqlilər Negevə və Ziqlaqa hücum edərək Ziqlaq şəhərinə od vurub yandırmışdılar. 009 1SA 030 002 Orada olan qadınlardan isə heç kimi öldürməmişdilər, böyükdən kiçiyə qədər hamısını əsir edib öz yolları ilə geri qayıtmışdılar. 009 1SA 030 003 Davud adamları ilə şəhərə gəlib gördü ki, şəhər yandırılıb və onların arvadları, oğul və qızları əsir aparılıb. 009 1SA 030 004 Buna görə Davud yanına yığılan camaatla birgə taqətdən düşənə qədər hönkürüb ağladı. 009 1SA 030 005 Əsir aparılanlar arasında Davudun iki arvadı, İzreelli Axinoamla Karmelli Navalın dul arvadı Aviqail də var idi. 009 1SA 030 006 Davudun ürəyi çox sıxılırdı, çünki xalq «onu daşlayaq» deyirdi. Ona görə ki camaatın hər birinin oğul və qızından ötrü canı yanırdı. Lakin Davud Allahı Rəbdən qüvvət aldı. 009 1SA 030 007 O, Aximelekin oğlu kahin Evyatara dedi: «Rica edirəm, efodu mənim üçün buraya gətir». Evyatar da efodu Davudun yanına gətirdi. 009 1SA 030 008 Davud Rəbbə müraciət edərək dedi: «Bu basqınçıların arxasınca düşsəm, onlara çatarammı?» Rəbb ona dedi: «Ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan». 009 1SA 030 009 Davud yanında olan altı yüz nəfərlə gedib Besor vadisinə çatdı. Yorulub dala qalanlar isə vadidə qaldılar. 009 1SA 030 010 Lakin Davud dörd yüz nəfərlə basqınçıların ardınca qaçmaqda davam etdi, çünki iki yüz nəfər adam yorularaq Besor vadisini keçə bilməmişdi. 009 1SA 030 011 Çöldə bir Misirli tapdılar və onu Davudun yanına gətirdilər. Ona çörək yedirib, su içirtdilər. 009 1SA 030 012 Sonra bir dilim basılmış əncir lavaşanası ilə iki salxım quru üzüm verdilər. O da yeyib özünə gəldi, çünki üç gün-üç gecə çörək yeməmiş və su içməmişdi. 009 1SA 030 013 Davud ona dedi: «Sən kimin qulusan? Haradansan?» O dedi: «Bir Amaleqlinin qulu, Misirli bir gəncəm. Üç gün əvvəl xəstələndim, ona görə ağam məni atdı. 009 1SA 030 014 Biz Keretlilərin cənubuna, Yəhuda torpağına və Kalevin cənubuna basqın etdik, Ziqlaqa od vurub yandırdıq». 009 1SA 030 015 Davud ona dedi: «Məni bu basqınçıların yanına apararsanmı?» Həmin adam dedi: «Məni öldürməyəcəyinə və ağama təslim etməyəcəyinə Allah haqqı üçün and iç, mən də səni basqınçıların yanına aparım». 009 1SA 030 016 O, Davudu basqınçıların yanına endirdi. Bu zaman basqınçılar hər yana yayılmışdılar. Onlar Filişt və Yəhuda diyarından böyük talan malı götürmüş və bundan ötrü yeyib-içərək şənlik edirdilər. 009 1SA 030 017 Davud gün batandan ertəsi günün axşamınadək onları qırdı. Dəvələrə minib qaçan dörd yüz nəfər gəncdən başqa heç kim canını qurtara bilmədi. 009 1SA 030 018 O, Amaleqlilərin götürüb apardığı hər bir şeyi və iki arvadını geri qaytardı. 009 1SA 030 019 Böyükləri, kiçikləri, bütün oğul və qızları, talan edərək ələ keçirdikləri bütün şeyləri Davud geri qaytardı və onlardan heç nə əskik olmadı. 009 1SA 030 020 Davud qoyunlarla öküzləri də geri qaytardı. Onları o biri heyvanların qarşısından sürüb «bu, Davudun talan malıdır» deyirdilər. 009 1SA 030 021 Davud yorulub ardınca gələ bilməyən və Besor vadisində qalan iki yüz nəfərin yanına gəldi. Onlar Davudu və yanındakı adamları qarşılamağa çıxdılar. Davud oraya yaxınlaşanda xalqa salam verdi. 009 1SA 030 022 Davudla birlikdə gedən adamlar arasında olan bütün pis və yaramaz adamlar belə dedilər: «Onlar bizimlə birlikdə getmədikləri üçün biz də qurtardığımız talan malından onlara heç nə verməyəcəyik. Ancaq hər adama öz arvad-uşaqlarını verəcəyik. Qoy onları götürüb buradan getsinlər». 009 1SA 030 023 Amma Davud onlara belə dedi: «Xeyr, qardaşlarım! Rəbbin bizə verdiyi şeylərlə belə etməyəcəksiniz. Bizi qoruyan Rəbdir və üstümüzə gələn basqınçıları O bizə təslim etdi. 009 1SA 030 024 Sizin bu sözünüzü kim dinləyər? Çünki döyüşə gedənin payı nə qədərdirsə, yüklərin yanında qalanın da payı o qədər olacaq, bərabər bölünəcək». 009 1SA 030 025 Davud bütün İsrail üçün o gündən bu günə qədər davam edən bir qanun və hökm yaratdı. 009 1SA 030 026 Davud Ziqlaqa gəldi və «budur, sizin üçün Rəbbin düşmənlərindən alınan talandan bir hədiyyə» deyərək dostları olan Yəhuda ağsaqqallarına, 009 1SA 030 027 Bet-Eldə, Negevdəki Ramotda və Yattirdə, 009 1SA 030 028 Aroerdə, Sifmotda, Eştemoada, 009 1SA 030 029 Rakalda, Yeraxmeellilərin və Qenlilərin şəhərlərində, 009 1SA 030 030 Xormada, Bor-Aşanda, Atakda, 009 1SA 030 031 Xevronda olanlara və adamları ilə gəzdiyi yerlərin hamısında yaşayanlara talan malından göndərdi. 009 1SA 031 001 Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar, qırılanlar Gilboa dağında qaldı. 009 1SA 031 002 Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. 009 1SA 031 003 Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və ağır yaraladılar. 009 1SA 031 004 Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib qılınclarını mənə batıraraq əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. 009 1SA 031 005 Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. 009 1SA 031 006 O gün Şaul üç oğlu, silahdarı və bütün adamları ilə birlikdə belə həlak oldu. 009 1SA 031 007 Dərənin o biri tərəfində və İordan çayının o biri tayında olan İsraillilər İsrail ordusunun qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərləri qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadılar. 009 1SA 031 008 Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla üç oğlunun meyitini tapdılar. 009 1SA 031 009 Şaulun başını kəsib silahlarını götürdülər. Bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. 009 1SA 031 010 Şaulun silahlarını ilahə Aştoretin məbədinə qoydular və cəsədini Bet-Şean şəhərinin divarına mıxladılar. 009 1SA 031 011 Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə 009 1SA 031 012 bütün igidləri qalxıb gecə boyu yol gedərək Şaulun və oğullarının cəsədini Bet-Şeanın divarından götürdülər. Yaveşə gəlib orada cəsədləri yandırdılar. 009 1SA 031 013 Sonra cəsədlərin sümüklərini götürüb Yaveşdə, yulğun ağacının altında basdırdılar və yeddi gün oruc tutdular. # # BOOK 010 2SA 2 Samuel Ikinci Şamuel 010 2SA 001 001 Şaulun ölümündən sonra Davud Amaleqliləri məğlub edib qayıdan zaman iki gün Ziqlaqda qaldı. 010 2SA 001 002 Üçüncü gün Şaulun yanından – ordugahdan paltarı cırılmış, başı toz-torpağa batmış bir adam gəldi. O, Davudun yanına çatıb qarşısında üzünü yerə qoyaraq təzim etdi. 010 2SA 001 003 Davud ondan soruşdu: «Haradan gəlirsən?» Həmin adam ona dedi: «Qaçıb canımı İsrail ordugahından qurtardım». 010 2SA 001 004 Davud ona dedi: «Orada nə baş verib? Rica edirəm, mənə de». O dedi: «Ordu döyüş meydanından qaçdı və onların bir çoxu qırılıb öldü. Şaulla oğlu Yonatan da həlak oldu». 010 2SA 001 005 Davud ona xəbər verən cavan adamdan soruşdu: «Bəs sən haradan bildin ki, Şaulla Yonatan da öldü?» 010 2SA 001 006 Davuda xəbər verən cavan belə dedi: «Təsadüfən Gilboa dağında idim və gördüm ki, Şaul nizəsinə söykənərək dayanıb. Atlılar və döyüş arabaları isə artıq ona çatmaqda idi. 010 2SA 001 007 Şaul geriyə baxanda məni görüb çağırdı. Mən dedim: “Buyurun, buradayam”. 010 2SA 001 008 O mənə “Sən kimsən?” dedi. Mən ona dedim ki, mən bir Amaleqliyəm. 010 2SA 001 009 Şaul mənə dedi: “Gəl əyil üzərimə, məni öldür, can üstəyəm, bu ağrılardan qurtarmaq istəyirəm”. 010 2SA 001 010 Elə buna görə də mən onun üstünə əyilib nəfəsini kəsdim. Çünki bilirdim ki, o yıxılandan sonra artıq yaşaya bilməyəcək. Sonra onun başının tacını və qolunun bilərziyini götürdüm və buraya, ağam üçün gətirdim». 010 2SA 001 011 Bunu eşidən Davud dartıb paltarlarını cırdı və yanındakı bütün adamlar da belə etdilər. 010 2SA 001 012 Onlar Şaul üçün, oğlu Yonatan üçün, Rəbbin xalqı və bütün İsrail nəsli üçün axşamacan yas qurub ağladılar və oruc tutdular, çünki onlar qılıncdan keçirilərək həlak olmuşdu. 010 2SA 001 013 Davud əhvalatı ona danışan cavana dedi: «Haralısan?» O cavab verdi: «Mən yadelliyəm, bir Amaleqlinin oğluyam». 010 2SA 001 014 Davud ona dedi: «Bəs niyə qorxmayaraq Rəbbin məsh olunmuş padşahını öldürmək üçün əl qaldırdın?» 010 2SA 001 015 Davud adamlarından birini çağırıb dedi: «Get, onu öldür». O da Amaleqlini vurub öldürdü. 010 2SA 001 016 Davud Amaleqliyə dedi: «Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi». 010 2SA 001 017 Davud Şaul və oğlu Yonatanın yasında bu mərsiyəni oxudu. 010 2SA 001 018 Sonra tapşırdı ki, «Oxatan yay» adlı bu mərsiyəni Yəhuda övladlarına öyrətsinlər. Bu mərsiyə Yaşar kitabında yazılmışdır: 010 2SA 001 019 Ey İsrail, şərəfin öz yüksək yerlərinin üstündə öldürüldü! İgidlər necə də qırıldı! 010 2SA 001 020 Filiştlilərin qızları sevinməsinlər deyə, Sünnətsizlərin qızları fərəhlənməsinlər deyə Bunu Qatda bildirməyin, Aşqelon küçələrində yaymayın. 010 2SA 001 021 Ey Gilboa dağları, Üstünə şeh, yağış düşməsin, Qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı. 010 2SA 001 022 Öldürülənlərin qanına, igidlərin piyinə görə Yonatanın yayı geri dönməzdi, Şaulun qılıncı boş qayıtmazdı. 010 2SA 001 023 Şaul ilə Yonatan necə sevimli, əziz, Həyatda və ölümdə ayrılmaz oldunuz siz. Onlar qartallardan sürətli idi, Aslanlardan qüvvətli idi. 010 2SA 001 024 Ey İsrail qızları, ağlayın Şaul üçün. O sizə qiymətli al qumaşlar geydirərdi, Geyiminizə qızıl naxışlar vurardı. 010 2SA 001 025 Ah, döyüş meydanında necə də igidlər qırıldı! Yonatan sənin yüksək təpələrində həlak oldu. 010 2SA 001 026 Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar. Sən mənə çox əziz idin. Sənin sevgin mənim üçün heyranedici idi, Qadın sevgisindən də üstün idi. 010 2SA 001 027 İgidlər necə də qırıldı! Döyüş silahları necə də yox oldu! 010 2SA 002 001 Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona». 010 2SA 002 002 Davud iki arvadı – İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Xevrona qalxdı. 010 2SA 002 003 Davudun yanında olan adamları öz külfətlərini götürüb Xevronun ətraf məhəllələrində yaşamağa başladı. 010 2SA 002 004 Yəhuda adamları isə gəlib Davudu orada Yəhuda nəslinin padşahı olaraq məsh etdilər. O vaxt Davuda bildirdilər ki, Şaulu Yaveş-Gilead əhalisi dəfn edib. 010 2SA 002 005 Davud Yaveş-Gilead sakinlərinin yanına qasidlər göndərib belə dedi: «Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz. 010 2SA 002 006 Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm. 010 2SA 002 007 Ağanız Şaul öldüyü üçün qoy indi qollarınız qüvvətdən düşməsin və cəsur olun, çünki Yəhuda nəsli məni öz üzərində padşah olaraq məsh edib». 010 2SA 002 008 Şaulun ordu başçısı Ner oğlu Avner Şaulun oğlu İş-Boşeti götürüb Maxanayimə aparmışdı. 010 2SA 002 009 Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi. 010 2SA 002 010 Şaul oğlu İş-Boşet İsrailin padşahı olan zaman qırx yaşında idi. O, cəmi iki il padşahlıq etdi. Yəhuda nəsli isə Davudun tərəfində idi. 010 2SA 002 011 Davud Xevronda, Yəhuda nəsli üzərində yeddi il altı ay idi ki, padşahlıq edirdi. 010 2SA 002 012 Bir gün Ner oğlu Avner, Şaul oğlu İş-Boşetin əyanları ilə Maxanayimdən Giveona getdi. 010 2SA 002 013 Seruya oğlu Yoav isə Davudun adamları ilə çıxıb Giveon gölməçəsi yanında onları qarşıladı. Yoav adamları ilə gölməçənin bir tərəfində, Avner isə adamları ilə gölməçənin o biri tərəfində əyləşdi. 010 2SA 002 014 Avner Yoava dedi: «Qoy cavanlar qalxıb qarşımızda təkbətək döyüşsün». Yoav dedi: «Qalxsınlar». 010 2SA 002 015 Onlar qalxdılar. Binyamin və Şaul oğlu İş-Boşet tərəfindən on iki nəfər və Davudun adamlarından da on iki nəfər qalxıb sayı-hesabı ilə yerlərinə keçdilər. 010 2SA 002 016 Onlar bir-birinin başından tutub hər biri öz qılıncını qarşısında olanın böyrünə sapladı. Hamısı birlikdə yerə yıxıldı. Buna görə də Giveonda olan o yerə Xelqat-Hassurim deyilir. 010 2SA 002 017 O gün döyüş çox şiddətli oldu və Avnerlə İsraillilər Davudun adamları qarşısında məğlub oldular. 010 2SA 002 018 Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi. 010 2SA 002 019 O, Avnerin dalınca düşüb onu qovurdu və Avnerin arxasınca qaçarkən düz gedərək nə sağa, nə də sola dönürdü. 010 2SA 002 020 Avner arxaya baxıb dedi: «Asahel, bu sənsənmi?» O dedi: «Bəli, mənəm». 010 2SA 002 021 Avner ona dedi: «Bir sağına yaxud soluna dön. O gənclərdən birini tut, onun silahlarını al». Lakin Asahel əl çəkmədən onu qovurdu. 010 2SA 002 022 Avner Asahelə bir də dedi: «Qayıt, əl çək, məni qovma! Axı niyə səni öldürüb yerə sərim? Sonra qardaşın Yoavın üzünə necə baxaram?» 010 2SA 002 023 Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı. 010 2SA 002 024 Yoavla Avişay Avnerin ardınca qaçdılar və gün batarkən Giveon çölü yolunda Giahla üzbəüz olan Amma təpəsinə çatdılar. 010 2SA 002 025 Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və yığılıb bir təpənin başında dayandılar. 010 2SA 002 026 Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?» 010 2SA 002 027 Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi». 010 2SA 002 028 Sonra Yoav şeypur çaldı, hamı dayandı. Artıq İsrailliləri təqib etmədilər və bir daha döyüşmədilər. 010 2SA 002 029 Avnerlə adamları bütün gecəni Arava vadisindən ötüb İordan çayını keçdilər və bütün Bitron boyunca irəliləyərək Maxanayimə çatdılar. 010 2SA 002 030 Yoav Avnerin ardınca düşməkdən vaz keçib qayıtdı və bütün xalqı topladı. Davudun adamlarından Asaheldən başqa on doqquz nəfər də əskik idi. 010 2SA 002 031 Davudun adamları isə Binyaminliləri və Avnerin adamlarını vurdu və üç yüz altmış nəfəri öldürdü. 010 2SA 002 032 Asaheli götürüb atasının Bet-Lexemdə olan qəbrində dəfn etdilər. Yoavla adamları bütün gecəni yol getdilər və gün doğanda Xevrona çatdılar. 010 2SA 003 001 Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüvvətlənir, Şaul nəsli isə zəifləyirdi. 010 2SA 003 002 Xevronda Davudun oğulları doğuldu. İlk oğlu İzreelli Axinoamdan doğulan Amnon idi. 010 2SA 003 003 İkincisi Karmelli Navalın dul arvadı Aviqaildən doğulan Kilav, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, 010 2SA 003 004 dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya, 010 2SA 003 005 altıncısı isə Davudun arvadı Eqladan doğulan İtream idi. Davudun bu oğulları Xevronda doğulmuşdu. 010 2SA 003 006 Şaul nəsli ilə Davud nəsli arasında olan çəkişmə zamanı Şaul nəslini himayə edən Avner qüvvə toplayırdı. 010 2SA 003 007 Şaulun Ayya qızı Rispa adlı bir cariyəsi var idi. İş-Boşet Avnerə dedi: «Niyə atamın cariyəsinin yanına girdin?» 010 2SA 003 008 İş-Boşetin bu sözlərinə görə Avner çox qəzəbləndi və dedi: «Mən Yəhuda tərəfini saxlayan bir köpək başıyammı? Mən bu gün atan Şaulun nəslinə, onun soydaşlarına və dostlarına havadar olub səni Davuda təslim etmədim, lakin indi sən bir qadından ötrü mənim üstümə günah yıxırsan? 010 2SA 003 009 Rəbb padşahlığı Şaul nəslindən alıb Dandan Beer-Şevaya qədər İsraildə Davudun taxtını quracağına and içdi. 010 2SA 003 010 Bunu Davud üçün mən də etməsəm, qoy Allah Avnerə beləsini və bundan betərini etsin!» 010 2SA 003 011 Belə olanda İş-Boşet Avnerdən qorxdu, daha cavab qaytara bilmədi. 010 2SA 003 012 Sonra Avner Davudun yanına öz adından qasidlər göndərib dedi: «Bu torpaq kimindir? Gəl sən mənimlə əhd bağla və sonra mən bütün İsraili sənin tərəfinə çəkmək üçün səninlə əlbir olacağam». 010 2SA 003 013 Davud dedi: «Lap yaxşı, mən səninlə əhd bağlayaram. Ancaq bir şərtlə ki mənimlə görüşməyə gələn zaman əvvəlcə Şaulun qızı Mikalı yanıma gətirməlisən, yoxsa məni görməyəcəksən». 010 2SA 003 014 Davud Şaul oğlu İş-Boşetin yanına qasidlər göndərib dedi: «Yüz Filiştlinin sünnət ətini gətirib nişanlandığım arvadım Mikalı mənə qaytar». 010 2SA 003 015 İş-Boşet adam göndərib qadını əri Layiş oğlu Paltieldən aldı. 010 2SA 003 016 Onun əri ağlaya-ağlaya Baxurimə qədər arvadının dalınca getdi. Burada Avner ona dedi: «Geri qayıt». O da geriyə qayıtdı. 010 2SA 003 017 Avner İsrail ağsaqqallarına müraciət edib dedi: «Xeyli vaxtdır istəyirsiniz ki, Davud padşahınız olsun. 010 2SA 003 018 İndi isə bunu edin! Çünki Rəbb “qulum Davudun əli ilə xalqım İsraili Filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam” sözünü Davud üçün söyləmişdi». 010 2SA 003 019 Avner bunu Binyaminlilərə də söylədi və İsrail ilə bütün Binyamin nəslinin gözündə xoş olan hər şeyi Davuda nəql etmək üçün Xevrona getdi. 010 2SA 003 020 Avner və onunla bərabər iyirmi nəfər Xevrona, Davudun yanına gəldi. Davud Avnerlə adamları üçün ziyafət qurdu. 010 2SA 003 021 Avner Davuda dedi: «Qoy gedim, bütün İsraili ağam padşaha tərəfdar edim ki, onlar da səninlə əhd bağlasın. Sən də ürəyin istəyən kimi bütün ölkəyə padşahlıq et». Davud Avneri buraxdı, o da sağ-salamat çıxıb getdi. 010 2SA 003 022 Bu vaxt Davudun adamları ilə Yoav bir basqından qayıtmışdı. Özləri ilə çoxlu talan malı gətirmişdilər. Avner isə Xevronda Davudun yanında deyildi, çünki Davud onu buraxmışdı, o da sağ-salamat çıxıb getmişdi. 010 2SA 003 023 Yoavla birlikdə bütün ordu gəldi və Yoava bunu xəbər verib dedilər: «Ner oğlu Avner padşahın yanına gəlmişdi və padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi». 010 2SA 003 024 Yoav padşahın yanına gəlib dedi: «Sən nə etmisən? Bax Avner sənin yanına gəlmişdi, bəs nə üçün onu buraxdın? O getdi. 010 2SA 003 025 Sən Ner oğlu Avneri tanıyırsan, bilirsən ki, o səni aldatmaq, hara gedib-gəldiyini öyrənmək və etdiyin hər şeyi bilmək üçün gəlmişdi». 010 2SA 003 026 Yoav Davudun yanından çıxıb Avnerin arxasınca çaparlar göndərdi və onu Sira quyusunun yanından geri qaytardılar, lakin Davudun bundan xəbəri yox idi. 010 2SA 003 027 Avner Xevrona qayıdanda Yoav təklikdə danışmaq üçün onu darvazanın içinə çəkdi və qardaşı Asahelin qanından ötrü Avneri qarnından vurub öldürdü. 010 2SA 003 028 Sonra Davud bundan xəbər tutanda dedi: «Rəbb qarşısında Ner oğlu Avnerin qanından ötrü əbədi olaraq mən və padşahlığım günahkar deyil. 010 2SA 003 029 Qoy bu günah Yoavın başına və atasının nəslinin üstünə dönsün. Qoy Yoavın nəslindən yara-xoralı, cüzamlı, qoltuq ağacına söykənən, qılıncdan keçən yaxud aclıq çəkən adamlar heç vaxt əskik olmasın». 010 2SA 003 030 Beləcə Yoavla qardaşı Avişay Avneri öldürdülər, çünki onların qardaşı Asaheli Giveondakı döyüşdə o öldürmüşdü. 010 2SA 003 031 Sonra Davud Yoava və yanında olan bütün xalqa belə dedi: «Paltarlarınızı cırın, çula bürünüb Avner üçün yas qurun». Padşah Davud mafənin ardınca gedirdi. 010 2SA 003 032 Avneri Xevronda dəfn etdilər. Padşah Avnerin qəbri üstündə bərkdən ağladı və bütün xalq ona qoşulub ağladı. 010 2SA 003 033 Padşah Avner üçün mərsiyə oxudu: Avner, bir axmaq kimi ölməli idinmi? 010 2SA 003 034 Əllərin bağlanmamışdı, Ayaqlarına zəncir vurulmamışdı. Şər adamlar qarşısında yerə düşən bir adam kimi yıxıldın. Bütün xalq bir daha Avner üçün ağladı. 010 2SA 003 035 Bütün xalq hələ gündüz ikən Davudun yanına gəlib onu çörək yeməyə məcbur edirdi. Lakin Davud and içib dedi: «Əgər gün batmazdan əvvəl çörək yaxud başqa bir şey dilimə vursam, qoy Allah mənə beləsini və bundan betərini etsin!» 010 2SA 003 036 Bütün xalq buna fikir verdi, əvvəllər padşahın etdiyi hər şey onlara xoş təsir bağışladığı kimi bu iş də gözlərində o cür yaxşı göründü. 010 2SA 003 037 O gün xalq – bütün İsraillilər başa düşdülər ki, Ner oğlu Avnerin öldürülməsində günahkar padşah deyil. 010 2SA 003 038 Padşah əyanlarına dedi: «Bu gün İsraildə bir rəhbərin, böyük bir adamın həlak olduğunu bilmirsinizmi? 010 2SA 003 039 Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar – Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!» 010 2SA 004 001 Şaul oğlu İş-Boşet Avnerin Xevronda öldürüldüyünü eşidəndə əlləri sustaldı və bütün İsraili dəhşət bürüdü. 010 2SA 004 002 Şaul oğlu İş-Boşetin dəstə başçısı olan iki adamı var idi. Bunlar Binyamin övladlarından olan Beerotlu Rimmonun oğulları olub, birinin adı Baana, o birinin adı isə Rekav idi. Beerot da Binyaminin bir hissəsi sayılır. 010 2SA 004 003 Beerotlular Gittayimə qaçmışdı və bu günə qədər orada qəriblikdə yaşayırlar. 010 2SA 004 004 Şaul oğlu Yonatanın ayaqdan şikəst bir oğlu var idi. İzreeldən Şaulla Yonatanın ölüm xəbəri çatanda onun beş yaşı var idi. Dayəsi onu götürüb qaçdı. Tələsib qaçanda uşaq əlindən düşüb topal oldu. Bu uşağın adı Mefiboşet idi. 010 2SA 004 005 İş-Boşet günorta vaxtı dincələndə Beerotlu Rimmonun oğulları Rekav və Baana yola çıxıb günortanın isti çağında onun evinə çatdılar. 010 2SA 004 006 Rekav qardaşı Baana ilə buğda daşıyanlar görkəmində evə girdilər və İş-Boşeti qarnından vurub aradan çıxdılar. 010 2SA 004 007 Onlar evə girəndə İş-Boşet yataq otağında, öz yatağında yatırdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Arava yolu ilə getdilər. 010 2SA 004 008 İş-Boşetin başını Xevrona Davudun yanına gətirdilər və padşaha dedilər: «Budur, sənin canına qəsd etmək istəyən düşmənin Şaul oğlu İş-Boşetin başı! Rəbb Şauldan və onun övladlarından ağam padşaha bu gün qisaslar ehsan etdi». 010 2SA 004 009 Davud Beerotlu Rimmonun oğullarına – Rekavla qardaşı Baanaya belə cavab verdi: «Canımı hər cür bəlalardan qurtaran var olan Rəbbə and olsun, 010 2SA 004 010 Ziqlaqda olanda özünə görə guya müjdə verərək “budur, Şaul öldü” deyə birisi mənə xəbər gətirmişdi. Buna görə də onu yaxalayıb öldürdüm. Ona gətirdiyi xəbərə görə mükafatım bu oldu. 010 2SA 004 011 İndi şər adamlar bir günahsızı öz evində, yatağı üstündə öldürərkən sizdən onun qan qisasını alıb sizi yer üzündən yox etməyəcəyəmmi?» 010 2SA 004 012 Sonra Davud nökərlərinə əmr etdi, nökərlər onları öldürdü və əl-ayaqlarını kəsib Xevrondakı gölməçənin yanından asdı. İş-Boşetin başını isə götürüb Xevronda Avnerin qəbrinin yanında basdırdılar. 010 2SA 005 001 İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. 010 2SA 005 002 Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan». 010 2SA 005 003 İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər. 010 2SA 005 004 Davud padşah olanda otuz yaşı var idi və qırx il padşahlıq etdi. 010 2SA 005 005 O, Xevronda Yəhuda üzərində yeddi il altı ay idi ki, padşahlıq etmişdi və Yerusəlimdə, bütün İsrail ilə Yəhuda üzərində isə otuz üç il padşahlıq etdi. 010 2SA 005 006 Padşahla adamları Yerusəlimə gedib o torpağın yerli əhalisi Yevuslulara hücum etdilər. Yevuslular Davuda dedilər: «Sən buraya girə bilməzsən. Əgər buraya gəlsən, səni hətta korlar və topallar da geri ata bilər». Onlar fikirləşdilər ki, Davud bu şəhərə girə bilməz. 010 2SA 005 007 Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. 010 2SA 005 008 Davud həmin gün dedi: «Hər kim Yevuslulara hücum edəcəksə, yeraltı keçidlə Davudun canına nifrət edən o topallara və korlara çatmalıdır». Elə buna görə də deyirlər ki, kor və topallar saraya girməyəcək. 010 2SA 005 009 Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi. 010 2SA 005 010 Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi. 010 2SA 005 011 Sur padşahı Xiram Davudun yanına qasidlərlə sidr ağacları, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün bir ev tikdilər. 010 2SA 005 012 Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirib və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəldib. 010 2SA 005 013 Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu. 010 2SA 005 014 Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, 010 2SA 005 015 İvxar, Elişua, Nefeq, Yafia, 010 2SA 005 016 Elişama, Elyada və Elifelet. 010 2SA 005 017 Filiştlilər eşitdilər ki, Davud İsrail üzərində padşah olmaq üçün məsh edilib. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib qalaya endi. 010 2SA 005 018 Filiştlilər gəlib Refaim vadisinə yayıldı. 010 2SA 005 019 Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm». 010 2SA 005 020 Davud Baal-Perasimə gəlib Filiştliləri qırdı və belə dedi: «Sellər bəndləri dağıtdığı kimi Rəbb də düşmənlərimi mənim önümdə dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular. 010 2SA 005 021 Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı. 010 2SA 005 022 Filiştlilər yenə də Refaim vadisinə çıxaraq yayıldılar. 010 2SA 005 023 Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. 010 2SA 005 024 Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq». 010 2SA 005 025 Rəbb Davuda necə buyurmuşdusa, o da elə etdi və Gevadan Gezerə çatana qədər Filiştliləri qırdı. 010 2SA 006 001 Davud İsraildə yenidən bütün seçmə adamları topladı. Onlar otuz min nəfər idi. 010 2SA 006 002 Davud durub yanındakı xalqla birgə Yəhudanın Baale şəhərinə getdi ki, keruvlar üstündə taxt quran Ordular Rəbbinə aid olan Allahın sandığını oradan çıxartsın. 010 2SA 006 003 Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü. 010 2SA 006 004 Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi. 010 2SA 006 005 Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar. 010 2SA 006 006 Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu. 010 2SA 006 007 Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə – Allahın sandığı yanında öldü. 010 2SA 006 008 Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir. 010 2SA 006 009 Həmin gün Davud Rəbdən qorxub dedi: «Rəbbin sandığı mənim yanımda necə qala bilər?» 010 2SA 006 010 Davud Rəbbin sandığını öz yanına – Davudun şəhərinə aparmaq istəmədi və sandığı yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu. 010 2SA 006 011 Rəbbin sandığı üç ay Qatlı Oved-Edomun evində qaldı. Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi. 010 2SA 006 012 Padşah Davuda «Rəbb Oved-Edomun nəslinə və ona məxsus hər şeyə Allahın sandığına görə bərəkət verdi» deyə xəbər verildi. Davud gedib Oved-Edomun evindən Allahın sandığını sevinclə Davudun adı verilən şəhərə çıxardı. 010 2SA 006 013 Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi. 010 2SA 006 014 O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi. 010 2SA 006 015 Davudla bütün İsrail nəsli Rəbbin sandığını hay-küylə, şeypur səsi ilə çıxartdılar. 010 2SA 006 016 Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi. 010 2SA 006 017 Rəbbin sandığını gətirib Davudun bu məqsədlə qurduğu çadırın içərisində onun üçün ayrılan yerə qoydular. Davud Rəbbin önündə yandırma və ünsiyyət qurbanları kəsdi. 010 2SA 006 018 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Ordular Rəbbinin adı ilə xalqa xeyir-dua verdi. 010 2SA 006 019 İstər qadın, istərsə də kişi olsun, xalqın hamısına – İsrail camaatından hərəyə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Sonra xalqın hamısı öz evinə qayıtdı. 010 2SA 006 020 Davud öz külfətinə xeyir-dua vermək üçün qayıdanda Şaulun qızı Mikal Davudun qarşısına çıxıb belə dedi: «Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarının və qarabaşlarının qarşısında soyundu!» 010 2SA 006 021 Davud Mikala dedi: «Mən bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəcəyəm. 010 2SA 006 022 Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qarabaşların qarşısında şərəflənəcəyəm». 010 2SA 006 023 Buna görə də Şaul qızı Mikalın ölənə qədər övladı olmadı. 010 2SA 007 001 Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu. 010 2SA 007 002 O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır». 010 2SA 007 003 Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir». 010 2SA 007 004 Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu: 010 2SA 007 005 «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən? 010 2SA 007 006 İsrail övladlarını Misirdən çıxartdığım gündən ta bu günə qədər Mən heç bir evdə yaşamamışam, ancaq bir səyyar çadırda oraya-buraya köçmüşəm. 010 2SA 007 007 Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?” 010 2SA 007 008 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim. 010 2SA 007 009 Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. 010 2SA 007 010 Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər. 010 2SA 007 011 Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək. 010 2SA 007 012 “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. 010 2SA 007 013 O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm. 010 2SA 007 014 Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam. 010 2SA 007 015 Qarşından götürdüyüm Şauldan lütfümü geri aldığım kimi ondan geri almayacağam. 010 2SA 007 016 Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”». 010 2SA 007 017 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi. 010 2SA 007 018 Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın? 010 2SA 007 019 Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb? 010 2SA 007 020 Davud Sənə daha nə deyə bilər? Ya Xudavənd Rəbb, bu qulunu Sən tanıyırsan! 010 2SA 007 021 Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin. 010 2SA 007 022 Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. 010 2SA 007 023 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqın önündə onlar və Öz ölkən uğrunda böyük və xariqəli işlər gördün. Belə ki millətləri və onların allahlarını qovub Özünə şöhrət qazandın. 010 2SA 007 024 Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq təyin etdin və Sən, ya Rəbb, onların Allahı oldun. 010 2SA 007 025 İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et. 010 2SA 007 026 Qoy insanlar “Ordular Rəbbi İsrailə hakim olan Allahdır” deyərək Sənin adını əbədi ucaltsınlar və qulun Davudun nəsli Sənin önündə möhkəm qalsın. 010 2SA 007 027 Çünki Sən Ordular Rəbbi, İsrailin Allahı “sənə ev tikəcəyəm” deyərək bu quluna vəhy göndərdin. Ona görə də qulun Sənə bu duanı etməyə cəsarət tapdı. 010 2SA 007 028 Ya Xudavənd Rəbb, Sən Allahsan, Sənin sözlərin haqdır və indi də quluna bu yaxşı şeyi vəd etdin. 010 2SA 007 029 Əbədi olaraq Sənin önündə olsun deyə qulunun nəslinə xeyir-dua vermək qoy Sənə xoş görünsün! Çünki, ya Xudavənd Rəbb, Sən belə söz verdin. Bu qulunun nəsli Sənin xeyir-duanla əbədilik xeyir-dua alsın!» 010 2SA 008 001 Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Meteq-Ammahı Filiştlilərdən aldı. 010 2SA 008 002 Moavlıları da məğlub etdi və yerə uzadaraq ölçü ipi ilə ölçdü, ölçdüyü iki cərgəni öldürdü, bir cərgəni isə sağ buraxdı. Moavlılar Davuda tabe olub xərac verdilər. 010 2SA 008 003 Sova padşahı Rexov oğlu Hadadezer Fərat çayının ətrafında öz hakimiyyətini bərpa etmək üçün gedəndə Davud onu məğlub etdi. 010 2SA 008 004 O, Hadadezerin min yeddi yüz süvarisini və iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. 010 2SA 008 005 Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. 010 2SA 008 006 Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. 010 2SA 008 007 O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. 010 2SA 008 008 Padşah Davud Hadadezerin Betah və Berotay şəhərlərindən çoxlu tunc aldı. 010 2SA 008 009 Xamat padşahı Toi eşitdi ki, Davud Hadadezerin bütün ordusunu məğlub edib. 010 2SA 008 010 Toi padşah Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Yoramı onun yanına göndərdi, çünki Hadadezer Toi ilə həmişə müharibə etmişdi. Yoram Davuda qızıl-gümüş və tunc əşyalar bəxş etdi. 010 2SA 008 011 Padşah Davud bu bəxşişləri də, özünə tabe etdirdiyi bütün millətlərdən – 010 2SA 008 012 Aramlılardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən, Amaleqlilərdən əldə etdiyi qızıl-gümüşü də Sova padşahı Rexov oğlu Hadadezerdən əldə edilən talan malı ilə birlikdə Rəbbə həsr etdi. 010 2SA 008 013 Duz vadisində Davud Edomlulardan on səkkiz min nəfəri qırandan sonra geri qayıdan zaman ad qazandı. 010 2SA 008 014 Edoma hərbi dəstələr yerləşdirdi. Edomun hər tərəfinə hərbi dəstələri yerləşdirəndən sonra Edomluların hamısı Davuda tabe oldu. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. 010 2SA 008 015 Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi. 010 2SA 008 016 Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; 010 2SA 008 017 Axituv oğlu Sadoq və Evyatar oğlu Aximelek kahin idi; Seraya mirzə idi; 010 2SA 008 018 Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları isə vəzir idi. 010 2SA 009 001 Davud dedi: «Şaul nəslindən sağ qalan kimsə varmı? Yonatanın xatirinə ona yaxşılıq edim». 010 2SA 009 002 Şaulun nəslində Siva adlı bir xidmətçi var idi. Onu Davudun yanına çağırdılar və padşah ona dedi: «Siva sənsənmi?» O dedi: «Qulun özüdür ki, var». 010 2SA 009 003 Padşah dedi: «Şaul nəslindən bir adam qalmayıb ki, ona Allah xatirinə yaxşılıq edim?» Siva padşaha dedi: «Yonatanın iki ayağından şikəst bir oğlu var». 010 2SA 009 004 Padşah ona dedi: «İndi o haradadır?» Siva padşaha dedi: «Budur, indi o, Lo-Devarda Ammielin oğlu Makirin evindədir». 010 2SA 009 005 Padşah Davud adam göndərib Lo-Devardan Ammielin oğlu Makirin evindən Mefiboşeti gətirtdi. 010 2SA 009 006 Şaul oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və üzünü yerə qoyub təzim etdi. Davud dedi: «Mefiboşet!» O «Budur, qulun özüdür ki, var!» dedi. 010 2SA 009 007 Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən». 010 2SA 009 008 Mefiboşet təzim edib dedi: «Axı bu qulun kimdir ki? Mənim kimi ölü bir köpəyə tərəf nə üçün üz tutursan?» 010 2SA 009 009 Padşah Şaulun xidmətçisi Sivanı çağırıb dedi: «Şaula və onun nəslinə aid olan hər şeyi sənin ağanın nəvəsinə verdim. 010 2SA 009 010 Ağanızın nəvəsinin torpağını sən, oğulların və qulların becərəcək. Məhsulunu ona verəcəksiniz ki, azuqəsi olsun. Ağanızın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yemək yeyəcək». Sivanın on beş oğlu və iyirmi qulu var idi. 010 2SA 009 011 Siva padşaha dedi: «Mən ağam padşahın bu quluna əmr etdiyi hər şeyi edəcəyəm». Beləliklə, Mefiboşet padşah oğullarından biri kimi Davudun süfrəsində yemək yeyirdi. 010 2SA 009 012 Mefiboşetin kiçik bir oğlu var idi. Onun adı Mika idi. Sivanın evində yaşayanların hamısı Mefiboşetin xidmətçiləri idi. 010 2SA 009 013 Bundan sonra Mefiboşet Yerusəlimdə qaldı, çünki həmişə padşahın süfrəsində yemək yeyirdi. O, iki ayağından şikəst idi. 010 2SA 010 001 Bir müddət sonra Ammonluların padşahı öldü və onun yerinə oğlu Xanun padşah oldu. 010 2SA 010 002 Davud dedi: «Atası mənə yaxşılıq etdiyinə görə mən də Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm». Davud əyanlarından bir neçəsini Xanunun atası üçün başsağlığı verməyə göndərdi. Lakin Davudun adamları Ammon ölkəsinə çatanda 010 2SA 010 003 Ammonluların başçıları öz ağaları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Davudun sənin yanına adamlarını göndərməsi şəhəri gözdən keçirib araşdırmaq və buranı yıxmaq üçün deyilmi?» 010 2SA 010 004 Xanun Davudun adamlarını tutaraq saqqallarını yarıyacan qırxdırıb paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi. 010 2SA 010 005 Bunu Davuda xəbər verdilər, Davud da onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız». 010 2SA 010 006 Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular. 010 2SA 010 007 Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi. 010 2SA 010 008 Ammonlular çıxıb darvazanın girişində döyüşə düzüldülər. Sova və Rexov Aramlıları ilə Tov və Maaka adamları çöldə ayrıca durmuşdular. 010 2SA 010 009 Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzilərini ayırıb Aramlılara qarşı düzdü. 010 2SA 010 010 Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onları Ammonlulara qarşı düzdü. 010 2SA 010 011 Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən gəlib sənə kömək edərəm. 010 2SA 010 012 Cəsarətli ol. Gəl xalqımız naminə, Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin». 010 2SA 010 013 Yoav və yanındakı qoşun Aramlılara qarşı döyüşə yaxınlaşarkən düşmənlər Yoavın qabağından qaçdılar. 010 2SA 010 014 Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı. 010 2SA 010 015 Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə bir yerə yığıldılar. 010 2SA 010 016 Hadadezer adam göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdı. Hadadezerin ordu başçısı Şovakla birgə Xelama gəldi. 010 2SA 010 017 Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçərək Xelama gəldi. Aramlılar Davuda qarşı düzülüb onunla vuruşdular. 010 2SA 010 018 Aramlılar İsraillilərin qarşısından qaçdılar. Davud Aramlılardan yeddi yüz döyüş arabaçısı ilə qırx min süvarini qırdı və orada ordu başçısı Şovakı vurub öldürdü. 010 2SA 010 019 Hadadezerə tabe olan padşahların hamısı İsrail qarşısında məğlub olduqlarını görəndə İsraillilərlə sülh bağlayıb onlara tabe oldular. Artıq Aramlılar Ammonlulara kömək etməyə qorxdular. 010 2SA 011 001 Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı. 010 2SA 011 002 Bir axşamçağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzişirdi. O, damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi. 010 2SA 011 003 Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır». 010 2SA 011 004 Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı. 010 2SA 011 005 Qadın bundan boylu olub Davuda «mən hamiləyəm» deyə xəbər göndərdi. 010 2SA 011 006 Davud Yoavın yanına adam göndərib dedi: «Xetli Uriyanı mənim yanıma göndər». Yoav Uriyanı Davudun yanına göndərdi. 010 2SA 011 007 Uriya Davudun yanına gələndə Davud Yoavın, xalqın və döyüşün vəziyyətini soruşdu. 010 2SA 011 008 Sonra Davud Uriyaya dedi: «Get evinə, ayaqlarını yu». Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi. 010 2SA 011 009 Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatıb evinə getmədi. 010 2SA 011 010 Davuda «Uriya evinə getmədi» deyə bildirdilər. Davud Uriyaya dedi: «Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin?» 010 2SA 011 011 Uriya Davuda dedi: «Əhd sandığı və İsraillilərlə Yəhudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Həyatına və canına and olsun, mən belə şey etmərəm». 010 2SA 011 012 Davud Uriyaya dedi: «Bu gün də burada qal, sabah səni yola salaram». Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı. 010 2SA 011 013 Davud onu çağırıb yedirib-içirərək sərxoş etdi. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi. 010 2SA 011 014 Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi. 010 2SA 011 015 Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün». 010 2SA 011 016 Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi. 010 2SA 011 017 Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi. 010 2SA 011 018 Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi. 010 2SA 011 019 Qasidə əmr edib dedi: «Döyüş haqqında olan bütün məlumatları padşaha söyləyib bitirərkən 010 2SA 011 020 padşah sənə qəzəblənib “Şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi? 010 2SA 011 021 Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən». 010 2SA 011 022 Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi. 010 2SA 011 023 Qasid Davuda dedi: «Adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq. 010 2SA 011 024 Oxatanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padşahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır». 010 2SA 011 025 Davud qasidə dedi: «Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır». 010 2SA 011 026 Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu. 010 2SA 011 027 Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi. 010 2SA 012 001 Rəbb Natanı Davudun yanına göndərdi. Natan onun yanına gəlib belə nəql etdi: «Bir şəhərdə iki adam var idi. Onlardan biri varlı, o biri isə kasıb idi. 010 2SA 012 002 Varlı adamın çoxlu sürüləri və naxırı var idi. 010 2SA 012 003 Lakin kasıb adamın satın alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. O, quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içirtmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi. 010 2SA 012 004 Bir gün varlı adamgilə yadelli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qıymadı. O gedib kasıbın quzusunu götürüb kəsdi və yanına gələn qonağa yemək hazırladı». 010 2SA 012 005 O adama qarşı Davudun qəzəbi alovlandı və Natana dedi: «Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir. 010 2SA 012 006 Bu işi gördüyünə və rəhmsizliyinə görə o, quzunun əvəzini dördqat verəcək». 010 2SA 012 007 Natan Davuda dedi: «O adam sənsən! İsrailin Allahı Rəbb belə deyir: “Mən səni İsrailin üzərində padşah olaraq məsh etdim və səni Şaulun əlindən qurtardım. 010 2SA 012 008 Sənə ağanın evini verdim. Ağanın arvadlarını qoynunda yatırıb İsraillə Yəhuda nəslini sənə verdim. Əgər bu sənə azlıq edirdisə, Mən sənə daha nələri, nələri əlavə edərdim. 010 2SA 012 009 Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün. 010 2SA 012 010 Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq, çünki sən Mənə xor baxdın və Xetli Uriyanın arvadını özünə arvad etdin”. 010 2SA 012 011 Rəbb belə deyir: “Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm. O da göz görə-görə, gündüzün günorta çağı sənin arvadlarınla yatacaq. 010 2SA 012 012 Bu işi sən gizli etdinsə, Mən bu işi bütün İsraillilərin qarşısında gündüzün günorta çağı etdirəcəyəm”». 010 2SA 012 013 Davud Natana dedi: «Mən Rəbbə qarşı günah etdim». Natan Davuda dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən. 010 2SA 012 014 Lakin bunu etməklə Rəbbin düşmənlərinə böyük fürsət verdin ki, Ona küfr etsinlər. Ona görə də mütləq səndən doğulan uşaq öləcək». 010 2SA 012 015 Sonra Natan evinə qayıtdı. Rəbb Davudun Uriyanın dul arvadından olan uşağını vurdu və uşaq xəstələndi. 010 2SA 012 016 Davud uşaq üçün Allaha yalvardı və oruc tutaraq otağına girib bütün gecəni quru yerdə uzandı. 010 2SA 012 017 Evinin ağsaqqalları onu yerdən qaldırmaq üçün yanında dayandılar, lakin o qalxmaq istəmədi və onlarla birgə çörək yemədi. 010 2SA 012 018 Yeddinci gün körpə öldü. Davudun əyanları uşağın öldüyünü ona bildirməyə qorxdular və belə düşündülər: «Uşaq sağ ikən onu dilə tutduq, lakin sözümüzə qulaq asmadı. İndi uşağın öldüyünü ona necə söyləyək? Özünə bir xətər yetirər». 010 2SA 012 019 Davud əyanlarının pıçıldaşmasını görəndə başa düşdü ki, uşaq ölüb və əyanlarına «Uşaq öldümü?» dedi. Onlar «öldü» dedilər. 010 2SA 012 020 Davud yerdən qalxdı, yuyunub başına zeytun yağı sürtdü və paltarlarını dəyişərək Rəbbin evinə gedib səcdə qıldı. Evə qayıdıb yemək istəyəndə qarşısına yemək qoydular və o yedi. 010 2SA 012 021 Əyanları ona dedi: «Bu nə işdir edirsən? Körpə sağ ikən nə üçün oruc tutub ağladın, körpə öləndə isə durub çörək yedin?» 010 2SA 012 022 Davud cavab verdi: «Uşaq sağ olanda oruc tutub ağlayırdım və deyirdim ki, kim bilir, bəlkə Rəbb mənə lütf edər, uşaq sağ qalar. 010 2SA 012 023 Lakin indi uşaq ölüb, nə üçün oruc tutum? Məgər onu geri qaytara bilərəmmi? Mən onun yanına gedəcəyəm, o mənim yanıma qayıtmayacaq». 010 2SA 012 024 Davud arvadı Bat-Şevaya təsəlli verdi və yanına girib onunla yatdı. Bat-Şeva bir oğul doğdu və adını Süleyman qoydu. Rəbb bu uşağı sevdi. 010 2SA 012 025 O, Natan peyğəmbəri göndərdi və o da Rəbbin naminə uşağın adını Yedidyah qoydu. 010 2SA 012 026 Yoav Ammon övladlarının Rabba şəhərinə hücum edib padşah qalasını aldı. 010 2SA 012 027 Sonra Yoav Davudun yanına qasidlər göndərib belə dedi: «Rabbaya hücum edib ehtiyat su mənbələrini aldım. 010 2SA 012 028 İndi isə sən xalqın qalan hissəsini topla və şəhərə qarşı ordugah qurub oranı al ki, mən gedib oranı almayım və o yer adımla çağırılmasın». 010 2SA 012 029 Davud da bütün xalqı toplayıb Rabbaya getdi və şəhərə hücum edib oranı aldı. 010 2SA 012 030 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. 010 2SA 012 031 O, şəhərdə olan xalqı köçürüb mişar, dəmir külüng, dəmir balta ilə görülən işlərdə və kərpic emalında işlətdi. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra bütün xalqla birgə Yerusəlimə qayıtdı. 010 2SA 013 001 Davudun oğlu Avşalomun Tamar adlı gözəl doğma bacısı var idi. Rabbanın alınmasından bir müddət sonra Davudun oğlu Amnon Tamara vuruldu. 010 2SA 013 002 Amnon ögey bacısı Tamardan ötrü o qədər qüssələndi ki, lap xəstəliyə düşdü. Çünki Tamar bakirə qız olduğuna görə Amnona onunla bir şey etmək çətin gəlirdi. 010 2SA 013 003 Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiyləgər idi. 010 2SA 013 004 Yonadav Amnona dedi: «Ey şahzadə, niyə gündən-günə pərişansan? Bunu mənə bildirməzsənmi?» Amnon ona dedi: «Qardaşım Avşalomun doğma bacısı Tamara vurulmuşam». 010 2SA 013 005 Yonadav ona dedi: «Yatağına girib özünü xəstə göstər və atan səni görməyə gələndə ona belə de: “Rica edirəm, bacım Tamar gəlib mənə çörək yedirtsin və gözümün qarşısında yemək hazırlasın, mən də onu görüm, bişirdiyi yeməyi onun əlindən alıb yeyim”». 010 2SA 013 006 Amnon yatağa girib özünü xəstə göstərdi. Padşah onu görməyə gələndə Amnon padşaha dedi: «Rica edirəm, bacım Tamar gəlsin və gözümün qarşısında iki kökə bişirsin, mən də o kökələri onun əlindən alıb yeyim». 010 2SA 013 007 Davud evə adam göndərib Tamara dedi: «İndi qardaşın Amnonun evinə get, ona yemək hazırla». 010 2SA 013 008 Tamar qardaşı Amnonun evinə gedəndə o uzanmışdı. Tamar xəmir yoğurdu və onun gözü önündə kökələr düzəldib bişirdi. 010 2SA 013 009 Tavanı götürüb onun qarşısına boşaltdı. Lakin o yemək istəmədi. Amnon dedi: «Qoy hamı yanımdan çıxsın». Hamı onun yanından çıxdı. 010 2SA 013 010 Amnon Tamara dedi: «Yeməyi içəri otağa apar və orada sənin əlindən alıb yeyim». Tamar qardaşı Amnon üçün bişirdiyi kökələri götürüb içəri otağa apardı. 010 2SA 013 011 Kökələri yemək üçün Amnonun yanına gətirəndə Amnon Tamardan yapışıb dedi: «Gəl mənimlə yat, bacım». 010 2SA 013 012 Tamar isə ona dedi: «Yox, qardaşım, mənim namusuma toxunma, çünki İsraildə belə işlər etmək olmaz. Belə iyrənc iş görmə. 010 2SA 013 013 Mən bu rüsvayçılıqdan necə qurtara bilərəm? Səni isə İsraildə binamus kimi tanıyacaqlar. İndi isə rica edirəm, get padşahla danış, o məni sənə verər, yox deməz». 010 2SA 013 014 Lakin Amnon onun sözünü dinləmək istəmədi və qızdan qüvvətli olduğu üçün qızı zorlayaraq onunla yatdı. 010 2SA 013 015 Bundan sonra Amnonda Tamara qarşı həddən çox nifrət yarandı. Ona olan nifrəti əvvəlki sevgi hissindən daha güclü idi. Amnon ona «dur, buradan rədd ol» dedi. 010 2SA 013 016 Tamar isə dedi: «Yox! Axı indi məni qovmaqla etdiyin bu pislik mənə etdiyin o biri pislikdən daha böyükdür». 010 2SA 013 017 Amma Amnon ona qulaq asmaq istəməyib öz nökərini yanına çağırıb dedi: «Bunu yanımdan rədd edib bayıra at və arxasınca da qapını qıfılla». 010 2SA 013 018 Qızın əynində əlvan paltar var idi, çünki padşahın bakirə qızları belə paltar geyərdilər. Amnonun nökəri Tamarı bayıra atıb arxasınca qapını qıfılladı. 010 2SA 013 019 Tamar da başına kül tökdü. Əynindəki əlvan paltarını cırıb əlləri ilə başını tutaraq getdi. O gedə-gedə hönkürürdü. 010 2SA 013 020 Qardaşı Avşalom ona dedi: «Sənə toxunan qardaşın Amnon idimi? Hələlik sus, bacım, axı o sənin qardaşındır, bunu qəlbinə salma». Tamar tənha və qəm içində qardaşı Avşalomun evində yaşadı. 010 2SA 013 021 Padşah Davud bu hadisəni eşidərkən çox qəzəbləndi. 010 2SA 013 022 Avşalom isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi, çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi. 010 2SA 013 023 İki il tamam olandan sonra Efrayimə yaxın Baal-Xasorda Avşalom qoyun qırxımı keçirirdi. Avşalom padşahın bütün oğullarını oraya dəvət etdi. 010 2SA 013 024 O, padşahın yanına gəlib dedi: «Bax bu qulun qoyun qırxımı keçirir. Rica edirəm, qoy padşah və əyanları bu qulunun yanına gəlsin». 010 2SA 013 025 Padşah Avşaloma dedi: «Yox, ay oğul, qoy hamımız getməyək, sənə ağırlıq düşər». Avşalom nə qədər təkid etsə də, padşah getmək istəmədi, lakin ona xeyir-dua verdi. 010 2SA 013 026 Sonra Avşalom dedi: «Heç olmasa qardaşım Amnon bizimlə getsin». Padşah ona dedi: «Axı nə üçün o səninlə getsin?» 010 2SA 013 027 Avşalom isə təkid etdi. Davud Amnonu və bütün şahzadələri onunla göndərdi. 010 2SA 013 028 Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun». 010 2SA 013 029 Avşalom necə buyurmuşdusa, nökərləri elə edib Amnonu vurdular. Bunu görən bütün şahzadələr qalxıb hər biri öz qatırına minərək qaçdı. 010 2SA 013 030 Hələ onlar yolda ikən Davuda belə xəbər çatdı: «Avşalom bütün şahzadələri qırıb, onlardan heç birini sağ qoymayıb». 010 2SA 013 031 Padşah qalxıb paltarını cırdı və yerə sərildi. Yanındakı əyanların hamısı öz paltarını cırdılar. 010 2SA 013 032 Davudun qardaşı Şimanın oğlu Yonadav belə dedi: «Ağam bütün gəncləri, şahzadələri ölmüş zənn etməsin, təkcə Amnon ölüb. Ona görə ki o, ögey bacısı Tamarı zorladığı gündən bəri Avşalom bu niyyətdə idi. 010 2SA 013 033 Onun üçün də ağam padşahın bütün şahzadələrin ölüm xəbərindən ürəyi narahat olmasın, çünki təkcə Amnon ölüb». 010 2SA 013 034 Avşalom isə qaçmışdı. Növbətçi nökər başını qaldırıb baxdı və budur, arxa yoldan dağın yamacından böyük bir qələbəlik gəlirdi. 010 2SA 013 035 Yonadav padşaha dedi: «Budur, şahzadələr gəlir, qulun necə dedisə, elə də oldu». 010 2SA 013 036 O, sözünü qurtaran kimi şahzadələr içəri girib bərkdən ağladılar və padşahla bütün əyanları da acı göz yaşları tökdülər. 010 2SA 013 037 Avşalom qaçıb Geşur padşahı Ammihud oğlu Talmayın yanına getdi. Davud isə oğlu Amnon üçün hər gün yas tuturdu. 010 2SA 013 038 Geşura qaçan Avşalom üç il orada qaldı. 010 2SA 013 039 Avşalom üçün padşah Davud ürəyində həsrət çəkirdi, çünki Amnonun ölümünə görə artıq təsəlli tapmışdı. 010 2SA 014 001 Seruya oğlu Yoav başa düşdü ki, padşah Avşalomun həsrətini çəkir. 010 2SA 014 002 Yoav Teqoaya adam göndərib oradan müdrik bir qadın gətirtdi və ona dedi: «Rica edirəm, özünü yaslı adam kimi göstər. Yas paltarı geyin, başına zeytun yağı sürtmə, özünü çoxdan bəridir ki, ölən üçün yas tutan bir qadına bənzət. 010 2SA 014 003 Padşahın yanına gedib ona belə söyləyərsən». Yoav qadına nə demək lazım olduğunu öyrətdi. 010 2SA 014 004 Teqoalı qadın padşahın hüzurunda üzüstə yerə döşəndi və ona müraciət edib belə dedi: «Kömək et, ey padşah!» 010 2SA 014 005 Padşah da ona dedi: «Dərdin nədir?» Qadın dedi: «Həqiqətən, mən dul bir qadınam, ərim ölüb. 010 2SA 014 006 Kənizinin iki oğlu var idi. Bir gün onların ikisi də çöldə bir-biri ilə dalaşdı. Orada onları ayıran heç kim yox idi və biri o birini vurub öldürdü. 010 2SA 014 007 Bax bütün nəsil mənə – kənizinə qarşı çıxdı və “qardaş qatilini bizə ver, öldürdüyü qardaşının canının əvəzinə onu öldürək, qoy mirasa varis olan qardaş da həlak olsun” dedilər. Onlar ocağımın qalan közünü də söndürəcəklər və ərimin yer üzündə nə adı, nə də yadigarı qalacaq». 010 2SA 014 008 Padşah qadına dedi: «Evinə qayıt. Mən sənin haqqında əmr verərəm». 010 2SA 014 009 Teqoalı qadın padşaha dedi: «Ağam padşah, günahın qoy mənim və atamın nəsli üzərinə düşsün! Qoy padşahla taxtı günahsız qalsın!» 010 2SA 014 010 Padşah dedi: «Kim sənə bir söz desə, onu mənim yanıma gətir, heç kim sənə toxuna bilməz». 010 2SA 014 011 Qadın dedi: «Rica edirəm, padşah Allahı Rəbbi xatırlasın ki, qan qisasını alaraq qırğını davam etdirməsin, yoxsa onlar mənim oğlumu həlak edəcək». Davud dedi: «Var olan Rəbb haqqı, oğlunun başından bir tük belə, əskik olmayacaq». 010 2SA 014 012 Qadın dedi: «Rica edirəm, izin ver, kənizin ağam padşaha bir söz söyləsin». O «söylə» dedi. 010 2SA 014 013 Qadın dedi: «Əgər belə olarsa, nə üçün Allahın xalqına qarşı bu cür iş gördün? Çünki padşahın bu sözü onun özünü də mühakimə edir. Ona görə ki sürgün etdiyi adamı qaytarıb geri gətirtmir. 010 2SA 014 014 Axı hamımız öləcəyik, yerə dağılan və yenidən bir yerə yığılmayan su kimiyik. Allah da canı insandan çəkib almaz, lakin bir çarə düşünər ki, sürgündə olan adam Özündən uzaq düşməsin. 010 2SA 014 015 İndi ağam padşaha bu sözü söyləmək üçün gəlməyimin səbəbi budur ki, xalq məni qorxutdu və bu kənizin dedi: “Qoy indi gedib bunu padşaha söyləyim, bəlkə padşah kənizinin xahişini yerinə yetirər. 010 2SA 014 016 Ona görə ki padşah bu kənizini eşidəcək və oğlunu Allahın irs olaraq verdiyi torpaqdan qoparıb atmaq istəyənin əlindən qurtaracaq”. 010 2SA 014 017 Ona görə kənizin belə düşündü. Rica edirəm, ağam padşah, sözünlə mənə təskinlik ver, çünki yaxşını-pisi başa düşməkdə Allahın mələyi necədirsə, ağam padşah da elədir. Qoy Allahın Rəbb sənə yar olsun!» 010 2SA 014 018 Bu sözdən sonra padşah qadına belə dedi: «Səndən bir şey soruşacağam, cavabını məndən gizlətmə». Qadın dedi: «Ağam padşah, söylə, rica edirəm». 010 2SA 014 019 Padşah dedi: «Sənin bu işlərinin hamısında Yoavın da əli varmı?» Qadın cavab verdi: «Ağam padşah sağ olsun, padşahın sözündən heç kim nə sağa, nə də sola dönə bilməz. Qulun Yoav mənə əmr etdi və bu sözlərin hamısını kənizinə o öyrətdi. 010 2SA 014 020 Qulun Yoav bunu işin istiqamətini dəyişmək üçün etdi. Ağam Allahın mələyi qədər müdrikdir, ölkədə olub-keçən hər şeyi bilir». 010 2SA 014 021 Padşah Yoava dedi: «Yaxşı, bu işi görərəm. Get, o cavanı – Avşalomu geri qaytar». 010 2SA 014 022 Yoav üzüstə düşüb yerə döşəndi və padşahı alqışladı. Sonra Yoav dedi: «Ağam padşah, bu gün sənin gözündə lütf tapdığını bu qulun bilir, çünki padşah qulunun ricasına əməl etdi». 010 2SA 014 023 Yoav durub Geşura gedib Avşalomu Yerusəlimə gətirdi. 010 2SA 014 024 Lakin padşah dedi: «Qoy o öz evinə qayıtsın, mənim gözümə görünməsin». Avşalom evinə qayıtdı və padşahın gözünə görünmədi. 010 2SA 014 025 Bütün İsraildə Avşalom qədər gözəlliyi mədh olunan heç kim yox idi. Təpədən dırnağa qədər onda bir eyib yox idi. 010 2SA 014 026 Hər ilin sonunda saçı ona ağırlıq etdiyi üçün kəsərdi, başından saçını kəsəndə saçı padşah tərəzisi ilə iki yüz şekel gələrdi. 010 2SA 014 027 Avşalomun üç oğlu və Tamar adında bir qızı vardı. Tamar çox gözəl bir qadın olmuşdu. 010 2SA 014 028 Avşalom tam iki il Yerusəlimdə qaldı və padşahın gözünə görünmədi. 010 2SA 014 029 O, Yoavı padşahın yanına göndərmək üçün onun yanına adam göndərdi, amma Yoav onun yanına gəlmək istəmədi. Avşalom ikinci dəfə Yoavın yanına adam göndərdi və o yenə də gəlmək istəmədi. 010 2SA 014 030 Sonra Avşalom qullarına dedi: «Baxın Yoavın tarlası mənimkinə bitişikdir və orada onun arpası var. Gedib ora od vurun». Avşalomun qulları gedib tarlaya od vurdular. 010 2SA 014 031 Yoav durub Avşalomun evinə gəlib dedi: «Niyə sənin qulların gəlib mənim tarlama od vurdular?» 010 2SA 014 032 Avşalom Yoava dedi: «Bax sənin yanına adam göndərdim, dedim ki, buraya gələsən. “Söylə, mən Geşurdan buraya nə üçün gəlmişəm? Orada qalsaydım, mənim üçün bundan daha yaxşı olardı” deyərək səni padşahın yanına göndərmək istəyirdim. İndi gedib padşahın gözünə görünüm, günahım varsa, qoy məni öldürsün». 010 2SA 014 033 Yoav da padşahın yanına gəlib bunu ona bildirdi və padşah Avşalomu çağırdı. Avşalom padşahın yanına gedib onun qarşısında üzüstə yerə təzim etdi və padşah onu öpdü. 010 2SA 015 001 Bir müddət keçəndən sonra Avşalom özü üçün bir döyüş arabası ilə atlar və onun qabağında qaçmaq üçün əlli adam hazırladı. 010 2SA 015 002 Avşalom tezdən durub darvaza yolunun kənarında dayanardı. O, hökm almaq üçün padşahın yanına aparılacaq davası olan hər adamı öz yanına çağırar, «Sən hansı şəhərdənsən?» deyə ondan soruşardı. O adam da deyərdi ki, qulun İsrailin filan qəbiləsindəndir. 010 2SA 015 003 Avşalom ona belə deyərdi: «Bax sənin işin yaxşı və düzgündür, lakin padşah tərəfindən heç kim sənə qulaq asmayacaq». 010 2SA 015 004 Avşalom deyərdi: «Kaş bu ölkəyə məni hakim qoyaydılar. O zaman mənim yanıma davası və yaxud da iddiası olub gələn hər adamın işinə ədalətlə baxardım». 010 2SA 015 005 Bir nəfər ona təzim etmək üçün yaxınlaşanda o əl uzadıb onu qucaqlayar və öpərdi. 010 2SA 015 006 Avşalom hökm üçün padşahın yanına gələn bütün İsraillilərlə belə rəftar edərdi. İsraillilərin könlünü bu surətdə ələ alardı. 010 2SA 015 007 Dörd il keçəndən sonra Avşalom padşaha dedi: «Rica edirəm, izin ver, gedib Xevronda Rəbbə əhd etdiyim qurbanı təqdim edim. 010 2SA 015 008 Çünki qulun Aram torpağının Geşur şəhərində qalanda belə əhd etmişdi: “Əgər Rəbb məni Yerusəlimə geri qaytarsa, Ona qulluq edəcəyəm”». 010 2SA 015 009 Padşah ona «salamat get» dedi. Avşalom qalxıb Xevrona getdi. 010 2SA 015 010 Avşalom İsrail qəbilələrinin hamısına gizli qasidlər göndərərək onlara tapşırdı: «Şeypur səsini eşidəndə “Avşalom Xevronda padşah oldu” deyin». 010 2SA 015 011 Yerusəlimdən çağırdığı iki yüz nəfər də Avşalomla getdi. Onlar pak niyyətlə onun arxasınca gedirdi və heç bir şeydən xəbərləri yox idi. 010 2SA 015 012 Avşalom qurbanları təqdim edərkən Davudun müşaviri Gilolu Axitofeli öz şəhərindən – Gilodan öz yanına gətirtdi. Fitnəkar dəstə qüvvətli idi, çünki Avşalomun yanında olan xalq get-gedə çoxalırdı. 010 2SA 015 013 Bir adam gəlib Davuda xəbər verərək dedi: «İsraillilər Avşaloma rəğbət bəsləyir». 010 2SA 015 014 Davud Yerusəlimdə – yanında olan bütün əyanlarına dedi: «Durun qaçaq, yoxsa Avşalomun qarşısından heç kim qaçıb qurtula bilməz. Cəld olun, gedək, yoxsa o tez gəlib bizə çatar, başımıza bəla açar və şəhəri qılıncdan keçirər». 010 2SA 015 015 Padşahın əyanları dedilər: «Ağam padşahın istədiyi kimi olsun, bax biz sənin qullarınıq». 010 2SA 015 016 Padşah və onun ardınca bütün külfəti çıxdı. Lakin padşah cariyələrindən on qadını evə nəzarət etmək üçün qoydu. 010 2SA 015 017 Padşah və ardınca bütün xalq çıxıb şəhərin sonuncu evində dayandı. 010 2SA 015 018 Bütün əyanları onun qarşısından keçdilər və bütün Keretlilər, Peletlilər və Qatdan onun ardınca gəlmiş altı yüz nəfər Qatlı da padşahın qarşısından keçdi. 010 2SA 015 019 Padşah Qatlı Yettaya dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahla qal. Sən ki yadellisən və öz yurdundan sürgünə aparılmış adamsan, qayıt öz yerinə. 010 2SA 015 020 Sən bura hələ dünən gəlmisən. Bu gün səni özümüzlə getməyəmi məcbur edim? Mən hara gedə bilsəm, ora gedəcəyəm. Sən isə qayıt, öz soydaşlarını da geri qaytar. Xeyirxahlıq və sədaqət sənə yar olsun!» 010 2SA 015 021 Yettay padşaha cavab verdi: «Var olan Rəbbə və ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq». 010 2SA 015 022 Davud Yettaya dedi: «Onda gəl, keç». Qatlı Yettay ilə bütün adamları və yanında olan bütün uşaqlar gəlib onların tərəfinə keçdi. 010 2SA 015 023 Camaat keçərkən bütün bölgə əhalisi bərkdən ağlayırdı. Padşah da Qidron vadisini keçdi və bütün camaat çölə tərəf irəlilədi. 010 2SA 015 024 Sonra Sadoq Allahın Əhd sandığını daşıyan bütün Levililərlə bərabər gəldi. Allahın sandığını yerə qoydular. Bütün xalq şəhərdən tamamilə çıxandan sonra Evyatar da çıxdı. 010 2SA 015 025 Padşah Sadoqa yenə dedi: «Allahın sandığını şəhərə qaytar. Əgər mən Rəbbin gözündə lütf tapsam, O məni geri qaytarıb Öz sandığını və məskənini yenə mənə göstərər. 010 2SA 015 026 Lakin “səndən razı deyiləm” desə, budur, qoy gözündə nə yaxşı görünsə, mənim üçün elə etsin. Mən hazıram». 010 2SA 015 027 Padşah kahin Sadoqa dedi: «Sən görücü deyilsənmi? Sən oğlun Aximaas və Evyatarın oğlu Yonatanla bərabər salamat şəhərə qayıt. Sən və Evyatar iki oğlunuzu da özünüzlə aparın. 010 2SA 015 028 Baxın sizdən mənə hal-əhval bildirən söz çatana qədər mən çöldə – çayın dayaz yerində gözləyəcəyəm». 010 2SA 015 029 Sadoqla Evyatar Allahın sandığını Yerusəlimə geri qaytardı və orada qaldı. 010 2SA 015 030 Davud Zeytun dağının yoxuşu ilə çıxır və çıxarkən ağlayırdı. Başıörtülü, ayaqyalın gedirdi. Onunla bərabər gedən bütün xalq da başıörtülü dağı çıxır və gedə-gedə ağlayırdı. 010 2SA 015 031 Kimsə «Axitofel Avşalomun yanında – qiyamçılar arasındadır» deyə Davuda xəbər verdi. Davud dedi: «Ya Rəbb, Səndən diləyirəm, Axitofelin məsləhətlərini boşa çıxar». 010 2SA 015 032 Davud xalqın Allaha səcdə etdiyi təpənin başına çatanda, budur, Arklı Xuşay paltarı cırılmış və başı toz-torpaq içində onu qarşılamağa gəldi. 010 2SA 015 033 Davud ona dedi: «Əgər sən də mənimlə bərabər getsən, mənə yük olarsan. 010 2SA 015 034 Lakin əgər şəhərə qayıdıb Avşaloma “ey padşah, mən də sənin qulun olacağam. Keçmişdə necə atana qul oldumsa, sənə də indi elə qul olacağam” desən, o zaman mənim xeyrimə Axitofelin məsləhətini poza bilərsən. 010 2SA 015 035 Kahin Sadoq və kahin Evyatar orada səninlə deyilmi? Padşah sarayından eşidəcəyin hər şeyi kahinlərə – Sadoq və Evyatara bildirəcəksən. 010 2SA 015 036 Budur, iki oğlu – Sadoqun oğlu Aximaas, Evyatarın oğlu Yonatan onların yanındadır və eşidəcəyiniz hər şeyi onların əli ilə mənə çatdıracaqsınız». 010 2SA 015 037 Avşalom Yerusəlimə girərkən Davudun dostu Xuşay da şəhərə girdi. 010 2SA 016 001 Davud təpə başından bir az yana keçərkən Mefiboşetin xidmətçisi Siva iki yüz kömbə çörək, yüz salxım quru üzüm, yüz ədəd yay meyvəsi və bir tuluq şərab yüklənmiş bir sürü palanlı eşşəklə onu qarşıladı. 010 2SA 016 002 Padşah Sivaya dedi: «Bunları hara aparırsan?» Siva dedi: «Eşşəkləri padşahın külfətinin minməsi, çörəklə yay meyvələrini nökərlərin yeməsi və bu şərabı isə çöldə olan yorğunların içməsi üçün gətirmişəm». 010 2SA 016 003 Padşah Sivaya dedi: «Bəs sənin ağanın oğlu haradadır?» Siva padşaha dedi: «Bax o “bu gün İsrail nəsli atamın padşahlığını mənə geri qaytaracaq” deyərək Yerusəlimdə qaldı». 010 2SA 016 004 Padşah Sivaya dedi: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir». Siva cavab verdi: «Ayağının torpağı olum, ağam padşah, təki sənin gözündə lütf tapım». 010 2SA 016 005 Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı. 010 2SA 016 006 Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi. 010 2SA 016 007 Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam! 010 2SA 016 008 Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan». 010 2SA 016 009 Seruya oğlu Avişay padşaha dedi: «Axı nə üçün bu köpək leşi ağam padşaha belə lənət etsin? İzin ver gedim, onun başını üzüm». 010 2SA 016 010 Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?» 010 2SA 016 011 Davud Avişaya və bütün əyanlarına dedi: «Bax əgər öz belimdən gələn oğlum canımı almaq istəyirsə, bu Binyaminli bundan daha betərini etməzmi? Buraxın onu, qoy o, lənətini etsin, çünki ona Rəbb belə əmr etmişdir. 010 2SA 016 012 Bəlkə Rəbb çəkdiyim əzabı görüb bu gün onun etdiyi lənətlərin əvəzinə mənə yaxşılıq edər». 010 2SA 016 013 Davud və adamları yolla gedirdi, Şimey isə onun qarşısında dağın yamacı ilə gedir və gedə-gedə lənət edir, ona daş-torpaq atırdı. 010 2SA 016 014 Padşahla yanındakı bütün xalq yorulmuşdu və bu yerdə dinclərini aldı. 010 2SA 016 015 Avşalom ilə bütün xalq – İsrail adamları Yerusəlimə gəldilər, Axitofel də onunla idi. 010 2SA 016 016 Davudun dostu Arklı Xuşay Avşalomun yanına gəlib «Yaşasın padşah! Yaşasın padşah!» dedi. 010 2SA 016 017 Avşalom Xuşaya dedi: «Dostuna etibarın budurmu? Niyə dostunla bərabər getmədin?» 010 2SA 016 018 Xuşay Avşaloma dedi: «Xeyr, mən ancaq Rəbbin, bu xalqın və bütün İsrail adamlarının seçdiyi adamın tərəfində olacağam və onunla da qalacağam. 010 2SA 016 019 Bir de görüm, axı mən kimə xidmət edəcəyəm, dostumun oğluna deyilmi? Atana necə qulluq etdimsə, sənə də elə qulluq edəcəyəm». 010 2SA 016 020 Avşalom Axitofelə dedi: «Məsləhətinizi verin görək, nə etməliyik?» 010 2SA 016 021 Axitofel Avşaloma dedi: «Evə nəzarət etmək üçün atanın qoyub getdiyi cariyələrin yanına gir. Onda atanın nifrətini qazandığını bütün İsraillilər eşidəcək və sənin tərəfində olanların hamısının əl-qolu qüvvətlənəcək». 010 2SA 016 022 Dam üstündə Avşalom üçün çadır qurdular və bütün İsraillilərin gözü qarşısında Avşalom atasının cariyələrinin yanına girdi. 010 2SA 016 023 O zamanlar Axitofelin verdiyi məsləhət Allah kəlamına müraciət edən şəxsin aldığı məsləhətlərlə bərabər sayılırdı. Axitofelin hər məsləhəti Davud üçün də, Avşalom üçün də bu cür idi. 010 2SA 017 001 Axitofel Avşaloma dedi: «İndi seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm. 010 2SA 017 002 Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm. 010 2SA 017 003 Bütün xalqı isə sənə qaytararam. Hamının sənə tərəf dönməsi üçün axtardığın adamın öldürülməsi vacibdir. O zaman bütün xalq salamat qalar». 010 2SA 017 004 Bu söz Avşalomun və bütün İsrail ağsaqqallarının nəzərində doğru göründü. 010 2SA 017 005 Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq». 010 2SA 017 006 Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver». 010 2SA 017 007 Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil». 010 2SA 017 008 Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz. 010 2SA 017 009 Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək. 010 2SA 017 010 Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir. 010 2SA 017 011 Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən. 010 2SA 017 012 Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz. 010 2SA 017 013 Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq». 010 2SA 017 014 Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir. 010 2SA 017 015 Xuşay kahin Sadoqa və kahin Evyatara dedi: «Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim. 010 2SA 017 016 İndi cəld Davudun yanına adam göndərin və ona belə deyin: “Bu gecə çöldə, çayın dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”». 010 2SA 017 017 Yonatanla Aximaas En-Rogeldə qalırdılar. Bir qulluqçu qız gedib onlara məlumat gətirir, onlar da gedib bunu padşah Davuda çatdırırdılar. Ona görə ki şəhər içərisində görünə bilməzdilər. 010 2SA 017 018 Lakin bir gənc onları görüb Avşaloma xəbər verdi. Ona görə də Yonatanla Aximaas cəld gedib Baxurimdə bir adamın evinə girdilər. Bu adamın həyətində bir quyu var idi. Onlar quyunun içinə girdilər. 010 2SA 017 019 Ev sahibəsi bir örtük götürüb quyunun üstünə döşəyib ora yarma sərdi və heç bir şey bilinmədi. 010 2SA 017 020 Avşalomun adamları bu evə – qadının yanına gəlib dedilər: «Aximaas və Yonatan haradadır?» Qadın onlara dedi: «Çayı keçdilər». Onlar axtarmağa başladılar, lakin heç kəsi tapa bilməyib Yerusəlimə qayıtdılar. 010 2SA 017 021 Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib». 010 2SA 017 022 Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı. 010 2SA 017 023 Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar. 010 2SA 017 024 Davud Maxanayimə gəldi. Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər. 010 2SA 017 025 Avşalom Amasanı Yoavın yerinə ordu başçısı qoymuşdu. Amasa Yoavın anası Seruyanın bacısı, Naxaşın qızı Aviqailin yanına girmiş olan İsrailli Yetra adlanan bir adamın oğlu idi. 010 2SA 017 026 İsraillilərlə Avşalom Gilead torpağında ordugah qurdu. 010 2SA 017 027 Belə oldu ki, Davud Maxanayimə gələndə Ammon oğullarının Rabba şəhərindən Naxaş oğlu Şovi, Lo-Devardan Ammiel oğlu Makir və Rogelimdən Gileadlı Barzillay 010 2SA 017 028 Davudla yanındakı camaata döşəklər, ləyənlər, gil qablar, yemək üçün buğda, arpa, un, qovurğa, paxla, mərci və qovrulmuş dən, 010 2SA 017 029 bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur. 010 2SA 018 001 Davud yanındakı xalqı saydı. Onların üzərinə minbaşılar və yüzbaşılar təyin etdi. 010 2SA 018 002 Davud xalqı üç dəstəyə böldü. Birincisinə Yoavı, ikincisinə Yoavın qardaşını – Seruya oğlu Avişayı, üçüncüsünə isə Qatlı Yettayı başçı etdi. Padşah xalqa dedi: «Mütləq mən də sizinlə bərabər döyüşə çıxacağam». 010 2SA 018 003 Lakin xalq ona dedi: «Yox, sən döyüşə çıxmayacaqsan, çünki əgər biz qaçsaq, bizə əhəmiyyət verməzlər, yarımız ölsək belə, yenə də əhəmiyyəti olmaz. Ancaq sən bizim on minimizdən də qiymətlisən və indi şəhərdə qalıb bizə kömək etməyə hazır olmağın daha yaxşıdır». 010 2SA 018 004 Padşah onlara dedi: «Sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm». Padşah darvazanın yanında dayandı və bütün xalq yüz-yüz, min-min şəhərdən çıxdı. 010 2SA 018 005 Padşah Yoava, Avişaya və Yettaya müraciətlə əmr edib dedi: «Mənim xatirimə o cavanla – Avşalomla mülayim davranın!» Padşahın Avşalomla əlaqədar bütün bu rəislərə müraciətlə əmrini bütün xalq eşitdi. 010 2SA 018 006 Ordu çölə, İsrail xalqına qarşı döyüşə çıxdı və döyüş Efrayim meşəsində oldu. 010 2SA 018 007 İsrail xalqı orada Davudun adamları qarşısında məğlub oldu. O gün o yerdə böyük qırğın oldu, iyirmi min nəfər qırıldı. 010 2SA 018 008 Orada olan döyüş bütün ətrafa yayıldı və həmin gün qılıncla qırılanlardan çox meşədə qırılanlar oldu. 010 2SA 018 009 Avşalom Davudun adamlarına rast gəldi. O, qatıra minmişdi və qatır böyük bir palıd ağacının sıx budaqları altından keçəndə Avşalomun saçı palıd ağacına ilişdi. O, göylə yer arasında asılı qaldı, altındakı qatır isə yoluna davam etdi. 010 2SA 018 010 Bir nəfər bunu görüb Yoava xəbər verdi: «Bax Avşalomun bir palıd ağacından asıldığını gördüm». 010 2SA 018 011 Yoav ona xəbər verən adama dedi: «Bəs sən gördünsə, nə üçün onu oradaca vurub yerə sərmədin? Onda mən sənə on şekel gümüş və bir kəmər verərdim». 010 2SA 018 012 Həmin adam Yoava dedi: «Ovcuma min gümüş alsam belə, padşahın oğluna əl qaldırmaram. Çünki sənə, Avişaya və Yettaya “mənim xatirimə o cavana – Avşaloma qıymayın” deyə əmr etdiyini qulaqlarımızla eşitdik. 010 2SA 018 013 Əgər mən xəyanət edib onun canını almış olsaydım, heç bir şey padşah üçün gizli qalmazdı və sən də mənə kömək etməzdin». 010 2SA 018 014 Yoav «səninlə belə vaxt itirə bilmərəm» dedi. Avşalom palıd ağacının içində hələ sağ ikən Yoav əlinə üç mizraq alıb onun sinəsinə sapladı. 010 2SA 018 015 Yoavın silahlarını daşıyan on nəfər cavan adam Avşalomu əhatə edərək onu vurub öldürdü. 010 2SA 018 016 Yoav şeypur çaldı və ordu İsrailliləri təqib etməkdən əl çəkdi, çünki Yoav buna mane oldu. 010 2SA 018 017 Avşalomu isə götürüb meşədəki dərin çuxura atdılar və üstünə böyük daş qalağı yığdılar. Sonra İsraillilər öz evlərinə dağılışdılar. 010 2SA 018 018 Avşalom hələ sağ ikən bir sütunu götürüb özü üçün tikdirmişdi, çünki «adımı yaşadan bir oğlum olmadı» deyərək həmin sütuna öz adını qoymuşdu. Bu sütun Padşah Vadisindədir və bu günə qədər ona Avşalomun abidəsi deyilir. 010 2SA 018 019 Sadoq oğlu Aximaas dedi: «Qoy qaçım, padşahın haqqını düşmənlərin əlindən Rəbbin necə aldığını padşaha müjdələyim». 010 2SA 018 020 Yoav ona dedi: «Sən bu gün müjdəçi olmayacaqsan, müjdəni başqa gün verəcəksən. Bu gün vermə, ona görə ki padşahın oğlu ölüb». 010 2SA 018 021 Yoav Kuşlu kişiyə dedi: «Get, bütün gördüklərini padşaha xəbər ver». Kuşlu kişi Yoavın qarşısında baş əydi və qaçdı. 010 2SA 018 022 Sadoq oğlu Aximaas yenə Yoava dedi: «Nə olursa-olsun, qoy mən də Kuşlu kişinin ardınca qaçım». Yoav dedi: «Axı nə üçün qaçırsan, oğlum? Getdiyin üçün mükafat almayacaqsan». 010 2SA 018 023 O dedi: «Nə olursa-olsun, qaçacağam». Yoav ona «Yaxşı, qaç» dedi. Aximaas hövzə yolu ilə qaçıb Kuşlu kişini ötdü. 010 2SA 018 024 Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır. 010 2SA 018 025 Növbətçi qışqıraraq padşaha xəbər verdi. Padşah dedi: «Əgər o tək gəlirsə, müjdə gətirir». Həmin adam getdikcə yaxınlaşırdı. 010 2SA 018 026 Növbətçi qaçan başqa bir adam gördü və qapıçıya qışqırıb «bax təkbaşına qaçan daha bir adam da gəlir» dedi. Padşah dedi: «O da müjdəçidir». 010 2SA 018 027 Növbətçi dedi: «Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir». Padşah dedi: «O yaxşı adamdır, müjdə ilə gəlir». 010 2SA 018 028 Aximaas bərkdən padşaha belə dedi: «Salamatlıqdır». Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: «Allahın Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi». 010 2SA 018 029 Padşah dedi: «O cavan – Avşalom salamatdırmı?» Aximaas dedi: «Yoav padşahın bir qulunu və mən qulunu göndərən zaman gördüm ki, orada böyük bir qarışıqlıq var, lakin nə olduğunu bilmədim». 010 2SA 018 030 Padşah dedi: «Çəkil, bir yanda dayan». O da çəkilib bir yanda dayandı. 010 2SA 018 031 Budur, Kuşlu gəldi və dedi: «Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən səni qurtardı». 010 2SA 018 032 Padşah Kuşluya dedi: «O cavan – Avşalom salamatdırmı?» Kuşlu dedi: «Ağam padşahın düşmənləri, pis niyyətlə sənə qarşı qalxanların hamısı qoy o cavan kimi olsun». 010 2SA 018 033 Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!» 010 2SA 019 001 Yoava «budur, padşah Avşalom üçün ağlayır və yas tutur» deyə bildirildi. 010 2SA 019 002 O gün qələbə xalq üçün yasa çevrildi, çünki bütün xalq eşitdi ki, padşah oğlu üçün kədərlidir. 010 2SA 019 003 Fərari döyüşdən qaçandan sonra utanan oğru kimi necə geri qayıdırsa, o gün ordu da şəhərə o cür oğru kimi qayıtdı. 010 2SA 019 004 Padşah üzünü örtüb fəryadla çığırırdı: «Oğlum Avşalom, ey Avşalom, oğlum, oğlum!» 010 2SA 019 005 Yoav saraya – padşahın yanına gəlib dedi: «Bu gün sənin canını, oğullarının, qızlarının və cariyələrinin canlarını xilas edən bütün qullarını xəcalətli etdin. 010 2SA 019 006 Çünki sənə nifrət edənləri sevib, səni sevənlərə isə nifrət edirsən. Bu gün sən aşkar etdin ki, başçıların və zabitlərin sənin gözündə əhəmiyyətsizdir. Mən bu gün başa düşdüm ki, əgər Avşalom sağ qalıb, biz hamımız bu gün ölsəydik, bundan razı qalardın. 010 2SA 019 007 İndi isə qalx ayağa, xalqın qarşısına çıx, adamlarının könlünü al. Çünki mən Rəbbin haqqı üçün and içirəm, xalqın qarşısına çıxmasan, bu gecə səninlə bir nəfər belə, qalmayacaq. Bu da sənin üçün uşaqlıqdan indiyədək başına gələn müsibətlərin hamısından betər olacaq». 010 2SA 019 008 Padşah qalxıb darvazada oturdu. Bütün xalqa «budur, padşah darvaza ağzında oturub» deyə bildirdilər və bütün camaat padşahın qarşısına gəldi. Bu vaxt İsraillilərin hamısı öz evlərinə dağılmışdı. 010 2SA 019 009 İsrailin bütün qəbilələrində hər kəs mübahisə edib deyirdi: «Padşah bizi düşmənlərimizin əlindən qurtardı və Filiştlilərin əlindən xilas etdi. İndi isə Avşaloma görə o bu ölkədən qaçdı. 010 2SA 019 010 Bizə hakim olmaq üçün məsh etdiyimiz Avşalom isə döyüşdə öldü. İndi padşahı geri qaytarmaq barədə niyə susursunuz?» 010 2SA 019 011 Padşah Davud kahin Sadoq və kahin Evyatara bu xəbəri göndərib dedi: «Yəhuda ağsaqqallarına belə deyin: “Padşahı evinə qaytarmaqda siz niyə axıra qalırsınız? Bütün İsraildə gəzən söz-söhbət padşahın qulağına çatmışdır. 010 2SA 019 012 Siz mənim qardaşlarım, ətimdən, sümüyümdənsiniz. Niyə padşahı geri qaytarmaqda axıra qalmısınız?” 010 2SA 019 013 Amasaya da deyin ki, məgər sən də mənim ətimdən, sümüyümdən deyilsənmi? Daim mənim qarşımda Yoavın yerinə ordu başçısı olmasan, qoy Allah mənə beləsini və bundan betərini etsin». 010 2SA 019 014 Beləliklə o, bir nəfər kimi bütün Yəhudalıların könlünü aldı və onlar padşahın yanına adam göndərib dedilər: «Ey padşah, sən bütün qullarınla bərabər geri qayıt». 010 2SA 019 015 Padşah geri qayıtdı və İordan çayına çatdı. Yəhudalılar padşahı qarşılamaq və onu İordan çayından keçirmək üçün Qilqala gəldilər. 010 2SA 019 016 Baxurimdən olan Binyaminli Geranın oğlu Şimey də Yəhuda adamları ilə birgə padşah Davudu qarşılamaq üçün cəld tərpənib aşağı endi. 010 2SA 019 017 Onun yanında Binyamindən min nəfər və Şaul evinin xidmətçisi Siva ilə on beş oğlu və iyirmi qulu var idi. Onlar İordan çayına tərəf – padşahın qarşısına çıxmağa tələsdilər. 010 2SA 019 018 Padşahın külfətini çaydan keçirmək və onu razı salmaq üçün qayıqla o tay-bu taya keçirtdilər. Gera oğlu Şimey padşah İordan çayını keçən kimi onun qabağında yerə sərildi. 010 2SA 019 019 O, padşaha dedi: «Qoy ağam məni günahkar saymasın və ağam padşah Yerusəlimdən çıxdığı gün bu qulunun etdiyi azğınlığı ürəyinə salıb xatırlamasın. 010 2SA 019 020 Çünki günah etdiyimi bu qulun özü də bilir və budur, ağam padşahı qarşılamaq üçün bütün Yusif nəslindən hamıdan əvvəl bu gün mən gəlmişəm». 010 2SA 019 021 Lakin Seruya oğlu Avişay cavab verib dedi: «Sən Rəbbin məsh etdiyinə lənət yağdırdın. Ona görə sən Şimey öldürülməlisən». 010 2SA 019 022 Davud dedi: «Ey Seruya oğulları, məndən sizə nə? Niyə mənə düşmənçilik edirsiniz? Heç bu gün də İsraildə kimi isə öldürmək olarmı? Məgər mən bilmirəm ki, bu gün İsrailin padşahı mənəm?» 010 2SA 019 023 Padşah sonra Şimeyə dedi: «Sənə ölüm yoxdur». Buna görə padşah ona and içdi. 010 2SA 019 024 Şaulun nəvəsi Mefiboşet padşahı qarşılamağa gəldi. Padşah gedən gündən evinə sağ-salamat qayıdan günə qədər o, ayaqlarına baxmamış, bığlarını kəsməmiş və paltarlarını yumamışdı. 010 2SA 019 025 Padşahı qarşılamaq üçün Yerusəlimə gələn zaman padşah ona dedi: «Mefiboşet, bəs niyə sən də mənimlə getmədin?» 010 2SA 019 026 O isə cavab verib dedi: «Ey ağam padşah, xidmətçim məni aldatdı, çünki bu qulun demişdi ki, padşahla bərabər getmək üçün eşşəyə palan vurub üstünə minim. Axı qulun şikəstdir. 010 2SA 019 027 Lakin xidmətçim ağam padşahın qarşısında quluna böhtan atdı. Ağam padşah Allahın mələyi kimidir. İndi sənin gözündə nə xoşdursa, mənə et. 010 2SA 019 028 Atamın bütün evi ağam padşahın önündə ölümdən başqa bir şeyə layiq deyilkən sən bu qulunu öz süfrəndə yemək yeyənlər arasında qoydun. Artıq padşahdan bir şey istəməyə nə haqqım var ki?» 010 2SA 019 029 Padşah ona dedi: «Öz işlərin haqqında nə üçün sözü uzadırsan? Sən və Siva torpağı öz aranızda bölün, deyirəm». 010 2SA 019 030 Mefiboşet padşaha dedi: «İndi ki padşah öz sarayına salamat gəldi, qoy hər şeyi o götürsün». 010 2SA 019 031 Gileadlı Barzillay Rogelimdən gəlmişdi. Padşahı İordan çayından keçirmək üçün onunla bərabər o da İordan çayına qədər getdi. 010 2SA 019 032 Barzillay səksən yaşına çatmış, yaşlanmışdı. Padşah Maxanayimdə qalan zaman Barzillay onun dolanacağını təmin etmişdi, çünki o çox böyük adam idi. 010 2SA 019 033 Padşah Barzillaya dedi: «Mənimlə bərabər çayı keç, səni Yerusəlimdə öz yanımda dolandırım». 010 2SA 019 034 Barzillay padşaha dedi: «Ömrümün illəri və günlərinin tamamına nə qalıb ki, padşahla bərabər Yerusəlimə qalxım? 010 2SA 019 035 Mənim bu gün səksən yaşım var, yaxşını pisdən ayıra bilirəmmi? Bu qulun heç yediyinin, içdiyinin dadını bilirmi? Kişi və qadın xanəndələrinin səsini eşidə bilərəmmi? Belə isə, nə üçün bu qulun ağam padşaha artıq yük olsun? 010 2SA 019 036 Bu qulun ancaq padşahla İordan çayını keçib bir az yol getmək istəyir. Axı niyə görə padşah mənə belə mükafat versin? 010 2SA 019 037 Qoy mən qulun qayıdıb öz şəhərimdə – ata-anamın qəbrinin yanında ölüm. Lakin budur, qulun Kimham, qoy o, ağam padşahla çayı keçsin və sən də gözündə xoş görünəni onun üçün et». 010 2SA 019 038 Padşah dedi: «Kimham mənimlə bərabər o taya keçəcək, sənin gözündə xoş olanı onun üçün edəcəyəm. Məndən umduğun hər şeyi sənin üçün edəcəyəm». 010 2SA 019 039 Bütün xalq İordan çayını keçdi. Padşah da çayı keçdi. Sonra padşah Barzillayı öpdü və ona xeyir-dua verdi. O da öz yerinə qayıtdı. 010 2SA 019 040 Padşah Qilqala tərəf yolunu davam etdirdi və Kimham da onunla bir getdi. Bütün Yəhuda xalqı və İsrail xalqının yarısı padşahı müşayiət edirdi. 010 2SA 019 041 Bütün İsraillilər padşahın yanına gəlib və padşaha dedi: «Nə üçün qardaşımız Yəhudalılar səni oğurladılar? Nə üçün padşah Davudla külfətini və yanındakı bütün adamları İordan çayından keçirtdilər?» 010 2SA 019 042 Bütün Yəhudalılar İsraillilərə cavab verdilər: «Çünki padşah qohumumuzdur. Belə isə nə üçün bundan qəzəblənirsiniz? Biz padşah kasasından bir şey yedikmi? Yaxud padşah bizə bir hədiyyə verdimi?» 010 2SA 019 043 İsraillilər Yəhudalılara cavab verib dedilər: «Padşah bizə sizdən on qat artıq yaxındır. Davudda bizim sizdən də artıq haqqımız var. Axı niyə bizə xor baxırsınız? Padşahı geri qaytarmaqdan ilk bəhs edən biz deyildikmi?» Lakin Yəhudalılar İsraillilərdən daha ötkəm danışırdılar. 010 2SA 020 001 Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur. Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, hərə öz çadırına!» 010 2SA 020 002 Bütün İsraillilər də Davudu atıb Bikri oğlu Şevanın ardınca getdi. Lakin Yəhudalılar padşahları Davuda sadiq qalaraq İordan çayından Yerusəlimə qədər onu müşayiət etdi. 010 2SA 020 003 Padşah Davud Yerusəlimdəki evinə gedib on qadını – sarayı qorumaq üçün saxladığı cariyələri götürərək öz nəzarəti altında saxladı və onların yaşayışını təmin etdi, lakin yanlarına girmədi. Ölənə qədər bu qadınlar dul kimi qalaraq qapalı saxlandılar. 010 2SA 020 004 Padşah Amasaya dedi: «Üç gün ərzində Yəhudalıları mənim yanıma çağır və özün də burada ol». 010 2SA 020 005 Amasa Yəhudalıları bir yerə çağırmaq üçün getdi, lakin onun üçün təyin olunan vaxtda geri qayıtmadı. 010 2SA 020 006 Davud Avişaya dedi: «İndi Bikri oğlu Şeva bizə Avşalomdan daha çox ziyan vuracaq. Sən ağanın qullarını götür, onu təqib etməyə get. Yoxsa o özünə qala divarlı şəhərlər tapar və gözümüzdən qaçar». 010 2SA 020 007 Beləcə Yoavın adamları, Keretlilərlə Peletlilər və bütün cəngavərlər Bikri oğlu Şevanı təqib etmək üçün Avişayın başçılığı altında Yerusəlimdən çıxdılar. 010 2SA 020 008 Onlar Giveondakı böyük qayanın yanında olanda Amasa onları qarşılamağa gəldi. Yoav döyüş libasını geymişdi və paltarının üstündə kəməri var idi. Kəmərinə bağlı qınında olan bir qılınc belində idi. O irəliyərkən qılınc qınından çıxdı. 010 2SA 020 009 Yoav Amasaya dedi: «Qardaşım, yaxşısanmı?» Sonra Yoav onu öpmək üçün sağ əli ilə Amasanın saqqalından yapışdı. 010 2SA 020 010 Amasa isə Yoavın sol əlindəki qılınca əhəmiyyət vermədi. Yoav qılıncı ilə Amasanın qarnından vurub bağırsaqlarını yerə elə tökdü ki, ikinci zərbəyə ehtiyac qalmadan Amasa öldü. Yoavla qardaşı Avişay Bikri oğlu Şevanı təqib etdilər. 010 2SA 020 011 Yoavın adamlarından biri onun yanında durub dedi: «Kim Yoavdan razıdırsa, kim Davudun tərəfindədirsə, Yoavın ardınca gəlsin». 010 2SA 020 012 Amasa əsas yolun ortasında qan içində üzürdü. Yoavın tərəfdarı həmin adam gördü ki, Amasanın cəsədinin yanına gələn hər kəs dayanır. Xalqın dayandığını gördüyü üçün cəsədi böyük yoldan götürüb çölə apararaq üstünə bir paltar atdı. 010 2SA 020 013 Amasa böyük yoldan götürüləndən sonra hamı Bikri oğlu Şevanı təqib etmək üçün Yoavın ardınca getdi. 010 2SA 020 014 Şeva Avel-Bet-Maaka və bütün Berim diyarlarına qədər bütün İsrail qəbilələrinin içərisindən keçdi və bütün camaat yığılıb onun ardınca getdi. 010 2SA 020 015 Yoavın yanındakı bütün xalq gəlib Şevanın qaldığı Avel-Bet-Maaka şəhərini mühasirəyə aldı və şəhərin qarşısında bir torpaq qalağı tökdü. Onlar divarı uçurtmaq üçün lağım atarkən 010 2SA 020 016 bir ağıllı qadın şəhərdən qışqırıb dedi: «Qulaq asın! Qulaq asın! Rica edirəm, Yoava söyləyin ki, buraya yaxınlaşsın, ona sözüm var». 010 2SA 020 017 Yoav ona yaxınlaşanda qadın «Yoav sənsən?» dedi. O «bəli, mənəm» dedi. Qadın ona dedi: «Sən bu kənizinin sözünə qulaq as». Yoav «eşidirəm səni» dedi. 010 2SA 020 018 Qadın sözünə davam etdi «Qədim zamanlarda “Aveldə məsləhət alın” deyərdilər və işləri belə həll edərdilər. 010 2SA 020 019 Mən İsrailin rifahını istəyən sadiq adamlardan biriyəm. Sən İsraildə şəhərlərin anası olan bir şəhəri dağıtmaq istəyirsən. Axı nə üçün Rəbbin irsini məhv etmək istəyirsən?» 010 2SA 020 020 Yoav cavab verdi: «Dağıtmaq yaxud məhv etmək niyyəti məndən uzaq, qoy uzaq olsun! 010 2SA 020 021 İş burasındadır ki, Efrayimin dağlıq bölgəsindən Bikri oğlu Şeva adlı bir adam padşah Davuda qarşı üsyan qaldırıb. Yalnız onu bizə verin, mən də bu şəhərdən çəkilim». Qadın Yoava dedi: «Onun başı şəhər divarından sənə atılacaq». 010 2SA 020 022 Qadın ağıllı tərpənib xalqının yanına getdi. Onlar da Bikri oğlu Şevanın başını kəsib Yoava atdı. Bundan sonra Yoav şeypur çaldı və ordu şəhərin mühasirəsindən çəkildi. Hamı öz evinə qayıtdı. Yoav isə Yerusəlimə – padşahın yanına qayıtdı. 010 2SA 020 023 Yoav bütün İsrail ordusunun başçısı idi. Yehoyadanın oğlu Benaya Keretlilərin və Peletlilərin qabağında idi. 010 2SA 020 024 Adoram mükəlləfiyyətçilərin başçısı və Axilud oğlu Yehoşafat salnaməçi idi. 010 2SA 020 025 Şeva mirzə, Sadoqla Evyatar kahin, 010 2SA 020 026 Yairli İra isə Davudun kahini idi. 010 2SA 021 001 Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü. 010 2SA 021 002 Padşah Giveonluları çağırdı və onlarla danışdı. Giveonlular İsrail övladları deyildi. Emorlulardan sağ qalan bir xalq idi ki, İsraillilər onları sağ buraxacaqlarına and içmişdilər. Lakin Şaul İsrail və Yəhuda övladları naminə onları ciddi-cəhdlə yox etməyə çalışmışdı. 010 2SA 021 003 Davud Giveonlulara dedi: «Sizin üçün mən nə edə bilərəm? Edilən bu günahı nə ilə təmizləyə bilərəm ki, siz Rəbbin irsinə xeyir-dua verəsiniz?» 010 2SA 021 004 Giveonlular ona dedi: «Şaulla onun nəslindən qızıl-gümüş istəmək fikrində deyilik. İsraildə adam öldürmək niyyətində də deyilik». Davud dedi: «Siz nə istəsəniz, onu edərəm». 010 2SA 021 005 Onlar padşaha dedi: «Bizi qırıb məhv edən və İsrail ərazisində qalmamaq üçün bizə qəsd quran adamın övladlarından yeddi nəfər bizə verilsin. 010 2SA 021 006 Rəbbin seçdiyi Şaulun Givea şəhərində onları Rəbbin önündə asaq». Padşah dedi: «Yaxşı, mən onları sizə verərəm». 010 2SA 021 007 Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı. 010 2SA 021 008 Ayya qızı Rispanın Şauldan doğulan iki oğlunu – Armoni ilə Mefiboşeti, bir də Şaulun qızı Meravın Mexolalı Barzillay oğlu Adrieldən doğduğu beş oğlunu padşah götürüb 010 2SA 021 009 Giveonlulara təslim etdi. Giveonlular onları Rəbbin önündə, dağın üstündə asdılar və yeddisi də birlikdə öldü. Onlar biçin vaxtının ilk günlərində, arpa biçini başlanğıcında öldürüldü. 010 2SA 021 010 Ayyanın qızı Rispa çul götürüb özü üçün qayaya sərdi. Biçin başlanandan cəsədlərin üstünə yağış yağanadək Rispa orada qalaraq onların meyitlərini gündüz göydəki quşlardan, gecə vəhşi heyvanlardan qorudu. 010 2SA 021 011 Şaulun cariyəsi Ayya qızı Rispanın etdiyi bu işi Davuda xəbər verdilər. 010 2SA 021 012 Davud gedib Şaulun sümüklərini və oğlu Yonatanın sümüklərini Yaveş-Gilead əhalisindən aldı. Filiştlilər Gilboada Şaulu öldürdükləri gün onların cəsədlərini Bet-Şean meydanında asmışdılar, Yaveş-Gilead əhalisi də gəlib cəsədləri oradan oğurlamışdı. 010 2SA 021 013 Davud Şaulun və oğlu Yonatanın sümüklərini həmin yerdən çıxartdırdı və asılanların da sümüklərini topladılar. 010 2SA 021 014 Onlar Şaulun və oğlu Yonatanın sümüklərini Binyamin torpağında – Selada, Şaulun atası Qişin məqbərəsində basdırdılar, padşahın onlara əmr etdiyi hər şeyə əməl etdilər. Bundan sonra Allah ölkə üçün duaları qəbul etdi. 010 2SA 021 015 Yenə Filiştlilərin İsraillilərlə döyüşü oldu. Davud adamları ilə birgə döyüşə getdi və onlar Filiştlilərlə döyüşərkən Davud yoruldu. 010 2SA 021 016 Rafa övladlarından İşbi-Benov Davudu öldürmək istədi. Onun nizəsinin başı üç yüz şekel ağırlığında tuncdan idi və belinə təzə qılınc bağlamışdı. 010 2SA 021 017 Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən». 010 2SA 021 018 Bundan sonra yenə Filiştlilərlə Qovda döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Safı öldürdü. 010 2SA 021 019 Yenə Filiştlilərlə Qovda döyüş oldu və Bet-Lexemli Yaare-Orgimin oğlu Elxanan Qatlı Qolyatı öldürdü. Qolyatın nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda idi. 010 2SA 021 020 Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi. 010 2SA 021 021 O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü. 010 2SA 021 022 Bu dörd kişi Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı. 010 2SA 022 001 Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin sözlərini Rəbbə söylədi; 010 2SA 022 002 O belə oxudu: Rəbb qayam, qalamdır, xilaskarımdır, 010 2SA 022 003 Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm, Sığınacaq yerim, xilaskarım! Sən məni zalımların əlindən qurtarırsan! 010 2SA 022 004 Həmdə layiq olan Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam. 010 2SA 022 005 Çünki ətrafımı ölüm dalğaları bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü, 010 2SA 022 006 Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. 010 2SA 022 007 Əzab içində Rəbbə yalvardım, Allahımı köməyə çağırdım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa Onun qulağına yetdi. 010 2SA 022 008 O zaman sarsılıb dünya titrədi, Göylər təməllərindən sarsılıb lərzəyə gəldi. Çünki O qəzəbləndi. 010 2SA 022 009 Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu. 010 2SA 022 010 O, göyləri yarıb yerədək endi. Qatı zülmət ayaqları altında idi. 010 2SA 022 011 Bir keruva minib uçdu, Yel qanadları üstündə şığıdı. 010 2SA 022 012 Ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu. 010 2SA 022 013 Hüzurunun nuru şəfəq saçdı, Oradan odlu közlər düşüb alovlandı. 010 2SA 022 014 Rəbb göylərdən gurladı, Haqq-Taala səs saldı. 010 2SA 022 015 Oxlar atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı. 010 2SA 022 016 Rəbbin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Dənizin dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. 010 2SA 022 017 O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı. 010 2SA 022 018 Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi. 010 2SA 022 019 Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu. 010 2SA 022 020 O məni geniş yerə çıxartdı, Məndən razı qalıb məni qurtardı. 010 2SA 022 021 Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi. 010 2SA 022 022 Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam. 010 2SA 022 023 Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm. 010 2SA 022 024 Onun önündə kamilliyə çatmışam, Özümü günahdan qorumuşam. 010 2SA 022 025 Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə təmizliyimin əvəzini verdi. 010 2SA 022 026 Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən. 010 2SA 022 027 Təmizlərlə təmizsən, Əyrilərlə əyriliklərinə görə davranırsan. 010 2SA 022 028 İtaətkar insanları qurtarırsan, Lovğalara göz qoyursan, onları alçaldırsan. 010 2SA 022 029 Ya Rəbb, Sən mənim çırağımsan, Rəbb zülmətimi nura çevirir. 010 2SA 022 030 Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm. 010 2SA 022 031 Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb ona sığınanların sipəridir. 010 2SA 022 032 Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki? 010 2SA 022 033 Allah qalamdır, mənə qüvvət verər, Yolumu kamil edər. 010 2SA 022 034 Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrdə saxlar. 010 2SA 022 035 Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanı dartar. 010 2SA 022 036 Sən mənə qurtuluş qalxanını verdin, Etdiyin köməklə Sən məni yüksəltdin. 010 2SA 022 037 Geniş yer açdın ki, addımlayım, Büdrəməsin ayaqlarım. 010 2SA 022 038 Düşmənlərimi qovdum, onları qırdım, Onlar məhv olanadək geriyə qayıtmadım. 010 2SA 022 039 Onları əzib qurtardım, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər. 010 2SA 022 040 Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın, 010 2SA 022 041 Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim. 010 2SA 022 042 Gözləsələr də, onları qurtaran olmadı, Rəbbə baxsalar da, Ondan cavab gəlmədi. 010 2SA 022 043 Onları yerdəki toz kimi əzdim, Küçələrin palçığı kimi tapdaladım. 010 2SA 022 044 Sən məni xalqımın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin. 010 2SA 022 045 Yadellilər mənə boyun əyirlər. Səsimi eşidəndə mənə itaət edirlər. 010 2SA 022 046 Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar. 010 2SA 022 047 Rəbb əbədi yaşayır, Qayama alqış olsun! Məni qurtaran Qayam, Allahım ucalsın! 010 2SA 022 048 O Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir. 010 2SA 022 049 O məni düşmən içindən çıxarır, Məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır. 010 2SA 022 050 Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm! 010 2SA 022 051 Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər. 010 2SA 023 001 Davudun son sözləri bunlardır: Yessey oğlu Davud deyir, Allahın ucaltdığı adam, Yaqubun Allahının məsh etdiyi, İsrailin sevimli məzmur şairi belə söyləyir: 010 2SA 023 002 Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır. 010 2SA 023 003 İsrailin Allahı belə dedi, İsrailin Qayası mənə belə söylədi: İnsanlar üstündə doğruluqla hökm edən, Allah qorxusu ilə səltənət sürən şəxs 010 2SA 023 004 Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir. 010 2SA 023 005 Həqiqətən, mənim evim Allahla belə deyilmi? Çünki O mənimlə əbədi əhd bağladı, Kamil və tam təminatlı əhd bağladı, Qurtuluşumu və arzumu tam həyata keçirməzmi? 010 2SA 023 006 Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq. 010 2SA 023 007 Lakin onlara toxunanlar Dəmirlə və nizə sapı ilə silahlanmalıdırlar. Yaramazlar yerindəcə tamamilə yandırılacaqlar. 010 2SA 023 008 Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü. 010 2SA 023 009 Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə 010 2SA 023 010 Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar. 010 2SA 023 011 Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı. 010 2SA 023 012 Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi. 010 2SA 023 013 Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu. 010 2SA 023 014 Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. 010 2SA 023 015 Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» 010 2SA 023 016 Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü. 010 2SA 023 017 O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi. 010 2SA 023 018 Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. 010 2SA 023 019 Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi. 010 2SA 023 020 Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. 010 2SA 023 021 O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü. 010 2SA 023 022 Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi. 010 2SA 023 023 O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu. 010 2SA 023 024 «Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, 010 2SA 023 025 Xarodlu Şamma və Eliqa, 010 2SA 023 026 Peletli Xeles, Teqoalı İqqeş oğlu İra, 010 2SA 023 027 Anatotlu Aviezer, Xuşalı Mevunnay, 010 2SA 023 028 Axoahlı Salmon, Netofalı Mahray, 010 2SA 023 029 Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay, 010 2SA 023 030 Piratonlu Benaya, Qaaş vadilərindən Hidday, 010 2SA 023 031 Aravalı Avi-Alvon, Barxumlu Azmavet, 010 2SA 023 032 Şaalvonlu Elyaxba, Yaşenin oğulları Yonatan, 010 2SA 023 033 Hararlı Şamma, Ararlı Şarar oğlu Axiam, 010 2SA 023 034 Maakalı Axasbay oğlu Elifelet, Gilolu Axitofel oğlu Eliam, 010 2SA 023 035 Karmelli Xesro, Aravalı Paaray, 010 2SA 023 036 Sovalı Natan oğlu İqal, Qadlı Bani, 010 2SA 023 037 Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, 010 2SA 023 038 Yeterli İra və Yeterli Qarev, 010 2SA 023 039 Xetli Uriya. Hamısı birlikdə otuz yeddi nəfər idi. 010 2SA 024 001 İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi. 010 2SA 024 002 Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim». 010 2SA 024 003 Yoav padşaha dedi: «Xalqın nə qədərdirsə, qoy Allahın Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?» 010 2SA 024 004 Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı. 010 2SA 024 005 İordan çayını keçdilər və Qad vadisinin ortasında olan şəhərin cənubunda – Aroerdə düşərgə qurdular. 010 2SA 024 006 Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar. 010 2SA 024 007 Sur qalasına və Xivlilərlə Kənanlıların bütün şəhərlərinə yetişib, nəhayət, Yəhudanın cənubunda olan Beer-Şevaya gəldilər. 010 2SA 024 008 Bütün ölkəni dolandılar və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar. 010 2SA 024 009 Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi. 010 2SA 024 010 Lakin xalqı sayandan sonra Davud vicdan əzabı çəkdi. O, Rəbbə dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, ya Rəbb, yalvarıram, qulunun bu təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». 010 2SA 024 011 Davud ertəsi gün səhər qalxanda Rəbb Davudun görücüsü Qad peyğəmbərə sözünü bildirib dedi: 010 2SA 024 012 «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənin qarşına üç şey qoyuram, özün üçün bunların birini seç ki, sənə edim”». 010 2SA 024 013 Qad Davudun yanına gəlib bunu bildirdi: «Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni Göndərənə mən nə cavab verim?» 010 2SA 024 014 Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur». 010 2SA 024 015 Beləcə Rəbb sabahdan təyin olunan vaxta qədər İsrailin üzərinə vəba göndərdi. Dandan Beer-Şevaya qədər xalqdan yetmiş min nəfər öldü. 010 2SA 024 016 Xalqı həlak edən mələk Yerusəlimi məhv etmək üçün oraya doğru əlini uzadanda Rəbb verəcəyi bəladan vaz keçib mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Aravnanın xırmanının yanında idi. 010 2SA 024 017 Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın». 010 2SA 024 018 O gün Qad Davudun yanına gəlib dedi: «Çıx, Yevuslu Aravnanın xırmanında Rəbbə bir qurbangah düzəlt». 010 2SA 024 019 Qadın sözü ilə Davud Rəbbin əmr etdiyi kimi çıxdı. 010 2SA 024 020 Aravna aşağı baxıb gördü ki, padşahla əyanları onlara tərəf gəlir. O bayıra çıxıb padşahın qarşısında yerə qədər təzim etdi və dedi: 010 2SA 024 021 «Ağam padşah nə əcəb bu qulunun yanına gəlib?» Davud dedi: «Rəbbə qurbangah qurmaq üçün səndən bu xırmanını satın almağa gəldim ki, xalqın üzərinə gələn vəba dayansın». 010 2SA 024 022 Aravna Davuda dedi: «Qoy ağam padşah öz gözünə xoş görünəni götürsün və Rəbbə təqdim etsin. Budur yandırma qurbanı üçün öküzlər, yandırmağa odun yerinə vəllər və öküzlərin boyunduruqları. 010 2SA 024 023 Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun». 010 2SA 024 024 Lakin padşah Aravnaya dedi: «Belə yox, amma səndən bunu mütləq qiymət qoyub satın alacağam. Çünki mən havayı malı Allahım Rəbbə yandırma qurbanı vermərəm». Beləliklə, Davud xırmanı və öküzləri əlli şekel gümüşə satın aldı. 010 2SA 024 025 Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. Rəbb ölkə üçün edilən duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı. # # BOOK 011 1KI 1 Kings Birinci Padşahlar 011 1KI 001 001 Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi. 011 1KI 001 002 Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin». 011 1KI 001 003 Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər. 011 1KI 001 004 Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi. 011 1KI 001 005 Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı. 011 1KI 001 006 Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi. 011 1KI 001 007 Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər. 011 1KI 001 008 Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər. 011 1KI 001 009 Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı, 011 1KI 001 010 amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı. 011 1KI 001 011 Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir? 011 1KI 001 012 İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim: 011 1KI 001 013 get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?” 011 1KI 001 014 Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm». 011 1KI 001 015 Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi. 011 1KI 001 016 Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi. 011 1KI 001 017 Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin. 011 1KI 001 018 Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur. 011 1KI 001 019 O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı. 011 1KI 001 020 Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq. 011 1KI 001 021 Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq». 011 1KI 001 022 Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi. 011 1KI 001 023 Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi. 011 1KI 001 024 Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi? 011 1KI 001 025 Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər. 011 1KI 001 026 Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı. 011 1KI 001 027 Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?» 011 1KI 001 028 Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu. 011 1KI 001 029 Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki, 011 1KI 001 030 “məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm». 011 1KI 001 031 Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi. 011 1KI 001 032 Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi. 011 1KI 001 033 Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin. 011 1KI 001 034 Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin. 011 1KI 001 035 Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim». 011 1KI 001 036 Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir. 011 1KI 001 037 Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin». 011 1KI 001 038 Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar. 011 1KI 001 039 Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi. 011 1KI 001 040 Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi. 011 1KI 001 041 Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?» 011 1KI 001 042 O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən». 011 1KI 001 043 Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir. 011 1KI 001 044 Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər. 011 1KI 001 045 Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur. 011 1KI 001 046 Üstəlik Süleyman padşahlıq taxtında oturdu. 011 1KI 001 047 Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi. 011 1KI 001 048 Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”» 011 1KI 001 049 Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi. 011 1KI 001 050 Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı. 011 1KI 001 051 Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir». 011 1KI 001 052 Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək». 011 1KI 001 053 Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi. 011 1KI 002 001 Davudun ölüm günü yaxınlaşanda oğlu Süleymana vəsiyyət edərək dedi: 011 1KI 002 002 «Bu yaxınlarda mən də hamı kimi dünyadan köçəcəyəm. Sən möhkəm və igid ol. 011 1KI 002 003 Allahın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolları ilə get və Musanın Qanununda yazıldığı kimi Allahın qaydalarına, əmrlərinə, hökmlərinə və göstərişlərinə əməl et ki, elədiyin hər işdə və getdiyin hər yerdə uğur qazanasan. 011 1KI 002 004 Onda Rəbb mənə verdiyi bu sözü yerinə yetirəcək: “Əgər övladların öz yollarına diqqət etsələr, bütün ürəkləri və canları ilə Mənə sadiq qalsalar, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”. 011 1KI 002 005 Sən Seruya oğlu Yoavın mənə nə elədiyini bilirsən: İsrail ordusunun iki başçısı Ner oğlu Avnerlə Yeter oğlu Amasanı öldürərək sülh zamanı hərb qanı tökdü və belindəki kəmərlə ayağındakı çarıqları qana bulaşdırdı. 011 1KI 002 006 Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin. 011 1KI 002 007 Gileadlı Barzillayın oğullarına xeyirxahlıq et, qoy süfrəndə yemək yeyənlərin arasında olsunlar. Çünki mən qardaşın Avşalomun önündən qaçdığım vaxt onlar mənə kömək etdilər. 011 1KI 002 008 Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim. 011 1KI 002 009 İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər». 011 1KI 002 010 Davud ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. 011 1KI 002 011 Davud İsrail üzərində qırx il padşah olmuşdu: yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etmişdi. 011 1KI 002 012 Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu. 011 1KI 002 013 Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi. 011 1KI 002 014 Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi. 011 1KI 002 015 O dedi: «Sən bilirsən ki, padşahlıq mənim idi və bütün İsraillilər mənim padşah olacağımı gözləyirdilər, ancaq hər şey dəyişdi, padşahlıq qardaşımın əlinə keçdi, çünki Rəbb belə etdi. 011 1KI 002 016 İndi səndən bir xahişim var, mənə “yox” demə». Bat-Şeva ona «söylə» dedi. 011 1KI 002 017 O dedi: «Xahiş edirəm, padşah Süleymana söylə – o sənə “yox” deməz – qoy Şunemli Avişaqı mənə arvad olmaq üçün versin». 011 1KI 002 018 Bat-Şeva dedi: «Yaxşı, mən səndən ötrü padşahla danışaram». 011 1KI 002 019 Bat-Şeva Adoniya barədə padşah Süleymanla danışmaq üçün onun yanına getdi. Padşah onu qarşılamaq üçün ayağa qalxdı və ona təzim etdi, sonra taxtına oturdu. Padşah anası üçün də bir taxt qoydurdu. O, padşahın sağında oturdu, 011 1KI 002 020 sonra dedi: «Mənim səndən kiçik bir xahişim var, mənə “yox” demə». Padşah ona dedi: «Söylə, ana, mən sənə “yox” demərəm». 011 1KI 002 021 Bat-Şeva dedi: «Şunemli Avişaqı qardaşın Adoniyaya arvad olmaq üçün ver». 011 1KI 002 022 Padşah Süleyman anasına cavab verib dedi: «Niyə Adoniya üçün Şunemli Avişaqı istəyirsən? Padşahlığı da onun üçün istə, üstəlik onunla birlikdə kahin Evyatarla Seruya oğlu Yoav üçün istə. Axı o mənim böyük qardaşımdır!» 011 1KI 002 023 Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin. 011 1KI 002 024 İndi məni möhkəmləndirib atam Davudun taxtında oturtmuş və söylədiyi kimi mənə bir ev qurmuş var olan Rəbbə and olsun ki, Adoniya hökmən bu gün öldürüləcək!» 011 1KI 002 025 Padşah Süleyman Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Adoniyanı vurdu və o öldü. 011 1KI 002 026 Padşah kahin Evyatara da dedi: «Anatota, öz tarlalarına get! Sən ölümə layiqsən, amma indi səni öldürmürəm. Çünki atam Davudun önündə Xudavənd Rəbbin sandığını daşıyırdın və atamın çəkdiyi hər əzabı sən də çəkirdin». 011 1KI 002 027 Beləcə Süleyman Evyatarı Rəbbin kahinliyindən qovdu. Bununla da Elinin evinə qarşı Rəbbin Şiloda söylədiyi söz yerinə yetdi. 011 1KI 002 028 Xəbər Yoava çatdı. Yoav Avşaloma qoşulmadığı halda Adoniyanın tərəfini tutmuşdu. Buna görə də o, Rəbbin ibadət çadırına qaçdı və qurbangahın buynuzlarından yapışdı. 011 1KI 002 029 Padşah Süleymana söylədilər: «Yoav Rəbbin ibadət çadırına qaçdı və indi qurbangahın yanındadır». Süleyman «get, onu öldür» deyə Yehoyada oğlu Benayanı göndərdi. 011 1KI 002 030 Benaya Rəbbin ibadət çadırına gəlib Yoava dedi: «Çıx, padşah belə deyir!» O dedi: «Yox, burada öləcəyəm». Benaya padşaha «Yoav belə dedi və mənə bu cavabı verdi» deyə xəbər gətirdi. 011 1KI 002 031 Padşah ona dedi: «Onun dediyi kimi et: onu orada öldür və basdır ki, Yoavın səbəbsiz tökdüyü qanın təqsirini mənim və atamın evi üzərindən götürəsən. 011 1KI 002 032 Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü. 011 1KI 002 033 Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək». 011 1KI 002 034 Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar. 011 1KI 002 035 Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi. 011 1KI 002 036 Padşah Şimeyi çağırtdırıb ona dedi: «Yerusəlimdə özünə bir ev tik və orada yaşa, heç yerə getmə. 011 1KI 002 037 Oradan çıxıb Qidron vadisini keçdiyin gün, bil ki, hökmən öləcəksən və qanın öz üstündə qalacaq». 011 1KI 002 038 Şimey padşaha dedi: «Sözünlə razıyam, ağam padşah necə dedisə, qulun elə də edəcək». Şimey uzun müddət Yerusəlimdə yaşadı. 011 1KI 002 039 Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır. 011 1KI 002 040 O qalxıb eşşəyini palanladı, qullarını axtarmaq üçün Qata, Akişin yanına gedib onları Qatdan gətirdi. 011 1KI 002 041 Şimeyin Yerusəlimdən Qata gedib-gəlmək xəbəri Süleymana çatdı. 011 1KI 002 042 Padşah Şimeyi çağırtdırıb ona dedi: «Səni Rəbbin haqqına and içdirmədimmi? “Çıxıb bir yerə getdiyin gün, bil ki, hökmən öləcəksən!” deyə sənə xəbərdarlıq etmədimmi? Sən də mənə “yaxşı, sözünlə razıyam” demədinmi? 011 1KI 002 043 Elə isə Rəbbə içdiyin anda və sənə verdiyim əmrə niyə əməl etmədin?» 011 1KI 002 044 Sonra padşah Şimeyə dedi: «Sən atam Davuda qarşı ürəyində saxladığın və etdiyin pisliklərin hamısını bilirsən. Pisliyini Rəbb sənin öz başına döndərəcək. 011 1KI 002 045 Amma qoy padşah Süleyman xeyir-dua alsın və Davudun taxtı Rəbbin önündə əbədi möhkəmlənsin». 011 1KI 002 046 Padşah Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Şimeyi vurdu və o öldü. Beləliklə, Süleymanın padşahlığı möhkəmləndi. 011 1KI 003 001 Süleyman Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu. Öz sarayı, Rəbbin məbədi və Yerusəlimin ətrafındakı divarlar tikilib qurtarana qədər arvadını Davudun şəhərinə gətirdi. 011 1KI 003 002 Xalq isə hələ səcdəgahlarda qurban gətirirdi, çünki o günlərə qədər Rəbbin adına tikilmiş bir məbəd yox idi. 011 1KI 003 003 Süleyman atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi, ancaq səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 011 1KI 003 004 Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi. 011 1KI 003 005 Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» 011 1KI 003 006 Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın. 011 1KI 003 007 İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. 011 1KI 003 008 Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. 011 1KI 003 009 İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» 011 1KI 003 010 Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. 011 1KI 003 011 Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, 011 1KI 003 012 Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq. 011 1KI 003 013 Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq. 011 1KI 003 014 Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam». 011 1KI 003 015 Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi. 011 1KI 003 016 Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu. 011 1KI 003 017 Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum. 011 1KI 003 018 Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik. 011 1KI 003 019 Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü. 011 1KI 003 020 Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur. 011 1KI 003 021 Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil». 011 1KI 003 022 O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər. 011 1KI 003 023 Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». 011 1KI 003 024 Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər. 011 1KI 003 025 Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!» 011 1KI 003 026 Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim». 011 1KI 003 027 Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur». 011 1KI 003 028 Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var. 011 1KI 004 001 Padşah Süleyman bütün İsrail üzərində hökmran idi. 011 1KI 004 002 Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya; 011 1KI 004 003 Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat; 011 1KI 004 004 Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar; 011 1KI 004 005 Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud; 011 1KI 004 006 Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram. 011 1KI 004 007 Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi. 011 1KI 004 008 Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur; 011 1KI 004 009 Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer; 011 1KI 004 010 Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed; 011 1KI 004 011 bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav; 011 1KI 004 012 Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana; 011 1KI 004 013 Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever; 011 1KI 004 014 Maxanayim bölgəsində İddo oğlu Axinadav; 011 1KI 004 015 Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas; 011 1KI 004 016 Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana; 011 1KI 004 017 İssakar torpağında Paruah oğlu Yehoşafat; 011 1KI 004 018 Binyamin torpağında Ela oğlu Şimey; 011 1KI 004 019 Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever. 011 1KI 004 020 Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar. 011 1KI 004 021 Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər. 011 1KI 004 022 Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un, 011 1KI 004 023 on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları. 011 1KI 004 024 Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı. 011 1KI 004 025 Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı. 011 1KI 004 026 Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi. 011 1KI 004 027 Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı. 011 1KI 004 028 Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi. 011 1KI 004 029 Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi. 011 1KI 004 030 Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi. 011 1KI 004 031 O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı. 011 1KI 004 032 O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi. 011 1KI 004 033 Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı. 011 1KI 004 034 Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi. 011 1KI 005 001 Sur padşahı Xiram atasının yerinə Süleymanın padşah olmaq üçün məsh edildiyini eşidəndə öz adamlarını onun yanına göndərdi, çünki Xiram Davudla bütün ömrü boyu dost olmuşdu. 011 1KI 005 002 Süleyman Xirama xəbər göndərib dedi: 011 1KI 005 003 «Sən bilirsən ki, atam Davud Allahı Rəbbin adına bir məbəd tikə bilmədi. Çünki Rəbb düşmənlərini onun ayaqları altına atana qədər ətrafında müharibələr gedirdi. 011 1KI 005 004 Ancaq indi Allahım Rəbb mənə hər tərəfdən əmin-amanlıq verib: nə bir düşmən var, nə də bir əngəl. 011 1KI 005 005 Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”. 011 1KI 005 006 İndi əmr et ki, mənim üçün Livan dağlarından sidr ağacları kəsilsin. Adamlarım da sənin adamlarınla birgə olacaq və mən sənin adamların üçün nə qədər desən, o qədər zəhmət haqqı verəcəyəm. Çünki bilirsən ki, bizdə Sidonlular kimi ağac kəsməyi bilən adamlar yoxdur». 011 1KI 005 007 Xiram Süleymanın sözlərini eşidəndə çox sevindi və dedi: «Bu gün Rəbbə alqış olsun ki, bu böyük xalqı idarə etmək üçün Davuda belə müdrik oğul verdi!» 011 1KI 005 008 O, Süleymana xəbər göndərib dedi: «Mənə göndərdiyin sözü eşitdim. Mən sənin sidr və şam ağacları barədə hər istəyini yerinə yetirəcəyəm: 011 1KI 005 009 mənim adamlarım onları Livandan dənizə endirərlər və mən bu ağaclardan sallar düzəldərəm, dəniz yolu ilə təyin edəcəyin yerə apararam və onları orada ayırıb yığaram, sən isə götürərsən. Ancaq sən də mənim istəyimi yerinə yetirib evimi ərzaqla təmin et». 011 1KI 005 010 Xiram Süleymana istədiyi qədər sidr və şam ağacları verirdi. 011 1KI 005 011 Süleyman isə hər il Xiramın evi üçün ərzaq olaraq iyirmi min kor buğda və iyirmi kor xalis zeytun yağı verirdi. 011 1KI 005 012 Rəbb vəd etdiyi kimi Süleymana hikmət verdi. Xiramla Süleyman arasında sülh var idi və onlar bir-biri ilə saziş bağlamışdılar. 011 1KI 005 013 Padşah Süleyman bütün İsraillilər üzərinə əmək mükəlləfiyyəti qoydu. Mükəlləfiyyətçilər otuz min nəfər idi. 011 1KI 005 014 Hər ay onların on min nəfərini növbə ilə Livana göndərirdi; bir ay Livanda, iki ay evlərində qalırdılar. Onların üzərində Adoniram nəzarət edirdi. 011 1KI 005 015 Süleymanın yük daşıyan yetmiş min və dağlarda daş yonan səksən min adamı var idi. 011 1KI 005 016 Bunlardan başqa, Süleyman işə nəzarət etmək üçün üç min üç yüz nəfər məmur qoymuşdu. Onlar adamlara hökm edir və iş görürdülər. 011 1KI 005 017 Padşahın əmrinə görə işçilər məbədin bünövrəsini yonulmuş daşdan qoymaq üçün böyük və dəyərli daşlar kəsib gətirdilər. 011 1KI 005 018 Süleymanın və Xiramın ustaları Gevallılarla birgə məbədi tikmək üçün taxtalar və daşlar yonub hazırladılar. 011 1KI 006 001 İsrail övladları Misir torpağından çıxdıqdan dörd yüz səksən il sonra – Süleymanın İsrail üzərində padşahlığının dördüncü ilində, ikinci ay olan Ziv ayında o, Rəbbə məbəd tikməyə başladı. 011 1KI 006 002 Padşah Süleymanın Rəbbə tikdiyi məbədin uzunluğu altmış, eni iyirmi və hündürlüyü otuz qulac idi. 011 1KI 006 003 Məbədin böyük otağının önündə olan eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və eni məbədin önündə on qulac idi. 011 1KI 006 004 O, məbəd üçün qəfəslə bağlı pəncərələr düzəltdi. 011 1KI 006 005 Məbədin divarına bitişik, bütün məbədin divarını, yəni böyük otağı və iç otağı dövrəyə alan artırma tikdi. Onun içində məbədi əhatə edən yan otaqlar düzəltdi. 011 1KI 006 006 Artırmanın alt mərtəbəsinin eni beş, ortasındakının eni altı, üçüncüsünün eni isə yeddi qulac idi. Çünki artırmanın dirəkləri məbədin divarına dəyməsin deyə məbədin divarı ətrafında bayır tərəfdən çıxıntılar düzəldilmişdi. 011 1KI 006 007 Məbədin tikilməsi üçün karxanada hazırlanan yonulmuş daşlar işlədilmişdi. Məbəddə tikinti zamanı nə gürzün, nə iskənənin, nə də başqa bir dəmir alətin səsi eşidildi. 011 1KI 006 008 Orta mərtəbəyə giriş məbədin sağ tərəfində idi. Pilləkənlərlə orta mərtəbəyə, orta mərtəbədən isə üçüncü mərtəbəyə çıxırdılar. 011 1KI 006 009 Beləcə Süleyman məbədi tikib qurtardı. Məbədi sidr ağacından olan tirlər və taxtalarla örtdü. 011 1KI 006 010 Bütün məbədə bitişik olan mərtəbələri beş qulac hündürlüyündə tikdi və bunlar sidr dirəklərlə məbədə bərkidilmişdi. 011 1KI 006 011 Süleymana Rəbbin bu sözü nazil oldu: 011 1KI 006 012 «Budur, sən məbəd tikirsən. Əgər sən Mənim qaydalarımla getsən, hökmlərimə və əmrlərimə uyğun hərəkət etsən, onda Mən atan Davuda verdiyim sözü sənin vasitənlə yerinə yetirəcəyəm: 011 1KI 006 013 İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm». 011 1KI 006 014 Süleyman məbədi tikib qurtardı. 011 1KI 006 015 Məbədin divarlarına içəridən sidr taxtalarla örtük vurdu və məbədin döşəməsini şam ağacından olan taxtalarla örtdü. Beləcə məbədi döşəməsindən divarlarına və tavanına qədər ağacla örtdü. 011 1KI 006 016 Məbədin arxa tərəfində döşəmədən tavana qədər sidr taxtalarla örtülmüş uzunluğu iyirmi qulac olan bir bölmə ayırıb orada Ən Müqəddəs yer üçün bir iç otaq hazırladı. 011 1KI 006 017 İç otağın bayırında olan böyük otaq qırx qulac uzunluğunda idi. 011 1KI 006 018 Məbədin içindəki sidr ağaclarının üstündə balqabaq və açılmış güllərin təsviri oyulmuşdu. Hər şey sidrlə örtülmüşdü, daş heç görünmürdü. 011 1KI 006 019 Məbədin içərisindəki iç otağı isə o, Rəbbin Əhd sandığını qoymaq üçün hazırladı. 011 1KI 006 020 İç otağın uzunluğu iyirmi, eni iyirmi və hündürlüyü iyirmi qulac idi. Oranı və sidr ağacından olan qurbangahın üstünü xalis qızılla örtdü. 011 1KI 006 021 Süleyman məbədi içəridən xalis qızılla örtdü, iç otağın önündən qızıl zəncirlər keçirdi və onu qızılla örtdü. 011 1KI 006 022 O bütün məbədi tikib qurtararaq onu başdan-başa qızılla örtdü. İç otağa aid olan qurbangahı da tamamilə qızılla örtdü. 011 1KI 006 023 İç otaqda zeytun ağacından hündürlüyü on qulac olan iki keruv düzəltdi. 011 1KI 006 024 Keruvun bir qanadının uzunluğu beş qulac, o biri qanadının da uzunluğu beş qulac idi; bir qanadının ucundan o biri qanadının ucuna qədər on qulac idi. 011 1KI 006 025 O biri keruvun ölçüsü də on qulac idi. Hər iki keruv eyni ölçüdə və eyni görkəmdə idi. 011 1KI 006 026 Hər ikisinin hündürlüyü on qulac idi. 011 1KI 006 027 O, keruvları məbədin iç otağının ortasına qoydu. Keruvların qanadları açıq idi. Bir keruvun qanadı bir divara, o birisinin qanadı isə o biri divara toxunurdu. Onların o biri qanadları məbədin ortasında bir-birinə toxunurdu. 011 1KI 006 028 O, keruvları qızılla örtdü. 011 1KI 006 029 Məbədin iç və bayır otağındakı bütün divarlarında keruvların, xurma ağaclarının və açılmış güllərin oyma təsvirini düzəltdi. 011 1KI 006 030 Məbəddə iç və bayır otağın döşəməsini qızılla örtdü. 011 1KI 006 031 İç otağın girişi üçün zeytun ağacından qapılar düzəltdi. Onların çərçivəsi beşguşəli idi. 011 1KI 006 032 O, zeytun ağacından düzəldilmiş iki qapı üzərində keruvların, xurma ağaclarının və açılmış güllərin təsvirini oydu və qapıları qızılla örtdü. Keruvların və xurma ağaclarının üstünə qızıl çəkdi. 011 1KI 006 033 Eləcə də böyük otağın girişi üçün zeytun ağacından dördguşəli çərçivə, 011 1KI 006 034 həmçinin şam ağacından iki qapı düzəltdi. Bir qapının hər iki tayı qatlanırdı, o biri qapının da hər iki tayı qatlanırdı. 011 1KI 006 035 Onların üstündə keruvların, xurma ağaclarının, açılmış güllərin təsvirini oydu və oyma işinin üstünü qızılla örtdü. 011 1KI 006 036 O, üç cərgə yonulmuş daşlardan və bir cərgə sidr dirəklərdən içəri həyət tikdi. 011 1KI 006 037 Dördüncü ildə, Ziv ayında Rəbbin məbədinin bünövrəsi qoyuldu, 011 1KI 006 038 on birinci ildə, səkkizinci ay olan Bul ayında məbəd bütün ləvazimatı ilə birgə və bütün şəklinə görə tikilib qurtardı. Beləcə Süleyman onu yeddi ilə tikdi. 011 1KI 007 001 Ancaq Süleyman öz sarayını ətrafdakı bütün evlərlə birlikdə on üç ilə tikib qurtardı. 011 1KI 007 002 Onun tikdiyi «Livan meşəsi» adlı sarayın uzunluğu yüz, eni əlli, hündürlüyü isə otuz qulac idi. O, dörd cərgə sidr sütunlardan və sütunlar üzərində olan sidr dirəklərdən ibarət idi. 011 1KI 007 003 Sütunlar üzərindəki qırx beş dirəyin üstündə sidrdən olan dam salınmışdı və hər cərgədə on beş dirək var idi. 011 1KI 007 004 Pəncərə çərçivələri üç cərgə idi və onların içində qarşı-qarşıya üç cərgə pəncərə var idi. 011 1KI 007 005 Bütün girişlər və onların çərçivələri dördguşəli idi. Girişlər qarşı-qarşıya olmaqla üç cərgə idi. 011 1KI 007 006 Süleyman uzunluğu əlli, eni otuz qulac olan sütunlu bir eyvan tikdi. Qabağında artırma və sütunlar, onların qabağında isə eşik düzəltdi. 011 1KI 007 007 O həmçinin hökm verəcəyi taxt eyvanını, yəni məhkəmə otağını tikdi və onu döşəmədən tavana qədər sidr ağacı ilə örtdü. 011 1KI 007 008 Onun yaşadığı ev eyvanın arxasında, o biri həyətdə idi və eyni quruluşda tikilmişdi. Süleyman arvad aldığı firon qızı üçün də bu eyvan kimi bir ev tikdirdi. 011 1KI 007 009 Bütün bunlar iç və bayır tərəfdən, bünövrədən dama və bayır tərəfdən böyük həyətə qədər ölçüyə görə yonulmuş, daş mişarı ilə kəsilmiş dəyərli daşlardan düzəldilmişdi. 011 1KI 007 010 Bünövrə böyük və dəyərli daşlardan – on qulaclıq və səkkiz qulaclıq daşlardan qoyulmuşdu. 011 1KI 007 011 Onların üstündə ölçüyə görə yonulmuş dəyərli daşlar və sidr dirəklər var idi. 011 1KI 007 012 Rəbbin məbədinin içəri həyəti və məbədin eyvanı kimi böyük həyət də üç cərgə yonulmuş daş və bir cərgə sidr dirəklərlə əhatə olunmuşdu. 011 1KI 007 013 Padşah Süleyman Xiram adlı bir nəfəri Surdan gətirtdi. 011 1KI 007 014 Onun anası Naftali qəbiləsindən dul bir qadın, atası isə Surlu bir misgər idi. Xiram tuncdan hər cür şey qayırmaq işində hikmətli, dərrakəli və bilikli idi. O, padşah Süleymanın yanına gəldi və onun bütün işlərini gördü. 011 1KI 007 015 Xiram iki tunc sütun düzəltdi. Hər sütunun hündürlüyü on səkkiz qulac idi və hər birinin ətrafına on iki qulaclıq bir ip dolanmışdı. 011 1KI 007 016 O, sütunların üstünə qoymaq üçün tökmə tuncdan iki başlıq düzəltdi. Hər iki başlığın hündürlüyü beş qulac idi. 011 1KI 007 017 Sütunların üstündə olan başlıqlarda hörmə torlar və zəncirvari çələnglər var idi. Hər iki başlıqda yeddi dənə var idi. 011 1KI 007 018 O, sütunları belə düzəltdi. Sütunların üstündəki başlıqları örtmək üçün hörmə torların ətrafında iki cərgə nar düzəltdi və hər başlıq üçün də belə etdi. 011 1KI 007 019 Eyvanda olan sütunların üstündəki başlıqlar su zanbağı şəklində düzəldilmişdi və hər birinin hündürlüyü dörd qulac idi. 011 1KI 007 020 Hər iki sütunun yuxarısında olan başlıqlar hörmə torların yanındakı girdə çıxıntının üst tərəfində idi. Hər başlığın üzərində dairəvi cərgələrdə iki yüz nar var idi. 011 1KI 007 021 Xiram məbədin eyvanında sütunlar qoydu. Sağ tərəfdə olan sütunu Yakin, sol tərəfdəkini isə Boaz adlandırdı. 011 1KI 007 022 Sütunların üstündəki başlıqlar su zanbağı şəklində idi. Beləcə sütunların işi qurtardı. 011 1KI 007 023 Xiram tuncdan tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi və bir kənarından digər kənarına qədər on qulac idi, otuz qulaclıq bir ip də onun ətrafına dolanmışdı. 011 1KI 007 024 Hər tərəfdən kənarının altından onu balqabaq təsvirləri əhatə edirdi. Hər qulacda on balqabaq var idi. Balqabaqlar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. 011 1KI 007 025 Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. 011 1KI 007 026 Hovuzun qalınlığı bir ovuc idi, onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, iki min bat su tuturdu. 011 1KI 007 027 Xiram tuncdan on dayaq düzəltdi. Hər dayağın uzunluğu dörd, eni dörd və hündürlüyü üç qulac idi. 011 1KI 007 028 Dayaqlar belə hazırlanmışdı: onların yan lövhələri var idi və yan lövhələr gövdəyə bərkidilmişdi. 011 1KI 007 029 Gövdənin arasında olan yan lövhələr üzərində şir, buğa və keruv təsvirləri var idi. Həmçinin gövdədə, şir və buğa təsvirlərinin yuxarısında və aşağısında asma çələnglər var idi. 011 1KI 007 030 Hər dayağın dörd tunc çarxı, tunc oxları və ləyən üçün dörd tökmə çıxıntısı var idi. Çıxıntılar hər tərəfdən çələnglərlə bəzədilmişdi. 011 1KI 007 031 Dayağın başlığında bir oyuq var idi. Başlığın hündürlüyü bir qulac idi, oyuq isə dəyirmi və bir qulac yarım enində idi, üstündə oymalar var idi. Yan lövhələr dairəvi deyil, dördguşəli idi. 011 1KI 007 032 Dörd çarx yan lövhələrin altında idi və çarxların oxları dayaqda idi. Bir çarxın hündürlüyü bir qulac yarım idi. 011 1KI 007 033 Çarxların quruluşu döyüş arabalarının çarxlarının quruluşu kimi idi. Onların oxları, sağanaqları, milləri və topları – hər şeyi tökmə idi. 011 1KI 007 034 Hər dayağın dörd küncündə çıxıntı var idi. Çıxıntılar dayağa bitişik idi. 011 1KI 007 035 Dayağın başında yarım qulac hündürlüyündə dəyirmi bir çənbər var idi. Dayağın başında olan dəstəkləri və yan lövhələri özünə bitişik idi. 011 1KI 007 036 Xiram dəstəklərin və yan lövhələrin üzərində yer çatan qədər keruv, şir, xurma ağacı təsvirləri, ətrafında isə çələnglər oydu. 011 1KI 007 037 Beləcə on dayaq düzəltdi. Onların hamısı bir tökmədə, bir ölçüdə və bir quruluşda idi. 011 1KI 007 038 Xiram on dayağın üstünə qoymaq üçün tuncdan on ləyən düzəltdi. Hər ləyən qırx bat tuturdu və dörd qulac enində idi. 011 1KI 007 039 Dayaqların beşini məbədin sağ tərəfində, beşini də məbədin sol tərəfində qoydu. Hovuzu isə məbədin cənub-şərq küncündə yerləşdirdi. 011 1KI 007 040 O həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı: 011 1KI 007 041 iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor; 011 1KI 007 042 sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar; 011 1KI 007 043 on dayaq; dayaqların üzərində on ləyən; 011 1KI 007 044 bir hovuz; hovuzun altında on iki tökmə buğa; 011 1KI 007 045 qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan düzəltmişdi. 011 1KI 007 046 Padşah bunları İordan çayının kənarındakı düzənlikdə Sukkot ilə Sartan arasındakı gilli torpaqlarda tökmüşdü. 011 1KI 007 047 Bütün bu əşyalar həddən artıq çox olduğu üçün Süleyman onlara işlədilən tuncun çəkisini müəyyən etmədi. 011 1KI 007 048 Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan qızıl masa; 011 1KI 007 049 iç otağın önündə beşi sağ tərəfdə, beşi də sol tərəfdə olan xalis qızıldan çıraqdanlar; qızıldan olan qönçə, çıraqlar və maşalar; 011 1KI 007 050 xalis qızıldan kasalar, maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; iç otağın, yəni Ən Müqəddəs yerin və böyük otağın qapıları üçün qızıldan ilgəklər. 011 1KI 007 051 Padşah Süleymanın Rəbbin məbədində gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Rəbbin məbədinin xəzinələrinə qoydu. 011 1KI 008 001 O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər. 011 1KI 008 002 Yeddinci – Etanim ayında olan bayram vaxtı bütün İsrail xalqı padşah Süleymanın yanına toplandı. 011 1KI 008 003 Bütün İsrail ağsaqqalları gələndə kahinlər Rəbbin sandığını götürdülər. 011 1KI 008 004 Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları kahinlər və Levililər yuxarı gətirdilər. 011 1KI 008 005 Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qədər qoyun-keçi və mal-qara qurban kəsirdilər. 011 1KI 008 006 Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdilər. 011 1KI 008 007 Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü. 011 1KI 008 008 Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır. 011 1KI 008 009 İsrail övladları Misir torpağından çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki daş lövhə qoymuşdu. Bunlardan başqa, sandığın içində heç bir şey yox idi. 011 1KI 008 010 Kahinlər Müqəddəs yerdən çıxdıqları vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, 011 1KI 008 011 buluda görə onlar ibadət etmək üçün orada dayana bilmədilər. Çünki Rəbbin izzəti Onun məbədini doldurmuşdu. 011 1KI 008 012 O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın. 011 1KI 008 013 Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun». 011 1KI 008 014 Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu. 011 1KI 008 015 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi: 011 1KI 008 016 “Mən xalqım İsraili Misirdən çıxardığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun, ancaq xalqım İsrailin üzərində olmaq üçün Davudu seçdim”. 011 1KI 008 017 Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi. 011 1KI 008 018 Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən. 011 1KI 008 019 Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”. 011 1KI 008 020 Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim. 011 1KI 008 021 Orada sandıq üçün yer hazırladım. Atalarımızı Misir torpağından çıxardığı vaxt Rəbbin onlarla bağladığı əhd onun içindədir». 011 1KI 008 022 Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durdu və əllərini göyə açıb dedi: 011 1KI 008 023 «Ya Rəbb, İsrailin Allahı! Nə yuxarıda göydə, nə də aşağıda yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan. 011 1KI 008 024 Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin. 011 1KI 008 025 Ya Rəbb, İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et, Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da yolumla gedərək öz əməllərinə diqqət etsələr, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”. 011 1KI 008 026 Ey İsrailin Allahı, indi qulun atam Davuda dediyin sözü təsdiq et! 011 1KI 008 027 Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə! 011 1KI 008 028 Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım. Bu gün qulunun Sənin önündə etdiyi fəryadı və duanı eşit. 011 1KI 008 029 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən: “Mənim adım orada olacaq”. Qulunun buraya üz tutub etdiyi duanı eşit. 011 1KI 008 030 Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydə – Öz məskənində eşit və bağışla! 011 1KI 008 031 Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə, 011 1KI 008 032 o vaxt Sən göydə eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver. 011 1KI 008 033 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa, onlar təkrar Sənə tərəf dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr, 011 1KI 008 034 o vaxt Sən göydə eşit və xalqın İsrailin günahını bağışla, onları yenə atalarına verdiyin torpağa qaytar. 011 1KI 008 035 Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr, 011 1KI 008 036 o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər. 011 1KI 008 037 Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun – 011 1KI 008 038 kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz ürəyinin dərdini bilib bu məbədə tərəf əllərini açarsa, 011 1KI 008 039 o vaxt Sən göydə – Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən. 011 1KI 008 040 Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Səndən qorxsunlar. 011 1KI 008 041 Əgər xalqın İsraildən olmayan yadelli də Sənin adın naminə uzaq ölkədən gəlsə, 011 1KI 008 042 Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə, 011 1KI 008 043 o vaxt Sən göydə – Öz məskənində eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi elə ki, yer üzünün bütün xalqları da Sənin adını tanısınlar, xalqın İsrail kimi Səndən qorxsunlar və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsinlər. 011 1KI 008 044 Əgər xalqın göndərdiyin yolla düşməninə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Rəbbə dua etsə, 011 1KI 008 045 Sən göydə onların dua və yalvarışlarını eşit, onların tərəfində ol. 011 1KI 008 046 Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa, 011 1KI 008 047 onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr, 011 1KI 008 048 onları əsir edən düşmənlərin ölkəsində bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr, 011 1KI 008 049 o vaxt Sən göydə – Öz məskənində onların dua və yalvarışlarını eşit, onların tərəfində ol. 011 1KI 008 050 Sənin önündə günah edən xalqını və onun Sənə qarşı etdiyi bütün üsyankarlıqları bağışla və onları əsir alanlara insaf ver ki, onlara qarşı rəhmli olsunlar. 011 1KI 008 051 Çünki onlar Sənin xalqın, Sənin irsindir, Sən onları Misirdən, dəmir kürənin içindən çıxartmısan. 011 1KI 008 052 Bu qulunun və xalqın İsrailin yalvarışına nəzər yetir ki, onların Sənə fəryad etdikləri hər sözü eşidəsən. 011 1KI 008 053 Çünki, ya Xudavənd Rəbb, Sən irsin olmaq üçün onları yer üzünün bütün xalqlarından ayırdın. Bunu atalarımızı Misirdən çıxartdığın vaxt qulun Musa vasitəsilə söyləmişdin». 011 1KI 008 054 Süleyman bütün bu dua və yalvarışlarını Rəbbə söyləyib qurtarandan sonra Rəbbin qurbangahı önündən, əlləri göyə açıq halda diz çökdüyü yerdən qalxdı. 011 1KI 008 055 O ayağa durdu və bütün İsrail camaatına uca səslə xeyir-dua verib dedi: 011 1KI 008 056 «Rəbbə alqış olsun ki, vəd etdiyi kimi xalqı İsrailə dinclik verdi! Öz qulu Musanın vasitəsilə verdiyi yaxşı vədlərindən heç biri hədər getmədi. 011 1KI 008 057 Qoy Allahımız Rəbb atalarımıza yar olduğu kimi bizə də yar olsun, qoy bizi buraxmasın və tərk etməsin. 011 1KI 008 058 Bizim ürəklərimizi Özünə tərəf yönəltsin ki, Onun yolları ilə gedək və Onun atalarımıza buyurduğu əmrlərinə, qanunlarına və hökmlərinə əməl edək. 011 1KI 008 059 Qoy Rəbbin önündə bu yalvarış sözlərim gecə-gündüz Rəbb Allahımızın xatirində olsun, Öz qulunun və xalqı İsrailin yaxşılığı üçün günbəgün çalışsın. 011 1KI 008 060 Ta ki yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allahdır, Ondan başqası yoxdur. 011 1KI 008 061 Qoy sizin ürəyiniz bütünlüklə Allahımız Rəbbə sadiq olsun ki, bu gün olduğu kimi Onun qanunları ilə gedəsiniz və Onun əmrlərinə əməl edəsiniz». 011 1KI 008 062 Padşah və onunla birgə bütün İsraillilər Rəbbin önündə qurbanlar kəsdilər. 011 1KI 008 063 Süleymanın Rəbbə təqdim etdiyi ünsiyyət qurbanlarının sayı iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi idi. Beləliklə, padşah və bütün İsrail övladları Rəbbin məbədini təqdis etdilər. 011 1KI 008 064 Həmin gün padşah Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanlarını, taxıl təqdimlərini və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin, çünki Rəbbin önündəki tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və ünsiyyət qurbanlarının piyi oraya yerləşməzdi. 011 1KI 008 065 O vaxt Süleyman və onunla birgə böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər Allahımız Rəbbin önündə yeddi gün və daha yeddi gün – on dörd gün bayram etdilər. 011 1KI 008 066 Səkkizinci gün Süleyman xalqı buraxdı. Onlar padşaha xeyir-dua verib Rəbbin qulu Davuda və xalqı İsrailə etdiyi bütün yaxşılıqlara görə sevinclə və şad ürəklə öz evlərinə getdilər. 011 1KI 009 001 Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra 011 1KI 009 002 Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü. 011 1KI 009 003 Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq. 011 1KI 009 004 Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən, 011 1KI 009 005 sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim. 011 1KI 009 006 Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz, 011 1KI 009 007 Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək. 011 1KI 009 008 Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?” 011 1KI 009 009 Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”». 011 1KI 009 010 Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra 011 1KI 009 011 Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi. 011 1KI 009 012 Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi. 011 1KI 009 013 O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır. 011 1KI 009 014 Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi. 011 1KI 009 015 Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi. 011 1KI 009 016 Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi. 011 1KI 009 017 Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu, 011 1KI 009 018 Baalatı, ölkədəki səhralıqda olan Tadmoru, 011 1KI 009 019 özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi. 011 1KI 009 020 Ölkədə İsrail övladlarından olmayan başqa xalqlar – Emorlular, Xetlilər, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı, 011 1KI 009 021 çünki İsraillilər onların atalarını tamamilə məhv edə bilməmişdilər. Süleyman onları mükəlləfiyyətçi qul etdi və bu indiyə qədər belədir. 011 1KI 009 022 İsrail övladlarını isə qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, əyanları, rəisləri və sərkərdələri, döyüş arabalarının və süvarilərinin başçıları idi. 011 1KI 009 023 Süleymanın işlərinə nəzarət edən rəislər də İsraillilərdən idi. İş görən xalqa rəislik edən bu adamlar beş yüz əlli nəfər idi. 011 1KI 009 024 Fironun qızı Davudun şəhərindən Süleymanın onun üçün tikdiyi evinə köçdü. Sonra Süleyman qala yamacını tikdi. 011 1KI 009 025 Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü. 011 1KI 009 026 Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi. 011 1KI 009 027 Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi. 011 1KI 009 028 Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər. 011 1KI 010 001 Səba mələkəsi Rəbbin adından ötrü Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. 011 1KI 010 002 O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. 011 1KI 010 003 Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. 011 1KI 010 004 Səba mələkəsi Süleymanın bütün hikmətini və onun tikdiyi sarayı, 011 1KI 010 005 süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanlarını görəndə daha özünü saxlaya bilmədi. 011 1KI 010 006 O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. 011 1KI 010 007 Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür. 011 1KI 010 008 Sənin adamların nə bəxtiyardır, bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. 011 1KI 010 009 Allahın Rəbbə alqış olsun ki, səni istəyib İsrail taxtında oturtdu! Rəbb İsrailə olan əbədi sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni padşah qoydu». 011 1KI 010 010 Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər çox ətriyyat hələ heç vaxt gəlməmişdi. 011 1KI 010 011 Ofirdən qızıl gətirən Xiramın gəmiləri oradan çoxlu ardıc ağacı və qiymətli daşlar gətirdi. 011 1KI 010 012 Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün sürahi, musiqiçilər üçün lira və çəng düzəltdi. Heç vaxt bu qədər ardıc ağacı gəlməmişdi və bu günə qədər görünməmişdi. 011 1KI 010 013 Padşah Süleymanın öz səxavətinə görə Səba mələkəsinə verdiklərindən başqa, padşah onun arzuladığı və istədiyi bütün şeyləri verdi. O da adamları ilə birgə qayıdıb öz ölkəsinə getdi. 011 1KI 010 014 Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi. 011 1KI 010 015 Alver edən adamlardan, tacirlərin ticarətindən, bütün Ərəb padşahlarından və ölkənin valilərindən gələn qızıl buraya daxil deyildi. 011 1KI 010 016 Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel qızıl işləndi. 011 1KI 010 017 O, döymə qızıldan üç yüz qalxan da düzəltdi. Bir qalxana üç mina qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu. 011 1KI 010 018 Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü. 011 1KI 010 019 Taxtın altı pilləsi var idi. Arxa tərəfdən taxtın başı dəyirmi idi. Oturacağın hər iki tərəfində qollar var idi, qolların yanında iki şir təsviri var idi. 011 1KI 010 020 Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə şey yox idi. 011 1KI 010 021 Padşah Süleymanın bütün içki qabları qızıldan idi, «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Gümüşdən heç bir şey yox idi, çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı. 011 1KI 010 022 Padşahın dənizdə Xiramın gəmiləri ilə birgə Tarşiş gəmiləri var idi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi. 011 1KI 010 023 Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi. 011 1KI 010 024 Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün hamı onun üzünü görmək istəyirdi. 011 1KI 010 025 Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl və gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi. 011 1KI 010 026 Süleyman döyüş arabaları və süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 011 1KI 010 027 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 011 1KI 010 028 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdılar. 011 1KI 010 029 Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib, Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdılar. 011 1KI 011 001 Padşah Süleyman fironun qızından başqa, Moavlılar, Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın sevdi. 011 1KI 011 002 Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: «Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar». Bu qadınlar da həmin xalqlardan idi. Süleyman sevgi ilə onlara bağlandı. 011 1KI 011 003 Onun zadəgan nəslindən olan yeddi yüz arvadı və üç yüz kənizi var idi. Arvadları onun ürəyini yoldan çıxartdılar. 011 1KI 011 004 Onlar Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi. 011 1KI 011 005 Süleyman Sidonluların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət etdi. 011 1KI 011 006 Süleyman Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi. 011 1KI 011 007 Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü Molek üçün səcdəgah düzəltdi. 011 1KI 011 008 O öz allahlarına buxur yandıran və qurbanlar gətirən bütün yadelli arvadları üçün belə etdi. 011 1KI 011 009 Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək 011 1KI 011 010 «başqa allahlara xidmət etmə» deyə bu barədə əmr etdi, o isə Rəbbin əmrinə əməl etmədi. 011 1KI 011 011 Ona görə də Rəbb Süleymana dedi: «Bu niyyətdə olduğuna görə, sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm. 011 1KI 011 012 Ancaq atan Davudun xatirinə Mən bunu sənin dövründə etməyəcəyəm, onu sənin oğlunun əlindən çəkib alacağam. 011 1KI 011 013 Həm də bütün padşahlığı çəkib almayacağam, qulum Davudun xatirinə və Mənim seçdiyim Yerusəlimdən ötrü bir qəbiləni sənin oğluna verəcəyəm». 011 1KI 011 014 Rəbb Edomlu Hadadı Süleymana düşmən etdi. O, Edomun padşah nəslindən idi. 011 1KI 011 015 Davud Edomda olarkən ordu başçısı Yoav ölənləri basdırmaq üçün gəlib Edomda bütün kişiləri qırmışdı. 011 1KI 011 016 Yoav bütün İsraillilərlə birgə Edomda olan bütün kişiləri qırana qədər altı ay orada qalmışdı. 011 1KI 011 017 O zaman Hadad və atasının əyanlarından olan bəzi Edomlular onunla birgə Misirə tərəf qaçmışdılar. Hadad balaca bir uşaq idi. 011 1KI 011 018 Onlar Midyandan qalxıb Parana gəldilər, Parandan özləri ilə adamlar götürüb Misirə, Misir padşahı fironun yanına gəldilər. O, Hadada ev və torpaq verdi, onu azuqə ilə təmin etdi. 011 1KI 011 019 Hadad fironun gözündə böyük rəğbət qazandı və firon arvadı mələkə Taxpenesin bacısını ona arvad olmaq üçün verdi. 011 1KI 011 020 Taxpenesin bacısı ona oğlu Genuvatı doğdu. Taxpenes özü fironun evində onu böyütdü. Genuvat fironun evində, fironun oğulları arasında idi. 011 1KI 011 021 Hadad Misirdə olanda Davudun vəfat etdiyini və ordu başçısı Yoavın öldüyünü eşidib firona dedi: «Göndər məni, öz ölkəmə gedim». 011 1KI 011 022 Firon ona dedi: «Məgər mənim yanımda bir şeyə ehtiyacın var ki, öz ölkənə getmək istəyirsən?» O cavab verdi: «Yox, ancaq sən məni göndər, gedim». 011 1KI 011 023 Allah həmçinin ağası Sova padşahı Hadadezerdən qaçan Elyada oğlu Rezonu Süleymana düşmən etdi. 011 1KI 011 024 Davud Sovalıları qırandan sonra o, yanına adamlar toplayıb bir quldur dəstəsinin başçısı olmuşdu. Bu adamlar Dəməşqə gedib orada qalmışdılar və Dəməşqdə hökmranlıq edirdilər. 011 1KI 011 025 O, Süleymanın bütün ömrü boyu İsrailə düşmən idi. Hadadın etdiyi pisliklərlə birgə o da həmişə İsraillilərə pislik edirdi və kin bəsləyirdi. Aramda o, padşahlıq edirdi. 011 1KI 011 026 Süleymanın təbəələrindən biri – Seredadan olan Efrayimli Nevat oğlu Yarovam da padşaha qarşı çıxmışdı. Onun dul bir qadın olan anasının adı Serua idi. 011 1KI 011 027 Yarovamın padşaha qarşı çıxmasının səbəbi bu idi: Süleyman qala yamacını tikdi və atası Davudun şəhərinin divarındakı yarığı bərpa etdi. 011 1KI 011 028 Yarovam bacarıqlı adam idi. Süleyman cavan oğlanın iş bacarığını gördü və onu Yusifin nəslindən olan ağır işdə işləyən adamların üzərində rəis qoydu. 011 1KI 011 029 O zaman günlərin birində Yarovam Yerusəlimdən çıxdı və yolda Şilolu peyğəmbər Axiya onu qarşıladı. Axiya təzə paltar geymişdi. Çöldə yalnız onlar ikisi idi. 011 1KI 011 030 Axiya əynində olan təzə paltarı götürüb on iki yerə cırdı. 011 1KI 011 031 Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm. 011 1KI 011 032 Ancaq qulum Davudun xatirinə və İsrailin bütün qəbilələrindən seçdiyim şəhər olan Yerusəlimdən ötrü bir qəbilə onun olacaq. 011 1KI 011 033 Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi. 011 1KI 011 034 Buna baxmayaraq, bütün padşahlığı onun əlindən çəkib almayacağam. Əmrlərimə və qaydalarıma əməl edən seçdiyim qulum Davudun xatirinə onu bütün ömrü boyu hökmdar edəcəyəm. 011 1KI 011 035 Padşahlığı onun oğlunun əlindən çəkib alacağam və on qəbiləni sənə verəcəyəm. 011 1KI 011 036 Onun oğluna isə bir qəbiləni verəcəyəm ki, Mənim önümdə, adımı oraya qoymaq üçün seçdiyim şəhər olan Yerusəlimdə həmişə qulum Davudun çırağı olsun. 011 1KI 011 037 Mən səni seçirəm, sən ürəyin istədiyi hər şey üzərində hökmranlıq edəcəksən və İsrailin padşahı olacaqsan. 011 1KI 011 038 Əgər qulum Davud kimi Mənim qanunlarıma və əmrlərimə əməl edərək sənə buyurduğum hər şeyə qulaq assan, Mənim yolumla getsən və Mənim gözümdə doğru olan işlər görsən, onda Mən səninlə olacağam. Davud üçün qurduğum kimi sənin üçün də möhkəm bir sülalə quracağam və İsraili sənə verəcəyəm. 011 1KI 011 039 Mən bundan ötrü Davudun nəslini alçaldacağam, ancaq həmişəlik yox”». 011 1KI 011 040 Süleyman Yarovamı öldürmək istədi, ancaq Yarovam qalxıb Misirə, Misir padşahı Sisaqın yanına qaçdı və Süleymanın ölümünə qədər Misirdə qaldı. 011 1KI 011 041 Süleymanın qalan işləri, etdiyi hər şey və onun hikməti barədə Süleymanın əməlləri kitabında yazılmışdır. 011 1KI 011 042 O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi. 011 1KI 011 043 Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu. 011 1KI 012 001 Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdilər. 011 1KI 012 002 Nevat oğlu Yarovam bunu eşitdiyi zaman hələ Misirdə idi. Oraya padşah Süleymanın əlindən qaçmışdı və Misirdə yaşayırdı. 011 1KI 012 003 Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsrail camaatı ilə birgə Rexavama söylədi: 011 1KI 012 004 «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik». 011 1KI 012 005 Rexavam onlara dedi: «İndi gedin və üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi. 011 1KI 012 006 Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?» 011 1KI 012 007 Ağsaqqallar ona dedilər: «Əgər bu gün sən bu xalqa xidmətçi olsan, onlara qulluq etsən və onlara cavab verəndə yaxşı sözlər desən, daim sənə qul olacaqlar». 011 1KI 012 008 Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi. 011 1KI 012 009 Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?» 011 1KI 012 010 Onunla birgə böyümüş cavan adamlar ona dedilər: «Sənə “atan üzərimizə ağır boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur. 011 1KI 012 011 Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”». 011 1KI 012 012 «Üç gündən sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gündən sonra Rexavamın yanına gəldi. 011 1KI 012 013 Padşah xalqa sərt cavab verdi, ağsaqqalların ona verdiyi məsləhətə məhəl qoymayıb 011 1KI 012 014 cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam». 011 1KI 012 015 Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Rəbb tərəfindən oldu ki, O, Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin. 011 1KI 012 016 Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördülər. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» İsraillilər evlərinə getdilər. 011 1KI 012 017 Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi. 011 1KI 012 018 Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi, bütün İsraillilər onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi. 011 1KI 012 019 Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdılar və bu indiyə qədər belədir. 011 1KI 012 020 Bütün İsraillilər Yarovamın qayıtdığını eşidəndə onu toplantıya çağırtdırdılar və bütün İsrail üzərində onu padşah etdilər. Yəhuda qəbiləsindən başqa Davud sülaləsinin arxasınca gedən olmadı. 011 1KI 012 021 Rexavam Yerusəlimə gəldi. O, İsrail evi ilə müharibə edib öz padşahlığını qaytarmaq üçün bütün Yəhuda evini və Binyamin qəbiləsini – yüz səksən min seçmə döyüşçünü topladı. 011 1KI 012 022 Ancaq Allah adamı Şemayaya Allahın bu sözü nazil oldu: 011 1KI 012 023 «Yəhuda padşahı Süleyman oğlu Rexavama, bütün Yəhuda və Binyamin evinə, qalan xalqa söylə ki, 011 1KI 012 024 Rəbb belə deyir: “Getməyin və öz soydaşlarınız olan İsrail övladları ilə müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Rəbbin sözünə görə geri qayıtdılar. 011 1KI 012 025 Yarovam Efrayimin dağlıq bölgəsində Şekemi tikdi və orada yaşadı. Oradan çıxıb Penueli tikdi. 011 1KI 012 026 Yarovam ürəyində dedi: «Padşahlıq yenə Davud sülaləsinə qayıda bilər. 011 1KI 012 027 Əgər bu xalq Yerusəlimə, Rəbbin məbədinə qurban gətirmək üçün gedərsə, bu xalqın ürəyi ağalarına – Yəhuda padşahı Rexavama tərəf dönəcək. Onlar məni öldürüb Yəhuda padşahı Rexavamın tərəfinə keçəcəklər». 011 1KI 012 028 Padşah məsləhətləşib iki qızıl dana düzəltdi və xalqa dedi: «Sizə daha Yerusəlimə getmək lazım deyil. Ey İsraillilər, sizi Misir torpağından çıxaran allahlarınız bunlardır». 011 1KI 012 029 O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu. 011 1KI 012 030 Bu iş günah oldu. Xalq onlardan birinə səcdə etmək üçün Dana qədər gedirdi. 011 1KI 012 031 Yarovam səcdəgahlarda ibadət evləri tikdi və xalqın arasından Levililərdən olmayan kahinlər təyin etdi. 011 1KI 012 032 Yarovam səkkizinci ayın on beşinci günü Yəhudada keçirilən bayram kimi bir bayram keçirdi. Bet-Eldə düzəltdiyi danalara qurban gətirmək üçün qurbangaha qalxdı və tikdiyi səcdəgahların kahinlərini Bet-Eldə vəzifəyə qoydu. 011 1KI 012 033 O öz istəyincə uydurduğu vaxt – səkkizinci ayın on beşinci günü İsrail övladları üçün bayram keçirdi və buxur yandırmaq üçün Bet-Eldə düzəltdiyi qurbangaha qalxdı. 011 1KI 013 001 Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib 011 1KI 013 002 Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”». 011 1KI 013 003 Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”». 011 1KI 013 004 Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi. 011 1KI 013 005 Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü. 011 1KI 013 006 Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu. 011 1KI 013 007 Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm». 011 1KI 013 008 Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm. 011 1KI 013 009 Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». 011 1KI 013 010 Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı. 011 1KI 013 011 Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər. 011 1KI 013 012 Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər. 011 1KI 013 013 O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib 011 1KI 013 014 Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi. 011 1KI 013 015 Sonra qoca peyğəmbər ona dedi: «Mənimlə birgə evə gedib nahar edək». 011 1KI 013 016 O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm. 011 1KI 013 017 Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”». 011 1KI 013 018 Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi. 011 1KI 013 019 Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi. 011 1KI 013 020 Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu. 011 1KI 013 021 O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin, 011 1KI 013 022 geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”». 011 1KI 013 023 Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı. 011 1KI 013 024 Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu. 011 1KI 013 025 Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər. 011 1KI 013 026 Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü». 011 1KI 013 027 O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar. 011 1KI 013 028 O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı. 011 1KI 013 029 Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi. 011 1KI 013 030 Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular. 011 1KI 013 031 Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun. 011 1KI 013 032 Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək». 011 1KI 013 033 Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi. 011 1KI 013 034 Bu günah iş Yarovam nəslinin yer üzündən silinib atılmasına və məhv olmasına səbəb oldu. 011 1KI 014 001 O vaxt Yarovamın oğlu Aviya xəstələndi. 011 1KI 014 002 Yarovam arvadına dedi: «Qalx öz qiyafəni elə dəyiş ki, sənin Yarovamın arvadı olduğunu bilməsinlər. Şiloya get, peyğəmbər Axiya oradadır. O mənim barəmdə demişdi ki, bu xalqın padşahı olacağam. 011 1KI 014 003 Əlinə on kömbə çörək, qurabiyələr və bir küpə bal götürüb onun yanına get. Oğlana nə olacağını o sənə bildirəcək». 011 1KI 014 004 Yarovamın arvadı belə də etdi: qalxıb Şiloya getdi və Axiyanın evinə gəldi. Axiya artıq görə bilmirdi, çünki qocaldığı üçün gözləri zəifləmişdi. 011 1KI 014 005 Rəbb Axiyaya demişdi: «Yarovamın arvadı oğlu barədə səndən soruşmağa gəlir, çünki oğlu xəstədir. O başqa bir qiyafədədir. Sən ona belə-belə deyərsən». 011 1KI 014 006 Qadın qapıdan girəndə Axiya onun ayaq səslərini eşidib dedi: «Yarovamın arvadı, içəri gəl! Sən nə üçün qiyafəni dəyişmisən? Mən sənə ağır xəbər söyləmək üçün göndərilmişəm. 011 1KI 014 007 Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim. 011 1KI 014 008 Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi. 011 1KI 014 009 Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın. 011 1KI 014 010 Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm. 011 1KI 014 011 Yarovamdan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək, çünki Rəbb belə söylədi”. 011 1KI 014 012 Sən qalxıb evinə get. Şəhərə ayaq basdığın vaxt oğlan öləcək. 011 1KI 014 013 Bütün İsraillilər yas tutub onu basdıracaq. Amma Yarovam nəslindən yalnız o, qəbirə gedəcək, çünki İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır. 011 1KI 014 014 Rəbb Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o da Yarovamın nəslini bu gün kəsib atacaq, hətta indi belə olacaq. 011 1KI 014 015 Rəbb İsraili suda yellənən bir qamış kimi vuracaq və İsrailliləri atalarına verdiyi bu yaxşı torpaqdan çəkib çıxaracaq, onları Fərat çayının o tərəfinə səpələyəcək, çünki özlərinə Aşera bütləri düzəldərək Rəbbi qəzəbləndirdilər. 011 1KI 014 016 Yarovamın etdiyi və İsraillilərə etdirdiyi günahları ucbatından Rəbb İsraildən üz döndərəcək». 011 1KI 014 017 Yarovamın arvadı qalxıb getdi və Tirsaya gəldi. Evin astanasına ayaq basdığı vaxt oğlan öldü. 011 1KI 014 018 Bütün İsraillilər onu basdırıb yas tutdular. Beləcə Rəbbin Öz qulu peyğəmbər Axiya vasitəsilə söylədiyi sözü yerinə yetdi. 011 1KI 014 019 Yarovamın qalan işləri, necə döyüşdüyü və necə padşahlıq etdiyi barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 014 020 Yarovam iyirmi iki il padşahlıq etdi. O, ataları ilə uyudu və yerinə oğlu Nadav padşah oldu. 011 1KI 014 021 Süleyman oğlu Rexavam Yəhudada padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anası Ammonlu olub adı Naama idi. 011 1KI 014 022 Yəhudalılar Rəbbin gözündə pis olan işlər etdilər və atalarının etdiyi bütün günahlardan da çox günah etməklə Rəbdə qısqanclıq oyatdılar. 011 1KI 014 023 Onlar da hər yüksək təpə üzərində və hər kölgəli ağac altında özləri üçün səcdəgahlar, sütunlar və Aşera bütləri düzəltdilər. 011 1KI 014 024 Ölkədə həm də məbəd fahişəliyi ilə məşğul olan kişilər var idi. Xalq İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin bütün iyrənc işlərinə görə davrandı. 011 1KI 014 025 Rexavamın padşahlığının beşinci ilində Misir padşahı Sisaq Yerusəlimə hücum etdi. 011 1KI 014 026 O, Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi bütün qızıl qalxanları da götürdü. 011 1KI 014 027 Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizəçi rəislərin əlinə verdi. 011 1KI 014 028 Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər. 011 1KI 014 029 Rexavamın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 014 030 Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi. 011 1KI 014 031 Rexavam ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Anası Ammonlu olub adı Naama idi. Onun yerinə oğlu Aviya padşah oldu. 011 1KI 015 001 Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu. 011 1KI 015 002 O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi. 011 1KI 015 003 Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi. 011 1KI 015 004 Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi. 011 1KI 015 005 Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı. 011 1KI 015 006 Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi. 011 1KI 015 007 Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi. 011 1KI 015 008 Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu. 011 1KI 015 009 İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu. 011 1KI 015 010 O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi. 011 1KI 015 011 Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi. 011 1KI 015 012 O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı. 011 1KI 015 013 Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı. 011 1KI 015 014 Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi. 011 1KI 015 015 O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi. 011 1KI 015 016 Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi. 011 1KI 015 017 İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi. 011 1KI 015 018 Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi: 011 1KI 015 019 «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin». 011 1KI 015 020 Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu. 011 1KI 015 021 Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı. 011 1KI 015 022 Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi. 011 1KI 015 023 Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu. 011 1KI 015 024 Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu. 011 1KI 015 025 Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi. 011 1KI 015 026 O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi. 011 1KI 015 027 İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar. 011 1KI 015 028 Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu. 011 1KI 015 029 O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi. 011 1KI 015 030 İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu. 011 1KI 015 031 Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 015 032 Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi. 011 1KI 015 033 Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi. 011 1KI 015 034 O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi. 011 1KI 016 001 Baaşaya qarşı Xanani oğlu Yehuya Rəbbin bu sözü nazil oldu: 011 1KI 016 002 «Səni torpaqdan yüksəldib xalqım İsrail üzərində hökmran etdim, sən isə Yarovamın yolu ilə gedib xalqım İsrailə günah etdirərək Məni qəzəbləndirdin. 011 1KI 016 003 Buna görə də Baaşanı və onun nəslini Nevat oğlu Yarovamın nəsli kimi yandırıb məhv edəcəyəm. 011 1KI 016 004 Baaşadan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək». 011 1KI 016 005 Baaşanın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 016 006 Baaşa ataları ilə uyudu və Tirsada basdırıldı. Onun yerinə oğlu Ela padşah oldu. 011 1KI 016 007 Baaşa Rəbbin gözündə pis olan işlər edərək Yarovamın nəsli kimi əməlləri ilə Rəbbi qəzəbləndirdi. O, Yarovamın nəslini də qırdı. Buna görə də peyğəmbər Xanani oğlu Yehu vasitəsilə onun özünə və nəslinə qarşı Rəbbin sözü nazil oldu. 011 1KI 016 008 Yəhuda padşahı Asanın padşahlığının iyirmi altıncı ilində Baaşa oğlu Ela İsrail üzərində padşah oldu və Tirsada iki il padşahlıq etdi. 011 1KI 016 009 Döyüş arabalarının yarısına başçılıq edən əyanı Zimri ona qəsd hazırladı. Ela Tirsada, öz saray rəisi olan Arsanın evində içib sərxoş olarkən 011 1KI 016 010 Zimri içəri girdi, onu vurub öldürdü və onun yerinə padşah oldu. Bu hadisə Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində oldu. 011 1KI 016 011 O, padşah olub taxtda oturan kimi Baaşanın bütün nəslini qırdı, istər onun qohumlarından, istərsə də dostlarından divar isladan heç kəsi – bir kişini də sağ buraxmadı. 011 1KI 016 012 Peyğəmbər Yehu vasitəsilə Baaşaya qarşı Rəbbin söylədiyi sözə görə Zimri Baaşanın bütün nəslini məhv etdi. 011 1KI 016 013 Çünki Baaşa və oğlu Ela öz bütləri ilə etdikləri və İsrailə etdirdikləri bütün günahlara görə İsrailin Allahı Rəbbi qəzəbləndirmişdilər. 011 1KI 016 014 Elanın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 016 015 Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində Zimri Tirsada yeddi gün padşahlıq etdi. O vaxt xalq Filiştlilərə məxsus olan Gibbetona qarşı qurulmuş ordugahda qalırdı. 011 1KI 016 016 Zimrinin padşaha qəsd hazırladığını və onu öldürdüyünü ordugahda olan xalq eşitdi. O gün bütün İsraillilər ordu başçısı Omrini ordugahda İsrail üzərində padşah etdilər. 011 1KI 016 017 Omri bütün İsraillilərlə birgə Gibbetondan gəlib Tirsanı mühasirəyə aldı. 011 1KI 016 018 Zimri şəhərin alınacağını görəndə padşah sarayının qalasına girdi və padşah sarayını odladı, özü də həlak oldu. 011 1KI 016 019 Ona görə ki günah edərək Rəbbin gözündə pis olan işlər etmişdi: Yarovamın yolu və günahı ilə gedib İsrailə günah etdirmişdi. 011 1KI 016 020 Zimrinin qalan işləri və onun hazırladığı qəsd barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 016 021 O vaxt İsrail xalqı iki hissəyə bölündü: xalqın yarısı Ginat oğlu Tivnini padşah etmək üçün onun dalınca, yarısı isə Omrinin dalınca getdi. 011 1KI 016 022 Omrinin dalınca gedən xalq Ginat oğlu Tivninin dalınca gedən xalqa üstün gəldi. Beləliklə, Tivni öldü və Omri padşah oldu. 011 1KI 016 023 Yəhuda padşahı Asanın padşahlığının otuz birinci ilində Omri İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. Tirsada altı il padşahlıq etdi. 011 1KI 016 024 O, Samariya dağını Samardan iki talant gümüşə satın aldı və dağın üstündə şəhər tikib, adını dağın sahibi Samarın adına görə Samariya qoydu. 011 1KI 016 025 Omri Rəbbin gözündə pis olan işlər etdi və özündən əvvəl olanların hamısından çox pislik etdi. 011 1KI 016 026 O, Nevat oğlu Yarovamın yolu və onun İsrailə etdirdiyi günahlarla gedib İsrailin Allahı Rəbbi öz bütləri ilə qəzəbləndirdi. 011 1KI 016 027 Omrinin etdiyi qalan işlər və göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 016 028 Omri ataları ilə uyudu və Samariyada basdırıldı. Onun yerinə oğlu Axav padşah oldu. 011 1KI 016 029 Yəhuda padşahı Asanın padşahlığının otuz səkkizinci ilində Omri oğlu Axav İsrail üzərində padşah oldu. O, Samariyada iyirmi iki il padşahlıq etdi. 011 1KI 016 030 Omri oğlu Axav özündən əvvəl olanların hamısından çox Rəbbin gözündə pis olan işlər etdi. 011 1KI 016 031 Nevat oğlu Yarovamın günahları ilə getmək ona az gəlirdi, üstəlik Sidonluların padşahı Etbaalın qızı İzeveli də arvad alıb Baala qulluq və səcdə etdi. 011 1KI 016 032 O, Samariyada tikdiyi Baal məbədində Baal üçün qurbangah qurdu. 011 1KI 016 033 Aşera bütü də düzəltdi. Axav özündən əvvəl olan bütün İsrail padşahlarından çox pislik edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi. 011 1KI 016 034 Onun dövründə Bet-Elli Xiel Yerixonu tikdi. Nun oğlu Yeşua vasitəsilə Rəbbin söylədiyi sözə görə o, ilk oğlu Aviramın həyatı bahasına şəhərin bünövrəsini tikdi və kiçik oğlu Sequvun həyatı bahasına qapılarını qoydu. 011 1KI 017 001 Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq». 011 1KI 017 002 Ona Rəbbin bu sözü nazil oldu: 011 1KI 017 003 «Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən. 011 1KI 017 004 Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim». 011 1KI 017 005 O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı. 011 1KI 017 006 Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi. 011 1KI 017 007 Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı. 011 1KI 017 008 İlyasa Rəbbin bu sözü nazil oldu: 011 1KI 017 009 «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim». 011 1KI 017 010 O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». 011 1KI 017 011 Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al». 011 1KI 017 012 Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik». 011 1KI 017 013 İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. 011 1KI 017 014 Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”». 011 1KI 017 015 Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. 011 1KI 017 016 İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı. 011 1KI 017 017 Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi. 011 1KI 017 018 Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?» 011 1KI 017 019 İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı. 011 1KI 017 020 O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?» 011 1KI 017 021 Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, Sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın». 011 1KI 017 022 Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi. 011 1KI 017 023 İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır». 011 1KI 017 024 Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır». 011 1KI 018 001 Uzun müddət sonra, quraqlığın üçüncü ilində İlyasa Rəbbin bu sözü nazil oldu: «Get, Axava görün. Mən torpağın üzərinə yağış verəcəyəm». 011 1KI 018 002 İlyas Axava görünmək üçün getdi. O vaxt Samariyada şiddətli aclıq idi. 011 1KI 018 003 Axav saray rəisi olan Avdiyanı çağırdı. Avdiya Rəbdən çox qorxurdu. 011 1KI 018 004 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə təmin etmişdi. 011 1KI 018 005 Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı». 011 1KI 018 006 Onlar ölkəni aralarında böldülər ki, hər tərəfi gəzib dolaşsınlar. Axav ayrıca, bir yolla, Avdiya isə ayrıca, başqa bir yolla getdi. 011 1KI 018 007 Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə döşənib dedi: «Ağam İlyas, bu sənsənmi?» 011 1KI 018 008 İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır». 011 1KI 018 009 O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən? 011 1KI 018 010 Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi. 011 1KI 018 011 Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. 011 1KI 018 012 Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur. 011 1KI 018 013 İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim. 011 1KI 018 014 İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər». 011 1KI 018 015 İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm». 011 1KI 018 016 Avdiya Axavın yanına getdi və ona hər şeyi danışdı. Axav da İlyası qarşılamağa getdi. 011 1KI 018 017 Axav İlyası görəndə ona dedi: «Ey İsraili dərdə salan adam, bu sənsənmi?» 011 1KI 018 018 O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz. 011 1KI 018 019 İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır». 011 1KI 018 020 Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı. 011 1KI 018 021 İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi. 011 1KI 018 022 Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir. 011 1KI 018 023 İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam. 011 1KI 018 024 Siz öz allahınızın adını çağırın, mən də Rəbbin adını çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi. 011 1KI 018 025 İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızın adını çağırın, ancaq od vurmayın». 011 1KI 018 026 Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalın adını çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər. 011 1KI 018 027 Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?» 011 1KI 018 028 Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar. 011 1KI 018 029 Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi. 011 1KI 018 030 İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi. 011 1KI 018 031 İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu. 011 1KI 018 032 İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi. 011 1KI 018 033 Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və 011 1KI 018 034 dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər. 011 1KI 018 035 Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu. 011 1KI 018 036 Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim. 011 1KI 018 037 Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən». 011 1KI 018 038 O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu. 011 1KI 018 039 Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!» 011 1KI 018 040 İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü. 011 1KI 018 041 İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir». 011 1KI 018 042 Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu. 011 1KI 018 043 Öz nökərinə dedi: «İndi qalx və dəniz tərəfə diqqətlə bax». Nökər qalxdı və diqqətlə baxıb «bir şey yoxdur» dedi. İlyas yeddi dəfə ona «yenə get» dedi. 011 1KI 018 044 Yeddinci dəfə gedəndə nökər dedi: «Budur, dənizdən insan ovcu boyda kiçik bir bulud çıxır». İlyas dedi: «Gedib Axava söylə: “Arabanı qoşub aşağı en ki, yağış səni ləngitməsin”». 011 1KI 018 045 Bu vaxt göylər qalın buludlarla qaraldı, külək əsdi və güclü yağış yağmağa başladı. Axav arabaya minib İzreelə getdi. 011 1KI 018 046 İlyasa Rəbbin gücü gəldi və o, belini qurşayıb Axavın önündə İzreelin girəcəyinə qədər qaçdı. 011 1KI 019 001 Axav İlyasın etdiyi bütün işləri və onun necə bütün peyğəmbərləri qılıncla öldürdüyünü İzevelə danışdı. 011 1KI 019 002 İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin». 011 1KI 019 003 İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub, 011 1KI 019 004 özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm». 011 1KI 019 005 O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» 011 1KI 019 006 İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib-içdi və yenə yuxuya getdi. 011 1KI 019 007 Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». 011 1KI 019 008 O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi. 011 1KI 019 009 İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu. 011 1KI 019 010 O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 011 1KI 019 011 O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi. 011 1KI 019 012 Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi. 011 1KI 019 013 İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Bir səs ona dedi: «İlyas, burada nə edirsən?» 011 1KI 019 014 O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 011 1KI 019 015 Rəbb ona dedi: «Qalx çöl yolu ilə Dəməşqə get. Oraya çatanda Xazaeli Aram üzərində padşah olmaq üçün məsh et, 011 1KI 019 016 Nimşi oğlu Yehunu İsrail üzərində padşah olmaq üçün məsh et, Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et. 011 1KI 019 017 Xazaelin qılıncından qurtaranı Yehu öldürəcək, Yehunun qılıncından qurtaranı Elişa öldürəcək. 011 1KI 019 018 Ancaq Mən İsraildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi – yeddi min adamı saxlamışam». 011 1KI 019 019 İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı. 011 1KI 019 020 Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi: «Qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm». İlyas ona dedi: «Geri qayıt, mən sənə nə etdim?» 011 1KI 019 021 Elişa ondan ayrılıb geri qayıtdı. Öz bir cüt öküzünü götürüb onları qurban kəsdi. Öküzləri kotanın taxtaları ilə bişirib ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi. 011 1KI 020 001 Aram padşahı Ben-Hadad bütün ordusunu topladı. Onunla birgə otuz iki padşah, atlar və döyüş arabaları var idi. Ben-Hadad gəlib Samariyanı mühasirəyə aldı və şəhərə hücum etdi. 011 1KI 020 002 O, şəhərə, İsrail padşahı Axavın yanına qasidlər göndərib dedi: «Ben-Hadad belə deyir: 011 1KI 020 003 “Sənin qızıl-gümüşün mənimdir, arvadlarının və oğullarının ən yaxşıları da mənimdir”». 011 1KI 020 004 İsrail padşahı cavab verib dedi: «Ağam padşah, sənin söylədiyin kimi özüm və hər nəyim var, sənindir». 011 1KI 020 005 Qasidlər yenə gəlib dedilər: «Ben-Hadad belə söyləyir: “Hərçənd ki sənə ‹qızıl-gümüşünü, arvadlarını və oğullarını mənə ver› deyə xəbər göndərdim, 011 1KI 020 006 ancaq sabah bu vaxt adamlarımı sənin yanına göndərəcəyəm. Evini və əyanlarının evlərini axtaracaqlar və sənin xoşuna gələn hər şeyi götürüb gətirəcəklər”». 011 1KI 020 007 İsrail padşahı ölkənin bütün ağsaqqallarını çağırıb dedi: «Görün bu adam necə pislik axtarır. Arvadlarımı, oğullarımı, qızıl-gümüşümü məndən tələb etdi, mən ondan əsirgəmədim». 011 1KI 020 008 Bütün ağsaqqallar və xalq ona «qulaq asma və razı olma» dedilər. 011 1KI 020 009 O, Ben-Hadadın qasidlərinə dedi: «Ağam padşaha deyin: “Bu qulundan əvvəlcə istədiyin hər şeyi verərəm, ancaq bunu edə bilməyəcəyəm”». Qasidlər gedib onun sözünü çatdırdılar. 011 1KI 020 010 Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin». 011 1KI 020 011 İsrail padşahı cavab verib dedi: «Söyləyin, qurşanan adam soyunan kimi öyünməsin». 011 1KI 020 012 Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər. 011 1KI 020 013 Bu vaxt bir peyğəmbər İsrail padşahı Axavın yanına gəlib dedi: «Rəbb belə deyir: “Bu böyük qoşunu görürsənmi? Bu gün onu sənə təslim edəcəyəm və biləcəksən ki, Rəbb Mənəm”». 011 1KI 020 014 Axav dedi: «Kimin vasitəsilə?» O dedi: «Rəbb belə deyir: “Əyalət başçılarının xidmətində olan igidlərin vasitəsilə bunu edəcəyəm”». Sonra Axav dedi: «Döyüşü kim başlayacaq?» O cavab verdi: «Sən». 011 1KI 020 015 Sonra Axav əyalət başçılarının igidlərini sıraya düzdü: onlar iki yüz otuz iki nəfər idi. Onlardan sonra orada olan xalqın hamısını – bütün İsrail övladlarını sıraya düzdü: onlar yeddi min nəfər idi. 011 1KI 020 016 Onlar günorta oradan çıxdılar. Ben-Hadad və ona kömək edən otuz iki padşah çadırlarda içib sərxoşluq edirdilər. 011 1KI 020 017 Əvvəl əyalət başçılarının igidləri çıxdılar. Ben-Hadadın göndərdiyi casuslar ona «Samariyadan adamlar çıxır» deyə bildirdilər. 011 1KI 020 018 O dedi: «Əgər sülh üçün çıxırlarsa, onları diri tutun, yox, döyüş üçün çıxırlarsa, yenə onları diri tutun». 011 1KI 020 019 O vaxt bu adamlar – həm əyalət başçılarının igidləri, həm də onların ardınca gələn qoşun artıq şəhərdən çıxmışdı. 011 1KI 020 020 Onlardan hər biri qarşısında duranı vurdu. Aramlılar qaçdılar və İsraillilər onları təqib etdilər. Aram padşahı Ben-Hadad at üstündə süvariləri ilə birgə qaçıb qurtardı. 011 1KI 020 021 İsrail padşahı oradan çıxıb atlara və döyüş arabalarına hücum etdi və Aramlıları böyük tələfata uğratdı. 011 1KI 020 022 Həmin peyğəmbər İsrail padşahının yanına gəlib ona dedi: «Get özünü möhkəmləndir, gör ki, nə etməlisən. Çünki bahar gələndə Aram padşahı yenə sənin üstünə gələcək». 011 1KI 020 023 Aram padşahının əyanları ona deyirdilər: «İsraillilərin Allahı təpələr Allahıdır, buna görə də onlar bizə qalib gəldilər. Onlarla düzənlikdə vuruşaq, hökmən biz onlara qalib gələcəyik. 011 1KI 020 024 Belə et: padşahların hər birini vəzifəsindən götür və onların yerinə valilər təyin et. 011 1KI 020 025 Sən isə at yerinə at, araba yerinə araba qoyaraq itirdiyin ordu kimi özün üçün bir ordu düzəlt ki, biz onlara qarşı düzənlikdə vuruşaq. Hökmən biz onlara qalib gələcəyik». Ben-Hadad onların sözünə qulaq asdı və belə etdi. 011 1KI 020 026 Bahar gələndə Ben-Hadad Aramlıları topladı və İsraillilərlə vuruşmaq üçün Afeqə doğru getdi. 011 1KI 020 027 İsrail övladları da toplaşdılar, azuqə hazırladılar və onların qarşısına getdilər. İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular. 011 1KI 020 028 Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”». 011 1KI 020 029 Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar. 011 1KI 020 030 Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi. 011 1KI 020 031 Əyanları ona dedilər: «Biz eşitmişik ki, İsrail padşahları mərhəmətli padşahlardır. Gəlin bellərimizə çul, başlarımıza ip sarıyaq və İsrail padşahının yanına gedək. Bəlkə o səni sağ buraxar». 011 1KI 020 032 Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır». 011 1KI 020 033 Bu adamlar bir əlamət gözləyirdilər, padşahın sözünü yaxşı əlamət sayıb cəld dedilər: «Bəli, Ben-Hadad sənin qardaşındır». O dedi: «Gedin, onu gətirin». Ben-Hadad onun yanına gəldi və o, Ben-Hadadı öz döyüş arabasına mindirdi. 011 1KI 020 034 Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı. 011 1KI 020 035 Peyğəmbərlərdən olan bir nəfər Rəbbin sözü ilə öz yoldaşına dedi: «Məni vur». O adam onu vurmaq istəmədi. 011 1KI 020 036 Onda peyğəmbər o adama dedi: «İndi ki sən Rəbbin sözünə qulaq asmadın, mənim yanımdan gedəndə bir şir səni öldürəcək». Peyğəmbərin yanından gedəndə bir şir ona rast gəlib onu öldürdü. 011 1KI 020 037 Peyğəmbər başqa bir adam tapıb ona dedi: «Məni vur». O adam peyğəmbəri vurub yaraladı. 011 1KI 020 038 Peyğəmbər getdi və gözlərini örtərək qiyafəsini dəyişib padşahın yolu üstündə dayandı. 011 1KI 020 039 Padşah keçəndə onu səsləyib dedi: «Bu qulun döyüşün ortasına girmişdi. Bu zaman bir adam kənara çəkildi və mənim yanıma bir nəfər gətirib dedi: “Bu adamı qoru. Əgər aradan çıxsa, əvəzində ya canını verəcəksən ya da bir talant gümüş”. 011 1KI 020 040 Bu qulun orada-burada çalışarkən o, yanımdan qaçdı». İsrail padşahı bu adama dedi: «Hökmün elə də olmalıdır, özün qərar vermisən». 011 1KI 020 041 O cəld gözlərindən örtüyü götürdü. İsrail padşahı onun peyğəmbərlərdən biri olduğunu gördü. 011 1KI 020 042 O, İsrail padşahına dedi: «Rəbb belə deyir: “Mənim lənətlədiyim adamı sən əldən buraxdın. Buna görə də onun yerinə sən öləcəksən və onun xalqının başına gələcək işlər sənin xalqının başına gələcək”». 011 1KI 020 043 İsrail padşahı qaşqabaqlı və dilxor halda Samariyada olan evinə gəldi. 011 1KI 021 001 İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi. 011 1KI 021 002 Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm». 011 1KI 021 003 Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!» 011 1KI 021 004 Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi. 011 1KI 021 005 Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?» 011 1KI 021 006 O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”». 011 1KI 021 007 Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm». 011 1KI 021 008 O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi. 011 1KI 021 009 İzevel məktublarda belə yazdı: «Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin. 011 1KI 021 010 İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin». 011 1KI 021 011 Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər. 011 1KI 021 012 Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər. 011 1KI 021 013 İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər. 011 1KI 021 014 Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü». 011 1KI 021 015 İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb». 011 1KI 021 016 Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı. 011 1KI 021 017 Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu: 011 1KI 021 018 «Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı. 011 1KI 021 019 Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”». 011 1KI 021 020 Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin. 011 1KI 021 021 “Budur, sənin üzərinə bəla gətirəcəyəm, səni yandırıb məhv edəcəyəm. İsraildə Axavın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam. 011 1KI 021 022 Mən sənin evini Nevat oğlu Yarovamın evi kimi, Axiya oğlu Baaşanın evi kimi edəcəyəm. Çünki sən İsrailə günah etdirərək Məni qəzəbləndirdin”. 011 1KI 021 023 Rəbb İzevel barədə dedi: “İzreel divarının içərisində İzeveli köpəklər yeyəcək”. 011 1KI 021 024 Axavın nəslindən şəhərdə öləni köpəklər, çöldə öləni isə quşlar yeyəcək». 011 1KI 021 025 Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi. 011 1KI 021 026 Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi. 011 1KI 021 027 Axav bu sözləri eşidəndə libasını cırıb əyninə çul geydi. O, oruc tutub çulda yatdı və qüssəyə batdı. 011 1KI 021 028 Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu: 011 1KI 021 029 «Gördünmü Axav Mənim önümdə özünü necə aşağı tutdu? Önümdə özünü aşağı tutduğu üçün Mən bu bəlanı onun dövründə göndərməyəcəyəm, oğlunun dövründə bu bəlanı onun evinə göndərəcəyəm». 011 1KI 022 001 Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi. 011 1KI 022 002 Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi. 011 1KI 022 003 İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz ki, Ramot-Gilead bizimdir? Biz isə onu Aram padşahının əlindən almaq üçün heç nə etmirik». 011 1KI 022 004 Sonra o, Yehoşafata dedi: «Sən mənimlə birgə vuruşmaq üçün Ramot-Gileada gedirsənmi?» Yehoşafat İsrail padşahına dedi: «Məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab et». 011 1KI 022 005 Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» 011 1KI 022 006 İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək». 011 1KI 022 007 Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?» 011 1KI 022 008 İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». 011 1KI 022 009 İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». 011 1KI 022 010 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geymiş halda hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdilər. 011 1KI 022 011 Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”». 011 1KI 022 012 Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». 011 1KI 022 013 Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış». 011 1KI 022 014 Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm». 011 1KI 022 015 O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». 011 1KI 022 016 Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» 011 1KI 022 017 Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağaları yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». 011 1KI 022 018 İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?» 011 1KI 022 019 Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. 011 1KI 022 020 Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. 011 1KI 022 021 Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” 011 1KI 022 022 O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə et”». 011 1KI 022 023 Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoymuşdur. Beləcə Rəbb sənin başına bəla gətirməyi qərara aldı». 011 1KI 022 024 Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?» 011 1KI 022 025 Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». 011 1KI 022 026 İsrail padşahı dedi: «Mikeyanı götür, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndər. 011 1KI 022 027 Onlara söylə ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». 011 1KI 022 028 Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmamışdır». Sonra dedi: «Ey camaat, hamınız eşidin!» 011 1KI 022 029 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdilər. 011 1KI 022 030 İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. 011 1KI 022 031 Aram padşahı öz döyüş arabalarının otuz iki başçısına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi. 011 1KI 022 032 Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedilər: «Yəqin İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Onda Yehoşafat çığırdı. 011 1KI 022 033 Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə ardınca getməyib geri qayıtdılar. 011 1KI 022 034 Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam». 011 1KI 022 035 O gün döyüş qızışdı. Padşah öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Döyüş arabası onun yarasının qanına bulaşdı. Axşam o öldü. 011 1KI 022 036 Günəş batmaqda ikən ordugahın içində «Hər kəs öz şəhərinə! Hər kəs öz ölkəsinə!» deyə car çəkildi. 011 1KI 022 037 Beləcə padşah öldü və onu Samariyaya gətirib orada basdırdılar. 011 1KI 022 038 Arabanı Samariya hovuzunun suyunda yudular. Rəbbin söylədiyi sözə görə köpəklər onun qanını yaladı. O hovuzda fahişələr yuyunardı. 011 1KI 022 039 Axavın qalan işləri və onun etdiyi hər şey, fil sümüyündən tikdiyi saray və tikdiyi bütün şəhərlər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 022 040 Axav ataları ilə uyudu və yerinə oğlu Axazya padşah oldu. 011 1KI 022 041 İsrail padşahı Axavın padşahlığının dördüncü ilində Asa oğlu Yehoşafat Yəhuda üzərində padşah oldu. 011 1KI 022 042 Yehoşafat padşah olduğu vaxt otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi. 011 1KI 022 043 O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 011 1KI 022 044 Yehoşafat İsrail padşahı ilə sülh içində yaşadı. 011 1KI 022 045 Yehoşafatın qalan işləri, onun göstərdiyi hünər və necə döyüşdüyü barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 011 1KI 022 046 O, atası Asanın qovmadığı məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu. 011 1KI 022 047 Edomda padşah yox idi, bir canişin orada hökmranlıq edirdi. 011 1KI 022 048 Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləri düzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı. 011 1KI 022 049 Onda Axav oğlu Axazya Yehoşafata dedi: «Qoy gəmilərdə sənin adamlarınla birgə mənim adamlarım da getsinlər». Ancaq Yehoşafat razı olmadı. 011 1KI 022 050 Yehoşafat ataları ilə uyudu və atası Davudun şəhərində, ataların yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu. 011 1KI 022 051 Yəhuda padşahı Yehoşafatın padşahlığının on yeddinci ilində Axav oğlu Axazya Samariyada İsrail üzərində padşah oldu. O, iki il İsrail üzərində padşahlıq etdi. 011 1KI 022 052 Axazya Rəbbin gözündə pis olan işlər etdi, ata-anasının və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın yolu ilə getdi. 011 1KI 022 053 Axazya atasının etdiyi kimi Baala qulluq və səcdə edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi. # # BOOK 012 2KI 2 Kings Ikinci Padşahlar 012 2KI 001 001 İsrail padşahı Axavın ölümündən sonra Moav İsrailə qarşı üsyan qaldırdı. 012 2KI 001 002 Padşah Axazya Samariyada olan yuxarı otağındakı barmaqlığı olan pəncərədən yıxılıb yaralandı. O, qasidlərinə «Gedin, Eqron allahı Baal-Zevuvdan soruşun, bu yaram sağalacaqmı?» deyib onları göndərdi. 012 2KI 001 003 Rəbbin mələyi Tişbeli İlyasa dedi: «Qalx Samariya padşahının qasidlərini qarşılamaq üçün çıx və onlara de: “İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etməyə gedirsiniz?” 012 2KI 001 004 Buna görə də Rəbb belə deyir: “Üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» İlyas getdi. 012 2KI 001 005 Qasidlər padşahın yanına qayıtdılar. Padşah onlara dedi: «Niyə geri qayıtdınız?» 012 2KI 001 006 Ona dedilər: «Bir adam bizi qarşılamağa çıxdı və bizə dedi: “Sizi göndərən padşahın yanına qayıdıb ona söyləyin ki, Rəbb belə deyir: ‹İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etmək üçün qasidlər göndərdin?› Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» 012 2KI 001 007 Padşah onlara dedi: «Sizi qarşılamağa çıxan və sizə bu sözləri söyləyən adam nə qiyafədə idi?» 012 2KI 001 008 Ona dedilər: «Tüklü bir adam idi, belinə dəri qurşaq bağlamışdı». Padşah dedi: «O, Tişbeli İlyasdır». 012 2KI 001 009 Padşah bir əllibaşı ilə əlli adamını İlyasın yanına göndərdi. Əllibaşı onun yanına qalxdı. İlyas təpənin başında oturmuşdu. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah “aşağı düş” deyir». 012 2KI 001 010 İlyas əllibaşıya cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən od yağdı, əllibaşı ilə əlli adamını tələf etdi. 012 2KI 001 011 Padşah başqa bir əllibaşı ilə əlli adamını onun yanına göndərdi. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah belə deyir: “Tez aşağı düş”». 012 2KI 001 012 İlyas onlara cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən Allahın odu yağdı, əllibaşı ilə əlli adamını tələf etdi. 012 2KI 001 013 Padşah yenə üçüncü bir əllibaşı ilə əlli adamını göndərdi. Üçüncü əllibaşı qalxıb gəldi, İlyasın qarşısında diz çökdü və ona yalvarıb dedi: «Ey Allah adamı, xahiş edirəm, mənim və bu əlli qulunun canına yazığın gəlsin. 012 2KI 001 014 Göydən od yağıb əvvəl gələn iki əllibaşını və onların hərəsinin əlli adamını tələf etdi. İndi mənim canıma yazığın gəlsin». 012 2KI 001 015 Rəbbin mələyi İlyasa dedi: «Onunla birgə aşağı düş, ondan qorxma». İlyas qalxıb aşağı düşdü və əllibaşı ilə birgə padşahın yanına gəldi. 012 2KI 001 016 Ona dedi: «Rəbb belə deyir: “İsraildə sözünü soruşmağa Allah yoxdur ki, Eqron allahı Baal-Zevuvdan soruşmaq üçün qasidlər göndərdin? Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» 012 2KI 001 017 İlyasın söylədiyi Rəbbin sözünə görə Axazya öldü. Oğlu olmadığı üçün yerinə Axavın oğlu Yehoram padşah oldu. Bu da Yəhuda padşahı Yehoşafat oğlu Yehoramın padşahlığının ikinci ilində oldu. 012 2KI 001 018 Axazyanın qalan işləri İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 002 001 Rəbb İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl İlyas və Elişa Qilqaldan getdilər. 012 2KI 002 002 Onda İlyas Elişaya dedi: «Burada qal, çünki Rəbb məni Bet-Elə göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Bet-Elə getdilər. 012 2KI 002 003 Bet-Eldə olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Rəbbin bu gün sənin ağanı başının üstündən götürəcəyini bilirsənmi?» O dedi: «Bəli, bilirəm, susun». 012 2KI 002 004 İlyas ona dedi: «Elişa, burada qal, çünki Rəbb məni Yerixoya göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Yerixoya gəldilər. 012 2KI 002 005 Yerixoda olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Bilirsənmi, Rəbb bu gün ağanı sənin başın üstündən götürəcək?» O dedi: «Bəli, bilirəm, susun!» 012 2KI 002 006 İlyas ona dedi: «Burada qal, çünki Rəbb məni İordan çayının yanına göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar getdilər. 012 2KI 002 007 Peyğəmbərlərdən əlli adam gedib uzaqda onların qarşısında dayandı. Onlar da İordan çayının yanında dayandılar. 012 2KI 002 008 İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su iki yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər. 012 2KI 002 009 Onlar keçəndən sonra İlyas Elişaya dedi: «Mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə, sənin üçün nə edim?» Elişa dedi: «Qoy indi səndə olan ruh ikiqat artıq məndə olsun». 012 2KI 002 010 İlyas dedi: «Sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq, yoxsa bu olmayacaq». 012 2KI 002 011 Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü, onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı. 012 2KI 002 012 Elişa bunu görüb qışqırdı: «Atam, ey atam! İsrailin arabası və atlıları!» O, İlyası daha görməyəndə öz paltarını götürdü və onu cırıb iki yerə böldü. 012 2KI 002 013 Sonra İlyasın əynindən düşən cübbəni götürüb geri döndü və İordan çayının sahilində dayandı. 012 2KI 002 014 İlyasın əynindən düşən cübbəni götürüb suya vurdu və dedi: «İlyasın Allahı Rəbb haradadır?» O da cübbəni suya vuranda su iki yerə ayrıldı. Elişa oradan keçdi. 012 2KI 002 015 Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər: «İlyasın ruhunun gücü Elişanın üstünə qondu». Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər. 012 2KI 002 016 Ona dedilər: «Bu qullarının yanında əlli igid var, qoy gedib ağanı axtarsınlar. Bəlkə Rəbbin Ruhu onu qaldırıb dağların yaxud da dərələrin birinə atmışdır?» Elişa dedi: «Göndərməyin». 012 2KI 002 017 Amma onlar o qədər inad etdilər ki, Elişa utanıb dedi: «Göndərin». Əlli nəfər göndərdilər və onlar üç gün axtardılar, ancaq İlyası tapa bilmədilər. 012 2KI 002 018 Sonra Yerixoda qalan Elişanın yanına qayıtdılar. Elişa onlara dedi: «Mən sizə demədim ki, getməyin?» 012 2KI 002 019 Şəhərin adamları Elişaya dedilər: «Ağamın gördüyü kimi bu şəhərin yeri yaxşıdır, ancaq suyu pisdir, torpağı bəhər vermir». 012 2KI 002 020 O dedi: «Mənə təzə bir qab gətirin və onun içinə duz qoyun». Bunu ona gətirdilər. 012 2KI 002 021 O, bulağa çıxdı, duzu oraya atıb dedi: «Rəbb belə deyir: “Bu suları pak edirəm, artıq onda ölüm və bəhərsizlik olmayacaq”». 012 2KI 002 022 Elişanın söylədiyi sözə görə bu su indiyə qədər də pak qalır. 012 2KI 002 023 Elişa oradan Bet-Elə qalxdı. O, yola düşəndə kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: «Rədd ol, keçəl, rədd ol, keçəl!» 012 2KI 002 024 O arxaya dönüb oğlanları gördü və onları Rəbbin adı ilə lənətlədi. Meşədən iki dişi ayı çıxıb onlardan qırx iki nəfəri parçaladı. 012 2KI 002 025 Elişa oradan Karmel dağına getdi, oradan da Samariyaya qayıtdı. 012 2KI 003 001 Yəhuda padşahı Yehoşafatın padşahlığının on səkkizinci ilində Axav oğlu Yehoram Samariyada İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. 012 2KI 003 002 O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq atası və anası kimi deyildi, çünki atasının düzəltdiyi Baal sütununu yox etdi. 012 2KI 003 003 Ancaq Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan yapışdı, onlardan əl çəkmədi. 012 2KI 003 004 Moav padşahı Meşanın sürüsü var idi. O, İsrail padşahına yüz min quzu və yüz min qoçun yununu göndərərdi. 012 2KI 003 005 Axavın ölümündən sonra Moav padşahı İsrail padşahına qarşı üsyan qaldırdı. 012 2KI 003 006 O vaxt padşah Yehoram Samariyadan çıxdı və bütün İsrailliləri topladı. 012 2KI 003 007 O gedəndə Yəhuda padşahı Yehoşafata xəbər göndərib dedi: «Moav padşahı mənə qarşı üsyan qaldırdı. Moavlılara qarşı vuruşmaq üçün mənimlə birgə gedərsənmi?» Yehoşafat dedi: «Gedərəm, məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab elə». 012 2KI 003 008 Yehoram dedi: «Hansı yolla çıxaq?» O dedi: «Edom çölünün yolu ilə». 012 2KI 003 009 İsrail padşahı, Yəhuda padşahı və Edom padşahı gedib o yolu yeddi gün dolaşdılar. Əsgərlər və dallarınca gələn heyvanlar üçün su yox idi. 012 2KI 003 010 İsrail padşahı dedi: «Ay aman! Rəbb bu üç padşahı Moavlılara təslim etmək üçün bir yerə çağırıb». 012 2KI 003 011 Yehoşafat dedi: «Burada Rəbbin bir peyğəmbəri yoxdur ki, onun vasitəsilə Rəbdən soruşaq?» İsrail padşahının əyanlarından biri cavab verib dedi: «Şafat oğlu Elişa buradadır. O, İlyasın əlinə su tökərdi». 012 2KI 003 012 Padşah Yehoşafat dedi: «Onda Rəbbin sözü var». Sonra İsrail padşahı, Edom padşahı və Yehoşafat Elişanın yanına enib getdilər. 012 2KI 003 013 Elişa İsrail padşahına dedi: «Məndən sənə nə? Öz ata-ananın peyğəmbərlərinin yanına get». İsrail padşahı ona dedi: «Yox! Bu üç padşahı Moavlılara təslim etmək üçün Rəbb bir yerə çağırıb». 012 2KI 003 014 Elişa dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, Yəhuda padşahı Yehoşafata hörmət etməsəydim, sənin üzünə baxmazdım. 012 2KI 003 015 İndi mənim yanıma çəng çalan bir adam gətirin». Gətirilən adam çəng çalarkən Rəbbin əli Elişanın üzərinə gəldi. 012 2KI 003 016 O dedi: «Rəbb belə deyir: “Bu vadinin hər tərəfində xəndəklər qazın”. 012 2KI 003 017 Çünki Rəbb belə deyir: “Siz külək və yağış görməyəcəksiniz, amma bu vadi su ilə dolacaq. Siz, mal-qaranız və heyvanlarınız doyunca su içəcəksiniz”. 012 2KI 003 018 Bu, Rəbbin gözündə çox asan bir şeydir. O, Moavlıları da sizə təslim edəcək. 012 2KI 003 019 Bütün qalalı şəhərləri və seçmə şəhərləri dağıdacaqsınız, hər yaxşı ağacı kəsəcəksiniz, bütün bulaqların gözünü tutacaqsınız və hər yaxşı tarlanı daşlarla dolduracaqsınız». 012 2KI 003 020 Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu. 012 2KI 003 021 Bütün Moavlılar eşitdilər ki, padşahlar onlarla vuruşmağa gəlir. Silah qurşana bilən hər kəsi və daha yaşlı adamları çağırdılar. Onlar sərhəddə dayandılar. 012 2KI 003 022 Moavlılar ertəsi gün səhər tezdən duran zaman günəş çıxıb suların üzərinə şəfəq salmışdı. Onlar qarşılarındakı suları qan kimi qırmızı gördülər. 012 2KI 003 023 O zaman dedilər: «Bu qandır, yəqin padşahlar vuruşub bir-birlərini qırıblar. İndi, ey Moavlılar, qarət etməyə gedək!» 012 2KI 003 024 Onlar İsrail ordugahına gəldilər. İsraillilər qalxıb Moavlıları qırdılar və Moavlılar onların qabağından qaçmağa başladılar. İsraillilər qalxıb Moav torpağını viran etmək üçün hücum etdilər. 012 2KI 003 025 Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular. 012 2KI 003 026 Moav padşahı döyüşdə məğlub olduğunu görəndə özü ilə yeddi yüz nəfər əli qılınclı adam götürdü. Onlar Edom padşahının qoşununu yarmaq istədilər, ancaq bunu edə bilmədilər. 012 2KI 003 027 Sonra o, vəliəhd olan ilk oğlunu götürüb divarın üzərində yandırma qurbanı gətirdi. Onda İsraillilərə qarşı böyük bir qəzəb oyandı, onlar da oranı tərk edib öz ölkələrinə qayıtdılar. 012 2KI 004 001 Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi». 012 2KI 004 002 Elişa ona dedi: «Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?» Qadın dedi: «Bir qab yağdan başqa bu kənizinin evində heç nə yoxdur». 012 2KI 004 003 Elişa dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun. 012 2KI 004 004 Sonra içəri gir, özünün və oğullarının dalınca qapını bağla, öz yağını bütün bu qablara tök və onları doldurub bir tərəfə qoy». 012 2KI 004 005 Qadın onu tərk edib qapını özünün və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu. 012 2KI 004 006 Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir». Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi. 012 2KI 004 007 Qadın gəlib bunları Allah adamına danışdı, o da dedi: «Get yağı satıb borcunu ödə. Qalanı ilə də oğullarınla birgə dolanarsan». 012 2KI 004 008 Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. 012 2KI 004 009 Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. 012 2KI 004 010 Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın». 012 2KI 004 011 Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı. 012 2KI 004 012 O, nökəri Gehaziyə dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı və qadın onun qarşısında dayandı. 012 2KI 004 013 Elişa nökərinə dedi: «İndi qadına söylə: “Bizim üçün bu qədər zəhmət çəkmisən. Mən sənin üçün nə edə bilərəm? Sənin barəndə padşahla ya ordu başçısı ilə danışım?”» Gehazi bunu söylədi. Qadın dedi: «Yox, lazım deyil, mən öz xalqımla birgə yaşayıram». 012 2KI 004 014 Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır». 012 2KI 004 015 Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu. 012 2KI 004 016 Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!» 012 2KI 004 017 Elişanın söylədiyi kimi qadın hamilə oldu və bir il sonra həmin fəsildə bir oğlan doğdu. 012 2KI 004 018 Uşaq böyüdü. O, bir gün biçinçilərlə birgə işləyən atasının yanına getdi. 012 2KI 004 019 O, atasına «Başım ağrıyır, başım!» dedi. Atası nökərə dedi: «Onu anasının yanına apar». 012 2KI 004 020 Nökər onu götürüb anasının yanına gətirdi. O, günortaya qədər anasının dizləri üstündə qaldı və sonra öldü. 012 2KI 004 021 Qadın yuxarı çıxıb uşağı Allah adamının yatağı üstünə uzandırdı, sonra qapını dalınca örtüb çıxdı. 012 2KI 004 022 O, ərini çağırıb dedi: «Nökərlərindən biri ilə mənə bir eşşək göndər. Tez Allah adamının yanına gedib-qayıdacağam». 012 2KI 004 023 Əri dedi: «Nə üçün bu gün onun yanına gedirsən? Nə Təzə Ay mərasimi, nə də Şənbə günüdür». Qadın dedi: «Eybi yox». 012 2KI 004 024 O, eşşəyi palanlayıb nökərinə dedi: «Sür və mən sənə deməyincə dayanma». 012 2KI 004 025 O getdi və Karmel dağına, Allah adamının yanına gəldi. Allah adamı qadını uzaqdan gördükdə nökəri Gehaziyə dedi: «Şunemli qadın buraya gəlir. 012 2KI 004 026 İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq». 012 2KI 004 027 Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi». 012 2KI 004 028 Qadın dedi: «Mən ağamdan uşaq istədimmi? “Məni aldatma” demədimmi?» 012 2KI 004 029 Elişa Gehaziyə dedi: «Belini qurşa və əsamı əlinə götürüb get. Əgər bir adamla rastlaşsan, ona salam vermə və sənə salam verənin salamını alma. Get, əsamı oğlanın üzünün üstünə qoy». 012 2KI 004 030 Oğlanın anası dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Elişa qalxıb onun dalınca getdi. 012 2KI 004 031 Gehazi onlardan qabaq getdi və əsanı oğlanın üzünün üstünə qoydu, ancaq nə bir səs, nə də bir cavab oldu. Gehazi Elişanı qarşılamaq üçün geri döndü və «oğlan dirilmədi» deyə ona bildirdi. 012 2KI 004 032 Elişa evə girdi. Ölən oğlan onun yatağı üstündə uzanmışdı. 012 2KI 004 033 O içəri girib qapını onların üzünə bağladı və Rəbbə dua etdi. 012 2KI 004 034 Sonra yatağa qalxıb uşağın üstünə əyildi. Ağzını onun ağzının, gözlərini onun gözlərinin, ovuclarını onun ovuclarının üstünə qoydu. Uşağın bədəni isindi. 012 2KI 004 035 Elişa yataqdan düşüb otaqda o tərəf-bu tərəfə gəzdi. Sonra yenə yatağa qalxıb onun üstünə əyildi. Oğlan yeddi dəfə asqırıb gözlərini açdı. 012 2KI 004 036 Elişa Gehazini çağırıb dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı. Qadın Elişanın yanına gələndə o dedi: «Al oğlunu». 012 2KI 004 037 Qadın gəlib Elişanın ayaqlarına düşərək yerə qədər əyildi və oğlunu götürüb getdi. 012 2KI 004 038 Elişa yenə Qilqala gəldi. Vilayətdə aclıq idi. Peyğəmbərlər onun önündə oturmuşdular. O, nökərinə dedi: «Böyük qazanı ocağa qoy və peyğəmbərlər üçün şorba bişir». 012 2KI 004 039 Onlardan biri ot yığmaq üçün çölə çıxdı. Bir çöl tənəyi tapıb ondan ətək dolusu yabanı balqabaq yığdı və gətirib şorba qazanına doğradı. Bunun nə olduğunu bilməyərək 012 2KI 004 040 yemək üçün adamlara verdilər. Şorba yeyənlər qışqırıb dedilər: «Qazandakı yeməkdən yesək, ölərik, ey Allah adamı!» Heç kəs ondan yeyə bilmədi. 012 2KI 004 041 Elişa dedi: «Elə isə un gətirin». Sonra onu qazana atıb dedi: «Adamlar üçün tök, yesinlər». Qazanda zərərli bir şey olmadı. 012 2KI 004 042 Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk nübardan bişirilən iyirmi kömbə arpa çörəyi və təzə sünbülləri torbada gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər». 012 2KI 004 043 Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”». 012 2KI 004 044 Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı. 012 2KI 005 001 Aram padşahının ordu başçısı Naaman ağasının yanında hörmət və etibar sahibi idi, çünki Rəbb onun vasitəsilə Arama qurtuluş vermişdi. O, cəsur bir döyüşçü idi, ancaq cüzamlı idi. 012 2KI 005 002 Aramlılar dəstələrlə çıxıb İsrail torpağından kiçik bir qızı əsir götürmüşdülər. Bu qız Naamanın arvadının yanında qalırdı. 012 2KI 005 003 O, xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi». 012 2KI 005 004 Naaman gedib «İsrail torpağından olan qız belə-belə söylədi» deyə ağasına bildirdi. 012 2KI 005 005 Aram padşahı dedi: «Get, mən İsrail padşahına bir məktub göndərərəm». Naaman özü ilə altı min şekel qızıl, on talant gümüş və on dəst paltar götürüb getdi. 012 2KI 005 006 Məktubu da İsrail padşahına gətirdi. Orada belə yazılmışdı: «İndi bu məktubla bərabər qulum Naamanı da yanına göndərirəm ki, sən onun cüzamına şəfa verəsən». 012 2KI 005 007 İsrail padşahı məktubu oxuyanda paltarını cırıb dedi: «Məgər mən öldürüb-dirildən Allaham? Niyə bu adam cüzamına şəfa vermək üçün mənim yanıma adam göndərir? Baxarsınız, mənimlə dava etmək üçün bəhanə axtarır». 012 2KI 005 008 Allah adamı Elişa İsrail padşahının öz paltarını cırdığını eşidəndə ona xəbər göndərib dedi: «Nə üçün paltarını cırdın? Qoy indi o mənim yanıma gəlsin və bilsin ki, İsraildə bir peyğəmbər var». 012 2KI 005 009 Naaman atları və döyüş arabası ilə gəldi və Elişanın evinin qapısında dayandı. 012 2KI 005 010 Elişa onun yanına qasid göndərib dedi: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun». 012 2KI 005 011 Ancaq Naaman acıqlanıb getdi və dedi: «Mən güman edirdim ki, mütləq bayıra çıxıb yanıma gələcək, durub Allahı Rəbbin adını çağıracaq və əlini cüzamlı yerin üzərində yelləyib şəfa verəcək. 012 2KI 005 012 Dəməşqin çayları Avana və Parpar İsrailin bütün sularından daha yaxşı deyilmi? Onlarda yuyunub təmiz ola bilməzdimmi?» O hirslə dönüb getdi. 012 2KI 005 013 Naamanın adamları onun yanına gəlib dedilər: «Ey atamız, əgər peyğəmbər sənə böyük bir şey əmr etsəydi, ona əməl etməzdinmi? O yalnız sənə “yuyun və təmiz ol” deyir». 012 2KI 005 014 Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu. 012 2KI 005 015 Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür». 012 2KI 005 016 Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi təkid etdi, ancaq Elişa istəmədi. 012 2KI 005 017 Naaman dedi: «Əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək. 012 2KI 005 018 Ancaq Rəbb bu işi quluna bağışlasın: ağam padşah səcdə etmək üçün Rimmon məbədinə girəndə mən onun sağında durmalıyam, onda Rimmon məbədində mən də səcdə etməliyəm. Orada səcdə etdiyimi Rəbb quluna bağışlasın». 012 2KI 005 019 Elişa ona dedi: «Sağ-salamat get». Naaman onun yanından çıxıb bir az yol getdi. 012 2KI 005 020 Allah adamı Elişanın nökəri Gehazi dedi: «Ağam gətirdiyi şeyi bu Aramlı Naamandan götürmək istəmədi. Var olan Rəbbə and olsun ki, onun dalınca qaçıb ondan nəsə alacağam». 012 2KI 005 021 Gehazi Naamanın dalınca qaçdı. Naaman dalınca bir nəfərin gəldiyini görəndə onu qarşılamaq üçün arabadan düşüb dedi: «Xeyir ola?» 012 2KI 005 022 Gehazi dedi: «Xeyirdir. Ağam məni göndərdi ki, sənə deyim: “Elə indicə Efrayimin dağlıq bölgəsindən yanıma peyğəmbərlərdən olan iki cavan oğlan gəldi. Xahiş edirəm, onlara bir talant gümüş və iki dəst paltar ver”». 012 2KI 005 023 Naaman dedi: «Buyur iki talant götür». Ona təkid edərək iki talant gümüşü iki torbaya qoyub bağladı və iki dəst paltarla birgə nökərlərindən ikisinə verdi. Nökərlər Gehazinin qabağında gedib bunları daşıdılar. 012 2KI 005 024 Təpəyə çatanda Gehazi şeyləri onların əlindən alıb evinə qoydu. Nökərləri geri göndərdi və onlar getdilər. 012 2KI 005 025 Sonra ağası Elişanın yanına gedib önündə dayandı. Elişa ondan soruşdu: «Haradan gəlirsən, Gehazi?» Gehazi dedi: «Bu qulun heç yerə getməyib». 012 2KI 005 026 Elişa ona dedi: «O adam səni qarşılamaq üçün arabasından düşəndə ürəyim orada deyildimi? İndi gümüş götürmək, paltar, zeytun və üzüm bağları, qoyun-keçi, mal-qara, qullar və kənizlər almaq vaxtıdırmı? 012 2KI 005 027 Buna görə də Naamanın cüzamı əbədi olaraq sənə və sənin nəslinə yapışacaq». Gehazi qar kimi cüzamlı olub onun hüzurundan çıxdı. 012 2KI 006 001 Peyğəmbərlər Elişaya dedilər: «Bax indi sənin yanında qaldığımız yer bizə dardır. 012 2KI 006 002 Qoy İordan çayının kənarına gedək, hərəmiz bir ağac kəsib gətirək və qalmaq üçün orada özümüzə yer düzəldək». Elişa «gedin» dedi. 012 2KI 006 003 Onlardan biri dedi: «Xahiş edirəm, sən də bu qullarınla gəl». Elişa «gələrəm» deyib 012 2KI 006 004 onlarla getdi. Onlar İordan çayının kənarına gəldilər və ağac kəsməyə başladılar. 012 2KI 006 005 Onlardan biri ağac kəsərkən baltanın dəmiri suya düşdü. O qışqırıb dedi: «Vay, ağam! Onu borc almışdım». 012 2KI 006 006 Allah adamı dedi: «Hara düşdü?» O, Elişaya həmin yeri göstərdi. Elişa bir budaq kəsib oraya atdı və dəmir suyun üzərinə çıxdı. 012 2KI 006 007 Elişa «onu qaldır» dedi. Həmin adam əlini uzadıb onu qaldırdı. 012 2KI 006 008 Aram padşahı İsrailə qarşı vuruşduğu zaman əyanları ilə məsləhətləşib dedi: «Filan yerdə ordugah quracağam». 012 2KI 006 009 Allah adamı İsrail padşahına xəbər göndərib dedi: «O yerdən keçmə, çünki Aramlılar oraya enirlər». 012 2KI 006 010 İsrail padşahı Allah adamının dediyi yerə xəbər göndərdi. Beləcə padşah onun xəbərdarlıq etdiyi yerlərdə dəfələrlə özünü qorudu. 012 2KI 006 011 Aram padşahı bundan çox qəzəbləndi və əyanlarını çağırıb onlara dedi: «Mənə deyin görək, bizimkilərdən İsrail padşahına tərəfdar olan kimdir?» 012 2KI 006 012 Əyanlardan biri dedi: «Heç kim, ağam padşah. Bunları İsrail padşahına bildirən İsraildə olan peyğəmbər Elişadır. O hətta yataq otağında söylədiyin sözləri ona çatdırır». 012 2KI 006 013 Padşah dedi: «Gedin görün, o haradadır, mən onu bura gətirtdirəcəyəm». Padşaha «o, Dotandadır» deyə bildirdilər. 012 2KI 006 014 Padşah atlar, döyüş arabaları və çoxlu qoşun göndərdi və onlar gecə ikən gəlib şəhəri əhatəyə aldılar. 012 2KI 006 015 Allah adamının qulluqçusu səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü. O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?» 012 2KI 006 016 O dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur». 012 2KI 006 017 Sonra Elişa dua edib dedi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı. 012 2KI 006 018 Qoşun ona tərəf enəndə Elişa Rəbbə dua edib dedi: «Bu adamları kor et». Elişanın sözünə görə Rəbb onları kor etdi. 012 2KI 006 019 Elişa onlara dedi: «Yol bu deyil, şəhər də bu deyil. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparım». Elişa onları Samariyaya gətirdi. 012 2KI 006 020 Onlar Samariyaya girəndə Elişa dedi: «Ya Rəbb, onların gözlərini aç ki, görsünlər». Rəbb onların gözlərini açdı və onlar gördülər ki, Samariyanın ortasındadırlar. 012 2KI 006 021 İsrail padşahı onları görəndə Elişaya dedi: «Mənim atam, onları qırıb məhv edimmi?» 012 2KI 006 022 Elişa dedi: «Yox, qırma. Məgər bu adamları sən qılıncın və ox-kamanınla əsir etmisən ki, qırmağa haqqın olsun? Onların qabağına çörək və su qoy ki, yeyib-içsinlər və sonra öz ağalarının yanına getsinlər». 012 2KI 006 023 O, Aramlılar üçün böyük bir ziyafət verdi və onlar yeyib-içdilər. Sonra onları öz ağalarının yanına göndərdi. Aramlıların dəstələri bir daha İsrail torpağına gəlmədi. 012 2KI 006 024 Bir müddət sonra Aram padşahı Ben-Hadad bütün ordusunu toplayıb çıxdı və Samariyanı mühasirəyə aldı. 012 2KI 006 025 Samariyada böyük bir aclıq oldu. Çünki şəhəri o qədər mühasirədə saxlamışdılar ki, bir eşşək başı səksən şekel gümüşə və bir kabın dörddə biri qədər göyərçin peyini beş şekel gümüşə satılırdı. 012 2KI 006 026 Bir dəfə İsrail padşahı qala divarının üstündən keçəndə bir qadın fəryad edib ona dedi: «Ağam padşah, kömək et!» 012 2KI 006 027 Padşah dedi: «Rəbb sənə kömək etməsə, mən sənə necə kömək edim? Xırmandan yoxsa üzümsıxandan?» 012 2KI 006 028 Sonra padşah ona dedi: «Nə istəyirsən?» O dedi: «Bu qadın mənə demişdi: “Sən öz oğlunu ver, bu gün yeyək, mənim oğlumu isə sabah yeyərik”. 012 2KI 006 029 Oğlumu bişirib yedik. Ertəsi gün ona dedim: “Öz oğlunu ver, yeyək”. Ancaq o, oğlunu gizlətdi». 012 2KI 006 030 Padşah qadının sözlərini eşidəndə paltarını cırdı. O bu vaxt qala divarının üstündən keçirdi və xalq gördü ki, onun əynində çul var. 012 2KI 006 031 Padşah dedi: «Əgər bu gün Şafat oğlu Elişanın başı çiyni üstündə qalsa, Allah mənə beləsini və bundan betərini eləsin». 012 2KI 006 032 Elişa öz evində oturmuşdu, ağsaqqallar da onun yanında əyləşmişdi. Padşah hüzurundan bir qasid göndərdi. Amma qasid yanına gəlməzdən qabaq Elişa ağsaqqallara dedi: «Görürsünüzmü, bu qatil mənim boynumu vurmaq üçün adam göndərir! Baxın qasid gələndə qapını bağlayın və onu içəri buraxmayın. Onun arxasınca ağasının da ayaq səsləri gələcək!» 012 2KI 006 033 Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?» 012 2KI 007 001 Elişa dedi: «Rəbbin sözünü eşidin, Rəbb belə deyir: “Sabah bu vaxt Samariya darvazasında bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satılacaq”». 012 2KI 007 002 Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən». 012 2KI 007 003 Şəhər darvazasının önündə dörd cüzamlı adam var idi. Onlar bir-birlərinə dedilər: «Nə üçün biz ölənə qədər burada oturub qalmalıyıq? 012 2KI 007 004 Əgər şəhərə girsək, şəhərdə olan aclıqdan öləcəyik, burada qalsaq, burada öləcəyik. Onda Aramlıların ordugahına gedib təslim olaq. Əgər bizi sağ buraxsalar, sağ qalarıq, öldürsələr, ölərik». 012 2KI 007 005 Onlar Aramlıların ordugahına getmək üçün axşam alaqaranlığında qalxıb onun kənarına gəldilər. Orada heç kəs yox idi. 012 2KI 007 006 Rəbb Aramlıların ordusuna döyüş arabalarının gurultusunu, atların tappıltısını və böyük ordunun səsini eşitdirmişdi. Onlar bir-birlərinə söyləmişdilər: «İsrail padşahı Xet və Misir padşahlarını muzdla tutmuşdur ki, bizim üstümüzə gəlsinlər». 012 2KI 007 007 Onlar axşam alaqaranlığında qalxıb qaçmışdılar. Çadırlarını, atlarını, eşşəklərini – bütün ordugahı olduğu kimi buraxıb getmişdilər. Beləcə canlarını qurtarmaq üçün qaçmışdılar. 012 2KI 007 008 Bu cüzamlılar ordugahın kənarına gəlib bir çadıra girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, paltar götürüb getdilər və onları gizlətdilər. Sonra qayıdıb başqa bir çadıra girdilər. Oradan da şeylər götürüb getdilər və onları da gizlətdilər. 012 2KI 007 009 Onlar bir-birlərinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür, biz isə susuruq. Səhər açılana qədər gözləməyə haqqımız yoxdur, indi gedək, saray adamlarına bu xəbəri bildirək». 012 2KI 007 010 Onlar gəlib şəhərin qapıçılarını səslədilər və onlara bildirib dedilər: «Aramlıların ordugahına getdik, orada heç kəs yox idi və insan səsi də gəlmirdi. Ancaq bağlı atlar, bağlı eşşəklər və olduğu kimi qalan çadırlar var idi». 012 2KI 007 011 Qapıçılar da qışqırıb bu xəbəri saray içərisində olan adamlara bildirdilər. 012 2KI 007 012 Padşah gecə ikən qalxıb əyanlarına dedi: «Aramlıların bizə nə etmək istədiklərini indi sizə deyərəm: onlar bilirlər ki, biz acıq, buna görə də ordugahdan çıxıb çöldə gizlənmişlər və “şəhərdən çıxanda onları diri tutarıq və şəhərə girərik” deyə düşünürlər». 012 2KI 007 013 Əyanlardan biri cavab verib dedi: «Qoy bir neçə adam şəhərdə qalmış atlardan beşini götürsün və onları göndərək, gedib görsünlər. Onların da aqibəti qalan bütün İsrail camaatının aqibəti kimi olacaq, çünki bütün İsrail camaatı həlak olacaq». 012 2KI 007 014 Onlar atlar qoşulmuş iki döyüş arabası götürdülər. Padşah «gedin görün» deyib onları Aram ordusunun dalınca göndərdi. 012 2KI 007 015 Onlar Aramlıların dalınca İordan çayına qədər getdilər. Bütün yol Aramlıların tələsik qaçdıqları vaxt atdıqları geyim və əşyalarla dolu idi. Qasidlər geri qayıdıb padşaha bu xəbəri bildirdilər. 012 2KI 007 016 Xalq çıxıb Aramlıların ordugahını qarət etdi. Rəbbin sözünə görə bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satıldı. 012 2KI 007 017 Padşah sağında duran köməkçini darvazanın ağzına qoymuşdu. Padşah Allah adamının yanına enib gəldiyi zaman onun söylədiyi kimi xalq padşahın köməkçisini darvazanın ağzında tapdaladı və o öldü. 012 2KI 007 018 Allah adamının padşaha söylədiyi kimi oldu. O demişdi: «Sabah bu vaxt Samariya darvazasında iki sea arpa bir şekelə və bir sea narın un bir şekelə satılacaq». 012 2KI 007 019 Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən». 012 2KI 007 020 Həmin şey də onun başına gəldi: xalq onu darvazanın ağzında tapdaladı və o öldü. 012 2KI 008 001 Elişa oğlunu diriltdiyi qadına demişdi: «Qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, yeddi il ölkədə aclıq olacaq». 012 2KI 008 002 Qadın Allah adamının sözünə əməl etmişdi və ev adamları ilə birgə gedib Filiştlilərin ölkəsində yeddi il qalmışdı. 012 2KI 008 003 Bu müddətdən sonra qadın Filiştlilərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi. 012 2KI 008 004 O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi: «Buyur Elişanın etdiyi bütün böyük işləri mənə danış». 012 2KI 008 005 O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi: «Ağam padşah, o qadın budur, Elişanın diriltdiyi oğlu da yanındadır». 012 2KI 008 006 Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi: «Onun hər şeyini qaytar, ölkəni tərk etdiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver». 012 2KI 008 007 Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. «Allah adamı buraya gəlib» deyə ona bildirdilər. 012 2KI 008 008 Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş». 012 2KI 008 009 Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi». 012 2KI 008 010 Elişa ona dedi: «Get, ona “mütləq sağalacaqsan” söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək». 012 2KI 008 011 Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı. 012 2KI 008 012 Xazael dedi: «Ağam nə üçün ağlayır?» O dedi: «Ona görə ki İsraillilərə sənin edəcəyin pisliyi bilirəm: onların qalalarına od vuracaqsan, cavanlarını qılıncla öldürəcəksən, uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan». 012 2KI 008 013 Xazael dedi: «Bu köpək qulun kimdir ki, bu böyük işi etsin?» Elişa dedi: «Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan». 012 2KI 008 014 Xazael Elişanı tərk edib ağasının yanına gəldi. Ağası ondan soruşdu: «Elişa sənə nə dedi?» O cavab verdi: «Mənə dedi ki, sən mütləq sağalacaqsan». 012 2KI 008 015 Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı, ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu. 012 2KI 008 016 İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının beşinci ilində, Yehoşafat Yəhuda padşahı olanda onun oğlu Yehoram da onunla birgə padşah oldu. 012 2KI 008 017 O, padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. 012 2KI 008 018 Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi. 012 2KI 008 019 Ancaq Rəbb Öz qulu Davudun xatirinə Yəhudalıları məhv etmək istəmədi, çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi. 012 2KI 008 020 Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular. 012 2KI 008 021 Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı, lakin xalq öz torpağına qaçdı. 012 2KI 008 022 Beləcə Edomlular üsyan qaldırdılar, bu günə qədər də Yəhudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar. 012 2KI 008 023 Yehoramın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 008 024 Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axazya padşah oldu. 012 2KI 008 025 İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının on ikinci ilində Yehoram oğlu Axazya Yəhuda üzərində padşah oldu. 012 2KI 008 026 Axazya padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası İsrail padşahı Omrinin nəvəsi olub adı Atalya idi. 012 2KI 008 027 Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər etdi, çünki Axav nəslinin kürəkəni idi. 012 2KI 008 028 O, Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladılar. 012 2KI 008 029 Padşah Yehoram Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o, yaralı idi. 012 2KI 009 001 Peyğəmbər Elişa peyğəmbərlərdən birini çağırıb ona demişdi: «Belini qurşa və bu yağ qabını əlinə alıb Ramot-Gileada get. 012 2KI 009 002 Oraya çatınca Nimşi oğlu Yehoşafat oğlu Yehunu tap. Girib onu yoldaşlarının arasından çağır və içəri otağa apar. 012 2KI 009 003 Yağ qabını götür və yağı onun başına töküb söylə: “Rəbb belə deyir: ‹Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim›”. Sonra qapını açıb qaç və orada durma». 012 2KI 009 004 Peyğəmbərin nökəri olan bu cavan oğlan Ramot-Gileada getdi. 012 2KI 009 005 Oraya gəlib gördü ki, qoşun başçıları burada oturmuşlar. O dedi: «Ey rəis, sənə sözüm var». Yehu dedi: «Aramızdan kimə?» Nökər dedi: «Ey rəis, sənə». 012 2KI 009 006 Yehu qalxıb içəri girdi. Nökər yağı onun başına töküb dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Səni Rəbbin xalqı olan İsrail üzərində padşah olmaq üçün məsh etdim. 012 2KI 009 007 Ağan Axavın nəslini qırıb məhv edəcəksən. Qullarım peyğəmbərlərin və Rəbbin bütün qullarının qanı üçün Mən İzeveldən qisasımı alacağam. 012 2KI 009 008 Bütün Axav nəsli məhv olacaq: İsraildə Axavdan divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam. 012 2KI 009 009 Axavın nəslini Nevat oğlu Yarovamın və Axiya oğlu Baaşanın nəsilləri kimi edəcəyəm. 012 2KI 009 010 İzeveli isə İzreel tarlasında köpəklər yeyəcək və onu basdıran olmayacaq”». Sonra o, qapını açıb qaçdı. 012 2KI 009 011 Yehu çıxıb ağasının adamlarının yanına gəldi. Onlardan biri Yehuya dedi: «Xeyir ola? Bu dəli sənin yanına nə üçün gəlib?» Yehu onlara dedi: «Onun necə adam olduğunu və nə deyəcəyini bilirsiniz». 012 2KI 009 012 Onlar dedilər: «Yalan deyirsən! Onun nə dediyini bizə bildir». Yehu dedi: «Mənə söylədi ki, Rəbb belə deyir: “Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim”». 012 2KI 009 013 Hamı tez qalxıb öz paltarını götürdü və onları pilləkənin üstünə – Yehunun ayağı altına sərdi. Onlar şeypur çalıb «Yehu padşahdır!» dedilər. 012 2KI 009 014 Nimşi oğlu Yehoşafat oğlu Yehu Yehorama qəsd hazırladı. O vaxt Yehoram və onunla birgə bütün İsraillilər Ramot-Gileadı Aram padşahı Xazaelin hücumundan qoruyurdular. 012 2KI 009 015 Ancaq padşah Yehoram Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtmışdı. Yehu dedi: «Əgər siz mənimlə razısınızsa, qoy şəhəri heç kəs tərk etməsin ki, bu xəbər İzreelə gedib çatmasın». 012 2KI 009 016 Yehu arabaya minib İzreelə getdi, çünki Yehoram orada yatırdı. Yəhuda padşahı Axazya Yehoramı görmək üçün gəlmişdi. 012 2KI 009 017 İzreeldəki qüllə üzərində duran gözətçi Yehunun oraya yaxınlaşan qoşununu görüb dedi: «Qoşun görürəm». Yehoram dedi: «Bir atlı götürüb onları qarşılamağa göndər ki, soruşsun: “Xeyir ola?”» 012 2KI 009 018 Bir atlı Yehunu qarşılamağa getdi və ona dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır». 012 2KI 009 019 İkinci atlını göndərdilər, o da Yehunun yanına gəlib dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». 012 2KI 009 020 Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır. Araba sürməyi Nimşi oğlu Yehunun sürməyinə oxşayır, çünki o dəli kimi sürür». 012 2KI 009 021 Yehoram dedi: «Arabamı qoş». Onun arabasını qoşdular. İsrail padşahı Yehoram və Yəhuda padşahı Axazya öz arabalarında Yehunu qarşılamağa çıxdılar və İzreelli Navotun tarlasında onunla rastlaşdılar. 012 2KI 009 022 Yehoram Yehunu görəndə soruşdu: «Xeyir ola, Yehu?» Yehu dedi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?» 012 2KI 009 023 Yehoram arabasını döndərdi və Axazyaya «Xəyanət, ey Axazya!» deyib qaçdı. 012 2KI 009 024 Yehu ox-kamanını çəkdi və Yehoramı kürəyindən vurdu. Ox onun ürəyindən keçib çıxdı və o öz arabasına yıxıldı. 012 2KI 009 025 Yehu padşahın köməkçisi Bidqara dedi: «Onu götürüb İzreelli Navotun tarlasına at. Yadına sal, mən səninlə birgə onun atası Axavın dalınca gedərkən Rəbb ona qarşı belə söyləmişdi: 012 2KI 009 026 “Navotun və onun oğullarının qanı dünən Mənim gözümün qabağına gəldi” bəyan edir Rəbb. “Səndən bu tarlada qisas alacağam” bəyan edir Rəbb. İndi Rəbbin sözünə görə onu götürüb tarlaya at». 012 2KI 009 027 Yəhuda padşahı Axazya bunu gördükdə Bet-Haqqan yolu ilə qaçdı. Yehu onu təqib edib dedi: «Onu da vurun». İvleam yanında olan Qur yoxuşunda onu arabada vurdular. O, Megiddoya qaçıb orada öldü. 012 2KI 009 028 Adamları onu araba ilə Yerusəlimə gətirdilər və Davudun şəhərində, atalarının yanında, öz qəbrində basdırdılar. 012 2KI 009 029 Axav oğlu Yehoramın padşahlığının on birinci ilində Axazya Yəhuda üzərində padşah olmuşdu. 012 2KI 009 030 Yehu İzreelə gəldi. İzevel bunu eşitdi. O, gözlərinə sürmə çəkib başına bəzək vurdu və pəncərədən boylanıb baxdı. 012 2KI 009 031 Yehu darvazadan girəndə İzevel dedi: «Xeyir ola, ey öz ağasını öldürən Zimri?» 012 2KI 009 032 Yehu üzünü pəncərəyə doğru qaldırıb dedi: «Kim mənimlədir, kim?» İki-üç saray xidmətçisi boylanıb ona baxdı. 012 2KI 009 033 Yehu dedi: «Onu aşağı atın». İzeveli aşağı atdılar. Qanı divarın və atların üstünə sıçradı və atlar onun cəsədini tapdaladı. 012 2KI 009 034 Yehu içəri girərək yeyib-içdi və dedi: «Bu lənətə gəlmiş qadını götürüb basdırın, çünki padşah qızıdır». 012 2KI 009 035 Onlar İzeveli basdırmaq üçün getdilər. Ancaq onun kəlləsindən, ayaqlarından və ovuclarından başqa heç nə tapmadılar. 012 2KI 009 036 Geri qayıdıb Yehuya söylədilər. O dedi: «Qulu Tişbeli İlyas vasitəsilə Rəbbin söylədiyi söz belədir: “İzreel tarlasında İzevelin ətini köpəklər yeyəcək. 012 2KI 009 037 İzevelin cəsədi İzreel tarlasına tökülmüş peyin kimi olacaq və heç kəs deyə bilməyəcək ki, bu, İzeveldir”». 012 2KI 010 001 Samariyada Axavın nəslindən olan yetmiş nəfər şahzadə var idi. Yehu İzreel başçılarına, ağsaqqallara və Axavın nəslindən olan uşaqların himayəçilərinə məktublar yazıb Samariyaya göndərdi. O belə yazdı: 012 2KI 010 002 «Ağanızın şahzadələri sizin yanınızdadır, döyüş arabalarınız və atlarınız, qalalı şəhəriniz və silahlarınız var. Bu məktub sizə çatanda 012 2KI 010 003 ağanızın şahzadələrindən ən yaxşısını, ən layiqlisini seçib onu atasının taxtında oturdun və ağanızın nəsli üçün vuruşun». 012 2KI 010 004 Onlar çox qorxub dedilər: «İki padşah ona qarşı dayana bilmədi, biz necə dayanacağıq?» 012 2KI 010 005 Saray rəisi, şəhər başçısı, ağsaqqallar və himayəçilər Yehuya xəbər göndərib dedilər: «Biz sənin qullarınıq və bizə dediyin hər şeyi edərik, heç kəsi də padşah etməyəcəyik. Sən nə istəyirsən, onu da et». 012 2KI 010 006 Yehu ikinci məktubunda onlara belə yazdı: «Əgər siz mənimlə razı olub sözümə qulaq asırsınızsa, ağanızın şahzadələrinin başlarını götürüb sabah bu vaxt İzreelə, yanıma gəlin». Yetmiş nəfər şahzadə onları tərbiyə edən şəhərin böyük adamlarının yanında qalırdı. 012 2KI 010 007 Məktub onlara çatanda onlar yetmiş nəfər şahzadəni tutub öldürdülər və başlarını səbətlərə qoyub İzreelə, Yehuya göndərdilər. 012 2KI 010 008 Qasid gəldi və ona bildirib dedi: «Şahzadələrin başlarını gətirdilər». Yehu dedi: «Onları iki qalaq edib darvazanın girişində səhərə qədər qoyun». 012 2KI 010 009 Səhəri gün Yehu bayıra çıxdı və qalxıb bütün xalqa dedi: «Sizin təqsiriniz yoxdur. Ağama mən qəsd hazırladım və onu mən öldürdüm. Bəs bunların hamısını kim qırdı? 012 2KI 010 010 Onda bilin ki, Axavın nəslinə qarşı Rəbbin söylədiyi sözlərdən heç biri hədər gedə bilməz. Rəbb Öz qulu İlyas vasitəsilə söylədiyi işi etmişdir». 012 2KI 010 011 Yehu Axavın İzreeldəki sarayında olan adamlardan sağ qalanların hamısını – onun bütün böyüklərini, yaxın adamlarını və kahinlərini qırdı, bir adamını da sağ buraxmadı. 012 2KI 010 012 Yehu Samariyaya tərəf yola düşdü. Yolda çobanlara məxsus olan Bet-Eqeddən keçəndə 012 2KI 010 013 Yəhuda padşahı Axazyanın qohumlarına rast gəldi və onlara dedi: «Siz kimsiniz?» Onlar dedilər: «Biz Axazyanın qohumlarıyıq. Padşahın və mələkənin övladlarını salamlamaq üçün gedirik». 012 2KI 010 014 Yehu dedi: «Bunları diri tutun». Onları diri tutdular və bu qırx iki nəfər adamı Bet-Eqed quyusunun yanında öldürdülər. Yehu onlardan heç birini sağ buraxmadı. 012 2KI 010 015 Yehu oradan gedəndə onu qarşılamağa gələn Rekav oğlu Yehonadava rast gəldi və onu salamlayıb dedi: «Sənin niyyətin mənim ürəyimcə olduğu kimi mənim də niyyətim sənin ürəyincədirmi?» Yehonadav «bəli» dedi. Yehu dedi: «Elə isə əlini ver». O, əlini verdi və Yehu onu öz arabasına qaldırdı. 012 2KI 010 016 Sonra dedi: «Mənimlə gəl və Rəbb üçün göstərdiyim qeyrəti gör». Onu Yehunun arabasına mindirib apardılar. 012 2KI 010 017 Yehu Samariyaya gəldi və Rəbbin İlyasa söylədiyi sözə görə Axavın Samariyada qalan bütün adamlarını tamamilə qırıb məhv etdi. 012 2KI 010 018 Yehu bütün xalqı toplayıb onlara dedi: «Axav Baala az səcdə etdi, ancaq Yehu ona çox səcdə edəcək. 012 2KI 010 019 İndi Baalın bütün peyğəmbərlərini, ona səcdə edənlərin hamısını, onun bütün kahinlərini mənim yanıma çağırın, heç kəs qalmasın, çünki Baala böyük qurbanım var. Kim gəlməsə, sağ qalmayacaq». Ancaq Yehu burada hiylə işlətdi ki, Baala səcdə edənləri məhv etsin. 012 2KI 010 020 Yehu dedi: «Baal üçün təqdis olunmuş bir toplantı çağırın». Onlar toplantı çağırdılar. 012 2KI 010 021 Yehu İsrailin hər tərəfinə xəbər göndərdi. Baala səcdə edənlərin hamısı gəldi, gəlməyən bir nəfər də qalmadı. Onlar Baal məbədinə girdilər və Baal məbədi ağzınacan adamla doldu. 012 2KI 010 022 Yehu paltarlara baxan adama dedi: «Baala səcdə edənlərin hamısı üçün əba ver». Bu adam da onlar üçün əba verdi. 012 2KI 010 023 Yehu Rekav oğlu Yehonadavla birgə Baal məbədinə girib Baala səcdə edənlərə dedi: «Axtarıb baxın, burada Rəbbə səcdə edən bir nəfər sizinlə olmasın, yalnız Baala səcdə edənlər olsun». 012 2KI 010 024 Onlar təqdimlər və yandırma qurbanları gətirmək üçün qabağa gəldilər. Yehu bayırda səksən adam qoymuşdu və onlara demişdi: «Əlinizə verdiyim bu adamlardan biri kimdən qaçıb qurtarsa, o adam əvəzində öz canını verəcək». 012 2KI 010 025 Yandırma qurbanları gətirilməsi sona çatanda Yehu öz mühafizəçilərinə və rəislərinə dedi: «İçəri girib onları qırın, heç kəs çıxa bilməsin». Mühafizəçilər və rəislər onları qılıncdan keçirib qırdılar və meyitlərini bayıra atdılar. Sonra Baal məbədinin içəri otağına girdilər. 012 2KI 010 026 Oradan Baal məbədinin büt olan sütununu çıxarıb yandırdılar. 012 2KI 010 027 Beləcə Baala qoyulan sütunu yıxdılar. Baal məbədini də dağıdıb ayaqyolu etdilər, ora bu günə qədər də belədir. 012 2KI 010 028 Beləliklə, Yehu İsraildən Baalın kökünü kəsdi. 012 2KI 010 029 Ancaq Yehu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan, Bet-Eldə və Danda olan qızıl danalara səcdə etməkdən əl çəkmədi. 012 2KI 010 030 Rəbb Yehuya dedi: «Sən gözümdə doğru olan işlər görməklə yaxşı elədin və Mənim ürəyimdə olan hər şeyə görə Axavın adamları ilə rəftar etdin. Buna görə də dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaq». 012 2KI 010 031 Ancaq Yehu bütün qəlbi ilə İsrailin Allahı Rəbbin Qanunu ilə getmək istəmədi və Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 012 2KI 010 032 Rəbb o dövrdə İsrail torpağını kəsib kiçiltməyə başladı. Xazael bütün İsrail hüdudlarında onları məğlub etdi: 012 2KI 010 033 İordan çayının şərq tərəfindəki Qadlılara, Ruvenlilərə və Menaşşelilərə məxsus olan bütün Gilead torpağını, Arnon vadisinin kənarında olan Aroerdən Gileada və Başana qədər hər tərəfi zəbt etdi. 012 2KI 010 034 Yehunun qalan işləri, etdiyi hər şey və onun bütün hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 010 035 Yehu ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yehoaxaz padşah oldu. 012 2KI 010 036 Yehunun Samariyada İsrail üzərində padşahlıq etdiyi müddət iyirmi səkkiz il idi. 012 2KI 011 001 Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb bütün padşah nəslini məhv etdi. 012 2KI 011 002 Ancaq padşah Yehoramın qızı, Axazyanın bacısı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Beləcə Yoaşı Atalyadan gizlətdilər və o öldürülmədi. 012 2KI 011 003 O, altı il gizli olaraq Rəbbin məbədində dayəsi ilə birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi. 012 2KI 011 004 Yeddinci ildə Yehoyada Karyalıların və mühafizəçilərin yüzbaşılarını çağırtdırdı, onları öz yanına – Rəbbin məbədinin içərisinə gətirdi. Orada bu adamlarla əhd kəsib onları and içdirdi və şahzadəni onlara göstərdi. 012 2KI 011 005 Sonra Yehoyada onlara əmr edib dedi: «Siz belə edin: Şənbə günü növbə çəkənlərinizin üçdə biri sarayın keşiyini çəksin, 012 2KI 011 006 üçdə biri Sur darvazasında dursun, üçdə biri isə mühafizəçilərin arxasındakı darvazada dayansın. Beləcə sarayın keşiyini çəkin. 012 2KI 011 007 Sizin iki bölüyünüz – Şənbə günü növbə çəkməyənlərin hamısı padşahın tərəfində olub Rəbbin məbədinin keşiyini çəksin. 012 2KI 011 008 Hər kəs silahı əlində padşahı əhatəyə alsın, cərgələrinizə girən öldürülsün. Padşah girib-çıxdığı vaxt onunla olun». 012 2KI 011 009 Yüzbaşılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər: hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürüb kahin Yehoyadanın yanına gəldi. 012 2KI 011 010 Kahin yüzbaşılara Rəbbin məbədində olan padşah Davudun nizələrini və qalxanlarını verdi. 012 2KI 011 011 Mühafizəçilər məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında dayandılar. Hər kəsin silahı əlində idi. 012 2KI 011 012 Kahin şahzadəni irəli çıxartdı və tacı başına qoyub şəhadətnaməni ona verdi. Onu padşah olmaq üçün məsh etdilər və əl çalıb «Yaşasın padşah!» dedilər. 012 2KI 011 013 Atalya mühafizəçilərin və xalqın səsini eşidəndə xalqın yanına, Rəbbin məbədinə gəldi. 012 2KI 011 014 O baxıb gördü ki, padşah qaydaya görə sütunun yanında dayanmış, rəislər və kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!» 012 2KI 011 015 Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşılara əmr edib dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələni qılıncla öldürün». Çünki kahin «qoy o, Rəbbin məbədində öldürülməsin» demişdi. 012 2KI 011 016 Atalyanı tutdular, onu atların girdiyi darvazadan saraya gətirdilər və orada öldürüldü. 012 2KI 011 017 Yehoyada Rəbb ilə padşah və xalq arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. O, padşahla xalq arasında da əhd kəsdi. 012 2KI 011 018 Bütün ölkə xalqı Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər, Baal kahini Mattanı qurbangahların önündə öldürdülər. Kahin Rəbbin məbədinə gözətçilər qoydu. 012 2KI 011 019 O, yüzbaşıları, Karyalıları, mühafizəçiləri, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və mühafizəçilər darvazasının yolu ilə saraya gəldilər. Yoaş padşahların taxtında oturdu. 012 2KI 011 020 Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi. Çünki Atalyanı padşah sarayında qılıncla öldürmüşdülər. 012 2KI 011 021 Yoaş padşah olduğu vaxt yeddi yaşında idi. 012 2KI 012 001 Yehunun padşahlığının yeddinci ilində Yoaş padşah oldu və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi. 012 2KI 012 002 Kahin Yehoyada Yoaşı öyrətdiyi dövr ərzində Rəbbin gözündə doğru olan işlər etdi. 012 2KI 012 003 Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 012 2KI 012 004 Yoaş kahinlərə dedi: «Müqəddəs şeylər kimi Rəbbin məbədinə gətirilən gümüşü, siyahıyaalma zamanı toplanmış gümüşü, hər kəsin öz canı əvəzinə verdiyi gümüşü və Rəbbin məbədinə gətirmək üçün hər kəsin ürəyi istədiyi qədər verdiyi gümüşün hamısını 012 2KI 012 005 kahinlərin hər biri öz xəzinədarından götürsün və məbəddə harada uçuq bir yer varsa, o uçuqları özləri təmir etsin». 012 2KI 012 006 Ancaq padşah Yoaşın padşahlığının iyirmi üçüncü ilində kahinlər hələ məbədin uçuqlarını təmir etməmişdilər. 012 2KI 012 007 Padşah Yoaş kahin Yehoyadanı və o biri kahinləri çağırıb onlara dedi: «Nə üçün siz məbədin uçuqlarını təmir etmirsiniz? İndi daha xəzinədarlarınızdan özünüz üçün gümüş almayın, qoy bu gümüş məbədin uçuqlarının təmiri üçün verilsin». 012 2KI 012 008 Kahinlər razı oldular ki, daha xalqdan gümüş almasınlar və məbədin uçuqlarını da özləri təmir etməsinlər. 012 2KI 012 009 Kahin Yehoyada bir sandıq götürdü və onun qapağında dəlik açdı. Onu qurbangahın yanına, Rəbbin məbədinə girən yerdə sağ tərəfə qoydu. Astana keşikçisi olan kahinlər Rəbbin məbədinə gətirilən gümüşün hamısını oraya qoyardı. 012 2KI 012 010 Sandıqda çoxlu gümüş olduğunu görəndə padşahın mirzəsi və baş kahin gələrək Rəbbin məbədində tapılan gümüşü torbalara doldurub tərəzidə çəkirdilər. 012 2KI 012 011 Çəkilən gümüşü Rəbbin məbədinin işinə nəzarət edən rəislərə verirdilər. Onlar da bunu Rəbbin məbədində işləyən dülgərlərə, ustalara, 012 2KI 012 012 bənnalara, daşyonanlara, Rəbbin məbədinin uçuqlarını təmir etmək üçün taxta və yonulmuş daşlar satın alan adamlara verir və məbədin bütün təmir işlərinə xərcləyirdilər. 012 2KI 012 013 Ancaq Rəbbin məbədinə gətirilmiş gümüşdən məbəd üçün gümüş kasalar, maqqaşlar, piyalələr, kərənaylar və qızıl yaxud gümüş qablar düzəldilmirdi. 012 2KI 012 014 Çünki gümüşü iş görənlərə verirdilər və onunla Rəbbin məbədini təmir edirdilər. 012 2KI 012 015 İş görənlərə vermək üçün əllərinə gümüş verdikləri adamlardan hesabat istəmirdilər, çünki onlar sədaqətlə çalışırdılar. 012 2KI 012 016 Təqsir təqdimlərinin və günah təqdimlərinin gümüşü Rəbbin məbədinə gətirilmədi, çünki o, kahinlərin idi. 012 2KI 012 017 O vaxt Aram padşahı Xazael gəldi və Qata hücum edib oranı aldı. Sonra o, Yerusəlimə hücum etməyə yönəldi. 012 2KI 012 018 Yəhuda padşahı Yoaş babaları olan Yəhuda padşahları Yehoşafatın, Yehoramın və Axazyanın təqdis etdiyi bütün şeyləri, özünün təqdis etdiyi şeyləri, Rəbbin məbədinin və sarayın xəzinələrində tapılan bütün qızılı götürüb Aram padşahı Xazaelə göndərdi. O da Yerusəlimdən geri çəkildi. 012 2KI 012 019 Yoaşın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 012 020 Əyanları qalxıb ona qəsd hazırladılar və Sillaya enən yoldakı Bet-Milloda Yoaşı vurdular. 012 2KI 012 021 Onu vuranlar əyanları Şimeat oğlu Yozakar və Şomer oğlu Yehozavad idi. Yoaş ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Amasya padşah oldu. 012 2KI 013 001 Yəhuda padşahı Axazya oğlu Yoaşın padşahlığının iyirmi üçüncü ilində Yehunun oğlu Yehoaxaz Samariyada İsrail üzərində padşah oldu və on yeddi il padşahlıq etdi. 012 2KI 013 002 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahların dalınca getdi, onlardan əl çəkmədi. 012 2KI 013 003 İsrailə qarşı Rəbbin qəzəbi alovlandı və Yehoaxazın bütün ömrü boyu onları Aram padşahı Xazaelin və Xazaelin oğlu Ben-Hadadın əlinə verdi. 012 2KI 013 004 Yehoaxaz Rəbbə üz tutub yalvardı və Rəbb onu eşitdi, çünki İsraillilərin əzabını və Aram padşahının onlara necə zülm etdiyini gördü. 012 2KI 013 005 Rəbb İsraillilərə bir xilaskar verdi və onlar Aramın əsarəti altından çıxdılar. İsraillilər əvvəlki kimi öz torpaqlarında yaşadılar. 012 2KI 013 006 Ancaq onlar Yarovam nəslinin İsrailə etdirdiyi günahlardan əl çəkmədilər və bu günahların dalınca getdilər, Aşera bütü də Samariyada qalırdı. 012 2KI 013 007 Əlli süvaridən, on döyüş arabasından və on min piyadadan başqa, Yehoaxazın daha qoşunu qalmadı, çünki Aram padşahı onları xırmanda toz kimi əzmişdi. 012 2KI 013 008 Yehoaxazın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 013 009 Yehoaxaz ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yoaş padşah oldu. 012 2KI 013 010 Yəhuda padşahı Yoaşın padşahlığının otuz yeddinci ilində Yehoaxaz oğlu Yoaş Samariyada İsrail üzərində padşah oldu və on altı il padşahlıq etdi. 012 2KI 013 011 O, Rəbbin gözündə pis olan işlər etdi, Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi və bu günahların dalınca getdi. 012 2KI 013 012 Yoaşın qalan işləri, etdiyi hər şey və Yəhuda padşahı Amasya ilə döyüşdə göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 013 013 Yoaş ataları ilə uyudu və onun taxtında Yarovam oturdu. Yoaş Samariyada İsrail padşahlarının yanında basdırıldı. 012 2KI 013 014 Elişa ölümcül halda xəstələnmişdi. İsrail padşahı Yoaş ona baş çəkmək üçün yanına gəldi və ağlayıb dedi: «Atam, ey atam! İsrailin arabası və atlıları!» 012 2KI 013 015 Elişa ona dedi: «Kaman və oxlar götür». O, kaman və oxlar götürdü. 012 2KI 013 016 Elişa İsrail padşahına dedi: «Kamanı çək». O, kamanı çəkdi. Elişa əllərini padşahın əlləri üstünə qoydu. 012 2KI 013 017 Sonra dedi: «Şərq tərəfdəki pəncərəni aç». O açdı. Elişa «oxu at» dedi. O atdı. Elişa dedi: «Bu, Rəbbin qurtuluş oxu, Arama qarşı qurtuluş oxudur! Sən Aramlıları Afeqdə axıra qədər qıracaqsan». 012 2KI 013 018 Sonra dedi: «Oxları götür». O götürdü. Elişa İsrail padşahına dedi: «Yerə vur». O, üç dəfə vurub dayandı. 012 2KI 013 019 Allah adamı ona qəzəblənib dedi: «Beş-altı dəfə vurmalı idin. Onda Aramlıları axıra qədər qıra bilərdin, indi isə onları üç dəfə qıracaqsan». 012 2KI 013 020 Elişa öldü və onu basdırdılar. Moavlıların dəstələri hər bahar fəslində ölkəyə gələrdi. 012 2KI 013 021 Bir dəfə bir nəfəri basdırarkən adamlar bir dəstə gördülər və ölünü Elişanın qəbrinə atdılar. Ölü düşüb Elişanın sümüklərinə toxunan kimi dirildi və ayaq üstə qalxdı. 012 2KI 013 022 Yehoaxazın bütün ömrü boyu Aram padşahı Xazael İsraillilərə zülm etdi. 012 2KI 013 023 Ancaq Rəbb İbrahim, İshaq və Yaqubla etdiyi əhdindən ötrü lütf və mərhəmət göstərib onlara tərəf üz tutdu, onları məhv etmək istəmədi və indiyə qədər Öz hüzurundan kənar etmədi. 012 2KI 013 024 Aram padşahı Xazael öldü və yerinə oğlu Ben-Hadad padşah oldu. 012 2KI 013 025 Yehoaxaz oğlu Yoaş müharibədə atası Yehoaxazın əlindən alınan şəhərləri Xazaelin oğlu Ben-Hadadın əlindən aldı. Yoaş Aramlıları üç dəfə qırıb İsrail şəhərlərini geri aldı. 012 2KI 014 001 İsrail padşahı Yehoaxaz oğlu Yoaşın padşahlığının ikinci ilində Yəhuda padşahı Yoaşın oğlu Amasya padşah oldu. 012 2KI 014 002 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi. 012 2KI 014 003 Amasya atası Yoaşın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, amma babası Davud kimi deyildi. 012 2KI 014 004 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 012 2KI 014 005 Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü. 012 2KI 014 006 Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir». 012 2KI 014 007 O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir. 012 2KI 014 008 O vaxt Amasya İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına qasidlər göndərib dedi: «Gəl, qarşılaşaq». 012 2KI 014 009 İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı. 012 2KI 014 010 Əlbəttə, sən Edomluları qırdın və ürəyin qürurlandı. Bununla öyün və öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?» 012 2KI 014 011 Ancaq Amasya qulaq asmadı. İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı. 012 2KI 014 012 Yəhudalılar İsraillilərin önündə məğlub oldular və hər kəs öz evinə qaçdı. 012 2KI 014 013 İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutdu. Yoaş Yerusəlimə gəlib şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu. 012 2KI 014 014 Rəbbin məbədində və sarayın xəzinələrində tapılan bütün qızıl-gümüşü, bütün əşyaları apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı. 012 2KI 014 015 Yoaşın qalan işləri, onun hünəri və Yəhuda padşahı Amasya ilə necə vuruşduğu barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 014 016 Yoaş ataları ilə uyudu və Samariyada İsrail padşahlarının yanında basdırıldı. Onun yerinə oğlu Yarovam padşah oldu. 012 2KI 014 017 Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı. 012 2KI 014 018 Amasyanın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 014 019 Yerusəlimdə Amasyaya qəsd hazırladılar. O, Lakişə qaçdı. Lakişə onun dalınca adamlar göndərib orada onu öldürdülər. 012 2KI 014 020 Onu atlar üstündə gətirib Yerusəlimdə, Davudun şəhərində, atalarının yanında basdırdılar. 012 2KI 014 021 Bütün Yəhuda xalqı on altı yaşlı Azaryanı götürüb atası Amasyanın yerinə padşah etdi. 012 2KI 014 022 Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb oranı tikdi. 012 2KI 014 023 Yəhuda padşahı Yoaş oğlu Amasyanın padşahlığının on beşinci ilində Yoaş oğlu Yarovam Samariyada İsrail üzərində padşah oldu və qırx bir il padşahlıq etdi. 012 2KI 014 024 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi. 012 2KI 014 025 Qulu Qat-Xeferli peyğəmbər Amittay oğlu Yunus vasitəsilə İsrailin Allahı Rəbbin söylədiyi sözə görə o, Xamat keçidindən Arava dənizinə qədər İsrail torpaqlarını geri aldı. 012 2KI 014 026 Çünki Rəbb İsraillilərin acı fəlakətini görmüşdü: istər kölə olsun, istər azad, İsraillilərə kömək edən bir kəs olmadı. 012 2KI 014 027 Rəbb heç vaxt İsrailin adını göylər altından siləcəyini deməmişdi, buna görə də Yoaş oğlu Yarovamın vasitəsilə onlara qurtuluş verdi. 012 2KI 014 028 Yarovamın qalan işləri, etdiyi hər şey, onun hünəri, necə vuruşduğu və əvvəllər Yəhudaya məxsus olan Dəməşqi və Xamatı İsrailə necə qaytarması barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 014 029 Yarovam ataları İsrail padşahları ilə uyudu və yerinə oğlu Zəkəriyyə padşah oldu. 012 2KI 015 001 İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu. 012 2KI 015 002 O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi. 012 2KI 015 003 Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 012 2KI 015 004 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 012 2KI 015 005 Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi. 012 2KI 015 006 Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 015 007 Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu. 012 2KI 015 008 Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi. 012 2KI 015 009 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 012 2KI 015 010 Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu. 012 2KI 015 011 Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 015 012 Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu. 012 2KI 015 013 Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi. 012 2KI 015 014 Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu. 012 2KI 015 015 Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 015 016 O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı. 012 2KI 015 017 Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi. 012 2KI 015 018 O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 012 2KI 015 019 Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun. 012 2KI 015 020 Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı. 012 2KI 015 021 Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 015 022 Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu. 012 2KI 015 023 Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi. 012 2KI 015 024 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 012 2KI 015 025 Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu. 012 2KI 015 026 Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 015 027 Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi. 012 2KI 015 028 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 012 2KI 015 029 İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi. 012 2KI 015 030 Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu. 012 2KI 015 031 Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 015 032 İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu. 012 2KI 015 033 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi. 012 2KI 015 034 Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 012 2KI 015 035 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi. 012 2KI 015 036 Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 015 037 Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı. 012 2KI 015 038 Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu. 012 2KI 016 001 Remalya oğlu Peqahın padşahlığının on yeddinci ilində Yotam oğlu Axaz Yəhuda üzərində padşah oldu. 012 2KI 016 002 Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Allahı Rəbbin gözündə doğru olan işlər etmədi. 012 2KI 016 003 Axaz İsrail padşahlarının yolu ilə getdi və Rəbbin İsrail övladlarının önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğlunu oda qurban verdi. 012 2KI 016 004 O, səcdəgahlarda, təpələr üstündə və hər kölgəli ağac altında qurban gətirir və buxur yandırırdı. 012 2KI 016 005 Onda Aram padşahı Resin və İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimin üzərinə hücum etdilər və Axazı mühasirəyə aldılar, ancaq onu məğlub edə bilmədilər. 012 2KI 016 006 O vaxt Aram padşahı Resin Elatı Arama qaytardı və Yəhudalıları Elatdan qovub çıxartdı. Edomlular Elata girdilər və bu günə qədər orada yaşayırlar. 012 2KI 016 007 Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar». 012 2KI 016 008 Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi. 012 2KI 016 009 Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü. 012 2KI 016 010 Padşah Axaz Aşşur padşahı Tiqlat-Pileseri qarşılamaq üçün Dəməşqə getdi. O, Dəməşqdə olan qurbangahı gördü, qurbangahın bütün quruluşunu və təsvirini kahin Uriyaya göndərdi. 012 2KI 016 011 Kahin Uriya padşah Axazın Dəməşqdən göndərdiyi bütün şeylərə görə bir qurbangah düzəltdi. O, padşah Dəməşqdən qayıdana qədər bunu etdi. 012 2KI 016 012 Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü. O yaxınlaşıb qurbangahın üstünə qalxdı. 012 2KI 016 013 Qurbangahın üstündə öz yandırma qurbanını və taxıl təqdimini yandırdı, tökmə təqdimini tökdü və ünsiyyət qurbanlarının qanını oraya səpdi. 012 2KI 016 014 Rəbbin önündə olan tunc qurbangahı məbədin qabaq tərəfindən, öz qurbangahı ilə Rəbbin məbədi arasından gətirdi və onu öz qurbangahının şimal tərəfinə qoydu. 012 2KI 016 015 Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq». 012 2KI 016 016 Kahin Uriya da padşah Axazın əmr etdiyi hər şeyi yerinə yetirdi. 012 2KI 016 017 Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu. 012 2KI 016 018 Şənbə günü üçün məbəddə düzəldilmiş bağlı yeri və padşahın bayırdakı giriş yerini Aşşur padşahından ötrü Rəbbin məbədindən götürdü. 012 2KI 016 019 Axazın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 016 020 Axaz ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Xizqiya padşah oldu. 012 2KI 017 001 Yəhuda padşahı Axazın padşahlığının on ikinci ilində Ela oğlu Huşə Samariyada İsrail üzərində padşah oldu və doqquz il padşahlıq etdi. 012 2KI 017 002 O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq özündən əvvəlki İsrail padşahları kimi deyildi. 012 2KI 017 003 Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi. 012 2KI 017 004 Amma Aşşur padşahı Huşənin xəyanət etdiyini gördü, çünki o həm Misir padşahı Sonun yanına qasidlər göndərmişdi, həm də hər il olduğu kimi Aşşur padşahına xərac verməmişdi. Buna görə də Aşşur padşahı onu tutub zindana saldı. 012 2KI 017 005 Aşşur padşahı bütün ölkəyə hücum etdi. O, Samariyaya yaxınlaşdı və oranı üç il mühasirədə saxladı. 012 2KI 017 006 Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi. 012 2KI 017 007 Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər. 012 2KI 017 008 Onların önündən Rəbbin qovduğu millətlərin adətlərinə və İsrail padşahlarının qoyduğu qanunlara görə davranmışdılar. 012 2KI 017 009 Gizlində özlərinin Allahı Rəbbə qarşı doğru olmayan işlər etmişdilər. Məskən saldıqları hər yerdə keşikçi qülləsindən qalalı şəhərə qədər özləri üçün səcdəgahlar tikmişdilər. 012 2KI 017 010 Hər hündür təpənin üstündə, hər kölgəli ağacın altında sütunlar və Aşera bütləri qoymuşdular. 012 2KI 017 011 Onların önündən Rəbbin qovduğu millətlərin etdiyi kimi bütün bu səcdəgahlarda buxur yandırmış və pis işlər görüb Rəbbi qəzəbləndirmişdilər. 012 2KI 017 012 Rəbb onlara «belə etməyin» söylədiyinə baxmayaraq, onlar bütlərə qulluq etmişdilər. 012 2KI 017 013 Rəbb bütün peyğəmbərləri və görücüləri vasitəsilə İsraillilərə və Yəhudalılara xəbərdarlıq edib demişdi: «Pis yolunuzdan dönün. Atalarınıza buyurduğum və qullarım peyğəmbərlər vasitəsilə sizə öyrətdiyim Qanunda olan bütün əmrlərimə və qanunlarıma əməl edin». 012 2KI 017 014 Ancaq onlar bu sözlərə qulaq asmamışdılar və iman etməyən ataları kimi özlərinin Allahı Rəbbə boyun əyməmişdilər. 012 2KI 017 015 Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar. 012 2KI 017 016 Özlərinin Allahı Rəbbin bütün əmrlərindən üz döndərib iki tökmə dana bütü və Aşera bütü düzəltmişdilər, bütün səma cisimlərinə səcdə etmişdilər və Baala qulluq etmişdilər. 012 2KI 017 017 Oğullarını və qızlarını oda qurban vermişdilər, falçılıq və baxıcılıq etmişdilər. Rəbbin gözündə pis olan işlərə özlərini təslim edib Onu qəzəbləndirmişdilər. 012 2KI 017 018 Buna görə də Rəbb İsraillilərə qəzəblənib onlardan üz döndərdi. Yalnız Yəhuda qəbiləsindən başqa heç biri qalmadı. 012 2KI 017 019 Yəhudalılar da özlərinin Allahı Rəbbin əmrlərinə əməl etməmişdilər və İsraillilərin qoyduğu adətlərlə davranmışdılar. 012 2KI 017 020 Rəbb bütün İsrail nəslindən üz döndərərək onları alçaldıb soyğunçulara təslim etdi və nəhayət, onları hüzurundan kənara atdı. 012 2KI 017 021 Rəbb İsraili Davud sülaləsindən alıb ayırmışdı və İsraillilər Nevat oğlu Yarovamı padşah etmişdilər. Yarovam onları Rəbbin yolundan azdırmışdı və onlara böyük günahlar etdirmişdi. 012 2KI 017 022 İsrail övladları Yarovamın etdiyi bütün günahlara görə davranmışdılar və bu günahlardan əl çəkməmişdilər. 012 2KI 017 023 Rəbb Öz qulu olan bütün peyğəmbərlər vasitəsilə söylədiyi kimi, nəhayət, İsraillilərdən üz döndərdi. Onlar öz torpaqlarından Aşşur torpağına sürgün olundular və bu günə qədər belədir. 012 2KI 017 024 Aşşur padşahı Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib İsrail övladlarının yerinə Samariyanın şəhərlərində yerləşdirdi. Onlar Samariyaya sahib oldular və oranın şəhərlərində yaşadılar. 012 2KI 017 025 Onlar orada yaşamağa başlayanda Rəbbə sitayiş etmirdilər. Rəbb də üstlərinə şirlər göndərdi və şirlər onları öldürməyə başladı. 012 2KI 017 026 Onlar Aşşur padşahına dedilər: «Sürgün edib Samariyanın şəhərlərində yerləşdirdiyin millətlər bu ölkə Allahının adətlərini bilmirlər. O Allah da üstlərinə şirlər göndərdi və şirlər onları öldürür, çünki bu adamlar ölkə Allahının adətlərini bilmirlər». 012 2KI 017 027 Aşşur padşahı əmr edib dedi: «Oradan sürgün etdiyiniz kahinlərdən birini geri qaytarın, adamları ilə gedib orada yaşasın və ölkə Allahının adətlərini onlara öyrətsin». 012 2KI 017 028 Samariyadan sürgün etdikləri kahinlərdən biri gəlib Bet-Eldə yaşadı və Rəbbə necə sitayiş etməyi onlara öyrətməyə başladı. 012 2KI 017 029 Ancaq hər millət öz allahının bütünü düzəltdi. Onları yaşadıqları şəhərlərdə Samariyalıların səcdəgahlarda tikdikləri məbədlərə qoydular: 012 2KI 017 030 Babillilər Sukkot-Benot bütünü, Kutalılar Nerqal bütünü, Xamatlılar Aşima bütünü, 012 2KI 017 031 Avvalılar Nivxaz və Tartaq bütlərini düzəltdilər. Sefarvayimlilər isə oğullarını Sefarvayim allahları Adrammelek və Anammelek üçün odda yandırırdılar. 012 2KI 017 032 Onlar Rəbbə də sitayiş edirdilər. Səcdəgahların məbədlərində xidmət etmək üçün öz aralarından kahinlər seçib qoydular. 012 2KI 017 033 Onlar həm Rəbbə, həm də aralarından sürgün olunduqları millətlərin adətlərinə görə öz allahlarına sitayiş edirdilər. 012 2KI 017 034 Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər. 012 2KI 017 035 Rəbb Yaqub övladları ilə əhd etmişdi və onlara əmr edib demişdi: «Başqa allahlara sitayiş və səcdə etməyin, onlara qulluq edib qurban gətirməyin. 012 2KI 017 036 Ancaq böyük qüdrəti və uzatdığı əli ilə sizi Misir torpağından çıxaran Rəbbə sitayiş və səcdə edin, Ona qurban gətirin. 012 2KI 017 037 Sizin üçün yazdığı qaydalara, hökmlərə, qanunlara və əmrlərə həmişə diqqətlə əməl edin və başqa allahlara sitayiş etməyin. 012 2KI 017 038 Sizinlə bağladığım əhdi unutmayın. Başqa allahlara deyil, 012 2KI 017 039 yalnız Allahınız Rəbbə sitayiş etsəniz, O sizi bütün düşmənlərinizin əlindən qurtarar». 012 2KI 017 040 Ancaq onlar bu sözlərə qulaq asmadılar və bu günə qədər də özlərinin əvvəlki adətlərinə görə davranırlar. 012 2KI 017 041 Beləcə bu millətlər həm Rəbbə, həm də öz bütlərinə sitayiş edirdilər. Ataları necə edirdisə, oğulları və nəvələri də bu günə qədər belə edirlər. 012 2KI 018 001 İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu. 012 2KI 018 002 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi. 012 2KI 018 003 Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 012 2KI 018 004 O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştan qoyub o vaxta qədər ona buxur yandırırdılar. 012 2KI 018 005 Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı. 012 2KI 018 006 O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi. 012 2KI 018 007 Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı. 012 2KI 018 008 Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı. 012 2KI 018 009 Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı. 012 2KI 018 010 Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı. 012 2KI 018 011 Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi. 012 2KI 018 012 Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər. 012 2KI 018 013 Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. 012 2KI 018 014 Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi. 012 2KI 018 015 Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi. 012 2KI 018 016 O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi. 012 2KI 018 017 Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar. 012 2KI 018 018 Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı. 012 2KI 018 019 Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? 012 2KI 018 020 Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? 012 2KI 018 021 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. 012 2KI 018 022 Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsiniz. Məgər bu həmin Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız Yerusəlimdəki bu qurbangahın önündə səcdə edin› demədimi? 012 2KI 018 023 İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. 012 2KI 018 024 Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! 012 2KI 018 025 Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”». 012 2KI 018 026 Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». 012 2KI 018 027 Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər». 012 2KI 018 028 Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! 012 2KI 018 029 Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək. 012 2KI 018 030 Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. 012 2KI 018 031 Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. 012 2KI 018 032 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız. ‹Rəbb bizi qurtaracaq› deyib sizi azdıran Xizqiyaya qulaq asmayın. 012 2KI 018 033 Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? 012 2KI 018 034 Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin, Henanın və Avvanın allahları? Onlar Samariyanı mənim əlimdən qurtardılarmı? 012 2KI 018 035 Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”» 012 2KI 018 036 Xalq susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. 012 2KI 018 037 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar. 012 2KI 019 001 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 012 2KI 019 002 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 012 2KI 019 003 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 012 2KI 019 004 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”». 012 2KI 019 005 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 012 2KI 019 006 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 012 2KI 019 007 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”». 012 2KI 019 008 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 012 2KI 019 009 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi: 012 2KI 019 010 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 012 2KI 019 011 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 012 2KI 019 012 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı? 012 2KI 019 013 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”» 012 2KI 019 014 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 012 2KI 019 015 Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 012 2KI 019 016 Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as. 012 2KI 019 017 Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər, 012 2KI 019 018 allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər. 012 2KI 019 019 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!» 012 2KI 019 020 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”. 012 2KI 019 021 Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır. 012 2KI 019 022 Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə! 012 2KI 019 023 Qasidlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl sərv ağaclarını kəsdim, Ən son məskəninə, Yaşıl meşələrinə girdim. 012 2KI 019 024 Quyu qazdım və özgə sularını içdim, Misirin bütün çaylarını ayağımla qurutdum›. 012 2KI 019 025 Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən. 012 2KI 019 026 Bu şəhərlərin sakinləri zəiflədi, Çaşqınlığa və xəcalətə düşdülər. Yetişməmişdən əvvəl yandırılan Çöl otu, göyərti və damda bitən ot kimi oldular. 012 2KI 019 027 Sənin oturuşunu, Girişini-çıxışını, Mənə qarşı hiddətini bilirəm. 012 2KI 019 028 Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam. 012 2KI 019 029 Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin. 012 2KI 019 030 Yəhuda nəslindən xilas olub qalanlar Yenə aşağıya doğru kök atacaqlar, Yuxarıya doğru bəhrə verəcəklər. 012 2KI 019 031 Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaqlar. Rəbbin qeyrəti bunu edəcək”. 012 2KI 019 032 Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir: “O bu şəhərə girməyəcək, Oraya ox atmayacaq, Qarşısına qalxanla çıxmayacaq, Qala önündə torpaq qalağı qurmayacaq. 012 2KI 019 033 Ancaq gəldiyi yolla geri qayıdacaq, Bu şəhərə girməyəcək” Rəbb belə bəyan edir. 012 2KI 019 034 “Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”». 012 2KI 019 035 O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. 012 2KI 019 036 Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. 012 2KI 019 037 O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu. 012 2KI 020 001 O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”». 012 2KI 020 002 Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: 012 2KI 020 003 «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı. 012 2KI 020 004 Yeşaya hələ orta həyətdən çıxmamış ona Rəbbin bu sözü nazil oldu: 012 2KI 020 005 «Qayıt, Mənim xalqımın hökmdarı Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. İndi Mən səni sağaldıram və üçüncü gün Rəbbin məbədinə qalxacaqsan. 012 2KI 020 006 Sənin ömrünü on beş il artırıram. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam, onu Özüm üçün və qulum Davudun xatirinə qoruyacağam”». 012 2KI 020 007 Sonra Yeşaya «əncir kündəsi götürün» dedi. Bunu götürüb çibanın üstünə qoydular və padşah sağaldı. 012 2KI 020 008 Xizqiya Yeşayaya demişdi: «Rəbbin məni sağaldacağına və üçüncü gün Rəbbin məbədinə qalxacağıma əlamət nədir?» 012 2KI 020 009 Yeşaya dedi: «Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: sənin istəyinə görə kölgə ya on dərəcə qabağa gedəcək ya da on dərəcə geri çəkiləcək». 012 2KI 020 010 Xizqiya dedi: «Kölgə üçün on dərəcə qabağa getmək asandır. Qoy on dərəcə geri çəkilsin». 012 2KI 020 011 Peyğəmbər Yeşaya Rəbbi çağırdı, Rəbb də Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəni on dərəcə geri çəkdi. 012 2KI 020 012 O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini eşitmişdi. 012 2KI 020 013 Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan bütün şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarını elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün ölkəsində onlara göstərmədiyi bir şey qalmadı. 012 2KI 020 014 Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib ona dedi: «Bu adamlar nə dedilər? Sənin yanına haradan gəldilər?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». 012 2KI 020 015 Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı». 012 2KI 020 016 Yeşaya Xizqiyaya dedi: «Rəbbin sözünü dinlə: 012 2KI 020 017 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. 012 2KI 020 018 “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaq”». 012 2KI 020 019 Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq. Bu, yaxşı deyilmi?» 012 2KI 020 020 Xizqiyanın qalan işləri, onun bütün hünəri, hovuz və su kəməri düzəldib suyu necə şəhərə gətirməsi barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 020 021 Xizqiya ataları ilə uyudu və yerinə oğlu Menaşşe padşah oldu. 012 2KI 021 001 Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. Anasının adı Xefsivah idi. 012 2KI 021 002 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi. 012 2KI 021 003 Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi. 012 2KI 021 004 Rəbbin «adımı Yerusəlimdə qoyacağam» dediyi məbədində Menaşşe qurbangahlar tikməyə başladı. 012 2KI 021 005 Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi. 012 2KI 021 006 O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi. 012 2KI 021 007 Düzəltdiyi oyma Aşera bütünü məbədə qoydu. Rəbb Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam. 012 2KI 021 008 Əgər Mənim onlara buyurduqlarıma və qulum Musanın onlara əmr etdiyi bütün Qanuna əməl etsələr, İsrailliləri atalarına verdiyim torpaqdan didərgin düşməyə qoymayacağam». 012 2KI 021 009 Ancaq onlar bu sözlərə qulaq asmadılar. İsrail övladlarının önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün Menaşşe onları yoldan çıxartdı. 012 2KI 021 010 Rəbb Öz qulları peyğəmbərlər vasitəsilə dedi: 012 2KI 021 011 «Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi. 012 2KI 021 012 Buna görə də İsrailin Allahı Rəbb belə deyir: “Mən Yerusəlimin və Yəhudanın üzərinə elə bir bəla gətirəcəyəm ki, bunu eşidən hər kəsin qulaqları cingildəyəcək. 012 2KI 021 013 Samariyanı ölçdüyüm ipi və Axav nəslinin üstünə çəkdiyim şaqulu Yerusəlimin üzərinə də çəkəcəyəm. Bir nəfər boşqabı necə silib üzüstə çevirirsə, Mən də Yerusəlimi elə siləcəyəm. 012 2KI 021 014 İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək. 012 2KI 021 015 Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”». 012 2KI 021 016 Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı. 012 2KI 021 017 Menaşşenin qalan işləri, etdiyi hər şey və elədiyi günah barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 021 018 Menaşşe ataları ilə uyudu və öz sarayının bağçasında – Uzza bağçasında basdırıldı. Onun yerinə oğlu Amon padşah oldu. 012 2KI 021 019 Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi. 012 2KI 021 020 O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 012 2KI 021 021 Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi. 012 2KI 021 022 Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi. 012 2KI 021 023 Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər. 012 2KI 021 024 Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi. 012 2KI 021 025 Amonun qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 021 026 O, Uzza bağçasında, öz qəbrində basdırıldı. Onun yerinə oğlu Yoşiya padşah oldu. 012 2KI 022 001 Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. Anası Bosqatlı Adayanın qızı olub adı Yedida idi. 012 2KI 022 002 O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolu ilə gedərək ondan kənara çıxmadı. 012 2KI 022 003 Yoşiyanın padşahlığının on səkkizinci ilində padşah mirzə Meşullam oğlu Asalya oğlu Şafanı Rəbbin məbədinə göndərib dedi: 012 2KI 022 004 «Baş kahin Xilqiyanın yanına get. Qoy o, astana keşikçilərinin xalqdan yığdıqları Rəbbin məbədinə gətirilən pulu tərəzidə çəksin. 012 2KI 022 005 Onu Rəbbin məbədinin işinə nəzarət edənlərə versinlər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə – 012 2KI 022 006 dülgərlərə, ustalara, bənnalara, məbədi təmir etmək üçün taxta və yonulmuş daş alanlara versinlər. 012 2KI 022 007 Ancaq əllərinə verilən pulun hesabı onlarla aparılmasın, çünki sədaqətlə çalışırlar». 012 2KI 022 008 Baş kahin Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi və Şafan onu oxudu. 012 2KI 022 009 Mirzə Şafan padşahın yanına gəldi və ona xəbər gətirib dedi: «Qulların məbəddə tapılan pulu boşaltdılar və onu Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər». 012 2KI 022 010 Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu. 012 2KI 022 011 Padşah Qanun kitabının sözlərini eşidəndə paltarını cırdı. 012 2KI 022 012 Padşah kahin Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Akbora, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi: 012 2KI 022 013 «Gedin, tapılmış bu kitabın sözlərinə görə mənim üçün, xalq və bütün Yəhuda üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı alovlanmış qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabın sözlərinə qulaq asmamışdı və orada bizim üçün yazılmış bu şeylərə əməl etməmişdi». 012 2KI 022 014 Kahin Xilqiya, Axiqam, Akbor, Şafan və Asaya qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Harhas oğlu Tiqva oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla söhbət etdilər. 012 2KI 022 015 Qadın onlara dedi: «İsrailin Allahı Rəbb deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki, 012 2KI 022 016 Rəbb belə deyir: “Mən Yəhuda padşahının oxuduğu kitabdakı bütün sözlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm. 012 2KI 022 017 Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim alovlanacaq və sönməyəcək”. 012 2KI 022 018 Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin. 012 2KI 022 019 Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb. 012 2KI 022 020 “Bundan ötrü Mən səni atalarına qoşacağam, rahatlıqla öz qəbrinə qoyulacaqsan və bu yerin üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdılar. 012 2KI 023 001 Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. 012 2KI 023 002 Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. 012 2KI 023 003 Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı. 012 2KI 023 004 Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astana keşikçilərinə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı. 012 2KI 023 005 O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi. 012 2KI 023 006 Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı. 012 2KI 023 007 Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular. 012 2KI 023 008 Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı. 012 2KI 023 009 Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər. 012 2KI 023 010 Yoşiya Ben-Hinnom vadisində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin. 012 2KI 023 011 O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı. 012 2KI 023 012 Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi. 012 2KI 023 013 Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi. 012 2KI 023 014 O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu. 012 2KI 023 015 Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı. 012 2KI 023 016 Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi. 012 2KI 023 017 Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi». 012 2KI 023 018 O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar. 012 2KI 023 019 Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi. 012 2KI 023 020 Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı. 012 2KI 023 021 Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin». 012 2KI 023 022 İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi. 012 2KI 023 023 Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi. 012 2KI 023 024 Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi. 012 2KI 023 025 Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu. 012 2KI 023 026 Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi. 012 2KI 023 027 Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm». 012 2KI 023 028 Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 023 029 Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü. 012 2KI 023 030 Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi. 012 2KI 023 031 Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 012 2KI 023 032 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 012 2KI 023 033 Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. 012 2KI 023 034 Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü. 012 2KI 023 035 Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı. 012 2KI 023 036 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi. 012 2KI 023 037 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 012 2KI 024 001 Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı. 012 2KI 024 002 Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi. 012 2KI 024 003 Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin. 012 2KI 024 004 Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi. 012 2KI 024 005 Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 012 2KI 024 006 Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu. 012 2KI 024 007 Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu. 012 2KI 024 008 Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi. 012 2KI 024 009 Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 012 2KI 024 010 O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı. 012 2KI 024 011 Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi. 012 2KI 024 012 Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı. 012 2KI 024 013 Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi. 012 2KI 024 014 O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı. 012 2KI 024 015 Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı. 012 2KI 024 016 Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi. 012 2KI 024 017 Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu. 012 2KI 024 018 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 012 2KI 024 019 O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. 012 2KI 024 020 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi. 012 2KI 025 001 Onun padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. 012 2KI 025 002 Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. 012 2KI 025 003 Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. 012 2KI 025 004 Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər. 012 2KI 025 005 Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı. 012 2KI 025 006 Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər. 012 2KI 025 007 Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar. 012 2KI 025 008 Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. 012 2KI 025 009 O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. 012 2KI 025 010 Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu. 012 2KI 025 011 Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi. 012 2KI 025 012 Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı. 012 2KI 025 013 Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardılar. 012 2KI 025 014 İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, nimçələri və bütün tunc qabları götürüb apardılar. 012 2KI 025 015 Mühafizəçilər rəisi xalis qızıldan və gümüşdən olan bütün şeyləri – buxurdanları və piyalələri götürdü. 012 2KI 025 016 Rəbbin məbədi üçün Süleymanın düzəltdiyi iki sütunda, hovuzda və dayaqlarda olan bütün tuncun ağırlığı hesaba gəlməzdi. 012 2KI 025 017 Bir sütunun hündürlüyü on səkkiz qulac idi və üzərində tunc başlıq var idi. Başlığın hündürlüyü üç qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi. Hər şey tuncdan düzəldilmişdi. O biri sütun da hörmə torla birgə bu cür idi. 012 2KI 025 018 Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və üç astana keşikçisini əsir aldı. 012 2KI 025 019 Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan beş nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. 012 2KI 025 020 Mühafizəçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. 012 2KI 025 021 Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu. 012 2KI 025 022 Yəhuda ölkəsində Babil padşahı Navuxodonosorun toxunmadığı qalan xalqa gəlincə, padşah Şafan oğlu Axiqam oğlu Gedalyanı onların üzərində vali qoydu. 012 2KI 025 023 Babil padşahının Gedalyanı vali qoyduğunu eşitdikdə bütün qoşun başçıları və onların adamları – Netanya oğlu İsmail, Qareah oğlu Yoxanan, Netofalı Tanxumet oğlu Seraya, bir Maakalının oğlu Yaazanya və onların döyüşçüləri Mispaya, Gedalyanın yanına gəldilər. 012 2KI 025 024 Gedalya onların özlərinə və adamlarına and içib dedi: «Xaldeylilərdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin. Belə etsəniz, sizin üçün yaxşı olar». 012 2KI 025 025 Yeddinci ayda padşah nəslindən olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə gəlib Gedalyanı öldürdü. Onlar Mispada Gedalyanın yanında olan Yəhudalıları və Xaldeyliləri də öldürdülər. 012 2KI 025 026 Böyükdən kiçiyə qədər bütün xalq və qoşun başçıları qalxıb Misirə qaçdı, çünki Xaldeylilərdən qorxurdular. 012 2KI 025 027 Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi yeddinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi. 012 2KI 025 028 Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtlarından yuxarı bir taxt qoydurdu. 012 2KI 025 029 Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə padşahın süfrəsində yemək yeyərdi. 012 2KI 025 030 Bütün ömrü boyu ona padşah tərəfindən gündəlik azuqə verilirdi. # # BOOK 013 1CH 1 Chronicles Birinci Salnamələr 013 1CH 001 001 Adəm, Şet, Enoş, 013 1CH 001 002 Qenan, Mahalalel, Yered, 013 1CH 001 003 Xanok, Metuşelah, Lemek, 013 1CH 001 004 Nuh, Sam, Ham və Yafəs. 013 1CH 001 005 Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. 013 1CH 001 006 Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. 013 1CH 001 007 Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim. 013 1CH 001 008 Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. 013 1CH 001 009 Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. 013 1CH 001 010 Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. 013 1CH 001 011 Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular, 013 1CH 001 012 Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. 013 1CH 001 013 Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, 013 1CH 001 014 həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, 013 1CH 001 015 Xivlilər, Arqlılar, Sinlilər, 013 1CH 001 016 Ervadlılar, Semarlılar və Xamatlılar. 013 1CH 001 017 Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud, Aram, Us, Xul, Geter və Meşek. 013 1CH 001 018 Arpakşaddan Şelah törədi və Şelahdan Ever törədi. 013 1CH 001 019 Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. 013 1CH 001 020 Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, 013 1CH 001 021 Hadoram, Uzal, Diqla, 013 1CH 001 022 Eval, Avimael, Səba, 013 1CH 001 023 Ofir, Xavila və Yovav törədi. Bunların hamısı Yoqtanın oğulları idi. 013 1CH 001 024 Sam, Arpakşad, Şelah, 013 1CH 001 025 Ever, Peleq, Reu, 013 1CH 001 026 Seruq, Naxor, Terah, 013 1CH 001 027 İbram, yəni İbrahim. 013 1CH 001 028 İbrahimin oğulları: İshaq və İsmail. 013 1CH 001 029 Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam, 013 1CH 001 030 Mişma, Duma, Massa, Xadad, Tema, 013 1CH 001 031 Yetur, Nafiş və Qedma. Bunlar İsmailin oğullarıdır. 013 1CH 001 032 İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan. 013 1CH 001 033 Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır. 013 1CH 001 034 İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail. 013 1CH 001 035 Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah. 013 1CH 001 036 Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq. 013 1CH 001 037 Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza. 013 1CH 001 038 Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan. 013 1CH 001 039 Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna. 013 1CH 001 040 Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana. 013 1CH 001 041 Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran. 013 1CH 001 042 Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran. 013 1CH 001 043 İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi. 013 1CH 001 044 Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. 013 1CH 001 045 Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. 013 1CH 001 046 Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. 013 1CH 001 047 Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. 013 1CH 001 048 Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. 013 1CH 001 049 Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. 013 1CH 001 050 Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi. 013 1CH 001 051 Hadad öldü və bunlar Edomun başçıları oldu: başçı Timna, başçı Alva, başçı Yetet, 013 1CH 001 052 başçı Oholivama, başçı Ela, başçı Pinon, 013 1CH 001 053 başçı Qenaz, başçı Teman, başçı Mivsar, 013 1CH 001 054 başçı Maqdiel, başçı İram. Edomun başçıları bunlardır. 013 1CH 002 001 İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun, 013 1CH 002 002 Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer. 013 1CH 002 003 Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü. 013 1CH 002 004 Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi. 013 1CH 002 005 Peresin oğulları: Xesron və Xamul. 013 1CH 002 006 Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi. 013 1CH 002 007 Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi. 013 1CH 002 008 Etanın oğlu Azarya idi. 013 1CH 002 009 Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev. 013 1CH 002 010 Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi. 013 1CH 002 011 Naxşondan Salmon törədi və Salmondan Boaz törədi. 013 1CH 002 012 Boazdan Oved törədi və Oveddən Yessey törədi. 013 1CH 002 013 Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea, 013 1CH 002 014 dördüncüsü Netanel, beşincisi Radday, 013 1CH 002 015 altıncısı Osem, yeddincisi Davud. 013 1CH 002 016 Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. 013 1CH 002 017 Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi. 013 1CH 002 018 Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon. 013 1CH 002 019 Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu. 013 1CH 002 020 Xurdan Uri törədi. Uridən Besalel törədi. 013 1CH 002 021 Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu. 013 1CH 002 022 Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi. 013 1CH 002 023 Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi. 013 1CH 002 024 Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu. 013 1CH 002 025 Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. 013 1CH 002 026 Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi. 013 1CH 002 027 Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer. 013 1CH 002 028 Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur. 013 1CH 002 029 Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu. 013 1CH 002 030 Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü. 013 1CH 002 031 Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi. 013 1CH 002 032 Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü. 013 1CH 002 033 Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi. 013 1CH 002 034 Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi. 013 1CH 002 035 Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu. 013 1CH 002 036 Attaydan Natan törədi. Natandan Zavad törədi. 013 1CH 002 037 Zavaddan Eflal törədi. Eflaldan Oved törədi. 013 1CH 002 038 Oveddən Yehu törədi. Yehudan Azarya törədi. 013 1CH 002 039 Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi. 013 1CH 002 040 Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi. 013 1CH 002 041 Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi. 013 1CH 002 042 Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa. 013 1CH 002 043 Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema. 013 1CH 002 044 Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi. 013 1CH 002 045 Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi. 013 1CH 002 046 Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi. 013 1CH 002 047 Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf. 013 1CH 002 048 Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu. 013 1CH 002 049 O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi. 013 1CH 002 050 Bunlar Kalevin nəsilləri idi. Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval, 013 1CH 002 051 Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref. 013 1CH 002 052 Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı. 013 1CH 002 053 Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar. 013 1CH 002 054 Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar. 013 1CH 002 055 Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir. 013 1CH 003 001 Davudun Xevronda doğulan oğulları bunlardır: ilk oğlu İzreelli Axinoamdan doğulan Amnon, ikincisi Karmelli Aviqaildən doğulan Daniel, 013 1CH 003 002 üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, dördüncüsü Haqqitdən doğulan Adoniya, 013 1CH 003 003 beşincisi Avitaldan doğulan Şefatya, altıncısı arvadı Eqladan doğulan İtream. 013 1CH 003 004 Davudun bu altı oğlu Xevronda doğuldu. Davud orada yeddi il altı ay padşahlıq etdi, Yerusəlimdə isə otuz üç il padşahlıq etdi. 013 1CH 003 005 Davudun Yerusəlimdə doğulan oğulları bunlardır: Ammielin qızı Bat-Şevadan doğulan dörd oğlu: Şimea, Şovav, Natan və Süleyman, 013 1CH 003 006 daha doqquz oğlu: İvxar, Elişua, Elpelet, 013 1CH 003 007 Noqah, Nefeq, Yafia, 013 1CH 003 008 Elişama, Elyada və Elifelet. 013 1CH 003 009 Cariyələrdən doğulan oğullarından başqa Davudun bütün oğulları bunlardır. Tamar da onların bacısıdır. 013 1CH 003 010 Süleymanın oğlu Rexavam, onun oğlu Aviya, onun oğlu Asa, onun oğlu Yehoşafat, 013 1CH 003 011 onun oğlu Yehoram, onun oğlu Axazya, onun oğlu Yoaş, 013 1CH 003 012 onun oğlu Amasya, onun oğlu Azarya, onun oğlu Yotam, 013 1CH 003 013 onun oğlu Axaz, onun oğlu Xizqiya, onun oğlu Menaşşe, 013 1CH 003 014 onun oğlu Amon, onun oğlu Yoşiya. 013 1CH 003 015 Yoşiyanın oğulları: ilk oğlu Yoxanan, ikincisi Yehoyaqim, üçüncüsü Sidqiya, dördüncüsü Şallum. 013 1CH 003 016 Yehoyaqimin oğulları: onun oğlu Yekonya, onun oğlu Sidqiya. 013 1CH 003 017 Əsir aparılmış Yekonyanın oğulları: Şealtiel, 013 1CH 003 018 Malkiram, Pedaya, Şenassar, Yeqamya, Hoşama və Nedavya. 013 1CH 003 019 Pedayanın oğulları: Zerubbabil və Şimey. Zerubbabilin oğulları: Meşullam və Xananya, onların bacısı Şelomit, 013 1CH 003 020 daha beş oğlu: Xaşuva, Ohel, Berekya, Xasadya və Yuşav-Xesed. 013 1CH 003 021 Xananyanın nəsilləri: Pelatya, Yeşaya, Refayanın oğulları, Arnanın oğulları, Avdiyanın oğulları, Şekanyanın oğulları. 013 1CH 003 022 Şekanyanın oğlu Şemaya idi. Şemayanın altı oğlu: Xattuş, İqal, Bariah, Nearya və Şafat. 013 1CH 003 023 Nearyanın üç oğlu: Elyoenay, Xizqiya və Azriqam. 013 1CH 003 024 Elyoenayın yeddi oğlu: Hodavya, Elyaşiv, Pelaya, Aqquv, Yoxanan, Delaya və Anani. 013 1CH 004 001 Yəhudanın oğulları: Peres, Xesron, Karmi, Xur və Şoval. 013 1CH 004 002 Şovalın oğlu Reayadan Yaxat törədi; Yaxatdan Axumay və Lahad törədi. Bunlar Soralıların nəsilləri idi. 013 1CH 004 003 Etamın oğulları bunlardır: İzreel, İşma və İdbaş. Onların bacısının adı Haslelponidir. 013 1CH 004 004 Penueldən Qedor, Ezerdən isə Xuşa törədi. Bunlar Bet-Lexemin atası Efratanın ilk oğlu Xurun övladlarıdır. 013 1CH 004 005 Teqoanın atası Aşxurun iki arvadı var idi: Xela və Naara. 013 1CH 004 006 Naara ona bunları doğdu: Axuzzam, Xefer, Temeni və Axaştari. Bunlar Naaranın oğulları idi. 013 1CH 004 007 Xelanın oğulları: Seret, İsxar, Etnan və Qos. 013 1CH 004 008 Qosdan Anuv, Soveva və Harum oğlu Axarxelin nəsilləri törədi. 013 1CH 004 009 Yabes qardaşlarından daha hörmətli idi. Anası «onu ağrı ilə doğdum» deyib adını Yabes qoymuşdu. 013 1CH 004 010 Yabes İsrailin Allahını çağırıb dedi: «Kaş Sən mənə xeyir-dua verəydin! Torpaqlarımı genişləndir, mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru». Allah da istədiyi şeyi ona verdi. 013 1CH 004 011 Şuxanın qardaşı Keluvdan Mexir törədi. Mexirdən Eşton törədi. 013 1CH 004 012 Eştondan Bet-Rafa, Paseahın və İr-Naxaşın atası Texinna törədi. Bunlar Rekalılardır. 013 1CH 004 013 Qenazın oğulları: Otniel və Seraya. Otnielin oğulları Xatat və 013 1CH 004 014 Ofranın atası olan Meonotay. Serayadan Ge-Xaraşimin atası Yoav törədi. Bu şəhərin sakinləri ustalar olduğuna görə belə adlanırdı. 013 1CH 004 015 Yefunnenin oğlu Kalevin oğulları: İru, Ela və Naam. Elanın oğlu Qenaz idi. 013 1CH 004 016 Yehallelelin oğulları: Zif, Zifa, Tirya və Asarel. 013 1CH 004 017 Ezranın oğulları: Yeter, Mered, Efer, Yalon. Meredin arvad aldığı firon qızı Bityanın oğulları: Məryəm, Şammay və Eştemoanın atası İşbah. 013 1CH 004 018 Yəhudalı arvadı isə bunları doğdu: Qedorun atası Yered, Sokonun atası Xever və Zanoahın atası Yequtiel. 013 1CH 004 019 Naxamın bacısı Hodiyanın arvadı idi. Onun oğullarından Qarmili Qeila və Maakalı Eştemoa törədi. 013 1CH 004 020 Şimeonun oğulları: Amnon, Rinna, Ben-Xanan və Tilon. İşinin oğulları: Zoxet və Ben-Zoxet. 013 1CH 004 021 Yəhudanın oğlu Şelanın nəsilləri: Lexanın atası Er, Mareşanın atası Laada və Bet-Aşbeada olan incə kətan toxuyanların nəsilləri, 013 1CH 004 022 Yoqim və Kozevalılar, Yoaş və Saraf. Bunlar Moavda arvad aldılar və Lexemə qayıtdılar. Bu, qədim hadisələrdir. 013 1CH 004 023 Onlar dulusçu idi, Netaimdə və Gederada yaşayırdılar. Padşah üçün iş görərək orada qalırdılar. 013 1CH 004 024 Şimeonun oğulları: Nemuel, Yamin, Yariv, Zerah və Şaul. 013 1CH 004 025 Şaulun oğlu Şallum, onun oğlu Mivsam, onun oğlu Mişma. 013 1CH 004 026 Mişmanın oğulları: onun oğlu Xammuel, onun oğlu Zakkur, onun oğlu Şimey. 013 1CH 004 027 Şimeyin on altı oğlu və altı qızı var idi, lakin qohumlarının oğulları çox deyildi və onların bütün nəsli Yəhuda oğulları qədər çoxalmadı. 013 1CH 004 028 Onlar bu yerlərdə yaşayırdı: Beer-Şeva, Molada, Xasar-Şual, 013 1CH 004 029 Bilha, Esem, Tolad, 013 1CH 004 030 Betuel, Xorma, Ziqlaq, 013 1CH 004 031 Bet-Markavot, Xasar-Susim, Bet-Biri və Şaarayim. Davudun padşahlıq etdiyi dövrə qədər onların şəhərləri bunlardır. 013 1CH 004 032 Onların qəsəbələri bunlardır: Etam, Ayin, Rimmon, Token və Aşan – cəmi beş şəhər. 013 1CH 004 033 Bu şəhərlərin ətrafında Baala qədər olan bütün kəndlər də onların yaşadıqları yerlərdir. Onların nəsil şəcərəsi belədir: 013 1CH 004 034 Meşovav, Yamlek, Amasya oğlu Yoşa, 013 1CH 004 035 Yoel, Asiel oğlu Seraya oğlu Yoşivya oğlu Yehu, 013 1CH 004 036 Elyoenay, Yaaqova, Yeşoxaya, Asaya, Adiel, Yesimiel, Benaya, 013 1CH 004 037 Şemaya oğlu Şimri oğlu Yedaya oğlu Allon oğlu Şifi oğlu Ziza. 013 1CH 004 038 Bu adları çəkilənlər nəsil rəhbərləri idi və onların nəsilləri artıb çoxalmışdı. 013 1CH 004 039 Onlar sürüləri üçün otlaq axtarmaqdan ötrü Qedorun yaxınlığına, dərənin şərq tərəfinə qədər getdilər. 013 1CH 004 040 Bol və yaxşı otlaq tapdılar, ölkə də geniş, sakit və dinc idi. Onlardan əvvəl orada Hamlılar yaşayırdı. 013 1CH 004 041 Bu adları yazılanlar Yəhuda padşahı Xizqiyanın dövründə gəlib öz çadırlarında olan Hamlıları və orada olan Maonluları qırdılar. Onları tamamilə məhv edib yerlərində yaşadılar, çünki orada sürüləri üçün otlaq var idi. Bu günə qədər də belədir. 013 1CH 004 042 Həmin Şimeonlulardan beş yüz nəfər Seir dağına getdi. İşinin oğulları Pelatya, Naarya, Refaya və Uzziel onlara başçılıq edirdi. 013 1CH 004 043 Onlar sağ qalan Amaleqli qaçanları qırdılar. Onlar bu günə qədər də orada yaşayır. 013 1CH 005 001 İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı. 013 1CH 005 002 Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi. 013 1CH 005 003 İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. 013 1CH 005 004 Yoelin nəsli: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey, 013 1CH 005 005 onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal, 013 1CH 005 006 onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi. 013 1CH 005 007 Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə, 013 1CH 005 008 Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı. 013 1CH 005 009 Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi. 013 1CH 005 010 Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı. 013 1CH 005 011 Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı. 013 1CH 005 012 Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi. 013 1CH 005 013 Öz nəsillərindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər. 013 1CH 005 014 Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi. 013 1CH 005 015 Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi. 013 1CH 005 016 Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı. 013 1CH 005 017 Yəhuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu. 013 1CH 005 018 Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi. 013 1CH 005 019 Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə etdi. 013 1CH 005 020 İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi. 013 1CH 005 021 Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı. 013 1CH 005 022 Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı. 013 1CH 005 023 Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar. 013 1CH 005 024 Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi. 013 1CH 005 025 Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər. 013 1CH 005 026 Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır. 013 1CH 006 001 Levinin oğulları: Gerşon, Qohat və Merari. 013 1CH 006 002 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. 013 1CH 006 003 Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. 013 1CH 006 004 Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi. 013 1CH 006 005 Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi. 013 1CH 006 006 Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi. 013 1CH 006 007 Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi. 013 1CH 006 008 Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi. 013 1CH 006 009 Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi. 013 1CH 006 010 Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi. 013 1CH 006 011 Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi. 013 1CH 006 012 Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi. 013 1CH 006 013 Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi. 013 1CH 006 014 Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi. 013 1CH 006 015 Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu. 013 1CH 006 016 Levinin oğulları: Gerşon, Qohat və Merari. 013 1CH 006 017 Gerşonun oğullarının adları belədir: Livni və Şimey. 013 1CH 006 018 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. 013 1CH 006 019 Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır. 013 1CH 006 020 Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma, 013 1CH 006 021 onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray. 013 1CH 006 022 Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir, 013 1CH 006 023 onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir, 013 1CH 006 024 onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul. 013 1CH 006 025 Elqananın oğulları: Amasay, Aximot və Elqana. 013 1CH 006 026 Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat, 013 1CH 006 027 onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana. 013 1CH 006 028 Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya. 013 1CH 006 029 Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza, 013 1CH 006 030 onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya. 013 1CH 006 031 Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır. 013 1CH 006 032 Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar. 013 1CH 006 033 Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu 013 1CH 006 034 Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu 013 1CH 006 035 Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu 013 1CH 006 036 Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu 013 1CH 006 037 Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu 013 1CH 006 038 İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu. 013 1CH 006 039 Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu 013 1CH 006 040 Mikael oğlu Baaseya oğlu Malkiya oğlu 013 1CH 006 041 Etni oğlu Zerah oğlu Adaya oğlu 013 1CH 006 042 Etan oğlu Zimma oğlu Şimey oğlu 013 1CH 006 043 Yaxat oğlu Gerşon oğlu Levi oğlu. 013 1CH 006 044 Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu 013 1CH 006 045 Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu 013 1CH 006 046 Amsi oğlu Bani oğlu Şemer oğlu 013 1CH 006 047 Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu. 013 1CH 006 048 Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu. 013 1CH 006 049 Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər. 013 1CH 006 050 Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua, 013 1CH 006 051 onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya, 013 1CH 006 052 onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv, 013 1CH 006 053 onun oğlu Sadoq, onun oğlu Aximaas. 013 1CH 006 054 Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara 013 1CH 006 055 Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər. 013 1CH 006 056 Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər. 013 1CH 006 057 Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları, 013 1CH 006 058 Xilenlə otlaqları, Devirlə otlaqları, 013 1CH 006 059 Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları, 013 1CH 006 060 Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir. 013 1CH 006 061 Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi. 013 1CH 006 062 Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi. 013 1CH 006 063 Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi. 013 1CH 006 064 İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər. 013 1CH 006 065 Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər. 013 1CH 006 066 Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər. 013 1CH 006 067 Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları, 013 1CH 006 068 Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları, 013 1CH 006 069 Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları. 013 1CH 006 070 Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi. 013 1CH 006 071 Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları, 013 1CH 006 072 İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları, 013 1CH 006 073 Ramotla otlaqları, Anemlə otlaqları, 013 1CH 006 074 Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları, 013 1CH 006 075 Xuqoqla otlaqları, Rexovla otlaqları, 013 1CH 006 076 Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları. 013 1CH 006 077 Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları, 013 1CH 006 078 Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları, 013 1CH 006 079 Qedemotla otlaqları, Mefaatla otlaqları, 013 1CH 006 080 Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları, 013 1CH 006 081 Xeşbonla otlaqları, Yazerlə otlaqları. 013 1CH 007 001 İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmisi dörd nəfər. 013 1CH 007 002 Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi. 013 1CH 007 003 Uzzinin nəsli: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmisi beş nəfər. Onların hamısı başçı idi. 013 1CH 007 004 Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi. 013 1CH 007 005 İssakarın bütün nəsilləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmisi səksən yeddi min nəfər idi. 013 1CH 007 006 Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər. 013 1CH 007 007 Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi. 013 1CH 007 008 Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi. 013 1CH 007 009 Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi. 013 1CH 007 010 Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar. 013 1CH 007 011 Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi. 013 1CH 007 012 İrin nəsilləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi. 013 1CH 007 013 Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsilləri idi. 013 1CH 007 014 Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir. 013 1CH 007 015 Makir Xuflulardan və Şuflulardan bir arvad aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi. 013 1CH 007 016 Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi. 013 1CH 007 017 Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəsli bunlardır. 013 1CH 007 018 Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu. 013 1CH 007 019 Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam. 013 1CH 007 020 Efrayimin nəsli: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat, 013 1CH 007 021 onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər. 013 1CH 007 022 Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi. 013 1CH 007 023 Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beria qoydu, çünki evinə bəla üz vermişdi. 013 1CH 007 024 Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzzen-Şeeranı tikdi. 013 1CH 007 025 Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan, 013 1CH 007 026 onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama, 013 1CH 007 027 onun oğlu Nun, onun oğlu Yeşua. 013 1CH 007 028 Onların mülkləri və yaşadıqları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri, 013 1CH 007 029 həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəsli bu yerlərdə yaşadı. 013 1CH 007 030 Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. 013 1CH 007 031 Berianın oğulları: Xever və Birzayitin atası olan Malkiel. 013 1CH 007 032 Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua. 013 1CH 007 033 Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat. 013 1CH 007 034 Şemerin oğulları: Axi, Rohqa, Xubba və Aram. 013 1CH 007 035 Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal. 013 1CH 007 036 Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra, 013 1CH 007 037 Beser, Hod, Şamma, Şilşa, İtran və Beera. 013 1CH 007 038 Yeterin oğulları: Yefunne, Pispa və Ara. 013 1CH 007 039 Ullanın oğulları: Arah, Xanniel və Risya. 013 1CH 007 040 Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi. 013 1CH 008 001 Binyaminin oğulları bunlardır: ilk oğlu Bela, ikincisi Aşbel, üçüncüsü Axrah, 013 1CH 008 002 dördüncüsü Noxa, beşincisi Rafa. 013 1CH 008 003 Belanın oğulları bunlardır: Addar, Gera, Avihud, 013 1CH 008 004 Avişua, Naaman, Axoah, 013 1CH 008 005 Gera, Şefufan və Xuram. 013 1CH 008 006 Gevada yaşayanların nəsil başçıları olan, sonra isə Manaxata köçürülən Ehudun oğulları bunlardır: 013 1CH 008 007 Naaman, Axiya və onları köçürən Gera. Geradan Uzza və Axixud törədi. 013 1CH 008 008 Şaxarayim arvadları Xuşim və Baaranı boşadıqdan sonra Moav ölkəsində övlad atası oldu, 013 1CH 008 009 arvadı Xodeş ona bunları doğdu: Yovav, Sivya, Meşa, Malkam, 013 1CH 008 010 Yeus, Sakya və Mirma. Onun bu oğulları nəsil başçıları idi. 013 1CH 008 011 Xuşim isə ona Avituvu və Elpaalı doğmuşdu. 013 1CH 008 012 Elpaalın oğulları: Ever, Mişam və Şamed. Şamed Ono ilə Lodu, onun qəsəbələrini tikdi. 013 1CH 008 013 Ayyalonda yaşayanların nəsil başçıları Beria və Şema idi. Onlar Qatda yaşayanları qovdu. 013 1CH 008 014 Berianın oğulları: Axyo, Şaşaq, Yeremot, 013 1CH 008 015 Zevadya, Arad, Eder, 013 1CH 008 016 Mikael, İşpa və Yoxa. 013 1CH 008 017 Elpaalın oğulları: Zevadya, Meşullam, Xizqi, Xever, 013 1CH 008 018 İşmeray, İzlia və Yovav. 013 1CH 008 019 Şimeyin oğulları: Yaqim, Zikri, Zavdi, 013 1CH 008 020 Elienay, Silletay, Eliel, 013 1CH 008 021 Adaya, Beraya və Şimrat. 013 1CH 008 022 Şaşaqın oğulları: İşpan, Ever, Eliel, 013 1CH 008 023 Avdon, Zikri, Xanan, 013 1CH 008 024 Xananya, Elam, Antotiya, 013 1CH 008 025 İfdeya və Penuel. 013 1CH 008 026 Yeroxamın oğulları: Şamşeray, Şexarya, Atalya, 013 1CH 008 027 Yaareşya, İlyas və Zikri. 013 1CH 008 028 Bunlar nəsil şəcərələrinə görə nəsil başçıları idi və Yerusəlimdə yaşadılar. 013 1CH 008 029 Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. 013 1CH 008 030 İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Nadav, 013 1CH 008 031 Qedor, Axyo, Zeker, 013 1CH 008 032 Şimanın atası Miqlot. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdı. 013 1CH 008 033 Nerdən Qiş törədi və Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi. 013 1CH 008 034 Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi. 013 1CH 008 035 Mikeyanın oğulları: Piton, Melek, Tarea və Axaz. 013 1CH 008 036 Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. 013 1CH 008 037 Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. 013 1CH 008 038 Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi. 013 1CH 008 039 Onun qardaşı Eseqin oğulları: ilk oğlu Ulam, ikincisi Yeuş və üçüncüsü Elifelet. 013 1CH 008 040 Ulamın oğulları oxatan igid döyüşçülər idi. Oğulları və nəvələri çox idi: yüz əlli nəfər. Bunların hamısı Binyaminin nəslindəndir. 013 1CH 009 001 Beləcə bütün İsraillilər nəsil şəcərələrində qeyd olunmuşdu və bunlar İsrail padşahlarının kitabında yazılmışdır. Yəhudalılar xainliklərinə görə Babilə sürgün olunmuşdu. 013 1CH 009 002 İlk dəfə mülklərinə qayıdıb yaşayanlar İsraillilərdən bəzi adamlar, kahinlər, Levililər və məbəd qulluqçuları idi. 013 1CH 009 003 Yerusəlimdə isə Yəhudalılardan, Binyaminlilərdən, Efrayimlilərdən və Menaşşelilərdən olan bu adamlar yaşadı. 013 1CH 009 004 Yəhudanın oğlu Peresin nəslindən: Bani oğlu İmri oğlu Omri oğlu Ammihud oğlu Utay. 013 1CH 009 005 Şelanın nəslindən: ilk oğlu Asaya və onun oğulları. 013 1CH 009 006 Zerahın nəslindən: Yeuel və onun qohumları. Hamısı birlikdə altı yüz doxsan nəfər idi. 013 1CH 009 007 Binyaminin nəslindən: Hassenua oğlu Hodavya oğlu Meşullam oğlu Sallu, 013 1CH 009 008 Yeroxam oğlu İvniya, Mikri oğlu Uzzi oğlu Ela və İvniya oğlu Reuel oğlu Şefatya oğlu Meşullam. 013 1CH 009 009 Onlar qohumları ilə birgə nəsil şəcərələrinə görə doqquz yüz əlli altı nəfər idi. Bunların hamısı nəsil başçıları idi. 013 1CH 009 010 Kahinlərdən: Yedaya, Yehoyariv, Yakin, 013 1CH 009 011 Allah məbədinin rəisi Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Azarya, 013 1CH 009 012 Malkiya oğlu Paşxur oğlu Yeroxam oğlu Adaya və İmmer oğlu Meşillemit oğlu Meşullam oğlu Yaxzera oğlu Adiel oğlu Maasay. 013 1CH 009 013 Bunlar nəsil başçıları idi. Onlar qohumları ilə birgə – Allah evinin xidməti işində bacarıqlı olan bu adamlar min yeddi yüz altmış nəfər idi. 013 1CH 009 014 Levililərdən: Merarinin nəslindən Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya, 013 1CH 009 015 Baqbaqqar, Xereş, Qalal, Asəf oğlu Zikri oğlu Mikeya oğlu Mattanya, 013 1CH 009 016 Yedutun oğlu Qalal oğlu Şemaya oğlu Avdiya və Netofalıların kəndlərində yaşayan Elqana oğlu Asa oğlu Berekya. 013 1CH 009 017 Qapıçılar: Şallum, Aqquv, Talmon, Aximan və onların qohumları. Şallum onların başçısı idi. 013 1CH 009 018 Onlar bu günə qədər də məbədin şərq tərəfdəki padşah qapısında keşik çəkirlər. Levililərin düşərgə qapıçıları bunlardır. 013 1CH 009 019 Qorah oğlu Evyasaf oğlu Qore oğlu Şallum və onun Qorah nəslindən olan qohumları məbədin astana keşikçilərinin xidmət işinə başçılıq edirdi. Əvvəllər onların babaları Rəbbin düşərgəsinin girəcək yerinin keşiyini çəkirdi. 013 1CH 009 020 Eleazar oğlu Pinxas onların başçısı idi və Rəbb onunla idi. 013 1CH 009 021 Hüzur çadırının girişində Meşelemya oğlu Zəkəriyyə qapıçı idi. 013 1CH 009 022 Astana keşikçisi olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi. 013 1CH 009 023 Bu adamlar və onların nəsilləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi. 013 1CH 009 024 Bu qapıçılar məbədin dörd tərəfində – şərq, qərb, şimal və cənub qapılarında dururdu. 013 1CH 009 025 Öz kəndlərində yaşayan qohumları vaxtaşırı yeddi günlüyə onların yanına gəlməli idi. 013 1CH 009 026 Allah evinin otaqlarının və xəzinələrinin keşiyini çəkmək Levili olan qapıçıların dörd nəfər rəisinin öhdəsində idi. 013 1CH 009 027 Onlar gecə də Allah evinin ətrafında qalırdı, çünki onun keşiyini çəkmək və hər səhər qapıları açmaq onların işi idi. 013 1CH 009 028 Onların bəzisi xidmət üçün olan qablara baxırdı: bunları sayıb içəri gətirir və sayıb bayıra aparırdılar. 013 1CH 009 029 Bəziləri isə başqa əşyalar, bütün təqdis olunmuş şeylər və un, şərab, yağ, kündür, ətriyyatlar üzərində nəzarətçi qoyulmuşdu. 013 1CH 009 030 Kahinlərdən bəzisi ətriyyatlardan qatışıq maddə hazırlayırdı. 013 1CH 009 031 Kökələr bişirilməsi Qorah nəslindən olan Şallumun ilk oğlu olan Levili Mattityanın öhdəsində idi. 013 1CH 009 032 Onların Qohat nəslindən olan qohumlarından bəzisinə isə hər Şənbə günü çörək hazırlanması tapşırılmışdı. 013 1CH 009 033 Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi. 013 1CH 009 034 Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar. 013 1CH 009 035 Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. 013 1CH 009 036 İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Ner, Nadav, 013 1CH 009 037 Qedor, Axyo, Zəkəriyyə və Miqlot. 013 1CH 009 038 Miqlotdan Şima törədi. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdılar. 013 1CH 009 039 Nerdən Qiş törədi. Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi. 013 1CH 009 040 Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi. 013 1CH 009 041 Mikeyanın oğulları: Piton, Melek, Taxrea və Axaz. 013 1CH 009 042 Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. 013 1CH 009 043 Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. 013 1CH 009 044 Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi. 013 1CH 010 001 Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı. 013 1CH 010 002 Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. 013 1CH 010 003 Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və yaraladılar. 013 1CH 010 004 Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. 013 1CH 010 005 Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. 013 1CH 010 006 Beləcə Şaul və üç oğlu öldü, bütün nəsli də onunla birgə öldü. 013 1CH 010 007 Dərədə olan bütün İsraillilər öz ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadı. 013 1CH 010 008 Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla oğullarının meyitini tapdılar. 013 1CH 010 009 Onun paltarlarını soyundurdular, başını və silahlarını götürdülər, öz bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. 013 1CH 010 010 Şaulun silahlarını öz allahlarının məbədinə qoydular və başını Daqon məbədinə mıxladılar. 013 1CH 010 011 Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə 013 1CH 010 012 onların bütün igidləri qalxıb Şaulla oğullarının cəsədini götürərək Yaveşə gətirdilər. Onların sümüklərini götürüb Yaveşdə olan palıd ağacının altında basdırdılar və yeddi gün oruc tutdular. 013 1CH 010 013 Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi, 013 1CH 010 014 amma Rəbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi. 013 1CH 011 001 Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik. 013 1CH 011 002 Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan». 013 1CH 011 003 İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər. 013 1CH 011 004 Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı. 013 1CH 011 005 Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. 013 1CH 011 006 Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu. 013 1CH 011 007 Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar. 013 1CH 011 008 O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi. 013 1CH 011 009 Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi. 013 1CH 011 010 Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər. 013 1CH 011 011 Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü. 013 1CH 011 012 Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi. 013 1CH 011 013 Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı. 013 1CH 011 014 Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı. 013 1CH 011 015 Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu. 013 1CH 011 016 Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. 013 1CH 011 017 Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» 013 1CH 011 018 Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü. 013 1CH 011 019 O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi. 013 1CH 011 020 Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. 013 1CH 011 021 Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi. 013 1CH 011 022 Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. 013 1CH 011 023 O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü. 013 1CH 011 024 Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi. 013 1CH 011 025 O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu. 013 1CH 011 026 Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, 013 1CH 011 027 Harorlu Şammot, Pelonlu Xeles, 013 1CH 011 028 Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer, 013 1CH 011 029 Xuşalı Sibbekay, Axoahlı İlay, 013 1CH 011 030 Netofalı Mahray, Netofalı Baana oğlu Xeled, 013 1CH 011 031 Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya, 013 1CH 011 032 Qaaş vadisindən olan Xuray, Aravalı Aviel, 013 1CH 011 033 Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba, 013 1CH 011 034 Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan, 013 1CH 011 035 Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal, 013 1CH 011 036 Mekeralı Xefer, Pelonlu Axiya, 013 1CH 011 037 Karmelli Xesro, Ezbay oğlu Naaray, 013 1CH 011 038 Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar, 013 1CH 011 039 Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, 013 1CH 011 040 Yeterli İra, Yeterli Qarev, 013 1CH 011 041 Xetli Uriya, Axlay oğlu Zavad, 013 1CH 011 042 Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər, 013 1CH 011 043 Maaka oğlu Xanan və Metenli Yehoşafat, 013 1CH 011 044 Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel, 013 1CH 011 045 Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa, 013 1CH 011 046 Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma, 013 1CH 011 047 Eliel, Oved və Mesovalı Yaasiel. 013 1CH 012 001 Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi. 013 1CH 012 002 Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir: 013 1CH 012 003 onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu, 013 1CH 012 004 «otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad, 013 1CH 012 005 Eluzay, Yerimot, Bealya, Şemarya, Xaruflu Şefatya, 013 1CH 012 006 Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam, 013 1CH 012 007 Qedorlu Yeroxam oğulları Yoela və Zevadya. 013 1CH 012 008 Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər. 013 1CH 012 009 Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav, 013 1CH 012 010 dördüncüsü Mişmanna, beşincisi Yeremya, 013 1CH 012 011 altıncısı Attay, yeddincisi Eliel, 013 1CH 012 012 səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad, 013 1CH 012 013 onuncusu Yeremya, on birincisi Makbannay. 013 1CH 012 014 Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxa bilərdi. 013 1CH 012 015 Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular. 013 1CH 012 016 Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi. 013 1CH 012 017 Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda məni düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin». 013 1CH 012 018 Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi: «Ey Davud, biz səninləyik, Ey Yessey oğlu, biz sənin tərəfindəyik. Sülh, sülh olsun sənə və sənə kömək edənə, Çünki Allahın sənə kömək edir». Davud onları götürüb dəstə başçıları təyin etdi. 013 1CH 012 019 Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər. 013 1CH 012 020 Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi. 013 1CH 012 021 Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu. 013 1CH 012 022 Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu. 013 1CH 012 023 Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir: 013 1CH 012 024 Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər; 013 1CH 012 025 Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü; 013 1CH 012 026 Levililərdən dörd min altı yüz nəfər; 013 1CH 012 027 Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər; 013 1CH 012 028 gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı; 013 1CH 012 029 Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər; 013 1CH 012 030 Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsillərinin adlı-sanlı adamları; 013 1CH 012 031 Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər; 013 1CH 012 032 İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları; 013 1CH 012 033 Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər; 013 1CH 012 034 Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər; 013 1CH 012 035 Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər; 013 1CH 012 036 Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər; 013 1CH 012 037 İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər. 013 1CH 012 038 Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraillilərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi. 013 1CH 012 039 Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-içdilər, çünki qohumları onlar üçün hazırlıq görmüşdü. 013 1CH 012 040 İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi. 013 1CH 013 001 Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi. 013 1CH 013 002 O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar. 013 1CH 013 003 Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq». 013 1CH 013 004 Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi. 013 1CH 013 005 Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsrailliləri topladı. 013 1CH 013 006 Davud bütün İsraillilərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi. 013 1CH 013 007 Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın evindən apardılar. Arabanı Uzza və Axyo sürürdü. 013 1CH 013 008 Davud və bütün İsraillilər Allahın hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalıb oynayırdılar. 013 1CH 013 009 Kidonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb sandığı tutdu. 013 1CH 013 010 Uzza əlini uzadaraq sandığa toxunduğu üçün Rəbb qəzəblənib onu vurdu. Beləcə Uzza orada Allahın önündə öldü. 013 1CH 013 011 Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir. 013 1CH 013 012 Həmin gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını necə yanıma gətirə bilərəm?» 013 1CH 013 013 Buna görə də Davud sandığı öz yanına – Davudun şəhərinə gətirmədi, onu yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu. 013 1CH 013 014 Allahın sandığı üç ay Oved-Edomun evində – onun ailəsinin yanında qaldı. Rəbb Oved-Edomun ailəsinə və ona məxsus hər şeyə bərəkət verdi. 013 1CH 014 001 Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi. 013 1CH 014 002 Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi. 013 1CH 014 003 Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu. 013 1CH 014 004 Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, 013 1CH 014 005 İvxar, Elişua, Elpelet, 013 1CH 014 006 Noqah, Nefeq, Yafia, 013 1CH 014 007 Elişama, Beelyada və Elifelet. 013 1CH 014 008 Filiştlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məsh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı. 013 1CH 014 009 Filiştlilər gəlib Refaim vadisini talayırdılar. 013 1CH 014 010 Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm». 013 1CH 014 011 Davud Baal-Perasimə çıxıb Filiştliləri qırdı. Davud dedi: «Sellər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular. 013 1CH 014 012 Filiştlilər qaçanda öz allahlarının bütlərini orada qoydular. Davudun əmri ilə bunlar odda yandırıldı. 013 1CH 014 013 Filiştlilər yenə o vadini taladılar. 013 1CH 014 014 Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. 013 1CH 014 015 Balzam ağaclarının başından addım səsləri eşidəndə döyüşə çıx, çünki o zaman Allah sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq». 013 1CH 014 016 Davud Allahın ona buyurduğu kimi etdi və onlar Giveondan Gezerə qədər Filiştlilərin ordusunu qırdılar. 013 1CH 014 017 Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı. 013 1CH 015 001 Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu. 013 1CH 015 002 Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi». 013 1CH 015 003 Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsrailliləri Yerusəlimə yığdı. 013 1CH 015 004 Davud Harunun nəslindən olan adamları və Levililəri topladı: 013 1CH 015 005 Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu; 013 1CH 015 006 Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu; 013 1CH 015 007 Gerşon nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu; 013 1CH 015 008 Elisafan nəslindən başçı Şemaya və onun iki yüz nəfər qohumu; 013 1CH 015 009 Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu; 013 1CH 015 010 Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu. 013 1CH 015 011 Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırıb 013 1CH 015 012 onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzü təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın. 013 1CH 015 013 Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı». 013 1CH 015 014 İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər. 013 1CH 015 015 Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiyinlərinə qoyub onu daşıdılar. 013 1CH 015 016 Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər. 013 1CH 015 017 Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan, 013 1CH 015 018 onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel. 013 1CH 015 019 İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər, 013 1CH 015 020 Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər, 013 1CH 015 021 Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi. 013 1CH 015 022 Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi; 013 1CH 015 023 Berekya və Elqana sandığın yanında qapıçı idi; 013 1CH 015 024 kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi. 013 1CH 015 025 Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər. 013 1CH 015 026 Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi. 013 1CH 015 027 Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi. 013 1CH 015 028 Bütün İsraillilər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və liraların yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar. 013 1CH 015 029 Rəbbin Əhd sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxdı, padşah Davudu tullanıb rəqs edən gördü və ürəyində ona kinayə etdi. 013 1CH 016 001 Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər. 013 1CH 016 002 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi. 013 1CH 016 003 O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. 013 1CH 016 004 Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. 013 1CH 016 005 Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, 013 1CH 016 006 Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel. 013 1CH 016 007 O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı. 013 1CH 016 008 «Rəbbə şükür edin, ismini çağırın, Əməllərini xalqlar arasında elan edin! 013 1CH 016 009 Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin! 013 1CH 016 010 Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! 013 1CH 016 011 Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın. 013 1CH 016 012 Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın, 013 1CH 016 013 Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! 013 1CH 016 014 Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir. 013 1CH 016 015 Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü, 013 1CH 016 016 İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. 013 1CH 016 017 Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi, 013 1CH 016 018 Dedi: “Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm”. 013 1CH 016 019 O zaman sayca onlar az idilər, Azsaylı olaraq ölkədə qərib idilər. 013 1CH 016 020 Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər. 013 1CH 016 021 Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi. 013 1CH 016 022 Dedi: “Məsh elədiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin”. 013 1CH 016 023 Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu gündən-günə müjdələyin. 013 1CH 016 024 Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin! 013 1CH 016 025 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir. 013 1CH 016 026 Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir. 013 1CH 016 027 Ehtişam və əzəmət hüzurunda olar, Sevinclə qüdrət Onun yerindədir. 013 1CH 016 028 Ey xalqların tayfaları, Rəbbə verin – Ehtişamı, qüdrəti Rəbbə verin, 013 1CH 016 029 Adına layiq ehtişamı Rəbbə verin, Hüzuruna girib təqdimlər verin. Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin. 013 1CH 016 030 Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! O, dünyanı sarsılmaz və möhkəm qurub. 013 1CH 016 031 Göylər sevinsin, yer üzü şad olsun! Millətlərə belə elan edin: “Rəbb hökmranlıq edir”. 013 1CH 016 032 Dənizin və dənizdəki canlıların səsi ucalsın, Çöllər və çöldə yaşayanlar fərəhlənsin, 013 1CH 016 033 Meşədəki bütün ağaclar mədh söyləsin Rəbbin hüzurunda! O, dünyanın hökmünü vermək üçün gəlir. 013 1CH 016 034 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir. 013 1CH 016 035 Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar, Bizi millətlərin arasından topla və azad et. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək”. 013 1CH 016 036 Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər!» Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi. 013 1CH 016 037 Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları, 013 1CH 016 038 Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa. 013 1CH 016 039 O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki, 013 1CH 016 040 Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər. 013 1CH 016 041 Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir. 013 1CH 016 042 Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular. 013 1CH 016 043 Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı. 013 1CH 017 001 Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır». 013 1CH 017 002 Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir». 013 1CH 017 003 Lakin gecə Natana Allahın bu sözü nazil oldu: 013 1CH 017 004 «Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən, 013 1CH 017 005 çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim. 013 1CH 017 006 Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?” 013 1CH 017 007 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim. 013 1CH 017 008 Getdiyin hər yerdə səninlə oldum, qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. 013 1CH 017 009 Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq. 013 1CH 017 010 Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək. 013 1CH 017 011 Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. 013 1CH 017 012 O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. 013 1CH 017 013 Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam. 013 1CH 017 014 Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”». 013 1CH 017 015 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi. 013 1CH 017 016 Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Rəbb Allah, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın? 013 1CH 017 017 Ey Allah, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Mənə yüksək bir adam kimi baxırsan, ya Rəbb Allah! 013 1CH 017 018 Bu quluna izzət verdiyin üçün Davud Sənə daha nə deyə bilər? Sən ki bu qulunu tanıyırsan. 013 1CH 017 019 Ya Rəbb, qulundan ötrü və Öz istəyinə görə bu böyük işlərin hamısını etdin ki, bütün əzəmətini göstərəsən. 013 1CH 017 020 Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. 013 1CH 017 021 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın. 013 1CH 017 022 Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun. 013 1CH 017 023 İndi isə, ya Rəbb, bu qulun və onun nəsli haqqında söylədiyin söz əbədi olaraq yerinə yetsin və dediyinə əməl et. 013 1CH 017 024 Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəsli də Sənin önündə möhkəm qalsın. 013 1CH 017 025 Çünki, Sən ey Allahım, “sənə ev tikəcəyəm” deyərək bunu quluna çatdırdın və buna görə qulun önündə dua etməyə cəsarət tapdı. 013 1CH 017 026 Ya Rəbb, Sən Allahsan və indi də quluna bu yaxşı şeyi vəd etdin. 013 1CH 017 027 Əbədi olaraq Sənin önündə olsun deyə bu qulunun nəslinə xeyir-dua vermək Sənə xoş göründü. Sən, ya Rəbb, ona xeyir-dua verdiyin üçün o əbədi olaraq xeyir-dua almışdır». 013 1CH 018 001 Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Qatı, onun qəsəbələrini Filiştlilərdən aldı. 013 1CH 018 002 O, Moavlıları da məğlub etdi və Moavlılar Davuda tabe olub xərac verdilər. 013 1CH 018 003 Sova padşahı Hadadezer Fərat çayının ətrafındakı yerlərdə hakimiyyətini bərpa etməyə gedəndə Davud Xamatda onu məğlub etdi. 013 1CH 018 004 O, Hadadezerin min döyüş arabasını aldı, yeddi min süvarisini, iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. 013 1CH 018 005 Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. 013 1CH 018 006 Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. 013 1CH 018 007 O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. 013 1CH 018 008 Davud Hadadezerin şəhərləri olan Tivxatdan və Kundan çoxlu tunc aldı. Sonralar Süleyman ondan tunc hovuzu, sütunları və tunc qabları düzəltdi. 013 1CH 018 009 Xamat padşahı Tou eşitdi ki, Davud Sova padşahı Hadadezerin bütün ordusunu məğlub edib. 013 1CH 018 010 O, Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Hadoramı onun yanına göndərdi, çünki Hadadezer Tou ilə həmişə müharibə etmişdi. Hadoram hər cür qızıl-gümüş və tunc əşyalar gətirdi. 013 1CH 018 011 Padşah Davud bütün millətlərdən – Edomlulardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən və Amaleqlilərdən alıb gətirdiyi qızıl-gümüşlə birgə bunları da Rəbbə həsr etdi. 013 1CH 018 012 Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı. 013 1CH 018 013 O, Edoma hərbi dəstələr yerləşdirdi və bütün Edomlular Davuda tabe oldular. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. 013 1CH 018 014 Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi. 013 1CH 018 015 Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; 013 1CH 018 016 Axituv oğlu Sadoq və Evyatar oğlu Avimelek kahin idi; Şavşa mirzə idi; 013 1CH 018 017 Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları padşahın baş məmurları idi. 013 1CH 019 001 Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu. 013 1CH 019 002 Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə 013 1CH 019 003 Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər». 013 1CH 019 004 Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi. 013 1CH 019 005 Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız». 013 1CH 019 006 Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər. 013 1CH 019 007 Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər. 013 1CH 019 008 Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi. 013 1CH 019 009 Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü. 013 1CH 019 010 Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü. 013 1CH 019 011 Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü. 013 1CH 019 012 Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm. 013 1CH 019 013 Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin». 013 1CH 019 014 Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı. 013 1CH 019 015 Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi. 013 1CH 019 016 Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi. 013 1CH 019 017 Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu. 013 1CH 019 018 Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü. 013 1CH 019 019 Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi. 013 1CH 020 001 Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı. 013 1CH 020 002 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. 013 1CH 020 003 O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı. 013 1CH 020 004 Bundan sonra Gezerdə Filiştlilərlə döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Sippayı öldürdü. Beləcə Filiştlilər tabe oldu. 013 1CH 020 005 Filiştlilərlə daha bir döyüşdə Yair oğlu Elxanan Qatlı Qolyatın qardaşı Laxmini öldürdü. Onun əlindəki nizənin sapı toxucu dəzgahının əriş ağacı boyda idi. 013 1CH 020 006 Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi. 013 1CH 020 007 O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü. 013 1CH 020 008 Bunlar Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı. 013 1CH 021 001 Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi. 013 1CH 021 002 Davud Yoava və xalqın başçılarına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim». 013 1CH 021 003 Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?» 013 1CH 021 004 Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi. 013 1CH 021 005 O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılınc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılınc çəkən dörd yüz yetmiş min nəfər adam var idi. 013 1CH 021 006 Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi. 013 1CH 021 007 Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi. 013 1CH 021 008 Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, yalvarıram, bu qulunun təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». 013 1CH 021 009 Rəbb Davudun görücüsü Qada dedi: 013 1CH 021 010 «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənə üç şey təklif edirəm, özün üçün bunların birini seç ki, sənə edim”». 013 1CH 021 011 Qad Davudun yanına gəlib ona dedi: «Rəbb belə deyir: “Özün üçün seç: 013 1CH 021 012 ya üç il aclıq olacaq ya üç ay düşmənlərin səni təqib edəcək və onların qılıncı səni vuracaq ya da üç gün Rəbbin qılıncı olan vəba ölkənin üzərinə gələcək və Rəbbin mələyi İsrailliləri hər yerdə qıracaq”. İndi qərar ver görək məni göndərənə nə cavab verim?» 013 1CH 021 013 Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşüncə qoy Rəbbin əlinə düşüm, çünki Onun rəhmi çox böyükdür». 013 1CH 021 014 Beləcə Rəbb İsrail üzərinə vəba göndərdi və İsraillilərdən yetmiş min nəfər həlak oldu. 013 1CH 021 015 Allah Yerusəlimin əhalisini həlak etmək üçün bir mələk göndərdi. Mələk onları həlak edərkən Rəbb bunu görüb bu bəlaya görə təəssüfləndi və həlak edən mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Ornanın xırmanının yanında dayandı. 013 1CH 021 016 Davud başını qaldırıb Rəbbin mələyini gördü. Mələk əlindəki sıyrılmış qılıncı Yerusəlimin üzərinə uzadaraq yerlə göyün arasında dayanmışdı. Çula bürünən Davud və ağsaqqallar üzüstə yerə qapandı. 013 1CH 021 017 Davud Allaha dedi: «Xalqı siyahıya almağı əmr edən mən deyildimmi? Mən günah etdim və həqiqətən, pis iş gördüm, bəs bu yazıq xalq nə edib? Ya Rəbb Allahım, qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın, amma Öz xalqına vəba göndərmə». 013 1CH 021 018 Rəbbin mələyi Davuda söyləmək üçün Qada dedi: «Qoy Davud çıxıb Yevuslu Ornanın xırmanında Rəbbə bir qurbangah düzəltsin». 013 1CH 021 019 Rəbbin adı ilə Qadın söylədiyi sözə görə Davud çıxdı. 013 1CH 021 020 Ornan geri dönüb mələyi gördü. Onunla birgə olan dörd oğlu gizləndi, Ornan isə yenə də buğda döyürdü. 013 1CH 021 021 Davud Ornanın yanına gələndə Ornan baxıb Davudu gördü, xırmandan çıxdı və ona yerə qədər təzim etdi. 013 1CH 021 022 Davud Ornana dedi: «Bu xırmanını mənə ver ki, burada Rəbb üçün qurbangah tikim, onu mənə tam dəyərinə sat. Beləcə xalqın üzərinə gələn vəba dayansın». 013 1CH 021 023 Ornan Davuda dedi: «Götür, havayı sənin olsun, ağam padşah gözündə xoş olanı etsin. Mən yandırma qurbanı olaraq öküzləri, odun yerinə vəlləri və taxıl təqdimi kimi buğdanı verirəm, bunların hamısını verirəm». 013 1CH 021 024 Padşah Davud Ornana dedi: «Yox, mütləq tam dəyərinə satın alacağam, çünki sənin malını Rəbb üçün götürmərəm, havayı malı yandırma qurbanı vermərəm». 013 1CH 021 025 Buna görə də Davud bu yer üçün Ornana çəkisi altı yüz şekel qızıl verdi. 013 1CH 021 026 Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərib ona cavab verdi. 013 1CH 021 027 Rəbb mələyə əmr etdi, o da qılıncını qınına qoydu. 013 1CH 021 028 Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi. 013 1CH 021 029 Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi. 013 1CH 021 030 Ancaq Davud Allahdan soruşmaq üçün Onun hüzuruna gedə bilmədi, çünki Rəbbin mələyinin qılıncından qorxurdu. 013 1CH 022 001 Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun». 013 1CH 022 002 Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi. 013 1CH 022 003 Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı 013 1CH 022 004 və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi. 013 1CH 022 005 Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü. 013 1CH 022 006 Davud oğlu Süleymanı çağırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi. 013 1CH 022 007 Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı. 013 1CH 022 008 Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən. 013 1CH 022 009 Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm. 013 1CH 022 010 O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”. 013 1CH 022 011 İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən. 013 1CH 022 012 Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən. 013 1CH 022 013 Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə. 013 1CH 022 014 Bax böyük cəhdlə Rəbbin məbədi üçün yüz min talant qızıl, bir milyon talant gümüş, çox olduğu üçün çəkiyə gəlməz tunc və dəmir yığdım, həmçinin ağaclar və daşlar hazırladım. Sən də bunların üstünə əlavə et. 013 1CH 022 015 Sənin yanında çoxlu işçilər – daşyonanlar, bənnalar, dülgərlər, 013 1CH 022 016 hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun». 013 1CH 022 017 Davud İsrailin bütün başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi: 013 1CH 022 018 «Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarıma verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib. 013 1CH 022 019 İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın Müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz». 013 1CH 023 001 Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi. 013 1CH 023 002 Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı. 013 1CH 023 003 Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi. 013 1CH 023 004 Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim, 013 1CH 023 005 dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu. 013 1CH 023 006 Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı. 013 1CH 023 007 Gerşonun nəslindən: Ladan və Şimey. 013 1CH 023 008 Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər. 013 1CH 023 009 Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi. 013 1CH 023 010 Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi. 013 1CH 023 011 Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı. 013 1CH 023 012 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər. 013 1CH 023 013 Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu. 013 1CH 023 014 Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı. 013 1CH 023 015 Musanın oğulları: Gerşom və Eliezer. 013 1CH 023 016 Gerşomun ilk oğlu Şevuel. 013 1CH 023 017 Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi. 013 1CH 023 018 İsharın ilk oğlu Şelomit. 013 1CH 023 019 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam. 013 1CH 023 020 Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya. 013 1CH 023 021 Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş. 013 1CH 023 022 Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar. 013 1CH 023 023 Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər. 013 1CH 023 024 Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi. 013 1CH 023 025 Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq. 013 1CH 023 026 Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq». 013 1CH 023 027 Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. 013 1CH 023 028 Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək, 013 1CH 023 029 təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq, 013 1CH 023 030 hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək, 013 1CH 023 031 Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. 013 1CH 023 032 Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər. 013 1CH 024 001 Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. 013 1CH 024 002 Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu. 013 1CH 024 003 Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı. 013 1CH 024 004 Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər. 013 1CH 024 005 Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi. 013 1CH 024 006 Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı. 013 1CH 024 007 Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya, 013 1CH 024 008 üçüncüsü Xarimə, dördüncüsü Seorimə, 013 1CH 024 009 beşincisi Malkiyaya, altıncısı Miyaminə, 013 1CH 024 010 yeddincisi Haqqosa, səkkizincisi Aviyaya, 013 1CH 024 011 doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya, 013 1CH 024 012 on birincisi Elyaşivə, on ikincisi Yaqimə, 013 1CH 024 013 on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya, 013 1CH 024 014 on beşincisi Bilqaya, on altıncısı İmmerə, 013 1CH 024 015 on yeddincisi Xezirə, on səkkizincisi Happissesə, 013 1CH 024 016 on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə, 013 1CH 024 017 iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula, 013 1CH 024 018 iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı. 013 1CH 024 019 İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi. 013 1CH 024 020 Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya. 013 1CH 024 021 Rexavyanın nəslindən ilk oğlu İşşiya. 013 1CH 024 022 İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat. 013 1CH 024 023 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam. 013 1CH 024 024 Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir. 013 1CH 024 025 Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə. 013 1CH 024 026 Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya. 013 1CH 024 027 Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri. 013 1CH 024 028 Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi. 013 1CH 024 029 Qişin nəslindən Yeraxmeel. 013 1CH 024 030 Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir. 013 1CH 024 031 Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar. 013 1CH 025 001 Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən liralarla, çənglərlə və sinclərlə peyğəmbərlik etsinlər deyə xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur: 013 1CH 025 002 Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarela. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər. 013 1CH 025 003 Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi. 013 1CH 025 004 Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot. 013 1CH 025 005 Bunların hamısı padşahın görücüsü Hemanın oğulları idi, çünki Hemanı yüksəltmək barədə Allahın verdiyi sözə görə Allah ona on dörd oğul və üç qız vermişdi. 013 1CH 025 006 Onların hamısı Rəbbin məbədində atalarının başçılığı altında Allah evinin xidməti üçün sinclər, çənglər və liralar çalıb ilahi oxuyurdu. Asəf, Yedutun və Heman isə padşahın başçılığı altında idi. 013 1CH 025 007 Rəbbə ilahi oxumaq öyrədilmiş qohumları ilə birgə bütün bunu bacaranlar iki yüz səksən səkkiz nəfər idi. 013 1CH 025 008 Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı. 013 1CH 025 009 Birinci püşk Asəfin nəslindən olan Yusifə çıxdı. İkincisi qohumları və oğulları ilə birgə Gedalyaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 010 Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 011 Dördüncüsü oğulları və qohumları ilə birgə İsriyə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 012 Beşincisi oğulları və qohumları ilə birgə Netanyaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 013 Altıncısı oğulları və qohumları ilə birgə Buqqiyaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 014 Yeddincisi oğulları və qohumları ilə birgə Yesarelaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 015 Səkkizincisi oğulları və qohumları ilə birgə Yeşayaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 016 Doqquzuncusu oğulları və qohumları ilə birgə Mattanyaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 017 Onuncusu oğulları və qohumları ilə birgə Şimeyə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 018 On birincisi oğulları və qohumları ilə birgə Azarelə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 019 On ikincisi oğulları və qohumları ilə birgə Xaşavyaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 020 On üçüncüsü oğulları və qohumları ilə birgə Şuvaelə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 021 On dördüncüsü oğulları və qohumları ilə birgə Mattityaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 022 On beşincisi oğulları və qohumları ilə birgə Yeremota çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 023 On altıncısı oğulları və qohumları ilə birgə Xananyaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 024 On yeddincisi oğulları və qohumları ilə birgə Yoşbeqaşaya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 025 On səkkizincisi oğulları və qohumları ilə birgə Xananiyə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 026 On doqquzuncusu oğulları və qohumları ilə birgə Mallotiyə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 027 İyirmincisi oğulları və qohumları ilə birgə Eliataya çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 028 İyirmi beşincisi oğulları və qohumları ilə birgə Hotirə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 029 İyirmi ikincisi oğulları və qohumları ilə birgə Giddaltiyə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 030 İyirmi üçüncüsü oğulları və qohumları ilə birgə Maxaziota çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 025 031 İyirmi dördüncüsü oğulları və qohumları ilə birgə Romamti-Ezerə çıxdı. Onlar on iki nəfər idi. 013 1CH 026 001 Qapıçıların bölükləri belədir: Qorah nəslindən, Asəfin övladlarından olan Qore oğlu Meşelemya. 013 1CH 026 002 Meşelemyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yediael, üçüncüsü Zevadya, dördüncüsü Yatniel, 013 1CH 026 003 beşincisi Elam, altıncısı Yehoxanan, yeddincisi Elyehoenay. 013 1CH 026 004 Oved-Edomun oğulları: ilk oğlu Şemaya, ikincisi Yehozavad, üçüncüsü Yoah, dördüncüsü Sakar, beşincisi Netanel, 013 1CH 026 005 altıncısı Ammiel, yeddincisi İssakar, səkkizincisi Peulletay, çünki Allah Oved-Edoma xeyir-dua vermişdi. 013 1CH 026 006 Onun oğlu Şemayanın da oğulları oldu və onlar nəsil başçıları oldu, çünki igid adamlar idi. 013 1CH 026 007 Şemayanın oğulları: Otni, Refael, Oved və Elzavad. Qohumları Elihu və Semakya da igid adamlar idi. 013 1CH 026 008 Bunların hamısı Oved-Edomun nəslindən idi. Özləri, oğulları və qohumları xidmət işində bacarıqlı və igid adamlar idi. Hamısı birlikdə altmış iki nəfər idi. Onlar Oved-Edomdan idi. 013 1CH 026 009 Meşelemyanın oğullarından və qohumlarından olan igid adamlar on səkkiz nəfər idi. 013 1CH 026 010 Merari nəslindən olan Xosanın oğulları: ilk oğlu olmadığı halda atasının böyük başçı qoyduğu Şimri, 013 1CH 026 011 ikincisi Xilqiya, üçüncüsü Tevalya, dördüncüsü Zəkəriyyə. Xosanın bütün oğulları və qohumları on üç nəfər idi. 013 1CH 026 012 Bu adamların başçılıq etdiyi qapıçı bölükləri başqa qohumları kimi Rəbbin məbədində xidmət etmək üçün vəzifələrinə təyin olundular. 013 1CH 026 013 Böyüyü də, kiçiyi də ata nəsillərinə görə hər qapı üçün püşk atdı. 013 1CH 026 014 Şelemya üçün püşk Şərq qapısına düşdü. Onun oğlu ağıllı məsləhətçi olan Zəkəriyyə üçün də püşk atdılar. Onun püşkü Şimal qapısına düşdü. 013 1CH 026 015 Oved-Edom üçün püşk Cənub qapısına, oğulları üçün isə anbar evinə düşdü. 013 1CH 026 016 Şuppim və Xosa üçün püşk Qərb qapısına və yuxarı qalxan yolda olan Şalleket qapısına düşdü. Bunların hamısı növbə ilə beləcə keşik çəkirdi. 013 1CH 026 017 Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili. 013 1CH 026 018 Qərb tərəfdə olan həyət üçün isə yolda dördü, həyətdə ikisi dururdu. 013 1CH 026 019 Bunlar Qorah və Merari nəsillərindən olan qapıçı bölmələridir. 013 1CH 026 020 Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır: 013 1CH 026 021 Gerşonlulardan olan Ladanın nəslindən Ladanın nəsil başçısı Gerşonlu Yexieli, 013 1CH 026 022 Rəbbin məbədinin xəzinələrinə nəzarət edən Yexielinin oğulları Zetam və onun qardaşı Yoel. 013 1CH 026 023 Amramın, İsharın, Xevronun və Uzzielin nəsillərindən 013 1CH 026 024 Musa oğlu Gerşomun nəslindən olan Şevuel xəzinələr üzərində baş nəzarətçi idi. 013 1CH 026 025 Gerşomun qardaşı Eliezerin nəsli: onun oğlu Rexavya, onun oğlu Yeşaya, onun oğlu Yoram, onun oğlu Zikri, onun oğlu Şelomit. 013 1CH 026 026 Şelomit və onun qohumları bütün təqdis olunan şeylər xəzinələri üzərində nəzarətçi idi. Bu şeyləri padşah Davud, minbaşı və yüzbaşı olan nəsil və ordu başçıları təqdis etmişdi. 013 1CH 026 027 Müharibələrdə ələ keçirilən təqdis olunmuş qənimətin bir hissəsini Rəbbin məbədini təmin etmək üçün ayırmışdılar. 013 1CH 026 028 Hər kəsin təqdis etdiyi şeylər – görücü Şamuelin, Qiş oğlu Şaulun, Ner oğlu Avnerin və Seruya oğlu Yoavın təqdis etdiyi şeylərin hamısı Şelomitin və onun qohumlarının nəzarəti altında idi. 013 1CH 026 029 İshar nəslindən Kenanya və onun oğulları İsrail üzərində məmur və hakim olub məbəddən kənardakı işlərə baxırdı. 013 1CH 026 030 Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraillilər üzərində məmur idi. 013 1CH 026 031 Xevronun nəslindən olan Yeriya Xevronluların nəsil başçısı idi. Davudun padşahlığının qırxıncı ilində onların nəsil şəcərələrinə baxıldı və Gileadın Yazer şəhərində onların arasında igid adamlar tapıldı. 013 1CH 026 032 Yeriyanın nəsil başçıları olan qohumları igid adamlar idi və sayları iki min yeddi yüz nəfər idi. Padşah Davud Allahın və padşahın xidmət işi üçün Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı üzərində onları məmur qoydu. 013 1CH 027 001 İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraillilərin nəsil başçılarının, minbaşıların, yüzbaşıların və məmurların siyahısı budur: 013 1CH 027 002 birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 003 O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçılarının böyüyü idi. 013 1CH 027 004 İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 005 Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 006 «Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi. 013 1CH 027 007 Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 008 Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 009 Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 010 Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 011 Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 012 Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 013 Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 014 On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 015 On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 013 1CH 027 016 İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya; 013 1CH 027 017 Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq; 013 1CH 027 018 Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri; 013 1CH 027 019 Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot; 013 1CH 027 020 Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel; 013 1CH 027 021 Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel; 013 1CH 027 022 Danlıların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır. 013 1CH 027 023 Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi. 013 1CH 027 024 Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı. 013 1CH 027 025 Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan; 013 1CH 027 026 tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri; 013 1CH 027 027 üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi; 013 1CH 027 028 yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş; 013 1CH 027 029 Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat; 013 1CH 027 030 dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya; 013 1CH 027 031 qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi. 013 1CH 027 032 Davudun əmisi Yonatan məsləhətçi idi. O çox ağıllı və savadlı idi. Xakmoni oğlu Yexiel padşah oğullarının tərbiyəçisi idi. 013 1CH 027 033 Axitofel padşahın məsləhətçisi idi. Arklı Xuşay padşahın həmsöhbəti idi. 013 1CH 027 034 Axitofeldən sonra yerinə Benaya oğlu Yehoyada və Evyatar oldu. Padşahın ordu başçısı isə Yoav idi. 013 1CH 028 001 Davud İsrailin bütün başçılarını – qəbilə başçılarını, padşaha xidmət edən bölmələrin başçılarını, minbaşıları və yüzbaşıları, padşahla oğullarının bütün mülkünə və heyvanlarına baxanların başçılarını, saray xidmətçilərini, sərkərdələri və bütün igid adamları Yerusəlimə topladı. 013 1CH 028 002 Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, məni dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm. 013 1CH 028 003 Ancaq Allah mənə dedi: “Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki sən hərb adamısan və qan tökmüsən”. 013 1CH 028 004 Lakin İsrailin Allahı Rəbb İsrail üzərində əbədi olaraq padşah olmaq üçün bütün nəslimdən məni seçdi, çünki hökmdar olmaq üçün O, Yəhudanı və Yəhuda qəbiləsindən mənim nəslimi seçdi. Bütün İsrail üzərində padşah etmək üçün nəslimin arasında mən xoşuna gəldim. 013 1CH 028 005 Rəbbin mənə verdiyi çoxlu oğul arasından da İsrail üzərində Rəbbin padşahlıq taxtında oturmaq üçün oğlum Süleymanı seçdi. 013 1CH 028 006 Rəbb mənə dedi: “Oğlun Süleyman da həmin adamdır ki, Mənim məbədimi və həyətlərimi tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona Ata olacağam. 013 1CH 028 007 Əgər bu gün olduğu kimi əmrlərimə və hökmlərimə əməl etməkdə sadiq olsa, onun padşahlığını əbədi olaraq möhkəmləndirəcəyəm”. 013 1CH 028 008 İndi isə bütün İsraillilərin, Rəbbin camaatının gözü önündə və Allahımız eşidərkən belə tapşırıram: “Allahınız Rəbbin bütün əmrlərinə əməl edin, onları öyrənin ki, bu nemətli torpaqda qalasınız və sizdən sonra övladlarınıza onu əbədi miras verəsiniz”. 013 1CH 028 009 Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq. 013 1CH 028 010 İndi bax Rəbb səni Müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də möhkəm ol və bu işi gör». 013 1CH 028 011 Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və 013 1CH 028 012 Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri, 013 1CH 028 013 kahinlərin və Levililərin bölükləri, Rəbbin məbədində hər cür xidmət işi, Rəbbin məbədində olan bütün xidmət əşyaları, 013 1CH 028 014 hər cür xidmət üçün işlədilən bütün qızılın çəkisinə görə qızıl əşyalar, hər cür xidmət üçün işlədilən gümüşün çəkisinə görə gümüş əşyalar, 013 1CH 028 015 hər çıraqdanın və onun çıraqlarının çəkisinə görə qızıl çıraqdanlar və onların qızıl çıraqları, hər cür xidmət üçün çəkisinə görə gümüş çıraqdanlar və onların çıraqları, 013 1CH 028 016 təqdis çörəkləri qoyulan masalar üçün hər masanın çəkisinə görə qızıl, hər gümüş masa üçün gümüş, 013 1CH 028 017 xalis qızıldan olan çəngəllər, piyalələr və dolçalar, hər kasanın çəkisinə görə qızıl kasalar, hər kasanın çəkisinə görə gümüş kasalar, 013 1CH 028 018 çəkisinə görə xalis qızıldan buxur qurbangahı. Davud həm də qanadlarını açıb Əhd sandığını örtən Rəbbin arabası olan qızıl keruvların təsvirini verdi. 013 1CH 028 019 Davud dedi: «Bunların hamısının təsviri bütün təfsilatı ilə yazılı şəkildə Rəbb tərəfindən mənə aşkar edildi». 013 1CH 028 020 Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz. 013 1CH 028 021 Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrini gözləyir». 013 1CH 029 001 Padşah Davud bütün camaata dedi: «Allahın yeganə seçdiyi oğlum Süleyman cavan və təcrübəsizdir, bu iş isə böyükdür, çünki bu bina insan üçün deyil, Rəbb Allah üçün olacaq. 013 1CH 029 002 Bütün səyimlə Allahımın məbədindən ötrü qızıl şeylər üçün qızıl, gümüş şeylər üçün gümüş, tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir, ağac şeylər üçün ağac, damarlı əqiq daşları və onların sağanaqları, cilalı və cürbəcür rəngli daşlar, hər cür qiymətli daşlar və çoxlu mərmər daşlar hazırlamışam. 013 1CH 029 003 Bundan başqa, Allahımın məbədini tikməyə həvəsim naminə müqəddəs məbəd üçün hazırladığım hər şeydən əlavə nə qədər qızıl-gümüş xəzinəm varsa, onu da Allahım Rəbbin məbədi üçün verirəm: 013 1CH 029 004 Ofir qızılından üç min talant qızılı, yeddi min talant xalis gümüşü evlərin divarını örtmək üçün, 013 1CH 029 005 qızıl şeylər üçün qızılı, gümüş şeylər üçün gümüşü ustaların düzəldəcəyi bütün işlər üçün verirəm. Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?» 013 1CH 029 006 Nəsil başçıları, İsrail qəbilələrinin başçıları, minbaşılar, yüzbaşılar və padşahın işləri üzərində olan rəislər könüllü gəlib 013 1CH 029 007 Allah məbədinin xidməti üçün beş min talant və on min darik qızıl, on min talant gümüş, on səkkiz min talant tunc və yüz min talant dəmir verdilər. 013 1CH 029 008 Kimdə qiymətli daşlar var idisə, onları Gerşon nəslindən olan Yexielin nəzarəti altında olan Rəbbin məbədinin xəzinəsinə verirdi. 013 1CH 029 009 Xalq onların könüllü nəzir verməsinə sevindi, çünki bütün qəlbi ilə Rəbbə nəzir təqdim etmişdilər. Padşah Davud da çox sevindi. 013 1CH 029 010 Davud bütün camaatın gözü önündə Rəbbə alqış edib dedi: «Ey atamız İsrailin Allahı Rəbb, əzəldən sonsuza qədər Sənə alqış olsun! 013 1CH 029 011 Ya Rəbb, əzəmət, qüdrət, calal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və Hökmdar olaraq hər şeydən ucasan. 013 1CH 029 012 Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. 013 1CH 029 013 İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik. 013 1CH 029 014 Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik. 013 1CH 029 015 Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. 013 1CH 029 016 Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib, bunların hamısı Sənindir. 013 1CH 029 017 Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirsən. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim, indi də burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm. 013 1CH 029 018 Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özünə tərəf yönəlt. 013 1CH 029 019 Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksin». 013 1CH 029 020 Davud bütün camaata dedi: «İndi Allahınız Rəbbə həmd edin». Bütün camaat atalarının Allahı Rəbbə həmd etdi. Onlar əyilib Rəbbə səcdə, padşaha isə təzim etdilər. 013 1CH 029 021 Ertəsi gün Rəbbə qurbanlar kəsdilər və Rəbbə yandırma qurbanı olaraq min baş buğa, min baş qoç, min baş quzu, onların içmə təqdimlərini və bütün İsrail üçün çoxlu qurbanlar təqdim etdilər. 013 1CH 029 022 O gün onlar böyük sevinclə Rəbbin önündə yeyib-içdilər. Sonra ikinci dəfə Davud oğlu Süleymanı padşah etdilər. Rəbb üçün onu hökmdar və Sadoqu kahin olaraq məsh etdilər. 013 1CH 029 023 Süleyman atası Davudun yerinə padşah olaraq Rəbbin taxtında oturdu və uğur qazandı. Bütün İsraillilər ona itaət etdi. 013 1CH 029 024 Bütün rəislər, igid adamlar, həm də Davudun bütün oğulları padşah Süleymana tabe oldu. 013 1CH 029 025 Rəbb Süleymanı bütün İsraillilərin gözündə çox ucaltdı və özündən əvvəl İsraildə heç bir padşahın malik olmadığı padşahlıq əzəmətini ona verdi. 013 1CH 029 026 Beləliklə, Yessey oğlu Davud bütün İsrail üzərində padşahlıq etdi. 013 1CH 029 027 Onun İsrail üzərində padşahlıq etdiyi müddət qırx il idi; yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etdi. 013 1CH 029 028 O, uzun ömür sürüb sərvət və şöhrətdən doymuş halda xoş bir qocalıq çağında öldü və yerinə oğlu Süleyman padşah oldu. 013 1CH 029 029 Padşah Davudun əvvəldən axıra qədər bütün işləri görücü Şamuelin kitabında, peyğəmbər Natanın kitabında və görücü Qadın kitabında yazılmışdır. 013 1CH 029 030 Bu kitablarda həm Davudun padşahlığı və qüdrəti, həm də onun, İsrailin və bütün dünya padşahlıqlarının başına gələn əhvalatlar barədə yazılmışdır. # # BOOK 014 2CH 2 Chronicles Ikinci Salnamələr 014 2CH 001 001 Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi. 014 2CH 001 002 Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı. 014 2CH 001 003 Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi. 014 2CH 001 004 Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu. 014 2CH 001 005 Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi. 014 2CH 001 006 Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi. 014 2CH 001 007 Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?» 014 2CH 001 008 Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin. 014 2CH 001 009 İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin. 014 2CH 001 010 İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?» 014 2CH 001 011 Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin, 014 2CH 001 012 Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq». 014 2CH 001 013 Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi. 014 2CH 001 014 Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 014 2CH 001 015 Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 014 2CH 001 016 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı. 014 2CH 001 017 Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı. 014 2CH 002 001 Süleyman Rəbbin adına bir məbəd və özü üçün bir saray tikməyi niyyət etdi. 014 2CH 002 002 Süleyman yük daşıyan yetmiş min nəfər, dağlarda daş yonan səksən min nəfər, onların üzərində nəzarətçi olan üç min altı yüz adam sayıb ayırdı. 014 2CH 002 003 Süleyman Sur padşahı Xirama xəbər göndərib dedi: «Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər. 014 2CH 002 004 Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir məbəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır. 014 2CH 002 005 Tikəcəyim məbəd böyükdür, çünki Allahımız bütün allahlardan böyükdür. 014 2CH 002 006 Kim Ona ev tikməyə qadirdir? O, göyə və göylərin göyünə sığmaz və mən kiməm ki, Ona bir ev tikəm? Onun önündə yalnız buxur yandırmaq üçün bir yer tikə bilərəm. 014 2CH 002 007 Atam Davudun hazırladığı, Yəhudada və Yerusəlimdə mənim yanımda olan ustalarla birgə işləmək üçün mənə bir adam göndər ki, qızıl, gümüş, tunc, dəmir işlərini, tünd qırmızı, al rəngli və bənövşəyi parça işlərini bacarsın, hər cür oyma işi görsün. 014 2CH 002 008 Livandan mənə sidr, şam və ardıc ağacları göndər, çünki bilirəm ki, sənin adamların Livanda ağac kəsməyi bacarır. 014 2CH 002 009 İndi mənə bol taxta-şalban hazırlasınlar deyə mənim adamlarım sənin adamlarınla birgə olacaq. Çünki tikəcəyim məbəd böyük və möcüzəli bir şey olacaq. 014 2CH 002 010 Mən isə sənin adamlarına – ağac kəsənlərə iyirmi min kor döyülmüş buğda, iyirmi min kor arpa, iyirmi min bat şərab və iyirmi min bat zeytun yağı verirəm». 014 2CH 002 011 Sur padşahı Xiram göndərdiyi məktubla Süleymana cavab verdi: «Rəbb xalqını sevdiyi üçün səni onların üzərində padşah etdi». 014 2CH 002 012 Xiram belə davam etdi: «Göyü və yeri yaradan İsrailin Allahı Rəbbə alqış olsun ki, padşah Davuda Rəbb üçün bir məbəd və özü üçün bir padşah sarayı tikən bacarıqlı, dərrakəli və müdrik oğul verib. 014 2CH 002 013 Bacarıqlı və həssas olan Xiram-Avini yanına göndərdim ki, sənin ustalarınla və atanın – ağam Davudun ustaları ilə birgə ona da iş tapşırılsın. 014 2CH 002 014 O, Danlı bir qadının oğludur, atası isə Surlu idi. Bu adam qızıl, gümüş, tunc, dəmir, daş, ağac işlərini, tünd qırmızı, bənövşəyi, al rəngli parça və incə kətan işlərini bacarır, hər cür oyma işini və ona tapşırılan hər naxışı çəkə bilir. 014 2CH 002 015 Ağamın söylədiyi buğdanı və arpanı, zeytun yağını və şərabı qullarına göndər. 014 2CH 002 016 Biz isə sənə lazım olduğu qədər Livandan ağac kəsərik, onu sallarla dəniz yolu ilə sənin yanına Yafoya gətirərik və sən də onu Yerusəlimə çıxararsan». 014 2CH 002 017 Atası Davud İsrail torpağında olan bütün qəribləri siyahıya aldıqdan sonra Süleyman onları bir də saydı. Qəriblər yüz əlli üç min altı yüz nəfər idi. 014 2CH 002 018 Onlardan yetmiş min nəfəri yük daşımağa, səksən min nəfəri dağlarda daş yonmağa qoydu. Üç min altı yüz adamı da xalqı işlətmək üçün nəzarətçi qoydu. 014 2CH 003 001 Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı. 014 2CH 003 002 Onu padşahlığının dördüncü ilində, ikinci ayın ikinci günündə tikməyə başladı. 014 2CH 003 003 Allahın məbədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi. 014 2CH 003 004 Məbədin önündəki eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızılla örtdü. 014 2CH 003 005 Böyük otağa şam ağacı ilə örtük vurub onu xalis qızılla örtdü, onun üstünə xurma ağacları və zəncir təsvirləri həkk etdi. 014 2CH 003 006 Əzəmətli olsun deyə evi qiymətli daşlarla bəzədi. Qızıl Parvayim qızılı idi. 014 2CH 003 007 Məbədi və onun dirəklərini, astanalarını, divarlarını və qapılarını qızılla örtdü, divarlarda keruvların təsvirini oydu. 014 2CH 003 008 Süleyman Ən Müqəddəs yeri də tikdi. Onun uzunluğu məbədin eninə görə iyirmi qulac və eni iyirmi qulac idi. Onu altı yüz talant xalis qızılla örtdü. 014 2CH 003 009 Qızıl mismarların ağırlığı əlli şekel idi. Yuxarı otaqları da qızılla örtdü. 014 2CH 003 010 Ən Müqəddəs yerdə heykəltəraş işi olan iki keruv düzəltdi və onları qızılla örtdü. 014 2CH 003 011 Keruvların qanadları iyirmi qulac uzunluğunda idi. Bir keruvun qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına dəyirdi. 014 2CH 003 012 O biri keruvun da qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına birləşmişdi. 014 2CH 003 013 Bu keruvların qanadları iyirmi qulac uzanırdı. Keruvlar ayaq üstə durmuşdu və üzləri böyük otağa doğru çevrilmişdi. 014 2CH 003 014 O, bənövşəyi, tünd qırmızı, al rəngli parça və incə kətandan pərdə tikdi, üzərində keruvlar işlədi. 014 2CH 003 015 Süleyman məbədin önündə otuz beş qulac hündürlüyündə iki sütun düzəltdi və hər bir sütunun üstündəki başlıq beş qulac idi. 014 2CH 003 016 İç otaqda zəncirlər düzəltdi və onları sütunların üstünə qoydu, yüz nar düzəltdi və onları zəncirlərin üzərinə qoydu. 014 2CH 003 017 O, sütunları məbədin önünə – birini sağa və o birini sola qoydu. Sağda olanı Yakin, solda olanı isə Boaz adlandırdı. 014 2CH 004 001 Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi. 014 2CH 004 002 O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı. 014 2CH 004 003 Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. 014 2CH 004 004 Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. 014 2CH 004 005 Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu. 014 2CH 004 006 Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi. 014 2CH 004 007 O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. 014 2CH 004 008 On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi. 014 2CH 004 009 Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü. 014 2CH 004 010 Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi. 014 2CH 004 011 Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı: 014 2CH 004 012 iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor; 014 2CH 004 013 sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar; 014 2CH 004 014 dayaqlar; dayaqların üzərində on ləyən; 014 2CH 004 015 bir hovuz; onun altında on iki tökmə buğa; 014 2CH 004 016 qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü. 014 2CH 004 017 Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü. 014 2CH 004 018 Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi. 014 2CH 004 019 Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar; 014 2CH 004 020 qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları; 014 2CH 004 021 xalis qızıldan güllər, çıraqlar və maşalar; 014 2CH 004 022 xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları. 014 2CH 005 001 Rəbbin məbədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın məbədinin xəzinələrinə qoydu. 014 2CH 005 002 O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər. 014 2CH 005 003 Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı. 014 2CH 005 004 Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü. 014 2CH 005 005 Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi. 014 2CH 005 006 Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi. 014 2CH 005 007 Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi. 014 2CH 005 008 Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü. 014 2CH 005 009 Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır. 014 2CH 005 010 İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa onun içində heç bir şey yox idi. 014 2CH 005 011 Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi. 014 2CH 005 012 İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı. 014 2CH 005 013 Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, 014 2CH 005 014 o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu. 014 2CH 006 001 O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın. 014 2CH 006 002 Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun». 014 2CH 006 003 Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu. 014 2CH 006 004 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi: 014 2CH 006 005 “Mən xalqımı Misir torpağından çıxartdığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun. Xalqım İsrail üzərində hökmdar olmaq üçün bir adam da seçməmişdim. 014 2CH 006 006 İndi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm”. 014 2CH 006 007 Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi. 014 2CH 006 008 Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən. 014 2CH 006 009 Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”. 014 2CH 006 010 Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim. 014 2CH 006 011 Sandığı oraya qoydum. Rəbbin İsrail övladları ilə bağladığı əhd onun içindədir». 014 2CH 006 012 Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durub əllərini göyə açdı. 014 2CH 006 013 O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı. 014 2CH 006 014 Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan. 014 2CH 006 015 Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin. 014 2CH 006 016 Ya Rəbb İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et. Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da qanunuma görə əməl edərək öz yollarına diqqət edərlərsə, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”. 014 2CH 006 017 Ey İsrailin Allahı Rəbb, indi qulun atam Davuda dediyin sözü təsdiq et! 014 2CH 006 018 Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə! 014 2CH 006 019 Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım, bu gün onun önündə etdiyi fəryadı və duanı eşit. 014 2CH 006 020 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən ki, adını orada qoyursan. Qulunun buraya üz tutub etdiyi duanı eşit. 014 2CH 006 021 Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydən – Öz məskənindən eşit və bağışla! 014 2CH 006 022 Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə, 014 2CH 006 023 o vaxt Sən göydən eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver. 014 2CH 006 024 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa və onlar təkrar Sənə dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr, 014 2CH 006 025 o vaxt Sən göydən eşit və xalqın İsrailin günahını bağışla, onları yenə özlərinə və atalarına verdiyin torpağa qaytar. 014 2CH 006 026 Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr, 014 2CH 006 027 o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər. 014 2CH 006 028 Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun – 014 2CH 006 029 kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa, 014 2CH 006 030 o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən. 014 2CH 006 031 Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Sənin yolunla getmək üçün Səndən qorxsun. 014 2CH 006 032 Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə, 014 2CH 006 033 o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin. 014 2CH 006 034 Əgər xalqın göndərdiyin yolla düşmənlərinə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin bu şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Sənə dua etsə, 014 2CH 006 035 Sən göydən onların dualarını və yalvarışlarını eşit, onların tərəfində ol. 014 2CH 006 036 Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa, 014 2CH 006 037 onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr, 014 2CH 006 038 onların əsir olunub aparıldığı ölkədə bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr, 014 2CH 006 039 o vaxt Sən göydən – Öz məskənindən onların dua və yalvarışlarını eşit və onların tərəfində ol. Sənin önündə günah edən xalqını bağışla. 014 2CH 006 040 İndi, ey Allahım, Sənə yalvarıram, bu yerdə edilən duanı gözlərin görsün və qulaqların eşitsin. 014 2CH 006 041 Ya Rəbb Allah, qüvvənin rəmzi olan sandığınla birgə, Gücün rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx. Ya Rəbb Allah, kahinlərin zəfərinlə əhatə olunsun, Möminlərin xeyirxahlığına görə sevinsin. 014 2CH 006 042 Ya Rəbb Allah, məsh etdiyindən üz döndərmə, Qulun Davuda göstərdiyin məhəbbətini yada sal». 014 2CH 007 001 Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu. 014 2CH 007 002 Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz məbədini doldurmuşdu. 014 2CH 007 003 Bütün İsrail övladları odun düşdüyünü və məbədin üzərində olan Rəbbin izzətini görəndə daş döşəmənin üstündə üzüstə yerə çöküb «Rəbbə şükür olsun, çünki O yaxşıdır, Onun məhəbbəti əbədidir» deyərək səcdə etdilər. 014 2CH 007 004 Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi. 014 2CH 007 005 Padşah Süleyman qurban olaraq iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi təqdim etdi. Beləliklə, padşah və bütün xalq Allahın məbədini təqdis etdi. 014 2CH 007 006 Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı. 014 2CH 007 007 Süleyman Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki düzəltdiyi tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi. 014 2CH 007 008 O vaxt Süleyman və onunla birgə çox böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər yeddi gün bayram etdi. 014 2CH 007 009 Səkkizinci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi yeddi gün, bayram da yeddi gün oldu. 014 2CH 007 010 Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə etdiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdi. 014 2CH 007 011 Süleyman Rəbbin məbədini və padşah sarayını tikib qurtardı. Rəbbin məbədində və öz sarayında ürəyi istədiyi hər şeyi uğurla etdi. 014 2CH 007 012 Rəbb Süleymana gecə görünüb ona dedi: «Sənin duanı eşitdim və bu yeri Özümə qurban evi seçdim. 014 2CH 007 013 Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qurtarsın deyə, çəyirtkəyə əmr etdiyim və xalqımın arasına vəba göndərdiyim zaman 014 2CH 007 014 əgər Mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib Məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam. 014 2CH 007 015 İndi bu yerdə edilən duanı gözlərim görəcək və qulaqlarım eşidəcək. 014 2CH 007 016 İndi adımı əbədilik oraya qoymaq üçün bu məbədi seçib təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq. 014 2CH 007 017 Əgər sən Mənim əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən, 014 2CH 007 018 sənin padşahlıq taxtını ucaldacağam. Mən “sənin nəslindən İsrailə hökm edən bir kişi əskik olmayacaq” deyərək atan Davudla əhd bağlamışdım. 014 2CH 007 019 Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmrlərimi tərk etsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz, 014 2CH 007 020 Mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söylədəcəyəm. 014 2CH 007 021 İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?” 014 2CH 007 022 Onlara deyəcəklər: “Bu xalq atalarını Misir torpağından çıxaran Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdilər. Buna görə də O bütün bu bəlanı onların üzərinə göndərdi”». 014 2CH 008 001 Süleyman Rəbbin məbədini və öz sarayını iyirmi ilə tikib qurtardıqdan sonra 014 2CH 008 002 Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi. 014 2CH 008 003 Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu. 014 2CH 008 004 Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi. 014 2CH 008 005 Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi. 014 2CH 008 006 Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi. 014 2CH 008 007 Ölkədə İsraillilərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı. 014 2CH 008 008 Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir. 014 2CH 008 009 İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi. 014 2CH 008 010 Padşah Süleymanın nəzarətçi rəisləri də İsraillilərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi. 014 2CH 008 011 Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir». 014 2CH 008 012 O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi. 014 2CH 008 013 Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi. 014 2CH 008 014 Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi. 014 2CH 008 015 Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı. 014 2CH 008 016 Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qurtarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin məbədi tikilib qurtardı. 014 2CH 008 017 Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi. 014 2CH 008 018 Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər. 014 2CH 009 001 Səba mələkəsi Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. 014 2CH 009 002 Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. 014 2CH 009 003 Səba mələkəsi Süleymanın hikmətini və onun tikdiyi sarayı, 014 2CH 009 004 süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini və onların geyimlərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanları görəndə daha özünü saxlaya bilmədi. 014 2CH 009 005 O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. 014 2CH 009 006 Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə sənin böyük hikmətinin yarısı belə, danışılmayıb, sənin şöhrətin barədə eşitdiklərimdən də üstünsən. 014 2CH 009 007 Sənin adamların nə bəxtiyardır və bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. 014 2CH 009 008 Allahın Rəbbə alqış olsun ki, səni istəyib Allahın Rəbb üçün padşah kimi İsrail taxtında oturtdu! Allahın İsraili əbədi möhkəmləndirməkdən ötrü ona olan sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni onlar üzərinə padşah qoydu». 014 2CH 009 009 Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər ətriyyat hələ heç vaxt gəlməmişdi. 014 2CH 009 010 Ofirdən qızıl gətirən Xiramın adamları ilə Süleymanın adamları ardıc ağacı və qiymətli daşlar da gətirdilər. 014 2CH 009 011 Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün pilləkənlər, musiqiçilər üçün lira və çəng düzəltdi. Yəhuda diyarında bu günə qədər beləsi görünməmişdi. 014 2CH 009 012 Padşah Süleyman Səba mələkəsinin arzuladığı və istədiyi bütün şeyləri ona verdi; bu, mələkənin padşaha gətirdiklərindən də çox idi. Sonra mələkə əyanları ilə birgə qayıdıb öz ölkəsinə getdi. 014 2CH 009 013 Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi. 014 2CH 009 014 Alver edən adamların və tacirlərin gətirdiyi qızıl buraya daxil deyildi. Bütün Ərəb padşahları və ölkənin valiləri də Süleymana qızıl və gümüş gətirərdi. 014 2CH 009 015 Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel döymə qızıl işləndi. 014 2CH 009 016 O, döymə qızıldan üç yüz qalxan da düzəltdi və bir qalxana üç yüz şekel qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu. 014 2CH 009 017 Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü. 014 2CH 009 018 Taxtın altı pilləsi və ayaq qoymaq üçün qızıl kətili var idi, bunlar taxta bağlı idi. Oturacağın hər iki tərəfində qollar var idi və qolların yanında iki şir təsviri var idi. 014 2CH 009 019 Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə bir şey yox idi. 014 2CH 009 020 Padşah Süleymanın bütün içki qabları qızıldan idi. «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı. 014 2CH 009 021 Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi. 014 2CH 009 022 Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi. 014 2CH 009 023 Bütün yer üzünün padşahları Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün onun üzünü görmək istəyirdi. 014 2CH 009 024 Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi. 014 2CH 009 025 Süleymanın dörd min axurunda döyüş arabaları üçün atları və on iki min süvarisi vardı. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 014 2CH 009 026 O, Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlar üzərində hökmranlıq edirdi. 014 2CH 009 027 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 014 2CH 009 028 Süleymanın atları Misirdən və bütün ölkələrdən gətirilirdi. 014 2CH 009 029 Süleymanın qalan işləri, ilk işlərindən son işlərinə qədər peyğəmbər Natanın tarix kitabında və Şilolu Axiyanın peyğəmbərliyində və görücü İddonun Nevat oğlu Yarovam haqqındakı vəhylərində yazılmışdır. 014 2CH 009 030 O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi. 014 2CH 009 031 Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu. 014 2CH 010 001 Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdi. 014 2CH 010 002 Nevat oğlu Yarovam bunu eşitdiyi zaman padşah Süleymanın əlindən qaçdığı Misirdən oraya qayıtdı. 014 2CH 010 003 Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsraillilərlə birgə Rexavama söylədi: 014 2CH 010 004 «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik». 014 2CH 010 005 Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi. 014 2CH 010 006 Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?» 014 2CH 010 007 Ağsaqqallar ona dedi: «Əgər sən bu xalqa xeyirxahlıq göstərməklə onları razı salıb yaxşı sözlər desən, daim sənə qul olacaq». 014 2CH 010 008 Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi. 014 2CH 010 009 Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?» 014 2CH 010 010 Onunla birgə böyümüş cavan adamlar ona dedi: «Sənə “atan üzərimizə ağır bir boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur. 014 2CH 010 011 Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”». 014 2CH 010 012 «Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi. 014 2CH 010 013 Padşah onlara sərt cavab verdi. Padşah Rexavam ağsaqqalların məsləhətinə məhəl qoymayıb 014 2CH 010 014 cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə onu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam». 014 2CH 010 015 Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin. 014 2CH 010 016 Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördü. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» Bütün İsraillilər evlərinə getdi. 014 2CH 010 017 Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi. 014 2CH 010 018 Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi. İsrail övladları onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi. 014 2CH 010 019 Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdı və bu indiyə qədər belədir. 014 2CH 011 001 Rexavam Yerusəlimə gəldi. O, İsraillilərlə müharibə edib öz padşahlığını qaytarmaq üçün Yəhuda və Binyamin evini – yüz səksən min seçmə döyüşçünü topladı. 014 2CH 011 002 Ancaq Allah adamı Şemayaya Rəbbin bu sözü nazil oldu: 014 2CH 011 003 «Yəhuda padşahı Süleyman oğlu Rexavama, Yəhuda və Binyamində olan bütün İsraillilərə söylə ki, 014 2CH 011 004 Rəbb belə deyir: “Getməyin və soydaşlarınızla müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Yarovamın üzərinə getməkdən əl çəkdilər. 014 2CH 011 005 Rexavam Yerusəlimdə yaşadı və Yəhudada müdafiə olunmaq üçün bu şəhərləri tikdi. 014 2CH 011 006 Bet-Lexem, Etam, Teqoa, 014 2CH 011 007 Bet-Sur, Soko, Adullam, 014 2CH 011 008 Qat, Mareşa, Zif, 014 2CH 011 009 Adorayim, Lakiş, Azeqa, 014 2CH 011 010 Sora, Ayyalon və Xevron. O, Yəhuda və Binyamin torpağında olan bu qalalı şəhərləri tikdi. 014 2CH 011 011 Qalaları möhkəmlədib onlara rəislər təyin etdi və ərzaq, yağ, şərab ehtiyatı gördü. 014 2CH 011 012 Hər şəhərə sipər və nizələr qoydu, onları çox möhkəmləndirdi. Beləcə Yəhuda ilə Binyamin torpaqları onun tərəfində qaldı. 014 2CH 011 013 Bütün İsraildə olan kahinlər və Levililər onların bütün mahallarından gəlib Rexavamın yanına toplandı. 014 2CH 011 014 Levililər otlaqlarını və mülklərini qoyub Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Yarovam onları oğulları ilə birgə Rəbbə kahinlik etməkdən kənar etmişdi. 014 2CH 011 015 O, səcdəgahlar, təkə bütləri və düzəltdiyi dana bütləri üçün özünə kahinlər qoymuşdu. 014 2CH 011 016 Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban təqdim etmək üçün Yerusəlimə gəldilər. 014 2CH 011 017 Yəhuda padşahlığını möhkəmləndirdilər və üç il Süleymanın oğlu Rexavama kömək etdilər. Çünki üç il Davudun və Süleymanın yolu ilə getdilər. 014 2CH 011 018 Rexavam Maxalatı özünə arvad aldı. Maxalat Davudun oğlu Yerimotunla Yesseyin oğlu Eliavın qızı Avihayilin qızı idi. 014 2CH 011 019 O, Rexavama oğullar – Yeuşu, Şemaryanı, Zahamı doğdu. 014 2CH 011 020 Rexavam Maxalatdan sonra Avşalomun qızı Maakanı aldı. O, Aviyanı, Attayı, Zizanı və Şelomiti doğdu. 014 2CH 011 021 Rexavam Avşalomun qızı Maakanı bütün arvadları və cariyələrindən daha çox sevirdi. O, on səkkiz arvad və altmış cariyə almışdı, iyirmi səkkiz oğul və altmış qız atası oldu. 014 2CH 011 022 Rexavam Maaka oğlu Aviyanı qardaşları arasında padşah etmək üçün ayıraraq vəliəhd təyin etdi. 014 2CH 011 023 Ağıllı davranıb bütün Yəhuda və Binyamin torpağında hər qalalı şəhərə oğullarını göndərdi və onlara bol ərzaq verdi, onlar üçün çoxlu arvad aldı. 014 2CH 012 001 Padşahlığı möhkəmlənib özü qüvvətləndikdə Rexavam, onunla bərabər bütün İsraillilər Rəbbin Qanunundan üz döndərdilər. 014 2CH 012 002 Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi. 014 2CH 012 003 Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi. 014 2CH 012 004 O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı. 014 2CH 012 005 Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz Məni tərk etdiniz, buna görə Mən də sizi Sisaqa təslim etdim”». 014 2CH 012 006 İsrail rəisləri ilə padşah özlərini aşağı tutdular və «Rəbb adildir» dedilər. 014 2CH 012 007 Rəbb onların özlərini aşağı tutduğunu görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini aşağı tutduqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək. 014 2CH 012 008 Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqini başa düşsünlər deyə onun qulları olacaqlar». 014 2CH 012 009 Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü. 014 2CH 012 010 Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizə rəislərinin əlinə verdi. 014 2CH 012 011 Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər. 014 2CH 012 012 Özünü aşağı tutduqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi. 014 2CH 012 013 Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi. 014 2CH 012 014 O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi. 014 2CH 012 015 Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi. 014 2CH 012 016 Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu. 014 2CH 013 001 Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu. 014 2CH 013 002 O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Givealı Urielin qızı Maaka idi. Aviya ilə Yarovamın arasında müharibə gedirdi. 014 2CH 013 003 Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü. 014 2CH 013 004 Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraillilər, məni dinləyin! 014 2CH 013 005 Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir. 014 2CH 013 006 Ancaq Davudun oğlu Süleymanın qulu Nevat oğlu Yarovam qalxıb ağasına qarşı üsyan etdi. 014 2CH 013 007 Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi. 014 2CH 013 008 İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır. 014 2CH 013 009 Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınızmı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünüzə kahinlər qoymadınızmı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər. 014 2CH 013 010 Amma Rəbb Allahımız olduğuna görə biz Onu tərk etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı. 014 2CH 013 011 Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz. 014 2CH 013 012 Budur, Allah bizimlədir, başımızın üstündədir. Onun kahinləri də bizimlədir. Sizə qarşı çalmaq üçün əllərində yüksək səs verən kərənaylar var. Ey İsrail övladları, atalarınızın Allahı Rəbbə qarşı müharibə etməyin, çünki işiniz yaxşı getməz». 014 2CH 013 013 Yarovam onların arxasından pusqu qurmaq üçün dəstə göndərmişdi. Onun özü Yəhudalılardan qabaqda idi. Pusqu isə onların arxasında idi. 014 2CH 013 014 Yəhudalılar geriyə baxdıqda gördülər ki, onlara öndən və arxadan hücum olunacaq. Onlar Rəbbə fəryad etdilər və kahinlər kərənayları yüksək səslə çaldılar. 014 2CH 013 015 Yəhudalılar nərə çəkdilər və onlar nərə çəkəndə Allah Yarovamı və bütün İsrailliləri Aviyanın və Yəhudanın önündə qırdı. 014 2CH 013 016 İsrail övladları Yəhudalıların önündən qaçdı və Allah onları bunlara təslim etdi. 014 2CH 013 017 Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu. 014 2CH 013 018 Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər. 014 2CH 013 019 Aviya Yarovamı təqib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı. 014 2CH 013 020 Aviyanın dövründə Yarovam bir daha güclü olmadı. Rəbb onu vurdu və o öldü. 014 2CH 013 021 Ancaq Aviya daha da gücləndi. O, on dörd arvad aldı, iyirmi iki oğul və on altı qız atası oldu. 014 2CH 013 022 Aviyanın qalan işləri, əməlləri və sözləri peyğəmbər İddonun təlimində yazılmışdır. 014 2CH 014 001 Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Yerinə oğlu Asa padşah oldu. Onun dövründə ölkə on il rahat yaşadı. 014 2CH 014 002 Asa Allahı Rəbbin gözündə yaxşı və doğru olan işlər etdi. 014 2CH 014 003 Özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi. 014 2CH 014 004 Asa atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi Yəhudaya söylədi. 014 2CH 014 005 Yəhudanın bütün şəhərlərindən səcdəgahları və buxur qurbangahlarını aradan qaldırdı. Onun dövründə ölkə rahat yaşadı. 014 2CH 014 006 O, Yəhudada qalalı şəhərlər tikdi, çünki o illərdə ölkədə əmin-amanlıq idi və orada müharibə yox idi. Rəbb ona dinclik vermişdi. 014 2CH 014 007 Asa Yəhudalılara dedi: «Bu şəhərləri tikək, ətrafında divarlar və qüllələr, qapılar və sürgülər düzəldək. Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi». Onlar beləcə uğurla tikdilər. 014 2CH 014 008 Asanın ordusu Yəhudadan sipər və nizə daşıyan üç yüz min nəfər, Binyamin nəslindən qalxan daşıyan və kaman çəkən iki yüz səksən min nəfərdən ibarət idi. Onların hamısı igid döyüşçülər idi. 014 2CH 014 009 Bunlara qarşı Kuşlu Zerah milyon əsgərlə və üç yüz döyüş arabası ilə Mareşaya hücum etdi. 014 2CH 014 010 Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü. 014 2CH 014 011 Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin». 014 2CH 014 012 Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı. 014 2CH 014 013 Asa və onunla birgə olan xalq onları Gerara qədər təqib etdi. Kuşlulardan o qədər ölən oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər. 014 2CH 014 014 Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı. 014 2CH 014 015 Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar. 014 2CH 015 001 Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi. 014 2CH 015 002 O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər. 014 2CH 015 003 Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur. 014 2CH 015 004 Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi. 014 2CH 015 005 O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü. 014 2CH 015 006 Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı. 014 2CH 015 007 Ancaq siz möhkəm olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız». 014 2CH 015 008 Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından, Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdən iyrənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını təmir etdi. 014 2CH 015 009 Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsrailli onun tərəfinə keçmişdi. 014 2CH 015 010 Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar. 014 2CH 015 011 O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər. 014 2CH 015 012 Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər. 014 2CH 015 013 İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi. 014 2CH 015 014 Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər. 014 2CH 015 015 Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi. 014 2CH 015 016 Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı. 014 2CH 015 017 Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi. 014 2CH 015 018 O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın məbədinə gətirdi. 014 2CH 015 019 Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı. 014 2CH 016 001 Asanın padşahlığının otuz altıncı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi. 014 2CH 016 002 Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrindən qızıl-gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi: 014 2CH 016 003 «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş göndərdim, get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin». 014 2CH 016 004 Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Avel-Mayimə və Naftalinin bütün anbar şəhərlərinə zərbə vurdu. 014 2CH 016 005 Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı. 014 2CH 016 006 Padşah Asa bütün Yəhudalıları yanına yığdı. Onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdı. Bunlarla Gevanı və Mispanı tikdi. 014 2CH 016 007 O vaxt görücü Xanani Yəhuda padşahı Asanın yanına gəlib ona dedi: «Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı. 014 2CH 016 008 Kuşlular və Luvlular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi. 014 2CH 016 009 Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq». 014 2CH 016 010 Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı, çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bəzilərinə zülm etdi. 014 2CH 016 011 Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. 014 2CH 016 012 Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı. 014 2CH 016 013 Asa padşahlığının qırx birinci ilində ölüb ataları ilə uyudu. 014 2CH 016 014 Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar. 014 2CH 017 001 Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi. 014 2CH 017 002 Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi. 014 2CH 017 003 Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil, 014 2CH 017 004 yalnız atasının Allahını axtardı və İsraillilərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi. 014 2CH 017 005 Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı. 014 2CH 017 006 Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü. 014 2CH 017 007 Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya. 014 2CH 017 008 Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram. 014 2CH 017 009 Onlar Yəhudada xalqa təlim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər. 014 2CH 017 010 Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər. 014 2CH 017 011 Filiştlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi. 014 2CH 017 012 Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi. 014 2CH 017 013 Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı. 014 2CH 017 014 Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü; 014 2CH 017 015 onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər; 014 2CH 017 016 onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü; 014 2CH 017 017 Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min nəfər, 014 2CH 017 018 onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər. 014 2CH 017 019 Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi. 014 2CH 018 001 Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu. 014 2CH 018 002 Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi. 014 2CH 018 003 İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, səninlə bərabər vuruşarıq». 014 2CH 018 004 Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» 014 2CH 018 005 İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək». 014 2CH 018 006 Yehoşafat dedi: «Burada olanlardan başqa Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?» 014 2CH 018 007 İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». 014 2CH 018 008 İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». 014 2CH 018 009 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi. 014 2CH 018 010 Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”». 014 2CH 018 011 Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». 014 2CH 018 012 Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış». 014 2CH 018 013 Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm». 014 2CH 018 014 O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcək». 014 2CH 018 015 Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» 014 2CH 018 016 Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». 014 2CH 018 017 İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?» 014 2CH 018 018 Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. 014 2CH 018 019 Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. 014 2CH 018 020 Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” 014 2CH 018 021 O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”». 014 2CH 018 022 Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı». 014 2CH 018 023 Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?» 014 2CH 018 024 Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». 014 2CH 018 025 İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin. 014 2CH 018 026 Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». 014 2CH 018 027 Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!» 014 2CH 018 028 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi. 014 2CH 018 029 İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. 014 2CH 018 030 Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi. 014 2CH 018 031 Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi. 014 2CH 018 032 Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar. 014 2CH 018 033 Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam». 014 2CH 018 034 O gün döyüş qızışdı. İsrail padşahı axşamacan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü. 014 2CH 019 001 Yəhuda padşahı Yehoşafat Yerusəlimə, evinə salamat qayıtdı. 014 2CH 019 002 Xanani oğlu görücü Yehu onun önünə çıxdı və padşah Yehoşafata dedi: «Pis adama kömək etmək və Rəbbə nifrət edənləri sevmək sənə lazım idimi? Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir. 014 2CH 019 003 Lakin sənin yaxşı işlərin də var: Aşera bütlərini ölkədən yox etdin və öz ürəyini Allahı axtarmaq üçün hazırladın». 014 2CH 019 004 Yehoşafat Yerusəlimdə yaşadı. Təkrar Beer-Şevadan Efrayimin dağlıq bölgəsinə qədər xalq arasında gəzdi və onları atalarının Allahı Rəbbə tərəf döndərdi. 014 2CH 019 005 Ölkəyə, Yəhudanın bütün qalalı şəhərlərinə hakimlər – hər şəhərə bir hakim qoydu. 014 2CH 019 006 O, hakimlərə dedi: «Baxın ki nə edirsiniz, çünki insan üçün deyil, Rəbb üçün hakimlik edirsiniz və hakimlik işində O sizinlədir. 014 2CH 019 007 İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur». 014 2CH 019 008 Yehoşafat Rəbbin hakimliyinə və mübahisəli işlər üçün Yerusəlimə də bəzi Levililəri, kahinləri və İsrailin nəsil başçılarını təyin etdi. Onlar Yerusəlimə qayıdanda 014 2CH 019 009 padşah onlara əmr edib dedi: «Rəbb qorxusu ilə, sədaqətlə və bütün ürəklə belə edin: 014 2CH 019 010 öz şəhərlərində yaşayan qohumlarınızdan sizə gələcək hər mübahisəli iş üçün, istər qan işi olsun, istərsə də qanun, əmr, qayda və hökm barədə olsun, onlara xəbərdarlıq edin ki, Rəbbin qarşısında təqsirkar olmasınlar və Onun qəzəbi sizin və qohumlarınızın üzərinə gəlməsin. Belə etməklə siz təqsirkar olmayacaqsınız. 014 2CH 019 011 Budur, Rəbbin hər işi üçün başçı kahin Amarya, padşahın hər işi üçün isə Yəhudanın qəbilə rəisi İsmail oğlu Zevadya başçınız olacaq, önünüzdə də Levililər məmur olacaq. Cəsarətlə davranın. Rəbb yaxşılıq edənlərlə olsun». 014 2CH 020 001 Bundan sonra Moavlılar və Ammonlular, onlarla bərabər Maonlulardan bəzisi Yehoşafata qarşı döyüşmək üçün gəldi. 014 2CH 020 002 Adamlar gəldi və Yehoşafata bildirib dedi: «Dənizin o biri tərəfindən, Aramdan sənə qarşı böyük bir izdiham gəlir. İndi onlar Xaseson-Tamardadır. Bura En-Gedidir». 014 2CH 020 003 Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi və bütün Yəhuda üçün oruc elan etdi. 014 2CH 020 004 Yəhudalılar Rəbdən kömək diləmək üçün toplandı, Yəhudanın bütün şəhərlərindən də Rəbbi axtarmaq üçün gəldilər. 014 2CH 020 005 Yehoşafat Rəbbin məbədində, yeni həyətin qabağında, Yəhuda və Yerusəlim camaatının önündə durub dedi: 014 2CH 020 006 «Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilsənmi? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz. 014 2CH 020 007 Ey Allahımız, bu torpaqda yaşayanları xalqın İsrailin önündə qovan və onu dostun İbrahimin nəslinə əbədi olaraq verən Sən deyilsənmi? 014 2CH 020 008 Orada məskən saldılar, orada Sənin adına müqəddəs bir məbəd tikdilər və dedilər: 014 2CH 020 009 “Əgər üzərimizə bəla, cəza qılıncı, vəba və ya aclıq gələrsə, adın bu məbəddə olduğuna görə bu məbədin önündə, yəni Sənin önündə də duracağıq və çətin günlərdə Sənə fəryad edəcəyik, onda Sən eşidəcəksən və xilas edəcəksən”. 014 2CH 020 010 İndi bax Ammonlular, Moavlılar, Seir dağının sakinləri nə edir! Misirdən gələrkən İsrailliləri onların torpağına girməyə qoymadın, İsraillilər də dönüb onları məhv etmədi. 014 2CH 020 011 Budur, bizə irs olaraq verdiyin Sənin mülkündən bizi qovmağa gələrək əvəzini necə ödəyirlər. 014 2CH 020 012 Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir». 014 2CH 020 013 Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu. 014 2CH 020 014 Camaatın arasında olanda Asəf nəslindən olan bir Levili, Mattanya oğlu Yeiel oğlu Benaya oğlu Zəkəriyyə oğlu Yaxazielin üzərinə Rəbbin Ruhu gəldi. 014 2CH 020 015 O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır. 014 2CH 020 016 Sabah onlara qarşı enin: budur, onlar Sis yoxuşu ilə qalxır və onları vadinin sonunda, Yeruel çölünün önündə tapacaqsınız. 014 2CH 020 017 Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”». 014 2CH 020 018 Yehoşafat üzüstə yerə qapandı və bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar Rəbbə səcdə etmək üçün Rəbbin önündə yerə qapandı. 014 2CH 020 019 Qohat və Qorah nəsillərindən olan Levililər ayağa qalxıb İsrailin Allahı Rəbbə yüksək səslə şükür etdilər. 014 2CH 020 020 Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, Onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız». 014 2CH 020 021 Xalqla məsləhət etdikdən sonra Rəbbə ilahi oxuyanları irəli qoydu ki, ordusunun önündə gedərək müqəddəs calalına həmd edib oxusunlar: «Rəbbə şükür edin, çünki Onun məhəbbəti əbədidir». 014 2CH 020 022 Tərənnümlə həmdə başladıqları zaman Yəhudaya gələn Ammonlulara, Moavlılara və Seir dağının sakinlərinə qarşı Rəbb pusqu qurdu və onlar qırıldı. 014 2CH 020 023 Çünki Ammonlularla Moavlılar Seir dağının sakinlərini qırıb tamam yox etmək üçün onlara qarşı qalxdı və Seir sakinlərini qırandan sonra bir-birlərini məhv etməyə başladı. 014 2CH 020 024 Yəhudalılar çölə baxan gözətçi yerinə çatdıqda qoşuna baxıb yerə yıxılmış meyitlər gördülər. Sağ qalan yox idi. 014 2CH 020 025 Yehoşafat və onun xalqı onların qənimətini götürməyə gəldi, onların arasında çoxlu mallar, paltarlar və qiymətli şeylər tapdılar. Bunlardan o qədər yığdılar ki, daşıya bilmədilər. Qənimət o qədər çox idi ki, onu üç gün yığdılar. 014 2CH 020 026 Dördüncü gün Beraka vadisində Rəbbə həmd etmək üçün toplandılar. Bundan ötrü o yerin adını Beraka vadisi qoydular və bu günə qədər də belədir. 014 2CH 020 027 Bütün Yəhuda və Yerusəlim xalqı Yehoşafatın başçılığı altında sevinclə Yerusəlimə qayıtdı, çünki Rəbb düşmənlərini məhv edərək onları sevindirmişdi. 014 2CH 020 028 Çənglər, liralar və kərənaylar çalaraq Yerusəlimə, Rəbbin məbədinə gəldilər. 014 2CH 020 029 İsrailin düşmənlərinə qarşı Rəbbin döyüşdüyünü eşitdikdə bütün ölkələrdəki padşahlar üzərinə Allahın qorxusu düşdü. 014 2CH 020 030 Yehoşafatın padşahlığında isə əmin-amanlıq oldu, çünki Allahı ona hər tərəfdən dinclik verdi. 014 2CH 020 031 Yehoşafat Yəhuda üzərində padşahlıq etdi. Padşah olduğu zaman otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi. 014 2CH 020 032 O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. 014 2CH 020 033 Ancaq səcdəgahlar aradan qaldırılmadı və xalqın ürəyi hələ atalarının Allahı Rəbbə tərəf yönəlməmişdi. 014 2CH 020 034 Yehoşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər İsrail padşahlarının kitabına daxil olan Xanani oğlu Yehunun tarix kitabında yazılmışdır. 014 2CH 020 035 Ondan sonra Yəhuda padşahı Yehoşafat pis işlər görən İsrail padşahı Axazya ilə razılığa gəldi. 014 2CH 020 036 Tarşişə getməyə gəmilər düzəltmək üçün onunla razılaşdı və gəmiləri Esyon-Geverdə düzəltdilər. 014 2CH 020 037 Mareşadan olan Dodavın oğlu Eliezer Yehoşafata qarşı peyğəmbərlik edib dedi: «Axazya ilə razılığa gəldiyin üçün Rəbb sənin işlərini pozdu». Gəmilər parçalandı və Tarşişə gedə bilmədilər. 014 2CH 021 001 Yehoşafat ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu. 014 2CH 021 002 Onun qardaşları, Yehoşafatın oğulları bunlar idi: Azarya, Yexiel, Zəkəriyyə, Azarya, Mikael və Şefatya. Bunların hamısı İsrail padşahı Yehoşafatın oğulları idi. 014 2CH 021 003 Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi. 014 2CH 021 004 Yehoram atasının padşahlıq taxtına çıxıb möhkəmləndikdə bütün qardaşlarını və İsrail rəislərindən bəzisini də qılıncdan keçirdi. 014 2CH 021 005 Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. 014 2CH 021 006 Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi. 014 2CH 021 007 Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi. 014 2CH 021 008 Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular. 014 2CH 021 009 Yehoram rəisləri və bütün döyüş arabaları ilə birgə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı. 014 2CH 021 010 Beləcə Edomlular üsyan qaldırdı, bu günə qədər də Yəhudanın əsarəti altında deyil. Həmin vaxt Livnalılar da üsyan qaldırıb onun əsarəti altından çıxdılar, çünki Yehoram atalarının Allahı Rəbbi tərk etmişdi. 014 2CH 021 011 O, Yəhuda dağlarında da səcdəgahlar tikmişdi. Yerusəlimdə yaşayanları da xəyanətə təhrik edib Yəhudanı da yoldan azdırmışdı. 014 2CH 021 012 Ona peyğəmbər İlyasdan bu məktub gəldi: «Atan Davudun Allahı Rəbb belə deyir: “Atan Yehoşafatın və Yəhuda padşahı Asanın yolları ilə deyil, 014 2CH 021 013 ancaq İsrail padşahlarının yolu ilə getdin, Axav nəslinin etdiyi kimi Yəhudanı və Yerusəlimdə yaşayanları xəyanətə təhrik etdin. Həm də atanın nəslindən qardaşlarını, səndən daha yaxşı olanları öldürdün. 014 2CH 021 014 Buna görə də Rəbb sənin xalqına, oğullarına, arvadlarına və bütün malına böyük zərbə vuracaq. 014 2CH 021 015 Sən isə ağır xəstələnəcəksən, elə bir şiddətli xəstəlik keçirəcəksən ki, nəticədə bağırsaqların töküləcək”». 014 2CH 021 016 Rəbb Yehorama qarşı Filiştlilərin ruhunu və Kuşluların qonşuluğunda yaşayan Ərəblərin ruhunu oyandırdı. 014 2CH 021 017 Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdilər. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı. 014 2CH 021 018 Bunların hamısından sonra Rəbb Yehoramı bağırsaqlarından sağalmaz bir xəstəliklə vurdu. 014 2CH 021 019 Onun xəstəliyi gündən-günə şiddətləndi. Nəhayət, ikinci ilin sonunda xəstəliyinə görə bağırsaqları töküldü və o, şiddətli ağrılarla öldü. Onun xalqı Yehoramın ataları üçün tonqal yandırdığı kimi onun xatirinə yandırmadı. 014 2CH 021 020 Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar. 014 2CH 022 001 Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu. 014 2CH 022 002 Axazya padşah olduğu vaxt qırx iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası Omrinin nəvəsi olub adı Atalya idi. 014 2CH 022 003 Axazya da Axav nəslinin yolları ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi. 014 2CH 022 004 O da Axav nəsli kimi Rəbbin gözündə pis olan işlər etdi. Çünki atasının ölümündən sonra məhvi üçün bu adamlar onun məsləhətçiləri oldu. 014 2CH 022 005 Onların məsləhəti ilə Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün İsrail padşahı Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladı. 014 2CH 022 006 Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən aldığı yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o yaralı idi. 014 2CH 022 007 Axazyanın bu yolla məhv olması Allahdan idi. O, Yehoramın yanına gəldi və oraya gəlib Axav nəslini yox etmək üçün Rəbbin məsh etdiyi Nimşi oğlu Yehuya qarşı Yehoramla birgə çıxdı. 014 2CH 022 008 Yehu Axav nəslinə hökmü icra edərkən Yəhuda rəislərini və Axazyanın ona xidmət edən qardaşı oğullarını tapdı və onları öldürdü. 014 2CH 022 009 Axazyanı axtardı və onu Samariyada gizləndiyi halda tutdular. Yehunun yanına gətirdilər və onu öldürdülər. Sonra onu basdırdılar, çünki dedilər: «Rəbbi bütün ürəyi ilə axtaran Yehoşafatın oğlu budur». Beləliklə, Axazyanın nəslində padşahlığı əldə saxlaya biləcək adam qalmadı. 014 2CH 022 010 Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb Yəhudanın bütün padşah nəslini məhv etdi. 014 2CH 022 011 Ancaq padşahın qızı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Kahin Yehoyadanın arvadı və padşah Yehoramın qızı olan Yehoşeva Axazyanın bacısı olduğu üçün Yoaşı Atalyadan gizlətdi ki, Atalya onu öldürməsin. 014 2CH 022 012 Yoaş altı il gizli olaraq Allahın məbədində onlarla birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi. 014 2CH 023 001 Yeddinci ildə Yehoyada cəsarətləndi və yüzbaşılar Yeroxam oğlu Azarya, Yehoxanan oğlu İsmail, Oved oğlu Azarya, Adaya oğlu Maaseya və Zikri oğlu Elişafatla əhd etdi. 014 2CH 023 002 Onlar Yəhudanı gəzib oranın bütün şəhərlərindən Levililəri və İsrailin nəsil başçılarını topladılar və Yerusəlimə gəldilər. 014 2CH 023 003 Bütün camaat Allahın məbədində padşahla əhd bağladı. Yehoyada onlara dedi: «Padşahın oğlu budur. Davud oğulları haqqında Rəbbin söylədiyi kimi padşahlıq edəcək. 014 2CH 023 004 Siz belə edin: sizdən Şənbə günü növbə çəkən kahinlərin və Levililərin üçdə biri astanada duran qapıçılar olsun, 014 2CH 023 005 üçdə biri padşah sarayında və üçdə biri Bünövrə darvazasında olsun. Bütün xalq isə Rəbbin məbədinin həyətində olsun. 014 2CH 023 006 Ancaq kahinlərdən və xidmət edən Levililərdən başqa Rəbbin məbədinə heç kəs girməsin, onlar girsin, çünki müqəddəsdirlər. Bütün xalq isə Rəbbin buyurduğunu qorusun. 014 2CH 023 007 Levililər hər biri silahı əlində padşahı hər tərəfdən əhatəyə alsınlar, məbədə girən hər kəs öldürülsün. Onlar padşah girib-çıxdığı vaxt onunla olsun». 014 2CH 023 008 Levililərlə bütün Yəhudalılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər. Hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürdü, çünki kahin Yehoyada bölmələrin heç birini buraxmamışdı. 014 2CH 023 009 Kahin Yehoyada yüzbaşılara Allahın məbədində olan padşah Davudun nizələrini, qalxanlarını və sipərlərini verdi. 014 2CH 023 010 Bütün xalqı məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında qoydu. Hər kəsin silahı əlində idi. 014 2CH 023 011 Yehoyada ilə oğulları şahzadəni irəli çıxartdılar və tacı başına qoyub şəhadətnaməni ona verdilər. Onu padşah olmaq üçün məsh etdilər və «Yaşasın padşah!» dedilər. 014 2CH 023 012 Atalya qaçışan və padşahı alqışlayan xalqın səsini eşitdikdə xalqın yanına, Rəbbin məbədinə gəldi. 014 2CH 023 013 O baxıb gördü ki, padşah girəcək yerdə öz sütununun yanında dayanmışdır və rəislərlə kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. İlahiçilər də musiqi alətləri çalaraq ucadan həmd edirdilər. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!» 014 2CH 023 014 Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşıları çağırıb dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələn qılıncla öldürülsün». Çünki kahin «onu Rəbbin məbədində öldürməyin» demişdi. 014 2CH 023 015 Atalyanı tutub sarayın atlar darvazasının girəcək yerinə gətirdilər və orada onu öldürdülər. 014 2CH 023 016 Yehoyada özü və bütün xalqla padşah arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. 014 2CH 023 017 Bütün xalq Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər. Baalın kahini Mattanı da qurbangahların önündə öldürdülər. 014 2CH 023 018 Yehoyada Rəbbin məbədi üzərində məsuliyyəti Davudun Rəbbin evində bölmələrə ayırdığı Levili kahinlərə verdi. Davud onları öz qaydasına görə sevinclə və musiqi ilə Musanın Qanununda yazıldığı kimi Rəbbə yandırma qurbanları təqdim etmək üçün Rəbbin məbədinə qoymuşdu. 014 2CH 023 019 Hər hansı yolla natəmiz bir kəs girməsin deyə Rəbbin məbədinin qapılarına qapıçılar qoydu. 014 2CH 023 020 O, yüzbaşıları, əyanları, xalqın valilərini, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və yuxarı darvazadan keçib saraya gəldilər. Padşahı padşahlıq taxtında oturtdular. 014 2CH 023 021 Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi, çünki Atalyanı qılıncla öldürmüşdülər. 014 2CH 024 001 Yoaş padşah olduğu vaxt yeddi yaşında idi və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi. 014 2CH 024 002 Yoaş kahin Yehoyadanın bütün ömrü boyu Rəbbin gözündə doğru olan işlər etdi. 014 2CH 024 003 Yehoyada ona iki arvad aldı. O, oğullar və qızlar atası oldu. 014 2CH 024 004 Bundan sonra Yoaş Rəbbin məbədini bərpa etməyi qərara aldı. 014 2CH 024 005 Kahinlərlə Levililəri toplayıb onlara dedi: «Yəhudanın şəhərlərinə çıxın və Allahınızın məbədini hər il təmir etmək üçün bütün İsraillilərdən pul toplayın, bu işi görməyə tələsin». Ancaq Levililər tələsmədi. 014 2CH 024 006 Başçı olan Yehoyadanı padşah çağırdı və ona dedi: «Rəbbin qulu Musanın və İsrail camaatının Şəhadət çadırı üçün qoyduqları vergini Yəhudadan və Yerusəlimdən gətirmələrini nə üçün Levililərdən tələb etmədin?» 014 2CH 024 007 Çünki o pis qadın Atalyanın oğulları Allahın məbədini viran etmişdilər və Rəbbin məbədinin bütün müqəddəs şeylərini də Baal bütləri üçün işlətmişdilər. 014 2CH 024 008 Padşah əmr etdi və bir sandıq düzəldib onu Rəbbin məbədinin darvazasına, bayır tərəfə qoydular. 014 2CH 024 009 Allahın qulu Musanın çöldə İsrail üzərinə qoyduğu vergini Rəbb üçün gətirsinlər deyə Yəhudada və Yerusəlimdə elan etdilər. 014 2CH 024 010 Rəislərlə bütün xalq sevindi və sandıq dolana qədər vergini gətirib onun içinə qoydular. 014 2CH 024 011 Padşahlığın məmurları Levililərin onların yanına gətirdikləri sandığın içində çox pul olduğunu gördükləri vaxt padşahın mirzəsi ilə başçı kahinin məmuru gəlib sandığı boşaldar, sonra onu yenə yerinə qaytarardılar. Hər gün beləcə etməklə olduqca çox pul topladılar. 014 2CH 024 012 Padşahla Yehoyada onu Rəbbin məbədinin xidmət işini görənlərə verdilər və Rəbbin məbədini bərpa etmək üçün daşyonanları və dülgərləri, Rəbbin məbədini təmir etmək üçün dəmir və tunc ustalarını muzdla tutdular. 014 2CH 024 013 İşçilər işlədilər, təmir işi onların əlində irəli getdi və Allahın məbədini qaydasına salıb onu möhkəmləndirdilər. 014 2CH 024 014 İşi qurtardıqları vaxt yerdə qalan pulu padşahın və Yehoyadanın önünə gətirdilər və bununla Rəbbin məbədi üçün əşyalar – xidmət və yandırma qurbanları üçün əşyalar, nimçələr, qızıl və gümüş əşyalar düzəltdilər. Onlar Yehoyadanın bütün ömrü boyu daim Rəbbin məbədində yandırma qurbanları təqdim edərdi. 014 2CH 024 015 Yehoyada qocalıb yaşa doldu və öldü. O, öldüyü zaman yüz otuz yaşında idi. 014 2CH 024 016 Onu Davudun şəhərində padşahların yanında basdırdılar, çünki İsrail üçün və Allahla məbədi üçün yaxşılıq etmişdi. 014 2CH 024 017 Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha baş əydilər. O zaman padşah onlara qulaq asdı. 014 2CH 024 018 Xalq atalarının Allahı Rəbbin məbədini tərk etdi, Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi. 014 2CH 024 019 Rəbb onları Özünə tərəf döndərmək üçün onların yanına peyğəmbərlər göndərdi və peyğəmbərlər onlara qarşı şəhadət etdilər, ancaq xalq qulaq asmadı. 014 2CH 024 020 Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhu gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi». 014 2CH 024 021 Ona qarşı qəsd hazırladılar və onu padşahın əmri ilə Rəbbin məbədinin həyətində daşqalaq etdilər. 014 2CH 024 022 Beləcə padşah Yoaş Zəkəriyyənin də atası Yehoyadanın ona etdiyi xeyirxahlığı yada salmadı və oğlunu öldürdü. O da ölərkən dedi: «Rəbb görsün və hökm etsin». 014 2CH 024 023 O biri ilin əvvəlində Aram ordusu onun üstünə gəldi. Onlar Yəhudaya və Yerusəlimə hücum etdilər. Xalqın bütün rəislərini xalqın arasından götürüb məhv etdilər və onlardan alınan bütün qəniməti Dəməşq padşahına göndərdilər. 014 2CH 024 024 Aramlılar az qoşunla gəldikləri halda Rəbb çox böyük bir ordunu onlara təslim etdi, çünki xalq atalarının Allahı Rəbdən üz döndərmişdi. Beləliklə, Yoaşa qarşı hökmü icra etdilər. 014 2CH 024 025 Yoaşın yanından getdikləri zaman onu ağır yaralı vəziyyətdə qoydular. Onun əyanları kahin Yehoyadanın oğullarının qanına görə ona qarşı qəsd hazırladılar və onu yatağında öldürdülər. Yoaş öldü və onu Davudun şəhərində basdırdılar, ancaq padşahların məqbərəsində basdırmadılar. 014 2CH 024 026 Ona qarşı qəsd quranlar bunlardır: Ammonlu qadın Şimatın oğlu Zavad və Moavlı qadın Şimritin oğlu Yehozavad. 014 2CH 024 027 Yoaşın oğulları, ona edilən çoxlu xəbərdarlıq və Allah məbədinin bərpası barədə padşahların tarix kitabında yazılmışdır. Onun yerinə oğlu Amasya padşah oldu. 014 2CH 025 001 Amasya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi. 014 2CH 025 002 Amasya Rəbbin gözündə doğru olan işlər etdi, ancaq bunları bütün ürəyi ilə etmədi. 014 2CH 025 003 Padşahlıq əlində möhkəmlənəndə Amasya atasını öldürmüş əyanlarını öldürdü. 014 2CH 025 004 Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir». 014 2CH 025 005 Amasya Yəhudalıları topladı, nəsillərinə görə bütün Yəhudalıları və Binyaminliləri minbaşıların və yüzbaşıların başçılığı altında düzdü. İyirmi yaşda və ondan yuxarı olanları yığıb onların arasından nizə və sipər daşıyan, döyüşmək bacaran üç yüz min adam seçdi. 014 2CH 025 006 Yüz talant gümüşə İsraildən yüz min igid döyüşçünü də muzdla tutdu. 014 2CH 025 007 Ancaq bir Allah adamı gəlib ona dedi: «Ey padşah, qoy İsrail ordusu səninlə bərabər getməsin, çünki Rəbb İsraillilərlə, bütün bu Efrayimlilərlə deyil. 014 2CH 025 008 Əgər getsən, tək get, döyüşdə cəsarətli ol, amma Allah səni düşmənin önündə büdrədəcək, çünki Allahda yardım etməyə və büdrətməyə qüdrət var». 014 2CH 025 009 Amasya Allah adamına dedi: «Ancaq İsrail ordusuna verdiyim yüz talant üçün nə edim?» Allah adamı dedi: «Rəbb sənə bundan artığını verə bilər». 014 2CH 025 010 Amasya Efrayimdən yanına gələn ordunu yerlərinə getmək üçün ayırdı. Bundan ötrü Yəhudaya qarşı onların qəzəbi alovlandı və qızğın qəzəblə yerlərinə qayıtdılar. 014 2CH 025 011 Amasya cəsarətləndi və xalqını götürüb Duz dərəsinə getdi, Seirlilərdən on min nəfəri qırdı. 014 2CH 025 012 Yəhudalılar sağ qalan daha on min nəfəri əsir aldılar, onları qayanın başına gətirib oradan aşağı atdılar. Onların hamısı parça-parça oldu. 014 2CH 025 013 Ancaq özü ilə birgə döyüşə getməsinlər deyə Amasyanın geri göndərdiyi ordunun əsgərləri Samariyadan Bet-Xorona qədər Yəhuda şəhərlərinə basqın etdilər. Onlardan üç min nəfəri qırdılar və qarət olunmuş çoxlu qənimət ələ keçirdilər. 014 2CH 025 014 Amasya Edomluları qırıb gəldikdən sonra Seirlilərin bütlərini gətirib onları özü üçün allahlar olaraq qoydu. O bunların önündə səcdə etdi və onlara buxur yandırdı. 014 2CH 025 015 Amasyaya qarşı Rəbbin qəzəbi alovlandı və onun yanına bir peyğəmbər göndərdi. Bu peyğəmbər ona dedi: «Nə üçün o xalqın allahlarına üz tutdun? Onlar öz xalqlarını sənin əlindən qurtara bilmədilər». 014 2CH 025 016 Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın». 014 2CH 025 017 Yəhuda padşahı Amasya məsləhətləşib İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına xəbər göndərib dedi: «Gəl, qarşılaşaq». 014 2CH 025 018 İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı. 014 2CH 025 019 Sən “Edomluları qırdım” deyərək ürəyin qürurlanıb, bununla öyünürsən. İndi öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?» 014 2CH 025 020 Ancaq Amasya qulaq asmadı. Bu iş onları Yoaşın əlinə təslim etmək üçün Allahdan oldu, çünki Amasya Edomun allahlarına üz tutmuşdu. 014 2CH 025 021 İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı. 014 2CH 025 022 Yəhudalılar İsraillilərin önündə məğlub oldu və hər kəs öz evinə qaçdı. 014 2CH 025 023 İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutub onu Yerusəlimə gətirdi. O, şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu. 014 2CH 025 024 Bütün qızıl-gümüşü, Allahın məbədində Oved-Edomun ixtiyarında olan bütün əşyaları, sarayın xəzinələrini apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı. 014 2CH 025 025 Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı. 014 2CH 025 026 Amasyanın qalan işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. 014 2CH 025 027 Amasya Rəbbin yolundan azdığı vaxtdan başlayaraq Yerusəlimdə ona qarşı qəsd hazırladılar. O, Lakişə qaçdı, ancaq Lakişə onun dalınca adamlar göndərdilər və orada onu öldürdülər. 014 2CH 025 028 Onu atlar üstündə gətirib Yəhuda şəhərində, atalarının yanında basdırdılar. 014 2CH 026 001 Bütün Yəhuda xalqı on altı yaşlı Uzziyanı götürüb atası Amasyanın yerinə padşah etdi. 014 2CH 026 002 Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb onu tikdi. 014 2CH 026 003 Uzziya padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi. 014 2CH 026 004 Uzziya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 014 2CH 026 005 Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi. 014 2CH 026 006 O çıxıb Filiştlilərə qarşı döyüşdü və Qat, Yavne və Aşdod şəhərlərinin divarlarını yıxdı. Aşdod torpağında və Filiştlilər arasında şəhərlər tikdi. 014 2CH 026 007 Filiştlilərə, Qur-Baalda yaşayan Ərəblərə və Maonlulara qarşı Allah ona yardım etdi. 014 2CH 026 008 Ammonlular Uzziyaya vergi verirdilər. Onun şöhrəti Misirin girəcəyinə qədər yayıldı, çünki get-gedə çox güclü oldu. 014 2CH 026 009 Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları, divarın küncü üzərində möhkəm qüllələr düzəltdi. 014 2CH 026 010 O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi. 014 2CH 026 011 Uzziyanın döyüşməyi bacaran ordusunda qayda belə idi. Padşahın qoşun başçılarından biri olan Xananyanın nəzarəti altında ordu mirzə Yeielin və məmur Maaseyanın düzdüyü dəstələrin saylarına görə dəstə-dəstə döyüşə çıxardı. 014 2CH 026 012 Nəsil başçılarının ümumi sayı iki min altı yüz nəfər igid döyüşçü idi. 014 2CH 026 013 Onların əli altında düşmənə qarşı padşaha yardım etmək üçün böyük igidliklə döyüşən üç yüz yeddi min beş yüz nəfərlik hərbi qüvvə vardı. 014 2CH 026 014 Uzziya bütün ordu üçün qalxanlar, nizələr, dəbilqələr, zirehlər, kamanlar və sapand daşları hazırladı. 014 2CH 026 015 Yerusəlimdə oxlar və böyük daşlar atmaq üçün məharətli adamların icad etdiyi mancanaqlar düzəldib qüllələr və künclər üzərinə qoydu. Onun şöhrəti uzaqlara yayıldı, çünki ona möcüzəli şəkildə kömək olunduğuna görə çox möhkəmləndi. 014 2CH 026 016 Ancaq Uzziya qüvvətlənəndə öz həlakı üçün onun ürəyi qürurlandı. Allahı Rəbbə qarşı xainlik edərək buxur qurbangahı üzərində buxur yandırmaq üçün Rəbbin məbədinə daxil oldu. 014 2CH 026 017 Kahin Azarya və onunla bərabər Rəbbin səksən igid kahini onun ardınca girdi. 014 2CH 026 018 Padşah Uzziyaya qarşı durdular və ona dedilər: «Ey Uzziya, Rəbbə buxur yandırmaq sənin işin deyil, buxur yandırmaq üçün təqdis edilmiş Harun nəslindən olan kahinlərin işidir, Müqəddəs məkandan çıx, çünki xainlik etdin və bu iş Rəbb Allahdan sənə izzət gətirməyəcək». 014 2CH 026 019 Uzziya qəzəbləndi. Buxur yandırmaq üçün onun əlində buxurdan vardı. Kahinlərə qarşı qəzəbləndikdə onların önündə Rəbbin məbədində, buxur qurbangahının yanında alnından cüzama tutuldu. 014 2CH 026 020 Başçı kahin Azarya və bütün kahinlər ona baxıb alnından cüzama tutulduğunu gördülər. Onu oradan tez bayıra çıxartdılar. Özü də çıxmağa tələsdi, çünki Rəbb ona bəla göndərmişdi. 014 2CH 026 021 Padşah Uzziya ölüm gününə qədər cüzamlı qaldı. O başqa bir evdə yaşayırdı, çünki cüzamlı olduğu üçün Rəbbin məbədindən uzaqlaşdırıldı. Onun oğlu Yotam isə saray üzərində olaraq ölkə xalqına hökm edirdi. 014 2CH 026 022 Uzziyanın qalan işləri barədə, ilk işlərindən son işlərinə qədər Amots oğlu peyğəmbər Yeşaya yazmışdır. 014 2CH 026 023 Uzziya ataları ilə uyudu və onu padşahların qəbiristanlığında, atalarının yanında basdırdılar, çünki «cüzamlıdır» dedilər. Onun yerinə oğlu Yotam padşah oldu. 014 2CH 027 001 Yotam padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoqun qızı Yeruşa idi. 014 2CH 027 002 Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, ancaq Rəbbin məbədinin böyük otağına girmədi. Xalq hələ də pozğunluq edirdi. 014 2CH 027 003 O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi, Ofel divarında çoxlu tikinti işi gördü. 014 2CH 027 004 Yəhudanın dağlıq bölgəsində şəhərlər, meşələrdə qalalar və qüllələr tikdi. 014 2CH 027 005 Yotam Ammonlular padşahına qarşı vuruşdu və onları məğlub etdi. Ammonlular ona o il yüz talant gümüş və on min kor buğda, on min kor arpa verdi. İkinci və üçüncü il də Ammonlular ona bu qədər ödədi. 014 2CH 027 006 Yotam qüvvətləndi, çünki Allahı Rəbbin önündə öz yollarını düzəltmişdi. 014 2CH 027 007 Yotamın qalan işləri, bütün döyüşləri və əməlləri barədə İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. 014 2CH 027 008 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. 014 2CH 027 009 Yotam ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Axaz padşah oldu. 014 2CH 028 001 Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi. 014 2CH 028 002 Axaz İsrail padşahlarının yolları ilə getdi, həm də Baallar üçün tökmə bütlər düzəltdi. 014 2CH 028 003 Ben-Hinnom vadisində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı. 014 2CH 028 004 O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı. 014 2CH 028 005 Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi. 014 2CH 028 006 Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi. 014 2CH 028 007 Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü. 014 2CH 028 008 İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar. 014 2CH 028 009 Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz. 014 2CH 028 010 İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünüzə tabe etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu? 014 2CH 028 011 İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızğın qəzəbi üzərinizdədir». 014 2CH 028 012 Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi: 014 2CH 028 013 «Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızğın qəzəb var». 014 2CH 028 014 Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular. 014 2CH 028 015 Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-içirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar. 014 2CH 028 016 O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi. 014 2CH 028 017 Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər. 014 2CH 028 018 Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar. 014 2CH 028 019 Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi. 014 2CH 028 020 Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı. 014 2CH 028 021 Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi. 014 2CH 028 022 Bu padşah Axaz sıxıntılı vaxtında Rəbbə qarşı xainliyi artırdı. 014 2CH 028 023 Onu məğlub edən Dəməşqlilərin bütlərinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq bunlar onun və bütün İsrailin büdrəməsinə səbəb oldu. 014 2CH 028 024 Axaz Allahın məbədinin əşyalarını yığıb parçaladı və Rəbbin məbədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar, 014 2CH 028 025 Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi. 014 2CH 028 026 Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. 014 2CH 028 027 Axaz ataları ilə uyudu və onu Yerusəlim şəhərində basdırdılar. Onu İsrail padşahlarının qəbirlərinə qoymadılar. Onun yerinə oğlu Xizqiya padşah oldu. 014 2CH 029 001 Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi. 014 2CH 029 002 Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 014 2CH 029 003 Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi. 014 2CH 029 004 Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı. 014 2CH 029 005 Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın. 014 2CH 029 006 Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər. 014 2CH 029 007 Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər. 014 2CH 029 008 Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi. 014 2CH 029 009 Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir. 014 2CH 029 010 İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin. 014 2CH 029 011 Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız». 014 2CH 029 012 Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden; 014 2CH 029 013 Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya; 014 2CH 029 014 Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel. 014 2CH 029 015 Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər. 014 2CH 029 016 Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı. 014 2CH 029 017 Birinci ayın birinci günündə təqdisetmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin məbədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər. 014 2CH 029 018 Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik. 014 2CH 029 019 Padşah Axaz padşah olanda xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir». 014 2CH 029 020 Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı. 014 2CH 029 021 Padşahlıq, Müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər. 014 2CH 029 022 Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər. 014 2CH 029 023 Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular. 014 2CH 029 024 Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin. 014 2CH 029 025 Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi. 014 2CH 029 026 Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı. 014 2CH 029 027 Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı. 014 2CH 029 028 Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi. 014 2CH 029 029 Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi. 014 2CH 029 030 Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər. 014 2CH 029 031 Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi. 014 2CH 029 032 Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi. 014 2CH 029 033 Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi. 014 2CH 029 034 Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edənə qədər qohumları olan Levililər kahinlərə kömək etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi. 014 2CH 029 035 Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu. 014 2CH 029 036 Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu. 014 2CH 030 001 Xizqiya İsrailin Allahı Rəbbə Pasxa bayramı etmək üçün Yerusəlimdə olan Rəbbin məbədinə gəlsinlər deyə bütün İsraillilərə və Yəhudalılara xəbər göndərdi, Efrayimlilərə və Menaşşelilərə də məktublar yazdı. 014 2CH 030 002 Yerusəlimdə padşahla rəislər və bütün camaat Pasxa bayramını ikinci ayda keçirmək barədə qərara gəlmişdi. 014 2CH 030 003 Çünki lazımi sayda kahin özünü təqdis etmədiyinə görə və xalq Yerusəlimə toplanmadığı üçün onu lazım olan vaxt edə bilməmişdilər. 014 2CH 030 004 Ona görə də bu qərar padşahın və bütün camaatın gözündə doğru idi. 014 2CH 030 005 Onlar gəlib Yerusəlimdə İsrailin Allahı Rəbbə Pasxa bayramı etsinlər deyə Beer-Şevadan Dana qədər bütün İsraildə elan etməyə qərar verdilər. Çünki çoxdan bəri bunu yazıldığı kimi etməmişdilər. 014 2CH 030 006 Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq. 014 2CH 030 007 Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi. 014 2CH 030 008 İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün. 014 2CH 030 009 Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz». 014 2CH 030 010 Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular. 014 2CH 030 011 Amma Aşerdən, Menaşşedən və Zevulundan bəzi adamlar özlərini aşağı tutub Yerusəlimə gəldi. 014 2CH 030 012 Yəhudalılara da Allah Öz əli ilə eyni ürək verdi ki, Rəbbin sözünə görə padşahın və rəislərin əmrlərini yerinə yetirsinlər. 014 2CH 030 013 İkinci ay Mayasız Çörək bayramını Yerusəlimdə keçirmək üçün çoxlu xalq, böyük bir camaat toplandı. 014 2CH 030 014 Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar. 014 2CH 030 015 İkinci ayın on dördüncü günü Pasxa qurbanlarını kəsdilər. Kahinlərlə Levililər utanıb özlərini təqdis etdilər və Rəbbin məbədinə yandırma qurbanları gətirdilər. 014 2CH 030 016 Allah adamı Musanın Qanununda yazılmış qaydalarına görə öz yerlərində durdular. Kahinlər Levililərdən aldıqları qanı səpdilər. 014 2CH 030 017 Çünki camaat içində özlərini təqdis etməmiş çox adam olduğuna görə Rəbbə təqdis etmək üçün təmiz olmayan hər adamın Pasxa qurbanını kəsmək işi Levililərin öhdəsində idi. 014 2CH 030 018 Çünki xalqın böyük bir hissəsi, Efrayim və Menaşşe, İssakar və Zevulun qəbilələrindən bir çoxu özlərini təmizləyib yazılanlara uyğun olmayaraq öz Pasxa qurbanlarından yedi. 014 2CH 030 019 Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıqları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlaşmış hər kəsi bağışlasın». 014 2CH 030 020 Rəbb Xizqiyanı eşitdi və xalqa şəfqət göstərdi. 014 2CH 030 021 Yerusəlimdə olan İsraillilər yeddi gün Mayasız Çörək bayramını böyük sevinclə keçirdilər. Levililər və kahinlər yüksək səsli musiqi alətləri ilə hər gün Rəbbə həmd edirdilər. 014 2CH 030 022 Xizqiya Rəbbin xidmətində bacarıqlı olan bütün Levililəri ruhlandırdı. Onlar ünsiyyət qurbanlarını kəsərək və atalarının Allahı Rəbbə şükürlər edərək yeddi gün bayram yeməyi yedilər. 014 2CH 030 023 Bütün camaat belə qərara gəldi ki, daha yeddi gün də bayram olsun. Yeddi günü də sevinclə keçirdilər. 014 2CH 030 024 Yəhuda padşahı Xizqiya camaata təqdim etmək üçün min buğa və yeddi min baş qoyun-keçi, rəislər isə camaata min buğa və on min qoyun-keçi verdilər. Bir çox kahin özünü təqdis etdi. 014 2CH 030 025 Bütün Yəhuda camaatı, kahinlər, Levililər, İsraildən gələn bütün camaat və İsrail torpağından olan və Yəhudada yaşayan qəriblər sevindi. 014 2CH 030 026 Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə belə bayram olmamışdı. 014 2CH 030 027 Levili kahinlər qalxıb xalqa xeyir-dua verdi, Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı. 014 2CH 031 001 Bütün bu iş qurtaranda orada olan bütün İsraillilər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütlərini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar. Sonra bütün İsrail övladları öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı. 014 2CH 031 002 Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə təyin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu. 014 2CH 031 003 Rəbbin Qanununda yazıldığına görə yandırma qurbanları – səhər və axşamın yandırma qurbanları, Şənbə günlərinin, Təzə Ay mərasimlərinin və bayramların yandırma qurbanları üçün padşah öz malından pay ayırdı. 014 2CH 031 004 Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyə onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi. 014 2CH 031 005 Bu əmr hər yana yayılanda İsrail övladları taxılın, təzə şərabın, yağın, balın və bütün tarla məhsullarının nübarından bol-bol verdi. Hər şeyin onda birini bol-bol gətirdilər. 014 2CH 031 006 Yəhuda şəhərlərində yaşayan İsraillilər və Yəhudalılar mal-qaranın və qoyun-keçinin onda birini, özlərinin Allahı Rəbbə təqdis olunan müqəddəs şeylərin onda birini də gətirdilər və qalaq-qalaq verdilər. 014 2CH 031 007 Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar. 014 2CH 031 008 Xizqiya və rəislər gəlib qalaqları gördülər, Rəbbə və Onun xalqı İsrailə minnətdarlıqlarını bildirdilər. 014 2CH 031 009 Xizqiya bu qalaqlar barədə kahinlərdən və Levililərdən soruşdu. 014 2CH 031 010 Sadoqun nəslindən olan başçı kahin Azarya ona belə cavab verdi: «Rəbbin məbədinə nəzirlər gətirilən vaxtdan bəri biz yeyib doyuruq, hələ artıq da qalır. Çünki Rəbb Öz xalqına bərəkət verdi və bu bol şeylər də artıq qaldı». 014 2CH 031 011 Xizqiya əmr etdi ki, Rəbbin məbədindəki otaqları hazırlasınlar. Onlar hazırladılar. 014 2CH 031 012 Nəzirləri, onda birləri və təqdis olunan şeyləri sədaqətlə oraya gətirib saxladılar. Bu şeyləri rəis olan Levili Konanya və müavini olan qardaşı Şimey saxlayırdı. 014 2CH 031 013 Yexiel, Azazya, Naxat, Asahel, Yerimot, Yozavad, Eliel, İsmakya, Maxat və Benaya da padşah Xizqiyanın və Allahın məbədində rəis olan Azaryanın əmrinə görə Konanyanın və qardaşı Şimeyin əli altında məmur idi. 014 2CH 031 014 Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi. 014 2CH 031 015 Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı: 014 2CH 031 016 nəsil şəcərələrinə baxmayaraq, üç yaşında və ondan yuxarı yaşda olan, vəzifələrinə və bölmələrinə görə gündəlik xidmət işi üçün Rəbbin məbədinə girən kişilərin hamısı; 014 2CH 031 017 nəsil şəcərələrində yazıldığı kimi nəsillərinə görə kahinlər, vəzifələrinə, həm də bölmələrinə görə iyirmi yaşında və ondan yuxarı yaşda olan Levililər; 014 2CH 031 018 nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər – 014 2CH 031 019 öz şəhərlərinin ətraf çöllərində yaşayan Harun nəslindən kahinlər. Hər şəhərdə adları çəkilən adamlar qoyulmuşdu ki, kahinlər arasındakı bütün kişilərə və Levililər arasında nəsil şəcərələrində yazılanların hamısına pay versinlər. 014 2CH 031 020 Xizqiya bütün Yəhudada belə etdi, Allahı Rəbbin önündə yaxşı, doğru və sədaqətli işlər gördü. 014 2CH 031 021 O öz Allahını axtararaq Allahın məbədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı. 014 2CH 032 001 Bu sədaqətli işlərdən sonra Aşşur padşahı Sanxeriv gəlib Yəhudaya girdi. O, qalalı şəhərlərə qarşı ordugah qurdu və onları ələ keçirmək istədi. 014 2CH 032 002 Xizqiya Sanxerivin Yerusəlim üzərinə döyüşmək üçün gəldiyini gördükdə 014 2CH 032 003 şəhərdən kənarda olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi. 014 2CH 032 004 Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər. 014 2CH 032 005 Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi, Davudun şəhərində olan qala yamacını da möhkəmləndirdi. Çoxlu silah və qalxan düzəltdi. 014 2CH 032 006 O, xalqın üzərinə sərkərdələr qoydu, onları şəhər darvazası meydanında yanına topladı və onları ürəkləndirib dedi: 014 2CH 032 007 «Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. 014 2CH 032 008 Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi. 014 2CH 032 009 Bundan sonra Aşşur padşahı Sanxeriv yanında olan bütün qərargahı ilə Lakişin qarşısında dayanarkən Yerusəlimə, Yəhuda padşahı Xizqiyanın və Yerusəlimdə olan bütün Yəhudalıların yanına adamlarını göndərdi və onlar dedi: 014 2CH 032 010 «Aşşur padşahı Sanxeriv belə deyir: “Siz nəyə güvənirsiniz ki, Yerusəlimdə mühasirəyə oturursunuz? 014 2CH 032 011 ‹Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq› deyən Xizqiya sizi aclıqla və susuzluqla ölümə vermək üçün azdırmırmı? 014 2CH 032 012 O həmin Allahın səcdəgahlarını və qurbangahlarını aradan qaldıran, Yəhudaya və Yerusəlimə ‹bir qurbangahın önündə səcdə edəcəksiniz və onun üzərində buxur yandıracaqsınız› deyə əmr edən Xizqiyanın özü deyildimi? 014 2CH 032 013 Bütün ölkələrin xalqlarına mənim və atalarımın nə etdiyini bilmirsinizmi? O ölkələrin millətlərinin allahları öz torpaqlarını mənim əlimdən qurtara bildilərmi? 014 2CH 032 014 Atalarımın tamamilə məhv etdikləri o millətlərin bütün allahları arasında hansı biri öz xalqını əlimdən qurtara bildi ki, Allahınız sizi mənim əlimdən qurtara bilsin? 014 2CH 032 015 Qoy indi Xizqiya sizi aldatmasın və bu cür azdırmasın, ona inanmayın. Çünki heç bir millətin və heç bir ölkənin allahlarından heç biri öz xalqını mənim və atalarımın əlindən qurtara bilmədi. Sizin Allahınız da sizi mənim əlimdən qurtara bilməyəcək!”» 014 2CH 032 016 Sanxerivin adamları Rəbb Allaha və Onun qulu Xizqiyaya qarşı hələ çox şeylər söylədi. 014 2CH 032 017 O özü də İsrailin Allahı Rəbbi təhqir etmək üçün yazdığı məktublarda Ona qarşı belə dedi: «Ölkələrin millətlərinin allahları öz xalqlarını necə əlimdən qurtara bilmədilərsə, Xizqiyanın Allahı da xalqını mənim əlimdən qurtara bilməyəcək». 014 2CH 032 018 Onun adamları şəhəri almaq üçün divar üzərində olan Yerusəlim xalqını qorxudub dəhşətə salsınlar deyə onlara tərəf uca səslə Yəhudi dilində bağırdılar. 014 2CH 032 019 Yer üzü xalqlarının insan əllərinin işi olan allahlarına qarşı dedikləri sözləri Yerusəlimin Allahına qarşı da söylədilər. 014 2CH 032 020 Bundan ötrü padşah Xizqiya və peyğəmbər Amots oğlu Yeşaya dua edib göyə fəryad etdilər. 014 2CH 032 021 Rəbb bir mələk göndərdi və o, Aşşur padşahının ordugahında olan bütün igid döyüşçüləri, sərkərdələri və rəisləri məhv etdi. Aşşur padşahı biabırçılıqla öz ölkəsinə qayıtdı. O öz allahının məbədinə girdi və orada öz doğma oğullarından bəzisi onu qılıncla öldürdü. 014 2CH 032 022 Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu. 014 2CH 032 023 Onda çoxlu adam Yerusəlimə, Rəbbə hədiyyələr və Yəhuda padşahı Xizqiyaya dəyərli şeylər gətirdi. Bundan sonra Xizqiya bütün millətlərin gözündə ucaldı. 014 2CH 032 024 O günlərdə Xizqiya ölümcül xəstələndi. O, Rəbbə dua etdi, Rəbb də ona cavab verdi və ona bir əlamət göstərdi. 014 2CH 032 025 Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi. 014 2CH 032 026 Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü aşağı tutdu, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi. 014 2CH 032 027 Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli əşya üçün xəzinələr tikdi. 014 2CH 032 028 Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi. 014 2CH 032 029 O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi. 014 2CH 032 030 Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı. 014 2CH 032 031 Ancaq Babil hökmdarlarının ölkədə baş verən əlamət barədə soruşmaq üçün göndərdiyi elçilər gəldiyi zaman bu işdə Allah sınağa çəkib ürəyində olan hər şeyi bilmək üçün onu tərk etdi. 014 2CH 032 032 Xizqiyanın qalan işləri və sədaqətli əməlləri barədə peyğəmbər Amots oğlu Yeşayanın peyğəmbərliklərində, Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. 014 2CH 032 033 Xizqiya ataları ilə uyudu və onu Davud sülaləsinin qəbirlərinin yuxarısında basdırdılar. Öldüyü zaman bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar ona ehtiram göstərdilər. Onun yerinə oğlu Menaşşe padşah oldu. 014 2CH 033 001 Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi 014 2CH 033 002 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi. 014 2CH 033 003 Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi, Baal bütləri üçün qurbangahlar qurdu və Aşera bütləri düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi. 014 2CH 033 004 Rəbbin «adım əbədi olaraq Yerusəlimdə qalacaq» dediyi məbədində qurbangahlar tikməyə başladı. 014 2CH 033 005 Menaşşe Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi. 014 2CH 033 006 O, oğullarını Ben-Hinnom vadisində oda qurban verdi, gələcəyi dedi, baxıcılıq və cadugərlik edib cindarlara və ruhçağıranlara müraciət etdi. Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi. 014 2CH 033 007 Düzəltdiyi oyma bütü Allahın məbədinə qoydu. Bu məbəd barədə Allah Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam. 014 2CH 033 008 Əgər Mənim onlara buyurduğum hər şeyə və Musa vasitəsilə onlara verilən bütün qanuna, qaydalara və hökmlərə əməl etsələr, İsrail övladlarının atalarına təyin etdiyim torpaqdan didərgin düşməyə qoymayacağam». 014 2CH 033 009 Menaşşe Yəhudalıları və Yerusəlimdə yaşayanları İsrail övladları önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün yoldan çıxardı. 014 2CH 033 010 Rəbb Menaşşe və onun xalqı ilə danışdı, amma onlar qulaq asmadı. 014 2CH 033 011 Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar. 014 2CH 033 012 O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox aşağı tutdu, 014 2CH 033 013 Allaha dua etdi. Allah da onun duasını qəbul etdi və yalvarışını eşitdi, onu yenə Yerusəlimə – öz padşahlığına gətirdi. Onda Menaşşe bildi ki, Rəbb həqiqi Allahdır. 014 2CH 033 014 Bundan sonra o, vadidə olan Gixonun qərb tərəfindən Balıqlar darvazasının girəcək yerinə qədər Davudun şəhərinə bayır tərəfdən bir divar tikdi, onunla Ofeli əhatəyə aldı və onu çox yüksəltdi. Yəhudanın bütün qalalı şəhərlərinə qoşun başçıları qoydu. 014 2CH 033 015 Menaşşe özgə allahları, Rəbbin məbədindəki bütü, Rəbbin məbədinin dağında və Yerusəlimdə tikdiyi bütün qurbangahları aradan qaldırıb onları şəhərin bayırına atdı. 014 2CH 033 016 O, Rəbbin qurbangahını təmir edib orada ünsiyyət və şükür qurbanları təqdim etdi və İsrailin Allahı Rəbbə qulluq etməyi Yəhudalılara əmr etdi. 014 2CH 033 017 Bununla bərabər xalq hələ səcdəgahlarda qurban gətirirdi, hərçənd ki bunu özlərinin Allahı Rəbbə görə edirdi. 014 2CH 033 018 Menaşşenin qalan işləri, öz Allahına duası və İsrailin Allahı Rəbbin adı ilə ona söz deyən görücülərin sözləri İsrail padşahlarının tarix kitabında yazılmışdır. 014 2CH 033 019 Onun duası və duasının eşidildiyi, bütün günahları və xainliyi, özünü aşağı tutmazdan əvvəl səcdəgahlar tikib Aşera bütlərini və oyma bütləri qoyduğu yerlər barədə görücülərin tarix kitabında yazılmışdır. 014 2CH 033 020 Menaşşe ataları ilə uyudu və onu öz evində basdırdılar. Onun yerinə oğlu Amon padşah oldu. 014 2CH 033 021 Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. 014 2CH 033 022 O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Atası Menaşşenin düzəltdiyi bütün oyma bütlərə Amon da qurban kəsdi və onlara qulluq etdi. 014 2CH 033 023 O, atası Menaşşedən fərqli olaraq özünü Rəbbin önündə aşağı tutmadı, əksinə, Amon get-gedə daha çox günah etdi. 014 2CH 033 024 Əyanları ona qarşı qəsd hazırladı və onu öz sarayında öldürdülər. 014 2CH 033 025 Ölkə xalqı padşah Amona qarşı qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi. 014 2CH 034 001 Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. 014 2CH 034 002 O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolları ilə gedərək onlardan kənara çıxmadı. 014 2CH 034 003 Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı. 014 2CH 034 004 Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi. 014 2CH 034 005 Öz qurbangahlarında onların kahinlərinin sümüklərini yandırdı, beləcə Yəhudanı və Yerusəlimi təmizlədi. 014 2CH 034 006 Yoşiya Menaşşe, Efrayim və Şimeon qəbilələrinin şəhərlərində və ətraf viranəliklərində də Naftali torpağına qədər qurbangahları dağıtdı. 014 2CH 034 007 Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı. 014 2CH 034 008 Padşahlığının on səkkizinci ilində ölkəni və məbədi təmizlədikdən sonra Yoşiya Asalya oğlu Şafanı, şəhər rəisi Maaseyanı, salnaməçi Yoaxaz oğlu Yoahı öz Allahı Rəbbin məbədini təmir etmək üçün göndərdi. 014 2CH 034 009 Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraillilərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın məbədinə gətirdikləri, astana keşikçisi olan Levililərin yığdıqları pulu 014 2CH 034 010 Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə – 014 2CH 034 011 dülgərlərə və ustalara verdilər ki, Yəhuda padşahlarının xaraba qoyduqları evlər üçün yonulmuş daş və rəzələrlə dirəklər üçün taxta alsınlar. 014 2CH 034 012 Bu adamlar sədaqətlə iş gördülər. İşə nəzarət etmək üçün onların üzərinə Levililər – Merari nəslindən olan Yaxat və Avdiya, Qohat nəslindən olan Zəkəriyyə və Meşullam, hər biri musiqi alətlərində çala bilən Levililər qoyulmuşdu. 014 2CH 034 013 Bunlar yük daşıyanların da üzərində idi və hər cür xidmətdə bütün işi görənlərə nəzarət edirdi. Mirzələr, məmurlar, qapıçılar da Levililərdən idi. 014 2CH 034 014 Rəbbin məbədinə gətirilmiş olan pulu çıxartdıqları zaman kahin Xilqiya Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı. 014 2CH 034 015 Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi. 014 2CH 034 016 Şafan kitabı padşahın yanına apardı, həm də ona xəbər gətirib dedi: «Qulların tapşırdığın hər şeyi edir. 014 2CH 034 017 Rəbbin məbədində tapılan pulu boşaltdılar, onu nəzarətçilərin və işçilərin əlinə verdilər». 014 2CH 034 018 Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu. 014 2CH 034 019 Padşah Qanun sözlərini eşidəndə paltarını cırdı. 014 2CH 034 020 Padşah Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Avdona, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi: 014 2CH 034 021 «Gedin, tapılmış kitabın sözlərinə görə mənim üçün, İsraillilərin və Yəhudalıların qalanı üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı tökülmüş qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabda yazılan hər şeyə görə Rəbbin sözünə əməl etməmişdilər». 014 2CH 034 022 Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər. 014 2CH 034 023 Qadın onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki, 014 2CH 034 024 Rəbb belə deyir: “Mən Yəhuda padşahının önündə oxuduqları kitabda yazılan bütün lənətlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm. 014 2CH 034 025 Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”. 014 2CH 034 026 Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin. 014 2CH 034 027 Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü aşağı tutdun. Bəli, Mənim önümdə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir. 014 2CH 034 028 “Mən səni atalarına qoşacağam və rahat öz qəbrinə qoyulacaqsan, bu yerin və orada yaşayanların üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdı. 014 2CH 034 029 Padşah Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. 014 2CH 034 030 Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanlar, kahinlər, Levililər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. 014 2CH 034 031 Padşah öz yerində dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi və bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. 014 2CH 034 032 O, Yerusəlimdə olanların hamısına və Binyaminlilərə bu əhdi təsdiq etdirdi. Yerusəlimdə yaşayanlar Allahın, atalarının Allahının əhdinə görə belə etdi. 014 2CH 034 033 Yoşiya İsraillilərin bütün torpaqlarında iyrənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi. Onun bütün ömrü boyu xalq atalarının Allahı Rəbbin ardınca getməkdən dönmədi. 014 2CH 035 001 Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər. 014 2CH 035 002 O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin məbədinin xidməti üçün ruhlandırdı. 014 2CH 035 003 Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin. 014 2CH 035 004 İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsillərinizə, bölmələrinizə görə hazır olun. 014 2CH 035 005 Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın. 014 2CH 035 006 Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün». 014 2CH 035 007 Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi. 014 2CH 035 008 Onun rəisləri də xalqa, kahinlərə və Levililərə könüllü hədiyyələr verdilər. Allah məbədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi. 014 2CH 035 009 Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi. 014 2CH 035 010 Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb 014 2CH 035 011 Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular. 014 2CH 035 012 Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər. 014 2CH 035 013 Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar. 014 2CH 035 014 Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər. 014 2CH 035 015 Asəf nəslindən olan ilahiçilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü. 014 2CH 035 016 Padşah Yoşiyanın əmrinə görə Pasxa bayramını keçirmək və Rəbbin qurbangahında yandırma qurbanları təqdim etmək üçün Rəbbin bütün xidməti o gün beləcə hazırlandı. 014 2CH 035 017 Orada olan İsrail övladları o zaman Pasxa bayramını, yeddi gün isə Mayasız Çörək bayramını qeyd etdilər. 014 2CH 035 018 Peyğəmbər Şamuelin dövründən bəri Pasxa bayramı İsraildə belə keçirilməmişdi. İsrail padşahlarından heç biri Yoşiya ilə kahinlərin, Levililərin, bütün Yəhudalıların, orada olan İsraillilərin və Yerusəlimdə yaşayanların qeyd etdikləri bu Pasxa kimi bir Pasxa keçirməmişdi. 014 2CH 035 019 Bu Pasxa Yoşiyanın padşahlığının on səkkizinci ilində keçirildi. 014 2CH 035 020 Yoşiyanın məbəddə gördüyü bütün bu işlərdən sonra Misir padşahı Neko müharibə etmək üçün Fərat çayı yanında olan Karkemişin üzərinə gəldi. Yoşiya onunla qarşılaşmağa çıxdı. 014 2CH 035 021 Misir padşahı onun yanına qasidlər göndərib dedi: «Ey Yəhuda padşahı, mənim səninlə nə işim var? Mən bu gün sənin üstünə deyil, müharibə etdiyim sülaləyə qarşı gedirəm. Allah mənə tələsməyi əmr etdi, mənimlə olan Allahdan çəkin ki, səni həlak etməsin». 014 2CH 035 022 Yoşiya ondan əl çəkmədi və onunla vuruşmaq üçün qiyafəsini dəyişdi, Allah tərəfindən olan Nekonun sözlərinə qulaq asmadı və vuruşmaq üçün Megiddo düzənliyinə getdi. 014 2CH 035 023 Oxatanlar padşah Yoşiyanı oxla vurdu. Padşah adamlarına dedi: «Məni buradan aparın, çünki ağır yaralandım». 014 2CH 035 024 Adamları onu arabadan götürdülər və onu özünün ikinci arabasına mindirib Yerusəlimə apardılar. Yoşiya öldü və atalarının qəbirlərində basdırıldı. Bütün Yəhudalılar və Yerusəlimlilər Yoşiya üçün yas tutdu. 014 2CH 035 025 Yeremya Yoşiya üçün mərsiyə qoşdu. Bütün kişi və qadın xanəndələr bu günə qədər məlum olan mərsiyələrində Yoşiya barədə danışmışlar. Bu mərsiyələri oxumağı İsraildə adət etdilər və bunlar mərsiyələr kitabında yazılmışdır. 014 2CH 035 026 Yoşiyanın qalan işləri, Rəbbin Qanununda yazıldığına görə etdiyi sədaqətli işləri, 014 2CH 035 027 ilk işlərindən son işlərinə qədər İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. 014 2CH 036 001 Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb atasının yerinə Yerusəlimdə padşah etdi. 014 2CH 036 002 Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. 014 2CH 036 003 Misir padşahı onu Yerusəlimdə taxtdan saldı və ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. 014 2CH 036 004 Misir padşahı onun qardaşı Elyaqimi Yəhuda və Yerusəlim üzərində padşah etdi və adını dəyişdirib Yehoyaqim qoydu. Neko onun qardaşı Yehoaxazı götürüb Misirə apardı. 014 2CH 036 005 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. O, Allahı Rəbbin gözündə pis olan işlər etdi. 014 2CH 036 006 Babil padşahı Navuxodonosor onun üstünə hücum etdi. Tunc zəncir vurub onu əsir etdi və Babilə apardı. 014 2CH 036 007 Navuxodonosor Rəbbin məbədinin əşyalarından bəzilərini Babilə apardı və onları Babildəki öz məbədinə qoydu. 014 2CH 036 008 Yehoyaqimin qalan işləri, etdiyi iyrənc işlər və onun təqsiri İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. Onun yerinə oğlu Yehoyakin padşah oldu. 014 2CH 036 009 Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay on gün padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi. 014 2CH 036 010 Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi. 014 2CH 036 011 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. 014 2CH 036 012 O, Allahı Rəbbin gözündə pis olan işlər etdi, Rəbbin dili ilə danışan peyğəmbər Yeremyanın önündə özünü aşağı tutmadı. 014 2CH 036 013 Həm də Allahın adı ilə onu and içdirmiş padşah Navuxodonosora qarşı üsyan etdi, dikbaşlıqla İsrailin Allahı Rəbbə tərəf dönmək istəməyib ürəyini inadkar etdi. 014 2CH 036 014 Kahinlərin bütün rəhbərləri də xalqla birgə başqa millətlərin bütün iyrənc işlərinə görə davranaraq böyük xainlik etdilər və Rəbbin Yerusəlimdə təqdis etdiyi məbədini murdarladılar. 014 2CH 036 015 Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi. 014 2CH 036 016 Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər. 014 2CH 036 017 Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi. 014 2CH 036 018 O, Allahın məbədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin məbədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı. 014 2CH 036 019 Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər. 014 2CH 036 020 Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu. 014 2CH 036 021 Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi. 014 2CH 036 022 Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi şəkildə elan etdi: 014 2CH 036 023 «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”». # # BOOK 015 EZR Ezra Ezra 015 EZR 001 001 Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi elan etdi: 015 EZR 001 002 «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. 015 EZR 001 003 Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin məbədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur. 015 EZR 001 004 Sağ qalan İsraillilər hansı əhali arasında yaşayırsa, qoy onlar Yerusəlimdəki Allah evinə verəcəkləri könüllü ianələrdən başqa, qızıl-gümüş, əşya və heyvanlar verməklə bu adamlara kömək etsinlər”». 015 EZR 001 005 Yəhuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki məbədini tikmək üçün yola düşməyə hazırlaşdılar. 015 EZR 001 006 Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər. 015 EZR 001 007 Padşah Kir Navuxodonosorun Rəbbin Yerusəlimdəki məbədindən götürüb öz allahlarının məbədinə qoyduğu əşyaları çıxartdı. 015 EZR 001 008 Fars padşahı Kir onları xəzinədar Mitredatın əli ilə oradan çıxardaraq hamısını sayıb Yəhuda rəhbəri Şeşbassara verdi. 015 EZR 001 009 Onların sayı bu qədər idi: otuz qızıl ləyən, min gümüş ləyən, iyirmi doqquz bıçaq, 015 EZR 001 010 otuz qızıl boşqab, bir-birinə oxşayan dörd yüz on gümüş boşqab və min ədəd də başqa qablar. 015 EZR 001 011 Qızıl və gümüş əşyaların hamısı beş min dörd yüz ədəd idi. Sürgündə yaşayanlar Babildən Yerusəlimə qaytarılanda Şeşbassar bu əşyaların hamısını onlarla bərabər gətirdi. 015 EZR 002 001 Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar. 015 EZR 002 002 Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı: 015 EZR 002 003 Paroş övladları – 2172 nəfər; 015 EZR 002 004 Şefatya övladları – 372 nəfər; 015 EZR 002 005 Arah övladları – 775 nəfər; 015 EZR 002 006 Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2812 nəfər; 015 EZR 002 007 Elam övladları – 1254 nəfər; 015 EZR 002 008 Zattu övladları – 945 nəfər; 015 EZR 002 009 Zakkay övladları – 760 nəfər; 015 EZR 002 010 Bani övladları – 642 nəfər; 015 EZR 002 011 Bevay övladları – 623 nəfər; 015 EZR 002 012 Azqad övladları – 1222 nəfər; 015 EZR 002 013 Adoniqam övladları – 666 nəfər; 015 EZR 002 014 Biqvay övladları – 2056 nəfər; 015 EZR 002 015 Adin övladları – 454 nəfər; 015 EZR 002 016 Ater, yəni Xizqiya övladları – 98 nəfər; 015 EZR 002 017 Besay övladları – 323 nəfər; 015 EZR 002 018 Yora övladları – 112 nəfər; 015 EZR 002 019 Xaşum övladları – 223 nəfər; 015 EZR 002 020 Gibbar övladları – 95 nəfər; 015 EZR 002 021 Bet-Lexem övladları – 123 nəfər; 015 EZR 002 022 Netofa sakinləri – 56 nəfər; 015 EZR 002 023 Anatot sakinləri – 128 nəfər; 015 EZR 002 024 Azmavet övladları – 42 nəfər; 015 EZR 002 025 Qiryat-Arim, Kefira və Beerot övladları – 743 nəfər; 015 EZR 002 026 Rama və Geva övladları – 621 nəfər; 015 EZR 002 027 Mikmas sakinləri – 122 nəfər; 015 EZR 002 028 Bet-El və Ay sakinləri – 223 nəfər; 015 EZR 002 029 Nevo övladları – 52 nəfər; 015 EZR 002 030 Maqbiş övladları – 156 nəfər; 015 EZR 002 031 Digər Elam övladları – 1254 nəfər; 015 EZR 002 032 Xarim övladları – 320 nəfər; 015 EZR 002 033 Lod, Xadid və Ono övladları – 725 nəfər; 015 EZR 002 034 Yerixo övladları – 345 nəfər; 015 EZR 002 035 Senaa övladları – 3630 nəfər. 015 EZR 002 036 Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər; 015 EZR 002 037 İmmer övladları – 1052 nəfər; 015 EZR 002 038 Paşxur övladları – 1247 nəfər; 015 EZR 002 039 Xarim övladları – 1017 nəfər. 015 EZR 002 040 Levililər: Hodavya nəslindən yaranan Yeşua və Qadmiel övladları – 74 nəfər. 015 EZR 002 041 İlahiçilər: Asəf övladları – 128 nəfər. 015 EZR 002 042 Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları və Şovay övladları ilə birlikdə 139 nəfər. 015 EZR 002 043 Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, 015 EZR 002 044 Qeros övladları, Siaha övladları, Padon övladları, 015 EZR 002 045 Levana övladları, Xaqava övladları, Aqquv övladları, 015 EZR 002 046 Xaqav övladları, Şamlay övladları, Xanan övladları, 015 EZR 002 047 Giddel övladları, Qaxar övladları, Reaya övladları, 015 EZR 002 048 Resin övladları, Neqoda övladları, Qazzam övladları, 015 EZR 002 049 Uzza övladları, Paseah övladları, Besay övladları, 015 EZR 002 050 Asna övladları, Meunim övladları, Nefusim övladları, 015 EZR 002 051 Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, 015 EZR 002 052 Baslut övladları, Mexida övladları, Xarşa övladları, 015 EZR 002 053 Barqos övladları, Sisra övladları, Tamax övladları, 015 EZR 002 054 Nesiah övladları, Xatifa övladları. 015 EZR 002 055 Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Hassoferet övladları, Peruda övladları, 015 EZR 002 056 Yela övladları, Darqon övladları, Giddel övladları, 015 EZR 002 057 Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Ami övladları. 015 EZR 002 058 Məbəd qulluqçuları ilə Süleymanın əyan qullarının övladları – cəmi 392 nəfər. 015 EZR 002 059 Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: 015 EZR 002 060 Delaya övladları, Toviya övladları, Neqoda övladları – 652 nəfər. 015 EZR 002 061 Kahinlərin nəslindən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. 015 EZR 002 062 Onlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. 015 EZR 002 063 Yəhuda valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin». 015 EZR 002 064 Bütün camaat birlikdə 42 360 nəfər idi. 015 EZR 002 065 Bundan başqa, 7337 nəfər kölə və kənizlər, 200 nəfər kişi və qadından ibarət ilahiçi var idi. 015 EZR 002 066 Bu adamların 736 atı, 245 qatırı, 015 EZR 002 067 435 dəvəsi, 6720 eşşəyi var idi. 015 EZR 002 068 Rəbbin Yerusəlimdəki məbədinə gələn zaman bəzi nəsil başçıları Allahın evini öz yerində tikmək üçün könüllü ianələr verdilər. 015 EZR 002 069 Bu iş üçün yığılan xəzinəyə imkan daxilində altmış bir min darik qızıl, beş min mina gümüş və yüz kahin geyimi verdilər. 015 EZR 002 070 Kahinlər, Levililər, xalqın bəziləri, ilahiçilər, məbəd qapıçıları və qulluqçuları öz şəhərlərində yerləşdilər. Beləliklə, İsraillilər isə öz şəhərlərində yerləşdilər. 015 EZR 003 001 Artıq İsraillilər öz şəhərlərində idi. Yeddinci ay çatanda xalq bir nəfər kimi Yerusəlimdə toplandı. 015 EZR 003 002 Yosadaq oğlu Yeşua ilə kahin qardaşları və Şealtiel oğlu Zerubbabillə qardaşları İsrailin Allahının qurbangahını qurdular ki, Allah adamı Musanın Qanununda yazıldığı kimi üstündə yandırma qurbanları təqdim edilsin. 015 EZR 003 003 Ətrafda yaşayan xalqlardan qorxmalarına baxmayaraq, qurbangahı əvvəlki bünövrə üzərində qurdular. Sonra onun üzərində səhər-axşam Rəbbə yandırma qurbanları təqdim etdilər. 015 EZR 003 004 Yazıya görə Çardaqlar bayramı keçirdilər və qaydaya görə günbəgün müəyyən miqdarda gündəlik yandırma qurbanları təqdim etdilər. 015 EZR 003 005 Sonra daimi yandırma qurbanları verdilər. Təzə Ay mərasimlərinin, eləcə də Rəbbin təqdis etdiyi bütün bayramların təqdimlərini və hamının könüllü olaraq Rəbbə etdiyi təqdimləri verdilər. 015 EZR 003 006 Rəbbin məbədinin bünövrəsinin qoyulmamasına baxmayaraq, onlar yeddinci ayın birinci günündə Rəbbə yandırma qurbanları təqdim etməyə başladılar. 015 EZR 003 007 Daşyonanlarla dülgərlərə pul verdilər. Fars padşahı Kirdən izin aldıqlarına görə Livandan dəniz yolu ilə Yafoya sidr ağacları gətirmələri üçün Sidonlularla Surlulara yemək-içmək və zeytun yağı verdilər. 015 EZR 003 008 Allahın evinə, Yerusəlimə gəlişlərinin ikinci ilinin ikinci ayında Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua ilə digər qardaşları – kahinlər, Levililər, əsirlikdən Yerusəlimə qayıdanların hamısı işə başladılar. İyirmi və ondan yuxarı yaşda olan Levililəri Rəbbin məbədinin tikinti işinə nəzarətçi təyin etdilər. 015 EZR 003 009 Levililərdən Yeşua və övladları ilə qardaşları, Hodavya nəslindən törənən Qadmiellə övladları, Xenadad övladları, nəvələri və qardaşları Allahın evində işləyənlərə nəzarət etdilər. 015 EZR 003 010 Bənnalar Rəbbin məbədinin təməlini qoyan zaman İsrail padşahı Davudun qoyduğu qaydaya əsasən kahinlər xüsusi libas geyinib əllərindəki kərənaylarla, Asəf övladlarından olan Levililərsə sinclərlə Rəbbə həmd etmək üçün öz yerlərini tutdular. 015 EZR 003 011 Onlar Rəbbə həmd və şükür edib növbə ilə Onu tərənnüm edərək belə deyirdilər: «Rəbb yaxşıdır, çünki İsrailin üzərində məhəbbəti əbədidir». Onlar Rəbbə həmd edəndə bütün xalq ucadan qışqırdı, çünki Rəbb evinin bünövrəsi qoyulmuşdu. 015 EZR 003 012 Əvvəlki məbədi görmüş bir çox qoca kahinlər, Levililər və nəsil başçıları məbədin bünövrəsinin qoyulduğunu görəndə hönkürüb ağladılar, bir çoxları isə sevincdən haray çəkdilər. 015 EZR 003 013 Xalq gurultulu sevinc səsləri ilə ağlaşma səslərini bir-birindən ayıra bilmirdi, çünki onların gurultu ilə qopan haray səsləri uzaqlarda eşidilirdi. 015 EZR 004 001 Yəhudalıların və Binyaminlilərin düşmənləri eşitdilər ki, sürgündən qayıdanlar İsrailin Allahı Rəbb üçün məbəd tikirlər. 015 EZR 004 002 Onlar Zerubbabilə və nəsil başçılarına yaxınlaşıb belə dedi: «Qoy biz də sizinlə bərabər bu məbədi tikək, çünki biz də sizin kimi Allahınıza sitayiş edirik. Bizi buraya gətirən Aşşur padşahı Esar-Xaddonun dövründən bəri sizin Allaha qurban təqdim edirik». 015 EZR 004 003 Lakin Zerubbabil, Yeşua və İsrailin digər nəsil başçıları onlara belə dedilər: «Allahımızın evini qurmaq üçün sizin bizimlə heç bir ortaq işiniz yoxdur. Biz özümüz əlbir olaraq Fars padşahı Kirin əmrinə əsasən İsrailin Allahı Rəbbə məbəd tikəcəyik». 015 EZR 004 004 Onda bu ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verdi. 015 EZR 004 005 Bu xalq Yəhudilərin məqsədlərini boşa çıxarmaq üçün Fars padşahları olan Kirin dövründən Daranın dövrünə qədər onlara qarşı çıxaraq özlərinə muzdla məsləhətçilər tutdu. 015 EZR 004 006 Onlar Axaşveroş padşah olanda, onun hökmranlığının başlanğıcında Yəhuda və Yerusəlimdə yaşayanların əleyhinə bir ittiham məktubu yazdılar. 015 EZR 004 007 Fars padşahı Artaxşastanın dövründə Bişlam Mitredat, Taveel və digər yoldaşları padşah Artaxşastaya məktub yazdı. Məktub Arami dilində yazılaraq tərcümə edildi. 015 EZR 004 008 Sərkərdə Rexum və mirzə Şimşay padşah Artaxşastaya Yerusəlimi ittiham edən bir məktub yazdı. 015 EZR 004 009 Sonra məktuba sərkərdə Rexumla mirzə Şimşay və qalan yoldaşları, hakimlər, əmirlər, qulluqçular, Farslar, Ereklilər, Babillilər, Şuşanlılar, yəni Elamlılar, 015 EZR 004 010 böyük və şanlı Aşurbanipalın sürgün edib Samariya şəhərlərində və Fərat çayının qərb torpaqlarında yerləşdirdiyi başqa xalqlar imza qoydular. 015 EZR 004 011 Padşah Artaxşastaya göndərdikləri məktubun surəti belədir: «Padşah Artaxşastaya Fərat çayının qərb torpaqlarında yaşayan qullarından. 015 EZR 004 012 Padşaha məlum olsun ki, sizin yanınızdan qayıdan Yəhudilər bizim yanımıza – Yerusəlimə gəlib bu pis, üsyankar şəhəri bərpa edirlər. Divarları hörüb qurtardılar və binaların təməlini bərpa etdilər. 015 EZR 004 013 Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə, divarları hörülüb qurtararsa, onlar sənə vergi, xərac və gömrük verməyəcəklər. Bununla da padşahın gəlirinə böyük ziyan dəyəcək. 015 EZR 004 014 Əgər indi bu sarayın duzu ilə dolanırıqsa, gözümüz önündə padşaha ziyan dəyməsini görmək bizə yaraşmaz. Ona görə də padşaha bu xəbəri göndərib belə məlum edirik: 015 EZR 004 015 qoy ata-babalarının dəftərxanası axtarılsın. Qeyd kitablarında bu şəhər haqqında məlumat tapanda biləcəksiniz ki, bu şəhər həm üsyankar, həm də padşahlar və dövlətlər üçün zərərlidir. Qədimdən bəri oradan həmişə xəyanət törəyib və bunun üçün şəhər xarabaya çevrilib. 015 EZR 004 016 Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə və divarları tikilib qurtararsa, sənin Fərat çayının qərb torpaqlarında payın olmayacaq». 015 EZR 004 017 Padşah belə cavab göndərdi: «Sərkərdə Rexuma, mirzə Şimşaya və Samariya ilə Fərat çayının digər qərb torpaqlarında yaşayan yoldaşlarına salamlar! 015 EZR 004 018 Bizə göndərdiyiniz məktub hüzurumda tərcümə edildi. 015 EZR 004 019 Ona görə mən əmr verdim və əmrimə əsasən istintaq aparıldı. Bu şəhərin sakinlərinin qədimdən bəri padşahlara qarşı üsyan qaldırması təsdiq olundu. Üsyankarlıq və xəyanət bu şəhərin daxilindən baş qaldırıb. 015 EZR 004 020 O zaman Yerusəlimi idarə edən qüdrətli padşahlar var idi. Fərat çayının qərbindəki bütün torpaqlar üzərində bu padşahlar hökmranlıq edirdilər. Buranın əhalisi isə onlara xərac, vergi və gömrük verirdi. 015 EZR 004 021 İndi əmr verin, bu adamlar işi dayandırsınlar və mən əmr verənə qədər bu şəhəri bərpa etməsinlər. 015 EZR 004 022 Bu işə etinasız yanaşmaqdan çəkinin. Niyə şər artıb padşahlığıma ziyan vursun?» 015 EZR 004 023 Padşah Artaxşastanın məktubunun surəti Rexumla mirzə Şimşayın və yoldaşlarının qarşısında oxunanda onlar tələsik Yerusəlimə Yəhudilərin yanına getdilər. Onların işini zorla, güclə dayandırdılar. 015 EZR 004 024 Beləliklə, Yerusəlimdəki Allah evinin tikinti işi dayandırıldı və bu iş Fars padşahı Daranın hökmranlığının ikinci ilinə qədər ləngidi. 015 EZR 005 001 Peyğəmbərlərdən peyğəmbər Haqqayla İddo oğlu Zəkəriyyə Yəhudada və Yerusəlimdə yaşayan Yəhudilərə İsrail Allahının adı ilə peyğəmbərlik etdi. 015 EZR 005 002 O zaman Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua işə başlayaraq Yerusəlimdəki Allah evinin tikintisini davam etdirdilər. Allahın peyğəmbərləri də onlarla idi və onlara kömək etdi. 015 EZR 005 003 O vaxtlar Fərat çayının qərb torpaqlarının valisi olan Tattenay, Şetar-Boznay və yoldaşları onların yanına gəlib dedi: «Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?» 015 EZR 005 004 Onda biz onlara bu binanı tikənlərin adlarını bildirdik. 015 EZR 005 005 Allahın nəzəri Yəhudi ağsaqqallarının üzərinə yönəlmişdi. Ona görə bu işin sorağı Daraya çatana və bu barədə məktubla cavab qayıdanadək onlar Yəhudilərin işini dayandırmadılar. 015 EZR 005 006 Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları, Fərat çayının qərb torpaqlarındakı məmurlar padşah Daraya bu surətdə məktub yolladı. 015 EZR 005 007 Ona yolladıqları məktubda belə yazılmışdı: «Padşah Daraya böyük ehtiramla salamlar! 015 EZR 005 008 Padşaha məlum olsun ki, biz Yəhuda vilayətindəki böyük Allahın məbədinə getdik. Məbəd böyük daşlardan tikilmiş, divarların içərisinə dirəklər qoyulmuşdur. Bu iş səylə görülərək uğurla idarə edilir. 015 EZR 005 009 O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?” 015 EZR 005 010 Həm də onlardan bu işin başçılarının adını soruşduq ki, bunları yazaraq sizə bildirək. 015 EZR 005 011 Onlar bizə belə cavab verdilər: “Biz göylərin və yerin Allahının qullarıyıq. Bundan bir çox il əvvəl tikilən məbədi bərpa edirik. Vaxtı ilə oranı İsrailin böyük padşahı tikib başa çatdırmışdı. 015 EZR 005 012 Lakin atalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün Allah onları Babil padşahı Xaldeyli Navuxodonosora təslim etdi. O da bu məbədi xarabaya çevirdi və xalqını Babilə əsir apardı. 015 EZR 005 013 Lakin Babil padşahı Kirin hakimiyyətinin birinci ilində padşah Kir Allah evinin bərpası üçün əmr verdi. 015 EZR 005 014 Həmçinin Yerusəlimdəki Allah evindən Navuxodonosorun götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları padşah Kir Babildəki məbəddən çıxartdı. Onları vali təyin etdiyi Şeşbassar adlı bir adama verərək dedi: 015 EZR 005 015 ‹Bu əşyaları götürüb get, Yerusəlimdəki məbədə qoy. Allahın evi qoy öz yerində bərpa olunsun›. 015 EZR 005 016 O zaman həmin Şeşbassar gəlib Yerusəlimdəki Allah evinin təməlini qoydu. O zamandan indiyə qədər bu məbəd tikilir, lakin hələ tamamlanmayıb”. 015 EZR 005 017 İndi padşahın xoşuna gələrsə, qoy Babil sarayındakı dəftərxana axtarılaraq Yerusəlimdəki Allah evinin bərpası üçün padşah Kirin verdiyi əmr üzə çıxarılsın. Sonra isə bu iş barədə padşah öz iradəsini bizə bildirsin». 015 EZR 006 001 O zaman padşah Daranın verdiyi əmrə əsasən Babil xəzinəsində olan dəftərxana axtarıldı. 015 EZR 006 002 Midiya vilayətində olan Ekbatana qalasında bir tumar tapıldı. Bu tumarda belə qeyd edilmişdi: 015 EZR 006 003 «Padşah Kirin hökmdarlığının birinci ilində Allahın Yerusəlimdəki məbədi barədə Kir belə əmr verib: “Bu məbəd – qurbanlar təqdim edilən bu yer əvvəlki bünövrəsi üzərində bərpa edilsin. 015 EZR 006 004 Üç cərgə böyük daş, bir cərgə təzə dirək qoyulmaqla altmış qulac hündürlükdə və altmış qulac uzunluqda olsun. Bu işin bütün xərci padşah xəzinəsindən ödənilsin. 015 EZR 006 005 Həm də Yerusəlimdəki Allah evindən Navuxodonosorun çıxarıb Babilə gətirdiyi qızıl və gümüş qablar geri qaytarılsın. Bunların hamısı öz yerinə, Yerusəlimdə olan məbədə aparılsın. Onları Allahın evinə qoyun”. 015 EZR 006 006 Ona görə Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları – Fərat çayının qərb torpaqlarındakı məmurlar qoy indi oradan uzaqlaşsın, 015 EZR 006 007 Allah evinin işinə qarışmasınlar. Yəhudilərin valisi və Yəhudilərin ağsaqqalları Allahın evini öz yerində bərpa etsinlər. 015 EZR 006 008 Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin. 015 EZR 006 009 Göylərin Allahına yandırma qurbanları vermək üçün hər gün ehtiyaclarına görə cavan buğalar, qoç və quzular, Yerusəlimdəki kahinlərin istədiyi miqdarda buğda, duz, şərab, zeytun yağı əskik edilmədən onlara verilsin. 015 EZR 006 010 Onlar göylərin Allahına xoş ətirli qurbanlar versinlər və buna görə padşahla övladları üçün dua etsinlər ki, canları sağ olsun. 015 EZR 006 011 Əmr edirəm ki, bu fərmanı dəyişdirən adamın evindən bir dirək çıxarıb dik basdırılsın və həmin adam bu dirəkdən asılsın. Qoy belə ev xarabalığa çevrilsin. 015 EZR 006 012 Bu məbədi isminə məskən edən Allah bu fərmanı dəyişdirməyə cəhd edən və Yerusəlimdəki məbədin dağılmasını istəyən hər padşahı və xalqı yox etsin. Mən Dara əmr edirəm, əmrim sözsüz yerinə yetirilsin». 015 EZR 006 013 O zaman Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları padşah Daranın göndərdiyi bu əmri alan kimi ona əməl etdilər. 015 EZR 006 014 Yəhudilərin ağsaqqalları tikintini davam etdirdilər və peyğəmbər Haqqay ilə İddo oğlu Zəkəriyyənin peyğəmbərlik sözlərinə əsasən onların işləri uğurlu gedirdi. İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə məbədi tikib qurtardılar. 015 EZR 006 015 Məbəd padşah Daranın hakimiyyətinin altıncı ili, Adar ayının üçündə başa çatdı. 015 EZR 006 016 İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah evinin təqdis mərasimini sevinclə qeyd etdilər. 015 EZR 006 017 Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər. 015 EZR 006 018 Yerusəlimdə Allaha xidmət üçün Musanın Kitabında yazıldığı kimi kahinləri öz dəstələrində və Levililəri öz bölmələrində düzdülər. 015 EZR 006 019 Sürgündən qayıdanlar Pasxa bayramını birinci ayın on dördündə keçirdilər. 015 EZR 006 020 Çünki kahinlərlə Levililər bir nəfər kimi özlərini pak etdikləri üçün təmiz idilər. Levililər bütün sürgündən qayıdanlar üçün, kahin qardaşları və özləri üçün Pasxa qurbanı kəsdilər. 015 EZR 006 021 Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər. 015 EZR 006 022 Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının evinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı. 015 EZR 007 001 Bu işlərdən sonra Fars padşahı Artaxşastanın dövründə başçı kahin Harun oğlu Eleazar oğlu Pinxas oğlu Avişua oğlu 015 EZR 007 002 Buqqi oğlu Uzzi oğlu 015 EZR 007 003 Zerahya oğlu Merayot oğlu Azarya oğlu Amarya oğlu 015 EZR 007 004 Axituv oğlu Sadoq oğlu Şallum oğlu 015 EZR 007 005 Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı. 015 EZR 007 006 Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi. 015 EZR 007 007 Padşah Artaxşastanın hakimiyyətinin yeddinci ilində İsrail övladlarından, kahinlərdən, Levililərdən, ilahiçilərdən, məbəddəki qapıçılardan və qulluqçulardan bəziləri Yerusəlimə qayıtdı. 015 EZR 007 008 Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi. 015 EZR 007 009 O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi. 015 EZR 007 010 Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi. 015 EZR 007 011 Rəbbin əmrlərini və İsrailə buyurduğu qanunları öyrədən ilahiyyatçı, kahin Ezraya padşah Artaxşasta bu məzmunda məktub vermişdi: 015 EZR 007 012 «Padşahlar padşahı Artaxşastadan göylərin Allahının qanunlarını öyrədən kahin Ezraya bildiriş: 015 EZR 007 013 İndi mən əmr edirəm ki, padşahlığımda olan İsrail xalqından, kahinlərdən, Levililərdən könüllü olaraq Yerusəlimə getmək istəyən hər kəs səninlə getsin. 015 EZR 007 014 İndi sən padşahla yeddi məsləhətçisi tərəfindən əlində olan Allahın Qanununa əsasən Yəhuda və Yerusəlimdəki vəziyyəti öyrənmək üçün göndərilirsən. 015 EZR 007 015 Yerusəlimi məskəni edən İsrailin Allahına padşah və məsləhətçilərinin könüllü təqdim etdikləri qızıl-gümüşü götür. 015 EZR 007 016 Xalqın və kahinlərin İsrailin Allahının Yerusəlimdəki məbədinə könüllü surətdə verdikləri hədiyyələrlə bərabər Babil vilayətinin hər tərəfindən yığacağın qızıl-gümüşün hamısını götür. 015 EZR 007 017 Sonra bu pulla tez buğalar, qoçlar, quzular, taxıl və şərab təqdimlərini alarsan. Onları Allahınızın Yerusəlimdəki məbədinin qurbangahında təqdim edərsiniz. 015 EZR 007 018 Sən və qardaşların qızıl-gümüşün qalan hissəsini Allahın iradəsinə uyğun, istədiyin kimi istifadə edə bilərsiniz. 015 EZR 007 019 Allahının məbədində ibadət zamanı işlətmək üçün sənə qaytarılan qabları isə Yerusəlim Allahının hüzurunda təhvil ver. 015 EZR 007 020 Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə. 015 EZR 007 021 Mən padşah Artaxşasta Fərat çayının qərb torpaqlarının bütün xəzinədarlarına əmr edirəm ki, göylər Allahının Qanununun ilahiyyatçısı, kahin Ezranın hər istəyini diqqətlə yerinə yetirin. 015 EZR 007 022 Yüz talanta qədər gümüş, yüz kora qədər buğda, yüz bata qədər şərab, yüz bata qədər zeytun yağı və istədikləri qədər duz verin. 015 EZR 007 023 Göylərin Allahının məbədi üçün, bu Allah tərəfindən hər nə əmr olunarsa, yerli-yerində ona əməl edilsin. Niyə padşahın və övladlarının ölkəsi qəzəbə düçar olsun? 015 EZR 007 024 Sizə bildiririk ki, kahinlərdən, Levililərdən, ilahiçilərdən, bu Allah evinin qapıçılarından, qulluqçularından, digər xidmətçilərindən xərac, vergi və gömrük istəməyə izin yoxdur. 015 EZR 007 025 Sən Ezra Allahın sənə verdiyi müdrikliyə görə orada hakimlər və qazilər təyin et. Qoy onlar Fərat çayının qərbində olan bütün xalqa – sənin Allahının qanunlarını bilənlərin hamısına hökm etsinlər. Bilməyənləri də sən öyrətməlisən. 015 EZR 007 026 Sənin Allahının qanununa və padşahın qanununa əməl etməyən adam mütləq ölüm, sürgün, əmlak müsadirəsi yaxud həbs cəzaları ilə cəzalansın». 015 EZR 007 027 Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı. 015 EZR 007 028 Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım. 015 EZR 008 001 Artaxşastanın padşahlığı zamanı mənimlə bərabər Babildən gələn və adları qeyd edilmiş nəsil başçıları bunlardır: 015 EZR 008 002 Pinxas övladlarından Gerşom, İtamar övladlarından Daniel, Davud övladlarından Xattuş, 015 EZR 008 003 Şekanya nəslindən, Paroş övladlarından, Zəkəriyyə və onunla bir nəsildən qeydə alınan yüz əlli kişi. 015 EZR 008 004 Paxat-Moav övladlarından Zerahya oğlu Elyehoenay və onunla bərabər iki yüz kişi. 015 EZR 008 005 Şekanya övladlarından Yaxazielin oğlu və onunla bərabər üç yüz kişi. 015 EZR 008 006 Adin övladlarından Yonatan oğlu Eved və onunla bərabər əlli kişi. 015 EZR 008 007 Elam övladlarından Atalya oğlu Yeşaya və onunla bərabər yetmiş kişi. 015 EZR 008 008 Şefatya övladlarından Mikael oğlu Zevadya və onunla bərabər səksən kişi. 015 EZR 008 009 Yoav övladlarından Yexiel oğlu Avdiya və onunla bərabər iki yüz on səkkiz kişi. 015 EZR 008 010 Şelomit övladlarından Yosifyanın oğlu və onunla bərabər yüz altmış kişi. 015 EZR 008 011 Bevay övladlarından Bevay oğlu Zəkəriyyə və onunla bərabər iyirmi səkkiz kişi. 015 EZR 008 012 Azqad övladlarından Haqqatan oğlu Yoxanan və onunla bərabər yüz on kişi. 015 EZR 008 013 Adoniqamın Elifelet, Yeiel, Şemaya adlı sonuncu oğulları və onlarla bərabər altmış kişi. 015 EZR 008 014 Biqvay övladlarından Utay, Zakkur və onlarla bərabər yetmiş kişi. 015 EZR 008 015 Onları Ahavaya tərəf axan çayın yanına yığdım və üç gün orada qaldıq. Mən orada xalqla kahinləri yoxladım, lakin orada Levi övladlarından heç kimi tapa bilmədim. 015 EZR 008 016 Başçılardan Eliezeri, Arieli, Şemayanı, Elnatanı, Yarivi, Elnatanı, Natanı, Zəkəriyyəni, Meşullamı, savadlılardan Yoyarivi və Elnatanı çağırtdırdım. 015 EZR 008 017 Sonra onları Kasifya deyilən yerdə başçılıq edən İddonun yanına göndərdim. Allahımızın məbədinə xidmət edən adamları bizə gətirmək üçün Kasifya deyilən yerdə İddoya və məbəd qulluqçuları olan qardaşlarına nə deyəcəklərini öyrətdim. 015 EZR 008 018 Allahımızın mərhəmətli əli üzərimizdə olduğuna görə İsrail oğlu Levi oğlu Maxli övladlarından zəkalı bir adam olan Şerevya ilə oğulları və soydaşlarından on səkkiz nəfəri, 015 EZR 008 019 Haşavyanı, onunla bərabər Merari övladlarından Yeşayanı və qardaşları ilə onların övladlarından iyirmi nəfəri, 015 EZR 008 020 Levililərə kömək etmək üçün Davudla başçılarının təyin etdikləri məbəd qulluqçularından iki yüz iyirmi nəfəri bizə gətirdilər. Onların hamısı adbaad qeyd olunmuşdu. 015 EZR 008 021 Allahımızın qarşısında özümüzü aşağı tutub Ondan özümüz, övladlarımız və bütün malımız üçün təhlükəsiz yol diləməkdən ötrü Ahava çayı yanında oruc elan etdim. 015 EZR 008 022 Çünki düşmənə qarşı yolda bizə kömək etmək üçün padşahdan əsgər və atlılar istəməyə utanırdım, həm də padşaha belə söyləmişdik: «Allahımızın əli yaxşılıq etmək üçün Ona etiqad edənlərin üzərindədir. Lakin Ondan dönənlərə Öz gücünü və qəzəbini göstərir». 015 EZR 008 023 Elə buna görə də biz oruc tutub Allahımıza yalvardıq. O bizim duamızı qəbul etdi. 015 EZR 008 024 Kahinlərin rəhbərləri arasından on iki nəfəri – Şerevya, Xaşavya ilə onların on nəfər soydaşını seçdim. 015 EZR 008 025 Padşahın, məsləhətçilərinin, rəislərinin və orada olan bütün İsraillilərin Allahımızın məbədi üçün təqdim etdikləri qızıl və gümüşlə bərabər əşyaları da çəkib onlara verdim. 015 EZR 008 026 Onların əlinə altı yüz əlli talant gümüş, yüz talant gümüş əşya, yüz talant qızıl, 015 EZR 008 027 min dariklik dəyəri olan iyirmi qızıl boşqab və qızıl qədər qiymətli olan parlaq misdən iki gözəl qabı da çəkib verdim. 015 EZR 008 028 Onlara dedim: «Siz Rəbbin müqəddəslərisiniz, bu əşyalar da müqəddəsdir. Bu qızılla gümüş atalarınızın Allahı Rəbbə edilən könüllü təqdimdir. 015 EZR 008 029 Diqqətli olun! Onları kahinlərin rəhbərləri, Levililər və İsrailin nəsil başçıları qarşısında Yerusəlimdəki Rəbbin məbədinin otaqlarında çəkib təhvil verənə qədər qoruyun». 015 EZR 008 030 Kahinlərlə Levililər çəkilmiş qızıl və gümüşlə qabları Yerusəlimə, Allahımızın məbədinə aparmaq üçün götürdülər. 015 EZR 008 031 Yerusəlimə getmək üçün Ahava çayı sahilindən birinci ayın on ikinci günü köçdük. Allahımızın əli üzərimizdə idi və bizi düşmənin əlindən, yolumuzdakı pusqulardan qurtardı. 015 EZR 008 032 Biz Yerusəlimə çatıb orada üç gün qaldıq. 015 EZR 008 033 Dördüncü gün isə Allahımızın məbədində qızıl-gümüş əşyaları çəkib kahin Uriyanın oğlu Meremotun əlinə verdik. Pinxas oğlu Eleazar, habelə Levililərdən olan Yeşua oğlu Yozavad və Binnuy oğlu Noadya da onunla idi. 015 EZR 008 034 Əşyaların hamısı sayla, çəki ilə təhvil veriləndə bütün çəki miqdarı yazıldı. 015 EZR 008 035 Bütün İsrail üçün sürgündən qayıdanlar İsrailin Allahına yandırma qurbanı olaraq on iki buğa, doxsan altı qoç, yetmiş yeddi quzu və günah qurbanı olaraq on iki təkə təqdim etdilər. Bunların hamısı Rəbbə təqdim edilən yandırma qurbanları idi. 015 EZR 008 036 Sonra onlar padşahın əmrlərini padşahın canişinlərinə və Fərat çayının qərb tərəfindəki valilərinə verdilər. Onlar da xalqa və Allahın evinə kömək etdilər. 015 EZR 009 001 Bu işlər qurtarandan sonra rəhbərlər mənə yaxınlaşıb dedilər: «Kahinlərlə Levililər daxil olmaqla İsrail xalqı ətraflarındakı xalqların – Kənanlıların, Xetlilərin, Perizlilərin, Yevusluların, Ammonluların, Moavlıların, Misirlilərin, Emorluların iyrənc adətlərinə uyub özlərini onlardan fərqləndirməyiblər. 015 EZR 009 002 Belə ki onlar özlərinə və oğullarına ətraflarındakı xalqların qızlarından alıblar. Bununla müqəddəs xalq başqa xalqlarla qarışıb. Rəhbərlərlə məmurlar bu xəyanətə ilk yol açmışlar». 015 EZR 009 003 Mən bu sözü eşidəndə paltarımla cübbəmi cırıb saç-saqqalımı yolaraq çarəsiz oturdum. 015 EZR 009 004 Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum. 015 EZR 009 005 Axşam qurbanı vaxtı pərişan halda ayağa qalxdım. Paltarım və cübbəm cırıq idi. Dizüstü oturub əllərimi Allahım Rəbbə açıb 015 EZR 009 006 belə dua etdim: «Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərimiz başımızdan aşıb, günahlarımız böyüyərək göylərə çatıb. 015 EZR 009 007 Atalarımızın dövründən bu günə qədər böyük günah içindəyik. Ona görə də hər zaman bugünkü kimi biz, padşahlarımız, kahinlərimiz təqsirlərimiz üzündən yadelli padşahlara təslim edilib qılınca, əsirliyə, talana, rüsvayçılığa düçar olduq. 015 EZR 009 008 İndi isə bizə Allahımız Rəbb tərəfindən ani olaraq mərhəmət göstərildi. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı Allahımız bizim üçün saxladı. Müqəddəs məkanında bizə möhkəm bir yer verdi ki, gözümüzə nur versin, bizi köləlikdən qurtarıb bir az həyata qovuşdursun. 015 EZR 009 009 Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı. 015 EZR 009 010 Ey Allahımız, daha nə deyə bilərik? Çünki Sənin əmrlərini tərk etmişdik. 015 EZR 009 011 Sən əmrlərini qulların peyğəmbərlər vasitəsilə verib dedin: “Mülk olaraq almaq üçün getdiyiniz ölkə öz əhalisinin pozğunluğu ilə, oranı başdan-başa dolduran iyrənc adətləri və murdarlıqları ilə çirkaba batan ölkədir. 015 EZR 009 012 Buna görə də nə qızlarınızı onların oğullarına verin, nə də qızlarından oğullarınıza alın. Əgər qüvvətli olmaq, bu torpağın nemətlərini yemək istəyirsinizsə, heç vaxt onların salamatlığı və firavanlığı üçün çalışmayın. Onda bu torpağı övladlarınıza irs olaraq əbədi saxlayarsınız”. 015 EZR 009 013 Hər şey pis işlərimizdən və böyük günahlarımızdan ötrü başımıza gəldi, lakin, ey Allahımız, Sən bizi təqsirlərimizin layiq olduğundan az cəzalandırdın. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı – bunları bizə verdin. 015 EZR 009 014 Bundan sonra yenə əmrlərinimi pozaq? Belə iyrənc işlər görən xalqlarla qohummu olaq? Biz qurtarana, sağ qalıb qurtula bilməyənə qədər bizə qəzəblənməyəcəksənmi? 015 EZR 009 015 Ey İsrailin Allahı Rəbb, Sən adilsən! Bugünkü kimi biz kiçik bir dəstə halında sağ qalmışıq. Budur, Sənin qarşında günah içindəyik və buna görə heç birimiz Sənin qarşında dayana bilmirik». 015 EZR 010 001 Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı. 015 EZR 010 002 Elam övladlarından Yexiel oğlu Şekanya Ezraya müraciət edib dedi: «Biz Allahımıza xəyanət edərək ətrafımızdakı xalqlardan yadelli arvadlar aldıq. Buna baxmayaraq, hələ də İsraillilərin ümidi var. 015 EZR 010 003 Ağamızın və Allahımızın əmri üzərində əsənlərin məsləhətinə görə bütün belə arvadları və onlardan doğulanları ataq. Gəlin bunun üçün indi Allahımızla əhd bağlayaq. Qoy bu Qanuna görə edilsin. 015 EZR 010 004 Qalx, çünki bu işin məsuliyyətini daşıyan sənsən və biz də səninləyik. Ürəkli ol, işə başla!» 015 EZR 010 005 Ezra ayağa qalxdı. Kahinlərin rəhbərlərinə, Levililərə və digər İsraillilərə bu sözü yerinə yetirmələri üçün and içdirdi. Onlar da and içdilər. 015 EZR 010 006 Ezra Allah evinin qarşısından ayrılıb Elyaşivin oğlu Yehoxananın otağına girdi. Gecəni orada keçirib nə çörək yedi, nə də su içdi, çünki sürgündən qayıdanların bu xəyanətinə görə yas tuturdu. 015 EZR 010 007 Yəhudada və Yerusəlimdə sürgündən qayıdanların hamısına elan etdilər ki, Yerusəlimə yığılsınlar. 015 EZR 010 008 Başçıların və ağsaqqalların məsləhətinə görə üç gün ərzində buraya gəlməyən hər adamın bütün əmlakı müsadirə ediləcək və özü də sürgündən qayıdan camaatın içərisindən çıxarılacaq. 015 EZR 010 009 Yəhudanın və Binyaminin bütün adamları üç gün ərzində Yerusəlimə yığıldı. Bu doqquzuncu ayın iyirmisində oldu. Bütün xalq bu hadisədən, həm də yağışdan ötrü əsə-əsə Allah evinin qarşısında, meydanda oturdu. 015 EZR 010 010 Kahin Ezra ayağa qalxıb onlara dedi: «Siz xəyanət etmisiniz. İsrailin günahını daha da artıraraq yadelli arvadlar almısınız. 015 EZR 010 011 İndi atalarınızın Allahı Rəbbə öz günahlarınızı etiraf edin və Onun iradəsini yerinə yetirin. Ətrafınızdakı xalqlardan, yadelli arvadlardan ayrılın». 015 EZR 010 012 Bütün camaat bərkdən cavab verib dedi: «Bəli, haqlısan, sənin sözlərinə əməl etmək bizim borcumuzdur. 015 EZR 010 013 Amma yağış vaxtıdır, bayırda dayanmağa taqətimiz yoxdur, xalq isə çoxdur. Bu iş bir-iki günün işi deyil. Çünki belə əməllə günahımızı artırmışıq. 015 EZR 010 014 Qoy bütün xalqı rəhbərlərimiz təmsil etsin. Bu işə görə Allahımızın coşan qəzəbi soyuyanadək şəhərlərimizdəki hər yadelli arvad alan şəxs şəhər ağsaqqalları və hakimlərlə bərabər təyin olunacaq vaxtda buraya gəlsin». 015 EZR 010 015 Buna qarşı yalnız Asahel oğlu Yonatan və Tiqva oğlu Yaxzeya çıxdı. Meşullamla Levili Şabbetay da onlara kömək etdi. 015 EZR 010 016 Sürgündən qayıdanlar bu sözə əməl etdi. Kahin Ezra hər nəsildən nəsil başçısını seçib hamısının adını bəyan etdi. Onuncu ayın birində isə oturub bu işi araşdırmağa başladılar. 015 EZR 010 017 Onlar birinci ayın birinci gününə qədər yadelli arvad alanların hamısı barədə lazımi qərar çıxartdılar. 015 EZR 010 018 Kahin övladları arasında yadelli arvad alanlardan bunlar tapıldı: Yosadaqın oğlu Yeşua övladlarından və qardaşlarından Maaseya Eliezer, Yariv və Gedalya. 015 EZR 010 019 Onlar da arvadlarını boşayacaqlarına dair əlbir oldu və öz təqsirlərinə görə təqsir qurbanı olaraq bir qoç təqdim etdi. 015 EZR 010 020 İmmer övladlarından Xanani və Zevadya, 015 EZR 010 021 Xarim övladlarından Maaseya, Eliya, Şemaya, Yexiel, Uzziya, 015 EZR 010 022 Paşxur övladlarından Elyoenay, Maaseya, İsmail, Netanel, Yozavad və Elasa; 015 EZR 010 023 Levililərdən: Yozavad, Şimey, Qelaya, yəni Qelita, Petahya, Yəhuda və Eliezer; 015 EZR 010 024 İlahiçilərdən: Elyaşiv, məbəd qapıçılarından Şallum, Telem və Uri; 015 EZR 010 025 Digər İsraillilərdən – Paroş övladlarından Ramya, İzziya, Malkiya, Miyamin, Eleazar, Malkiya və Benaya; 015 EZR 010 026 Elam övladlarından Mattanya, Zəkəriyyə, Yexiel, Avdi, Yeremot və Eliya; 015 EZR 010 027 Zattu övladlarından Elyoenay, Elyaşiv, Mattanya, Yeremot, Zavad və Aziza; 015 EZR 010 028 Bevay övladlarından Yehoxanan, Xananya, Zabbay, Atlay; 015 EZR 010 029 Bani övladlarından Meşullam, Malluk, Adaya, Yaşuv, Şeal, Yeremot; 015 EZR 010 030 Paxat-Moav övladlarından Adna, Kelal, Benaya, Maaseya, Mattanya, Besalel, Binnuy və Menaşşe; 015 EZR 010 031 Xarim övladlarından Eliezer, İşşiya, Malkiya, Şemaya və Şimeon, 015 EZR 010 032 Binyamin, Malluk, Şemarya; 015 EZR 010 033 Xaşum övladlarından Mattenay, Mattata, Zavad, Elifelet, Yeremay, Menaşşe, Şimey; 015 EZR 010 034 Bani övladlarından Maaday, Amram, Uel, 015 EZR 010 035 Benaya, Bedeya, Keluhi, 015 EZR 010 036 Vanya, Meremot, Elyaşiv, 015 EZR 010 037 Mattanya, Mattenay, Yaasay, 015 EZR 010 038 Bani, Binnuy, Şimey, 015 EZR 010 039 Şelemya, Natan, Adaya, 015 EZR 010 040 Maknadvay, Şaşay, Şaray, 015 EZR 010 041 Azarel, Şelemya, Şemarya, 015 EZR 010 042 Şallum, Amarya, Yusif; 015 EZR 010 043 Nevo övladlarından Yeiel, Mattitya, Zavad, Zevina, Yadday, Yoel və Benaya. 015 EZR 010 044 Bu adamların hamısı yadelli arvad almışdı və bəzilərinin bu arvadlardan uşaqları da var idi. # # BOOK 016 NEH Nehemiah Nehemya 016 NEH 001 001 Xakalya oğlu Nehemyanın sözləri: Mən iyirminci ildə Kislev ayında Şuşan qalasında olarkən 016 NEH 001 002 qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum. 016 NEH 001 003 Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır». 016 NEH 001 004 Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim: 016 NEH 001 005 «Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah! 016 NEH 001 006 Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik. 016 NEH 001 007 Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik. 016 NEH 001 008 Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm. 016 NEH 001 009 Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla. 016 NEH 001 010 Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın. 016 NEH 001 011 Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın». Mən o vaxt padşahın saqisi idim. 016 NEH 002 001 Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ili, Nisan ayı idi. Padşahın qarşısına şərab gətirildi. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim. 016 NEH 002 002 Padşah mənə dedi: «Üzün niyə belə qəmlidir? Xəstə olmasan da, hər halda ürəyin dərdlidir». Onda mən çox qorxdum. 016 NEH 002 003 Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?» 016 NEH 002 004 Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim: 016 NEH 002 005 «Əgər padşaha bu xoş gəlirsə və qulun sənin gözündə lütf tapıbsa, məni Yəhudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim». 016 NEH 002 006 Mələkə də padşahın yanında oturmuşdu. Padşah mənə dedi: «Bu səfərin nə qədər çəkər? Nə vaxt qayıda bilərsən?» Məni göndərmək padşaha məqbul oldu və mən qayıdacağım vaxtı müəyyən etdim. 016 NEH 002 007 Sonra mən padşaha dedim: «Əgər padşaha xoş gəlirsə, Fərat çayının qərbindəki torpaqların valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər məni vilayətlərindən keçirtsinlər. 016 NEH 002 008 Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi. 016 NEH 002 009 Fərat çayının qərbindəki valilərin yanına getdim və padşahın namələrini verdim. Padşah mənimlə birgə ordu zabitləri ilə atlıları da göndərmişdi. 016 NEH 002 010 Xoronlu Sanballat və Ammonlu məmur Toviya İsrail övladlarının xeyrinə çalışan bir nəfərin gəldiyini eşitdikdə çox hirsləndilər. 016 NEH 002 011 Mən Yerusəlimə gəlib orada üç gün qaldım. 016 NEH 002 012 Gecə ikən qalxıb özümlə bir neçə adam götürdüm. Yerusəlim üçün nə etmək barəsində Allahımın ürəyimə göndərdiyi fikirləri heç kəsə açmadım. Mindiyimdən başqa heç bir heyvan götürmədim. 016 NEH 002 013 Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım. 016 NEH 002 014 Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi. 016 NEH 002 015 Həmin gecə vadi boyunca çıxaraq divarı gözdən keçirtdim. Sonra dönüb Dərə darvazasından girərək geri qayıtdım. 016 NEH 002 016 Hökumət məmurları hara getdiyimi, nə etdiyimi bilmirdilər. Çünki Yəhudilərə, kahinlərə, əyanlara, məmurlara və digər vəzifəlilərə heç bir şey danışmamışdım. 016 NEH 002 017 Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq». 016 NEH 002 018 Mən Allahın mərhəmətli əlinin üzərimdə olduğunu bildirərək padşahın mənə dediyi sözləri onlara çatdırdım. Onlar belə dedilər: «Gəlin qalxaq, buraları bərpa edək». Bu xeyirli iş üçün hamı əlbir oldu. 016 NEH 002 019 Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?» 016 NEH 002 020 Mən onlara cavab verərək dedim: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik. Sizin isə Yerusəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq». 016 NEH 003 001 Baş kahin Elyaşiv ilə qardaşları qalxıb Qoyun darvazasını tikdilər. Sonra onu təqdis edib qapı taylarını yerinə qoydular. Onlar Yüz qülləsindən Xananel qülləsinə qədər olan divarı təqdis etdilər. 016 NEH 003 002 Elyaşivin yanındakı hissədə Yerixo sakinləri tikdilər. Onların yanında İmri oğlu Zakkur tikdi. 016 NEH 003 003 Balıqlar darvazasını Hassenaa oğulları tikdi. Onlar tirləri yerinə qoydular, qapı taylarını, rəzələrini və cəftələrini yerinə taxdılar. 016 NEH 003 004 Onların yanında isə Haqqos oğlu Uriya oğlu Meremot bərpa işləri gördü. Meremotun yanında Meşezavel oğlu Berekya oğlu Meşullam bərpa işləri gördü. Onların yanında da Baana oğlu Sadoq bərpa etdi. 016 NEH 003 005 Sadoqun yanında Teqoa sakinləri bərpa işləri gördülər, amma oranın əsilzadələri özlərinin Xudavəndinin işlərini görmək üçün qəddini əymədilər. 016 NEH 003 006 Köhnə darvazasını Paseah oğlu Yoyada və Besodya oğlu Meşullam bərpa etdi. Onlar tirləri yerinə qoyub qapı taylarını, rəzələri və cəftələri taxdılar. 016 NEH 003 007 Onların yanında Giveonlu Melatya, Meronotlu Yadon, Fərat çayının qərbindəki torpaqların valisinin hökmünə tabe olan Giveon və Mispa sakinləri bərpa işləri gördü. 016 NEH 003 008 Onların yanında da zərgərlərdən Xarhaya oğlu Uzziel bərpa işləri gördü. Uzzielin yanında ətriyyatçılardan biri olan Xananya bərpa işləri gördü. Onlar Yerusəlimi Geniş divara qədər təzədən qurdular. 016 NEH 003 009 Onların yanındakı divarı Yerusəlim əyalətinin yarı hissə rəisi Xur oğlu Refaya bərpa etdi. 016 NEH 003 010 Xarumaf oğlu Yedaya isə onun yanında öz evinin qarşısında bərpa işləri gördü. Onunla yanaşı Xaşavneya oğlu Xattuş bərpa işləri görürdü. 016 NEH 003 011 Xarim oğlu Malkiya və Paxat-Moav oğlu Xaşşuv başqa bir sahəni və Sobalar Qülləsini bərpa etdi. 016 NEH 003 012 Malkiyanın və Xaşşuvun yanında Yerusəlim əyalətinin o biri yarısının rəisi Halloxeş oğlu Şallum qızları ilə birgə bərpa işləri gördü. 016 NEH 003 013 Vadi darvazasını Xanun və Zanoah sakinləri bərpa etdi. Onlar darvazanı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdular. Peyin darvazasına qədər min qulac məsafəyə divarı bərpa etdilər. 016 NEH 003 014 Peyin Darvazasını Bet-Hakkerem əyalətinin rəisi Rekav oğlu Malkiya bərpa etdi. Oranı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdu. 016 NEH 003 015 Çeşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi. 016 NEH 003 016 Şallundan sonra Bet-Sur əyalətinin yarı hissə rəisi Azbuq oğlu Nehemya divarı Davudun qəbrinin qarşısına, hovuza və əsgər qışlasına qədər tikdi. 016 NEH 003 017 Ondan sonra isə Levililər Bani oğlu Rexumun rəhbərliyi altında bərpa işləri gördülər. Rexumun yanında Qeila əyalətinin yarı hissə rəisi Xaşavya öz əyaləti üçün bərpa işləri gördü. 016 NEH 003 018 Xaşavyadan sonra onların qardaşları, Qaila əyalətinin yarı hissə rəisi Xenadad oğlu Binnuy bərpa işləri gördülər. 016 NEH 003 019 Onun yanında Mispa əyalətinin rəisi Yeşua oğlu Ezer silah anbarına çıxan yolun qarşısından divarın küncünə qədər başqa sahəni bərpa etdi. 016 NEH 003 020 Onun yanında Zabbay oğlu Baruk divarın küncündən baş kahin Elyaşivin evinin qapısına qədər olan başqa bir sahəni səylə bərpa etdi. 016 NEH 003 021 Ondan sonra Haqqos oğlu Uriya oğlu Meremot, Elyaşivin evinin girişindən axırına qədər bərpa etdi. 016 NEH 003 022 Ondan sonra isə o düzənlikdə yaşayan kahinlər bərpa işləri gördülər. 016 NEH 003 023 Onlardan sonra Binyamin və Xaşşuv öz evlərinin yanındakı sahəni bərpa etdilər. Onlardan sonra Ananya oğlu Maaseya oğlu Azarya öz evinin yanındakı sahəni bərpa etdi. 016 NEH 003 024 Azaryadan sonra Xenadad oğlu Binnuy Azaryanın evindən divarın künc-bucaqlarına qədər olan sahəni bərpa etdi. 016 NEH 003 025 Uzay oğlu Palal divarın küncünün qarşısından və padşahın yuxarı sarayından irəli çıxan mühafizəçilər həyətinin yanında olan gözətçilik qülləsindən başlayaraq bərpa işləri gördü. Ondan sonra Paroş oğlu Pedaya ilə 016 NEH 003 026 Ofeldə yaşayan məbəd qulluqçuları şərqə doğru Su darvazasının qarşısını və gözətçi qülləsinə qədər sahəni bərpa etdilər. 016 NEH 003 027 Onların yanında Teqoa sakinləri böyük gözətçi qülləsindən Ofel divarınadək olan başqa bir sahəni bərpa etdilər. 016 NEH 003 028 At darvazasının yuxarı hissəsində kahinlərdən hər biri öz evinin qabağını bərpa etdi. 016 NEH 003 029 Kahinlərdən sonra İmmer oğlu Sadoq öz evinin qabağını bərpa etdi. Ondan sonra Şərq qapısının gözətçisi Şekanya oğlu Şemaya bərpa işləri gördü. 016 NEH 003 030 Ondan sonra Şelemya oğlu Xananya və Salafın altıncı oğlu Xanun bir sahəni bərpa etdi. Xananya və Xanundan sonra Berekya oğlu Meşullam öz evinin qarşısını bərpa etdi. 016 NEH 003 031 Ondan sonra Malkiya adlı bir zərgər məbəd qulluqçularının və tacirlərin Nəzarət darvazasının qarşısındakı binasına və divarın künc tərəfindəki otağa qədər sahəni bərpa etdi. 016 NEH 003 032 Divarın künc tərəfindəki otağı ilə Qoyun darvazasının arasını zərgərlər və tacirlər bərpa etdilər. 016 NEH 004 001 Sanballat divarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, qəzəbləndi və biz Yəhudilərə rişxənd etməyə başladı. 016 NEH 004 002 O, soydaşlarının və Samariyalıların silahlı dəstəsinin qarşısında belə dedi: «Bu yazıq Yəhudilər nə edirlər? Onlar buranı təzədən quracaqlarmı? Onlar qurban kəsəcəklərmi? Görəsən bu işi bir gün bitirə biləcəklərmi? Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?» 016 NEH 004 003 Onun yanında olan Ammonlu Toviya belə dedi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq». 016 NEH 004 004 Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar! 016 NEH 004 005 Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər. 016 NEH 004 006 Biz divarın bərpasını davam etdirdik və onun hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı. 016 NEH 004 007 Sanballat, Toviya, Ərəblər, Ammonlular və Aşdodlular Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsləndilər. 016 NEH 004 008 Onların hamısı Yerusəlimə gəlib hücum etmək və orada qarmaqarışıqlıq salmaq üçün əlbir oldu. 016 NEH 004 009 Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözətçilər qoyduq. 016 NEH 004 010 O zaman Yəhudalılar deyirdi: «İşləyənlər taqətdən düşüb, töküntü isə çoxdur. Ona görə də biz bu divarı daha tikə bilmərik». 016 NEH 004 011 Düşmənlərimiz isə dedilər: «Biz Yəhudilərin arasına girib onları öldürək. Bu işi elə edək ki, kimsə nə görsün, nə də başa düşsün». 016 NEH 004 012 Onların yanında yaşayan Yəhudilər gəlib bizə on dəfə dedilər ki, düşmənlər hər tərəfdən bizə hücum edəcək. 016 NEH 004 013 Buna görə də mən qılınclı, nizəli, ox-kamanlı xalqı nəsilbənəsil divarın arxasındakı ən aşağıdakı açıq yerlərə düzdüm. 016 NEH 004 014 Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız». 016 NEH 004 015 Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub, çünki Allah onların niyyətini boşa çıxarmışdı. Buna görə hamımız işimizə, divarın tikintisinə qayıtdıq. 016 NEH 004 016 O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı isə nizələri, qalxanları, ox-kamanlarını tutub zireh geydi. Rəislər bütün divar tikən Yəhuda xalqının arxasında keşik çəkirdi. 016 NEH 004 017 Yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu. 016 NEH 004 018 Bənnaların da hər biri qılıncı belinə bağlayaraq divar tikirdi. Şeypurçu isə mənim yanımda idi. 016 NEH 004 019 Əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə dedim: «İşimiz çoxdur, tikinti sahəmiz genişdir. Biz divar üzərində olan ayrı-ayrı sahələrdə bir-birimizdən uzaqdayıq. 016 NEH 004 020 Harada şeypur səsi eşitsəniz, oraya – yanımıza toplanın. Allahımız bizim üçün vuruşacaq». 016 NEH 004 021 Beləliklə, işimizi gördük və xalqın yarısı dan söküləndən ulduzlar görünənə qədər nizə tutmuşdu. 016 NEH 004 022 O vaxt mən camaata dedim: «Hər kəs öz nökəri ilə birgə Yerusəlimdə gecələsin və gecə keşikdə durub, gündüz isə işləsin». 016 NEH 004 023 Nə mən, nə soydaşlarım, nə nökərlərim, nə də arxamda dayanan keşikçilər, heç birimiz paltarlarımızı soyunmadıq. Su gətirəndə də silah əlimizdə idi. 016 NEH 005 001 O zaman xalqın kişiləri və qadınları Yəhudi soydaşlarından bərk şikayət etməyə başladılar. 016 NEH 005 002 Bəziləri belə deyirdi: «Bizim külfətimiz böyük, oğullarımız, qızlarımız çoxdur. Yaşamaq üçün yeməyə taxıl tapmalıyıq». 016 NEH 005 003 Bəziləri isə belə deyirdi: «Qıtlığın üzündən tarlalarımızı, bağlarımızı və evlərimizi girov qoyuruq ki, taxıl tapaq». 016 NEH 005 004 Belə deyənlər də var idi: «Padşahın tarlalarımıza və bağlarımıza qoyduğu vergini ödəmək üçün borc pul aldıq. 016 NEH 005 005 İndi bizimlə soydaşlarımız eyni nəsildir, bizim uşaqlarımız da onlarınkından fərqlənmir. Budur, oğullarımızı və qızlarımızı kölə kimi satmağa məcburuq. Artıq qızlarımızdan bəziləri belə, satıldı. Lakin biçarəyik, çünki tarlalarımız və bağlarımız başqalarının əlindədir». 016 NEH 005 006 Mən onların şikayət və ittihamlarını eşidəndə çox qəzəbləndim. 016 NEH 005 007 Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım. 016 NEH 005 008 Mən onlara dedim: «Biz yadellilərə kölə kimi satılan Yəhudi soydaşlarımızı gücümüz çatana qədər satın alırıq. Siz isə soydaşlarımızı satırsınız ki, onları təzədən bizə satsınlar?» Onlar deməyə bir söz tapmayıb susdular. 016 NEH 005 009 Sonra mən dedim: «Etdiyiniz bu iş yaxşı deyil. Siz düşmənlərimiz olan yadelli millətlərin danlağından qurtulmaq üçün Allahımıza ehtiram göstərərək yaşamalı deyilsinizmi? 016 NEH 005 010 Mən də qardaşlarım və nökərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq. 016 NEH 005 011 İndi isə bu gün onlara tarlalarını, bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınız pulun, taxılın, təzə şərabın və yağın sələmini geri qaytarın». 016 NEH 005 012 Əyanlar və hökumət məmurları dedilər: «Biz bunları qaytararıq və daha onlardan heç bir şey tələb etmərik. Sən necə deyirsən, biz də elə edərik». Mən kahinləri çağırdım və bu sözə əməl edəcəkləri barədə onları and içdirdim. 016 NEH 005 013 Sonra ətəyimi silkələyib dedim: «Qoy bu sözə əməl etməyən hər kəsi Allah evindən, mal-mülkündən silkələyib ataraq boş yerdə qoysun!» Bütün camaat «Amin» deyib Rəbbə həmd etdi. İcma bu sözlərə əməl etdi. 016 NEH 005 014 Bundan əlavə, padşah Artaxşastanın hökmranlığının iyirminci ilindən otuz ikinci ilinə qədər – Yəhuda torpağına vali təyin edildiyim gündən bəri on iki il mən və qardaşlarım valilərə təyin olunmuş azuqəni işlətmədik. 016 NEH 005 015 Amma məndən əvvəlki valilər xalqın üzərində yük olmuşdu. Onlardan çörək və şərabdan əlavə, qırx şekel gümüş alırdılar. Hətta o valilərin nökərləri də xalqa ağalıq edirdi. Mən isə Allah qorxusuna görə belə etmirdim. 016 NEH 005 016 Mən özümü bu divarın bərpasına həsr etdim. Biz bir tarla belə, almadıq. Bütün nökərlərim oraya – iş başına toplaşmışdı. 016 NEH 005 017 Ətraf millətlərdən yanımıza gələnlərdən əlavə, Yəhudilərdən və məmurlardan da yüz əlli adam süfrəmdə oturardı. 016 NEH 005 018 Hər gün mənim üçün bir öküz, altı seçmə qoyun və toyuqlar kəsilərdi. On gündən bir müxtəlif növ bol-bol şərab gətirilərdi. Buna baxmayaraq, mən valilərə təyin olunmuş azuqəni tələb etmirdim, onsuz da xalqın yükü ağır idi. 016 NEH 005 019 Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla! 016 NEH 006 001 Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım. 016 NEH 006 002 Sanballat və Geşem yanıma adam göndərib dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislik etmək niyyətində idi. 016 NEH 006 003 Mən onların yanına qasid göndərib dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?» 016 NEH 006 004 Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim. 016 NEH 006 005 Sanballat beşinci dəfə nökərini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənməmiş namə var idi. 016 NEH 006 006 Məktubda belə yazılmışdı: «Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən. 016 NEH 006 007 “Yəhudada padşah var” deyə özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmisən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək». 016 NEH 006 008 O vaxt Sanballatın yanına adam göndərib dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan». 016 NEH 006 009 Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver! 016 NEH 006 010 Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər». 016 NEH 006 011 Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!» 016 NEH 006 012 Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu. 016 NEH 006 013 O məni qorxutmaq üçün muzdla tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar. 016 NEH 006 014 Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla! 016 NEH 006 015 Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı. 016 NEH 006 016 Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidəndə qorxdular və öz gözlərində çox kiçildilər. Çünki onlar başa düşdülər ki, bu iş Allahımızın köməyi ilə edilib. 016 NEH 006 017 Həm də o günlər Yəhudanın əyanları Toviyaya çoxlu namə göndərirdi və Toviyadan da onlara cavablar gəlirdi. 016 NEH 006 018 Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı. 016 NEH 006 019 Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi. 016 NEH 007 001 Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu. 016 NEH 007 002 Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi. 016 NEH 007 003 Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin». 016 NEH 007 004 Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi. 016 NEH 007 005 Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım: 016 NEH 007 006 Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı. 016 NEH 007 007 Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı: 016 NEH 007 008 Paroş övladları – 2172 nəfər; 016 NEH 007 009 Şefatya övladları – 372 nəfər; 016 NEH 007 010 Arah övladları – 652 nəfər; 016 NEH 007 011 Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər; 016 NEH 007 012 Elam övladları – 1254 nəfər; 016 NEH 007 013 Zattu övladları – 845 nəfər; 016 NEH 007 014 Zakkay övladları – 760 nəfər; 016 NEH 007 015 Binnuy övladları – 648 nəfər; 016 NEH 007 016 Bevay övladları – 628 nəfər; 016 NEH 007 017 Azqad övladları – 2322 nəfər; 016 NEH 007 018 Adoniqam övladları – 667 nəfər; 016 NEH 007 019 Biqvay övladları – 2067 nəfər; 016 NEH 007 020 Adin övladları – 655 nəfər; 016 NEH 007 021 Ater, yəni Xizqiya övladları – 98 nəfər; 016 NEH 007 022 Xaşum övladları – 328 nəfər; 016 NEH 007 023 Besay övladları – 324 nəfər; 016 NEH 007 024 Xarif övladları – 112 nəfər; 016 NEH 007 025 Giveon övladları – 95 nəfər; 016 NEH 007 026 Bet-Lexem və Netofa sakinləri – 188 nəfər; 016 NEH 007 027 Anatot sakinləri – 128 nəfər; 016 NEH 007 028 Bet-Azmavet sakinləri – 42 nəfər; 016 NEH 007 029 Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər; 016 NEH 007 030 Rama və Geva sakinləri – 621 nəfər; 016 NEH 007 031 Mikmas sakinləri – 122 nəfər; 016 NEH 007 032 Bet-El və Ay sakinləri – 123 nəfər; 016 NEH 007 033 Digər Nevo sakinləri – 52 nəfər; 016 NEH 007 034 Digər Elam övladları – 1254 nəfər; 016 NEH 007 035 Xarim övladları – 320 nəfər; 016 NEH 007 036 Yerixo övladları – 345 nəfər; 016 NEH 007 037 Lod, Xadid və Ono övladları – 721 nəfər; 016 NEH 007 038 Senaa övladları – 3930 nəfər. 016 NEH 007 039 Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər; 016 NEH 007 040 İmmer övladları – 1052 nəfər; 016 NEH 007 041 Paşxur övladları – 1247 nəfər; 016 NEH 007 042 Xarim övladları – 1017 nəfər. 016 NEH 007 043 Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər. 016 NEH 007 044 İlahiçilər: Asəf övladları – 148 nəfər. 016 NEH 007 045 Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər. 016 NEH 007 046 Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, 016 NEH 007 047 Qeros övladları, Siya övladları, Padon övladları, 016 NEH 007 048 Levana övladları, Xaqava övladları, Şalmay övladları, 016 NEH 007 049 Xanan övladları, Giddel övladları, Qaxar övladları, 016 NEH 007 050 Reaya övladları, Resin övladları, Neqoda övladları, 016 NEH 007 051 Qazzam övladları, Uzza övladları, Paseah övladları, 016 NEH 007 052 Besay övladları, Meunim övladları, Nefuşsim övladları, 016 NEH 007 053 Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, 016 NEH 007 054 Baslit övladları, Mexida övladları, Xarşa övladları, 016 NEH 007 055 Barqos övladları, Sisra övladları, Tamax övladları, 016 NEH 007 056 Nesiah övladları, Xatifa övladları. 016 NEH 007 057 Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları, 016 NEH 007 058 Yaala övladları, Darqon övladları, Giddel övladları, 016 NEH 007 059 Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları. 016 NEH 007 060 Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər. 016 NEH 007 061 Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: 016 NEH 007 062 Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər. 016 NEH 007 063 Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. 016 NEH 007 064 Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. 016 NEH 007 065 Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin». 016 NEH 007 066 7337 nəfər kölə və kənizlərdən başqa, 016 NEH 007 067 bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi. 016 NEH 007 068 Bu adamların 736 atı və 245 qatırı, 016 NEH 007 069 435 dəvəsi, 6720 eşşəyi var idi. 016 NEH 007 070 Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi. 016 NEH 007 071 Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər. 016 NEH 007 072 Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi. 016 NEH 007 073 Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi. 016 NEH 008 001 Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana toplaşdı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin. 016 NEH 008 002 Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi. 016 NEH 008 003 Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı. 016 NEH 008 004 İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Onun sağ tərəfində Mattitya, Şema, Anaya, Uriya, Xilqiya və Maaseya, solunda isə Pedaya, Mişael, Malkiya, Xaşum, Xaşbaddana, Zəkəriyyə və Meşullam dayanmışdı. 016 NEH 008 005 Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O, kitabı açanda bütün xalq ayağa qalxdı. 016 NEH 008 006 Ezra ulu Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin! Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar. 016 NEH 008 007 Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı. 016 NEH 008 008 Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün. 016 NEH 008 009 Vali Nehemya, kahin ilahiyyatçı Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı. 016 NEH 008 010 Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir». 016 NEH 008 011 Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər. 016 NEH 008 012 Bütün xalq yeyib-içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü. 016 NEH 008 013 Ertəsi gün bütün xalqın nəsil başçıları, kahinlər və Levililər Qanunun sözlərini dinləmək üçün ilahiyyatçı Ezranın yanına toplaşdı. 016 NEH 008 014 Rəbbin Musa vasitəsilə buyurduğu Qanunda bu yazını tapdılar: «İsrail övladları yeddinci ayın bayram günlərində çardaqlarda yaşasın». 016 NEH 008 015 Onlar bütün şəhərlərdə və Yerusəlimdə bu xəbəri elan edib yaydılar: «Dağa çıxın, yazıldığı kimi çardaq qurmaq üçün zeytun, cır zeytun, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını buraya gətirin». 016 NEH 008 016 Bütün xalq çıxıb budaq gətirdi, hər kəs öz evinin damında, həyətlərində, Allah evinin həyətində, Su darvazasındakı meydanda və Efrayim darvazasındakı meydanda özlərinə çardaq düzəltdi. 016 NEH 008 017 Bütün əsirlikdən geri qayıdan camaat çardaqlar düzəldib orada qaldı. Əslində Nun oğlu Yeşuanın dövründən bu günə qədər İsrail övladları belə etməmişdi. Çox böyük sevinc oldu. 016 NEH 008 018 Ezra birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxuyurdu. Onlar yeddi gün bayram keçirtdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu. 016 NEH 009 001 Həmin ayın iyirmi dördüncü günü İsrail övladları oruc tutaraq əyinlərində çul və başları toz-torpaq içində toplandı. 016 NEH 009 002 İsrail övladları nəsli bütün yadellilərdən ayrılaraq durub öz günahlarını və atalarının şər işlərini etiraf etdi. 016 NEH 009 003 Onlar olduqları yerdə dayanıb günün dörddə bir hissəsini özlərinin Allahı Rəbbin Qanun kitabından oxudular. Günün digər dörddə bir hissəsini isə günahlarını etiraf edib özlərinin Allahı Rəbbə səcdə qıldılar. 016 NEH 009 004 Yeşua, Bani, Qadmiel, Şevanya, Bunni, Şerevya, Bani və Kenani Levililərin pilləkəninin üstünə qalxıb özlərinin Allahı Rəbbə uca səslə yalvardılar. 016 NEH 009 005 Levililər – Yeşua, Qadmiel, Bani, Xaşavneya, Şerevya, Hodiya, Şevanya, Petahya dedilər: «Ayağa qalxın və əbədi olan Allahınız Rəbbə həmd edin! Qoy Sənin izzətli adına həmd olsun və etdiyiniz bütün həmdlərdən, şükürlərdən də çox ucaldılsın! 016 NEH 009 006 Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır! 016 NEH 009 007 Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin. 016 NEH 009 008 Sən Öz önündə onun sadiq ürəyini gördün. Ona görə də Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Yevusluların və Qirqaşlıların diyarını İbrahim övladlarına vermək üçün onunla əhd kəsdin və sözlərini yerinə yetirdin. Çünki Sən adilsən. 016 NEH 009 009 Misirdə atalarımızın çəkdikləri əziyyəti gördün və Qırmızı dənizin yanındakı fəryadlarını eşitdin. 016 NEH 009 010 Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin. 016 NEH 009 011 Atalarımızın qarşısında dənizi yardın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın. 016 NEH 009 012 Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyi ilə yol göstərdin. 016 NEH 009 013 Sina dağının üstünə enib onlarla göylərdən danışdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin. 016 NEH 009 014 Sən müqəddəs Şənbə gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun. 016 NEH 009 015 Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyin torpağa girib sahib olsunlar. 016 NEH 009 016 Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər. 016 NEH 009 017 İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin. 016 NEH 009 018 Hətta atalarımız özləri üçün tökmə dana düzəldib “Budur, səni Misirdən çıxaran Allahın!” deyə böyük küfr edəndə 016 NEH 009 019 Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın. Gündüz onlara yolda bələdçilik etmək üçün bulud dirəyini, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyini qabaqlarından əskik etmədin. 016 NEH 009 020 Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin. 016 NEH 009 021 Qırx il onları səhrada bəslədin və onlar heç nədən korluq çəkmədi. Nə paltarları köhnəldi, nə ayaqları şişdi. 016 NEH 009 022 Ölkələri və xalqları onlara təslim edərək torpaqlarını aralarında bölüşdürdün. Onlar Sixonun ölkəsini, yəni Xeşbon padşahının ölkəsini və Başan padşahı Oqun ölkəsini ələ keçirtdi. 016 NEH 009 023 Övladlarını göydəki ulduzlar qədər çoxaltdın. Onların atalarına “oraya girib sahib olsunlar” deyə vəd etdiyin ölkəyə gətirdin. 016 NEH 009 024 Onların övladları o torpağa girib sahib oldular. Sən oranın əhalisini – Kənanlıları onlara tabe etdirib padşahlarını ölkənin əhalisi ilə bərabər onlara təslim etdirdin ki, o adamlarla istədikləri kimi rəftar etsinlər. 016 NEH 009 025 Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər. 016 NEH 009 026 Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər. 016 NEH 009 027 Onda Sən onları düşmənə təslim etdin. Düşmənləri də onlara zülm etdilər. Sıxıntılı vaxtlarında İsrail övladları Sənə fəryad etdilər. Sən göylərdən eşitdin və Öz böyük mərhəmətinə görə onlara xilaskarlar göndərdin. Onlar da İsrail övladlarını düşmən əlindən qurtardılar. 016 NEH 009 028 Lakin rahat olan kimi yenə Sənin nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşmənə təslim etdin, düşmənləri də onlara hökm etdilər. Onlar yenə də Sənə fəryad etdilər, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın. 016 NEH 009 029 Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf dönsünlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki o hökmlərə əməl edən hər kəs həyat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər. 016 NEH 009 030 Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin. 016 NEH 009 031 Lakin Sən böyük mərhəmətinə görə İsrail övladlarını məhv olmağa qoymadın, onları tərk etmədin, çünki Sən lütfkar və rəhmli Allahsan. 016 NEH 009 032 Ey Allahımız! Böyük, qüdrətli və zəhmli, əhdi və məhəbbəti saxlayan Allah! Aşşur padşahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və bütün xalqının çəkdiyi əzab-əziyyət Sənin gözündə kiçik görünməsin. 016 NEH 009 033 Sən haqlısan, başımıza gələn hər işdə bizimlə ədalətlə davrandın, biz isə pis işlər etdik. 016 NEH 009 034 Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar. 016 NEH 009 035 Onlar öz ölkələrində verdiyin böyük nemətlər içində, geniş, bərəkətli torpaqda belə, Sənə qulluq etmədilər və pis əməllərindən əl çəkmədilər. 016 NEH 009 036 Budur, bu gün biz köləyik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz köləlik edirik. 016 NEH 009 037 Günahlarımıza görə torpağımızın bol məhsulu üzərimizdə hökm sürən padşahlara nəsib olur. Bizim özümüzü də, heyvanlarımızı da istədikləri kimi idarə edirlər. Biz isə böyük zülm içindəyik. 016 NEH 009 038 Bütün bunlara görə biz Səninlə yazılı sabit əhd bağlayırıq. Rəislərimiz, Levililərimiz və kahinlərimiz də bu əhdi möhürləyir». 016 NEH 010 001 Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya, 016 NEH 010 002 Seraya, Azarya, Yeremya, 016 NEH 010 003 Paşxur, Amarya, Malkiya, 016 NEH 010 004 Xattuş, Şevanya, Malluk, 016 NEH 010 005 Xarim, Meremot, Avdiya, 016 NEH 010 006 Daniel, Ginneton, Baruk, 016 NEH 010 007 Meşullam, Aviya, Miyamin, 016 NEH 010 008 Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi. 016 NEH 010 009 Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel, 016 NEH 010 010 onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan, 016 NEH 010 011 Mikeya, Rexov, Xaşavya, 016 NEH 010 012 Zakkur, Şerevya, Şevanya, 016 NEH 010 013 Hodiya, Bani, Beninu. 016 NEH 010 014 Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani, 016 NEH 010 015 Bunni, Azqad, Bevay, 016 NEH 010 016 Adoniya, Biqvay, Adin, 016 NEH 010 017 Ater, Xizqiya, Azzur, 016 NEH 010 018 Hodiya, Xaşum, Besay, 016 NEH 010 019 Xarif, Anatot, Nevay, 016 NEH 010 020 Maqpiaş, Meşullam, Xezir, 016 NEH 010 021 Meşezavel, Sadoq, Yaddua, 016 NEH 010 022 Pelatya, Xanan, Anaya, 016 NEH 010 023 Huşə, Xananya, Xaşşuv, 016 NEH 010 024 Halloxeş, Pilxa, Şoveq, 016 NEH 010 025 Rexum, Xaşavna, Maaseya, 016 NEH 010 026 Axiya, Xanan, Anan, 016 NEH 010 027 Malluk, Xarim, Baana. 016 NEH 010 028 Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər 016 NEH 010 029 əsl soydaşları ilə birləşdi. Allahın qulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular. 016 NEH 010 030 And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq. 016 NEH 010 031 Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik. 016 NEH 010 032 Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük. 016 NEH 010 033 Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür. 016 NEH 010 034 Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi. 016 NEH 010 035 Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq. 016 NEH 010 036 Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik. 016 NEH 010 037 Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır. 016 NEH 010 038 Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq. 016 NEH 010 039 Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq. 016 NEH 011 001 Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın. 016 NEH 011 002 Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi. 016 NEH 011 003 Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi. 016 NEH 011 004 Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı. Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya, 016 NEH 011 005 Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya. 016 NEH 011 006 Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi. 016 NEH 011 007 Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və 016 NEH 011 008 ondan sonra Qabbay, Sallay – 928 nəfər. 016 NEH 011 009 Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi. 016 NEH 011 010 Kahinlərdən: Yoyariv oğlu Yedaya, Yakin, 016 NEH 011 011 Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və 016 NEH 011 012 məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və 016 NEH 011 013 onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və 016 NEH 011 014 onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi. 016 NEH 011 015 Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya. 016 NEH 011 016 Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər. 016 NEH 011 017 Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi. 016 NEH 011 018 Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi. 016 NEH 011 019 Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi. 016 NEH 011 020 İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı. 016 NEH 011 021 Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi. 016 NEH 011 022 Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi. 016 NEH 011 023 Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi. 016 NEH 011 024 Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi. 016 NEH 011 025 Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində, 016 NEH 011 026 Yeşuada, Moladada, Bet-Peletdə, 016 NEH 011 027 Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində, 016 NEH 011 028 Ziqlaqda, Mekona ilə qəsəbələrində, 016 NEH 011 029 En-Rimmonda, Sorada, Yarmutda, 016 NEH 011 030 Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom vadisinə qədər idi. 016 NEH 011 031 Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində, 016 NEH 011 032 Anatot, Nov, Ananya, 016 NEH 011 033 Xasor, Rama, Gittayim, 016 NEH 011 034 Xadid, Sevoim, Nevallat, 016 NEH 011 035 Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar. 016 NEH 011 036 Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı. 016 NEH 012 001 Şealtiel oğlu Zerubbabil və Yeşua ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra, 016 NEH 012 002 Amarya, Malluk, Xattuş, 016 NEH 012 003 Şekanya, Rexum, Meremot, 016 NEH 012 004 İddo, Ginnetoy, Aviya, 016 NEH 012 005 Miyamin, Maadya, Bilqa, 016 NEH 012 006 Şemaya, Yoyariv, Yedaya, 016 NEH 012 007 Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi. 016 NEH 012 008 Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı. 016 NEH 012 009 Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu. 016 NEH 012 010 Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi. 016 NEH 012 011 Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi. 016 NEH 012 012 Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya, 016 NEH 012 013 Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan, 016 NEH 012 014 Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif, 016 NEH 012 015 Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay, 016 NEH 012 016 İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam, 016 NEH 012 017 Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay, 016 NEH 012 018 Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan, 016 NEH 012 019 Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi, 016 NEH 012 020 Şallay nəslindən Qallay, Amoq nəslindən Ever, 016 NEH 012 021 Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel. 016 NEH 012 022 Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi. 016 NEH 012 023 Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı. 016 NEH 012 024 Levililərin başçıları Xaşavya, Şerevya və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi. 016 NEH 012 025 Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv qapıçılıq edib darvazalardakı anbarları qoruyurdu. 016 NEH 012 026 Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqimin günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı. 016 NEH 012 027 Yerusəlim divarının təqdisetmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıqları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər. 016 NEH 012 028 Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən, 016 NEH 012 029 Bet-Qilqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar. 016 NEH 012 030 Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər. 016 NEH 012 031 Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi. 016 NEH 012 032 Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı, 016 NEH 012 033 Azarya, Ezra, Meşullam, 016 NEH 012 034 Yəhuda, Binyamin, Şemaya, Yeremya, 016 NEH 012 035 əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə, 016 NEH 012 036 qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gedirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir. 016 NEH 012 037 Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər. 016 NEH 012 038 Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər, 016 NEH 012 039 Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq. 016 NEH 012 040 Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım. 016 NEH 012 041 Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqim, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya; 016 NEH 012 042 habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi. 016 NEH 012 043 O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi. 016 NEH 012 044 Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi. 016 NEH 012 045 Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi. 016 NEH 012 046 Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu. 016 NEH 012 047 Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı. 016 NEH 013 001 O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz». 016 NEH 013 002 Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muzdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi. 016 NEH 013 003 İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı. 016 NEH 013 004 Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə 016 NEH 013 005 ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı. 016 NEH 013 006 Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb 016 NEH 013 007 Yerusəlimə qayıtdım. Elyaşivin etdiyi pisliyi – Allah evinin həyətində Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım. 016 NEH 013 008 Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım. 016 NEH 013 009 Mənim əmrimlə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim. 016 NEH 013 010 Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır. 016 NEH 013 011 Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım. 016 NEH 013 012 Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələrini gətirdilər. 016 NEH 013 013 Kahin Şelemyanı, ilahiyyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü. 016 NEH 013 014 Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma! 016 NEH 013 015 O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim. 016 NEH 013 016 Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı. 016 NEH 013 017 Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz? 016 NEH 013 018 Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız». 016 NEH 013 019 Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin. 016 NEH 013 020 Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi. 016 NEH 013 021 Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər. 016 NEH 013 022 Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər. Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə! 016 NEH 013 023 Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm. 016 NEH 013 024 Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi. 016 NEH 013 025 Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın. 016 NEH 013 026 İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar. 016 NEH 013 027 İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisliyə yol verərikmi?» 016 NEH 013 028 Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum. 016 NEH 013 029 Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdiyin əhdi murdar etdilər! 016 NEH 013 030 Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi. 016 NEH 013 031 Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim. Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol! # # BOOK 017 EST Esther Ester 017 EST 001 001 Bu hadisələr Axaşveroşun dövründə baş vermişdi. Axaşveroş Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayət üzərində padşahlıq edirdi. 017 EST 001 002 O dövrdə padşah Axaşveroş Şuşan qalasında taxtında oturmuşdu. 017 EST 001 003 Padşahlığının üçüncü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzuruna gəldi. 017 EST 001 004 O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi. 017 EST 001 005 Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi. 017 EST 001 006 Bağçada tünd qırmızı zərif kətan qaytanlarla mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaqdaşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu. 017 EST 001 007 Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi. 017 EST 001 008 Padşahın əmri ilə şərab içmək üçün hüdud qoyulmamışdı, çünki padşah şərab məmurlarına əmr etmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin. 017 EST 001 009 Mələkə Vaşti də Axaşveroşun sarayında qadınlar üçün ziyafət qurdu. 017 EST 001 010 Yeddinci gün padşah Axaşveroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi: 017 EST 001 011 «Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi. 017 EST 001 012 Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı. 017 EST 001 013 Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi. 017 EST 001 014 Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi. 017 EST 001 015 Padşah soruşdu: «Qanuna əsasən mələkə Vaştiyə nə edilməlidir? O, padşah Axaşveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl etmədi». 017 EST 001 016 Memukan padşahın və rəislərin hüzurunda dedi: «Mələkə Vaşti yalnız padşaha deyil, bütün rəislərə qarşı, padşah Axaşveroşun bütün vilayətlərindəki xalqların hamısına qarşı günah işlətdi. 017 EST 001 017 Çünki mələkənin bu hərəkəti hansı qadının qulağına çatsa və onlara “padşah Axaşveroş mələkə Vaştini öz önünə gətirilməsini əmr etmişdi, o isə imtina etdi” deyilsə, bütün qadınlar öz ərlərinə xor baxacaq. 017 EST 001 018 Mələkənin bu gün gördüyü işi eşidən Fars və Midiya xanımları padşahın bütün rəisləri ilə belə rəftar edəcək. Bununla da çoxlu itaətsizlik və münaqişə olacaq. 017 EST 001 019 Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin: “Vaşti bir daha padşah Axaşveroşun önünə çıxmasın”. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin. 017 EST 001 020 Padşahın verdiyi əmr öz böyük padşahlığının hər yerində elan ediləndə böyükdən kiçiyə qədər bütün qadınlar öz ərlərinə hörmətlə yanaşacaq». 017 EST 001 021 Bu söz padşahın və rəislərin xoşuna gəldi, padşah Memukanın təklifinə əməl etdi. 017 EST 001 022 Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. «Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın» deyə elan edildi. 017 EST 002 001 Bir müddət keçəndən sonra padşah Axaşveroşun qəzəbi soyudu. O, Vaştini, onun etdiyi işi və əleyhinə verdiyi qərarını xatırladı. 017 EST 002 002 Padşahın qulluğunda dayanan xidmətçiləri dedi: «Qoy padşah üçün bakirə, gənc və gözəl qızlar axtarılsın. 017 EST 002 003 Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun. 017 EST 002 004 Padşahın xoşuna gələn qız Vaştinin yerinə mələkə olsun». Bu fikir padşahın gözündə xoş göründü və ona əməl etdi. 017 EST 002 005 Şuşan qalasında Mordokay adlı bir Yəhudi var idi. O, Binyamin qəbiləsindən olub Qiş oğlu Şimey oğlu Yairin oğlu idi. 017 EST 002 006 Yəhuda padşahı Yekonya əsir alınanda Qiş də Yerusəlimin sakinləri ilə bərabər əsir aparılmışdı. Onları əsir aparan Babil padşahı Navuxodonosor idi. 017 EST 002 007 Mordokayın əmisi qızı Hadassanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli, qəşəng surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü. 017 EST 002 008 Padşahın əmri və fərmanı oxunanda Şuşan qalasına Heqayın nəzarəti altına xeyli qız toplandı. O zaman Ester də padşah sarayında hərəmağası olan Heqayın nəzarəti altına düşdü. 017 EST 002 009 Bu qız Heqayın xoşuna gələrək hüsn-rəğbətini qazandı. Heqay dərhal onu təravətləndirmək üçün lazımi vəsait və xüsusi yeməklərlə təmin etdi. Esterə padşah sarayından münasib görülən yeddi qız təyin edərək onunla xidmətçi qızlarını hərəmxananın ən yaxşı yerinə apartdırdı. 017 EST 002 010 Ester öz milliyyəti və nəsli barədə heç kimə bir söz deməmişdi, çünki Mordokay ona tapşırmışdı ki, bunu heç kimə bildirməsin. 017 EST 002 011 Esterin nə vəziyyətdə olduğunu və ona nə ediləcəyini öyrənmək üçün Mordokay hər gün hərəmxananın həyəti qarşısında vurnuxurdu. 017 EST 002 012 On iki ay hər qıza gözəlləşdirici vasitələr çəkəndən sonra onları növbə ilə padşah Axaşveroşun yanına gətirirdilər. Gözəlləşdirmək üçün qulluq müddəti bundan ibarətdir ki, onlara altı ay mirra yağı, altı ay isə ətirlər və təravətləndirici vasitələr çəkirdilər. 017 EST 002 013 Qız padşahın yanına gətiriləndə hərəmxanadan istədiyi hər şeyi götürüb padşahın sarayına aparardı. 017 EST 002 014 O, axşamüstü padşahın yanına gedər, səhər açılanda isə ikinci hərəmxanaya, cariyələrin hərəmağası Şaaşqazın nəzarəti altına göndərilərdi. Yalnız padşahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi. 017 EST 002 015 Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı. 017 EST 002 016 Padşah Axaşveroşun hökmranlığının yeddinci ilinin onuncu ayında – Tevet ayında Ester padşah sarayına aparıldı. 017 EST 002 017 Padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı. Padşah Esterin başına mələkəlik tacını qoyaraq Vaştinin yerinə mələkə etdi. 017 EST 002 018 Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi. 017 EST 002 019 Qızlar ikinci dəfə toplananda Mordokay saray darvazasında vəzifə başında idi. 017 EST 002 020 Ester isə Mordokayın əmr etdiyi kimi öz nəslini və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi onun əmrlərinə əməl edirdi. 017 EST 002 021 Mordokay padşahın saray darvazasında vəzifə başında olanda saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşaha qəzəblənmişdi və ona sui-qəsd etmək istəyirdi. 017 EST 002 022 Bu işdən xəbər tutan Mordokay bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padşaha xəbər verdi. 017 EST 002 023 Yoxlama zamanı bu məlumatın həqiqət olduğu üzə çıxarıldı və hər ikisi dar ağacından asıldı. Bu hadisə padşahın hüzurunda salnamələr kitabına yazıldı. 017 EST 003 001 Bir müddət keçəndən sonra padşah Axaşveroş Aqaqlı Hammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi. 017 EST 003 002 Padşahın əmrinə görə padşahın saray darvazasında olan bütün əyanları Hamana baş əyib qarşısında təzim edirdi. Mordokay isə Hamana baş əyərək təzim etmirdi. 017 EST 003 003 Padşah sarayının darvazasında olan əyanlar Mordokaydan soruşdular: «Niyə padşahın əmrinə itaət etmirsən?» 017 EST 003 004 Bunu Mordokaydan hər gün soruşurdular, lakin o buna əhəmiyyət vermirdi. Bunun xəbəri Hamana çatdı, çünki Mordokay onlara Yəhudi olduğunu söyləmişdi. Hamı bilmək istəyirdi ki, Mordokay belə davranışını davam etdirəcək, yoxsa yox. 017 EST 003 005 Haman Mordokayın ona baş əyməyərək qarşısında təzim etmədiyini görəndə kini artdı. 017 EST 003 006 Buna görə də təkcə Mordokayı öldürmək niyyəti ilə kifayətlənmədi. Mordokayın hansı xalqa mənsub olması Hamana məlum edilmişdi. Ona görə də o, Mordokayın xalqını – Axaşveroşun padşahlığının hər tərəfində yaşayan bütün Yəhudiləri qırdırmaq qərarına gəldi. 017 EST 003 007 Bu işin görüləcəyi günü müəyyənləşdirmək üçün padşah Axaşveroşun hökmdarlığının on ikinci ilində birinci ay olan Nisan ayında Hamanın önündə pur, yəni püşk atdılar. Püşk on ikinci ay olan Adara düşdü. 017 EST 003 008 Sonra Haman padşah Axaşveroşa dedi: «Sənin padşahlığının hər vilayətinin xalqları arasına səpələnib yayılan bir xalq vardır. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padşahın qanunlarına əməl etmirlər. Onları bu halda qoymaq padşaha yaraşmaz. 017 EST 003 009 Əgər padşahın xoşuna gələrsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padşahın xəzinəsinə, bu işi görənlər üçün on min talant gümüş çəkib göndərərəm». 017 EST 003 010 Padşah barmağından möhür üzüyünü çıxarıb Yəhudilərin düşməninə – Aqaqlı Hammedata oğlu Hamana verdi. 017 EST 003 011 Padşah Hamana dedi: «Gümüş də sənin ixtiyarında olsun, xalq da. Bu xalqa gözündə nə xoşdursa, onu da et». 017 EST 003 012 Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi. 017 EST 003 013 On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi. 017 EST 003 014 Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəst-xətlə yazılmalı və o günə hazır olmaları üçün bütün xalqlara bildirilməli idi. 017 EST 003 015 Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı. 017 EST 004 001 Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı. 017 EST 004 002 O ancaq padşah sarayının darvazasına qədər gəldi, çünki çula bürünən adam padşah sarayına girə bilməzdi. 017 EST 004 003 Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üzərində uzanmışdı. 017 EST 004 004 Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin, lakin Mordokay bunu qəbul etmədi. 017 EST 004 005 Sonra Ester padşahın onun xidmətinə təyin etdiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordokayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin. 017 EST 004 006 Hatak saray darvazasının qarşısında olan şəhər meydanına – Mordokayın yanına getdi. 017 EST 004 007 Mordokay başına gələn hal-qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi. 017 EST 004 008 Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın. 017 EST 004 009 Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı. 017 EST 004 010 Ester də Mordokaya Hatak vasitəsilə belə bir xəbər göndərdi: 017 EST 004 011 «Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur». 017 EST 004 012 Esterin bu sözləri Mordokaya çatdırıldı. 017 EST 004 013 Mordokay Esterə belə cavab vermələrini xahiş etdi: «Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri Yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan. 017 EST 004 014 Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək, amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan?» 017 EST 004 015 Ester Mordokayın bu cavabı qarşısında belə söylədi: 017 EST 004 016 «Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm». 017 EST 004 017 Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi. 017 EST 005 001 Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu. 017 EST 005 002 O, mələkə Esterin həyətdə dayandığını görəndə gözündə Esterə qarşı lütf yarandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu. 017 EST 005 003 Padşah ona dedi: «Mələkə Ester, sənə nə olub? İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm». 017 EST 005 004 Ester dedi: «Əgər padşahın xoşuna gələrsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin». 017 EST 005 005 Padşah dedi: «Hamanı tez buraya gətirin, Esterin sözünü yerinə yetirək!» Padşahla Haman Esterin qurduğu ziyafətə gəldi. 017 EST 005 006 Şərab içiləndə padşah Esterə dedi: «Arzun nədir? De, sənə verim! İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm». 017 EST 005 007 Ester cavab verdi: «Arzu-istəyim budur: 017 EST 005 008 Əgər padşahın gözündə lütf tapdımsa və mənim arzu-istəyimi yerinə yetirmək padşaha xoş görünürsə, padşahla Haman onlar üçün quracağım yeni ziyafətə gəlsin. Mən də sabah padşahın sualına cavab verərəm». 017 EST 005 009 O gün Haman sevinclə, könlü xoş oradan çıxdı, lakin saray darvazasında Mordokayın ayağa qalxmadığını və hüzurunda yerindən belə, tərpənmədiyini görəndə köksü Mordokaya qarşı qəzəblə doldu. 017 EST 005 010 Haman özünü ələ alaraq evə getdi. Adam göndərib dostlarını və arvadı Zereşi çağırtdırdı. 017 EST 005 011 Onlara cah-calalından, çoxlu oğullarından, padşahın neçə dəfə rütbəsini qaldıraraq ona digər rəislərdən və əyanlardan üstün mövqe verməsindən danışdı. 017 EST 005 012 O belə dedi: «Bəli, mələkə Ester də qurduğu ziyafətə padşahla bərabər gəlmək üçün məndən başqa kimsəni layiq görmədi. Sabah da o məni padşahla bərabər ziyafətə dəvət edib. 017 EST 005 013 Amma mən Yəhudi Mordokayı saray darvazasında oturan görəndə gözümdə hər şey qiymətdən düşür». 017 EST 005 014 Arvadı Zereş və dostları belə dedi: «Hündürlüyü əlli qulac olan bir dar ağacı düzəltdir. Səhər açılanda isə padşaha söylə ki, Mordokayı ondan asdırsın və padşah ziyafətinə əhvalı xoş get». Bu sözlər Hamanın ürəyinə yatdı və dar ağacı düzəltdirdi. 017 EST 006 001 Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu. 017 EST 006 002 Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi». 017 EST 006 003 Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib». 017 EST 006 004 Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın. 017 EST 006 005 Padşahın nökərləri ona dedi: «Budur, Haman həyətdə dayanıb». Padşah dedi: «Gəlsin içəri». 017 EST 006 006 Haman içəri gələndə padşah ona dedi: «Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?» Haman da özlüyündə düşündü: «Məndən başqa kimi şərəfləndirmək istər ki?» 017 EST 006 007 Bu halda Haman padşaha belə dedi: «Padşah kimi şərəfləndirmək istəyirsə, qoy belə edilsin: 017 EST 006 008 padşahın geyindiyi şahlıq libası, padşahın mindiyi və başına şahlıq kəkili qoyulan at gətirilsin. 017 EST 006 009 Həmin paltar və at padşahın ən yüksək rütbəli rəislərindən birinin əlinə verilsin ki, padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər: “Padşah istədiyi adamı bu cür şərəfləndirir”». 017 EST 006 010 Padşah Hamana dedi: «Paltar və atı tez götürüb saray darvazasında vəzifəsi olan Yəhudi Mordokaya dediklərinin heç birini əskiltmədən et». 017 EST 006 011 Haman paltar və at götürüb Mordokayı geyindirdi. Sonra ata mindirərək şəhərin meydanında gəzdirdi və qarşısında car çəkərək dedi: «Padşah istədiyi adamı bu cür şərəfləndirir». 017 EST 006 012 Bundan sonra Mordokay saray darvazasına qayıtdı. Haman isə dərdli və başıörtülü halda tez evə qayıtdı. 017 EST 006 013 O, arvadı Zereşə və dostlarına başına gələn bütün əhvalatları danışdı. Müdrik məsləhətçiləri ilə arvadı Zereş ona dedi: «Qarşısında mövqeyini əldən verdiyin Mordokay Yəhudi soyundandırsa, ona gücün çatmaz, mütləq qarşısında məhv olacaqsan». 017 EST 006 014 Elə onunla söhbət edirdilər ki, padşahın hərəmağaları Hamanı tələsik Esterin qurduğu ziyafətə apardı. 017 EST 007 001 Padşahla Haman mələkə Esterin ziyafətinə gəldi. 017 EST 007 002 İkinci gün şərab içiləndə padşah yenə Esterə dedi: «Mələkə Ester, nə istəyirsən? De, sənə verim! Arzun nədir? Padşahlığımın yarısını belə, istəsən, verəcəyəm». 017 EST 007 003 Ester padşaha cavab verdi: «Əgər padşahın gözündə lütf tapmışamsa, əgər padşahın xoşuna gəlirəmsə, istəyim budur ki, mənə həyat bəxş etsin, arzum budur ki, xalqıma qıymasın. 017 EST 007 004 Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək, məhv edilmək üçün satılmışıq. Əgər bizi qul-qarabaş kimi satsaydılar, susardım, çünki padşahı belə bir dərdlə narahat etməyə dəyməz». 017 EST 007 005 O zaman padşah Axaşveroş mələkə Esterdən «Bu işi kim etmişdir? Ürəyində belə istəyi olan haradadır?» deyib soruşanda 017 EST 007 006 Ester dedi: «Bizə nifrət edən düşmənimiz bu bədxah Hamandır!» Padşahın və mələkənin önündə Hamanı dəhşət bürüdü. 017 EST 007 007 Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə mələkə Esterdən canı üçün əfv diləməkdən ötrü içəridə qaldı, çünki gördü ki, padşah onun aqibətinə qərar verir. 017 EST 007 008 Padşah saray bağçasından şərab içdikləri ziyafət yerinə qayıdanda gördü ki, Haman Ester uzanan kürsünün üzərinə döşənib. Padşah dedi: «Bu nədir? Bu adam evimdə, mənim yanımda mələkəni zorlayacaqmı?» Elə bu sözlər padşahın ağzından çıxanda Hamanın üzünü bağladılar. 017 EST 007 009 Hərəmağalardan Xarvona adlı bir nəfər padşaha belə dedi: «Budur, Hamanın evinin yanında əlli qulac hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb». Padşah dedi: «Ondan özü asılsın!» 017 EST 007 010 Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu. 017 EST 008 001 Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi. 017 EST 008 002 Padşah Hamandan geri aldığı üzüyü çıxarıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu. 017 EST 008 003 Bundan sonra Ester yenə də padşaha müraciət etdi. Onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, Aqaqlı Hamanın Yəhudilərə qarşı qərəzlə qurduğu qəsdi qüvvədən salsın. 017 EST 008 004 Padşah qızıl əsasını Esterə uzatdı. Ester ayağa qalxıb padşahın hüzurunda durdu. 017 EST 008 005 Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın. 017 EST 008 006 Axı xalqımın başına gələn bu müsibətə necə dözüm? Görəndə ki qohumlarım qırılır, necə dözüm?» 017 EST 008 007 Padşah Axaşveroş mələkə Esterə və Yəhudi Mordokaya dedi: «Budur, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından asdırmışam, çünki Yəhudilərin qəsdinə əl uzadıb. 017 EST 008 008 Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin». 017 EST 008 009 Elə o zaman üçüncü ay olan Sivan ayının iyirmi üçündə padşahın mirzələri çağırıldı. Mordokayın Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayətdəki Yəhudilərə, canişinlərə, valilərə, rəislərə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, habelə Yəhudilərə də öz yazı və dillərində göndərildi. 017 EST 008 010 Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi. 017 EST 008 011 Bu məktublara görə padşah hər şəhərdə yaşayan Yəhudilərə izin verdi ki, yığılıb öz canlarını qorusunlar. Onlara, arvad və uşaqlarına hücum edən hər millətin yaxud hər vilayətin silahlı dəstələrini tamamilə qırıb öldürərək yox etsinlər, əmlaklarını isə talan etsinlər. 017 EST 008 012 Padşah Axaşveroşun bütün vilayətlərində bu iş üçün müəyyən olunmuş gün, on ikinci ay olan Adar ayının on üçü idi. 017 EST 008 013 Bu fərmanın surəti hər vilayətdə dəst-xətlə yazılmalı və bütün xalqlara elan olunmalı idi ki, Yəhudilər həmin gün öz düşmənlərindən qisas almağa hazır olsun. 017 EST 008 014 Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı. 017 EST 008 015 Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı. 017 EST 008 016 Artıq Yəhudilərin arasında şadlıq, sevinc, fərəh və təntənə var idi. 017 EST 008 017 Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdısa, orada Yəhudilər üçün sevinc, fərəh, ziyafət və şənlik günü olurdu. Ölkənin xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldu. 017 EST 009 001 On ikinci ay – Adar ayının on üçü padşahın əmri və fərmanının icra vaxtı yaxınlaşmaqda idi. Düşmənlər elə güman etmişdilər ki, o gün Yəhudilər onların hakimiyyəti altına düşəcək. Lakin bunun əksinə, Yəhudilər onlara nifrət edənlər üzərində zəfər çaldılar. 017 EST 009 002 Yəhudilər onlara pislik etməyə çalışanlara hücum etmək üçün padşah Axaşveroşun bütün vilayətlərində, yaşadıqları şəhərlərə də yığıldılar. Artıq onların qarşısında heç kim dayana bilməzdi, çünki onların zəhmi bütün xalqları bürümüşdü. 017 EST 009 003 Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü. 017 EST 009 004 Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi. 017 EST 009 005 Yəhudilər bütün düşmənlərini qılıncdan keçirərək öldürüb yox etdilər. Onlara nifrət edənlərə nə istədilərsə, onu da etdilər. 017 EST 009 006 Yəhudilər Şuşan qalasında beş yüz nəfəri öldürüb yox etdilər. Bunlarla bərabər 017 EST 009 007 Yəhudilərin düşməni Hammedata oğlu Hamanın on oğlunu – 017 EST 009 008 Parşandatanı, Dalfonu, Aspatanı, 017 EST 009 009 Poratanı, Adalyanı, Aridatanı, 017 EST 009 010 Parmaştanı, Arisayı, Aridayı, Vayzatanı öldürdülər, lakin talana əl atmadılar. 017 EST 009 011 O gün Şuşan qalasında öldürülənlərin siyahısı padşahın hüzuruna gətirildi. 017 EST 009 012 Padşah mələkə Esterə dedi: «Yəhudilər Şuşan qalasında beş yüz nəfəri və Hamanın on oğlunu öldürüb yox etdilər. İndi gör padşahın digər vilayətlərində nə ediblər! Yenə nə istəyin var? Sənə veriləcək. Nə arzun var? Yerinə yetiriləcək». 017 EST 009 013 Ester dedi: «Əgər padşaha xoş görünsə, Şuşandakı Yəhudilərə sabah da izin verilsin ki, bugünkü fərmanı icra etsinlər. Hamanın on oğlunu isə dar ağacından assınlar». 017 EST 009 014 Padşah belə edilməsini əmr etdi. Şuşanda fərman elan edildi. Hamanın on oğlu asıldı. 017 EST 009 015 Şuşandakı Yəhudilər Adar ayının on dördündə də yığılıb orada üç yüz nəfəri öldürdülər, lakin talana əl atmadılar. 017 EST 009 016 Padşahın vilayətlərində yaşayan digər Yəhudilər öz canlarını qorumaq üçün yığıldılar. Onlara nifrət edən yetmiş beş min nəfəri öldürüb düşmənlərindən azad oldular, lakin talana əl atmadılar. 017 EST 009 017 Bu hadisə baş verəndə Adar ayının on üçü idi. On dördüncü gün azad olan Yəhudilər ziyafət və sevinc günü keçirdi. 017 EST 009 018 Şuşandakı Yəhudilər isə həmin ayın on üçündə və on dördündə yığılıb ayın on beşində istirahət edərək ziyafət və sevinc günü keçirdilər. 017 EST 009 019 Elə buna görə də kəndli olub əyalət şəhərlərində yaşayan Yəhudilər Adar ayının on dördünü sevinc, ziyafət və bir-birlərinə sovqat göndərdikləri şənlik günü kimi keçirməkdədir. 017 EST 009 020 Mordokay bu hadisələri qeyd edib padşah Axaşveroşun uzaqda və yaxında olan bütün vilayətlərindəki Yəhudilərin hamısına məktub göndərdi. 017 EST 009 021 Onlara buyurdu ki, hər il Adar ayının on dördünü və on beşini qeyd etsinlər, 017 EST 009 022 çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər. 017 EST 009 023 Yəhudilər özləri başladığı kimi Mordokayın yazılı əmrinə görə buna əməl etməyə razı oldular. 017 EST 009 024 Çünki bütün Yəhudilərin düşməni Aqaqlı Hammedata oğlu Haman Yəhudiləri yox etmək üçün onlara qəsd qurmuşdu. Onları əzərək məhv etmək üçün pur, yəni püşk atmışdı. 017 EST 009 025 Lakin iş padşahın hüzuruna çatanda padşah məktub vasitəsilə əmr etmişdi ki, Hamanın Yəhudilərə qurduğu qəsd-qərəz Hamanın öz başına gətirilsin və Hamanla oğulları dar ağacından asılsın. 017 EST 009 026 Elə buna görə də bu günlər Pur kəlməsinə görə Purim adlandırılır. Bu namədə verilən təlimatdan, bu iş haqqında gördüklərindən və başlarına gələn hadisələrdən ötrü 017 EST 009 027 Yəhudilər özləri və sonrakı nəsilləri üçün, habelə onlara qoşulanlar üçün bir adət təsis etdirib bunu davam etdirdilər. Dedilər ki, bu iki günü hər il qaydalara və müəyyən vaxta görə qeyd etməkdə laqeydlik göstərməməlidirlər. 017 EST 009 028 Bu günlər hər nəsildə, hər ailədə, hər vilayətdə və hər şəhərdə xatırlanıb qeyd edilməli, bu Purim günləri Yəhudilər arasından itməməli və övladlarının yadından çıxmamalıdır. 017 EST 009 029 Avixayilin qızı mələkə Ester və Yəhudi Mordokay bu ikinci Purim naməsini tam səlahiyyətlə yazıb təsdiq etdilər. 017 EST 009 030 Mordokay Axaşveroşun padşahlığının yüz iyirmi yeddi vilayətində yaşayan bütün Yəhudilərə sülh və həqiqət sözləri yazaraq məktub göndərdi ki, 017 EST 009 031 Yəhudi Mordokayla mələkə Esterin onlara əmr etdikləri kimi, eləcə də tutacaqları oruclar və matəm vaxtları barədəki təlimatla özləri və sonrakı nəsilləri üçün müəyyənləşdirdikləri kimi vaxtı bəlli olan bu Purim günlərini təsis etsinlər. 017 EST 009 032 Esterin əmri Purim bayramının bu qaydalarını təsdiqlədi və kitabda yazıldı. 017 EST 010 001 Padşah Axaşveroş uzaq dəniz sahillərinə qədər padşahlığındakı ölkələrə xərac qoydu. 017 EST 010 002 Padşahın bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi yüksək rütbə haqqındakı qərar Midiya və Fars padşahlarının salnamələr kitabında yazılmışdır. 017 EST 010 003 Yəhudi Mordokay rütbə etibarı ilə yalnız padşah Axaşveroşdan aşağı idi. Yəhudilər arasında nüfuz sahibi olub onların əksəriyyətinin hörmətini qazanmışdı. O, xalqının xeyrinə işləyən və bütün millətinin əmin-amanlığını müdafiə edən adam idi. # # BOOK 018 JOB Job Əyyub 018 JOB 001 001 Us ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. 018 JOB 001 002 Onun yeddi oğlu, üç qızı var idi. 018 JOB 001 003 O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı. 018 JOB 001 004 Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər. 018 JOB 001 005 Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi. 018 JOB 001 006 Bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi. 018 JOB 001 007 Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan cavabında «dünyanı gəzib-dolaşmaqdan» dedi. 018 JOB 001 008 Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır». 018 JOB 001 009 Şeytan Rəbbə belə cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur? 018 JOB 001 010 Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. 018 JOB 001 011 İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək». 018 JOB 001 012 Rəbb Şeytana dedi: «Yaxşı, sahib olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma». Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi. 018 JOB 001 013 Bir gün Əyyubun oğulları ilə qızları böyük qardaşlarının evində yemək yeyib şərab içərkən 018 JOB 001 014 bir nökər gəlib Əyyuba belə dedi: «Öküzlər cüt sürür, eşşəklər də onların yanında otlayırdı. 018 JOB 001 015 Bu zaman Səbalılar hücum edib onları apardılar və nökərləri qılıncdan keçirtdilər. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 018 JOB 001 016 O hələ sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Göydən Allahın odu töküldü. Həm qoyunları, həm də nökərləri yandırıb külə çevirdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 018 JOB 001 017 O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 018 JOB 001 018 O hələ sözünü qurtarmamış başqa bir nökər gəlib belə dedi: «Oğullarınla qızların böyük qardaşlarının evində yemək yeyib şərab içərkən 018 JOB 001 019 qəflətən çöldə güclü tufan qopdu və evin dörd tərəfini bürüdü. Ev uçub bu cavanların üstünə töküldü, hamısı öldü. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». 018 JOB 001 020 Buna görə Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi. 018 JOB 001 021 O belə dedi: «Bu dünyaya çılpaq gəlmişəm, Çılpaq da gedəcəyəm. Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!» 018 JOB 001 022 Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi. 018 JOB 002 001 Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi. 018 JOB 002 002 Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi. 018 JOB 002 003 Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb». 018 JOB 002 004 Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər. 018 JOB 002 005 Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək». 018 JOB 002 006 Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma». 018 JOB 002 007 Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı. 018 JOB 002 008 Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu. 018 JOB 002 009 Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!» 018 JOB 002 010 Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi. 018 JOB 002 011 Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər. 018 JOB 002 012 Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər. 018 JOB 002 013 Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər. 018 JOB 003 001 Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi. 018 JOB 003 002 Dilə gəlib belə dedi: 018 JOB 003 003 «Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı. 018 JOB 003 004 O gün qara gələydi, Allah göydən o günün qayğısına qalmayaydı, O gün üçün sabah açılmayaydı. 018 JOB 003 005 O günü zülmət, qatı qaranlıq bürüyəydi, Üzünü bulud tutaydı, Nurunu qaranlıq batıraydı. 018 JOB 003 006 O gecəni zil qaranlıq udub yeyəydi, İlin günləri arasında fərəh tapmayaydı, Ayın günləri sırasına girməyəydi. 018 JOB 003 007 Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı! 018 JOB 003 008 Günlərə lənət oxuyanlar, Livyatanı oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın. 018 JOB 003 009 Dan ulduzları sönəydi, İşığa olan ümidləri boşa çıxaydı, Sübhün nuru görünməyəydi. 018 JOB 003 010 Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı, Gözlərimi əzabsız saxlamadı. 018 JOB 003 011 Niyə doğulanda mən ölmədim, Bətndən çıxarkən nəfəsim kəsilmədi? 018 JOB 003 012 Niyə məni dizlərin arasından aldılar, Əmizdirmək üçün ağzıma döş saldılar? 018 JOB 003 013 Belə olmasaydı, indi rahat uzanardım, Yatıb dincələrdim 018 JOB 003 014 Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə, 018 JOB 003 015 Evlərini gümüşə qərq edən Qızıl xəzinəsi olan rəhbərlərlə. 018 JOB 003 016 Niyə bətndən yarımçıq uşaq tək düşmədim? Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım? 018 JOB 003 017 Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır, 018 JOB 003 018 Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır. 018 JOB 003 019 Orada kiçik də, böyük də vardır, Qul ağasından da azaddır. 018 JOB 003 020 Niyə əzab çəkənlər işıq üzü görür, Əziyyət içində olanlar həyata gəlir? 018 JOB 003 021 Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar, 018 JOB 003 022 Onlar məzar tapanda fərəhlənər, Şadlanaraq sevinər. 018 JOB 003 023 Hara getdiyi bilinməyən insana, Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir? 018 JOB 003 024 Çörəkdən əvvəl ah-zar gəlir, Nalələrim sular kimi tökülür. 018 JOB 003 025 Çəkindiyim şeylər üzərimə tökülür, Qorxduğum şeylər başıma gəlir. 018 JOB 003 026 Rahatlığım, sakitliyim, dincliyim yoxdur, Ancaq sıxıntım vardır». 018 JOB 004 001 Temanlı Elifaz belə cavab verdi: 018 JOB 004 002 «Kimsə sənə bir söz desə, inciyərsənmi? Danışmasın deyə kim özünü saxlaya bilər? 018 JOB 004 003 Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin. 018 JOB 004 004 Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin. 018 JOB 004 005 İndi bu iş başına gələrkən Özün taqətdən düşdün, Bəla sənə dəyəndə özünü itirdin. 018 JOB 004 006 Sən Allah xofuna etibar etmirdinmi? Kamil həyatına ümid edən sən deyildinmi? 018 JOB 004 007 Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən? 018 JOB 004 008 Mənim gördüyümə görə şər sahəsini belləyən, Əzab toxumu səpən insanlar əkdiyini biçər. 018 JOB 004 009 Onlar Allahın nəfəsi ilə yox olar, Qəzəbinin küləyi onları udar. 018 JOB 004 010 Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi, Gənc aslanların dişləri qırıldı. 018 JOB 004 011 Şikarı olmadığı üçün güclü aslan həlak olar, Dişi aslanların balaları pərən-pərən qalar. 018 JOB 004 012 Mənə gizli bir söz çatdı, Qulağım bir pıçıltı eşitdi, 018 JOB 004 013 Gecə röyalardan doğan düşüncələr içində olanda, İnsanların dərin yuxuya getdiyi zamanda 018 JOB 004 014 Üstümə bir qorxu, bir titrətmə gəldi, Bütün sümüklərimi lərzəyə saldı. 018 JOB 004 015 Qarşımdan bir ruh keçdi, Bütün tüklərimi ürpətdi. 018 JOB 004 016 Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, Sükunətin içindən bir səs eşitdim: 018 JOB 004 017 “İnsan Allah qarşısında saleh olarmı? Yaradanın qarşısında təmiz adam varmı? 018 JOB 004 018 Allah bəndələrinə güvənmir, Mələklərində belə, səhv görür. 018 JOB 004 019 Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi? 018 JOB 004 020 Ömürləri səhərdən axşama çatmır, Fərqi yoxdur, hamı əbədi yox olur. 018 JOB 004 021 Yaşadıqları çadırın ipləri çəkiləndə Heç nə anlamazlar, ölüb gedərlər”. 018 JOB 005 001 Çağır görək sənə cavab verən varmı? Müqəddəslərin hansı birinə üz tutacaqsan? 018 JOB 005 002 Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər. 018 JOB 005 003 Səfehin kök saldığını görərkən Dərhal yurduna lənət etmişəm. 018 JOB 005 004 Övladları əmin-amanlıqdan uzaqdır, Məhkəmə qapılarında tapdalanır, Onlara havadar yoxdur. 018 JOB 005 005 Məhsullarını aclar yeyir, Tikanlar arasında olanlarını belə, yığırlar, Susayanlar sərvətini udmaq istəyir. 018 JOB 005 006 Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz. 018 JOB 005 007 Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur. 018 JOB 005 008 Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım. 018 JOB 005 009 Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir. 018 JOB 005 010 Yer üzərinə yağış yağdırır, Çöllərə sular axıdır. 018 JOB 005 011 Alçaldılanları ucaldır, Yaslıları əmin-amanlığa çıxarır. 018 JOB 005 012 Əlləri qurğu qurmağı öyrənməsin deyə Hiyləgərlərin fəndini pozur. 018 JOB 005 013 Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur. 018 JOB 005 014 Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir. 018 JOB 005 015 Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır, Zorakının əlindən alır. 018 JOB 005 016 Kasıblar ümid tapır, Haqsızlıq ağzını yumur. 018 JOB 005 017 Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır! Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma. 018 JOB 005 018 Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar. 018 JOB 005 019 O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz. 018 JOB 005 020 O səni aclıqda məhv olmaqdan, Döyüşdəki qılıncdan qurtarar. 018 JOB 005 021 Kəskin dillərdən uzaq olarsan, Qırğın gələrkən qorxmazsan. 018 JOB 005 022 Qırğına, aclığa gülərsən, Vəhşi heyvanlardan qorxmazsan. 018 JOB 005 023 Çünki çöldəki daşlarla belə, əhd kəsərsən, Vəhşi heyvanlarla belə, barışarsan. 018 JOB 005 024 Çadırının salamat qalacağını bilərsən, Mülkünə baxanda heç bir əskiklik tapmazsan. 018 JOB 005 025 Övladlarının necə artdığını görərsən, Nəslin ot kimi bitib qalxar. 018 JOB 005 026 Vaxtında yığılan taxıl dərzləri kimi Kama çatıb məzarına gedərsən. 018 JOB 005 027 Bax bunu araşdırmışıq, bu həqiqətdir, Onun üçün bunu dinlə və anla». 018 JOB 006 001 Əyyub belə cavab verdi: 018 JOB 006 002 «Kaş bu dərdim çəkiləydi, Bütün ağrılarım tərəziyə qoyulaydı. 018 JOB 006 003 Onda dənizlərin qumundan ağır gələrdi, Ona görə tez bu sözləri dedim. 018 JOB 006 004 Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir, Ruhum onların zəhərlərini içir. Allahın dəhşətləri mənə hücum çəkir. 018 JOB 006 005 Ot olanda vəhşi eşşək anqırarmı? Yem tapanda öküz heç böyürərmi? 018 JOB 006 006 Duzsuz, şit yeməyi yemək olarmı? Yumurta ağının dadı varmı? 018 JOB 006 007 Belə yeməklərə əl vurmaq istəmirəm, Onlardan iyrənirəm. 018 JOB 006 008 Kaş arzuma çataydım, Allah mənə həsrətində olduğumu verəydi, 018 JOB 006 009 Lütf edib məni əzsə belə, Əldən cəld olub həyatımın bağını kəssə belə, 018 JOB 006 010 Mən yenə ovunardım, Bu amansız dərdimə baxmayaraq Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim. 018 JOB 006 011 Nə gücüm var ki, gözləyim? Sonum nə qədərdir ki, səbir edim? 018 JOB 006 012 Daş qədər güclüyəmmi? Ətim tuncdandırmı? 018 JOB 006 013 Əlacsız qalanda Özümə kömək etməyə gücüm çatarmı? 018 JOB 006 014 İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir. 018 JOB 006 015 Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi, Çaylar kimi axıb getdi. 018 JOB 006 016 Bu vadilər buzlar əriyəndə daşar, Qar suları ilə dolar. 018 JOB 006 017 Bu vadilər quraq vaxtı quruyar, İstidə yataqlarından yox olar. 018 JOB 006 018 Bu vadilərə görə karvanlar yolunu azar, Səhraya çıxanda həlak olar. 018 JOB 006 019 Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar. 018 JOB 006 020 Amma ora çatanda ümid bağladıqlarına peşman olar, Mat-məəttəl qalar. 018 JOB 006 021 İndi siz də mənim üçün bir heç olmusunuz, Bu dəhşətə baxıb qorxursunuz. 018 JOB 006 022 Mən demişəmmi “Mənə nəyisə verin, Var-dövlətinizdən mənə rüşvət göndərin? 018 JOB 006 023 Yaxud da məni düşmən əlindən qurtarın, Zalımların əlindən azad edin?” 018 JOB 006 024 Mən susum, siz mənə öyrədin, Nə səhv etmişəmsə, mənə göstərin. 018 JOB 006 025 Doğru söz kəsərli olar, Sizin bu iradınız bəs nəyi sübut edir? 018 JOB 006 026 Niyə sözlərimi qınamaq istəyirsiniz? Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız? 018 JOB 006 027 Yetim üçün belə, püşk atırsınız, Dostunuzu satırsınız. 018 JOB 006 028 İndi lütf edib mənə baxın, Bax mən üzünüzə ağ yalan demərəm. 018 JOB 006 029 Atın haqsızlığı, haqsızlıq etməyin, Düşünün ki, bu davada mən haqlıyam. 018 JOB 006 030 Dilimdən haqsız söz çıxırmı? Pis şeyləri ağzıma alırammı? 018 JOB 007 001 İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir? 018 JOB 007 002 Kölgəyə həsrət qalan kölə kimidir, Muzdunu gözləyən fəhlə kimidir, 018 JOB 007 003 Bəli, irs olaraq mənə boş aylar verildi, Qismətimə sıxıntılı gecələr düşdü. 018 JOB 007 004 Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram. 018 JOB 007 005 Bədənimə qurd düşüb, qabıqlanır, Çatlayan dərimdən irin axır. 018 JOB 007 006 Günlərim toxucunun məkikindən də sürətli gedir, Ümidsiz sona çatır. 018 JOB 007 007 Ey Allah, yada sal, həyatım bir nəfəsdir, Gözüm yenidən yaxşılıq görməyəcək. 018 JOB 007 008 Bu anda mənə baxan gözlər məni təzədən görməyəcək, Sənin gözlərin üzərimdə olacaq, amma mən olmayacağam. 018 JOB 007 009 Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz. 018 JOB 007 010 Bir daha evinə qayıtmaz, Olduğu yer artıq onu tanımaz. 018 JOB 007 011 Ona görə sakitləşməyəcəyəm, Ruhumun sıxıntısını dilə gətirəcəyəm, Canımın ağrısından şikayət edəcəyəm. 018 JOB 007 012 Dənizəmmi, dəniz əjdahasıyammı? Niyə üzərimdə nəzarətçi qoyursan? 018 JOB 007 013 Düşündüm ki, bəlkə yatağım məni rahatlar, Döşəyim şikayətimi azaldar. 018 JOB 007 014 Məni yuxularla qorxudursan, Röyalarla canıma vəlvələ salırsan. 018 JOB 007 015 Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur, Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur. 018 JOB 007 016 Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi. 018 JOB 007 017 İnsan nədir ki, onu bu qədər böyüdürsən, Qayğısını çəkirsən. 018 JOB 007 018 Ona hər səhər baş çəkirsən, Hər an onu sınayırsan. 018 JOB 007 019 Nə vaxtadək nəzərini üzərimdən çəkməyəcəksən? Mənə udqunmağa imkan verməyəcəksən? 018 JOB 007 020 Ey insan nəzarətçisi, nədir günahım? Mən Sənə nə etmişəm? Məni niyə Özünə hədəf etdin? İndi öz yükümü çəkə bilmirəm. 018 JOB 007 021 Niyə üsyankarlığımı əfv etmirsən, Təqsirimi bağışlamırsan? Bir azdan torpaq altda yatacağam, Axtarsan da, məni tapmayacaqsan». 018 JOB 008 001 Şuahlı Bildad belə cavab verdi: 018 JOB 008 002 «Bunları nə vaxta qədər deyəcəksən? Sözlərin sərt küləyə bənzər. 018 JOB 008 003 Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi? 018 JOB 008 004 Bəlkə oğulların Ona qarşı günah edib, O da üsyankarlıqlarının cəzasını verib. 018 JOB 008 005 Əgər cəhd göstərib Allahı axtarsaydın, Külli-İxtiyara yalvarsaydın, 018 JOB 008 006 Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, Sənə layiqincə bir məskən verərdi. 018 JOB 008 007 Başlanğıcın kiçik olsa da, Sonun böyük olacaq. 018 JOB 008 008 Gəl indi əvvəlki nəsillərdən soruş, Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal. 018 JOB 008 009 Dünənki övladlarıq, heç nə bilmirik. Bu dünyada ömrümüz sadəcə bir kölgədir. 018 JOB 008 010 Onlar izah edib sənə öyrətməzlərmi? Köksündəki sözləri dilə gətirməzlərmi? 018 JOB 008 011 Bataqlıq olmayan yerdə qarğı bitərmi? Su olmayan yerdə qamış çıxarmı? 018 JOB 008 012 Hələ yaşıl ikən qırılmadan, Hər otdan əvvəl onlar quruyar. 018 JOB 008 013 Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar. 018 JOB 008 014 Onun etibar etdiyi şeylər qırılar, Bel bağladığı sanki hörümçək toru olar. 018 JOB 008 015 Evinə söykənərkən evi uçar, Evindən tutarkən dağılar. 018 JOB 008 016 Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar, Pöhrələri bağçanın hər tərəfinə yayılar. 018 JOB 008 017 Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar. 018 JOB 008 018 Amma yerindən qoparılarkən Yer inkar edərək deyər: “Səni görməmişəm”. 018 JOB 008 019 Bax belə sevincinə son qoyular, Onun yerində başqa bitkilər bitər. 018 JOB 008 020 Allah kamil insanı Özündən kənar etməz, Pislik edənlərinsə əlindən tutmaz. 018 JOB 008 021 O sənin ağzını yenə gülüşlə, Dodaqlarını sevinc nidaları ilə doldurar. 018 JOB 008 022 Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək». 018 JOB 009 001 Əyyub belə cavab verdi: 018 JOB 009 002 «Belə olduğunu, həqiqətən, bilirəm. Amma Allah qarşısında insan necə haqlı çıxa bilər? 018 JOB 009 003 Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz. 018 JOB 009 004 Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb? 018 JOB 009 005 Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər. 018 JOB 009 006 Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar. 018 JOB 009 007 Əmr etsə, günəş doğmaz, Ulduzların işığını örtüb möhürlər. 018 JOB 009 008 Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən. 018 JOB 009 009 Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan. 018 JOB 009 010 Odur dərk etmədiyimizdən də böyük işlər görən, Saysız xariqələr göstərən. 018 JOB 009 011 Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm, Elə keçib gedər ki, heç hiss etmərəm. 018 JOB 009 012 Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər? 018 JOB 009 013 Allah qəzəbini geri döndərməz, Rahavın köməkçiləri belə, ayağı altda qalar. 018 JOB 009 014 Belə isə Ona necə cavab verə bilərəm? Hüzurunda necə söz tapa bilərəm? 018 JOB 009 015 Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam. 018 JOB 009 016 Onu çağıranda O mənə cavab versə belə, Yenə inanmıram ki, O, səsimi eşidir. 018 JOB 009 017 Çünki tufanla məni əzir, Nahaq yerə yaralarımı çoxaldır, 018 JOB 009 018 Məni nəfəs almağa qoymur, Məni acılarla cana doydurur, 018 JOB 009 019 İş qüvvədədirsə, O qüvvəlidir, İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər? 018 JOB 009 020 Mən günahsız olsam belə, dilim məni ittiham edər, Kamil olsam belə, məni təqsirkar çıxarar. 018 JOB 009 021 Kamil olsam da, bir şey deyiləm, Öz həyatıma xor baxıram. 018 JOB 009 022 Hamısı birdir, ona görə deyirəm: “O həm kamili, həm də günahkarı yox edir”. 018 JOB 009 023 Əgər qəfil ölüm gəlsə, Günahsızların əzabına gülür. 018 JOB 009 024 Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir? 018 JOB 009 025 Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar. 018 JOB 009 026 Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər. 018 JOB 009 027 Bu şikayətimi unutmaq istəsəm, Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm, 018 JOB 009 028 Bu əziyyətdən yenə vahimələnərəm, Məni günahsız saymayacağını bilərəm. 018 JOB 009 029 Madam ki yenə günahkar çıxacağam, Boş yerə niyə belə zəhmət çəkim? 018 JOB 009 030 Əgər qar suyu ilə yuyunsam, Əllərimi gilabı ilə yusam, 018 JOB 009 031 Yenə də məni çirkaba batırarsan, Paltarlarım belə, məndən iyrənir. 018 JOB 009 032 O mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm. 018 JOB 009 033 Kaş aramızda bir hakim olaydı, Əlini ikimizin də üzərinə qoyaydı. 018 JOB 009 034 Allah Öz dəyənəyini üstümdən götürəydi, Dəhşəti ilə məni vahimələndirməyəydi. 018 JOB 009 035 O zaman Ondan qorxmadan danışardım, Amma bu vəziyyətdə heç nə edə bilmirəm. 018 JOB 010 001 Canım həyatımdan bezib. Şikayətimə məhdudiyyət qoymayacağam, Acı həyatımdan danışacağam. 018 JOB 010 002 Qoy Allaha deyim: “Məni günahlandırma, Bir mənə söylə, niyə mənimlə çəkişirsən? 018 JOB 010 003 Məni incitmək, Əllərinin işini xor görmək, Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu? 018 JOB 010 004 Səndə insan gözümü var? İnsan necə görürsə, Sən də elə görürsənmi? 018 JOB 010 005 Günlərin insan ömrü kimidirmi? İllərin insanın yaşadığı illər kimidirmi? 018 JOB 010 006 Çünki məndə təqsir axtarırsan, Günahlarımı araşdırırsan. 018 JOB 010 007 Özün də bilirsən mən şər adam deyiləm, Məni Sənin əlindən qurtaran yoxdur. 018 JOB 010 008 Əllərin mənə quruluş verdi, məni yaratdı. İndi dönüb məni yox edəcəksənmi? 018 JOB 010 009 Məni palçıqdan düzəltdin, bunu xatırla. Yenidən məni torpağa çevirəcəksənmi? 018 JOB 010 010 Məni süd kimi tökmədinmi, Pendir kimi bərkitmədinmi? 018 JOB 010 011 Ət və dərini əynimə geyindirdin, Məni sümük və vətərlərlə hördün, 018 JOB 010 012 Mənə həyat verdin, sevgi göstərdin, Qayğıma qalmağınla ruhumu hifz etdin. 018 JOB 010 013 Amma bunları qəlbində gizlətdin. Mən isə bilirəm, fikrində bu şeylər var: 018 JOB 010 014 Günah işlətsəydim, mənə nəzarət edərdin, Təqsirlərimi cəzasız qoymazdın. 018 JOB 010 015 Əgər günahkar olsaydım, vay halıma! Günahsız olsam belə, yenə başımı qaldıra bilmərəm, Çünki xəcalət içindəyəm, necə də biçarəyəm. 018 JOB 010 016 Əgər başımı qaldırsam, məni aslan kimi ovlarsan, Yenə heyrətamiz qüvvəni mənə göstərərsən. 018 JOB 010 017 Əleyhimə yeni şahidlər çıxararsan, Mənə qarşı qəzəbini artırarsan, Orduların üstümə dayanmadan hücum çəkər. 018 JOB 010 018 Niyə məni doğulmağa qoydun? Kimsənin gözü məni görmədən kaş öləydim. 018 JOB 010 019 Kaş ki heç yaranmayaydım, Bətndən məzara düşəydim. 018 JOB 010 020 Məgər ömrümə bir neçə gün qalmayıbmı? Mənə bir qədər sərbəstlik ver ki, bir az ürəyim açılsın 018 JOB 010 021 Gedər-gəlməz yerə, Zülmət və ölüm kölgəsi diyarına, 018 JOB 010 022 Qatı qaranlıq diyarına, Ölüm kölgəsi, qarışıqlıq diyarına, İşığı qaranlıq olan diyara getməzdən əvvəl”». 018 JOB 011 001 Naamatlı Sofar belə cavab verdi: 018 JOB 011 002 «Bu qədər söz cavabsız qalsınmı? Çox danışan haqlı sayılsınmı? 018 JOB 011 003 İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu? Sən rişxənd edəndə səni saxlamasınlar? 018 JOB 011 004 Allaha deyirsən: “İmanda safam, Gözün görür ki, pakam”. 018 JOB 011 005 Kaş ki Allah danışaydı, Sənə qarşı ağzını açaydı. 018 JOB 011 006 Səni hikmətin sirlərindən agah etsəydi, Hikmətin çox şaxələri üzə çıxardı. Bil ki, Allah günahlarının neçəsindən keçib. 018 JOB 011 007 Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi? 018 JOB 011 008 Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən? 018 JOB 011 009 Meyarı aləmdən uzundur, Dənizlərdən genişdir. 018 JOB 011 010 Əgər gəlib səni zindana salarsa, məhkum edərsə, Kim Onun qarşısını ala bilər? 018 JOB 011 011 O, yalançıları tanıyır, Pisliyi görəndə onu dərk edir. 018 JOB 011 012 Vəhşi eşşək insan olaraq doğulanda Axmaq da ağla gələr. 018 JOB 011 013 Əgər ürəyini təqdis etsən, Əllərini Ona tərəf uzatsan, 018 JOB 011 014 Günahın varsa, ondan əl çək, Qoyma pislik çadırında sakin olsun. 018 JOB 011 015 Onda başını utanmadan dik tutarsan, Sağ-salamat, qorxusuz yaşayarsan. 018 JOB 011 016 Sən dar gününü unudub Onu axıb-qurtaran bir su kimi yad edərsən. 018 JOB 011 017 Həyatın gündüzün günəşindən də parlaq olar, Qaranlığın səhər kimi işıqlanar. 018 JOB 011 018 Çünki ümidin var, sən arxayınsan, Mühafizə olunaraq rahat yatarsan. 018 JOB 011 019 Yatanda belə, səni qorxudan olmaz, Sənin lütfünü çoxları arzular. 018 JOB 011 020 Amma pis adamların gözlərinin nuru sönəcək, Onların pənah yeri olmayacaq, Yeganə ümidləri son nəfəslərini vermək olacaq». 018 JOB 012 001 Əyyub belə cavab verdi: 018 JOB 012 002 «Yəqin ki siz özünüzü xalq içində müdrik sanırsınız, Siz öləndə hikmət də öləcək. 018 JOB 012 003 Sizin qədər mənim də ağlım var, Sizdən geri qalmıram. Bu cür şeyləri kim bilmir? 018 JOB 012 004 Mən dostlarımın gülüş hədəfi olmuşam, Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam, Amma indi bir saleh, bir kamil insan gülünc olub. 018 JOB 012 005 Dərdsizlər bəlanı boş bir şey sanır, Büdrəyənlər üçün bəla hazır dayanır. 018 JOB 012 006 Soyğunçuların çadırlarında rahatlıq var, Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır, Axı onlar Allaha yox, öz qollarına arxalanır. 018 JOB 012 007 Gəl heyvanlardan soruş, qoy sənə bildirsin, Qoy göydəki quşlar sənə desin, 018 JOB 012 008 Torpağa de, qoy o sənə bildirsin, Dənizdəki balıqlardan soruş, sənə məlumat versin. 018 JOB 012 009 Bunlardan hansı biri bilmir ki, Bunu Rəbbin əli edib? 018 JOB 012 010 Hər yaratdığının canı Onun əlindədir, Bütün insanların nəfəsi Onun əlindədir. 018 JOB 012 011 Yeməyin dadını damaq hiss etdiyi kimi Qulaq da sözləri sınaqdan keçirməzmi? 018 JOB 012 012 Ağsaqqalların hikməti var, Uzunömürlülər dünyagörmüş olar. 018 JOB 012 013 Hikmət və qüdrət Allahdandır, O, nəsihət və dərrakə verir. 018 JOB 012 014 Onun yıxdığı bərpa olunmaz, Onun həbs etdiyi insan azad olmaz. 018 JOB 012 015 Suları kəsərsə, quraqlıq olar, Suları buraxsa, dünyanı sel aparar. 018 JOB 012 016 Qüdrət və hikmət Onundur, Aldadan da, aldanan da Onundur 018 JOB 012 017 Məsləhətçiləri talana məruz qoyar, Hakimləri axmaqlaşdırar. 018 JOB 012 018 Padşahların bağladığı bağı açar, Bellərinə qurşaq salar. 018 JOB 012 019 Kahinləri talana məruz qoyar, Mətinləri də devirər. 018 JOB 012 020 Etibarlı məsləhətçiləri susdurar, Ağsaqqalların ağlını alar. 018 JOB 012 021 Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar, Güclülərin qurşaqlarını çıxarar. 018 JOB 012 022 Qaranlığın dərin sirlərini açar, Ölüm kölgəsini aydınlığa çıxarar. 018 JOB 012 023 Millətləri çoxaldar, millətləri yox edər, Millətləri artırar, millətləri sürgün edər. 018 JOB 012 024 Dünyanın başçılarının ağlını başından alar, Yolu-izi məlum olmayan çöllərdə dolandırar. 018 JOB 012 025 Qaranlıqda əl sürtə-sürtə yeriyərlər, Onları sərxoş kimi aşa-aşa gəzdirər. 018 JOB 013 001 Bax gözlərim hər şeyi gördü, Qulaqlarım bunu eşidib dərk etdi. 018 JOB 013 002 Sizin bildiyinizi mən də anlayıram, Sizdən geri qalmıram. 018 JOB 013 003 Amma istəyirəm Külli-İxtiyarla danışım, Allahla mübarizə aparım. 018 JOB 013 004 Sizlərsə yalandan mala çəkirsiniz, Hamınız dəyərsiz həkimlərsiniz. 018 JOB 013 005 Kaş hamınız səsinizi kəsəydiniz, Onda hikmətli görünərdiniz. 018 JOB 013 006 İndi necə bəhsə girdiyimi eşidin, Dilimin iddiasını yaxşı dinləyin. 018 JOB 013 007 Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz? Onun adına yalanmı söyləyəcəksiniz? 018 JOB 013 008 Sizmi Onun tərəfini tutacaqsınız? Sizmi Onun müdafiəsinə qalxacaqsınız? 018 JOB 013 009 O sizi istintaq edərsə, yaxşı olarmı? İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı? 018 JOB 013 010 Əgər Onun tərəfini gizli tutsanız, Şübhəsiz ki, sizi də məzəmmət edər. 018 JOB 013 011 Onun əzəməti sizi vahimələndirməzmi? Xofu üstünüzə düşməzmi? 018 JOB 013 012 Fikrinizdəki sözlər, məsəllər külə dəyməz, Müdafiəniz lilə dəyməz. 018 JOB 013 013 Susun, qoyun danışım, Qoy başıma gələn gəlsin. 018 JOB 013 014 Həyatım təhlükəyə düşürsə-düşsün. Canım bəlaya düşürsə-düşsün. 018 JOB 013 015 Məni öldürsə də, Ona etibar edəcəyəm, Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam. 018 JOB 013 016 Əslində bu məni qurtaracaq, Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz. 018 JOB 013 017 Diqqətlə sözlərimə qulaq asın, Qoy elan etdiklərim qulaqlarınızda qalsın. 018 JOB 013 018 Baxın mühakiməyə hazırlaşmışam, Haqlı çıxacağımı bilirəm. 018 JOB 013 019 Kim məni ittiham edəcək? Eləsi varsa, son nəfəsimi verib susaram. 018 JOB 013 020 Ey Allah, mənim üçün bu iki şeyi et ki, Səndən gizlənməyim: 018 JOB 013 021 Əlini üzərimdən götür, Məni dəhşətinlə qorxutma. 018 JOB 013 022 Sonra da məni səslə, qoy Sənə cavab verim, Yaxud da qoy mən danışım, Sən cavab söylə. 018 JOB 013 023 Təqsirlərim, günahlarım nə qədərdir? Mənə üsyankarlığımı və günahlarımı bildir. 018 JOB 013 024 Niyə üzünü gizlədirsən, Məni düşmən hesab edirsən? 018 JOB 013 025 Məgər yelin qopardığı yarpağı qorxudacaqsan? Məgər quru saman çöpünü qovacaqsan? 018 JOB 013 026 Çünki əleyhimə acı şeylər yazırsan, Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən. 018 JOB 013 027 Ayaqlarımı buxovlayırsan, Bütün yollarıma göz qoyursan, Hər addımımı yoxlayırsan. 018 JOB 013 028 Ona görə çürük şey tək məhv oluram. Güvə yemiş paltar kimiyəm. 018 JOB 014 001 Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur. 018 JOB 014 002 Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər. 018 JOB 014 003 Gözlərini beləsinəmi dikirsən? Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən? 018 JOB 014 004 Kim çirkab içindən təmiz bir şey tapar? Heç kim! 018 JOB 014 005 İnsana ömür günləri müəyyən edilib, Aylarının sayını Sən bilirsən, Ömrü üçün müəyyən hədd qoymusan, Bu həddi keçən yoxdur. 018 JOB 014 006 Sən ondan gücünü çək, İş gününü bitirən zəhmətkeş kimi Bir az dincəlsin. 018 JOB 014 007 Bir ağac üçün ümid var, Kəsilsə belə, yenə pöhrəsini verər, Şaxələri əskilməz. 018 JOB 014 008 Kökü yerdə qocalsa da, Kötüyü torpaqda məhv olsa da, 018 JOB 014 009 Suyun iyini duyanda çiçəklənər, Cavan ağac kimi şaxələnər. 018 JOB 014 010 Amma insan ölər, dəfn olunar, Son nəfəsini verər, yox olar. 018 JOB 014 011 Dəniz suları çəkilib getdiyi kimi, Çaylar azalıb quruduğu kimi 018 JOB 014 012 İnsan da yatar, bir daha qalxmaz, Göylər yox olanadək oyadılmaz, Yuxularından ayılmaz. 018 JOB 014 013 Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın. 018 JOB 014 014 İnsan ölsə, dirilərmi? Növbəm çatanacan Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm. 018 JOB 014 015 Sən çağıranda cavab verəcəyəm, Əllərinin bu işinin həsrətini çəkəcəksən. 018 JOB 014 016 O zaman addımlarımı sayacaqsan, Günahımı nəzərə almayacaqsan. 018 JOB 014 017 Üsyankarlığım torbada möhürlənəcək, Günahımın üstünü örtəcəksən. 018 JOB 014 018 Amma dağın uçub dağılması kimi, Qayanın yerindən qopması kimi, 018 JOB 014 019 Su daşları yuvarladığı kimi, Sellər torpağı yuyub apardığı kimi Sən də insanın ümidini yox edirsən. 018 JOB 014 020 Onu əbədi məğlub edirsən, o köçüb gedir. Görkəmini dəyişdirib yola salırsan. 018 JOB 014 021 Övladları şərəflənəndə də onun xəbəri olmaz, Düşkün hala düşəndə də heç nəyi başa düşməz. 018 JOB 014 022 Hamı öz canının ağrısını duyur, Yalnız özü üçün yas tutur». 018 JOB 015 001 Temanlı Elifaz belə cavab verdi: 018 JOB 015 002 «Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı? 018 JOB 015 003 Faydasız sözlərlə, dəyərsiz nitqlərlə Mübahisə etmək olarmı? 018 JOB 015 004 Amma sən Allah qorxusunu bir kənara qoyursan, Allah hüzurunda düşünməyə mane olursan. 018 JOB 015 005 Çünki sənin ağzın günahdan dərs alıb, Hiyləgərlərin dili ilə danışırsan. 018 JOB 015 006 Səni məhkum edən mən deyiləm, öz dilindir. Dodaqların öz əleyhinə şəhadət edir. 018 JOB 015 007 İlk doğulan insan sənsənmi? Yoxsa dağlardan da əvvəl sən var olmusan? 018 JOB 015 008 Allahın sirrinəmi qulaq asmısan? Təkcə özünümü müdrik sayırsan? 018 JOB 015 009 Sən nəyi bilirsən ki, biz onu bilmirik? Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik? 018 JOB 015 010 Bizdə ağsaçlı da, yaşlı da var, Onlar atandan da yaşlı olar. 018 JOB 015 011 Sənə Allahın təsəllisi, Söylədiyi xoş sözlər kifayət deyilmi? 018 JOB 015 012 Niyə qəlbin səni belə çaşdırır, Gözlərindən od çıxır? 018 JOB 015 013 Niyə Allaha qəzəbini göstərirsən, Dilindən belə sözlər çıxır? 018 JOB 015 014 İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi? 018 JOB 015 015 Allah müqəddəslərinə belə, etibar etmirsə, Göylər belə, Onun gözündə təmiz deyilsə, 018 JOB 015 016 Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi? 018 JOB 015 017 Dinlə məni, sənə deyim, Gördüyümü bəyan edim – 018 JOB 015 018 Hikmətli adamların dediklərini, Atalarından alıb gizlətmədiyi şeyləri. 018 JOB 015 019 O atalar ki ölkə yalnız onlara verilmişdi, Aralarına yadelli girməmişdi. 018 JOB 015 020 Pis insan həyatı boyu əzab çəkir, Zorakı adama ayrılan illərin sayı bilinir. 018 JOB 015 021 Qulağından dəhşətli səslər əskilmir, Dinc oturanda soyğunçular ona hücum edir. 018 JOB 015 022 İnana bilməz ki, qaranlıqdan qurtara bilər, Onu qılınc gözlər. 018 JOB 015 023 “Haradadır?” deyib çörək üçün avara gəzər, Qara günlərinin yanında olduğunu bilər. 018 JOB 015 024 Ağrı və sıxıntı onu qorxudar, Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar. 018 JOB 015 025 Çünki Allaha belə, əl uzadıb, Külli-İxtiyara meydan oxuyub. 018 JOB 015 026 Dikbaşlıq edib, dəyirmi sipərini tutub, Allahın üstünə hücum çəkir. 018 JOB 015 027 Onun üzü tosqunluqdan şişər, Qarnı nə qədər piyləşər, 018 JOB 015 028 O, dağılmış şəhərlərdə, Kimsəsiz, yerlə yeksan olan viranələrdə, Aqibəti dağılmaq olan evlərdə yaşayacaq. 018 JOB 015 029 Varlı olmayacaq, sərvətləri tükənəcək, Malları ölkəni bürüməyəcək. 018 JOB 015 030 Qaranlıqdan qurtulmayacaq, Pöhrələrini alov tutacaq, Allahın ağzının nəfəsi ilə yox olacaq. 018 JOB 015 031 Qoy boş şeyə güvənərək özünü aldatmasın, Çünki əvəzində nəsibi boşluq olacaq. 018 JOB 015 032 İşi vaxtsız bitəcək, Budağı göyərməyəcək. 018 JOB 015 033 Qorası tökülən üzüm ağacı kimi, Çiçəyi tökülən zeytun ağacı kimi olacaq. 018 JOB 015 034 Çünki allahsız icma qısır olar, Rüşvətxorların çadırı od tutub yanar. 018 JOB 015 035 Onlar bəlaya hamilə olub şər doğar, Bətnləri hiylə ilə dolar». 018 JOB 016 001 Əyyub belə cavab verdi: 018 JOB 016 002 «Bu cür sözləri çox eşitmişəm, Hamınız adamincidən təsəlliçilərsiniz. 018 JOB 016 003 Bu boş söhbətləriniz qurtaracaqmı? Sizi nə vadar edir, belə danışırsınız? 018 JOB 016 004 Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim. Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim. 018 JOB 016 005 Ağzım ürəkləndirici sözlər deyərdi, Dilimdən təsəlliverici sözlər çıxarardım, Mən sizi ovudardım. 018 JOB 016 006 Danışmağımla dərdim azalmır, Susuram, nə dəyişir? 018 JOB 016 007 Ay Allah, məni taqətdən saldın, Bütün külfətimi darmadağın etdin. 018 JOB 016 008 Sıxılıb əzilməyim buna şahiddir, Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir. 018 JOB 016 009 Allah məni qəzəbi ilə parçalayır, Mənə nifrət edir, dişlərini qıcıdır, Düşmənim gözlərini mənə dikir. 018 JOB 016 010 Mənə qarşı insanlar dodaq büzür, Həqarətlə üzümə şillə vurur, Mənə qarşı əlbir olur. 018 JOB 016 011 Allah məni haqsızlara təslim etdi, Pislərin əlinə verdi. 018 JOB 016 012 Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı, Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi. 018 JOB 016 013 Onun oxçuları ətrafımı aldı, Aman vermədən böyrəklərimi deşdilər, Ödümü yerə tökdülər. 018 JOB 016 014 Bədənimə yara üstündən yara vurulur, Cəngavər tək üzərimə yüyürürlər. 018 JOB 016 015 Əynimə çul tikmişəm, Qürurumu yerə atmışam. 018 JOB 016 016 Ağlamaqdan üzüm qızardı, Kirpiklərimin altı-üstü kölgə saldı. 018 JOB 016 017 Yenə də zalımlıq əlimdən gəlmir, Sənə səmimiyyətlə dua edirəm. 018 JOB 016 018 Ey torpaq, qanımın üstünü örtmə, Qoy heç nə mənim naləmi saxlamasın. 018 JOB 016 019 Lap indidən şahidim göylərdədir, Himayədarım yüksəklərdədir. 018 JOB 016 020 Dostlarım məni ələ salır, Gözlərim Allaha baxıb ağlayır. 018 JOB 016 021 Bəşər oğlu qonşusu üçün yalvardığı kimi Biri də mən insandan ötrü qoy Allaha yalvarsın. 018 JOB 016 022 Çünki bir neçə il keçəndən sonra Gedər-gəlməz yola gedəcəyəm. 018 JOB 017 001 Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir. 018 JOB 017 002 Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür. 018 JOB 017 003 Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun? 018 JOB 017 004 Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan. 018 JOB 017 005 Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək. 018 JOB 017 006 Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər. 018 JOB 017 007 Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı. 018 JOB 017 008 Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır. 018 JOB 017 009 Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir. 018 JOB 017 010 Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram. 018 JOB 017 011 Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü. 018 JOB 017 012 Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir. 018 JOB 017 013 Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm, 018 JOB 017 014 Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm, 018 JOB 017 015 Ümidim hara gedər? Mənim ümidimi kim görər? 018 JOB 017 016 Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?» 018 JOB 018 001 Şuahlı Bildad belə cavab verdi: 018 JOB 018 002 «Bu sözlər nə vaxt qurtaracaq? Əgər dərrakəli olsanız, danışarıq. 018 JOB 018 003 Niyə heyvana bənzəyək? Gözlərinizə axmaq kimi görünək? 018 JOB 018 004 Özünü hirsindən didib-dağıdırsan. Sənə görə bu aləmdən vaz keçəkmi? Yoxsa sal qayalar yerindən çıxsın? 018 JOB 018 005 Bəli, şər insanın işığı sönəcək, Odu-alovu parlamayacaq. 018 JOB 018 006 Çadırında nur qaranlığa dönəcək, Yanındakı çıraq sönəcək. 018 JOB 018 007 Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq. 018 JOB 018 008 Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək. 018 JOB 018 009 Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq. 018 JOB 018 010 Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək. 018 JOB 018 011 Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək. 018 JOB 018 012 Aclıq taqətini yeyib-qurtaracaq, Yanında fəlakət hazır dayanacaq. 018 JOB 018 013 Dərisini azar yeyəcək, Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək. 018 JOB 018 014 Əmin-amanlıq çadırından atılacaq, Dəhşətlər padşahının yanına aparılacaq. 018 JOB 018 015 Çadırında ona aid heç nə olmayacaq, Yurduna kükürd yağacaq. 018 JOB 018 016 Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq. 018 JOB 018 017 Onun adı yer üzündə unudulacaq, Məhəllə-küçələrdə adı yaddan çıxacaq. 018 JOB 018 018 İşıqdan zülmətə aparılacaq, Dünyadan qovulacaq. 018 JOB 018 019 Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq, Məskənində bir kimsəsi qalmayacaq. 018 JOB 018 020 Qərbdəkilər halına heyrətlənəcək, Şərqdəkilər onu görüb dəhşətə gələcək. 018 JOB 018 021 Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur». 018 JOB 019 001 Əyyub belə cavab verdi: 018 JOB 019 002 «Nə vaxtadək məni üzəcəksiniz, Məni sözlə əzəcəksiniz, 018 JOB 019 003 On dəfədir ki, məni təhqir edirsiniz, Utanmadan mənə kəskin sözlər söyləyirsiniz. 018 JOB 019 004 Həqiqətən, azıb yanlış yola düşmüşəmsə, Səhvim öz üstümdə qalır. 018 JOB 019 005 Özünüzü, həqiqətən, məndən üstün tutursunuz, Eybimi üzümə vurursunuz. 018 JOB 019 006 Amma bilin ki, Allah mənə haqsızlıq etdi, Hər tərəfdən məni toruna saldı. 018 JOB 019 007 Budur, “Zorakılıqdır!” deyə bağırıram, Bir cavab verən yoxdur, Kömək üçün nalə çəkirəm, ədalət yoxdur. 018 JOB 019 008 Keçə bilmirəm, yollarıma sədd çəkilib, Yollarımı qaranlığa salıb. 018 JOB 019 009 Şərəfimi əynimdən soyundurub, Başımdan tacı götürüb. 018 JOB 019 010 O məni hər tərəfdən yıxdı, əldən gedirəm, Ümidimi ağac kimi kökündən qopartdı. 018 JOB 019 011 Mənə qarşı qəzəbi od tutub yandı, Məni Özünə düşmən saydı. 018 JOB 019 012 Orduları üstümə gəlir, Mənə qarşı torpaq qalağı düzəldir, Çadırımın ətrafında ordugah qurur. 018 JOB 019 013 Qardaşlarımı məndən uzaqlaşdırdı, Tanışlarım mənə yad oldu. 018 JOB 019 014 Qohumlarım məni tərk eləyib, Yaxın dostlarım məni unudub. 018 JOB 019 015 Evimin sakinləri və kənizlər Məni özgə sayır, Onların gözündə yad olmuşam. 018 JOB 019 016 Qulumu çağırıram, Ağız açıb yalvarsam belə, cavab almıram. 018 JOB 019 017 Nəfəsimdən arvadımın da zəhləsi gedir, Qardaşlarım məndən iyrənir. 018 JOB 019 018 Mənə hətta kiçik uşaqlar xor baxır, Ayağa duranda məni ələ salırlar. 018 JOB 019 019 Bütün səmimi dostlarım belə, məndən ikrah edir, Əzizlərim belə, əleyhimə çıxır. 018 JOB 019 020 Bir dəri, bir sümük qalmışam, Ölüm kandarına çatmışam. 018 JOB 019 021 Aman, ey dostlarım, aman, Allahın əli məni vurdu! 018 JOB 019 022 Niyə məni Allah kimi qovursunuz? Niyə mənim ətimdən doymursunuz? 018 JOB 019 023 Kaş ki sözlərim yazılaydı, Kitaba köçürüləydi, 018 JOB 019 024 Dəmir qələmlə, qurğuşunla Əbədi qalmaq üçün bir qayaya həkk olaydı. 018 JOB 019 025 Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq. 018 JOB 019 026 Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm. 018 JOB 019 027 Mən Ona baxacağam, Başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür! 018 JOB 019 028 Mənim üçün “Bəs onu necə qovaq? Bədbəxtliyin kökü ondadır” desəniz, 018 JOB 019 029 Qılıncdan qorxmalısınız, Çünki qılınc cəzası qəzəblə gəlir. Onda ədalətin var olduğunu görəcəksiniz». 018 JOB 020 001 Naamatlı Sofar belə cavab verdi: 018 JOB 020 002 «Düşüncələrimə görə cavab verməyə məcburam, Çünki daxilən narahatam. 018 JOB 020 003 Məni utandıran bir giley eşidirəm, Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir. 018 JOB 020 004 Bilirsən ki, əzəldən bəri, İnsanın dünyaya gəlişindən bəri 018 JOB 020 005 Pislərin qələbə çalması qısa çəkər, Allahsızın sevinci bir an sürər. 018 JOB 020 006 Boyu göylərə çatsa da, Başı buludlara dəysə də, 018 JOB 020 007 Öz nəcisi kimi əbədilik yox ediləcək, Onu görənlər “O haradadır?” deyəcək. 018 JOB 020 008 Yuxu kimi uçacaq, bir daha tapılmayacaq, Bəli, gecə röyası kimi yox olacaq. 018 JOB 020 009 Onu görən gözlər bir daha görməyəcək, Yaşadığı yerdə görünməyəcək. 018 JOB 020 010 Övladları fəqirlərdən mərhəmət diləyəcək, Sərvətləri əllərindən gedəcək. 018 JOB 020 011 İnsanın sümükləri gənclik alovu ilə dolar, Amma insanla birlikdə torpaq altında yatacaq. 018 JOB 020 012 Pislik ağzına şirin gəlsə də, Dilinin altında gizlənsə də, 018 JOB 020 013 İnsan pisliyi tutub buraxmasa da, Damağının altında saxlasa da, 018 JOB 020 014 Yediyi yemək mədəsində qıcqıracaq, Daxilində ilan zəhərinə dönəcək. 018 JOB 020 015 Yediyi sərvətləri qusacaq, Qarnındakıları Allah bayıra çıxaracaq. 018 JOB 020 016 Başqa yerdə əfi ilan zəhərini əməcək, Gürzənin dişindən öləcək. 018 JOB 020 017 Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək. 018 JOB 020 018 Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq, Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq. 018 JOB 020 019 Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu, Özü tikmədiyi evi zorla almışdı. 018 JOB 020 020 Könlü rahatlıq nədir bilməz, Zövq aldığı şeylər onu xilas etməz. 018 JOB 020 021 Yeməyindən artıq qalmayacaq, Ona görə firavanlığı uzun sürməyəcək. 018 JOB 020 022 Bolluq içində əzaba düşəcək, Fəlakət ona qarşı əl qaldıracaq. 018 JOB 020 023 Qarnını dolduranda Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək, Onun üstünə tökəcək. 018 JOB 020 024 Dəmir silahdan qaça bilsə də, Tunc ox onu dəlib-deşəcək, 018 JOB 020 025 Ox onu dəlib-keçəcək, Onun kürəyindən çıxacaq, Parlaq ucu ödünü dağıdıb tökəcək. Üstünə dəhşət gələcək. 018 JOB 020 026 Xəzinələrinin aqibəti qaranlıq olacaq, Üfürülməmiş od onu yeyib-qurtaracaq, Çadırında qalanları da yandırıb-yaxacaq. 018 JOB 020 027 Göylər şər işlərinin üstünü açacaq, Dünya onun əleyhinə qalxacaq. 018 JOB 020 028 Allahın qəzəb günündə Azğın sellər sərvətini aparacaq. 018 JOB 020 029 Pis insan Allahdan belə pay alacaq, Allahın ona verdiyi irs budur». 018 JOB 021 001 Əyyub belə cavab verdi: 018 JOB 021 002 «Sözlərimi diqqətlə dinləyin, Siz bununla mənə təsəlli verin. 018 JOB 021 003 Qoyun mən də bir şey deyim, Mən danışandan sonra lağ edin. 018 JOB 021 004 Şikayətim insana qarşıdırmı? Mən necə səbir edim? 018 JOB 021 005 Mənə baxıb mat qalın, Əlinizi ağzınızın üstünə qoyun. 018 JOB 021 006 Bunu düşünəndə köksümü dəhşət bürüyür, Bədənimə titrətmə düşür. 018 JOB 021 007 Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır? 018 JOB 021 008 Övladları ətrafında, Nəsilləri gözlərinin qarşısında sapsağlamdır. 018 JOB 021 009 Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır, Allahın dəyənəyi onlara dəymir. 018 JOB 021 010 Öküzləri cütləşir, qarınları boş qalmır, Doğar inəkləri var, bala salmaz. 018 JOB 021 011 Övladlarını sürü tək yola salır, Uşaqları oynaşır. 018 JOB 021 012 Dəf və lira çalaraq nəğmə deyirlər, Tütək səsi ilə şənlənirlər. 018 JOB 021 013 Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər. 018 JOB 021 014 Allaha belə deyirlər: “Bizdən uzaq ol, Yolunu tanımaq istəmirik. 018 JOB 021 015 Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək? Əgər Ona dua etsək, bizə nə fayda verər?” 018 JOB 021 016 Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil, Pislərin nəsihəti qoy məndən uzaq olsun! 018 JOB 021 017 Neçə dəfə pislərin çırağı söndü, Başlarına bəla gəldi. Allah qəzəblənəndə onlara kədəri pay verdimi? 018 JOB 021 018 Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular? 018 JOB 021 019 Deyirsiniz ki, Allah Atanın cəzasını övladına çəkdirir. Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin. 018 JOB 021 020 Qoy öz həlakını gözləri görsün, Külli-İxtiyarın qəzəbini su kimi içsin. 018 JOB 021 021 Çünki ili, ayı qurtaranda, Arxada qalan külfətindən nə zövq ala bilər? 018 JOB 021 022 Yüksək mənsəb sahiblərinə hökm edən Allaha Kim bilik verə bilər? 018 JOB 021 023 Biri tamam güclü, Tamam rahat və qayğısız, 018 JOB 021 024 Bədəni ətli-canlı, Sümükləri ilikli ölür. 018 JOB 021 025 O biri isə dərd içində, Həyatdan kam almamış ölür. 018 JOB 021 026 İkisi də torpaqda yatır, İkisinin də bədənini qurd basır. 018 JOB 021 027 Bilirəm nə fikirdəsiniz, Qəsdiniz mənə qarşı olmaqdır. 018 JOB 021 028 Deyirsiniz: “Əsilzadələrin evi haradadır? Pislərin yaşadığı çadır haradadır?” 018 JOB 021 029 Yoldan keçənlərdən soruşmadınızmı? Söhbətlərinə qulaq asmadınızmı? 018 JOB 021 030 Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur. 018 JOB 021 031 Kim davranışını onun üzünə vurur? Kim etdiklərinə görə onu cəzalandırır? 018 JOB 021 032 Qəbiristana aparılarkən Məzarı üstə qarovul çəkilir. 018 JOB 021 033 Vadinin torpağı ona şirin gəlir, Hamı onun ardınca düşür. Qarşısında gedənlərsə saysızdır. 018 JOB 021 034 Məni necə boş sözlərlə ovuda bilərsiniz? Cavablarınız axıradək yalandır». 018 JOB 022 001 Temanlı Elifaz belə cavab verdi: 018 JOB 022 002 «İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi? 018 JOB 022 003 Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır? Sənin düz həyat tərzinin Ona nə faydası var? 018 JOB 022 004 Səni tənbeh etməsi, mübarizə aparması Ondan qorxduğun üçündürmü? 018 JOB 022 005 Pisliyin böyük deyilmi, Təqsirin hədsiz deyilmi? 018 JOB 022 006 Çünki qardaşlarından səbəbsiz girov aldın, Onları lüt qoydun. 018 JOB 022 007 Yorğuna bir içim su vermədin, Ac olandan çörəyini əsirgədin. 018 JOB 022 008 Qol gücünlə ölkəyə sahib oldun, Hörmətli insan kimi orada yaşadın. 018 JOB 022 009 Dul qadınları əliboş qaytardın, Yetimlərin qol-qanadını qırdın. 018 JOB 022 010 Ona görə hər yanını tələlər bürüyüb, Qəfil qorxu səni dəhşətləndirib. 018 JOB 022 011 Hər şeyə qara vurub görmürsən, Sellərdə boğulursan. 018 JOB 022 012 Allah göylərdə – ucalarda deyilmi? Ən uzaq ulduzlara bir nəzər sal, Gör nə qədər ucalarda yerləşib! 018 JOB 022 013 Amma deyirsən “Allah nə bilir? Qatı qaranlıq içindən hökm verə bilərmi? 018 JOB 022 014 Görə bilmir, qara buludlar Ona mane olur, Göy qübbəsinin üzərində dolaşır”. 018 JOB 022 015 Pis adamların gəzdiyi Köhnə yolumu tutacaqsan? 018 JOB 022 016 Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı. 018 JOB 022 017 Allaha dedilər: “Bizdən uzaq ol! Bizə Külli-İxtiyar nə edə bilər?” 018 JOB 022 018 Amma evlərini bərəkətlə dolduran Allah idi, Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun. 018 JOB 022 019 Salehlər pislərin həlak olduğunu görüb sevinir, Günahsızlar onlara belə istehza edir: 018 JOB 022 020 “Düşmənlərimiz yox oldu, Onlardan nə qaldısa, yanıb kül oldu”. 018 JOB 022 021 Allahla barışıb dost olsan, Xeyir taparsan. 018 JOB 022 022 Onun ağzından çıxan təlimi qəbul et, Onun sözlərini qəlbində saxla. 018 JOB 022 023 Külli-İxtiyara tərəf dönsən, Əvvəlki halına düşərsən. Çadırın şərdən uzaq olsa, 018 JOB 022 024 Qızılını torpağa, Ofir qızılını dərədəki çınqıllığa atsan, 018 JOB 022 025 Külli-İxtiyar sənin qızılın olar, Qiymətli gümüşün olar. 018 JOB 022 026 Onda Külli-İxtiyardan zövq alarsan, Allaha üz tutarsan. 018 JOB 022 027 Ona yalvarsan, səni eşidər, Etdiyin nəzirləri yerinə yetirərsən. 018 JOB 022 028 O da dediyin sözü yerinə yetirər, Yollarına nur səpilər. 018 JOB 022 029 İnsanlar səni alçaldanda “Baş ucalığına görədir” deyərsən, Çünki Allah itaətkarları xilas edər. 018 JOB 022 030 O, günahsız olmayanı belə qurtarar, Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar». 018 JOB 023 001 Əyyub belə cavab verdi: 018 JOB 023 002 «Bu gün də acı-acı şikayət edəcəyəm, Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır. 018 JOB 023 003 Kaş biləydim Onu harada tapmaq olar, Məskəninə çatmaq olar. 018 JOB 023 004 O zaman davamı Onun hüzurunda dilə gətirərdim, Dəlillərimi dalbadal düzərdim. 018 JOB 023 005 Mənə verəcəyi cavabı öyrənərdim, Dediyini dərk edərdim. 018 JOB 023 006 Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı? Xeyr, yəqin sözümə qulaq asardı. 018 JOB 023 007 Hüzurunda bir haqlı insan mübahisə etsəydi, Mən hakimimin yanında haqq qazanardım. 018 JOB 023 008 Şərqə getsəm, Allah orada deyil, Qərbə getsəm, Onu tapa bilmirəm. 018 JOB 023 009 O, şimalda işləsə, gözüm seçməz, Cənuba dönsə, Onu görə bilmərəm. 018 JOB 023 010 Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram. 018 JOB 023 011 Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım. 018 JOB 023 012 Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim. 018 JOB 023 013 O təkbaşına dayanıb, kim Onu döndərə bilər? Könlü nə istəsə, onu edər. 018 JOB 023 014 Mənimlə bağlı qərarını yerinə yetirəcək, Belə fikirləri çoxdur. 018 JOB 023 015 Ona görə hüzurunda dəhşətə gəlirəm, Bunları düşünəndə Ondan vahimələnirəm. 018 JOB 023 016 Allah qəlbimin cəsarətini qırdı, Külli-İxtiyar məni qorxuya saldı. 018 JOB 023 017 Sifətimi qatı qaranlıq bürüsə belə, Məni zülmət susdura bilməz. 018 JOB 024 001 Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir? Niyə Onu tanıyanlar hökm günlərini görmür? 018 JOB 024 002 İnsanlar sərhəd daşlarını qaldırır, Sürüləri oğurlayıb otarır. 018 JOB 024 003 Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür. 018 JOB 024 004 Yoxsulları yoldan çıxarır, Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur. 018 JOB 024 005 Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır. 018 JOB 024 006 Zəmilərdən yem yığırlar, Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar. 018 JOB 024 007 Gecə paltarsız, çılpaq qalırlar, Soyuqda üstlərini örtməyə bir şey tapmırlar. 018 JOB 024 008 Dağlara yağan yağışdan islanırlar, Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar, 018 JOB 024 009 Yetim uşağı döşdən ayırırlar, Fəqirin körpəsini girov alırlar. 018 JOB 024 010 Bu yazıqlar paltarsız, çılpaq dolanır, Qarınları acdır, amma taxıl dərzləri daşıyır. 018 JOB 024 011 Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar, Şərab üçün üzüm sıxırlar, Amma özləri susuzluqdan yanırlar. 018 JOB 024 012 Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır. 018 JOB 024 013 Elə insanlar var ki, işığa üsyan edir, Nurlu yolu tanımır, Onun dalınca getmir. 018 JOB 024 014 Qatil gün batanda qalxır, Fəqiri, yoxsulu öldürür, Gecə oğrusuna bənzəyir. 018 JOB 024 015 Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə düşünür, Üz-gözünü gizlədir. 018 JOB 024 016 Oğrular evləri qaranlıqda yarır, Gündüz gizlənir, işıq nədir, bilmir. 018 JOB 024 017 Çünki onların sabahı qatı qaranlıqdır, Zülmətin dəhşəti onların aşnasıdır. 018 JOB 024 018 Amma onlar su üzərində köpüyə bənzər, Torpaqdan lənət payı alar, Üzüm bağlarına qayıtmazlar. 018 JOB 024 019 Necə ki quraqlıq və istilik qarı əridib udar, Ölülər diyarı da günahkarları elə götürüb aparar. 018 JOB 024 020 Onları ana bətni unudar, Qurdlar üçün ləziz yem olar, Bir də onları heç kim yada salmaz, Haqsızlıq bir ağac kimi sınar. 018 JOB 024 021 Çünki sonsuz qadınlara yamanlıq edərlər, Dul qadınlara yaxşılıq etməzlər. 018 JOB 024 022 Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar, Onlar qalxsa belə, həyatlarından əmin olmazlar. 018 JOB 024 023 Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar, Amma onlar gedən yollara göz qoyur. 018 JOB 024 024 Qısa müddətə ucalır, sonra da yox olurlar. Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar, Sünbül kimi dərilib yığılırlar. 018 JOB 024 025 Əgər belə deyilsə, Yalançı olduğumu kim sübut edə bilər? Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?» 018 JOB 025 001 Şuahlı Bildad belə cavab verdi: 018 JOB 025 002 «Səltənət və zəhm Allaha məxsusdur, Uca göylərdə nizam quran Odur. 018 JOB 025 003 Orduları saya gələrmi? İşığı kimin üzünə doğmaz? 018 JOB 025 004 Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər? 018 JOB 025 005 Bax Onun gözündə ay belə, parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə, 018 JOB 025 006 Torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər». 018 JOB 026 001 Əyyub belə cavab verdi: 018 JOB 026 002 «Biçarəyə necə də kömək etdin! Taqətdən düşən qolu necə xilas etdin! 018 JOB 026 003 Hikmətsiz adama necə məsləhət verdin! Ona bol-bol müdriklik öyrətdin! 018 JOB 026 004 Axı bu sözləri kimə söyləyirsən? Sənin ağzınla kimin ruhu danışır? 018 JOB 026 005 Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir. 018 JOB 026 006 Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. 018 JOB 026 007 Şimalı boş fəzanın üstünə yayır, Dünyanı heçliyin üstündən asır. 018 JOB 026 008 Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır. 018 JOB 026 009 Bədirlənmiş ayın üzünü örtür, Buludları üstünə çəkir. 018 JOB 026 010 Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür. 018 JOB 026 011 O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır. 018 JOB 026 012 Dənizi gücü ilə çalxalayır, Müdrikliyi ilə Rahavı vurur. 018 JOB 026 013 Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır. 018 JOB 026 014 Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?» 018 JOB 027 001 Əyyub misal çəkərək dedi: 018 JOB 027 002 «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun, 018 JOB 027 003 Nə qədər canımda can, Burnumda Allahın nəfəsi varsa, 018 JOB 027 004 Ağzımdan pis söz çıxmayacaq, Dilim yalan danışmayacaq! 018 JOB 027 005 Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm, Son nəfəsimə qədər kamilliyimdən əl çəkməyəcəyəm. 018 JOB 027 006 Salehliyimdən bərk yapışmışam, Onu buraxmaram, Elə gün keçirməmişəm ki, ürəyim tərəfindən ittiham olunum. 018 JOB 027 007 Qoy düşmən pis adamların gününə düşsün, Haqsız adamlara nə edilirsə, əleyhdarlarıma da elə edilsin. 018 JOB 027 008 Allahsız insanı Allah kəsib atanda, Canını alanda ümidi olarmı? 018 JOB 027 009 Dara düşəndə fəryadını Allah eşidəcəkmi? 018 JOB 027 010 O, Külli-İxtiyardan zövq alırmı? O hər zaman Allaha yalvarırmı? 018 JOB 027 011 Allahın qolu haqqında sizə bilik verəcəyəm, Külli-İxtiyarın niyyətini sizdən gizlətməyəcəyəm. 018 JOB 027 012 Əslində hamınız bunu görmüsünüz, Bəs niyə boş sözlər söyləyirsiniz? 018 JOB 027 013 Pis adam Allahdan belə pay alar, Külli-İxtiyardan zorakı adamlara bu nəsib olar: 018 JOB 027 014 Nə olsun, övladları çoxalır, Hamısı qılıncdan keçiriləcək, Nəslində doyunca çörək tapan olmayacaq. 018 JOB 027 015 Nəslindən sağ qalanlar xəstəlikdən ölərək dəfn ediləcək, Dul arvadları ağlaya bilməyəcək. 018 JOB 027 016 Pis insan qum qədər gümüş yığsa da, Torpaq zərrələri qədər paltar yığsa da, 018 JOB 027 017 Onun yığdığını saleh geyəcək, Gümüşünü günahsızlar böləcək. 018 JOB 027 018 Güvə çanağı kimi, Qarovulçu çardağı kimi ev tikir, 018 JOB 027 019 Varlı olaraq yatır, amma sona qədər belə qalmaz, Gözlərini açanda hamısı yox olub gedəcək. 018 JOB 027 020 Dəhşət onu sel tək basacaq, Tufan gecə onu qapıb aparacaq. 018 JOB 027 021 Şərq küləyi onu qaldırıb sovuracaq, Onu öz yerindən süpürüb aparacaq. 018 JOB 027 022 Ona qarşı amansız küləklər əsəcək, O isə yelin əlindən qaçmağa cəhd edəcək. 018 JOB 027 023 Külək onu ələ salaraq əl çalacaq, Öz yerindən onun üçün vıyıldayacaq. 018 JOB 028 001 Gümüşün mədəni, Qızılın təmizlənmə yeri var. 018 JOB 028 002 Dəmir torpaqdan çıxarılır, Mis daşlardan əridilərək alınır. 018 JOB 028 003 İnsan qaranlığa son qoyur, Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır. 018 JOB 028 004 İnsan məskənlərindən uzaq bir çuxur açır, İnsan ayağı dəyməyən yerlərdə, İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır. 018 JOB 028 005 Torpaqdan çörək çıxır, Torpağın altı isə fırlanır, elə bil odlar yanır. 018 JOB 028 006 Qayalarından göy yaqut çıxır, Orada qızıl tozu da var. 018 JOB 028 007 Oranın yolunu yırtıcı quşlar bilmir, Şahinin gözü oranı görməyib. 018 JOB 028 008 Ora məğrur heyvanların ayağı dəyməyib, Yırtıcı aslanlar oradan keçməyib. 018 JOB 028 009 Mədənçi əlini çaxmaq daşına uzadır, Dağları dibindən oynadır. 018 JOB 028 010 Qayalardan yeraltı keçidlər açır, Gözləri müxtəlif qiymətli şeylərə baxır. 018 JOB 028 011 Çayların mənbələrini bağlayır, Gizlini aşkara çıxarır. 018 JOB 028 012 Amma hikməti haradan tapmaq olar? Müdrikliyin yeri hanı? 018 JOB 028 013 İnsan onun qiymətini bilməz, Dirilər arasında ona rast gəlməz. 018 JOB 028 014 Dərinliklər deyər: “Məndə yoxdur”, Dəniz deyər: “Yanımda yoxdur”. 018 JOB 028 015 Saf qızıl onu əvəz edə bilməz, Qiyməti gümüşlə ölçülməz. 018 JOB 028 016 Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz, Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz. 018 JOB 028 017 Nə qızıl, nə də gözəl cam ona tay deyil, Hikmət saf qızıl qablarla əvəz edilmir. 018 JOB 028 018 Yanında mərcanın, büllurun adı çəkilməz, Hikmətin qiyməti yaqutdan artıqdır. 018 JOB 028 019 Kuş topazı onun tayı deyil, Onun dəyəri saf qızılla ölçülməz. 018 JOB 028 020 Bəs hikmət haradan gəlir? Müdrikliyin yeri hanı? 018 JOB 028 021 O bütün canlıların gözündən uzaqdır, Göydə uçan quşlardan belə, gizli qalır. 018 JOB 028 022 Həlak yeri ilə ölüm belə deyir: “Qulaqlarımız yalnız sorağını eşidir”. 018 JOB 028 023 Onun yolunu Allah dərk edir, Yerini yalnız O bilir. 018 JOB 028 024 Çünki yer üzünün ucqarlarına qədər baxır, Göylərin altındakı hər şeyi görür. 018 JOB 028 025 Küləyin gücünü təyin edəndə, Suları ölçəndə, 018 JOB 028 026 Yağışa qanun qoyanda, Şimşəyə yol açanda 018 JOB 028 027 Hikmətə baxıb qiymət qoydu, Onu bərqərar edib araşdırdı. 018 JOB 028 028 İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”». 018 JOB 029 001 Əyyub yenə misal çəkərək dedi: 018 JOB 029 002 «Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu, 018 JOB 029 003 Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər. 018 JOB 029 004 Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi – Mənə yar olan Allahın çadırımı qoruduğu, 018 JOB 029 005 Külli-İxtiyarın hər vaxt mənimlə olduğu, Övladlarımın ətrafımda dolandığı, 018 JOB 029 006 Yollarımın südlə yuyulduğu, Yanımdakı qayadan zeytun yağı axdığı günlər. 018 JOB 029 007 Şəhər darvazasına gedərkən, Kürsümü meydanın başına qoyarkən 018 JOB 029 008 Gənclər məni görüb gizlənərdi, Yaşlılar ayağa qalxıb hörmət göstərərdi. 018 JOB 029 009 Başçılar söhbətini dayandırardı, Əlləri ilə ağızlarını tutardı. 018 JOB 029 010 Əsilzadələrin səsi çıxmazdı, Dilləri damaqlarına yapışardı. 018 JOB 029 011 Qulaq məni eşidəndə alqışlayardı, Göz məni görəndə tərifləyərdi. 018 JOB 029 012 Çünki imdad diləyən fəqiri, Köməksiz yetimi qurtarardım. 018 JOB 029 013 Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim. 018 JOB 029 014 Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi. 018 JOB 029 015 Korlara göz idim, Topallara ayaq idim, 018 JOB 029 016 Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım, 018 JOB 029 017 Haqsızın çənəsini qırırdım, Ovunu dişlərindən qoparırdım. 018 JOB 029 018 Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm, Ömrümün günlərini qum qədər çoxaldacağam. 018 JOB 029 019 Köküm sulara tərəf rişələnəcək, Budaqlarıma şeh düşəcək. 018 JOB 029 020 Qazandığım şərəf təzələnəcək, Əlimə yeni ox-kaman gələcək”. 018 JOB 029 021 İnsanlar ehtiramla məni dinlərdi, Səssizcə məsləhətimi gözlərdi. 018 JOB 029 022 Heç kim sözümün üstündən söz deməzdi, Sözlərim üzərlərinə tökülərdi. 018 JOB 029 023 Məni yağış kimi gözləyirdilər, Yaz yağışı tək sözlərimi içirdilər, 018 JOB 029 024 Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, Gülər üzümdən ruhlanardılar. 018 JOB 029 025 Onlara yol göstərərdim, başçı kimi əyləşərdim, Əsgərlərin arasında padşah kimi ömür sürərdim, Yaslılara təsəlli verənə bənzəyərdim. 018 JOB 030 001 Amma indi yaşca məndən kiçiklər Mənə lağ edirlər. Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim, Sürümün itlərinin yanına belə, qoymazdım. 018 JOB 030 002 Çünki taqətdən düşmüşdülər, Biləklərinin gücü getmişdi, Heç biri işimə yaramırdı. 018 JOB 030 003 Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi, Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi. 018 JOB 030 004 Kollardan duzlu bitkilər toplayırdılar, Süpürgə kollarının köklərini yeyirdilər. 018 JOB 030 005 Xalq arasından qovulurdular, Üstlərinə elə çığırırdılar ki, Elə bil ki oğrudurlar. 018 JOB 030 006 Vadi yataqlarında, yerin dəliklərində, Qaya ovuqlarında yaşayırdılar. 018 JOB 030 007 Kollar arasında bağırırdılar, Qara tikan kolu altında daldalanırdılar. 018 JOB 030 008 Axmaqların, adsız-sansız insanların övladlarıdır, Ölkədən qovulmuşdular. 018 JOB 030 009 İndisə dillərində dastan olmuşam, Ağızlarında məsəl olmuşam. 018 JOB 030 010 İkrah edərək məndən gen dayanırlar, Hətta üzümə tüpürməkdən çəkinmirlər. 018 JOB 030 011 Çünki Allah kamanımın ipini boşaltdı, Məni zəlil elədi. Ona görə onlar gözümün qabağındaca Cilovlarını çıxarıb atdılar. 018 JOB 030 012 Bu avara gənclər sağ tərəfimdən çıxır, Ayaqlarımı büdrədir, Mənə qarşı torpaq qalağı düzəldir. 018 JOB 030 013 Yolumu bərbad etdilər, Onlara dəstək verən olmasa da, Məni yox etməyə çalışırlar. 018 JOB 030 014 Sanki geniş dəliklərdən keçib Viranəlikdən üstümə yuvarlanırlar. 018 JOB 030 015 Dəhşətlər üstümə doldu, Şərəfimi yel tək sovurdu, Xoşbəxtliyim bulud kimi keçib getdi. 018 JOB 030 016 İndi canım taqətdən düşdü, Dar günlər məndən bərk yapışdı. 018 JOB 030 017 Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır. 018 JOB 030 018 Allah paltarı zorla əynimdən çıxarır, Məndən cübbəmin yaxası kimi yapışır. 018 JOB 030 019 Məni lilə batırır, Toza, külə dönmüşəm. 018 JOB 030 020 Sənə yalvarıram, cavab vermirsən, Ayağa qalxmağıma göz qoyursan. 018 JOB 030 021 Mənə qarşı rəhmsizsən, Güclü əllərinlə məni əzirsən. 018 JOB 030 022 Məni qaldırıb yel üstünə mindirirsən, Fırtına içinə salıb məni darmadağın edirsən. 018 JOB 030 023 Bilirəm, məni ölümə, Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan. 018 JOB 030 024 Yıxılana əl qaldırmaq olmaz, Bəlaya düşənin harayına çatan yoxdur. 018 JOB 030 025 Məgər dara düşənlər üçün ağlamırdımmı? Yoxsulların halına yanmırdımmı? 018 JOB 030 026 Mən yaxşılıq gözlədim, yamanlıq gəldi, Mən işıq umarkən qaranlıq gəldi. 018 JOB 030 027 Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi. 018 JOB 030 028 Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm, Camaat arasında durub fəryad edirəm. 018 JOB 030 029 Çaqqallara qardaş oldum, Bayquşlara yoldaş oldum. 018 JOB 030 030 Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır. 018 JOB 030 031 Liram yas tutub nalə çəkir, Tütəyim zar-zar inləyir. 018 JOB 031 001 Gözlərim üçün əhd etmişəm, Gözüm bir qıza baxarmı? 018 JOB 031 002 İnsan yuxarıdan – Allahdan nə pay alır? İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır? 018 JOB 031 003 Məgər haqsızların başına fəlakət gəlmir? Məgər fitnəkarların başına bəla gəlmir? 018 JOB 031 004 Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır? 018 JOB 031 005 Əgər yalançı olaraq gəzmişəmsə, Ayağım fırıldaq üçün qaçıbsa, 018 JOB 031 006 Qoy Allah məni haqq tərəzisində çəksin, Kamil olduğumu görsün. 018 JOB 031 007 Yolumda əyri addım atmışamsa, Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə, Əllərimi ləkələmişəmsə, 018 JOB 031 008 Əkdiyimi yadlar yesin, Qoy əkinim kökündən çıxarılsın. 018 JOB 031 009 Əgər qəlbim başqa bir qadına meyl edibsə, Qonşumun qapısını pusmuşamsa, 018 JOB 031 010 Qoy arvadım başqasının taxılını üyütsün, Qoy onunla başqa kişilər yatsın. 018 JOB 031 011 Axı bu bir xəcalət olardı, Məhkəməyə veriləsi bir günah sayılardı. 018 JOB 031 012 Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur. Bu bütün barımı kökündən çıxarardı. 018 JOB 031 013 Əgər mənimlə çəkişəndə Nökərlərimin və kənizlərimin Haqqını yemişəmsə, 018 JOB 031 014 Allah ayağa qalxanda Mən nə edə bilərəm? Məni yoxlayanda nə cavab verərəm? 018 JOB 031 015 Anamın bətnində məni yaradan Onu yaratmayıbmı? Bətndən bizə quruluş verən O olmayıbmı? 018 JOB 031 016 Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa, Dul qadının ümidini qırmışamsa, 018 JOB 031 017 Bir tikəmi özüm yeyib Yetimə verməmişəmsə, 018 JOB 031 018 Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə, Doğulandan bəri dul qadına yol göstərməmişəmsə, 018 JOB 031 019 Paltarı olmadığı üçün canı ağrıyan, Ya örtüyə möhtac qalan yoxsulları görəndə 018 JOB 031 020 Qoyunlarımın yunu ilə onları isitməmişəmsə, Onlar da mənə ürəkdən alqış etməyiblərsə, 018 JOB 031 021 Məhkəmədə sözü keçən olduğum üçün Yetimə əl qaldırmışamsa, 018 JOB 031 022 Qollarım qırılıb çiyinlərimdən düşsün, Qoy qolum lüləsindən sınsın. 018 JOB 031 023 Çünki Allahın bəlasından qorxuram, Əzəməti qarşısında dayana bilmərəm. 018 JOB 031 024 Əgər qızıla ümid bağlamışamsa, Saf qızıla “ümidim sənsən” demişəmsə, 018 JOB 031 025 Əgər bol sərvətimə görə, Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə, 018 JOB 031 026 Əgər parlayan günəşə, İşıq saçaraq dövran edən aya baxıb, 018 JOB 031 027 Könlümün meylini gizlicə azdırıb, Sitayiş etmək üçün əlimlə onlara Öpüş yollamışamsa, 018 JOB 031 028 Bu da məni ittiham edən günah sayılardı, Çünki ucalarda olan Allahı danmış olardım. 018 JOB 031 029 Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə, Başına bəla gəldi deyə fərəhlənmişəmsə, 018 JOB 031 030 Kiminsə canına qarğış yağdıraraq Dilimə günah işlətməyə yol vermişəmsə, 018 JOB 031 031 Evimdəki insanlar “Əyyubun verdiyi ətlə Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa, 018 JOB 031 032 – Heç bir yadelli gecəni küçədə keçirməzdi, Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi – 018 JOB 031 033 Əgər təqsirimi gizlətmişəmsə, Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə, 018 JOB 031 034 Camaatdan qorxduğum üçün, El qınağından dəhşətə gəldiyim üçün Dinməzcə bayıra çıxmamışamsa… 018 JOB 031 035 Kaş məni bir eşidən olaydı! Bu sözümü təsdiq edirəm, Qoy Külli-İxtiyar mənə bir cavab versin! Əleyhdarım bunu tumara yazıb əlimə versin. 018 JOB 031 036 Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim, Başıma tac edərdim. 018 JOB 031 037 Onda atdığım hər addımı Allaha bildirərdim, Mən bir şahzadə kimi Onun yanına gedərdim. 018 JOB 031 038 Torpağım da məndən fəryad edirsə, Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa, 018 JOB 031 039 Pulunu vermədən məhsulu yemişəmsə, Buranın sakinlərinin ürəyini qırmışamsa, 018 JOB 031 040 Qoy sahəmdə buğda yerinə tikan, Arpa yerinə alaq bitsin». Əyyubun söhbəti sona yetdi. 018 JOB 032 001 Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi. 018 JOB 032 002 Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı. 018 JOB 032 003 Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar. 018 JOB 032 004 Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi. 018 JOB 032 005 Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı. 018 JOB 032 006 Buzlu Barakelin oğlu Elihu belə dedi: «Mən yaşca kiçiyəm, sizsə yaşlısınız. Ona görə çəkindim, Bildiyimi sizə söyləməyə qorxdum. 018 JOB 032 007 Dedim “qoy danışsın çox uzun ömür sürənlər, Qoy hikmət öyrətsin çox illərin şahidləri”. 018 JOB 032 008 Həqiqətən, insanda olan ruh, Külli-İxtiyarın nəfəsi insana ağıl verir. 018 JOB 032 009 Hikmət yaşda olmaz, Ədaləti dərk etmək yaşa baxmaz. 018 JOB 032 010 Ona görə deyirəm ki, məni dinləyin, Qoy mən də bildiyimi söyləyim. 018 JOB 032 011 Siz danışarkən mən gözlədim, Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim. 018 JOB 032 012 Bütün diqqətimi sizə tərəf çevirdim, Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz, Onun dediklərinə cavab vermədiniz. 018 JOB 032 013 Əsla deməyin ki, hikmət tapmışıq, Haqsızlığını insan yox, Allah ona sübut etsin. 018 JOB 032 014 Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm, Sizin sözlərinizlə ona cavab verməyəcəyəm. 018 JOB 032 015 Onlar məəttəl qaldılar. Artıq cavab tapmadılar. Deməyə sözləri qalmadı. 018 JOB 032 016 Onlar danışmırlar, dayanıblar, Cavab vermirlər deyə Mən gözləməliyəmmi? 018 JOB 032 017 Amma deməyə sözüm var, Mən də bildiyimi söyləyim. 018 JOB 032 018 Çünki sinəm sözlə doludur, Köksümdəki ruh məni sıxır, 018 JOB 032 019 Az qalır açılmamış şərab kimi, Təzə tuluqlar kimi bağrım çatlasın. 018 JOB 032 020 Qoy danışım, rahatca nəfəs alaram, Dil açıb cavab verim. 018 JOB 032 021 Heç kimin tərəfini saxlamayacağam, Heç kimə yaltaqlıq etməyəcəyəm. 018 JOB 032 022 Çünki yaltaqlıq nədir bilmərəm, Yoxsa Yaradanım məni yox edər. 018 JOB 033 001 Əyyub, indisə mənim sözümü dinlə, Hər kəlməmə qulaq as. 018 JOB 033 002 Bax ağzımı açıram, Dilim bu sözləri deyir. 018 JOB 033 003 Sözlərim səmimi ürəkdən gəlir, Dodaqlarım biliyi doğru söyləyir. 018 JOB 033 004 Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi. 018 JOB 033 005 Əgər əlindən gəlirsə, mənə cavab ver, Sıraya düz sözlərini, qarşımda dayan. 018 JOB 033 006 Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm. 018 JOB 033 007 Dəhşətimdən vahiməyə düşmə, Bu hücumum sənə ağır gəlməsin. 018 JOB 033 008 Həqiqətən, səsin hələ qulaqlarımdadır, Belə demişdin: 018 JOB 033 009 “Pakam, günahsızam, Təmizəm, təqsirsizəm. 018 JOB 033 010 Yenə də Allah mənə qarşı bəhanə axtarır, Məni Özünə düşmən sayır. 018 JOB 033 011 Ayaqlarımı buxovlayır, Bütün yollarıma göz qoyur”. 018 JOB 033 012 Amma qoy bunu sənə söyləyim ki, Sən bu barədə haqsızsan, Çünki Allah insandan böyükdür. 018 JOB 033 013 İnsanın heç bir sözünə cavab vermir deyə Niyə Onunla çəkişirsən? 018 JOB 033 014 Çünki insan anlamasa da, Allah bu və ya digər yolla danışır. 018 JOB 033 015 Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda 018 JOB 033 016 İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki, 018 JOB 033 017 İnsan şər iş görməkdən dönsün, Təkəbbürdən uzaq olsun. 018 JOB 033 018 İnsanın canını quyudan, Həyatını qılıncla həlak olmaqdan qurtarır, 018 JOB 033 019 İnsanı yatağında ağrılarla, Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir. 018 JOB 033 020 Belə ki könlündən yemək keçmir, Ən ləziz yeməkdən iyrənir. 018 JOB 033 021 Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır. 018 JOB 033 022 Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır. 018 JOB 033 023 İnsana əməlisalehliyini bəyan etmək üçün Min mələyin içindən bir mələk, bir vasitəçi olsa, 018 JOB 033 024 O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”. 018 JOB 033 025 Onda bədəni uşaq bədəni kimi təzə olar, Yeniyetməlik dövrünə qayıdar. 018 JOB 033 026 Dua edəndə Allah ondan razı qalar, Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər. 018 JOB 033 027 Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi. 018 JOB 033 028 Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”. 018 JOB 033 029 Bax Allah bütün bunları insanlara Ya iki dəfə ya da üç dəfə edər ki, 018 JOB 033 030 Onların canını quyudan xilas etsin, Onlar həyatın nurunu görsün. 018 JOB 033 031 Yaxşı dinlə, Əyyub, bir qulaq as, Sakit ol, qoy danışım. 018 JOB 033 032 Əgər deməyə sözün varsa, mənə cavab ver, Danış, çünki səni haqlı çıxarmaq istəyirəm. 018 JOB 033 033 Sözün yoxsa, mənə qulaq as, Sakit ol, qoy sənə hikmət öyrədim». 018 JOB 034 001 Elihu söhbətini belə davam etdirdi: 018 JOB 034 002 «Ey hikmətlilər, sözlərimi dinləyin, Ey çoxbilənlər, məni eşidin. 018 JOB 034 003 Çünki damaq yeməyin dadını bildiyi kimi Qulaq da sözləri müəyyən edir. 018 JOB 034 004 Gəlin doğrunu seçək, Birlikdə yaxşını öyrənək. 018 JOB 034 005 Çünki Əyyub deyir: “Mən günahsızam, Allah isə əlimdən haqqımı aldı. 018 JOB 034 006 Haqlı olduğum halda yalançı sayılıram, Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”. 018 JOB 034 007 Əyyub kimi şəxsiyyət varmı? O, kinayəni su kimi içir. 018 JOB 034 008 Pislik edənlərlə yoldaşlıq edib gəzir, Pis adamlarla yol gedir. 018 JOB 034 009 Çünki “çalışıb Allahı razı salmaq İnsana xeyir gətirməz” deyir. 018 JOB 034 010 Buna görə, ey dərrakəli insanlar, məni dinləyin! Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi? 018 JOB 034 011 Çünki O hər kəsə əməlinin əvəzini verir, Qazandığını başına gətirir. 018 JOB 034 012 Məgər Allah pislik edir? Məgər Külli-İxtiyar haqsızlıq edir? 018 JOB 034 013 Ona bütün dünyanı kim təslim etdi? Kim Onu yer üzərində təyin etdi? 018 JOB 034 014 Əgər qəsdinə durub Ruhunu, nəfəsini geri çəkərsə, 018 JOB 034 015 Bir anda bütün bəşər yox olar, İnsan torpağa qayıdar. 018 JOB 034 016 Əgər düşüncən varsa, bunları dinlə, Sözlərimi eşit. 018 JOB 034 017 Ədalətə nifrət edən səltənət sürə bilərmi? Adil və qüdrəti Olanımı məhkum edəcəksən? 018 JOB 034 018 Padşahlara “yaramazsınız”, Əsilzadələrə “şərsiniz” deyən, 018 JOB 034 019 Başçılar arasında tərəfkeşlik etməyən, Varlını yoxsuldan üstün saymayan O deyilmi? Çünki hamını Onun əlləri yaratdı, 018 JOB 034 020 Hamı bir an içində, bir gecə yarısı ölüb gedir, Xalq lərzəyə gəlib ölür. Güclülər belə, əl dəyməmiş aradan götürülür. 018 JOB 034 021 Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. 018 JOB 034 022 Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var. 018 JOB 034 023 Hökm üçün hüzuruna gəlsinlər deyə Allah insana nəzarət etmək üçün ehtiyac duymur. 018 JOB 034 024 İstintaq etmədən güclü insanları qırır, Onların yerinə başqalarını qoyur. 018 JOB 034 025 Çünki onların işlərini bilir, Bir gecə onları alt-üst edir, onlar əzilir. 018 JOB 034 026 Hamının gözü önündə Pislikləri üzündən onlara cəza verir. 018 JOB 034 027 Çünki Onun ardınca getmədilər, Yollarının heç birinə fikir vermədilər. 018 JOB 034 028 Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi. 018 JOB 034 029 Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər? Hər millət, hər insan üçün O eynidir ki, 018 JOB 034 030 Allahsız insan hökmranlıq etməsin, Xalqa tələ qurmasın. 018 JOB 034 031 Allaha deyən olubmu: “Günahkaram, bir də pis iş görməyəcəyəm? 018 JOB 034 032 Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”. 018 JOB 034 033 Onu atdığın halda sənə Kefin istəyən əvəz verməlidirmi? Qərar verən sənsən, mən deyiləm, İndi bildiyini mənə söylə. 018 JOB 034 034 Dərrakəli insanlar, Məni dinləyən müdrik adamlar deyəcək: 018 JOB 034 035 “Əyyub avam-avam danışır, Sözlərinin mənası yoxdur”. 018 JOB 034 036 Bir şər adam kimi cavab verdiyi üçün Qoy Əyyub axıradək sınaqda olsun! 018 JOB 034 037 Çünki günahına üsyankarlıq da artırır, Qarşımızda elə bil rişxənd edərək əl çalır, Allaha qarşı danışdıqca danışır». 018 JOB 035 001 Elihu sözünü belə davam etdirdi: 018 JOB 035 002 «Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən? 018 JOB 035 003 Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?” 018 JOB 035 004 Həm sənə, həm də dostlarına Belə cavab verəcəyəm. 018 JOB 035 005 Bir bax səmaya, Nəzər sal başının üstündəki buludlara. 018 JOB 035 006 Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı? 018 JOB 035 007 Sənin salehliyin Ona nə verir? Yaxud da O, əlindən nəyi alıb götürür? 018 JOB 035 008 Pisliyin özün kimisinə ziyan vurur, Salehliyin isə bəşər oğlu üçündür. 018 JOB 035 009 İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir. 018 JOB 035 010 Amma deyən yoxdur: “Hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah? 018 JOB 035 011 O bizi yer üzünün heyvanlarından çox öyrədib, Bizə göydəki quşlardan daha çox hikmət verib”. 018 JOB 035 012 Orada pislərin qüruru üzündən İnsanlar fəryad edir, Amma Allah cavab vermir. 018 JOB 035 013 Əslində Allah boş fəryadı dinləmir, Külli-İxtiyar buna əhəmiyyət vermir. 018 JOB 035 014 Sən onu görmədiyini söylədiyin anda belə, Mübahisən önündədir, Onu gözlə. 018 JOB 035 015 İndi qəzəblənib cəzalandırmırsa, Təqsirin çoxluğuna baxmır. 018 JOB 035 016 Ona görə Əyyub boş yerə ağzını yorur, Avam-avam danışdıqca danışır». 018 JOB 036 001 Elihu sözünü belə davam etdirdi: 018 JOB 036 002 «Bir az səbir elə, sənə izah edəcəyəm, Çünki Allah barədə deyiləcək çox sözüm var. 018 JOB 036 003 Geniş məlumat toplayacağam, Yaradanıma haqq verəcəyəm. 018 JOB 036 004 Dediyimin heç biri, şübhəsiz, yalan deyil, Qarşında dayanan kamil bilicidir. 018 JOB 036 005 Allah güclüdür, kimsəyə xor baxmaz, Güclüdür, dərin şüura malikdir. 018 JOB 036 006 Pis adamları yaşatmaz, Fəqirlərin haqqını verər. 018 JOB 036 007 Salehdən gözünü çəkməz, Onu padşahlarla birgə taxtda oturdar, Əbədilik ucaldar. 018 JOB 036 008 Amma əgər insanlar zəncirlənib Təzyiq altında saxlanarsa, 018 JOB 036 009 Onlara əməllərini, günahlarını göstərər, Təkəbbürlü rəftar etdiklərini bildirər. 018 JOB 036 010 Öyüdlərini eşitdirər, Pislikdən dönmələrini əmr edər. 018 JOB 036 011 Əgər Ona qulaq asıb qulluq edərlərsə, Qalan günlərini bolluq içində yaşarlar, Qalan illərini əmin-amanlıqda yaşarlar. 018 JOB 036 012 Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar. 018 JOB 036 013 Allahsızlar ürəklərində kin saxlayırlar, Allah onları qandallayanda belə, Onu çağırmırlar. 018 JOB 036 014 Vaxtsız ölüb gedərlər, Şərəfsiz ömür sürərlər. 018 JOB 036 015 Amma Allah əzabkeşləri əzablarından xilas edər, Dara düşəndə onlara səsini eşitdirər. 018 JOB 036 016 Bəli, O səni çətinlikdən Darısqal olmayan geniş yerə, Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar. 018 JOB 036 017 Amma şərin hökmü vücuduna dolar, Haqq-ədalət isə yaxandan tutar. 018 JOB 036 018 Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın, Rüşvətin böyüklüyünü görüb azmayasan. 018 JOB 036 019 Səni dardan qurtarmağa, Varının, yoxsa qüdrətinin gücü çatarmı? 018 JOB 036 020 Xalqların öz yerlərindən Yox edildiyi gecənin həsrətini çəkmə. 018 JOB 036 021 Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən, Çünki zəlil olmaqdan çox bunu seçmisən. 018 JOB 036 022 Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır? 018 JOB 036 023 Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər? Kim Ona “haqsızsan” deyə bilər? 018 JOB 036 024 Onun işlərini yada sal, İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən. 018 JOB 036 025 Bütün insanlar bunu görür, Hamı bu işləri uzaqdan seyr edir. 018 JOB 036 026 Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik, İllərinin sayını araşdıran yoxdur. 018 JOB 036 027 Su damcılarını yuxarı qaldırır, Buxarlandırır, yağış yağdırır. 018 JOB 036 028 Bu yağışlar buludlardan tökülür, İnsanların üstünə bol yağışlar səpilir. 018 JOB 036 029 Buludların necə yayılmasını, Göylərin çadırında guruldamasını Kim dərk edə bilər? 018 JOB 036 030 Baxın, ətrafında şimşəkləri çaxdırır, Dənizin dərinliklərini doldurur. 018 JOB 036 031 Allah xalqlara rəhbərlik edir, Onları bol ərzaqla təmin edir. 018 JOB 036 032 Şimşəyi əlləri ilə tutur, Hədəfə vurmasını buyurur. 018 JOB 036 033 Gurultusu qasırğadan xəbər verir, Qasırğanın qopacağını öküzlərə belə, bildirir. 018 JOB 037 001 Bundan qəlbim çırpınıb yerindən oynayır, 018 JOB 037 002 Dinləyin! Gurlayan səsini dinləyin, Ağzından çıxan harayını eşidin! 018 JOB 037 003 Göy altında, hər yanda səs salır, Yer üzünün dörd bucağında şimşəyini çaxdırır. 018 JOB 037 004 Ardınca nərə vurur, Əzəmətli səsi ilə gurlayır, Həniri eşidilir, dayanmadan şimşək çaxır. 018 JOB 037 005 Allahın səsi heyrətamiz şəkildə gurlayır, O bizə məlum olmayan böyük işlər görür. 018 JOB 037 006 Çünki “yerə yağ” deyə qara əmr edir, Leysana “şiddətlə tökül” deyir. 018 JOB 037 007 Yaratdığı bütün insanlar Onun işlərini bilsinlər deyə Hər kəsin əlini işdən saxlayır. 018 JOB 037 008 Heyvanlar yuvalarına çəkilir, Öz yerlərində qalır. 018 JOB 037 009 Tufan otağından çıxır, Soyuq şimal yellərindən gəlir. 018 JOB 037 010 Allahın nəfəsi suları dondurur, Ümman sular buz bağlayır. 018 JOB 037 011 Buludlara nəm çəkdirərək yükləyir, Buludlar içindən şimşək səpələyir. 018 JOB 037 012 Buludlar yer üzündə əmrini yerinə yetirmək üçün Onun istəyi istiqamətində dönüb fırlanır. 018 JOB 037 013 Bəzən insanları cəzalandırmaq üçün, Bəzən torpağı suvarmaq üçün, Bəzən də sevgisini göstərmək üçün yağış göndərir. 018 JOB 037 014 Əyyub, bunu dinlə, Bir dayan, Allahın heyrətamiz işlərindən düşün. 018 JOB 037 015 Allahın buludlar üçün necə nizam qurduğunu bilirsənmi? Buludlarındakı şimşəkdən necə od çıxır? 018 JOB 037 016 Buludların tarazlığını, Kamil biliyə malik olanın heyrətamiz işlərini bilirsənmi? 018 JOB 037 017 Səmum küləyi dünyanın nəfəsini kəsərkən Paltarın içərisində istidən huşunu itirirsən. 018 JOB 037 018 Tökmə bürünc ayna kimi möhkəm olan göy qübbəsini Allahla birlikdə sərə bilirsənmi? 018 JOB 037 019 Ona nə deyəcəyimizi bizə öyrət, Çünki cəhalətimiz üzündən sözlərimiz nizamsızdır. 018 JOB 037 020 Onunla danışmaq istərəm, bu Ona xəbər verilərmi? Kimsə udulmasını istərmi? 018 JOB 037 021 Külək qurtaranda, göyü təmizləyəndə Göydə parlayan işığa kimsə baxmaz. 018 JOB 037 022 Şimaldan qızılı parıltı görünür, Allah qüdrətli əzəmətində gəlir. 018 JOB 037 023 Biz Külli-İxtiyarı tapa bilmərik, Qüvvəti möhtəşəmdir. Salehliyi misilsizdir, ədalətlidir, Heç haqsızlıq etmir. 018 JOB 037 024 Buna görə insanlar Ondan qorxar, O özünü hikmətli sayanlara baxmaz». 018 JOB 038 001 O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi: 018 JOB 038 002 «Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir? 018 JOB 038 003 İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver. 018 JOB 038 004 Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə. 018 JOB 038 005 İndi ki bilirsən, De görüm, yerin ölçüsünü kim qoydu, Yaxud yer üstündə ölçü xəttini kim çəkdi? 018 JOB 038 006 Nəyin üstündə onun təməlləri quruldu? Kim onun guşədaşını qoydu? 018 JOB 038 007 Onda dan ulduzları birgə nəğmə oxuyurdu, Bütün ilahi varlıqlar sevincdən haray salırdı. 018 JOB 038 008 Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı? 018 JOB 038 009 Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim. 018 JOB 038 010 Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum. 018 JOB 038 011 O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”. 018 JOB 038 012 Sən ömründə səhərə buyruq verdinmi? Şəfəqə yerini göstərdinmi? 018 JOB 038 013 Belə ki yer üzünün ucqarlarını tutsun, Üstündən pisləri çırpıb atsın. 018 JOB 038 014 Torpağın quruluşu dəyişir, Möhür vurulanda palçıqda əksi qalan kimi, Libasdakı qırışlar kimi gözə görünür. 018 JOB 038 015 Pislərin nuru batırılar, Qaldırdıqları qolları qırılar. 018 JOB 038 016 Dənizin mənbələrinə getmisənmi? Dərinliyin dibində gəzmisənmi? 018 JOB 038 017 Ölüm dərgahı sənə göstərilibmi? Ölüm kölgəsinin qapılarını görmüsənmi? 018 JOB 038 018 Dünyanın həcmini dərk edə bilirsənmi? De görüm, bunların hamısını bilirsənmi? 018 JOB 038 019 İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır? 018 JOB 038 020 Onları yerlərinə apara bilərsənmi? Evlərinin yolunu bilirsənmi? 018 JOB 038 021 Əlbəttə, heç nə anlamırsan, Çünki onlarla eyni vaxtda doğulmusan! Yaşın bu qədərdir. 018 JOB 038 022 Qar anbarlarına girmisənmi? Dolu anbarlarını görmüsənmi? 018 JOB 038 023 Mən onları dar gün üçün, Döyüş və müharibə günləri üçün saxlayıram. 018 JOB 038 024 Hansı yolla işıq yayılar, Yer üzündə şərq küləyi qopar? 018 JOB 038 025 Kim sellər üçün arx, İldırım üçün yol açdı ki, 018 JOB 038 026 Kimsəsiz yerləri, İnsan yaşamayan çölləri sulasın, 018 JOB 038 027 Səhralar – biyabanlar doyunca su içsin, Yaşıl ot bitsin? 018 JOB 038 028 Yağışın atası varmı? Şeh damlalarını kim yaratdı? 018 JOB 038 029 Buz kimin bətnindən çıxdı? Göylərdən düşən şaxtanı kim doğdu? 018 JOB 038 030 Sular nə zaman daş kimi bərkiyir, Dərinliklərin səthi donur? 018 JOB 038 031 Ülkər ulduzlarını bağlaya bilərsənmi? Orionun bağlarını aça bilərsənmi? 018 JOB 038 032 Hər bürcü öz vaxtında çıxara bilərsənmi? Böyük, Kiçik Ayı bürcünə yol göstərə bilərsənmi? 018 JOB 038 033 Göylərin qanunlarını bilirsənmi? Allahın hakimiyyətini yer üzərində qura bilərsənmi? 018 JOB 038 034 Başına bol yağış yağsın deyə Buludları səsləyə bilərsənmi? 018 JOB 038 035 Şimşəkləri göndərə bilərsənmi getsinlər, Sənə də “bax buradayıq” desinlər? 018 JOB 038 036 Kim ürəyə hikmət qoydu, Dərk etmək üçün şüur verdi? 018 JOB 038 037 Kim buludları ağılla saya bilər? Göyün tuluqlarını kim boşalda bilər? 018 JOB 038 038 Onda toz yatıb yer bərkiyər, Kəsəklər bir-birinə yapışar. 018 JOB 038 039 Dişi aslanlar üçün ov ovlaya bilərsənmi, Gənc aslanların qarnını doyura bilərsənmi 018 JOB 038 040 Yuvalarına girəndə, Kolluqda pusqu quranda? 018 JOB 038 041 Kim qarğaya yem verə bilər Balaları Allaha fəryad edəndə, Acından vurnuxanda? 018 JOB 039 001 Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi? Maralların balalamasının vaxtını sən gözləyirsənmi? 018 JOB 039 002 Onlar boğaz olanda ayını-gününü sən sayırsanmı? Nə vaxt doğacaqlarını bilirsənmi? 018 JOB 039 003 Diz çöküb balalarını doğar, Ağrılardan qurtarar. 018 JOB 039 004 Balaları çöldə böyüyüb güc alar, Gedər, geri qayıtmaz. 018 JOB 039 005 Kim vəhşi eşşəyi azad buraxdı? Kim onun iplərini açdı? 018 JOB 039 006 Ona çölləri məskən verdim, Şoran düzləri ona yurd etdim. 018 JOB 039 007 O, şəhərdəki izdihama gülər, Sahibinin hay-küyünü eşitməz. 018 JOB 039 008 Təpələri dolaşıb otlar, Yaşıllığı axtarar. 018 JOB 039 009 Çöl öküzü sənə xidmət etmək istəyərmi? Gecəni sənin axurunda keçirərmi? 018 JOB 039 010 Kotan sürsün deyə onu boyunduruğa sala bilərsənmi? Ardınca dərələrdə şırım aça bilərmi? 018 JOB 039 011 Onun hədsiz gücünə bel bağlaya bilərsənmi? Ona ağır iş gördürə bilərsənmi? 018 JOB 039 012 Çöl öküzünə etibar edə bilərsən ki, Əkininin məhsulunu daşısın, Onu xırmanına yığsın? 018 JOB 039 013 Dəvəquşu qanadını sevinclə çırpar, Amma onun qanadı nə leyləyin qanadları ilə, Nə də ki pərləri ilə müqayisə olunur. 018 JOB 039 014 Yerdə yumurtalayır, Onları toz-torpaq üstündə qızdırır. 018 JOB 039 015 Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır, Çöl heyvanlarının ayağı altında qalır. 018 JOB 039 016 Balaları ilə elə sərt rəftar edir ki, Elə bil özününkü deyil, Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz. 018 JOB 039 017 Çünki Allah ona müdriklik verməyib, Ona dərrakə bəxş etməyib. 018 JOB 039 018 Qaçmaq üçün yenə qanad açanda Ata və atlıya gülər. 018 JOB 039 019 Ata güc verən sənsənmi? Boynuna yalı qoyan sənsənmi? 018 JOB 039 020 Onu çəyirtkə kimi tullandıran sənsənmi? Onun təmtəraqlı kişnəməsi xof salır. 018 JOB 039 021 Dərələrə ayağını bərk vurur, Öz qüvvəsi ilə sevinib-coşur, Silahlıların qabağına çıxır. 018 JOB 039 022 Qorxuya gülər, heç bir şeydən çəkinməz, Qılınc qarşısında ayağını geri çəkməz. 018 JOB 039 023 Onun üstündə oxdan cingildəyir, Parlaq nizə və mizraq şimşək tək keçir. 018 JOB 039 024 Coşanda qəzəblənib yeri-yurdu qapır, Şeypur çalınan kimi yerindən dik atılır. 018 JOB 039 025 Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir, Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini, Döyüşün nərəsini uzaqdan hiss edir. 018 JOB 039 026 Məgər qırğı sənin dərrakənləmi uçur, Cənuba tərəf qanad açır? 018 JOB 039 027 Məgər qartal sənin əmrinləmi göyə qalxır, Uca yerlərdə özünə yuva qurur? 018 JOB 039 028 Sıldırım qayalarda yaşayır, Şiş uclu qayalarda məskən salır. 018 JOB 039 029 Oradan şikarını axtarır, Gözləri onları uzaqdan görür. 018 JOB 039 030 Onun balaları qanla qidalanır, Harada leş olsa, o da oradadır». 018 JOB 040 001 Rəbb Əyyuba belə dedi: 018 JOB 040 002 «Kim ki tənbehə layiq görülür, O, Külli-İxtiyarla mübahisə edə bilərmi? Qoy buna Allahı ittiham edən cavab versin». 018 JOB 040 003 Onda Əyyub Rəbbə belə cavab verdi: 018 JOB 040 004 «Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam. 018 JOB 040 005 Bir dəfə danışdım, daha cavabım yoxdur, Artıq ikinci dəfə nə danışım». 018 JOB 040 006 Rəbb qasırğanın içindən Əyyuba cavab verdi: 018 JOB 040 007 «İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver. 018 JOB 040 008 Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan? 018 JOB 040 009 Allahın qolu kimi qolun varmı? Səsin Onunku kimi gurlayarmı? 018 JOB 040 010 Əgər belədirsə, şərəfə, şana bürün, Ehtişamı, əzəməti geyin. 018 JOB 040 011 Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt. 018 JOB 040 012 Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal. 018 JOB 040 013 Hamısını birlikdə torpaq altında basdır, Məzarda üzləri kəfənə bürünsün. 018 JOB 040 014 O zaman Mən də bunu qəbul edərəm, Belə ki sağ qolun səni qurtarır. 018 JOB 040 015 Behemota bax, öküz kimi ot yeyir, Səni yaratdığım kimi onu da Mən yaratmışam, 018 JOB 040 016 Gör belində nə qədər güc var, Qarın əzələləri necə möhkəmdir. 018 JOB 040 017 Sallanan quyruğu sidr ağacına bənzəyir, Budlarındakı vətərlər bir-birinə hörülüb. 018 JOB 040 018 Sümükləri sanki tunc borudur, Qabırğaları elə bil dəmir çubuqdur. 018 JOB 040 019 Allahın işləri arasında şah əsərdir, Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir. 018 JOB 040 020 Təpələr məhsullarını ona verir, Bütün çöl heyvanları yanında oynaşır. 018 JOB 040 021 Nilufərlərin altında, Qamışla örtülü bataqlıqlarda yatır. 018 JOB 040 022 Nilufərlər üstünə kölgə salır, Dərənin söyüdləri onu əhatəyə alır. 018 JOB 040 023 Coşğun çaylardan qorxmur, Sellər boğazına çatsa da, arxayındır. 018 JOB 040 024 Gözləri açıq ikən kim onu tuta bilər? Kim qıra ilə onun burnunu deşər? 018 JOB 041 001 Məgər sən Livyatanı qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi? 018 JOB 041 002 Burnuna ip taxa bilərsənmi? Qıra ilə çənəsini deşə bilərsənmi? 018 JOB 041 003 Sənə yalvarıb-yaxararmı, Səninlə şirin-şirin danışarmı? 018 JOB 041 004 Əbədi qulun olmaq üçün Səninlə əhd kəsərmi? 018 JOB 041 005 Quşla oynadığın kimi onunla oynaya bilərsənmi? Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi? 018 JOB 041 006 Məgər tacirlər onu alıb-satarlarmı? Aralarında bölə bilərlərmi? 018 JOB 041 007 Yabalarla dərisini, Balıqçı neştərləri ilə başını doldura bilərsənmi? 018 JOB 041 008 Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et, Onda bu işi bir daha görməzsən. 018 JOB 041 009 Onu tutmaq ümidin boş istəkdir. Onun görkəmi adamı yıxmırmı? 018 JOB 041 010 Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur. Bəs Mənim qarşımda kim dayana bilər? 018 JOB 041 011 Kim Mənə bir şey verib ki, ona geri qaytarım? Bax göylər altında hər şey Mənimdir. 018 JOB 041 012 Sözümü kəsməyib onun əzalarından, Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm. 018 JOB 041 013 Üstündəki paltarı kim çıxara bilər? Qoşa cilovla kim ona yaxınlaşa bilər? 018 JOB 041 014 Ağzının qapılarını kim aça bilər? Çünki damağındakı dişlər dəhşətlidir. 018 JOB 041 015 Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır, Onlar bir-birinə möhkəm bağlanıb, 018 JOB 041 016 Bir-birlərinə elə bağlanıb ki, Arasından hava keçməz. 018 JOB 041 017 Bir-birlərinə elə yapışıb ki, Birdir, ayrılmaz. 018 JOB 041 018 Asqıranda od sıçrayır, Gözləri səhər işığı tək par-par yanır. 018 JOB 041 019 Ağzından alovlu məşəllər çıxır, Qığılcımlar saçılır. 018 JOB 041 020 Burnunun deşiklərindən tüstü çıxır, Elə bil qazan qaynayır, qamış yanır. 018 JOB 041 021 Nəfəsindən kömürlər közərir, Ağzından alov çıxır. 018 JOB 041 022 Boynunda qüvvət yaşayır, Qabağında dəhşət oynayır. 018 JOB 041 023 Ətinin qatları bir-birinə bitişib, Oradan tərpənə bilməz, üstünə bərk yapışıb. 018 JOB 041 024 Ürəyi daş kimi möhkəmdir, Dəyirmanın alt daşı kimi bərkdir. 018 JOB 041 025 Qalxanda güclülər lərzəyə gəlir, Qorxub ürəkləri gedir. 018 JOB 041 026 Üstünə qılınc çəkməyin faydasızdır, Nizə, tir, mizraqdan kar aşmır. 018 JOB 041 027 Dəmiri saman çöpü, Tuncu çürük odun sayır. 018 JOB 041 028 O, oxlardan qaçmır, Sapanddan daş atsan, elə bilər ki, çöpdür. 018 JOB 041 029 Dəyənəkləri küləş qırıntısı sanır, Mizraqın vıyıltısına gülür. 018 JOB 041 030 Qarnının altı sərt saxsıya oxşayır, Palçıq üstə vəl kimi iz qoyur. 018 JOB 041 031 Dərin suları bir qazan kimi qaynadır, Dənizi ətir küpünə döndərir, 018 JOB 041 032 Arxasınca parlaq bir iz buraxır, İnsan bu dərinliyi ağaran saça oxşadır. 018 JOB 041 033 Yer üzündə misli-bərabəri yoxdur, Qorxu bilməyən məxluqdur. 018 JOB 041 034 Hər lovğalanana xor baxır, Bütün məğrur heyvanların hakimidir». 018 JOB 042 001 O vaxt Əyyub Rəbbə belə cavab verdi: 018 JOB 042 002 «Bilirəm, Sən hər şeyə qadirsən, Sənin istəyinin qarşısı alınmaz. 018 JOB 042 003 Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?” Doğrudan da, bilmədiyim şeylərdən, Əlim çatmadığı heyrətamiz işlərdən danışdım. 018 JOB 042 004 Dedin: “İndi qulaq as, Mən danışacağam, Sual verəcəyəm, Mənə cavab ver”. 018 JOB 042 005 Qulaqlarıma sorağın çatmışdı, İndisə Səni gözlərimlə görürəm. 018 JOB 042 006 Ona görə özümdən zəhləm gedir, Torpağın, külün içində tövbə edirəm». 018 JOB 042 007 Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: «Sənə və iki dostuna qarşı qəzəbdən alışıb-yandım. Çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz. 018 JOB 042 008 İndi özünüz üçün yeddi buğa və yeddi qoç alıb qulum Əyyubun yanına gedin və özünüz üçün yandırma qurbanı təqdim edin. Qulum Əyyub sizin üçün dua etsin. Mən də onun duasını qəbul edib sizinlə axmaqlığınıza görə rəftar etməyəcəyəm, çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz». 018 JOB 042 009 Beləcə Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar gedib Rəbbin onlara dediklərinə əməl etdi. Rəbb də Əyyubun duasını qəbul etdi. 018 JOB 042 010 Əyyub dostları üçün dua edəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqkı malından da ikiqat artıq var-dövlət verdi. 018 JOB 042 011 Əyyubun bütün qardaşları, bacıları və bütün əvvəlki dost-tanışları yanına gəlib evində onunla çörək yedi və dərdinə şərik oldular. Rəbbin onun başına gətirdiyi bütün bəlalara görə ona təsəlli verdilər. Hər biri ona bir parça gümüş və bir qızıl halqa verdi. 018 JOB 042 012 Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi. Onun on dörd min qoyunu, altı min dəvəsi, min cüt öküzü və min eşşəyi var idi. 018 JOB 042 013 Əyyubun yeddi oğlu, üç qızı oldu. 018 JOB 042 014 İlk qızının adını Yemima, ikincisinin adını Qesia, üçüncüsünün adını Qeren-Happuk qoydu. 018 JOB 042 015 Ölkənin heç bir yerində Əyyubun qızları kimi gözəl qızlar yox idi. Əyyub onlara da qardaşları ilə yanaşı miras verdi. 018 JOB 042 016 Bundan sonra Əyyub yüz qırx il yaşadı və dörd nəsil övladlarını gördü. 018 JOB 042 017 O qocalıb yaşa dolaraq öldü. # # BOOK 019 PSA Psalms Zəbur 019 PSA 001 001 Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! 019 PSA 001 002 O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər. 019 PSA 001 003 Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar. 019 PSA 001 004 Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər. 019 PSA 001 005 Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz. 019 PSA 001 006 Çünki Rəbb salehlərin yolunu bilər, Pislərin yolu isə məhv olar. 019 PSA 002 001 Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür? 019 PSA 002 002 Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir. 019 PSA 002 003 Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq». 019 PSA 002 004 Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. 019 PSA 002 005 Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək. 019 PSA 002 006 O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm». 019 PSA 002 007 Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum. 019 PSA 002 008 Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm. 019 PSA 002 009 Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən». 019 PSA 002 010 İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın! 019 PSA 002 011 Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin. 019 PSA 002 012 Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır! 019 PSA 003 001 Davudun məzmuru. Oğlu Avşalomun qarşısından qaçanda. Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb! 019 PSA 003 002 Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». (Sela) 019 PSA 003 003 Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən! 019 PSA 003 004 Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. (Sela) 019 PSA 003 005 Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir. 019 PSA 003 006 Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram. 019 PSA 003 007 Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan. 019 PSA 003 008 Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! (Sela) 019 PSA 004 001 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Səni çağıranda mənə cavab ver, Ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, Mənə lütf edib duama qulaq as! 019 PSA 004 002 Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? (Sela) 019 PSA 004 003 Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir. 019 PSA 004 004 Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. (Sela) 019 PSA 004 005 Salehlik qurbanları kəsin, Rəbbə güvənin. 019 PSA 004 006 Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal. 019 PSA 004 007 Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox Mənim qəlbimə sevinc verdin. 019 PSA 004 008 Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan! 019 PSA 005 001 Musiqi rəhbəri üçün. Davudun nəfəs alətlərinin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal. 019 PSA 005 002 Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm. 019 PSA 005 003 Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm. 019 PSA 005 004 Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz. 019 PSA 005 005 Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən. 019 PSA 005 006 Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən. 019 PSA 005 007 Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm. 019 PSA 005 008 Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt. 019 PSA 005 009 Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır. 019 PSA 005 010 Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, Çünki Sənin əleyhinə qalxıblar. 019 PSA 005 011 Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Sənin adını sevənlər sevincdən cuşa gəlsin! 019 PSA 005 012 Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən. 019 PSA 006 001 Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə. 019 PSA 006 002 Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır. 019 PSA 006 003 Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq? 019 PSA 006 004 Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et! 019 PSA 006 005 Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək? 019 PSA 006 006 Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur. 019 PSA 006 007 Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib. 019 PSA 006 008 Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi, 019 PSA 006 009 O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi! 019 PSA 006 010 Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq. 019 PSA 007 001 Davudun Binyaminli Kuşa görə Allaha oxuduğu şiqqayon. Ey Rəbb Allahım, Sənə sığınmışam, Məni bütün təqibçilərimdən qurtar, Məni xilas et. 019 PSA 007 002 Yoxsa aslan kimi məni parçalayarlar, Xilas edən olmasa, məni didib-dağıdarlar. 019 PSA 007 003 Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə, 019 PSA 007 004 Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə, 019 PSA 007 005 Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. (Sela) 019 PSA 007 006 Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et! 019 PSA 007 007 Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver. 019 PSA 007 008 Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır! 019 PSA 007 009 Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən. 019 PSA 007 010 Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir. 019 PSA 007 011 Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir. 019 PSA 007 012 Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar, 019 PSA 007 013 Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar. 019 PSA 007 014 Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar. 019 PSA 007 015 Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər. 019 PSA 007 016 Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər. 019 PSA 007 017 Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm! 019 PSA 008 001 Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru. Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır! 019 PSA 008 002 Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun. 019 PSA 008 003 Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: 019 PSA 008 004 «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?» 019 PSA 008 005 Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun, 019 PSA 008 006 Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun: 019 PSA 008 007 Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları, 019 PSA 008 008 Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını. 019 PSA 008 009 Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! 019 PSA 009 001 Musiqi rəhbəri üçün. Davudun «Mut-labben» üstə oxunan məzmuru. Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, Bütün xariqələrini deyəcəyəm. 019 PSA 009 002 Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm, Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm! 019 PSA 009 003 Düşmənlərim geri dönəndə Sənin önündə səndələyərək yıxılıb məhv olurlar. 019 PSA 009 004 Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin. 019 PSA 009 005 Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin. 019 PSA 009 006 Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, Onların xatirəsi də məhv oldu. 019 PSA 009 007 Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub. 019 PSA 009 008 Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir. 019 PSA 009 009 Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır. 019 PSA 009 010 İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən! 019 PSA 009 011 Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin! 019 PSA 009 012 O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur. 019 PSA 009 013 Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax! 019 PSA 009 014 Sion qızının darvazalarında Qoy Sənə edilən həmdlərimdən danışım, Səndə xilas taparaq şadlanım! 019 PSA 009 015 Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib. 019 PSA 009 016 Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, (Sela) 019 PSA 009 017 Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək. 019 PSA 009 018 Çünki fəqir adam həmişəlik unudulmaz, Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz. 019 PSA 009 019 Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin, Sənin hüzurunda millətlər məhkum edilsin. 019 PSA 009 020 Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar, Qoy onlar bilsinlər ki, yalnız insandırlar. (Sela) 019 PSA 010 001 Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən? 019 PSA 010 002 Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür. 019 PSA 010 003 Pis insan könlünün istəkləri ilə fəxr edir, Acgöz Rəbbə xor baxır, Ona küfr edir. 019 PSA 010 004 Təkəbbürlü, pis insan Allahı axtarmaz, «Allah yoxdur» deyə düşünər. 019 PSA 010 005 Belə insan həmişə uğur qazanar, Bütün düşmənlərinə xor baxar. Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır. 019 PSA 010 006 Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm». 019 PSA 010 007 Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var. 019 PSA 010 008 Kəndlərdə pusqu yerlərini qurar, Günahsızları xəlvətcə öldürər. Biçarəyə göz qoyub gizlicə güdər, 019 PSA 010 009 Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar. 019 PSA 010 010 Biçarələrin başından basıb qəddini qırar, Onlar bu pis adamın əlindən yıxılar. 019 PSA 010 011 Pis adam belə düşünər: «Allah məni yaddan çıxarıb, Heç vaxt görməz, çünki mənə göz yumub». 019 PSA 010 012 Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır! Unutma məzlumları! 019 PSA 010 013 Niyə pis insan Allaha küfr etsin? Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin? 019 PSA 010 014 Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən. 019 PSA 010 015 Şər iş görənin, pis insanın qol-qanadını qır, Axıracan pisliklərini ifşa et. 019 PSA 010 016 Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq. 019 PSA 010 017 Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən. 019 PSA 010 018 Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan Bir daha təhlükə yaratmasın. 019 PSA 011 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç? 019 PSA 011 002 Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar. 019 PSA 011 003 Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər? 019 PSA 011 004 Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar. 019 PSA 011 005 Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir. 019 PSA 011 006 Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq. 019 PSA 011 007 Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək. 019 PSA 012 001 Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb. 019 PSA 012 002 Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir. 019 PSA 012 003 Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin! 019 PSA 012 004 Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər? 019 PSA 012 005 Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm». 019 PSA 012 006 Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir. 019 PSA 012 007 Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et. 019 PSA 012 008 Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər. 019 PSA 013 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən? 019 PSA 013 002 Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq? 019 PSA 013 003 Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim. 019 PSA 013 004 Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər. 019 PSA 013 005 Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq. 019 PSA 013 006 Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi. 019 PSA 014 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər. İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur. 019 PSA 014 002 Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı? 019 PSA 014 003 Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur. 019 PSA 014 004 Şər iş görənlərin hər biri məgər heç nə qanmır? Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar. 019 PSA 014 005 Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq. 019 PSA 014 006 Onlar məzlumların niyyətini boşa çıxarır, Amma Rəbb məzlumların pənahıdır. 019 PSA 014 007 Kaş İsrailin azadlığı Siondan gələydi! Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək! 019 PSA 015 001 Davudun məzmuru. Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar? 019 PSA 015 002 Kamillik yolu ilə gedən, Əməlisaleh olan, Ürəkdən həqiqəti söyləyən, 019 PSA 015 003 Dilinə böhtan gəlməyən, Dostuna yamanlıq etməyən, Qonşusunu təhqir etməyən, 019 PSA 015 004 Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən, 019 PSA 015 005 Sələmlə pul verməyən, Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan. Əsla sarsılmaz belə həyat sürən insan! 019 PSA 016 001 Davudun miktamı. Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm. 019 PSA 016 002 Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur. 019 PSA 016 003 Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram. 019 PSA 016 004 Yad allahların ardınca qaçanların dərdi artacaq, Onlar üçün qan təqdimləri vermərəm, Adlarını dilimə gətirmərəm. 019 PSA 016 005 Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. 019 PSA 016 006 Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu. 019 PSA 016 007 Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir. 019 PSA 016 008 Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. 019 PSA 016 009 Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır. 019 PSA 016 010 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan. 019 PSA 016 011 Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var». 019 PSA 017 001 Davudun duası. Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, Yalansız dilimdən çıxan duama qulaq as. 019 PSA 017 002 Gözlərinlə həqiqəti görürsən, Mənə haqq qazandır. 019 PSA 017 003 Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın. 019 PSA 017 004 Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam. 019 PSA 017 005 Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam. 019 PSA 017 006 Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə. 019 PSA 017 007 Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar. 019 PSA 017 008 Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla 019 PSA 017 009 Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan. 019 PSA 017 010 Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar. 019 PSA 017 011 İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar. 019 PSA 017 012 Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir. 019 PSA 017 013 Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar. 019 PSA 017 014 Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur. 019 PSA 017 015 Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam. 019 PSA 018 001 Musiqi rəhbəri üçün. Rəbb Öz qulu Davudu bütün düşmənlərin və Şaulun əlindən qurtaranda Davudun Ona söylədiyi ilahi. O belə oxudu: Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm. 019 PSA 018 002 Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm. 019 PSA 018 003 Həmdə layiq Rəbbi çağıracağam, Düşmənlərimin əlindən qurtulacağam. 019 PSA 018 004 Ətrafımı ölüm ipləri bürümüşdü, Məni əcəl selləri ürkütmüşdü. 019 PSA 018 005 Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. 019 PSA 018 006 Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi. 019 PSA 018 007 O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi. 019 PSA 018 008 Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu. 019 PSA 018 009 O, göyləri yarıb yerədək endi, Qatı zülmət ayaqları altında idi. 019 PSA 018 010 Bir keruva minib uçdu, Yel qanadları üstə şığıdı. 019 PSA 018 011 Gizlənmək üçün ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu. 019 PSA 018 012 Hüzurundan şəfəq saçdı, Odlu közlər və dolu buludları yardı. 019 PSA 018 013 Rəbb göylərdə gurladı, Haqq-Taala səs saldı, Odlu közlər və dolu yağdı. 019 PSA 018 014 Oxlarını atıb düşmənləri darmadağın etdi, Şimşəyini çaxdırıb onları dağıtdı. 019 PSA 018 015 Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. 019 PSA 018 016 O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı. 019 PSA 018 017 Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi. 019 PSA 018 018 Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu. 019 PSA 018 019 O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı. 019 PSA 018 020 Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi. 019 PSA 018 021 Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam. 019 PSA 018 022 Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm. 019 PSA 018 023 Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam. 019 PSA 018 024 Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi. 019 PSA 018 025 Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən. 019 PSA 018 026 Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan. 019 PSA 018 027 İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan. 019 PSA 018 028 Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir. 019 PSA 018 029 Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm. 019 PSA 018 030 Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir. 019 PSA 018 031 Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki? 019 PSA 018 032 Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər. 019 PSA 018 033 Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar. 019 PSA 018 034 Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar. 019 PSA 018 035 Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin. 019 PSA 018 036 Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin. 019 PSA 018 037 Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım. 019 PSA 018 038 Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər. 019 PSA 018 039 Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın. 019 PSA 018 040 Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim. 019 PSA 018 041 Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar. 019 PSA 018 042 Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım. 019 PSA 018 043 Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin. 019 PSA 018 044 Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər. 019 PSA 018 045 Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar. 019 PSA 018 046 Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın! 019 PSA 018 047 O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir. 019 PSA 018 048 O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır. 019 PSA 018 049 Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm. 019 PSA 018 050 Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər. 019 PSA 019 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir. 019 PSA 019 002 Hər gün ertəsi günə nəql edir, Hər gecə o biri gecəyə bilik verir. 019 PSA 019 003 Onların nə nitqi, nə də sözləri var, Onların səsləri eşidilmir. 019 PSA 019 004 Amma avazları bütün dünyaya yayılır, Sözləri yerin ucqarlarına çatır. Allah günəş üçün göylərdə çadır qurur, 019 PSA 019 005 Günəş gərdəyindən bəy kimi çıxır, Qaçışa çıxan bir igid kimi şad olur. 019 PSA 019 006 Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir. 019 PSA 019 007 Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir. 019 PSA 019 008 Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir. 019 PSA 019 009 Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. 019 PSA 019 010 Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir. 019 PSA 019 011 Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var. 019 PSA 019 012 Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə. 019 PSA 019 013 Qulunu aşkar günahlardan qoru, Qoyma onların hökmü altında qalım. Onda kamilliyə çataram, Bütün itaətsizliklərdən ayrılaram. 019 PSA 019 014 Ağzımdan çıxan sözlər, Qəlbimdəki düşüncələr Hüzurunda qəbul olunsun. Ya Rəbb, ey Qayam və Satınalanım! 019 PSA 020 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin! 019 PSA 020 002 Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun! 019 PSA 020 003 Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! (Sela) 019 PSA 020 004 O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin! 019 PSA 020 005 Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın! 019 PSA 020 006 İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər. 019 PSA 020 007 Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük. 019 PSA 020 008 Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq. 019 PSA 020 009 Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver. 019 PSA 021 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, padşah qüdrətinlə sevinir, Zəfərinlə fərəhlənir. 019 PSA 021 002 Onu ürəyinin arzusuna çatdırmısan, Dilindən çıxan diləyini ondan əsirgəməmisən. (Sela) 019 PSA 021 003 Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan. 019 PSA 021 004 Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan. 019 PSA 021 005 Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan. 019 PSA 021 006 Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən. 019 PSA 021 007 Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. 019 PSA 021 008 Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq. 019 PSA 021 009 Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan. 019 PSA 021 010 Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən. 019 PSA 021 011 Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı. 019 PSA 021 012 Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan. 019 PSA 021 013 Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək! 019 PSA 022 001 Musiqi rəhbəri üçün. Davudun «Ayyelet haşşaxar» üstə oxunan məzmuru. Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən? 019 PSA 022 002 Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur. 019 PSA 022 003 Nə qədər müqəddəssən! İsrailin həmdləri üzərində taxt quran Sənsən! 019 PSA 022 004 Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin. 019 PSA 022 005 Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar. 019 PSA 022 006 Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır. 019 PSA 022 007 Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir: 019 PSA 022 008 «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin». 019 PSA 022 009 Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən. 019 PSA 022 010 Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən. 019 PSA 022 011 Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur. 019 PSA 022 012 Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb. 019 PSA 022 013 Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar. 019 PSA 022 014 Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi. 019 PSA 022 015 Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin. 019 PSA 022 016 Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər. 019 PSA 022 017 Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər! 019 PSA 022 018 Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar. 019 PSA 022 019 Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat! 019 PSA 022 020 Həyatımı qılıncdan qurtar, Canımı itlərin caynağından qurtar, 019 PSA 022 021 Məni aslanın ağzından xilas et! Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver. 019 PSA 022 022 İsmini qardaşlarıma elan edəcəyəm, Camaat arasında Sənə həmd söyləyəcəyəm: 019 PSA 022 023 «Siz ey Rəbdən qorxanlar, Ona həmd edin, Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin, Siz ey İsrail nəsli, Ona ehtiram edin! 019 PSA 022 024 Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı, Ondan ikrah edərək üzünü gizlətmədi, İmdada çağıranda səsinə cavab verdi». 019 PSA 022 025 Çoxlu camaat arasında həmd etdiyim Sənsən! Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm. 019 PSA 022 026 Qoy məzlumlar doyunca yesin, Rəbbi axtaranlar Ona həmd etsin! Qoy canınız həmişə sağ olsun! 019 PSA 022 027 Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq. 019 PSA 022 028 Çünki hökmranlıq Rəbbindir, Millətlər üzərində səltənət sürən Odur! 019 PSA 022 029 Bütün dünya zənginləri yeyib-doyacaq, Rəbbin hüzurunda səcdə qılacaq. Torpağa düşənlərin hamısı – Özlərini ölümdən saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər. 019 PSA 022 030 Gələcək nəsillər Ona qulluq edəcək, Xudavənd haqqında övladlarına deyəcək; 019 PSA 022 031 Onun ədalətini, Onun əməllərini Gələcəkdə doğulan xalqa bildirəcək. 019 PSA 023 001 Davudun məzmuru. Rəbb mənim çobanımdır, möhtac olmaram. 019 PSA 023 002 O, məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir. 019 PSA 023 003 Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır. 019 PSA 023 004 Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir. 019 PSA 023 005 Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan. 019 PSA 023 006 Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam! 019 PSA 024 001 Davudun məzmuru. Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar. 019 PSA 024 002 O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı. 019 PSA 024 003 Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər? 019 PSA 024 004 – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan. 019 PSA 024 005 O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq. 019 PSA 024 006 Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. (Sela) 019 PSA 024 007 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun! 019 PSA 024 008 Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb. 019 PSA 024 009 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun! 019 PSA 024 010 Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! (Sela) 019 PSA 025 001 Davudun məzmuru. Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm, 019 PSA 025 002 Ey Allahım, yalnız Sənə güvənirəm! Məni xəcalətdə qoyma, Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər. 019 PSA 025 003 Sənə ümid bağlayanlar heç zaman utanmasınlar, Haqsız xəyanətkarlarsa rüsvay olsunlar. 019 PSA 025 004 Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət. 019 PSA 025 005 Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm. 019 PSA 025 006 Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal. 019 PSA 025 007 Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal! 019 PSA 025 008 Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir, 019 PSA 025 009 İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir. 019 PSA 025 010 Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var. 019 PSA 025 011 Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür. 019 PSA 025 012 Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir. 019 PSA 025 013 O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq. 019 PSA 025 014 Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər. 019 PSA 025 015 Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir. 019 PSA 025 016 Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm. 019 PSA 025 017 Qəlbimdəki qubar artıb, Məni dərdlərdən qurtar. 019 PSA 025 018 Əzab-əziyyətimə bax, Bütün günahlarımı bağışla. 019 PSA 025 019 Düşmənlərimə bax, gör nə qədər çoxalıb, Amansız nifrətlərinə hədəfəm. 019 PSA 025 020 Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum! 019 PSA 025 021 Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm. 019 PSA 025 022 Ey Allah, İsraili Bütün çətinliklərindən qurtar. 019 PSA 026 001 Davudun məzmuru. Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm. 019 PSA 026 002 Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et. 019 PSA 026 003 Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm. 019 PSA 026 004 Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm, 019 PSA 026 005 Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram. 019 PSA 026 006 Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram, 019 PSA 026 007 Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm. 019 PSA 026 008 Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm. 019 PSA 026 009 Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma. 019 PSA 026 010 Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar. 019 PSA 026 011 Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et! 019 PSA 026 012 Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm. 019 PSA 027 001 Davudun məzmuru. Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim? 019 PSA 027 002 Ətimi yemək üçün hücum edən şər adamlar – Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar. 019 PSA 027 003 Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz, Mənimlə döyüşsələr də, arxayınam. 019 PSA 027 004 Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim. 019 PSA 027 005 Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər. 019 PSA 027 006 İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm. 019 PSA 027 007 Ya Rəbb, dinlə, Səni çağırıram, Lütf edib mənə cavab ver. 019 PSA 027 008 Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram. 019 PSA 027 009 Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım! 019 PSA 027 010 Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər. 019 PSA 027 011 Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et. 019 PSA 027 012 Məni düşmənlərin əlinə salma, Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar. 019 PSA 027 013 Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur. 019 PSA 027 014 Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla! 019 PSA 028 001 Davudun məzmuru. Ya Rəbb, Səni səsləyirəm, Ey Qayam, qulağını tıxama. Əgər cavab verməsən, Qəbirə düşənlərə bənzəyərəm. 019 PSA 028 002 Səni yardıma çağırarkən, Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən, Yalvarış səsimi eşit. 019 PSA 028 003 Pislərlə, şər iş görənlərlə birgə Məni dartıb aparma. Onlar qonşuları ilə dost kimi danışır, Lakin qəlblərində şər dolaşır. 019 PSA 028 004 Əməllərinə, pis işlərinə görə Onların əvəzini ver, Əllərindən gələn bu işlər nəyə layiqdirsə, Onlar üçün ödə. 019 PSA 028 005 Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə, Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə Rəbb onları yerə vuracaq, Bir daha qaldırmayacaq. 019 PSA 028 006 Alqış olsun Rəbbə, Yalvarış səsimi eşitdi! 019 PSA 028 007 Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm. 019 PSA 028 008 Rəbb Öz xalqının gücüdür, Məsh etdiyi insanın nicat qalasıdır. 019 PSA 028 009 Öz xalqını qurtar, Seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, Xalqının əbədilik qayğısına qal! 019 PSA 029 001 Davudun məzmuru. Ey ilahi varlıqlar, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin! 019 PSA 029 002 Adına layiq olan izzəti Rəbbə verin, Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin! 019 PSA 029 003 Rəbbin səsi suların üzərindədir, Ehtişam Allahı gurlayar, Rəbb ümman suların üzərindədir. 019 PSA 029 004 Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir, 019 PSA 029 005 Rəbbin səsi sidr ağaclarını sındırar, Rəbb Livan sidrlərini qırar. 019 PSA 029 006 Livan dağlarını dana kimi, Siryon dağını çöl buğası kimi tullandırar. 019 PSA 029 007 Rəbbin səsi şimşəkləri çaxdırar, 019 PSA 029 008 Rəbbin səsi çölləri lərzəyə salar, Rəbb Qadeş çölünü lərzəyə salar. 019 PSA 029 009 Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!» 019 PSA 029 010 Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub. 019 PSA 029 011 Rəbb Öz xalqına qüvvət verir, O, xalqına firavanlıq və bərəkət verir. 019 PSA 030 001 Davudun məzmuru. Məbədin təqdisinə aid ilahi. Ya Rəbb, Səni ucaldıram, Çünki Sən məni qurtardın, Düşməni mənə görə sevinməyə qoymadın. 019 PSA 030 002 Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin. 019 PSA 030 003 Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin. 019 PSA 030 004 Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Onun müqəddəs isminə şükür edin. 019 PSA 030 005 Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar. 019 PSA 030 006 Dinclik tapanda dedim: «Əsla sarsılmaram». 019 PSA 030 007 Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü. 019 PSA 030 008 Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım: 019 PSA 030 009 «Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi? 019 PSA 030 010 Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat». 019 PSA 030 011 Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün. 019 PSA 030 012 Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm! 019 PSA 031 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma, Ədalətinlə məni xilas et! 019 PSA 031 002 Qulağını mənə tərəf çevir, Məni tez azad et! Bir qaya ol, qoy sığınım, Möhkəm bir qala ol, qoy qurtulum. 019 PSA 031 003 Çünki qayam da Sən, qalam da Sənsən! Öz ismin naminə mənə yol göstərib rəhbərlik et. 019 PSA 031 004 Məni qarşımda qurulan gizli tordan hifz et, Çünki Sən mənim sığınacağımsan! 019 PSA 031 005 Ruhumu Sənin əlinə verirəm, Ya Rəbb, sadiq Allah, Sən məni azad et. 019 PSA 031 006 Boş şey olan bütlərə pərəstiş edənlərə nifrət edirəm, Mən Rəbbə güvənirəm. 019 PSA 031 007 Mən Sənin məhəbbətində Şad olub sevinəcəyəm, Çünki məzlum halımı görmüsən, Çəkdiyim əzabı bilmisən. 019 PSA 031 008 Məni düşmənə təslim etmədin, Genişlikdə gəzdirdin. 019 PSA 031 009 Ya Rəbb, mənə rəhm et, Çünki əzabdayam, Kədərdən gözüm, qəlbim, bədənim quruyub. 019 PSA 031 010 Ömrüm qüssə ilə, İllərim ah-nalə ilə keçir. Təqsirimə görə taqətim qalmayıb, Sümüklərim quruyub. 019 PSA 031 011 Bütün düşmənlərim mənə tənə edir, Qonşularımsa onlardan daha betərdir, Tanışlarım məni görərkən dəhşətə düşür, Məni küçələrdə görənlər məndən qaçır. 019 PSA 031 012 Ölü bir adam kimi unudulmuşam, Çilik-çilik qırılan bir qaba oxşayıram. 019 PSA 031 013 Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub. 019 PSA 031 014 Ya Rəbb, yalnız Sənə güvənirəm, Dedim: «Allahımsan Sən». 019 PSA 031 015 Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et. 019 PSA 031 016 Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar. 019 PSA 031 017 Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın. 019 PSA 031 018 Təkəbbürlə, həqarətlə yalan danışan, Salehlərə böhtan atan dillər lal olsun! 019 PSA 031 019 Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin. 019 PSA 031 020 Onları insanların qəsdlərindən Hüzurunda sığındırırsan, Böhtançı dillərə qarşı çardağında gizlədirsən. 019 PSA 031 021 Qoy Rəbbə alqış olsun! Çünki mühasirəyə düşən şəhərdə Məhəbbətini xariqələrlə mənə göstərdi! 019 PSA 031 022 Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin. 019 PSA 031 023 Rəbbi sevin, siz ey bütün möminlər! Rəbb həmişə Ona sadiq qalanı qoruyur, Təkəbbürlü insana isə layiq olduğunu verir. 019 PSA 031 024 Ey Rəbbə ümid bağlayan bütün insanlar, Möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun! 019 PSA 032 001 Davudun maskili. Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! 019 PSA 032 002 Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır! 019 PSA 032 003 Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü. 019 PSA 032 004 Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, Sanki yayın quraqlığı məni taqətdən saldı. (Sela) 019 PSA 032 005 Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. (Sela) 019 PSA 032 006 Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz. 019 PSA 032 007 Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. (Sela) 019 PSA 032 008 Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq. 019 PSA 032 009 At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz». 019 PSA 032 010 Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər. 019 PSA 032 011 Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin! 019 PSA 033 001 Ey salehlər, Rəbbi mədh edin, Ürəyidüz olanlara həmd söyləmək yaraşır. 019 PSA 033 002 Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin, 019 PSA 033 003 Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın. 019 PSA 033 004 Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır. 019 PSA 033 005 Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur. 019 PSA 033 006 Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı. 019 PSA 033 007 Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı. 019 PSA 033 008 Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin. 019 PSA 033 009 Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu. 019 PSA 033 010 Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər. 019 PSA 033 011 Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar. 019 PSA 033 012 Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir. 019 PSA 033 013 Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür, 019 PSA 033 014 Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür. 019 PSA 033 015 Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan. 019 PSA 033 016 Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz. 019 PSA 033 017 Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz. 019 PSA 033 018 Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar. 019 PSA 033 019 İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın. 019 PSA 033 020 Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz. 019 PSA 033 021 Bizim qəlbimiz Onda sevinc tapır, Müqəddəs isminə arxalanmışıq. 019 PSA 033 022 Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, Məhəbbətin üzərimizdən tükənməsin. 019 PSA 034 001 Davudun məzmuru. O, Avimelekin önündə özünü dəli kimi göstərib qovulanda. Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. 019 PSA 034 002 Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin! 019 PSA 034 003 Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq. 019 PSA 034 004 Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi. 019 PSA 034 005 Rəbbə baxan nur saçar, Üzü qızarmaz. 019 PSA 034 006 Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi. 019 PSA 034 007 Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər. 019 PSA 034 008 Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər! 019 PSA 034 009 Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz. 019 PSA 034 010 Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər. 019 PSA 034 011 Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim: 019 PSA 034 012 Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə, 019 PSA 034 013 Qoy dilini şərdən, Ağzını fırıldaq üçün işlətməkdən qorusun, 019 PSA 034 014 Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin! 019 PSA 034 015 Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır. 019 PSA 034 016 Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq. 019 PSA 034 017 Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir. 019 PSA 034 018 Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır. 019 PSA 034 019 Salehlər çox bəlaya düçar olar, Lakin Rəbb onları hər birindən qurtarır. 019 PSA 034 020 Rəbb onların hər bir sümüyünü qoruyur, Heç biri zədələnməz. 019 PSA 034 021 Pislər öz şəri ilə məhv olacaq, Salehə nifrət edən məhkum olacaq. 019 PSA 034 022 Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur. 019 PSA 035 001 Davudun məzmuru. Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş. 019 PSA 035 002 Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat. 019 PSA 035 003 Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm». 019 PSA 035 004 Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar. 019 PSA 035 005 Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın. 019 PSA 035 006 Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun. 019 PSA 035 007 Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar. 019 PSA 035 008 Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar. 019 PSA 035 009 Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq. 019 PSA 035 010 Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən». 019 PSA 035 011 Amansız şahidlər qalxırlar, Yalandan üzümə dururlar. 019 PSA 035 012 Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm, Əzizi ölən bir adama bənzəyirəm. 019 PSA 035 013 Vaxtı ilə onlar xəstələnərkən Çul geyib, oruc tutub canıma zülm edirdim, Başımı aşağı salıb dua edirdim. 019 PSA 035 014 Onları özümə dost və qardaş bilirdim. Anası üçün yas tutan adam tək Bükülüb hüznlə gəzirdim. 019 PSA 035 015 Lakin mən büdrəyərkən Bir yerə toplaşıb sevindilər. Tanımadığım əclaflar mənə qarşı toplaşdılar. Dayanmadan məni didirdilər, 019 PSA 035 016 Şikəstləri təhqir edən allahsızlar kimi Mənə dişlərini qıcayırdılar. 019 PSA 035 017 Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar. 019 PSA 035 018 Çoxlu camaat arasında Sənə şükür edəcəyəm, Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm. 019 PSA 035 019 Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun. 019 PSA 035 020 Çünki onlar sülh üçün danışmırlar, Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar. 019 PSA 035 021 Ağızlarını üstümə iri açıb belə deyirlər: «Aha! Aha! Bax, öz gözümüzlə gördük». 019 PSA 035 022 Ya Rəbb, bunu gördün, indi susma, Ey Xudavənd, məndən uzaq durma. 019 PSA 035 023 Ey Xudavənd Allahım, oyan, qalx, Bu mübarizəmdən qoy mən haqlı çıxım. 019 PSA 035 024 Ədalətinə görə mənə bəraət qazandır, Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər. 019 PSA 035 025 Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!» Qoyma söyləsinlər: «Onun başını yemişik!» 019 PSA 035 026 Pis günümə şadlananlar Qoy utanıb biabır olsunlar, Qarşımda qürrələnənlər Xəcalətə, rüsvayçılığa bürünsünlər. 019 PSA 035 027 Mənim haqlı çıxmağımı istəyənlər Sevinib Səni mədh etsinlər. Daim belə söyləsinlər: «Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!» 019 PSA 035 028 Dilim Sənin salehliyindən deyəcək, Daim Sənə həmd edəcəyəm! 019 PSA 036 001 Musiqi rəhbəri üçün. Rəbbin qulu Davudun məzmuru. Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur. 019 PSA 036 002 Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir. 019 PSA 036 003 Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib. 019 PSA 036 004 Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir. 019 PSA 036 005 Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür. 019 PSA 036 006 Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan. 019 PSA 036 007 Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır. 019 PSA 036 008 Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən. 019 PSA 036 009 Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik. 019 PSA 036 010 Səni tanıyanlara məhəbbətini, Ürəyidüz olanlara salehliyini daima göstər. 019 PSA 036 011 Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım. 019 PSA 036 012 Gördüm ki, şər iş görənlər yıxılıblar, Onlar yerə sərilib, daha qalxa bilməzlər. 019 PSA 037 001 Davudun məzmuru. Pislik edənlərə görə narahat olma, Fitnəkarlıq edənlərə qibtə etmə. 019 PSA 037 002 Tezliklə onlar ot kimi quruyacaq, Yaşıl çəmən kimi tez solacaq. 019 PSA 037 003 Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür. 019 PSA 037 004 Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq. 019 PSA 037 005 Yolunu Rəbbə ver, Ona güvən, O edəcək. 019 PSA 037 006 Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, Həqiqətini gündüz günəşi tək çıxaracaq. 019 PSA 037 007 Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma. 019 PSA 037 008 Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar. 019 PSA 037 009 Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. 019 PSA 037 010 Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq. 019 PSA 037 011 Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq. 019 PSA 037 012 Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır. 019 PSA 037 013 Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir. 019 PSA 037 014 Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar. 019 PSA 037 015 Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq. 019 PSA 037 016 Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır. 019 PSA 037 017 Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır. 019 PSA 037 018 Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq. 019 PSA 037 019 Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar. 019 PSA 037 020 Lakin pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, Tüstü kimi çəkilərək yox olacaq. 019 PSA 037 021 Pis adam borc alır, qaytarmır, Salehlər səxavətlə paylayır. 019 PSA 037 022 Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq, Lənət etdiyi kəslər kəsilib atılacaq. 019 PSA 037 023 Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir. 019 PSA 037 024 Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar. 019 PSA 037 025 Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm. 019 PSA 037 026 O hər zaman səxavətlə borc verər, Övladlarına xeyir-dua gələr. 019 PSA 037 027 Şərdən çəkinib yaxşılıq et ki, Ölkədə əbədi məskən sala biləsən. 019 PSA 037 028 Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq. 019 PSA 037 029 Salehlər ölkəni mülk olaraq alacaq, Onlar orada əbədi məskən salacaq. 019 PSA 037 030 Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar. 019 PSA 037 031 Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir. 019 PSA 037 032 Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır. 019 PSA 037 033 Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz. 019 PSA 037 034 Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən. 019 PSA 037 035 Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm. 019 PSA 037 036 O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim. 019 PSA 037 037 Kamil adama bax, əməlisaleh insana nəzər yetir, Gələcək sülhsevən adama bəxş ediləcək. 019 PSA 037 038 Amma bütün üsyankarlar birlikdə yox olacaq, Pislərin kökü kəsiləcək. 019 PSA 037 039 Salehlərin qurtuluşu Rəbdəndir, Dar gündə onlara pənah yeridir. 019 PSA 037 040 Rəbb onların imdadına çatır, Onları qurtarıb pislərin əlindən alır, Çünki onlar Rəbbə pənah aparır. 019 PSA 038 001 Davudun yadasalma məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh eləmə. 019 PSA 038 002 Artıq Sənin oxların mənə saplanıb, Əllərin üstümə ağırlıq salıb. 019 PSA 038 003 Bədənimdə qəzəbindən sağ yer qalmadı, Günahıma görə sümüklərim də xəstəlik tapdı. 019 PSA 038 004 Çünki təqsirlərim başımdan aşır, Ağır yük tək onlara gücüm çatmır. 019 PSA 038 005 Ağılsızlığımın üzündən Yaralarım iyrənc və irinlidir. 019 PSA 038 006 Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm. 019 PSA 038 007 Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı. 019 PSA 038 008 Taqətim kəsildi, çox əzilmişəm, Ürəyimdəki iztiraba görə ah-zar edirəm. 019 PSA 038 009 Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır, Mənim iniltilərim Səndən gizli qalmır. 019 PSA 038 010 Ürəyim çırpınır, gücüm tükəndi, Gözlərimin nuru da söndü. 019 PSA 038 011 Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı, Qohumlarım məndən uzaqda qaldı. 019 PSA 038 012 Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar. 019 PSA 038 013 Mən bir kar kimi eşitmirəm, Dilsiz-ağızsız bir lal kimiyəm. 019 PSA 038 014 Dilsiz-cavabsız Bir lal-kar kimiyəm. 019 PSA 038 015 Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm! 019 PSA 038 016 Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər. 019 PSA 038 017 Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm. 019 PSA 038 018 Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm. 019 PSA 038 019 Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur. 019 PSA 038 020 Yaxşılığa yamanlıq edənlər Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar. 019 PSA 038 021 Ya Rəbb, məni tərk etmə! Ey Allahım, məndən uzaq dayanma! 019 PSA 038 022 Ey Xudavənd, tez imdadıma çat, Mənim xilaskarım Sənsən! 019 PSA 039 001 Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru. Dedim: «Hər addımıma diqqət edəcəyəm, Dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən Dilimi yüyənləyib dinməyəcəyəm». 019 PSA 039 002 Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı, 019 PSA 039 003 Köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb-yaxıldım, Dilimlə belə dedim: 019 PSA 039 004 «Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım! 019 PSA 039 005 Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. (Sela) 019 PSA 039 006 Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir. 019 PSA 039 007 Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən! 019 PSA 039 008 Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə. 019 PSA 039 009 Susdum, ağzımı açmadım, Çünki Sən bunu etdin! 019 PSA 039 010 Göndərdiyin bəlanı mənim üstümdən götür, Əlinin zərbəsindən gör necə əzildim. 019 PSA 039 011 İnsanı təqsirinə görə məzəmmət edən zaman Arzularını güvə kimi dağıdırsan. Bəli, insan sadəcə bir nəfəsdir. (Sela) 019 PSA 039 012 Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarıma. Çünki Sənin yanında bir qəribəm, Ata-babam kimi bir qonağam. 019 PSA 039 013 Bir azca nəzərini məndən çək, Qoy köçüb getməzdən əvvəl dinc yaşayım». 019 PSA 040 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbi səbir edərək gözlədim, Mənə tərəf dönərək fəryadımı eşitdi. 019 PSA 040 002 O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi. 019 PSA 040 003 Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək. 019 PSA 040 004 Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır! 019 PSA 040 005 Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur». 019 PSA 040 006 Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın. 019 PSA 040 007 O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb. 019 PSA 040 008 Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir». 019 PSA 040 009 Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım. 019 PSA 040 010 Salehliyini qəlbimdə gizlətmədim, Xilaskar olduğunu, sədaqətini söylədim. Çoxlu camaat arasından Məhəbbətini, həqiqətini gizli saxlamadım. 019 PSA 040 011 Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, Daim məni məhəbbətinlə, həqiqətinlə qoru. 019 PSA 040 012 Çünki sonsuz bəlalar ətrafımı bürüdü, Günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, Onlar başımın tükündən çoxdur. 019 PSA 040 013 Ya Rəbb, lütfünlə məni xilas et, Ya Rəbb, dadıma tez çat! 019 PSA 040 014 Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar. 019 PSA 040 015 Mənə «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb qalsınlar. 019 PSA 040 016 Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər Daim «Qoy ucalsın Rəbb!» desinlər. 019 PSA 040 017 Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə! 019 PSA 041 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Yoxsulların qayğısına qalan nə bəxtiyardır! Rəbb dar günündə onu qurtarar, 019 PSA 041 002 Rəbb onu qoruyar, salamat saxlayar. O, ölkədə bəxtiyar olar, Düşmənlərinə təslim edilməz. 019 PSA 041 003 Yatağa düşəndə Rəbb ona dayaq olar, Onu bütün xəstəlikdən sağaldar. 019 PSA 041 004 Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm». 019 PSA 041 005 Düşmənlərim məndən pis sözlər söyləyir: «Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər. 019 PSA 041 006 Mənə baş çəkənlər yalan danışır, Ürəklərinə böhtan yığır, Bayıra çıxanda bundan danışırlar. 019 PSA 041 007 Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır, Mənə qarşı pis fikirləri var. 019 PSA 041 008 Deyirlər: «Bu, ölümcül bəlaya düşüb, Budur, yatır, daha qalxmaz». 019 PSA 041 009 Hətta etibarlı saydığım ən yaxın dostum, Çörəyimi yeyən mənə xəyanət etdi. 019 PSA 041 010 Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır, Qoy onlardan bunun əvəzini çıxım! 019 PSA 041 011 Məndən razı qaldığını bundan bilirəm: Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm. 019 PSA 041 012 Kamil olduğum üçün məndən möhkəm yapışdın, Məni hüzurunda əbədilik dayandırdın. 019 PSA 041 013 Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Amin! Amin! 019 PSA 042 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili. Maral axar sulara həsrət qalan kimi, Ey Allah, könlüm Sənin həsrətini çəkir! 019 PSA 042 002 Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm? 019 PSA 042 003 Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər: «Bəs hanı Allahın?» 019 PSA 042 004 Bunları yadıma salarkən ürəyim üzülür, Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək Bayram edən xalqın qarşısında gedərdim, Onları Allahın evinə aparardım. 019 PSA 042 005 Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim. 019 PSA 042 006 Köksümdəki qəlbim qırılıb, Ona görə İordan diyarında, Xermon, Misar dağında Səni düşünürəm. 019 PSA 042 007 Dərin sular şəlalələrinin səsi ilə Dərin suları çağırdı, Sənin ləpələrin, dalğaların başımdan aşdı. 019 PSA 042 008 Rəbb mənə gündüz məhəbbət göstərir, Gecə isə həyatımın Allahına Etdiyim dua və ilahi dilimdən düşmür. 019 PSA 042 009 Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?» 019 PSA 042 010 Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər, Daim mənə «Bəs hanı Allahın?» deyirlər. 019 PSA 042 011 Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim. 019 PSA 043 001 Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən Məni haqlı çıxart, Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar. 019 PSA 043 002 Çünki Sən pənah gətirdiyim Allahsan. Niyə məni atmısan? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm? 019 PSA 043 003 Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar. 019 PSA 043 004 Onda Allahın qurbangahına, Sevincim, fərəhim olan Allahımın yanına gedərəm. Lira çalıb Sənə şükür edərəm, Ey Allah, mənim Allahım. 019 PSA 043 005 Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim. 019 PSA 044 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili. Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən. 019 PSA 044 002 Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin. 019 PSA 044 003 Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin. 019 PSA 044 004 Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın. 019 PSA 044 005 Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək. 019 PSA 044 006 Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz. 019 PSA 044 007 Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin! 019 PSA 044 008 Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. (Sela) 019 PSA 044 009 İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan. 019 PSA 044 010 Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır. 019 PSA 044 011 Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin. 019 PSA 044 012 Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın. 019 PSA 044 013 Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun. 019 PSA 044 014 Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin. 019 PSA 044 015 Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən, 019 PSA 044 016 Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm. 019 PSA 044 017 Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi. 019 PSA 044 018 Səndən qəlbimiz dönmədiyi, Yolundan ayaqlarımız büdrəmədiyi halda 019 PSA 044 019 Sən bizi çaqqalların diyarında əzdin, Qatı zülmətə qərq etdin. 019 PSA 044 020 Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq, 019 PSA 044 021 Allah bunu araşdırmazdımı? Çünki qəlbin hər sirrini bilən Odur. 019 PSA 044 022 Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq. 019 PSA 044 023 Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma! 019 PSA 044 024 Niyə üzünü bizdən gizlədirsən? Əzab-əziyyətimizi nə üçün unutdun? 019 PSA 044 025 Qəlbimiz palçıq kimi əzilmişdir, Qəddimiz əyilib yerə dəyir. 019 PSA 044 026 Qalx, bizə kömək et, Bizi məhəbbətin naminə xilas et! 019 PSA 045 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının «Şoşannim» üstə oxunan maskili. Sevgi nəğməsi Qəlbim yaxşı sözlərlə çağlayır, Qoy şeirlərimi padşahıma söyləyim, Dilim mahir bir xəttatın qələminə oxşayır. 019 PSA 045 002 Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib. 019 PSA 045 003 Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər. 019 PSA 045 004 Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin. 019 PSA 045 005 Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır. 019 PSA 045 006 Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. 019 PSA 045 007 Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib. 019 PSA 045 008 Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir. 019 PSA 045 009 Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb. 019 PSA 045 010 Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as, Öz xalqını, ata evini unut. 019 PSA 045 011 Sənin gözəlliyin padşahı məftun etsin. O sənin ağandır, ona itaət et. 019 PSA 045 012 Sur xalqı yanına hədiyyələr gətirəcək, Xalqın varlıları səndən lütf istəyəcək. 019 PSA 045 013 Bu şah qızı sarayına cah-calalla gətirilir, Paltarları qızıl tikmələrə bürünmüş. 019 PSA 045 014 Padşahın yanına əlvan libasda gətirilir, Rəfiqələri sağdışı-soldışıdır. 019 PSA 045 015 Onlar sevinclə, şadlıqla gətirilir, Padşahın sarayına girirlər. 019 PSA 045 016 Ey padşah, ata-baban kimi oğulların olacaq, Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən. 019 PSA 045 017 Adını nəsillərdən-nəsillərə çatdıracağam, Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq! 019 PSA 046 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi. Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir. 019 PSA 046 002 Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə, 019 PSA 046 003 Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. (Sela) 019 PSA 046 004 Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir. 019 PSA 046 005 Allah bu şəhərin mərkəzində sarsılmaz durub, Ona dan yeri söküləndə yardım edər. 019 PSA 046 006 Millətlər kükrəyər, ölkələr sarsılar, Allah səsini çıxaranda dünya əriyər. 019 PSA 046 007 Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! (Sela) 019 PSA 046 008 Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi. 019 PSA 046 009 O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar. 019 PSA 046 010 «Dayanın, bilin ki, Mən Allaham, Millətlər arasında ucayam, Yer üzündə ucayam!» 019 PSA 046 011 Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! (Sela) 019 PSA 047 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin! 019 PSA 047 002 Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır! 019 PSA 047 003 Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb. 019 PSA 047 004 Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. (Sela) 019 PSA 047 005 Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi. 019 PSA 047 006 Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin! 019 PSA 047 007 Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin. 019 PSA 047 008 Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir. 019 PSA 047 009 İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır! 019 PSA 048 001 Qorah övladlarının məzmuru. Bir ilahi. Allahımızın şəhərində, Öz müqəddəs dağında Rəbb çox əzəmətlidir, Bol həmdlərə layiqdir. 019 PSA 048 002 Şimala tərəf böyük Padşahın şəhəri – Sion dağı ucalığı ilə gözəldir, Dünyanın sevincidir. 019 PSA 048 003 Onun qalalarında Allah Özünü Alınmaz qala kimi göstərmişdir. 019 PSA 048 004 Padşahlar bir yerə yığıldılar, Siona yürüş etdilər. 019 PSA 048 005 Onu görəndə mat qaldılar, Qorxub tez qaçdılar. 019 PSA 048 006 Hamilə qadının ağrısı kimi Canlarına lərzə düşdü. 019 PSA 048 007 Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçaladın. 019 PSA 048 008 Ordular Rəbbinin şəhərində – Allahımızın şəhərində Nə eşitmişiksə, onu gördük, Allah oranı əbədi saxlayacaq. (Sela) 019 PSA 048 009 Ey Allah, məbədində Məhəbbətin barədə dərindən düşünürük. 019 PSA 048 010 Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur. 019 PSA 048 011 Qoy Sion dağı sevinsin. Sənin hökmlərinə görə Qoy Yəhuda qızları şad olsun. 019 PSA 048 012 Sionun ətrafında gəzib-dolaşın, Onun qüllələrini sayın. 019 PSA 048 013 Divarlarına fikir verin, Qalalarına diqqətlə baxın. Gələcək nəslə belə deyin: 019 PSA 048 014 «Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!» 019 PSA 049 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri, 019 PSA 049 002 Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın! 019 PSA 049 003 Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir. 019 PSA 049 004 Bu məsəllərə qulaq asacağam, Bu müəmmamı mən lira ilə açacağam: 019 PSA 049 005 Niyə yaman günlərdən, Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum? 019 PSA 049 006 Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər. 019 PSA 049 007 Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz. 019 PSA 049 008 Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki, 019 PSA 049 009 İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin. 019 PSA 049 010 Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur. 019 PSA 049 011 Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır. 019 PSA 049 012 İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır. 019 PSA 049 013 Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. (Sela) 019 PSA 049 014 Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar. 019 PSA 049 015 Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. (Sela) 019 PSA 049 016 Qorxma bir adam varlı olanda, Evinə sərvət yığılanda. 019 PSA 049 017 Çünki öləndə heç nə apara bilməz, Sərvəti ardınca getməz. 019 PSA 049 018 Sağ ikən özünü xoşbəxt saysa da, Uğur qazananda təriflənsə də, 019 PSA 049 019 Ata-babalarının yanına gedəcək, Sonsuzadək orada işıq görməyəcək. 019 PSA 049 020 İnsan dəyərli olsa da, anlamır, Həlak olan heyvana oxşayır. 019 PSA 050 001 Asəfin məzmuru. Güclü Rəbb Allah çağırır, Gündoğandan günbatanadək Bütün yer üzünü səsləyir. 019 PSA 050 002 Qüsursuz, gözəl Siondan Allah Öz nurunu saçır. 019 PSA 050 003 Allahımız gəlir, sakit dayanmaz, Önündə yandırıb-yaxan alov var, Ətrafında şiddətli tufan qopar. 019 PSA 050 004 O, xalqını mühakimə etmək üçün Yuxarıdakı göyü və yeri şahid çağırır: 019 PSA 050 005 «Hüzuruma möminlərimi, Qurban verib Mənimlə əhd bağlayanları yığın!» 019 PSA 050 006 Göylər ədalətini bəyan edir, Çünki hakim Allahın Özüdür. (Sela) 019 PSA 050 007 «Danışıram, dinlə Məni, ey xalqım! Ey İsrail, əleyhinə şəhadət edirəm. Allaham, sənin Allahın Mənəm. 019 PSA 050 008 Qurbanlarından ötrü səni tənbeh etmirəm, Yandırma qurbanlarını həmişə görürəm. 019 PSA 050 009 Tövləndəki buğanı, ağılındakı təkəni Səndən qəbul etmirəm. 019 PSA 050 010 Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, Minlərlə dağda otlayan mal-qaralar. 019 PSA 050 011 Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır. 019 PSA 050 012 Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm! 019 PSA 050 013 Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm? 019 PSA 050 014 Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver. 019 PSA 050 015 Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən». 019 PSA 050 016 Pislərəsə Allah deyir: «Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı? 019 PSA 050 017 Mənim iradıma nifrət edirsən, Sözlərimi qulaq ardına vurursan. 019 PSA 050 018 Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan. 019 PSA 050 019 Ağzını şər üçün açırsan, Dilini fırıldaq üçün işə salırsan. 019 PSA 050 020 Oturub qardaşından gileylənirsən, Ananın oğlundan qeybət edirsən. 019 PSA 050 021 Sən belə edəndə Mən dinməmişəm. Məgər Məni özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm, Əməllərini gözünün önünə düzəcəyəm. 019 PSA 050 022 Ey Allahı unudanlar, Buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, Heç birinizi xilas edən olmaz. 019 PSA 050 023 Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir. Doğru yol tutan şəxsə Allahın xilasını göstərəcəyəm». 019 PSA 051 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Davudun Bat-Şeva ilə olan münasibətinə görə Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra. Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil. 019 PSA 051 002 Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə. 019 PSA 051 003 Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır. 019 PSA 051 004 Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan. 019 PSA 051 005 Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram. 019 PSA 051 006 Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət. 019 PSA 051 007 Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum. 019 PSA 051 008 Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın. 019 PSA 051 009 Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil. 019 PSA 051 010 Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver. 019 PSA 051 011 Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə. 019 PSA 051 012 Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol. 019 PSA 051 013 Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər. 019 PSA 051 014 Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin. 019 PSA 051 015 Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim. 019 PSA 051 016 Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan, 019 PSA 051 017 Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah! 019 PSA 051 018 Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et. 019 PSA 051 019 Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər. 019 PSA 052 001 Musiqi rəhbəri üçün. Davudun maskili. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti. 019 PSA 052 002 Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir. 019 PSA 052 003 Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. (Sela) 019 PSA 052 004 Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən! 019 PSA 052 005 Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. (Sela) 019 PSA 052 006 Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər: 019 PSA 052 007 «Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi». 019 PSA 052 008 Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm. 019 PSA 052 009 Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram! 019 PSA 053 001 Musiqi rəhbəri üçün. Davudun «Maxalat» üstə oxunan maskili. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər, İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur. 019 PSA 053 002 Allah göylərdən bəşər övladına baxır; Görəsən Allahı dərk edən, Onu axtaran varmı? 019 PSA 053 003 Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur. 019 PSA 053 004 Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı? Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar. 019 PSA 053 005 Onlar böyük dəhşətə düşəcək, Heç görünməmiş dəhşətə düçar olacaqlar. Allah bizi mühasirəyə salanların Sümüklərini qırıb dağıdacaq. Onlar qarşımızda pərt qalacaq, Çünki Allah tərəfindən rədd olunacaqlar. 019 PSA 053 006 Kaş İsrailin azadlığı Siondan gələydi! Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək! 019 PSA 054 001 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə. Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver. 019 PSA 054 002 Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as. 019 PSA 054 003 Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. (Sela) 019 PSA 054 004 Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur. 019 PSA 054 005 O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et! 019 PSA 054 006 Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm! 019 PSA 054 007 Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü. 019 PSA 055 001 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə! 019 PSA 055 002 Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam. 019 PSA 055 003 Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur. 019 PSA 055 004 Köksümdəki ürəyim sancır, Ölüm dəhşəti üzərimə düşdü. 019 PSA 055 005 Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb. 019 PSA 055 006 Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım. 019 PSA 055 007 Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. (Sela) 019 PSA 055 008 Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim». 019 PSA 055 009 Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm; 019 PSA 055 010 Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir, 019 PSA 055 011 Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır. 019 PSA 055 012 Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim. 019 PSA 055 013 Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim. 019 PSA 055 014 Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik. 019 PSA 055 015 Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir. 019 PSA 055 016 Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər. 019 PSA 055 017 Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir. 019 PSA 055 018 Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur. 019 PSA 055 019 Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. (Sela) Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar. 019 PSA 055 020 Yoldaşım dostuna əl qaldırır, Dostluq əhdini pozur. 019 PSA 055 021 Onun dili kərə yağından da yağlıdır, Qəlbində isə çəkişmələr yaşayır, Sözləri zeytun yağından yumşaqdır, Amma sıyrılmış qılınclardır. 019 PSA 055 022 Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz. 019 PSA 055 023 Ey Allah, qanlı, hiyləgər adamları Qəbirə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız Sənə güvənirəm! 019 PSA 056 001 Musiqi rəhbəri üçün. Davudun «Yonat elem rexoqim» üstə oxunan miktamı. Filiştlilər onu Qat şəhərində yaxalayanda. Rəhm et mənə, ey Allah, İnsanlar sel kimi üstümə cumur, Gün boyu döyüşərək məni sıxışdırırlar. 019 PSA 056 002 Gün boyu düşmənlərim sel kimi üstümə cumur, Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur. 019 PSA 056 003 Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm. 019 PSA 056 004 Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər? 019 PSA 056 005 Hər işimə onlar ziyan vururlar, Həmişə mənə qəsd-qərəz qururlar. 019 PSA 056 006 Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər, Pusqu qurub canımı almaq üçün gözləyirlər. 019 PSA 056 007 Günahlarına görə onları cəzalandır, Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et. 019 PSA 056 008 Dərdlərimi saydın, Göz yaşlarımı tuluğuna yığ. Bunlar Sənin kitabında yazılmayıbmı? 019 PSA 056 009 Mən Səni çağıranda düşmənlərim geri dönür, Bunu bilirəm, Allah mənim tərəfimdədir. 019 PSA 056 010 Vədinə görə həmd etdiyim Allaha, Vədinə görə həmd etdiyim Rəbbə, 019 PSA 056 011 Allaha güvənirəm və qorxmuram; Fani insan mənə nə edə bilər? 019 PSA 056 012 Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm, Sənə şükür qurbanı təqdim edəcəyəm. 019 PSA 056 013 Çünki canımı ölümdən qurtardın, Ayaqlarımı büdrəməyə qoymadın, Belə ki Allahın hüzurunda, Həyatın nurunda dolanım. 019 PSA 057 001 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Şauldan qaçıb mağarada gizlənəndə. Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam. 019 PSA 057 002 Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram. 019 PSA 057 003 Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. (Sela) Allah Öz məhəbbətini və sədaqətini göndərəcək. 019 PSA 057 004 Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır. 019 PSA 057 005 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun! 019 PSA 057 006 Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. (Sela) 019 PSA 057 007 Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim. 019 PSA 057 008 Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım. 019 PSA 057 009 Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm. 019 PSA 057 010 Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir. 019 PSA 057 011 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun! 019 PSA 058 001 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız? 019 PSA 058 002 Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır, Bu dünyada əlinizdən zorakılıq gəlir. 019 PSA 058 003 Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşıblar, doğulan gündən belə, yalançıdırlar. 019 PSA 058 004 Onlar əfi ilan kimi zəhərlidirlər, Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər. 019 PSA 058 005 Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir. 019 PSA 058 006 Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar. 019 PSA 058 007 Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın. 019 PSA 058 008 İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər. 019 PSA 058 009 Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın. 019 PSA 058 010 Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq. 019 PSA 058 011 İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!» 019 PSA 059 001 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxunan miktamı. Şaul onu öldürmək üçün evinə adam göndərib pusqu qoyanda. Ey Allahım, məni düşmənlərimdən qurtar, Əleyhdarlarımın əlindən hifz et. 019 PSA 059 002 Məni şər iş görənlərdən xilas et, Məni qaniçənlərdən azad et. 019 PSA 059 003 Canımı almaq üçün məni güdürlər, Güclülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar, 019 PSA 059 004 Təqsirkar olmadığım halda Onlar mənə qarşı qəti tədbir görürlər. Bir oyan, halımı gör, yardım et, 019 PSA 059 005 Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. (Sela) 019 PSA 059 006 Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar. 019 PSA 059 007 Gör dodaqlarından nələr tökülür, Ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur. 019 PSA 059 008 Lakin, ya Rəbb, Sən onlara gülürsən, Bütün millətlərə rişxənd edirsən. 019 PSA 059 009 Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan, 019 PSA 059 010 Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan, Düşmənlərimin qırılmasını mənə göstərəcəksən. 019 PSA 059 011 Ey Xudavənd, Sənsən sipərimiz! Xalqımın yadında qalsın deyə Düşmənləri qırma, lakin gücünlə Onları dağıdaraq məğlub et. 019 PSA 059 012 Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə 019 PSA 059 013 Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. (Sela) 019 PSA 059 014 Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar. 019 PSA 059 015 Avara-avara gəzib yem axtarırlar, Doyunca tapmasalar, gecə boyu ulayırlar. 019 PSA 059 016 Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan. 019 PSA 059 017 Ey mənə qüvvət verən, Səni tərənnüm edəcəyəm! Ey Allahım, qalamsan, Mənə məhəbbətini göstərirsən! 019 PSA 060 001 Musiqi rəhbəri üçün. Davudun «Şuşan-edut» üstə oxunan təlim miktamı. Davud Naharayim və Sova Aramlıları ilə döyüşərkən Yoav gedib Duz vadisində on iki min Edomlunu öldürəndə. Ey Allah, Sən bizi atmısan, Müdafiə qüvvələrimizi dağıtmısan. Bizə qəzəblənmisən, Bizi əvvəlki halımıza qaytar. 019 PSA 060 002 Yeri lərzəyə salmısan, Torpağını dağıtmısan. Yarıqlarını yenə bitişdir, Çünki yer sarsılıb. 019 PSA 060 003 Öz xalqını çətinliyə salmısan, Şərab içirərək bizi səndələtmisən. 019 PSA 060 004 Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. (Sela) 019 PSA 060 005 Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver! 019 PSA 060 006 Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm. 019 PSA 060 007 Gilead torpağı Mənimdir, Menaşşe torpağı da Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır. 019 PSA 060 008 Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam». 019 PSA 060 009 Kim məni istehkamlı şəhərə apara bilər? Kim mənə Edoma qədər yol göstərər? 019 PSA 060 010 Ay Allah, Sən niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan? 019 PSA 060 011 Bizə düşmənin qarşısında imdad et, Çünki insanın köməyi puçdur. 019 PSA 060 012 Allahın köməyi ilə igidlik edəcəyik, O, düşmənlərimizi tapdalayacaq! 019 PSA 061 001 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ey Allah, fəryadımı eşit, Duamı dinlə. 019 PSA 061 002 Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. 019 PSA 061 003 Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən. 019 PSA 061 004 Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. (Sela) 019 PSA 061 005 Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin. 019 PSA 061 006 Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın. 019 PSA 061 007 Allahın hüzurunda daim taxtda otursun, Məhəbbət və sədaqət ver, onu qorusun. 019 PSA 061 008 Mənsə adını həmişə tərənnüm edəcəyəm, Hər gün əhd etdiyim təqdimləri verəcəyəm! 019 PSA 062 001 Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru. Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum. 019 PSA 062 002 Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram. 019 PSA 062 003 İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz? 019 PSA 062 004 Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. (Sela) 019 PSA 062 005 Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır. 019 PSA 062 006 Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram. 019 PSA 062 007 Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır. 019 PSA 062 008 Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! (Sela) 019 PSA 062 009 Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir. 019 PSA 062 010 Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın. 019 PSA 062 011 Allah bir dəfə dedi, Bunu iki dəfə eşitdim: Qüdrət Allahındır, 019 PSA 062 012 Ey Xudavənd, məhəbbət Sənindir! Sən hər kəsə əməlinə görə əvəz verirsən! 019 PSA 063 001 Davudun məzmuru. Yəhuda çölündə olanda. Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm. 019 PSA 063 002 Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm. 019 PSA 063 003 Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir. 019 PSA 063 004 Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm. 019 PSA 063 005 Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq. 019 PSA 063 006 Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm. 019 PSA 063 007 Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam. 019 PSA 063 008 Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur. 019 PSA 063 009 Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar, 019 PSA 063 010 Qılıncın ağzına tuş gələcəklər, Çaqqallara yem olacaqlar. 019 PSA 063 011 Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq. 019 PSA 064 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru. 019 PSA 064 002 Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru. 019 PSA 064 003 Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar, 019 PSA 064 004 Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar. 019 PSA 064 005 Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər. 019 PSA 064 006 Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz. 019 PSA 064 007 Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq. 019 PSA 064 008 Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq. 019 PSA 064 009 Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək. 019 PSA 064 010 Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək! 019 PSA 065 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Bir ilahi. Ey Allah, Səni Sionda həmdlər gözləyir, Sənə edilən əhd yerinə yetiriləcək. 019 PSA 065 002 Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək. 019 PSA 065 003 Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən. 019 PSA 065 004 Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq! 019 PSA 065 005 Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən. 019 PSA 065 006 Sən qüdrətə bürünmüsən, Qüvvətinlə dağları möhkəmlətmisən. 019 PSA 065 007 Dənizlərin uğultusunu, Dalğaların gurultusunu, Ümmətlərin çaxnaşmasını Yatıran Sənsən. 019 PSA 065 008 Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar. 019 PSA 065 009 Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən. 019 PSA 065 010 Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən. 019 PSA 065 011 Yaxşılıqlarınla tac qoyursan, Yollarından yağ damır, 019 PSA 065 012 Çöl otlaqlarına tökülür, Təpələr sevincə bürünür. 019 PSA 065 013 Çəmənlərin sürülərlə dolur, Dərələrini taxıl bürüyür. Onlar cuşa gəlib tərənnüm söyləyir! 019 PSA 066 001 Musiqi rəhbəri üçün. Bir ilahi. Məzmur. Ey bütün dünya əhli, Cuşa gəlib Allaha nida edin, 019 PSA 066 002 Şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin! 019 PSA 066 003 Siz Allaha belə deyin: «Əməllərin nə qədər zəhmlidir! O qədər qüdrətlisən ki, Düşmənlərin qarşında diz çökür! 019 PSA 066 004 Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». (Sela) 019 PSA 066 005 Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün. 019 PSA 066 006 Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək! 019 PSA 066 007 Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. (Sela) 019 PSA 066 008 Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin! 019 PSA 066 009 Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan. 019 PSA 066 010 Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın. 019 PSA 066 011 Sən bizi Öz torunla tutdun, Kürəyimizə ağır yük qoydun. 019 PSA 066 012 Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın. 019 PSA 066 013 Sənin evinə yandırma qurbanları ilə gələcəyəm, Sənə əhd etdiyim təqdimləri verəcəyəm. 019 PSA 066 014 Dar gündə dilim bunları bəyan etdi, Mənim ağzım bu əhdləri söylədi. 019 PSA 066 015 Kökəldilmiş heyvanları Sənin üçün yandırma qurbanı verəcəyəm. Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq, Təkələri, öküzləri qurban gətirəcəyəm. (Sela) 019 PSA 066 016 Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim. 019 PSA 066 017 Ağzımla Onu səslədim, Dilimlə Onu mədh etdim. 019 PSA 066 018 Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi. 019 PSA 066 019 Lakin Allah məni dinlədi, Duamın səsini eşitdi. 019 PSA 066 020 Alqış olsun Allaha! Duamı rədd etmədi, Məndən məhəbbətini əsirgəmədi! 019 PSA 067 001 Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur. Bir ilahi. Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. (Sela) 019 PSA 067 002 Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın. 019 PSA 067 003 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin. 019 PSA 067 004 Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. (Sela) 019 PSA 067 005 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin. 019 PSA 067 006 Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib. 019 PSA 067 007 Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun! 019 PSA 068 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Bir ilahi. Allah qalxsın, qoy düşmənlər dağılsın, Ona nifrət edənlər qarşısından qaçsın, 019 PSA 068 002 Pislər çəkilən tüstü kimi dağılsın, Alovun qarşısında mum kimi ərisin. Qoy onlar Allahın qarşısında məhv olsun. 019 PSA 068 003 Salehlər sevinsin, Allahın hüzurunda fərəhindən coşsun, Sevinib şad olsun. 019 PSA 068 004 Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın. 019 PSA 068 005 Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların müdafiəçisidir. 019 PSA 068 006 Allah kimsəsizlərə ev qurur, Əsirləri firavanlığa çıxarır, Günahkarlar isə quru yurdda yaşayır. 019 PSA 068 007 Ey Allah, Sən xalqının önündə gedərkən, Çöllükdə yürüşə çıxarkən (Sela) 019 PSA 068 008 Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda Yer lərzəyə gəldi, göydən yağış töküldü. 019 PSA 068 009 Ey Allah, yaxşıca yağışlar yağdırdın, Solan torpaqlarını canlandırdın. 019 PSA 068 010 Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə Məzlumlar üçün oranı Sən hazırladın. 019 PSA 068 011 Xudavənd əmr edir, Bir alay qadın Belə müjdə paylayır: 019 PSA 068 012 «Düşmən orduları qaçır! Padşahları qaçır! Evdə olanlar Talan malını paylayırlar. 019 PSA 068 013 Siz ağıllar arasında yatanda Qanadları gümüş kimi bərq vuran, Tükləri isə qızıl kimi parlayan, Göyərçinə oxşayırsınız». 019 PSA 068 014 Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür. 019 PSA 068 015 Ey Başan dağı, Allahın dağı, Ey zirvələri çox olan Başan dağı! 019 PSA 068 016 Ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa Niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar. 019 PSA 068 017 Allahın döyüş arabaları var Minlərlə, saysız-hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib. 019 PSA 068 018 Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın. 019 PSA 068 019 Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! (Sela) 019 PSA 068 020 Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir. 019 PSA 068 021 Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək. 019 PSA 068 022 Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam. 019 PSA 068 023 Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın». 019 PSA 068 024 Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür, 019 PSA 068 025 Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir. 019 PSA 068 026 Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış edin. 019 PSA 068 027 Qabaqda kiçik Binyamin qəbiləsi gedir, Ardınca çoxlu Yəhuda başçıları, Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir. 019 PSA 068 028 Ey Allah, qüdrətini, Bizim üçün işlətdiyin qüvvətini göstər. 019 PSA 068 029 Yerusəlimdəki məbədinə görə Sənə padşahlar xərac gətirir. 019 PSA 068 030 Qamışlıqda yaşayan heyvanları, Xalqların danaları ilə buğa sürüsünü tənbeh et. Bu gümüşpərəstləri təpiyinin altına sal, Davakar xalqları pərən-pərən et. 019 PSA 068 031 Misirdən Allahın hüzuruna elçilər gələcək, Kuşlular da Ona əl açacaqlar. 019 PSA 068 032 Ey dünya ölkələri, Allaha ilahi söyləyin. Xudavəndi tərənnüm edin, (Sela) 019 PSA 068 033 Göylərin, ulu göylərin üstünə minəni, Güclü səslə gurlayanı dinləyin, 019 PSA 068 034 Allahın qüdrətini bəyan edin, Əzəməti İsrail üzərindədir, Onun qüdrəti göylərdədir! 019 PSA 068 035 Müqəddəs məkanında olan ey Allah, zəhmlisən! İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir. Allaha alqış olsun! 019 PSA 069 001 Musiqi rəhbəri üçün. Davudun «Şoşannim» üstə oxunan məzmuru. Ay Allah, məni qurtar, Su çıxıb boğazımacan, 019 PSA 069 002 Dərin bataqlığa batmaqdayam, Ayaq üstə durmağa yer yoxdur. Dərin sulara qərq olmuşam, Sellər məni aparır. 019 PSA 069 003 Fəryad etməkdən taqətim kəsildi, Allahı gözləməkdən Boğazım qurudu, gözümün nuru söndü. 019 PSA 069 004 Boş yerə mənə nifrət edənlər Başımın tükündən çoxdur. Haqsız yerə mənə düşmən kəsilənlər, Məni məhv etmək istəyənlər qüvvətlidir. Oğurlamadığım şeyləri necə qaytara bilərəm? 019 PSA 069 005 Ey Allah, ağılsızlıq etdiyimi bilirsən, Günahlarım Səndən gizli deyil. 019 PSA 069 006 Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər Mənə görə qoy utanmasınlar. Ey İsrailin Allahı, Səni axtaranlar Mənə görə qoy xəcalət içində qalmasınlar. 019 PSA 069 007 Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, Üzümü xəcalət bürüdü. 019 PSA 069 008 Qardaşlarıma yad oldum, Anamın oğullarına özgə sayıldım. 019 PSA 069 009 Evinin qeyrəti məni yandırıb-yaxdı, Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım. 019 PSA 069 010 Oruc tutub ağlamağımı belə, Mənə rüsvayçılıq saydılar. 019 PSA 069 011 Mən çula bürünəndə Onlara söz oldum. 019 PSA 069 012 Darvazadakı adamlar məndən qeybət edirlər, Sərxoşların dilinin nəğməsinə çevrildim. 019 PSA 069 013 Mənsə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman Bol məhəbbətinə görə mənə cavab ver, Çünki qurtuluşuna etibar etmişəm. 019 PSA 069 014 Məni qurtar, bataqlığa batmayım, Qoy düşmənlərimdən, Dərin sulardan xilas olum. 019 PSA 069 015 Qoy sellər məni aparmasın, Dərinlik məni udmasın, Quyu üstümdə ağzını yummasın. 019 PSA 069 016 Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır. 019 PSA 069 017 Üzünü bu bəndəndən gizlətmə, Tez cavab ver, çünki əzab çəkirəm. 019 PSA 069 018 Yetiş, canımı azad et, Məni düşmənlərimdən xilas et. 019 PSA 069 019 Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır. 019 PSA 069 020 Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı. 019 PSA 069 021 Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər. 019 PSA 069 022 Süfrələri onlar üçün tələ olsun, Müttəfiqləri üçün tor olsun. 019 PSA 069 023 Gözlərinə qara gəlsin, görməsinlər, Belləri onları lərzəyə salsın. 019 PSA 069 024 Qoy qəzəbin onların üzərinə yağsın, Qoy hiddətinin qızğınlığı onları tutsun. 019 PSA 069 025 Düşərgələri viran olsun, Çadırları boş qalsın. 019 PSA 069 026 Çünki Sənin vurduğun insanı təqib edirlər, Yaraladıqlarının dərdini ona qaxınc edirlər. 019 PSA 069 027 Bu təqsirkarları daha da təqsirkar çıxar, Səndən bəraət almasınlar. 019 PSA 069 028 Qoy adları həyat kitabından silinsin, Salehlərlə yanaşı yazılmasın. 019 PSA 069 029 Mən məzlumam, dərdliyəm, Ey Allah, Sənin qurtuluşun məni ucaltsın. 019 PSA 069 030 Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam. 019 PSA 069 031 Mal-qara qurbanından çox Bu, Rəbbin xoşuna gələcək, Buynuzlu, dırnaqlı buğadan çox Bu Ona xoş gələcək. 019 PSA 069 032 Bunu görən məzlumlar qoy sevinsin, Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin. 019 PSA 069 033 Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır. 019 PSA 069 034 Göy, yer, dənizlər, oradakı canlılar Qoy Rəbbə həmd oxusunlar. 019 PSA 069 035 Çünki Allah Sionu qurtaracaq, O, Yəhuda şəhərlərini bərpa edəcək. Onun xalqı oranı mülk edib məskən salacaq, 019 PSA 069 036 Ora qullarının övladlarına irs olaraq qalacaq, Allahın ismini sevənlər orada sakin olacaq! 019 PSA 070 001 Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru. Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat! 019 PSA 070 002 Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar. 019 PSA 070 003 «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar. 019 PSA 070 004 Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər. 019 PSA 070 005 Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə! 019 PSA 071 001 Ya Rəbb, Sənə pənah gətirirəm, Heç vaxt məni xəcalətdə qoyma. 019 PSA 071 002 Məni ədalətinlə qurtar, xilas et, Qulağını mənə sarı döndər, məni azad et. 019 PSA 071 003 Mənə sığınacaq qaya ol, Qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən. 019 PSA 071 004 Ey Allahım, şər insanın əlindən, Haqsızın, zalımın pəncəsindən məni qurtar. 019 PSA 071 005 Ey Xudavənd, Sən mənim ümidimsən, Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm. 019 PSA 071 006 Doğulduğum gündən bəri dayağımsan, Məni ana bətnindən dünyaya gətirmisən, Həmişə Sənə həmd edirəm. 019 PSA 071 007 Çoxlarına qəribə bir şey oldum, Amma Sən mənim möhkəm sığınacağım oldun. 019 PSA 071 008 Sənə həmd etmək dilimdən düşməz, Daim Sənin izzətini düşünürəm. 019 PSA 071 009 Yaşa dolanda da məni rədd etmə, Taqətdən düşəndə də məni tərk etmə. 019 PSA 071 010 Mənim barəmdə düşmənlərim belə söyləyir, Məni öldürmək istəyənlər belə məsləhətləşir, 019 PSA 071 011 Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur. 019 PSA 071 012 Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat! 019 PSA 071 013 Qoy məni ittiham edənlər utanıb məhv olsun, Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün. 019 PSA 071 014 Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam. 019 PSA 071 015 Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, Onun ölçüsünü bilməsəm də. 019 PSA 071 016 Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm. 019 PSA 071 017 Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm. 019 PSA 071 018 Yaşa dolub saçıma dən düşənə qədər Gələcək nəslə qüvvətini, Gələcək nəslin hər birinə qüdrətini Elan edəcəyəm. Ey Allah, məni tərk etmə. 019 PSA 071 019 Ey Allah, salehliyin göylər qədər ucadır, Böyük işlər görmüsən! Ey Allah, Sənin kimisi varmı? 019 PSA 071 020 Sən mənə çoxlu ağır əzablar versən də, Yenə məni dirçəldirsən, Yerin dibindən yenə məni çıxarırsan, 019 PSA 071 021 Hörmətimi artırmaqla Mənə yenə əmniyyət verirsən. 019 PSA 071 022 Ey Allahım, sədaqətinə görə Çəng çalıb Sənə şükür edəcəyəm! Ey İsrailin Müqəddəsi, Səni lira ilə tərənnüm edəcəyəm! 019 PSA 071 023 Dilim, azadlıq verdiyin qəlbim Mədh oxuyub Səni tərənnüm edəcək, 019 PSA 071 024 Dilim daim salehliyindən söyləyəcək, Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb. 019 PSA 072 001 Süleymanın məzmuru. Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver. 019 PSA 072 002 Qoy Sənin xalqına salehliklə, Məzlumlara ədalətlə hakimlik etsin. 019 PSA 072 003 Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın. 019 PSA 072 004 Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin. 019 PSA 072 005 Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun. 019 PSA 072 006 Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün. 019 PSA 072 007 Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın. 019 PSA 072 008 Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. 019 PSA 072 009 Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun. 019 PSA 072 010 Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin. 019 PSA 072 011 Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin! 019 PSA 072 012 Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır. 019 PSA 072 013 Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir. 019 PSA 072 014 Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir. 019 PSA 072 015 Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin. 019 PSA 072 016 Qoy ölkənin zəmiləri bol olsun, Dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin, Qoy şəhərin əhalisi ot kimi bitsin. 019 PSA 072 017 Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın! 019 PSA 072 018 Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına! 019 PSA 072 019 Onun şərəfli adına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin! 019 PSA 072 020 Yessey oğlu Davudun duaları burada sona çatır. 019 PSA 073 001 Asəfin məzmuru. Doğrudan da, İsrail üçün, Ürəyitəmiz olanlar üçün Allah xeyirxahdır. 019 PSA 073 002 Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı. 019 PSA 073 003 Pislərin firavanlığını görərkən Bu məğrurlara həsəd aparırdım. 019 PSA 073 004 Ölənədək onların ağrıları yoxdur, Vücudları ətə-cana gəlib. 019 PSA 073 005 Onlar başqaları kimi dərdə düşməzlər, Əzab çəkməzlər. 019 PSA 073 006 Çünki təkəbbür onlar üçün boyunbağı kimidir, Zorakılıq libas kimi əyinlərini örtür. 019 PSA 073 007 Köklükdən gözləri dombalıb çıxır, Qəlblərinin pis məqsədləri aşıb-daşır. 019 PSA 073 008 Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər. 019 PSA 073 009 Ağızlarını göylərin əleyhinə açırlar, Dillərinin sözləri dünyanı gəzib-dolaşır. 019 PSA 073 010 Ona görə bütün xalq onların tərəfinə keçir, Sözlərini axıradək su kimi içir. 019 PSA 073 011 Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq-Taala bundan necə xəbərdar olacaq? 019 PSA 073 012 Belədir pis adamlar, Daim arxayındırlar, var-dövlət artırırlar. 019 PSA 073 013 Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum? 019 PSA 073 014 Həmişə əziyyətə düşürəm, Hər səhər töhmətə rast gəlirəm. 019 PSA 073 015 Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim, Sənin övladlarına xəyanət edərdim. 019 PSA 073 016 Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu. 019 PSA 073 017 Yalnız Allahın Müqəddəs məkanına girərkən Onların aqibətini dərk etdim. 019 PSA 073 018 Doğrudan da, onları sürüşkən yerə qoymusan, Onları məhvə yuvarlayırsan. 019 PSA 073 019 Onlar bir anda yox olacaqlar, Dəhşət içində itib-batacaqlar. 019 PSA 073 020 Yuxudan ayılanda röyalar unudular, Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq. 019 PSA 073 021 O vaxt könlüm zəhərlənmişdi, Qəlbim dəlik-deşik olmuşdu. 019 PSA 073 022 Necə axmaq idim, dərrakəm yox idi, Qarşında sanki bir heyvan idim. 019 PSA 073 023 Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan. 019 PSA 073 024 Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan. 019 PSA 073 025 Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm. 019 PSA 073 026 Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən. 019 PSA 073 027 Budur, Səndən uzaq düşənlər məhv olurlar, Sənə xəyanət edənləri yox edirsən. 019 PSA 073 028 Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam! 019 PSA 074 001 Asəfin maskili. Ey Allah, niyə bizi əbədilik tərk etmisən? Otlağının sürüsünə niyə qəzəbin alovlanıb? 019 PSA 074 002 Yada sal keçmişdə satın aldığın icmanı, Özünə xalq etmək üçün azad etdiyin tayfanı, Həm də məskənin olan Sion dağını. 019 PSA 074 003 Əbədi viranələrə doğru get, Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb. 019 PSA 074 004 Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər, Bu yerə zəfər bayraqlarını keçirtdilər. 019 PSA 074 005 Sıx meşəni budamaq üçün Balta qaldıran adamlara bənzəyirlər. 019 PSA 074 006 Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər. 019 PSA 074 007 Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar. 019 PSA 074 008 «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar. 019 PSA 074 009 Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq. 019 PSA 074 010 Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənin adına küfr edəcək? 019 PSA 074 011 Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et. 019 PSA 074 012 Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən. 019 PSA 074 013 Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin. 019 PSA 074 014 Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin. 019 PSA 074 015 Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun. 019 PSA 074 016 Gündüz də Sənindir, gecə də Sənin, Ayı və günəşi Sən yaratmısan. 019 PSA 074 017 Sən quru yerin bütün sərhədlərini qoydun, Həm yayı, həm qışı yaratdın. 019 PSA 074 018 Ya Rəbb, unutma, düşmən Səni söyür, Sənin adına axmaq bir xalq küfr edir. 019 PSA 074 019 Öz qumrunun canını yırtıcılara vermə, Məzlumlarının həyatını əsla unutma. 019 PSA 074 020 Özün bizimlə bağladığın əhdə bax! Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub. 019 PSA 074 021 Qoyma əzabkeş yenə də rüsvay olsun, Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun. 019 PSA 074 022 Qalx, ey Allah, mübarizəni apar, Unutma ki, axmaqlar həmişə Səni söyür. 019 PSA 074 023 Düşmənlərinin səsini, Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma. 019 PSA 075 001 Musiqi rəhbəri üçün Asəfin «Al-taşxet» üstə oxunan məzmuru. Bir ilahi. Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir! 019 PSA 075 002 Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm. 019 PSA 075 003 Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. (Sela) 019 PSA 075 004 Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin, 019 PSA 075 005 Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”». 019 PSA 075 006 İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. 019 PSA 075 007 Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir. 019 PSA 075 008 Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq. 019 PSA 075 009 Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam. 019 PSA 075 010 Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq. 019 PSA 076 001 Musiqi rəhbəri üçün. Asəfin simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Bir ilahi. Allah Yəhudada şöhrətlidir, İsraildə Onun adı böyükdür. 019 PSA 076 002 Çardağı Salemdədir, Məskəni Siondadır. 019 PSA 076 003 Allah orada alovlu oxları, Qalxan-qılıncı və bütün silahları qırdı. (Sela) 019 PSA 076 004 Ey Allah, şərəfli Sənsən, Ulu dağlardan da əzəmətlisən! 019 PSA 076 005 Cəsur ürəklilər talan oldu, Ölüm yuxusuna daldı, Bütün cəngavərlərin əlləri sustaldı. 019 PSA 076 006 Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı. 019 PSA 076 007 Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər? 019 PSA 076 008 Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi. 019 PSA 076 009 Onda, ey Allah, hökm çıxarmaq üçün, Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. (Sela) 019 PSA 076 010 Qəzəbli insanlar belə, Sənə şükür edir, Qəzəbdən qurtulanları Özünə bağlayırsan. 019 PSA 076 011 Allahınız Rəbbə əhd edin və yerinə yetirin, Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin. 019 PSA 076 012 O, hökmdarların nəfəsini kəsər, Dünya padşahlarını vahimələndirər. 019 PSA 077 001 Musiqi rəhbəri Yedutun üçün. Asəfin məzmuru. Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər. 019 PSA 077 002 Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam. 019 PSA 077 003 Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. (Sela) 019 PSA 077 004 Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm. 019 PSA 077 005 Düşünürəm keçən günləri, Ötən dövranı, illəri. 019 PSA 077 006 Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur: 019 PSA 077 007 «Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı? 019 PSA 077 008 Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı? 019 PSA 077 009 Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» (Sela) 019 PSA 077 010 Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir». 019 PSA 077 011 Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən. 019 PSA 077 012 Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə xəyala dalıram. 019 PSA 077 013 Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var? 019 PSA 077 014 Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən. 019 PSA 077 015 Əl uzadıb xalqını, Yaqub, Yusif övladlarını azad etmisən. (Sela) 019 PSA 077 016 Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi. 019 PSA 077 017 Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü. 019 PSA 077 018 Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı. 019 PSA 077 019 Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı. 019 PSA 077 020 Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın. 019 PSA 078 001 Asəfin maskili. Ey xalqım, təlimimi dinləyin, Dilimdən çıxan sözləri eşidin. 019 PSA 078 002 Ağzımı bu məsəllə açıb Keçmişdəki müəmmaları bəyan edəcəyəm. 019 PSA 078 003 Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib. 019 PSA 078 004 Bunu onların nəvələrindən gizlətməyəcəyik; Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xariqələri Gələcək nəsillərə söyləyəcəyik. 019 PSA 078 005 Rəbb öyüd vermək üçün Yaqub nəslinə – İsrailə bir təlim qoydu. Ata-babalarımıza əmr etdi ki, Bu təlimi övladlarına öyrətsin. 019 PSA 078 006 Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin. 019 PSA 078 007 Qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, Əmrlərini yerinə yetirsinlər. 019 PSA 078 008 Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi. 019 PSA 078 009 Efrayim övladları ox-kamanla silahlandılar, Amma döyüş günü tez geriyə qayıtdılar. 019 PSA 078 010 Allahın əhdini pozanlar belə etdilər, Sənin qanunlarınla yaşamaq istəmədilər. 019 PSA 078 011 Allahın işlərini, Göstərdiyi xariqələrini unutdular. 019 PSA 078 012 Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi. 019 PSA 078 013 Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı. 019 PSA 078 014 Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi. 019 PSA 078 015 Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı. 019 PSA 078 016 Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı. 019 PSA 078 017 Amma onlar günah etməyi davam etdirdilər, Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular. 019 PSA 078 018 İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər. 019 PSA 078 019 Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər? 019 PSA 078 020 Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?» 019 PSA 078 021 Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı. 019 PSA 078 022 Çünki onlar Allaha inanmırdılar, Onun qurtuluşuna arxalanmırdılar. 019 PSA 078 023 Bununla belə, uca səmaya əmr etdi, Göylərin qapılarını açdırdı. 019 PSA 078 024 Onlara yemək üçün manna yağdırdı, Göylərin taxılını verdi. 019 PSA 078 025 İnsan mələklərin çörəyindən yedi, Onlara doyunca yemək verildi. 019 PSA 078 026 Göylərdə şərq küləyini əsdirdi, Qüdrəti ilə cənub küləyini gətirdi. 019 PSA 078 027 Başlarına toz kimi ət yağdırdı, Onlara dənizdəki qum qədər quşlar göndərdi. 019 PSA 078 028 Düşərgələrinin ortasına, Qaldıqları yerin ətrafına səpələdi. 019 PSA 078 029 Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi. 019 PSA 078 030 Lakin iştahaları qurtarmamış, Yemək ağızlarında olarkən 019 PSA 078 031 Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi. 019 PSA 078 032 Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar. 019 PSA 078 033 Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi. 019 PSA 078 034 Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar. 019 PSA 078 035 Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi. 019 PSA 078 036 Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar. 019 PSA 078 037 Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar. 019 PSA 078 038 Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır. 019 PSA 078 039 Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir. 019 PSA 078 040 Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər! 019 PSA 078 041 Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər. 019 PSA 078 042 Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü, 019 PSA 078 043 Misirdə göstərdiyi əlamətləri, Soan bölgəsində göstərdiyi möcüzələri. 019 PSA 078 044 Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı. 019 PSA 078 045 Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi. 019 PSA 078 046 Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi. 019 PSA 078 047 Üzümlərini dolu ilə, Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi. 019 PSA 078 048 Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı. 019 PSA 078 049 Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü. 019 PSA 078 050 Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi. 019 PSA 078 051 Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı. 019 PSA 078 052 Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı. 019 PSA 078 053 Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu. 019 PSA 078 054 Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi. 019 PSA 078 055 Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi. 019 PSA 078 056 Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər. 019 PSA 078 057 Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər. 019 PSA 078 058 Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar. 019 PSA 078 059 Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi. 019 PSA 078 060 İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi. 019 PSA 078 061 Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi. 019 PSA 078 062 Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi. 019 PSA 078 063 İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı. 019 PSA 078 064 Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu. 019 PSA 078 065 O zaman Xudavənd yuxulu insan kimi oyandı, Sanki şərabın təsirindən ayılan bir pəhləvandır. 019 PSA 078 066 Düşmənlərini vuraraq geri atdı, Əbədi olaraq onları rüsvay etdi. 019 PSA 078 067 Yusifin nəslini rədd etdi, Efrayim qəbiləsini seçmədi. 019 PSA 078 068 Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi. 019 PSA 078 069 Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi. 019 PSA 078 070 Çoban olan qulu Davudu seçdi, Onu qoyun ağıllarından götürdü. 019 PSA 078 071 Əmlik quzuların qayğısına qalanı gətirdi, Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi. 019 PSA 078 072 Davud onları kamil ürəklə otardı, Əlindən gələn məharətlə onları irəli apardı. 019 PSA 079 001 Asəfin məzmuru. Ey Allah, millətlər Sənin mülkünə giriblər, Müqəddəs məbədini murdar ediblər, Yerusəlimi viranəliyə çeviriblər. 019 PSA 079 002 Qullarının cəsədini göydəki quşlara yem ediblər, Möminlərinin ətini yerdəki heyvanlara veriblər. 019 PSA 079 003 Yerusəlimin hər tərəfində onların qanı axıdılıb, Onları dəfn edən yoxdur. 019 PSA 079 004 Qonşularımızın tənə hədəfinə döndük, Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik. 019 PSA 079 005 Ya Rəbb, nə vaxtacan, Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən, Qısqanclıqdan od tutub yanacaqsan? 019 PSA 079 006 Səni tanımayan millətlərin, İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök. 019 PSA 079 007 Çünki onlar Yaqub nəslinin başını yeyiblər, Yurd-yuvasını viranəyə çeviriblər. 019 PSA 079 008 Ata-babalarımızın günahını boynumuza qoyma, Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər. 019 PSA 079 009 Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et. 019 PSA 079 010 Niyə millətlər «Hanı onların Allahı?» desinlər? Qullarının tökülən qan qisasının alınmasını Qoy gözümüz görsün, millətlər də bilsinlər. 019 PSA 079 011 Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın, Ölümə aparılanları böyük qüdrətinlə qoru. 019 PSA 079 012 Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların Tənələrini yeddi qat artıq kökslərinə qaytar. 019 PSA 079 013 Biz Sənin xalqın, otlağının sürüsüyük, Əbədilik Sənə şükür edərik, Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik! 019 PSA 080 001 Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru. Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç! 019 PSA 080 002 Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar! 019 PSA 080 003 Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar! 019 PSA 080 004 Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən? 019 PSA 080 005 Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin. 019 PSA 080 006 Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür. 019 PSA 080 007 Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar! 019 PSA 080 008 Misirdən tənək fidanı gətirərək Qovduğun millətlərin torpağında əkdin. 019 PSA 080 009 Bunun üçün sahə hazırlamışdın, Tənək rişələnib ölkəni bürüdü. 019 PSA 080 010 Budaqları dağlara, Böyük sidr ağaclarına kölgə saldı. 019 PSA 080 011 Dənizə qədər qol-budaq atdı, Zoğ atıb Fərat çayına çatdı. 019 PSA 080 012 Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır, 019 PSA 080 013 Tənəyi meşənin qabanları korlayır, Onu çöl heyvanları çeynəyir. 019 PSA 080 014 Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal. 019 PSA 080 015 Axı bu fidanı sağ əlinlə əkmisən, Kökünə qüvvət vermisən. 019 PSA 080 016 Tənəyini kəsib yandıranlar Qəzəbli məzəmmətinlə qoy yox olsunlar! 019 PSA 080 017 Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun. 019 PSA 080 018 Qoy Səndən dönüb ayrılmayaq, Bizi elə yaşat ki, ismini çağıraq. 019 PSA 080 019 Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar! 019 PSA 081 001 Musiqi rəhbəri üçün. Asəfin «Gittit» üstə oxunan məzmuru. Qüvvətimiz olan Allahı mədh edin, Yaqubun Allahına cuşa gəlib nida edin! 019 PSA 081 002 İlahi oxuyun, Dəfi, xoş avazlı liranı və çəngi çalın. 019 PSA 081 003 Təzə Ay mərasimində, ay bədirlənəndə, Bizim bayram günündə Şeypur çalın! 019 PSA 081 004 Çünki bu, İsrail üçün verilən qaydadır, Yaqubun Allahının hökmüdür. 019 PSA 081 005 O, Misir əleyhinə çıxanda Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim: 019 PSA 081 006 «Onun çiyinlərini bu yükdən qurtarıram, Qoy əlləri bu ağır səbətdən azad olsun. 019 PSA 081 007 Dar günündə Məni çağırdın, Mən də səni qurtardım. Gurlayaraq tufan içindən sənə cavab verdim, Meriva sularında səni sınadım. (Sela) 019 PSA 081 008 Ey xalqım, dinlə, xəbərdarlıq edirəm, Ey İsrail, kaş ki Məni dinləyəydin! 019 PSA 081 009 Aranızda özgə allah olmasın, Yad allaha kimsə səcdə qılmasın. 019 PSA 081 010 Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm. 019 PSA 081 011 Lakin xalqım səsimi eşitmədi, İsrail nəsli Məni istəmədi. 019 PSA 081 012 Onların inadkar qəlblərinə izin verdim ki, Necə istəyirlər, elə gəzsinlər. 019 PSA 081 013 Kaş ki xalqım Mənə qulaq asaydı, İsrail nəsli Mənim yolumla gedəydi! 019 PSA 081 014 Bir anda düşmənlərini yerə sərərdim, Əlimi yağılarının üstünə qaldırardım. 019 PSA 081 015 Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi, Əbədi olaraq vaxtları belə keçərdi. 019 PSA 081 016 Sizə taxılın əlasını yedirərdim, Sizi qayadan axan balla bəsləyərdim». 019 PSA 082 001 Asəfin məzmuru. Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir: 019 PSA 082 002 «Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? (Sela) 019 PSA 082 003 Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin. 019 PSA 082 004 Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin. 019 PSA 082 005 Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız. 019 PSA 082 006 Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”. 019 PSA 082 007 Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz». 019 PSA 082 008 Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan! 019 PSA 083 001 Bir ilahi. Asəfin məzmuru. Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma! 019 PSA 083 002 Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır. 019 PSA 083 003 Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər. 019 PSA 083 004 Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək». 019 PSA 083 005 Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər: 019 PSA 083 006 Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər, 019 PSA 083 007 Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi. 019 PSA 083 008 Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. (Sela) 019 PSA 083 009 Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini. 019 PSA 083 010 Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular. 019 PSA 083 011 Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et. 019 PSA 083 012 Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq». 019 PSA 083 013 Ey Allahım, onları sovrulan toza, Küləyin süpürdüyü saman qırıntısına çevir. 019 PSA 083 014 Meşəni yandıran od kimi, Dağları alışdıran alov kimi 019 PSA 083 015 Onları tufanınla qov, Qasırğanla dəhşətə sal. 019 PSA 083 016 Ya Rəbb, onların üzünü xəcalətə bürü, Qoy Sənin ismini axtarsınlar. 019 PSA 083 017 Əbədilik utanaraq vəlvələyə düşsünlər, Rüsvay olub yox olsunlar. 019 PSA 083 018 Bilsinlər ki, Sənin ismin Rəbdir, Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan! 019 PSA 084 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının «Gittit» üstə oxunan məzmuru. Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir, 019 PSA 084 002 Qəlbim Rəbbin həyətinin həsrətindədir, Könlüm, cismim var olan Allaha mədh oxuyur. 019 PSA 084 003 Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar. 019 PSA 084 004 Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! (Sela) 019 PSA 084 005 Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar! 019 PSA 084 006 Baka vadisindən keçərkən Onlara çağlayan bulaqlar görünər, İlk yağışdan ora gölməçələrə bürünər. 019 PSA 084 007 Bu adamlar getdikcə qüvvət alarlar, Sionda Allahın hüzurunda olarlar. 019 PSA 084 008 Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə, Ey Yaqubun Allahı, qulaq as! (Sela) 019 PSA 084 009 Ey Allah, bizə sipər olana bax, Məsh etdiyinin üzünə bax! 019 PSA 084 010 Sənin həyətində keçən bir günüm Başqa yerdə keçən min günümdən yaxşıdır. Allahımın evinin keşiyində dayanmağım Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır. 019 PSA 084 011 Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir. 019 PSA 084 012 Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır! 019 PSA 085 001 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ya Rəbb, ölkədən razı qaldın, Yaqub nəslini bəxtəvər günlərə qaytardın. 019 PSA 085 002 Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. (Sela) 019 PSA 085 003 Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın. 019 PSA 085 004 Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək. 019 PSA 085 005 Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq? 019 PSA 085 006 Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi? 019 PSA 085 007 Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et. 019 PSA 085 008 Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər. 019 PSA 085 009 Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır! 019 PSA 085 010 Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək. 019 PSA 085 011 Həqiqət yerdə bitib-göyərəcək, Ədalət göylərdən baxacaq. 019 PSA 085 012 Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək. 019 PSA 085 013 Ədalət Rəbbin önündə addımlayar, Qədəmləri üçün cığır salar. 019 PSA 086 001 Davudun duası. Ya Rəbb, mənə qulaq asıb cavab ver, Çünki mən məzlumam, fəqirəm. 019 PSA 086 002 Möminəm, Sən Özün məni qoru, Ey Allahım, Sənə güvənən bəndəni qurtar. 019 PSA 086 003 Rəhm et mənə, ey Xudavənd, Çünki bütün gün Səni səsləyirəm! 019 PSA 086 004 Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm. 019 PSA 086 005 Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur. 019 PSA 086 006 Ya Rəbb, duamı dinlə, Yalvarışlarımın səsinə qulaq as. 019 PSA 086 007 Dar gündə Səni səsləyirəm, Bilirəm ki, mənə cavab verərsən. 019 PSA 086 008 Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur. 019 PSA 086 009 Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək. 019 PSA 086 010 Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən! 019 PSA 086 011 Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum. 019 PSA 086 012 Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm. 019 PSA 086 013 Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın. 019 PSA 086 014 Ey Allah, lovğalar əleyhimə qalxır, Bir dəstə zalım canımı almaq üçün məni axtarır, Səni qarşılarında görmür. 019 PSA 086 015 Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur. 019 PSA 086 016 Sən mənə baxıb rəhm et, Bu bəndənə Öz gücündən ver, Kənizinin oğlunu xilas et. 019 PSA 086 017 Xeyirxahlığından mənə bir əlamət göstər, Qoy mənə nifrət edənlər görüb utansınlar. Çünki, ya Rəbb, mənə kömək edirsən, Könlümə təsəlli verirsən. 019 PSA 087 001 Qorah övladlarının məzmuru. Bir ilahi. Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir, 019 PSA 087 002 Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir. 019 PSA 087 003 Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: (Sela) 019 PSA 087 004 «Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”. 019 PSA 087 005 Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”. 019 PSA 087 006 Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. (Sela) 019 PSA 087 007 Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”». 019 PSA 088 001 Bir ilahi. Qorah övladlarının məzmuru. Musiqi rəhbəri üçün Ezrahlı Hemanın «Maxalat leannot» üstə oxunan maskili. Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram! 019 PSA 088 002 Qoy duam Sənə çatsın, Qulaq as naləmə. 019 PSA 088 003 Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır. 019 PSA 088 004 Qəbirə düşənlərin içində sayılıram, Sanki məndə taqət qalmayıb. 019 PSA 088 005 Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm. 019 PSA 088 006 Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın. 019 PSA 088 007 Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. (Sela) 019 PSA 088 008 Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm, 019 PSA 088 009 Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram. 019 PSA 088 010 Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? (Sela) 019 PSA 088 011 Məhəbbətin məzardamı, Sədaqətin Həlak yerindəmi bəyan olunacaq? 019 PSA 088 012 Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq? 019 PSA 088 013 Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır. 019 PSA 088 014 Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən? 019 PSA 088 015 Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam, Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam. 019 PSA 088 016 Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram. 019 PSA 088 017 Bunlar sel kimi məni dövrəyə salır, Bunlar birgə həmişə başımın üstünü alır. 019 PSA 088 018 Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan, Yalnız qaranlıqla həmdəm olmuşam. 019 PSA 089 001 Ezrahlı Etanın maskili. Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək. 019 PSA 089 002 Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır. 019 PSA 089 003 Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm: 019 PSA 089 004 “Mən nəslini əbədi sarsılmaz edəcəyəm, Sülaləni taxtında sonsuzadək yaşadacağam”». (Sela) 019 PSA 089 005 Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin. 019 PSA 089 006 Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı? 019 PSA 089 007 Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir. 019 PSA 089 008 Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb. 019 PSA 089 009 Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan. 019 PSA 089 010 Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın. 019 PSA 089 011 Göylər Sənin, yer üzü Sənin, Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan. 019 PSA 089 012 Sən şimalı, cənubu yaratmısan, Tavor və Xermon adına mədh oxuyur. 019 PSA 089 013 Qolun nə qədər qüvvətlidir, Sağ əlin ucadır, əllərin qüdrətlidir! 019 PSA 089 014 Salehlik və ədalət taxtının təməlidir, Məhəbbət və sədaqət önündə gedir! 019 PSA 089 015 Bayram şənliyində olan xalq nə bəxtiyardır! Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər. 019 PSA 089 016 İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar. 019 PSA 089 017 Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır. 019 PSA 089 018 Çünki sipərimiz Rəbdəndir, Padşahımız İsrailin Müqəddəsidir. 019 PSA 089 019 Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim. 019 PSA 089 020 Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim. 019 PSA 089 021 Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək! 019 PSA 089 022 Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz. 019 PSA 089 023 Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam. 019 PSA 089 024 Yanında sədaqətim, məhəbbətim olacaq, Gücü ismimlə artacaq. 019 PSA 089 025 Dənizlərə əlini, Çaylara sağ əlini çatdıracağam. 019 PSA 089 026 Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!” 019 PSA 089 027 Mən də ilk oğul haqqını ona verəcəyəm, Onu yer üzünün ən uca padşahı edəcəyəm. 019 PSA 089 028 Ona daim məhəbbətimi göstərəcəyəm, Sadiq qalıb əhdimi pozmayacağam. 019 PSA 089 029 Onun nəslini əbədi yaşadacağam, Göylər durduqca taxtını saxlayacağam. 019 PSA 089 030 Övladları qanunumu atsalar, Hökmlərimə görə yaşamasalar, 019 PSA 089 031 Qaydalarımı pozsalar, Əmrlərimə əməl etməsələr, 019 PSA 089 032 Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam, Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm. 019 PSA 089 033 Amma yenə də məhəbbətimi atmaram, Sədaqətimi yalan olmağa qoymaram. 019 PSA 089 034 Öz əhdimi pozmaram, Dilimdən çıxan sözləri dəyişmərəm. 019 PSA 089 035 Müqəddəsliyim naminə bir dəfə and içmişəm: Davuda yalandan söz verməyəcəyəm. 019 PSA 089 036 Sülaləsi taxtda əbədi qalacaq, Taxtı hüzurumda günəş kimi duracaq. 019 PSA 089 037 Ay kimi – Göydəki etibarlı şahid kimi sabit qalacaq». (Sela) 019 PSA 089 038 Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən, Sən onu rədd etmisən, ona arxa çevirmisən. 019 PSA 089 039 Qulunla bağladığın əhddən imtina etmisən, Tacını toz-torpağa atıb bulaşdırmısan. 019 PSA 089 040 Bütün divarlarını yıxmısan, Qalalarını viran etmisən. 019 PSA 089 041 Yoldan keçənlər oranı soyub-talayırlar, Qonşuları ona tənə vururlar. 019 PSA 089 042 Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən. 019 PSA 089 043 Qılıncının ağzını kütləşdirmisən, Onu döyüşdə qaldırmamısan. 019 PSA 089 044 Onu şərəfdən salmısan, Taxtını yerlə yeksan etmisən. 019 PSA 089 045 Nə tez onu gəncliyindən saldın, Onu xəcalətə bürüdün. (Sela) 019 PSA 089 046 Ya Rəbb, nə vaxta qədər, Yoxsa əbədilikmi bizdən gizlənəcəksən, Od tutub qəzəbdən yanacaqsan? 019 PSA 089 047 Ömrümün nə tez keçdiyini xatırla, Bütün bəşər övladlarını nə fani yaratmısan! 019 PSA 089 048 İnsanlar arasında ölüm görməyən kimdir? Kim canını ölülər diyarının pəncəsindən qurtarar? (Sela) 019 PSA 089 049 Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı? Çünki bu barədə Davuda sədaqətlə and içdin. 019 PSA 089 050 Ey Xudavənd, unutma, gör bu bəndən necədir, Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm. 019 PSA 089 051 Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri, Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram. 019 PSA 089 052 Rəbbə əbədilik alqış olsun! Amin, Amin. 019 PSA 090 001 Allah adamı Musanın duası. Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan. 019 PSA 090 002 Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən. 019 PSA 090 003 İnsanları torpağa çevirirsən, Deyirsən: «Qoy bəşər övladları toza dönsün». 019 PSA 090 004 Sənin gözündə min il ötən bir günə, Bir gecə növbəsinə bənzər. 019 PSA 090 005 İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar, 019 PSA 090 006 Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar. 019 PSA 090 007 Qəzəbindən məhv oluruq, Hiddətindən vəlvələyə düşürük. 019 PSA 090 008 Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan. 019 PSA 090 009 Ömür-günümüz Sənin qəzəbin altında keçir, İllərimiz bir nəfəs tək tükənir. 019 PSA 090 010 Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir. 019 PSA 090 011 Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər? 019 PSA 090 012 Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun. 019 PSA 090 013 Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et. 019 PSA 090 014 Səhər-səhər bizə doyunca məhəbbət göstər, Qoy ömrümüz boyu sevinib fərəhlənək. 019 PSA 090 015 Bizi zülmə saldığın günlər qədər, Bəlaya düşdüyümüz illər qədər sevindir. 019 PSA 090 016 Əməllərin qullarına, Əzəmətin övladlarına görünsün. 019 PSA 090 017 Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, Əllərimizin zəhmətini uğurlu et, Bəli, bizim əllərimizin zəhmətini uğurlu et. 019 PSA 091 001 Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan 019 PSA 091 002 Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm». 019 PSA 091 003 Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar. 019 PSA 091 004 Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar. 019 PSA 091 005 Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan, 019 PSA 091 006 Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan. 019 PSA 091 007 Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz. 019 PSA 091 008 Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən. 019 PSA 091 009 «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün 019 PSA 091 010 Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar. 019 PSA 091 011 Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar, 019 PSA 091 012 Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin. 019 PSA 091 013 Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan. 019 PSA 091 014 «Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm. 019 PSA 091 015 Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam. 019 PSA 091 016 Onu uzun ömürlə doyduracağam, Ona qurtuluşumu göstərəcəyəm». 019 PSA 092 001 Məzmur. Şənbə günü üçün bir ilahi. Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək, 019 PSA 092 002 Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək, 019 PSA 092 003 On telli alətin avazı ilə, Çəngin, liranın sədası ilə oxumaq. 019 PSA 092 004 Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən, Əllərinin işlərinə görə Səni mədh edirəm. 019 PSA 092 005 Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir! 019 PSA 092 006 Nadan insan bunu heç vaxt bilməz, Axmaq insan bunu dərk etməz: 019 PSA 092 007 Pislər ot kimi bitsə də, Bütün şər iş görənlər çiçəklənsə də, Əbədilik yox olacaqlar. 019 PSA 092 008 Amma, ya Rəbb, Sən əbədi ucasan. 019 PSA 092 009 Ya Rəbb, düşmənlərin mütləq qırılacaq, Bütün şər iş görənlər darmadağın olacaq. 019 PSA 092 010 Sən mənə çöl öküzü kimi güc vermisən, Başıma təzə zeytun yağı çəkmisən. 019 PSA 092 011 Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm, Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim. 019 PSA 092 012 Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür. 019 PSA 092 013 Onlar Rəbbin evində əkilib, Onlar Allahımızın həyətində göyərir. 019 PSA 092 014 Qocalanda da bar verəcəklər, Təravətli, yamyaşıl qalacaqlar, 019 PSA 092 015 Belə deyəcəklər: «Rəbb haqdır, O mənim qayamdır, Onda haqsızlıq yoxdur». 019 PSA 093 001 Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır. 019 PSA 093 002 Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən. 019 PSA 093 003 Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır. 019 PSA 093 004 Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir! 019 PSA 093 005 Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır. 019 PSA 094 001 Ya Rəbb, qisas alan Allah! Ey qisas alan Allah, nurunu saç! 019 PSA 094 002 Ey dünyanın Hakimi, qalx, Təkəbbürlülərin əvəzini ödə! 019 PSA 094 003 Ya Rəbb, nə vaxtadək pislər – Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər? 019 PSA 094 004 Dillərindən lovğa sözlər tökülür, Bütün şər iş görənlər öyünürlər. 019 PSA 094 005 Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər. 019 PSA 094 006 Dul qadını və qəribi öldürürlər, Yetimləri qırırlar. 019 PSA 094 007 Belə deyirlər: «Rəbb heç nə görmür, Yaqubun Allahı heç nə dərk etmir». 019 PSA 094 008 Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz? 019 PSA 094 009 Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi? 019 PSA 094 010 Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi? 019 PSA 094 011 Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər. 019 PSA 094 012 Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən! 019 PSA 094 013 Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən. 019 PSA 094 014 Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz. 019 PSA 094 015 Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək. 019 PSA 094 016 Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar? 019 PSA 094 017 Əgər Rəbb köməyim olmasaydı, Canım sükut diyarına vaxtsız köçərdi. 019 PSA 094 018 Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan. 019 PSA 094 019 Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən. 019 PSA 094 020 Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı? 019 PSA 094 021 Əlbir olub salehlərin canına qəsd qururlar, Məhkum edib təqsirsizin qanına bais olurlar. 019 PSA 094 022 Amma Rəbb mənə qala oldu, Allahım mənə sığınacaq bir qaya oldu! 019 PSA 094 023 Pislərin şər işlərini başlarına gətirəcək, Pisliklərinə görə onları yox edəcək, Bəli, Allahımız Rəbb onları yox edəcək! 019 PSA 095 001 Gəlin Rəbbi mədh edək, Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək, 019 PSA 095 002 Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək! 019 PSA 095 003 Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır. 019 PSA 095 004 Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur, 019 PSA 095 005 Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş! 019 PSA 095 006 Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək. 019 PSA 095 007 Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz, 019 PSA 095 008 «Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın. 019 PSA 095 009 Orada atalarınız Məni sınadılar, Əməllərimi görsələr də, Məni yoxladılar. 019 PSA 095 010 Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”. 019 PSA 095 011 Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». 019 PSA 096 001 Rəbbə yeni bir ilahi oxuyun, Ey bütün dünya, Rəbbə ilahi oxuyun, 019 PSA 096 002 İsminə alqış edin, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu hər gün müjdələyin. 019 PSA 096 003 Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin! 019 PSA 096 004 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir. 019 PSA 096 005 Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir. 019 PSA 096 006 Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var. 019 PSA 096 007 Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin, 019 PSA 096 008 Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin. 019 PSA 096 009 Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! 019 PSA 096 010 Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək». 019 PSA 096 011 Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın, 019 PSA 096 012 Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin 019 PSA 096 013 Rəbbin hüzurunda! O gəlir, dünyanın hökmünü vermək üçün gəlir, Yer üzünün hökmünü ədalətlə, Xalqların hökmünü həqiqətlə verəcək! 019 PSA 097 001 Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin. 019 PSA 097 002 Buludlar və zülmət Onun ətrafındadır, Salehliklə ədalət taxtının təməlidir. 019 PSA 097 003 Onun önündən alov çıxar, Ətrafındakı düşmənləri yandırıb-yaxar. 019 PSA 097 004 Şimşəkləri dünyaya işıq saçar, Yer üzü bunu görəndə sarsılar. 019 PSA 097 005 Dağlar Rəbbin hüzurunda – Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər. 019 PSA 097 006 Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər. 019 PSA 097 007 Bütün bütpərəstlər, Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq! Ey bütün allahlar, Rəbbə səcdə edin! 019 PSA 097 008 Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir. 019 PSA 097 009 Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən! 019 PSA 097 010 Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar, Onları pislərin əlindən qurtarar. 019 PSA 097 011 Salehlərin üstünə nur tökülər, Ürəyidüz olanların üstünə sevinc səpilər. 019 PSA 097 012 Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin! 019 PSA 098 001 Məzmur. Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı. 019 PSA 098 002 Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi. 019 PSA 098 003 İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü. 019 PSA 098 004 Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın! 019 PSA 098 005 Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin! 019 PSA 098 006 Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin! 019 PSA 098 007 Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın. 019 PSA 098 008 Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun! 019 PSA 098 009 Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək! 019 PSA 099 001 Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin! 019 PSA 099 002 Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir. 019 PSA 099 003 Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir! 019 PSA 099 004 Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən. 019 PSA 099 005 Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir! 019 PSA 099 006 Onun kahinləri arasında Musa ilə Harun olub, Onun adını çağıranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi. 019 PSA 099 007 Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar. 019 PSA 099 008 Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin. 019 PSA 099 009 Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir! 019 PSA 100 001 Şükran məzmuru. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, 019 PSA 100 002 Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin! 019 PSA 100 003 Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük. 019 PSA 100 004 Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin. 019 PSA 100 005 Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır! 019 PSA 101 001 Davudun məzmuru. Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm, Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm! 019 PSA 101 002 Kamillik yolunda müdrik olacağam. Sən yanıma nə zaman gələcəksən? Təmiz ürəklə evimdə yaşayacağam, 019 PSA 101 003 İyrənc şeylərdən gözümü çəkəcəyəm. Azğınların işlərinə nifrət edirəm, Qoymaram məndən yapışsın. 019 PSA 101 004 Əyri ürəkdən dönəcəyəm, Şəri tapdalayacağam. 019 PSA 101 005 Qonşusuna gizlincə böhtan atanı susduracağam, Yuxarıdan baxan lovğa insana dözə bilmərəm. 019 PSA 101 006 Gözüm ölkənin sadiq insanlarına baxar, Qoy onlar yanımda yaşasın. Kamillik yolu ilə gedənlər qulluğumda dayanar. 019 PSA 101 007 Fırıldaqçıları sarayımda yaşamağa qoymaram, Yalançını hüzurumda dayanmağa qoymaram. 019 PSA 101 008 Hər səhər ölkədəki pisləri yox edəcəyəm, Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam. 019 PSA 102 001 Bir məzlumun duası. Taqətdən düşüb Rəbbin hüzurunda şikayətlənəndə. Ya Rəbb, bu duama qulaq as, Qoy fəryadım Sənə çatsın. 019 PSA 102 002 Nə olar, dar günümdə üzünü məndən gizlətmə, Qulaq as, Səni çağırarkən mənə tez cavab ver. 019 PSA 102 003 Günlərim tüstü kimi çəkilir, Sümüklərim elə bil yanıb közə dönür. 019 PSA 102 004 Ürəyim kəsilib atılan ot kimi saralıb-solur, Çörək yemək belə, yadımdan çıxır. 019 PSA 102 005 Ah-zar çəkməkdən Bir dəri, bir sümük qalmışam. 019 PSA 102 006 İndi çöldəki yapalağa bənzəyirəm, Viranəlik bayquşu kimiyəm. 019 PSA 102 007 Gözümə yuxu getmir, Damda tənha qalan bir quşa bənzəyirəm. 019 PSA 102 008 Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur. 019 PSA 102 009 Yeməyim çörək yerinə kül olub, İçməyim göz yaşıma qarışıb. 019 PSA 102 010 Çünki qəzəbindən, hiddətindən Məni götürüb bir tərəfə atmısan. 019 PSA 102 011 Günlərim axşamın kölgəsi kimi keçir, Bir ot kimi quruyuram. 019 PSA 102 012 Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən, Sənin şöhrətin nəsildən-nəslə deyiləcək. 019 PSA 102 013 Sən qalxıb Siona mərhəmət edəcəksən, Zamanını təyin etdin, indi ona lütf ediləcək. 019 PSA 102 014 Çünki Sənin qulların onun daşlarını əziz tuturlar, Onun toz-torpağına necə də acıyırlar. 019 PSA 102 015 Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar. 019 PSA 102 016 Rəbb Sionu yenidən bərpa edəcək, Əzəmətində görünəcək, 019 PSA 102 017 Yoxsulların duasına qulaq asacaq, Yalvarışlarına xor baxmayacaq. 019 PSA 102 018 Sonrakı övladları Rəbbə həmd etsin deyə Qoy gələcək nəsil üçün belə yazılsın: 019 PSA 102 019 «Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı; 019 PSA 102 020 Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün». 019 PSA 102 021 Ona görə Rəbbin ismini Sionda elan edəcəklər, Yerusəlimdə Ona həmdlər söyləyəcəklər 019 PSA 102 022 Rəbbə xidmət etmək üçün gələrkən, Xalqlar, ölkələr bir yerə gələrkən. 019 PSA 102 023 Yolda ikən Rəbb gücümü azaltdı, O, ömrümü qısaltdı. 019 PSA 102 024 Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır, Sənin illərin nəsillərdən-nəsillərə çatır». 019 PSA 102 025 Yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir! 019 PSA 102 026 Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər. 019 PSA 102 027 Amma Sən dəyişməzsən, İllərin tükənməzdir. 019 PSA 102 028 Qullarının övladları yaşayacaq, Nəvə-nəticələri hüzurunda dayanacaq. 019 PSA 103 001 Davudun məzmuru. Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et! 019 PSA 103 002 Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: 019 PSA 103 003 Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. 019 PSA 103 004 Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan. 019 PSA 103 005 Odur ömür boyu səni bərəkəti ilə doyduran, Səni təzələyib gənc, gümrah qartala oxşadan. 019 PSA 103 006 Rəbb bütün miskinlər üçün Haqq və ədalət edir. 019 PSA 103 007 Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib. 019 PSA 103 008 Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir. 019 PSA 103 009 Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. 019 PSA 103 010 Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. 019 PSA 103 011 Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. 019 PSA 103 012 Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. 019 PSA 103 013 Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir. 019 PSA 103 014 Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur. 019 PSA 103 015 İnsanınsa ömrü bir ota oxşar, Çəmən gülləri kimi çiçək açar, 019 PSA 103 016 Üstündən yel əsərkən yox olur, Yerində izi belə, qalmır. 019 PSA 103 017 Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq. 019 PSA 103 018 Onun əhdinə vəfa edənlərə bunları göstərir, Qayda-qanunlarını yerinə yetirənləri unutmur. 019 PSA 103 019 Rəbb taxtını göylərdə qurub, Hər yerdə hökmranlıq edir. 019 PSA 103 020 Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər! 019 PSA 103 021 Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri! 019 PSA 103 022 Rəbbə alqış edin, ey Onun yaratdıqları, Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar! Rəbbə alqış et, ey könlüm! 019 PSA 104 001 Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, Ehtişamı, əzəməti geyinmisən! 019 PSA 104 002 Nura libas kimi bürünən, Göyləri çadır tək açan, 019 PSA 104 003 Yuxarı otaqlarını suların üstündə quran, Buludları Özünə araba edən, Yel qanadları üstünə minib gəzən, 019 PSA 104 004 Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən! 019 PSA 104 005 Yer üzünün təməlini elə qurdun ki, Əsla sarsılmasın. 019 PSA 104 006 Dərin suları libas kimi yer üzünə geydirdin, Sular dağların üstünə qalxdı. 019 PSA 104 007 Sənin məzəmmətindən sular çəkildi, Şimşəyinin səsindən qorxub qaçdı. 019 PSA 104 008 Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü. 019 PSA 104 009 Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar. 019 PSA 104 010 Bulaqları vadilərdən fışqırtdın, Dağların arasından axıtdın. 019 PSA 104 011 Bu bulaqlar bütün çöl heyvanlarına su verər, Vəhşi eşşəklər içər, susuzluğu gedər. 019 PSA 104 012 Yanlarında quşlar yuva qurar, Budaqlara qonub oxuyar. 019 PSA 104 013 Sən dağları göydəki sarayından sulayırsan, Əlinin bəhrəsindən yer doyur. 019 PSA 104 014 Heyvanlar üçün ot bitirirsən, İnsana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın: 019 PSA 104 015 Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi. 019 PSA 104 016 Doyunca su içər Rəbbin ağacları, Livanda əkdiyi sidr ağacları. 019 PSA 104 017 Bu ağaclarda quşlar yuva qurar, Leyləklərin yuvası şam ağacındadır. 019 PSA 104 018 Uca dağlar dağ keçilərinin oylağıdır, Qayalar qayadovşanlarının sığınacağıdır. 019 PSA 104 019 Fəsilləri müəyyən etmək üçün ayı yaratdın, Günəş batacağı zamanı bilir. 019 PSA 104 020 Gecə olsun deyə havanı qaraldırsan, Bütün meşə heyvanları vurnuxmaya düşürlər. 019 PSA 104 021 Ov üçün gənc aslanlar nərə çəkərlər, Öz yemlərini Allahdan istəyərlər. 019 PSA 104 022 Gün doğanda çəkilirlər, Yuvalarında yatırlar. 019 PSA 104 023 İnsanlar iş başına gedir, Qaş qaralana qədər işləyirlər. 019 PSA 104 024 Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, Yaratdıqların yer üzünü doldurub. 019 PSA 104 025 Böyük, dərin dənizlərin var, Orada da saysız məxluqlar – Həm kiçik, həm də böyük canlılar qaynaşar. 019 PSA 104 026 Oradan gəmilər keçir, Yaratdığın Livyatan sularda oynayır. 019 PSA 104 027 Bunların hamısı gözləyir ki, Sən Vaxtlı-vaxtında onları yemləyəsən. 019 PSA 104 028 Sən yem verərkən onlar yem yığırlar, Açıq əlinin nemətindən doyurlar. 019 PSA 104 029 Amma üzünü gizlədərkən vəlvələyə düşürlər, Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar, 019 PSA 104 030 Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən. 019 PSA 104 031 Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun! 019 PSA 104 032 Rəbb yerə baxanda yer lərzəyə gəlir, Dağa toxunanda dağ tüstülənir. 019 PSA 104 033 Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm, Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm. 019 PSA 104 034 Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm. 019 PSA 104 035 Günahkarlar yer üzündən silinsinlər, Pis adamlar yox olsunlar! Rəbbə alqış et, ey könlüm! Rəbbə həmd edin! 019 PSA 105 001 Rəbbə şükür edin, ismini çağırın, Əməllərini xalqlar arasında elan edin! 019 PSA 105 002 Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin! 019 PSA 105 003 Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! 019 PSA 105 004 Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın. 019 PSA 105 005 Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın, 019 PSA 105 006 Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! 019 PSA 105 007 Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir. 019 PSA 105 008 Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü, 019 PSA 105 009 İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. 019 PSA 105 010 Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi. 019 PSA 105 011 Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm». 019 PSA 105 012 O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər. 019 PSA 105 013 Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər. 019 PSA 105 014 Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi. 019 PSA 105 015 Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin». 019 PSA 105 016 Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi. 019 PSA 105 017 Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi. 019 PSA 105 018 Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər. 019 PSA 105 019 Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi. 019 PSA 105 020 Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi. 019 PSA 105 021 Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi. 019 PSA 105 022 Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin. 019 PSA 105 023 Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi. 019 PSA 105 024 Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi. 019 PSA 105 025 Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər. 019 PSA 105 026 Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi. 019 PSA 105 027 Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər. 019 PSA 105 028 Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər. 019 PSA 105 029 Sularını qana çevirdi, Balıqlarını öldürdü. 019 PSA 105 030 Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər. 019 PSA 105 031 Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü. 019 PSA 105 032 Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi. 019 PSA 105 033 Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı. 019 PSA 105 034 Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın. 019 PSA 105 035 Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər. 019 PSA 105 036 O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü. 019 PSA 105 037 İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı. 019 PSA 105 038 Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi. 019 PSA 105 039 Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi. 019 PSA 105 040 İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi. 019 PSA 105 041 Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı. 019 PSA 105 042 Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı. 019 PSA 105 043 O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı. 019 PSA 105 044 Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi. 019 PSA 105 045 Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin! 019 PSA 106 001 Rəbbə həmd edin! Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir. 019 PSA 106 002 Rəbbin qüdrətli işlərini sözlə demək olarmı? Onu layiqincə həmd edən varmı? 019 PSA 106 003 Nə bəxtiyardır ədalətə bağlananlar, Hər zaman əməlisaleh olanlar! 019 PSA 106 004 Ya Rəbb, xalqına lütf edərkən məni yada sal, Onları nicata çatdırarkən mənim də qayğıma qal. 019 PSA 106 005 Qoy seçdiklərini bəxtiyar görüm, Millətinin sevinci ilə sevinim, İrsinlə birlikdə fəxr edim. 019 PSA 106 006 Ata-babamız kimi biz də günaha batmışıq, Biz də şər iş görməklə təqsirkar olmuşuq. 019 PSA 106 007 Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı, Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu. 019 PSA 106 008 Amma Rəbb qüdrətini göstərmək üçün Onları ismi naminə qurtardı. 019 PSA 106 009 Onun məzəmmətindən Qırmızı dəniz qurudu, Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi. 019 PSA 106 010 İsrailliləri onlara nifrət edənin əlindən qurtardı, Onları düşməninin əlindən xilas etdi. 019 PSA 106 011 Yağıları sular basdı, Bir nəfər də qalmadı. 019 PSA 106 012 O zaman Rəbbin sözlərinə inandılar, Onu həmdlə tərənnüm etdilər. 019 PSA 106 013 Lakin Rəbbin əməllərini tez unutdular, Ondan məsləhət almadılar. 019 PSA 106 014 Onlar səhrada iştahaya düşdülər, Çöllükdə Allahı sınağa çəkdilər. 019 PSA 106 015 O da istədiklərini verdi, Lakin onlara azar göndərdi. 019 PSA 106 016 Düşərgədə Musaya, Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər, 019 PSA 106 017 Torpaq yarılıb Datanı uddu, Aviramla yoldaşlarını yerə batırdı. 019 PSA 106 018 Yoldaşlarının içinə alov saldı, Bu, pisləri yandırıb-yaxdı. 019 PSA 106 019 Xorevdə bir dana heykəli düzəltdilər, Tökmə bir bütə səcdə etdilər. 019 PSA 106 020 Allahın əvəzinə Otyeyən buğanın surətinə şərəf verdilər. 019 PSA 106 021 Onları qurtaran Allahı – Misirdə böyük möcüzələr yaradanı, 019 PSA 106 022 Ham ölkəsində xariqələr göstərəni, Qırmızı dənizdə zəhmli işlər görəni unutdular. 019 PSA 106 023 Rəbb onları yox etmək üçün niyyətini söylədi, Onu məhvedici qəzəbindən döndərmək üçün Seçdiyi Musa Onun qarşısına gəldi. 019 PSA 106 024 Sonra o gözəl diyara da xor baxdılar, Rəbbin vədinə inanmadılar. 019 PSA 106 025 Çadırlarında giley-güzar etdilər, Rəbbin səsini eşitmədilər. 019 PSA 106 026 Buna görə Rəbb and içdi: Meyitlərini çöllərə sərəcək, 019 PSA 106 027 Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək. 019 PSA 106 028 Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər. 019 PSA 106 029 Bu işlər Rəbbin qəzəbinə gəldi, Aralarına vəba töküldü. 019 PSA 106 030 Onda Pinxas qalxıb buna müdaxilə etdi, Beləliklə, vəba çəkilib getdi. 019 PSA 106 031 Bu, nəsillər boyu, əbədilik Onun üçün salehlik sayıldı. 019 PSA 106 032 Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər, Buna görə Musanın başına qəza gəldi: 019 PSA 106 033 Onlar Musanın ruhunu incitdilər, O da düşünülməmiş sözlər dedi. 019 PSA 106 034 Rəbbin əmrini yerinə yetirmədilər, Dediyi xalqları məhv etmədilər. 019 PSA 106 035 Əksinə, həmin millətlərə qarışdılar, Adət-ənənələrini öyrənib onlara əməl etdilər. 019 PSA 106 036 Onların bütlərinə ibadət edərək Özlərini bu tələyə saldılar. 019 PSA 106 037 Oğul-qızlarını Cinlərə qurban verdilər. 019 PSA 106 038 Oğul-qızlarının günahsız qanını tökdülər, Onları Kənan bütlərinə qurban verdilər, Ölkəni qana bulaşdırdılar. 019 PSA 106 039 Belə işlərlə murdarlandılar, Öz əməlləri ilə xəyanətə satıldılar. 019 PSA 106 040 Rəbb xalqına qarşı qəzəbindən yandı, Öz irsini iyrənc bir şey sandı. 019 PSA 106 041 Onları millətlərə təslim etdi, Onlara nifrət edənlər üzərlərində hakim oldu. 019 PSA 106 042 Düşmənləri onları zülm altına saldılar, Onlara tabe olaraq əl altında qaldılar. 019 PSA 106 043 Rəbb dəfələrlə onları azad etmişdi, Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular, Bu insanları öz günahları alçaltdı. 019 PSA 106 044 Lakin O, fəryadlarını eşidəndə Onların əziyyətinə baxdı. 019 PSA 106 045 Bu insanlarla bağladığı əhdini yada saldı, Bol məhəbbəti naminə rəhmini göstərdi. 019 PSA 106 046 Onları əsir edənlərin Qəlbinə mərhəmət saldı. 019 PSA 106 047 Ey Allahımız Rəbb, bizi qurtar, Bizi millətlərin arasından topla. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək. 019 PSA 106 048 Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Qoy bütün xalq söyləsin «Amin!» Rəbbə həmd edin! 019 PSA 107 001 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! 019 PSA 107 002 Qoy belə söyləsin Rəbbin xilas etdikləri, Düşmən əlindən qurtardıqları, 019 PSA 107 003 Şərqdən, qərbdən, şimaldan və cənubdan – Ölkələrdən topladıqları. 019 PSA 107 004 Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar, Yaşamaq üçün heç bir şəhər tapmırdılar. 019 PSA 107 005 Aclıqdan, susuzluqdan Canlarının taqəti getmişdi. 019 PSA 107 006 Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı. 019 PSA 107 007 Yaşamaq üçün onlar bir şəhərə çatanadək Onları düz yolla apardı. 019 PSA 107 008 Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə! 019 PSA 107 009 Çünki O, susuzlara doyunca su verər, Acları bol nemətlərlə bəslər. 019 PSA 107 010 Bəziləri əsir düşüb zülmətdə yaşayırdı, Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı. 019 PSA 107 011 Çünki Allahın sözlərinə qarşı çıxmışdılar, Haqq-Taalanın məsləhətinə xor baxmışdılar. 019 PSA 107 012 Ona görə ağır işlə onların ürəklərinə əzab verdi, Yıxılanda heç kim onlara kömək etmədi. 019 PSA 107 013 Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı. 019 PSA 107 014 Onların buxovlarını qopardı, Zülmətdən, qaranlıqdan çıxardı. 019 PSA 107 015 Qoy şükür etsinlər Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə! 019 PSA 107 016 Çünki O, tunc qapıları qırar, Dəmir cəftələri qoparar. 019 PSA 107 017 Bəzilərinin ağlı çaşıb üsyankar oldu, Təqsirləri onları zülmə saldı. 019 PSA 107 018 Hər yeməkdən iyrəndilər, Ölüm qapılarına yaxın gəldilər. 019 PSA 107 019 Dara düşərkən Rəbbə fəryad qopardılar, Rəbb onları dərdlərindən qurtardı. 019 PSA 107 020 Kəlamını göndərib onlara şəfa verdi, Məzara düşməkdən onları xilas etdi. 019 PSA 107 021 Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə! 019 PSA 107 022 Qoy şükür qurbanlarını təqdim etsinlər, Əməllərinə mədh oxuyub bəyan etsinlər! 019 PSA 107 023 Bəziləri gəmilərlə dənizlərdə üzdülər, Dəryalarda böyük işlər gördülər. 019 PSA 107 024 Orada Rəbbin əməllərinə, Dərin sularda etdiyi xariqələrinə şahid oldular. 019 PSA 107 025 Çünki Onun əmri ilə qasırğa qopdu, Dənizin dalğaları qalxdı. 019 PSA 107 026 Gəmiçilər göyə qalxıb dərinə enirdi, Qorxudan canları əldən gedirdi. 019 PSA 107 027 Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi, Ağıllarına heç bir çarə gəlmirdi. 019 PSA 107 028 Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı. 019 PSA 107 029 Qasırğanı yatırdı, sükut gətirdi, Dalğaları sakit etdi. 019 PSA 107 030 Sakitlik yarananda onlar çox sevindilər, Rəbb də onları istədikləri limana çatdırdı. 019 PSA 107 031 Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər! 019 PSA 107 032 Qoy Onu xalqın toplantısında ucaltsınlar, Ona ağsaqqallar məclisində həmd etsinlər! 019 PSA 107 033 O, çayları qurudub səhra edər, Bulaqlar olan yeri quraq çölə döndərər, 019 PSA 107 034 Orada yaşayanların pisliyinə görə Münbit torpağı şoranlığa çevirər. 019 PSA 107 035 Səhranı gölməçəyə döndərər, Quraq torpaqdan bulaqlar çıxardar. 019 PSA 107 036 Oranı verər ki, aclar məskən salsınlar, Yaşamaq üçün özlərinə şəhər qursunlar, 019 PSA 107 037 Tarlanı əksinlər, üzümlüklər salsınlar. Bol məhsul götürsünlər. 019 PSA 107 038 Onun xeyir-duası ilə törəyib artırlar, Heyvanlarının sayı azalmır. 019 PSA 107 039 Sonra əzabdan, darlıqdan, bəlalardan Onlar azalıb alçaldılan an 019 PSA 107 040 Rəbb əsilzadələrin üstünə həqarət yağdırar, Onları sonsuz çöldə sərgərdan dolandırar. 019 PSA 107 041 Amma fəqiri zülm altından qaldırar, Övladlarını sürü kimi çoxaldar. 019 PSA 107 042 Bunu görən əməlisalehlər şad olar, Fitnə söyləyən ağızlarsa yumular. 019 PSA 107 043 Kimin ağlı varsa, qoy buna fikir versin, Qoy Rəbbin məhəbbətini dərk etsin! 019 PSA 108 001 Bir ilahi. Davudun məzmuru. Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim. 019 PSA 108 002 Ey çəng və lira, oyan! Qoy səhəri oyadım. 019 PSA 108 003 Ya Rəbb, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm. 019 PSA 108 004 Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır. 019 PSA 108 005 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun! 019 PSA 108 006 Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver! 019 PSA 108 007 Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm. 019 PSA 108 008 Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır. 019 PSA 108 009 Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam». 019 PSA 108 010 Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər? 019 PSA 108 011 Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan? 019 PSA 108 012 Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur. 019 PSA 108 013 Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq! 019 PSA 109 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey tərənnüm etdiyim Allah, susma! 019 PSA 109 002 Çünki pislər, hiyləgərlər ağzını açıb Yalançı dilləri ilə məndən danışırlar. 019 PSA 109 003 Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər, Nahaq yerə hücumlarına məruz qalıram. 019 PSA 109 004 Sevgimin əvəzinə mənə ittiham yağdırırlar, Mən isə dua etməkdəyəm. 019 PSA 109 005 Yaxşılığımın əvəzinə yamanlıq edirlər, Sevgimin əvəzinə nifrətlə cavab verirlər. 019 PSA 109 006 Belə adamın qarşısına bir pis insanı çıxar, Sağ tərəfində dayanıb onu ittiham etsin! 019 PSA 109 007 Hökm oxunanda o təqsirkar çıxsın, Qoy onun duası günah sayılsın! 019 PSA 109 008 Onun ömrü az olsun, Vəzifəsini başqası tutsun! 019 PSA 109 009 Övladları yetim, Arvadı isə dul qalsın! 019 PSA 109 010 Övladları didərgin düşüb dilənçi olsun, Yaşamağa xarabalıq belə, tapmasın! 019 PSA 109 011 Sələmçilər hər şeyini əlindən alsın, Nə qazanıbsa, yadellilər talayaraq aparsın! 019 PSA 109 012 Ona məhəbbət göstərən olmasın, Yetim qalan balalarına yazığı gələn tapılmasın! 019 PSA 109 013 Qoy onun nəsli kəsilsin, Gələcək nəslin arasından adları silinsin! 019 PSA 109 014 Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, Anasının günahı heç zaman yuyulmasın! 019 PSA 109 015 Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar, Dünyadan izi-tozu silinsin, yada salınmasınlar! 019 PSA 109 016 Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər. 019 PSA 109 017 Qarğış etməyi sevirdi, öz başına dönsün, Alqış etməyi sevmirdi, ona əli çatmasın! 019 PSA 109 018 Ondan əynindəki paltar kimi qarğış çıxardı, Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun! 019 PSA 109 019 Qarğışı onu əyninin libası kimi bürüsün, Hər gün belinə kəmər tək dolansın! 019 PSA 109 020 Məni ittiham edənlər, Mənim barəmdə pis sözlər söyləyənlər Rəbbin cəzasına gəlsinlər! 019 PSA 109 021 Lakin, ey Xudavənd Rəbb, ismin naminə Özün mənə qayğı göstər, O gözəl məhəbbətinə görə məni azad et. 019 PSA 109 022 Çünki mən məzlum və fəqir insanam, Köksümdəki ürəyimdən yaralanmışam. 019 PSA 109 023 Düşən kölgə kimi itirəm, Vurulub atılan çəyirtkəyə bənzəyirəm. 019 PSA 109 024 Bax oruc tutmaqdan dizlərim əsir, Bir dəri, bir sümük qalmışam. 019 PSA 109 025 Görənlər mənə lağ edir, Başlarını yelləyir. 019 PSA 109 026 Ya Rəbb Allahım, Sən mənə kömək et, Məhəbbətinə görə məni qurtar. 019 PSA 109 027 Bilsinlər ki, bu Sənin əlindədir, Ya Rəbb, Sən bunu edə bilərsən. 019 PSA 109 028 Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver, Qoy onlar əleyhimə qalxarkən utansınlar. Sənin qulunam, qoy sevinim! 019 PSA 109 029 İttihamçılarım rüsvayçılığa bürünsünlər, Xəcaləti xalat kimi geyinsinlər. 019 PSA 109 030 Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək, Xalq içində Ona həmd edəcək. 019 PSA 109 031 Çünki O, fəqirin sağ tərəfində dayanar ki, Edam hökmü verənlərin əlindən onu qurtarsın. 019 PSA 110 001 Davudun məzmuru. Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur». 019 PSA 110 002 Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək. 019 PSA 110 003 Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək. 019 PSA 110 004 Rəbb and içdi, qərarını dəyişməz: «Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən». 019 PSA 110 005 Xudavənd sənin sağ tərəfindədir, Qəzəb günündə padşahları qıracaq. 019 PSA 110 006 Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, O bütün ölkələrin başçılarını əzəcək. 019 PSA 110 007 Yol kənarında olan vadidən su içəcək, Buna görə güclənib yüksələcək. 019 PSA 111 001 Rəbbə həmd edin! Əməlisalehlər məclisində, icma arasında Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm. 019 PSA 111 002 Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür. 019 PSA 111 003 Əməllərində ehtişamı, əzəməti görünür, Salehliyi əbədi qalır. 019 PSA 111 004 Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir, 019 PSA 111 005 Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır. 019 PSA 111 006 Xalqına millətlərin torpaqlarını verərək Qüdrətli işlərini onlara göstərdi. 019 PSA 111 007 Əllərinin işləri sədaqət və ədalətdir, Onun bütün qayda-qanunları etibarlıdır. 019 PSA 111 008 Onlar həmişə, əbədi olaraq möhkəmdir, Sədaqətdən, düzlükdən yaranmışdır. 019 PSA 111 009 Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir. 019 PSA 111 010 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır. Ona əbədi olaraq həmdlər olsun! 019 PSA 112 001 Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan! 019 PSA 112 002 Nəsli yer üzündə güclü olacaq, Əməlisalehlərin övladları xeyir-dua alacaq. 019 PSA 112 003 Evindən bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar. 019 PSA 112 004 Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar. 019 PSA 112 005 Səxavətlə borc verən, İşlərini ədalətlə görən yaxşı insandır. 019 PSA 112 006 Belə adam əsla sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq. 019 PSA 112 007 Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, 019 PSA 112 008 Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz. 019 PSA 112 009 Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar, Qüdrəti və hörməti ucalar. 019 PSA 112 010 Pis adamsa bunu görüb qəzəblənər, Dişlərini qıcıdar, yanıb-tökülər, Pislərin arzusu puç olar. 019 PSA 113 001 Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin! 019 PSA 113 002 İndidən sonsuzadək Rəbbin isminə alqış olsun! 019 PSA 113 003 Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir! 019 PSA 113 004 Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir! 019 PSA 113 005 Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, 019 PSA 113 006 Göyə, yerə əyilərək baxan Odur. 019 PSA 113 007 O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar. 019 PSA 113 008 Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar. 019 PSA 113 009 Sonsuz qadının evini tikər, Ona övlad verməklə bəxtəvər ana edər. Rəbbə həmd edin! 019 PSA 114 001 İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda 019 PSA 114 002 Yəhuda Rəbbin müqəddəs məskəni oldu, İsrail Rəbbin səltənəti oldu. 019 PSA 114 003 Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi. 019 PSA 114 004 Zirvələr qoçlar kimi, Təpələr quzular kimi tullandı. 019 PSA 114 005 Ey dəniz, niyə qaçdın, sənə nə oldu? Ey İordan çayı, niyə belə geri çəkildin? 019 PSA 114 006 Ey zirvələr, qoçlar kimi, Ey təpələr, quzular kimi niyə tullandınız? 019 PSA 114 007 Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl! 019 PSA 114 008 Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur. 019 PSA 115 001 Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir. 019 PSA 115 002 Niyə millətlər belə desin: «Onların Allahı haradadır?» 019 PSA 115 003 Allahımız göylərdədir, Öz istədiyini edir. 019 PSA 115 004 Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir. 019 PSA 115 005 Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür, 019 PSA 115 006 Qulaqları var, eşitmir, Burunları var, qoxu bilmir, 019 PSA 115 007 Əlləri var, hiss etmir, Ayaqları var, gəzə bilmir, Boğazlarından səs gəlmir. 019 PSA 115 008 Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar. 019 PSA 115 009 Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! 019 PSA 115 010 Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! 019 PSA 115 011 Ey Rəbdən qorxanlar, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! 019 PSA 115 012 Rəbb bizi unutmayıb, Bizə xeyir-dua verəcək – İsrail nəslinə xeyir-dua verəcək, Harun nəslinə xeyir-dua verəcək, 019 PSA 115 013 Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək. 019 PSA 115 014 Qoy Rəbb sizi, Sizi və nəslinizi artırsın! 019 PSA 115 015 Rəbdən, göyləri və yeri Yaradandan Bərəkət alasınız! 019 PSA 115 016 Rəbb səmaya sahibdir, Yeri bəşər övladlarına verdi. 019 PSA 115 017 Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər. 019 PSA 115 018 Lakin biz Rəbbə alqış edirik İndidən sonsuzadək. Rəbbə həmd edin! 019 PSA 116 001 Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir. 019 PSA 116 002 Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam. 019 PSA 116 003 Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı. 019 PSA 116 004 O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!» 019 PSA 116 005 Rəbb lütfkardır, ədalətlidir, Allahımız mərhəmətlidir. 019 PSA 116 006 Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı. 019 PSA 116 007 Ey canım, rahat ol, Çünki Rəbb sənə comərdlik etdi. 019 PSA 116 008 Ya Rəbb, canımı ölümdən, Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın. 019 PSA 116 009 İndi Rəbbin hüzurunda gəzib-dolaşıram, Dirilər arasındayam. 019 PSA 116 010 «Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim. 019 PSA 116 011 Mən təlaşa düşüb belə demişdim: «Bütün insanlar yalançıdır». 019 PSA 116 012 Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm? 019 PSA 116 013 Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam. 019 PSA 116 014 Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm. 019 PSA 116 015 Rəbbin gözündə hər bir möminin Ölümü çox bahadır. 019 PSA 116 016 Aman, ya Rəbb, mən Sənin qulunam, Qulunam, kənizinin oğluyam, Buxovlarımı açmısan. 019 PSA 116 017 Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam. 019 PSA 116 018 Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm 019 PSA 116 019 Rəbbin evinin həyətində, Ey Yerusəlim, sənin mərkəzində. Rəbbə həmd edin! 019 PSA 117 001 Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin! 019 PSA 117 002 Bizə olan məhəbbəti böyükdür, Rəbbin sədaqəti əbədidir! Rəbbə həmd edin! 019 PSA 118 001 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! 019 PSA 118 002 Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!» 019 PSA 118 003 Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!» 019 PSA 118 004 Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!» 019 PSA 118 005 Sıxıntı içində Rəbbi çağırdım, Cavab verib məni genişliyə çıxartdı. 019 PSA 118 006 Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər? 019 PSA 118 007 Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm. 019 PSA 118 008 Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. 019 PSA 118 009 Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır. 019 PSA 118 010 Bütün millətlər məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. 019 PSA 118 011 Hər tərəfdən məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. 019 PSA 118 012 Arılar tək məni mühasirəyə aldılar, Lakin kol-kos kimi alışıb tez söndülər, Rəbbin ismi ilə onları qırdım. 019 PSA 118 013 Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, Lakin Rəbb imdadıma çatdı. 019 PSA 118 014 Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi! 019 PSA 118 015 Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir! 019 PSA 118 016 Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!» 019 PSA 118 017 Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm. 019 PSA 118 018 Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi. 019 PSA 118 019 Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim. 019 PSA 118 020 Bu, Rəbbin darvazasıdır, Oradan saleh insanlar keçəcək. 019 PSA 118 021 Ya Rəbb, Sənə şükür edirəm, Çünki cavab verərək məni xilas etmisən! 019 PSA 118 022 Bənnaların rədd etdiyi daş Guşədaşı olub. 019 PSA 118 023 Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir. 019 PSA 118 024 Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək! 019 PSA 118 025 Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər! 019 PSA 118 026 Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk. 019 PSA 118 027 Rəbb Allahdır, O, üzərimizə nur saçdı, Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın. 019 PSA 118 028 Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm! 019 PSA 118 029 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! 019 PSA 119 001 Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar. 019 PSA 119 002 Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar. 019 PSA 119 003 Həqiqətən, onlar fitnəkarlıq etməzlər, Rəbbin yolunda gəzərlər. 019 PSA 119 004 Sən qayda-qanunlarını qoydun, Bunlara bağlı qalmağı buyurdun. 019 PSA 119 005 Sənin qaydalarına bağlı qalmaq üçün Kaş tutduğum yolda möhkəm olaydım. 019 PSA 119 006 Onda xəcalət çəkməzdim, Sənin bütün əmrlərindən gözümü çəkməzdim. 019 PSA 119 007 Adil hökmlərini öyrənərkən Sənə düz qəlblə şükür edəcəyəm. 019 PSA 119 008 Sənin qaydalarına əməl edəcəyəm, Sən məni tamamilə tərk etmə! 019 PSA 119 009 Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla. 019 PSA 119 010 Bütün qəlbimlə Səni axtarmışam, Qoyma əmrlərindən çıxım. 019 PSA 119 011 Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam. 019 PSA 119 012 Ya Rəbb, Sənə alqış olsun! Qaydalarını mənə öyrət. 019 PSA 119 013 Ağzından çıxan hər hökmü Dilimlə bəyan edirəm. 019 PSA 119 014 Göstərişlərinin ardınca gedərkən sevinirəm, Elə bil bolluca var-dövlətə çatmışam. 019 PSA 119 015 Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm. 019 PSA 119 016 Qaydalarından zövq alıram, Sözünü unutmuram. 019 PSA 119 017 Quluna comərdliyini göstər, Qoy yaşayım və sözünə bağlı qalım. 019 PSA 119 018 Gözlərimi aç ki, Qanununun xariqələrini görüm. 019 PSA 119 019 Əmrlərini məndən gizlətmə, Çünki mən bu dünyada bir qəribəm, 019 PSA 119 020 Hökmlərinin həsrətini çəkməkdən Hər zaman ürəyim ağrıyır. 019 PSA 119 021 Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin, Çünki onlar lənətləndi. 019 PSA 119 022 Həqarəti, tənəni məndən uzaq et, Göstərişlərinə əməl etmişəm. 019 PSA 119 023 Başçılar yığılıb mənim üçün qəsd qurdular, Lakin mən qulun qaydalarını dərin düşünürəm. 019 PSA 119 024 Göstərişlərin mənə zövq verir, Onlar mənim məsləhətçilərimdir. 019 PSA 119 025 Mən torpağa düşmüşəm, Öz sözünə görə məni həyata qaytar. 019 PSA 119 026 Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin, Mənə qaydalarını öyrət. 019 PSA 119 027 Qayda-qanunlarının yollarını mənə Özün izah et, Xariqələrin barədə dərin düşünüm. 019 PSA 119 028 Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver. 019 PSA 119 029 Məni yanlış yoldan uzaqlaşdır, Qanununa görə mənə lütf göstər. 019 PSA 119 030 Mən sədaqət yolunu seçdim, Hökmlərini gözümün önünə gətirdim. 019 PSA 119 031 Sənin göstərişlərindən yapışmışam, Ya Rəbb, qoyma xəcalətli qalım. 019 PSA 119 032 Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm. 019 PSA 119 033 Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, Onlara axıradək əməl edəcəyəm. 019 PSA 119 034 Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım. 019 PSA 119 035 Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram. 019 PSA 119 036 Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt. 019 PSA 119 037 Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et. 019 PSA 119 038 Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt. 019 PSA 119 039 Qorxduğum tənələri məndən sovuşdur, Sənin hökmlərin nə yaxşıdır! 019 PSA 119 040 Qayda-qanunlarının həsrətini çəkirəm, Salehliyinlə məni yaşat. 019 PSA 119 041 Ya Rəbb, mənə məhəbbətini göstər, Kəlamına görə məni qurtar! 019 PSA 119 042 Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm. 019 PSA 119 043 Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam. 019 PSA 119 044 Daim, əbədi olaraq Qanununa bağlı qalacağam. 019 PSA 119 045 Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam. 019 PSA 119 046 Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam. 019 PSA 119 047 Sənin əmrlərindən zövq alıram, Onları sevirəm. 019 PSA 119 048 Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm. 019 PSA 119 049 Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən. 019 PSA 119 050 Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq. 019 PSA 119 051 Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim. 019 PSA 119 052 Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram. 019 PSA 119 053 Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür. 019 PSA 119 054 Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram. 019 PSA 119 055 Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram. 019 PSA 119 056 Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim. 019 PSA 119 057 Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm. 019 PSA 119 058 Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər. 019 PSA 119 059 Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm. 019 PSA 119 060 Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm. 019 PSA 119 061 Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım. 019 PSA 119 062 Adil hökmlərinə görə Sənə şükür etmək üçün Gecə yarısı qalxıram. 019 PSA 119 063 Səndən qorxanların hamısı ilə, Qayda-qanunlarına bağlı qalanlarla dostam. 019 PSA 119 064 Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb, Mənə qaydalarını öyrət. 019 PSA 119 065 Ya Rəbb, verdiyin sözə görə Quluna xeyirxahlıq etmisən. 019 PSA 119 066 Mənə ağıl, bilik öyrət, Çünki əmrlərinə inanıram. 019 PSA 119 067 Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam. 019 PSA 119 068 Nə qədər yaxşısan, xeyirxahlıq edirsən! Mənə qaydalarını öyrət. 019 PSA 119 069 Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm. 019 PSA 119 070 Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram. 019 PSA 119 071 Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm. 019 PSA 119 072 Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir. 019 PSA 119 073 Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim. 019 PSA 119 074 Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam. 019 PSA 119 075 Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur. 019 PSA 119 076 Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin. 019 PSA 119 077 Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram. 019 PSA 119 078 Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm. 019 PSA 119 079 Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir. 019 PSA 119 080 Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim! 019 PSA 119 081 Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam. 019 PSA 119 082 Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?» 019 PSA 119 083 Tüstü içindəki tuluq kimi oldum, Amma qaydalarını unutmuram. 019 PSA 119 084 Qulun daha nə qədər gözləsin? Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən? 019 PSA 119 085 Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar. 019 PSA 119 086 Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir. 019 PSA 119 087 Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam. 019 PSA 119 088 Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım. 019 PSA 119 089 Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir. 019 PSA 119 090 Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır. 019 PSA 119 091 Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar. 019 PSA 119 092 Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım. 019 PSA 119 093 Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan. 019 PSA 119 094 Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam. 019 PSA 119 095 Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm. 019 PSA 119 096 Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır. 019 PSA 119 097 Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm. 019 PSA 119 098 Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir. 019 PSA 119 099 Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm. 019 PSA 119 100 Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm. 019 PSA 119 101 Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım. 019 PSA 119 102 Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən. 019 PSA 119 103 Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir. 019 PSA 119 104 Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm. 019 PSA 119 105 Sözün addımıma çıraqdır, Yollarıma işıqdır. 019 PSA 119 106 Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm. 019 PSA 119 107 Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru. 019 PSA 119 108 Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət. 019 PSA 119 109 Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım. 019 PSA 119 110 Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım. 019 PSA 119 111 Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir. 019 PSA 119 112 Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm. 019 PSA 119 113 İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm. 019 PSA 119 114 Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam. 019 PSA 119 115 Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim. 019 PSA 119 116 Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım. 019 PSA 119 117 Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum. 019 PSA 119 118 Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur. 019 PSA 119 119 Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm. 019 PSA 119 120 Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram. 019 PSA 119 121 Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə. 019 PSA 119 122 Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin. 019 PSA 119 123 Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür. 019 PSA 119 124 Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət. 019 PSA 119 125 Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim. 019 PSA 119 126 Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör. 019 PSA 119 127 Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm. 019 PSA 119 128 Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm. 019 PSA 119 129 Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm. 019 PSA 119 130 Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır. 019 PSA 119 131 Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm. 019 PSA 119 132 Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər. 019 PSA 119 133 Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin. 019 PSA 119 134 Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım. 019 PSA 119 135 Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət. 019 PSA 119 136 Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar. 019 PSA 119 137 Ya Rəbb, adilsən, Hökmlərin doğrudur. 019 PSA 119 138 Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır. 019 PSA 119 139 Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub. 019 PSA 119 140 Sənin kəlamın çox safdır, Bu qulun onu sevir. 019 PSA 119 141 Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam. 019 PSA 119 142 Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir. 019 PSA 119 143 Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi. 019 PSA 119 144 Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım. 019 PSA 119 145 Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm. 019 PSA 119 146 Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım. 019 PSA 119 147 Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram. 019 PSA 119 148 Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm. 019 PSA 119 149 Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et. 019 PSA 119 150 Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar. 019 PSA 119 151 Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir. 019 PSA 119 152 Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin. 019 PSA 119 153 Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam. 019 PSA 119 154 Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et. 019 PSA 119 155 Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar. 019 PSA 119 156 Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat. 019 PSA 119 157 Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim. 019 PSA 119 158 Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar. 019 PSA 119 159 Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver. 019 PSA 119 160 Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir. 019 PSA 119 161 Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur. 019 PSA 119 162 Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir. 019 PSA 119 163 Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm. 019 PSA 119 164 Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm. 019 PSA 119 165 Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər. 019 PSA 119 166 Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm. 019 PSA 119 167 Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm! 019 PSA 119 168 Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır. 019 PSA 119 169 Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver. 019 PSA 119 170 Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et. 019 PSA 119 171 Qoy dilimdən həmdlər tökülsün, Mənə qaydalarını öyrətmisən. 019 PSA 119 172 Sənin kəlamını dilim tərənnüm etsin, Çünki Sənin bütün əmrlərin ədalətlidir. 019 PSA 119 173 Sənin əlin mənə kömək etsin, Çünki Sənin qayda-qanunlarını seçdim. 019 PSA 119 174 Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram. 019 PSA 119 175 Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum, Hökmlərin qoy mənə kömək olsun. 019 PSA 119 176 İtən quzu kimi azmışam, qulunu axtar, Çünki əmrlərini unutmamışam. 019 PSA 120 001 Ziyarət nəğməsi. Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi. 019 PSA 120 002 Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar». 019 PSA 120 003 Ey fitnəkar dil, sənə nə veriləcək? Bu işinin əvəzi nə ilə ödəniləcək? 019 PSA 120 004 Cəngavərin iti oxları ilə, Süpürgə ağacının odlu közləri ilə! 019 PSA 120 005 Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram! 019 PSA 120 006 Mənim belə yerdə, Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir. 019 PSA 120 007 Mən sülh sevirəm, buna görə danışıram, Onlarsa müharibə üçün çalışır. 019 PSA 121 001 Ziyarət nəğməsi. Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək? 019 PSA 121 002 Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək. 019 PSA 121 003 O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz. 019 PSA 121 004 Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz. 019 PSA 121 005 Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir. 019 PSA 121 006 Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz. 019 PSA 121 007 Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar. 019 PSA 121 008 Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər. 019 PSA 122 001 Davudun ziyarət nəğməsi. Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim. 019 PSA 122 002 Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum. 019 PSA 122 003 Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir. 019 PSA 122 004 İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər. 019 PSA 122 005 Hökm üçün burada taxtlar qurulub, Bu taxtlarda Davud sülaləsi oturub. 019 PSA 122 006 Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün! 019 PSA 122 007 Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!» 019 PSA 122 008 Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm. 019 PSA 122 009 Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm. 019 PSA 123 001 Ziyarət nəğməsi. Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. 019 PSA 123 002 Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik. 019 PSA 123 003 Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq. 019 PSA 123 004 Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu. 019 PSA 124 001 Davudun ziyarət nəğməsi. İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı, 019 PSA 124 002 Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı, 019 PSA 124 003 Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar, 019 PSA 124 004 Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı, 019 PSA 124 005 Azğın sular üstümüzü basardı. 019 PSA 124 006 Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi. 019 PSA 124 007 Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu. 019 PSA 124 008 Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir. 019 PSA 125 001 Ziyarət nəğməsi. Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar. 019 PSA 125 002 Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır. 019 PSA 125 003 Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı. 019 PSA 125 004 Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et! 019 PSA 125 005 Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun! 019 PSA 126 001 Ziyarət nəğməsi. Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi. 019 PSA 126 002 Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb». 019 PSA 126 003 Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb. 019 PSA 126 004 Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar. 019 PSA 126 005 Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək. 019 PSA 126 006 Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək. 019 PSA 127 001 Süleymanın ziyarət nəğməsi. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər. 019 PSA 127 002 Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər. 019 PSA 127 003 Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır. 019 PSA 127 004 İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər. 019 PSA 127 005 Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq. 019 PSA 128 001 Ziyarət nəğməsi. Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! 019 PSA 128 002 Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan. 019 PSA 128 003 Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək. 019 PSA 128 004 Rəbdən qorxan insan Belə xeyir-dua alacaq: 019 PSA 128 005 Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən, 019 PSA 128 006 Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun! 019 PSA 129 001 Ziyarət nəğməsi. Qoy İsrail söyləsin: «Mənə gəncliyimdən bəri əzab verdilər. 019 PSA 129 002 Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər. 019 PSA 129 003 Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər. 019 PSA 129 004 Rəbb isə adildir, Pislərin buxovlarını qırdı». 019 PSA 129 005 Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun! 019 PSA 129 006 Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar! 019 PSA 129 007 O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz! 019 PSA 129 008 Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!» 019 PSA 130 001 Ziyarət nəğməsi. Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm. 019 PSA 130 002 Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə. 019 PSA 130 003 Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər? 019 PSA 130 004 Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir. 019 PSA 130 005 Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm. 019 PSA 130 006 Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər. 019 PSA 130 007 Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var. 019 PSA 130 008 Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər! 019 PSA 131 001 Davudun ziyarət nəğməsi. Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm. 019 PSA 131 002 Ovunub səsimi kəsmişəm, Ana qucağında olan körpə kimiyəm, Sanki bir sakit körpəyə dönmüşəm. 019 PSA 131 003 Ey İsrail, Rəbbə ümidini bağla, İndidən sonsuzadək ümidini Ona bağla! 019 PSA 132 001 Ziyarət nəğməsi. Ya Rəbb, Davudu, Çəkdiyi bütün əzabları, 019 PSA 132 002 Rəbbə etdiyi andı, Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal. 019 PSA 132 003 O dedi: «Öz evimdə yaşamaram, Yatağımda yatmaram, 019 PSA 132 004 Gözümə yuxu getməz, Gözlərimi yummaram 019 PSA 132 005 Rəbbə layiq bir yer, Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər». 019 PSA 132 006 Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq. 019 PSA 132 007 Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək». 019 PSA 132 008 Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx. 019 PSA 132 009 Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin. 019 PSA 132 010 Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə. 019 PSA 132 011 Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam. 019 PSA 132 012 Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq». 019 PSA 132 013 Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi. 019 PSA 132 014 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım. 019 PSA 132 015 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. 019 PSA 132 016 Kahinlərini zəfərə bürüyəcəyəm, Möminləri sevinclə mədh oxuyacaq. 019 PSA 132 017 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm. 019 PSA 132 018 Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq». 019 PSA 133 001 Davudun ziyarət nəğməsi. Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq! 019 PSA 133 002 Belə yaşamaq qiymətli yağ kimidir; O yağ ki başa çəkilib saqqala, Harunun saqqalından paltarının yaxasına axırdı. 019 PSA 133 003 Sanki Xermon dağının şehi Sion dağlarına düşür, Çünki Rəbb buyurub ki, Bu məkana bərəkət, əbədi həyat verilsin. 019 PSA 134 001 Ziyarət nəğməsi. Rəbbə alqış edin, ey Onun qulları, Ey Rəbb evinin xidmətində gecələr oyaq duranlar! 019 PSA 134 002 Müqəddəs yerə tərəf əllərinizi qaldırın, Rəbbə alqış edin! 019 PSA 134 003 Göyləri və yeri yaradan Rəbb Siondan sizə xeyir-dua versin. 019 PSA 135 001 Rəbbə həmd edin! Rəbbin isminə həmd edin, Ey Rəbbin qulları, həmd edin! 019 PSA 135 002 Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar, 019 PSA 135 003 Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun! 019 PSA 135 004 Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi. 019 PSA 135 005 Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür. 019 PSA 135 006 Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər. 019 PSA 135 007 Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar. 019 PSA 135 008 Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü. 019 PSA 135 009 Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi. 019 PSA 135 010 Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü. 019 PSA 135 011 Emorluların padşahı Sixonu, Başan padşahı Oqu, Bütün Kənan padşahlarını qırdı. 019 PSA 135 012 Onların torpaqlarını, mülklərini Öz xalqı İsrailə irs olaraq verdi. 019 PSA 135 013 Ya Rəbb, Sənin adın əbədidir! Ey Rəbb, ismin nəsillərdən-nəsillərə çatır! 019 PSA 135 014 Rəbb xalqına haqq verəcək, Qullarına rəhm edəcək. 019 PSA 135 015 Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir. 019 PSA 135 016 Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür, 019 PSA 135 017 Qulaqları var, eşitmir, Ağızlarından nəfəs gəlmir. 019 PSA 135 018 Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar. 019 PSA 135 019 Ey İsraillilər, Rəbbə alqış edin! Ey Harun nəsli, Rəbbə alqış söyləyin! 019 PSA 135 020 Ey Levi nəsli, Rəbbə alqış edin! Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin! 019 PSA 135 021 Rəbbə Siondan alqış oxunsun! Rəbb Yerusəlimdə yaşayır! Rəbbə həmd edin! 019 PSA 136 001 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 002 Allahların Allahına şükür edin, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 003 Hökmranların Hökmranına şükür edin, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 004 Yalnız Odur böyük xariqələr yaradan, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 005 Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 006 Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 007 Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 008 Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 009 Gecə ay-ulduzların hökmü altında oldu, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 010 O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 011 İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 012 İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 013 Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 014 İsrailliləri dənizin ortasından keçirtdi, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 015 Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 016 O, xalqını səhrada apardı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 017 O, böyük padşahları vurdu, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 018 O, güclü padşahları qırdı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 019 Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 020 Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 021 Onların torpaqlarını irs olaraq verdi, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 022 Bu yerləri qulu İsrail nəslinin mülkü etdi, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 023 O, miskin halımızda bizi yaddan çıxarmadı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 024 Bizi düşmən əlindən qurtardı, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 025 O, bəşəriyyətə ruzi verir, Çünki məhəbbəti əbədidir! 019 PSA 136 026 Göylərin Allahına şükür edin, Çünki məhəbbəti əbədidir! 019 PSA 137 001 Babil torpağında olanda Sionu yada salardıq, Çay kənarında oturaraq ağlayardıq, 019 PSA 137 002 Liralarımızı söyüd ağaclarından asardıq. 019 PSA 137 003 Bizi əsir edənlər Nəğmə oxumağımızı əmr edirdilər, Bizə zülm verənlər Onları şənləndirməyimizi istəyirdilər, «Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər. 019 PSA 137 004 Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq? 019 PSA 137 005 Ey Yerusəlim, əgər səni unutsam, Qoy sağ əlim qurusun. 019 PSA 137 006 Ey Yerusəlim, Səni anmasam, ən böyük sevincim olmasan, Qoy dilim damağıma yapışsın. 019 PSA 137 007 Ya Rəbb, Edomluları bir yada sal, Məğlubiyyət günü Yerusəlimdən danışırdılar, Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!» 019 PSA 137 008 Ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun! 019 PSA 137 009 Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun! 019 PSA 138 001 Davudun məzmuru. Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm. 019 PSA 138 002 Müqəddəs məbədinə tərəf səcdə edirəm, Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan. 019 PSA 138 003 Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən. 019 PSA 138 004 Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, Çünki ağzından çıxan kəlamları eşidiblər. 019 PSA 138 005 Rəbbin yollarını tərənnüm edəcəklər, Çünki Rəbbin ehtişamı böyükdür. 019 PSA 138 006 Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, Amma lovğaları uzaqdan tanıyar. 019 PSA 138 007 Sıxıntı içində gəzsəm də, Mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan, Məni sağ əlinlə qurtarırsan. 019 PSA 138 008 Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə! 019 PSA 139 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, məni yoxlayaraq tanıdın, 019 PSA 139 002 Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan. 019 PSA 139 003 Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən. 019 PSA 139 004 Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən. 019 PSA 139 005 Hər yandan məni əhatə etmisən, Öz əlini üzərimə qoymusan. 019 PSA 139 006 Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm. 019 PSA 139 007 Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım? 019 PSA 139 008 Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan. 019 PSA 139 009 Qanad alıb gündoğana uçsam belə, Dənizi keçib günbatana qonsam belə, 019 PSA 139 010 Sənin sağ əlin bələdçim olacaq, Sağ əlin məni qoruyacaq. 019 PSA 139 011 Desəm də: «Qoy zülmət məni bürüsün, İşıq batsın, ətrafım gecəyə dönsün», 019 PSA 139 012 Sənin qarşında zülmət batar, Önündə gecə də gündüz kimi nur saçar. Nurun, zülmətin Sənin üçün nə fərqi var? 019 PSA 139 013 Sən mənim daxili üzvlərimi yaratmısan, Mənə ana bətnində quruluş vermisən. 019 PSA 139 014 Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, Ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm. 019 PSA 139 015 Mən gizli bir yerdə yaranarkən, Dünyanın dərin yerində yaranarkən Bədənim Səndən gizli qalmadı. 019 PSA 139 016 Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni gördü. Ömrüm başlamazdan əvvəl Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan. 019 PSA 139 017 Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, Onların sayı-hesabı yoxdur! 019 PSA 139 018 Saysaydım onları, qum dənələrindən çox olardı, Oyananda yenə mən Səninləyəm. 019 PSA 139 019 Ey Allah, kaş ki pisləri qıraydın, Qantökənlərin hamısı məndən uzaq olaydı, 019 PSA 139 020 Onlar Sənə qarşı pis niyyətlə danışır, Düşmənlərin adına küfr edirlər! 019 PSA 139 021 Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi? Əleyhdarlarından ikrah etmərəmmi? 019 PSA 139 022 Onlara tamamilə nifrət edirəm, Onları özümə düşmən sayıram. 019 PSA 139 023 Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. 019 PSA 139 024 Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol! 019 PSA 140 001 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, məni şər adamlardan xilas et, Məni qəddar insanlardan hifz et. 019 PSA 140 002 Ürəklərində pis niyyətləri var, Hər gün dava yaradırlar. 019 PSA 140 003 Kəskin dilləri ilan tək çalar, Sanki dodaqlarında gürzə zəhəri var. (Sela) 019 PSA 140 004 Ya Rəbb, şər insanın əlindən, Qəddar insanlardan məni qoru. İstəyirlər ki, ayağımı büdrətsinlər. 019 PSA 140 005 Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. (Sela) 019 PSA 140 006 Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit! 019 PSA 140 007 Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan. 019 PSA 140 008 Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». (Sela) 019 PSA 140 009 Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün! 019 PSA 140 010 Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin! 019 PSA 140 011 Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın, Bəlalar qəddarı vursun, onu ovlasın! 019 PSA 140 012 Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır, Fəqirlərə haqq qazandırır. 019 PSA 140 013 Bəli, salehlər Sənin isminə şükür oxuyacaq, Əməlisalehlər hüzurunda yaşayacaq. 019 PSA 141 001 Davudun məzmuru. Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit! 019 PSA 141 002 Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun! 019 PSA 141 003 Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru. 019 PSA 141 004 Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim. 019 PSA 141 005 Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm. 019 PSA 141 006 Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin. 019 PSA 141 007 Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib. 019 PSA 141 008 Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm. 019 PSA 141 009 Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru. 019 PSA 141 010 Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim. 019 PSA 142 001 Davudun məzmuru. Maskil. Mağarada olanda etdiyi dua. Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram. 019 PSA 142 002 Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm. 019 PSA 142 003 Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar. 019 PSA 142 004 Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır. 019 PSA 142 005 Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən». 019 PSA 142 006 Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür. 019 PSA 142 007 Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin! 019 PSA 143 001 Davudun məzmuru. Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə, Mənə sədaqətin, salehliyin naminə cavab söylə. 019 PSA 143 002 Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz. 019 PSA 143 003 Məni düşmən təqib etdi, Yerə vurdu, həyatım əldən getdi. Sanki lap çoxdan ölənlərin biriyəm, Bu düşmən məni zülmətə saldı. 019 PSA 143 004 Ona görə ruhdan düşmüşəm, Bu dəhşət qəlbimi sarsıtdı. 019 PSA 143 005 Qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə hey fikirləşirəm. 019 PSA 143 006 Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. (Sela) 019 PSA 143 007 Ya Rəbb, mənə tez cavab ver, Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim. 019 PSA 143 008 Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm. 019 PSA 143 009 Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm. 019 PSA 143 010 Mənə Sənin iradənə əməl etməyi öyrət, Çünki mənim Allahım Sənsən. Sənin Ruhun yaxşıdır, Düz yer üçün mənə yol göstər. 019 PSA 143 011 Ya Rəbb, mənə ismin naminə həyat ver, Salehliyin naminə canımı dardan qurtar. 019 PSA 143 012 Məhəbbətin naminə yağılarımı məhv et, Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam. 019 PSA 144 001 Davudun məzmuru. Alqış olsun Rəbbə, Qayama! Əllərimə döyüş təlimi, Barmaqlarıma müharibə təlimi verən Odur. 019 PSA 144 002 Mənə Məhəbbət göstərən, mənim Qalam, Qülləm, Xilaskarım, Qalxanım, Pənahgahım, Xalqımı mənə itaət etdirən Odur. 019 PSA 144 003 Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, Bəşər övladı kimdir ki, onu düşünürsən? 019 PSA 144 004 İnsan bir nəfəsə bənzər, Ömrü kölgə kimi keçib-gedər. 019 PSA 144 005 Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin. 019 PSA 144 006 Şimşəyini çaxdır, düşmənləri dağıt, Oxlarını yağdır, yağıları darmadağın et. 019 PSA 144 007 Göylərdən əl uzadıb dərin sulardan məni xilas et, Məni yadellilərin əlindən azad et. 019 PSA 144 008 Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar. 019 PSA 144 009 Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm, Səni ontelli çənglə tərənnüm edəcəyəm. 019 PSA 144 010 Sənsən padşahlara zəfər qazandıran, Qulun Davudu amansız qılıncdan qurtaran. 019 PSA 144 011 Məni yadellilərin əlindən xilas et, Sən məni azad et! Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar. 019 PSA 144 012 Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın, Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun. 019 PSA 144 013 Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın, Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın. 019 PSA 144 014 Naxırlarımız çoxlu balalar versin, Hasarlarımız dəlmə-deşiksiz olsun. İnsanlarımız əsir düşməsin, Meydanlarımız şivən səsinə bir daha bürünməsin. 019 PSA 144 015 Nə bəxtiyardır belə xeyir-dua alan xalq! Nə bəxtiyardır Allahı Rəbb olan xalq! 019 PSA 145 001 Davudun həmd nəğməsi. Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm. 019 PSA 145 002 Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm. 019 PSA 145 003 Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz. 019 PSA 145 004 Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, Qüdrətli işlərin bəyan ediləcək. 019 PSA 145 005 Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, Xariqəli işlərini dərindən düşünəcəyəm. 019 PSA 145 006 İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm. 019 PSA 145 007 İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, Salehliyini mədh edəcəklər. 019 PSA 145 008 Rəbb lütfkar və rəhmlidir, Hədsiz səbirli və bol məhəbbətlidir. 019 PSA 145 009 Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər. 019 PSA 145 010 Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək. 019 PSA 145 011 Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar. 019 PSA 145 012 Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin. 019 PSA 145 013 Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır. 019 PSA 145 014 Rəbb yıxılanların hamısına dayaqdır, Qəddi əyilənlərin hamısını qaldırır. 019 PSA 145 015 Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən. 019 PSA 145 016 Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən. 019 PSA 145 017 Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir. 019 PSA 145 018 Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır. 019 PSA 145 019 Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar. 019 PSA 145 020 Rəbb Onu sevənlərin hamısını hifz edər, Bütün pis adamlarınsa kökünü kəsər. 019 PSA 145 021 Mənim dilim Rəbbə həmd oxuyacaq, Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin! 019 PSA 146 001 Rəbbə həmd edin! Ey könlüm, Rəbbə həmd et! 019 PSA 146 002 Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm, Allahımı nə qədər varam, tərənnüm edəcəyəm! 019 PSA 146 003 Əsilzadələrə, Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin. 019 PSA 146 004 Onlar canı çıxan kimi torpağa düşər, Niyyətləri bircə anda yox olar. 019 PSA 146 005 Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan! 019 PSA 146 006 Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan. 019 PSA 146 007 O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir, 019 PSA 146 008 Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir. 019 PSA 146 009 Rəbb qəriblərə dayaq olur, Yetimi, dul qadını ayağa qaldırır, Pislərinsə yollarını dolaşdırır. 019 PSA 146 010 Rəbb əbədi hökmranlıq edir, Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin! 019 PSA 147 001 Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur! 019 PSA 147 002 Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər. 019 PSA 147 003 O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar. 019 PSA 147 004 Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar. 019 PSA 147 005 Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir! 019 PSA 147 006 Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar. 019 PSA 147 007 Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin! 019 PSA 147 008 O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər. 019 PSA 147 009 O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər. 019 PSA 147 010 O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz. 019 PSA 147 011 Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar. 019 PSA 147 012 Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et! 019 PSA 147 013 Çünki darvazalarının cəftələrini bərkidər, Sənin əhalinə bərəkət verər. 019 PSA 147 014 Sərhədinə əmin-amanlıq, Sənə doyunca əla taxıl yetirər. 019 PSA 147 015 Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar. 019 PSA 147 016 Ağ yun kimi qar yağdırar, Kül kimi qırov salar. 019 PSA 147 017 Parça-parça dolu tökər. Onun soyuğuna kim dözə bilər? 019 PSA 147 018 Buyruq verəndə buz əriyər, Külək əsdirəndə sular sel tək axar. 019 PSA 147 019 O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun və hökmlərini bildirir. 019 PSA 147 020 Başqa millətlər üçün belə etməyib, Heç birinə hökmlərini bildirməyib. Rəbbə həmd edin! 019 PSA 148 001 Rəbbə həmd edin! Göylərdən Rəbbə həmd edin, Yüksəklərdən Ona həmd edin! 019 PSA 148 002 Ey Onun bütün mələkləri, Ona həmd edin! Ey Onun bütün orduları, Ona həmd edin! 019 PSA 148 003 Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin! 019 PSA 148 004 Ey göylərin ən uca qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin! 019 PSA 148 005 Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar. 019 PSA 148 006 Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub. 019 PSA 148 007 Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər, 019 PSA 148 008 Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar, 019 PSA 148 009 Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları, 019 PSA 148 010 Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar, 019 PSA 148 011 Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər, 019 PSA 148 012 Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar! 019 PSA 148 013 Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir, 019 PSA 148 014 O, xalqına böyük qüvvət verib. Buna görə Ona həmd etsin Onun bütün möminləri, Əziz xalqı olan İsrail övladları! Rəbbə həmd edin! 019 PSA 149 001 Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin! 019 PSA 149 002 İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun! 019 PSA 149 003 Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə Onu tərənnüm edin! 019 PSA 149 004 Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar. 019 PSA 149 005 Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər. 019 PSA 149 006 Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar. 019 PSA 149 007 Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar. 019 PSA 149 008 Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar. 019 PSA 149 009 Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin! 019 PSA 150 001 Rəbbə həmd edin! Müqəddəs məskənində Allaha həmd edin! Möhtəşəm göy qübbəsində Ona həmd edin! 019 PSA 150 002 Qüdrətli işləri üçün Ona həmd edin! Bol əzəmətinə görə Ona həmd edin! 019 PSA 150 003 Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin! 019 PSA 150 004 Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin! 019 PSA 150 005 Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin! 019 PSA 150 006 Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin! # # BOOK 020 PRO Proverbs Süleymanin Məsəlləri 020 PRO 001 001 İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri: 020 PRO 001 002 Hikmət və tərbiyəyə malik olmaq, Müdrik sözləri dərk etmək üçün, 020 PRO 001 003 Salehlik, ədalət, insaf barədə İdrak tərbiyəsi almaq üçün, 020 PRO 001 004 Cahillərə uzaqgörənlik, Gənc oğlana bilik və dərrakə vermək üçün; 020 PRO 001 005 Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın. 020 PRO 001 006 Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar. 020 PRO 001 007 Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar. 020 PRO 001 008 Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma. 020 PRO 001 009 Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər. 020 PRO 001 010 Oğlum, qoyma səni günahkarlar azdırsın. 020 PRO 001 011 Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək, 020 PRO 001 012 Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər. 020 PRO 001 013 Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq. 020 PRO 001 014 Bizə qoşul, Qoy kisəmiz bir olsun», 020 PRO 001 015 Oğlum, onlara qoşulma, Yollarına ayaq basma. 020 PRO 001 016 Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər. 020 PRO 001 017 Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır. 020 PRO 001 018 Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür. 020 PRO 001 019 Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar. 020 PRO 001 020 Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır. 020 PRO 001 021 O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir: 020 PRO 001 022 «Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək? 020 PRO 001 023 Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim. 020 PRO 001 024 Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz. 020 PRO 001 025 Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz. 020 PRO 001 026 Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm, Dəhşət sizi bürüyəndə, 020 PRO 001 027 Tufan kimi dəhşət sizə hücum çəkəndə, Sizə qasırğa kimi bəla gələndə, Dara, əziyyətə düşəndə istehza edəcəyəm. 020 PRO 001 028 O vaxt məni çağıranlara cavab verməyəcəyəm, Səylə axtarsalar da, məni tapa bilməyəcəklər. 020 PRO 001 029 Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər, 020 PRO 001 030 Nəsihətimi istəmədilər, Hər məzəmmətimi rədd etdilər. 020 PRO 001 031 Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, Öz nəsihətləri ilə doyacaqlar. 020 PRO 001 032 Cahili özbaşınalığı öldürəcək, Axmağı laqeydliyi məhv edəcək. 020 PRO 001 033 Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, Rahatlıq tapacaq, pislikdən qorxmayacaq». 020 PRO 002 001 Oğlum, əgər sözlərimi qəbul etsən, Əmrlərimi qorusan, 020 PRO 002 002 Qulağını hikmətə tərəf çevirsən, Ürəyini dərrakəyə tərəf meyl etdirsən, 020 PRO 002 003 Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən, 020 PRO 002 004 Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan, 020 PRO 002 005 Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan. 020 PRO 002 006 Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır. 020 PRO 002 007 O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur. 020 PRO 002 008 O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir. 020 PRO 002 009 Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan. 020 PRO 002 010 Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar. 020 PRO 002 011 İdrak səni hifz edər, Dərrakə səni qoruyar. 020 PRO 002 012 Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar. 020 PRO 002 013 Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar. 020 PRO 002 014 Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar. 020 PRO 002 015 Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir. 020 PRO 002 016 Hikmət səni yad arvaddan, Şirin dilli əxlaqsız qadından qurtarar. 020 PRO 002 017 Bu qadın gənc vaxtı getdiyi ərini atıb, Allahının əhdini unudub. 020 PRO 002 018 Onun evi ölümə, Yolları qəbiristanlığa aparar. 020 PRO 002 019 Yanına gələn kimsə geri qayıtmaz, Bir daha həyat yollarına çatmaz. 020 PRO 002 020 Beləliklə, yaxşıların yolu ilə gedərsən, Salehlərin yollarına bağlı qalarsan. 020 PRO 002 021 Çünki əməlisalehlər yer üzündə sakin olacaq, Kamillər burada qalacaq. 020 PRO 002 022 Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq. 020 PRO 003 001 Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın. 020 PRO 003 002 Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar. 020 PRO 003 003 Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. 020 PRO 003 004 Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan. 020 PRO 003 005 Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə. 020 PRO 003 006 Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər. 020 PRO 003 007 Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin. 020 PRO 003 008 Bu, bədəninə şəfa verər, Sümüklərinə ilik olar. 020 PRO 003 009 Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir. 020 PRO 003 010 Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar. 020 PRO 003 011 Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə. 020 PRO 003 012 Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər. 020 PRO 003 013 Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır! 020 PRO 003 014 Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir. 020 PRO 003 015 Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil. 020 PRO 003 016 Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var. 020 PRO 003 017 Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır. 020 PRO 003 018 Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır! 020 PRO 003 019 Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib. 020 PRO 003 020 Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir. 020 PRO 003 021 Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə. 020 PRO 003 022 Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar. 020 PRO 003 023 O zaman rahat gəzərsən, Ayaqların büdrəməz. 020 PRO 003 024 Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan. 020 PRO 003 025 Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma. 020 PRO 003 026 Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən. 020 PRO 003 027 Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə. 020 PRO 003 028 İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm». 020 PRO 003 029 Yanında sakit yaşayan qonşun üçün Şər qurma. 020 PRO 003 030 Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə. 020 PRO 003 031 Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə. 020 PRO 003 032 Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar. 020 PRO 003 033 Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər. 020 PRO 003 034 Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər. 020 PRO 003 035 Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq. 020 PRO 004 001 Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun. 020 PRO 004 002 Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın. 020 PRO 004 003 Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda 020 PRO 004 004 Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun. 020 PRO 004 005 Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma. 020 PRO 004 006 Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar. 020 PRO 004 007 Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən. 020 PRO 004 008 Onu üstün tutsan, səni ucaldar, Əgər ona bağlansan, səni şərəfə çatdırar. 020 PRO 004 009 O sənin başının gözəl çələngi olar, Başına şərəf tacı qoyar». 020 PRO 004 010 Oğlum, məni dinlə, Sözlərimi qəbul etsən, ömrünü uzadarsan. 020 PRO 004 011 Sənə hikmət yolunun təlimini verirəm, Düz yolda gəzdirirəm. 020 PRO 004 012 Gedəndə addımların büdrəməz, Qaçanda ayaqların sürüşməz. 020 PRO 004 013 Aldığın tərbiyəyə bağlan, ayrılma, Onu saxla, o sənin həyatındır. 020 PRO 004 014 Pislərin yoluna ayaq basma, Şər insanın yolu ilə getmə. 020 PRO 004 015 Çəkil, bu yolun yaxınından belə, keçmə, Uzaq dur, başqa bir səmtdən yolu keç. 020 PRO 004 016 Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar. 020 PRO 004 017 Şərin çörəyini yeyərlər, Zorakılığın şərabını içərlər. 020 PRO 004 018 Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar. 020 PRO 004 019 Pislərinsə yolu zülmətdir, Onlar nəyə görə büdrədiklərini bilməzlər. 020 PRO 004 020 Oğlum, sözlərimə fikir ver, Dediklərimə qulaq as. 020 PRO 004 021 Onları gözlərinin önündən ayırma, Onları ürəyində qoru. 020 PRO 004 022 Çünki onları tapanlar Həyat və cansağlığı tapar. 020 PRO 004 023 Hər şeydən əvvəl öz ürəyini qoru, Çünki həyat çeşməsi odur. 020 PRO 004 024 Əyri danışığı ağzından götür, Azğın dodaqları özündən uzaqlaşdır. 020 PRO 004 025 Gözlərin irəliyə baxsın, Düppədüz qarşına nəzər sal. 020 PRO 004 026 Getdiyin yolu düzəlt, Yollarını sahmana sal. 020 PRO 004 027 Nə sağa, nə də sola dön, Ayağını pislikdən çək. 020 PRO 005 001 Oğlum, mənim hikmətimə diqqət yetir, Qulağını müdrik sözlərimə tərəf çevir. 020 PRO 005 002 Onda dərrakəyə bağlanarsan, Dilin biliyi kənara atmaz. 020 PRO 005 003 Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır. 020 PRO 005 004 Amma aqibəti yovşan kimi acıdır, İkiağızlı qılınc kimi kəskindir. 020 PRO 005 005 Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır. 020 PRO 005 006 Həyat yoluna fikir vermir, Yolları dolaşıqdır, özü də bilmir. 020 PRO 005 007 İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərdən yayınmayın. 020 PRO 005 008 Belə qadından uzaq ol, Evinin qapısına yaxın getmə. 020 PRO 005 009 Yoxsa şərəfini yadlara verərsən, Ömrünü zalımlara sərf edərsən. 020 PRO 005 010 Sənin var-yoxunu yadlar yeyər, Qazancın özgənin evinə gedər. 020 PRO 005 011 Ömrünün sonu çatanda, Canında taqət qalmayanda Ah-nalə çəkərək belə deyərsən: 020 PRO 005 012 «Mən də tərbiyəyə nifrət etdim, Ürəyimdə məzəmmətlərə güldüm! 020 PRO 005 013 Müəllimimin sözünə baxmadım, Tərbiyəçilərimə qulaq asmadım. 020 PRO 005 014 Camaatın və icmanın arasında Az qala hər cür bəlaya düşəcəkdim». 020 PRO 005 015 Öz su anbarından, Öz quyunun içməli suyundan iç. 020 PRO 005 016 Niyə sənin qaynaqların küçələrə, Su arxların meydanlara axıb getsin? 020 PRO 005 017 Onlar yalnız səninki olsun, Yadlara paylama. 020 PRO 005 018 Qoy çeşmən bərəkətli olsun, Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa! 020 PRO 005 019 Sevimli maralın, gözəl ceyranın Həmişə səni öz döşləri ilə doydursun, Onun eşqi ilə məst ol. 020 PRO 005 020 Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, Yad arvadı qoynuna almalısan? 020 PRO 005 021 İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır. 020 PRO 005 022 Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar. 020 PRO 005 023 Tərbiyəsizliyi üzündən həlak olar, Hədsiz səfehliyi üzündən azar. 020 PRO 006 001 Oğlum, qonşuna zamin durub, Yadlarla əlbir olub, 020 PRO 006 002 Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə, Ağzından çıxan sözlərlə ələ keçmisənsə, 020 PRO 006 003 Demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qurtar: Get onun ayağına düş, yalvar-yaxar. 020 PRO 006 004 Qoy gözünə yuxu getməsin, Kirpiklərin ağırlaşmasın. 020 PRO 006 005 Özünü ovçunun əlindən ceyran kimi, Quşbazın əlindən quş kimi qurtar. 020 PRO 006 006 Ey tənbəl, qarışqalara diqqət yetir, Onların həyatından ibrət götür. 020 PRO 006 007 Onların nə başçıları var, Nə nəzarətçiləri, nə də hökmdarları. 020 PRO 006 008 Yayda azuqələrini yığar, Biçin vaxtı özlərinə yem toplayarlar. 020 PRO 006 009 Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan? 020 PRO 006 010 Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan, 020 PRO 006 011 Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər. 020 PRO 006 012 Yaramaz adam – şər insan Əyri danışaraq dolanar, 020 PRO 006 013 Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər. 020 PRO 006 014 Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar. 020 PRO 006 015 Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar. 020 PRO 006 016 Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir: 020 PRO 006 017 Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər; 020 PRO 006 018 Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar; 020 PRO 006 019 Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs. 020 PRO 006 020 Oğlum, atanın əmrini yerinə yetir, Ananın öyrətdiklərini atma. 020 PRO 006 021 Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla. 020 PRO 006 022 Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər. 020 PRO 006 023 Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur. 020 PRO 006 024 Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar. 020 PRO 006 025 Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma. 020 PRO 006 026 Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar. 020 PRO 006 027 Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı? 020 PRO 006 028 Köz üzərində gəzənin Ayaqları bişməzmi? 020 PRO 006 029 Qonşusunun arvadının yanına girənin də halı belədir, O qadına toxunan cəzasını çəkər. 020 PRO 006 030 Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz. 020 PRO 006 031 Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir. 020 PRO 006 032 Qadınla zina edən qanmazdır, Özünü məhv etmək istəyən belə edər. 020 PRO 006 033 Bu kişinin nəsibi kötək, şərəfsizlikdir, Biabırçılığı üzərindən silinməz. 020 PRO 006 034 Çünki ərini qeyrət coşdurar, Ondan amansızcasına qisas alar. 020 PRO 006 035 Heç nə ilə ərinin qarşısını almaq olmaz, Nə verilsə belə, o razılaşmaz. 020 PRO 007 001 Oğlum, sözlərimə bağlı qal, Əmrlərimi özündə saxla. 020 PRO 007 002 Əmrlərimə bağlı qalsan, yaşayacaqsan, Təlimimi göz bəbəyin kimi qoru. 020 PRO 007 003 Onları üzük kimi barmağına keçir, Ürəyinin lövhəsinə köçür. 020 PRO 007 004 Hikmətə de: «Bacımsan», İdraka söylə: «Yaxın dostumsan». 020 PRO 007 005 Onlar səni əxlaqsız qadından, Şirindilli yad arvaddan qoruyar. 020 PRO 007 006 Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım. 020 PRO 007 007 Bir dəstə cahil gənc arasında Qanmaz bir cavanı gördüm. 020 PRO 007 008 Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi. 020 PRO 007 009 Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda. 020 PRO 007 010 Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı. 020 PRO 007 011 O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır. 020 PRO 007 012 Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar. 020 PRO 007 013 O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi: 020 PRO 007 014 «Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm. 020 PRO 007 015 Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım. 020 PRO 007 016 Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm. 020 PRO 007 017 Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm. 020 PRO 007 018 Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq. 020 PRO 007 019 Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib. 020 PRO 007 020 Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq». 020 PRO 007 021 Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı. 020 PRO 007 022 Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü. 020 PRO 007 023 Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi. 020 PRO 007 024 İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın. 020 PRO 007 025 Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə. 020 PRO 007 026 Çünki o qadın nə qədər insanı qurban edib, Nə qədər adamı öldürüb. 020 PRO 007 027 Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır. 020 PRO 008 001 Məgər hikmət çağırmırmı, Məgər dərrakə səsləmirmi 020 PRO 008 002 Uca yerlərdə, yol kənarında, Yollar ayrıcında dayanıb? 020 PRO 008 003 Darvazaların yanında, şəhərin qarşısında, Qapıların kandarında çağırır: 020 PRO 008 004 «Ey insanlar, mən sizi səsləyirəm, Ey bəşər övladları, sizə xitab edirəm. 020 PRO 008 005 Ey cahillər, uzaqgörən olun, Ey axmaqlar, ağıllanın. 020 PRO 008 006 Dinləyin, əla şeylərdən danışıram, Dilimdən düz sözlər çıxır. 020 PRO 008 007 Ağzım həqiqət söyləyir, Dilim şərdən iyrənir. 020 PRO 008 008 Ağzımdan yalnız salehlik sözləri çıxır, Sözlərimdə nə əyrilik, nə də ki yalan var. 020 PRO 008 009 Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir. 020 PRO 008 010 Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin. 020 PRO 008 011 Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil. 020 PRO 008 012 Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam. 020 PRO 008 013 Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm. 020 PRO 008 014 Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var. 020 PRO 008 015 Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir. 020 PRO 008 016 Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir. 020 PRO 008 017 Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır. 020 PRO 008 018 Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır. 020 PRO 008 019 Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir. 020 PRO 008 020 Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm. 020 PRO 008 021 Məni sevənləri sərvətə çatdıraram, Xəzinələrini dolduraram. 020 PRO 008 022 Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu. 020 PRO 008 023 Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim. 020 PRO 008 024 Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. 020 PRO 008 025 Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. 020 PRO 008 026 Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, 020 PRO 008 027 Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə, 020 PRO 008 028 Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda, 020 PRO 008 029 Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə 020 PRO 008 030 Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim. 020 PRO 008 031 Yaratdığı aləmə görə sevinirdim, Bəşər övladlarına görə fərəhlənirdim. 020 PRO 008 032 İndi, ey övladlar, mənə qulaq asın: Yoluma bağlı qalan nə bəxtiyardır! 020 PRO 008 033 Verdiyim tərbiyəyə qulaq asın, Hikmət alın, onu bir tərəfə atmayın. 020 PRO 008 034 Mənə qulaq asan, Hər gün darvazalarım qarşısında duran, Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır! 020 PRO 008 035 Çünki məni tapan həyat tapar, Rəbbi razı salar. 020 PRO 008 036 Məni əldən verən canına qəsd edər, Mənə nifrət edənlərin hamısı ölümü sevər». 020 PRO 009 001 Hikmət evini qurub, Yeddi dirəyini yonub, 020 PRO 009 002 Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib. 020 PRO 009 003 Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər: 020 PRO 009 004 «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: 020 PRO 009 005 «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için. 020 PRO 009 006 Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin». 020 PRO 009 007 Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər. 020 PRO 009 008 Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər. 020 PRO 009 009 Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq. 020 PRO 009 010 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır. 020 PRO 009 011 Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar. 020 PRO 009 012 Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən. 020 PRO 009 013 Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır. 020 PRO 009 014 O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib, 020 PRO 009 015 Yoldan ötənləri, Düz yolda olanları çağırır: 020 PRO 009 016 «Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir: 020 PRO 009 017 «Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var». 020 PRO 009 018 Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir. 020 PRO 010 001 Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər, Axmaq oğul anasına dərd gətirər. 020 PRO 010 002 Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz, Amma salehlik insanı ölümdən qurtarar. 020 PRO 010 003 Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz. 020 PRO 010 004 Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar. 020 PRO 010 005 Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar. 020 PRO 010 006 Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar. 020 PRO 010 007 Saleh insanın adı xeyir-dua ilə çağırılar, Şər adamın adı isə çürüyər. 020 PRO 010 008 Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar. 020 PRO 010 009 Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar. 020 PRO 010 010 Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar. 020 PRO 010 011 Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar. 020 PRO 010 012 Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər. 020 PRO 010 013 Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər. 020 PRO 010 014 Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar. 020 PRO 010 015 Zənginin var-dövləti ona qalalı şəhərdir, Kasıbı yoxsulluq bəlaya salar. 020 PRO 010 016 Salehin mükafatı həyatdır, Şər adamınsa qazancı günahdır. 020 PRO 010 017 Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar. 020 PRO 010 018 Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar. 020 PRO 010 019 Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır. 020 PRO 010 020 Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar. 020 PRO 010 021 Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar. 020 PRO 010 022 Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz. 020 PRO 010 023 Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var. 020 PRO 010 024 Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar. 020 PRO 010 025 Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar. 020 PRO 010 026 Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər. 020 PRO 010 027 Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar. 020 PRO 010 028 Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar. 020 PRO 010 029 Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur. 020 PRO 010 030 Saleh heç vaxt sarsılmaz, Şər insanlar yer üzündə qalmaz. 020 PRO 010 031 Salehin ağzı hikmətlə çiçəklənər, Hiyləli dillər kəsilər. 020 PRO 010 032 Saleh insanın dili razı salmağı bacarar, Şər insanın ağzından hiyləli sözlər çıxar. 020 PRO 011 001 Aldadıcı tərəzi Rəbdə ikrah yaradar, Rəbb düz çəki daşından razı qalar. 020 PRO 011 002 Lovğalıq gələndə şərəfsizlik gətirər, Hikmət itaətkarın yanına gələr. 020 PRO 011 003 Əməlisalehi kamillik yolu aparar, Xəyanətkar əyriliyindən məhv olar. 020 PRO 011 004 Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar. 020 PRO 011 005 Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar. 020 PRO 011 006 Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar. 020 PRO 011 007 Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar. 020 PRO 011 008 Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər. 020 PRO 011 009 Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər. 020 PRO 011 010 Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar. 020 PRO 011 011 Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar. 020 PRO 011 012 Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar. 020 PRO 011 013 Sözgəzdirən sirləri açıb yayar, Etibarlı adam sözü gizli saxlar. 020 PRO 011 014 Düz məsləhət verilməyən yerdə xalq yıxılar, Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar. 020 PRO 011 015 Özgəyə zamin duran özünü bəlaya salar, Belə zaminlikdən zəhləsi gedən dinc yaşar. 020 PRO 011 016 Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar. 020 PRO 011 017 İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər. 020 PRO 011 018 Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar. 020 PRO 011 019 Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar. 020 PRO 011 020 Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar. 020 PRO 011 021 Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar. 020 PRO 011 022 Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər. 020 PRO 011 023 Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar. 020 PRO 011 024 Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər. 020 PRO 011 025 Comərd bolluğa yetişər, Su verənə su verilər. 020 PRO 011 026 Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar. 020 PRO 011 027 Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar. 020 PRO 011 028 Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər. 020 PRO 011 029 Külfətini əzaba salanın nəsibi yel tək sovrular, Qəlbində hikmət olana səfeh qul olar. 020 PRO 011 030 Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar. 020 PRO 011 031 Əgər bu dünyada salehlərə belə, cəza verilirsə, Pislərə, günahkarlara gör nə qədər cəza verilər! 020 PRO 012 001 Tərbiyəni sevən biliyi sevər, Məzəmmətə nifrət edən şüursuzdur. 020 PRO 012 002 Rəbb yaxşı adamdan razı qalar, Pisniyyət adamı isə məhkum edər. 020 PRO 012 003 İnsan şərlə möhkəm olmaz, Salehinsə kökü sarsılmaz. 020 PRO 012 004 Xeyirxah arvad ərinin tacıdır, Adbatıran qadın çürümüş sümüyə oxşar. 020 PRO 012 005 Salehlərin məqsədi ədalətdir, Şər insanların məsləhəti hiyləgərlikdir. 020 PRO 012 006 Şər adamların sözləri ölüm üçün pusqu qurar, Əməlisalehlər dili ilə xilas olar. 020 PRO 012 007 Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz. 020 PRO 012 008 İnsan ağıllı sözlərinə görə təriflənər, Qəlbində hiylə olanlara xor baxılar. 020 PRO 012 009 Şöhrətsiz, lakin qul sahibi olan insan Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır. 020 PRO 012 010 Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, Şər insanın mərhəmətində də zalımlıq var. 020 PRO 012 011 Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər. 020 PRO 012 012 Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər. 020 PRO 012 013 Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar. 020 PRO 012 014 İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar. 020 PRO 012 015 Səfehin yolu öz gözündə düz görünər, Hikmətli adam nəsihəti dinlər. 020 PRO 012 016 Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər. 020 PRO 012 017 Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar. 020 PRO 012 018 Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar. 020 PRO 012 019 Düz söz əbədi yaşar, Yalanın ömrü az olar. 020 PRO 012 020 Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar. 020 PRO 012 021 Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar. 020 PRO 012 022 Rəbb yalançı dilə ikrah edər, Həqiqəti yerinə yetirənlərdən isə razı qalar. 020 PRO 012 023 Uzaqgörən bildiyini özü üçün saxlar, Axmaq qəlbinin səfehliyini hamıya yayar. 020 PRO 012 024 Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər. 020 PRO 012 025 Qəlbi narahat olanın qəddi əyilər, Xoş söz könlü şad edər. 020 PRO 012 026 Saleh insan qonşusuna da yol göstərər, Lakin şər insanın yolu dolaşıqdır. 020 PRO 012 027 Tənbəlin əlinə ov düşsə də, onu bişirməz, Çalışqan qiymətli sərvətə çatar. 020 PRO 012 028 Salehliyin yollarında həyat var, Kim bu yolla getsə, orada ölüm tapmaz. 020 PRO 013 001 Hikmətli oğul ata tərbiyəsinə qulaq asar, Rişxəndçi iradı qulaq ardına vurar. 020 PRO 013 002 İnsanın dilində yaxşı söz olsa, onun xeyrini yeyər, Xain zorakılıq istər. 020 PRO 013 003 Dilini saxlayan canını qoruyar, Boşboğaz başını bəlaya salar. 020 PRO 013 004 Tənbəl arzuladığına çatmaz, Çalışqan bolluğa qovuşar. 020 PRO 013 005 Saleh adam yalana nifrət edər, Şər insanın sözləri xəcalət və rüsvayçılıq gətirər. 020 PRO 013 006 Kamillik yolunda olanı salehlik qoruyar, Günahkarı şər yıxar. 020 PRO 013 007 Adam var ki, heç nəyi yoxdur, özünü varlı göstərir, Adam var ki, malı çoxdur, özünü yoxsul göstərir. 020 PRO 013 008 Sərvət insanın canını təhlükədən qurtarar, Yoxsul isə hədə-qorxu eşitməz. 020 PRO 013 009 Saleh insanların işığı könlü sevindirər, Şər insanların çırağı sönər. 020 PRO 013 010 Təkəbbürdən ancaq münaqişə yaranar, Yaxşı nəsihətə qulaq asanın hikməti var. 020 PRO 013 011 Kələklə gələn sərvət azalar, Zəhmətlə qazanılan sərvət isə artar. 020 PRO 013 012 Gecikən ümid ürəyi xəstələndirir, Arzuya çatmaq həyat ağacıdır. 020 PRO 013 013 Öyüdə xor baxan öz canını həlak edər, Əmrə ehtiram edənlərə mükafat verilər. 020 PRO 013 014 Hikmətli adamın təlimi həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır. 020 PRO 013 015 Dərin ağlı olan lütf qazanır, Xainin yolu dolaşıqdır. 020 PRO 013 016 Uzaqgörən hər gördüyü işi bilir, Axmaq öz səfehliyini hamıya göstərir. 020 PRO 013 017 Pis qasid bəlaya düşər, Etibarlı elçi şəfa verər. 020 PRO 013 018 Tərbiyəni rədd edən yoxsullaşıb şərəfdən düşər, Məzəmməti qəbul edən şərəfə yetişər. 020 PRO 013 019 Arzuya çatmaq qəlbə, cana şirin gələr, Axmaq pislikdən dönməyə ikrah edər. 020 PRO 013 020 Hikmətli ilə oturub-duran hikmət qazanar, Axmaqlarla ayaqlaşan bədbəxt olar. 020 PRO 013 021 Günahkarı şər qovar, Salehin yaxşı bir əvəzi var. 020 PRO 013 022 Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar. 020 PRO 013 023 Yoxsulların əkini bol bəhrə versə də, Ədalət olmayan yerdə bada gedər. 020 PRO 013 024 Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, Oğlunu sevən ona düzgün tərbiyə verər. 020 PRO 013 025 Saleh yeyib doyar, Şər adamsa ac qalar. 020 PRO 014 001 Hikmətli qadın evini qurar, Səfeh qadın onu öz əli ilə uçurar. 020 PRO 014 002 Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar. 020 PRO 014 003 Səfeh lovğa sözlərinə görə kötək qazanar, Hikmətlinin dili onu qoruyar. 020 PRO 014 004 Öküz olmayan yerdə axur təmiz olar, Amma bol məhsul öküzün gücü ilə yaranar. 020 PRO 014 005 Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar. 020 PRO 014 006 Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar. 020 PRO 014 007 Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan. 020 PRO 014 008 Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar. 020 PRO 014 009 Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər. 020 PRO 014 010 Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz. 020 PRO 014 011 Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar. 020 PRO 014 012 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür. 020 PRO 014 013 Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var. 020 PRO 014 014 Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır. 020 PRO 014 015 Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar. 020 PRO 014 016 Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər. 020 PRO 014 017 Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər. 020 PRO 014 018 Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular. 020 PRO 014 019 Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər. 020 PRO 014 020 Yoxsula qonşusu da nifrət edər, Zəngini isə çox adam sevər. 020 PRO 014 021 Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır! 020 PRO 014 022 Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar. 020 PRO 014 023 Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar. 020 PRO 014 024 Hikmətlinin başına sərvət tacı qoyular, Axmaqlar səfehliyi ilə tanınar. 020 PRO 014 025 Doğru şahid canları qurtarar, Yalançı şahid hiylə qurar. 020 PRO 014 026 Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır. 020 PRO 014 027 Rəbb qorxusu həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır. 020 PRO 014 028 Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər. 020 PRO 014 029 Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar. 020 PRO 014 030 Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər. 020 PRO 014 031 Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər. 020 PRO 014 032 Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var. 020 PRO 014 033 Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar. 020 PRO 014 034 Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar. 020 PRO 014 035 Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar. 020 PRO 015 001 Həlim cavab hirsi yatırar, Sərt söz qəzəbi alovlandırar. 020 PRO 015 002 Hikmətlinin dili biliyi mədh edər, Axmaqların dilindən səfehlik tökülər. 020 PRO 015 003 Rəbbin gözü hər yerə baxar, Pislərə, yaxşılara nəzər salar. 020 PRO 015 004 Şəfa gətirən dil həyat ağacıdır, Əyri dil ürək qırar. 020 PRO 015 005 Səfeh ata tərbiyəsini ələ salar, Məzəmməti qəbul edən uzaqgörən olar. 020 PRO 015 006 Salehin evində böyük xəzinə yaşar, Şər insanın isə gəlirində əzab var. 020 PRO 015 007 Hikmətlinin dili bilik səpələyir, Axmağın qəlbi bunu edə bilmir. 020 PRO 015 008 Rəbb şər insanın etdiyi qurbandan ikrah edir, Əməlisalehlərin duasından isə razı qalır. 020 PRO 015 009 Rəbb şər insanın yollarından ikrah edər, Amma salehliyin ardınca gedəni sevər. 020 PRO 015 010 Düz yolu buraxana şiddətli töhmət verilər, Məzəmmətə nifrət edənə ölüm gələr. 020 PRO 015 011 Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır. 020 PRO 015 012 Rişxəndçi iradı sevməz, Hikmətlilərin yanına gəlməz. 020 PRO 015 013 Qəlbin sevinci üzü xoş edər, Ürəyin kədəri könlü sındırar. 020 PRO 015 014 Dərrakəlinin könlü bilik axtarar, Axmaqların ağzı səfehliklə qidalanar. 020 PRO 015 015 Məzlumun hər günü qaradır, Ürəyi bəxtəvərin elə bil daima ziyafəti var. 020 PRO 015 016 Rəbb qorxusu ilə qazanılan az şey Qayğı ilə yığılan böyük xəzinədən yaxşıdır. 020 PRO 015 017 Sevgi dolu bir yerdə göyərti yemək Nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır. 020 PRO 015 018 Kəmhövsələ dava yaradar, Səbirli münaqişəni sovuşdurar. 020 PRO 015 019 Tənbəlin yolunu tikanlar basar, Əməlisalehlərin yolu baş yoldur. 020 PRO 015 020 Hikmətli oğul atasını sevindirər, Axmaq anasına xor baxar. 020 PRO 015 021 Qanmaz səfehlikdən sevinər, Dərrakəli düz yolla gedər. 020 PRO 015 022 Məsləhətsiz niyyət boşa çıxar, Doğru nəsihət verən çoxdursa, uğur qazandırar. 020 PRO 015 023 İnsan münasib cavab versə, şad olar, Sözü yerində demək nə yaxşıdır! 020 PRO 015 024 Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər. 020 PRO 015 025 Rəbb təkəbbürlünün evini yıxar, Dul qadının sərhədini qoruyar. 020 PRO 015 026 Pislərin məqsədləri Rəbdə ikrah yaradar, Ona xoş gələnlərin sözlərini təmiz sayar. 020 PRO 015 027 Tamahkar külfətini əzaba salar, Rüşvətə nifrət edənin ömrü uzun olar. 020 PRO 015 028 Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, Şər insanın dilindən pislik tökülər. 020 PRO 015 029 Rəbb şər adamdan gen dayanar, Saleh insanların duasına qulaq asar. 020 PRO 015 030 Nurlu gözlər qəlbi sevindirər, Yaxşı xəbər qəddi düzəldər. 020 PRO 015 031 Həyatverici məzəmmətə qulaq asan Hikmətlilərin içərisində yaşar. 020 PRO 015 032 Tərbiyəni rədd edən öz canına xor baxar, Məzəmmətə qulaq asan anlayış qazanar. 020 PRO 015 033 Rəbb qorxusu hikmət tərbiyəsi verər, İtaətkarlıq şərəfdən əvvəl gələr. 020 PRO 016 001 Ürəyin fikirləri insandan, Dilin cavabı isə Rəbdəndir. 020 PRO 016 002 İnsanın bütün yolları öz gözündə təmiz sayılar, Lakin Rəbb ürəkləri yoxlar. 020 PRO 016 003 Görəcəyin işləri Rəbbə ver, Onda niyyətlərin yerinə yetər. 020 PRO 016 004 Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb, O, pis insanı bəla günü üçün yaradıb. 020 PRO 016 005 Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər, Doğrudan da, onlar cəzasız qalmaz. 020 PRO 016 006 Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, İnsan Rəbb qorxusuna görə pislikdən dönər. 020 PRO 016 007 Rəbb insanın həyatından razı qaldısa, Düşmənlərini belə, onunla barışdırar. 020 PRO 016 008 Salehliklə qazanılan az şey Haqsız yolla olan bol gəlirdən yaxşıdır. 020 PRO 016 009 İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar. 020 PRO 016 010 Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar, Qoy onda məhkəmədə ədalətdən yan keçməsin. 020 PRO 016 011 Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər. 020 PRO 016 012 Şər iş görmək padşahlarda ikrah yaradar, Çünki salehliklə taxtlar möhkəm olar. 020 PRO 016 013 Saleh adamın dili padşahları razı salar, Onlar düz danışanı sevər. 020 PRO 016 014 Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar. 020 PRO 016 015 Padşahın üzü nuranidirsə, demək, həyat var, Razılığı yaz yağışı gətirən buluda oxşar. 020 PRO 016 016 Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular. 020 PRO 016 017 Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar. 020 PRO 016 018 Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr. 020 PRO 016 019 Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır. 020 PRO 016 020 Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır! 020 PRO 016 021 Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar. 020 PRO 016 022 Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir. 020 PRO 016 023 Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir. 020 PRO 016 024 Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır. 020 PRO 016 025 Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür. 020 PRO 016 026 Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir. 020 PRO 016 027 Yaramaz şər quyusu qazar, Dili alov kimi yandırıb-yaxar. 020 PRO 016 028 Hiyləgər adam dava yaradar, Qeybətçi əziz dostları ayırar. 020 PRO 016 029 Zorakı qonşularını aldadar, Onları yaxşı olmayan yola aparar. 020 PRO 016 030 Niyyəti hiyləli olan göz vurar, Dodaq büzər, şər qurar. 020 PRO 016 031 Ağaran saçlar şərəf tacıdır, Salehlik yolunun qazancıdır. 020 PRO 016 032 İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür. 020 PRO 016 033 Ətəyin üstünə püşk atılar, Amma hökm Rəbdən gələr. 020 PRO 017 001 Quru bir loğması olan dinc ev Münaqişəli olan, ziyafət dolu evdən yaxşıdır. 020 PRO 017 002 Ağıllı nökər adbatıran oğlun ağası olar, Qardaşlar arasında miras payı alar. 020 PRO 017 003 Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar. 020 PRO 017 004 Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır. 020 PRO 017 005 Yoxsula rişxənd edən Yaradanına xor baxır, Başqasının bəlasına sevinən cəzasız qalmır. 020 PRO 017 006 Nəvələr ahılların tacıdır, Oğulların şərəfi atalarıdır. 020 PRO 017 007 Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz. 020 PRO 017 008 Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir. 020 PRO 017 009 Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar. 020 PRO 017 010 Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir. 020 PRO 017 011 Pis insan ancaq üsyankarlıq axtarar, Onun əleyhinə qəddar qasid göndərilər. 020 PRO 017 012 Balalarını itirmiş bir ayıya rast gəlmək Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır. 020 PRO 017 013 Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz. 020 PRO 017 014 Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava başlanmamış münaqişəni tərk et. 020 PRO 017 015 Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır. 020 PRO 017 016 Axmaq hikmət qazanmaq istəməz, Bunun üçün pul sərf etmək fayda verməz. 020 PRO 017 017 Dost hər zaman sevər, Qardaş dar gün üçün doğular. 020 PRO 017 018 Qanmaz başqası ilə əlbir olar, O, qonşusuna zamin durar. 020 PRO 017 019 İtaətsizliyi sevən münaqişəni sevər, Qapısını ucaldan əcəlini səslər. 020 PRO 017 020 Əyri ürəkli xeyir tapmaz, Hiyləgər dilli insanı bəlaya salar. 020 PRO 017 021 Axmağın atası dərdə düşər, Sarsağın atasının sevinci itər. 020 PRO 017 022 Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, Könlün sınması sümükləri qurudar. 020 PRO 017 023 Şər qoltuğuna rüşvət götürər ki, Ədalət yollarını pozsun. 020 PRO 017 024 Qanan adam hikmətə baxar, Axmağın gözləri dünyanın o tayını axtarar. 020 PRO 017 025 Axmaq oğul atasına qəm-kədər verər, Onu doğan anasını qubarladar. 020 PRO 017 026 Saleh insanı cərimə etmək yaxşı deyil, Əsilzadəni düzlüyünə görə döymək yaxşı deyil. 020 PRO 017 027 Çoxbilən az danışar, Müdrik həlimlik ruhunda olar. 020 PRO 017 028 Səfeh belə, sakit dayansa, hikmətli hesab edilər, Ağzını yumsa, dərrakəli görünər. 020 PRO 018 001 Tənhalığı sevən niyyətinin ardınca düşür, Sağlam şüura zidd gedir. 020 PRO 018 002 Axmaq dərrakəni deyil, Fikrini ortaya tökməyi sevir. 020 PRO 018 003 Şər insanla hörmətsizlik, Şərəfsizliklə rüsvayçılıq gələr. 020 PRO 018 004 Dilin sözlərindən dərin sular yaranar, Hikmət qaynağından çay axar. 020 PRO 018 005 Məhkəmədə salehi haqsız çıxarmaq üçün Pis adama tərəfkeşlik etmək yaxşı deyil. 020 PRO 018 006 Axmağın dili münaqişəyə girişər, Ağzı özünü döydürər. 020 PRO 018 007 Axmağın ağzı onu bəlaya salar, Dili canına tələ qurar. 020 PRO 018 008 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər. 020 PRO 018 009 Ləng işləyən dağıdıcıya yoldaşdır. 020 PRO 018 010 Rəbbin adı qüvvətli bir qaladır, Saleh qaçıb ona pənah aparır. 020 PRO 018 011 Varlı üçün sərvəti ona qala şəhəridir, Öz gümanında özü üçün pənah hasarı tikir. 020 PRO 018 012 Ürəyin təkəbbürü əcəldən əvvəl gələr, İtaətkarlıq şərəfdən əvvəl gələr. 020 PRO 018 013 Eşitməzdən qabaq cavab vermək Səfehlik və rüsvayçılıqdır. 020 PRO 018 014 Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər? 020 PRO 018 015 Dərrakəli ürək bilik qazanar, Hikmətlinin qulağı bilik axtarar. 020 PRO 018 016 İnsanın hədiyyəsi ona yol açar, Böyük adamların hüzuruna aparar. 020 PRO 018 017 İddiasını əvvəl deyən haqlı görünər, Amma əleyhdarı gəlib onu istintaq edər. 020 PRO 018 018 Püşk atmaq davaları yatırar, Savaşanları bir-birindən ayırar. 020 PRO 018 019 İncik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir, Belə davalar qapısı cəftəli qala kimidir. 020 PRO 018 020 İnsanın qarnı ağzının bəhəri ilə, Dilinin səmərəsi ilə doyar. 020 PRO 018 021 Ölüm və həyat dilin əlindədir, Onu sevənlər barından yeyir. 020 PRO 018 022 Arvad alan uğur qazanar, Rəbbin razılığını alar. 020 PRO 018 023 Yoxsul rəhm istəyər, Zəngin isə sərt cavab verər. 020 PRO 018 024 Dost çoxaldan öz-özünü yıxar, Amma qardaşdan daha yaxın dost da var. 020 PRO 019 001 Kamalla yaşayan yoxsul insan Şər danışan axmaqdan yaxşıdır. 020 PRO 019 002 Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Tələsən tərsə düşər. 020 PRO 019 003 İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər. 020 PRO 019 004 Var-dövlət dost artırar, Kasıbı isə dostları atar. 020 PRO 019 005 Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz. 020 PRO 019 006 Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər. 020 PRO 019 007 Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz. 020 PRO 019 008 Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar. 020 PRO 019 009 Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar. 020 PRO 019 010 Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz. 020 PRO 019 011 İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər. 020 PRO 019 012 Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər. 020 PRO 019 013 Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar. 020 PRO 019 014 İnsana ev, var-dövlət atalardan miras qalar, Ağıllı arvadı isə Rəbb nəsib edər. 020 PRO 019 015 Tənbəllik insana dərin yuxu gətirər, Avaralıq insanı ac qoyar. 020 PRO 019 016 Əmrə əməl edən canını saxlar, Yoluna baxmayan həlak olar. 020 PRO 019 017 Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, Çünki onun əvəzi Rəbdən gələr. 020 PRO 019 018 Ümid varkən oğluna tərbiyə ver, Ölümünə bais olma. 020 PRO 019 019 Kəmhövsələ insan cəriməyə düşər, Onu qurtarsan belə, yenə də davam edər. 020 PRO 019 020 Nəsihətə qulaq as, tərbiyəni qəbul et, Bunun nəticəsində hikmətli olarsan. 020 PRO 019 021 İnsanın qəlbində çox amalı var, Amma Rəbbin niyyəti həyata keçər. 020 PRO 019 022 İnsan etibar arzular, Yoxsul adam fırıldaqçıdan yaxşıdır. 020 PRO 019 023 Rəbb qorxusu insana həyat verər, Ona şər yaxınlaşmaz, tox yatar. 020 PRO 019 024 Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz. 020 PRO 019 025 Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar. 020 PRO 019 026 Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar. 020 PRO 019 027 Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç! 020 PRO 019 028 Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər. 020 PRO 019 029 Rişxəndçilər üçün məhkəmə, Axmaqların kürəyi üçün kötək hazırlanar. 020 PRO 020 001 Şərab insanları ələ salar, Kefləndirici içki onları dalaşdırar, Sərxoş olan müdrik olmaz. 020 PRO 020 002 Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər. 020 PRO 020 003 Münaqişədən çəkinmək insana şərəf gətirər, Hər səfeh davaya girişər. 020 PRO 020 004 Mövsümündə kotan sürməyən tənbəl əkinçi Biçin vaxtı heç nə tapmaz. 020 PRO 020 005 Ürəyin düşüncələri dərin sulara oxşar, Dərrakəli adam onu çəkib çıxarar. 020 PRO 020 006 İnsanların çoxu sədaqətindən dəm vurar. Amma sadiq adamı haradan tapmaq olar? 020 PRO 020 007 Saleh kamalı ilə yaşar, Özündən sonra gələn nəsli bəxtiyar olar. 020 PRO 020 008 Nə zaman ki padşah hökm üçün taxta çıxar, Gözləri ilə bütün pisliyi sovurar. 020 PRO 020 009 Kim deyər ki, qəlbimi təmizləmişəm, Günahımı silmişəm? 020 PRO 020 010 Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar. 020 PRO 020 011 Hətta uşaq da əməlləri ilə, İşlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar. 020 PRO 020 012 Eşidən qulaq, görən gözlər – Bunların hər ikisini yaradan Rəbdir. 020 PRO 020 013 Sevmə yatmağı, yoxsullaşarsan, Ayıq ol, onda bol çörəyə çatarsan. 020 PRO 020 014 Müştəri deyər: «Pisdir, pis maldır», Amma alıb gedəndə özünü öyər. 020 PRO 020 015 Qızıl və çox yaqut var, Amma ağıllı söz danışan dil qiymətli cəvahirdir. 020 PRO 020 016 Özgəyə zamin duranın libasını al, Onu qəriblər üçün girov saxla. 020 PRO 020 017 Kələklə əldə edilən çörək əvvəlcə şirin olar, Axırda ağzı çınqılla doldurar. 020 PRO 020 018 Nəsihət alaraq möhkəm qərar çıxar, Müharibəni sağlam məsləhətlə apar. 020 PRO 020 019 Sözgəzdirən sirləri açıb yayar, Gərək boşboğaza qoşulmayasan. 020 PRO 020 020 Kim ki atasına, anasına qarğış edər, Zülmətə düşərkən çırağı sönər. 020 PRO 020 021 Tələsik alınan mülk Axırda xeyir gətirməz. 020 PRO 020 022 Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin. 020 PRO 020 023 Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz. 020 PRO 020 024 Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın? 020 PRO 020 025 Düşünmədən nəzir edən özünü tələyə salar, Sonra öz əhdi barədə çox fikirləşməli olar. 020 PRO 020 026 Hikmətli padşah pisləri sovurar, Onlar dəyirman daşında üyüdülər. 020 PRO 020 027 İnsanın ruhu Rəbbin çırağıdır, Daxilinin dərin yerlərini araşdırar. 020 PRO 020 028 Padşahı məhəbbət və sədaqət qoruyar, Taxtını xeyirxahlıq möhkəm saxlar. 020 PRO 020 029 Gəncləri qüvvəti şərəfləndirər, Ağ saçlar qocalara zinət verər. 020 PRO 020 030 Yaralayıcı zərbələr pis insanı düzəldə bilər, Kötəkləmək daxilin dərin yerlərinə təsir edə bilər. 020 PRO 021 001 Padşahın ürəyi Rəbbin əlindədir, Onu su arxı kimi istədiyi səmtə döndərər. 020 PRO 021 002 İnsanın yolu öz gözündə düz sayılar, Lakin ürəkləri Rəbb yoxlayar. 020 PRO 021 003 Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər. 020 PRO 021 004 Təkəbbürlü baxış, lovğa ürək Pislərin işığı və günahıdır. 020 PRO 021 005 Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər. 020 PRO 021 006 Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir. 020 PRO 021 007 Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir. 020 PRO 021 008 Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır. 020 PRO 021 009 Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır. 020 PRO 021 010 Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz. 020 PRO 021 011 Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar. 020 PRO 021 012 Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər. 020 PRO 021 013 Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək. 020 PRO 021 014 Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar. 020 PRO 021 015 Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər. 020 PRO 021 016 Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar. 020 PRO 021 017 Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz. 020 PRO 021 018 Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər. 020 PRO 021 019 Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır. 020 PRO 021 020 Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar. 020 PRO 021 021 Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar. 020 PRO 021 022 Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər. 020 PRO 021 023 Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar. 020 PRO 021 024 Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır. 020 PRO 021 025 Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır. 020 PRO 021 026 Tənbəl bütün gün çox şey arzulayar, Salehsə əsirgəmədən azuqə paylayar. 020 PRO 021 027 Şər adamın etdiyi qurban iyrəncdir, Pis niyyətlə təqdim olunarsa, daha pisdir. 020 PRO 021 028 Yalançı şahid həlak olar, Söz eşidən həmişə danışdırılar. 020 PRO 021 029 Şər adam üzünü sərtləşdirər, Əməlisaleh tutduğu yolu möhkəmləndirər. 020 PRO 021 030 Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz. 020 PRO 021 031 Atlar döyüş günü üçün hazırlanar, Amma zəfəri Rəbb qazandırar. 020 PRO 022 001 Yaxşı ad böyük sərvətdən, Lütfkarlıq isə qızıl-gümüşdən üstündür. 020 PRO 022 002 Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir – Hər ikisini yaradan Rəbdir. 020 PRO 022 003 Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar. 020 PRO 022 004 İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi Sərvət, şərəf, həyatdır. 020 PRO 022 005 Əyri yol tikanlıdır, orada tələlər var, Canını qoruyan bundan uzaqlaşar. 020 PRO 022 006 Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz. 020 PRO 022 007 Zəngin yoxsulun ağası olar, Borclu adam borc verənə qul olar. 020 PRO 022 008 Haqsızlıq əkən şər biçər, Onun qəzəbinin dəyənəyi məhv edilər. 020 PRO 022 009 Əliaçıq bərəkət qazanar, Çünki çörəyindən kasıba paylar. 020 PRO 022 010 Rişxəndçi adamı qovsan, münaqişə qurtarar, Çəkişmə, şərəfsizlik sona çatar. 020 PRO 022 011 Ürək təmizliyini sevən, Dilindən lütfkar sözlər tökülən padşahın dostudur. 020 PRO 022 012 Rəbbin gözləri biliyi qoruyar, Xainin sözlərini isə boşa çıxarar. 020 PRO 022 013 Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar». 020 PRO 022 014 Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar. 020 PRO 022 015 Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar. 020 PRO 022 016 Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər. 020 PRO 022 017 Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver. 020 PRO 022 018 Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar. 020 PRO 022 019 Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm. 020 PRO 022 020 Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı? 020 PRO 022 021 Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən. 020 PRO 022 022 Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma. 020 PRO 022 023 Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar. 020 PRO 022 024 Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma. 020 PRO 022 025 Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan. 020 PRO 022 026 Başqalarının borclarına zamin durmaqdan, Belə işə əl atmaqdan çəkin. 020 PRO 022 027 Ödəməyə pulun olmasa, Altından yatağını apararlar. 020 PRO 022 028 Ata-babalarından qalan Qədim sərhəd daşının yerini dəyişmə. 020 PRO 022 029 İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar. 020 PRO 023 001 Bir ağa ilə süfrəyə əyləşəndə Qarşında olana yaxşı bax. 020 PRO 023 002 İştahan çox olsa da, boğazına sərhəd qoy. 020 PRO 023 003 Onun ləziz xörəklərinə tamah salma, Çünki bu yemək adamı aldadar. 020 PRO 023 004 Sərvət qazanmaq üçün özünü əldən salma, İdraklı ol, bu fikirdən vaz keç. 020 PRO 023 005 Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar. 020 PRO 023 006 Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma. 020 PRO 023 007 O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil. 020 PRO 023 008 Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar. 020 PRO 023 009 Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar. 020 PRO 023 010 Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə. 020 PRO 023 011 Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar. 020 PRO 023 012 Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver. 020 PRO 023 013 Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz. 020 PRO 023 014 Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən. 020 PRO 023 015 Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər. 020 PRO 023 016 Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr. 020 PRO 023 017 Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa. 020 PRO 023 018 Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz. 020 PRO 023 019 Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla. 020 PRO 023 020 Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma. 020 PRO 023 021 Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar. 020 PRO 023 022 Doğma atana qulaq as, Qoca anana xor baxma. 020 PRO 023 023 Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla. 020 PRO 023 024 Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək. 020 PRO 023 025 Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin. 020 PRO 023 026 Oğlum, ürəyini mənə yönəlt, Gözlərin mənim yollarımı nəzərdən keçirsin. 020 PRO 023 027 Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur. 020 PRO 023 028 Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar. 020 PRO 023 029 Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar? 020 PRO 023 030 Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar! 020 PRO 023 031 Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma. 020 PRO 023 032 Axırda ilan kimi sancar, Əfi ilan kimi zəhərlər. 020 PRO 023 033 Gözlərinə qəribə şeylər görünər, Qəlbinə əyri fikirlər gələr. 020 PRO 023 034 Özünü dənizin ortasında sanarsan, Sanki gəmi dirəyinin başında yatmısan. 020 PRO 023 035 Deyərsən: «Məni vurublar, hiss etməmişəm, Məni döyüblər, heç bilməmişəm. Yenə içmək üçün nə zaman ayılacağam?» 020 PRO 024 001 Pis adamlara qibtə etmə, Onlara qoşulmaq istəmə. 020 PRO 024 002 Çünki ürəklərində zalımlığı fikirləşər, Dilləri qəddarlıqdan danışar. 020 PRO 024 003 Ev hikmətlə tikilər, Dərrakə ilə möhkəmlənər. 020 PRO 024 004 Mənzillər bilik vasitəsilə, Hər cür dəyərli, yaxşı şeylərlə dolar. 020 PRO 024 005 Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar. 020 PRO 024 006 Düzgün məsləhətlə müharibə edə bilərsən, Doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan. 020 PRO 024 007 Səfeh üçün hikmət əlçatmazdır, Darvazada susub ağzını açmır. 020 PRO 024 008 Şər quran fitnəkar adlanar, 020 PRO 024 009 Səfehin pis əməlləri günah sayılar, Rişxəndçilər insanlarda ikrah yaradar. 020 PRO 024 010 Dar gündə taqətdən düşsən, Necə də zəif adamsan! 020 PRO 024 011 Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək. 020 PRO 024 012 Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı? 020 PRO 024 013 Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar. 020 PRO 024 014 Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz. 020 PRO 024 015 Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma. 020 PRO 024 016 Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar. 020 PRO 024 017 Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin. 020 PRO 024 018 Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər. 020 PRO 024 019 Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə, 020 PRO 024 020 Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər. 020 PRO 024 021 Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin. 020 PRO 024 022 Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir? 020 PRO 024 023 Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil. 020 PRO 024 024 Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar. 020 PRO 024 025 Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar. 020 PRO 024 026 İnsana doğru cavab verən Sanki onun üzündən öpər. 020 PRO 024 027 Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik. 020 PRO 024 028 Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın. 020 PRO 024 029 Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, Onun əməlinin əvəzini verəcəyəm». 020 PRO 024 030 Tənbəlin zəmisindən, Qanmazın üzümlüyündən keçdim. 020 PRO 024 031 Gördüm hər yanı tikan basıb, Gicitkən bürüyüb, daşı-divarı uçub. 020 PRO 024 032 Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm: 020 PRO 024 033 Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan, 020 PRO 024 034 Yoxsulluq üstünə soyğunçu kimi, Ehtiyac üstünə quldur kimi hücum çəkər. 020 PRO 025 001 Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü. 020 PRO 025 002 Allahın işlərinin müəmması Onu şərəfləndirər, Bu işləri aşkar etmək padşahlara şərəf gətirər. 020 PRO 025 003 Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz. 020 PRO 025 004 Tullantını gümüşdən ayırsan, Zərgərə əl işi qalar. 020 PRO 025 005 Əgər şər adam padşahın yanından ayrılarsa, Taxtı salehliklə möhkəmlənər. 020 PRO 025 006 Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma. 020 PRO 025 007 Çünki «buyur yuxarı» dəvətini almaq Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır. 020 PRO 025 008 Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən? 020 PRO 025 009 Münaqişəni qonşunla özün həll et, Özgənin sirrini açma. 020 PRO 025 010 Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar. 020 PRO 025 011 Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər. 020 PRO 025 012 Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir. 020 PRO 025 013 Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir. 020 PRO 025 014 Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir. 020 PRO 025 015 Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar. 020 PRO 025 016 Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan. 020 PRO 025 017 Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər. 020 PRO 025 018 Kim ki qonşusuna qarşı yalandan şahidlik edir, Toppuza, qılınca, iti oxa bənzəyir. 020 PRO 025 019 Dar gündə namərdə bel bağlamaq Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir. 020 PRO 025 020 Qəlbi qubarlıya nəğmə söyləmək Soyuq havada lüt qoyulmağa, Soda üstə sirkə tökülməyə bənzəyir. 020 PRO 025 021 Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver. 020 PRO 025 022 Belə etməklə sanki onun başına köz tökərsən, Bunun əvəzini Rəbdən alarsan. 020 PRO 025 023 Şimal küləyi yağış gətirir, Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir. 020 PRO 025 024 Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır. 020 PRO 025 025 Susuzluqdan yanana sərin su necədirsə, Uzaq diyardan gələn xoş xəbər də elədir. 020 PRO 025 026 Əgər saleh insan pis adama təslim olarsa, Bulanan bulağa, murdarlanan quyuya bənzəyir. 020 PRO 025 027 Qədərindən çox bal yemək xeyirli olmadığı kimi Tərifə uymaq da yaxşı deyil. 020 PRO 025 028 Nəfsini saxlaya bilməyən Dağılmış, hasarsız şəhərə bənzəyir. 020 PRO 026 001 Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimi Axmağa da şərəf yaraşmaz. 020 PRO 026 002 Sərçənin ora-bura uçduğu kimi, Qaranquşun gəlib-getdiyi kimi Nahaq qarğış da boşdur. 020 PRO 026 003 Ata qamçı, eşşəyə noxta necə yaraşırsa, Axmağın kürəyinə də kötək elə yaraşır. 020 PRO 026 004 Axmağa səfehliyinə görə cavab vermə, Yoxsa ona bənzərsən. 020 PRO 026 005 Axmağa səfehliyinə görə elə bir cavab ver ki, Öz gözündə hikmətli görünməsin. 020 PRO 026 006 Kim ki axmaq vasitəsilə xəbər göndərir, Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir. 020 PRO 026 007 Axmağın ağzından çıxan məsəl Topalın ayağının axsamağına bənzəyir. 020 PRO 026 008 Axmağı tərifləmək Sapanda qoyulan daşa bənzəyir. 020 PRO 026 009 Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər. 020 PRO 026 010 Axmağı, hər yoldan ötəni muzdla tutan Hamını yaralayan naşı oxatan kimidir. 020 PRO 026 011 Hansı axmaq öz səfehliyini təkrarlayırsa, Qusduğuna qayıdan itə oxşayır. 020 PRO 026 012 Öz gözündə hikmətli sayılanı görmüsənmi? Axmağa ondan artıq ümid var. 020 PRO 026 013 Tənbəl deyər: «Yolda aslan var, Şir küçələri dolanır». 020 PRO 026 014 Qapı öz oxu üstündə necə fırlanırsa, Tənbəl də yatağında elə fırlanır. 020 PRO 026 015 Tənbəl əlini qabda olana batırar, Ağzına aparmağa ərinər. 020 PRO 026 016 Tənbəl öz gözündə Ağıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər. 020 PRO 026 017 Ona aid olmayan münaqişəyə qarışan Elə bil küçədəki iti qulaqlarından tutur. 020 PRO 026 018 Odlu, öldürücü oxlar atan dəli necədirsə, 020 PRO 026 019 Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir. 020 PRO 026 020 Odun qurtaranda ocaq sönər, Qeybətçi olmayan yerdə dava bitər. 020 PRO 026 021 Necə ki kömür köz salar, odun alışar, Davakar adam da münaqişəni bu cür alovlandırar. 020 PRO 026 022 Qeybətçinin sözləri şirin tikələrə bənzər, Mədənin ən dərin yerlərinə düşər. 020 PRO 026 023 Hərarətli dili, şər dolu ürəyi olan insan Gümüşü suya çəkilmiş saxsı qaba oxşayır. 020 PRO 026 024 Düşmən kinini dili altında gizlədər, Qəlbində hiyləsini saxlar. 020 PRO 026 025 Onun mehriban danışığına inanma, Qəlbinə yeddi cür iyrənclik doldurub. 020 PRO 026 026 Nifrətini fırıldaqla gizlətsə də, Şəri camaat qarşısında üzə çıxar. 020 PRO 026 027 Quyu qazan özü quyuya düşər, Daş isə onu yuvarlayanın üstünə gələr. 020 PRO 026 028 Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər, Yaltaqlanan ağız hər yanı xarabaya çevirər. 020 PRO 027 001 Sabahkı gününlə öyünmə, Günün nə doğacağını bilməzsən. 020 PRO 027 002 Qoy səni özün yox, başqaları tərifləsin, Sənə tərifi öz dilin yox, yad söyləsin. 020 PRO 027 003 Daşın, qumun çəkisi ağırdır, Səfehin əsib-coşması bunların ikisindən də ağırdır. 020 PRO 027 004 Hiddət amansızdır, qəzəbsə aşıb-daşar, Paxıllıq daha betərdir, ona necə dözmək olar? 020 PRO 027 005 Aşkar irad gizli məhəbbətdən üstündür. 020 PRO 027 006 Dostun vurduğu yara onun sədaqətinə görədir, Amma düşmən öpdükcə öpər. 020 PRO 027 007 Toxun könlü şanı balını belə, rədd edər, Lakin ac olana acı şeylər belə, şirin gələr. 020 PRO 027 008 Yurdundan ayrı düşən insan Bir quş kimi yuvasından ayrı düşür. 020 PRO 027 009 Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi Dostun nəsihəti də insana xoş gələr. 020 PRO 027 010 Həm öz dostunu, həm də atanın dostunu tərk etmə, Dara düşəndə qardaşının evinə getmə. Yaxın qonşu uzaq qohumdan yaxşıdır. 020 PRO 027 011 Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, Onda məni utandırana cavab verə bilərəm. 020 PRO 027 012 Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, Cahil isə irəli çıxar, ziyan tapar. 020 PRO 027 013 Özgəyə zamin duranın libasını al, Onu qərib qadın üçün girov saxla. 020 PRO 027 014 Kim ki qonşusunu sübh erkən ucadan salamlar, O zaman salamı söyüş sayılar. 020 PRO 027 015 Davakar qadın yağışda daman damcıya oxşar. 020 PRO 027 016 Onu yel kimi dayandırmaq olmaz, Zeytun yağı kimi ovucda saxlamaq olmaz. 020 PRO 027 017 Dəmir dəmiri itilər, İnsan insanın ağlını iti edər. 020 PRO 027 018 Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər. 020 PRO 027 019 Sifətin əksi suyun üzünə düşdüyü kimi İnsanın ürəyi də onu elə göstərər. 020 PRO 027 020 Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz. 020 PRO 027 021 İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar. 020 PRO 027 022 Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz. 020 PRO 027 023 Sürünə yaxşı bax, naxırına nəzər yetir, 020 PRO 027 024 Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir. 020 PRO 027 025 Saman yığılandan sonra təzə ot bitəndə, Dağlarda ot biçiləndə 020 PRO 027 026 Quzuların səni geyindirər, Təkələrini satıb tarla ala bilərsən. 020 PRO 027 027 Keçilər sənə yemək üçün o qədər süd verər ki, Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar. 020 PRO 028 001 Şər insan onu qovan yox ikən qaçar, Saleh aslan kimi mərd dayanar. 020 PRO 028 002 Ölkədə üsyan olanda rəhbərlər artar, Dərrakəli, işbilən adam olsa, ölkəni uzun müddət qoruyar. 020 PRO 028 003 Bir yoxsul kişi kasıbları incidərsə, Bu, əkini yuyub aparan, qıtlıq yaradan güclü yağışa bənzər. 020 PRO 028 004 Qanunu pozanlar pisi təriflər, Qanuna əməl edənlər onlara qarşı çıxar. 020 PRO 028 005 Pis insanlar nə bilir ki, ədalət nədir, Rəbbi axtaranlar bunu dərk edir. 020 PRO 028 006 Kamalla yaşayan yoxsul insan Əyri yolla sərvət qazanandan yaxşıdır. 020 PRO 028 007 Qanan oğul qanunu yerinə yetirər, Qarınquluya qoşulan atasına xəcalət çəkdirər. 020 PRO 028 008 Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar. 020 PRO 028 009 Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, Onun duaları iyrəncdir. 020 PRO 028 010 Kim ki əməlisalehləri əyri yola çəkər, Öz qazdığı quyuya düşər, Kamillərə yaxşı şeylər irs qalar. 020 PRO 028 011 Zəngin özünü hikmətli sanar, Amma müdrik kasıb onun qəlbini oxuyar. 020 PRO 028 012 Salehlərin zəfəri hamıya şərəf gətirər, Amma pislər hakim olsa, hamı gizlənər. 020 PRO 028 013 Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar. 020 PRO 028 014 Həmişə Rəbdən qorxan bəxtiyardır, Ürəyi inadkar bəlaya düşər. 020 PRO 028 015 Kasıb xalqın üzərində olan pis hökmdar Nərildəyən aslan, hücum edən ayıya oxşar. 020 PRO 028 016 Dərrakəsiz hökmdar qəddar, zülmkar olar, Haram qazanca nifrət edənin ömrü uzanar. 020 PRO 028 017 Qantökən qorxub məzara düşənədək qaçar. Qoy heç kim ona kömək etməsin. 020 PRO 028 018 Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar. 020 PRO 028 019 Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər. 020 PRO 028 020 Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır. 020 PRO 028 021 Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər. 020 PRO 028 022 Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər. 020 PRO 028 023 Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır. 020 PRO 028 024 Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır. 020 PRO 028 025 Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar. 020 PRO 028 026 Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur. 020 PRO 028 027 Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır. 020 PRO 028 028 Pislər hakim olsa, hamı gizlənər, Onlar yox olanda salehlər çoxalar. 020 PRO 029 001 Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar. 020 PRO 029 002 Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər. 020 PRO 029 003 Hikmət sevən atasını sevindirər, Fahişələrə aşna olanın əlindən var-yoxu gedər. 020 PRO 029 004 Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər. 020 PRO 029 005 Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur. 020 PRO 029 006 Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir. 020 PRO 029 007 Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir. 020 PRO 029 008 Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar. 020 PRO 029 009 Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər. 020 PRO 029 010 Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar. 020 PRO 029 011 Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar. 020 PRO 029 012 Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər. 020 PRO 029 013 Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir. 020 PRO 029 014 Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər. 020 PRO 029 015 Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər. 020 PRO 029 016 Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar. 020 PRO 029 017 Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın. 020 PRO 029 018 İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır! 020 PRO 029 019 Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz. 020 PRO 029 020 Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var. 020 PRO 029 021 Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər. 020 PRO 029 022 Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar. 020 PRO 029 023 İnsanı təkəbbürü alçaldar, İtaətkar şərəfə çatar. 020 PRO 029 024 Oğruya qoşulan öz-özünə düşməndir, And içsə də, məhkəmədə həqiqəti söyləməz. 020 PRO 029 025 İnsandan qorxan özünü tələyə salar, Amma Rəbbə güvənən arxayın yaşar. 020 PRO 029 026 Çoxu hökmdarın hüzurunu arzular, Amma insan ədaləti Rəbdə tapar. 020 PRO 029 027 Salehlər haqsızlardan, Pis insanlarsa əməlisalehlərdən ikrah edər. 020 PRO 030 001 Yaqe oğlu Aqurun sözləri, onun kəlamı. Bu adam Yetielə, Yetiel və Ukala belə dedi: 020 PRO 030 002 Həqiqətən, mən hamıdan ağılsızam, İnsan idrakına malik deyiləm. 020 PRO 030 003 Nə hikmət öyrənmişəm, Nə də Müqəddəsin biliyindən xəbərim var. 020 PRO 030 004 Kim göylərə qalxıb endi? Kim yeli ovcunda topladı? Kim suları paltarına sarıdı? Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı? Adı nədir? Oğlunun adı nədir? Bilirsənmi? 020 PRO 030 005 Allahın hər bir kəlamı safdır, Ona pənah gətirənlərin sipəri Odur. 020 PRO 030 006 Onun sözünə heç nəyi əlavə etmə, Yoxsa səni tənbeh edər, yalanını çıxarar. 020 PRO 030 007 Ey Allah, Səndən iki şey istəyirəm, Nə qədər ömrüm var, məndən onları əsirgəmə: 020 PRO 030 008 Saxta, yalan sözlər qoy məndən uzaq olsun; Məni nə yoxsul, nə də zəngin et, Ancaq mənə gündəlik çörəyimi ver. 020 PRO 030 009 Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, Yoxsul olsam, oğurlaram və Allahımın adını ləkələrəm. 020 PRO 030 010 Qul barədə ağasına pis sözlər demə, Yoxsa sənə qarğış edər, bu təqsirlə yüklənərsən. 020 PRO 030 011 Adam var ki, atasına qarğış edir, Anasına alqış etmir. 020 PRO 030 012 Adam var ki, özünü təmiz sanır, Amma murdarlıqdan təmizlənməyib. 020 PRO 030 013 Adam var ki, yuxarıdan aşağı baxar, Təkəbbürlə baxmaq üçün gözlərini qaldırar. 020 PRO 030 014 Adam var ki, dişləri qılınca bənzər, Elə bil çənəsinə bıçaqlar düzüb, Yer üzündən məzlumları udar, İnsanların içindən fəqirləri məhv edər. 020 PRO 030 015 Zəlinin iki qızı var, «Ver, ver» deyib bağırar. Üç şey var ki, heç doymaz, Dörd şey var ki, «bəsdir» deməz: 020 PRO 030 016 Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov. 020 PRO 030 017 Kim ki atasına rişxənd edir, Anasının sözünə xor baxır, Dərələrdəki qarğalar onun gözlərini deşəcək, Qartal balaları onun bəbəklərini yeyəcək. 020 PRO 030 018 Mənim ağlım kəsməyən üç şey var, Anlamadığım dörd şey var: 020 PRO 030 019 Səmada qartalın yolu, Qayada ilanın yolu, Dənizdə gəminin yolu, Kişi ilə gənc qadının yolu. 020 PRO 030 020 Zinakar qadının da yolu belədir: Yeyər, ağzını silər, «Nə pis iş görmüşəm ki?» deyər. 020 PRO 030 021 Yer üç şeydən lərzəyə gəlir, Dörd şey var ki, ona tab gətirmir: 020 PRO 030 022 Qulun padşah olması, Sarsağın doyunca çörək tapması, 020 PRO 030 023 Nifrətəlayiq qadının ərə getməsi, Qarabaşın öz xanımının yerinə keçməsi. 020 PRO 030 024 Yer üzündə dörd şey var, Kiçik olsa da, hikməti çoxdur: 020 PRO 030 025 Qarışqalar qüvvətli olmayan birlikdir, Yemini yayda tədarük edir; 020 PRO 030 026 Qayadovşanları da güclü olmayan birlikdir, Evlərini qaya içində tikir; 020 PRO 030 027 Çəyirtkələrin şahı yoxdur, Lakin hamısı dəstə-dəstə irəliləyir; 020 PRO 030 028 Kərtənkələni əllə tutmaq olur, Amma o, padşah saraylarına çıxır. 020 PRO 030 029 Üç məxluq var ki, yerişi gözəldir, Dörd məxluq var ki, gedişi gözəldir: 020 PRO 030 030 Heyvanların ən güclüsü, Heç nəyin qarşısından geri dönməyən şir, 020 PRO 030 031 Döyüşkən xoruz, təkə, Qoşun qabağına çıxan padşah. 020 PRO 030 032 Əgər özünü ucaltmaqla sarsaqlıq etmisənsə, Fikrində pis niyyətin varsa, əlinlə ağzını tut. 020 PRO 030 033 Çünki südü çalxalayanda yağ çıxdığı kimi, Burnu sıxanda qan çıxdığı kimi Qəzəbi qızışdıranda da dava yaranar. 020 PRO 031 001 Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam. 020 PRO 031 002 Nə deyim, oğlum, ey doğduğum oğul, Nəzir-niyazla əldə etdiyim oğul? 020 PRO 031 003 Gücünü qadınlara, Yollarını padşahları məhvə aparanlara sərf etmə. 020 PRO 031 004 Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz. 020 PRO 031 005 İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar. 020 PRO 031 006 Kefləndirici içkini düşkünə, Şərabı dərdliyə verin. 020 PRO 031 007 Qoy içib yoxsulluğunu unutsun, Öz dərdini daha yada salmasın. 020 PRO 031 008 Dilsizə görə ağız aç, Bütün möhtacların haqqını qoru. 020 PRO 031 009 Ağzını aç, ədalətlə hökm ver, Məzlumların, fəqirlərin haqqını yerinə yetir. 020 PRO 031 010 Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir. 020 PRO 031 011 Ərinin qəlbi ondan arxayındır, Dayanmadan bərəkət qazanır. 020 PRO 031 012 Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir, 020 PRO 031 013 Yunu, kətanı tapıb seçir, Əlindən hər iş zövqlə gəlir. 020 PRO 031 014 Ticarət gəmilərinə bənzəyir, Uzaqlardan gələn ruzini gətirir. 020 PRO 031 015 Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır. 020 PRO 031 016 Tarlaya baxandan sonra satın alır, Əlinin zəhməti ilə bağ salır. 020 PRO 031 017 Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır. 020 PRO 031 018 Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır. 020 PRO 031 019 Əlləri ilə cəhrə əyirir, İyini bərkidir. 020 PRO 031 020 Məzlumlar üçün əliaçıqdır, Fəqirlərə əl tutur. 020 PRO 031 021 Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib. 020 PRO 031 022 Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır. 020 PRO 031 023 Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur. 020 PRO 031 024 Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır. 020 PRO 031 025 Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür. 020 PRO 031 026 Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır. 020 PRO 031 027 Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir. 020 PRO 031 028 Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir: 020 PRO 031 029 «Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur». 020 PRO 031 030 Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir. 020 PRO 031 031 Ona əlinin bəhrəsini verin, Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin. # # BOOK 021 ECC Ecclesiastes Vaiz 021 ECC 001 001 Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir. 021 ECC 001 002 Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur! 021 ECC 001 003 İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var? 021 ECC 001 004 Bir nəsil gedir, o biri nəsil gəlir, Amma dünya daim qalır. 021 ECC 001 005 Günəş çıxır, günəş batır, Sonra tələsik yerinə dönür ki, Təzədən çıxsın. 021 ECC 001 006 Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir. 021 ECC 001 007 Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar. 021 ECC 001 008 Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən. 021 ECC 001 009 Nə olubsa, yenə olacaq, Nə edilibsə, yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur. 021 ECC 001 010 Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl. 021 ECC 001 011 Əvvəlki şeylərdən heç nə xatırlanmır, Gələcəkdə baş verən şeylərdən də Bundan sonra gələnlər arasında Heç nə xatırlanmayacaq. 021 ECC 001 012 Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. 021 ECC 001 013 Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 021 ECC 001 014 Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər. 021 ECC 001 015 Əyri olan düz ola bilməz, Əskik olan sayıla bilməz. 021 ECC 001 016 Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”. 021 ECC 001 017 Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər. 021 ECC 001 018 Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır. 021 ECC 002 001 Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. 021 ECC 002 002 Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim. 021 ECC 002 003 Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir. 021 ECC 002 004 Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, 021 ECC 002 005 özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. 021 ECC 002 006 Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. 021 ECC 002 007 Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi. 021 ECC 002 008 Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım. 021 ECC 002 009 Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı. 021 ECC 002 010 Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim, Ürəyimi heç bir həzzdən məhrum etmədim, Könlüm etdiyim hər işdən zövq aldı. Bu çəkdiyim bütün zəhmətlərin payı idi. 021 ECC 002 011 Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur. 021 ECC 002 012 Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki? 021 ECC 002 013 Mən gördüm ki, Necə işıq qaranlıqdan üstündürsə, Hikmət də ağılsızlıqdan eləcə üstündür. 021 ECC 002 014 Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur. 021 ECC 002 015 Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”. 021 ECC 002 016 Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür! 021 ECC 002 017 Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. 021 ECC 002 018 Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm. 021 ECC 002 019 Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur. 021 ECC 002 020 Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm. 021 ECC 002 021 Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. 021 ECC 002 022 İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? 021 ECC 002 023 Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur. 021 ECC 002 024 İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır. 021 ECC 002 025 Çünki Onsuz kim yeyə, kim kef çəkə bilər? 021 ECC 002 026 Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. 021 ECC 003 001 Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var: 021 ECC 003 002 Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı. 021 ECC 003 003 Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı. Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı. 021 ECC 003 004 Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı. Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı. 021 ECC 003 005 Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı. Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı. 021 ECC 003 006 Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı. Saxlamağın öz vaxtı, atmağın öz vaxtı. 021 ECC 003 007 Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı. Susmağın öz vaxtı, danışmağın öz vaxtı. 021 ECC 003 008 Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı. Müharibənin öz vaxtı, sülhün öz vaxtı. 021 ECC 003 009 İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var? 021 ECC 003 010 Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 021 ECC 003 011 Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. 021 ECC 003 012 Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. 021 ECC 003 013 Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir. 021 ECC 003 014 Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun. 021 ECC 003 015 İndi nə olursa, keçmişdə də olub, Nə olacaqsa, lap qədimdən də var idi. Allah olub-keçənləri araşdırır. 021 ECC 003 016 Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik. 021 ECC 003 017 Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”. 021 ECC 003 018 İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”. 021 ECC 003 019 Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. 021 ECC 003 020 Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır. 021 ECC 003 021 Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir? 021 ECC 003 022 Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün? 021 ECC 004 001 Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi. 021 ECC 004 002 Çoxdan ölüb getmiş adamları Hələ diri qalanlardan daha xoşbəxt saydım. 021 ECC 004 003 Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib. 021 ECC 004 004 Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. 021 ECC 004 005 Ağılsız adam əlini qoynuna qoyur, Öz canını üzür. 021 ECC 004 006 Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır. 021 ECC 004 007 Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm: 021 ECC 004 008 Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir. 021 ECC 004 009 İki adam bir adamdan yaxşıdır, Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. 021 ECC 004 010 Əgər biri yıxılsa, O biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, Yıxılanda onu qaldıran olmur! 021 ECC 004 011 Həmçinin iki nəfər bir yerdə yatarsa, Bir-birini isidər. Amma tək yatan necə isinə bilər? 021 ECC 004 012 Əgər bir nəfər tək qalıb məğlub olarsa, İki nəfər hücuma tab gətirə bilər. Üçqat ip tez qırılmaz. 021 ECC 004 013 Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır. 021 ECC 004 014 Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər. 021 ECC 004 015 Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir. 021 ECC 004 016 Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. 021 ECC 005 001 Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya girmək yaxşı və pisin nə olduğunu bilməyən səfeh adamların qurban təqdim etməsindən yaxşıdır. 021 ECC 005 002 Dilin tələsməsin, Allahın hüzurunda söz deməyə Ürəyin tələsməsin. Çünki Allah göydədir, sən yerdə. Buna görə də az danış. 021 ECC 005 003 Necə ki iş çox olanda adam yuxu görər, Söz də çox olanda səfeh danışığa çevrilər. 021 ECC 005 004 Allaha əhd edəndə onu yerinə yetirməkdə yubanma, çünki ağılsızlar Onun xoşuna gəlməz. Öz əhdini yerinə yetir. 021 ECC 005 005 Əhd etməmək əhd edib onu yerinə yetirməməkdən yaxşıdır. 021 ECC 005 006 Qoyma sözlərin səni günaha batırsın. Allahın elçisinə demə ki, bu, kiçik səhv idi. Nə üçün Allah sənin sözünə qəzəblənsin və əlinin zəhmətini yox etsin? 021 ECC 005 007 Çünki çox yuxu görəndə də, çox söz danışanda da puç şeylər çox olar. Sən ancaq Allahdan qorx. 021 ECC 005 008 Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var. 021 ECC 005 009 Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər. 021 ECC 005 010 Pul sevən puldan doymaz, Var-dövlət sevən də qazancdan. Bu da puçdur. 021 ECC 005 011 Var-dövlət çoxaldıqca Onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var? 021 ECC 005 012 Fəhlə az da yesə, çox da yesə, Yuxusu şirindir. Amma varlı adamın dövləti qoymaz ki, O, rahat yatsın. 021 ECC 005 013 Səma altında gördüyüm Başqa böyük dərd də var: Yığdığı sərvət sahibinə zərər gətirir, 021 ECC 005 014 Bu sərvəti bədbəxt hadisələr yox edir, Sərvət sahibinin oğlu doğulanda Ona verməyə bir şeyi qalmır. 021 ECC 005 015 Necə ki o, anasının bətnindən çılpaq doğulub, Eləcə də bu dünyadan gedir. Zəhmətinin bəhrəsindən Heç nəyi əlinə götürüb Özü ilə apara bilmir. 021 ECC 005 016 Bu da böyük bir dərddir: İnsan dünyaya necə gəlirsə, Elə də gedir. Boş yerə çəkdiyi zəhmətin Ona nə faydası var? 021 ECC 005 017 Ömrü boyu öz çörəyini Qaranlıq, böyük sıxıntı, xəstəlik və Qəzəb içində yeyir. 021 ECC 005 018 İnsan üçün mənim gördüyüm yaxşı və gözəl olan budur ki, o yeyib-içsin və Allahın ona verdiyi bir neçə günlük ömründə səma altında çəkdiyi bütün zəhmətlərindən zövq alsın, çünki ona düşən bəxşiş budur. 021 ECC 005 019 Həmçinin Allah hər kəsə var-dövlət bəxş edərək qüvvət verib ki, ondan yesin, payını götürsün və zəhmətindən zövq alsın. Bu, Allahın hədiyyəsidir. 021 ECC 005 020 Çünki Allah insanın başını şənliklə qatdığı üçün insan ömrünün günlərini dərindən düşünmür. 021 ECC 006 001 Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb: 021 ECC 006 002 adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir. 021 ECC 006 003 Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır. 021 ECC 006 004 Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir. 021 ECC 006 005 Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur. 021 ECC 006 006 Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi? 021 ECC 006 007 İnsan bütün zəhməti Qarnı üçün çəkir, Amma yenə də iştahası bitib-tükənmir. 021 ECC 006 008 Hikmətli adamın ağılsızdan Nə üstünlüyü var? Yoxsul başqa insanlarla Necə rəftar etməyi bilsə də, Bunun ona nə faydası var? 021 ECC 006 009 Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. 021 ECC 006 010 Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz. 021 ECC 006 011 Sözün çoxluğu puçluğu çoxaldır. Bunun insana nə faydası var? 021 ECC 006 012 Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək? 021 ECC 007 001 Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır. 021 ECC 007 002 Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın. 021 ECC 007 003 Qüssə gülməkdən yaxşıdır, Çünki üzün qəmgin olması İnsan üçün daha yaxşıdır. 021 ECC 007 004 Hikmətli adamın ürəyi yas evindədir, Amma ağılsızın ürəyi şadlıq evində. 021 ECC 007 005 Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır. 021 ECC 007 006 Çünki ağılsız adamın gülməyi Qazan altında yanan tikanlı kolun səsi kimidir. Bu da puçdur. 021 ECC 007 007 Haram gəlir hikmətli adamı ağılsıza çevirir, Rüşvət isə ürəyi bərbad edir. 021 ECC 007 008 Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır. 021 ECC 007 009 Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar. 021 ECC 007 010 “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil. 021 ECC 007 011 Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır. 021 ECC 007 012 Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər. 021 ECC 007 013 Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər? 021 ECC 007 014 Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin. 021 ECC 007 015 Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır. 021 ECC 007 016 Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən? 021 ECC 007 017 Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən? 021 ECC 007 018 Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar. 021 ECC 007 019 Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər. 021 ECC 007 020 Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin. 021 ECC 007 021 Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən. 021 ECC 007 022 Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən. 021 ECC 007 023 Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım. 021 ECC 007 024 Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər? 021 ECC 007 025 Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir. 021 ECC 007 026 Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar». 021 ECC 007 027 Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman 021 ECC 007 028 Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım. 021 ECC 007 029 Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü. 021 ECC 008 001 Kim hikmətli adama tay ola bilər? Şeylərin mənasını kim bilər? Hikmət insanın üzünü nurlandırar, Tutqun simasını dəyişdirər. 021 ECC 008 002 Mən deyirəm: padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən. 021 ECC 008 003 Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər. 021 ECC 008 004 Padşahın sözündə səlahiyyət var. Kim ona “Nə edirsən?” deyə bilər? 021 ECC 008 005 Onun hökmünü yerinə yetirən Heç bir bəlaya düşməz. Hikmətli adamın ürəyi Bunun vaxtını da, qaydasını da bilir. 021 ECC 008 006 Axı hər şeyin həm öz vaxtı, Həm də öz qaydası var. Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır. 021 ECC 008 007 Çünki kim bilir ki, nə olacaq? Bəs kim ona deyə bilər ki, necə olacaq? 021 ECC 008 008 Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz. Döyüşçü meydanı tərk etmədiyi kimi Pislik də pis adamı tərk etməz. 021 ECC 008 009 Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur. 021 ECC 008 010 Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur. 021 ECC 008 011 Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır. 021 ECC 008 012 Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm. 021 ECC 008 013 Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur. 021 ECC 008 014 Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur. 021 ECC 008 015 Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır. 021 ECC 008 016 O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım. 021 ECC 008 017 Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz. 021 ECC 009 001 Beləcə bunların hamısını ürəyimdə araşdırıb bu nəticəyə gəldim: salehlər, hikmətlilər və onların etdikləri işlər Allahın əlindədir. İstər sevgi olsun, istər nifrət, insan qabağına nə çıxacağını bilmir. 021 ECC 009 002 Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. And içənə nə olursa, and içməkdən qorxana da elə olur. 021 ECC 009 003 Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər. 021 ECC 009 004 İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır. 021 ECC 009 005 Çünki dirilər öləcəklərini bilir, Ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək, Çünki onların xatirəsi də unudulub. 021 ECC 009 006 Ölülərin sevgisi, nifrəti, Paxıllığı artıq məhv olub. Səma altında görülən işlərdə Daha payları olmayacaq. 021 ECC 009 007 Get çörəyini şadlıqla ye, Şərabını şən ürəklə iç. Çünki artıq Allah Etdiyin işlərdən razıdır. 021 ECC 009 008 Qoy paltarın həmişə ağ olsun, Başından ətirli yağ əskik olmasın. 021 ECC 009 009 Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur. 021 ECC 009 010 Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var. 021 ECC 009 011 Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır. 021 ECC 009 012 Həmçinin insan öz vaxtını bilmir. Balıqlar amansız bir tora, Quşlar tələyə düşdüyü kimi İnsanlar da pis bir zəmanəyə düçar olur, Onda pis zəmanə qəfildən başlarının üstünü alır. 021 ECC 009 013 Səma altında mənə çox təsir edən bu hikməti də gördüm: 021 ECC 009 014 içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü. 021 ECC 009 015 Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı. 021 ECC 009 016 O zaman mən dedim: “Hikmət qüdrətdən yaxşıdır, Lakin yoxsul adamın hikmətinə xor baxırlar, Onun sözləri eşidilmir”. 021 ECC 009 017 Hikmətli adamın pıçıltı ilə dediyi sözlər Ağılsızların içindəki başçının qışqırtısından yüksəkdir. 021 ECC 009 018 Hikmət döyüş silahından üstündür, Amma bir günahkar hər cür yaxşılığı bərbad edər. 021 ECC 010 001 Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər. 021 ECC 010 002 Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr, Ağılsız adamın ürəyi əyriliyə. 021 ECC 010 003 O yol gedəndə də ağlının azlığı bilinər, Ağılsız olduğunu hamıya göstərər. 021 ECC 010 004 Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər. 021 ECC 010 005 Səma altında bir dərd də gördüm: O da hökmdarın əlindən çıxan səhvdir. 021 ECC 010 006 Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur. 021 ECC 010 007 Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir. 021 ECC 010 008 Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər. 021 ECC 010 009 Daş kəsəni daşlar yaralar, Odun yarana odun xətər yetirər. 021 ECC 010 010 Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar. 021 ECC 010 011 Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur. 021 ECC 010 012 Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar. 021 ECC 010 013 Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır. 021 ECC 010 014 Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər? 021 ECC 010 015 Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir. 021 ECC 010 016 Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə! 021 ECC 010 017 Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə! 021 ECC 010 018 Tənbəllik üzündən evin damı uçar, Heç bir iş görməsən, evin tavanı damar. 021 ECC 010 019 Yemək şadlıq gətirər, Şərab həyatı keflə doldurar, Pul isə hər istəyini ödəyər. 021 ECC 010 020 Padşahı hətta ürəyində də söymə, Varlı adamı yataq otağında da lənətləmə. Çünki göydə uçan quşlar xəbər aparar, Qanadlı məxluqlar sənin sözünü çatdırar. 021 ECC 011 001 Çörəyini suların üzünə burax, Çünki uzun müddət sonra yenə onu taparsan. 021 ECC 011 002 Yeddi ya səkkiz adama pay ver, Çünki bilmirsən ki, Ölkədə necə bir pis gün olacaq. 021 ECC 011 003 Əgər buludlar su ilə dolu olsa, Yağışlarını yer üzünə səpər. Əgər bir ağac cənub ya şimal Səmtinə yıxılsa, Elə yıxıldığı yerdə də qalar. 021 ECC 011 004 Küləyə baxan toxum səpməz, Buludlara baxan əkdiyini biçməz. 021 ECC 011 005 Küləyin səmtini, Hamilə qadının qarnında Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi Hər şeyi yaradan Allahın işlərindən də xəbərsizsən. 021 ECC 011 006 Toxumunu səhər vaxtı səp, Axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq Yoxsa sonrakı Yaxud hər ikisi birlikdə. 021 ECC 011 007 Həqiqətən, işıq gözəldir, Günəşi görmək gözlərə xoşdur. 021 ECC 011 008 Əgər insan uzun ömür sürürsə, Qoy sevinclə yaşasın. Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın, Çünki onlar daha çox olacaq. Baş verəcək hər şey puçdur. 021 ECC 011 009 Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək. 021 ECC 011 010 Buna görə də təşvişi ürəyindən qov, Əzabı bədənindən uzaqlaşdır. Çünki cavanlıq da, Cavanlıqdakı güc də puçdur. 021 ECC 012 001 Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla. 021 ECC 012 002 Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl, Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl Onu xatırla. 021 ECC 012 003 O gün gələndə Evi qoruyanlar tir-tir əsəcək, Güclülər əyiləcək, Əl dəyirmanı ilə işləyənlər Az olduqları üçün Dən üyüdə bilməyəcək, Pəncərədən baxanlar qaralacaq. 021 ECC 012 004 Küçəyə açılan qapılar bağlanacaq, Dəyirmanların səsi kəsiləcək. Adamlar quş səsi ilə oyanacaq, Nəğmə oxuyan bütün qızların səsini Zəif eşidəcəklər. 021 ECC 012 005 O zaman onlar uca yerdən qorxacaq, Yolda yerimək də təhlükəli olur. Bax badam ağacı çiçək verir, Çəyirtkə özünü güclə çəkir, Həvəsi zəifləyir. Beləcə insan son mənzilə gedir, Yas tutanlar küçələrə düşür. 021 ECC 012 006 Gümüş iplər qopmamış, Qızıl kasa qırılmamış, Bulaq başında kuzə tikə-tikə olmamış, Quyu yanında çarx sınmamış, 021 ECC 012 007 Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla». 021 ECC 012 008 Vaiz deyir: «Hər şey puçdur, tamam puçdur». 021 ECC 012 009 Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi. 021 ECC 012 010 Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur. 021 ECC 012 011 Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir. 021 ECC 012 012 Bunlardan başqa, oğlum, sən buna diqqət et ki, Çox kitab yazmağın axırı yoxdur, Çox oxumaq adamı yorur. 021 ECC 012 013 Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur. 021 ECC 012 014 Çünki Allah hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək. # # BOOK 022 SOL Song of Solomon Nəğmələr Nəğməsi 022 SOL 001 001 Bu nəğmələr nəğməsi Süleymanındır. 022 SOL 001 002 Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır. 022 SOL 001 003 Vurduğun ətrin qoxusu nə gözəldir, Adın belə, ətirqabıdan tökülən ətri xatırladır, Ona görə qızların sevimlisi olmusan. 022 SOL 001 004 Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Qızın rəfiqələri: Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Qız: Sənə heyran olanlar haqlıdır. 022 SOL 001 005 Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm. 022 SOL 001 006 Baxmayın ki, mən qarayanızam, Günəşdən qaralmışam, Qardaşlarımın mənə qəzəbi tutarkən Məni üzümlüklərinə qarovulçu qoydular. Mən də öz üzümlüyümə baxa bilmədim. 022 SOL 001 007 Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim? 022 SOL 001 008 Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar. 022 SOL 001 009 Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən. 022 SOL 001 010 Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən. 022 SOL 001 011 Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik. 022 SOL 001 012 Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür. 022 SOL 001 013 Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir. 022 SOL 001 014 Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür. 022 SOL 001 015 Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən! 022 SOL 001 016 Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız. 022 SOL 001 017 Evlərimizin dirəkləri sidr ağacındandır, Tavanımızın oymaları şam ağacındandır. 022 SOL 002 001 Mən Şaron nərgiziyəm, Dərələrdə bitən zanbağam. 022 SOL 002 002 Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır. 022 SOL 002 003 Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. 022 SOL 002 004 O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır. 022 SOL 002 005 Mən eşq xəstəsiyəm, Kişmiş verin, qüvvətlənim, Alma verin, cana gəlim. 022 SOL 002 006 Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır. 022 SOL 002 007 Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın. 022 SOL 002 008 Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir. 022 SOL 002 009 Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır. 022 SOL 002 010 Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim. 022 SOL 002 011 Budur, artıq qış keçib, Yağıntılar kəsilib. 022 SOL 002 012 Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb. 022 SOL 002 013 Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!» 022 SOL 002 014 Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən. 022 SOL 002 015 Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib. 022 SOL 002 016 Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır. 022 SOL 002 017 Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən. 022 SOL 003 001 Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim. 022 SOL 003 002 Dedim: «Qoy könlümün sevgilisini axtarım, Durub şəhəri dolaşım, Küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim. 022 SOL 003 003 Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?» 022 SOL 003 004 Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım. 022 SOL 003 005 Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın. 022 SOL 003 006 Səhradan keçən, Tüstü sütunları kimi gələn, Tacirlərin ətirli bitkiləri içərisində Mirra və kündür ətri verən kimdir? 022 SOL 003 007 Budur Süleymanın taxt-rəvanı! Ətrafını İsrail igidlərindən altmışı bürüyüb. 022 SOL 003 008 Onların hamısı qılınc daşıyır, Mahir döyüşçüdür, Hər biri qılıncını belinə bağlayıb, Təhlükəli gecələr üçün hazırlanıb. 022 SOL 003 009 Taxt-rəvanını padşah Süleyman Livanın ağaclarından düzəltdirib. 022 SOL 003 010 Sütunları gümüşdən, söykənəcəyi qızıldan, Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib, Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub. 022 SOL 003 011 Ey Sion qızları, çıxın, Padşah Süleymana baxın! O, toy günündə, ürəkdən sevindiyi gündə Başına anasının verdiyi tacı qoyub! 022 SOL 004 001 Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır, Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır. 022 SOL 004 002 Dişlərin qırxılmış, yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur. 022 SOL 004 003 Dodaqların qırmızı qaytan kimi aldır, Dilin nə qədər şirindir, Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır. 022 SOL 004 004 Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır, Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır. 022 SOL 004 005 Döşlərin cüt ceyran balası kimi qoşadır, Zanbaqlıqda otlayan əkiz maral balasına oxşayır. 022 SOL 004 006 Gün sərinləşənəcən, kölgələr düşənəcən, Mirra dağına, kündür təpəsinə gedəcəyəm. 022 SOL 004 007 Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən. 022 SOL 004 008 Ay gəlin, Livan bölgəsindən mənimlə gəl, Gəl, Livandan mənimlə gəl. Amana təpəsindən, Senir, Xermon təpələrindən, dağlardan, Aslanlar yurdundan, dağlardan, bəbirlər məskənindən en. 022 SOL 004 009 Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın. 022 SOL 004 010 Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir. 022 SOL 004 011 Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir. 022 SOL 004 012 Ay həmdəmim, ay gəlin! Bir qapısı bağlı bağçasan, Örtülü bir bulaq, möhürlənmiş bulaqsan. 022 SOL 004 013 Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var. 022 SOL 004 014 Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var. 022 SOL 004 015 Sən bağçaların bulağısan, Canlı su qaynağısan, Livanın axar suyusan. 022 SOL 004 016 Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin. 022 SOL 005 001 Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için! 022 SOL 005 002 Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim! İslandı başım şehdən, Saçım gecənin nəmindən». 022 SOL 005 003 Soyunmuşam paltarımı, Geyinimmi təzədən? Yumuşam ayaqlarımı, Bulaşdırımmı yenidən? 022 SOL 005 004 Sevgilim əlini qapının deşiyindən uzatdı, Onun üçün mənim köksüm oynadı. 022 SOL 005 005 Mən sevgilim üçün qapı açmağa qalxdım, Əllərimə mirra damdı, Barmaqlarımdan süzüldü, Cəftə üstə töküldü. 022 SOL 005 006 Mən sevgilimə qapı açanda Sevgilim çıxıb getmişdi. O məni çağıranda huşumu itirmişdim. Mən onu axtardım, tapa bilmədim, Mən onu çağırdım, lakin cavab gəlmədi. 022 SOL 005 007 Şəhər asayişini qoruyanlar məni tapdılar, Döyüb bədənimi yaraladılar, Hasar keşikçiləri örpəyimi açdılar. 022 SOL 005 008 Ey Yerusəlimdəki qızlar, mən sizə and verirəm, Tapsanız sevgilimi, deyin ona: «Mən eşq xəstəsiyəm». 022 SOL 005 009 Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən? 022 SOL 005 010 Sevgilim nur saçır, əlvan rənglidir, O, on minlərin arasından seçilir. 022 SOL 005 011 Başı sanki saf qızıldır, Qıvrım saçı qara qarğa tək qaradır. 022 SOL 005 012 Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır, Süd içində yuyunmuşlar, Öz yuvasında cəvahir tək görünərlər. 022 SOL 005 013 Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür. 022 SOL 005 014 Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır, Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir. 022 SOL 005 015 Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir. 022 SOL 005 016 Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur. 022 SOL 006 001 Ey gözəllər gözəli, sevgilin hara gedib? O hansı yana dönüb? Səninlə birgə onu axtarmağa gedək. 022 SOL 006 002 Sevgilim öz bağçasına – Ətirli gülüstana gedib, Bağçalarda sürüsünü otarmağa, Zanbaq gülü toplamağa gedib. 022 SOL 006 003 Mən sevgilimin, sevgilim də mənimdir, O, sürüsünü zanbaqlıq içərisində otarır. 022 SOL 006 004 Ey yarım, sən Tirsa şəhəri qədər gözəlsən, Yerusəlim kimi sevimlisən, Müzəffər ordu kimi möhtəşəmsən. 022 SOL 006 005 Gözlərini məndən ayır, Onlar məni mat qoyur. Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır. 022 SOL 006 006 Dişlərin yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur. 022 SOL 006 007 Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır. 022 SOL 006 008 Altmış mələkə var, Cariyələr səksənə çatır, Kənizlər isə saysızdır. 022 SOL 006 009 Göyərçinimin, eyibsizimin tayı yoxdur, Anasının yeganə qızıdır, Onu doğanın canı-gözüdür. Qızlar onu görərkən Söyləyirlər: «Bəxtəvərsən!» Mələkələr və cariyələr də onu mədh edir. 022 SOL 006 010 Şəfəq saçan, Ay tək gözəl, gün tək parlayan, Müzəffər ordu kimi möhtəşəm olan kimdir? 022 SOL 006 011 Mən qoz bağına endim, Yaşıllaşan vadini görmək istədim. Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi? Bunu seyr edim. 022 SOL 006 012 Heç özüm də bilmədən ruhum məni apardı, Şanlı xalqımın döyüş arabalarının üstünə qaldırdı. 022 SOL 006 013 Qayıt, ey Şulam qızı, qayıt, Qayıt, səni görək, qayıt. Oğlan: Maxanayim oyununa tamaşa etdiyiniz kimi Niyə Şulam qızına baxmaq istəyirsiniz? 022 SOL 007 001 Ey əsilzadə qızı, başmaqlı ayaqların gözəldir, Budlarını sanki heykəltəraş yonub, cəvahirə bənzəyir. 022 SOL 007 002 Göbəyin cürbəcür şərabların tükənmədiyi Dəyirmi piyaləyə bənzəyir. Belin zanbaqlara bürünən Bir dəstə sünbülə bənzəyir, 022 SOL 007 003 Döşlərin cüt ceyran balası kimi, Əkiz maral balası kimi qoşadır. 022 SOL 007 004 Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir. 022 SOL 007 005 Başın Karmel dağı kimi dik durur, Başındakı tellər tünd qırmızı rəngə çalır, Padşah zülfünün əsiri olur. 022 SOL 007 006 Nə qəşəngsən, nə şirinsən, Ey məlahətli sevgilim. 022 SOL 007 007 Qamətin xurma ağacına, Döşlərin salxımlara bənzəyir. 022 SOL 007 008 Dedim: «Qoy xurma ağacına çıxım, Meyvəli budaqlarından yapışım». Döşlərindən üzüm salxımları kimi dadım, Nəfəsindən alma ətrini duyum. 022 SOL 007 009 Dodaqların gözəl şərab dadı verir. Qız: Bu şərab birbaşa sevgilim üçün tökülsün, Biz yatanların dodaqlarına süzülsün. 022 SOL 007 010 Mən sevgiliminkiyəm, Onun meyl etdiyi mənəm. 022 SOL 007 011 Sevgilim, gəl çölə gedək, Kəndlərdə gecələyək. 022 SOL 007 012 Səhər tezdən üzüm bağlarına gedək, Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi? Narlar çiçəklənibmi? Bunu seyr edək. Qoy orada sevgimi sənə verim. 022 SOL 007 013 Ey sevgilim, məhəbbət otları ətir saçır, Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var, Sənin üçün saxlanılıb. 022 SOL 008 001 Kaş ki mənə ananın döşlərindən süd əmən Bir qardaş kimi olaydın, Küçədə səninlə rastlaşarkən səni öpərdim, Heç kim məni qınamazdı. 022 SOL 008 002 Qarşına düşəydim, mənə öyüd verən Anamın evinə aparaydım. Şirin şərabdan, narımın şirəsindən Sənə içirəydim. 022 SOL 008 003 Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır. 022 SOL 008 004 Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın. 022 SOL 008 005 Sevgilisinə söykənib çöldən gələn Bu gözəl kimdir? Qız: Alma ağacı altda səni oyatdım. Sən orada ananın bətninə düşmüsən, Orada anan ağrı çəkib, səni doğub. 022 SOL 008 006 Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır. 022 SOL 008 007 Sevgini ümman sular söndürə bilməz, Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, Hamı ona xor baxar. 022 SOL 008 008 Bir kiçik bacımız var, Hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün Onun üçün nə edək? 022 SOL 008 009 Əgər o, bir hasar olsaydı, Biz üstünə gümüşdən bürc vurardıq. Əgər o, bir qapı olsaydı, Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq. 022 SOL 008 010 Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar. 022 SOL 008 011 Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi, O bu bağı kirayəyə verirdi. Məhsula görə hər kirayə alan Ona min parça gümüş gətirməli idi. 022 SOL 008 012 Mənim də bağım var, onun sahibiyəm, Ey Süleyman, min parça gümüş sənin olsun, İki yüz gümüş kirayə alanlara qalsın. 022 SOL 008 013 Sən, ey bağçalarda məskən salan gözəl, Dostlar səni dinləyir, Mənə də səsini eşitdir. 022 SOL 008 014 Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol. # # BOOK 023 ISA Isaiah Yeşaya 023 ISA 001 001 Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü. 023 ISA 001 002 Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular. 023 ISA 001 003 Öküz yiyəsini, Eşşək də sahibinin təknəsini tanıyır, Lakin İsrail xalqı Məni tanımır, Xalqım anlamır». 023 ISA 001 004 Günah edən millətin, Şər işlər görən xalqın, Yolunu azmış nəslin, Pozulmuş övladların vay halına! Onlar Rəbbi tərk etdilər, İsrailin Müqəddəsinə xor baxdılar, Ondan üz döndərdilər. 023 ISA 001 005 Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb. 023 ISA 001 006 Təpədən dırnağacan bədəniniz xəstədir, Bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, Yenə də vurulmuş yaralarınız Təmizlənməmiş, sarılmamış, Məlhəmlə yumşaldılmamışdır. 023 ISA 001 007 Ölkəniz viran qaldı, Şəhərləriniz alışıb-yandı, Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı. Torpağınız kimsəsiz qalıb, Sanki yad adamlar oranı talayıb. 023 ISA 001 008 Sion qızı bağdakı çardaq, bostandakı koma, Mühasirəyə alınmış şəhər kimi tək qalıb. 023 ISA 001 009 Əgər Ordular Rəbbi Bizim üçün bir neçə adamı sağ qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik. 023 ISA 001 010 Ey Sodom başçıları, Rəbbin sözünü eşidin! Siz, ey Homorra xalqı, Allahımızın təlimini dinləyin! 023 ISA 001 011 Rəbb deyir: «Qurbanlarınız çoxalıb, Mənə nə? Yandırma qoç qurbanlarından, Bəslənmiş heyvanların piyindən doymuşam. Buğa, quzu, təkə qanını istəmirəm. 023 ISA 001 012 Hüzuruma gələrkən Əlinizdə bunları gətirməyinizi kim istədi? Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız. 023 ISA 001 013 Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! 023 ISA 001 014 Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum. 023 ISA 001 015 Siz əl açıb Mənə yalvaranda Göz yumacağam. Nə qədər çox dua etsəniz də, Yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur, 023 ISA 001 016 Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, Pislik etməkdən vaz keçin. 023 ISA 001 017 Yaxşılıq etməyi öyrənin, Ədaləti axtarın, Məzlumları qurtarın, Yetimin haqqını qoruyun, Dul qadını müdafiə edin». 023 ISA 001 018 Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq. 023 ISA 001 019 İtaətkar olub sözə baxsanız, Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz. 023 ISA 001 020 Əgər üsyankar olub Məni rədd etsəniz, Qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. 023 ISA 001 021 Rəbbə sadiq şəhər Necə də fahişəyə bənzər oldu! Axı o, ədalətlə dolu idi, Orada salehlik məskunlaşmışdı, İndi isə qatillərlə doludur! 023 ISA 001 022 Gümüşünüz tullantıya çevrildi, Şərabınıza su qatıldı. 023 ISA 001 023 Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür. 023 ISA 001 024 Buna görə də Sahibimiz, Ordular Rəbbi, İsrailin Qadir Allahı Belə bəyan edir: «Yağılarımı cəzalandırıb rahatlanacağam, Düşmənlərimdən qisas alacağam. 023 ISA 001 025 Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam. 023 ISA 001 026 Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: “Salehlik şəhəri, sadiq şəhər” deyiləcək». 023 ISA 001 027 Sion ədalətlə, Tövbə edən sakinləri salehliklə qurtulacaq. 023 ISA 001 028 Lakin üsyankarlarla günahkarlar Birgə həlak olacaq, Rəbbi tərk edənlər yox olacaq. 023 ISA 001 029 Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız. 023 ISA 001 030 Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz. 023 ISA 001 031 Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq. 023 ISA 002 001 Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri: 023 ISA 002 002 Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. 023 ISA 002 003 Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. 023 ISA 002 004 Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək. 023 ISA 002 005 Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək. 023 ISA 002 006 Ya Rəbb, xalqını – Yaqub nəslini atdın, Çünki onlar Şərqdən gələn mövhumatlara uymuşdular, Filiştlilər kimi falçılıq edirlər, Əcnəbilərin adət-ənənələrinə əməl edirlər. 023 ISA 002 007 Ölkələri qızıl-gümüşlə dolu, Xəzinələrinin sonu yoxdur. Ölkələrində çoxlu atlar var, Döyüş arabaları külli miqdardadır. 023 ISA 002 008 Ölkələri bütlərlə doludur, Əlləri ilə düzəltdikləri, Barmaqları ilə işlədikləri Bütlərin qarşısında səcdə qılırlar. 023 ISA 002 009 Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək. Ya Rəbb, onları bağışlama! 023 ISA 002 010 Rəbbin zəhmli üzündən, Ehtişamının əzəmətindən Qayalıqlara gedin, Yerin altında gizlənin. 023 ISA 002 011 Adamların təkəbbürlü baxışları alçaldılacaq, İnsanların qüruru qırılacaq, O gün yalnız Rəbb yüksəldiləcək. 023 ISA 002 012 Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. 023 ISA 002 013 Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, Bütün Başan palıdlarını yox edəcək. 023 ISA 002 014 Bütün ulu dağları, hündür təpələri, 023 ISA 002 015 Bütün yüksək qüllələri, Qala divarlarını yerlə yeksan edəcək, 023 ISA 002 016 Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək. 023 ISA 002 017 Adamların təkəbbürü qırılacaq, İnsanların qüruru alçaldılacaq, O gün yalnız Rəbb ucaldılacaq. 023 ISA 002 018 Bütlər tamamilə aradan götürüləcək. 023 ISA 002 019 Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək. 023 ISA 002 020 O gün insanlar Səcdə etmək üçün düzəltdikləri Qızıl və gümüş bütlərini götürüb Köstəbək və yarasaların Qabağına atacaqlar ki, 023 ISA 002 021 Rəbb yeri sarsıtmağa qalxarkən Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Qaçmaq üçün qayalıqdakı çatlaqlara, Uçurumlardakı yarıqlara girsinlər. 023 ISA 002 022 Nəfəsi burunda olan insandan əl çəkin, Onun nə dəyəri var ki? 023 ISA 003 001 Budur, Sahibimiz, Ordular Rəbbi Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi, Bütün çörək, su yardımını kəsəcək. 023 ISA 003 002 İgidlərlə cəngavərləri, Hakimlərlə peyğəmbərləri, Falçılarla ağsaqqalları, 023 ISA 003 003 Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri, Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq. 023 ISA 003 004 Uşaqları onların üzərinə başçı qoyacağam, Qoy körpələr onlara hökm etsin. 023 ISA 003 005 İnsan insanla, qonşu qonşusu ilə, Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla Həyasızcasına rəftar edəcək. 023 ISA 003 006 Ailədə qardaş qardaşa sarılıb deyəcək: «Sənin heç olmasa əyninə geyməyə paltarın var. Sən başçımız ol, Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!» 023 ISA 003 007 O vaxt bu adam uca səslə söyləyəcək: «Mən yaralarınızı sarımağı bacarmaram, Çünki evimdə nə yemək, nə də paltar var, Məni xalqın başçısı qoymayın». 023 ISA 003 008 Yerusəlim sarsıldı, Yəhuda dağıldı, Çünki sözləri və əməlləri Rəbbə qarşı oldu, Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı. 023 ISA 003 009 Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir, Günahları haqda Sodomdakı kimi açıq danışırlar, Bunu gizlətmirlər. Vay onların halına! Axı bu bəlanı başlarına özləri gətirdi. 023 ISA 003 010 Saleh adamlara söyləyin ki, Onlara yaxşılıq ediləcək, Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək. 023 ISA 003 011 Pis adamların vay halına! Çünki onlara pislik olunacaq, Elədikləri əməlləri qarşılarına çıxacaq. 023 ISA 003 012 Uşaqlar xalqıma zülm edir, Qadınlar üzərimizdə hökm sürür! Ey xalqım, sənə yol göstərənlər Səni azdırır, yolunu dolaşdırırlar! 023 ISA 003 013 Rəbb məhkəməsini qurmaq üçün qalxır, Xalqları mühakimə etmək üçün durur. 023 ISA 003 014 Rəbb xalqının rəhbərlərini, Başçılarını məhkəməyə gətirir: «Sizsiniz üzüm bağını yeyib-dağıdan, Kasıbların malı ilə evlərinizi dolduran. 023 ISA 003 015 Nə haqla xalqıma zülm edib Yoxsullara əzab verirsiniz?» Bunu Ordular Rəbbi Xudavənd bəyan edir. 023 ISA 003 016 Rəbb deyir: Madam ki Sion qızları çox təkəbbürlüdür, Boylana-boylana gəzir, göz-qaş oynadır, Addımlarını asta-asta atırlar, Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər, 023 ISA 003 017 Buna görə də Xudavənd Sion qızlarının başlarına qotur salacaq. Ayıb yerlərini açıb göstərəcək. 023 ISA 003 018 O gün Xudavənd onların bəzəklərini – Topuqlara taxılan bilərziklərini, Araqçınlarını, aypara şəkilli boyunbağılarını, 023 ISA 003 019 Sırğalarını, qolbaqlarını, örpəklərini, 023 ISA 003 020 Tac şəkilli başlıqlarını, Bazubəndlərini, qurşaqlarını, Ətirlə dolu mücrülərini, Tilsimlənmiş bəzək əşyalarını, 023 ISA 003 021 Üzüklərini, burun halqalarını, 023 ISA 003 022 Bayram libaslarını, paltarlarını, Örtüklərini, əl çantalarını, 023 ISA 003 023 Güzgülərini, nəfis toxunmuş kətan libaslarını, Çalmalarını, duvaqlarını əllərindən alacaq; 023 ISA 003 024 O vaxt gözəl ətir yerinə üfunət, Kəmər əvəzinə ip, Lülə-lülə saç əvəzinə keçəl baş, Bəzəkli paltar əvəzinə çul bürüncək, Gözəllik əvəzinə dağlanma olacaq. 023 ISA 003 025 Kişiləriniz qılıncla, İgidləriniz döyüşdə məhv olacaq. 023 ISA 003 026 Yerusəlimin darvazaları Nalə çəkib yas tutacaq, Bu şəhərsə kimsəsiz qadın tək Quru yerdə oturacaq. 023 ISA 004 001 O gün yeddi qadın Bir kişinin yaxasından tutub belə deyəcək: «Öz çörəyimizi yeyib öz paltarımızı geyinərik, Təki adın üstümüzdə olsun, Bizi xəcalətdən qurtar». 023 ISA 004 002 O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər. 023 ISA 004 003 Sionda, yəni Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayanlara «müqəddəs» deyiləcək. 023 ISA 004 004 Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək. 023 ISA 004 005 Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq. 023 ISA 004 006 Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq. 023 ISA 005 001 Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram: Torpağın məhsuldar bir təpəsində Sevgilimin bir üzüm bağı var idi. 023 ISA 005 002 O, torpağı belləyib daşlardan təmizlədi, Seçmə meynələr əkdi, Ortada gözətçi qülləsi tikdi, Üzümsıxan düzəltdi, Üzümlüyün barını gözlədi, Amma bağ cır üzüm gətirdi. 023 ISA 005 003 «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar, Ey Yəhuda adamları, Mənimlə üzüm bağımın arasında hakim olun! 023 ISA 005 004 Bağım üçün daha nə etməliyəm? Üzümlüyün barını gözləyərkən Axı nə üçün bağım cır üzüm gətirsin? 023 ISA 005 005 İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar, Hasarını yıxacağam və onlar tapdalanacaq. 023 ISA 005 006 Oranı viranəliyə çevirəcəyəm, Oranı nə budayacaqlar, nə də belləyəcəklər. Orada tikan və qanqal bitəcək, Buludlara əmr edəcəyəm ki, Üzərinə yağış yağmasın». 023 ISA 005 007 İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır, Yəhuda adamları isə Onun sevimli meynələridir! O, ədalət gözləyirdi, Budur, zorakılıq gördü, O, salehlik gözləyirdi, Budur, fəryadlar gördü! 023 ISA 005 008 Yer qalmayana qədər evi evə, Tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, Məgər bu ölkədə tək siz yaşayırsınız? 023 ISA 005 009 Ordular Rəbbi mənə belə eşitdirdi: «Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq, İçində yaşayan olmayacaq. 023 ISA 005 010 Üzümlüyün on sahəsindən bir bat şərab əldə ediləcək, Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək». 023 ISA 005 011 Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin, Gecə yarısınadək şərab içib keflənənlərin! 023 ISA 005 012 Onların ziyafətlərində Lira, çəng, dəf və ney çalınar, Şərab içilər, Lakin onlar Rəbbin gördüyü işlərə Diqqət etməzlər, əməllərinə baxmazlar! 023 ISA 005 013 Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək, Onun adlı-sanlı adamları acından öləcək, Adi adamlar isə susuzluqdan yanacaq! 023 ISA 005 014 Ölülər diyarı həddindən artıq ağzını açıb Doymaq bilmir. Yerusəlimin adlı-sanlıları, Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək. 023 ISA 005 015 Buna görə də hamı yerə səriləcək, Hər kəs diz üstə çökdürüləcək, Təkəbbürlü baxışlar alçaldılacaq. 023 ISA 005 016 Amma Ordular Rəbbi Ədaləti ilə ucaldılacaq, Müqəddəs Allah salehliyi ilə Müqəddəsliyini göstərəcək. 023 ISA 005 017 Quzular öz otlaqlarındakı kimi otlayacaq, Varlıların viranə qalan evlərini yadellilər alacaq. 023 ISA 005 018 Pisliyi yalanla hörülmüş iplərlə, Günahı araba kəndirləri ilə çəkənlərin vay halına! 023 ISA 005 019 Onlar deyir: «Qoy Allah tələssin, Öz əməlini tez həyata keçirsin, biz də görək. Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!» 023 ISA 005 020 Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin, Qaranlığı işıq, işığı qaranlıq sayanların, Acıya şirin, şirinə acı deyənlərin! 023 ISA 005 021 Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların! 023 ISA 005 022 Vay halına şərab içməkdə qəhrəman, İçkiləri qarışdırıb içməkdə pərgar olanların! 023 ISA 005 023 Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların, Haqlıların haqqını əlindən alanların! 023 ISA 005 024 Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa, Küləş od içində necə əriyib-gedirsə, Onlar da köklərindən elə çürüyəcək, Tumurcuqları toz kimi havaya sovrulacaq, Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, İsrailin Müqəddəsinin sözünə xor baxdılar. 023 ISA 005 025 Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı, Əlini onlara qarşı uzadaraq onları vurdu. Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı, Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. 023 ISA 005 026 Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək. 023 ISA 005 027 Aralarında yorulan, büdrəyən olmayacaq. Onlar mürgüləməyəcək və yuxuya getməyəcək, Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq. 023 ISA 005 028 Onların oxları iti, yayları da dartılmışdır. Atların dırnaqları çaxmaq daşına bənzər, Döyüş arabalarının təkərləri qasırğa kimidir. 023 ISA 005 029 Onların nərəsi bağıran şikarlarını qapıb aparan, Kimsə onu əlindən ala bilməyən Şirin, gənc aslanın nərəsinə bənzər. 023 ISA 005 030 O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar. Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək. Axı işıq qara buludlarla örtülüb. 023 ISA 006 001 Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. 023 ISA 006 002 Onun ətrafında seraflar dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. 023 ISA 006 003 Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur». 023 ISA 006 004 Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. 023 ISA 006 005 Mən dedim: «Vay halıma, həlak oldum! Çünki ağzı murdar bir adamam, Həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq, qarşımda Padşahı – Ordular Rəbbini gözlərimlə gördüm». 023 ISA 006 006 Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. 023 ISA 006 007 O, kömürlə dodaqlarıma toxunaraq dedi: «Budur, bu kömür dodaqlarına dəydi, Pisliyin silindi, günahın bağışlandı». 023 ISA 006 008 Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam. Məni göndər». 023 ISA 006 009 O dedi: «Get bu xalqa bunu çatdır: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. 023 ISA 006 010 Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönüb şəfa tapmasınlar”». 023 ISA 006 011 «Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi: «Şəhərlər xarabalıqlara dönüb kimsəsiz, Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək. 023 ISA 006 012 Rəbb adamları çox uzaqlara sürgün edəcək, Ölkənin çox yerləri viran qalacaq. 023 ISA 006 013 Xalqın onda biri qalsa belə, Ölkə yenə dağılacaq; Lakin kəsiləndə kötüyü qalan Yabanı püstə və palıd ağacı kimi Müqəddəs nəsil onun kötüyüdür». 023 ISA 007 001 Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər. 023 ISA 007 002 Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi. 023 ISA 007 003 Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». 023 ISA 007 004 Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! 023 ISA 007 005 Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq 023 ISA 007 006 belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». 023 ISA 007 007 Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq. 023 ISA 007 008 Çünki Aramın paytaxtı Dəməşqdir, Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra Darmadağın edilib xalq kimi qalmayacaq. 023 ISA 007 009 Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz». 023 ISA 007 010 Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. 023 ISA 007 011 Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». 023 ISA 007 012 Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». 023 ISA 007 013 Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? 023 ISA 007 014 Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. 023 ISA 007 015 Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək. 023 ISA 007 016 Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq. 023 ISA 007 017 Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək. 023 ISA 007 018 O gün Rəbb fit çalacaq və Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi, Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək. 023 ISA 007 019 Onlar axın-axın gəlib dərin vadilərdə, Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda, Otlaqlarda məskunlaşacaq. 023 ISA 007 020 O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə – Aşşur padşahı ilə saçlarınızı, Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq. 023 ISA 007 021 O gün bir düyə ilə bir cüt qoyun bəsləyən 023 ISA 007 022 Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək. Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək. 023 ISA 007 023 O gün min gümüş dəyərində min tənək olan Bağ tikanlı, qanqallı çölə dönəcək. 023 ISA 007 024 Adamlar oralardan oxlarla, kamanlarla keçəcək, Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək. 023 ISA 007 025 Bir vaxt şumlanıb əkin əkilən təpələr Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək, Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək». 023 ISA 008 001 Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz yaz. 023 ISA 008 002 Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim». 023 ISA 008 003 Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy. 023 ISA 008 004 Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq». 023 ISA 008 005 Rəbb mənimlə yenə danışıb belə dedi: 023 ISA 008 006 «Bu xalq sakit axan Şiloah sularını rədd edib Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə 023 ISA 008 007 Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını – Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq. 023 ISA 008 008 Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!» 023 ISA 008 009 Ey xalqlar, pis işlər görün və qırılın! Ey yer üzünün bütün uzaq ölkələri, eşidin! Döyüşə hazırlaşın və qırılın! Bəli, döyüşə hazırlaşın və qırılın! 023 ISA 008 010 Birlikdə məsləhətləşin, o boşa çıxacaq. İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq, Çünki Allah bizimlədir. 023 ISA 008 011 Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi: 023 ISA 008 012 «Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin, Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin. 023 ISA 008 013 Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! 023 ISA 008 014 O, Müqəddəs məkan olacaq, Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq. 023 ISA 008 015 Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq, Tələyə düşüb əsir aparılacaq». 023 ISA 008 016 Ya Rəbb, şagirdlərimin arasında Şəhadətini qoruyub saxla, təlimini möhürlə! 023 ISA 008 017 Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm, Ona ümid edəcəyəm. 023 ISA 008 018 Mən və Rəbbin mənə verdiyi övladlar Sion dağında məskunlaşan Ordular Rəbbinin İsraildəki rəmzləri və nişanələriyik. 023 ISA 008 019 Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? 023 ISA 008 020 Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq. 023 ISA 008 021 Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər. 023 ISA 008 022 Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar». 023 ISA 009 001 Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı, Gələcəkdə isə dənizkənarı yolu, İordan çayının o biri tayını, Müxtəlif millətlər yaşayan Qalileyanı Şərəfə çatdıracaq. 023 ISA 009 002 Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların Üzərinə nur doğdu. 023 ISA 009 003 Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, Əkib-biçənlərin fərəhləndiyi, Qənimət bölənlərin sevindiyi kimi Onlar da Sənin hüzurunda sevindilər. 023 ISA 009 004 Çünki onlara yük olan boyunduruğunu, Çiyinlərini döyən çomağını, Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. 023 ISA 009 005 Döyüşdə geyilən çəkmələri, Qana bulanmış geyimləri yandırılacaq, Oda yem olacaq. 023 ISA 009 006 Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. 023 ISA 009 007 Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək. 023 ISA 009 008 İsrail üzərində həyata keçirilsin deyə Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi. 023 ISA 009 009 Bütün xalq, Efrayimin, Samariyanın sakinləri Bunu biləcək. Bu qürurlu, təkəbbürlü xalq belə deyir: 023 ISA 009 010 «Kərpic evlərimiz yıxıldı, Amma əvəzinə yonma daşdan evlər tikərik. Firon ənciri ağacları kəsildi, Amma biz onların əvəzinə sidr ağacları əkərik». 023 ISA 009 011 Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək, Yağılarını dirçəldəcək, 023 ISA 009 012 Aramlılar şərqdən, Filiştlilər qərbdən Ağızlarını açıb İsraili udacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. 023 ISA 009 013 Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi, Ordular Rəbbini axtarmadı. 023 ISA 009 014 Buna görə Rəbb İsraildən başı, quyruğu, Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq. 023 ISA 009 015 Baş – ağsaqqal və hörmətli şəxsdir, Quyruq isə yalan təlim verən peyğəmbərdir. 023 ISA 009 016 Bu xalqa yol göstərənlər onları azdırır, Onların ardınca gedənlər qırılır. 023 ISA 009 017 Buna görə də Xudavənd Onların cavanlarına görə sevinməyəcək, Yetimlərin və dul qadınların halına yanmayacaq. Çünki hamı allahsızdır, Şər işlər görür, Hamının ağzından axmaq kəlmələr çıxır. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. 023 ISA 009 018 Ona görə pislik alovlanıb-yanır, Tikanla qanqalı yandırıb-yaxır, Meşədəki kolluqlar məhv olur, Tüstü sütunları qalxır. 023 ISA 009 019 Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir. 023 ISA 009 020 Adamlar orada-burada tapdıqlarını yeyəcək, Amma doymayıb ac qalacaq. Hər kəs öz uşağının ətini yeyəcək. 023 ISA 009 021 Menaşşe Efrayimi yeyəcək, Efrayim Menaşşeni. Sonra birlikdə Yəhudaya hücum edəcəklər. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. 023 ISA 010 001 Haqsız qaydalar çıxaranların, Ədalətsiz qanun qoyanların, 023 ISA 010 002 Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına! 023 ISA 010 003 Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz? Kömək üçün kimin yanına qaçacaqsınız? Mal-dövlətinizi harada saxlayacaqsınız? 023 ISA 010 004 Dustaqlar arasında əyilməkdən Yaxud öldürülənlər arasında yıxılmaqdan Başqa bir çarə qalmayacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. 023 ISA 010 005 «Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir! 023 ISA 010 006 Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm. 023 ISA 010 007 Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir. 023 ISA 010 008 O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi? 023 ISA 010 009 Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı? 023 ISA 010 010 Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə, 023 ISA 010 011 Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”» 023 ISA 010 012 Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam. 023 ISA 010 013 Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim. 023 ISA 010 014 Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”». 023 ISA 010 015 Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir. 023 ISA 010 016 Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq. 023 ISA 010 017 İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək. 023 ISA 010 018 Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq. 023 ISA 010 019 Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq. 023 ISA 010 020 O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq. 023 ISA 010 021 Sağ qalanlar, Yaqub nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək, 023 ISA 010 022 Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək. Tükənməz ədalətlə dağıdılma hökmü verilib. 023 ISA 010 023 Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü Bütün dünyada yerinə yetirəcək. 023 ISA 010 024 Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma. 023 ISA 010 025 Çünki bu yaxında qəzəbim sönəcək, Hiddətim Aşşurluların məhvinə səbəb olacaq». 023 ISA 010 026 Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm. 023 ISA 010 027 O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq. 023 ISA 010 028 Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar. 023 ISA 010 029 Onlar keçidi keçdi, Gevada gecələdi, Rama şəhəri lərzəyə gəldi, Şaulun şəhəri Giveada yaşayanlar qaçdı. 023 ISA 010 030 Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot! 023 ISA 010 031 Madmena sakinləri qaçır, Gevim sakinləri sığınacaq axtarır. 023 ISA 010 032 Bu gün işğalçılar Novda qalacaq, Sion şəhərinin qurulduğu dağa – Yerusəlim təpəsinə yumruq göstərəcək. 023 ISA 010 033 Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq. 023 ISA 010 034 Meşədəki kolluqları balta kimi Kəsib yerə sərəcək. Livan Qüdrətli Olanın önündə diz çökəcək. 023 ISA 011 001 Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, Kökündən çıxan bir budaq bar verəcək. 023 ISA 011 002 Rəbbin Ruhu, Hikmət və anlayış ruhu, Öyüd-nəsihət və qüdrət ruhu, Bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. 023 ISA 011 003 O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. 023 ISA 011 004 Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. 023 ISA 011 005 O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq. 023 ISA 011 006 O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, Dana, gənc aslan və bəslənmiş mal-qara Yan-yana duracaq, Onları balaca uşaq gəzdirəcək. 023 ISA 011 007 İnəklə ayı bir yerdə otlayacaq, Onların balaları bir yerdə yatacaq, Şir də buğa tək saman yeyəcək. 023 ISA 011 008 Südəmər körpə əfi ilanın Yuvası üstündə oynayacaq, Süddən kəsilmiş uşaq Əlini gürzənin yuvasına salacaq. 023 ISA 011 009 Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq. 023 ISA 011 010 O gün Yesseyin kökü xalqlara bayraq olacaq, Millətlər ona tərəf yönələcək Məskunlaşdığı yer izzətlə dolacaq. 023 ISA 011 011 O gün Xudavənd Aşşurdan, Misirdən, Patrosdan, Kuşdan, Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan Xalqının sağ qalanlarını qurtarmaq üçün İkinci dəfə əlini uzadacaq. 023 ISA 011 012 Millətlər üçün bayraq qaldıracaq, Əsir düşmüş İsrail övladlarını yığacaq, Dağılmış Yəhudalıları Dünyanın dörd bucağından bir yerə gətirəcək. 023 ISA 011 013 Efrayimin qısqanclığı yox olacaq, Yəhudanı sıxışdıranlar məhv olacaq. Efrayim Yəhudaya qısqanmayacaq, Yəhuda Efrayimi sıxışdırmayacaq. 023 ISA 011 014 Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq. 023 ISA 011 015 Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq. Fərat çayının üzərində Əlini yellədərək səmum küləyi gətirəcək, O, çayı yeddi dərəyə böləcək, Adamlar oradan çarıqlarla keçə biləcək. 023 ISA 011 016 İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq. 023 ISA 012 001 O gün sən, ey İsrail, belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm! Sən mənə qəzəblənirdin, Lakin qəzəbin söndü, Mənə təsəlli verdin. 023 ISA 012 002 Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!» 023 ISA 012 003 Sevinclə xilas mənbələrindən Su çəkəcəksiniz. 023 ISA 012 004 O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın, Xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin. 023 ISA 012 005 Rəbbi tərənnüm edin, Çünki O, möhtəşəm işlər gördü, Qoy bütün dünya bunu bilsin! 023 ISA 012 006 Ey Sion sakinləri, səsinizi ucaldın, Sevinclə çığırın, Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür». 023 ISA 013 001 Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq: 023 ISA 013 002 Çılpaq dağın zirvəsinə bayraq sancın! Döyüşçüləri bərkdən səsləyin, Əl edin ki, onlar Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin. 023 ISA 013 003 Mən seçdiklərimə əmr verdim, Qəzəbimi düşmənlərə tökmək üçün Cəsur cəngavərləri, Ucalığımla öyünən igidləri səslədim. 023 ISA 013 004 Dağlardakı izdihamın gurultusunu eşidin, Bu, böyük bir xalqın səsinə bənzər. Bir yerə toplanan millətlərin, Padşahlıqların nidasını dinləyin! Ordular Rəbbi bir ordunu döyüşə çağırır! 023 ISA 013 005 Onlar uzaq ölkədən, Üfüqlərin o biri tərəfindən gəlir. Ölkəni tamamilə yerlə yeksan etmək üçün Rəbb və Onun qəzəbinin silahı gəlir. 023 ISA 013 006 Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir! 023 ISA 013 007 Buna görə hamının əlləri yanına düşəcək, Hər kəs qorxub ürəyini yeyəcək. 023 ISA 013 008 Hər bir adamı dəhşət bürüyəcək, Dərd və iztirab içində boğulacaq, Doğan qadın kimi ağrı çəkəcək, Çaşqın-çaşqın bir-birinə baxacaq, Üzləri qızaracaq. 023 ISA 013 009 Budur Rəbbin günü gəlir, Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki, Yeri səhraya döndərsin, Oradakı günahkarları məhv etsin. 023 ISA 013 010 Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. 023 ISA 013 011 Rəbb deyir: «Pisliyə görə dünyanı, Günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, Zalımların məğrurluğunu alçaldacağam. 023 ISA 013 012 İnsan saf qızıldan da az olacaq, Adam Ofir qızılından da nadir halda tapılacaq. 023 ISA 013 013 Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək. 023 ISA 013 014 Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb Öz xalqının yanına qayıdacaq, Öz vətəninə qaçacaq. 023 ISA 013 015 Bütün tutulanların bədəni dəlik-deşik olacaq, Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək. 023 ISA 013 016 Onların gözləri önündə körpələri parça-parça ediləcək, Evləri talan ediləcək, Arvadlarının namusuna toxunulacaq. 023 ISA 013 017 Gümüşə qiymət verməyən, Qızılı sevməyən Midiyalıları Onlara qarşı qaldıracağam. 023 ISA 013 018 Ox-kamanları gəncləri parça-parça edəcək, Körpələrə rəhm etməyəcəklər, Uşaqları əsirgəməyəcəklər. 023 ISA 013 019 Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam. 023 ISA 013 020 Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, Çobanlar sürülərini orada saxlamayacaq. 023 ISA 013 021 Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq. 023 ISA 013 022 Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq». 023 ISA 014 001 Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək. 023 ISA 014 002 Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq. Onda İsrail xalqı Rəbbin torpağında Onları özlərinə qul və kəniz edəcək; Onları əsir aparanları özləri əsir edəcək, Onlara zülm edənlərin üzərində hökm sürəcək. 023 ISA 014 003 Rəbb səni ağrıdan, sıxıntıdan, Gördüyün ağır işdən qurtaranda 023 ISA 014 004 Babil padşahına lağ edib belə deyəcəksən: «Zülmkarın sonu gör necə oldu! Zorakılığın axırı gör necə oldu! 023 ISA 014 005 Rəbb pis adamların dəyənəyini, Hökmdarların əsasını qırdı. 023 ISA 014 006 O əsa ki dayanmadan xalqları qəzəblə vurardı, Millətləri qeyzlə, amansızca əzərdi. 023 ISA 014 007 İndi isə bütün dünya Sakitlik və rahatlıq içində sevincdən coşur. 023 ISA 014 008 Livanın şam və sidr ağacları Sənin fəlakətinə sevinərək deyir: “Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”. 023 ISA 014 009 Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır. 023 ISA 014 010 Hamı səni çağırıb belə deyəcək: “Sən də bizim kimi zəif oldun, bizə bənzədin!” 023 ISA 014 011 Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. 023 ISA 014 012 Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın! 023 ISA 014 013 Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam, 023 ISA 014 014 Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”. 023 ISA 014 015 Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. 023 ISA 014 016 Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan, 023 ISA 014 017 Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?” 023 ISA 014 018 Bütün millətlərin padşahları, Hər biri öz əzəmətli sərdabəsində uyuyur. 023 ISA 014 019 Lakin sən iyrənc budaq kimi Qəbrindən kənara, uzağa atıldın, Bir çuxurun dibinə tullanan, Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən, Ayaq altında qalan leş kimisən. 023 ISA 014 020 Ölkəni dağıdıb xalqını öldürdüyünə görə Başqaları kimi dəfn olmayacaqsan. Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq. 023 ISA 014 021 Atalarının günahına görə Övladları üçün qırğın hazırlayın ki, Onlar qalxıb dünyanı zəbt etməsinlər, Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər». 023 ISA 014 022 «Babil xalqına qarşı qalxacağam» Bunu Ordular Rəbbi bəyan edir. «Babilin adını, sağ qalanlarını, oğullarını, Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir. 023 ISA 014 023 «Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir. 023 ISA 014 024 Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək. 023 ISA 014 025 Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq. 023 ISA 014 026 Bütün dünya üçün hazırladığım hökm budur, Bütün millətlərə qarşı uzanan əl budur. 023 ISA 014 027 Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?» 023 ISA 014 028 Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq: 023 ISA 014 029 «Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək, Onun törəməsi də uçan ilan olacaq. 023 ISA 014 030 Kasıbların ən kasıbı doyacaq, Fəqirlər rahat dincələcək. Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm, Sağ qalanlarınız da öldürüləcək. 023 ISA 014 031 Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir». 023 ISA 014 032 O millətin elçilərinə nə cavab veriləcək? «Rəbb Sionun təməlini qoyub, Onun xalqının fəqirləri orada Sığınacaq tapacaq» deyiləcək. 023 ISA 015 001 Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı. 023 ISA 015 002 Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı. 023 ISA 015 003 Çula bürünərək küçələrdə, Damlarda, meydanlarda hər kəs fəryad edir, Göz yaşları sel kimi axır. 023 ISA 015 004 Xeşbon və Elale fəryad edir, Səsləri Yahsaya qədər eşidilir. Buna görə Moav əsgərləri nalə çəkir, Ürəkləri qorxu içindədir. 023 ISA 015 005 Ürəyim Moav üçün kədərlənir, Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar. 023 ISA 015 006 Nimrim suları quruduğu üçün ot soldu, Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu. 023 ISA 015 007 Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini Söyüdlər vadisindən keçirir. 023 ISA 015 008 Xalqın ağlaşması Moav torpağını bürüyür, Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır. 023 ISA 015 009 Çünki Dimon suları qanla doludur, Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm, Moavdan qaçıb-qurtulanların, Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm. 023 ISA 016 001 Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin. 023 ISA 016 002 Moav qızları yuvalarından atılmış, Ora-bura uçan quşlara bənzəyir, Onlar Arnon çayının bərələrində dolaşır. 023 ISA 016 003 «Bizə öyüd ver, ədalət göstər, Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, Sürgünləri saxla, qaçqınları təslim etmə. 023 ISA 016 004 Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol». Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda, 023 ISA 016 005 Məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər Sədaqətlə padşahlıq edəcək, Hökm edərkən ədaləti axtaracaq, Tezliklə salehliyi yerinə yetirəcək. 023 ISA 016 006 Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər. 023 ISA 016 007 Buna görə Moavlılar Moav üçün fəryad edəcək; Hamısı fəryad edəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək. 023 ISA 016 008 Çünki Xeşbon tarlaları, Sivma tənəkləri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı, O budaqları ki Yazerə qədər uzanardı, Səhraya çatırdı, şaxələnib dənizi aşırdı. 023 ISA 016 009 Buna görə Yazer ağlaşması ilə Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elale, Çünki yay meyvələrinizin və biçininizin üzərinə Döyüş nərəsi düşdü. 023 ISA 016 010 Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim. 023 ISA 016 011 Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır. 023 ISA 016 012 Moav xalqı səcdəgahlarına çıxaraq Boş yerə özünü yorur, Dua etmək üçün Müqəddəs məkanına gedəcək, Amma hər şey boş-boşunadır! 023 ISA 016 013 Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur. 023 ISA 016 014 İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək». 023 ISA 017 001 Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək. 023 ISA 017 002 Aroer şəhərləri tərk olunacaq. Oralar sürülərin otlaq yeri olacaq, Onları qorxudan olmayacaq. 023 ISA 017 003 Efrayimdə qalalı şəhər qalmayacaq, Dəməşqin hakimiyyəti yox olacaq, Sağ qalan Aramlıların qüvvəti İsrail övladlarının qüvvəti tək olacaq. Bunu Ordular Rəbbi bəyan edir. 023 ISA 017 004 O gün Yaqub nəslinin əzəməti sönəcək, Hamısı bir dəri, bir sümük qalacaq; 023 ISA 017 005 Biçinçi taxılı necə biçirsə, Başaqları əli ilə necə yığırsa, Refaim vadisində başaqları necə toplayırsa, Onlar da elə olacaq. 023 ISA 017 006 Zeytun ağacı silkələnəndən sonra Təpəsində iki-üç zeytun qaldığı kimi, Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi Çox az adam sağ qalacaq. Bunu İsrailin Allahı Rəbb bəyan edir. 023 ISA 017 007 O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək. 023 ISA 017 008 Əlləri ilə yaratdığı qurbangahlara baxmayacaq, barmaqları ilə düzəltdiyi ilahə Aşeranın rəmzi olan sütunlara, buxur qurbangahlarına nəzər salmayacaq. 023 ISA 017 009 O gün istehkamlı şəhərləri İsrail övladlarından qaçan Hivlilərlə Emorluların tərk etdiyi Şəhərlərə bənzəyəcək, viran qalacaq. 023 ISA 017 010 Sən, ey İsrail, sənə qurtuluş verən Allahını unutdun, Pənahgahın olan Qayanı xatırlamadın. Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən, Özgə ağacların budaqlarından peyvənd edirsən. 023 ISA 017 011 Onları əkdiyin gün böyüdürsən, Ertəsi gün çiçəkləndirirsən, Amma kədərli, sağalmayan ağrılı gündə məhsul verməyəcəklər. 023 ISA 017 012 Ah, çoxsaylı xalqların gurultusu Dənizlərin gurultusuna bənzər! Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar! 023 ISA 017 013 Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək, Lakin Allah onları məzəmmət edəcək, Onlar uzaqlara qaçacaq, Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi, Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar. 023 ISA 017 014 Axşamçağı onlar dəhşət doğururlar, Səhər açılmadan yox olurlar. Bizi soyanların aqibəti budur, Bizi qarət edənlərin sonu budur. 023 ISA 018 001 Kuş çaylarının o tərəfində yerləşən, Qanad vızıltıları eşidilən ölkənin vay halına! 023 ISA 018 002 Dəniz yolu ilə, qamış qayıqları ilə Bu ölkə elçilər göndərir! Ey sürətli qasidlər, yola düşün! Çaylarla bölünmüş ölkəyə, Ucaboylu, parlaq dərili millətin, Hər yanda qorxu doğuran xalqın, Güclü və işğalçı millətin yanına gedin! 023 ISA 018 003 Ey bütün yer üzündə yaşayanlar! Ey dünya sakinləri! Dağların zirvəsinə bayraq dikələndə baxın! Şeypur çalınanda eşidin! 023 ISA 018 004 Çünki Rəbb mənə belə deyir: «Günəş şüalarından yaranan qızmarlıq kimi, Biçin vaxtının istisində şeh buludu kimi Sakitcə məskənimdən baxacağam». 023 ISA 018 005 Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl Üzümlər qora bağlayanda O, bağ qayçıları ilə pöhrələri kəsəcək, Şaxələnmiş budaqları qırıb atacaq. 023 ISA 018 006 Hamısı dağın yırtıcı quşlarına, Yerin vəhşi heyvanlarının qarşısına atılacaq. Yayda yırtıcı quşlara, Qışda bütün vəhşi heyvanlara yem olacaq. 023 ISA 018 007 O vaxt çaylarla bölünmüş ölkə Ucaboylu, parlaq dərili xalq, Hər yanda qorxu doğuran xalq Güclü və işğalçı millət Ordular Rəbbinə, Ordular Rəbbinin adını qoyduğu yerə – Sion dağına xərac gətirəcək. 023 ISA 019 001 Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri Onun qarşısında titrəyir, Misirlilərin ürəkləri qorxudan əriyir. 023 ISA 019 002 Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq. 023 ISA 019 003 Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək. 023 ISA 019 004 Misirliləri qəddar bir sahibə təslim edəcəyəm, Qüvvətli padşah üzərlərində hökm sürəcək». Sahibimiz, Ordular Rəbbi belə bəyan edir. 023 ISA 019 005 Nilin suları azalacaq, Çay çəkilib quruyacaq. 023 ISA 019 006 Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək. 023 ISA 019 007 Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq. 023 ISA 019 008 Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək. 023 ISA 019 009 İncə kətan üzərində işləyənlər, Ağ bez toxuyanlar ümidlərini itirəcək. 023 ISA 019 010 Misirin sütunları qırılacaq, Bütün muzdlu işçilər ruhdan düşəcək. 023 ISA 019 011 Soan şəhərinin başçıları necə də axmaqdır! Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar firona necə: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm!» deyə bilər? 023 ISA 019 012 Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır? Qoy sənə bildirsinlər Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb. 023 ISA 019 013 Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı. 023 ISA 019 014 Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır. 023 ISA 019 015 Misirdə heç kim heç bir iş görə bilməyəcək: Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış. 023 ISA 019 016 O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. 023 ISA 019 017 Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək. 023 ISA 019 018 O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq. 023 ISA 019 019 O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək. 023 ISA 019 020 Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq. 023 ISA 019 021 Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək. 023 ISA 019 022 Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək. 023 ISA 019 023 O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək. 023 ISA 019 024 O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq. 023 ISA 019 025 Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun». 023 ISA 020 001 Aşşur padşahı Sarqonun əmri ilə ordusunun başçısı Aşdoda gəlib onu ələ keçirtdiyi ildə 023 ISA 020 002 Rəbb Amots oğlu Yeşayaya belə dedi: «Get, əynindəki çulunu və ayağındakı çarıqlarını çıxar». Yeşaya elə də etdi, lüt və ayaqyalın gəzməyə başladı. 023 ISA 020 003 Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa, 023 ISA 020 004 elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq. 023 ISA 020 005 Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək. 023 ISA 020 006 O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”» 023 ISA 021 001 Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə, Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir. 023 ISA 021 002 Dəhşətli görüntü mənə nazil oldu: Xain xainlik edir, viranəçi viran edir. Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al! Babilin bais olduğu bütün fəryadlara son qoyacağam. 023 ISA 021 003 Gördüklərimdən belimə sancı düşdü, Doğan qadın tək məni ağrı tutdu. Eşitdiklərimdən sarsıldım Gördüklərimdən məni vahimə bürüdü. 023 ISA 021 004 Ürəyim əsir, dəhşət məni bürüyür. Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur. 023 ISA 021 005 Gördüyüm görüntüdə süfrə hazırlayırlar, Xalçalar sərirlər, Yeyib-içirlər. Qalxın, ey sərkərdələr, Qalxanları yağlayın! 023 ISA 021 006 Xudavənd mənə belə dedi: «Get, gözətçi təyin et, Qoy o gördüklərini danışsın. 023 ISA 021 007 Qoşa atlı döyüş arabalarına, Atlara, eşşəklərə, dəvələrə minmiş Adamları gördükdə çox diqqət edin». 023 ISA 021 008 Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram, Hər gecə yerimdə növbəmdə olaram. 023 ISA 021 009 Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu». 023 ISA 021 010 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm. 023 ISA 021 011 Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?» 023 ISA 021 012 Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun». 023 ISA 021 013 Ərəbistan barəsində xəbərdarlıq: Ey Dedan karvanları, Ərəbistan meşələrində gecələyəcəksiniz! 023 ISA 021 014 Ey Tema sakinləri, Susamışlara su gətirin! Qaçıb qurtulanlara çörək verin! 023 ISA 021 015 Çünki onlar qılıncdan, Sıyrılmış qılıncdan, Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb. 023 ISA 021 016 Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq. 023 ISA 021 017 Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi. 023 ISA 022 001 Görüntü vadisi barəsində xəbərdarlıq: Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız? 023 ISA 022 002 Ey səs-küylü, əylənən, gurultulu şəhər, Öldürülənləriniz nə qılıncdan keçirildi, Nə də döyüşlərdə öldürüldü. 023 ISA 022 003 Başçılarınız birlikdə qaçdı, Onlar kamanlarından ox atmamış yaxalandı. Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı. 023 ISA 022 004 Buna görə mən belə dedim: «Məni tənha qoyun, qoy acı-acı ağlayım, Əziz xalqım məğlub olduğuna görə Mənə təsəlli verməyə cəhd göstərməyin». 023 ISA 022 005 Çünki Ordular Rəbbi Xudavəndin Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var. Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir. 023 ISA 022 006 Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər. Kir sakinləri qalxanlarını açdılar. 023 ISA 022 007 Ən gözəl vadilərin döyüş arabaları ilə doludur, Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər. 023 ISA 022 008 Yəhudanın istehkamları deşik-deşik oldu, O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız. 023 ISA 022 009 Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz, Aşağı hovuza su yığdınız. 023 ISA 022 010 Yerusəlimdəki evləri saydınız, Şəhər divarının təmiri üçün evləri sökdünüz. 023 ISA 022 011 Köhnə hovuzun suları üçün İki divar arasında su anbarı düzəltdiniz. Lakin bu işi Görənə baxmadınız, Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız. 023 ISA 022 012 O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı. 023 ISA 022 013 Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz. 023 ISA 022 014 Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur. 023 ISA 022 015 Ordular Rəbbi Xudavənd belə dedi: Dur, saray rəisi Şevnanın yanına get və de: 023 ISA 022 016 «Sənin burada nə işin var? Kim icazə verib ki, Burada – yüksəkdə özün üçün məzar qazasan, Qayanın içində özünə sərdabə düzəldəsən? 023 ISA 022 017 Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq, 023 ISA 022 018 Top kimi yuvarlayacaq, Gen-bol ölkəyə atacaq. Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq, Axı öz ağanın evini biabır edən sənsən! 023 ISA 022 019 Səni vəzifəndən atacağam, Tutduğun yerindən qovacağam. 023 ISA 022 020 O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb 023 ISA 022 021 Sənin geyimini ona geyindirəcəyəm, Sənin qurşağını onun belinə bağlayacağam, Səlahiyyətini onun ixtiyarına verəcəyəm. Bu adam Yerusəlim sakinlərinə, Yəhuda xalqına ata olacaq. 023 ISA 022 022 Davud nəslinin açarını onun çiynindən asacağam, Açdığını heç kim bağlaya bilməyəcək, Bağladığını heç kim aça bilməyəcək. 023 ISA 022 023 Mən onu paya kimi bərk yerə vuracağam. O, nəsli üçün fəxr olacaq. 023 ISA 022 024 Bütün nəslinin şöhrəti onun üzərində olacaq. Nəslin və övladların şərəfi – Taslardan tabaqlaradək Bütün qab-qacaqların şöhrəti Onun üzərində olacaq». 023 ISA 022 025 Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi. 023 ISA 023 001 Sur barəsində xəbərdarlıq: Ey Tarşiş gəmiləri, fəryad edin, Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı, Kittim torpağından onlara xəbər gəldi. 023 ISA 023 002 Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun! 023 ISA 023 003 Şixorun taxılı, Nilin məhsulu Dəniz yolundan gələn gəliriniz idi. Bütün şəhər millətlərin alver yeri idi! 023 ISA 023 004 Utan, ey Sidon, dəniz sahilində yerləşən qala! Çünki dəniz belə deyir: «Mən heç doğuş ağrısı çəkmədim, doğmadım, Nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm». 023 ISA 023 005 Sur haqqında xəbər Misirə çatanda Misirlilərin ürəkləri üzüləcək. 023 ISA 023 006 Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad edin! 023 ISA 023 007 Uzaq ölkələri müstəmləkə etmiş, Əylənib keflənən sakinləri olan Qədim şəhər bu imiş? 023 ISA 023 008 Taclar geyindirən Sura qarşı Bunları kim hazırladı? Axı bu şəhərin tacirləri şahzadə idi, Ticarətçiləri dünyanın ən hörmətli adamları idi. 023 ISA 023 009 Ordular Rəbbi bunu hazırladı ki, Hər cür gözəlliyin qürurunu qırsın, Yer üzünün hörmətli adamlarını utandırsın. 023 ISA 023 010 Ey Tarşiş qızı, öz torpaqlarından Nil kimi keç, Artıq maneçilik yoxdur. 023 ISA 023 011 Rəbb dənizin üzərinə əlini uzatdı, Padşahlıqları titrətdi, Kənanın istehkamlarının dağılması haqqında əmr verdi. 023 ISA 023 012 Onda Rəbb dedi: «Ey zorlanmış bakirə Sidon qızı, Sən bir daha sevinməyəcəksən! Qalx, Kittimə yollan, Amma orada da canına rahatlıq tapmayacaqsan». 023 ISA 023 013 Xaldey ölkəsinə bax! O xalq artıq yoxdur. Aşşurlular o ölkəni Vəhşi heyvanların məskəninə döndərdi. Onlar hücum etmək üçün qüllələri tikdi, Sarayları dağıtdılar, Bu diyarı viranəliyə çevirdi. 023 ISA 023 014 Fəryad edin, ey Tarşiş gəmiləri, Çünki istehkamınız dağılıb. 023 ISA 023 015 Bundan sonra Sur şəhəri yetmiş il ərzində bir padşahın ömrü qədər unudulacaq. Yetmiş il keçdikdən sonra Surun da başına fahişə qadın üçün bəstələdiyi nəğmədəki kimi belə gələcək: 023 ISA 023 016 «Ey unudulmuş fahişə, Əlinə bir lira al, şəhəri dolan! Gözəl havalar çal, çoxlu nəğmələr oxu, Qoy səni yada salsınlar!» 023 ISA 023 017 Yetmişinci ilin sonunda Rəbb Sur şəhərini yada salacaq. Bu şəhər yenə də ticarətə başlayacaq. Dünyanın bütün padşahlıqları ilə fahişəlik edəcək. 023 ISA 023 018 Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin hüzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin edəcək. 023 ISA 024 001 Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq. 023 ISA 024 002 Nə xalqla kahin arasında, Nə nökərlə ağası arasında, Nə qarabaşla xanımı arasında, Nə alıcı ilə satıcı arasında, Nə borc verənlə borc alan arasında Nə də sələmçi ilə borc alan arasında Heç bir fərq qoyulmayacaq. 023 ISA 024 003 Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi. 023 ISA 024 004 Dünya saralıb-solur, Yer üzü quruyub-solur. Dünyanın məğrur insanları məyus olur. 023 ISA 024 005 Dünyanı sakinləri murdar etdi, Çünki Allahın qanunlarını tapdaladı, Qaydalarına xor baxdı, Əbədi əhdi pozdu. 023 ISA 024 006 Bu səbəbə görə Lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri Günahlarının cəzasını çəkir, Buna görə yanır, Çox az adam sağ qalacaq. 023 ISA 024 007 Təzə şərab qurtarır, meynələr solur, Nə vaxtsa fərəhlənən adamlar kədərlənir. 023 ISA 024 008 Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir. 023 ISA 024 009 Bir daha nəğmə oxuyub şərab içmirlər, İçkinin dadı içənə acı gəlir. 023 ISA 024 010 Viran qalmış şəhər xaraba qalıb, Bütün evlər qıfıllanıb, Heç kim ora girə bilmir. 023 ISA 024 011 Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar, Fərəhdən əsər-əlamət qalmadı. Dünyanın sevinci əsir aparıldı. 023 ISA 024 012 Şəhər viranə qaldı, Darvazaları darmadağın oldu. 023 ISA 024 013 Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, Dünyadakı xalqlar da elə olacaq. 023 ISA 024 014 Sağ qalanlar səslərini ucaldıb Sevinc ilahiləri söyləyəcək, Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək. 023 ISA 024 015 Beləliklə, şərqdə yaşayanlar Rəbbi ucaldacaq, Uzaq diyarların sakinləri İsrailin Allahı Rəbbin adını yüksəldəcək. 023 ISA 024 016 Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik: «Saleh Olana izzət olsun!» Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma! Xainlər xainliklərini davam edir, Bəli, xainlər xaincəsinə hərəkət edir!» 023 ISA 024 017 Ey dünya sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq! 023 ISA 024 018 Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq. 023 ISA 024 019 Yer üzü çatlayacaq, çatlayacaq, Dünya yarılacaq, yarılacaq, Dünya lərzəyə gələcək, lərzəyə gələcək! 023 ISA 024 020 Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək. 023 ISA 024 021 O gün Rəbb yuxarıda – göydəki orduları, Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq. 023 ISA 024 022 Onlar yeraltı zindana dustaq kimi yığılacaq, Həbsxanada bağlı saxlanacaq, Uzun müddət keçəndən sonra cəzalanacaq. 023 ISA 024 023 Ay qaralacaq, günəş işıq saçmayacaq. Çünki Ordular Rəbbi Sion dağında, Yerusəlimdə hökm sürəcək. Xalqın başçıları Onun əzəmətini görəcək. 023 ISA 025 001 Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin. 023 ISA 025 002 Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz. 023 ISA 025 003 Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək. Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq. 023 ISA 025 004 Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir, 023 ISA 025 005 Quraqlıqda bürkü kimidir. Lakin Sən, ya Rəbb, Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın, Amansız yağıların nəğmə səslərini kəsdin. 023 ISA 025 006 Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. 023 ISA 025 007 Bu dağda bütün xalqların üzərindəki duvağı, Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək. 023 ISA 025 008 Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi. 023 ISA 025 009 O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!» 023 ISA 025 010 Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq. 023 ISA 025 011 Üzgüçü üzərkən əl-qol atdığı kimi Moav peyinlikdə əl-qol atacaq, Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq. 023 ISA 025 012 O, Moavın istehkamlarını, Yüksək divarlarını yerə endirəcək, Dağıdıb yerlə yeksan edəcək. 023 ISA 026 001 O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir. 023 ISA 026 002 Açın şəhərin darvazalarını, Qoy sadiq qalan saleh millət içəri girsin. 023 ISA 026 003 Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir. 023 ISA 026 004 Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır. 023 ISA 026 005 O, yuxarıdan gedənləri alçaldar, Onların yaşadığı şəhəri dağıdar, Yerlə yeksan edər. 023 ISA 026 006 O şəhər məzlumların ayaqları, Yoxsulların addımları altında tapdalanacaq. 023 ISA 026 007 Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən. 023 ISA 026 008 Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir. 023 ISA 026 009 Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir. 023 ISA 026 010 Pis adama rəhm etsələr də, O, doğruluğu öyrənməz, Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər, Rəbbin əzəmətini görməz. 023 ISA 026 011 Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək. 023 ISA 026 012 Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən. 023 ISA 026 013 Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq. 023 ISA 026 014 O ağalar öldü, artıq yaşamır, Onlar kölgə kimidir, dirilməyəcək, Çünki Sən onları cəzalandırıb məhv etdin, Onlar haqqında hər bir xatirəni yox etdin. 023 ISA 026 015 Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb! Bəli, milləti çoxaltdın, Özünü izzətləndirdin. Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin». 023 ISA 026 016 Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı. Sənin cəzan üzərlərində olanda Sənə dua edib yalvardı. 023 ISA 026 017 Hamilə qadın doğuş vaxtı gələndə Ağrı çəkib qovrularaq necə qışqırırsa, Biz də Sənin qarşında elə idik, ya Rəbb! 023 ISA 026 018 Biz də sanki hamilə idik, ağrı çəkirdik, Lakin küləkdən başqa bir şey doğmadıq. Nə dünyaya qurtuluş gətirə bildik, Nə də dünya sakinlərini həyata qovuşdurduq. 023 ISA 026 019 Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər. Ey torpaq altında yatanlar, oyanın, Sevinc nəğməsini oxuyun, Çünki şeh torpağı necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək. 023 ISA 026 020 Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən! 023 ISA 026 021 Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, Öldürülənləri artıq gizlətməyəcək. 023 ISA 027 001 O gün Rəbb Livyatana, qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilana Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək, Dənizdəki əjdahanı öldürəcək. 023 ISA 027 002 O gün Rəbb deyəcək: «Xoşladığım bağ üçün nəğmələr oxuyun! 023 ISA 027 003 Mən Rəbb, bağı qoruyuram, Tez-tez sulayıram, Gecə-gündüz keşiyində dururam ki, Heç kəs ona zərər verməsin. 023 ISA 027 004 Mən qəzəblənmirəm, Kaş qarşıma tikan və qanqal çıxaydı, Onda onlara qarşı çıxıb döyüşərdim, Hamısını odda yandırardım. 023 ISA 027 005 Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli, qoy Mənimlə barışsınlar». 023 ISA 027 006 Yaqub nəsli gələcəkdə kök salacaq, İsrail şaxələnəcək, çiçəklənəcək, Yer üzünü bəhrələri ilə dolduracaq. 023 ISA 027 007 Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu? Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü? 023 ISA 027 008 Rəbb Öz xalqına hökm etdi, Qovub sürgünə göndərdi. Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu. 023 ISA 027 009 Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq, Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq: Bütpərəst qurbangahların daşları Tabaşir kimi ovulacaq, İlahə Aşeranın rəmzi olan sütunlar Ya da buxur qurbangahları Bir daha dikəlməyəcək. 023 ISA 027 010 İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq. 023 ISA 027 011 Şaxələri quruyanda qoparılacaq, Qadınlar gəlib onları yandıracaq. Bu xalq ağılsız olduğuna görə Yaradan onlara rəhm etməyəcək, Xaliq onlara qarşı xeyirxah olmayacaq. 023 ISA 027 012 O gün Rəbb Fərat çayından Misir vadisinə qədər Öz bəhrələrini yığacaq. Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları! 023 ISA 027 013 O gün böyük şeypur çalınacaq, Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib Yerusəlimdə Müqəddəs dağda Rəbbə səcdə edəcək. 023 ISA 028 001 Məhsuldar vadinin başında yerləşən, Şəraba uymuşların şəhərinin – Efrayim sərxoşlarının qürurlu tacının, İzzətli gözəlliyin və solan çiçəyin vay halına! 023 ISA 028 002 Budur, Rəbbin güclü, qüvvətli bir adamı var. O, bərk yağan dolu, Bəla gətirən fırtına kimi, Hər şeyi yolunda məhv edən sel kimi gəlir, Əlləri ilə şəhəri yerlə yeksan edəcək. 023 ISA 028 003 Efrayim sərxoşlarının şəhəri, qürur tacı Ayaq altında tapdalanacaq. 023 ISA 028 004 Məhsuldar vadinin başında yerləşən şəhər, İzzətli və gözəl tac, Artıq solan çiçəyi xatırladan şəhər, Vaxtından əvvəl yetişən əncir kimi olacaq. Onu görən tez dərib yeyəcək. 023 ISA 028 005 O gün Ordular Rəbbi Sağ qalan xalqı üçün Gözəllik tacı, izzət çələngi olacaq. 023 ISA 028 006 Hökm kürsüsündə oturana ədalət ruhu, Şəhər darvazalarını müdafiə edənlərə qüdrət verəcək. 023 ISA 028 007 Kahinlər və peyğəmbərlər də şərabdan səndələyir, İçkidən büdrəyir, Şərab içib xumarlanıb, İçkidən yollarını azıb. Onlar yanlış görüntülər görür, Tutarsız qərarlar qəbul edir. 023 ISA 028 008 Bütün süfrələri qusmaq və natəmizliklə doludur, Bulanmamış yer yoxdur! 023 ISA 028 009 «Bu adam kimi öyrədir? Kimə öyüd verir? Süddən kəsilmiş, ana döşündən ayrılmış körpə uşaqlaramı? 023 ISA 028 010 Bu nədir? Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan». 023 ISA 028 011 Onda Rəbb bu xalqla Yadellilərin ağzı ilə, Başqa dildə danışacaq. 023 ISA 028 012 O sizin hamınıza dedi: «Rahatlıq budur, Yorğunlara dinclik verin, budur istirahət». Amma onlar eşitmək istəmədilər. 023 ISA 028 013 Rəbbin sözü onlar üçün «Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan» olacaq ki, Gedib arxası üstə yıxılsınlar, yaralansınlar, Tələyə düşüb əsir aparılsınlar. 023 ISA 028 014 Buna görə də, ey rişxəndçilər, Yerusəlimdə olan bu xalqın rəhbərləri, Rəbbin sözünə qulaq asın! 023 ISA 028 015 Madam ki siz dediniz: «Ölümlə əhd bağladıq, Ölülər diyarı ilə razılığa gəldik, Ölkəyə böyük bəla gələndə Bizə zərər verməyəcək, Çünki yalanı özümüzə sığınacaq etdik, Hiylənin arxasında gizləndik», 023 ISA 028 016 Buna görə də Xudavənd Rəbb belə deyir: Budur, Sionda təməl olaraq bir daş, Sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən hər kəs narahat olmayacaq. 023 ISA 028 017 Ədaləti ölçü, salehliyi şaqul edəcəyəm. Yalan sığınacağını dolu məhv edəcək, Gizləndiyiniz yerləri sellər yuyub-aparacaq. 023 ISA 028 018 Ölümlə bağladığınız əhd ləğv olunacaq, Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək. 023 ISA 028 019 Bu bəla hər gələndə sizə toxunacaq. O hər səhər, gecə-gündüz keçəcək. Bu xəbəri anlayanda dəhşətə gələcəksiniz. 023 ISA 028 020 Yataq uzanmaq üçün qısa, Yorğan bürünmək üçün dar olacaq. 023 ISA 028 021 Çünki Rəbb Perasim dağında etdiyi kimi qalxacaq, Giveon vadisindəki kimi qəzəblənəcək. O Öz işini, qeyri-adi işini yerinə yetirəcək! Öz əməlini, naməlum əməlini həyata keçirəcək. 023 ISA 028 022 Buna görə də rişxənd etməyin ki, Buxovlarınız daha da ağırlaşmasın. Çünki Ordular Rəbbi Xudavənddən eşitmişəm ki, Bütün ölkə məhv olacaq. 023 ISA 028 023 Qulaq asın, səsimi eşidin, diqqət edin, Dediyimi dinləyin. 023 ISA 028 024 Əkinçi əkin əkmək üçün durmadan yeri şumlayarmı, Torpaqda şırım açıb malalayarmı? 023 ISA 028 025 O, torpağı hamarlayandan sonra qara çörək otunu, zirəni səpməzmi? Buğdanı sıra ilə, arpanı ayırdığı yerə, pərinci də onun yanına əkməzmi? 023 ISA 028 026 Allah ona öyüd verər, onu öyrədər. 023 ISA 028 027 Çünki qara çörək otunu vəl ilə döyməzlər, Zirənin üstünə araba təkərləri ilə sürməzlər. Qara çörək otu dəyənəklə, zirə isə çubuqla döyülər. 023 ISA 028 028 Buğdanı çörək bişirmək üçün xırmanda döyürlər, Amma o fasiləsiz döyülməz. Xırmanın üstündən araba və atlar keçsə də, buğdanı əzməz. 023 ISA 028 029 Bu hikmət Ordular Rəbbindən gəlir. Onun məsləhəti ecazkardır, hikməti böyükdür. 023 ISA 029 001 Ariel, ey Ariel, Davudun ordugah qurduğu şəhər! İli ilə qat, bayramların keçirilsin. 023 ISA 029 002 Amma Arielə əzab verəcəyəm, O, fəryad, fəğan edəcək, Mənim üçün qurbangah ocağı kimi olacaq. 023 ISA 029 003 Sənə qarşı ətrafında ordugah quracağam, Dövrəsinə istehkamlar düzəcəyəm, Sənə hücum etmək üçün qüllələr tikəcəyəm. 023 ISA 029 004 Alçaldılacaqsan, yerin altından danışacaqsan, Toz-torpaq içindən səsin boğuq gələcək, Səsin ölü səsi kimi yerdən, Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq. 023 ISA 029 005 Amma çoxlu düşmənlərin narın toz kimi, Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq. Qəflətən bir an içində, 023 ISA 029 006 Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə, Böyük səs-küylə, qasırğa və fırtına ilə, Hər şeyi məhv edən od ilə sənin yanına gələcək. 023 ISA 029 007 Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar, Ona və qalalarına qarşı savaşanların hamısı, Ona zülm edənlər bir röya kimi, Gecə görünən yuxu kimi yox olacaq. 023 ISA 029 008 Yuxuda çörək yediyini görən ac adam Oyananda yenə acdır. Yuxuda su içdiyini görən susuz adam Oyananda yenə susuzluqdan yanır. Sion dağına qarşı döyüşən Bütün millətlərdən izdihamlar da belə olacaq. 023 ISA 029 009 Heyrətlənin və təəccüblənin, Gözünüzü kor edin, qoy görməsin. Şərab içmədən sərxoş olun, İçki içmədən səndələyin. 023 ISA 029 010 Çünki Rəbb sizi dərin yuxuya saldı. Ey peyğəmbərlər, gözlərinizi yumdu, Ey görücülər, sizi kor elədi. 023 ISA 029 011 Bütün bu görüntü sizin üçün möhürlənmiş kitabın sözlərinə bənzəyir. Oxumağı bacarana bunu verib desələr: «Rica edirəm, bunu oxu!» O isə cavab verir: «Oxuya bilmərəm, çünki möhürlüdür». 023 ISA 029 012 Kitabı oxuya bilməyənə verib desələr: «Bunu oxu, rica edirəm», o isə cavab verir: «Mən oxuya bilmirəm». 023 ISA 029 013 Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb Dilləri və dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Onların Mənə səcdə etmələri İnsanlardan öyrəndikləri əmrlərdən gəlir. 023 ISA 029 014 Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm, Müdriklərinin müdrikliyi məhv olacaq, Aqillərinin ağlı yox olacaq». 023 ISA 029 015 Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?» deyirlər. 023 ISA 029 016 Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə «O məni düzəltmədi» deyərmi? Qab onu yaradan barədə «O heç nə anlamır» deyərmi? 023 ISA 029 017 Livan tezliklə məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi? 023 ISA 029 018 O gün karlar kitabdakı sözləri eşidəcək, Korların gözləri zülmət qaranlıqda görəcək. 023 ISA 029 019 Fəqirlər Rəbdə sevinc tapacaq, Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq. 023 ISA 029 020 Çünki zülmkarlar yox olacaq, Rişxəndçilər itib-batacaq. Pislik etməyə hazır olanlar məhv olacaq. 023 ISA 029 021 Onlar başqasına böhtan atanlar, Şəhər darvazasında hakimə tələ quranlardır, Haqlının haqqını nahaq yerə təhrif edənlərdir. 023 ISA 029 022 Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir: «Yaqub nəsli artıq utanmayacaq, Üzləri qorxudan saralmayacaq. 023 ISA 029 023 Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar. 023 ISA 029 024 Yolunu azanlar anlayacaq, Gileylənənlər təlim öyrənəcək». 023 ISA 030 001 Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına, Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar, Ruhuma uyğun olmayan razılaşma edirlər, Eləcə günahı günaha qatırlar. 023 ISA 030 002 Məndən məsləhət almadan Misirə gedirlər, Fironun himayəsini axtarırlar, Misirin kölgəsi altında sığınacaq tapırlar. 023 ISA 030 003 Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək. 023 ISA 030 004 Başçıları Soanda olduqlarına, Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq, 023 ISA 030 005 Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq. O xalqın onlara nə köməyi, nə də faydası olacaq, Ancaq xəcalət və rüsvayçılıq olacaq». 023 ISA 030 006 Negev heyvanları barəsində xəbərdarlıq: Yəhudanın elçiləri erkək və dişi aslanların, Gürzələrin, uçan ilanların yaşadığı Narahat və təhlükəli torpaqdan keçirlər. Mal-dövlətini eşşəklərin belinə, Xəzinələrini dəvələrin hürgücünə yükləyib Onlara kömək edə bilməyən xalq üçün aparırlar. 023 ISA 030 007 Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə «Tənbəl Rahav» adını qoydum. 023 ISA 030 008 «İndi get, sənə danışdığımı Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, Gələcəkdə, əbədiyyətdə şahid olsun. 023 ISA 030 009 Çünki bu, üsyankar xalq, Yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur. 023 ISA 030 010 Onlar baxıcılara “bir daha görüntü görməyin”, Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, Bizə xoş sözlər söyləyin, Arzuladığımızı peyğəmbərlik edin. 023 ISA 030 011 Yoldan çəkilin, bizə yol verin, İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər». 023 ISA 030 012 Buna görə də İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd etdiyinizə görə, Zorakılığa və yalana güvənib bel bağladığınıza görə 023 ISA 030 013 Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir, Qəflətən, bir an içində dağıla bilər. 023 ISA 030 014 Ölkəniz də bir gil qab kimi qırılacaq, Elə xıncım-xıncım olacaq ki, Ocaqdan od götürmək üçün Yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq». 023 ISA 030 015 Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz. 023 ISA 030 016 Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”, Buna görə siz qaçmalı olacaqsınız. “Çevik atlara minəcəyik”. Buna görə təqibçiləriniz də çevik olacaq. 023 ISA 030 017 Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq, Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız; Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək, Təpədəki bayraq tək olacaq». 023 ISA 030 018 Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır! 023 ISA 030 019 Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı, Siz artıq ağlamayacaqsınız, Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq, Fəryadınızı eşidən kimi cavab verəcək. 023 ISA 030 020 Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək, Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək, Onu gözünüzlə görəcəksiniz. 023 ISA 030 021 Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz. 023 ISA 030 022 Onda siz gümüşlə örtülən oyma bütlərinizi, Qızılla örtülmüş tökmə bütlərinizi Murdar hesab edəcəksiniz. Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz: «Rədd ol!» 023 ISA 030 023 Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq. 023 ISA 030 024 Torpağı şumlayan öküzlərlə eşşəklər Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək. 023 ISA 030 025 O böyük məğlubiyyət günündə Qalalar yerə çökəndə Hər hündür dağdan, Hər uca təpədən sellər axacaq. 023 ISA 030 026 Rəbb Öz xalqının yaralarını sarıdığı gün, Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, Ay işığı günəş işığı, Günəşin işığı yeddi günün işığı kimi Yeddi qat artıq parlayacaq. 023 ISA 030 027 Budur, Rəbbin adı uzaqdan gəlir, Qızğın qeyzlə qara bulud içində Ağzı qəzəbli sözlərlə doludur, Dili sanki hər şeyi məhv edən alovdur. 023 ISA 030 028 Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar. 023 ISA 030 029 Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq. 023 ISA 030 030 Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək. 023 ISA 030 031 Aşşur Rəbbin səsindən vahiməyə gələcək, Rəbb dəyənəyi ilə onları vuracaq. 023 ISA 030 032 Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini Dəf və liralar müşayiət edəcək. Döyüşərkən əl-qol atıb onları vuracaq. 023 ISA 030 033 Tofet çoxdan hazırdır, Aşşur padşahı üçün də O yer dərinləşdirilib genişləndirilmişdir. Od çuxurunda çoxlu odun, alov var. Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar. 023 ISA 031 001 Kömək üçün Misirə enənlərin, Atlara güvənənlərin vay halına! Onlar döyüş arabalarının çoxluğuna, Süvarilərin gücünə bel bağlayır! Amma İsrailin Müqəddəsinə baxmırlar, Rəbbi axtarmırlar! 023 ISA 031 002 Lakin Rəbb tam hikmətə malikdir, O bəla gətirər, Öz sözlərini geri götürməz, Pislik edən adamlara, Günahkarlara kömək edənlərə qarşı çıxar. 023 ISA 031 003 Misirlilər Allah deyil, insandır, Atları da ətdəndir, ruhdan deyil. Rəbb Öz əlini uzadanda Yardım edən büdrəyəcək, Yardım alan yıxılacaq, Hamısı birlikdə məhv olacaq. 023 ISA 031 004 Çünki Rəbb mənə belə dedi: «Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə Bir dəstə çoban ona qarşı haray salsa da, Aslan onların səslərindən qorxmur, Qışqırıqlarına məhəl qoymur. Ordular Rəbbi də elə enəcək, Sion dağını, onun təpələrini Qorumaq üçün döyüşəcək. 023 ISA 031 005 Quş qanad açıb necə balalarını qoruyursa, Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq, Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək». 023 ISA 031 006 Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün! 023 ISA 031 007 Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız. 023 ISA 031 008 «Aşşurlular qılıncdan məhv olacaq, İnsan qılıncından yox. Onlar qılıncdan keçiriləcək, Amma bu insan qılıncı olmayacaq. Aşşurlular döyüş meydanından qaçacaq, Cavanları isə yaxalanıb qul olacaq. 023 ISA 031 009 Aşşur padşahı dəhşət içində qaçacaq. Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək». Bunu alovu Sionda, Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir. 023 ISA 032 001 Budur, padşah salehliklə hökm sürəcək, Başçılar ədalətlə rəhbərlik edəcək. 023 ISA 032 002 Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq, Quraqlıqda bulaqlar, Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq. 023 ISA 032 003 Görənlərin gözləri bir daha yumulmayacaq, Eşidənlərin qulaqları dinləyəcək. 023 ISA 032 004 Ağılsızların ağlı biliyə doğru yönələcək, Pəltəklər açıq-aydın danışacaq. 023 ISA 032 005 Artıq axmaq adama alicənab deyilməyəcək, Alçağı ağayana insan saymayacaqlar. 023 ISA 032 006 Çünki axmaq səfeh-səfeh danışır, Ürəyinin niyyəti pislik etməkdir. Onun işi küfr edib, Rəbbə qarşı təhqiranə danışmaq, Acları ac, susuzları susuz qoymaqdır. 023 ISA 032 007 Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin. 023 ISA 032 008 Amma alicənab adam Alicənab şeylər barəsində fikirləşər. Elədiyi xoş əməllər ona dayaqdır. 023 ISA 032 009 Ey qayğısız qadınlar, Qalxın, səsimi eşidin! Ey laqeyd qızlar, sözümü dinləyin! 023 ISA 032 010 Ey laqeyd qadınlar, Siz bir ildən sonra sarsılacaqsınız, Çünki bağda məhsul, Meyvə yığımı olmayacaq. 023 ISA 032 011 Ey qayğısızlar, əsin! Ey laqeydlər, lərzəyə gəlin, Geyimlərinizi çıxarın, Soyunun, belinizə çul qurşayın. 023 ISA 032 012 Gözəl tarlalar, Məhsuldar meynələr üçün, 023 ISA 032 013 Xalqımın tikanlı kollar bitən torpağı üçün, Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün Sinə döyün. 023 ISA 032 014 Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq. 023 ISA 032 015 Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək. O vaxt səhra məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönəcək. 023 ISA 032 016 Sonra ədalət səhrada məskunlaşacaq, Salehlik məhsuldar tarlada yaşayacaq. 023 ISA 032 017 Salehliyin bəhrəsi əmin-amanlıq, Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq. 023 ISA 032 018 Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq. 023 ISA 032 019 Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da, 023 ISA 032 020 Bütün sulu torpaqlarda toxum əkənlər, Oraya malını, eşşəyini sərbəst buraxanlar, Siz nə xoşbəxtsiniz! 023 ISA 033 001 Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan. 023 ISA 033 002 Ya Rəbb, bizə qarşı lütfkar ol, Çünki Sənə ümid etmişik. Hər səhər bizim qüvvətimiz ol, Fəlakət günündə bizi qurtar. 023 ISA 033 003 Sənin qüdrətli səsindən xalqlar qaçır, Sən ayağa qalxarkən Millətlər pərən-pərən olur. 023 ISA 033 004 Çəyirtkələr tarlanı nə cür talan edirlərsə, Ey millətlər, qənimətiniz də o cür talan olacaq. Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar. 023 ISA 033 005 Rəbb ucadır, yüksəklərdə oturur, Sionu ədalətlə və salehliklə doldurur. 023 ISA 033 006 O, yaşadığınız dövrün təməlidir, Qurtuluşun, hikmətin, biliyin mənbəyidir, Rəbb qorxusu sənin xəzinəndir. 023 ISA 033 007 Budur, millətlərin igidləri küçələrdə çığırırlar. Sülh qasidləri hönkürüb ağlayırlar. 023 ISA 033 008 Yollar boşalıb, səyyahlar yoxdur. Düşmən əhdi pozdu, Şəhərləri dağıtdı, adamları alçaltdı. 023 ISA 033 009 Ölkə yas tutur, zəifləyir, Livan məğlub olub, solub, Şaron səhraya dönür, Başan və Karmelin ağacları yarpaqlarını tökür. 023 ISA 033 010 Rəbb deyir: «İndi qalxacağam, İndi yüksələcəyəm, İndi ucalacağam. 023 ISA 033 011 Samana hamilə qalıb küləş doğacaqsınız, Nəfəsiniz sizi məhv edən alova dönəcək. 023 ISA 033 012 Xalqlar yanıb kül olacaq, Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq. 023 ISA 033 013 Ey uzaqda yaşayanlar, Nə elədiyimi eşidin, Ey yaxında yaşayanlar, Mənim gücümü bilin». 023 ISA 033 014 Siondakı günahkarlar dəhşətə, Allahsızlar lərzəyə gəldi: «Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?» 023 ISA 033 015 Amma salehlik yolu ilə gedən, Doğru sözlər danışan, Zorakılıqla əldə edilən qazancı rədd edən, Əlini rüşvətdən uzaq tutan, Qatillərin qurduğu qəsdə fikir verməyən, Pisliyə qarşı gözlərini yuman 023 ISA 033 016 Yüksəkliklərdə yaşayacaq, Təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. 023 ISA 033 017 Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək, Ucsuz-bucaqsız ölkəni seyr edəcək. 023 ISA 033 018 «Haradadır xərac yığan? Haradadır qeydiyyat aparan? Haradadır qüllələrə nəzər salan?» deyərək Dəhşətli günlər haqqında düşünəcəksən. 023 ISA 033 019 Anlaşılmaz, yad dildə danışan Təkəbbürlü xalqı daha görməyəcəksən. 023 ISA 033 020 Bayramlar keçirdiyimiz şəhərə – Siona bax! Gözlərin Yerusəlimi, Sarsılmaz çadırı, sülh məskənini görəcək. Onun payaları heç vaxt sökülməyəcək, Kəndirlərinin heç biri qırılmayacaq. 023 ISA 033 021 Lakin orada – Geniş çayların, irmaqların olduğu yerdə Əzəmətli Rəbb bizimlə olacaq. Oradan avarlı qayıqlar, böyük gəmilər Keçə bilməz. 023 ISA 033 022 Çünki Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir, Odur bizi qurtaran. 023 ISA 033 023 Gəmilərinin ipləri boşaldı, Dor ağacları yerində möhkəm dayanmadı, Yelkənləri açılmadı. O vaxt böyük talan malı paylanacaq, Hətta topal adamlar da talan edəcək. 023 ISA 033 024 Heç bir Sion sakini «Xəstəyəm» deməyəcək, Orada yaşayan xalqın günahları bağışlanacaq. 023 ISA 034 001 Ey millətlər, yaxın gəlin, eşidin, Ey ümmətlər, dinləyin! Ey dünya və sakinləri, Yer üzü və onun bütün yetirmələri, qulaq asın! 023 ISA 034 002 Çünki Rəbb bütün millətlərə qarşı qəzəbləndi, Onların ordularına qarşı qeyzə gəldi. Onların hamısını məhv edəcək, Ölümə məhkum edəcək. 023 ISA 034 003 Ölüləri kənara atılacaq, Meyitlərindən üfunət qalxacaq, Dağlar onların qanına bulanacaq. 023 ISA 034 004 Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək. Göy ulduzları meynə yarpağı kimi, Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq. 023 ISA 034 005 Rəbb deyir: «Çünki qılıncım göylərdə doyub, Bax Edomun üzərinə, Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir». 023 ISA 034 006 Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu, Qoç böyrəklərinin yağı ilə piy bağladı. Çünki Rəbb Bosrada qurban, Edomda isə böyük qırğın hazırlayıb. 023 ISA 034 007 Onlarla birlikdə çöl öküzləri, Buzovlar, güclü buğalar yerə səriləcək. Onların ölkəsi qanla dolacaq, torpaqları piylə münbit olacaq. 023 ISA 034 008 Çünki Rəbbin qisas günü var, Siona edilən zülmlərin intiqam ili var. 023 ISA 034 009 Edomun axar suları qatrana, Torpağı kükürdə dönəcək, Ölkənin hər tərəfi yanan qatrana çevriləcək; 023 ISA 034 010 Gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq, Nəsildən-nəslədək viran qalacaq, Əsrlər boyu oradan heç kəs keçməyəcək. 023 ISA 034 011 Orada ancaq bayquşlarla kirpilər yurd salacaq, Böyük bayquşlarla qarğalar orada yaşayacaq. Rəbb oranı qarmaqarışıqlıq ipi, viranəlik şaqulu ilə ölçəcək. 023 ISA 034 012 Orada heç bir adlı-sanlı adam qalmayacaq ki, Onu padşah elan etsinlər. Bütün başçıların sonu gələcək. 023 ISA 034 013 Saraylarında tikanlar, Qalalarında gicitkən və böyürtkən bitəcək. Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq. 023 ISA 034 014 Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək, Təkələr bir-birini səsləyəcək, Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq. 023 ISA 034 015 Orada bayquş yuva quracaq, yumurtlayacaq, Öz kölgəsi altında balalar çıxaracaq. Çalağanlar da orada cüt-cüt yığışacaq. 023 ISA 034 016 Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq. 023 ISA 034 017 Rəbb Özü onlar üçün püşk atdı, Əli ilə ölkəni ölçüb, onlara payladı. Onlar bu ölkəyə əbədi malik olacaq, Nəsildən-nəslə burada yaşayacaq. 023 ISA 035 001 Səhra və quru torpaq sevinəcək, Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. 023 ISA 035 002 Hər yan gül açacaq, Şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək. 023 ISA 035 003 Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin. 023 ISA 035 004 Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» 023 ISA 035 005 O vaxt korların gözləri, karların qulaqları açılacaq, 023 ISA 035 006 Axsaqlar ceyran kimi hoppanacaq, Lalların dili sevinclə nəğmə deyəcək, Çünki səhrada bulaqlar fışqıracaq, Quru torpaqda çaylar axacaq. 023 ISA 035 007 Qızmar qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək. 023 ISA 035 008 Orada bir yol olacaq, O yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, O yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq. 023 ISA 035 009 Orada şirlər olmayacaq, Yırtıcı heyvanlar o yola çıxmayacaq, Onlara orada rast gəlməyəcəklər. Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək. 023 ISA 035 010 Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar fərəh və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq! 023 ISA 036 001 Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. 023 ISA 036 002 Aşşur padşahı baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Baş vəzir Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandı. 023 ISA 036 003 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onun qabağına çıxdılar. 023 ISA 036 004 Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? 023 ISA 036 005 Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? 023 ISA 036 006 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. 023 ISA 036 007 Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsən. Məgər bu o Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız qurbangahın önündə səcdə edin› demədimi? 023 ISA 036 008 İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. 023 ISA 036 009 Görək, sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! 023 ISA 036 010 Məgər indi mən bu torpağı viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”». 023 ISA 036 011 Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük. Ancaq divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». 023 ISA 036 012 Baş vəzir dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə, yoxsa divar üzərində oturan bu adamlara söyləyim? Axı onlar da sizinlə birgə nəcislərini yeyib, sidiklərini içəcəklər». 023 ISA 036 013 Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! 023 ISA 036 014 Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi qurtara bilməyəcək. 023 ISA 036 015 Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. 023 ISA 036 016 Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. 023 ISA 036 017 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları olan bir torpağa aparacağam. 023 ISA 036 018 ‹Rəbb bizi qurtaracaq› deyib qoy Xizqiya sizi azdırmasın. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? 023 ISA 036 019 Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin allahları? Samariyanı mənim əlimdən qurtardılarmı? 023 ISA 036 020 Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”» 023 ISA 036 021 Camaat susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. 023 ISA 036 022 Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar. 023 ISA 037 001 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 023 ISA 037 002 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 023 ISA 037 003 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 023 ISA 037 004 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”». 023 ISA 037 005 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 023 ISA 037 006 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 023 ISA 037 007 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”». 023 ISA 037 008 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 023 ISA 037 009 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: 023 ISA 037 010 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 023 ISA 037 011 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 023 ISA 037 012 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı? 023 ISA 037 013 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”» 023 ISA 037 014 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 023 ISA 037 015 Xizqiya Rəbbə dua edib dedi: 023 ISA 037 016 «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 023 ISA 037 017 Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as. 023 ISA 037 018 Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi, 023 ISA 037 019 allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi. 023 ISA 037 020 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!» 023 ISA 037 021 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”. 023 ISA 037 022 Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır. 023 ISA 037 023 Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə! 023 ISA 037 024 Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl şam ağaclarını kəsdim, Uzaq təpələrinə, Yaşıl meşələrinə çıxdım. 023 ISA 037 025 Quyu qazdım və sularını içdim, Misirin bütün çaylarını ayağımla qurutdum›. 023 ISA 037 026 Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən. 023 ISA 037 027 Bu şəhərlərin sakinləri zəiflədi, Çaşqınlığa və xəcalətə düşdü. Yetişməmişdən əvvəl yandırılan Çöl otu, göyərti və damda bitən ot kimi oldu. 023 ISA 037 028 Sənin oturuşunu, Girişini-çıxışını, Mənə qarşı hiddətini bilirəm. 023 ISA 037 029 Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam. 023 ISA 037 030 Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin. 023 ISA 037 031 Yəhuda nəslindən qurtulub sağ qalanlar Yenə aşağıya doğru kök atacaq, Yuxarıya doğru bəhrə verəcək. 023 ISA 037 032 Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək”. 023 ISA 037 033 Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir: “O bu şəhərə girməyəcək, Oraya ox atmayacaq, Qarşısına qalxanla çıxmayacaq, Qala önündə torpaq qalağı qurmayacaq. 023 ISA 037 034 Ancaq gəldiyi yolla geri qayıdacaq, Bu şəhərə girməyəcək” Rəbb bəyan edir. 023 ISA 037 035 “Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”». 023 ISA 037 036 O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. 023 ISA 037 037 Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. 023 ISA 037 038 O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek ilə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu. 023 ISA 038 001 O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”». 023 ISA 038 002 Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi: 023 ISA 038 003 «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı. 023 ISA 038 004 Sonra Rəbbin sözü Yeşayaya nazil oldu: 023 ISA 038 005 «Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram. 023 ISA 038 006 Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam. 023 ISA 038 007 Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: 023 ISA 038 008 batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi. 023 ISA 038 009 Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı: 023 ISA 038 010 «Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam. 023 ISA 038 011 Dedim, Rəbbi dirilər arasında, Bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi Artıq insan üzü görməyəcəyəm. 023 ISA 038 012 Evim çoban çadırı kimi dağıldı, Əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi, Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın. 023 ISA 038 013 Səhərə qədər ağrılardan çığırdım, Rəbb aslan tək bütün sümüklərimi qırır. Bir günün içində əcəlimi çatdırdın. 023 ISA 038 014 Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm! 023 ISA 038 015 Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir. Çəkdiyim əzablardan sonra qalan illərimi Sakit yaşayacağam. 023 ISA 038 016 Ya Xudavənd, adamları yaşadan Sənsən, Məni də Sən yaşadırsan. Məni yenə canlandıracaqsan, Yaşat məni! 023 ISA 038 017 Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün. 023 ISA 038 018 Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz. 023 ISA 038 019 Bu gün Sənə etdiyim kimi Dirilər, yalnız dirilər Sənə şükür edər. Atalar Sənin sədaqətini övladlarına tanıtdırır. 023 ISA 038 020 Rəbb mənə qurtuluş verdi, Ömrümüz boyu Rəbbin məbədində Səni simli alətlərlə, ilahilərlə mədh edərik». 023 ISA 038 021 Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın». 023 ISA 038 022 Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?» 023 ISA 039 001 O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini və sağaldığını eşitmişdi. 023 ISA 039 002 Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarındakı bütün əşyaları elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün torpağında onlara göstərmədiyi bir şey qalmadı. 023 ISA 039 003 Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib, ona dedi: «Bu adamlar nə dedi? Onlar sənin yanına haradan gəldi?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər». 023 ISA 039 004 Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı». 023 ISA 039 005 Onda Yeşaya Xizqiyaya dedi: «Ordular Rəbbinin sözünü dinlə: 023 ISA 039 006 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb. 023 ISA 039 007 “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaqlar”». 023 ISA 039 008 Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq». 023 ISA 040 001 Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin! 023 ISA 040 002 Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin». 023 ISA 040 003 Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. 023 ISA 040 004 Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək. 023 ISA 040 005 Rəbbin əzəməti aşkar olunacaq, Bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. 023 ISA 040 006 Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. 023 ISA 040 007 Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar. 023 ISA 040 008 Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar». 023 ISA 040 009 Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!» 023 ISA 040 010 Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, Mükafatı Onunladır, Ənamı önündədir. 023 ISA 040 011 O Öz sürüsünü çoban kimi otaracaq, Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, Sağmal heyvanların qayğısını çəkib otaracaq. 023 ISA 040 012 Kim dənizləri ovcu ilə, Göyləri qarışı ilə ölçüb? Yerin torpağını ölçü ilə, Dağları qapanla, Təpələri tərəzi ilə kim çəkib? 023 ISA 040 013 Rəbbin Ruhuna kim yol göstərdi? Ona kim məsləhətçi olub öyrətdi? 023 ISA 040 014 Ağıl öyrənmək üçün O kimdən məsləhət alıb? Ədalət yolunu kimdir ona göstərən? Kimdir Rəbbə bilik verən? Kimdir Ona dərrakə yolunu anladan? 023 ISA 040 015 Rəbb üçün millətlər vedrədə bir damla su kimidir, Tərəzidə toz zərrəsi kimi sayılar, Budur, adaları da toz kimi göyə sovurar. 023 ISA 040 016 Qurbanları yandırmaq üçün Livan meşəsi kifayət deyil, Yandırma qurbanlar üçün oradakı heyvanlar bəs deyil. 023 ISA 040 017 Rəbbin önündə bütün millətlər heçdir, Bu Onun önündə heçdən də az, boş sayılar. 023 ISA 040 018 Bəs onda Allahı kimə bənzədərsiniz? Onu nəyə oxşadarsınız? 023 ISA 040 019 Bütəmi? Onu usta tökür, Zərgər qızılla örtür, Gümüş zəncirlərlə bəzəyir. 023 ISA 040 020 Belə təqdimi gətirə bilməyən yoxsul adam Çürüməyən bir ağac seçər, Məharətli usta tapar ki, Yerindən tərpənməyən büt düzəltsin. 023 ISA 040 021 Məgər siz bilmirsiniz? Məgər eşitməmisiniz? Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi? Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi? 023 ISA 040 022 Rəbb göy qübbəsinin üstündə oturur, Yer üzündə yaşayanlar çəyirtkə kimidir. Göyləri tül pərdə kimi açır, Onları yaşamaq üçün çadır kimi qurur. 023 ISA 040 023 Rəbb padşahları heç edər, Dünya hökmdarlarını heçə endirər. 023 ISA 040 024 Onlar yenicə basdırılan, yenicə əkilən, Gövdələri yenicə kök salan ağaclara bənzəyər. Üzərlərindən Rəbbin küləyi əsəndə quruyarlar, Qasırğa onları saman çöpü kimi sovurar. 023 ISA 040 025 «Bəs Məni onda kimə bənzədərsiniz ki, Mən ona oxşayım?» Deyir Müqəddəs Olan. 023 ISA 040 026 Başınızı göylərə qaldırıb baxın: Bunları kim yaratdı? Rəbb göy cisimlərini sıraya düzüb çıxarar, Onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə Onlardan heç biri əskik olmaz. 023 ISA 040 027 Ey Yaqub nəsli, ey İsrail! Nə üçün «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir?» Deyib gileylənirsən? 023 ISA 040 028 Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. 023 ISA 040 029 O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. 023 ISA 040 030 Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər. 023 ISA 040 031 Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar. 023 ISA 041 001 Rəbb deyir: «Susun qarşımda, ey uzaq diyarlar! Qoy ümmətlər yeni güc alsın, Qoy yaxınlaşıb danışsınlar, Məhkəmə üçün birgə toplaşaq. 023 ISA 041 002 Ədalətli adamı şərqdən kim ayağa qaldırdı? Kim ona xidmət etməyi əmr etdi? Millətləri onun ixtiyarına kim verdi? Padşahları kim məğlub etdi? O öz qılıncı ilə Onları torpağın tozuna çevirir, Yayı ilə göyə sovrulan samana döndərir. 023 ISA 041 003 O onları təqib edir, Ayaqlarını basmadığı yoldan sağ-salamat keçir. 023 ISA 041 004 Bunları kim etdi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbbəm, birinciyəm və sonuncularla da Mən Oyam». 023 ISA 041 005 Uzaq diyarlar bunu görüb qorxdu, Dünyanın ucqar yerləri lərzəyə gəldi. Onlar yaxınlaşıb gəldilər, 023 ISA 041 006 Hər kəs qonşusuna kömək edir, Qardaşına «Cəsur ol!» deyir. 023 ISA 041 007 Usta zərgəri ürəkləndirir, Hamarlayan zindana çəkiclə vuranı ruhlandırır, «Lehim yaxşı oldu» deyir. Büt yerindən laxlamasın deyə bütün mıxları bərkidirlər. 023 ISA 041 008 Lakin sən ey qulum İsrail, Seçdiyim Yaqub nəsli, Dostum İbrahimin övladları! 023 ISA 041 009 Səni dünyanın ucqar yerlərindən topladım, Ən uzaq yerlərdən səslədim: «Sən qulumsan, səni seçdim, rədd etmədim» dedim. 023 ISA 041 010 Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam. 023 ISA 041 011 Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq, Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq. 023 ISA 041 012 Səninlə düşmənçilik edənləri axtaracaqsan, Amma tapa bilməyəcəksən, Səninlə vuruşanlar heç olacaq, 023 ISA 041 013 Çünki sənin sağ əlindən tutub «Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm. 023 ISA 041 014 «Ey torpaq qurdu olan Yaqub nəsli, Ey İsrail əhli, qorxma! Sənə kömək edəcəyəm» Rəbb bəyan edir. Səni Satınalan İsrailin Müqəddəsidir. 023 ISA 041 015 Budur, səni təzə, dişləri iti vəl edəcəyəm. Sən dağları döyüb əzəcəksən, Təpələri saman çöpü kimi sovuracaqsan. 023 ISA 041 016 Sən onları sovurduqda külək aparacaq, Qasırğa onları dağıdacaq, Sənsə Rəbdə sevinəcəksən, İsrailin Müqəddəsi ilə öyünəcəksən. 023 ISA 041 017 Məzlumlar və fəqirlər Su axtarıb tapmayanda Dilləri susuzluqdan quruyur. Mən Rəbb onlara cavab verəcəyəm. Mən İsrailin Allahı onları tərk etməyəcəyəm. 023 ISA 041 018 Çılpaq təpələrdən çaylar, Vadilərdə su mənbələri açacağam. Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm. 023 ISA 041 019 Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm. Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam. 023 ISA 041 020 Beləcə insanlar görüb bilsin, Birgə fikirləşib başa düşsün: Bunu edən Rəbbin əlidir, Bunu yaradan İsrailin Müqəddəsidir. 023 ISA 041 021 Rəbb deyir: «İşinizi təqdim edin, Sübutlarınızı göstərin», Bunu Yaqubun Padşahı söyləyir. 023 ISA 041 022 Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin, Olub-keçənləri bizə nəql etsin, Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah etsin. 023 ISA 041 023 Ey bütlər, bundan sonra baş verən hadisələrdən bizə danışın, Qoy sizin allah olduğunuzu bilək! Yaxşılıq ya pislik edin ki, hamımız qorxub vahiməyə düşək. 023 ISA 041 024 Amma siz heç nəsiniz, əməlləriniz də heçdir. Sizə səcdə etməyi seçən iyrəncdir! 023 ISA 041 025 Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir. O, gündoğandan adımı çağıracaq. Dulusçu gili tapdalayan kimi O, hökmdarları palçıq kimi tapdalayacaq. 023 ISA 041 026 Kim bunu başlanğıcdan bəyan etdi ki, biz bilək, Əvvəlcədən kim bildirdi ki, Biz «O haqlıdır» deyə bilək? Amma bunu bəyan edən yox idi, Bildirən yox idi, Sözlərinizi eşidən də yox idi. 023 ISA 041 027 İlk olaraq Siona «budur, budur onlar» deyirəm. Yerusəlimə müjdəçini göndərəcəyəm. 023 ISA 041 028 Baxdım, aralarında öyüd-nəsihət verə bilən heç kim yox idi ki, Onlardan soruşum, bir cavab alım. 023 ISA 041 029 Budur, hamısı puçdur, Etdikləri işlər də heç bir şeydir, İnsanların tökmə bütləri yalnız küləkdir, fanidir. 023 ISA 042 001 Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. 023 ISA 042 002 Çığırmayacaq, səsini qaldırmayacaq, Küçələrdə heç kim onun səsini eşitməyəcək. 023 ISA 042 003 Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. 023 ISA 042 004 O, yer üzündə ədaləti quranadək Ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək. 023 ISA 042 005 Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir: 023 ISA 042 006 «Mən Rəbb salehliyimlə səni çağırdım, Səni əlindən tutacağam, Səni qoruyacağam, Səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki, 023 ISA 042 007 Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən. 023 ISA 042 008 Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm. 023 ISA 042 009 Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm». 023 ISA 042 010 Ey dəniz səyyahları, dənizdəki canlılar, Uzaq diyarlar və orada yaşayanlar, Rəbbə yeni ilahi oxuyun! Dünyanın ən ucqar yerlərindən Ona həmdlər gətirin! 023 ISA 042 011 Qoy səhra və oradakı şəhərlər, Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin, Dağların zirvəsindən qışqırsın. 023 ISA 042 012 Hamı Rəbbi izzətləndirsin, Uzaq diyarlar da Ona həmd etsin. 023 ISA 042 013 Rəbb cəsur igid kimi çıxacaq, Cəngavər kimi qeyrətə gələcək, Çığırıb döyüş nərəsi çəkəcək, Düşmənlərinə Öz qüdrətini göstərəcək. 023 ISA 042 014 Rəbb deyir: «Xeyli vaxtdır ki, dinmirəm, Susuram, səbir edirəm, İndi isə doğuş ağrısı çəkən qadın kimi Qışqıracağam, təngnəfəs olub zarıyacağam. 023 ISA 042 015 Dağları, təpələri dağıdacağam, Bütün yaşıllıqlarını qurudacağam, Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam. 023 ISA 042 016 Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm. 023 ISA 042 017 Oyma bütlərə güvənənlər, Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər Geri qaytarılıb utandırılacaq. 023 ISA 042 018 Ey karlar, eşidin! Ey korlar, baxın, görün! 023 ISA 042 019 Qulum qədər kor olan varmı? Göndərdiyim qasid qədər kar olan varmı? Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı? 023 ISA 042 020 Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!» 023 ISA 042 021 Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı. 023 ISA 042 022 Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qurtaranları yoxdur. Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur. 023 ISA 042 023 Sizdən kim buna qulaq asacaq, Gələcəkdə kim diqqətlə dinləyəcək? 023 ISA 042 024 Yaqub nəslini, İsraili soyğunçular əlinə Kim qarət edilmək üçün təslim etdi? Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi? Onlar Onun yolları ilə getmək istəmədi, Qanununa qulaq asmadı. 023 ISA 042 025 Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər. 023 ISA 043 001 İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. 023 ISA 043 002 Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan, Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək. 023 ISA 043 003 Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, Sənin Xilaskarınam. Misiri sənin üçün fidyə, Kuş və Seva ölkələrini Sənin azadlığının əvəzinə verdim. 023 ISA 043 004 Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə Səni sevdiyim üçün, Sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm. 023 ISA 043 005 Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam. 023 ISA 043 006 Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir. 023 ISA 043 007 Mənim adımla çağırılan hər insanı, İzzətim üçün yaratdığım, Bəli, həyat verdiyim, Yaratdığım hər bir adamı gətir». 023 ISA 043 008 Gözləri olan kor, Qulaqları olan kar xalqı gətir. 023 ISA 043 009 Bütün millətlər bir yerə yığılsın, Ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, Dinləyib desin: «Bu düzdür». 023 ISA 043 010 Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, Belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Həm də anlayasınız ki, Mən Oyam. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq. 023 ISA 043 011 Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. 023 ISA 043 012 Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, Aranızda başqa allahlar yox idi. Sizsiniz şahidlərim». Rəbb bəyan edir, «Allah Mənəm. 023 ISA 043 013 Əzəldən bəri Mən Oyam, Mənim əlimdən qurtaran yoxdur. Mən bir şey edəndə buna kim mane ola bilər?» 023 ISA 043 014 Sizi Satınalan, İsrailin Müqəddəsi, Rəbb belə deyir: «Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın edəcəyəm, Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq. 023 ISA 043 015 Mən Rəbbəm, sizin Müqəddəsinizəm, İsraili yaradanam, Padşahınızam». 023 ISA 043 016 Dənizdə və azğın sularda yol, riz açan, 023 ISA 043 017 Atlarla döyüş arabalarını, İgid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir: «Onlar yıxılıb, qalxa bilməyəcək, Basdırılıb piltə kimi söndürüldü. 023 ISA 043 018 Əvvəlki şeyləri yada salmayın, Köhnə hadisələr barəsində düşünməyin. 023 ISA 043 019 Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam. 023 ISA 043 020 Mənim seçdiyim xalqıma su içirtmək üçün Çöllükdə su verdiyimə görə, Quru torpaqda çaylar yaratdığıma görə, Vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq. 023 ISA 043 021 Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin. 023 ISA 043 022 Lakin sən, ey Yaqub nəsli, Mənim adımı çağırmadın, Ey İsrail, Məndən bezdin. 023 ISA 043 023 Yandırma qurbanı üçün Mənə quzular gətirmədin, Qurbanlarınla Mənə ehtiram etmədin. Sənə təqdimlərə görə əziyyət vermədim, Kündür təqdimləri ilə bezdirmədim. 023 ISA 043 024 Mənim üçün pulla ətirli qamış almadın, Qurbanların piyi ilə Məni doydurmadın. Əksinə, sən günahlarını Mənə yüklədin, Təqsirlərinlə Məni yordun. 023 ISA 043 025 Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını yada salmaram. 023 ISA 043 026 Yadıma sal, gəl mühakiməyə gedək, Bəraət qazanmaq üçün məhkəmədə işindən danış. 023 ISA 043 027 İlk əcdadların günaha batdı, Rəhbərlərin Mənə qarşı üsyankar oldu. 023 ISA 043 028 Buna görə də Mən İbadətgahın rəhbərlərini murdarlığa vadar etdim. Yaqub nəslini qırğına, İsraili isə rəzalətə məhkum etdim. 023 ISA 044 001 İndi isə, ey qulum Yaqub nəsli, Seçdiyim İsrail, qulaq as! 023 ISA 044 002 Səni yaradan, ana bətnində quruluş verən, İmdadına çatan Rəbb belə deyir: “Qorxma, ey qulum Yaqub nəsli, Ey seçdiyim Yeşurun! 023 ISA 044 003 Susamış torpağı sulayacağam, Quru torpağa sellər axıdacağam, Övladlarına Ruhumu ehsan edəcəyəm, Nəslinə xeyir-duamı verəcəyəm. 023 ISA 044 004 Onlar otlar arasında, Axar sular kənarında, Söyüd ağacları kimi boy atacaq. 023 ISA 044 005 Biri ‹Mən Rəbbinəm› deyəcək, O birisi Yaqubun adı ilə çağırılacaq. Digəri də əlinə ‹Rəbbin quluyam› deyə yazacaq, İsrail adını üzərinə götürəcək”». 023 ISA 044 006 Rəbb, İsrailin Padşahı, Satınalanı, Ordular Rəbbi belə deyir: «Mən birinciyəm, Mən sonuncuyam, Məndən başqa Allah yoxdur. 023 ISA 044 007 Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub-keçənləri, Bundan sonra olduqlarını danışıb nəql etsin, Bəli, gələcək hadisələri bildirin! 023 ISA 044 008 Qorxmayın, dəhşətə gəlməyin, Mən sizə əzəldən bəri bunu söyləyib danışmadımmı? Siz Mənim şahidlərimsiniz! Məndən başqa Allah varmı? Başqa Qaya yoxdur. O birilərini tanımıram». 023 ISA 044 009 Bütləri düzəldən adamlar puçdur, Zövq aldıqları əşyalardan heç bir xeyir yoxdur. Bütlərə qulluq edənlər heç bir şey görmür, Heç bir şey bilmir, Onlar axırda xəcalət içində olacaq. 023 ISA 044 010 Kim istəyər fayda verməyən allah düzəltsin, Tökmə büt yaratsın? 023 ISA 044 011 Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq. Ustalar isə özləri də insandır, Qoy onların hamısı toplaşıb məhkəmədə dursun, Dəhşətə düşüb birlikdə xəcalət çəksin. 023 ISA 044 012 Dəmirçi alətini götürüb, Kömürün odunda işləyir, Çəkiclə dəmirə ölçü verir, Güclü əli ilə üstündə çalışır. Onda ac qalır, taqətdən düşür, Susuz qalıb üzülür. 023 ISA 044 013 Dülgər iplə ölçür, Ağacı tabaşirlə nişanlayır, Rəndələyir, istənilən şəklə salır, Pərgarla dairə çəkir, İnsan surəti verir, İnsan gözəlliyinə bənzər düzəldərək Evinə qoymaq üçün bir büt yaradır. 023 ISA 044 014 İnsan özü üçün sidr ağacları kəsir, Şam ağacını, palıd ağacını seçir. Meşədə özü üçün bir ağac götürür, Küknar ağacı əkir və yağış onu böyüdür. 023 ISA 044 015 Sonra ağac oduna işlənir. İnsan gətirdiyi odunla həm isinir, Həm sobanı yandırır, çörək bişirir. Həm də özünə bir allah düzəldir, Düzəltdiyi bütün qarşısında səcdə edir, Yerə sərilir. 023 ISA 044 016 Odunun bir hissəsini yandırır, Alovunda ət qızardır, Qarnını doyuraraq, isinib deyir: «Ah, isindim, odun istisini hiss etdim!» 023 ISA 044 017 Ağacın qalığından özünə allah, Bir oyma büt düzəldib Qarşısında yerə sərilir, səcdə edir. Bu bütə dua edib yalvarır: «Məni xilas et, çünki sənsən mənim allahım!» 023 ISA 044 018 Onlar bilmir, dərk etmir, Çünki gözləri də, zehinləri də elə bağlıdır ki, Görməzlər, anlamazlar. 023 ISA 044 019 Buna fikir vermirlər, bilmirlər, Dərk etmirlər ki, belə desinlər: «Odunun bir hissəsini yandırdım, Közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi? 023 ISA 044 020 Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?» 023 ISA 044 021 «Ey Yaqub nəsli, Dediyim sözləri xatırla, Çünki sən qulumsan, ey İsrail, Mən səni yaratdım, sən Mənim qulumsan, Səni unutmaram, ey İsrail! 023 ISA 044 022 Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım». 023 ISA 044 023 Tərənnüm edin, ey göylər, Çünki bunu edən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar, Sevincdən haray çəkin, Çünki Rəbb Yaqub nəslini satın aldı, İsraildə izzətini aşkar etdi. 023 ISA 044 024 Səni Satınalan, Ana bətnində quruluş verən Rəbb deyir: «Bütün şeyləri yaradan, göyləri təkcə yayan, Təkbaşına yer üzünü sərən, 023 ISA 044 025 Yalançı peyğəmbərlərin möcüzələrini boşa çıxaran, Falçıları ifşa edən, Müdrikləri geri qaytaran, Onların biliyini heçə çevirən, 023 ISA 044 026 Qulunun sözlərini icra edən, Elçilərinin sözlərini gerçək edən, Yerusəlim üçün “burada sakinləri təzədən məskunlaşacaq”, Yəhuda şəhərlərinə “bunlar yenidən qurulacaq, Xarabalıqları yenidən bərpa edəcəyəm” deyən Rəbb Mənəm. 023 ISA 044 027 Dərin sulara “Quru! Mən çaylarını qurudacağam” söyləyən, 023 ISA 044 028 Kir haqqında “o, çobanımdır, Xoşuma gələnlərin hamısını həyata keçirəcək”, Yerusəlim haqqında “yenidən qurulacaq”, Məbəd haqqında “təməlin qoyulacaq” deyən Rəbb Mənəm». 023 ISA 045 001 Rəbb məsh etdiyi adama – Sağ əlindən tutduğu Kirə belə deyir. Onun önündə millətləri baş əydirəcəyəm, Padşahları qüdrətindən məhrum edəcəyəm, Önündə qapıları açacağam, Darvazalar onun qarşısında bir daha bağlanmayacaq. Rəbb deyir: 023 ISA 045 002 «Mən qarşında gedib dağları düzəngaha çevirəcəyəm, Tunc qapıları qırıb Dəmir qıfılları sındıracağam. 023 ISA 045 003 Qaranlıqda gizlənmiş sərvətlərini, Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm ki, biləsən: Səni adınla çağıran Rəbb Mənəm, İsrailin Allahıyam Mən. 023 ISA 045 004 Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə Səni adınla çağırıb hörmət göstərdim, Halbuki sən Məni tanımırdın. 023 ISA 045 005 Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. 023 ISA 045 006 Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur. 023 ISA 045 007 Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm. 023 ISA 045 008 Ey göylər, yuxarıdan damlayın, Qoy buludlar salehlik yağdırsın, Torpaq açılsın, xilas bəhrəsini yetişdirsin, Onunla birlikdə salehlik bitsin. Bunları yaradan Rəbb Mənəm». 023 ISA 045 009 Yaradanı ilə çəkişənin vay halına! Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır. Gil öz dulusçusuna «Nə düzəldirsən?» Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi? 023 ISA 045 010 Atasına «Dünyaya məni nə üçün gətirdin?» Anasına «Məni nə üçün doğdun?» deyənin vay halına! 023 ISA 045 011 İsrailin Müqəddəsi, Onu yaradan Rəbb belə deyir: «Övladlarımın gələcəyi haqqında Mənə sual verə bilərsinizmi? Gördüklərim işlər barəsində Mənə əmr edə bilərsinizmi? 023 ISA 045 012 Dünyanı da, yer üzündə yaşayan adamı da Mən yaratdım. Mənim əllərim göyləri yaydı, Əmrimlə səma cisimləri quruldu. 023 ISA 045 013 Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim. Yollarını dürüst edəcəyəm. O, şəhərimi tikəcək, Sürgün olunmuş adamlarımı Fidyəsiz, bəxşişsiz azad edəcək». Bunu Ordular Rəbbi deyir. 023 ISA 045 014 Rəbb belə deyir: «Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, Qarşınızda yerə sərilib yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”». 023 ISA 045 015 Həqiqətən, Sən Özünü gizlədən Allahsan, Ey İsrailin Allahı, ey Qurtarıcı! 023 ISA 045 016 Büt düzəldənlərin hamısı utandırılacaq, Rüsvay olacaq, xəcalət çəkib uzaqlaşacaq. 023 ISA 045 017 Amma İsrailə qurtuluşu Rəbb verəcək. Bu qurtuluş əbədi sürəcək. Əsrlər boyu İsrail utanmayacaq, rüsvay olmayacaq. 023 ISA 045 018 Göyləri yaradan Rəbb bircə olan Allahdır! O, dünyanı yaratdı, ona quruluş verdi, Rəbb dünyanı qarmaqarışıq yaratmadı, Onu yaşamaq üçün qurdu. O deyir: «Mən Rəbbəm, başqası yoxdur! 023 ISA 045 019 Mən gizlində, qaranlıq dünyasında danışmadım, Yaqub nəslinə “Məni qarmaqarışıq yerdə axtarın” demədim. Doğrusunu söyləyən, ədaləti bəyan edən Rəbb Mənəm. 023 ISA 045 020 Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər! Taxta bütləri gəzdirənlər, Xilas verməyən allahlara dua edənlər heç nə bilmir. 023 ISA 045 021 Danışın, işinizi təqdim edin, Qoy hamı birlikdə məsləhətləşib söyləsin: “Bunu qədimdə kim bəyan etdi, Keçmişdə kim bildirdi?” Bunu Mən Rəbb, demədimmi? Məndən başqa Allah, Ədalətli Allah və Qurtarıcı yoxdur. Məndən başqası yoxdur. 023 ISA 045 022 Ey yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar, Mənə tərəf dönün və xilas olun! Çünki Mən Allaham və başqası yoxdur! 023 ISA 045 023 Varlığıma and içdim, Ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz. Hər diz önümdə çökəcək, Hər dil Mənə and içəcək. 023 ISA 045 024 Mənim üçün belə deyəcəklər: “Salehlik və qüvvət yalnız Rəbdədir. Ona qarşı qəzəblənənlər hüzuruna gəlib utanacaqlar. 023 ISA 045 025 Bütün İsrail nəsli Rəbdə haqq qazanacaq və izzətlənəcək”». 023 ISA 046 001 «Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu. 023 ISA 046 002 Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar. 023 ISA 046 003 Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram. 023 ISA 046 004 Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm. 023 ISA 046 005 Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq? 023 ISA 046 006 Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir! 023 ISA 046 007 Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır. 023 ISA 046 008 Ey üsyankar insanlar, bunu xatırlayın, Mərd olun, yadınızdan çıxarmayın! 023 ISA 046 009 Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur! 023 ISA 046 010 Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm. 023 ISA 046 011 Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm. 023 ISA 046 012 Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin! 023 ISA 046 013 Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm. 023 ISA 047 001 Ey bakirə Babil qızı, Düş aşağı, torpaqda otur. Ey Xaldey qızı, Artıq taxt yoxdur, yerdə otur. Bundan sonra sənə “Zərif, nazlı” deməyəcəklər. 023 ISA 047 002 Bir cüt dəyirman daşı götür, unu üyüt. Örpəyini aç, balağını qaldır, Baldırların açıb çaylardan keç. 023 ISA 047 003 Çılpaqlığın açılacaq, ayıb yerin görünəcək. Mən intiqam alacağam, Heç kimi əsirgəməyəcəyəm». 023 ISA 047 004 Bizi Satınalan İsrailin Müqəddəsidir, Onun adı Ordular Rəbbidir. 023 ISA 047 005 Rəbb deyir: «Ey Xaldey qızı, Qaranlığa çəkil, sakitcə otur! Çünki bundan sonra səni daha Padşahlıqların mələkəsi çağırmayacaqlar! 023 ISA 047 006 Öz xalqıma qəzəbləndim, İrsimi kiçildib sənə verdim. Lakin sən onların halına acımadın, Hətta yaşlılara da ağır boyunduruq yüklədin. 023 ISA 047 007 “Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün. Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün. 023 ISA 047 008 İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü! Sən ürəyində deyirdin: “Mən mənəm, Məndən başqası yoxdur. Heç vaxt dul qalmayacağam, Övlad itirmək dərdini bilməyəcəyəm”. 023 ISA 047 009 Bu iki bəla bir gündə, Qəflətən başına gələcək. Böyük cadugərliyinə, hədsiz ovsunçuluq etdiyinə baxmayaraq, Həm övladlarını itirəcək, həm də dul qalacaqsan. 023 ISA 047 010 Pisliyinə güvəndin, Dedin: “Məni heç kim görmür”. Sənin hikmətin və biliyin səni azdırdı. Düşündün: “Mən mənəm, Məndən başqası yoxdur”. 023 ISA 047 011 Lakin üzərinə bəla gələcək, Sən onun qarşısını ala bilməyəcəksən, Sən xərac versən də, bu fəlakət üstünə gələcək, Bilmədiyin bəla qəflətən üzərinə düşəcək. 023 ISA 047 012 Gənc yaşlarından bəri Məşğul olduğun ovsunçuluğuna və böyük cadugərliyinə davam et. Bəlkə onlardan bir xeyir görərsən, Bəlkə düşmənlərini onlarla vahiməyə sala bilərsən! 023 ISA 047 013 Aldığın çoxlu məsləhətlər səni üzdü. Qoy ulduz falına baxanlar, münəccimlər, Yeni ay çıxanda olacaq hadisələri bildirənlər İndi gəlib səni Başına gələn bəlalardan xilas etsinlər. 023 ISA 047 014 Bax, onlar küləş kimidir, Od onları yandırıb-yaxar. Özlərini alovun gücündən xilas edə bilməyəcəklər. Bu alov isinmək üçün kömürlü od deyil, Qabağında oturulacaq od deyil. 023 ISA 047 015 Sənin işlədiyin, cavanlığından bəri alver etdiyin adamların Aqibəti belə olacaq. Hər kəs öz yolu ilə gedəcək, səni xilas edən olmayacaq. 023 ISA 048 001 Ey Yaqub nəsli, İsrail adı ilə çağırılan, Yəhudanın belindən gələn, Rəbbin adı ilə and içən, İsrail Allahının adını etiraf edən, Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil, Buna qulaq as! 023 ISA 048 002 Müqəddəs şəhərdən olduğunuza görə, İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz. Onun adı Ordular Rəbbidir. 023 ISA 048 003 Olub-keçənləri əvvəldən Mən bəyan etdim. Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi. 023 ISA 048 004 Bilirdim inadkar olduğunuzu, Dəmir boyunlusunuz, tunc alınlısınız. 023 ISA 048 005 Bunları sizə qədimdən bəri bildirdim, Baş verməmişdən əvvəl sizə xəbər verdim ki, Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər Bunları əmr etdilər” deməyəsiniz. 023 ISA 048 006 Bunu eşitdiniz, indi isə hamısına nəzər salın. Bəs bunu qəbul etməyəcəksiniz? İndi isə Mən sizə yeni şeyləri, Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm. 023 ISA 048 007 Bunlar indi yaradılır, keçmişdə yox. Siz bunu bu günə qədər bilmədiniz, Ona görə “bunu bilirdik” deyə bilməzsiniz. 023 ISA 048 008 Siz bu barədə nə eşitmisiniz, Nə də xəbəriniz olub, Keçmişdən bəri qulaqlarınız bağlıdır. Nə qədər xain olduğunuzu bilirəm, Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram. 023 ISA 048 009 Adım naminə qəzəbimi saxlayırdım, Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim. 023 ISA 048 010 Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim, Sizi iztirab ocağında çəkdim. 023 ISA 048 011 Öz xatirimə, Öz xatirimə bunu edirəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? Mən Öz izzətimi heç kimə vermərəm. 023 ISA 048 012 Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail! Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam. 023 ISA 048 013 Mənim əlim yerin təməlini qoydu, Sağ əlim göyləri sərdi. Mən onları çağıranda onlar birlikdə düzülür. 023 ISA 048 014 Hamınız toplaşın, dinləyin! Bütlərdən hansıdır bu şeyləri bəyan edən? Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək, Onun əli Xaldeylilərə qarşı qalxacaq. 023 ISA 048 015 Mən, bəli Mən dedim, Onu Mən çağırdım, Onu gətirdim, O öz yolunda uğurlu olacaq. 023 ISA 048 016 Mənə yaxın gəlin, bunu dinləyin! Başlanğıcdan bəri Mən açıq danışdım, O vaxtdan indiyədək oradayam. Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi». 023 ISA 048 017 Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram. 023 ISA 048 018 Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, Salehliyin dəniz dalğaları kimi olardı. 023 ISA 048 019 Nəslin dəniz qumu kimi, Övladların qum dənələri kimi olardı. Adları qarşımda nə pozulardı, nə də silinərdi». 023 ISA 048 020 Babildən çıxın, Xaldeylilərin torpağından qaçın, Sevinc səsi ilə bəyan edin, bunu bildirin, Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın, Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı». 023 ISA 048 021 Səhradan keçərkən susuzluq çəkmədilər. Rəbb onlar üçün qayadan su axıtdı, Qayanı yardı və oradan su fışqırdı. 023 ISA 048 022 «Pislərə isə sülh yoxdur» Rəbb deyir. 023 ISA 049 001 Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, Ana bətnindən adımı yadına saldı. 023 ISA 049 002 Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı. 023 ISA 049 003 Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». 023 ISA 049 004 Amma mən dedim: «Mən boş yerə çalışdım, Gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, Mükafatım Allahımdadır». 023 ISA 049 005 Rəbb məni qulu etmək üçün Ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, Qüdrətim Allahım oldu. Rəbb indi belə deyir. 023 ISA 049 006 O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın». 023 ISA 049 007 Adamların nifrət etdiyi, Millətin həqarətlə baxdığı, Hökmdarların qulu olan şəxsə, İsrailin Satınalanı, Müqəddəsi, Rəbb belə deyir: «İsrailin Müqəddəsi, Sadiq Rəbb səni seçdiyinə görə Padşahlar səni görüb ayağa qalxacaq, Əmirlər qarşında yerə səriləcək». 023 ISA 049 008 Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, Xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm. Səni xalqım üçün əhd edəcəyəm ki, Dağılmış ölkəni bərpa edəsən, İrs olaraq yenə sahiblərinə verəsən. 023 ISA 049 009 Dustaqlara “çıxın”, Zülmətdə oturanlara “Özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, Hər çılpaq təpədə otlaq tapacaq. 023 ISA 049 010 Onlar nə ac, nə də susuz qalacaq, Qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, Onları bulaqlara doğru yönəldəcək. 023 ISA 049 011 Mən bütün dağlarımı yola döndərəcəyəm, Yollarımı hamar edəcəyəm. 023 ISA 049 012 Budur, xalqım uzaq yerlərdən, Kimisi şimaldan, kimisi qərbdən, Kimisi isə Sinim ölkəsindən gələcək». 023 ISA 049 013 Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək. 023 ISA 049 014 Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu». 023 ISA 049 015 Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram. 023 ISA 049 016 Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir. 023 ISA 049 017 Oğulların tələsib yanına gələcək, Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək. 023 ISA 049 018 Qaldır başını, bax ətrafına: Hamı yığılıb yanına gəlir. Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki, Onların hamısı sənin üçün bər-bəzək olacaq, Gəlin kimi onları taxıb fəxr edəcəksən! 023 ISA 049 019 Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq. 023 ISA 049 020 Sənin sürgündə doğulmuş övladların Səsini ucaldıb belə deyəcək: “Bu yer bizim üçün dar gəlir, Yaşamaq üçün bizə yer ver”. 023 ISA 049 021 Sən qəlbində deyəcəksən: “Axı bunları mənim üçün kim doğdu? Övladlarım itkin düşmüşdü, sonsuz oldum, Sürgün edilmişdim, qovulmuşdum. Belə isə bunları kim böyütdü? Mən tək-tənha qalmışdım, Bəs bunlar haradan gəlib-çıxdı?”» 023 ISA 049 022 Xudavənd Rəbb belə deyir: «Budur, Mən əlimi millətlərə Bir işarə kimi uzadacağam, Bayrağımı xalqlar arasında qaldıracağam. Onlar sənin oğullarını qucağında, Qızlarını çiyinlərində gətirəcək. 023 ISA 049 023 Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq». 023 ISA 049 024 Məgər güclünün əlindən qənimət alına bilərmi? Zorakının əlindən əsirlər qurtula bilərmi? 023 ISA 049 025 Amma Rəbb belə deyir: «Bəli, güclünün əlindən əsirlər də alına bilər, Zorakının əlindən qənimət də götürülə bilər, Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm, Övladlarını Mən qurtaracağam. 023 ISA 049 026 Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm, Öz qanları ilə sərxoş olub Şirin şərab içənlərin halına düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm». 023 ISA 050 001 Rəbb belə deyir: «Boşadığım ananızın talağı haradadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız, Ananız üsyankarlığınız üzündən qovuldu. 023 ISA 050 002 Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür. 023 ISA 050 003 Mənəm göyləri zülmətə bürüyən, Oranı çulla örtən». 023 ISA 050 004 Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, Savadlı adamlar kimi dinləyə bilim. 023 ISA 050 005 Xudavənd Rəbb qulağımı açdı, Mən qarşı durmadım, geri çəkilmədim. 023 ISA 050 006 Məni döyənlər üçün belimi açdım, Üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. 023 ISA 050 007 Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. 023 ISA 050 008 Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin. 023 ISA 050 009 Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər? Rəqiblərimin hamısı paltar kimi köhnələcək, Onları güvə yeyib məhv edəcək. 023 ISA 050 010 Aranızda Rəbdən qorxan, Qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın. 023 ISA 050 011 Ey sizlər, od qalayıb, qığılcımı qoruyanlar, Hamınız öz odunuza, yandırdığınız qığılcımın içinə atılın. Mənim əlimdən aldığınız pay bu olacaq: Əzab içində qalacaqsınız. 023 ISA 051 001 Ey salehliyi arayanlar, Rəbbi axtaranlar, Məni dinləyin! Yonulduğunuz qayaya, Çıxarıldığınız çuxurun dərinliyinə baxın. 023 ISA 051 002 Atanız İbrahimə, sizi doğan Saraya baxın! Mən onu tək çağırdım, xeyir-dua verdim, Nəslini artırdım. 023 ISA 051 003 Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, Şükürlər, ilahilər oxunacaq. 023 ISA 051 004 Ey xalqım, Məni dinlə, Ey ümmətim, Məni eşit! Qanun Məndən çıxacaq, Ədalətimi nur tək Xalqlara ehsan edəcəyəm. 023 ISA 051 005 Salehliyim yaxındır, qurtuluşum gəlir, Xalqları Öz gücümlə mühakimə edəcəyəm. Uzaq diyarlar Mənə bel bağlayır, Qüvvətimə ümid edir. 023 ISA 051 006 Başınızı qaldırıb göylərə nəzər salın, Aşağıya, yer üzünə baxın. Çünki göylər dağılacaq tüstü kimi, Yer üzü paltar kimi köhnələcək. Beləcə yer üzünün sakinləri də qırılacaq. Lakin Mənim xilasım əbədidir, Salehliyim sonsuzdur. 023 ISA 051 007 Ey salehlikdən xəbərdar olanlar, Qanunumu qəlblərində saxlayan xalq, Mənə qulaq asın! Adamların məzəmmətindən qorxmayın, Onların söyüşlərindən dəhşətə düşməyin. 023 ISA 051 008 Onlar güvənin yediyi paltar kimi məhv olacaq, Qurdun yediyi yun kimi məhv olacaq. Lakin Mənim salehliyim əbədidir, Qurtuluşum nəsillər boyu duracaqdır. 023 ISA 051 009 Qalx, qalx, güclən, ey Rəbbin qolu! Qədim zamanlardakı kimi Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi! Sən Rahavı parça-parça etmədinmi? Sən əjdahanın bədənini deşmədinmi? 023 ISA 051 010 Dənizi, dərin suları Sən qurutmadınmı? Satın alınan xalqının keçməsindən ötrü Dənizin dərinliklərini yola çevirən Sən deyildinmi? 023 ISA 051 011 Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar sevinc və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq. 023 ISA 051 012 Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən! Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan Gör sən kimsən? 023 ISA 051 013 Səni yaradan, göyləri sərən, Dünyanın təməlini qoyan Rəbbi necə unudursan? Səni məhv etmək niyyətində olan Zülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan. Bəs hanı zülmkarın qəzəbi? 023 ISA 051 014 Zəncirlərlə buxovlanmış dustaqlar Tezliklə azadlığa çıxacaq. Ölüm çuxuruna düşməyəcək, Çörəkləri əskik olmayacaq. 023 ISA 051 015 Allahınız Rəbb Mənəm. Mənəm dənizi gur dalğalarla çalxalayan. Ordular Rəbbidir Onun adı! 023 ISA 051 016 Mən sözlərimi sənin ağzına qoydum, Əlimin kölgəsində səni gizlətdim ki, Göyləri qurum, dünyanın təməlini qoyum, Siona “Xalqım sənsən” deyim». 023 ISA 051 017 Oyan, oyan, qalx ayağa, ey Yerusəlim! Sən ki Rəbbin əlindən Qəzəb kasasını alıb içdin. Sərxoşluq kasasını axıra qədər boşaltdın. 023 ISA 051 018 Doğduğu bütün oğullardan ona yol göstərən, Böyütdüyü bütün oğullardan ona əl tutan olmadı. 023 ISA 051 019 Bu iki bəla sənin başına gəldi, Dərdinə kim şərik olacaq? Qarət, dağıntı, qıtlıq və qılınc! Sənə necə təsəlli verim? 023 ISA 051 020 Övladların taqətdən düşüb, Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir. Onlar tələyə düşmüş cüyür kimi Hər küçə başında uzanıb. 023 ISA 051 021 Buna görə də, ey yaralı Yerusəlim, Şərabsız sərxoş xalq, bunu eşit! 023 ISA 051 022 Xudavəndin Rəbb, Öz xalqını müdafiə edən Allahın belə deyir: «Budur, sərxoşluq kasasını əlindən almışam. Qəzəbimin kasasından artıq içməyəcəksən. 023 ISA 051 023 Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm. Axı onlar sənə belə dedi: “Uzan yerə, üstündən keçək”. Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər». 023 ISA 052 001 Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək. 023 ISA 052 002 Üst-başındakı tozu çırp, Qalx, ey Yerusəlim, taxtına otur, Zənciri boynundan qır, Ey əsir aparılan Sion qızı! 023 ISA 052 003 Rəbb belə deyir: «Siz müftə satılmışdınız, Müftə də satın alınacaqsınız». 023 ISA 052 004 Xudavənd Rəbb belə deyir: «Xalqım qürbətdə yaşamaq üçün Əvvəllər Misirə enmişdi. Sonra Aşşurlular onlara boş yerə zülm etdi. 023 ISA 052 005 Xalqım nahaq yerə götürülüb aparıldı, İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir. Bu, Rəbbin sözüdür: «Onların başçıları ah-zar edir, Həmişə, gün boyu adım küfrlə çəkilir. 023 ISA 052 006 Buna görə xalqım Mənim adımı tanıyacaq, O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək». 023 ISA 052 007 Sülh xəbəri gətirən, Dağları aşıb-gələn Müjdəçinin qədəmləri necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir. 023 ISA 052 008 Qulaq asın! Gözətçilər səslərini ucaldır, Birlikdə mədh oxuyur, Çünki Rəbbin Siona qayıdışını Öz gözləri ilə görür. 023 ISA 052 009 Ey Yerusəlim xarabalıqları, Şənlik edin, birlikdə mədh oxuyun, Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. 023 ISA 052 010 Rəbb bütün millətlərin gözləri önündə Müqəddəs qolunu çırmaladı, Yer üzünün qurtaracağınadək hər yer Allahımızın gətirdiyi xilası görəcək. 023 ISA 052 011 Çəkilin, çəkilin, oradan çıxın, Murdar şeylərə toxunmayın, Oradan çıxıb təmizlənin, Ey Rəbbin əşyalarını daşıyanlar! 023 ISA 052 012 Axı siz tələsmədən çıxacaqsınız, Qaça-qaça getməyəcəksiniz, Çünki Rəbb qarşınızda gedəcək, İsrailin Allahı arxanızda olacaq. 023 ISA 052 013 Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. 023 ISA 052 014 Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, Zahirən insan surətindən çıxmışdı. 023 ISA 052 015 Lakin o, çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq, Çünki onlar bilmədiklərini görəcək, Eşitmədiklərini anlayacaq. 023 ISA 053 001 Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zahir oldu? 023 ISA 053 002 O, Rəbbin önündə bir fidan kimi, Quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, Gözümüzü oxşayan zahiri siması da yox idi. 023 ISA 053 003 Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. 023 ISA 053 004 Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik. 023 ISA 053 005 Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. 023 ISA 053 006 Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. 023 ISA 053 007 Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, Qırxımçıların qabağında dilsiz qoyun kimi Ağzını açmadı. 023 ISA 053 008 Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın üsyankarlığına görə O edam olundu, dirilər arasından atıldı. 023 ISA 053 009 O heç bir zorakılıq etmədiyi, Ağzından yalan söz çıxmadığı halda Qəbri pis adamların yanında quruldu, Dövlətli adamın yanında dəfn olundu. 023 ISA 053 010 Amma Rəbb Özü onun bu iztirablarını istədi, Çəkdiyi əziyyətlər Onun iradəsi idi. Öz canını təqsir qurbanı təqdim edərsə, Nəsil görəcək, ömür uzadacaq. Rəbbin istəyi onun əli ilə uğur qazanacaq. 023 ISA 053 011 O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək. 023 ISA 053 012 Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı. 023 ISA 054 001 «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çox olacaq», Bunu Rəbb deyir. 023 ISA 054 002 «Çadırının yerini genişləndir, Məskənlərinin örtüklərini uzat, Çəkinmə, ipləri uzat, payaları vur. 023 ISA 054 003 Çünki sağa və sola səpələnəcəksən, Nəslin millətlərə yiyələnəcək, Viran qalmış şəhərlərdə məskunlaşacaq. 023 ISA 054 004 Qorxma, çünki utanmayacaqsan, Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan. Cavanlığın xəcalətini unudacaqsan, Bir daha dulluğun rüsvayçılığını Yadına salmazsan». 023 ISA 054 005 Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır. 023 ISA 054 006 Allahın deyir: «Rəbb səni çağırır Atılmış və ruhu əzilmiş, Gənc yaşında ərə getmiş, Sonra isə rədd olunmuş bir qadın kimi. 023 ISA 054 007 Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm. 023 ISA 054 008 Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir. 023 ISA 054 009 «Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır, Nuhun dövründəki daşqının suları Bir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə, İndi də and içirəm ki, Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm. 023 ISA 054 010 Dağlar yerini dəyişsə də, Təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir. 023 ISA 054 011 «Ey tufana düşmüş, Təsəlli tapmamış yazıq şəhər! Sənin daşlarını əqiqlərlə, Təməlini göy yaqutlarla qoyacağam. 023 ISA 054 012 Qüllələrini yaqutdan, Darvazalarını ləl-cəvahirdən, Divarlarını qiymətli daşlardan hörəcəyəm. 023 ISA 054 013 Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, Onlar tam sülh içində olacaq. 023 ISA 054 014 Salehliyində möhkəmlənəcəksən, Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan. Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq. 023 ISA 054 015 Sənə hücum edən olsa, bil ki, bu Məndən deyil, Sənə hücum edən hər kəs Qarşında yerə yıxılacaq. 023 ISA 054 016 Budur, odda kömürü körükləyən, Öz məqsədi üçün silah hazırlayan Dəmirçini Mən yaratdım. Məhv etmək üçün qırıcını da Mən yaratdım. 023 ISA 054 017 Sənə qarşı işlənən Heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən Hər kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir». Bunu Rəbb bəyan edir. 023 ISA 055 001 Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın! 023 ISA 055 002 Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. 023 ISA 055 003 Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm. 023 ISA 055 004 Budur, onu ümmətlərə şahid, Xalqlara başçı və hökmdar etdim. 023 ISA 055 005 Tanımadığınız millətləri çağıracaqsınız. Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək. Allahınız Rəbbə görə, İsrailin Müqəddəsindən ötrü onlar gələcək, Çünki Rəbb sizi ucaltdı. 023 ISA 055 006 Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın. 023 ISA 055 007 Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, Çünki Onun əfvi boldur. 023 ISA 055 008 «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. 023 ISA 055 009 «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir. 023 ISA 055 010 Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, Əkinçiyə toxum, yeyənə çörək verirsə, 023 ISA 055 011 Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər. 023 ISA 055 012 Sevinclə çıxacaqsınız, Sülhlə müşayiət olunacaqsınız, Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, Çöldəki bütün ağaclar əl çalacaq. 023 ISA 055 013 Tikanlı kol əvəzinə şam ağacı, Qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, Pozulmaz əbədi əlamət olacaq». 023 ISA 056 001 Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, Salehliyim tezliklə aşkar olunacaq. 023 ISA 056 002 Bunu edən insan, Buna itaət edən bəşər oğlu nə bəxtiyardır! Şənbə gününü tutar, murdarlamaz, Hər cür şərdən qorunar. 023 ISA 056 003 Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin: “Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”. Qoy heç bir xədim deməsin: “Mən quru bir ağacam”». 023 ISA 056 004 Çünki Rəbb belə deyir: «Şənbə günlərimə riayət edən, Mənə xoş gələni seçən, Əhdimə itaət edən xədimlərə 023 ISA 056 005 Evimdə, divarlarımın arasında Oğul və qızlardan daha da yaxşı olan Xatirə və ad verəcəyəm. Onlara silinməz, əbədi bir ad verəcəyəm. 023 ISA 056 006 Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, Əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri 023 ISA 056 007 Müqəddəs dağıma gətirib Dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri Yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq». 023 ISA 056 008 İsrailin əsir düşmüş övladlarını toplayan Xudavənd Rəbb belə bəyan edir: «Mən hələ toplanmışların yanına başqalarını da yığacağam». 023 ISA 056 009 Ey bütün çöl heyvanları, Ey bütün meşə heyvanları, Gəlin yeməyə! 023 ISA 056 010 Xalqımın bütün gözətçiləri kordur, cahildir! Onların hamısı hürə bilməyən lal itlərdir, Yuxu görürlər, uzanırlar, Yatmağı sevirlər! 023 ISA 056 011 Acgöz, azğın köpəklərdir bunlar, Axmaq çobanlardır bunlar! Hər kəs öz yolu ilə gedir, Hər biri öz xeyrini güdür! 023 ISA 056 012 Bir-birlərinə deyirlər: «Gəlin, şərab gətirək, Bol-bol kefləndirici içki içək! Sabahkı gün də bu gün kimi, Hətta bundan da çox yaxşı olacaq!» 023 ISA 057 001 «Saleh adam ölür və bunu vecinə alan yoxdur. Mömin adamlar da köçüb gedir, Amma heç kim anlamır ki, Bəla gəlməmiş saleh adam canını qurtarır. 023 ISA 057 002 Saleh adam sülhə qovuşur, Doğru yolla gedən son yatağında rahat yatır. 023 ISA 057 003 Amma siz, ey cadugər qadının övladları, Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin! 023 ISA 057 004 Siz kimi məsxərəyə qoyursunuz? Kimə ağız əyirsiniz? Kimə dil göstərirsiniz? Məgər siz itaətsiz övladlar, Yalançı nəsil deyilsiniz? 023 ISA 057 005 Palıd ağacları arasında, Hər kölgəli ağacın altında Şəhvətlə alışıb-yanan, Vadilərdə, qaya oyuqlarında, Övladlarınızı qurban gətirən Siz deyilmisiniz? 023 ISA 057 006 Sizin payınız Vadinin hamar daşlarından düzələn bütlərdir. Onlardır, bəli, onlardır sizə nəsib olan. Onların qarşısında içmə təqdimi tökdünüz, Taxıl təqdimi gətirdiniz. Bunlara görə Mən təsəlli taparammı? 023 ISA 057 007 Yatağınızı yüksək, uca dağda salmısınız, Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız. 023 ISA 057 008 Qapılarınıza, qapıların yan taxtalarının arxasına İyrənc işarələr düzmüsünüz. Məni tərk edib yatağınızı geniş açdınız, Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz, Birlikdə yatmağa can atdınız, Onların çılpaqlığına tamaşa etdiniz! 023 ISA 057 009 Ətirləri bol-bol vurandan sonra Molek allahına sarı getdiniz. Elçilərinizi uzaqlara göndərdiniz, Özünüzü ölülər diyarına qədər endirdiniz. 023 ISA 057 010 Uzun yollar sizi taqətdən saldı. Lakin siz “daha bəsdir” demədiniz. Gücünüzü təzələyib qalxdınız, Buna görə yorulmadınız. 023 ISA 057 011 Kim sizi qorxudub dəhşətə saldı ki, Məni aldatdınız? Məni yada salmadınız, Ürəyinizdə Mənə yer vermədiniz? Mən xeyli vaxt susduğuma görə, Siz Məndən qorxmursunuz? 023 ISA 057 012 Mən sizin salehliyinizi, Etdiyiniz əməlləri aşkara çıxaracağam, Bunların sizə xeyri olmayacaq. 023 ISA 057 013 Siz fəryad edəndə Bu yığdığınız bütlər Görək sizi nə cür qurtaracaq! Onların hamısını külək sovurub atacaq, Bir nəfəs onları yerindən tərpədib aparacaq. Lakin Mənə sığınan torpağı irs olaraq alacaq, Müqəddəs dağımı mülk edəcək». 023 ISA 057 014 Rəbb deyir: «Tikin, tikin, yol hazırlayın! Xalqımın yolundakı əngəlləri götürün!» 023 ISA 057 015 Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim. 023 ISA 057 016 Həmişə çəkişib qəzəblənməyəcəyəm, Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz. 023 ISA 057 017 Tamahkarlıq günahına görə Qəzəblənib xalqı cəzalandırdım, Hiddətlənib üzümü ondan döndərdim. O da inad edib öz yolu ilə getdi. 023 ISA 057 018 Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm. 023 ISA 057 019 Ağızları ilə həmdlər söyləyəcəyəm. Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun». Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm». 023 ISA 057 020 Pislər isə sanki dalğalanan dənizdir, Bu dəniz sakit dura bilməz, Onun suları palçıq və kir çıxarar. 023 ISA 057 021 «Pislərə isə sülh yoxdur» deyir mənim Allahım. 023 ISA 058 001 «Avazla çığırın, çəkinməyin, Səsinizi şeypur səsi kimi ucaldın, Xalqıma üsyankarlığını, Yaqub nəslinə günahlarını bildirin! 023 ISA 058 002 Onlar hər gün Məni axtarır, Mənim yolumu öyrənməkdən zövq alır. Sanki bu əməlisaleh, Allahının hökmündən ayrılmayan millət imiş. Onlar Məndən düzgün hökmlər diləyirdi, Allaha yaxınlaşmaqdan zövq alırdı. 023 ISA 058 003 Onlar belə deyir: “Oruc tutduğumuzu nə üçün görmürsən, Özümüzü aşağı tutanda, Sən niyə fikir vermirsən?” Baxın, oruc tutduğunuz gün Siz istədiyinizi edirsiniz, Bütün işçilərinizi sıxışdırırsınız. 023 ISA 058 004 Baxın, orucunuzu savaşma ilə, Dava ilə, yumruqla, döyməklə keçirirsiniz. Səsinizi ucalara çatdırmaq üçün Bugünkü kimi sizə oruc tutmaq olmaz. 023 ISA 058 005 İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi? Bu, qamış kimi başınızı əyib, Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı? Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz? 023 ISA 058 006 Mənim istədiyim orucsa Haqsızlığın buxovlarını qırmaq, Boyunduruğun iplərini açmaq, Sıxıntı içində olanları azad etmək, Hər cür boyunduruğu məhv etmək deyilmi? 023 ISA 058 007 Yediyiniz çörəyi acla bölüşdürmək, Yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? 023 ISA 058 008 Onda nurunuz şəfəq kimi saçacaq, Tezliklə şəfa tapacaqsınız, Qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. 023 ISA 058 009 O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, Yəni başqalarına zülm etməyinizi Aranızdan rədd etsəniz, Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, 023 ISA 058 010 Can-dildən acların qayğısına qalsanız, Fəqirlərin ehtiyaclarını ödəsəniz, Nurunuz qaranlıqda parlayacaq, Qaranlığınız günorta işığı kimi nur saçacaq. 023 ISA 058 011 Rəbb həmişə sizə yol göstərəcək, Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, Suları heç vaxtı əskilməyən Bulaq kimi olacaqsınız. 023 ISA 058 012 Sizdən törənənlər qədim dağıntıları tikəcək, Nəsillərdən qalma təməllərin üstünü Siz bərpa edəcəksiniz. Sizə xarabalıqları bərpa edənlər, Camaatın yaşaması üçün Küçələri yenidən quranlar deyiləcək. 023 ISA 058 013 Şənbə günündə büdrəməsəniz, Müqəddəs günümdə istədiyinizi etməsəniz, Şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “Şərəfli gün” adlandırsanız, Öz yolunuzla getməməklə, İstədiyinizi əldə etməməklə, Boşboğazlıqla məşğul olmamaqla, O günü əziz tutsanız, 023 ISA 058 014 Rəblə ünsiyyətdən zövq alacaqsınız. O zaman Mən sizi yer üzünün Yüksək yerlərinə çıxaracağam, Atanız Yaqubun payından dadacaqsınız». Bu sözlər Rəbbin ağzından çıxıb. 023 ISA 059 001 Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin. 023 ISA 059 002 Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir. 023 ISA 059 003 Çünki əlləriniz qanla, Barmaqlarınız şər əməllərlə murdarlanıb. Dodaqlarınız yalan danışır, Diliniz pislik söyləyir. 023 ISA 059 004 Məhkəmədə ədalətlə işə baxan yoxdur, Doğruluqla özünü müdafiə edən yoxdur, Boş sözlərə güvənirlər, aldadırlar, Əziyyətə hamilə olub pislik doğurlar. 023 ISA 059 005 Gürzə yumurtalarına qırt yatırlar, Hörümçək toru toxuyurlar. O yumurtalardan yeyən ölür, Qırılan yumurtalardan əfi ilan çıxır. 023 ISA 059 006 Onların toxuduğu hörümçək torundan paltar çıxmaz, Toxuduqları parça ilə özlərini örtə bilmirlər. Elədikləri əməllər şər əməllərdir, Əllərində zorakılıq işləri var. 023 ISA 059 007 Ayaqları pis işlər etməyə tələsir, Günahsız qan tökməyə cəlddir. Fikirləri, niyyətləri şər əməllərdir, Yollarında viranəlik, qırğın var. 023 ISA 059 008 Əmin-amanlıq yolu nədir, onlar bilmirlər, Getdikləri yolda ədalət yoxdur, Özlərinə əyri yol seçdilər, O yoldan gedənlərin heç biri Əmin-amanlıq nədir bilmir. 023 ISA 059 009 Buna görə ədalət bizdən uzaqlaşıb, Salehliyə çata bilmirik. İşıq ümidindəyik, lakin qaranlıqdayıq, Aydınlıq gözləyirik, zülmətdə yeriyirik. 023 ISA 059 010 Kor kimi əllərimizlə divarı yoxlayırıq, Gözü görməyənlər tək yol axtarırıq. Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik, Güclülər arasında ölülər kimiyik. 023 ISA 059 011 Hamımız ayı kimi nərildəyirik, Göyərçin tək inildəyirik. Ədalət gözləyirik, lakin heç bir şey yoxdur. Qurtuluş gözləyirik, amma bizdən uzaqdır. 023 ISA 059 012 Çünki Önündə üsyankarlığımız böyükdür, Günahlarımız bizə qarşı şəhadət edir. Üsyankarlığımız bizi dövrəyə alıb, Şər əməllərimizdən xəbərdarıq. 023 ISA 059 013 Üsyankar olub Rəbbi rədd etdik, Allahımızın ardınca getmədik, Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq, Yalan kəlmələri ürəyimizdə gizlətdik, Sonra aşkara çıxartdıq. 023 ISA 059 014 Ədalət geri çəkildi, Salehlik uzaqda durdu, Çünki həqiqət şəhər meydanında yıxıldı, Dürüstlük aramıza daxil ola bilmir. 023 ISA 059 015 Həqiqət heç bir yerdə yoxdur, Şərdən uzaq duran talan olunur. Rəbb bunları gördü, Ədalətin yoxluğu Onun xoşuna gəlmədi. 023 ISA 059 016 Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu. 023 ISA 059 017 O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü. 023 ISA 059 018 O hər kəsə əməllərinə görə əvəz verəcək. Düşmənlərinə qəzəblə, yağılarına, Uzaq diyarlara qisasla əvəz verəcək. 023 ISA 059 019 Beləcə qərbdən şərqədək adamlar Rəbbin adından və əzəmətindən qorxacaq. Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq. 023 ISA 059 020 Rəbb bəyan edir: «Satınalan Siona gələcək, Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək». 023 ISA 059 021 «Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir. 023 ISA 060 001 Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! 023 ISA 060 002 Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, İzzəti səni əhatə edəcək. 023 ISA 060 003 Millətlər sənin nuruna, Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. 023 ISA 060 004 Qaldır başını, bax ətrafına, Hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, Qızların qucaqda gətirilir. 023 ISA 060 005 O vaxt bunu görüb üzün nur saçacaq, Ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, Millətlərin sərvəti sənə gələcək. 023 ISA 060 006 Dəvə sürüləri, Midyan və Efa köşəkləri Torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib Qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək. 023 ISA 060 007 Qedarın bütün qoyun sürüləri yanına yığılacaq, Nevayotun qoçları sənin əlinin altında olacaq, Qurbangahıma Mənə məqbul olan qurbanlar gətiriləcək. Şərəfli evimi daha da izzətləndirəcəyəm. 023 ISA 060 008 Kimdir bunlar, bulud kimi, Yuvalarına yaxınlaşan göyərçin tək uçub gələnlər? 023 ISA 060 009 Uzaq diyarlar Mənə ümid bağladıqlarına görə Tarşiş gəmiləri başda olmaqla Allahın Rəbbin şərəfinə, Səni ucaldan İsrailin Müqəddəsi üçün Sənin övladlarını qızıl-gümüşü ilə Uzaqdan gətirən gəmilərdir bunlar. 023 ISA 060 010 Əcnəbilər divarlarını tikəcək, Padşahları sənə xidmət edəcək. Qəzəbimdə səni vurdumsa da, Lütfümlə sənə mərhəmət edəcəyəm. 023 ISA 060 011 Darvazaların həmişə açıq qalacaq, Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki, Millətlərin sərvəti sənə təqdim olunsun, Padşahları yanına gətirilsin. 023 ISA 060 012 Çünki sənə xidmət etmək istəməyən Millət ya padşahlıq məhv olacaq, Bəli, o millətlər tamamilə yox olacaq. 023 ISA 060 013 Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm. 023 ISA 060 014 Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər. 023 ISA 060 015 Səni tərk edib nifrət etdilər, Yanından heç kim keçmirdi, İndi isə Mən səni əbədi fəxr, Nəsillər boyu sevinc edəcəyəm. 023 ISA 060 016 Millətlər və padşahlar Bir ana kimi sənə süd verəcəklər. O vaxt biləcəksən ki, səni qurtaran Rəbb, Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm. 023 ISA 060 017 Sənə tunc əvəzinə qızıl, Dəmir yerinə gümüş, Ağac yerinə tunc, Daş əvəzinə dəmir gətirəcəyəm. Əmin-amanlığı başçın, Salehliyi hökmdarın təyin edəcəyəm. 023 ISA 060 018 Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan. 023 ISA 060 019 Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq. 023 ISA 060 020 Günəşin batmayacaq, ayın gizlənməyəcək, Çünki Rəbb əbədi nurun olacaq, Sənin yaslı günlərin qurtaracaq. 023 ISA 060 021 Bütün xalqın saleh olacaq, Torpağı əbədi mülk olaraq alacaq. Onlar əkdiyim fidandır, Şöhrətimi göstərmək üçün əlimin işidir. 023 ISA 060 022 Ən kiçik ailədən böyük nəsil törəyəcək, Azsaylı nəsil qüdrətli millət olacaq. Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm. 023 ISA 061 001 Xudavənd Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün, 023 ISA 061 002 Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, Yaslıların hamısına təsəlli vermək üçün, 023 ISA 061 003 Sionda yas tutanları təmin etmək, Kül yerinə çələng, Yas yerinə sevinc gətirən məsh yağı, Kədərli ruh əvəzinə Həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar etmək üçün Onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək. 023 ISA 061 004 Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq. 023 ISA 061 005 Yadellilər gəlib sürülərinizi otaracaq, Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək. 023 ISA 061 006 Sizsə Rəbbin kahinləri, Allahımızın xidmətçiləri adlanacaqsınız. Millətlərin sərvəti ilə bəslənəcəksiniz, Var-dövlətləri ilə fəxr edəcəksiniz. 023 ISA 061 007 Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf, Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz. İndi isə torpağınızda ikiqat mülk alacaqsınız, Sevinciniz əbədi olacaq. 023 ISA 061 008 Çünki Mən Rəbb ədaləti sevirəm. Soyğunçuluğa, haqsızlığa nifrət edirəm. Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm, Onlarla əbədi əhd kəsəcəyəm. 023 ISA 061 009 Nəsillərindən törəyənlər millətlər içində, Övladları xalqlar arasında tanınacaq. Onları görən hər kəs biləcək ki, Rəbb nəsillərinə xeyir-dua verdi. 023 ISA 061 010 Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, Çünki çələnglə bəzənmiş bəy kimi, Bər-bəzək taxmış gəlin kimi Mənə qurtuluş paltarı geyindirdi, Salehlik libası ilə bürüdü. 023 ISA 061 011 Torpaq zoğlarını necə cücərdirsə, Bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək. 023 ISA 062 001 Salehliyi nur kimi saçanadək, Qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam. 023 ISA 062 002 Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək. Rəbbin ağzı ilə deyəcəyi, Sənə verəcəyi yeni bir adla çağırılacaqsan. 023 ISA 062 003 Sən Rəbbin əlində gözəllik tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan. 023 ISA 062 004 Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq. 023 ISA 062 005 Bir gənc bakirə qızla evləndiyi kimi Səni Yaradan da səninlə evlənəcək. Bəy gəlindən zövq aldığı kimi Allahın da səndən zövq alacaq. 023 ISA 062 006 Ey Yerusəlim, divarlarının üstünə Mən qarovulçular qoydum. Gecə-gündüz onlar susmayacaq. Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın, 023 ISA 062 007 Rəbb Yerusəlimi bərpa edənədək, Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədək Ona rahatlıq verməyin! 023 ISA 062 008 Rəbb sağ əlini, güclü qolunu Qaldırıb and içdi: «Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm, Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək. 023 ISA 062 009 Taxılı yığan yeyəcək, Rəbbə həmdlər edəcək. Üzümü toplayan şərabını Məbədimin həyətlərində içəcək». 023 ISA 062 010 Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın! 023 ISA 062 011 Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi: «Sion qızına deyin: “Budur, qurtuluşun gəlir, Rəbbin mükafatı onunladır, Ənamı önündədir”». 023 ISA 062 012 Sion xalqına «Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər. Sən, ey Yerusəlim, «Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan. 023 ISA 063 001 Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir? Təmtəraqlı libas içində, Böyük qüdrətlə gələn kimdir? «O Mənəm, həqiqətlə danışan, Qurtarmağa qadir olan». 023 ISA 063 002 Nə üçün geyimlərin qırmızıdır, Nə üçün libasın al rəngdədir, Sanki sən üzümsıxanda üzüm sıxırdın? 023 ISA 063 003 «Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı. Qəzəb içində onları tapdaladım, Qeyzlə təpiyimin altına saldım. Qanları geyimlərimə sıçradı, Bütün libaslarımı bulaşdırdım. 023 ISA 063 004 Çünki qisas günü qəlbimdə idi, Xalqımı satın aldığım il gəldi. 023 ISA 063 005 Mən baxdım, kömək edən bir kəs yox idi, Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım, Onda qolum mənə zəfər gətirdi, Qeyzim mənə dayaq oldu. 023 ISA 063 006 Qəzəb içində xalqları tapdaladım, Qeyzimi onlara içirtdim, Qanlarını yerə axıtdım». 023 ISA 063 007 Rəbbin lütfkar işlərindən, Həmdlərə layiq əməllərindən nəql edəcəyəm. Böyük mərhəməti və məhəbbəti naminə, İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə, Rəbbin bizə etdiyi bütün işlərinə görə Onu xatırlayacağam. 023 ISA 063 008 Rəbb dedi: «Əlbəttə, onlar Mənim xalqımdır, Məni aldatmayan övladlarımdır». Beləcə onlara Qurtarıcı oldu. 023 ISA 063 009 Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə Onları satın aldı. Bütün keçmiş günlərdə onları götürüb apardı. 023 ISA 063 010 Lakin İsrail üsyankar olaraq Onun Müqəddəs Ruhunu kədərləndirdi. Rəbb də düşməni olub Onlara qarşı döyüşdü. 023 ISA 063 011 Sonra xalq keçmiş günləri – Rəbbin qulu Musanın dövrünü yada saldı. Onları sürüsünün çobanları ilə birgə Dənizdən keçirən haradadır? Onların daxilinə Müqəddəs Ruhunu ehsan edən, 023 ISA 063 012 Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub, Özünə əbədi ad qazandırmaq üçün Suları qarşılarında yaran Rəbb haradadır? 023 ISA 063 013 Bir at çöldə yıxılmadan çapan kimi Onları da dərinliklərdən elə keçirən Rəbb haradadır? 023 ISA 063 014 Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki, Elə bil naxır otu bol olan dərədə otarılır. Bəli, Sən adını şərəfləndirmək naminə Xalqına belə yol göstərdin. 023 ISA 063 015 Ya Rəbb, göylərdən bax, Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal! Haradadır Sənin qeyrətin, gücün? Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin. 023 ISA 063 016 Sənsən Atamız. İbrahim bizi tanımasa da, İsrail bizim kim olduğumuzu bilməsə də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır. 023 ISA 063 017 Nə üçün, ya Rəbb, Bizi yolundan azdırırsan, Səndən qorxmayaq deyə Qəlblərimizi inadkar edirsən? Qullarının xatirinə, İrsin olan qəbilələrinin xatirinə geri dön. 023 ISA 063 018 Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu. İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır. 023 ISA 063 019 Əzəldən bəri heç vaxt Hakimlik etmədiyin xalqa bənzədik, Sanki Sənin adına bağlı xalq olmamışıq. 023 ISA 064 001 Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı! 023 ISA 064 002 Alov kolluğu yandıran kimi, Od suyu qaynadan kimi Adını yağılarına tanıtdıraydın, Millətlər önündə lərzəyə gələrdi! 023 ISA 064 003 Sən gözləmədiyimiz əzəmətli işlər edəndə Endin yer üzünə, dağlar önündə sarsıldı. 023 ISA 064 004 Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib. 023 ISA 064 005 Sevinə-sevinə salehlik edəni, Yollarında Səni xatırlayanları qarşılayırsan. Amma biz günaha batdıq, Sən qəzəbləndin. Beləcə xeyli vaxt yaşadıq, Bəs biz necə xilas ola bilərik? 023 ISA 064 006 Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır. 023 ISA 064 007 Sənin adını çağıran yoxdur, Sənə bağlanmaq üçün can atan yoxdur. Çünki bizdən üz döndərdin, Şər əməllərimizə görə bizi yox etdin. 023 ISA 064 008 Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik. 023 ISA 064 009 Ya Rəbb, çox qəzəblənmə, Şər əməllərimizi heç vaxt xatırlama, Hamımız Sənin xalqınıq, bunu nəzərə al. 023 ISA 064 010 Müqəddəs şəhərlərin səhraya, Sion çöllüyə döndü, Yerusəlim viran qaldı. 023 ISA 064 011 Atalarımızın Sənə həmd etdikləri yer – Müqəddəs, şanlı məbədimiz yandı, Gözəl binalarımız xaraba qaldı. 023 ISA 064 012 Bütün bunlardan sonra, Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı? Susub bizi nə qədər alçaldacaqsan? 023 ISA 065 001 «Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım. Adımı çağırmayan millətə dedim: “Buradayam! Buradayam!” 023 ISA 065 002 Pis yolla gedən, Öz düşüncələri ilə hərəkət edən Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum. 023 ISA 065 003 O xalq ki bağlarda qurban kəsərək, Kərpiclərin üstündə buxur yandırıb Gözüm önündə daima Məni təhqir edir, 023 ISA 065 004 Qəbiristanlıqda oturub Gizli yerlərdə gecələyir, Donuz əti yeyir, Qablarında haram ət qaynadır. 023 ISA 065 005 Onlar bir-birinə deyir: “Uzaq dur, Mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm”. Belələri burnuma tüstü, Bütün gün yanan alovdur. 023 ISA 065 006 Budur, qarşımda bunlar yazılıb: Mən susmayacağam, Ancaq onların əvəzini verəcəyəm, Əməllərini başlarına çevirəcəyəm. 023 ISA 065 007 Onların da, atalarının da qəbahətlərinin cəzasını Onlara çəkdirəcəyəm». Rəbb deyir. «Dağların başında buxur yandırdıqlarına görə, Təpələrin başında Mənə küfr etdiklərinə görə Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm». 023 ISA 065 008 Rəbb deyir: «Üzüm salxımında şirə tapıldığına görə deyirlər: “Salxımı xarab etməyin, içində bərəkət var”. Mən də qullarımın xatirinə belə edərəm ki, Onların hamısı məhv olmasın. 023 ISA 065 009 Yaqubdan törəyənlərin sayını artıracağam, Yəhuda nəslindən dağlarıma varis çıxacaq, Seçilmiş xalqım oranı irs alacaq. Mənim qullarım orada məskunlaşacaq. 023 ISA 065 010 Məni axtaran xalqım üçün Şaron sürülərin otlağı, Akor vadisi mal-qaranın rahatlandığı yer olacaq. 023 ISA 065 011 Lakin sizlər – Rəbbi tərk edənlər, Müqəddəs dağımı unudanlar, Tale allahına süfrə açanlar, Qismət allahına camlarda şərab təqdim edənlər, 023 ISA 065 012 Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz». 023 ISA 065 013 Buna görə də Xudavənd Rəbb belə deyir: «Qullarım yeyəcək, sizsə ac qalacaqsınız, Qullarım içəcək, sizsə susayacaqsınız, Qullarım sevinəcək, sizsə utanacaqsınız. 023 ISA 065 014 Qullarım şadlanıb mədhiyyələr söyləyəcək, Sizsə ürək ağrısından qışqıracaqsınız, Kədərli ruhla fəryad edəcəksiniz. 023 ISA 065 015 Sizin adınız seçilmiş xalqımın Ağzında ancaq lənət kimi qalacaq. Xudavənd Rəbb sizi öldürəcək, Öz qullarına isə başqa ad verəcək. 023 ISA 065 016 Ölkədə kim xeyir-dua istəsə, Sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, Sadiq Allahın adı ilə and içəcək. Çünki keçmiş əziyyətlər unudulub Gözümün önündən yox olacaq. 023 ISA 065 017 Budur, Mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, Heç yada düşməyəcək. 023 ISA 065 018 Yaratdığımla əbədilik sevinin, şadlanın. Çünki sevinc üçün yeni Yerusəlimi, Sakinlərini xoşbəxtlik üçün yaradacağam. 023 ISA 065 019 Mən Yerusəlim üçün sevinəcəyəm, Xalqım üçün şadlanacağam. Orada nə ağlaşma, nə fəryad səsi Bir daha eşidilməyəcək. 023 ISA 065 020 Uşaqlar artıq körpə çağlarında ölməyəcək, Uzun ömür sürməyən qoca olmayacaq, Yüz yaşında ölənlər cavan sayılacaq, Yüz yaşına çatmayanlar lənətli sayılacaq. 023 ISA 065 021 Onlar evlər tikib orada məskunlaşacaq, Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək. 023 ISA 065 022 Tikdikləri evdə özgələr yaşamayacaq, Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, Seçilmişlərim əllərinin işlərindən zövq alacaq. 023 ISA 065 023 Onlar boş yerə əlləşməyəcək, Övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq. 023 ISA 065 024 Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm. 023 ISA 065 025 Qurdla quzu bir yerdə otlayacaq, Şir buğa tək saman yeyəcək, İlanın yediyi torpaq olacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək». Rəbb belə deyir. 023 ISA 066 001 Rəbb belə deyir: «Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün harada ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq? 023 ISA 066 002 Çünki bütün bunları Mənim əlim yaratdı, Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir. «Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram. 023 ISA 066 003 Buğa kəsən şəxs adam öldürən kimidir, Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir, Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir, Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir. Onlar öz yolları ilə gedir, İyrənc işlərindən həzz alır. 023 ISA 066 004 Mən də onları çətinliyə düçar edəcəyəm, Qorxduqları bəlanı başlarına gətirəcəyəm. Çünki Mən çağıranda onlardan cavab almadım, Danışanda qulaq asmadılar, Gözümdə pis olanı etdilər, Mənə məqbul olmayanı seçdilər». 023 ISA 066 005 Ey Rəbbin sözü önündə titrəyənlər, Onun dediklərini eşidin: «Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız “Qoy Rəbb izzətini göstərsin, Biz də görək, necə sevinərsiniz” deyirdilər. Amma onlar rüsvay olacaq. 023 ISA 066 006 Şəhərdən nərələr, Məbəddən bir səs eşidilir! Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir. 023 ISA 066 007 Bir qadın ağrı çəkmədən, Sancısı tutmadan bir oğlan uşağı doğdu. 023 ISA 066 008 Belə bir şey eşidən olubmu? Belə şeyləri kim görüb? Bir gündə ölkə yarana bilərmi? Bir anda millət doğula bilərmi? Sion isə ağrısı tutan kimi övladlarını doğdu. 023 ISA 066 009 Mən doğuş anınadək gətirib Doğmağa güc vermərəmmi?» deyir Rəbb. «Doğuş üçün güc verən Mən Bətni bağlayarammı?» deyir Allahın. 023 ISA 066 010 «Yerusəlimlə birgə sevinin, Ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, Onunla birgə cuşa gəlin, fərəhlənin! 023 ISA 066 011 Siz ananız Yerusəlimin döşlərini əmib Təsəlli tapacaqsınız, doyacaqsınız, Onun bol nemətlərindən dadıb zövq alacaqsınız». 023 ISA 066 012 Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, Millətlərin sərvətini daşqın sel kimi Ona sarı axıdacağam. Siz ondan bəslənəcəksiniz, Qucağında daşınacaqsınız, Dizlərində oxşanacaqsınız. 023 ISA 066 013 Övladına təsəlli verən bir ana tək Mən sizə təsəlli verəcəyəm. Yerusəlimdə təsəlli tapacaqsınız. 023 ISA 066 014 Bunları görüb ürəyiniz sevinəcək; Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək. Hər kəs biləcək ki, Rəbbin qoruyucu əli qullarının, Qəzəbi isə düşmənlərinin üstündədir». 023 ISA 066 015 Budur, Rəbb odla gəlir, Onun döyüş arabaları qasırğa tək gəlir. Şiddətli qəzəbini, məzəmmətini Alov kimi tökməyə hazırdır. 023 ISA 066 016 Rəbb bütün bəşəri odla, Qılıncı ilə mühakimə edəcək, Çoxlarını məhv edəcək. 023 ISA 066 017 «Bağlara girmək üçün Özlərini təqdis edib pak edənlər, Mərkəzdə duranın ardınca gedərək Donuz, siçan və digər murdar heyvanların Ətini yeyənlərin hamısı məhv olacaq» Rəbb bəyan edir. 023 ISA 066 018 «Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək. 023 ISA 066 019 Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. 023 ISA 066 020 İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək. 023 ISA 066 021 Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir. 023 ISA 066 022 «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa, Nəsliniz və adınız da elə qalacaq» Rəbb bəyan edir. 023 ISA 066 023 «Hər Təzə Ay mərasimində, hər Şənbə günündə Bütün bəşər gəlib qarşımda səcdə edəcək». Rəbb deyir. 023 ISA 066 024 «Onlar eşiyə çıxanda Mənə qarşı üsyankar olanların meyitlərini görəcək. Meyitləri yeyən qurd ölməyəcək, Onları yandıran alov sönməyəcək. Bütün bəşər onlardan iyrənəcək». # # BOOK 024 JER Jeremiah Yeremya 024 JER 001 001 Bunlar Binyamin torpağındakı Anatotda yaşayan kahinlərdən biri olan Xilqiya oğlu Yeremyanın sözləridir. 024 JER 001 002 Yəhuda padşahı Amon oğlu Yoşiyanın dövründə – padşahlığının on üçüncü ilində Yeremyaya Rəbbin sözü nazil oldu. 024 JER 001 003 Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi. 024 JER 001 004 Mənə Rəbbin bu sözü nazil oldu: 024 JER 001 005 «Mən sənə ananın bətnində Surət verməzdən əvvəl səni tanıdım, Doğulmazdan əvvəl səni təqdis edib Millətlərə peyğəmbər etdim». 024 JER 001 006 Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». 024 JER 001 007 Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. 024 JER 001 008 Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. 024 JER 001 009 Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum. 024 JER 001 010 Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən». 024 JER 001 011 Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm». 024 JER 001 012 Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam». 024 JER 001 013 Mənə yenə Rəbbin bu sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Şimaldan bu tərəfə yönəlmiş qaynar bir qazan görürəm». 024 JER 001 014 Rəbb mənə dedi: «Bu ölkədə yaşayanların hamısının üzərinə Şimaldan bəla yağacaq. 024 JER 001 015 Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam» Rəbb belə bəyan edir. «Hər biri gəlib öz taxtını Yerusəlim darvazalarının girişində, Onun bütün darvazalarının ətrafında Və bütün Yəhuda şəhərlərində quracaq. 024 JER 001 016 Bütün pisliklərinə görə Onların əleyhinə hökmlərimi bildirəcəyəm. Çünki Məndən üz döndərib başqa allahlara buxur yandıraraq Öz əl işlərinə səcdə etdilər. 024 JER 001 017 Sən belini qurşayıb qalx, sənə əmr edəcəyim bütün şeyləri onlara söylə. Onlardan qorxma, yoxsa Mən də səni onların önündə qorxuya salacağam. 024 JER 001 018 Budur, Mən bu gün səni bütün ölkənin – Yəhuda padşahlarının, bu yerin başçılarının, kahinlərinin və ölkə xalqının əleyhinə qalalı şəhər, dəmir sütun və tunc divar etdim. 024 JER 001 019 Onlar səninlə vuruşacaq, ancaq gücləri çatmayacaq, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. 024 JER 002 001 Mənə Rəbbin sözü nazil oldu: «Get Yerusəlimə ucadan elan et ki, 024 JER 002 002 Rəbb belə deyir: “Mən sənin cavanlığındakı mehrini, Gəlin olanda məhəbbətini, Səhrada, ot bitməyən torpaqda ardımca gəldiyini yadıma saldım. 024 JER 002 003 Onda İsrail Rəbbə həsr olunmuşdu Və Onun məhsulunun nübarı idi. Onu udmaq istəyənlərin hamısı mühakimə olunur, Üstlərinə bəla gəlirdi” Rəbb belə bəyan edir. 024 JER 002 004 Ey Yaqub nəsli, ey İsrail nəslinin bütün tayfaları, Rəbbin sözünü eşidin, 024 JER 002 005 Rəbb belə deyir: “Atalarınız Məndə nə haqsızlıq tapdılar ki, Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər, Özləri də puç adam oldular. 024 JER 002 006 Daha demədilər ki, Misir torpağından bizi çıxaran, Səhrada, uçurumlarla dolu boz çöllərdə, Ölüm kölgəsində qalan quraq torpaqda, Bir insanın keçmədiyi, heç kəsin yaşamadığı Diyarda gəzdirən Rəbb haradadır? 024 JER 002 007 Mən sizi bərəkətli torpağa gətirdim ki, Onun meyvələrindən və nemətlərindən dadasınız. Ancaq siz oraya girən kimi torpağımı murdar etdiniz, Mülkümü iyrənc bir yerə çevirdiniz. 024 JER 002 008 Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”. 024 JER 002 009 Buna görə Rəbb belə bəyan edir: “Mən yenə sizinlə çəkişəcəyəm, Mən övladlarınızın övladları ilə də çəkişəcəyəm. 024 JER 002 010 Siz Kittim adalarına gedib görün, Qedara adam göndərib öyrənin. Görün belə bir şey oldumu? 024 JER 002 011 Bir millət allahlarını dəyişdirdimi? Əslində onlar allah deyil. Ancaq Mənim xalqım öz Calalını faydasız bütlərə dəyişdi. 024 JER 002 012 Ey göylər, siz buna heyrət edib tir-tir əsin və dəhşətə gəlin” Rəbb belə bəyan edir. 024 JER 002 013 “Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb Özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər. 024 JER 002 014 Məgər İsrail quldur? Yoxsa o, kölə doğulmuşdu? Bəs nə üçün qarət malı oldu? 024 JER 002 015 Onun üstünə cavan aslanlar nərildədi və səslərini ucaltdılar. Ölkəsini viran etdilər. Şəhərləri yandı, bir nəfər sakin qalmadı. 024 JER 002 016 Nof və Taxpanxes sakinləri sənin başını yardı. 024 JER 002 017 Səni yolla aparan Allahın Rəbbi tərk etməklə Bu işi öz başına gətirmədinmi? 024 JER 002 018 Bəs Şixor suyundan içmək üçün Misirə niyə gedirsən? Fərat suyundan içmək üçün Aşşura niyə gedirsən? 024 JER 002 019 Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir. 024 JER 002 020 “Sən boyunduruğunu ta qədimdən qırdın, iplərini qopardın Və ‹sənə qulluq etməyəcəyəm› dedin. Üstəlik hər uca təpənin üstündə, Hər kölgəli ağacın altında yerə sərilib Bütlərə səcdə edərək Mənə xəyanət etdin. 024 JER 002 021 Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun? 024 JER 002 022 İndi isə sən gilabı ilə yuyunsan, çoxlu sabun əritsən də, Yenə günahın önümdə ləkə kimi qalacaq” Xudavənd Rəbb belə bəyan edir. 024 JER 002 023 “Axı necə deyə bilərsən ki, murdar olmadım, Baal bütlərinin ardınca getmədim? Dərədə necə rəftar etdiyinə bax, nə etdiyini gör. Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi, 024 JER 002 024 Şəhvətlə havanı iyləyən, səhraya öyrəşmiş vəhşi eşşək kimisən. Qızanda onu kim saxlaya bilər? Onu istəyənlər özlərini yormaz, cütləşmə vaxtı onu tapar. 024 JER 002 025 Ayaqyalın gəzmə, boğazın susuzluqdan qurumasın. Ancaq sən dedin: ‹Xeyr, olmaz! Çünki mən yad allahları sevdim və onların ardınca gedəcəyəm›. 024 JER 002 026 Oğru tutulanda necə utanırsa, İsrail nəsli də padşahları, başçıları, kahinləri Və peyğəmbərləri ilə birgə eləcə utanırlar. 024 JER 002 027 Onlar ağaca ‹atamsan›, daşa ‹bizi sən doğdun› deyir. Çünki Mənə tərəf üzlərini deyil, arxalarını çevirdilər. Ancaq üstlərinə bəla gələndə ‹qalxıb bizi qurtar› deyirlər. 024 JER 002 028 Bəs özün üçün düzəltdiyin bütlərin haradadır? Başına bəla gəldiyi vaxt səni qurtara bilərlərsə, gəlsinlər. Sənin allahların şəhərlərinin sayı qədərdir, ey Yəhuda! 024 JER 002 029 Nə üçün Mənimlə çəkişirsiniz? Hamınız Mənə qarşı üsyan etdiniz” Rəbb belə bəyan edir. 024 JER 002 030 “Övladlarınızı nahaq yerə cəzalandırdım, Çünki onlar ibrət götürmədilər. Öz qılıncınız qırıb-çatan aslan kimi Peyğəmbərlərinizi tələf etdi”. 024 JER 002 031 Ey bu nəslin övladları, Rəbbin sözünə diqqət edin: “Məgər Mən İsrail üçün bir səhra oldum? Yaxud bir zülmət ölkəsi oldum? Xalqım nə üçün deyir ki, biz öz-özümüzə ağayıq, Bir daha Sənə tərəf gəlmərik? 024 JER 002 032 Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi? Ancaq xalqım uzun müddət Məni unutdu. 024 JER 002 033 Oynaşlarının ardınca düşməkdə nə qədər mahirsən. Ən pis arvadlar belə, səndən dərs ala bilər. 024 JER 002 034 Sənin ətəklərin öldürdüyün Məzlum, günahsız adamların qanına bulaşıb, Halbuki onları oğurluq üstündə tutmadın. Hələ bununla belə, 024 JER 002 035 Sən deyirsən: ‹Mən təqsirsizəm, Rəbbin qəzəbi hökmən məndən yan keçəcək›. Bax Mən səni mühakimə edəcəyəm, Çünki günah etmədiyini söyləyirsən. 024 JER 002 036 Nə üçün tez-tez dolanıb dönüklük edirsən? Aşşurda pərt olduğun kimi Misirdə də pərt olacaqsan. 024 JER 002 037 Oradan da əllərinlə başını tutub çıxacaqsan, Çünki bel bağladıqlarını Rəbb rədd etdi, Onlarla uğur qazana bilməyəcəksən”. 024 JER 003 001 Əgər bir adam öz arvadını boşasa, Arvad da onu tərk edib başqasına ərə getsə, O adam bir də arvadının yanına qayıdarmı? Belə etsə, ölkə də tamamilə murdar olmazmı? Sənsə çoxlu oynaşla zina etdin, yenə də Mənə tərəf dönürsən?» Rəbb belə bəyan edir. 024 JER 003 002 «Başını çılpaq təpələrə tərəf qaldırıb bax. Sevişmədiyin yer varmı? Səhrada yaşayan bədəvi kimi Yol kənarında oturdun və oynaşlarını gözlədin. Zinakarlığın və pisliklərinlə ölkəni murdar etdin. 024 JER 003 003 Buna görə də yağışların ardı kəsildi və yaz yağışı yağmadı. Tərs sifətli fahişəyə oxşadın, utanmaq istəmədin. 024 JER 003 004 İndi Məni “Atam, cavanlığımdan bəri mənim dostumsan. 024 JER 003 005 Sən həmişə qəzəbli olacaqsan, Əbədi kin saxlayacaqsanmı?” deyə çağırırsan. Belə danışırsan, amma gücün çatdığı qədər pislik edirsən». 024 JER 003 006 Yoşiyanın padşahlığı dövründə Rəbb mənə dedi: «Dönük İsrailin nə etdiyini gördünmü? Hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Mənə xəyanət etdi. 024 JER 003 007 İsrail bütün bunları edəndən sonra “o Mənə tərəf qayıdacaq” dedim, ancaq o qayıtmadı. Xəyanətkar bacısı Yəhuda da bunu gördü. 024 JER 003 008 Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi. 024 JER 003 009 Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi. 024 JER 003 010 Bütün bunlara baxmayaraq onun xəyanətkar bacısı Yəhuda Mənə bütün qəlbi ilə deyil, hiylə ilə üz tutdu» Rəbb belə bəyan edir. 024 JER 003 011 Rəbb mənə dedi: «Dönük İsrail xain Yəhuda ilə müqayisədə daha saleh oldu. 024 JER 003 012 Get, bu sözləri şimal səmtinə elan edib söylə: “Ey dönük İsrail, geri qayıt” Rəbb belə bəyan edir. “Sənə qəzəblə baxmayacağam, çünki Mən mərhəmətliyəm” Rəbb belə bəyan edir. “Əbədi kin saxlamaram. 024 JER 003 013 Ancaq sən öz təqsirini boynuna al ki, Allahın Rəbbə qarşı üsyan etdin, hər kölgəli ağacın altında yad allahlara könül verdin və Mənim sözümə qulaq asmadınız” Rəbb belə bəyan edir. 024 JER 003 014 “Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. 024 JER 003 015 Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər. 024 JER 003 016 Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək. 024 JER 003 017 O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər. 024 JER 003 018 O günlərdə Yəhuda nəsli İsrail nəsli ilə birləşib şimal ölkəsindən atalarınıza irs olaraq verdiyim torpağa birgə gələcək”. 024 JER 003 019 Mən dedim: “Necə də istərdim, səni oğullarımın arasına qoyum, Sənə füsunkar torpağı – millətlər arasında ən gözəl irsi verim! Güman etdim ki, Məni ‹Ata› deyə çağıracaqsınız, Məndən üz döndərməyəcəksiniz. 024 JER 003 020 Bir arvad öz ərinə xəyanət edirsə, Siz də Mənimlə eləcə xəyanətlə rəftar etdiniz, ey İsrail nəsli!” Rəbb belə bəyan edir. 024 JER 003 021 “Çılpaq təpələr üzərində bir səs – İsrail övladlarının Ağlaşma və yalvarışları eşidilir, Çünki onlar yollarını azdı, Özlərinin Allahı Rəbbi unutdu. 024 JER 003 022 Geri qayıdın, ey dönük övladlar, Dönüklüyünüzə şəfa verim”. Onlar da deyəcək: “Budur, biz Sənə tərəf gəlirik, Çünki Allahımız Rəbb Sənsən. 024 JER 003 023 Doğrudan da, təpələrdən, dağlardan gələn Hay-küy yalandır. Əslində İsrailin xilası Allahımız Rəbdədir. 024 JER 003 024 Cavanlığımızdan bəri Rüsvayçı bütlər Atalarımızın zəhmətini, Sürülərini və mal-qaralarını, Oğullarını və qızlarını tələf etdi. 024 JER 003 025 Biz xəcalətimiz içində yatırıq, Rüsvayçılıq bizim yorğanımızdır, Çünki cavanlığımızdan indiyədək Biz və atalarımız Allahımız Rəbbə qarşı günah etdik, Allahımız Rəbbin sözünə qulaq asmadıq”». 024 JER 004 001 Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan, Mənə tərəf qayıtsan, İyrənc bütlərini önümdən götürsən, Bir daha sərgərdan gəzməsən, 024 JER 004 002 Həqiqət, ədalət və doğruluqla “Var olan Rəbbə and olsun!” deyə and içsən, O zaman millətlər Rəbb vasitəsilə bərəkət alacaq, Onunla öyünəcək». 024 JER 004 003 Çünki Yəhuda adamlarına və Yerusəlimə Rəbb belə deyir: «Özünüz üçün təzə əkin yeri şumlayın, Ancaq tikanlar arasında əkməyin. 024 JER 004 004 Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq. 024 JER 004 005 Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!” 024 JER 004 006 “Siona qaçın” deyə bayraq qaldırın, Qaçıb qurtulun, dayanmayın. Çünki Mən şimaldan Bəla və böyük qırğın gətirəcəyəm». 024 JER 004 007 Aslan yuvasından çıxdı, Millətləri məhv edən yola düşdü. Öz yerindən çıxdı ki, Ölkənizi viran etsin. Şəhərləriniz yerlə yeksan olacaq, Orada sakin qalmayacaq. 024 JER 004 008 Buna görə də çul geyinin, Yas tutub ağlayın. Çünki Rəbbin qızğın qəzəbi Bizdən dönmədi. 024 JER 004 009 «O gün padşahın və başçıların Ürəyi gedəcək» Rəbb belə bəyan edir. «Kahinlər çaşacaq, Peyğəmbərlər karıxacaq». 024 JER 004 010 Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi». 024 JER 004 011 O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək. 024 JER 004 012 Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm». 024 JER 004 013 Budur, düşmən buludlar kimi gəlir, Onun döyüş arabaları qasırğa kimi yüksəlir, Atları qartallardan iti gedir. Vay halımıza! Çünki bərbad olduq. 024 JER 004 014 Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan. Bəd fikirlərin nə vaxta qədər içində qalacaq? 024 JER 004 015 Artıq Dandan bir səs gəlir, Efrayimin dağlıq bölgəsindən bəd xəbər eşidilir. 024 JER 004 016 «Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki, Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq, Yəhuda şəhərlərinin önündə nərə çəkəcək. 024 JER 004 017 Onlar tarla nəzarətçiləri kimi hər tərəfdən şəhərə doğru gəlir, Çünki o Mənə qarşı üsyan etdi» Rəbb belə bəyan edir. 024 JER 004 018 «Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir. Cəzanın acısı lap ürəyinə çatıb. 024 JER 004 019 Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm. 024 JER 004 020 Qırğın üstünə qırğın gəlir, Bütün ölkə xaraba qalıb. Çadırlarım qəflətən, Pərdələrim bir anda dağıdıldı. 024 JER 004 021 Nə vaxta qədər bayraq görəcəyəm, Boru səsi eşidəcəyəm? 024 JER 004 022 Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər. 024 JER 004 023 Yer üzünə baxdım, Quruluşsuz və boşdur. Göylərə baxdım, İşıqları yoxdur. 024 JER 004 024 Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu. 024 JER 004 025 Baxıb gördüm ki, bir adam qalmayıb, Göydəki quşların hamısı uçub getmişdir. 024 JER 004 026 Baxıb gördüm ki, bəhərli torpaq Səhraya çevrilib, Rəbbin önündə bütün şəhərləri Onun qızğın qəzəbi ilə dağılıb». 024 JER 004 027 Bəli, Rəbb belə deyir: «Bütün ölkə viran olacaq, Ancaq tam məhv olmasına yol verməyəcəyəm. 024 JER 004 028 Buna görə yer yas tutacaq, Yuxarıda göylər qaralacaq, Çünki bunu Mən demişəm, Fikrimdən daşınmayacağam, Sözümdən dönməyəcəyəm. 024 JER 004 029 Bütün şəhərlərin əhalisi Süvarilərin və oxatanların Gurultusundan qaçacaq. Onlar sıx meşələrə girir, Qayalara dırmaşır. Bütün şəhərlər tərk edilmiş, Orada kimsə yaşamır. 024 JER 004 030 Bəs sən ey viran şəhər, nə edəcəksən? Qırmızı paltar geyinsən də, Qızıl bəzəklər taxsan da, Gözlərinə sürmə sürtsən də, Əbəs yerə özünü bəzəyirsən. Sənə oynaşların xor baxır, Canını almaq istəyir. 024 JER 004 031 Mən bir səs eşidirəm: Sanki doğuş ağrısı çəkən, Birinci dəfə doğan qadının – Əllərini uzatmış, Nəfəsi kəsilmiş Sion qızının səsidir. O deyir: “Vay halıma! Qatillərin önündə Canım taqətdən düşdü”. 024 JER 005 001 Yerusəlimin küçələrini dolaşın, Ətrafa baxıb fikirləşin, Onun meydanlarını axtarın. Əgər bir nəfər düz iş görən, Həqiqət axtaran adam tapsanız, Mən şəhəri bağışlayaram. 024 JER 005 002 Onlar “var olan Allaha and olsun” desələr də, Yalandan and içirlər». 024 JER 005 003 Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, Ancaq ağrı hiss etmədilər. Sən onları qırdın, Ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub, Dönmək istəmədilər. 024 JER 005 004 Mən dedim: «Bunlar ancaq yoxsul, ağılsız avamlardır, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilmirlər. 024 JER 005 005 Qoy mən böyüklərin yanına gedib Onlarla danışım, Çünki Rəbbin yolunu, Özlərinin Allahının hökmlərini bilirlər». Ancaq onlar da boyunduruğu sındırıb İpləri qopardılar. 024 JER 005 006 Buna görə də meşədən bir aslan çıxıb Onları öldürəcək, Səhradan qurd gəlib onları parçalayacaq, Şəhər kənarında bəbir pusqu quracaq, Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan etdilər, Dəfələrlə dönük oldular. 024 JER 005 007 «Buna görə səni necə bağışlaya bilərəm? Övladların Məni tərk etdi, Allah olmayan bütlərin adı ilə and içdi. Mən onları doydurdum, Amma onlar zina etdi, Fahişələrin evlərinə yığışdı. 024 JER 005 008 Onlar harınlaşmış, şəhvətli atlar kimidir. Hər biri qonşusunun arvadına kişnəyir». 024 JER 005 009 Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? 024 JER 005 010 Onların bağlarını dolaşıb dağıdın, Amma büsbütün məhv etməyin. Meynə budaqlarını qoparıb atın, Çünki onlar Rəbbə məxsus olmayan insanlardır». 024 JER 005 011 Rəbb bəyan edir: «İsrail və Yəhuda nəsli Mənə tamamilə xəyanət etdi. 024 JER 005 012 Onlar Rəbb üçün yalandan dedi: “O heç nə etməz, Başımıza bəla gəlməz. Nə qılınc görəcəyik, nə aclıq”. 024 JER 005 013 Peyğəmbərlər boşboğazdır. Allahın sözü onlarda deyil, Qoy onların başına bu iş gəlsin». 024 JER 005 014 Buna görə də Ordular Allahı Rəbb belə deyir: «Belə sözlər dedikləri üçün, Ey Yeremya, sözlərimi sənin ağzında atəşə, Bu xalqı isə oduna çevirəcəyəm, Atəş onları yandırıb-qurtaracaq». 024 JER 005 015 Rəbb bəyan edir: «Ey İsrail xalqı, Uzaqdan üstünüzə bir millət gətirəcəyəm. Dilini bilmədiyin, Dediklərini anlamadığın Güclü, qədim bir millət. 024 JER 005 016 Onların oxdanları Açıq qəbir kimidir, Hamısı igid döyüşçüdür. 024 JER 005 017 Onlar sənin məhsul və çörəyini yeyəcək. Oğul və qızlarını yeyəcək, Sürü və naxırlarını yeyəcək, Meynə və əncir ağaclarını yeyəcək. Güvəndiyin qalalı şəhərləri Qılıncla dağıdacaq». 024 JER 005 018 Ancaq Rəbb bəyan edir: «Hətta o günlər sizi tamamilə qırıb-çatmayacağam. 024 JER 005 019 Bir vaxt onlar soruşacaq: “Nə üçün Allahımız Rəbb bütün bunları başımıza gətirdi?” Onda onlara belə söylə: “Necə Məni tərk edərək öz ölkənizdə yad allahlara xidmət etdinizsə, eləcə də özgə ölkədə yadellilərə xidmət edəcəksiniz”. 024 JER 005 020 Bunu Yaqub nəslinin içində bildirin, Yəhudada elan edin. 024 JER 005 021 Ey gözləri olub görməyən, Qulaqları olub eşitməyən, Ağılsız və dərrakəsiz xalq, Bu sözə qulaq asın! 024 JER 005 022 Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi? Axı Mən əbədi qayda ilə Dəniz üçün qumu sərhəd qoydum, Dəniz bu sərhədi keçə bilməz. Dalğaları coşsa da, Üstün gələ bilməz. Nərə çəksə də, keçə bilməz. 024 JER 005 023 Bu xalqın ürəyi inadlı və üsyankardır. Onlar azıb öz yolları ilə getdi. 024 JER 005 024 Daha öz-özlərinə demirlər ki, Payız və yaz yağışlarını vaxtında verən, Müəyyən biçin həftələrini bizim üçün qoruyan Allahımız Rəbbə sitayiş edək. 024 JER 005 025 Təqsirləriniz bunları sizdən aldı, Günahlarınız sizi bu nemətdən məhrum etdi. 024 JER 005 026 Mənim xalqımın içində pis adamlar var: Quş ovçuları kimi pusquda dururlar, Tələ qurub adam tuturlar. 024 JER 005 027 Quşlarla dolu qəfəs kimi Onların evləri hiylə ilə doludur. Bunun sayəsində yüksəldilər, varlandılar. 024 JER 005 028 Onlar piylənib, yoğunlaşıb, Pis işlərlə hədlərini aşıb, Məhkəmə işlərini, Yetimlərin işlərini Ədalətlə həll etmirlər ki, Qalib gəlsinlər. Yoxsulların haqqını müdafiə etmirlər». 024 JER 005 029 Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? 024 JER 005 030 Bu ölkədə heyrətli və dəhşətli bir iş oldu: 024 JER 005 031 Peyğəmbərlər yalandan peyğəmbərlik edir, Kahinlər onların əli ilə hökmranlıq edir. Xalqım da bunu bəyənir. Amma axırda nə edəcəksiniz?» 024 JER 006 001 Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur. 024 JER 006 002 Mən gözəl və zərif qızı – Sion qızını talan edəcəyəm. 024 JER 006 003 Çobanlar öz sürüləri ilə Ona qarşı gələcək, Hər tərəfdən onun önündə çadır quracaq. Hər kəs öz yerində sürüsünü otaracaq. 024 JER 006 004 Sion qızı ilə döyüşə hazırlaşın! Qalxın, günorta çağı hücum edək! Vay halımıza! Gün tutqunlaşır, Axşam kölgələri uzanır. 024 JER 006 005 Qalxın, gecə vaxtı hücum edək! Onun imarətlərini dağıdaq! 024 JER 006 006 Ordular Rəbbi belə dedi: «Ağac kəsin, Yerusəlimin önündə torpaq qalağı qurun. Bu şəhər cəzalanmalıdır, Çünki zorakılıqla dolub-daşır. 024 JER 006 007 Bir bulaqdan necə su axarsa, Bu şəhərdən də eləcə pislik fışqırır. İçində zorakılıq və soyğunçuluq səsi eşidilir. Önümdə həmişə dərd və yara görürəm. 024 JER 006 008 Ey Yerusəlim, ibrət al, Yoxsa səndən üz döndərərəm, Səni xarabaya, əhalisiz torpağa çevirərəm». 024 JER 006 009 Ordular Rəbbi belə deyir: «Tənəkdən son üzümlər yığılan kimi İsrailin qalan əhalisi də Yığılıb qurtaracaq. Üzümyığan kimi Yenə meynə budaqlarına əlini uzat». 024 JER 006 010 Kiminlə danışım, Kimə xəbərdarlıq edim ki, qulaq assın? Axı qulaqları tıxanıb, Eşidə bilmirlər. Onların arasında Rəbbin sözünə lağ edilir, Ondan xoşları gəlmir. 024 JER 006 011 Buna görə də mən Rəbbin qəzəbi ilə dolmuşam, Özümü ələ almaqdan yorulmuşam. «Qəzəbini küçədə olan uşaqların, Yığılan cavanların üzərinə tök. Bəli, ər də, arvad da, Qoca da, yaşa dolmuş adam da ələ keçəcək. 024 JER 006 012 Evləri, tarlaları və arvadları da Başqalarına qalacaq. Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam» Rəbb belə bəyan edir. 024 JER 006 013 «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur. 024 JER 006 014 Xalqımın yarasını yüngülcəsinə müalicə edirlər, “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur. 024 JER 006 015 İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Mən onları cəzalandıranda Yerə səriləcəklər» deyir Rəbb. 024 JER 006 016 Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın, Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, O yolla gedin. Onda ürəyiniz dinclik tapar. Ancaq siz “o yolla getməyəcəyik” dediniz. 024 JER 006 017 Mən sizin üzərinizə Gözətçilər qoyub dedim: “Şeypur səsinə qulaq asın!” Ancaq siz “qulaq asmayacağıq” dediniz. 024 JER 006 018 Buna görə də, ey millətlər, qulaq asın, Ey camaat, bilin ki, Onların başına nə gələcək. 024 JER 006 019 Eşit, ey yer üzü, Mən bu xalqın başına fəlakət gətirəcəyəm. Bu onların niyyətlərinin bəhrəsi olacaq. Çünki Mənim sözlərimə qulaq asmadılar, Mənim qanunumu rədd etdilər. 024 JER 006 020 Səbadan gətirilən kündür, Uzaq ölkədən gəlmiş ətirli qamış Nəyimə lazımdır? Yandırma qurbanlarınız Mənə məqbul deyil, Başqa qurbanlarınız da Mənə xoş deyil». 024 JER 006 021 Buna görə də Rəbb belə deyir: «Mən bu xalqın qabağına Maneələr qoyacağam. Atalar və oğullar birlikdə Onlara ilişib yıxılacaq. Qonşu dostu ilə birgə həlak olacaq». 024 JER 006 022 Rəbb belə deyir: «Budur, şimal ölkəsindən Bir xalq gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət hərəkətə gəlir. 024 JER 006 023 Onlar əllərində ox-kaman və nizə tutub, Rəhmsizdirlər, heç kəsə acımırlar. Səsləri dəniz kimi gurlayır, Atlara miniblər. Onlar yekdilliklə səninlə Müharibəyə hazırdır, ey Sion qızı!» 024 JER 006 024 Onlar haqqında xəbər eşitdik, Əllərimiz yanımıza düşdü. Doğan qadın kimi bizi Sıxıntı və əzab bürüdü. 024 JER 006 025 Çölə çıxma, yola düşmə, Çünki düşməndə qılınc, Hər tərəfdə dəhşət var. 024 JER 006 026 Ey əziz xalqım! Çul geyin və küldə yuvarlan. Vahid oğluna yas tutan kimi Yas tutub acı-acı ağla. Çünki məhv edən qəflətən başımızın üstünü alacaq. 024 JER 006 027 Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki, Xalqımı yoxlayıb imtahan edəsən, Onlara nəzər qoyub əməllərini sınayasan. 024 JER 006 028 Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub. 024 JER 006 029 Körük basılır, Atəşində qurğuşun əriyir. Ancaq dəmirçi nahaq yerə əridir, Çünki pislər ayrılmır. 024 JER 006 030 Onlara isə “atılmış gümüş” deyəcəklər, Çünki Rəbb onları atdı». 024 JER 007 001 Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 007 002 «Rəbbin məbədinin qapısında dur və orada bu sözü elan edib söylə ki, ey bütün Yəhuda, Rəbbə ibadət etmək üçün bu qapılardan girənlər, Rəbbin sözünə qulaq asın. 024 JER 007 003 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yollarınızı və əməllərinizi islah edin ki, Mən sizi bu yerdə yaşamağa qoyum. 024 JER 007 004 ‹Burada Rəbbin məbədi var, Rəbbin məbədi var, Rəbbin məbədi var› deyib yalan sözlərə güvənməyin. 024 JER 007 005 Əgər yollarınızı və əməllərinizi tamamilə islah etsəniz, bir-birinizlə, həqiqətən, ədalətlə rəftar etsəniz, 024 JER 007 006 qəribə, yetimə və dul qadına zülm etməsəniz, bu yerdə günahsız qan tökməsəniz, özünüzə zərər vuraraq başqa allahların tərəfdarı olmasanız, 024 JER 007 007 o zaman burada əbədilik atalarınıza verdiyim torpaqda sizi yaşamağa qoyacağam. 024 JER 007 008 Siz isə faydasız olan yalan sözlərə güvənirsiniz. 024 JER 007 009 Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz. 024 JER 007 010 Sonra bütün bu iyrənc işləri görmək üçün Mənim adımla çağırılan bu məbədə gəlib önümdə durur və ‹biz əmin-amanlıqdayıq› deyirsiniz. 024 JER 007 011 Mənim adımla çağırılan bu məbəd, sizcə, quldur yuvasına çevrildimi? Amma Mən nə etdiyinizi görürəm” Rəbb belə bəyan edir. 024 JER 007 012 “İndi adımı ilk dəfə qoyduğum Şilodakı məskənimə gedin və xalqım İsrailin pisliyinə görə ona nə etdiyimi görün”. 024 JER 007 013 Rəbb bəyan edir: “Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdarlıq etdiyim halda Mənə qulaq asmadınız, sizi çağırdığım halda cavab vermədiniz. 024 JER 007 014 Buna görə də Şilo ilə necə rəftar etdimsə, Mənim adımla çağırılan, güvəndiyiniz məbədlə, sizə və atalarınıza verdiyim bu yerlə də elə rəftar edəcəyəm. 024 JER 007 015 Efrayim nəslindən olan soydaşlarınızı necə rədd etdimsə, sizi də eləcə önümdən rədd edəcəyəm. 024 JER 007 016 Sən isə, ey Yeremya, bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə və önümdə mərhəmət istəmə, çünki sözünə qulaq asmayacağam. 024 JER 007 017 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində onların nə etdiklərini görmürsənmi? 024 JER 007 018 Uşaqlar odun yığır, ataları od yandırır, qadınlar Göylər Mələkəsinə xəmir yoğurub kökə bişirir. Onlar başqa allahlara içmə təqdimləri verir ki, Məni qəzəbləndirsinlər”. 024 JER 007 019 Rəbb bəyan edir: “Onlar Mənimi incidirlər? Məgər özlərini rüsvay etmirlərmi?” 024 JER 007 020 Buna görə də Xudavənd Rəbb belə deyir: “Bax bu yerin, insanların, heyvanların, çöl ağaclarının, torpağın məhsulu üzərinə qəzəbim və qızğınlığım töküləcək, alışıb sönməyəcək”. 024 JER 007 021 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yandırma qurbanlarınızı başqa qurbanlarınıza qatıb ət yeyin. 024 JER 007 022 Çünki atalarınızı Misir torpağından çıxaran vaxt yandırma qurbanı və başqa qurban barədə onlara əmr etmədim və bir söz demədim. 024 JER 007 023 Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. 024 JER 007 024 Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər. 024 JER 007 025 Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim. 024 JER 007 026 Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər. 024 JER 007 027 Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”. 024 JER 007 028 Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar. 024 JER 007 029 Ey Yerusəlim, saçını kəsib at, Çılpaq təpələr üzərində mərsiyə oxu, Çünki Rəbb qəzəbləndiyi nəsli Rədd edib tərk etdi. 024 JER 007 030 Ona görə ki Yəhuda övladları gözümdə pis olan işlər gördü” Rəbb belə bəyan edir. “Mənim adımla çağırılan məbədə iyrənc bütlərini qoyub oranı murdarladılar. 024 JER 007 031 Onlar oğul və qızlarını odda yandırmaq üçün Ben-Hinnom vadisindəki Tofetdə səcdəgahlar düzəltdilər. Mən belə bir şeyi nə buyurdum, nə də ağlıma gətirdim”». 024 JER 007 032 Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, oraya Tofet yaxud Ben-Hinnom vadisi deyil, Qırğın vadisi deyiləcək. Tofetdə yer qalmayana qədər ölüləri basdıracaqlar. 024 JER 007 033 Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları qorxudub qaçıran olmayacaq. 024 JER 007 034 Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq». 024 JER 008 001 Rəbb bəyan edir: «O vaxt Yəhuda padşahlarının və başçılarının, kahinlərinin, peyğəmbərlərin və Yerusəlimdə yaşayanların sümüklərini qəbirlərindən çıxarıb atacaqlar. 024 JER 008 002 Onların sümükləri sevdikləri, qulluq etdikləri, tərəfdarı olduqları, müraciət və səcdə etdikləri günəşin, ayın və bütün səma cisimlərinin önünə töküləcək. Onlar bir yerə yığılıb basdırılmayacaq, torpağın üstündə peyin kimi olacaq. 024 JER 008 003 Bu pis tayfadan sağ qalanların hamısı sürgün etdiyim hər yerdə həyatı yox, ölümü seçəcək» Ordular Rəbbi belə bəyan edir. 024 JER 008 004 Onlara söyləyəcəksən ki, Rəbb belə deyir: «Yıxılanlar qalxmazmı? Yoldan azan geri qayıtmazmı? 024 JER 008 005 Bəs nə üçün bu xalq yoldan azdı? Nə üçün Yerusəlim daim dönüklük edir? Onlar yalandan bərk yapışıb, Dönmək istəmir. 024 JER 008 006 Mən diqqət edib qulaq asdım: Heç kəs düz danışmır, “Nə etdim?” deyib öz pisliyindən tövbə etmir. Hər biri döyüşə atılan at kimi Öz yoluna tərəf dönür. 024 JER 008 007 Hətta göydə uçan leylək də Öz vaxtını bilir, Qumru, qaranquş, durna da Uçub gələcəkləri vaxtı gözləyir, Amma Mənim xalqım Rəbbin hökmlərini bilmir. 024 JER 008 008 Nə haqla deyirsiniz ki, biz müdrikik, Rəbbin Qanunu bizdədir? Budur, alimlərin hiyləgər qələmi Onu yalan şərh edir. 024 JER 008 009 Müdriklər rüsvay oldu, Çaşıb tora düşdü. Onlar Rəbbin sözünü rədd etdi. Bəs onların müdrikliyi nədədir? 024 JER 008 010 Buna görə də arvadlarını başqa adamlara, Tarlalarını isə başqa sahiblərə verəcəyəm, Ona görə ki böyükdən kiçiyə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər Hər biri yalan iş görür. 024 JER 008 011 Əziz xalqımın yarasını Yüngülcəsinə müalicə edirlər. “Sülh, sülh” deyirlər, Amma sülh yoxdur. 024 JER 008 012 İyrənc işlər görəndə utanırlarmı? Yox, heç utanmırlar, Utanıb-qızarmaq bilmirlər. Buna görə yıxılanlar arasında Onlar da olacaq. Onları cəzalandırdığım vaxt Yerə səriləcəklər» deyir Rəbb. 024 JER 008 013 «Onları qırıb-çatacağam» Rəbb belə bəyan edir. «Tənək üzüm gətirməyəcək, Əncir ağacı bar verməyəcək, Yarpaqlar solacaq. Mən onlara nə verdimsə, Hamısı əllərindən alınacaq». 024 JER 008 014 «Nə üçün yerimizdə oturmuşuq? Yığılın, gedib qalalı şəhərlərə girək, Orada həlak olaq, Çünki Allahımız Rəbb Bizi ölümə təslim etdi, Bizə zəhərli su içirdi, Ona görə ki Rəbbə qarşı günah etdik. 024 JER 008 015 Sülh gözləyirik, amma xeyir gəlmir. Şəfa vaxtını gözləyirik, Amma dəhşət gəlir. 024 JER 008 016 Dandan onların atlarının fınxırtısı eşidilir, Ayğırlarının kişnəmə səsindən Bütün ölkə titrəyir. Onlar gəlir, Torpağı və orada olan hər şeyi, Şəhəri və orada yaşayanları yeyib-qurtarır. 024 JER 008 017 Baxın Mən üstünüzə ilanlar, Ovsunla ram olmayan gürzələr göndərəcəyəm, Onlar sizi sancacaq» Rəbb belə bəyan edir. 024 JER 008 018 Dərdimə təsəlli yoxdur, Ürəyim köksümdə taqətsizdir. 024 JER 008 019 Baxın uzaq ölkədən Əziz xalqımın fəryadını eşidirəm: «Məgər Rəbb Sionda yoxdur? Onun padşahı orada deyilmi? Onlar nə üçün oyma bütləri, Yad olan puç şeyləri ilə Məni qəzəbləndirirlər? 024 JER 008 020 Biçin sona çatdı, yay qurtardı, Biz xilas olmadıq». 024 JER 008 021 Əziz xalqımın yarasından Mən də yaralandım, Yas tutub dəhşətə gəldim. 024 JER 008 022 Məgər Gileadda məlhəm yoxdur? Orada həkim yoxdur? Əgər varsa, Əziz xalqıma nə üçün şəfa verilmədi? 024 JER 009 001 Kaş ki başım bulaq olaydı, Gözlərim yaş çeşməsinə dönəydi, Əziz xalqımdan öldürülənlərə Gecə-gündüz yas tutaydım. 024 JER 009 002 Kaş ki kimsə mənə səhrada Səyyahların sığınacağını verəydi! Mən xalqımı tərk edib Onlardan uzaqlaşardım. Çünki onların hamısı Zinakar və xain yığınıdır. 024 JER 009 003 «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir. 024 JER 009 004 «Hər kəs dostundan çəkinsin, Heç qardaşına da etibar etməsin. Çünki hər qardaş başqasına badalaq gəlir, Hər dost böhtançıdır. 024 JER 009 005 Hər kəs öz dostunu aldadır, Doğru söyləmir. Onlar dillərini yalan danışmağa öyrətdi, Yorulana qədər günah işlətdi. 024 JER 009 006 Ey Yeremya, hiylə içində yaşayırsan, Hiylədən ötrü Məni tanımaq istəmirlər» Rəbb belə bəyan edir. 024 JER 009 007 Buna görə də Ordular Rəbbi belə deyir: «Mən onları əridəcəyəm, Sınaqdan keçirəcəyəm. Axı Mən əziz xalqımla Başqa cür necə rəftar edə bilərəm? 024 JER 009 008 Dilləri öldürücü oxdur, Məkrlə danışırlar. Ağzı ilə qonşusuna xoş sözlər söyləyir, Ürəyində isə ona tələ qururlar». 024 JER 009 009 Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı?» 024 JER 009 010 Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi. 024 JER 009 011 «Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb. 024 JER 009 012 Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir? 024 JER 009 013 Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər, 024 JER 009 014 ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər. 024 JER 009 015 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm. 024 JER 009 016 Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”». 024 JER 009 017 Ordular Rəbbi belə deyir: «İndi düşünün, Mərsiyəçi qadınları çağırın gəlsinlər, Bu işdə bacarıqlı olanları Gətirin gəlsinlər. 024 JER 009 018 Qoy onlar tələsib o qədər Bizim üçün fəryad etsinlər ki, Gözlərimizdən yaş axsın, Kirpiklərimizdən su süzülsün». 024 JER 009 019 Çünki Siondan fəryad səsi eşidilir: «Biz necə talan olunduq, Yaman rüsvay edildik. Çünki ölkəni tərk edirik, Məskənlərimiz dağıdılır». 024 JER 009 020 Ey qadınlar, Rəbbin sözünü eşidin, Ağzından çıxan sözə qulaq asın. Qızlarınıza fəryad etməyi öyrədin, Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin. 024 JER 009 021 Çünki ölüm pəncərələrimizə dırmaşdı, Saraylarımıza girdi ki, Küçədə uşaqları, Meydanlarda cavanları qırıb-çatsın. 024 JER 009 022 Sən söylə ki, Rəbb belə bəyan edir: «İnsan cəsədləri tarlada peyin kimi, Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq. Onları yığıb aparan olmayacaq». 024 JER 009 023 Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin. 024 JER 009 024 Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını Dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram» Rəbb belə bəyan edir. 024 JER 009 025 Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam. 024 JER 009 026 Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir». 024 JER 010 001 Rəbbin sizə söylədiyi sözü eşidin, ey İsrail nəsli! 024 JER 010 002 Rəbb belə deyir: «Başqa millətlərin yolu ilə getməyin, Göy əlamətlərindən qorxmayın, Bunlardan başqa millətlər qorxur. 024 JER 010 003 Çünki xalqların adətləri boş şeydir. Meşədə ağac kəsirlər, Usta əli kəski ilə onu düzəldir. 024 JER 010 004 Sonra qızıl-gümüşlə bəzəyirlər, Çəkiclə, mıxla bərkidirlər ki, Yerindən tərpənməsin. 024 JER 010 005 Bütləri xiyar bostanındakı müqəvva kimi Danışa bilmir. Onları daşımaq lazımdır, Çünki gedə bilmirlər. Onlardan qorxmayın, Çünki nə pislik edə bilərlər, Nə də yaxşılıq». 024 JER 010 006 Sənin kimi Allah yoxdur, ya Rəbb. Sən böyüksən, əzəmətdə adın ucadır. 024 JER 010 007 Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz? Sənə hörmət yaraşır, Çünki millətlərin bütün müdrikləri arasında, Bütün ölkələrində Sənin kimisi yoxdur. 024 JER 010 008 Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır! 024 JER 010 009 Tarşişdən döyülmüş gümüş, Ufazdan qızıl gətirilir. Ustanın və zərgərin əli ilə düzəldilən bütə Bənövşəyi və tunc qırmızı paltar geyindirilir. Hamısı bacarıqlı toxucu işidir. 024 JER 010 010 Ancaq Rəbb həqiqi Allahdır. Var olan Allahdır, Əbədi Padşah Odur. Qəzəbindən dünya titrəyər, Hiddətinin qarşısında Millətlər dura bilməz. 024 JER 010 011 Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq». 024 JER 010 012 Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı. 024 JER 010 013 O gurlayanda göylərdəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır. 024 JER 010 014 Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur. 024 JER 010 015 Onlar boş şey, Masqaraçıların işidir. Cəza vaxtı məhv olacaqlar. 024 JER 010 016 Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki hər şeyi yaradan Odur. İsrail Onun irs qəbiləsidir, Onun adı Ordular Rəbbidir. 024 JER 010 017 Ey sən mühasirəyə alınan şəhərdə yaşayan, Şələ-küləni yerdən yığışdır. 024 JER 010 018 Çünki Rəbb belə deyir: «Mən bu dəfə ölkənin sakinlərini Sapandla kənara atacağam. Onları dara salacağam ki, Düşmən əlinə keçsinlər». 024 JER 010 019 Əzabıma görə vay halıma! Yaram sağalmaz. Ancaq mən dedim: «Həqiqətən, bu mənim dərdimdir, Mən də ona dözməliyəm. 024 JER 010 020 Çadırım yıxıldı, Bütün iplərim qopdu. Uşaqlarım məni tərk etdi, Onlar artıq yoxdur. Çadırımı quran, pərdələrimi asan qalmadı. 024 JER 010 021 Çünki xalqın çobanları ağılsız oldu, Rəbdən soruşmadılar. Buna görə də uğur qazanmadılar, Bütün sürüləri dağıldı. 024 JER 010 022 Dinləyin, bir xəbər yayılır: Şimal ölkəsindən böyük gurultu gəlir ki, Yəhuda şəhərlərini xarabalığa, Çaqqal yuvasına çevirsin. 024 JER 010 023 Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil. 024 JER 010 024 Mənə cəza ver, ya Rəbb, Ancaq qəzəbinlə yox, ədalətinlə. Yoxsa məni heçə çıxardarsan. 024 JER 010 025 Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi». 024 JER 011 001 Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 011 002 «Bu əhdin sözlərinə qulaq asın, Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara söyləyib 024 JER 011 003 bildirin ki, İsrailin Allahı Rəbb belə deyir: “Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun. 024 JER 011 004 Bu əhd barəsində Mən atalarınızı Misir torpağından, dəmir əridən sobanın içindən çıxardığım vaxt əmr edib dedim: ‹Mənim sözümə qulaq asın, sizə əmr etdiyim hər şeyi edin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam. 024 JER 011 005 Belə etsəniz, Mən də atalarınıza and içib vəd verdiyim şeyə əməl edərəm, bu gün sizin olan torpağı – süd və bal axan torpağı sizə verərəm›”». Mən də cavab verib «amin, ya Rəbb» dedim. 024 JER 011 006 Rəbb mənə dedi: «Bu sözlərin hamısını Yəhuda şəhərlərində və Yerusəlim küçələrində car çəkib söylə: “Bu əhdin sözlərinə qulaq asın, onlara əməl edin”. 024 JER 011 007 Bəli, Mən atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq etdim. Onlara dəfələrlə xəbərdarlıq edib dedim: “Mənim sözümə qulaq asın”. 024 JER 011 008 Ancaq onlar qulaq asmadı, diqqət etmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də Mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl etməyi əmr etmişdim, onlarsa əməl etmədi». 024 JER 011 009 Sonra Rəbb mənə dedi: «Yəhuda adamları və Yerusəlimdə yaşayanlar arasında bir qəsd üzə çıxdı. 024 JER 011 010 Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa allahların tərəfdarı olub onlara qulluq etdilər. İsrail və Yəhuda nəsli onların ataları ilə bağladığım əhdimi pozdu. 024 JER 011 011 Buna görə də Rəbb belə deyir: “Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar Mənə üz tutub fəryad edəcək, amma Mən onları eşitməyəcəyəm. 024 JER 011 012 O zaman Yəhuda şəhərlərinin əhalisi və Yerusəlimdə yaşayanlar gedib buxur yandırdıqları allahlara üz tutub fəryad edəcək, amma başlarına bəla gələn vaxt bu allahlar onlara heç kömək etməyəcək. 024 JER 011 013 Çünki şəhərlərinin sayı qədər sənin bütlərin var, ey Yəhuda. Siz Yerusəlim küçələrinin sayı qədər rüsvayçı şeylərə qurbangahlar, Baal bütlərinə buxur yandırmaq üçün qurbangahlar düzəltdiniz”. 024 JER 011 014 Sən bu xalq üçün dua etmə, onlar üçün yalvarıb xahiş etmə. Çünki fəlakətlərindən ötrü Mənə tərəf fəryad edəndə qulaq asmayacağam. 024 JER 011 015 Sevimli xalqım, pis niyyətlər qurarkən Mənim evimdə nə işin var? Təqdis olunmuş ətin çoxluğu ilə Üzərinizdən bəla çəkilərmi? Çünki sən pis iş görəndə sevinirsən. 024 JER 011 016 Rəbb sənin adını “Dadlı meyvəsi olan Yaşıl zeytun ağacı” qoydu. İndi isə böyük fırtınanın gurultusu ilə Ağaca od vuracaq, Onun budaqları qırılacaq. 024 JER 011 017 Səni əkən Ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yəhuda nəsli pislik etdi, Baal bütlərinə buxur yandırmaqla Məni qəzəbləndirdi». 024 JER 011 018 O vaxt Rəbb onların etdiklərini mənə göstərdi. O bunu mənə aşkar etdi, mən də xəbərdar oldum. 024 JER 011 019 Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar. 024 JER 011 020 Ancaq, ey Ordular Rəbbi, Ürəkləri və fikirləri sınayan ədalətli Hakim, Mənə imkan ver ki, onlardan alacağın qisasını görüm! Çünki mən öz işimi Sənə tapşırdım. 024 JER 011 021 «Buna görə də Rəbb səni öldürmək istəyən və “Rəbbin adı ilə peyğəmbərlik etmə, yoxsa bizim əlimizdə ölərsən” deyən Anatot əhalisi barədə belə deyir. 024 JER 011 022 Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onları cəzalandıracağam: cavanları qılıncla həlak olacaq, oğul və qızları aclıqdan öləcək. 024 JER 011 023 Onların nəsli də qalmayacaq, çünki Mən onlar üçün cəza gəldiyi ildə Anatot əhalisinin başına fəlakət gətirəcəyəm”». 024 JER 012 001 Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır? 024 JER 012 002 Onları Sən əkdin, kök saldılar, Qol-budaq atdılar, Bar verdilər. Sən onların dillərinə yaxınsan, Amma ürəklərindən uzaqsan. 024 JER 012 003 Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla. 024 JER 012 004 Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir. 024 JER 012 005 «Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa, Atlarla necə yarışa bilərsən? Əgər əmin-amanlıq olan torpaqda büdrəsən, İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən? 024 JER 012 006 Hətta öz qardaşların – ata evin də Sənə xəyanət etdi, Onlar da sənin ardınca Ucadan bağırdı. Sənə yaxşı sözlər söyləsələr də, Onlara inanma. 024 JER 012 007 Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim. 024 JER 012 008 İrsim Mənim üçün Meşədəki aslan kimi oldu. Üstümə nərə çəkdi, Buna görə də ona nifrət etdim. 024 JER 012 009 İrsim Mənim üçün Alabəzək yırtıcı quş oldumu? Hər tərəfdən yırtıcı quşlar Onun üstünə töküldü. Gedin bütün vəhşi heyvanları toplayın, Yeyib-qurtarmaq üçün onun üstünə gətirin. 024 JER 012 010 Çoxlu çoban bağımı viran etdi, Tarlamı tapdalayıb əzdi, Gözəl zəmimi boş çölə çevirdi. 024 JER 012 011 Onu xaraba qoydular, Xarabalıq içində önümdə ağlayır. Bütün ölkə viran oldu, Amma heç kəsin vecinə deyil. 024 JER 012 012 Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır. 024 JER 012 013 Onlar buğda əkdi, qanqal biçdi. Zəhmət çəkdilər, xeyir görmədilər. Rəbbin qızğın qəzəbindən ötrü Məhsullarınızdan utanacaqsınız». 024 JER 012 014 Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam. 024 JER 012 015 Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam. 024 JER 012 016 Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar. 024 JER 012 017 Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 013 001 Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». 024 JER 013 002 Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. 024 JER 013 003 Mənə yenə Rəbbin sözü nazil oldu: 024 JER 013 004 «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». 024 JER 013 005 Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. 024 JER 013 006 Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». 024 JER 013 007 Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır. 024 JER 013 008 O zaman mənə Rəbbin bu sözü nazil oldu: 024 JER 013 009 «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. 024 JER 013 010 Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. 024 JER 013 011 Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”. 024 JER 013 012 Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?” 024 JER 013 013 O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”. 024 JER 013 014 Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”». 024 JER 013 015 Eşidin və qulaq asın, Qürurlu olmayın, Çünki Rəbb belə söylədi. 024 JER 013 016 Nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər. 024 JER 013 017 Ancaq siz ona qulaq asmasanız, Gözlərim acı-acı yaş tökəcək, Göz yaşları sel kimi axacaq. Çünki Rəbbin sürüsünü Sürgün etdilər. 024 JER 013 018 Padşaha və onun anasına söylə: «Taxtınızdan enin, Çünki şərəf tacınız başınızdan düşdü». 024 JER 013 019 Negev şəhərlərinin darvazaları bağlandı, Açan yoxdur. Bütün Yəhuda sürgün edildi, Hamı sürgün edildi. 024 JER 013 020 Başınızı qaldırıb Şimaldan gələnləri görün. Sənə verilən sürü, Sənin gözəl sürün haradadır? 024 JER 013 021 Rəbb müttəfiq kimi hazırladığın adamları Sənə hakim qoyanda nə deyəcəksən? Məgər doğan qadının çəkdiyi sancı kimi Səni də ağrı tutmayacaqmı? 024 JER 013 022 Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın. 024 JER 013 023 Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış Siz də yaxşılıq edə bilməzsiniz. 024 JER 013 024 «Bundan ötrü səni çöl küləyi ilə Sovrulan saman çöpü kimi səpələyəcəyəm. 024 JER 013 025 Sənə düşən püşk, Mənim sənə ayırdığım pay budur» Rəbb belə bəyan edir. «Çünki Məni unutdun, Yalana güvəndin. 024 JER 013 026 Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün. 024 JER 013 027 Çöldəki təpələr üzərində Gördüyün iyrənc işləri, Zinakarlığını, şəhvətlə kişnəməyini, Həyasız əxlaqsızlığını gördüm. Vay halına, ey Yerusəlim! Sən nə vaxta qədər Təmizlənə bilməyəcəksən?» 024 JER 014 001 Bu, quraqlıq haqqında Yeremyaya nazil olan Rəbbin sözüdür. 024 JER 014 002 «Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır. 024 JER 014 003 Əyanlar nökərlərini su dalınca göndərir, Onlar isə quyu yanına gəlib Su tapmır, Boş qablarla geri dönürlər, Utanıb xəcalət çəkərək Başlarını örtürlər. 024 JER 014 004 Ölkədə yağış olmadığı üçün Torpaq cadar-cadar oldu. Əkinçilər utanır, Başlarını örtür. 024 JER 014 005 Hətta çöldəki maral da Balasını doğub tərk edir, Çünki ot yoxdur. 024 JER 014 006 Vəhşi eşşəklər çılpaq təpələrdə durub, Çaqqal kimi tez-tez nəfəs alır. Onların gözləri korlaşır, Çünki otlaq yoxdur». 024 JER 014 007 Ya Rəbb, hərçənd təqsirlərimiz Bizə qarşı şəhadət edir, Sən Öz adından ötrü səy göstər. Çünki dəfələrlə dönüklük etmiş, Sənə qarşı günah etmişik. 024 JER 014 008 Ey İsrailin Ümidgahı, Məşəqqət zamanı Xilaskarı! Nə üçün Sən bu torpaqda bir qərib, Gecələmək üçün yoldan ayrılan bir səyyah kimisən? 024 JER 014 009 Nə üçün çaşmış adam, Qurtarmağa gücü çatmayan İgid kimi olmusan? Ancaq Sən aramızdasan, ya Rəbb. Biz Sənə məxsusuq, Bizi tərk etmə. 024 JER 014 010 Rəbb bu xalq barədə belə deyir: «Onlar gəzib-dolaşmağı o qədər sevir ki, ayaq saxlamırlar. Buna görə də Rəbb onlardan razı deyil. İndi onların təqsirkarlığını yada salacaq, günahları üçün cəza verəcək». 024 JER 014 011 Rəbb mənə dedi: «Sən bu xalqın uğur qazanması üçün dua etmə. 024 JER 014 012 Oruc tutsalar da, Mən onların fəryadını eşitməyəcəyəm. Yandırma qurbanı və taxıl təqdimi gətirdikləri zaman onlardan razı olmayacağam. Mən onları qılınc, aclıq və vəba ilə qırıb-çatacağam». 024 JER 014 013 Mən dedim: «Ah, Xudavənd Rəbb, peyğəmbərlər onlara belə deyir: “Qılınc görməyəcəksiniz, aclıq olmayacaq. Ancaq Mən bu yerdə sizə həqiqi sülh verəcəyəm”». 024 JER 014 014 Rəbb mənə dedi: «Peyğəmbərlər Mənim adımla yalançı peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara əmr edib söz deməmişəm. Sizə peyğəmbərlik etdikləri şeylər yalan bir görüntü, falçılıq, boş bir şey, öz ürəklərinin uydurmasıdır. 024 JER 014 015 Buna görə də Rəbb o peyğəmbərlər barədə belə deyir: “Onları göndərmədiyim halda Mənim adımla peyğəmbərlik edən, ‹bu torpaqda qılınc və aclıq olmayacaq› deyən bu peyğəmbərlər özləri qılınc və aclıqdan həlak olacaq. 024 JER 014 016 Peyğəmbərlik etdikləri xalq da qılınc və aclıq üzündən Yerusəlim küçələrinə atılacaq. Onların özlərini, arvadlarını, oğullarını və qızlarını basdıran olmayacaq, çünki onların pisliklərini öz başlarına gətirəcəyəm”. 024 JER 014 017 Onlara bu sözü söylə: “Qoy gözlərim gecə-gündüz Dayanmadan yaş töksün. Çünki bakirə qıza bənzəyən əziz xalqım Ağır bir yara aldı, Şiddətli bir zərbə yedi. 024 JER 014 018 Çölə çıxıram, Qılıncla öldürülənləri görürəm, Şəhərə girirəm, Aclıqdan üzülənləri görürəm. Çünki peyğəmbər də, kahin də Bixəbər olaraq ölkəni dolaşır”». 024 JER 014 019 Məgər Sən Yəhudanı birdəfəlik rədd etmisən? Məgər Siona nifrət edirsən? Niyə bizi elə vurdun ki, Sağaltmaq mümkün olmasın? Sülh gözlədik, amma xeyir gəlmədi. Şəfa vaxtını gözlədik, Ancaq dəhşət gəlir. 024 JER 014 020 Ya Rəbb, pisliyimizi, Atalarımızın təqsirkarlığını bilirik. Çünki Sənə qarşı günah etdik. 024 JER 014 021 Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal. 024 JER 014 022 Millətlərin bütləri arasında Yağış yağdıra biləni varmı? Göylər leysan tökə bilərmi? Bunu edən Sən deyilsənmi, ya Rəbb Allahımız? Ümidimiz Sənədir. Çünki bütün bu şeyləri Sən etdin. 024 JER 015 001 Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər. 024 JER 015 002 Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir: “Vəba üçün ayrılanlar vəbaya, Qılınc üçün ayrılanlar qılınca, Aclıq üçün ayrılanlar aclığa, Sürgün üçün ayrılanlar sürgünə”. 024 JER 015 003 Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları. 024 JER 015 004 Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”. 024 JER 015 005 Ey Yerusəlim, bəs sənə kim acıyacaq? Sənin üçün kim yas tutacaq? Halını soruşmaq üçün Kim yolundan dönüb sənin yanına gələcək? 024 JER 015 006 Rəbb bəyan edir: “Sən Məni rədd etdin, Geri çəkildin. Mən də əlimi uzadıb səni məhv edirəm. Daha bağışlamaqdan yoruldum. 024 JER 015 007 Onları ölkənin şəhər darvazalarında Kürəklə sovurdum, Xalqımı övladsız qoydum, Onları məhv etdim. Çünki yollarından dönmədilər. 024 JER 015 008 Mənim önümdə onların dul qadınlarının sayı Dəniz qumundan da çox oldu. Günorta çağı Cavanlarının analarını ağlar qoymaq üçün Məhv edəni gətirdim. Qəflətən onları qorxu və dəhşətə saldım. 024 JER 015 009 Yeddi uşaq doğan qadın zəifləyib can verdi, Onun günəşi günorta çağı batdı, Utanıb alçaldı. Onlardan sağ qalanlarını Düşmənlərinin önündə Qılınca təslim edəcəyəm”» Rəbb belə bəyan edir. 024 JER 015 010 Vay mənim halıma! Ey anam, sən məni bütün ölkə ilə Mübahisə və dava etmək üçün doğmusan! Mən heç kəsə sələm vermədim, Heç kəs də mənə sələm vermədi. Ancaq hamı məni lənətləyir. 024 JER 015 011 Rəbb dedi: «Bundan sonra mütləq səni Xeyir üçün xilas edəcəyəm. Bəla və kədər vaxtı düşmənlərini Sənə yalvarmağa məcbur edəcəyəm. 024 JER 015 012 Dəmiri, şimaldan gələn dəmiri və tuncu Kim qıra bilər? 024 JER 015 013 Sənin sərvətini və xəzinələrini Qarət malı kimi başqalarına havayı verəcəyəm. Bunu ölkənin hər tərəfində Sənin günahlarından ötrü edəcəyəm. 024 JER 015 014 Mən səni tanımadığın ölkədə Düşmənlərinə qul edəcəyəm. Çünki qəzəbim od tutub Sizi yandıracaq». 024 JER 015 015 Sən bilirsən, ya Rəbb! Məni yada sal və qayğıma qal. Məni təqib edənlərdən qisasımı al, Səbirli olduğuna görə məni həlak etmə. Bil ki, Sənin üçün rüsvay oldum. 024 JER 015 016 Sözlərini tapıb yedim, Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, Ey Ordular Allahı Rəbb! 024 JER 015 017 Kef çəkənlərin məclisində oturaraq Sevinib coşmadım, Əlin üzərimdə olduğuna görə Tək-tənha oturdum. Çünki məni qəzəblə doldurmuşdun. 024 JER 015 018 Nə üçün ağrım kəsilməz, Yaram çarəsizdir, Şəfasına ümid yoxdur? Məgər mənim üçün suyu qurumuş, Etibarsız bir vadi olacaqsan? 024 JER 015 019 Buna görə Rəbb belə deyir: «Əgər sən tövbə etsən, Səni yenə qəbul edib xidmətimə təyin edərəm. Əgər cəfəngiyat danışmaq əvəzinə Qiymətli sözlər söyləsən, O zaman Mənim dilimlə danışacaqsan. Onlar özləri sənə tərəf dönəcək, Amma sən onlara tərəf qayıtmayacaqsan. 024 JER 015 020 Səni bu xalq üçün Möhkəm tunc bir divar edəcəyəm. Sənə qarşı döyüşəcəklər, Ancaq qalib gələ bilməyəcəklər. Çünki Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim» Rəbb belə bəyan edir. 024 JER 015 021 «Səni pis adamların əlindən azad edəcəyəm, Zülmkarların pəncəsindən satın alacağam». 024 JER 016 001 Mənə Rəbbin bu sözü nazil oldu: 024 JER 016 002 «Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın. 024 JER 016 003 Çünki bu yerdə doğulan oğullar və qızlar, onları doğan analar və onları törədən atalar üçün Rəbb belə deyir: 024 JER 016 004 “Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”. 024 JER 016 005 Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir. 024 JER 016 006 “Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq. 024 JER 016 007 Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək. 024 JER 016 008 Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”. 024 JER 016 009 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”. 024 JER 016 010 Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?” 024 JER 016 011 Sən onlara söylə ki: “Sizin atalarınız Məni tərk etdi” Rəbb belə bəyan edir. “Başqa allahların tərəfdarı oldular, onlara qulluq və səcdə etdilər, Məni tərk edib qanunuma əməl etmədilər. 024 JER 016 012 Siz atalarınızdan da artıq pislik etdiniz, özünüz də Mənə qulaq asmayaraq qara ürəklərinizin inadı ilə hərəkət etdiniz. 024 JER 016 013 Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”». 024 JER 016 014 Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcəklər, 024 JER 016 015 amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam». 024 JER 016 016 Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar. 024 JER 016 017 Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz. 024 JER 016 018 İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular». 024 JER 016 019 Ya Rəbb, qüvvətim və qalam, Sıxıntı günündə sığınacağım! Millətlər yer üzünün qurtaracağınadək hər yerdən Sənin yanına gəlib deyəcək: «Atalarımız saxta və puç bütlərə – Heç bir fayda görmədikləri şeylərə varis oldu. 024 JER 016 020 Adam da özünə bütlər düzəldər? Axı onlar allah deyil. 024 JER 016 021 Buna görə də onlara göstərəcəyəm, Əlimi və qüdrətimi nümayiş etdirəcəyəm. Onda biləcəklər ki, adım Rəbdir. 024 JER 017 001 Yəhudanın günahı dəmir qələmlə yazıldı, Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə Almaz uclu alətlə həkk edildi. 024 JER 017 002 Onlar kölgəli ağacların yanında, Yüksək təpələrdə, çöldəki dağlarda Qurbangahlarına və Aşera bütlərinə Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir. 024 JER 017 003 Sənin mal-dövlətini, Bütün xəzinələrini, səcdəgahlarını Ölkənin hər tərəfində işlənən günahlardan ötrü Qarətə təslim edəcəyəm. 024 JER 017 004 Sənə verdiyim irsi Öz qəbahətinlə yox edəcəksən. Tanımadığın ölkədə səni Düşmənlərinə qul edəcəyəm. Çünki siz Mənim qəzəbimdən Od alışdırdınız, O əbədi yanacaq». 024 JER 017 005 Rəbb belə deyir: «O adam lənətlidir ki, İnsana güvənir, Bəşərin gücünə arxalanır, Ürəyi Rəbdən ayrılır. 024 JER 017 006 O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq. 024 JER 017 007 Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. 024 JER 017 008 O, sular kənarında Əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, İsti gələndə qorxmaz, Yarpağı həmişə yaşıl qalar, Quraqlıq olan il qayğı çəkməz, Bəhər verməkdən qalmaz». 024 JER 017 009 İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər? 024 JER 017 010 «Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim». 024 JER 017 011 Haqsızlıqla var-dövlət toplayan adam Özünün yumurtlamadığı yumurtaların üstünə Oturan kəklik kimidir. Ömrünün ortasında var-dövləti əldən gedəcək, Axırda o adam axmaq çıxacaq. 024 JER 017 012 Müqəddəs məkanımızdakı yer Əvvəlcədən ucaldılmış izzət taxtıdır. 024 JER 017 013 Ya Rəbb, İsrailin Ümidgahı, Səni tərk edənlərin hamısı utanacaq. Rəbb deyir: «Məndən üz döndərənlərin adı Toz-torpağa yazılacaq, Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər». 024 JER 017 014 Ya Rəbb, mənə şəfa versən, Mən sağalaram. Məni xilas etsən, Mən xilas olaram. Çünki həmd etdiyim Sənsən. 024 JER 017 015 Bax onlar mənə «Rəbbin sözü hanı? Qoy yerinə yetsin!» deyir. 024 JER 017 016 Mən Sənin xidmətində Çoban olmaqdan boyun qaçırmadım. Bəla gününün gəlməsini istəmədim. Sən bilirsən ki, Ağzımdan nə çıxdısa, Sənin gözünün önündədir. 024 JER 017 017 Məni dəhşətə salma, Fəlakət günündə sığınacağım Sənsən. 024 JER 017 018 Qoy məni təqib edənlər utansın, Mənsə utanmayım. Qoy onlar qorxuya düşsün, Mən isə qorxmayım. Qara günü onların başına gətir, Tamamilə qırılana qədər onları qır. 024 JER 017 019 Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb 024 JER 017 020 onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın. 024 JER 017 021 Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin. 024 JER 017 022 Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin. 024 JER 017 023 Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”. 024 JER 017 024 Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz, 024 JER 017 025 o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq. 024 JER 017 026 Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək. 024 JER 017 027 Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”». 024 JER 018 001 Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 018 002 «Qalx dulusçunun evinə en, orada sözlərimi sənə bildirəcəyəm». 024 JER 018 003 Mən dulusçunun evinə endim. Gördüm ki, o, çarx üzərində işləyir. 024 JER 018 004 Palçıqdan düzəltdiyi qab əlində xarab olanda dulusçu özünün istədiyi kimi palçıqdan başqa bir qab düzəldirdi. 024 JER 018 005 Mənə yenə Rəbbin sözü nazil oldu: 024 JER 018 006 «Ey İsrail nəsli, Mən də sizinlə bu dulusçunun etdiyi kimi rəftar edə bilmərəmmi?» Rəbb belə bəyan edir. «Bilin ki, palçıq dulusçunun əlində necədirsə, siz də Mənim əlimdə o cürsünüz, ey İsrail nəsli. 024 JER 018 007 Bir vaxt Mən bir milləti yaxud ölkəni kökündən dağıdacağımı, yıxıb məhv edəcəyimi söyləyəndə 024 JER 018 008 əgər Mənim xəbərdarlıq etdiyim bu millət öz pis əməlindən dönərsə, ona göndərmək istədiyim bəladan vaz keçəcəyəm. 024 JER 018 009 Başqa vaxt bir milləti yaxud da ölkəni qurub-tikəcəyimi söyləyəndə 024 JER 018 010 əgər bu millət sözümə qulaq asmayıb pis əməl edərsə, ona vəd verdiyim yaxşılıqdan vaz keçəcəyəm. 024 JER 018 011 İndi Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara söylə ki, Rəbb belə deyir: “Mən sizə bir bəla hazırlayıram, sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”. 024 JER 018 012 Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”». 024 JER 018 013 Buna görə Rəbb belə deyir: «İndi millətlər arasında soruşun ki, Kim belə sözlər eşitmişdir? Bakirə qıza bənzəyən İsrail Dəhşətli bir iş etdi. 024 JER 018 014 Livanın qarı qayalı dağ yamaclarından Heç əskik olarmı? Uzaqdan axan soyuq sular quruyarmı? 024 JER 018 015 Amma xalqım Məni unutdu, Saxta allahlara buxur yandırdı. Bu allahlar onların gedəcəyi yollarda, Qədim yollarda büdrəmələrinə səbəb oldu, Onları hamar olmayan Dolanbac yollarda gəzdirdilər. 024 JER 018 016 Ölkələri viran ediləcək, Əbədi kinayə hədəfinə çevriləcək. Onda oradan ötən hər kəs Heyrətə gəlib başını bulayacaq. 024 JER 018 017 Onları səmum küləyi kimi Düşmən önündə pərən-pərən salacağam. Onlara fəlakət günündə Üzümü deyil, arxamı göstərəcəyəm». 024 JER 018 018 O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq». 024 JER 018 019 Ya Rəbb, mənə yaxşı qulaq as, Mənimlə çəkişənlərin sözünü eşit. 024 JER 018 020 Yaxşılığın əvəzində pislik edilərmi? Onlar canımı almaq üçün quyu qazır. Unutma, mən önündə ona görə dayanmışam ki, Onlar üçün yaxşı şey istəyim, Onlardan qəzəbini döndərim. 024 JER 018 021 Buna görə də onların övladlarını Aclığa ver, qılınc ağzına təslim et. Qadınları uşaqsız və dul qalsın, Ərlərini ölüm aparsın. Cavanlarını müharibədə qılınc öldürsün. 024 JER 018 022 Sən onların üzərinə Qəflətən qarətçilər göndərəndə Qoy evlərindən fəryad eşidilsin. Çünki məni tutmaq üçün quyu qazdılar, Ayağımın altında gizlincə tələ qurdular. 024 JER 018 023 Ancaq, ya Rəbb, məni öldürmək üçün Qurduqları bütün qəsdləri Sən bilirsən. Təqsirlərini bağışlama, Günahlarını önündən silmə. Sənin önündə yıxılsınlar, Qəzəbin vaxtı onlara qarşı hərəkət et. 024 JER 019 001 Rəbb belə dedi: «Get, dulusçunun düzəltdiyi bir gil kuzə al. Sonra isə xalqın və kahinlərin ağsaqqallarından bir neçəsini götür, 024 JER 019 002 Xarsit darvazasının girişində olan Ben-Hinnom vadisinə get. Sənə deyəcəyim sözləri orada elan edib söylə ki, 024 JER 019 003 ey Yəhuda padşahları, Yerusəlimdə yaşayanlar, Rəbbin sözünü eşidin, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən bu yerin üzərinə elə bir bəla gətirəcəyəm ki, hər eşidənin qulağı cingildəyəcək. 024 JER 019 004 Çünki onlar Məndən üz döndərdi, buranı yad bir ölkəyə çevirdi. Orada özlərinin, atalarının və Yəhuda padşahlarının tanımadıqları başqa allahlara buxur yandırdılar və bu yeri günahsız qanla doldurdular. 024 JER 019 005 Öz uşaqlarını odda Baal bütlərinə yandırma qurbanı vermək üçün Baal səcdəgahlarını qurdular. Mən belə bir şeyi nə buyurdum, nə söylədim, nə də ağlıma gətirdim”». 024 JER 019 006 Rəbb bəyan edir: «Buna görə də bir gün gələcək ki, daha bu yerə Tofet yaxud Ben-Hinnom vadisi deyil, Qırğın vadisi deyiləcək. 024 JER 019 007 Bu yerdə Yəhuda ilə Yerusəlimin niyyətlərini boşa çıxaracağam. Onları düşmənlərinin önündə canlarını almaq istəyənlərin əli ilə qılıncla həlak edəcəyəm. Cəsədlərini göydəki quşlara və yerdəki heyvanlara yem olaraq verəcəyəm. 024 JER 019 008 Bu şəhəri viran edəcəyəm, rişxənd hədəfinə çevirəcəyəm. Oradan keçən hər kəs onun başına gələn bəlaları görüb heyrət içində fit çalacaq. 024 JER 019 009 Oğullarının və qızlarının ətini özlərinə yedirdəcəyəm. Canlarını almaq istəyən düşmənləri onları mühasirəyə alanda çəkdikləri sıxıntıdan ötrü bir-birlərinin ətini yeyəcəklər». 024 JER 019 010 Sonra səninlə gedən adamların gözü önündə kuzəni sındırıb 024 JER 019 011 onlara söylə ki, Ordular Rəbbi belə deyir: «Necə ki dulusçunun əlində qab sınanda bir də düzəlmir, Mən də bu xalqı və şəhəri beləcə məhv edəcəyəm. Basdırmağa yer qalmadığı üçün ölüləri Tofetdə də basdıracaqlar. 024 JER 019 012 Bu yer və sakinləri ilə belə rəftar edəcəyəm, bu şəhəri Tofet kimi edəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 019 013 «Yerusəlimin evləri və Yəhuda padşahlarının sarayları Tofetin ərazisi kimi murdar olacaq, çünki bütün evlərin damları üzərində səma cisimlərinə buxur yandırdılar, yad allahlara içmə təqdimləri gətirdilər». 024 JER 019 014 Peyğəmbərlik etmək üçün Rəbbin Tofetə göndərdiyi Yeremya oradan qayıtdı. O, Rəbbin məbədinin həyətində dayanıb bütün xalqa dedi: 024 JER 019 015 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu şəhər barədə söylədiyim bütün fəlakətləri onun və ətrafında olan kəndlərin üzərinə gətirəcəyəm, çünki inadkarlıq edərək sözlərimə qulaq asmırlar”». 024 JER 020 001 Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi. 024 JER 020 002 Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə saldı. 024 JER 020 003 Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu. 024 JER 020 004 Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək. 024 JER 020 005 Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar. 024 JER 020 006 Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”». 024 JER 020 007 Ya Rəbb, Sən məni məcbur etdin, Mən də məcbur oldum. Sən məndən güclüsən, Sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər, Hər kəs mənimlə əylənir. 024 JER 020 008 Çünki mən danışmağa başlayan kimi Fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü Mən bütün gün rüsvay oldum, Təhqir edildim. 024 JER 020 009 Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm. 024 JER 020 010 Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər. 024 JER 020 011 Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq. 024 JER 020 012 Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, Fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın Qisası görsün! Çünki işimi Sənə tapşırdım. 024 JER 020 013 Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri Zalımların əlindən qurtardı. 024 JER 020 014 Doğulduğum gün lənətə gəlsin! Anamın məni doğduğu günə Bir daş düşsün! 024 JER 020 015 Atamı çox sevindirərək «Bir oğlan uşağın oldu!» Deyə müjdə verən adam Lənətə gəlsin. 024 JER 020 016 Qoy o adam Rəbbin Yazığı gəlməyib dağıtdığı Şəhərlər kimi olsun! Səhər fəryad, Günorta nalə eşitsin. 024 JER 020 017 Çünki bətndə ikən məni öldürmədi. Onda anamın qarnı qəbrim olardı, Bətni daim hamilə qalardı. 024 JER 020 018 Nə üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, Ömrümü rüsvayçılıqla keçirmək üçünmü? 024 JER 021 001 Padşah Sidqiya Malkiya oğlu Paşxuru və Maaseya oğlu Sefanyanı Yeremyanın yanına göndərəndə Rəbdən Yeremyaya söz nazil oldu. Paşxur ilə Sefanya belə demişdi: 024 JER 021 002 «Gəl bizim barəmizdə Rəbdən soruş. Çünki Babil padşahı Navuxodonosor bizə qarşı müharibə edir. Bəlkə Rəbb keçmişdə etdiyi möcüzələrə bənzər bir şey edər və Navuxodonosor bizdən əl çəkər?» 024 JER 021 003 O zaman Yeremya onlara dedi: «Sidqiyaya söyləyin ki, 024 JER 021 004 İsrailin Allahı Rəbb belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan Babil padşahı və Xaldeylilərlə müharibədə istifadə etdiyiniz silahları özünüzə qarşı çevirəcəyəm. Silahlarınızı bu şəhərin ortasına toplayacağam. 024 JER 021 005 Mən sizə qarşı əl qaldıracağam, güclü qolumla, qızğınlıq, qəzəb və böyük hiddətlə sizinlə vuruşacağam. 024 JER 021 006 Bu şəhərdə yaşayan insanı da, heyvanı da məhv edəcəyəm. Onlar şiddətli vəbadan öləcək”. 024 JER 021 007 Rəbb belə bəyan edir: “Bundan sonra Yəhuda padşahı Sidqiyanı və əyanlarını, həmçinin bu şəhərdə vəbadan, qılıncdan və aclıqdan sağ qalanları Babil padşahı Navuxodonosora və canlarını almaq istəyən düşmənlərinə təslim edəcəyəm. O onları qılıncdan keçirəcək, onlara nə rəhm, nə şəfqət, nə də mərhəmət edəcək”. 024 JER 021 008 Bu xalqa söylə ki, Rəbb belə deyir: “Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram. 024 JER 021 009 Bu şəhərdə qalan qılınc, aclıq və vəbadan öləcək. Lakin kim bayıra çıxıb sizi mühasirəyə alan Xaldeylilərə təslim olsa, sağ qalacaq, heç olmasa öz canını qurtaracaq. 024 JER 021 010 Ona görə ki bu şəhərə yaxşılıq deyil, pislik etməyə niyyət etdim” Rəbb belə bəyan edir. “Bura Babil padşahına təslim ediləcək, o da buranı yandırıb yox edəcək”. 024 JER 021 011 Yəhuda padşahının ailəsinə söylə ki, Rəbbin sözünü eşidin. 024 JER 021 012 Ey Davud nəsli, Rəbb belə deyir: “Hər səhər ədalətlə rəftar edin, Məzlumu zalımın əlindən qurtarın. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi çıxıb yandıracaq, Onu söndürən olmayacaq”. 024 JER 021 013 Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?” 024 JER 021 014 Rəbb bəyan edir: “Mən sizi əməllərinizin Bəhrəsinə görə cəzalandıracağam. Meşələrinə elə od vuracağam ki, Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”». 024 JER 022 001 Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki, 024 JER 022 002 ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin. 024 JER 022 003 Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin. 024 JER 022 004 Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək. 024 JER 022 005 Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir. 024 JER 022 006 Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir: “Sən Mənim üçün Gilead, Livanın zirvəsi kimisən. Ancaq Mən hökmən səni bir çölə, Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm. 024 JER 022 007 Sənə qarşı həlak edənlər təyin edəcəyəm, Hamısının əlində silah olacaq. Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər, Onları oda atacaqlar. 024 JER 022 008 Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?› 024 JER 022 009 Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”». 024 JER 022 010 Ölən padşah üçün ağlamayın, Yas tutmayın. Ancaq sürgünə gedən üçün acı-acı ağlayın, Çünki daha qayıtmayacaq, Doğma vətənini görməyəcək. 024 JER 022 011 Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq, 024 JER 022 012 sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək. 024 JER 022 013 Vay o adamın halına ki, Sarayını haqsızlıqla, Yuxarı otaqlarını ədalətsizliklə tikir, Öz soydaşını müftə işlədir, Ona muzdunu vermir. 024 JER 022 014 Vay o adamın halına ki, “Özümə geniş yuxarı otaqları olan Böyük bir saray tikdirəcəyəm” deyib Oraya pəncərələr açır, Ətrafını sidr ağacı ilə örtür. Qırmızı rənglə boyayır. 024 JER 022 015 Çoxlu sidr ağacın olduğu üçünmü Özünü padşah sanırsan? Atan da doyunca yeyib-içirdi, Ədalət və salehliklə rəftar edirdi. Ona görə də işləri uğurlu oldu. 024 JER 022 016 Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı, Ona görə də işləri uğurlu oldu». Rəbb bəyan edir: «Məni tanımaq Elə bu deyilmi? 024 JER 022 017 Ancaq sənin gözlərin və ürəyin Öz haram qazancında, Tökmək istədiyin günahsız qanda, Etmək istədiyin qəddarlıqda, Zorakılıqda qalıb». 024 JER 022 018 Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir: «Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar, “Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar. 024 JER 022 019 Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar, Eşşək basdırılan kimi basdırılacaq». 024 JER 022 020 «Livana qalxıb fəryad et, Başanda səsini ucalt, Avarimdən nalə çək, Çünki bütün müttəfiqlərin əzildi. 024 JER 022 021 Hər şeyin əmin-amanlıqda olanda Sənə nəsihət etdim, Ancaq “qulaq asmayacağam” dedin. Uşaqlığından xasiyyətin belədir, Sözümə qulaq asan deyilsən. 024 JER 022 022 Külək bütün başçılarını alıb-aparacaq, Müttəfiqlərin sürgünə gedəcək. O zaman etdiyin bütün pisliklərdən ötrü Utanıb rüsvay olacaqsan. 024 JER 022 023 Ey sən “Livanda” yaşayan, Yuvasını sidr ağacından quran! Sənə hamilə qadın kimi Ağrılar, sancılar gələndə Necə ah-zar edəcəksən!» 024 JER 022 024 Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım. 024 JER 022 025 Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm. 024 JER 022 026 Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz. 024 JER 022 027 Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız». 024 JER 022 028 Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı? 024 JER 022 029 Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə! 024 JER 022 030 Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək». 024 JER 023 001 Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!» 024 JER 023 002 Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qayğısına qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qayğısına qalacağam» Rəbb belə bəyan edir. 024 JER 023 003 «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. 024 JER 023 004 Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Daha qorxub dəhşətə düşməyəcəklər, biri də itməyəcək» Rəbb belə bəyan edir. 024 JER 023 005 «Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, Ölkədə ədalətli və saleh işlər görəcək» Rəbb belə bəyan edir. 024 JER 023 006 «Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar». 024 JER 023 007 Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcək, 024 JER 023 008 amma “İsrail nəslindən törəyənləri şimal ölkəsindən və sürgün etdiyi bütün başqa ölkələrdən geri qaytaran Rəbbin varlığına and olsun” deyəcək. Beləcə öz torpaqlarında yaşayacaqlar». 024 JER 023 009 Peyğəmbərlər haqqında: Ürəyim içimdə parçalandı, Bütün sümüklərim titrədi. Rəbbə görə, Onun müqəddəs sözlərinə görə Bir sərxoş kimi, Şəraba aludə olan adam kimiyəm. 024 JER 023 010 Çünki ölkə zinakarlarla doludur, Lənətə görə yas tutur. Çöldəki otlaqlar quruyub, Adamlar pis yola düşüb. Güclərini zorakılığa sərf edirlər. 024 JER 023 011 Rəbb bəyan edir: «Peyğəmbər də, kahin də allahsızdır, Məbədimdə pisliklərini gördüm. 024 JER 023 012 Buna görə getdikləri yol Qaranlıqda sürüşkən yer kimi olacaq, Orada qovulub yıxılacaqlar. Çünki cəzalanacaqları il Başlarına fəlakət gətirəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 023 013 «Samariya peyğəmbərləri arasında Bu iyrənc işi gördüm: Baalın adı ilə peyğəmbərlik edərək Xalqım İsraili yoldan azdırdılar. 024 JER 023 014 Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu». 024 JER 023 015 Buna görə də Ordular Rəbbi Peyğəmbərlər haqqında belə deyir: «Baxın Mən onlara yovşan yedirəcəyəm, Zəhərli su içirəcəyəm. Çünki allahsızlıq Yerusəlim peyğəmbərlərindən Bütün ölkəyə yayıldı». 024 JER 023 016 Ordular Rəbbi belə deyir: «Sizin üçün peyğəmbərlik edən Peyğəmbərlərin sözünə qulaq asmayın. Onlar sizə boş şeylər öyrədir. Rəbbin ağzından çıxanları deyil, Özlərinin uydurduqları görüntüləri söyləyirlər. 024 JER 023 017 Onlar Mənə xor baxanlara deyir: “Rəbb söylədi ki, sizin üçün Əmin-amanlıq olacaq”. İnadkarlıqla ürəklərinin istədiyinə uyanlara deyirlər: “Üstünüzə fəlakət gəlməyəcək”. 024 JER 023 018 Rəbbin sözünü anlayıb eşitmək üçün Rəbbin məclisində kimsə durubmu? Onun sözünə qulaq asıb eşidən varmı? 024 JER 023 019 Budur, Rəbbin fırtınası qəzəblə qopacaq, Qasırğa fırlanıb Pis adamların başında çatlayacaq. 024 JER 023 020 Ürəyinin istəyinə çatana qədər, Onu bitirənə qədər Rəbbin qəzəbi dayanmayacaq. Gələcək günlərdə bunu açıq-aşkar anlayacaqsınız. 024 JER 023 021 Bu peyğəmbərləri Mən göndərmədim, Amma ora-bura qaçdılar. Onlara Mən söz demədim, Amma peyğəmbərlik etdilər. 024 JER 023 022 Ancaq onlar məclisimdə dursaydılar, Sözlərimi xalqıma çatdırardılar. Pis yollarından, şər əməllərindən Xalqı çəkindirərdilər». 024 JER 023 023 Rəbb bəyan edir: «Mən yalnız yaxında olan Allah deyiləm, Həm də uzaqda olan Allaham. 024 JER 023 024 Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim?» Rəbb belə bəyan edir. «Yeri, göyü Mən doldurmamışammı?» Rəbb belə bəyan edir. 024 JER 023 025 «Mənim adımdan yalan söyləyən peyğəmbərlərin “Yuxu gördüm, yuxu gördüm!” sözlərini eşitdim. 024 JER 023 026 Nə vaxta qədər yalan söyləyən, öz ürəklərinin uydurmalarını bildirən peyğəmbərlər bu işlə məşğul olacaq? 024 JER 023 027 Ataları necə Baal bütünə görə adımı unutdularsa, onlar da zənn edir ki, bir-birlərinə danışdıqları yuxularla xalqıma adımı unutduracaq. 024 JER 023 028 Yuxu görən peyğəmbər yuxusunu söyləsin. Amma sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın yanında saman nədir?» Rəbb belə bəyan edir. 024 JER 023 029 «Mənim sözüm bir od kimi, qayaları parçalayan gürz kimi deyilmi?» Rəbb belə bəyan edir. 024 JER 023 030 «Buna görə də Mən peyğəmbərlərə qarşıyam, onlar sözlərimi bir-birlərindən oğurlayır» Rəbb belə bəyan edir. 024 JER 023 031 «Bax Mən peyğəmbərlərə qarşıyam. Onlar öz dillərini tərpədib “Rəbb belə deyir” söyləyir» Rəbb belə bəyan edir. 024 JER 023 032 «Bax Mən yalançı yuxular görüb peyğəmbərlik edənlərə qarşıyam» Rəbb belə bəyan edir. «Onlar bu yuxuları danışıb yalanları və boş lovğalıqları ilə xalqımı yoldan azdırır. Onları Mən göndərmədim, onlara heç nə buyurmadım. Bu xalqa heç bir faydaları yoxdur» Rəbb belə bəyan edir. 024 JER 023 033 «Əgər bu xalqdan biri yaxud bir peyğəmbər ya da bir kahin səndən “Bəs Rəbbin yük olan kəlamı nədir?” soruşsa, ona söylə: “Yük sizsiniz. Mən sizi atacağam” Rəbb belə bəyan edir. 024 JER 023 034 “Rəbbin yük olan kəlamıdır” deyən peyğəmbərə, kahinə yaxud adi adama gəlincə, Mən o adamı da, onun ailəsini də cəzalandıracağam. 024 JER 023 035 Hər biriniz öz yoldaşınıza, soydaşınıza belə deyin: “Rəbb nə cavab verdi? Rəbb nə söylədi?” 024 JER 023 036 Bir daha Rəbbin yük olan kəlamını yada salmayacaqsınız, çünki hər kəsin sözü özünə yük olacaq. Bununla siz var olan Allahın, Ordular Rəbbinin, Allahımızın sözlərini təhrif etdiniz. 024 JER 023 037 Peyğəmbərə belə söylə: “Rəbb sənə nə cavab verdi? Rəbb nə söylədi?” 024 JER 023 038 “Rəbbin yük olan kəlamıdır” desəniz də, Rəbb hökmən belə deyər: “‹Rəbbin yük olan kəlamıdır› deyirsiniz, halbuki Mən sizə xəbərdarlıq edib ‹Rəbbin yük olan kəlamıdır› deməməyi söyləmişdim. 024 JER 023 039 Buna görə də sizi tamamilə unudacağam, sizi də, özünüzə və atalarınıza verdiyim şəhəri də önümdən rədd edəcəyəm. 024 JER 023 040 Üzərinizə heç vaxt unudulmayan biabırçılıq, əbədi rüsvayçılıq gətirəcəyəm”». 024 JER 024 001 Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini, Yəhuda başçılarını, ustaları və sənətkarları Yerusəlimdən sürgün edib Babilə apardı. Bu hadisədən sonra Rəbb mənə Öz məbədi önündə qoyulmuş iki səbət əncir göstərdi. 024 JER 024 002 Bir səbətdə ilk məhsula oxşayan çox yaxşı əncirlər, o biri səbətdə isə əzik olduqları üçün yeməyə yararsız olan çox pis əncirlər var idi. 024 JER 024 003 Rəbb mənə dedi: «Nə görürsən, Yeremya?» Mən dedim: «Əncir. Yaxşı əncirlər çox yaxşıdır, pis əncirlər isə çox pis, əzilib yararsız hala düşmüşdür, onları yemək olmaz». 024 JER 024 004 Mənə Rəbbin bu sözü nazil oldu: 024 JER 024 005 «İsrailin Allahı Rəbb belə deyir: “Buradan Xaldey ölkəsinə sürgünə göndərdiyim Yəhuda əsirlərini bu yaxşı əncirlər kimi yaxşı hesab edəcəyəm. 024 JER 024 006 Yaxşı yaşasınlar deyə gözlərim onların üzərində olacaq və onları yenə bu ölkəyə qaytaracağam. Onları dirçəldəcəyəm, yıxmayacağam, onları əkəcəyəm, çıxarmayacağam. 024 JER 024 007 Onlara ürək verəcəyəm ki, Mənim Rəbb olduğumu bilsinlər. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam, çünki onlar bütün qəlbləri ilə Mənə üz tutacaq”. 024 JER 024 008 Rəbb belə deyir: “Amma Yəhuda padşahı Sidqiyanı, onun başçılarını, Yerusəlimdə salamat qalıb bu ölkədə yaxud Misirdə yaşayanları yeməyə yararsız olan əzik əncir kimi edəcəyəm. 024 JER 024 009 Onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onlar sürgün etdiyim hər yerdə rüsvay olub ibrətə çevriləcək, kinayə və lənət qazanacaqlar. 024 JER 024 010 Özlərinə və atalarına verdiyim torpaqdan silinib qurtarana qədər üstlərinə qılınc, aclıq və vəba göndərəcəyəm”». 024 JER 025 001 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində bütün Yəhuda xalqı barədə Yeremyaya söz nazil oldu. Bu, Babil padşahı Navuxodonosorun padşahlığının birinci ilində oldu. 024 JER 025 002 Yeremya peyğəmbər bütün Yəhuda xalqına və Yerusəlimdə yaşayanların hamısına bu sözü bildirib dedi: 024 JER 025 003 «İyirmi üç il ərzində – Yəhuda padşahı Amon oğlu Yoşiyanın padşahlığının on üçüncü ilindən bu günə qədər Rəbbin sözü mənə nazil oldu. Mən də dəfələrlə bu sözləri sizə bildirdim, amma siz qulaq asmadınız. 024 JER 025 004 Rəbb peyğəmbər qullarını dəfələrlə yanınıza göndərdi, amma eşitmədiniz, qulaq asmadınız. 024 JER 025 005 Onlar sizə belə söylədi: “İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki, Rəbbin əbədi olaraq sizə və atalarınıza verdiyi torpaqda yaşayasınız. 024 JER 025 006 Başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olmayın, əl işiniz olan bütlərlə Məni qəzəbləndirməyin ki, Mən də sizə pislik etməyim”. 024 JER 025 007 Rəbb bəyan edir: “Ancaq siz Mənə qulaq asmadınız, əl işiniz olan bütlərlə Məni qəzəbləndirib özünüzə ziyan vurdunuz”. 024 JER 025 008 Buna görə də Ordular Rəbbi deyir: “İndi ki sözlərimə qulaq asmadınız, 024 JER 025 009 Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm. 024 JER 025 010 Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm. 024 JER 025 011 Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”. 024 JER 025 012 Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm. 024 JER 025 013 O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm. 024 JER 025 014 Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”». 024 JER 025 015 Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt. 024 JER 025 016 Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq». 024 JER 025 017 Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim. 024 JER 025 018 Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları, 024 JER 025 019 Misir padşahı firon, əyanları, başçıları və bütün xalqı, 024 JER 025 020 Misirdə yaşayan bütün yadellilər, Us ölkəsinin bütün padşahları, Filişt ölkəsinin bütün padşahları – Aşqelon, Qəzzə, Eqron padşahları və Aşdodda sağ qalanlar, 024 JER 025 021 Edom, Moav, Ammon övladları, 024 JER 025 022 bütün Sur və Sidon padşahları, dənizin o tayındakı ölkələrin padşahları, 024 JER 025 023 Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı, 024 JER 025 024 bütün Ərəbistan padşahları, səhrada yaşayan yadelli xalqın padşahları, 024 JER 025 025 bütün Zimri, Elam və Midiya padşahları, 024 JER 025 026 sıra ilə bütün yaxın və uzaq şimal padşahları, yer üzünün bütün padşahları. Hamıdan sonra bu kasanı Şeşak padşahı da içəcək. 024 JER 025 027 «Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”. 024 JER 025 028 Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz! 024 JER 025 029 Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir. 024 JER 025 030 Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək, Müqəddəs məskənindən gurlayacaq. Öz otlağına qarşı şiddətlə nərə çəkəcək, Dünyada yaşayanların hamısına qarşı hayqıracaq, Üzüm əzənlər kimi bağıracaq. 024 JER 025 031 Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq, Çünki Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, Pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir. 024 JER 025 032 Ordular Rəbbi belə deyir: “Bax millətdən millətə bəla yayılır, Dünyanın uzaq yerlərindən Böyük qasırğa qopur”. 024 JER 025 033 O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. 024 JER 025 034 Ey çobanlar, ağlayıb fəryad edin, Ey sürü başçıları, torpaqda eşələnin. Çünki qətl olunma, Pərən-pərən salınma vaxtınız çatdı. Siz qiymətli bir qab kimi yıxılacaqsınız. 024 JER 025 035 Çobanlar qaça bilməyəcək, Sürü başçıları qurtula bilməyəcək. 024 JER 025 036 Çobanların fəryadını, Sürü başçılarının bağırtısını eşit, Çünki Rəbb onların otlaqlarını viran edir. 024 JER 025 037 Rəbbin qızğın qəzəbindən Dinc pəyələr də məhv oldu. 024 JER 025 038 Rəbb cavan aslan kimi Yuvasını tərk etdi. Rəbbin qəzəbi üzündən – Zor işlədənin qızğın qəzəbi üzündən Ölkələri viran oldu». 024 JER 026 001 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu: 024 JER 026 002 «Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə. 024 JER 026 003 Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”. 024 JER 026 004 Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız, 024 JER 026 005 dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman 024 JER 026 006 bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”». 024 JER 026 007 Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi. 024 JER 026 008 Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən. 024 JER 026 009 Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı. 024 JER 026 010 Yəhuda başçıları bunları eşidən kimi padşah sarayından çıxıb Rəbbin məbədinə qalxdı və məbədin Yeni darvazasının girəcəyində oturdu. 024 JER 026 011 O zaman kahinlər və peyğəmbərlər başçılara və bütün xalqa söylədi: «Bu adam ölümə layiqdir, çünki öz qulağınızla eşitdiyiniz kimi bu şəhərin əleyhinə peyğəmbərlik etdi». 024 JER 026 012 Onda Yeremya bütün başçılara və xalqa dedi: «Rəbb məni göndərdi ki, bu məbədin və şəhərin əleyhinə eşitdiyiniz bütün peyğəmbərlik sözlərini bildirim. 024 JER 026 013 İndi yaşayışınızı və əməllərinizi islah edin. Allahınız Rəbbin sözünə qulaq asın. O zaman Rəbb başınıza gətirəcəyini bildirdiyi bəladan vaz keçəcək. 024 JER 026 014 Mən isə sizin ixtiyarınızdayam. Gözünüzdə nə yaxşı və düzdürsə, mənimlə eləcə də rəftar edin. 024 JER 026 015 Ancaq yaxşı bilin ki, məni öldürsəniz, günahsız qanın məsuliyyətini özünüzün, bu şəhərin və orada yaşayanların üzərinə götürmüş olursunuz. Çünki Rəbb, həqiqətən, məni yanınıza göndərdi ki, bütün bu sözləri sizə çatdırım». 024 JER 026 016 Başçılar və bütün xalq kahinlərə və peyğəmbərlərə dedi: «Bu adama ölüm hökmü çıxarmaq olmaz, çünki bizimlə Allahımız Rəbbin adından danışdı». 024 JER 026 017 Ölkə ağsaqqallarından bir neçəsi qalxıb toplaşmış bütün xalqa dedi: 024 JER 026 018 «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”. 024 JER 026 019 Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik». 024 JER 026 020 Qiryat-Yearimli Şemaya oğlu Uriya adlı bir adam da Rəbbin adı ilə peyğəmbərlik edirdi. O da eynilə Yeremya kimi danışaraq bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi. 024 JER 026 021 Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı. 024 JER 026 022 Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi. 024 JER 026 023 Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı. 024 JER 026 024 Ancaq Yeremya öldürülmək üçün xalqa təslim edilmədi, çünki Şafan oğlu Axiqam onu qorudu. 024 JER 027 001 Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının əvvəlində Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 027 002 «Rəbb mənə belə dedi: “Özünə qayışlarla bağlanan taxta bir boyunduruq düzəlt və boynuna tax. 024 JER 027 003 Sonra Yerusəlimə, Yəhuda padşahı Sidqiyanın yanına gələn qasidlər vasitəsilə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına xəbər göndər”. 024 JER 027 004 Ağalarına söyləmək üçün onlara bildir ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Ağalarınıza söyləyin ki, 024 JER 027 005 dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm. 024 JER 027 006 Bəli, bütün bu ölkələri Babil padşahı qulum Navuxodonosorun ixtiyarına verirəm. Hətta vəhşi heyvanları da xidmət etmək üçün ona verirəm. 024 JER 027 007 Ölkəsinin axırı çatana qədər bütün millətlər ona, oğluna və nəvəsinə qulluq edəcək. Sonra isə bir çox millətlər və böyük padşahlar onu özlərinə qul edəcək. 024 JER 027 008 Hansı millət və ölkə Babil padşahı Navuxodonosora qulluq etməsə, onun boyunduruğuna girməsə, həmin milləti onun əli ilə qırıb-çatana qədər qılınc, aclıq və vəba ilə cəzalandıracağam” Rəbb bəyan edir. 024 JER 027 009 “Siz isə öz peyğəmbərlərinizə, falçılarınıza, yuxugörənlərinizə, gələcəyideyənlərinizə və cadugərlərinizə qulaq asmayın. Onlar sizə ‹Babil padşahına qulluq etməyəcəksiniz› söyləyir. 024 JER 027 010 Onlar sizə yalandan peyğəmbərlik edir. Bunun nəticəsində öz ölkənizdən qovulacaqsınız. Sizi sürgün edəcəyəm və məhv olacaqsınız. 024 JER 027 011 Ancaq Babil padşahının boyunduruğuna girən və ona qulluq edən milləti öz torpağında saxlayacağam. Torpağı əkib orada yaşayacaqlar” Rəbb belə bəyan edir». 024 JER 027 012 Mən bütün bu sözləri Yəhuda padşahı Sidqiyaya bildirib dedim: «Babil padşahının boyunduruğuna girin, özünə və xalqına qulluq edin ki, sağ qalasınız. 024 JER 027 013 Babil padşahına qulluq etmək istəməyən hər millət Rəbbin dediyi kimi məhv olacaq. Sən və xalqın qılınc, aclıq və vəbadan nə üçün öləsiniz? 024 JER 027 014 Sizə “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərə qulaq asmayın, çünki onlar sizə yalandan peyğəmbərlik edir. 024 JER 027 015 Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”». 024 JER 027 016 Mən kahinlərə və bütün bu xalqa söylədim: «Rəbb belə deyir: “‹Rəbbin məbədindən götürülən əşyalar tezliklə Babildən geri qaytarılacaq› deyib sizə peyğəmbərlik edən peyğəmbərlərinizin sözlərinə qulaq asmayın. Çünki sizə yalandan peyğəmbərlik edirlər. 024 JER 027 017 Onlara qulaq asmayın, Babil padşahına qulluq edin ki, sağ qalasınız. Bu şəhər niyə viran olsun? 024 JER 027 018 Əgər onlar peyğəmbərdirsə, Rəbbin sözünü söyləyirlərsə, qoy indi Ordular Rəbbinə yalvarsınlar ki, Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar Babilə aparılmasın”. 024 JER 027 019 Sütunlar, hovuz, ayaqlıqlar və bu şəhərdə qalan başqa əşyalar barədə Ordular Rəbbi belə deyir. 024 JER 027 020 Bəli, Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Yəhuda ilə Yerusəlimin bütün əyanlarını Yerusəlimdən Babilə sürgün etdiyi zaman Babil padşahı Navuxodonosorun aparmadığı, 024 JER 027 021 Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar barədə İsrailin Allahı Ordular Rəbbi belə deyir: 024 JER 027 022 “Onlar Babilə aparılacaq və Babillilərin işinə baxacağım günə qədər orada qalacaq. O zaman onları oradan çıxaracağam və bu yerə qaytaracağam” Rəbb belə bəyan edir». 024 JER 028 001 Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi: 024 JER 028 002 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım. 024 JER 028 003 Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam. 024 JER 028 004 Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”». 024 JER 028 005 O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib 024 JER 028 006 söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin! 024 JER 028 007 Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as: 024 JER 028 008 qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi. 024 JER 028 009 Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər». 024 JER 028 010 O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı. 024 JER 028 011 Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi. 024 JER 028 012 Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: 024 JER 028 013 «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”. 024 JER 028 014 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”». 024 JER 028 015 Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın. 024 JER 028 016 Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”». 024 JER 028 017 Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü. 024 JER 029 001 Yeremya peyğəmbər sürgündə sağ qalan xalqın ağsaqqallarına, kahinlərə, peyğəmbərlərə və Navuxodonosorun Yerusəlimdən Babilə sürgün etdiyi bütün xalqa Yerusəlimdən bir məktub göndərdi. Məktubun mətni aşağıda verilir. 024 JER 029 002 Bu məktub padşah Yehoyakinin, onun anasının, saray əyanlarının, Yəhuda və Yerusəlim başçılarının, ustaların, sənətkarların Yerusəlimdən sürgünə aparılmasından sonra göndərildi. 024 JER 029 003 Onu Yəhuda padşahı Sidqiyanın Babil padşahı Navuxodonosorun yanına göndərdiyi Şafan oğlu Elasa və Xilqiya oğlu Gemarya apardı. Belə dedi: 024 JER 029 004 «Mən İsrailin Allahı olan Ordular Rəbbi Yerusəlimdən Babilə sürgün etdiyim adamlara belə söyləyirəm: 024 JER 029 005 “Evlər tikib yaşayın, bağçalar salıb meyvələrini yeyin. 024 JER 029 006 Arvad alıb oğul-qız atası olun. Oğullarınıza arvad alın, qızlarınızı ərə verin ki, oğul-qızları olsun. Orada azalmayıb çoxalın. 024 JER 029 007 Sizi sürgün etdiyim şəhərin rifahı üçün çalışın və o şəhər üçün Rəbbə dua edin. Çünki ora rifah içində olarsa, siz də rifahda yaşayarsınız”. 024 JER 029 008 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Aranızdakı peyğəmbərləriniz və falçılarınız sizi aldatmasın, gördüyünüz yuxulara əhəmiyyət verməyin. 024 JER 029 009 Çünki onlar Mənim adımla sizə yalandan peyğəmbərlik edir. Onları Mən göndərmədim” Rəbb belə bəyan edir. 024 JER 029 010 Çünki Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm. 024 JER 029 011 Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim. 024 JER 029 012 Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm. 024 JER 029 013 Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız. 024 JER 029 014 Məni tapmağınıza izin verəcəyəm” Rəbb belə bəyan edir. “Sizi sürgündən geri qaytaracağam, sürgün etdiyim bütün yerlərdən və millətlərin arasından toplayacağam. Oradan sizi sürgün olunduğunuz yerə qaytaracağam” Rəbb belə bəyan edir. 024 JER 029 015 Siz belə dediniz: “Rəbb bizə Babildə peyğəmbərlər verib”. 024 JER 029 016 Davudun taxtında oturan padşah, bu şəhərdə yaşayan bütün xalq, sizinlə birgə sürgünə aparılmamış soydaşlarınız barədə Rəbb belə deyir. 024 JER 029 017 Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm. 024 JER 029 018 Onları qılınc, aclıq və vəba ilə təqib edəcəyəm, yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. Onları qovduğum bütün millətlərin arasında lənət, dəhşət, rişxənd və rüsvayçılıq hədəfi olacaqlar”. 024 JER 029 019 Rəbb bəyan edir: “Ona görə ki sözlərimə qulaq asmadılar. Həmin sözləri qullarım olan peyğəmbərlər vasitəsilə dəfələrlə onlara çatdırdım, ancaq siz qulaq asmadınız” Rəbb belə bəyan edir. 024 JER 029 020 Buna görə də, ey Yerusəlimdən Babilə göndərdiyim bütün sürgün olunmuş adamlar, Rəbbin sözünü eşidin. 024 JER 029 021 Mənim adımla sizə yalandan peyğəmbərlik edən Qolaya oğlu Axav və Maaseya oğlu Sidqiya barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən onları Babil padşahı Navuxodonosora təslim edəcəyəm və o, gözlərinizin önündə onları öldürəcək. 024 JER 029 022 Onlar barədə Babildəki bütün sürgün olunmuş Yəhudalılar bundan sonra ‹Rəbb səni Babil padşahının diri-diri yandırdığı Sidqiya və Axav kimi etsin› deyə lənət edəcək. 024 JER 029 023 Çünki İsraildə çirkin işlər gördülər, qonşularının arvadları ilə zina etdilər, onlara əmr etmədiyim halda Mənim adımdan yalan sözlər söylədilər. Mən bunu bilirəm və buna şahidəm” Rəbb belə bəyan edir». 024 JER 029 024 Nexelamlı Şemaya barədə söylə ki, 024 JER 029 025 İsrailin Allahı Ordular Rəbbi belə deyir: «Sən Yerusəlimdə olan başqa xalqa, kahin Maaseya oğlu Sefanyaya və başqa kahinlərə öz adından məktublar göndərdin. Sefanyaya belə dedin: 024 JER 029 026 “Rəbb Öz məbədinin cavabdehi kimi Yehoyadanın yerinə səni kahin qoydu. Peyğəmbər kimi davranan hər dəliyə kündə və dəmir yaxa vurmalısan. 024 JER 029 027 Bəs nə üçün sizə özünü peyğəmbər elan edən Anatotlu Yeremyanı məzəmmət etmirsən? 024 JER 029 028 Çünki Yeremya biz Babildəkilərə bu xəbəri göndərdi ki, sürgün uzun çəkəcək. Buna görə də evlər tikib, içində yaşayın, bağça salıb, meyvələrini yeyin”». 024 JER 029 029 Kahin Sefanya bu məktubu Yeremya peyğəmbərə uca səslə oxudu. 024 JER 029 030 Bu vaxt Yeremyaya Rəbbin bu sözü nazil oldu: 024 JER 029 031 «Bütün sürgün olunmuşlara xəbər göndərib söylə ki, Nexelamlı Şemaya barədə Rəbb belə deyir: “İndi ki Mən göndərmədiyim halda Şemaya peyğəmbərlik edib sizi yalana inandırdı, 024 JER 029 032 Mən Rəbb də deyirəm ki, Nexelamlı Şemayanı və onun nəslini cəzalandıracağam. Bu xalqın arasında onun nəslindən olan bir kəs sağ qalmayacaq, xalqıma edəcəyim xeyirxahlığı görməyəcək, çünki o, xalqı Rəbbə qarşı üsyana təhrik etdi” Rəbb belə bəyan edir». 024 JER 030 001 Yeremyaya Rəbdən bu söz nazil oldu: 024 JER 030 002 «İsrailin Allahı Rəbb belə deyir: “Sənə söylədiyim bütün sözləri bir kitaba yaz”. 024 JER 030 003 Çünki Rəbb bəyan edir: “Xalqım İsraili və Yəhudanı sürgündən qaytaracağım günlər yaxınlaşır. Onları atalarına verdiyim torpağa qaytaracağam və oranı mülk edəcəklər”. Bu, Rəbbin sözüdür. 024 JER 030 004 İsrail və Yəhuda üçün Rəbbin söylədiyi sözlər bunlardır. 024 JER 030 005 Rəbb belə deyir: “Qorxu səsi eşitdik, Asayiş deyil, dəhşət səsi. 024 JER 030 006 İndi soruşun, bilin ki, Kişi də uşaq doğarmı? Elə isə nə üçün doğan qadın kimi Hər kişinin əllərini belində görürəm? Nə üçün hamının bənizi solub? 024 JER 030 007 Ah, bu nə dəhşətli gündür! Bir daha belə gün olmayacaq, Yaqub nəsli üçün sıxıntı dövrü olacaq, Ancaq yenə də bundan qurtulacaq”. 024 JER 030 008 Ordular Rəbbi bəyan edir: “O gün boynundakı boyunduruğu qıracaq, iplərini qoparacağam. Bundan sonra yadellilər onları özlərinə qul etməyəcək. 024 JER 030 009 Ancaq özlərinin Allahı Rəbbə, onlara təyin edəcəyim padşahları Davuda qulluq edəcəklər”. 024 JER 030 010 Rəbb bəyan edir: “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail. Çünki səni uzaq yerlərdən, Nəslini sürgün olunduğu ölkədən qurtaracağam. Yaqub nəsli yenə geri qayıdacaq, Rahatlıq tapıb qayğısız olacaq, Onu kimsə qorxutmayacaq. 024 JER 030 011 Çünki Mən səninləyəm, Səni qurtaracağam” Rəbb belə bəyan edir. “Səni aralarına apardığım Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Səni ədalətlə tərbiyələndirəcəyəm, Amma cəzasız da qoymayacağam”. 024 JER 030 012 Çünki Rəbb belə deyir: “Sənin yaran şəfa tapmaz, Xoran sağalmaz. 024 JER 030 013 Məhkəmədə işinə baxan yoxdur, Xəstəliyinə dərman yoxdur, Sənin dərdinə əlac yoxdur. 024 JER 030 014 Bütün müttəfiqlərin səni unutdu, Səni arayıb-axtarmırlar. Düşmən vuran kimi Mən səni vurdum. Rəhmsizcəsinə cəzalandırdım. Çünki təqsirkarlığın böyükdür, Günahların çoxdur. 024 JER 030 015 Niyə yarandan ötrü qışqırırsan? Dərdin şəfa tapmaz. Bu işləri ona görə sənə etdim ki, Təqsirkarlığın böyükdür, Günahların çoxdur. 024 JER 030 016 Ancaq səni yeyənlərin də hamısı yem olacaq. Bütün düşmənlərin sürgünə gedəcək. Səni soyanlar soyulacaq, Səni qarət edənlər qarət olunacaq”. 024 JER 030 017 Rəbb bəyan edir: “Mən səni yenə sağaldacağam, Yaralarına şəfa verəcəyəm. Çünki deyirlər ki, Sion rədd edilib, Onu axtaran yoxdur”. 024 JER 030 018 Rəbb belə deyir: “Mən Yaqubun çadırlarını Sürgündən geri qaytaracağam. Onun məskənlərinə rəhm edəcəyəm. Şəhər yenidən viranələri üzərində tikiləcək, Saray öz yerində bərpa olunacaq. 024 JER 030 019 Onların arasından Şükür və şənlik səsləri eşidiləcək. Mən onları çoxaldacağam, azalmayacaqlar, İzzətləndirəcəyəm, alçalmayacaqlar. 024 JER 030 020 Övladları əvvəlki kimi olacaq, İcması önümdə möhkəm duracaq. Onları sıxışdıranların hamısını cəzalandıracağam. 024 JER 030 021 Rəhbərləri özlərindən olacaq, Başçıları aralarından çıxacaq. Onu Özümə yaxınlaşdıracağam, O da Mənə yaxınlaşacaq. Başqa cür kim Mənə özü yaxınlaşmağa Cürət edə bilər?” Rəbb belə bəyan edir. 024 JER 030 022 “Beləcə siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam”». 024 JER 030 023 Budur, Rəbbin fırtınası qəzəblə qopacaq, Şiddətli qasırğası Pis adamların başında çatlayacaq. 024 JER 030 024 Rəbb Öz ürəyinin istədiyini Tamamilə edənə qədər Qızğın qəzəbini söndürməyəcək. Siz gələcəkdə bunu anlayacaqsınız. 024 JER 031 001 Rəbb bəyan edir: «O zaman Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar da Mənim xalqım olacaq». 024 JER 031 002 Rəbb belə deyir: «Mən İsrailə dinclik verməyə gedəndə Qılıncdan qaçıb qurtulan xalq Çöldə lütf tapdı». 024 JER 031 003 Rəbb uzaqdan mənə görünüb dedi: «Səni əbədi bir məhəbbətlə sevdim, Buna görə də sevgi ilə Səni Özümə tərəf çəkdim. 024 JER 031 004 Səni yenidən ayağa qaldıracağam, Sən də ayağa qalxacaqsan, Ey bakirə qıza bənzəyən İsrail! Sən yenə dəflərinlə bəzənib Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan. 024 JER 031 005 Yenə də Samariya dağlarında bağ salacaqsan, Bağ salanlar onun meyvələrindən dadacaq. 024 JER 031 006 Bir gün gələcək ki, Efrayimin dağlıq bölgəsində Keşikçilər “qalxın, Siona, Allahımız Rəbbin yanına çıxaq” Deyə qışqıracaq». 024 JER 031 007 Rəbb belə deyir: «Yaqubu sevinclə tərənnüm edin, Millətlərin başçısı üçün səs qaldırın! Ucadan həmd edib bildirin! “Ya Rəbb, xalqını, İsraildən sağ qalanları xilas et!” deyin. 024 JER 031 008 Mən onları şimal ölkəsindən qaytaracağam, Dünyanın uzaq yerlərindən toplayacağam. Aralarında kor, topal, Hamilə və doğan qadın da olacaq. Böyük bir camaat olub buraya qayıdacaqlar. 024 JER 031 009 Onlar ağlaya-ağlaya gələcək, Yalvardıqları zaman Onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca Büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur. 024 JER 031 010 Ey millətlər, Rəbbin sözünü eşidin, Uzaqlardakı adalarda elan edib deyin: “İsraili səpələyən onu bir yerə toplayacaq, Sürüsünü qoruyan çoban kimi Onu qoruyacaq”. 024 JER 031 011 Çünki Rəbb Yaqubu satın aldı, Ondan güclü olanın əlindən qurtardı. 024 JER 031 012 Onlar Sionun yüksək təpəsinə gəlib Tərənnüm edəcək. Rəbbin verdiyi nemətlər – Taxıl, təzə şərab, zeytun yağı, Qoyun-keçi, mal-qara önünə axışacaqlar. Canları sulanmış bağça kimi olacaq, Bir daha taqətdən düşməyəcəklər. 024 JER 031 013 O zaman bakirə qız, cavan və qoca kişilər Birlikdə rəqs edib sevinəcək, Mən onların yasını şadlığa çevirəcəyəm, Sevincə çevirəcəyəm. Kədərlərinə təsəlli verib Onları sevindirəcəyəm. 024 JER 031 014 Kahinləri bol yeməklə doyduracağam, Xalqım nemətlərimlə doyacaq» Rəbb belə bəyan edir. 024 JER 031 015 Rəbb belə deyir: «Ramada bir səs eşidildi, Yas və acı fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». 024 JER 031 016 Rəbb belə deyir: «Səsini ağlamaqdan, Gözlərini yaş tökməkdən qoru, Çünki çəkdiyin zəhmətin əvəzi veriləcək, Xalqım düşmən ölkəsindən qayıdacaq» Rəbb belə bəyan edir. 024 JER 031 017 «Gələcəyin üçün ümid var, Övladların öz yurdlarına dönəcək» Rəbb belə bəyan edir. 024 JER 031 018 Bəli, Mən Efrayimin nalələrini eşitdim: «Sən məni Öyrədilməmiş dana kimi tərbiyələndirdin, Mən də tərbiyə aldım. Məni geri qaytar, qayıdım, Çünki Allahım Rəbb Sənsən. 024 JER 031 019 Mən yolumdan azdıqdan sonra tövbə etdim, Ağlım başıma gələndə əllərimi yanıma çırpdım. Cavanlığımda etdiyim eyib işlərdən Utandım, rüsvay oldum. 024 JER 031 020 Efrayim əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda Yenə onu yadıma salıram. Ürəyim onun üçün sızlayır, Ona hədsiz rəhmim gəlir» Rəbb belə bəyan edir. 024 JER 031 021 «Yol işarələri qoy, Yol göstərən lövhələr düzəlt. Böyük yola – getdiyin yola fikir ver. Geri dön, ey bakirə qıza bənzəyən İsrail, Öz şəhərlərinə qayıt! 024 JER 031 022 Nə vaxta qədər sərgərdan gəzəcəksən, Ey dönük qız? Rəbb dünyada yeni bir şey yaradacaq: Qadın kişini qoruyacaq». 024 JER 031 023 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər: “Ey ədalət yurdu, ey müqəddəs dağ, Rəbb sənə xeyir-dua versin!” 024 JER 031 024 Xalq – əkinçilər, sürüləri ilə gəzən çobanlar Yəhudada və onun şəhərlərində birlikdə yaşayacaq. 024 JER 031 025 Çünki Mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam». 024 JER 031 026 Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu. 024 JER 031 027 Rəbb bəyan edir: «İsrail və Yəhuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır. 024 JER 031 028 Kökündən çıxarıb yox edəndə, yıxıb-dağıdanda və bəla gətirəndə onlara necə nəzarət etdimsə, dirçəldib yerləşdirəndə də eləcə nəzarət edəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 031 029 «O vaxt adamlar daha “atalar kal üzüm yedi, oğulların dişi qamaşır” deməyəcək. 024 JER 031 030 Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yeyənin öz dişləri qamaşacaq». 024 JER 031 031 Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır. 024 JER 031 032 Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular» Rəbb belə bəyan edir. 024 JER 031 033 «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. 024 JER 031 034 «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir. 024 JER 031 035 Gündüz işıq olsun deyə günəşi çıxaran, Gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan, Dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb – Adı Ordular Rəbbi Olan belə deyir: 024 JER 031 036 «Əgər qoyulan bu qayda-qanunlar Önümdən götürülərsə, Yalnız onda İsrail nəsli əbədilik Bir millət olmaqdan çıxar» Rəbb belə bəyan edir. 024 JER 031 037 Rəbb belə deyir: «Əgər yuxarıda göylər ölçülə bilsə, Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə, Mən də onda bütün etdikləri işlərdən ötrü Bütün İsrail nəslini rədd edərəm» Rəbb belə bəyan edir. 024 JER 031 038 Rəbb bəyan edir: «Xananel qülləsindən Künc darvazasına qədər şəhərin Mənim üçün yenidən tikiləcəyi günlər gəlir. 024 JER 031 039 Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək. 024 JER 031 040 Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə At darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq». 024 JER 032 001 Yəhuda padşahı Sidqiyanın padşahlığının onuncu, Navuxodonosorun padşahlığının on səkkizinci ilində Rəbdən Yeremyaya söz nazil oldu. 024 JER 032 002 Bu zaman Babil padşahının ordusu Yerusəlimi mühasirəyə almışdı. Yeremya peyğəmbər Yəhuda padşahının sarayındakı mühafizəçilər həyətində məhbus idi. 024 JER 032 003 Yəhuda padşahı Sidqiya onu burada həbs edərək demişdi: «Sən nə üçün bu cür peyğəmbərlik edib söyləyirsən ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm, o buranı ələ keçirəcək. 024 JER 032 004 Yəhuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq, hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət edəcək, göz-gözə dayanacaq. 024 JER 032 005 Sidqiya Babilə aparılacaq, Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsanız, uğur qazanmayacaqsınız?” Rəbb belə bəyan edir». 024 JER 032 006 Yeremya dedi: «Mənə Rəbbin bu sözü nazil oldu: 024 JER 032 007 “Əmin Şallum oğlu Xanamel sənin yanına gəlib deyəcək ki, Anatotdakı tarlamı satın al. Çünki qəyyumum kimi tarlamın geri satınalma hüququ sənə məxsusdur”. 024 JER 032 008 Sonra Rəbbin sözünə uyğun olaraq əmim oğlu Xanamel mühafizəçilər həyətində yanıma gəlib dedi: “Binyamin bölgəsində olan Anatotdakı tarlamı satın al, çünki miras haqqı da, qəyyumluq haqqı da sənə məxsusdur. Onu özün üçün satın al”. O zaman Rəbb sözünün yerinə yetdiyini başa düşdüm. 024 JER 032 009 Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim. 024 JER 032 010 Satış qəbzini çağırdığım şahidlərin önündə imzalayıb möhürlədim, gümüşü tərəzidə çəkdim. 024 JER 032 011 Qayda-qanunlar yazılmış, möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürdüm. 024 JER 032 012 Əmim oğlu Xanamelin, satış qəbzini imzalayan şahidlərin və mühafizəçilər həyətində oturan bütün Yəhudalıların gözü önündə satış qəbzini Maxseya oğlu Neriya oğlu Baruka verdim. 024 JER 032 013 Onların gözü önündə Baruka əmr edib dedim: 024 JER 032 014 “İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: ‹Uzun müddət qalsın deyə bu möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürüb bir gil qabın içinə qoy›”. 024 JER 032 015 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu ölkədə yenə evlər, tarlalar və bağlar satın alınacaq”. 024 JER 032 016 Satış qəbzini Neriya oğlu Baruka verdikdən sonra Rəbbə dua edib dedim: 024 JER 032 017 “Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur. 024 JER 032 018 Sən minlərlə insana məhəbbət göstərirsən, amma ataların etdiyi günahların əvəzini övladlarından alırsan. Sən böyük və güclü Allahsan, adın Ordular Rəbbidir. 024 JER 032 019 Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən. 024 JER 032 020 Sən Misirdə, İsraildə və bütün insanlar arasında bu günə qədər əlamətlər və möcüzələr göstərdin. Bu gün olduğu kimi şöhrət qazandın. 024 JER 032 021 Sən Öz xalqın İsraili əlamətlərlə, möcüzələrlə, qüdrətli əllə, uzanan qolunla böyük dəhşət saçaraq Misir torpağından çıxartdın. 024 JER 032 022 Atalarına verəcəyinə and içdiyin bu torpağı – süd və bal axan torpağı onlara verdin. 024 JER 032 023 Onlar gəlib torpağı özlərinə mülk etdilər, amma Sənin sözünə qulaq asmadılar, Sənin qanununa uyğun yaşamadılar, əmr etdiyin şeylərin heç birinə əməl etmədilər. Buna görə də bütün bu fəlakətləri başlarına gətirdin. 024 JER 032 024 Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum edən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi, Sən də bunu görürsən! 024 JER 032 025 Amma, ya Xudavənd Rəbb, Sən mənə ‹tarlanı gümüşlə özün üçün satın al və şahidlər çağır› dedin. Şəhər isə Xaldeylilərə təslim edilir”». 024 JER 032 026 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 024 JER 032 027 «Bütün bəşərin Allahı Rəbb Mənəm. Mənim edə bilməyəcəyim bir şey varmı? 024 JER 032 028 Buna görə də Rəbb belə deyir: “Bax Mən bu şəhəri Xaldeylilərə və Babil padşahı Navuxodonosora təslim edəcəyəm, o da oranı alacaq. 024 JER 032 029 Şəhərə hücum edən Xaldeylilər gəlib oraya od vuracaq. Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında Baalın şərəfinə buxur yandırıb başqa allahlara içmə təqdimləri gətirərək Məni qəzəbləndirmişdilər. 024 JER 032 030 Çünki İsrail və Yəhuda övladları cavanlıqlarından bəri həmişə gözümdə pis olan işlər görür. İsrail övladları əllərinin işi ilə Məni qəzəbləndirməkdən başqa bir şey etmədi” Rəbb belə bəyan edir. 024 JER 032 031 “Bu şəhər tikildiyi vaxtdan indiyə qədər Məni o qədər qəzəbləndirdi ki, onu önümdən rədd edib atacağam. 024 JER 032 032 Çünki İsrail və Yəhuda övladlarının – özlərinin, padşahlarının, başçılarının, kahinlərinin, peyğəmbərlərinin, Yəhudada və Yerusəlimdə yaşayanların Məni qəzəbləndirmək üçün etdikləri pisliklərin sayı-hesabı yoxdur. 024 JER 032 033 Onlar Mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, Mənə qulaq asmadılar və dərs almadılar. 024 JER 032 034 Mənim adımla çağırılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar. 024 JER 032 035 Ben-Hinnom vadisində Molek bütünə qurban olaraq oğullarını və qızlarını odda qurban etməkdən ötrü Baal üçün səcdəgahlar qurdular. Mən belə iyrənc bir şeyi etməyi və Yəhudanı günaha batırmağı nə onlara buyurdum, nə də ağlıma gətirdim. 024 JER 032 036 Siz bu şəhər barədə ‹qılınc, aclıq və vəba ilə Babil padşahına təslim edilir› deyirsiniz”. Amma indi İsrailin Allahı Rəbb deyir: 024 JER 032 037 “Onları qızğın qəzəb və böyük hiddətlə sürgün etdiyim bütün ölkələrdən toplayacağam. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. 024 JER 032 038 Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı olacağam. 024 JER 032 039 Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün Mənə həmişə hörmət etsinlər. 024 JER 032 040 Onlarla əbədi bir əhd bağlayacağam. Onlara yaxşılıq etməkdən dönməyəcəyəm, ürəklərinə Öz qorxumu qoyacağam ki, Məndən heç vaxt ayrılmasınlar. 024 JER 032 041 Onlara yaxşılıq etməyə şad olacağam. Həqiqətən, bütün ürəyimlə, bütün canımla onları bu ölkədə dirçəldəcəyəm”. 024 JER 032 042 Rəbb belə deyir: “Bu xalqın başına bütün bu böyük fəlakətləri necə gətirdimsə, söz verdiyim bütün yaxşılıqları da onlara bəxş edəcəyəm. 024 JER 032 043 Sizin ‹viran olmuş, insansız, heyvansız qalmış, Xaldeylilərə təslim olunmuş› dediyiniz bu torpaqda yenə tarlalar satın alınacaq. 024 JER 032 044 Binyamin bölgəsində, Yerusəlim ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində, dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin və Negevin şəhərlərində tarlalar gümüşlə satın alınacaq, satış qəbzləri şahidlərin önündə imzalanıb möhürlənəcək, çünki onların sürgün olunmuşlarını geri qaytaracağam” Rəbb belə bəyan edir». 024 JER 033 001 Yeremya hələ mühafizəçilər həyətində məhbus olanda ikinci dəfə ona Rəbbin sözü nazil oldu. 024 JER 033 002 O dedi: «Dünyanı yaradan, qurub möhkəmləndirən, adı Rəbb Olan belə deyir: 024 JER 033 003 “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim”. 024 JER 033 004 Mühasirə zamanı torpaq qalaqları və qılınca qarşı sipər olmaq üçün bu şəhərin uçurulmuş evləri və Yəhuda padşahlarının uçurulmuş sarayları barədə İsrailin Allahı Rəbb belə deyir: 024 JER 033 005 “Xaldeylilər vuruşmaq, evləri qəzəb və qızğınlıqla həlak etdiyim insanların cəsədləri ilə doldurmaq üçün gələcək. Bu insanların etdikləri pisliklərə görə bu şəhərdən üz döndərdim. 024 JER 033 006 Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. 024 JER 033 007 Yəhuda və İsrail sürgünlərini yenə geri qaytaracağam. Onları əvvəlki kimi dirçəldəcəyəm. 024 JER 033 008 Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam. 024 JER 033 009 Dünyanın bütün millətlərinin önündə bu şəhər Mənim üçün sevinc, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına etdiyim yaxşılıqları, verdiyim əmin-amanlığı görəndə qorxuya düşüb titrəyəcək”. 024 JER 033 010 Rəbb belə deyir: “Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yəhuda şəhərlərində, Yerusəlim küçələrində 024 JER 033 011 sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək: ‹Ordular Rəbbinə şükür edin, Çünki O, xeyirxahdır, Məhəbbəti əbədidir›. Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir. 024 JER 033 012 Ordular Rəbbi deyir: “Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq. 024 JER 033 013 Dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək” Rəbb belə deyir. 024 JER 033 014 Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir. 024 JER 033 015 O zaman, o günlər Davud üçün saleh bir Pöhrə yetişdirəcəyəm. O, ölkədə ədalət və salehliklə davranacaq. 024 JER 033 016 O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”. 024 JER 033 017 Rəbb belə deyir: “Davud nəslindən İsrail taxtında oturan bir adam heç vaxt əskik olmayacaq. 024 JER 033 018 Levili kahinlərdən önümə yandırma qurbanı gətirən, taxıl təqdimi yandıran, qurban kəsən bir kəs heç vaxt əskik olmayacaq”». 024 JER 033 019 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 024 JER 033 020 «Rəbb belə deyir: “Necə ki müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz, 024 JER 033 021 eləcə də padşahlıq etməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və Mənə xidmət edən Levili kahinlərlə bağladığım əhd pozula bilməz. 024 JER 033 022 Qulum Davudun nəslini və Mənə xidmət edən Levililəri saysız-hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam”». 024 JER 033 023 Yeremyaya Rəbbin bu sözü nazil oldu: 024 JER 033 024 «Bu xalqın “Rəbb seçdiyi iki ailəni rədd etdi” dediyini görmürsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar. 024 JER 033 025 Rəbb belə deyir: “Necə ki gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum, 024 JER 033 026 eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd etməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshaq və Yaqub nəslinə padşahlıq etmək üçün seçəcəyəm. Çünki Mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm edəcəyəm”». 024 JER 034 001 Babil padşahı Navuxodonosor öz hakimiyyəti altındakı bütün padşahlıqlar və xalqlardan yığılan ordusu ilə birgə Yerusəlimə və ətrafındakı şəhərlərə qarşı döyüşən vaxt Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 034 002 «İsrailin Allahı Rəbb deyir ki, get Yəhuda padşahı Sidqiya ilə danış, söylə ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm və o buraya od vuracaq. 024 JER 034 003 Sən Sidqiya onun əlindən qaçıb qurtulmayacaqsan, mütləq ələ keçib ona təslim ediləcəksən. Babil padşahını öz gözünlə görəcəksən, o səninlə üzbəüz danışacaq. Sonra Babilə aparılacaqsan”. 024 JER 034 004 Ancaq, ey Yəhuda padşahı Sidqiya, Rəbbin sözünə qulaq as. Rəbb sənin barəndə belə deyir: “Qılıncla öldürülməyəcəksən, 024 JER 034 005 əmin-amanlıqda öləcəksən. Səndən əvvəl padşah olan atalarının şərəfinə ətirli maddə yandırdıqları kimi sənin də şərəfinə ətirli maddə yandırıb ‹ah, ağamız› deyərək yas tutacaqlar. Çünki Mən Rəbb bunu söylədim”». 024 JER 034 006 Yeremya peyğəmbər bütün bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyaya söylədi. 024 JER 034 007 Həmin vaxt Babil padşahının ordusu Yerusəlimə və Yəhudanın hələ ələ keçirilməmiş şəhərləri olan Lakişə və Azeqaya hücum edirdi. Yəhudanın qalalı şəhərlərindən yalnız bunlar qalmışdı. 024 JER 034 008 Padşah Sidqiya Yerusəlimdəki xalqla əhd kəsərək qulların azadlığını elan etdikdən sonra Rəbdən Yeremyaya söz nazil oldu. 024 JER 034 009 Bu əhdə görə hər kəs İbrani xalqından olan kişi və qadın qullarını azad etməli, Yəhudi soydaşını yanında qul kimi saxlamamalı idi. 024 JER 034 010 Bir-birləri ilə belə əhd bağlayan bütün başçılar və xalq buna qulaq asıb öz kişi və qadın qullarını azad etdilər, bir daha heç kəsi özlərinə qul etməyəcəklərinə söz verdilər, qulaq asıb qullarını azad etdilər. 024 JER 034 011 Amma sonra fikirlərini dəyişib azad etdikləri kişi və qadın qulları yenə özlərinə qul etdilər. 024 JER 034 012 Bundan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 034 013 «İsrail Allahı Rəbb belə deyir: “Mən atalarınızı Misir torpağından – köləlik diyarından çıxardığım gün onlarla əhd bağlayıb dedim: 024 JER 034 014 ‹Sizə satılıb altı il qulluq edən İbrani soydaşlarınızı yeddinci il azad edib sərbəst buraxın›. Ancaq atalarınız Məni eşidib qulaq asmadı. 024 JER 034 015 İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız. 024 JER 034 016 Amma sonra fikrinizi dəyişib adıma hörmətsizlik etdiniz. İstəklərinə görə azad etdiyiniz kişi və qadın qullarınızı təzədən zorla qul etdiniz”. 024 JER 034 017 Buna görə də Rəbb belə deyir: “Qul olan soydaşlarınızı – öz həmvətənlərinizi azad etməyərək Mənə qulaq asmadınız. İndi Mən də sizə azadlıq – qılınc, vəba və aclıqdan məhv olmanız üçün azadlıq elan edəcəyəm. Sizi yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. 024 JER 034 018 Əhdimi pozan, önümdə bağladığım əhdin şərtlərinə əməl etməyən bu adamları iki yerə bölüb parçaları arasından keçdikləri dana kimi edəcəyəm. 024 JER 034 019 Dana parçalarının arasından keçmiş Yəhuda və Yerusəlim başçılarını, saray əyanlarını, kahinləri və bütün ölkə xalqını 024 JER 034 020 öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq. 024 JER 034 021 Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”. 024 JER 034 022 Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”». 024 JER 035 001 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 035 002 «Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver». 024 JER 035 003 Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb 024 JER 035 004 Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşikçisi Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi. 024 JER 035 005 Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim. 024 JER 035 006 Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin! 024 JER 035 007 Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”. 024 JER 035 008 Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik. 024 JER 035 009 İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq. 024 JER 035 010 Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik. 024 JER 035 011 Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq». 024 JER 035 012 Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: 024 JER 035 013 «İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir. 024 JER 035 014 “Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız. 024 JER 035 015 Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız. 024 JER 035 016 Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”. 024 JER 035 017 Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”». 024 JER 035 018 Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”. 024 JER 035 019 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”». 024 JER 036 001 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 036 002 «Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz. 024 JER 036 003 Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram». 024 JER 036 004 O zaman Yeremya Neriya oğlu Baruku çağırdı. Baruk da Rəbbin Yeremyaya söylədiyi bütün sözləri onun dilindən eşidib tumara yazdı. 024 JER 036 005 Yeremya Baruka əmr edib dedi: «Mən məhbusam, Rəbbin məbədinə gedə bilmərəm. 024 JER 036 006 Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa mənim dilimdən eşidib tumara yazdığın Rəbbin sözlərini oxu. Yəhuda şəhərlərindən gələn bütün xalqa bunu oxu. 024 JER 036 007 Bəlkə onda Rəbbə yalvarışla müraciət edib öz pis yollarından dönərlər. Çünki Rəbbin bu xalq barədə ifadə etdiyi qəzəb və hiddət böyükdür». 024 JER 036 008 Neriya oğlu Baruk Yeremya peyğəmbərin əmr etdiyi hər şeyə əməl etdi, tumarda yazılmış Rəbbin sözlərini Onun məbədində oxudu. 024 JER 036 009 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının beşinci ilinin doqquzuncu ayında Yerusəlimdə yaşayan və Yəhuda şəhərlərindən Yerusəlimə gələn bütün xalq Rəbbin önündə oruc elan etdi. 024 JER 036 010 Mirzə Şafan oğlu Gemaryanın yuxarı həyətdə, məbədin Yeni darvazasının girişindəki otağında Baruk tumardan Yeremyanın sözlərini Rəbbin məbədinə yığışmış bütün xalqa oxudu. 024 JER 036 011 Şafan oğlu Gemarya oğlu Mikeya tumardan oxunan Rəbbin sözlərini eşidən kimi 024 JER 036 012 aşağı enib saraydakı mirzə otağına getdi. Bütün başçılar orada toplaşmışdı: mirzə Elişama, Şemaya oğlu Delaya, Akbor oğlu Elnatan, Şafan oğlu Gemarya, Xananya oğlu Sidqiya və başqaları. 024 JER 036 013 Mikeya Barukun xalqa oxuduğu tumardan hər şeyi onlara danışdı. 024 JER 036 014 Bundan sonra bütün başçılar Kuşi oğlu Şelemya oğlu Netanya oğlu Yehudini Barukun yanına göndərdi. Yehudi Baruka «xalqa oxuduğun tumarı götür gəl» dedi. Neriya oğlu Baruk əlində tumar onların yanına getdi. 024 JER 036 015 Başçılar ona dedi: «Buyur əyləş, bunu bizə də oxu». Baruk da tumarı onlara oxudu. 024 JER 036 016 Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik». 024 JER 036 017 Sonra Barukdan soruşdular: «İndi bizə söylə, bütün bu sözləri necə yazdın? Yeremya diktə etdimi?» 024 JER 036 018 Baruk onlara dedi: «Bütün bu sözləri Yeremya mənə diktə etdi, mən də mürəkkəblə tumara yazdım». 024 JER 036 019 Başçılar Baruka dedi: «Sən də, Yeremya da gedin gizlənin. Harada olduğunuzu heç kəs bilməsin». 024 JER 036 020 Sonra onlar tumarı mirzə Elişamanın otağında qoyub həyətdə olan padşahın yanına getdilər. Eşitdikləri hər şeyi ona danışdılar. 024 JER 036 021 Padşah tumarı götürüb gətirməsi üçün Yehudini göndərdi. Yehudi tumarı mirzə Elişamanın otağından götürüb gətirdi. Onu padşaha və padşahın yanında duran bütün başçılara oxudu. 024 JER 036 022 Bu zaman doqquzuncu ay idi və padşah qış sarayında yaşayırdı. Onun önündə odlu manqal yanırdı. 024 JER 036 023 Yehudi tumardan hələ üç-dörd sütun oxumuşdu ki, padşah mirzə bıçağı ilə onları kəsib manqaldakı oda atdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar manqalda yanıb-qurtardı. 024 JER 036 024 Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar. 024 JER 036 025 Elnatan, Delaya və Gemarya tumarı yandırmaması üçün yalvarsa da, padşah onlara qulaq asmadı. 024 JER 036 026 Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi. 024 JER 036 027 Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 024 JER 036 028 «Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz. 024 JER 036 029 Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?” 024 JER 036 030 Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq. 024 JER 036 031 Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”». 024 JER 036 032 Yeremya başqa bir tumar götürüb mirzə Neriya oğlu Baruka verdi. Yəhuda padşahı Yehoyaqimin oda atıb yandırdığı tumardakı bütün sözləri Baruk Yeremyanın diktəsi ilə tumara yazdı. O sözlərə bənzər bir çox söz də oraya əlavə olundu. 024 JER 037 001 Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu. 024 JER 037 002 Ancaq Yeremya peyğəmbər vasitəsilə Rəbbin söylədiyi sözlərə nə padşah Sidqiya, nə onun əyanları, nə də ölkə xalqı qulaq asdı. 024 JER 037 003 Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et». 024 JER 037 004 O vaxt Yeremya xalqın arasında açıq gedib-gəlirdi, çünki onu hələ zindana atmamışdılar. 024 JER 037 005 Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi. 024 JER 037 006 O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu: 024 JER 037 007 «İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq. 024 JER 037 008 Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”. 024 JER 037 009 Rəbb belə deyir: “Xaldeylilər mütləq geri çəkiləcək” deyib özünüzü aldatmayın, çünki onlar geri çəkilməyəcək. 024 JER 037 010 Əgər sizə hücum edən bütün Xaldey ordusunu məğlub etsəniz və onların arasında yalnız yaralı adamlar qalsa belə, yenə hər biri öz çadırından qalxıb bu şəhəri yandıracaq». 024 JER 037 011 Firon ordusunun üzündən Xaldey ordusu Yerusəlimdən çəkilən zaman 024 JER 037 012 Yeremya Binyamin torpağına getmək üçün Yerusəlimdən yola düşdü. Oradakı xalq arasında öz irs payını almaq istəyirdi. 024 JER 037 013 Binyamin darvazasına çatanda keşikçilərin başçısı Xananya oğlu Şelemya oğlu İriyanı orada gördü. İriya «sən Xaldeylilərin tərəfinə keçirsən» deyərək onu tutdu. 024 JER 037 014 Yeremya «yalandır, mən Xaldeylilərin tərəfinə keçmirəm» dedi. Ancaq İriya Yeremyaya qulaq asmadı və onu tutub başçıların yanına gətirdi. 024 JER 037 015 Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər. 024 JER 037 016 Yeremya çəni olan zirzəmidə zindana salındı, uzun müddət orada qaldı. 024 JER 037 017 O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən». 024 JER 037 018 Sonra Yeremya padşah Sidqiyaya dedi: «Sənə, əyanlarına və bu xalqa qarşı nə günah etdim ki, məni həbsxanaya saldınız? 024 JER 037 019 “Babil padşahı sizə və bu ölkəyə hücum etməyəcək” deyə sizin üçün peyğəmbərlik edən peyğəmbərləriniz indi haradadır? 024 JER 037 020 Ey ağam padşah, indi xahiş edirəm, qulaq as. Xahiş edirəm, bu yalvarışımı qəbul et və məni mirzə Yonatanın evinə qaytarma, qoy orada ölməyim». 024 JER 037 021 Padşah Sidqiya əmr etdi və Yeremyanı keşikçilər həyətində saxladılar. Şəhərdə çörək ehtiyatı qurtarana qədər hər gün ona çörək bişirənlər küçəsindən gətirib bir parça çörək verirdilər. Beləcə Yeremya mühafizəçilər həyətində qaldı. 024 JER 038 001 Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi: 024 JER 038 002 «Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”. 024 JER 038 003 Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”». 024 JER 038 004 Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». 024 JER 038 005 Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». 024 JER 038 006 O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı. 024 JER 038 007 Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu. 024 JER 038 008 Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi: 024 JER 038 009 «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı». 024 JER 038 010 Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart». 024 JER 038 011 Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar. 024 JER 038 012 Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi. 024 JER 038 013 Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı. 024 JER 038 014 Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə». 024 JER 038 015 Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan». 024 JER 038 016 Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm». 024 JER 038 017 Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan. 024 JER 038 018 Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”». 024 JER 038 019 Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər». 024 JER 038 020 Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar. 024 JER 038 021 Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir: 024 JER 038 022 Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək: “Güvəndiyin adamlar səni aldadıb Məğlubiyyətə düçar etdi. Ayaqların palçığa batanda Onlar səni qoyub qaçdı”. 024 JER 038 023 Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq». 024 JER 038 024 Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən. 024 JER 038 025 Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə, 024 JER 038 026 onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə». 024 JER 038 027 Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi. 024 JER 038 028 Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı. 024 JER 039 001 Yəhuda padşahı Sidqiyanın padşahlığının doqquzuncu ilinin onuncu ayında Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin qarşısına gəlib şəhəri mühasirəyə aldı. 024 JER 039 002 Sidqiyanın padşahlığının on birinci ilində, dördüncü ayın doqquzuncu günü şəhər divarında dəlik açıldı. 024 JER 039 003 Babil padşahının bütün başçıları – Nerqal-Sareser, Samqar-Nevo, baş məmur Sarsekim, baş məsləhətçi Nerqal-Sareser və bütün başqa əyanlar içəri girib Orta darvazada oturdu. 024 JER 039 004 Yəhuda padşahı Sidqiya və bütün döyüşçülər onları görəndə gecə vaxtı şəhərdən, padşah bağçası yolundan, iki divar arasındakı qapıdan çıxıb qaçdılar və Aravaya üz tutdular. 024 JER 039 005 Xaldey ordusu onları təqib edib Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahı Navuxodonosorun yanına gətirdilər. O, Sidqiya barədə hökm verdi. 024 JER 039 006 Babil padşahı Rivlada Sidqiyanın gözü önündə onun oğlanlarını öldürtdü. Babil padşahı bütün Yəhuda əyanlarını da öldürtdü. 024 JER 039 007 Sidqiyanın isə gözlərini kor etdi və onu Babilə aparmaq üçün zəncirlədi. 024 JER 039 008 Xaldeylilər padşah sarayını və xalqın evlərini yandırdılar, Yerusəlimin divarlarını uçurtdular. 024 JER 039 009 Keşikçilər rəisi Nevuzaradan şəhərdə sağ qalan xalqı, onun tərəfinə keçənləri – sağ qalan bütün əhalini Babilə sürgün etdi. 024 JER 039 010 Keşikçilər rəisi Nevuzaradan xalqdan heç bir şeyi olmayan bəzi yoxsulları Yəhuda torpağında saxladı, həmin gün onlara üzümlüklər və zəmilər verdi. 024 JER 039 011 Babil padşahı Navuxodonosor Yeremya barədə keşikçilər rəisi Nevuzaradana əmr edib dedi: 024 JER 039 012 «Onu aparıb yaxşı bax, pis rəftar etmə. Özü sənə nə desə, onu elə». 024 JER 039 013 Keşikçilər rəisi Nevuzaradan, baş məmur Nevuşazban, baş məsləhətçi Nerqal-Sareser və Babil padşahının başqa əyanları adam göndərib 024 JER 039 014 Yeremyanı mühafizəçilər həyətindən gətirdilər və evinə aparmaq üçün Şafan oğlu Axiqam oğlu Gedalyaya tapşırdılar. O da xalqın arasında yaşamağa başladı. 024 JER 039 015 Mühafizəçilər həyətində məhbus ikən Yeremyaya Rəbbin bu sözü nazil olmuşdu: 024 JER 039 016 «Get Kuşlu Eved-Melekə söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu şəhərin üzərinə yaxşılıq deyil, pislik gətirərək dediyim sözləri yerinə yetirəcəyəm. O gün bunlar sənin gözlərin önündə baş verəcək. 024 JER 039 017 Ancaq o gün səni xilas edəcəyəm” Rəbb belə bəyan edir. “Qorxduğun adamlara təslim edilməyəcəksən. 024 JER 039 018 Bəli, Mən səni xilas edəcəyəm, sən qılıncla həlak olmayacaqsan. Heç olmasa öz canını qurtaracaqsan, çünki sən Mənə güvəndin” Rəbb belə bəyan edir». 024 JER 040 001 Keşikçilər rəisi Nevuzaradan Yeremyanı Ramada qoyub getdikdən sonra Rəbbin sözü Yeremyaya nazil oldu. Nevuzaradan onu Babilə sürgün olunan bütün Yerusəlim və Yəhuda xalqı ilə birgə zəncirlənmiş halda Ramaya aparmışdı. 024 JER 040 002 Keşikçilər rəisi Yeremyanı tapıb ona dedi: «Bu yerin başına Allahın Rəbb bu bəlanı gətirəcəyini söylədi, 024 JER 040 003 sonra da onu yerinə yetirib dediyi kimi etdi. Çünki Rəbbə qarşı günah etdiniz, sözünə qulaq asmadınız, buna görə də başınıza bu iş gəldi. 024 JER 040 004 İndi səni əlinə vurulan zəncirlərdən azad edirəm. Əgər mənimlə birgə Babilə getmək istəyirsənsə, gəl gedək, sənin qayğına qalaram. Ancaq mənimlə birgə Babilə getmək istəmirsənsə, getmə. Bax bütün ölkə sənin qarşındadır, hara getmək sənin üçün yaxşı və düzgündürsə, ora da get». 024 JER 040 005 Yeremya hələ qayıtmamış Nevuzaradan dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərinə qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanın yanına qayıt və onunla birgə xalq arasında yaşa. Yaxud da hara getmək istəyirsən, ora get». Keşikçilər rəisi ona azuqə və hədiyyə verib buraxdı. 024 JER 040 006 Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı. 024 JER 040 007 Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir. 024 JER 040 008 Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları. 024 JER 040 009 Şafan oğlu Axiqam oğlu Gedalya onlara və öz adamlarına and içib dedi: «Xaldeylilərə qulluq etməkdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin, sizin üçün yaxşı olar. 024 JER 040 010 Mənə gəlincə, bizim yanımıza gələcək Xaldeylilərin qabağında sizi təmsil etmək üçün Mispada qalacağam. Ancaq siz şərab, yay meyvələri və zeytun yağı yığıb qablarınıza doldurun və aldığınız şəhərlərdə yaşayın». 024 JER 040 011 Moavda, Ammonlular arasında, Edomda və başqa ölkələrdə olan bütün Yəhudilər Babil padşahının Yəhudada müəyyən sayda əhali saxladığını və Şafan oğlu Axiqam oğlu Gedalyanı onlara başçı qoyduğunu eşitdi. 024 JER 040 012 Yəhudilərin hamısı sürgün olunduqları bütün yerlərdən qayıtdı. Yəhuda torpağına, Mispada olan Gedalyanın yanına gəldilər, çoxlu şərab və yay meyvələri topladılar. 024 JER 040 013 Qareah oğlu Yoxanan və çöllərdə olan bütün qoşun başçıları Mispada olan Gedalyanın yanına gəlib 024 JER 040 014 ona dedi: «Ammonluların padşahı Baalisin sənin canını almaq üçün Netanya oğlu İsmaili göndərdiyini bilirsənmi?» Ancaq Axiqam oğlu Gedalya onlara inanmadı. 024 JER 040 015 Qareah oğlu Yoxanan Mispada Gedalyaya gizlicə söylədi: «Burax gedim, Netanya oğlu İsmaili öldürüm, heç kəs bilməyəcək. Nə üçün o səni öldürsün və ətrafına yığılmış bütün Yəhudilər dağılsın, Yəhudadan sağ qalanlar da məhv olsun?» 024 JER 040 016 Ancaq Axiqam oğlu Gedalya Qareah oğlu Yoxanana dedi: «Bu işi etmə, çünki İsmail barəsində yalan danışırsan». 024 JER 041 001 Elə oldu ki, yeddinci ayda padşah nəslindən və əyanlarından olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə Mispaya, Axiqam oğlu Gedalyanın yanına gəldi. Orada birlikdə yemək yeyərkən 024 JER 041 002 Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vurub-öldürdülər. 024 JER 041 003 İsmail Mispada Gedalya ilə birgə olan bütün Yəhudiləri və oradakı Xaldey döyüşçülərini də öldürdü. 024 JER 041 004 Gedalyanın öldürülməsindən bir gün sonra, hələ heç kəs olanları bilməyərkən 024 JER 041 005 Şekemdən, Şilodan və Samariyadan saqqalları qırxılmış, paltarları cırıq, bədənlərinə yara vurmuş, Rəbbin məbədinə gətirmək üçün əllərində taxıl təqdimi və buxur olan səksən nəfər adam gəldi. 024 JER 041 006 Onları qarşılamaq üçün Mispadan Netanya oğlu İsmail gəldi. O ağlaya-ağlaya adamların qabağına çıxıb onlara dedi: «Axiqam oğlu Gedalyanın yanına gəlin». 024 JER 041 007 Adamlar şəhərə girəndə Netanya oğlu İsmail və yanında olan adamlar onları öldürüb cəsədlərini quyuya atdılar. 024 JER 041 008 Ancaq onlar arasında olan on nəfər İsmailə dedi: «Bizi öldürmə, çünki bizim tarlada saxlanan buğda, arpa, zeytun yağı və balımız var». İsmail də fikrindən dönüb onları yoldaşları ilə birgə öldürmədi. 024 JER 041 009 İsmailin öldürdüyü Gedalya ilə adamlarının cəsədlərini atdığı quyunu padşah Asa İsrail padşahı Baaşaya qarşı müdafiə tədbiri olaraq qazmışdı. Netanya oğlu İsmail onu öldürülənlərlə doldurdu. 024 JER 041 010 Sonra İsmail keşikçilər rəisi Nevuzaradanın Axiqam oğlu Gedalyanın ixtiyarına verdiyi Mispadakı bütün xalqı və padşah qızlarını əsir tutdu. Netanya oğlu İsmail Mispada qalan bütün xalqı əsir götürüb Ammonlulara sığınmaq üçün yola düşdü. 024 JER 041 011 Qareah oğlu Yoxanan və onunla birgə olan bütün qoşun başçıları Netanya oğlu İsmailin etdiyi bütün pisliklər barədə eşitdi. 024 JER 041 012 Onda bütün adamlarını götürüb Netanya oğlu İsmaillə vuruşmağa getdilər. Onu Giveonda olan böyük hovuzun yanında tapdılar. 024 JER 041 013 İsmailin yanında olan bütün xalq Qareah oğlu Yoxananı və onunla olan bütün qoşun başçılarını görəndə sevindi. 024 JER 041 014 İsmailin Mispadan sürgün etdiyi bütün xalq dönüb geri qayıtdı və Qareah oğlu Yoxananın yanına getdi. 024 JER 041 015 Ancaq Netanya oğlu İsmail səkkiz nəfərlə birgə Yoxanandan qaçıb-qurtuldu və Ammonluların yanına getdi. 024 JER 041 016 Qareah oğlu Yoxanan və yanındakı bütün qoşun başçıları sağ qalanların hamısını – Axiqam oğlu Gedalyanı öldürən Netanya oğlu İsmailin Mispadan əsir apardığı döyüşçüləri, qadınları, uşaqları və hərəmağalarını Giveondan götürüb gətirdilər. 024 JER 041 017 Xaldeylilərdən qaçmaq üçün Misirə tərəf yola düşdülər və Bet-Lexem yaxınlığındakı Gerut-Kimhamda qaldılar. 024 JER 041 018 Çünki Netanya oğlu İsmail Babil padşahının ölkəyə başçı qoyduğu Axiqam oğlu Gedalyanı öldürdüyü üçün Xaldeylilərdən qorxurdular. 024 JER 042 001 Bütün qoşun başçıları, Qareah oğlu Yoxanan, Hoşaya oğlu Yezanya və böyükdən kiçiyə qədər bütün xalq yaxınlaşıb 024 JER 042 002 Yeremya peyğəmbərə dedi: «Xahiş edirik, yalvarışımız sənə məqbul olsun, bizim üçün – bu qalan xalq üçün Allahın Rəbbə dua et, çünki necə ki görürsən, o boyda xalqdan azalıb bu qədər qalmışıq. 024 JER 042 003 Qoy hara gedəcəyimizi, nə edəcəyimizi Allahın Rəbb bizə bildirsin». 024 JER 042 004 Yeremya peyğəmbər onlara dedi: «Razıyam. İstədiyiniz kimi Allahınız Rəbbə dua edəcəyəm və barənizdə Rəbb nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nəyi gizli saxlamayacağam». 024 JER 042 005 Onlar Yeremyaya dedi: «Allahın Rəbbin bizə bildirmək üçün sənə nazil etdiyi hər sözə əməl etməsək, qoy Rəbb Özü əleyhimizə həqiqi və etibarlı şahid olsun. 024 JER 042 006 Səni yanına göndərdiyimiz Allahımız Rəbbin sözünü bəyənsək də, bəyənməsək də, ona qulaq asacağıq ki, işimiz yaxşı getsin. Bəli, Allahımız Rəbbin sözünə qulaq asacağıq». 024 JER 042 007 On gün sonra Rəbbin sözü Yeremyaya nazil oldu. 024 JER 042 008 Qareah oğlu Yoxananı, onunla birgə olan bütün qoşun başçılarını, böyükdən kiçiyə qədər bütün xalqı çağırıb 024 JER 042 009 onlara dedi: «Yalvarışınızı önünə təqdim etmək üçün məni yanına göndərdiyiniz İsrailin Allahı Rəbb belə deyir: 024 JER 042 010 “Əgər bu ölkədə qalsanız, Mən sizi dirçəldərəm, daha dağıtmaram, sizi əkərəm, daha çıxarmaram. Çünki başınıza gətirdiyim bütün bəlalara görə təəssüflənirəm. 024 JER 042 011 Babil padşahından qorxmayın. Siz ondan qorxursunuz, ancaq qorxmayın” Rəbb belə bəyan edir. “Çünki Mən sizinləyəm və sizi azad edib onun əlindən qurtaracağam. 024 JER 042 012 Mən sizə mərhəmət göstərəcəyəm ki, o da rəhm edib sizi öz torpağınıza qaytarsın”. 024 JER 042 013 Ancaq siz “bu torpaqda yaşamayacağıq” deyərək Allahınız Rəbbin sözünə qulaq asmasanız, 024 JER 042 014 “yox, biz Misir torpağına gedəcəyik, orada müharibə görməyəcəyik, şeypur səsi eşitməyəcəyik, aclıq çəkməyəcəyik və orada qalacağıq” desəniz, 024 JER 042 015 onda, ey qalan Yəhudalılar, Rəbbin sözünü eşidin. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Əgər siz, doğrudan da, Misirə gedib orada sakin olmağı qərara alsanız, 024 JER 042 016 o zaman qorxduğunuz həmin qılınc Misir torpağında sizə yetişəcək. Qorxduğunuz aclıq Misirdə sizi təqib edəcək və orada öləcəksiniz. 024 JER 042 017 Misirə gedib sakin olmağı qərara alan hər kəs qılınc, aclıq və vəbadan öləcək. Onlardan heç kəs sağ qalmayacaq, başlarına gətirdiyim bəladan qaçıb qurtarmayacaq”. 024 JER 042 018 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlimdə yaşayanların üzərinə necə qəzəbim və qızğınlığım töküldüsə, siz Misirə getsəniz, eləcə qızğınlığım üzərinizə töküləcək. Siz lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfi olacaqsınız. Bir daha bu yeri görməyəcəksiniz”. 024 JER 042 019 Ey Yəhudanın qalan camaatı, sizin üçün Rəbb “Misirə getməyin” söylədi. Yaxşı bilin ki, bu gün sizə xəbərdarlıq etdim. 024 JER 042 020 Çünki siz fəlakət gətirən bir səhv etdiniz. Məni Allahınız Rəbbin yanına göndərib dediniz: “Allahımız Rəbbə bizim üçün dua et, Allahımız Rəbbin deyəcəyi hər şeyi bizə bildir, biz elə də edərik”. 024 JER 042 021 Mən bu gün sizə xəbər verdim, ancaq siz məni yanınıza göndərdiyi heç bir işdə Allahınız Rəbbin sözünə qulaq asmadınız. 024 JER 042 022 İndi yaxşı bilin ki, gedib sakin olmaq istədiyiniz yerdə qılınc, aclıq və vəbadan öləcəksiniz». 024 JER 043 001 Yeremya bütün xalqa özlərinin Allahı Rəbbin sözlərini, Onun Yeremya vasitəsilə onlara nazil etdiyi hər şeyi söyləməyi qurtaranda 024 JER 043 002 Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi. 024 JER 043 003 Ancaq Neriya oğlu Baruk səni bizə qarşı təhrik edir ki, Xaldeylilər bizi öldürsün yaxud da Babilə sürgün etsin». 024 JER 043 004 Qareah oğlu Yoxanan, bütün qoşun başçıları və xalq Rəbbin Yəhuda torpağında qalmaq əmrinə qulaq asmadı. 024 JER 043 005 Əksinə, Qareah oğlu Yoxanan və bütün qoşun başçıları sürgün olunduqları millətlərin arasından Yəhuda torpağında sakin olmaq üçün qayıdan Yəhudalıların qalanını – 024 JER 043 006 kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər. 024 JER 043 007 Onlar Rəbbin sözünə qulaq asmayıb Misir torpağına getdi və Taxpanxesə çatdı. 024 JER 043 008 Taxpanxesdə Yeremyaya Rəbbin bu sözü nazil oldu: 024 JER 043 009 «Əlinə böyük daşlar al və onları Yəhuda kişilərinin gözü önündə Taxpanxesə firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət. 024 JER 043 010 Sonra onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən xəbər göndərib qulum Babil padşahı Navuxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq. 024 JER 043 011 O gəlib Misir ölkəsini məğlub edəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək. 024 JER 043 012 Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq. 024 JER 043 013 O, Misir torpağında Günəş allahının məbədinin dik daşlarını dağıdacaq, Misir allahlarının məbədlərini yandıracaq”». 024 JER 044 001 Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu: 024 JER 044 002 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Yerusəlim və bütün Yəhuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz. 024 JER 044 003 Etdikləri pislikdən ötrü o şəhərlər bu gün viran olmuş və sakinsiz qalmışdır. Onlar özlərinin, sizin və atalarının tanımadıqları başqa allahlara buxur yandırıb qulluq edərək Məni qəzəbləndirdi. 024 JER 044 004 Mən dəfələrlə qullarım olan peyğəmbərləri sizin yanınıza göndərib ‹Mənim nifrət etdiyim iyrənc işləri görməyin› dedim. 024 JER 044 005 Ancaq onlar eşitmədi, qulaq asmadı. Pisliklərindən dönmədilər, başqa allahlara buxur yandırmağı dayandırmadılar. 024 JER 044 006 Buna görə də qızğınlığım və qəzəbim daşıb-töküldü, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bu gün olduğu kimi xaraba və viranə oldular”. 024 JER 044 007 İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın. 024 JER 044 008 Sakin olmaq üçün gəldiyiniz Misir torpağında əlinizlə düzəltdiyiniz başqa allahlara buxur yandırmaqla Məni qəzəbləndirdiniz. Beləcə öz başınıza fəlakət gətirirsiniz. Dünyanın bütün millətlərinin qarşısında lənət və rüsvayçılıq hədəfinə çevriləcəksiniz. 024 JER 044 009 Yəhuda ölkəsində, Yerusəlim küçələrində atalarınızın, Yəhuda padşahlarının, onların arvadlarının, sizin və arvadlarınızın etdikləri pislikləri unutdunuzmu? 024 JER 044 010 Bu günə qədər itaətkarlıq etmədilər, qorxmadılar, qanunuma, sizə və atalarınıza verdiyim qaydalara əməl etmədilər”. 024 JER 044 011 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən sizə pislik edib bütün Yəhudalıları qırıb-çatmağı qərara aldım. 024 JER 044 012 Misirə gəlib sakin olmağı qərara alan Yəhudanın sağ qalanlarını aradan götürəcəyəm və onların hamısı Misir ölkəsində həlak olacaq. Qılıncdan keçiriləcək və aclıqdan tələf olacaqlar, böyükdən kiçiyə qədər qılınc və aclıqdan öləcəklər. Lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfinə çevriləcəklər. 024 JER 044 013 Yerusəlimi qılınc, aclıq və vəba ilə necə cəzalandırdımsa, Misir torpağında yaşayanları da eləcə cəzalandıracağam. 024 JER 044 014 Sakin olmaq üçün Misir torpağına gələn Yəhudanın sağ qalanlarından heç kəs qaçıb qurtarmayacaq, heç kəs salamat qalıb Yəhuda torpağına qayıtmayacaq. Oraya qayıdıb sakin olmaq istəsələr də, bir neçə qaçqından başqa qayıdan olmayacaq”». 024 JER 044 015 Arvadlarının başqa allahlara buxur yandırdıqlarını bilən bütün kişilər, orada dayanan qadınlar – böyük bir camaat və Misir torpağında, Patrosda yaşayan bütün xalq Yeremyaya müraciət edib dedi: 024 JER 044 016 «Sənin bizə Rəbbin adı ilə söylədiyin sözə qulaq asmayacağıq. 024 JER 044 017 Dediyimiz hər şeyi mütləq edəcəyik: Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri verəcəyik. Bir zamanlar bu işi biz, atalarımız, padşahlarımız və başçılarımız Yəhuda şəhərlərində, Yerusəlim küçələrində etdik. O zaman çörəklə doyur, uğur qazanır və heç bir zərər görmürdük. 024 JER 044 018 Göylər Mələkəsi ilahəyə buxur yandırmağı, ona içmə təqdimlər verməyi dayandırdığımız vaxtdan bəri hər şeyə möhtac olduq, qılınc və aclıqdan həlak oluruq». 024 JER 044 019 Qadınlar da dedi: «Biz Göylər Mələkəsi ilahəyə buxur yandırarkən, ona içmə təqdimləri verərkən məgər ərlərimizin xəbəri yox idi ki, onun təsvirinə oxşar kökələr düzəldib içmə təqdimləri veririk?» 024 JER 044 020 O zaman Yeremya kişilərə və qadınlara – ona bu cavabı vermiş bütün xalqa belə dedi: 024 JER 044 021 «Sizin, atalarınızın, padşahlarınızın, başçılarınızın və ölkə xalqının Yəhuda şəhərlərində və Yerusəlim küçələrində buxur yandırmağınızı Rəbb yadına salmadımı, ağlına gətirmədimi? 024 JER 044 022 Rəbb pis işlərinizə, etdiyiniz iyrənc şeylərə daha dözə bilmir. Ona görə də indi ölkəniz sakini olmayan xarabalığa, viranəliyə və lənət hədəfinə çevrildi. 024 JER 044 023 Siz buxur yandırıb Rəbbə qarşı günah etdiniz, Rəbbin sözünə qulaq asmadınız, qanununa, qaydalarına və göstərişlərinə əməl etmədiniz. Buna görə də bu gün başınıza bu fəlakət gəldi». 024 JER 044 024 Yeremya qadınlar da daxil olmaqla bütün xalqa dedi: «Ey Misirdə olan bütün Yəhuda xalqı, Rəbbin sözünə qulaq asın. 024 JER 044 025 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Göylər Mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri gətirməklə verdiyimiz vədi mütləq yerinə yetirəcəyik” deyərək siz və arvadlarınız dilinizlə dediyinizi öz əlinizlə yerinə yetirdiniz. Eybi yox, verdiyiniz sözə əməl edin və vədlərinizi yerinə yetirin. 024 JER 044 026 Ey Misir torpağında yaşayan bütün Yəhuda xalqı, bu işlərə görə Rəbbin sözünü eşidin: “Mən Öz böyük adıma and içdim ki, bir daha Misir torpağında heç bir Yəhudalı şəxs ‹var olan Xudavənd Rəbbin haqqına and olsun› deyib Mənim adımı çəkməyəcək. 024 JER 044 027 İndi Mən onlara yaxşılıq etmək üçün deyil, pislik etmək üçün məqam gözləyirəm. Misir torpağında olan bütün Yəhudalılar yox olana qədər qılınc və aclıqdan həlak olacaq. 024 JER 044 028 Az sayda adam qılıncdan qurtarıb Misir torpağından Yəhuda torpağına qayıdacaq. Misir torpağına sakin olmağa gələn Yəhuda xalqından sağ qalanların hamısı o zaman biləcək ki, kimin sözü yerinə yetdi, Mənimki yoxsa onlarınkı? 024 JER 044 029 Mən sizi bu yerdə cəzalandıracağam ki, başınıza bəla gələcəyi barədə sözlərimin mütləq yerinə yetəcəyini biləsiniz” Rəbb belə bəyan edir. “Bunun əlaməti belə olacaq”. 024 JER 044 030 Rəbb belə deyir: “Yəhuda padşahı Sidqiyanı canını almaq istəyən düşməni Babil padşahı Navuxodonosora necə təslim etdimsə, Misir padşahı firon Xofranı da canını almaq istəyən düşmənlərinə eləcə təslim edəcəyəm”». 024 JER 045 001 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Neriya oğlu Baruk, Yeremyanın dediyi bu sözləri kitaba yazanda Yeremya peyğəmbər ona belə söylədi: 024 JER 045 002 «Ey Baruk, sənin barəndə İsrailin Allahı Rəbb belə deyir: 024 JER 045 003 “Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram”. 024 JER 045 004 Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə. 024 JER 045 005 Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam”». 024 JER 046 001 Bu, millətlər barədə Yeremya peyğəmbərə nazil olan Rəbbin sözüdür. 024 JER 046 002 Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi. 024 JER 046 003 «Qalxan və sipər hazırlayıb Döyüşə girin! 024 JER 046 004 Atlarınızı yəhərləyin, Ayğırlarınıza minin, ey atlılar! Dəbilqə geyinib sıraya düzülün, Nizələrinizi itiləyib zireh geyinin! 024 JER 046 005 Nə üçün mən bunu gördüm? Onlar dəhşətə düşüb geri döndü, Döyüşçüləri məğlub oldu, Tez qaçıb heç geriyə də baxmadı. Hər tərəfdə dəhşət var!» Rəbb belə bəyan edir. 024 JER 046 006 «Bərk qaçan qaça bilməyəcək, Güclü qurtula bilməyəcək. Şimalda Fərat çayı sahilində Büdrəyib yıxılacaqlar. 024 JER 046 007 Nil kimi qalxan, Suları sel kimi çalxalanan kimdir? 024 JER 046 008 Nil kimi qalxan, Suları sel kimi çalxalanan Misirdir. O deyir: “Qalxıb yer üzünü basacağam. Şəhərləri və orada yaşayanları həlak edəcəyəm”. 024 JER 046 009 Ey atlar, şahə qalxın! Ey döyüş arabaları, dəli kimi cumun! Ey qalxanla silahlanmış Kuş və Put döyüşçüləri, Kaman götürən və onu çəkən Ludlular, irəli gedin! 024 JER 046 010 O gün Ordular Rəbbi Xudavəndin günüdür, Düşmənlərindən qisas alması üçün Qisas günüdür. Onları qılınc yeyib-doyacaq, Qanlarını içib susuzluğunu yatıracaq. Çünki şimal ölkəsində, Fərat çayı sahilində Ordular Rəbbi Xudavənd qurban kəsir. 024 JER 046 011 Ey bakirə qıza bənzəyən Misir, Gileada çıx, məlhəm al. Çoxlu dərman içməyin əbəsdir, Sənin dərdinə əlac yoxdur. 024 JER 046 012 Millətlər sənin rüsvayçılığını eşitdi, Fəryadın yer üzünü bürüdü. Çünki döyüşçü döyüşçünü büdrətdi, İkisi də birdən yıxıldı». 024 JER 046 013 Babil padşahı Navuxodonosorun gəlib Misir torpağına hücum edəcəyi barədə Rəbb Yeremya peyğəmbərə bu sözləri nazil etdi: 024 JER 046 014 «Misirdə bildirin, Miqdolda eşitdirin, Nofda və Taxpanxesdə elan edib deyin: “Qalx və hazırlaş, Çünki ətrafında olanları Qılınc yeyib-qurtardı”. 024 JER 046 015 Cəngavərlərin nə üçün yerə yıxıldı, Dayana bilmədi? Çünki Rəbb onu yerə vurdu. 024 JER 046 016 Dəfələrlə büdrədilər, Bir-birlərinin üstünə yıxılıb dedilər: “Qalxın zalımların qılıncından qaçıb Öz xalqımızın yanına, Doğma vətənimizə qayıdaq”. 024 JER 046 017 Orada onlar bağırdılar: “Misir padşahı firon boşboğazdır, O, fürsəti əldən verdi”. 024 JER 046 018 Adı Ordular Rəbbi olan Padşah bəyan edir: “Varlığıma and olsun ki, Tavor və dəniz sahilindəki Karmel dağları Dağlar arasında necə nəzərə çarparsa, Gələn şəxs də elə olacaq. 024 JER 046 019 Ey Misirdə yaşayan, Sürgünə getmək üçün əşyalarını hazırla. Çünki Nof viran olub yanacaq, İçində bir sakin qalmayacaq. 024 JER 046 020 Misir çox gözəl bir düyədir, Ancaq şimaldan üstünə mozalan gəlir. 024 JER 046 021 Onun muzdlu əsgərləri də Bəslənmiş dana kimidir. Onlar üz çevirib birlikdə qaçdı, Yerlərində durmadı. Çünki fəlakətlərinin günü, Cəzalarının vaxtı gəlmişdi. 024 JER 046 022 Sürünən ilan kimi fışıltıları gəlir, Çünki ordu ilə irəliləyirlər, Ağac kəsənlər kimi ona qarşı Balta ilə gəlirlər. 024 JER 046 023 Keçilməz olsa da, Yenə meşəni kəsəcəklər” Rəbb belə bəyan edir. “Çünki onlar çəyirtkələrdən çoxdur, Hesaba gəlməzlər. 024 JER 046 024 Misir utandırılacaq, Şimal xalqına təslim ediləcək”. 024 JER 046 025 İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam. 024 JER 046 026 Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir. 024 JER 046 027 “Qorxma, ey qulum Yaqub, Dəhşətə düşmə, ey İsrail. Çünki səni uzaq yerlərdən, Nəslini sürgün olunduğu ölkədən qurtaracağam. Yaqub geri qayıdacaq, Rahatlıq tapıb qayğısız olacaq, Onu qorxudan olmayacaq. 024 JER 046 028 Qorxma, ey qulum Yaqub, Çünki Mən səninləyəm” Rəbb belə bəyan edir. “Səni aralarına sürgün etdiyim Millətlərin hamısını yox etsəm də, Səni tamamilə məhv etməyəcəyəm, Ədalətlə tərbiyələndirəcəyəm. Amma cəzasız qoymayacağam”». 024 JER 047 001 Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu: 024 JER 047 002 «Rəbb belə deyir: “Budur, şimaldan sular qalxır, Onlar sel kimi daşacaq, Ölkənin və oradakı hər şeyin, Şəhərin və orada yaşayanların üstünə axacaq. İnsanlar fəryad edəcək, O ölkədə yaşayanların hamısı nalə çəkəcək. 024 JER 047 003 Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır. 024 JER 047 004 Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək. 024 JER 047 005 Qəzzə saçını yolacaq, Aşqelon susdurulacaq. Ey düzənliklərində sağ qalanlar, Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız? 024 JER 047 006 ‹Ey Rəbbin qılıncı, Nə vaxt sakitləşəcəksən? Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz. 024 JER 047 007 Rəbb əmr etdiyi halda Qılınc necə susa bilər? Rəbb onu oraya – Aşqelona, Dəniz sahilinə qarşı göndərdi”». 024 JER 048 001 Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vay Nevonun halına! Çünki viranəliyə çevriləcək. Qiryatayim dağılacaq, Ələ keçiriləcək. Qalası dağılacaq, Darmadağın olacaq. 024 JER 048 002 Artıq Moavın şöhrəti qalmayıb. Xeşbonda onun məhvi üçün niyyət qururlar: “Gəlin onu yox edək ki, Daha bir də belə millət olmasın”. Ey Madmen, sən də susdurulacaqsan, Qılınc səni qovacaq. 024 JER 048 003 Xoronayimdən fəryad səsi gələcək: “Şəhər dağıldı və böyük qırğın oldu!” 024 JER 048 004 Moav dağıdıldı, Övladlarının fəryadı ucaldı. 024 JER 048 005 Ağlaya-ağlaya Luxit yoxuşundan çıxırlar, Çünki Xoronayim enişində Qırğına görə acı fəryadlar eşidilir. 024 JER 048 006 Qaçın, canınızı qurtarın! Çöldəki yulğun ağacı kimi az-az görünün. 024 JER 048 007 Öz istehkamlarına və mal-dövlətinə güvəndiyin üçün Sən də ələ keçiriləcəksən. Allahın Kemoş da kahinləri və başçıları ilə birlikdə Sürgün ediləcək. 024 JER 048 008 Rəbbin söylədiyi kimi Məhv edən hər şəhərin üstünə gələcək, Heç bir şəhər qurtulmayacaq. Vadi yerlə yeksan olacaq, Yayla viran ediləcək. 024 JER 048 009 Moav torpağına duz tökün ki, Bərəkətsiz olsun. Şəhərləri elə viran olacaq ki, Orada kimsə yaşamayacaq. 024 JER 048 010 Rəbbin işini yarımçıq görənə Lənət olsun! Qılıncını qan tökməkdən saxlayana Lənət olsun! 024 JER 048 011 Moav cavanlığından bəri qayğısız idi. Tortası dibdə qalan şəraba oxşayırdı. Qabdan qaba boşaldılmadı, Sürgünə getmədi. Buna görə də dadını dəyişmədi, Ətrini itirmədi. 024 JER 048 012 Ancaq onu qabdan qaba tökəcək adamları göndərəcəyim günlər gəlir» Rəbb belə bəyan edir. «Bəli, onu tökəcəklər, qablarını boşaldacaqlar, küplərini parça-parça edəcəklər. 024 JER 048 013 İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq. 024 JER 048 014 Nə üçün “biz igidik, Döyüşə qabil əsgərlərik” deyirsiniz? 024 JER 048 015 Moav məhv olacaq, Onun şəhərlərinə hücum edəcəklər. Ən seçmə döyüşçüləri öldürülməyə gedəcək» Adı Ordular Rəbbi olan Padşah bunu bəyan edir. 024 JER 048 016 «Moavın fəlakəti gəlmək üzrədir, Onun bəlası sürətlə yaxınlaşır. 024 JER 048 017 Ey onun ətrafında olanlar, Onun adını bilənlər, Onun üçün yas tutub deyin: “Qüdrətli əsa, əzəmətli dəyənək Necə də qırıldı!” 024 JER 048 018 Ey qıza bənzəyən Divonun sakini, Cah-calalından düş, Susuz yerdə otur. Çünki Moavı məhv edən Sənin də üstünə gələcək, Qalalarını dağıdacaq. 024 JER 048 019 Ey Aroer sakini, Yol kənarında durub gözlə! Qaçan kişidən, qurtulan qadından “Nə olub?” deyə soruş. 024 JER 048 020 Moav alçaldıldı, Çünki dağıldı. Fəryad et, bağır! Moavın məhv olduğunu Arnon vadisində bildir. 024 JER 048 021 Yayladakı şəhərlər – Xolon, Yahsa, Mefaat, 024 JER 048 022 Divon, Nevo, Bet-Divlatayim, 024 JER 048 023 Qiryatayim, Bet-Qamul, Bet-Meon, 024 JER 048 024 Qeriyot, Bosra – uzaq və yaxın bütün Moav şəhərləri məhkum oldu. 024 JER 048 025 Moavın buynuzu kəsildi, qolu qırıldı» Rəbb belə bəyan edir. 024 JER 048 026 «Moavı sərxoş edin, çünki Rəbbin qarşısında qürurlandı. Moav öz qusduğuna bələnəcək, masqaraya çevriləcək. 024 JER 048 027 Bəs İsrail sənə masqara olmadımı? Məgər o, oğrular arasında tutuldu ki, ondan danışanda həqarətlə başını yelləyirsən? 024 JER 048 028 Ey Moav sakinləri, Şəhərlərinizi tərk edib Qayalara sığının. Yuvasını uçurumun ağzında quran Göyərçin kimi olun. 024 JER 048 029 Moavın qüruru, onun hədsiz məğrurluğu, Təkəbbürü, təşəxxüsü, lovğalığı, Özünü yüksək tutması barədə biz eşitmişdik. 024 JER 048 030 Azğınlığını bilirəm» Rəbb belə bəyan edir. «Öyünməsi də boş şeydir, etdikləri də. 024 JER 048 031 Buna görə də Moav üçün nalə çəkəcəyəm, Bütün Moav üçün fəryad edəcəyəm, Qir-Xeres xalqı üçün yas tutacağam. 024 JER 048 032 Ey Sivma tənəyi, Sənin üçün Yazer xalqından çox ağlayacağam. Budaqların dənizi aşdı, Yazer dənizinə uzandı. Məhv edən sənin yay meyvələrinin, Yetişmiş üzümünün üstünə atıldı. 024 JER 048 033 Moavın meyvə bağlarından, tarlalarından Sevinc və fərəh götürüldü. Üzümsıxanlardan axan şərabı kəsdim. Heç kəs sevinc nidası ilə üzüm əzmir. Gələn səda sevinc nidası deyil. 024 JER 048 034 Xeşbonun fəryadı Elaleyə qədər eşidilir. Yahsaya qədər, Soardan Xoronayimə, Eqlat-Şelişiyaya qədər səslərini ucaltdılar. Çünki Nimrim suları da qurudu. 024 JER 048 035 Moavda səcdəgahlarda qurban gətirənləri, öz allahlarına buxur yandıranları məhv edəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 048 036 «Buna görə də Moav üçün ürəyim ney kimi inləyir. Qir-Xeres xalqı üçün ürəyim ney kimi inləyir. Çünki əldə etdiyi mal-dövlət yox oldu. 024 JER 048 037 Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. 024 JER 048 038 Moav damlarından, meydanlarından yalnız ağlaşma səsi gəlir. Çünki Moavı heç kəsin bəyənmədiyi bir qab kimi qırdım» Rəbb belə bəyan edir. 024 JER 048 039 «Moav necə viran oldu! Necə də fəryad edirlər! Moav xəcalətdən arxaya dönür. Bütün ətrafındakılar üçün rişxənd və dəhşət nümunəsi oldu». 024 JER 048 040 Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək. 024 JER 048 041 Qeriyot ələ keçiriləcək, Qalalar alınacaq. O gün Moav döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. 024 JER 048 042 Moav viran olacaq, Xalqlar arasından silinəcək. Çünki Rəbb qarşısında qürurlandı. 024 JER 048 043 Ey Moav sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq» Rəbb belə bəyan edir. 024 JER 048 044 «Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Çünki Moavın üzərinə Cəza ilini gətirəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 048 045 «Xeşbonun kölgəsində Qaçqınlar taqətsiz durmuşlar. Çünki Xeşbondan od, Sixonun ortasından alov çıxdı. Moavın alnını, Hər yana səs salanların başlarını Yandırıb-yaxdı. 024 JER 048 046 Vay halına, ey Moav! Kemoşun xalqı yox oldu. Oğulların sürgünə göndərildi, Qızların əsir alındı. 024 JER 048 047 Ancaq gələcəkdə Moavdan sürgün olunanları geri qaytaracağam» Rəbb belə bəyan edir. Moav barədəki hökm burada sona çatır. 024 JER 049 001 Ammon övladları barədə Rəbb belə deyir: «İsrailin övladları yoxmu? Onun varisi yoxmu? Elə isə nə üçün Milkom Qada sahib oldu? Niyə onun xalqı Qad şəhərlərində yaşayır? 024 JER 049 002 Bu səbəbdən də o günlər gəlir ki, Ammon övladlarının Rabba şəhərinə Döyüş nərələri eşitdirəcəyəm» Rəbb belə bəyan edir. «Rabba bir xarabalıq qalağı olacaq, Qəsəbələri yandırılacaq. Beləcə İsrail onu torpağından qovanları qovacaq» Rəbb belə deyir. 024 JER 049 003 «Nalə çək, ey Xeşbon, Çünki Ay şəhəri viran oldu. Fəryad edin, ey Rabba qızları, Çula bürünüb yas tutun. Divarlar arasında ora-bura qaçın. Çünki Milkom kahinləri və başçıları ilə birlikdə Sürgünə gedəcək. 024 JER 049 004 Vadilərlə nə üçün öyünürsən? Taqətin kəsilir, Ey dönük qız! Sən mal-dövlətinə güvənərək “Üstümə kim gələ bilər” deyirdin. 024 JER 049 005 Ətrafında olanların hamısından Sənin üzərinə dəhşət gətirəcəyəm» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Hamı o yan-bu yana qaçacaq, Qaçanları toplayan olmayacaq. 024 JER 049 006 Ancaq bundan sonra sürgün olunan Ammon övladlarını geri qaytaracağam» Rəbb belə bəyan edir. 024 JER 049 007 Edom barədə Ordular Rəbbi belə deyir: «Teman şəhərində müdriklik qalmadımı? Ağıllı adamların nəsihəti tükəndimi? Onların müdrikliyi söndümü? 024 JER 049 008 Qaçın, arxaya dönün, Dərin mağaralarda gizlənin, Ey Dedanda yaşayanlar! Çünki Esavı cəzalandırdığım vaxt Başına fəlakət gətirəcəyəm. 024 JER 049 009 Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlamazdılarmı? 024 JER 049 010 Amma mən Esavı çıl-çılpaq soyunduracağam. Onun gizli yerlərini aşkar edəcəyəm. Özü də gizlənə bilməyəcək, Övladları, qohum-qonşuları həlak olacaq, Özü də məhv olacaq. 024 JER 049 011 Öz yetimlərini burax, Onları Mən yaşadaram. Dul qadınların da Mənə güvənsin». 024 JER 049 012 Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən». 024 JER 049 013 Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq. 024 JER 049 014 Rəbdən bir xəbər eşitdim: Millətlər arasına göndərdiyi qasid “Edoma hücum etmək üçün yığılıb Döyüşə hazırlaşın!” deyir. 024 JER 049 015 Bax səni millətlər arasında kiçildəcəyəm, İnsanlar sənə xor baxacaq. 024 JER 049 016 Ey sən qaya çatları arasında məskən salan, Təpələrin başını əldə saxlayan! Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı. Yuvanı qartal kimi yuxarılarda qursan da, Səni oradan endirəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 049 017 «Edom dəhşət hədəfi olacaq, Oradan keçən hər kəs Bütün yaralarından ötrü Heyrət içində ona fit çalacaq». 024 JER 049 018 Rəbb deyir: «Sodomla Homorranı və ətrafındakı kəndləri Necə dağıtdımsa, Orada da kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq. 024 JER 049 019 Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Edomluları bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edən, Mənim qabağımda duran bir çoban varmı?» 024 JER 049 020 Buna görə də Rəbbin Edoma qarşı fikrini, Temanda yaşayanlara qarşı məqsədini eşidin: Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə Edom otlaqları Səhraya çevriləcək. 024 JER 049 021 Dağılmalarının gurultusundan Yer üzü titrəyəcək. Qışqırıqlarının səsi Qırmızı dənizədək eşidiləcək. 024 JER 049 022 Düşmən qartal kimi qalxıb üstünə cumacaq, Bosra üzərində qanadlarını gərəcək. O gün Edom döyüşçülərinin ürəyi Doğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq. 024 JER 049 023 Bu sözlər Dəməşq barədədir: «Xamat və Arpad utanacaq, Çünki pis xəbər eşidib Ruhdan düşdülər. Sakit durmayan dəniz kimi Coşub narahat oldular. 024 JER 049 024 Dəməşq əldən düşdü, Qaçmağa üz qoydu, Onu vahimə bürüdü. Doğan qadın kimi Onu sancı və ağrı tutdu. 024 JER 049 025 Necə oldu ki, Məni sevindirən, Şöhrətli şəhər tərk edilmədi? 024 JER 049 026 Buna görə də cavanları Meydanlarında həlak olacaq. O gün bütün döyüşçüləri susdurulacaq» Ordular Rəbbi belə bəyan edir. 024 JER 049 027 «Dəməşqin divarlarına od salacağam, Ben-Hadadın saraylarını yandırıb məhv edəcək». 024 JER 049 028 Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir: «Qalxın Qedara hücum edin, Şərq xalqını məhv edin. 024 JER 049 029 Onların çadırlarını və sürülərini Əllərindən alacaqlar, Çadır pərdələri, bütün əşyaları və dəvələri Götürülüb aparılacaq. Onlara “Hər tərəfdən dəhşət!” Deyib bağıracaqlar. 024 JER 049 030 Ey Xasorda yaşayanlar, Qaçın, uzaqlaşın, Dərin mağaralarda gizlənin» Rəbb belə bəyan edir. «Çünki Babil padşahı Navuxodonosor Sizin barənizdə bir fikrə gəldi, Sizə qarşı tədbir tökdü. 024 JER 049 031 Qalxın qayğısız və asayiş içində yaşayan Xalqın üzərinə hücum edin» Rəbb belə bəyan edir. «Onların şəhər darvazaları və sürgüləri yoxdur, Xalqı da özbaşına buraxılıb. 024 JER 049 032 Dəvələri qarət ediləcək, Saysız sürüləri qənimət kimi aparılacaq. Kəkillərini qırxanları Dörd tərəfə səpələyəcəyəm. Hər yandan başlarına fəlakət gətirəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 049 033 «Xasor çaqqal yuvasına, Əbədi viranəliyə çevriləcək. Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq». 024 JER 049 034 Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində Rəbb Yeremya peyğəmbərə Elam barədə bu sözləri nazil etdi: 024 JER 049 035 «Ordular Rəbbi belə deyir: “Baxın Elamın kamanını, Əsas qüvvələrini sındıracağam. 024 JER 049 036 Elam üzərinə göylərin hər tərəfindən Dörd küləyi gətirəcəyəm, Xalqını dörd tərəfə səpələyəcəyəm. Elamdan sürgün olunanların Aralarına getmədiyi bir millət qalmayacaq. 024 JER 049 037 Düşmənlərinin qarşısında, Canını almaq istəyənlərin önündə Elamı dəhşətə salacağam. Başlarına fəlakət gətirib Şiddətli qəzəbimi yağdıracağam” Rəbb belə bəyan edir. “Onları tamamilə yox edənə qədər Arxalarınca qılınc göndərəcəyəm. 024 JER 049 038 Elamda taxtımı quracaq, Elam padşahı ilə başçılarını məhv edəcəyəm” Rəbb belə bəyan edir. 024 JER 049 039 “Ancaq gələcəkdə Elamdan sürgün olunanları geri qaytaracağam” Rəbb belə bəyan edir». 024 JER 050 001 Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi: 024 JER 050 002 «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq. 024 JER 050 003 Çünki onun üstünə şimaldan Bir millət hücum edəcək, Ölkəsini viran edəcək. Orada yaşayan olmayacaq, İnsan da, heyvan da qaçıb gedəcək». 024 JER 050 004 Rəbb bəyan edir: «O gün, o zaman İsrail xalqı ilə Yəhuda xalqı Birlikdə gələcək, Onlar ağlaya-ağlaya gəlib Özlərinin Allahı Rəbbi axtaracaq. 024 JER 050 005 Üzləri Siona tərəf Oraya gedən yolu soruşacaqlar, Onlar gəlib unudulmaz, əbədi bir əhdlə Rəbbə bağlanacaq. 024 JER 050 006 Xalqım itmiş qoyunlar kimidir, Çobanları onları azdırdı, Dağlarda özbaşına dolandırdı, Onlar dağdan təpəyə getdi, Yatdıqları yeri unutdu. 024 JER 050 007 Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”. 024 JER 050 008 Babildən qaçıb qurtarın! Xaldey ölkəsini tərk edin, Sürüyə yol göstərən təkə kimi olun! 024 JER 050 009 Çünki Mən şimal ölkəsindən Babilə qarşı böyük millətlər ittifaqını Oyandırıb çıxaracağam. Babilin önündə düzülüb Onu şimaldan ələ keçirəcəklər. Oxları mahir döyüşçü oxları kimi olacaq, Heç biri əliboş qayıtmayacaq. 024 JER 050 010 Xaldey ölkəsi qarət olunacaq, Onu qarət edənlər maldan doyacaq» Rəbb belə bəyan edir. 024 JER 050 011 «Ey irsimi talayanlar, İndi ki sevinib şadlıqla coşursunuz, Xırmanda taxıl döyən düyə kimi tullanırsınız, Ayğır kimi kişnəyirsiniz, 024 JER 050 012 Ananız çox utanacaq, Sizi doğanın üzü qızaracaq. Xaldey millətlərin ən zəifi, Quraq, boz bir səhra olacaq. 024 JER 050 013 Rəbbin qəzəbi üzündən Heç kəs orada yaşamayacaq, Tamamilə viran olacaq. Hər keçən Babilin aldığı Bütün yaraları görəndə Heyrət içində fit çalacaq. 024 JER 050 014 Ey bütün kaman çəkənlər, Babilin ətrafında döyüş üçün düzülün. Oraya ox atın, oxunuzu əsirgəməyin. Çünki o, Rəbbə qarşı günah etdi. 024 JER 050 015 Hər tərəfdən ona qarşı nərə çəkin, O təslim oldu, Qüllələri yıxıldı, divarları uçuldu. Çünki bu, Rəbbin qisasıdır. Ondan qisas alın, O nə etdisə, başına onu gətirin. 024 JER 050 016 Babildə əkinçiləri məhv edin, Biçin vaxtı oraqçıları rədd edin. Zalımların qılıncı üzündən Hər kəs öz xalqının yanına qayıtsın, Hamı öz ölkəsinə qaçsın. 024 JER 050 017 İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı». 024 JER 050 018 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Aşşur padşahını necə cəzalandırdımsa, Babil padşahı ilə ölkəsini də Eləcə cəzalandıracağam. 024 JER 050 019 Lakin İsraili yenə öz otlağına gətirəcəyəm, O, Karmeldə və Başanda otlayacaq. Efrayim və Gilead dağlıq bölgələrində İstədiyi qədər yeyib-doyacaq. 024 JER 050 020 O gün, o zaman İsraildə təqsir axtarılacaq, Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir. 024 JER 050 021 «Meratayim torpağına, Peqodda yaşayanlara hücum et. Onları təqib edib öldür, Bütünlüklə yox et» Rəbb belə bəyan edir. «Sənə nə buyururamsa, hamısını et. 024 JER 050 022 Ölkədə müharibə və böyük qırğın Gurultusu eşidilir. 024 JER 050 023 Bütün dünyanın gürzü Necə də qırılıb parçalandı! Babil necə də millətlər arasında Viranə oldu! 024 JER 050 024 Sənin üçün tələ qurdum, ey Babil, Sən də bilmədən tələmə düşdün. Tutulub yaxalandın, Çünki Rəbbə qarşı çıxdın. 024 JER 050 025 Rəbb cəbbəxanasını açdı, Qəzəbinin silahlarını çıxartdı. Çünki Ordular Rəbbi Xudavəndin Xaldey ölkəsində edəcəyi bir iş var. 024 JER 050 026 Hər yandan ona hücum edin, Anbarlarını açın, Mallarını qalaq-qalaq yığın. Onu tamamilə məhv edin, Ondan bir şey qalmasın. 024 JER 050 027 Bütün buğalarını kəsin, Sallaqxanaya getsinlər. Vay onların halına! Çünki onların günü, Cəza vaxtı gəldi. 024 JER 050 028 Allahımız Rəbbin qisasını, Onun məbədinin qisasını Sionda elan etmək üçün Babil ölkəsindən qaçıb qurtaranların Səsini eşidin! 024 JER 050 029 Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi. 024 JER 050 030 Buna görə də cavanları Meydanlarda həlak olacaq, O gün bütün döyüşçüləri susdurulacaq» Rəbb belə bəyan edir. 024 JER 050 031 «Budur, Mən sənə qarşıyam, ey məğrur» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Çünki sənin günün, Səni cəzalandıracağım vaxt gəldi. 024 JER 050 032 Məğrur büdrəyib-yıxılacaq, Onu qaldıran olmayacaq, Şəhərlərinə od salacağam, Bütün ətrafda olanları Yandırıb yox edəcək». 024 JER 050 033 Ordular Rəbbi belə deyir: «Bütün İsrail xalqı da, Yəhuda xalqı da əziyyət çəkir. Onları əsir tutanlar möhkəm saxlayır, Buraxmaq istəmir. 024 JER 050 034 Amma onların Satınalanı güclüdür, Onun adı Ordular Rəbbidir. Rəbb mütləq onların işinə baxacaq ki, Ölkəyə rahatlıq versin, Amma Babil sakinlərinə təşviş gətirsin». 024 JER 050 035 Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin! Babildə yaşayanlara, Babil başçılarına, Müdriklərinə qarşı qılınc gəlsin! 024 JER 050 036 Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin! Axmaqlıqları üzə çıxacaq. Döyüşçülərinə qarşı qılınc gəlsin! Onlar çaşqınlığa düşəcək. 024 JER 050 037 Atlarına, döyüş arabalarına, Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin! Hamısı arvad kimi ürkək olacaq. Xəzinələrinə qarşı qılınc gəlsin! Onlar qarət ediləcək. 024 JER 050 038 Sularına quraqlıq gəlsin! Onlar quruyacaq. Çünki Babil bütlər ölkəsidir, Onlar qorxunc bütlərlə dəli oldu. 024 JER 050 039 Buna görə də orada vəhşi heyvanlar, Çaqqallar, bayquşlar yaşayacaq, Daha insan yaşamayacaq, Əbədi olaraq orada heç kəs sakin olmayacaq. 024 JER 050 040 Sodomla Homorranı və ətrafındakı kəndləri Allah necə dağıtdısa, Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq. 024 JER 050 041 Budur, şimaldan bir ordu gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət və çoxlu padşahlar Hərəkətə gəlir. 024 JER 050 042 Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı! 024 JER 050 043 Babil padşahı onların xəbərini eşitdi, Əlləri yanına düşdü. Doğan qadın kimi Onu üzüntü və sancı bürüdü. 024 JER 050 044 Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edəcək, Mənim qabağımda duracaq Bir çoban varmı?» 024 JER 050 045 Buna görə də Rəbbin Babilə qarşı fikrini, Xaldey ölkəsinə qarşı məqsədini eşidin: «Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə otlaqlar səhraya çevriləcək. 024 JER 050 046 “Babil süqut etdi” səsindən yer üzü titrəyəcək, Millətlər arasında onun fəryadı eşidiləcək». 024 JER 051 001 Rəbb belə deyir: «Mən Babildə və Lev-Qamayda yaşayanlara qarşı Həlakedici bir külək əsdirəcəyəm. 024 JER 051 002 Babilə taxılsovuranlar göndərəcəyəm, Onu sovurub ölkəsini boş qoyacaqlar, Qara gündə hər yandan ona hücum edəcəklər. 024 JER 051 003 Oxçu kamanını çəkməsin, Zirehini geyməsin. Onun cavanlarına rəhm etməyin, Ordusunu tamamilə məhv edin. 024 JER 051 004 Öldürülənlər Xaldey ölkəsində, Yaralılar Babil küçələrində Yerə səriləcək. 024 JER 051 005 Ancaq İsrailin Müqəddəsinə qarşı Ölkələri təqsirlə dolduğu halda Özlərinin Allahı Ordular Rəbbi İsrail və Yəhuda xalqlarını tərk etmədi. 024 JER 051 006 Babilin içindən qaçın! Hər kəs canını qurtarsın! Onun günahına görə məhv olmayın. Çünki Rəbbin qisas zamanıdır, Ona öz əvəzini verəcək. 024 JER 051 007 Babil Rəbbin əlində bir qızıl kasa idi, Bütün dünyanı sərxoş edirdi. Millətlər onun şərabını içdi, Ona görə də çılğınlaşdı. 024 JER 051 008 Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun! Yarasına məlhəm sürtün, Bəlkə şəfa tapar. 024 JER 051 009 Babilə şəfa vermək istədik, Amma sağalmadı. Onu tərk edək, Hər birimiz öz ölkəmizə qayıdaq. Çünki Babilin hökmü göylərə çatır, Buludlara qədər yüksəlir. 024 JER 051 010 Rəbb bizə bəraət verdi. Gəlin Allahımız Rəbbin nələr etdiyini Sionda elan edək! 024 JER 051 011 Oxları itiləyin, Kaman qablarını doldurun! Rəbb Midiya padşahlarını hərəkətə gətirdi. Məqsədi Babili yox etməkdir, Rəbb Öz qisasını, məbədinin qisasını alacaq. 024 JER 051 012 Babil divarlarına qarşı Bayraq yüksəldin! Keşikçiləri çoxaldın, Növbətçiləri öz yerinə qoyun, Pusquda durun. Çünki Rəbb Babildə yaşayanlara qarşı Həm niyyət qurdu, Həm də söylədiyini yerinə yetirdi. 024 JER 051 013 Ey axar suların sahilində yaşayanlar, Çoxlu xəzinələri olanlar, Axırınız gəldi, Vaxtınız yetişdi». 024 JER 051 014 Ordular Rəbbi Öz varlığına and içdi: «Səni çəyirtkə sürüsü ilə dolduran kimi Mütləq əsgərlərlə dolduracağam, Sənə qarşı zəfər nərəsi çəkəcəklər». 024 JER 051 015 Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı. 024 JER 051 016 O gurlayanda göydəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır. 024 JER 051 017 Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur. 024 JER 051 018 Onlar boş şey, masqaraçıların işidir, Cəza vaxtı məhv olacaqlar. 024 JER 051 019 Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki irs qəbiləsi ilə birgə Hər şeyi yaradan Odur. Onun adı Ordular Rəbbidir. 024 JER 051 020 «Sən mənim toppuzum, döyüş silahımsan, Səninlə millətləri qırıram, Səninlə padşahlıqları məhv edirəm. 024 JER 051 021 Səninlə atları və süvariləri qırıram, Səninlə döyüş arabaları və minicilərini qırıram, 024 JER 051 022 Səninlə kişi və qadınları qırıram, Səninlə qoca və cavanları qırıram, Səninlə gənc oğlan və qızları qırıram. 024 JER 051 023 Səninlə çoban və sürüsünü qırıram, Səninlə əkinçi və öküzlərini qırıram, Səninlə valilərlə vəkilləri qırıram. 024 JER 051 024 Amma Babildə və Xaldey ölkəsində yaşayanlara Sionda etdikləri bütün pis əməllərinin əvəzini Gözlərinizin önündə verəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 051 025 «Budur, sənə qarşıyam, Ey həlak edən dağ» Rəbb belə bəyan edir. «Ey bütün dünyanı həlak edən! Sənə əlimi qaldırıb Qayanın başından yuvarlayacağam, Səni yanmış bir dağa çevirəcəyəm. 024 JER 051 026 Səndən künc və təməl daşı götürməyəcəklər, Sən əbədi bir viranə olacaqsan» Rəbb belə bəyan edir. 024 JER 051 027 «Yer üzündə bayraq qaldırın! Millətlər arasında şeypur çalın! Millətləri Babilə qarşı döyüşə hazırlayın! Urartu, Minni və Aşkenaz padşahlıqlarını Ona qarşı toplayın. Ona qarşı bir sərkərdə təyin edin, Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin. 024 JER 051 028 Millətləri – Midiya padşahlarını, Valilərini və bütün vəkillərini, Başçılıqları altındakı bütün ölkələri Babilə qarşı döyüşə hazırlayın! 024 JER 051 029 Ölkə titrəyib lərzəyə gəlir! Çünki Rəbbin Babilə qarşı niyyəti – Oranı sakinsiz bir viranəyə çevirmə niyyəti Yerinə yetməlidir. 024 JER 051 030 Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi, Öz qalalarında oturdu. Gücləri tükəndi, Ürkək qadınlara döndülər. Yaşadıqları yerlər oda verildi, Darvaza sürgüləri qırıldı. 024 JER 051 031 Qasid qasid dalınca, Xəbərçi xəbərçi dalınca qaçıb Bu xəbəri Babil padşahına çatdırır: “Şəhər hər tərəfdən alındı, 024 JER 051 032 Çay keçidləri tutuldu, Qamışlıqlar yandırıldı, Döyüşçülər çaşqınlığa düşdü”». 024 JER 051 033 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vaxtı gələndə xırman yeri necə tapdalanırsa, Babil xalqı da elə olacaq. Qısa müddətdən sonra Onun da biçin zamanı gələcək». 024 JER 051 034 «Babil padşahı Navuxodonosor Bizi əzib yedi, Boş bir qaba çevirdi. Canavar kimi uddu, Gözəl yeməklərimizlə qarnını doydurdu. Sonra bizi qusdu. 024 JER 051 035 Bizə və əhalimizə qarşı edilən zorakılıq Babilin başına gəlsin» Deyir Sion sakini. «Tökülən qanımızın haqq-hesabı Qoy Xaldeylilərdən soruşulsun» Deyir Yerusəlim. 024 JER 051 036 Buna görə Rəbb belə deyir: «Məhkəmədə işinizə Mən baxacağam, Qisasınızı Mən alacağam. Onun çayını qurudacaq, Bulağının suyunu kəsəcəyəm. 024 JER 051 037 Babil daş qalaqlarına, Çaqqal yuvasına dönəcək. Dəhşət hədəfi olacaq, İstehza ilə ona fit çalacaqlar. Orada heç kəs yaşamayacaq. 024 JER 051 038 Xalqı cavan aslanlar kimi kükrəyəcək, Şir balaları kimi nərildəyəcək. 024 JER 051 039 Ancaq qızışdıqları vaxt Ziyafət düzəldib onları sərxoş edəcəyəm. Qoy keflənsinlər, Əbədi yuxuya dalsınlar, Heç vaxt oyanmasınlar» Rəbb belə bəyan edir. 024 JER 051 040 «Onları quzu, qoç və təkə kimi Kəsməyə aparacağam. 024 JER 051 041 Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yer Necə dəhşətli hala düşdü. Babil millətlər arasında Necə dəhşətli hala düşdü! 024 JER 051 042 Babili çay basacaq, Onu gurlayan dalğalar örtəcək. 024 JER 051 043 Qəsəbələri viran olacaq, Torpaqları heç kəsin yaşamadığı, Bəşər oğlunun keçmədiyi Quraq bir çölə dönəcək. 024 JER 051 044 Babildə Bel bütünü cəzalandıracağam, Udduğunu ona qusduracağam. Artıq millətlər oraya axın-axın gəlməyəcək, Babil divarı da yıxılacaq. 024 JER 051 045 Oradan çıx, ey xalqım! Hamınız canınızı qurtarın! Rəbbin qızğın qəzəbindən qaçın! 024 JER 051 046 Ölkədə eşitdiyiniz şayiələrə görə Cəsarətinizi itirib qorxmayın. Bir il bir şayiə gəlir, O biri il başqası. Ölkədə zorakılıq, Başçının başçıya qarşı çıxması barədə Şayiələr yayılır. 024 JER 051 047 Buna görə də yəqin ki Babilin bütlərini cəzalandıracağım günlər gəlir. Bütün ölkə utandırılacaq, Öldürülənləri onun ortasında yerə səriləcək. 024 JER 051 048 O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək. Çünki şimaldan gələn məhv edənlər Ona hücum edəcək» Rəbb belə bəyan edir. 024 JER 051 049 «İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır, Necə ki yer üzündə öldürülən hər kəs Babilə görə məhv oldu. 024 JER 051 050 Ey qılıncdan qurtulanlar, Qaçın, ləngiməyin! Rəbbi uzaqdan yada salın, Yerusəlim barədə düşünün!» 024 JER 051 051 Biz utandıq, Çünki təhqir eşitdik, Üzümüzü rüsvayçılıq örtdü. Çünki yadellilər Rəbbin məbədinin Müqəddəs yerlərinə girdi. 024 JER 051 052 «Buna görə də bütlərini Cəzalandıracağım günlər gəlir, Bütün ölkədə yaralılar inildəyəcək» Rəbb belə bəyan edir. 024 JER 051 053 «Babil göylərə çıxsa da, Ucalardakı qalasını möhkəmləndirsə də, Məhv edənləri üstünə göndərəcəyəm» Rəbb belə bəyan edir. 024 JER 051 054 «Babildən fəryad, Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir. 024 JER 051 055 Çünki Rəbb Babili məhv edir, Onun hay-küyünü susdurur. Düşmən dalğaları axar sular kimi kükrəyir, Səslərinin gurultusu ucalır. 024 JER 051 056 Çünki Babilə qarşı bir məhv edən çıxacaq, Döyüşçüləri əsir tutulacaq, Kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, Mütləq cəzalandıracaq. 024 JER 051 057 Babil başçılarını, müdriklərini, Valilərini, vəkillərini, döyüşçülərini Elə sərxoş edəcəyəm ki, Əbədi yuxuya dalacaq, Heç vaxt oyanmayacaqlar» Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir. 024 JER 051 058 Ordular Rəbbi deyir: «Babilin qalın divarları yerlə yeksan ediləcək, Uca darvazaları oda veriləcək. Xalqlar boş-boşuna zəhmət çəkir, Ümmətlərin çəkdiyi əziyyət Oda təslim ediləcək». 024 JER 051 059 Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı. 024 JER 051 060 Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı. 024 JER 051 061 Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma. 024 JER 051 062 De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”. 024 JER 051 063 Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və 024 JER 051 064 söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”». Yeremyanın sözləri buraya qədərdir. 024 JER 052 001 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi. 024 JER 052 002 O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər gördü. 024 JER 052 003 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi. Axırda Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi. 024 JER 052 004 Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. 024 JER 052 005 Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. 024 JER 052 006 Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. 024 JER 052 007 Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan qaçıb Arava yoluna çıxdı. 024 JER 052 008 Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanın bütün ordusu onu tərk edib dağıldı. 024 JER 052 009 Padşahı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahının yanına apardılar. Babil padşahı onun haqqında hökm verdi. 024 JER 052 010 O, Sidqiyanın gözü önündə oğullarını öldürtdü, sonra bütün Yəhuda başçılarını da Rivlada öldürtdü. 024 JER 052 011 Həmçinin Sidqiyanın gözlərini çıxartdı, onu qandallayıb Babilə apardı. Babil padşahı onu ölənə qədər zindanda saxladı. 024 JER 052 012 Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın onuncu günü Babil padşahına xidmət edən keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. 024 JER 052 013 O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. 024 JER 052 014 Keşikçilər rəisinə tabe olan bütün Xaldey ordusu hər tərəfdən Yerusəlim divarlarını uçurtdu. 024 JER 052 015 Keşikçilər rəisi Nevuzaradan yoxsul adamların bir hissəsini, şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və sağ qalan sənətkarları sürgün etdi. 024 JER 052 016 Ancaq o, bağçılıq, əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı. 024 JER 052 017 Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardı. 024 JER 052 018 İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, piyalələri, nimçələri və bütün tunc qabları götürüb apardılar. 024 JER 052 019 Keşikçilər rəisi xalis qızıldan və gümüşdən olan tasları, buxurdanları, piyalələri, qazanları, çıraqdanları, nimçələri, kasaları götürüb apardı. 024 JER 052 020 Rəbbin məbədi üçün padşah Süleymanın düzəltdiyi iki sütun, hovuz və altındakı on iki tunc buğa heykəli və dayaqlardan alınan tuncun ağırlığı hesaba gəlməzdi. 024 JER 052 021 Bir sütunun hündürlüyü on səkkiz qulac idi, dairəsi on iki qulac idi. Hər biri dörd barmaq qalınlığında idi, içləri boş idi. 024 JER 052 022 Üzərində tunc bir başlıq var idi. Başlığın hündürlüyü beş qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi, hamısı tuncdan düzəldilmişdi. O biri sütun da narlarla bəzənmişdi və əvvəlkinə bənzəyirdi. 024 JER 052 023 Yanlarda doxsan altı nar var idi. Başlığı əhatəyə alan hörmə torların üzərində cəmi yüz nar var idi. 024 JER 052 024 Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astana keşikçisi olan üç nəfəri əsir aldı. 024 JER 052 025 Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan yeddi nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. 024 JER 052 026 Keşikçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. 024 JER 052 027 Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu. 024 JER 052 028 Navuxodonosorun sürgünə apardığı xalqın sayı belədir: yeddinci ildə üç min iyirmi üç nəfər Yəhudi; 024 JER 052 029 Navuxodonosorun padşahlığının on səkkizinci ilində Yerusəlimdən səkkiz yüz otuz iki nəfər; 024 JER 052 030 iyirmi üçüncü ilində keşikçilər rəisi Nevuzaradanın sürgün etdiyi yeddi yüz qırx beş nəfər Yəhudi. Ümumilikdə dörd min altı yüz nəfər idi. 024 JER 052 031 Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi. 024 JER 052 032 Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtından yuxarı bir taxt qoydurdu. 024 JER 052 033 Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə həmişə Babil padşahının süfrəsində yemək yeyərdi. 024 JER 052 034 Bütün ömrü boyu ona Babil padşahı tərəfindən öləcəyi günə qədər gündəlik azuqə verilirdi. # # BOOK 025 LAM Lamentations Mərsiyələr 025 LAM 001 001 Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir. 025 LAM 001 002 Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu. 025 LAM 001 003 Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar. 025 LAM 001 004 Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır, 025 LAM 001 005 İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı. 025 LAM 001 006 Sion qızının cah-calalı yox oldu, Onların başçıları otlaqsız maral kimi oldu, Onlar təqib edənlərin qarşısından Taqətsiz qaçırlar. 025 LAM 001 007 Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür. 025 LAM 001 008 Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir. 025 LAM 001 009 Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı. 025 LAM 001 010 Onun bütün sərvətini talamaq üçün Düşmən əlini uzatdı. Göz önündəcə millətlər, Camaatın arasına girməsini qadağan etdiyin Müqəddəs məkanına soxuldu. 025 LAM 001 011 Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm». 025 LAM 001 012 Ey yoldan keçənlərin hamısı, Bu iş sizin üçün boşdurmu? Baxın dərdimə, bunun kimisi varmı, Mənim başıma gətirilən dərd başqasında olarmı? Rəbb qəzəbdən alovlananda Bu dərdi başıma tökdü. 025 LAM 001 013 Yuxarıdan od göndərdi, Sümüklərimədək bu odu yeritdi. Ayaqlarım üçün tor qurdu, Məni geri qaytardı. Gün boyu məni yalqız qoydu, taqətdən saldı. 025 LAM 001 014 Xudavənd günahlarımı mənə boyunduruq etdi, Əli ilə bir-birinə hördü, Onları boynuma keçirtdi, Taqətimi tükəndirdi. Məni qarşısında dura bilmədiyim İnsanlara təslim etdi. 025 LAM 001 015 Məni müdafiə edən cəngavərlər vardı, Hamısı Xudavənd tərəfindən atıldı. Mənə qarşı bir ordu göndərdi, Seçmə igidlərimi qırıb tapdalatdı. Bakirə Yəhuda qızını üzümsıxanda əzdi. 025 LAM 001 016 Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb. 025 LAM 001 017 Sion əl açıb, Amma ona təsəlli verən yoxdur. Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib: «Qoy qonşuları onun düşməni olsun, Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib». 025 LAM 001 018 Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım, Ey bütün xalqlar, siz mənə qulaq asın! Mənim çəkdiyim bu dərdə baxın, Bakirə qızlarım, igidlərim sürgünə gedib. 025 LAM 001 019 Müttəfiqlərimi çağırdım, Lakin məni aldatdılar, Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün Yemək axtardılar, Amma şəhərin içindəcə canlarını tapşırdılar. 025 LAM 001 020 Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir. 025 LAM 001 021 Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün. 025 LAM 001 022 Etdikləri pislikləri yada sal, Üsyankarlığıma görə mənə etdiyini onlara da et, Çox ah-nalə çəkirəm, Ürəyim taqətdən düşüb. 025 LAM 002 001 Xudavənd Sion qızına qəzəblənərkən Onu hər tərəfdən qara bulud aldı. İsrailin əzəmətini göydən yerə tulladı, Qəzəbləndiyi gün kətilini xatirindən çıxardı. 025 LAM 002 002 Xudavənd aman vermədən Yaqub nəslinin bütün məskənlərini dağıtdı, Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı, Padşahlığı, başçıları yerlə yeksan etdi. 025 LAM 002 003 Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, Düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı Göndərdiyi atəşlə yandırıb-yaxdı. 025 LAM 002 004 Düşmən kimi kamanının yayını dartdı, Yağı kimi sağ əlini qaldırdı, Gözə xoş görünənləri tamamilə öldürdü. Qəzəbini Sion qızının çadırına alov kimi tökdü. 025 LAM 002 005 Xudavənd İsraili uddu, Onunla düşmən kimi rəftar etdi. Bütün saraylarını yerlə yeksan etdi, Qalalarını viran qoydu, Yəhudanın fəryadını, fəğanını daha da artırdı. 025 LAM 002 006 Çardağını viranə bağlar tək qırıb tökdü, Görüş yerlərini xarabalığa çevirdi, Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu, Qəzəbi ilə padşahını, kahinini atdı. 025 LAM 002 007 Xudavənd qurbangahını rədd etdi, Müqəddəs məkanını tərk etdi. Saraylarının sədlərini düşmən əlinə keçirtdi, Onlar bayram günlərində olduğu kimi Rəbbin məbədində haray qopardı. 025 LAM 002 008 Rəbb niyyət etdi ki, Sion qızının divarlarını dağıtsın. Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək. Qala divarını, səddini, matəmə bürüyüb, Hamısı qüvvələrini itirib. 025 LAM 002 009 Onun darvazalarını yerə batırdı, Cəftələrini qırıb atdı, Padşahlarını, başçılarını Yad millətlərin arasına saldı, Qanuna əməl edilmir, Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir. 025 LAM 002 010 Sion qızının ağsaqqalları susub-dinmir, Onlar toz-torpaq içində əyləşib, Başlarına toz töküb, çul geyib, Yerusəlimin bakirə qızları başlarını yerə dikib. 025 LAM 002 011 Ağlamaqdan gözlərimin nuru gedir, Canım əzabdan yanır. Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır. Çünki şəhər meydanlarındakı Körpələrin, uşaqların huşu başından çıxır. 025 LAM 002 012 Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər, Ana qucağında can verirlər. Analarından soruşurlar: «Hanı çörək, hanı şərab?» 025 LAM 002 013 Ey Yerusəlim qızı, sənə nə deyim? Səni kimlə müqayisə edim? Ey bakirə Sion qızı, səni kimə bənzədim? Bununla mən sənə təsəlli verə bilim? Çünki yaran dəniz qədər dərindir, Sənə kim şəfa verə bilər? 025 LAM 002 014 Sənin üçün görülən görüntülər yalan oldu, Peyğəmbərlərin səni aldatdı. Firavanlığını sənə qaytarmaq üçün Təqsirlərini üzə çıxartmadılar, Amma bu peyğəmbərlər səni azdırdı, Sənin üçün yalandan görüntülər gördü. 025 LAM 002 015 Yoldan keçən bütün insanlar Qarşında əl çalırlar, Başlarını yelləyib səni fitə basırlar. Yerusəlim qızına belə deyirlər: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?» 025 LAM 002 016 Bütün düşmənlərin səni ələ salır, Fitə basır, diş qıcıdır, «Onu udduq, Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər. 025 LAM 002 017 Rəbb Öz iradəsini yerinə yetirdi, Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi. Səni viran qoydu, aman vermədi, Düşmənlərini sənin halına sevindirdi, Yağılarını gücləndirdi. 025 LAM 002 018 Xalq Xudavəndə ürəkdən fəryad etdi, Ey Sion qızının divarı! Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın, Dincəlmə, aç gözlərini, yumulmasın. 025 LAM 002 019 Qalx, gecə fəryad etməyə, Gecə növbələri başlayarkən Xudavəndin hüzurunda qəlbini sular kimi açıb tök. Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə, Onlar hər tin başında acından huşunu itirir. 025 LAM 002 020 Ya Rəbb, indi bax, xalqının halını gör! Kiminlə belə rəftar etmisən? Analar uşaqlarını, əziz balalarınımı yesin? Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin? 025 LAM 002 021 Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır. Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir. Qəzəbləndiyin gün onları qətlə çatdırmısan, Aman vermədən qırmısan. 025 LAM 002 022 Qorxduqlarımı hər yandan çağırmısan, Elə bil bayrama dəvət etmisən. Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı, Onların arasından sağ qalan olmadı, Sevə-sevə övlad böyütmüşdüm, Onları düşmənim həlak etdi. 025 LAM 003 001 Rəbbin qəzəb dəyənəyindən Mən əzab çəkirəm, 025 LAM 003 002 O məni apardı, İşıqda deyil, qaranlıqda gəzdirdi. 025 LAM 003 003 Bütün gün – dəfələrlə qaldırdığı əli Mənə qarşıdır. 025 LAM 003 004 Ətimi, dərimi çürütdü, Sümüklərimi sındırdı. 025 LAM 003 005 Məni əzabla, cəfa ilə sarıdı, Mühasirəyə saldı. 025 LAM 003 006 Çoxdan ölüb-gedənlər kimi Məni zülmətdə yaşatdı. 025 LAM 003 007 Ətrafımı hər tərəfdən hasara aldı, Məni zəncirləyib, qaça bilmirəm. 025 LAM 003 008 Fəryad edib mən imdad istəyərkən O, duamın qarşısına sədd çəkdi. 025 LAM 003 009 Yonma daşlarla yollarımı kəsdi, Onları dolaşdırdı. 025 LAM 003 010 Mənə ayı kimi pusqu düzəldir, Gizlənib aslan kimi məni güdür. 025 LAM 003 011 Yoldan sürükləyib məni parçaladı, Çarəsiz hala saldı. 025 LAM 003 012 Kamanının yayını çəkdi, Məni Özü üçün bir hədəf etdi. 025 LAM 003 013 Çəkib oxdanından ox atdı, Böyrəyimə sapladı. 025 LAM 003 014 Gün boyu xalqımın gülüş hədəfinə döndüm, Məzhəkəli nəğmə ilə məni ələ salırlar. 025 LAM 003 015 O, acı otlardan mənə doyunca yedirtdi, Yovşan suyunu içirtdi. 025 LAM 003 016 Dişlərimi çınqılla qırdı, Kül içində məni diz çökdürtdü. 025 LAM 003 017 Salamatlıqdan canımı uzaq etdi, Yaxşılığı unutdum. 025 LAM 003 018 Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi». 025 LAM 003 019 Əzabımı və sərgərdanlığımı, Acı yovşanı və zəhəri yada sal. 025 LAM 003 020 Daim onları xatırlayıram, Ona görə köksümdən ürəyim üzülür. 025 LAM 003 021 Amma bunları yada salarkən Məndə ümid yaranır. 025 LAM 003 022 Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir. 025 LAM 003 023 Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür. 025 LAM 003 024 Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir», Ona görə Rəbbə ümid bəsləyirəm. 025 LAM 003 025 Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır. 025 LAM 003 026 Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır. 025 LAM 003 027 Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın. 025 LAM 003 028 Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb. 025 LAM 003 029 Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var. 025 LAM 003 030 İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar. 025 LAM 003 031 Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz. 025 LAM 003 032 Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr. 025 LAM 003 033 Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz. 025 LAM 003 034 Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini, 025 LAM 003 035 Haqq-Taalanın hüzurunda insanın Öz haqlarından məhrum olmasını, 025 LAM 003 036 İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü? 025 LAM 003 037 Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər? 025 LAM 003 038 Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr. 025 LAM 003 039 Öz günahının cəzasından Sağ qalan insan niyə şikayətlənir? 025 LAM 003 040 Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq. 025 LAM 003 041 Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq. 025 LAM 003 042 Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik, Bunu bizə bağışlamadın». 025 LAM 003 043 Qəzəbə bürünmüsən, bizi təqib etmisən, Aman vermədən öldürmüsən. 025 LAM 003 044 Özünə buludlardan örtük çəkdin, Onların arasından dua keçmir. 025 LAM 003 045 Xalqlar arasında Bizi zibilə, tullantıya çevirmisən. 025 LAM 003 046 Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı. 025 LAM 003 047 Dəhşət və çuxur, Məhv və qırğın birlikdə başımıza gəldi. 025 LAM 003 048 Qırılan əziz xalqıma görə Gözlərimdən sel kimi yaş axdı. 025 LAM 003 049 Dinmədən, dayanmadan Gözlərimdən yaş axacaq, 025 LAM 003 050 Rəbb göylərdən aşağıya baxana qədər, Olanları görənə qədər. 025 LAM 003 051 Şəhərimdəki hər qızın taleyini görərkən Ürəyimi kədər bürüyür. 025 LAM 003 052 Nahaq yerə mənə düşmən olanlar Məni quş tək ovladılar. 025 LAM 003 053 Quyuya salıb məni öldürmək istədilər, Daşqalaq etdilər. 025 LAM 003 054 Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı». 025 LAM 003 055 Ya Rəbb, ismini O quyunun dibindən səslədim. 025 LAM 003 056 «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin. 025 LAM 003 057 Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin. 025 LAM 003 058 Ey Xudavənd, mənim əməlimə baxdın, Həyatımı satın aldın. 025 LAM 003 059 Ya Rəbb, başıma gətirdikləri şəri gördün, Bu iş barədə hökmünü ver. 025 LAM 003 060 Mənə bəslədikləri kini, Mənə qarşı qurulan fəndləri gördün. 025 LAM 003 061 Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin, Əleyhimə fənd qururlar. 025 LAM 003 062 Əleyhdarlarımın pıçıltısını, Gün boyu mənə qarşı mırıltısını eşitdin. 025 LAM 003 063 Onların oturuşuna-duruşuna bax, Onlara məzhəkə nəğməsi olmuşam. 025 LAM 003 064 Ya Rəbb, onların əllərinin əməllərinə görə Əvəzini verəcəksən. 025 LAM 003 065 Onların qəlbini inadkar et, Qoy lənətin onların üstünə gəlsin. 025 LAM 003 066 Ya Rəbb, qəzəbinlə onları qov, Səma altından məhv edib at! 025 LAM 004 001 Qızıl necə də tutqunlaşdı, Saf qızıl parıltıdan düşdü. Müqəddəs daşlar Hər küçə başına dağılmışlar. 025 LAM 004 002 Sion övladları tərəziyə qoyulanda Saf qızıldan da qiymətli idi. İndi isə onlar saxsı qablara, Dulusçunun əl işinə bərabər olublar. 025 LAM 004 003 Çaqqallar belə, balalarına əmcək verir, Onları əmizdirir. Əziz xalqım isə insafı atır, Səhra dəvəquşularına oxşayır. 025 LAM 004 004 Südəmər körpənin dili Susuzluqdan damağına yapışır. Uşaqlar yemək istəyir, verən yoxdur. 025 LAM 004 005 Ən ləziz yeməkləri yeyənlər İndi küçələrdə taqətdən düşüblər. Al rəngli paltar geyib-böyüyənlər Zibillikdə yatırlar. 025 LAM 004 006 Axı əziz xalqımın təqsiri Sodomun günahını keçdi, Bu şəhər əl toxunmadan Bir andaca yerlə yeksan oldu. 025 LAM 004 007 Yerusəlimin başçıları qardan da təmiz idi, Süddən də bəyaz idi, Vücudları qıpqırmızı yaqut kimi idi, Zahirən göy yaquta bənzəyirdi. 025 LAM 004 008 İndisə üzləri kömür kimi qaralıb, Küçələrdə heç birini tanımaq olmur, Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb, Ağac kimi quruyub. 025 LAM 004 009 Bu aclığın qurbanındansa Qılınc qurbanı olan bəxtiyardır. Zəminin məhsulundan məhrum olmuşdular, Əriyən canlarında can qalmayıb. 025 LAM 004 010 Hətta ən qəlbiyumşaq qadınlar Öz əlləri ilə balalarını bişirirdi. Əziz xalqım qırılarkən Balalarının ətini yeyirdi. 025 LAM 004 011 Rəbb hiddətini boşaltdı, Qızğın qəzəbini yağdırdı, Sionda alovunu alışdırdı, Onu təməlinədək yandırıb-yaxdı. 025 LAM 004 012 Dünyada heç bir padşah inanmazdı ki, Yerusəlimin darvazalarından keçib Yağılar və düşmənlər Bu şəhəri zəbt edər. 025 LAM 004 013 Bu iş şəhərdə salehlərin qanının tökülməsi Peyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu, 025 LAM 004 014 Kor kimi küçələrdə dolanırdılar, Qanla murdar oldular, Onların libaslarına belə, Kimsə toxuna bilməz. 025 LAM 004 015 İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun! İtilin buradan, bizə dəyməyin, rədd olun!» Onlar qaçqın, sərgərdan dolanarkən Başqa millətlər deyir: «Bunlar burada qalmasın!» 025 LAM 004 016 Rəbb Özü onları pərən-pərən saldı, Onlara yenidən baxmaz, O daha kahinlərə hörmət etmir, Ağsaqqallara xeyirxahlıq göstərmir. 025 LAM 004 017 Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi. 025 LAM 004 018 Ardımızca düşmən düşüb, Küçələrdə gəzə bilmirik. Sonumuz çatdı, günlərimiz bitdi, Aqibətimiz sona yetdi. 025 LAM 004 019 Bizi təqib edənlər Göylərdəki qartallardan sürətlidirlər, Dağlarda ardımızca düşdülər, Pusqu qurub səhrada gözlədilər. 025 LAM 004 020 Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi Onların xəndəklərində yaxalandı, Halbuki deyirdik: «Onun kölgəsində Millətlərin içində yaşayacağıq». 025 LAM 004 021 Ey Us ölkəsində yaşayan Edom xalqı, Sevin, fərəhlən! Sən də bu kasadan içəcəksən, Sərxoş olub, çılpaq qalacaqsan. 025 LAM 004 022 Ey Sion qızı, təqsirinin cəzası sona çatdı, Rəbb səni bir daha sürgünə göndərməyəcək, Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq, Günahlarını meydana çıxaracaq. 025 LAM 005 001 Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal. 025 LAM 005 002 İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib. 025 LAM 005 003 Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı. 025 LAM 005 004 Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq. 025 LAM 005 005 Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar. 025 LAM 005 006 Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq. 025 LAM 005 007 Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi. 025 LAM 005 008 Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur. 025 LAM 005 009 Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq. 025 LAM 005 010 Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir. 025 LAM 005 011 Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır. 025 LAM 005 012 Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb. 025 LAM 005 013 Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir. 025 LAM 005 014 Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır. 025 LAM 005 015 Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib. 025 LAM 005 016 Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik. 025 LAM 005 017 Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb, 025 LAM 005 018 Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır. 025 LAM 005 019 Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan. 025 LAM 005 020 Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən? 025 LAM 005 021 Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq! 025 LAM 005 022 Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən? # # BOOK 026 EZE Ezekiel Yezekel 026 EZE 001 001 Otuzuncu ildə, dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm. 026 EZE 001 002 Padşah Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü 026 EZE 001 003 Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi. 026 EZE 001 004 Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi. 026 EZE 001 005 Ən ortasında canlı məxluqa bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi. 026 EZE 001 006 Hər birinin dörd üzü və dörd qanadı var idi. 026 EZE 001 007 Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı. 026 EZE 001 008 Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə və qanadlara malik idi. 026 EZE 001 009 Onların qanadları bir-birinə toxunurdu. İrəli gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi. 026 EZE 001 010 Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi. 026 EZE 001 011 Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini örtürdü. 026 EZE 001 012 Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər. 026 EZE 001 013 Bu canlılar görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı. 026 EZE 001 014 Canlı məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi. 026 EZE 001 015 Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə dəyən bir təkər var. 026 EZE 001 016 Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 026 EZE 001 017 Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər. 026 EZE 001 018 Təkərlərin sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi. 026 EZE 001 019 Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca təkərlər də qalxırdı. 026 EZE 001 020 Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 026 EZE 001 021 Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 026 EZE 001 022 Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı. 026 EZE 001 023 Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü. 026 EZE 001 024 Onlar irəlilədikləri zaman qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi. 026 EZE 001 025 Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi. 026 EZE 001 026 Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. 026 EZE 001 027 Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi. 026 EZE 001 028 Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi. Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim. 026 EZE 002 001 O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam». 026 EZE 002 002 O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim. 026 EZE 002 003 O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir. 026 EZE 002 004 Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” 026 EZE 002 005 İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var. 026 EZE 002 006 Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma. 026 EZE 002 007 Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır. 026 EZE 002 008 Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye». 026 EZE 002 009 Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var. 026 EZE 002 010 O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı. 026 EZE 003 001 O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə söylə». 026 EZE 003 002 Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi. 026 EZE 003 003 Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi şirin oldu. 026 EZE 003 004 O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və sözlərimi onlara söylə. 026 EZE 003 005 Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan bir xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən, 026 EZE 003 006 ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan çoxlu xalq arasına göndərilmirsən. Əgər Mən səni onların yanına göndərsəydim, onlar sənə qulaq asardı. 026 EZE 003 007 Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır. 026 EZE 003 008 Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm. 026 EZE 003 009 Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə». 026 EZE 003 010 O yenə mənə dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün sözləri ürəyində saxla və qulaqlarınla eşit. 026 EZE 003 011 Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox». 026 EZE 003 012 Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun». 026 EZE 003 013 Canlı məxluqların qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı təkərlərin şaqqıltısını – böyük gurultunu eşitdim. 026 EZE 003 014 Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu. 026 EZE 003 015 Mən Tel-Avivdə olan sürgün olunmuş adamların – Kevar çayının sahilində yaşayanların yanına gəldim və onların yaşadıqları yerdə qaldım. Orada onların arasında yeddi gün çaşqınlıq içində yaşadım. 026 EZE 003 016 Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 003 017 «Ey bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et. 026 EZE 003 018 Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. 026 EZE 003 019 Ancaq sən pis adama xəbərdarlıq etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz təqsiri içində öləcək, lakin sən bunun məsuliyyətindən qurtarmış olursan. 026 EZE 003 020 Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. 026 EZE 003 021 Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan». 026 EZE 003 022 Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada danışacağam». 026 EZE 003 023 Mən qalxıb düzənliyə çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin izzəti durmuşdu. Mən üzüstə yıxıldım. 026 EZE 003 024 Ruh daxilimə girdi və məni ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını arxadan bağla. 026 EZE 003 025 Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən. 026 EZE 003 026 Dilini damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən. 026 EZE 003 027 Yalnız Mən səninlə danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır. 026 EZE 004 001 Sən ey bəşər oğlu, özün üçün bir kərpic götür və onu qarşına qoyub üstündə Yerusəlim şəhərini təsvir et. 026 EZE 004 002 Onu mühasirəyə al, önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy. 026 EZE 004 003 Bir dəmir sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və üzünü ona çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu, İsrail nəslinə bir əlamət olacaq. 026 EZE 004 004 Sən sol yanın üstünə uzan və İsrail nəslinin cəzasını öz üzərinə götür, o tərəfə uzandığın günlərin sayına görə onların cəzasını çəkəcəksən. 026 EZE 004 005 Mən onların cəza illərinin sayı qədər sənin üçün gün ayırdım. Beləcə üç yüz doxsan gün İsrail nəslinin cəzasını çəkəcəksən. 026 EZE 004 006 Bunu etdikdən sonra bu dəfə sağ yanın üstündə uzan və Yəhuda nəslinin cəzasını çək. Sənin üçün qırx gün – hər il üçün bir gün ayırdım. 026 EZE 004 007 Üzünü Yerusəlimin mühasirəsinə çevir, çılpaq qolunu qaldırıb ona qarşı peyğəmbərlik et. 026 EZE 004 008 Bax Mən səni kəndirlə bağlayacağam və təsvir etdiyin mühasirə günləri qurtarmayınca bir yanından o biri yanın üstünə çevrilə bilməyəcəksən. 026 EZE 004 009 Sən buğda, arpa, paxla, mərci, darı və pərinc götürüb onları bir qaba qoy. Onlardan özünə çörək yap. Bir yanın üstünə uzandığın üç yüz doxsan gün ərzində onu ye. 026 EZE 004 010 Gündəlik yeməyinin çəkisi iyirmi şekel olacaq, onu müəyyən vaxtlarda ye. 026 EZE 004 011 Həmçinin suyu da ölçü ilə – bir hinin altıda biri qədər iç, onu da müəyyən vaxtlarda iç. 026 EZE 004 012 Ondan arpa kökəsi düzəldərək hamının gözü qabağında insan nəcisinə od vurub üstündə bişirib ye». 026 EZE 004 013 Rəbb yenə dedi: «Bax İsrail övladları da aralarına sürgün edəcəyim millətlərin içində beləcə murdar yemək yeyəcək». 026 EZE 004 014 Mən dedim: «Aman, ya Xudavənd Rəbb! Mən heç vaxt murdar olmamışam. Cavanlığımdan indiyə qədər nə leş, nə də heyvan parçalamış ət yemişəm, bir murdar ət mənim ağzıma dəyməyib». 026 EZE 004 015 O mənə dedi: «Yaxşı, Mən insan nəcisini mal təzəyi ilə əvəz edirəm. Çörəyini onun üstündə bişir». 026 EZE 004 016 Yenə mənə dedi: «Ey bəşər oğlu, Mən Yerusəlimdən çörəyin kökünü kəsəcəyəm. Çörəyi dərd içində çəki ilə yeyəcəklər, suyu da çaşqınlıq içində ölçü ilə içəcəklər. 026 EZE 004 017 Çünki çörəyə və suya möhtac olacaqlar. Hər kəs çaşqınlığa düşərək öz təqsiri içində əriyib yox olacaq. 026 EZE 005 001 Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır. 026 EZE 005 002 Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm. 026 EZE 005 003 Tüklərin bir azını da götürüb paltarının ətəyinə bağlayarsan. 026 EZE 005 004 Onlardan bir qədər də götürüb odun içinə atar və onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq». 026 EZE 005 005 Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim. 026 EZE 005 006 Onun xalqı isə başqa millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, qaydalarıma əməl etmədilər». 026 EZE 005 007 Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız». 026 EZE 005 008 Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni cəzalandıracağam. 026 EZE 005 009 Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm. 026 EZE 005 010 Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam». 026 EZE 005 011 Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. 026 EZE 005 012 Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm. 026 EZE 005 013 Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim. 026 EZE 005 014 Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm. 026 EZE 005 015 Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim. 026 EZE 005 016 Mən sizi məhv etmək üçün üstünüzə aclığın amansız oxlarını göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin kökünü kəsəcəyəm. 026 EZE 005 017 Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan keçəcək, üstünüzə qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim». 026 EZE 006 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 006 002 «Ey bəşər oğlu, üzünü İsrail dağlarına çevir və onların əleyhinə peyğəmbərlik edib 026 EZE 006 003 söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm. 026 EZE 006 004 Qurbangahlarınız xarabalığa çevriləcək, buxur qurbangahlarınız sındırılacaq. Öldürülmüş adamlarınızı bütlərinizin qabağına atacağam. 026 EZE 006 005 İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə sərəcək, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm. 026 EZE 006 006 Məskən saldığınız bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq ki, qurbangahlarınız xarabalığa və viranəliyə çevrilsin, bütləriniz sındırılıb yox edilsin, buxur qurbangahlarınız kəsilsin və düzəltdiyiniz şeylər yer üzündən silinsin. 026 EZE 006 007 Aranızda öldürülənlər yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 006 008 Lakin Mən bəzilərinizi sağ buraxacağam. Ölkələr arasına səpələndiyiniz zaman millətlər içində qılıncdan qaçıb-qurtaranlarınız olacaq. 026 EZE 006 009 Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər. 026 EZE 006 010 Onda biləcəklər ki, Rəbb Mənəm və onların başına bu bəlanı gətirəcəyimi nahaq yerə söyləməmişəm”. 026 EZE 006 011 Xudavənd Rəbb belə deyir: “Əllərini bir-birinə vur, ayaqlarını yerə çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə görə vay onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar. 026 EZE 006 012 Uzaqda olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, mühasirə zamanı sağ qalan aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi göstərəcəyəm. 026 EZE 006 013 Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 006 014 Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru yaşadıqları bütün yerlərdə ölkəni xaraba və sakinsiz qoyacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 007 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 007 002 «Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı. 026 EZE 007 003 İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. 026 EZE 007 004 Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 026 EZE 007 005 Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir müsibət gəlir. 026 EZE 007 006 Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, tezliklə gəlir! 026 EZE 007 007 Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir. 026 EZE 007 008 Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. 026 EZE 007 009 Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm. 026 EZE 007 010 Budur o gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, qürur gül açdı. 026 EZE 007 011 Zorakılıq çoxalıb pisliyin əsası oldu. Buna görə də xalqdan, onların izdihamından, var-dövlətindən və əzəmətindən əsər-əlamət qalmayacaq. 026 EZE 007 012 Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq. 026 EZE 007 013 Hətta onlar yaşasalar da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların bütün camaatına aid olan bu vəhy hədəfindən dönməyəcək. Heç kəs təqsiri ilə həyatını davam etdirə bilməyəcək. 026 EZE 007 014 Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq. 026 EZE 007 015 Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək. 026 EZE 007 016 Sağ qalanları qaçıb-qurtulsa da, dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü ah-zar edəcək. 026 EZE 007 017 Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək. 026 EZE 007 018 Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz olacaq. 026 EZE 007 019 Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu. 026 EZE 007 020 Bər-bəzəklərinin gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini bu şeylərdən düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə çevirdim. 026 EZE 007 021 Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar. 026 EZE 007 022 Mən xalqdan üz döndərəcəyəm, müqəddəs məskənim murdarlanacaq, quldurlar içəri girib oranı murdarlayacaq. 026 EZE 007 023 Sən zəncir düzəlt, çünki ölkə qanlı cinayətlərlə, şəhər zorakılıqla dolub. 026 EZE 007 024 Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs yerləri murdarlanacaq. 026 EZE 007 025 Dəhşət gəlir. Əmin-amanlıq axtaracaqlar, amma tapmayacaqlar. 026 EZE 007 026 Bəla üstündən bəla gələcək, qara xəbər dalınca qara xəbər çatacaq. Peyğəmbərlərdən görüntü istəyəcəklər, kahinin qanun öyrətməyi bitəcək, ağsaqqallar nəsihət verməyəcək. 026 EZE 007 027 Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 008 001 Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi. 026 EZE 008 002 Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı. 026 EZE 008 003 O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu. 026 EZE 008 004 Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi. 026 EZE 008 005 O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir. 026 EZE 008 006 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən». 026 EZE 008 007 O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var. 026 EZE 008 008 O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var. 026 EZE 008 009 O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör». 026 EZE 008 010 Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib. 026 EZE 008 011 İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı. 026 EZE 008 012 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir». 026 EZE 008 013 O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən». 026 EZE 008 014 O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub. 026 EZE 008 015 O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən». 026 EZE 008 016 O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi. 026 EZE 008 017 O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir. 026 EZE 008 018 Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam». 026 EZE 009 001 Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı əlində şəhərə yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim. 026 EZE 009 002 Mən gördüm ki, şimal tərəfdəki yuxarı qapının yolu ilə altı nəfər gəldi. Hər birinin toppuzu əlində idi. Onların arasında kətan paltar geyinmiş, belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc qurbangahın yanında dayandı. 026 EZE 009 003 İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı çağırıb 026 EZE 009 004 ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy». 026 EZE 009 005 Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin. 026 EZE 009 006 Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı. 026 EZE 009 007 Rəbb onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı. 026 EZE 009 008 Onlar adamları qırarkən mən tək qalmışdım. Onda mən üzüstə düşərək fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Yerusəlim üzərinə qəzəbini tökərkən İsrailin bütün yerdə qalanlarını da həlak edəcəksənmi?» 026 EZE 009 009 O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir. 026 EZE 009 010 Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm». 026 EZE 009 011 Mən gördüm ki, belində yazı qutusu olan, kətan paltar geyinmiş adam «mənə əmr etdiyin şeyə əməl etdim» deyib xəbər gətirdi. 026 EZE 010 001 Mən baxıb gördüm ki, keruvların başı üzərindəki qübbənin üstündə göy yaqut daşı kimi görünüşcə taxta bənzər bir şey peyda oldu. 026 EZE 010 002 Rəbb kətan geyinmiş adama belə söylədi: «Keruvların altındakı fırlanan təkərlərin arasına girib keruvların arasından iki ovuc odlu köz götür və şəhərin üzərinə səpələ». O adam gözümün qabağında oraya girdi. 026 EZE 010 003 O adam oraya girəndə keruvlar məbədin cənub tərəfində durmuşdu. Bu zaman bulud içəri həyətə doldu. 026 EZE 010 004 Rəbbin izzəti keruvun üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud bürüdü və həyət Rəbbin izzətinin nuru ilə doldu. 026 EZE 010 005 Keruvların qanadlarının səsi bayır həyətə qədər gəlirdi. Bu səs Külli-İxtiyar Allah danışdığı zaman çıxan səs kimi uca idi. 026 EZE 010 006 Rəbb kətan geyinmiş adama «keruvların və fırlanan təkərlərin arasından od götür» deyə əmr edəndə o girib bir təkərin yanında durdu. 026 EZE 010 007 Onda keruvlardan biri keruvların arasından əlini uzadıb onların ortasında olan odu götürdü və kətan geyinmiş adamın ovcuna qoydu. O adam da odu götürüb çıxdı. 026 EZE 010 008 Keruvların qanadları altında insan əlinə bənzər bir şey göründü. 026 EZE 010 009 Mən baxıb gördüm ki, keruvların yanında dörd təkər və hər keruvun yanında bir təkər var. Təkərlər sarı yaqut kimi parıldayırdı. 026 EZE 010 010 Dördünün də görünüşü eyni cür idi, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 026 EZE 010 011 Getdikləri zaman dörd tərəfə hərəkət edirdilər, gedərkən sağa-sola dönmürdülər. Baş hansı tərəfə yönəlmişdisə, o tərəfə də gedirdilər, gedərkən sağa-sola dönmürdülər. 026 EZE 010 012 Onların bütün bədəni, kürəyi, əlləri, qanadları və təkərləri – dördünün də təkərləri hər tərəfdən gözlərlə dolu idi. 026 EZE 010 013 Mən bu təkərlərə «fırlanan təkərlər» deyildiyini eşitdim. 026 EZE 010 014 Canlı məxluqların hər birinin dörd üzü var idi: birincisi keruv üzü, ikincisi insan üzü, üçüncüsü aslan üzü və dördüncüsü qartal üzü idi. 026 EZE 010 015 Keruvlar yerdən qalxdı. Bunlar Kevar çayının sahilində gördüyüm həmin canlı məxluqlar idi. 026 EZE 010 016 Keruvlar gedəndə onların yanında olan təkərlər də gedirdi. Keruvlar yerdən qalxmaq üçün qanadlarını qaldıranda təkərlər də onların yanından ayrılmırdı. 026 EZE 010 017 Onlar dayananda bunlar da dayanırdı, onlar yerdən qalxanda bunlar da birlikdə yerdən qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 026 EZE 010 018 Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu. 026 EZE 010 019 Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. 026 EZE 010 020 Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında gördüyüm həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur. 026 EZE 010 021 Hər birinin dörd üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər bir şey var idi. 026 EZE 010 022 Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində gördüyüm üzlərə oxşayırdı. Hər biri üz tutduğu tərəfə irəliləyirdi. 026 EZE 011 001 Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm. 026 EZE 011 002 Rəbb mənə dedi: «Ey bəşər oğlu, pis şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar bunlardır. 026 EZE 011 003 Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir. 026 EZE 011 004 Buna görə də onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et». 026 EZE 011 005 Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm. 026 EZE 011 006 Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”. 026 EZE 011 007 Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz ölülər ət, şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam. 026 EZE 011 008 Siz qılıncdan qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 011 009 “Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. Sizi beləcə cəzalandıracağam. 026 EZE 011 010 Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 011 011 Bu şəhər sizə qazan olmayacaq, siz də onun içində ət olmayacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. 026 EZE 011 012 Onda biləcəksiniz ki, Rəbb Mənəm. Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, ətrafınızda olan millətlərin hökmlərinə görə davrandınız”». 026 EZE 011 013 Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?» 026 EZE 011 014 Onda mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 011 015 «Öz qohum-əqrəbana, qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk olaraq bizə verildi”. 026 EZE 011 016 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs məkan oldum”. 026 EZE 011 017 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm. 026 EZE 011 018 Oraya qayıdanda bütün mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər. 026 EZE 011 019 Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki, 026 EZE 011 020 qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim xalqım, Mən də onların Allahı olacağam. 026 EZE 011 021 Ancaq ürəkləri öz mənfur və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 011 022 Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. 026 EZE 011 023 Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı. 026 EZE 011 024 Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə, sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu. 026 EZE 011 025 Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım. 026 EZE 012 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 012 002 «Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır. 026 EZE 012 003 Ey bəşər oğlu, sən sürgünə getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu başa düşdülər. 026 EZE 012 004 Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx. 026 EZE 012 005 Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart. 026 EZE 012 006 Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm». 026 EZE 012 007 Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və onların gözü önündə çiynimdə daşıdım. 026 EZE 012 008 Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 012 009 «Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi? 026 EZE 012 010 Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”. 026 EZE 012 011 Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər. 026 EZE 012 012 Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə görməsin. 026 EZE 012 013 Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək. 026 EZE 012 014 Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm. 026 EZE 012 015 Mən onları millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 012 016 Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 012 017 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 012 018 «Ey bəşər oğlu, çörəyini titrəyərək ye, suyunu əsə-əsə, qorxu ilə iç. 026 EZE 012 019 Ölkə xalqına söylə ki, İsrail torpağında, Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum olacaq. 026 EZE 012 020 Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa çevriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm”». 026 EZE 012 021 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 012 022 «Ey bəşər oğlu, İsrail torpağında nə üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz? 026 EZE 012 023 Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə yetəcəyi günlər yaxınlaşdı. 026 EZE 012 024 Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı falçılıq olmayacaq. 026 EZE 012 025 Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 012 026 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 012 027 «Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək barədə peyğəmbərlik edir”. 026 EZE 012 028 Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 013 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 013 002 «Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər. 026 EZE 013 003 Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb. 026 EZE 013 004 Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir. 026 EZE 013 005 Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız. 026 EZE 013 006 Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. 026 EZE 013 007 Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”. 026 EZE 013 008 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 013 009 “Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm. 026 EZE 013 010 Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur. 026 EZE 013 011 Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. 026 EZE 013 012 Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?” 026 EZE 013 013 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun. 026 EZE 013 014 Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 013 015 Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də. 026 EZE 013 016 O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 013 017 Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib 026 EZE 013 018 söylə ki, Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız? 026 EZE 013 019 Xalqımın önündə bir neçə ovuc arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq olmayanları yaşatdınız”. 026 EZE 013 020 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin ovsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad edəcəyəm. 026 EZE 013 021 Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 013 022 Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın. 026 EZE 013 023 Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”». 026 EZE 014 001 İsrail ağsaqqallarından bəzisi yanıma gəlib önümdə oturdu. 026 EZE 014 002 Onda mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 014 003 «Ey bəşər oğlu, bu adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais olan şeyləri üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi? 026 EZE 014 004 Buna görə də onlara müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “İsrail nəslindən kimsə öz bütlərinə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və peyğəmbərə müraciət etsə, Mən Rəbb ona bütlərinin çoxluğuna görə cavab verəcəyəm. 026 EZE 014 005 Ona görə ki bütlərindən ötrü Mənə yad olan bütün İsrail nəslinin ürəyini yenidən Özümə cəlb edim”. 026 EZE 014 006 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Bütlərinizdən dönün, onları rədd edin və bütün iyrənc işlərinizdən üz döndərin. 026 EZE 014 007 Əgər İsrail nəslindən hər kəs və İsraildə yaşayan qəriblərdən kimsə Məni tərk etsə, öz bütünə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və özü barədə Məndən soruşmaq üçün peyğəmbərə müraciət etsə, Mən Rəbb ona cavab verəcəyəm. 026 EZE 014 008 Mən üzümü həmin adama qarşı çevirəcəyəm, onu ibrət və kinayə hədəfi edəcəyəm, xalqımın arasından silib atacağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 014 009 Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin ki, o peyğəmbərin yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam. 026 EZE 014 010 Onlar öz təqsirlərinin cəzasını çəkəcək. Peyğəmbərdən soruşanın cəzası necə olacaqsa, peyğəmbərin də cəzası elə olacaq. 026 EZE 014 011 Bunu ona görə edəcəyəm ki, İsrail nəsli bir də Mənim yolumdan sapmasın və bir daha bütün günahları ilə özlərini murdar etməsin. Beləcə onlar Mənim xalqım, Mən də onların Allahı olacağam” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 014 012 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 014 013 «Ey bəşər oğlu, əgər bir ölkə Mənə xain çıxıb günah edərsə, Mən ona qarşı əlimi qaldıraram, çörəyinin kökünü kəsib üstünə aclıq göndərərəm və oradan insanla heyvanı silib ataram. 026 EZE 014 014 “Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa belə, salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 014 015 “Əgər Mən bu ölkəyə vəhşi heyvanlar göndərsəm, onlar oranı sakinsiz qoysa və o torpaq bu heyvanlara görə xaraba qalıb keçilməz olsa, 026 EZE 014 016 bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar, ölkə isə xaraba qalar. 026 EZE 014 017 Yaxud o ölkənin üzərinə qılınc gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı oradan silib atsam, 026 EZE 014 018 bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar. 026 EZE 014 019 Yaxud o ölkəyə vəba göndərsəm, qan tökməklə onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan silib atsam, 026 EZE 014 020 Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz canlarını qurtarar”. 026 EZE 014 021 Çünki Xudavənd Rəbb belə deyir: “Hələ Mən Yerusəlimdən insanı və heyvanı silib atmaq üçün dörd ağır cəzamı – qılıncı, aclığı, vəhşi heyvanları və vəbanı onun üzərinə göndərəndə daha nələr olacaq! 026 EZE 014 022 Amma orada bir dəstə salamat qalacaq. Sağ qalan oğlan və qızlar oradan çıxarılıb sizin yanınıza gələcək. Siz də onların əməllərini və işlərini görəcəksiniz. Onda Yerusəlim üzərinə gətirdiyim bəlaya görə, oraya etdiyim hər şeydən ötrü təsəlli tapacaqsınız. 026 EZE 014 023 Onların əməllərini və işlərini gördüyünüz zaman bu sizə təsəlli olacaq. Onda biləcəksiniz ki, oraya etdiyim hər şeyi boş-boşuna etmədim” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 015 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 015 002 «Ey bəşər oğlu, üzüm tənəyinin ağacı hər hansı bir meşə ağacındakı budağın ağacından nə ilə üstündür? 026 EZE 015 003 Bir işdə istifadə etmək üçün ondan ağac alınırmı? Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi? 026 EZE 015 004 Budur, o yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası qovrulandan sonra daha bir işə yarayarmı? 026 EZE 015 005 Bütöv olanda da bir işə yaramırdı, od onu yandırıb-qurtaranda və ortası qovrulanda heç bir işə yaramayacaq. 026 EZE 015 006 Buna görə də Xudavənd Rəbb belə deyir: “Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə yaşayanları da eləcə oda atacağam. 026 EZE 015 007 Mən üzümü onlara qarşı çevirəcəyəm. Oddan qaçsalar da, od yenə onları yandıracaq. Üzümü onlara qarşı çevirəndə biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 015 008 Ölkəni viran edəcəyəm, çünki onlar xainlik etdi” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 016 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 016 002 «Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki, 026 EZE 016 003 Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan Emorludur, anan isə Xetli. 026 EZE 016 004 Doğulduğun gün göbək bağın kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin. 026 EZE 016 005 Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın. 026 EZE 016 006 Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim. 026 EZE 016 007 Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin. 026 EZE 016 008 Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun. 026 EZE 016 009 Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim. 026 EZE 016 010 Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm. 026 EZE 016 011 Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım. 026 EZE 016 012 Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum. 026 EZE 016 013 Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin. 026 EZE 016 014 Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 016 015 “Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin. 026 EZE 016 016 Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq. 026 EZE 016 017 Mənim sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri düzəltdin və onlarla pozğunluq etdin. 026 EZE 016 018 Əlvan naxışlı paltarını götürüb onların üstünə örtdün, zeytun yağımı və buxurumu onların önünə qoydun. 026 EZE 016 019 Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 016 020 “Mənim üçün doğduğun oğul və qızlarını götürüb bütlərə yemək olsun deyə qurban etdin. Fahişəliyin az idi ki, 026 EZE 016 021 hələ övladlarımı da kəsdin və onları bütlərə təqdim etdin? 026 EZE 016 022 Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”. 026 EZE 016 023 Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis əməllərindən sonra 026 EZE 016 024 özünə fahişəlik yuvaları qurdun və hər meydanda səcdəgahlar düzəltdin. 026 EZE 016 025 Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın. 026 EZE 016 026 Cinsiyyət üzvləri böyük olan qonşuların Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini artırdın. 026 EZE 016 027 Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin əxlaqsız əməllərindən utanır. 026 EZE 016 028 Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi. 026 EZE 016 029 Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, ancaq bu da sənə kifayət etmədi”. 026 EZE 016 030 Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın. 026 EZE 016 031 Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın. 026 EZE 016 032 Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın oldun. 026 EZE 016 033 Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına gəlsinlər və səninlə pozğunluq etsinlər. 026 EZE 016 034 Fahişəlik etməkdə başqa qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”. 026 EZE 016 035 Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as. 026 EZE 016 036 Xudavənd Rəbb belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara qurban verdiyin oğullarının qanından ötrü – 026 EZE 016 037 bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər. 026 EZE 016 038 Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm. 026 EZE 016 039 Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq, səni lüt və çılpaq qoyacaqlar. 026 EZE 016 040 Camaatı üzərinə qaldıracaq, səni daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar. 026 EZE 016 041 Evlərinə od vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən. 026 EZE 016 042 Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm. 026 EZE 016 043 İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi? 026 EZE 016 044 Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›. 026 EZE 016 045 Sən ərindən və övladlarından ikrah edən ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi. 026 EZE 016 046 Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur. 026 EZE 016 047 Ancaq sən onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da pozğun oldun. 026 EZE 016 048 Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi. 026 EZE 016 049 Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar. 026 EZE 016 050 Qürurlanıb Mənim önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim. 026 EZE 016 051 Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh kimi göstərdin. 026 EZE 016 052 Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin. 026 EZE 016 053 Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün olunmuşları yenidən öz yerlərinə qaytaracağam. 026 EZE 016 054 Onda öz rüsvayçılığının yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun. 026 EZE 016 055 Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız. 026 EZE 016 056 Pisliyin üzə çıxmadan, qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin. 026 EZE 016 057 İndi sən ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən. 026 EZE 016 058 Sən pozğunluğunun və iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir. 026 EZE 016 059 Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm. 026 EZE 016 060 Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam. 026 EZE 016 061 Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə bu yox idi. 026 EZE 016 062 Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb Mənəm. 026 EZE 016 063 Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 017 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 017 002 «Ey bəşər oğlu, İsrail nəslinə bir tapmaca de və bir məsəl danışıb 026 EZE 017 003 söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü. 026 EZE 017 004 Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə qoydu. 026 EZE 017 005 O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi. 026 EZE 017 006 O da böyüyüb enli, balacaboy bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri isə altında qalırdı. Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu. 026 EZE 017 007 Böyük qanadları, çoxlu tükləri olan başqa iri qartal da var idi. Üzüm tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını əkildiyi ləklərdən ona doğru uzatdı ki, sulansın. 026 EZE 017 008 O, gur axan suların kənarında, bərəkətli torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir üzüm tənəyi olsun”. 026 EZE 017 009 Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq. 026 EZE 017 010 O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”». 026 EZE 017 011 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 017 012 «İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı. 026 EZE 017 013 Padşah nəslindən olan bir nəfəri götürərək onunla əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki, 026 EZE 017 014 padşahlıq alçaldılıb daha qalxa bilməsin və əhdinə sadiq olub yerində qalsın. 026 EZE 017 015 Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?” 026 EZE 017 016 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, hökmən onu taxta oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki içdiyi anda xor baxdı, bağladığı əhdi pozdu. 026 EZE 017 017 Babillilər çoxlu adam qırmaq üçün torpaq qalağı və mühasirə divarları düzəldəndə firon güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək. 026 EZE 017 018 Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu işləri etdiyinə görə özü də qaçıb qurtara bilməyəcək”. 026 EZE 017 019 Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün onu cəzalandıracağam. 026 EZE 017 020 Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm. 026 EZE 017 021 Onun bütün fərari əsgərləri qılıncla həlak olacaq, yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim”. 026 EZE 017 022 Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından Bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından Zərif bir budaq qoparacağam, Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm. 026 EZE 017 023 Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, Möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, Budaqlarının kölgəsində yuva quracaq. 026 EZE 017 024 Bütün çöl ağacları biləcək ki, Hündür ağacı Mən Rəbb alçaltdım, Alçaq ağacı yüksəltdim, Yaşıl ağacı qurutdum, Quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və Hökmən yerinə yetirəcəyəm”». 026 EZE 018 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 018 002 «Siz İsrail torpağı üçün “Atalar kal üzüm yedi, Oğulların dişi qamaşır” məsəlini söyləyərək nə demək istəyirsiniz? 026 EZE 018 003 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, daha siz İsraildə bu məsəli söyləməyəcəksiniz. 026 EZE 018 004 Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək. 026 EZE 018 005 Əgər bir adam salehdirsə, Ədalətli və saleh işlər görürsə, 026 EZE 018 006 Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə, Aybaşı olan qadınla yaxınlıq etmirsə, 026 EZE 018 007 Kimsəyə haqsızlıq etmirsə, Borclunun girovunu qaytarırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə, 026 EZE 018 008 Sələmlə borc pul vermirsə, Müamilə götürmürsə, Pis əməldən çəkinirsə, İki adam arasında ədalətlə mühakimə edirsə, 026 EZE 018 009 Mənim qaydalarıma görə rəftar edirsə, Hökmlərimə sədaqətlə əməl edirsə, Bu adam salehdir və Əlbəttə, yaşayacaq” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 018 010 “Deyək ki bu adamın bir oğlu olur. Əgər bu oğul zorakılıq edib qan tökürsə, Soydaşına qarşı bu işlərdən birini görürsə, 026 EZE 018 011 Atası bunlardan heç birini etmədiyi halda, Oğul dağlarda gətirilən qurbandan yeyirsə, Qonşusunun arvadını ləkələyirsə, 026 EZE 018 012 Fəqirə və yoxsula haqsızlıq edirsə, Soyğunçuluq edirsə, Girovu qaytarmırsa, Gözlərini bütlərə dikirsə, İyrənc işlər görürsə, 026 EZE 018 013 Sələmlə borc pul verib müamilə götürürsə, Belə oğul yaşayacaqmı? Xeyr, o yaşamayacaq. Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir. Ölümü üçün də özü məsuliyyət daşıyacaq. 026 EZE 018 014 Deyək ki bu oğulun da bir oğlu olur. Bu oğul atasının etdiyi bütün günahları görüb, Diqqət edərək belə işlər etmirsə, 026 EZE 018 015 Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə, 026 EZE 018 016 Kimsəyə haqsızlıq etmirsə, Girov almırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə, 026 EZE 018 017 Məzlumdan əl çəkirsə, Sələm almırsa, Müamilə götürmürsə, Hökmlərimə əməl edib Qaydalarıma görə rəftar edirsə, Atasının günahına görə ölməyəcək, Əlbəttə, yaşayacaq. 026 EZE 018 018 Bu oğulun atası isə İnsafsızlıqla qəddarlıq etdiyi üçün, Soydaşını qarət etdiyinə görə, Xalqı içində pis işlər gördüyü üçün Öz təqsirindən ötrü, əlbəttə, öləcək. 026 EZE 018 019 Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul daşımasın?› deyirsiniz. Oğul ədalətli və saleh işlər gördü, bütün qaydalarıma riayət edib onlara əməl etdi. Əlbəttə, bu adam yaşayacaq. 026 EZE 018 020 Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq. 026 EZE 018 021 Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq. 026 EZE 018 022 Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh işlərlə yaşayacaq”. 026 EZE 018 023 Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın. 026 EZE 018 024 Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək. 026 EZE 018 025 Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? 026 EZE 018 026 Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. 026 EZE 018 027 Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. 026 EZE 018 028 Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq. 026 EZE 018 029 Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil› deyir. Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? 026 EZE 018 030 Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə görə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Tövbə edib bütün günahlarınızdan dönün ki, təqsir sizi məhvə sürükləməsin. 026 EZE 018 031 Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?” 026 EZE 018 032 Xudavənd Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də günahlardan dönün və yaşayın”. 026 EZE 019 001 Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə: 026 EZE 019 002 “Sənin anan nə idi? Şirlər arasında dişi bir şir! O, cavan aslanların içində yatardı, Balalarını bəsləyərdi. 026 EZE 019 003 O, balalarından birini böyütdü, Bala cavan bir şir oldu. Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı. 026 EZE 019 004 Millətlər onun xəbərini eşitdi, Bu şir onların quyusuna düşüb ələ keçdi. Burnuna halqa taxıb onu Misir torpağına gətirdilər. 026 EZE 019 005 Dişi şir boş yerə gözlədiyini, Ümid qalmadığını görəndə Balalarından birini götürüb Cavan bir şir etdi. 026 EZE 019 006 Bu bala şirlər arasında gəzirdi. O da cavan bir şir olub Şikar etməyi öyrəndi, Adamları yeməyə başladı. 026 EZE 019 007 Onların qəsrlərini dağıtdı, Şəhərlərini viran etdi. Bu şirin nərə səsindən Ölkə və onun əhalisi dəhşət içində idi. 026 EZE 019 008 Ətraf ölkələrin millətləri Onun üstünə gəldi, Öz torlarını üzərinə atdı, Bu şir onların quyusuna düşüb ələ keçdi. 026 EZE 019 009 Onun burnuna halqa taxıb qəfəsə saldılar. Onu Babil padşahının yanına gətirdilər. Sonra qalaya saldılar ki, İsrail dağları üzərində Bir daha səsi eşidilməsin. 026 EZE 019 010 Sənin anan da çay kənarındakı bağında Əkilmiş bir üzüm tənəyi kimi idi. Bol sulardan bəhərli oldu, Çoxlu qol-budaq verdi. 026 EZE 019 011 Onun budaqları Padşah əsası olacaq qədər gücləndi, Boyu hündür ağaclara qədər ucaldı, Onun çoxlu budaqları ilə Hündürlüyü görünürdü. 026 EZE 019 012 Ancaq onu qəzəblə Kökündən çıxarıb yerə atdılar, Şərq küləyi onun meyvəsini qurutdu, Möhkəm budaqları qoparıldı, Onlar qurudu, Onları od yandırıb-yaxdı. 026 EZE 019 013 O indi Çöldə, quraq və susuz torpaqda əkildi. 026 EZE 019 014 Gövdəsinin bir budağından od çıxdı, Onun meyvəsini yandırıb-yaxdı. Onda padşah əsası olmaq üçün Bir möhkəm budaq da qalmadı”. Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq». 026 EZE 020 001 Sürgünlüyümüzün yeddinci ilində, beşinci ayın onuncu günü İsrailin bəzi ağsaqqalları Rəbdən soruşmaq üçün gəlib önümdə oturdu. 026 EZE 020 002 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 020 003 «Ey bəşər oğlu, İsrail ağsaqqallarına söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir: “Siz Məndən soruşmağa gəldinizmi? Varlığıma and olsun ki, Mən sizin çağırışınıza cavab verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 020 004 Onları mühakimə edəcəksənmi, ey bəşər oğlu, mühakimə edəcəksənmi? Onlara atalarının iyrənc işlərini bildirib söylə ki, 026 EZE 020 005 Xudavənd Rəbb belə bəyan edir: “O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim, Misir torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› deyə and içdim. 026 EZE 020 006 O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam. 026 EZE 020 007 Mən onlara dedim: ‹Hər kəs gözünə xoş gələn iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın, Allahınız Rəbb Mənəm›. 026 EZE 020 008 Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. 026 EZE 020 009 Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim. 026 EZE 020 010 Mən onları Misir torpağından çıxarıb səhraya gətirdim. 026 EZE 020 011 Onlara qaydalarımı verib hökmlərimi bildirdim. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. 026 EZE 020 012 Onlara Öz Şənbə günlərimi də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis edənin Mən Rəbb olduğunu bilsinlər. 026 EZE 020 013 Ancaq İsrail nəsli səhrada Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimi rədd etdilər. Əgər insan bu hökmlərə əməl edərsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də heç məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qızğınlığımı üstlərinə tökəcəyəm›. 026 EZE 020 014 Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən çıxarmışdım. 026 EZE 020 015 Mən də səhrada onlara and içdim ki, onları bütün ölkələrdən gözəl olan, özlərinə verdiyim süd və bal axan torpağa gətirməyəcəyəm. 026 EZE 020 016 Çünki hökmlərimi rədd etdilər, qaydalarıma görə rəftar etmədilər və Şənbə günlərimə məhəl qoymadılar. Ona görə ki onların ürəkləri bütlərinə tərəf meyl edirdi. 026 EZE 020 017 Ancaq Mənim onlara yazığım gəldi, onları həlak etmədim və səhrada qırıb-çatmadım. 026 EZE 020 018 Səhrada onların övladlarına dedim: ‹Atalarınızın qaydasına görə rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri ilə özünüzü murdarlamayın. 026 EZE 020 019 Allahınız Rəbb Mənəm. Mənim qaydalarıma görə rəftar edin, hökmlərimə riayət edin və onlara əməl edin. 026 EZE 020 020 Şənbə günlərimi təqdis edin. Qoy onlar Mənimlə sizin aranızda əlamət olsun. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm›. 026 EZE 020 021 Ancaq övladlar da Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimə riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. 026 EZE 020 022 Ancaq Mən onlardan əl götürdüm və bunu Öz adım naminə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını çıxarmışdım. 026 EZE 020 023 Mən səhrada özlərinə and içib dedim ki, onları millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. 026 EZE 020 024 Çünki onlar hökmlərimə əməl etmədi, qaydalarımı rədd etdi, Şənbə günlərimə məhəl qoymadı və gözləri atalarının bütlərinə dikildi. 026 EZE 020 025 Mən də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən hökmlər verdim. 026 EZE 020 026 İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək qurban etdikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu etdim ki, onları dəhşətə salım, qoy bilsinlər ki, Rəbb Mənəm”. 026 EZE 020 027 Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Atalarınız bununla yenə xəyanət edərək Mənə küfr etdi. 026 EZE 020 028 Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək təpəni, hər qollu-budaqlı ağacı görüb qurbanlarını orada kəsdilər, Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim etdilər, ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər. 026 EZE 020 029 Ona görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər Bama adlanır”. 026 EZE 020 030 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Siz atalarınızın yolu ilə gedib onların iyrənc işləri ilə pozğunluq edərək özünüzü murdar edərsinizmi? 026 EZE 020 031 İndiyə qədər hədiyyələr gətirərək oğullarınızı oda qurban verərək özünüzü bütlərinizlə murdar edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən soruşmağınıza icazə verməyəcəyəm. 026 EZE 020 032 Ağlınıza gələn şey heç vaxt həyata keçməyəcək. Siz deyirdiniz: ‹Millətlər, yadelli tayfalar kimi biz də ağaca və daşa sitayiş edəcəyik›”. 026 EZE 020 033 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm. 026 EZE 020 034 Mən sizi qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə xalqlar arasından çıxaracağam, səpələndiyiniz ölkələrdən bir yerə toplayacağam. 026 EZE 020 035 Sizi xalqların səhrasına gətirəcək və orada üz-üzə mühakimə edəcəyəm. 026 EZE 020 036 Atalarınızı Misir torpağının səhrasında necə mühakimə etdimsə, sizi də eləcə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 020 037 “Sizi əsanın altından keçirəcək və əhdlə bağlayacağam. 026 EZE 020 038 Sizin aranızdan Mənə qarşı üsyankar olanları və qanunsuzluq edənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 026 EZE 020 039 Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”. 026 EZE 020 040 Xudavənd Rəbb bəyan edir: “Müqəddəs dağım olan İsrailin uca dağında, həmin ölkədə hamı – bütün İsrail nəsli Mənə qulluq edəcək. Orada onlardan razı olacağam. Bütün müqəddəs şeylərinizlə birgə təqdimlərinizi və ən seçmə hədiyyələrinizi sizdən qəbul edəcəyəm. 026 EZE 020 041 Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən topladığım zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə sizin aranızda müqəddəs tutulacağam. 026 EZE 020 042 Sizi atalarınıza verməyi vəd etdiyim torpağa – İsrail torpağına gətirdiyim zaman biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 020 043 Orada əməllərinizi və bütün işlərinizi yada salacaqsınız, bu işlərlə siz özünüzü murdar etdiniz. Etdiyiniz bütün pisliklərə görə öz-özünüzdən iyrənəcəksiniz. 026 EZE 020 044 Ey İsrail nəsli, pis əməllərinizə və pozğun işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə biləcəksiniz ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 020 045 Mənə yenə Rəbbin sözü nazil oldu: 026 EZE 020 046 «Ey bəşər oğlu, üzünü cənuba doğru çevirib cənuba tərəf danış və Negev meşəsinə qarşı peyğəmbərlik et. 026 EZE 020 047 Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan şimala qədər bütün üzlər odda qovrulacaq. 026 EZE 020 048 Bütün bəşər görəcək ki, odu Mən Rəbb alışdırdım və o sönməyəcək”». 026 EZE 020 049 Mən dedim: «Ah, ya Xudavənd Rəbb! Onlar mənim barəmdə belə deyir: “Bu adam ancaq məsəllərlə danışır, elə deyilmi?”» 026 EZE 021 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 021 002 «Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et. 026 EZE 021 003 Sən İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam. 026 EZE 021 004 Sənin içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim qılıncım cənubdan şimaladək ərazidə yaşayan bütün bəşərin üzərinə enmək üçün qınından çıxacaq. 026 EZE 021 005 Onda bütün bəşər biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”. 026 EZE 021 006 İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək. 026 EZE 021 007 Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 021 008 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 021 009 «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir: “Söylə ki, qılınc, qılınc İtilənib, cilalanıb. 026 EZE 021 010 Öldürmək üçün itilənib, Şimşək kimi çaxsın deyə cilalanıb. Necə sevinə bilərik? Qılınc oğlumun əsasına Hər hansı bir əl ağacı kimi xor baxdı. 026 EZE 021 011 Qılınc əldə tutulmaq üçün Cilalanmağa verildi. Öldürənin əlinə verilsin deyə İtilənib cilalandı. 026 EZE 021 012 Ey bəşər oğlu, fəryad edib ağla. Çünki bu qılınc xalqıma və Bütün İsrail rəhbərlərinə qarşı qalxıb. Onlar xalqımla birgə Qılınca təslim edildi. Bunun üçün sinə döy”. 026 EZE 021 013 Xudavənd Rəbb bəyan edir: “Qarşıda sınaq var. Qılıncın xor baxdığı əsa Daha salamat qalmazsa, nə olar? 026 EZE 021 014 Sən ey bəşər oğlu, peyğəmbərlik et, Əllərini bir-birinə vur. Qoy qılınc iki, üç dəfə vursun. O öldürən bir qılıncdır, Çoxlu adam qıran, İnsanı hər tərəfdən saran qılıncdır. 026 EZE 021 015 Onların ürəyi ərisin, Yerə sərilənlər çox olsun deyə Bütün darvazalarında qırğın qılıncı qoydum. Ah, o, şimşək kimi parıldadı, Öldürmək üçün sıyrıldı. 026 EZE 021 016 Ey qılınc, sağa-sola dönüb kəs, Sağa dön, sola dön, Üzün hara çevrilsə, ora get. 026 EZE 021 017 Mən də əllərimi bir-birinə vuracağam, Beləcə qəzəbimi yatırdacağam. Bunu Mən Rəbb söylədim”». 026 EZE 021 018 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 021 019 «Sən ey bəşər oğlu, Babil padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy. 026 EZE 021 020 Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla. 026 EZE 021 021 Çünki Babil padşahı yolayrıcında – iki yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq. 026 EZE 021 022 Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək. 026 EZE 021 023 Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq. 026 EZE 021 024 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz. 026 EZE 021 025 Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”. 026 EZE 021 026 Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt. 026 EZE 021 027 Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm”. 026 EZE 021 028 Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir: “Qılınc, qılınc həlak etmək üçün sıyrılıb, Qırğın üçün itilənib ki, Şimşək kimi parlasın. 026 EZE 021 029 Elə bir zamanda ki Sənə boş görüntülər görünür, Sənə yalan falçılıq açırlar. Ölməli olan pis adamların Boyunlarına enəcəksən, ey qılınc! Bu adamların günü çatdı, Nəhayət, cəza vaxtı gəldi. 026 EZE 021 030 Qılınc qınına qoyulsun! Səni yaradıldığın yerdə, Doğulduğun ölkədə mühakimə edəcəyəm. 026 EZE 021 031 Qəzəbimi üstünə tökəcəyəm, Hiddətimin odunu üstünə püfləyəcəyəm, Səni vəhşi adamlara təslim edəcəyəm. Onlar məhv etməkdə mahirdir. 026 EZE 021 032 Sən oda qida olacaqsan, Ölkə içində qanın töküləcək. Daha yada salınmayacaqsan, Çünki Mən Rəbb bunu söylədim”». 026 EZE 022 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 022 002 «Sən ey bəşər oğlu, mühakimə edəcəksənmi, qan tökən şəhəri mühakimə edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir. 026 EZE 022 003 Ona söylə ki, Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək özünü murdarlayan şəhər! 026 EZE 022 004 Sən tökdüyün qana görə təqsirkar oldun, düzəltdiyin bütlərə görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın, ömrün sona çatdı. Buna görə də səni millətlər içində rüsvayçılıq, bütün ölkələr arasında istehza hədəfinə çevirdim. 026 EZE 022 005 Ey adı pisliyə çıxan, fitnə dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza edəcək. 026 EZE 022 006 Budur, sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür. 026 EZE 022 007 Sənin içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir. 026 EZE 022 008 Müqəddəs şeylərimə xor baxdın, Şənbə günlərimə məhəl qoymadın. 026 EZE 022 009 Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən qurbandan yeyir, şəhvətə qapılırlar. 026 EZE 022 010 Sənin içində ögey anaları ilə yatanlar, aybaşı olub murdarlanan qadınları zorlayanlar var. 026 EZE 022 011 Sənin içində kimi qonşusunun arvadı ilə iyrənc iş edir, kimi həyasızlıqla gəlinini murdar edir, kimi öz atasının qızını – bacısını zorlayır. 026 EZE 022 012 Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 022 013 “Əldə etdiyin haqsız muzddan ötrü və sənin içində tökülən qana görə əllərimi bir-birinə vururam. 026 EZE 022 014 Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində taqət olacaqmı, qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm. 026 EZE 022 015 Səni millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı məhv edəcəyəm. 026 EZE 022 016 Millətlərin gözündə ləkələnəcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm”». 026 EZE 022 017 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 022 018 «Ey bəşər oğlu, mənim üçün İsrail nəsli metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca, qalaya, dəmirə, qurğuşuna bənzəyir, gümüş tullantısı kimidir. 026 EZE 022 019 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki hamınız metal tullantısı kimi oldunuz, Mən sizi Yerusəlimə yığacağam. 026 EZE 022 020 Əritmək üçün odu üfürüb gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, Mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub əridəcəyəm. 026 EZE 022 021 Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz. 026 EZE 022 022 Soba içində gümüş necə əridilirsə, siz də şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi tökən Mən Rəbbəm”». 026 EZE 022 023 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 022 024 «Ey bəşər oğlu, ona söylə: “Sən qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan. 026 EZE 022 025 Ölkənin peyğəmbərləri nərildəyən, ovunu parçalayan aslan kimi orada tələ qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə çoxlu qadınları dul qoydu. 026 EZE 022 026 Kahinləri Mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim Şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi. 026 EZE 022 027 Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana qıyırlar. 026 EZE 022 028 Peyğəmbərləri uydurma görüntülər görüb, yalan fal açaraq bu günahların üstünə suvaq vurur. Mən Rəbb elə demədiyim halda ‹Xudavənd Rəbb belə deyir› söyləyirlər. 026 EZE 022 029 Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir. 026 EZE 022 030 Onların içində bir adam axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan etməyim, ancaq belə adam tapmadım. 026 EZE 022 031 Buna görə də üstlərinə qəzəbimi tökəcəyəm, hiddətimlə onları yandırıb məhv edəcəyəm. Əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 023 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 023 002 «Ey bəşər oğlu, eyni ananın qızları olan iki qadın var idi. 026 EZE 023 003 Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü. 026 EZE 023 004 Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola Samariyaya, Oholiva Yerusəlimə verilən addır. 026 EZE 023 005 Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu. 026 EZE 023 006 Onların hamısı mavi paltar geyinmiş valilər və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi. 026 EZE 023 007 Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi. 026 EZE 023 008 Misirdə başladığı fahişəliyindən əl çəkmədi. Çünki cavanlığında onunla yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə tökmüşdülər. 026 EZE 023 009 Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim etdim. 026 EZE 023 010 Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər. 026 EZE 023 011 Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha qızğın, fahişəliyi bacısından daha betər idi. 026 EZE 023 012 O da qonşuları Aşşur övladlarına – valilərə və başçılara, dəbdəbə ilə geyinmiş, atlara minmiş adamlara aludə oldu. Onların hamısı cazibədar cavanlar idi. 026 EZE 023 013 Mən gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir. 026 EZE 023 014 Oholiva get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini – 026 EZE 023 015 bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı rəngli şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən olan Babil zabitlərinə bənzəyirdi. 026 EZE 023 016 Oholiva görən kimi onlara aludə oldu və onların yanına – Xaldey ölkəsinə qasidlər göndərdi. 026 EZE 023 017 Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi. 026 EZE 023 018 O, fahişəliyini göstərəndə, ayıbını açanda ürəyim bacısından iyrənən kimi ondan da iyrəndi. 026 EZE 023 019 Misir torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb fahişəliyini daha da artırdı. 026 EZE 023 020 Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları ayğırınkı kimi olan oynaşlarına aludə oldu. 026 EZE 023 021 Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi. 026 EZE 023 022 Buna görə də, ey Oholiva, Xudavənd Rəbb belə deyir: “Bax iyrəndiyin oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin üstünə gətirəcəyəm. 026 EZE 023 023 Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib. 026 EZE 023 024 Onlar silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə səni mühakimə edəcək. 026 EZE 023 025 Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək. 026 EZE 023 026 Sənin paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar. 026 EZE 023 027 Beləcə Misir torpağından gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin artıq həsrətini çəkməyəcək, daha Misiri yada salmayacaqsan”. 026 EZE 023 028 Çünki Xudavənd Rəbb belə deyir: “Səni nifrət etdiyin adamlara, iyrəndiyin adamlara təslim edəcəyəm. 026 EZE 023 029 Onlar səninlə nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin 026 EZE 023 030 bunları sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə murdar oldun. 026 EZE 023 031 Öz bacının yolu ilə getdin. Buna görə də onun kasasını sənin əlinə verəcəyəm”. 026 EZE 023 032 Xudavənd Rəbb belə deyir: “Sən bacının kasasından içəcəksən. O dərin və genişdir. Sənə gülüb istehza edəcəklər, Çünki dopdolu bir kasadır. 026 EZE 023 033 Sərxoşluq və kədərlə dolacaqsan. Bacın Samariyanın kasası Dəhşət və viranəlik kasasıdır. 026 EZE 023 034 Bu kasadan içəcəksən, Onu boşaldacaqsan, Parçalarını gəmirəcəksən, Köksünü yırtacaqsan”. Çünki bunu Mən söylədim, Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 023 035 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, Mənə arxa çevirdin, pozğunluğun və fahişəliyin üçün cəzanı çək”». 026 EZE 023 036 Rəbb mənə dedi: «Ey bəşər oğlu, Oholanı və Oholivanı mühakimə edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir. 026 EZE 023 037 Çünki onlar xəyanət etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi. Hətta Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim etdilər. 026 EZE 023 038 Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs məkanımı murdar etdilər, Şənbə günlərimə məhəl qoymadılar. 026 EZE 023 039 Onlar bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər. 026 EZE 023 040 Bundan başqa, qasidlər göndərib uzaqdan gələn adamlar gətirtdilər. Bu adamlar gələndə sən onlar üçün yuyundun, gözlərinə sürmə çəkdin və bər-bəzək taxdın. 026 EZE 023 041 Möhtəşəm divan üzərində oturdun. Onun önündə hazırlanmış süfrə var idi. Mənim buxurumu və zeytun yağımı onun üstünə qoydun. 026 EZE 023 042 Ətrafında kef edən bir dəstənin gurultusu yüksəldi. Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi. O iki qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular. 026 EZE 023 043 Mən zinakarlıqda qarımış qadın barədə dedim: “İndi qoy onlar bu qadınla zina etsin, çünki o, fahişədir”. 026 EZE 023 044 Fahişənin yanına girən kimi onun yanına girdilər. Beləcə pozğun qadınlar olan Ohola ilə Oholivanın yanına girdilər. 026 EZE 023 045 Amma saleh adamlar zina edən qadına verilən cəzanı, qan tökən qadına verilən cəzanı onlara verəcək, çünki bu qadınlar zina edib və əlləri qana batıb. 026 EZE 023 046 Buna görə də Xudavənd Rəbb belə deyir: “Üstlərinə bir qoşun gətir və onları dəhşətə, talana düçar et. 026 EZE 023 047 Bu qoşun onları daşqalaq edəcək və qılıncla doğrayacaq. Oğullarını və qızlarını öldürüb evlərini yandıracaqlar. 026 EZE 023 048 Ölkədə olan pozğunluğa son qoyacağam. Bütün qadınlar bundan dərs alıb sizin kimi pozğunluq etməyəcək. 026 EZE 023 049 Pozğunluğunuzun cəzasını öz başınıza gətirəcəklər. Bütlərinizə tapınmağınızın əvəzini alacaqsınız. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”». 026 EZE 024 001 Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 024 002 «Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı. 026 EZE 024 003 Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir: “Qazanı oda qoy, oda qoy, İçinə su doldur. 026 EZE 024 004 Ətin parçalarını, ən yaxşı parçalarını, Budu və döşü oraya yığ. Onu seçilmiş sümüklərlə doldur. 026 EZE 024 005 Sürüdən ən yaxşı heyvanları götür, Qazanın altına isə odun yığ. Qoy içindəki su qaynasın ki, Qazandakı sümükləri də bişsin”. 026 EZE 024 006 Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Ora pas tutmuşdur, Öz pasından təmizlənməmiş qazana bənzəyir. Püşk atmadan əti parça-parça qazandan çıxarın. 026 EZE 024 007 Çünki onun tökdüyü qan hələ içindədir. Qanı tozla örtmək üçün hətta yerə də tökmədi, Düz çılpaq qayanın üstünə axıtdı. 026 EZE 024 008 Mən də qəzəbi alovlandıraraq Qisas alınsın deyə Onun qanını çılpaq bir qayanın Üstünə tökdüm ki, örtülməsin”. 026 EZE 024 009 Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Mən də odun qalağını böyüdəcəyəm. 026 EZE 024 010 Odunları yığ, odu alovlandır, Əti yaxşı bişir, Ədviyyatını qat, Sümüklər də yansın. 026 EZE 024 011 Onun közləri üstünə Qazanı boş qoy ki, qızsın, Misi yansın, İçindəki murdarlığı getsin, Pası ərisin. 026 EZE 024 012 Bütün zəhmət hədər getdi, Qalın pası ərimək bilmir, Pası odla da çıxmır. 026 EZE 024 013 Etdiyin pozğunluq səni murdarladı, Səni təmizləmək istədim, Amma sən təmizlənmək istəmədin. Sənə qarşı qəzəbim yatana qədər Öz murdarlığından təmizlənməyəcəksən. 026 EZE 024 014 Mən Rəbb bunu söylədim, Vaxt çatdı ki, yerinə yetirim. Çəkinməyəcəyəm, acımayacağam, Peşman olmayacağam. Adətlərinə və əməllərinə görə cəzalanacaqsan” Xudavənd Rəbb belə deyir». 026 EZE 024 015 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 024 016 «Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə. 026 EZE 024 017 İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə». 026 EZE 024 018 Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim. 026 EZE 024 019 Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?» 026 EZE 024 020 Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 024 021 İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək. 026 EZE 024 022 Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz. 026 EZE 024 023 Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz. 026 EZE 024 024 Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”. 026 EZE 024 025 Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt – 026 EZE 024 026 o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək. 026 EZE 024 027 O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm». 026 EZE 025 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 025 002 «Ey bəşər oğlu, üzünü Ammon övladlarına tərəf çevir və onların əleyhinə peyğəmbərlik et. 026 EZE 025 003 Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz. 026 EZE 025 004 Buna görə də Mən icazə verəcəyəm ki, şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar torpağınızda yurd salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar içəcək. 026 EZE 025 005 Rabbanı dəvələr üçün otlağa, Ammon övladlarının torpağını sürülər üçün ağıla çevirəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 026 EZE 025 006 Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə bütün qəlbinizlə sevindiniz, 026 EZE 025 007 Mən də sizə qarşı əlimi uzadıb sizi qarət malı kimi millətlər arasında bölüşdürəcək, xalqlar sırasından silib-atacaq, ölkələr içindən yox edəcək və məhv edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 026 EZE 025 008 Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, daha Yəhuda nəslinin başqa xalqlardan fərqi yoxdur. 026 EZE 025 009 Buna görə də Mən Moavın sərhədini açıb ölkənin şöhrəti olan sərhəd şəhərlərini – Bet-Yeşimotu, Baal-Meonu, Qiryatayimi müdafiəsiz qoyacağam. 026 EZE 025 010 Ammonlular bir daha xalqlar arasında yada salınmasınlar deyə Moavı Ammonluların torpağı ilə birlikdə şərq xalqlarına verəcəyəm. 026 EZE 025 011 Beləcə Moav xalqını cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”. 026 EZE 025 012 Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”. 026 EZE 025 013 Buna görə də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq. 026 EZE 025 014 Mən xalqım İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda qəzəb və hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim qisasımın nə olduğunu anlayacaq” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 025 015 Xudavənd Rəbb belə deyir: “Filiştlilər Yəhudadan qisas alaraq pis rəftar etdi, ürəklərindəki əbədi ədavətlə onu yerlə yeksan edərək intiqam aldı”. 026 EZE 025 016 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı əlimi uzadıb Keretliləri silib-atacağam, dəniz sahilində yaşayanlardan salamat qalanları məhv edəcəyəm. 026 EZE 025 017 Onları şiddətlə məzəmmətləyib böyük qisaslar alacağam. Onlardan qisas alanda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 026 001 Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 026 002 «Ey bəşər oğlu, Yerusəlimə qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər dağıldı, darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”. 026 EZE 026 003 Bu sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı gəlirəm. Dəniz necə dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti sənin üstünə coşduracağam. 026 EZE 026 004 Onlar Surun divarlarını dağıdacaq və qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya çevirəcəyəm. 026 EZE 026 005 Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər üçün qarət malı olacaq. 026 EZE 026 006 Oraya tabe olan sahil şəhərlərində yaşayanlar qılıncla öldürüləcək. Onda biləcəklər ki, Rəbb Mənəm”. 026 EZE 026 007 Xudavənd Rəbb belə deyir: “Mən padşahlar padşahı olan Babil padşahı Navuxodonosoru atlar, döyüş arabaları, süvarilər, qoşun və çoxlu xalqla birgə şimaldan Surun üstünə gətirəcəyəm. 026 EZE 026 008 Ey Sur, o sənə tabe olan sahil şəhərlərində yaşayanları qılıncla öldürəcək, sənə qarşı mühasirə divarları, torpaq qalağı quracaq və sipərini əleyhinə qaldıracaq. 026 EZE 026 009 Sənin divarlarını vurub-dəlmək üçün qoçbaşı alətləri quracaq, baltaları ilə qüllələrini uçuracaq. 026 EZE 026 010 Atları çox olduğu üçün onların tozu səni örtəcək. Divarlarında oyuq açılmış bir şəhərə girilən tək sənin darvazalarından girdikləri zaman atlıların, təkərlərin və döyüş arabalarının gurultusundan divarların titrəyəcək. 026 EZE 026 011 O öz atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, xalqını qılıncla öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq. 026 EZE 026 012 Onlar sərvətini talan edəcək, ticarət mallarını qarət edəcək. Sənin divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq, daşlarını, taxtalarını və töküntülərini suya atacaqlar. 026 EZE 026 013 Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək. 026 EZE 026 014 Səni çılpaq bir qayaya çevirəcəyəm, torların sərildiyi bir yer olacaqsan. Bir daha tikilməyəcəksən”, çünki Mən Rəbb bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 026 015 Xudavənd Rəbb Sura belə deyir: “Səndə qırğın olanda, yaralılar inildəyəndə dağılmağının gurultusundan sahil xalqları titrəməyəcəkmi? 026 EZE 026 016 Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək. 026 EZE 026 017 Onlar sənin üçün mərsiyə oxuyub deyəcək: ‹Dənizçilərin yaşadığı məşhur şəhər, Sən necə məhv oldun? Dənizdə güclü idin. Sən və sənin əhalin Sahildə yaşayanların hamısını Dəhşətə salmışdınız. 026 EZE 026 018 İndi dağıldığın gün Adalar titrəyir, Adalarda yaşayanlar Sənin yıxılmağından heyrətə düşür›”. 026 EZE 026 019 Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə 026 EZE 026 020 qəbirə enənlərlə birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim. 026 EZE 026 021 Aqibətini dəhşətli edəcəyəm. Sən artıq yox olacaqsan. Səni axtaracaq, ancaq tapmayacaqlar” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 027 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 027 002 «Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub 026 EZE 027 003 ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir: “Ey Sur, sən dedin: ‹Mən gözəllikdə qüsursuzam›. 026 EZE 027 004 Sərhədlərin dənizin qoynunda idi. Səni tikənlər gözəlliyini kamil etdi. 026 EZE 027 005 Bütün taxtalarını Senirin şam ağaclarından düzəltdilər. Sənə dor qayırmaq üçün Livandan sidr ağacları gətirdilər. 026 EZE 027 006 Avarlarını Başanın palıd ağaclarından qayırdılar, Göyərtəni fil sümüyü ilə bəzənən, Kittim sahillərindən gətirilən Şam ağaclarından düzəltdilər. 026 EZE 027 007 Sənin yelkənin, bayrağın Misirin naxışlı kətanından oldu. Talvarın Elişa sahillərinin Bənövşəyi və tünd qırmızı parçalarından idi. 026 EZE 027 008 Sidonda və Ervadda yaşayanlar Sənin avar çəkənlərin idi. Ey Sur, səndə bacarıqlı adamlar var idi, Gəmiçilərin onlardan idi. 026 EZE 027 009 Gəmilərindəki yarıqları təmir edənlər Gevalın təcrübəli və bacarıqlı adamları idi. Dənizdəki bütün gəmilər və dənizçilər Mallarını dəyişmək üçün Sənin yanına gəldi. 026 EZE 027 010 Fars, Lud və Put əsgərləri Ordunda xidmət edirdi. Qalxanlarını, dəbilqələrini Divarlarından asdılar, Sənə əzəmət verdilər. 026 EZE 027 011 Ervaddan və Xelekdən gələnlər Hər tərəfdən divarlarını qorudu. Qammadlılar qüllələrində gözətçi oldu. Qalxanlarını divarlarından asdı, Gözəlliyini kamil etdi. 026 EZE 027 012 Səndə hər cür mal bol olduğu üçün Tarşiş səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Gümüş, dəmir, qalay və qurğuşun verdilər. 026 EZE 027 013 Yavan, Tuval və Meşek səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Qullar və tunc qablar verdilər. 026 EZE 027 014 Bet-Toqarma xalqı Mallarının əvəzinə sənə At, döyüş atı və qatır verdi. 026 EZE 027 015 Dedan xalqı səninlə ticarət etdi, Çoxlu sahil xalqı sənin müştərin idi, Səndən aldıqları malın əvəzinə Fil sümüyü və abnos ağacı verdilər. 026 EZE 027 016 Sənin məmulatın çox olduğu üçün Aram səninlə ticarət etdi, Mallarının əvəzində sənə Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar, İncə kətan, mərcan və yaqut verdilər. 026 EZE 027 017 Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi, Mallarının əvəzinə sənə Minnit buğdası, darı, bal, Zeytun yağı və balzam verdilər. 026 EZE 027 018 Sənin məmulatın çox olduğu üçün, Səndə hər cür mal bol olduğuna görə Dəməşq səninlə ticarət etdi, Helbon şərabı, Saxar yunu ilə ticarət etdi. 026 EZE 027 019 Vadan və Uzaldan gələn Yavan səninlə ticarət etdi. Sənə gətirilən mallar arasında İşlənmiş dəmir, darçın və ətirli qamış var idi. 026 EZE 027 020 Dedan xalqı səninlə ticarət edib Sənə yəhər üçün qumaş verdi. 026 EZE 027 021 Ərəbistan və bütün Qedar rəhbərləri Sənin müştərilərin idi, Quzu, qoç və təkə ilə Səninlə ticarət etdilər. 026 EZE 027 022 Səba və Raama tacirləri Səninlə ticarət etdi. Mallarının əvəzinə sənə Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər. 026 EZE 027 023 Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad Səninlə ticarət etdi, 026 EZE 027 024 Onlar bazarlarında Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar, Sıx toxunmuş, iplərlə bağlanmış Rəngli xalçalarla Səninlə ticarət etdi. 026 EZE 027 025 Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun. 026 EZE 027 026 Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı, Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı. 026 EZE 027 027 Gəmin qəzaya uğradığı gün Var-dövlətin, malların, ticarət şeylərin, Gəmiçilərin, sükançıların, Təmirçilərin, ticarət şəriklərin, Döyüşçülərin – içində olan bütün camaat Dənizin dərinliklərinə batacaq. 026 EZE 027 028 Sükançıların fəryadından Dənizin sahilləri titrəyəcək. 026 EZE 027 029 Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək, Gəmiçilərlə sükançıların hamısı Gəmilərindən düşüb quruda dayanacaq. 026 EZE 027 030 Uca səslə sənin üçün Acı-acı fəryad edəcəklər. Başlarına torpaq səpələyəcəklər, Küldə eşələnəcəklər. 026 EZE 027 031 Sənin üçün saçlarını ülgüclə qırxacaqlar, Çula bürünəcəklər. Sənin üçün acı-acı ağlayıb Yas tutacaqlar. 026 EZE 027 032 Yaslarında sənin üçün mərsiyə oxuyub Belə deyəcəklər: ‹Dənizin ortasında Sur şəhəri kimi susdurulan Bir şəhər varmı görəsən?› 026 EZE 027 033 Malların dənizin o tayına çatanda Çoxlu xalqı doydururdun. Böyük var-dövlətinlə, malınla Dünya padşahlarını sərvət sahibi edirdin. 026 EZE 027 034 İndi isə dənizdə, suların dərinliyində Xarabalığa çevrildiyin zaman Mal-dövlətin və bütün camaatın Səninlə birlikdə batdı. 026 EZE 027 035 Sahillərdə yaşayanların hamısı Başına gələnlərdən heyrətə düşdü. Onların padşahlarının tükləri biz-biz oldu, Bənizləri soldu. 026 EZE 027 036 Millətlərin arasındakı tacirlər Sənə görə fit çalacaq. Aqibətin dəhşətli oldu, Sən əbədi olaraq yox olacaqsan”». 026 EZE 028 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 028 002 «Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham, Dənizlərin qoynunda, Allahın taxtında otururam›. Ürəyində özünü Allah sandın, Ancaq sən Allah deyil, insansan. 026 EZE 028 003 Bax sən Danieldən daha müdriksən, Heç kəs öz sirrini səndən gizlədə bilməz. 026 EZE 028 004 Müdrikliyin və ağlınla özünə sərvət yığdın, Xəzinələrinə qızıl-gümüş topladın. 026 EZE 028 005 Ticarətdə çox bacarıqlı olduğun üçün Öz sərvətini artırdın. Var-dövlətin çoxalanda Özünə qürrələndin”. 026 EZE 028 006 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki ürəyində özünü Allah sandın, 026 EZE 028 007 Mən də yadelliləri, ən rəhmsiz millətləri Üstünə göndərəcəyəm. Onlar sənin müdrikliyinin gözəlliyinə Qılınc çəkib Əzəmətini murdarlayacaq. 026 EZE 028 008 Səni məzara endirəcəklər. Sən dənizlərin qoynunda Dəhşətli bir ölümlə məhv olacaqsan. 026 EZE 028 009 Səni öldürənlərə də ‹Mən Allaham› deyəcəksənmi? Səni öldürənlərin əlində Sən Allah deyil, insansan. 026 EZE 028 010 Yadellilərin əlində Sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 028 011 Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir: 026 EZE 028 012 “Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi. 026 EZE 028 013 Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı. 026 EZE 028 014 Sən məsh edilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin, Odlu daşlar arasında gəzirdin. 026 EZE 028 015 Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin. 026 EZE 028 016 Bol ticarətindən ötrü İçin zorakılıqla doldu, Sən günah etdin. Buna görə də səni murdar bir şey kimi Allahın dağından atdım, Odlu daşların arasından qovdum, Ey qoruyucu keruv! 026 EZE 028 017 Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım, Padşahların önündə tamaşaya çevirdim. 026 EZE 028 018 Çoxlu təqsir etdiyin üçün, Ticarətdə əliəyriliyinə görə Müqəddəs məkanlarını murdarladın. Mən içindən bir od çıxardım ki, Səni yandırıb məhv etsin. Bütün seyr edənlərin gözü önündə Səni torpaq üstündə külə çevirdim. 026 EZE 028 019 Xalqlar arasında səni tanıyanlar Fəlakətinə heyrət etdi. Aqibətin dəhşətli oldu, Artıq salamat qalmayacaqsan”». 026 EZE 028 020 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 028 021 «Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki, 026 EZE 028 022 Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən sənin əleyhinəyəm, Sənin içində izzət qazanacağam. Mən sakinlərini cəzalandırıb Onların arasında müqəddəs tutulanda Biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 028 023 Əhalinin içinə vəba, Küçələrinə qan göndərəcəyəm. Hər tərəfdən onların üstünə gələn qılıncla Vurulub həlak olacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 028 024 İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”. 026 EZE 028 025 Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq. 026 EZE 028 026 Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 029 001 Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil oldu: 026 EZE 029 002 «Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki, 026 EZE 029 003 Xudavənd Rəbb belə deyir: “Ey öz çayları içində yatan Böyük əjdaha Misir padşahı firon, Mən sənin əleyhinəyəm. Sən deyirsən: ‹Nil çayı mənimdir, Onu özüm üçün yaratdım›. 026 EZE 029 004 Sənin çənənə qarmaq keçirəcəyəm, Çaylarındakı balıqları Sənin pulcuqlarına yapışdıracağam. Pulcuqlarına yapışmış balıqlarla birgə Səni çaylarından çıxaracağam. 026 EZE 029 005 Səni də, çaylarındakı bütün balıqları da Səhraya atacağam. Çöllərə düşəcəksən, Yığılıb basdırılmayacaqsan. Səni yem kimi vəhşi heyvanlara, Göydəki quşlara verəcəyəm. 026 EZE 029 006 Onda Misirdə yaşayan hər kəs Biləcək ki, Rəbb Mənəm. Çünki sən İsrail xalqı üçün Qamışdan olan bir dəyənək oldun. 026 EZE 029 007 Səndən yapışdıqları zaman Qırılıb onların çiyinlərini yardın, Sənə söykəndikləri zaman Qopub onların bellərini burxutdun”. 026 EZE 029 008 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc gətirəcəyəm, insanı da, heyvanı da üzərindən silib məhv edəcəyəm. 026 EZE 029 009 Misir kimsəsiz qalacaq və xarabalığa çevriləcək. Onda biləcəklər ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən yaratdım›. 026 EZE 029 010 Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm. 026 EZE 029 011 İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq. 026 EZE 029 012 Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”. 026 EZE 029 013 Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam. 026 EZE 029 014 Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq. 026 EZE 029 015 Padşahlıqların ən gücsüzü olacaqlar, bir daha millətlərin üzərində ağalıq etməyəcəklər. Daha millətlərə hökmran olmasınlar deyə onların sayını azaldacağam. 026 EZE 029 016 Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki, Xudavənd Rəbb Mənəm”». 026 EZE 029 017 Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu: 026 EZE 029 018 «Ey bəşər oğlu, Babil padşahı Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu. 026 EZE 029 019 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun xeyri bu olacaq. 026 EZE 029 020 Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, çünki o da, ordusu da bu işi Mənim üçün etdi” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 029 021 “O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 030 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 030 002 «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin, 026 EZE 030 003 Çünki o gün yaxındır, Rəbbin günü yaxındır. O gün buludlu gündür, Millətlərin qiyamət günüdür. 026 EZE 030 004 Misirin üstünə qılınc gələcək, Kuş əzab çəkəcək. Misirdə adamlar həlak olanda Ölkənin sərvəti qarət olunacaq, O öz təməlindən dağılacaq. 026 EZE 030 005 Misirlə birlikdə Kuş, Put, Lud, Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları Qılıncdan keçiriləcək”. 026 EZE 030 006 Rəbb belə deyir: “Misirə arxa olanlar yıxılacaq, Onun qürurlandığı qüdrət çökəcək. Miqdoldan Asvana qədər ərazidə Qılıncdan keçiriləcəklər” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 030 007 “Misir xaraba qalmış ölkələr kimi Xaraba qalacaq. Şəhərləri viran olmuş Şəhərlər kimi viran olacaq. 026 EZE 030 008 Mən Misiri oda təslim edəndə, Ona kömək edənlər əziləndə Biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 030 009 O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!” 026 EZE 030 010 Xudavənd Rəbb belə deyir: “Babil padşahı Navuxodonosor vasitəsilə Misirin sərvətinə son qoyacağam. 026 EZE 030 011 O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək. Misirə qarşı qılınc çəkəcək, Ölkəni ölülərlə dolduracaq. 026 EZE 030 012 Çayları qurudub, Ölkəni pis adamlara satacağam. Ölkəni də, orada olan hər şeyi də Yadellilərin əli ilə viran edəcəyəm” Mən Rəbb bunu söylədim. 026 EZE 030 013 Xudavənd Rəbb belə deyir: “Bütləri məhv edəcəyəm, Nofdakı bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq, Ölkəni dəhşətə salacağam. 026 EZE 030 014 Patrosu xarabalığa çevirəcəyəm, Soanı oda verəcəyəm, No şəhərini cəzalandıracağam. 026 EZE 030 015 Qəzəbimi Misirin qalası olan Sin üzərinə tökəcəyəm, No şəhərinin çoxlu əhalisini yox edəcəyəm. 026 EZE 030 016 Misiri oda verəcəyəm, Sin ağrıdan qıvrılacaq, No şəhərinin divarı yarılacaq. Gündüz vaxtı Nofda Düşmənlər cövlan edəcək. 026 EZE 030 017 On şəhərinin və Pi-Besetin cavanları Qılıncdan keçiriləcək. Oradakı əhali sürgün olunacaq. 026 EZE 030 018 Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman Orada gündüz qaranlığa çevriləcək, Qürurlandığı qüdrət məhv olacaq. Şəhər buludlarla örtüləcək, Qızları sürgün olunacaq. 026 EZE 030 019 Beləcə Misiri cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 030 020 Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil oldu: 026 EZE 030 021 «Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin. 026 EZE 030 022 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu – sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam. 026 EZE 030 023 Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm. 026 EZE 030 024 Babil padşahının qoluna güc verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil padşahının önündə ağır yaralı kimi inildəyəcək. 026 EZE 030 025 Babil padşahının qoluna güc verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı Babil padşahının əlinə verəndə, o da bu qılıncı Misir ölkəsinə tuşlayanda biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 030 026 Misirliləri millətlər arasına yayacağam və ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 031 001 Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 031 002 «Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim səninlə müqayisə edilə bilər? 026 EZE 031 003 Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi, Meşəyə kölgə salan gözəl budaqları var idi, Çox uca idi, başı buludlara çatırdı. 026 EZE 031 004 Onu sular bəslədi, Dərin su qaynaqları böyütdü. Çayları əkildiyi yeri əhatə etdi, Arxları çöldəki bütün ağaclara çatırdı. 026 EZE 031 005 Buna görə də çöldəki bütün ağaclardan böyük oldu, Bol su içdiyi üçün qol-budaq atıb Şaxələri uzandı. 026 EZE 031 006 Bütün göy quşları onun budaqlarında yuva qurdu, Vəhşi heyvanlar şaxələri altında balaladı, Bütün böyük millətlər kölgəsində yaşadı. 026 EZE 031 007 Böyüklüyü və uzun budaqları ilə gözəl oldu, Çünki kökləri bol su içdi. 026 EZE 031 008 Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı, Şam ağacları boyda onun budaqlarına yetməzdi, Çinar ağacları onun şaxələri kimi deyildi, Allahın bağçasındakı ağaclardan heç biri Onun kimi gözəl deyildi. 026 EZE 031 009 Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim, Allahın bağçası olan Edendəki Bütün ağaclar ona qısqandı”. 026 EZE 031 010 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boyu ucalıb başı buludlara çatanda ucalığına görə ürəyi qürurlandı, 026 EZE 031 011 Mən də onu millətlərin başçısına təslim etdim. O da onunla pisliyinə görə rəftar edəcək. Mən onu qovdum və 026 EZE 031 012 yadelli millətlərin ən rəhmsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi. 026 EZE 031 013 Göydəki bütün quşlar onun yıxılmış gövdəsi üstünə qondu, bütün vəhşi heyvanlar şaxələri arasında yaşadı. 026 EZE 031 014 Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin dərinliklərinə təslim edildi”. 026 EZE 031 015 Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum. 026 EZE 031 016 Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı. 026 EZE 031 017 Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi. 026 EZE 031 018 Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 032 001 Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 032 002 «Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə: “Millətlər içində özünü cavan bir aslana bənzətdin, Amma sən bir dəniz əjdahası kimisən. Çayları qarışdırırsan, Ayaqlarınla suları çalxalayıb Çayları bulandırırsan”. 026 EZE 032 003 Xudavənd Rəbb belə deyir: “Çoxlu xalqdan ibarət bir qoşun göndərib Torumu üstünə atacağam. Onlar səni torumla dartıb çıxaracaq. 026 EZE 032 004 Səni quruya çıxaracağam, Çölün üzünə atacağam, Göydəki quşları üstünə qonduracağam. Yer üzünün vəhşi heyvanlarını Səninlə doyduracağam. 026 EZE 032 005 Bədənini dağların üstünə sərəcəyəm, Dərələri leşinlə dolduracağam. 026 EZE 032 006 Ölkəni dağlara qədər axan qanınla sulayacağam, Vadilər meyitinlə dolacaq. 026 EZE 032 007 Səni məhv etdiyim zaman Göyləri bağlayacağam, Ulduzları qaraldacağam, Günəşi buludla örtəcəyəm, Ay işığını verməyəcək. 026 EZE 032 008 Sənin üzərində nur saçan Bütün səma cisimlərini qaraldacağam, Ölkəni qaranlığa qərq edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 032 009 “Sənin məhv olmaq xəbərini, Millətlərin arasına, Tanımadığın ölkələrə çatdırdığım zaman Bir çox xalqların ürəyini kədərləndirəcəyəm. 026 EZE 032 010 Sənin başına gələnlərlə Bir çox xalqı heyrətə salacağam. Onların önündə qılıncımı yellədiyim zaman Sənə görə padşahlarının tükləri biz-biz olacaq. Yıxıldığın gün Onların hamısı öz canları üçün Durmadan qorxu içində titrəyəcək”. 026 EZE 032 011 Xudavənd Rəbb belə deyir: “Babil padşahının qılıncı sənin üstünə gələcək. 026 EZE 032 012 İzin verəcəyəm ki, millətlərin rəhmsiz igidləri Sənin xalqını qılıncdan keçirsin. Onlar Misirin qürurunu qıracaqlar, Bütün ordusunu məhv edəcəklər. 026 EZE 032 013 Bol suların yanında otlayan Bütün mal-qaranı yox edəcəyəm. Bundan sonra insan ayağı da, heyvan ayağı da Suları qarışdırıb bulandırmayacaq. 026 EZE 032 014 O zaman onların sularını duruldacağam, Çaylarını yağ kimi axıdacağam” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 032 015 “Misiri xarabalığa çevirəndə, Ölkəni hər şeydən məhrum edəndə, Orada yaşayan hər kəsi məhv edəndə Biləcəklər ki, Rəbb Mənəm”. 026 EZE 032 016 Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 032 017 Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə Rəbbin sözü nazil oldu: 026 EZE 032 018 «Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını qəbirə enənlərlə birgə yerin dərinliklərinə endir. 026 EZE 032 019 Onlara söylə: “Məgər sən başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan”. 026 EZE 032 020 Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy Misir bütün camaatı ilə birgə sürüklənsin. 026 EZE 032 021 Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. 026 EZE 032 022 Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür. 026 EZE 032 023 Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür. 026 EZE 032 024 Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular. 026 EZE 032 025 Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafındadır. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub öldürülənlərin arasına qoyuldular. 026 EZE 032 026 Meşek, Tuval oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar. 026 EZE 032 027 Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar. 026 EZE 032 028 Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında uzanacaqsan. 026 EZE 032 029 Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin yanına uzanırlar. 026 EZE 032 030 Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına uzandılar. 026 EZE 032 031 “Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 032 032 “Dirilər arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 033 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 033 002 «Ey bəşər oğlu, xalqına mənsub olanlara belə söylə: “Deyək ki Mən bir ölkənin üstünə qılınc göndərəndə həmin ölkə xalqı arasından bir nəfəri seçib özü üçün gözətçi qoyur. 026 EZE 033 003 Bu gözətçi də ölkənin üstünə qılıncın gəldiyini görəndə şeypur çalıb xalqa xəbərdarlıq edir. 026 EZE 033 004 O zaman kim şeypur səsini eşidib xəbərdarlığa diqqət etməsə və qılınc gəlib onu öldürsə, ölümünün məsuliyyətini özü daşıyır. 026 EZE 033 005 O, şeypur səsini eşitmiş, ancaq xəbərdarlığa diqqət etməmişdir, buna görə də ölümünün məsuliyyətini özü daşıyır. Amma xəbərdarlığa diqqət etsəydi, canını xilas edərdi. 026 EZE 033 006 Lakin gözətçi gələn qılıncı görüb şeypur çalmırsa, xalqa xəbərdarlıq edilmirsə və qılınc da gəlib onlardan birini həlak edirsə, o adam öz təqsirinə görə öldürülmüşdür, ancaq ölümünün məsuliyyətini gözətçinin üzərinə qoyaram. 026 EZE 033 007 Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən. 026 EZE 033 008 Pis adama Mən ‹ey pis adam, mütləq öləcəksən› deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. 026 EZE 033 009 Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan”. 026 EZE 033 010 Sən ey bəşər oğlu, İsrail evinə belə söylə: “Siz deyirsiniz ki, üsyanlarımız və günahlarımız bizi üzür və biz onların içində əriyib yox oluruq. Belə halda necə yaşaya bilərik?” 026 EZE 033 011 Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?” 026 EZE 033 012 Sən ey bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi halda salehin salehliyi onu xilas etməz. Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam günah etdiyi halda öz salehliyi ilə yaşaya bilməz. 026 EZE 033 013 Saleh adama ‹əlbəttə, yaşayacaqsan› dediyim zaman o öz salehliyinə güvənib pislik edərsə, saleh işlərindən heç biri yada salınmayacaq və etdiyi pisliyə görə öləcək. 026 EZE 033 014 Pis adama ‹əlbəttə, öləcəksən› dediyim zaman günahından dönüb ədalətli və saleh işlər görərsə – 026 EZE 033 015 girovunu geri verərsə, soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar edərsə, əlbəttə, ölməyib yaşayacaq. 026 EZE 033 016 Bu adamın etdiyi günahlardan heç biri onun əleyhinə yada salınmayacaq. Ədalətli və saleh əməl etdiyi üçün, əlbəttə, yaşayacaq”. 026 EZE 033 017 Ancaq sənin xalqına mənsub olanlar deyir: “Rəbbin yolu düz deyil”. Halbuki onların öz yolları düz deyil. 026 EZE 033 018 Saleh adam öz salehliyindən dönüb pislik edərsə, bundan ötrü öləcək. 026 EZE 033 019 Pis adam öz pisliyindən dönüb ədalətli və saleh əməl etsə, bu əməllərlə yaşayacaq. 026 EZE 033 020 Ancaq siz deyirsiniz: “Rəbbin yolu düz deyil”. Sizin hər birinizi öz əməlinə görə mühakimə edəcəyəm, ey İsrail nəsli!» 026 EZE 033 021 Sürgünlüyümüzün on birinci ilində, onuncu ayın beşinci günü Yerusəlimdən qaçıb qurtulmuş bir nəfər gəlib mənə dedi: «Şəhər zəbt edildi». 026 EZE 033 022 O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim. 026 EZE 033 023 Onda mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 033 024 «Ey bəşər oğlu, İsrailin xaraba qalmış şəhərlərində yaşayanlar belə söyləyir: “İbrahim yalqız olduğu halda ölkəni mülk aldı. Biz isə çoxuq, ona görə də ölkə mülk olaraq bizə verilmişdir”. 026 EZE 033 025 Bu sözlərdən ötrü onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi? 026 EZE 033 026 Qılıncınıza arxalanırsınız, iyrənc işlər görürsünüz, hər kəs öz qonşusunun arvadını murdar edir. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?” 026 EZE 033 027 Onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, xaraba qalan şəhərlərdə yaşayanlar hökmən qılıncla həlak olacaq. Çöldə qalanları yem olsunlar deyə vəhşi heyvanlara verəcəyəm. Qalalarda və mağaralarda olanlar vəbadan öləcək. 026 EZE 033 028 Ölkəni xaraba və sakinsiz qoyacağam. Qürurlandıqları qüdrət heç olacaq. İsrail dağları sakinsiz qalacaq, oradan kimsə keçməyəcək. 026 EZE 033 029 Etdikləri bütün iyrənc işlərdən ötrü ölkəni xaraba və sakinsiz qoyduğum zaman biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 033 030 Sənə gəlincə, ey bəşər oğlu, xalqına mənsub olanlar divarların dibində, evlərin qapısı qarşısında sənin barəndə danışır. Bir-birlərinə deyirlər: ‹Gəl gedək, Rəbb tərəfindən nazil olan sözə qulaq asaq›. 026 EZE 033 031 Xalq hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir. 026 EZE 033 032 Sən onlar üçün gözəl səslə sevgi nəğmələri oxuyan yaxşı bir çalğıçı kimisən. Sözlərinə qulaq asır, ancaq dediklərini etmirlər. 026 EZE 033 033 Lakin bütün bunlar doğru çıxanda – mütləq doğru çıxacaq – aralarında bir peyğəmbər olduğunu başa düşəcəklər”». 026 EZE 034 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 034 002 «Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi? 026 EZE 034 003 Yağdan yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına qalmırsınız. 026 EZE 034 004 Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz. 026 EZE 034 005 Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu. 026 EZE 034 006 Mənim sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”. 026 EZE 034 007 Buna görə də, ey çobanlar, Rəbbin sözünə qulaq asın. 026 EZE 034 008 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun, indi ki çoban olmadığı üçün sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi – 026 EZE 034 009 bütün bunlara görə, ey çobanlar, Rəbbin sözünə qulaq asın. 026 EZE 034 010 Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”. 026 EZE 034 011 Çünki Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam. 026 EZE 034 012 Dağılışmış qoyunlarının arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam. 026 EZE 034 013 Onları xalqların arasından çıxaracağam, ölkələrdən toplayıb öz torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, ölkənin bütün məskuni yerlərində onları otaracağam. 026 EZE 034 014 Onları gözəl bir otlaqda otaracağam. Yaylaqları İsrailin uca dağları üzərində olacaq. Orada gözəl bir yaylaqda yatacaqlar. İsrail dağları üzərində olan sıx otlaqda otlayacaqlar. 026 EZE 034 015 Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 034 016 “İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”. 026 EZE 034 017 Siz ey Mənim sürüm, Xudavənd Rəbb belə deyir: “Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında Mən hökm edəcəyəm. 026 EZE 034 018 Gözəl otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da ayaqlarınız altında tapdalayırsınız? Duru su içməyiniz sizə az idi ki, artığını da ayaqlarınızla bulandırırsınız? 026 EZE 034 019 Mənim qoyunlarım isə sizin ayaqlarınızla tapdaladıqlarınızı yeyir, ayaqlarınızla bulandırdıqlarınızı içir”. 026 EZE 034 020 Buna görə də Xudavənd Rəbb onlara belə deyir: “Mən bəslənmiş qoyunla zəif qoyun arasında hökm edəcəyəm. 026 EZE 034 021 Siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla vurursunuz. 026 EZE 034 022 Buna görə də Mən sürümü xilas edəcəyəm. Onlar daha qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm. 026 EZE 034 023 Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq. 026 EZE 034 024 Mən Rəbb onların Allahı olacağam, qulum Davud da onların içində rəhbər olacaq” Mən Rəbb bunu söylədim. 026 EZE 034 025 “Onlarla bir sülh əhdi bağlayacağam, ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın. 026 EZE 034 026 Onların özlərinə də, təpəmin ətrafındakı yerlərə də bərəkət verəcəyəm. Yağışı vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq. 026 EZE 034 027 Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək. Xalq öz torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini qırıb onları qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 034 028 Artıq millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları yeməyəcəklər. Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq. 026 EZE 034 029 Onlar üçün şöhrətli bir şitillik yetişdirəcəyəm. Daha ölkədə aclıqdan tələf olmayacaq, millətlərin təhqirlərinə məruz qalmayacaqlar. 026 EZE 034 030 Onda biləcəklər ki, Mən – özlərinin Allahı Rəbb onlarlayam, onlar – İsrail nəsli də Mənim xalqımdır” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 034 031 “Mənim qoyunlarım, otlağımın qoyunları siz insanlarsınız, Mən də sizin Allahınızam” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 035 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 035 002 «Ey bəşər oğlu, üzünü Seir dağına çevir və onun əleyhinə peyğəmbərlik edib 026 EZE 035 003 söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Seir dağı, Mən sənin əleyhinəyəm. Mən əlimi sənə qarşı uzadacaq, Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm. 026 EZE 035 004 Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm. 026 EZE 035 005 Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”. 026 EZE 035 006 Buna görə də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək. 026 EZE 035 007 Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm. 026 EZE 035 008 Dağlarını ölülərlə dolduracağam, qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq. 026 EZE 035 009 Səni əbədi olaraq xarabalığa çevirəcəyəm, Şəhərlərində heç kəs yaşamayacaq. Onda biləcəksən ki, Rəbb Mənəm. 026 EZE 035 010 Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq, onları özümə mülk edəcəyəm›”. 026 EZE 035 011 Buna görə də Xudavənd Rəbb belə bəyan edir: “Varlığıma and olsun ki, xalqıma kin bəslədiyinə görə onlarla necə qəzəb və qısqanclıqla rəftar etdinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Səni mühakimə etdiyim zaman onlara da Özümü göstərəcəyəm. 026 EZE 035 012 O zaman biləcəksən ki, Mən Rəbb İsrail dağlarına qarşı söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə demişdin: ‹Yerlə yeksan oldular, yeyilmək üçün bizə verildilər›. 026 EZE 035 013 Ağzınızla Mənə qarşı qürurla danışdınız, Mənim əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də bunları eşitdim”. 026 EZE 035 014 Xudavənd Rəbb belə deyir: “Bütün yer üzü sevindiyi halda Mən səni viran edəcəyəm. 026 EZE 035 015 İsrail xalqının irsi yerlə yeksan olanda sən necə sevindinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Ey Seir dağı, viran olacaqsan, bütün Edom da viran olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”. 026 EZE 036 001 Sən ey bəşər oğlu, İsrail dağları üçün peyğəmbərlik edib söylə ki, ey İsrail dağları, Rəbbin sözünü eşidin. 026 EZE 036 002 Xudavənd Rəbb belə deyir: “Düşmən sizin barənizdə ‹nə yaxşı, bu qədim təpələr bizim mülkümüz oldu› dedi”. 026 EZE 036 003 Buna görə də peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb tapdaladılar, başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz və xalqın dedi-qodusuna çevrildiniz”. 026 EZE 036 004 Bütün bunlara görə, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü eşidin. Xudavənd Rəbb dağlara, təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və kinayə hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir. 026 EZE 036 005 Buna görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”. 026 EZE 036 006 Buna görə də İsrail ölkəsi üçün peyğəmbərlik edib dağlara, təpələrə, vadilərə və dərələrə söylə ki, Xudavənd Rəbb belə deyir: “Millətlərin təhqirinə hədəf olduğunuz üçün qısqanc qəzəbimlə danışdım”. 026 EZE 036 007 Buna görə də Xudavənd Rəbb belə deyir: “And içirəm ki, ətrafınızdakı millətlər də mütləq təhqir olunacaq. 026 EZE 036 008 Ey İsrail dağları, siz qol-budaq atacaq, xalqım İsrail üçün meyvə verəcəksiniz, ona görə ki xalqım İsrail tezliklə öz yurduna qayıdacaq. 026 EZE 036 009 Çünki Mən sizin tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız şumlanıb əkiləcək. 026 EZE 036 010 Ölkənizdə adamların sayını, bəli, bütün İsrail nəslinin sayını çoxaldacağam. Şəhərlər məskunlaşacaq, xarabalıqlar abad ediləcək. 026 EZE 036 011 Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 036 012 Ölkənizdə xalqım İsraildən olan insanları gəzdirəcəyəm və onlar sizə sahib olacaq. Siz də onların irsi olacaqsınız. Onları bir daha övladlarından məhrum etməyəcəksiniz”. 026 EZE 036 013 Xudavənd Rəbb belə deyir: “Ey ölkə, insanlar sənə adam yeyən, millətini övladdan məhrum edən bir ölkə deyir. 026 EZE 036 014 Ancaq bundan sonra sən daha adam yeməyəcək, millətini övladdan məhrum etməyəcəksən” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 036 015 “Artıq Mən millətlərin təhqirlərini eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar olmayacaqsan. Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 036 016 Mənə Rəbbin sözü nazil oldu: 026 EZE 036 017 «Ey bəşər oğlu, İsrail nəsli öz torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri Mənim önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi. 026 EZE 036 018 Mən də qəzəbimi onların üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər. 026 EZE 036 019 Onları millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə görə mühakimə etdim. 026 EZE 036 020 Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda ölkəsindən çıxmağa məcbur oldu”. 026 EZE 036 021 İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim. 026 EZE 036 022 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm. 026 EZE 036 023 Millətlər arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 036 024 “Çünki sizi millətlərin arasından götürəcək, bütün ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm. 026 EZE 036 025 Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. 026 EZE 036 026 Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. 026 EZE 036 027 Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz. 026 EZE 036 028 O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam. 026 EZE 036 029 Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm. Buğdaya əmr edib onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm. 026 EZE 036 030 Bir daha millətlər içində aclıq rüsvayçılığını çəkməyəsiniz deyə ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam. 026 EZE 036 031 O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz. 026 EZE 036 032 Bilin ki, bunu sizin naminizə etmirəm” Xudavənd Rəbb belə bəyan edir, “adətlərinizdən utanıb xəcalət çəkin, ey İsrail nəsli!” 026 EZE 036 033 Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm. 026 EZE 036 034 Boş qalmış ölkə şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o bir viranə idi. 026 EZE 036 035 Onda deyəcəklər: ‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin istehkamları tikildi, onların içində adamlar yaşayır›. 026 EZE 036 036 Onda ətrafınızda qalan millətlər biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən abad etdim. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”. 026 EZE 036 037 Xudavənd Rəbb belə deyir: “Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi çoxaldacağam. 026 EZE 036 038 Bayram günlərində Yerusəlimdə qurbanlıq heyvan sürüləri necə çox olursa, viran edilmiş şəhərlər də eləcə insan sürüləri ilə dolu olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”». 026 EZE 037 001 Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb vadinin ortasına qoydu. Vadi sümüklərlə dolu idi. 026 EZE 037 002 O məni onların üstündə gəzdirib hər tərəfə apardı. Gördüm ki, vadinin üstündə saysız-hesabsız sümük var. Onlar bərk qurumuşdu. 026 EZE 037 003 Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər dirilə bilərmi?» Mən cavab verdim: «Ey Xudavənd Rəbb, bunu Sən bilirsən». 026 EZE 037 004 O mənə dedi: «Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, Rəbbin sözünü eşidin. 026 EZE 037 005 Xudavənd Rəbb bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. 026 EZE 037 006 Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”». 026 EZE 037 007 Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən peyğəmbərlik edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, sümük sümüyə bitişdi. 026 EZE 037 008 Mən baxıb gördüm ki, onların üstünə vətərlər gəldi, ət bitdi, bunları isə dəri örtdü. Ancaq onlarda nəfəs yox idi. 026 EZE 037 009 Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”». 026 EZE 037 010 Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı. 026 EZE 037 011 Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər bütün İsrail nəslinin rəmzidir. Onlar belə deyir: “Sümüklərimiz qurudu, ümidimiz yox oldu, işimiz bitdi”. 026 EZE 037 012 Buna görə də peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm. 026 EZE 037 013 Ey xalqım, Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm. 026 EZE 037 014 Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir». 026 EZE 037 015 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 037 016 «Sən ey bəşər oğlu, əlinə bir əsa götür və onun üstünə “Yəhuda və müttəfiqləri olan İsrail övladları” sözlərini yaz. Sonra başqa bir əsa götür və onun üstünə “Yusif və müttəfiqləri olan bütün İsrail nəsli” sözlərini yaz. Bu, Efrayimin əsasıdır. 026 EZE 037 017 Bu əsaları bir-birinin üstünə qoyaraq öz əlində birləşdir. Elə et ki, əlində bir əsa olsun. 026 EZE 037 018 Əgər sənin xalqına mənsub olanlar “Etdiklərinin mənası nədir, bizə bildirməzsən?” deyə soruşsa, 026 EZE 037 019 onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Efrayimin əlindəki əsanı – Yusif və onun müttəfiqləri olan İsrail qəbilələrinin əsasını götürərək Yəhudanın əsası ilə birləşdirib bir əsa edəcəyəm. Onlar əlimdə bir olacaq. 026 EZE 037 020 Üstünə yazı yazdığın əsaları onların görə biləcəyi şəkildə əlində tut. 026 EZE 037 021 Sonra onlara söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam. 026 EZE 037 022 Onları ölkədə, İsrail dağları üzərində vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı olacaq. Daha iki ayrı millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər. 026 EZE 037 023 Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam. 026 EZE 037 024 Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid çoban olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək. 026 EZE 037 025 Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq. 026 EZE 037 026 Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam. 026 EZE 037 027 Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq. 026 EZE 037 028 Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”». 026 EZE 038 001 Mənə Rəbbin bu sözü nazil oldu: 026 EZE 038 002 «Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki, 026 EZE 038 003 Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. 026 EZE 038 004 Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam. 026 EZE 038 005 Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları, 026 EZE 038 006 Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan Toqarma nəslini və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub çıxaracağam. 026 EZE 038 007 Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. Onları sən qoruyacaqsan. 026 EZE 038 008 Uzun müddət sonra döyüşə çağırılacaqsan. Gələcək illərdə qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. O ölkənin sakinləri çoxlu xalq içindən İsrail dağlarına toplanmışdı. Bu dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar arasından geri qaytarılacaq və hamısı asayiş içində yaşayacaq. 026 EZE 038 009 Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”. 026 EZE 038 010 Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək, pis niyyətlər qurub 026 EZE 038 011 deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur. 026 EZE 038 012 Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan. 026 EZE 038 013 Səba, Dedan, Tarşiş tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?›” 026 EZE 038 014 Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki, Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda bunu dərk etməyəcəksinizmi? 026 EZE 038 015 Sən və özünlə birgə bir çox xalqlardan olan və hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu öz yerindən – uzaq şimaldan gələcəksən. 026 EZE 038 016 Ölkəni bürüyən bir bulud kimi xalqım İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni öz ölkəmin üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə göstərdiyim zaman millətlər məni tanıya bilsin”. 026 EZE 038 017 Xudavənd Rəbb belə deyir: “Məgər sən qədim zamanlarda İsrail peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam deyilsən? Bu peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə peyğəmbərlik etdi. 026 EZE 038 018 O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb. 026 EZE 038 019 “Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail torpağında böyük bir zəlzələ olacaq. 026 EZE 038 020 Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq. 026 EZE 038 021 Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək. 026 EZE 038 022 Üstünə vəba gətirib qanını tökərək onu cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın üstünə leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam. 026 EZE 038 023 Beləcə əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”. 026 EZE 039 001 Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. 026 EZE 039 002 Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm. 026 EZE 039 003 Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam. 026 EZE 039 004 Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm. 026 EZE 039 005 Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 039 006 Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm. 026 EZE 039 007 Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam. 026 EZE 039 008 Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür. 026 EZE 039 009 Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar. 026 EZE 039 010 Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 039 011 “O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək. 026 EZE 039 012 Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq. 026 EZE 039 013 Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 039 014 “Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar. 026 EZE 039 015 Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq. 026 EZE 039 016 Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”. 026 EZE 039 017 Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz. 026 EZE 039 018 Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz. 026 EZE 039 019 Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz. 026 EZE 039 020 Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 039 021 “İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək. 026 EZE 039 022 Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm. 026 EZE 039 023 Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu. 026 EZE 039 024 Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”. 026 EZE 039 025 Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam. 026 EZE 039 026 Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar. 026 EZE 039 027 Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam. 026 EZE 039 028 Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm. 026 EZE 039 029 Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 040 001 Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı. 026 EZE 040 002 Görüntüdə Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın cənubunda şəhərə bənzər tikililər var idi. 026 EZE 040 003 Allah məni oraya apardı. Mən orada görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir kətan ip və ölçmək üçün bir qamış var idi. O, darvazada durmuşdu. 026 EZE 040 004 O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir». 026 EZE 040 005 Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca bir ovuc uzunluq əlavə edilmişdi. O adam divarı ölçdü: qalınlığı bir qamış, hündürlüyü bir qamış idi. 026 EZE 040 006 Sonra şərqə tərəf olan darvazaya tərəf getdi və onun pilləkənləri ilə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü: eni bir qamış idi. Bir kandarın eni bir qamış idi. 026 EZE 040 007 Keşikçi otaqlarının hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış uzunluğunda idi. 026 EZE 040 008 Sonra o, darvaza eyvanını ölçdü: 026 EZE 040 009 eni səkkiz qulac idi. Yan taxtaların qalınlığı iki qulac idi. Darvaza eyvanı məbədə baxırdı. 026 EZE 040 010 Şərq darvazasının hər iki yanında üç-üç keşikçi otağı var idi. Üçünün də ölçüsü bir idi. Hər iki tərəfdə olan bölmə divarlarının da ölçüsü bir idi. 026 EZE 040 011 O, darvazanın astanasının enini ölçdü: on qulac idi. Darvazanın uzunluğu isə on üç qulac idi. 026 EZE 040 012 Hər iki tərəfdə olan keşikçi otaqlarının qarşısında bir qulac yüksəkliyində bir-bir arakəsmə var idi. Hər iki tərəfdə keşikçi otaqları dördbucaqlı idi. Kənarları hər tərəfdən altı qulac idi. 026 EZE 040 013 Sonra o, darvazanın enini – girişləri bir-birinin qarşısında olan keşikçi otaqlarının arxa divarlarının arasını ölçdü: iyirmi beş qulac idi. 026 EZE 040 014 Sütunları ölçdü: altmış qulac idi. Darvazanın ətrafındakı həyət sütunlara qədər uzanırdı. 026 EZE 040 015 Darvazanın astanasından eyvanın sonuna qədər məsafə əlli qulac idi. 026 EZE 040 016 Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi. 026 EZE 040 017 O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə alan otaqlar və daş yol var idi. Daş yol boyunca otuz otaq var idi. 026 EZE 040 018 Darvazaların hər iki tərəfindəki daş yolun eni qapıların uzunluğu qədər idi. Bu, aşağı daş yol idi. 026 EZE 040 019 O adam həyətin enini aşağı darvazadan içəri həyətin darvazasına qədər ölçdü: şərqdə və şimalda olan məsafə yüz qulac idi. 026 EZE 040 020 O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və enini ölçdü. 026 EZE 040 021 Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 026 EZE 040 022 Pəncərələrin, eyvanın və xurma ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi. Oraya yeddi pillə ilə çıxırdılar, bunların qarşısında eyvan var idi. 026 EZE 040 023 Şərq darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət darvazası var idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz qulac idi. 026 EZE 040 024 O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza gördüm. O, darvazanın yan taxtalarını və eyvanı ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi. 026 EZE 040 025 O birilərində olduğu kimi bu darvaza ilə eyvanın hər tərəfində də pəncərələr var idi. Eyvanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 026 EZE 040 026 Oraya yeddi pilləkənlə çıxırdılar. Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi. 026 EZE 040 027 İçəri həyətin cənuba baxan bir darvazası var idi. O adam bu içəri darvazadan cənuba baxan darvazaya qədər olan məsafəni ölçdü: yüz qulac idi. 026 EZE 040 028 O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub darvazasını ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi. 026 EZE 040 029 Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanın ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 026 EZE 040 030 Hər tərəfdə uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi. 026 EZE 040 031 Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pillə ilə çıxırdılar. 026 EZE 040 032 O adam məni şərqdəki içəri həyətə apardı. Oradakı darvazanı ölçdü. Ölçüsü o birilərinin ölçüsünə bərabər idi. 026 EZE 040 033 Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 026 EZE 040 034 Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar. 026 EZE 040 035 Sonra o adam məni şimal darvazasının yanına apardı. O, qapını ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi. 026 EZE 040 036 Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 026 EZE 040 037 Yan taxtaları bayır həyətə baxırdı. Darvazanın yan taxtaları hər iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar. 026 EZE 040 038 İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu. 026 EZE 040 039 Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi. Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar bu masaların üstündə kəsilirdi. 026 EZE 040 040 Eyvanın bayır divarının yanında, şimal darvazasının pilləkənlərinin hər iki tərəfində iki sıra qoşa masa da var idi. 026 EZE 040 041 Beləcə qurbanlıq heyvanları kəsmək üçün darvazanın hər iki tərəfində dörd-dörd olmaqla səkkiz masa var idi. 026 EZE 040 042 Yandırma qurbanları üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın uzunluğu və eni bir yarım qulac, hündürlüyü bir qulac idi. Yandırma qurbanlarının və başqa qurbanların kəsilməsində istifadə olunan alətləri bunların üstünə qoyurdular. 026 EZE 040 043 Otağın divarlarına qarmaqlar asılmışdı: hər biri bir ovuc uzunluğunda idi. Masalar təqdim edilən heyvanın əti üçün nəzərdə tutulmuşdu. 026 EZE 040 044 İçəri darvazanın bayır hissəsində, içəri həyətdə ilahiçilər üçün otaqlar var idi. Bunlardan biri şimal darvazasının yanında idi və cənuba baxırdı, o biri cənub darvazasının yanında idi və şimala baxırdı. 026 EZE 040 045 O adam mənə dedi: «Cənuba baxan otaq məbəd üçün cavabdeh olan kahinlərə məxsusdur. 026 EZE 040 046 Şimala baxan otaq isə qurbangah üçün cavabdeh olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə xidmət etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır». 026 EZE 040 047 O adam həyəti ölçdü: həyət dördbucaqlı olub uzunluğu yüz qulac, eni də yüz qulac idi. Məbədin önündə qurbangah var idi. 026 EZE 040 048 Sonra o adam məni məbədin eyvanına aparıb eyvanın qapısının yan taxtalarını ölçdü. Darvazanın hər iki tərəfindəki sütunların eni beş qulac idi. Darvazanın hər iki tərəfinin eni isə üç qulac idi. 026 EZE 040 049 Eyvanın uzunluğu iyirmi qulac, eni on iki qulac idi. Oraya pilləkənlə çıxırdılar. Darvazanın yan taxtalarının yanında iki sütun var idi: biri bu tərəfində, digəri isə o tərəfində idi. 026 EZE 041 001 Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı darvazanın yan taxtalarını ölçdü: yan taxtaların eni hər tərəfdən altı qulac idi. 026 EZE 041 002 Girişinin eni on qulac, ona hər iki tərəfdən bitişən hər divarının eni isə beş qulac idi. O adam məbədin əsas hissəsini də ölçdü: uzunluğu qırx, eni iyirmi qulac idi. 026 EZE 041 003 Sonra o, iç otağa girib girişin yan taxtalarını ölçdü: hər birinin eni iki qulac idi. Girişin eni altı qulac, ona hər iki tərəfdən bitişən divarların eni yeddi qulac idi. 026 EZE 041 004 O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü: həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs yerdir» dedi. 026 EZE 041 005 Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin ətrafındakı yan otaqlardan hər birinin eni dörd qulac idi. 026 EZE 041 006 Bu yan otaqlar üç mərtəbə idi, hər mərtəbədə otuz otaq var idi. Məbədin divarları boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki, dayaqlar məbəd divarlarına girməsin. 026 EZE 041 007 Məbədin ətrafındakı yan otaqlar yuxarı mərtəbəyə tərəf çıxdıqca genişlənirdi. Məbədin ətrafındakı tikilinin yuxarıya qalxan bir pilləkəni var idi. Yuxarıya doğru çıxdıqca yan otaqlar genişlənirdi. Pilləkənlə aşağı mərtəbədən orta mərtəbəyə, oradan da üst mərtəbəyə çıxırdılar. 026 EZE 041 008 Məbədin ətrafında yan otaqların bünövrəsini təşkil edən uca bir döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi. 026 EZE 041 009 Yan otaqların bayır divarının qalınlığı beş qulac idi. Məbədin yan otaqları ilə kahin otaqları arasında açıq bir sahə var idi. 026 EZE 041 010 Məbədin ətrafı boyunca uzanan sahənin eni iyirmi qulac idi. 026 EZE 041 011 Yan otaqların girişləri açıq sahəyə baxırdı: biri şimalda, o biri isə cənubda idi. Açıq sahəyə bitişən bünövrənin eni hər tərəfdən beş qulac idi. 026 EZE 041 012 Məbədin qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş qulac idi. Divarının qalınlığı hər tərəfdən beş qulac, uzunluğu doxsan qulac idi. 026 EZE 041 013 Sonra o adam məbədi ölçdü: uzunluğu yüz qulac idi. Açıq sahə, tikili və onun divarları yüz qulac uzunluğunda idi. 026 EZE 041 014 Şərqdəki məbədin açıq sahəsinin eni məbədin ön tərəfi ilə birgə yüz qulac idi. 026 EZE 041 015 O adam məbədin arxasındakı açıq sahəyə baxan tikilinin və hər iki tərəfindəki dəhlizlərin uzunluğunu ölçdü: yüz qulac idi. Məbədin əsas hissəsi, iç otaq, həyətə baxan eyvan, 026 EZE 041 016 darvaza astanaları, qəfəsli pəncərələr, astananın qarşısında üç mərtəbəni əhatə edən dəhlizlər döşəmədən pəncərələrə qədər ağacla örtülmüşdü. Pəncərələr açılıb-bağlanırdı. 026 EZE 041 017 Girişin üstü, iç otaq, onun bayırı, bütün içəri və bayır divarlar nizamlı aralıqlarla, 026 EZE 041 018 keruv və xurma ağacı oyma təsvirləri ilə düzəldilmişdi. İki keruv arasında bir xurma ağacı təsviri var idi. Hər keruvun iki üzü var idi: 026 EZE 041 019 bir yandan xurma ağacına baxan insan üzü, o biri yandan xurma ağacına baxan şir üzü. Məbəd başdan-başa bu oyma təsvirləri ilə bəzənmişdi. 026 EZE 041 020 Döşəmədən girişin üstündəki hissəyə qədər məbədin əsas hissəsinin divarları keruv və xurma ağaclarının oyma təsvirləri ilə düzəldilmişdi. 026 EZE 041 021 Əsas hissənin qapısının yan taxtaları dördbucaqlı şəklində idi. Ən Müqəddəs yerin önündəki qapının yan taxtaları da bunlara bənzəyirdi. 026 EZE 041 022 Orada üç qulac hündürlüyündə, iki qulac uzunluğunda, iki qulac enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri, altlığı və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa budur» dedi. 026 EZE 041 023 Əsas hissənin və Ən Müqəddəs yerin cüt qanadlı qoşa qapısı var idi. 026 EZE 041 024 Hər qapının iki tərəfə iki qanadı var idi: bir qapı üçün iki qanad, o biri qapı üçün iki qanad. 026 EZE 041 025 Divarlar üzərində olduğu kimi əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma təsvirləri düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan var idi. 026 EZE 041 026 Eyvanın yan divarlarındakı qəfəsli pəncərələrin hər iki tərəfi xurma ağaclarının oyma təsvirləri ilə örtülmüşdü. Məbədin yan otaqları ilə asma tavanları da bu cür idi. 026 EZE 042 001 O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə baxan otaqlara apardı. 026 EZE 042 002 Qapısı şimala baxan bu tikilinin uzunluğu yüz, eni əlli qulac idi. 026 EZE 042 003 İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi. 026 EZE 042 004 Otaqların qabağında eni on qulac, uzunluğu isə yüz qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı. 026 EZE 042 005 Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu. 026 EZE 042 006 Həyətlərdə sütunlar olduğu halda üçmərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki otaqlar alt və orta mərtəbədəki otaqlardan daha dar idi. 026 EZE 042 007 Otaqların qabağında, otaqlarla və bayır həyətlə yanaşı bir bayır divar var idi: əlli qulac uzunluğunda idi. 026 EZE 042 008 Çünki bayır həyətin yanındakı yanbayan otaqların uzunluğu əlli qulac idi. Məbədin əsas hissəsinə daha yaxın yanbayan otaqların uzunluğu isə yüz qulac idi. 026 EZE 042 009 Bu otaqların aşağıda bayır həyətdən girmək üçün şərqə tərəf bir qapısı var idi. 026 EZE 042 010 İçəri həyətin cənubu boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi. 026 EZE 042 011 Şimal tərəfdəki otaqlarda olduğu kimi bu otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi, çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı otaqların qapıları da şimaldakılar kimi idi. 026 EZE 042 012 Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara açılırdı. 026 EZE 042 013 Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir. 026 EZE 042 014 Kahinlər müqəddəs yerə girəndə xidmət edərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir». 026 EZE 042 015 O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü. 026 EZE 042 016 Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 026 EZE 042 017 Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 026 EZE 042 018 Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 026 EZE 042 019 Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 026 EZE 042 020 Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi. 026 EZE 043 001 O adam məni şərqə baxan darvazanın yanına gətirdi. 026 EZE 043 002 Mən gördüm ki, şərq yolundan İsrail Allahının izzəti gəlir. Onun səsi gur axan suların səsi kimi idi, izzətindən yer parıldayırdı. 026 EZE 043 003 Gördüyüm görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı sahilində gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım. 026 EZE 043 004 Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi. 026 EZE 043 005 Ruh məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub. 026 EZE 043 006 Adam yanımda durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim. 026 EZE 043 007 O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq. 026 EZE 043 008 Onlar astanalarını astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım. 026 EZE 043 009 İndi pozğunluqlarını və padşahlarının cəsədlərini Məndən uzaqlaşdırsınlar, Mən də əbədi olaraq onların arasında yaşayaram. 026 EZE 043 010 Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər. 026 EZE 043 011 Əgər etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini, nizamını, giriş-çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. Qoy bütün quruluş və qaydalarına əməl edib onları yerinə yetirsinlər. 026 EZE 043 012 Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur. 026 EZE 043 013 Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə edilmişdir: qurbangahı əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir qulac, ətrafındakı çıxıntı bir qarış olacaq. Qurbangahın hündürlüyü isə belədir: 026 EZE 043 014 qurbangahın yerdəki xəndəkdən alt çıxıntıya qədərki hissəsinin hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük çıxıntıya qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac, 026 EZE 043 015 qurbangahın qurban yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst hissədən yuxarıya doğru dörd buynuz uzanacaq. 026 EZE 043 016 Qurbangahın üst hissəsi dördbucaqlı şəklində olacaq. Onun uzunluğu on iki, eni on iki qulac olacaq. 026 EZE 043 017 Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni hər biri on dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac, xəndəyin dövrəsi bir qulac olacaq. Qurbangahın pillələri şərqə baxacaq». 026 EZE 043 018 O adam yenə dedi: «Ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları gətirmək və qan tökmək barədə olan qaydalar belədir. 026 EZE 043 019 Mənə xidmət etmək üçün hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 043 020 “Buğanın qanından götürüb qurbangahın dörd buynuzuna, çıxıntının dörd küncünə və ətrafındakı kənarın üstünə sürt. Beləcə qurbangahı pak edib onun üçün kəffarə ver. 026 EZE 043 021 Günah qurbanı olaraq buğanı götürüb Müqəddəs məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır. 026 EZE 043 022 İkinci gün günah qurbanı olaraq qüsursuz bir təkə təqdim et. Qurbangah buğanın qanı ilə pak edildiyi kimi təkənin qanı ilə də pak edilsin. 026 EZE 043 023 Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə sürüdən bir qoç qurban gətir. 026 EZE 043 024 Onları Rəbbin önünə gətir. Kahinlər onların üstünə duz səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin. 026 EZE 043 025 Yeddi günün günah qurbanı olaraq hər gün bir təkə hazırla. Qüsursuz bir buğa ilə sürüdən bir qoç da hazırlansın. 026 EZE 043 026 Qoy yeddi gün qurbangah üçün kəffarə versinlər, onu pak edib təqdis etsinlər. 026 EZE 043 027 Yeddi gün tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma və ünsiyyət qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman sizdən razı olacağam” Xudavənd Rəbb belə bəyan edir». 026 EZE 044 001 O adam məni Müqəddəs məkanın şərqə baxan bayır darvazası yolundan geri qaytardı. Darvaza bağlı idi. 026 EZE 044 002 Rəbb mənə dedi: «Bu darvaza bağlı qalacaq, açılmayacaq, heç kəs oradan içəri girməyəcək, çünki İsrailin Allahı Rəbb oradan içəri girmişdir, buna görə də bağlı qalacaq. 026 EZE 044 003 Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək üçün orada oturacaq. Darvaza eyvanı yolundan girib, o yoldan da çıxacaq». 026 EZE 044 004 O adam məni şimal darvazası yolundan məbədin önünə gətirdi. Mən baxıb gördüm ki, Rəbbin izzəti Öz məbədini doldurub. Bu zaman üzüstə düşdüm. 026 EZE 044 005 Rəbb mənə dedi: «Ey bəşər oğlu, Rəbbin məbədinin bütün qayda-qanunları ilə bağlı deyəcəyim sözləri yaxşı-yaxşı dinlə, onlara qulaq as, hər şeyə diqqətlə bax. Müqəddəs məkana kimin girib-çıxacağına diqqət et. 026 EZE 044 006 Üsyankar olan İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, artıq bəsdir! Etdiyiniz iyrənc işlərə daha son qoyun. 026 EZE 044 007 Ürəyi və bədəni sünnət edilməmiş yadelliləri Müqəddəs məkanıma gətirdiniz, Mənə qida olmaq üçün piy və qan təqdim etməklə məbədimi murdarladınız. Beləcə iyrənc işlərinizlə əhdimi pozdunuz. 026 EZE 044 008 Müqəddəs şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs məkanımda bu şeylərə nəzarət etməyi başqalarına tapşırdınız”. 026 EZE 044 009 Xudavənd Rəbb belə deyir: “İsrail xalqı arasında yaşayan ürəyi və bədəni sünnət edilməmiş heç bir yadelli Müqəddəs məkanıma girməsin. 026 EZE 044 010 İsrail yoldan azdığı zaman Məndən uzaqlaşan və yoldan azıb bütlərinə sitayiş edən Levililər öz günahlarının cəzasını çəkəcək, 026 EZE 044 011 lakin Müqəddəs məkanımda bu işləri görəcək: məbədin darvazalarına nəzarət edəcək, məbədin xidmət işlərini görəcək, xalq üçün yandırma qurbanları və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub onlara xidmət edəcək. 026 EZE 044 012 İndi ki onlar bütlərinin önündə İsrail nəslinə xidmət edərək xalqı günaha batırdı, Mən Rəbb də onları günahlarına görə cəzalandıracağıma and içdim” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 044 013 “Onlar kahin kimi xidmət etmək üçün Mənə yaxınlaşmayacaq, bütün müqəddəs şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq. Etdikləri iyrənc əməllərinin rüsvayçılığını çəkəcəklər. 026 EZE 044 014 Bundan sonra məbədin xidmət vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam. 026 EZE 044 015 Ancaq İsrail Məni qoyub yoldan azdığı zaman Müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadoq nəslindən Levili kahinlər önümdə xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim etmək üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 044 016 “Yalnız onlar Müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət etmək üçün süfrəmə yaxınlaşıb buyruğumu yerinə yetirəcək. 026 EZE 044 017 Kahinlər içəri həyətin darvazalarından girəcəkləri zaman kətan geyim əyinlərində olsun, içəri həyətin darvazalarında yaxud məbəddə xidmət edərkən yun paltar geyməsinlər. 026 EZE 044 018 Başlarına kətan çalma sarısınlar, bellərinə kətan alt paltarı geysinlər. Bədənlərini tərlədən bir şey geyinməsinlər. 026 EZE 044 019 Bayır həyətə, bayır həyətdə olan xalqın yanına çıxmazdan qabaq xidmət edərkən əyinlərindəki geyimləri çıxarıb müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri ilə xalqı təqdis etməsinlər. 026 EZE 044 020 Kahinlər başlarını qırxmasın, saçlarını uzatmasın, yalnız saçlarını kəsib düzəltsin. 026 EZE 044 021 İçəri həyətə girəcəyi vaxt heç bir kahin şərab içməsin. 026 EZE 044 022 Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən olan bir bakirə qız yaxud da başqa kahindən dul qalmış arvadı ala bilərlər. 026 EZE 044 023 Onlar Mənim xalqıma müqəddəs olan şeyi adi şeydən, murdar şeyi pak şeydən ayırmağı öyrədəcək. 026 EZE 044 024 Mübahisəli işlərdə onlar hakimlik edəcək, hökmlərimə görə qərar verməlidirlər. Bayramlarımla bağlı qayda-qanunlarıma əməl etməli, Şənbə günlərimi müqəddəs saymalıdırlar. 026 EZE 044 025 Kahin adam meyitinə yaxınlaşıb özünü murdarlamasın, amma bu, anasının, atasının, oğlunun, qızının, qardaşının yaxud ərə getməmiş bacısının meyiti olsa, özünü murdarlaya bilər. 026 EZE 044 026 Pak olduqdan sonra hələ yeddi gün gözləsin. 026 EZE 044 027 Məbəddə xidmət etmək üçün içəri həyətə girəcəyi gün özü üçün bir günah qurbanı təqdim etsin” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 044 028 “Kahinlərin irsi var: onların irsi Mənəm. İsraildə onlara mülk verməyin. Onların mülkü Mənəm. 026 EZE 044 029 Kahinlər taxıl təqdimlərini, günah və təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınkı olsun. 026 EZE 044 030 Bütün nübarların ilk hissəsi və bütün xüsusi hədiyyələriniz kahinlərinki olsun. Evinizə bərəkət yağsın deyə taxılınızın ilkini onlara verin. 026 EZE 044 031 Kahinlər ölü halda tapılmış yaxud vəhşi heyvanlar tərəfindən parçalanmış heç bir quş və heyvan yeməsin. 026 EZE 045 001 Ölkəni irs olaraq payladığınız zaman Rəbb üçün torpaqdan pay kimi iyirmi beş min qulac uzunluğunda, on min qulac enində müqəddəs bir bölgə ayırın. Bütün bu bölgə müqəddəs olacaq. 026 EZE 045 002 Bu bölgədən dördbucaqlı şəklində uzunluğu və eni beş yüz qulaclıq bir hissə müqəddəs məskən üçün, əlli qulaclıq bir yer isə ətrafındakı açıq sahə üçün ayrılsın. 026 EZE 045 003 Bu ölçü ilə bir hissə ölç: uzunluğu iyirmi beş min qulac və eni on min qulac olsun. Müqəddəs məkan – Ən Müqəddəs yer orada olacaq. 026 EZE 045 004 Bu, ölkənin müqəddəs payı olacaq. Bu yer məbəddə xidmət etmək üçün Rəbbə yaxınlaşan kahinlərə ayrılacaq. Burada kahinlərin evləri, Müqəddəs məkan üçün müqəddəs yer olacaq. 026 EZE 045 005 Məbəddə xidmət edən Levililərə mülk olaraq iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir bölgə verilsin. Orada yaşamaları üçün onlara məxsus şəhərlər olacaq. 026 EZE 045 006 Müqəddəs bölgəyə düşən hissə ilə birlikdə şəhər üçün eni beş min, uzunluğu iyirmi beş min qulac olan bir hissə ayırın. Bu bütün İsrail xalqı üçündür. 026 EZE 045 007 Müqəddəs bölgəyə düşən hissə ilə şəhərə düşən hissənin hər iki tərəfindəki torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar qərbdən-qərbə, şərqdən-şərqə doğru uzanacaq və qərb sərhədindən şərq sərhədinə qədər uzunluğu bir İsrail qəbiləsinə düşən hissə qədərdir. 026 EZE 045 008 Bu torpaq İsrail rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm etməyəcək, ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək”. 026 EZE 045 009 Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 045 010 “Düzgün tərəzi ilə çəkin. Çəkdiyiniz efa da, bat da düzgün olsun. 026 EZE 045 011 Efa ilə bat eyni çəkidə olsun. Bat xomerin onda birinə, efa da xomerin onda birinə bərabər olmalıdır. İkisinin çəkisi də xomerə görə olsun. 026 EZE 045 012 Bir şekel iyirmi geraya bərabər olmalıdır. İyirmi, iyirmi beş, on beş şekel birlikdə bir minaya bərabər olmalıdır. 026 EZE 045 013 Gətirəcəyiniz təqdimlər bunlardır: hər xomer buğdadan efanın altıda biri qədər buğda, hər xomer arpadan efanın altıda biri qədər arpa verin. 026 EZE 045 014 Zeytun yağını isə bat çəkisinə görə ölçün və hər kor zeytun yağından batın onda biri qədər təqdim edin. Bir kor on bat yaxud bir xomerə bərabərdir. 026 EZE 045 015 İsrailin sulu otlaqlarındakı sürüdən iki yüz qoyundan bir qoyun götürülsün. Bu qoyunlardan taxıl təqdimləri, yandırma qurbanları və ünsiyyət qurbanları üçün istifadə edilsin ki, xalq kəffarə olunsun” Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 045 016 “Bütün ölkə xalqı bu təqdimi İsrail rəhbərinə verəcək. 026 EZE 045 017 İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”. 026 EZE 045 018 Xudavənd Rəbb belə deyir: “Birinci ayın birinci günü qüsursuz bir buğa götürüb Müqəddəs məkanı pak et. 026 EZE 045 019 Kahin günah qurbanının qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına sürtsün. 026 EZE 045 020 Səhvən yaxud bilmədən günah etmiş adam üçün də həmin ayın yeddinci günü eyni şeyi et. Beləcə məbədi pak edəcəksən. 026 EZE 045 021 Birinci ayın on dördüncü günü Pasxa bayramını yeddi gün keçirin və mayasız çörək yeyin. 026 EZE 045 022 O gün rəhbər özü və bütün ölkə xalqı üçün günah qurbanı olaraq bir buğa hazırlasın. 026 EZE 045 023 Yeddi gün bayram ərzində hər gün Rəbbə yandırma qurbanı olaraq qüsursuz yeddi buğa ilə yeddi qoç, günah qurbanı olaraq bir təkə təmin etsin. 026 EZE 045 024 Taxıl təqdimi olaraq hər buğa və qoç üçün bir efa taxıl, hər efa üçün bir hin zeytun yağı təmin etsin. 026 EZE 045 025 Yeddinci ayın on beşinci günü başlayan və yeddi gün davam edən bayramda rəhbər günah qurbanlarını, yandırma qurbanlarını, taxıl təqdimlərini və zeytun yağını hər gün eyni miqdarda təmin etsin”. 026 EZE 046 001 Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi günləri isə açıq olmalıdır. 026 EZE 046 002 Rəhbər bayırdan, darvaza eyvanı yolundan içəri girib darvazanın yan taxtalarının yanında dursun. Kahinlər onun yandırma qurbanını və ünsiyyət qurbanlarını təqdim etsin. Rəhbər darvaza kandarında ibadət etsin, sonra bayıra çıxsın, ancaq darvaza axşama qədər açıq qalsın. 026 EZE 046 003 Şənbə günləri və Təzə Ay mərasimi günləri ölkə xalqı bu darvazanın girişində Rəbbin önündə ibadət etsin. 026 EZE 046 004 Rəhbər Şənbə günü Rəbbə yandırma qurbanı olaraq verdiyi qüsursuz altı quzu, bir qoç təqdim etsin. 026 EZE 046 005 Qoç üçün veriləcək taxıl təqdimi bir efa olsun, quzular üçün isə istədiyi qədər taxıl təqdimi verə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin. 026 EZE 046 006 Təzə Ay mərasimi günü qüsursuz bir buğa, altı quzu və bir qoç qurban gətirsin. 026 EZE 046 007 Buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl təmin etsin. Quzular üçün istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı təmin etsin. 026 EZE 046 008 Rəhbər içəri girəcəyi zaman darvaza eyvanından girsin, həmin yolla da bayıra çıxsın. 026 EZE 046 009 Ölkə xalqı bayramlarda Rəbbin önünə gəldiyi zaman ibadət etmək üçün şimal darvazasından girən adam cənub darvazasından çıxsın, cənub darvazasından girən adam şimal darvazasından çıxsın. Heç kəs girdiyi darvazadan çıxmasın, hər kəs girdiyi darvazanın qarşısındakı darvazadan çıxsın. 026 EZE 046 010 Rəhbər xalqın arasında olsun, xalqla birgə girsin, xalqla birgə çıxsın. 026 EZE 046 011 Bayramlarda və müqəddəs günlərdə buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl versin. Quzular üçün isə istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin. 026 EZE 046 012 Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan sonra darvaza bağlansın. 026 EZE 046 013 Hər gün səhərlər yandırma qurbanı olaraq Rəbbə bir yaşında qüsursuz bir quzu təmin et. 026 EZE 046 014 Bununla yanaşı, hər səhər taxıl təqdimi olaraq efanın altıda biri qədər taxıl və narın unu islatmaq üçün bir hinin üçdə biri qədər zeytun yağı təmin et. Bu taxıl təqdiminin Rəbbə verilməsi daimi bir qayda olsun. 026 EZE 046 015 Beləcə hər səhər daimi yandırma qurbanı olaraq quzu, taxıl təqdimi və zeytun yağı təmin edilsin”. 026 EZE 046 016 Xudavənd Rəbb belə deyir: “Əgər rəhbər oğullarından birinə öz mülkündən pay verərsə, öz irsi kimi nəslinə də keçsin, irs olaraq bu pay onların mülkü olsun. 026 EZE 046 017 Lakin rəhbər öz mülkündən qulluqçularından birinə pay verərsə, bu pay azadlıq ilinə qədər qulluqçununku olsun, sonra isə rəhbərə qaytarılsın. Rəhbərin irsi ancaq oğullarına keçə bilər və onların olsun. 026 EZE 046 018 Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”». 026 EZE 046 019 Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan, kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer göstərdi. 026 EZE 046 020 O mənə dedi: «Kahinlərin təqsir qurbanı ilə günah qurbanının ətini qaynadacaqları və taxıl təqdimini bişirəcəkləri yer buradır. Ona görə ki bunları bayır həyətə çıxarıb xalqı təqdis etməsinlər». 026 EZE 046 021 Sonra o adam məni bayır həyətə çıxarıb həyətin dörd küncündən keçirdi. Gördüm ki, həyətin hər küncündə kiçik bir həyət var. 026 EZE 046 022 Həyətin dörd küncündə olan bu qapalı həyətlərin hər birinin uzunluğu qırx, eni isə otuz qulac idi. Künclərdəki həyətlər eyni boyda idi. 026 EZE 046 023 Dörd həyətin hər birinin ətrafında daş divar var idi. Divarın dibində yemək bişirmək üçün yerlər düzəldilmişdi. 026 EZE 046 024 O adam mənə dedi: «Bunlar mətbəxdir. Məbəd xidmətçiləri xalqın qurbanlıq ətlərini burada qaynadacaq». 026 EZE 047 001 O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı. 026 EZE 047 002 O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı. 026 EZE 047 003 O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi. 026 EZE 047 004 Daha min qulac ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi. 026 EZE 047 005 Daha min qulac ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi. 026 EZE 047 006 O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi. 026 EZE 047 007 Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm. 026 EZE 047 008 O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. 026 EZE 047 009 O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək. 026 EZE 047 010 Çayın sahili boyu balıqçılar dayanacaq. En-Gedidən En-Eqlayimə qədər tor sərilən yerlər olacaq. Orada da Böyük dənizdəki kimi çoxlu balıq növləri olacaq. 026 EZE 047 011 Ancaq Duz dənizinin palçıqlı və bataqlıq yerləri şirin suya çevrilməyəcək, şoranlıq olaraq qalacaq. 026 EZE 047 012 Çayın hər iki sahilində hər cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri tükənməyəcək. Hər ay meyvə verəcəklər, çünki Müqəddəs məkandan çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarından şəfa vermək üçün istifadə olunacaq». 026 EZE 047 013 Xudavənd Rəbb belə deyir: «Ölkəni irs olaraq İsrailin on iki qəbiləsi arasında bu sərhədlərlə bölün: Yusifə iki pay düşsün. 026 EZE 047 014 Ölkəni on iki qəbilə arasında hər birinə bərabər olaraq paylayın. Mən ölkəni sizin atalarınıza verəcəyimə and içdim. Bu ölkə sizə irs olaraq veriləcək. 026 EZE 047 015 Ölkənin sərhədi belə olacaq: şimalda Böyük dənizdən Xetlon yolu ilə Xamat keçidinə, Sedada, 026 EZE 047 016 Berotaya və Dəməşq ilə Xamatın torpaqları arasında yerləşən Sivrayimə, Xavran sərhədində olan Xaser-Hattikona qədər uzanacaq. 026 EZE 047 017 Sərhəd dənizdən Xasar-Enona, Dəməşqin şimal sərhədi boyunca uzanacaq, Xamat sərhədi şimalda olacaq. Şimal sərhədi belədir. 026 EZE 047 018 Şərqdə sərhədi Xavranla Dəməşq arasından başlayıb Gileadı İsraildən ayıran İordan çayı boyunca Şərq dənizinə qədər ölçün. Şərq sərhədi belədir. 026 EZE 047 019 Cənubda sərhəd Tamardan Meriva-Qadeş sularına, Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq. Cənub sərhədi belədir. 026 EZE 047 020 Qərbdə Xamat keçidinin qarşısındakı yerə qədər Böyük dəniz sərhəd olacaq. Qərb sərhədi belədir. 026 EZE 047 021 Bu ölkəni İsrail qəbilələrinə görə öz aranızda bölüşdürün. 026 EZE 047 022 Ölkəni öz aranızda və aranızda yaşayarkən övladları doğulan yadellilərlə irs olaraq bölüşdürün. Onları da İsrail övladları arasında yerlilər kimi hesab edin. Onların da İsrail qəbilələri arasında sizin kimi irsləri olacaq. 026 EZE 047 023 Yadelli hansı qəbilədə yaşayırsa, orada ona düşən payı irs olaraq verin» Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 048 001 «Qəbilələrin adları belədir: şimal sərhədində olan Dana bir pay veriləcək. Danın sərhədi Xetlon yolundan Xamat keçidinə qədər uzanacaq. Xasar-Enon və Xamata yaxın Dəməşqin şimal sərhədi şərqdən qərbə qədər uzanan sərhədin bir hissəsini tutacaq. 026 EZE 048 002 Aşerə bir pay veriləcək. Sərhədi Danın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 003 Naftaliyə bir pay veriləcək. Sərhədi Aşerin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 004 Menaşşeyə bir pay veriləcək. Sərhədi Naftalinin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 005 Efrayimə bir pay veriləcək. Sərhədi Menaşşenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 006 Ruvenə bir pay veriləcək. Sərhədi Efrayimin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 007 Yəhudaya bir pay veriləcək. Sərhədi Ruvenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 008 Yəhudanın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik torpaqlar ayıracağınız xüsusi pay olacaq. Eni iyirmi beş min qulac, şərqdən qərbə uzunluğu isə bir qəbiləyə düşən pay qədər olacaq. Müqəddəs məkan oranın ortasında olacaq. 026 EZE 048 009 Rəbbə xüsusi olaraq verəcəyiniz payın uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq. 026 EZE 048 010 Bu, kahinlər üçün müqəddəs pay olacaq. Şimalda uzunluğu iyirmi beş min qulac, qərbdə eni on min qulac, şərqdə eni on min qulac, cənubda uzunluğu iyirmi beş min qulac olacaq. Rəbbin Müqəddəs məkanı oranın ortasında olacaq. 026 EZE 048 011 Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq. Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər də yoldan azdı, ancaq onlar yoldan azmadı. 026 EZE 048 012 O yer ölkənin müqəddəs payından xüsusi bir pay olaraq onlara veriləcək. Ora Levililərin torpaqlarına bitişik çox müqəddəs bir bölgə olacaq. 026 EZE 048 013 Kahinlərin sərhədi yaxınlığında Levililərin iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir payları olacaq. Bu bölgənin uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq. 026 EZE 048 014 Levililər oranı satmasın və başqa yerə dəyişməsin. Bu, ölkənin ən yaxşı hissəsidir və başqa adamın əlinə keçməməlidir, çünki ora Rəbbə həsr edilmişdir. 026 EZE 048 015 Rəbbə verdiyiniz bu xüsusi payın qalan iyirmi beş min qulac uzunluqda və beş min qulac enindəki hissəsi müqəddəs deyil və şəhər üçündür. Bu yer evlərə, otlaqlara ayrılacaq. Şəhər onun ortasında olacaq. 026 EZE 048 016 Şəhərin ölçüləri belə olacaq: şimal tərəfi dörd min beş yüz qulac, cənub tərəfi dörd min beş yüz qulac, şərq tərəfi dörd min beş yüz qulac, qərb tərəfi dörd min beş yüz qulac. 026 EZE 048 017 Şəhər üçün ayrılan otlağın ölçüləri belə olacaq: şimalda iki yüz əlli qulac, cənubda iki yüz əlli qulac, şərqdə iki yüz əlli qulac, qərbdə iki yüz əlli qulac. 026 EZE 048 018 Müqəddəs bölgənin sərhədində qalan yerin həm şərq tərəfi, həm də qərb tərəfi on min qulac olacaq. Müqəddəs bölgəyə bitişik torpaqlarda yetişən məhsul şəhərdə işləyənlərə məxsus olacaq. 026 EZE 048 019 İsrailin hər qəbiləsindən şəhərdə işləyənlər torpağı şumlayacaq. 026 EZE 048 020 Bu bölgənin ərazisi dördbucaqlı şəklindədir, hər yanı iyirmi beş min qulacdır. Siz xüsusi bir pay olaraq şəhərin mülkü ilə birlikdə müqəddəs bölgəyə düşən payı ayırın. 026 EZE 048 021 Müqəddəs bölgəyə aid olan hissə ilə şəhərə aid olan hissədən başqa, ayırdığınız xüsusi paydan hər iki tərəfdə qalan torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar müqəddəs bölgəyə aid olan iyirmi beş min qulaclıq hissənin şərqindən və qərbindən ölkənin şərq və qərb sərhədlərinə qədər uzanacaq. Qəbilələrə düşən paylar boyunca uzanan bu iki bölgə rəhbərə məxsus olacaq. Müqəddəs yerə aid olan hissə ilə məbədin Müqəddəs məkanı oranın ortasında olacaq. 026 EZE 048 022 Beləcə Levililərə düşən mülklə şəhərə aid olan mülk rəhbərə verilən torpaqların arasında qalacaq. Rəhbərə veriləcək torpaqlar Yəhuda ilə Binyaminin sərhədi arasında olacaq. 026 EZE 048 023 Qalan qəbilələrə düşən pay belədir: Binyaminə bir pay veriləcək. Sərhədi şərqdən qərbə qədər uzanacaq. 026 EZE 048 024 Şimeona bir pay veriləcək. Sərhədi Binyaminin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 025 İssakara bir pay veriləcək. Sərhədi Şimeonun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 026 Zevuluna bir pay veriləcək. Sərhədi İssakarın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 027 Qada bir pay veriləcək. Sərhədi Zevulunun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 026 EZE 048 028 Qadın sərhədi ölkənin cənub sərhədi olub Tamardan Meriva-Qadeş sularına, oradan da Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq. 026 EZE 048 029 İrs olaraq İsrail qəbilələri arasında bölüşdürəcəyiniz torpaq budur. Onlara düşəcək paylar bunlardır» Xudavənd Rəbb belə bəyan edir. 026 EZE 048 030 «Şəhərin çıxış yerləri bunlardır: dörd min beş yüz qulac uzunluğunda olan şimal tərəfdə darvazalar olacaq. 026 EZE 048 031 Şəhərin darvazalarına İsrail qəbilələrinin adları veriləcək. Şimal tərəfdə üç darvaza olacaq: bir Ruven darvazası, bir Yəhuda darvazası, bir Levi darvazası. 026 EZE 048 032 Dörd min beş yüz qulac uzunluğunda olan şərq tərəfdə üç darvaza olacaq: bir Yusif darvazası, bir Binyamin darvazası, bir Dan darvazası. 026 EZE 048 033 Dörd min beş yüz qulac uzunluğunda olan cənub tərəfdə üç darvaza olacaq: bir Şimeon darvazası, bir İssakar darvazası, bir Zevulun darvazası. 026 EZE 048 034 Dörd min beş yüz qulac uzunluğunda olan qərb tərəfdə üç darvaza olacaq: bir Qad darvazası, bir Aşer darvazası, bir Naftali darvazası. 026 EZE 048 035 Şəhərin dairəsi on səkkiz min qulac olacaq və o gündən sonra şəhər Yahve-Şamma adlanacaq». # # BOOK 027 DAN Daniel Daniel 027 DAN 001 001 Yəhuda padşahı Yehoyaqimin padşahlığının üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı. 027 DAN 001 002 Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu. 027 DAN 001 003 Padşah hərəmağalar rəisi Aşpenaza əmr etdi ki, padşah nəslindən və zadəganlardan olan İsraillilərin arasından 027 DAN 001 004 bədənlərində qüsur olmayan, yaraşıqlı, hər elmdən xəbərdar, bilikli, dərrakəli, sarayda padşaha xidmət etməyə layiq olan cavanlar seçərək onlara Xaldeylilərin dilini və ədəbiyyatını öyrətsin. 027 DAN 001 005 Padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı təyin etdi ki, üç il onlara tərbiyə versinlər, sonra isə padşahın xidmətinə gətirsinlər. 027 DAN 001 006 Onların arasında Yəhuda nəslindən olan Daniel, Xananya, Mişael və Azarya var idi. 027 DAN 001 007 Hərəmağalar rəisi onlara yeni ad qoydu: Danieli Belteşassar, Xananyanı Şadrak, Mişaeli Meşak və Azaryanı Aved-Neqo adlandırdı. 027 DAN 001 008 Daniel qərara aldı ki, padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin. Buna görə də özünü murdar etməmək üçün hərəmağalar rəisinə müraciət etdi. 027 DAN 001 009 Allah hərəmağalar rəisinin gözündə Danielə lütf və rəğbət qazandırdı. 027 DAN 001 010 Hərəmağalar rəisi Danielə dedi: «Sizin yeyib-içməyinizi təyin edən ağam padşahdan qorxuram. Nə üçün o sizin simanızı həmyaşıdınız olan cavanların simasından solğun görsün? Siz bununla padşahın yanında həyatımı təhlükə altına qoyursunuz». 027 DAN 001 011 Daniel hərəmağalar rəisinin özü, Xananya, Mişael və Azaryanın üzərinə qoyduğu məmura dedi: 027 DAN 001 012 «Gəl qullarını on gün ərzində yoxla. Qoy bizə yemək üçün göyərti, içmək üçün su versinlər. 027 DAN 001 013 Sonra isə sənin hüzurunda həm bizim üzümüzə, həm də padşah yeməklərindən yeyən cavanların üzünə baxsınlar. Bunu görəndən sonra qullarınla necə istəyərsən, elə də rəftar edərsən». 027 DAN 001 014 Məmur bu məsələdə cavanların sözünə qulaq asdı və onları on gün yoxladı. 027 DAN 001 015 On gün sonra onların siması padşah yeməklərindən yeyən başqa cavanların simasından daha gözəl göründü və onlar bədəncə daha dolğun idi. 027 DAN 001 016 Onda məmur cavanların yeməyini və içəcəkləri şərabı götürüb onlara göyərti verdi. 027 DAN 001 017 Allah bu dörd gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə hər cür görüntüləri və yuxuları yozmağı bacarırdı. 027 DAN 001 018 Onların gətirilməsi üçün padşahın əmr etdiyi gün çatanda hərəmağalar rəisi onları Navuxodonosorun hüzuruna gətirdi. 027 DAN 001 019 Padşah onlarla danışdı və hamının arasında Daniel, Xananya, Mişael və Azarya kimisi tapılmadı. Onlar padşahın hüzurunda xidmətə qoyuldu. 027 DAN 001 020 Padşah onlardan hər cür elm və bilik barədə soruşanda gördü ki, bunlar ölkəsindəki sehrbazların və ruhçağıranların hamısından on qat üstündür. 027 DAN 001 021 Daniel padşah Kirin hökmranlığının birinci ilinə qədər orada qaldı. 027 DAN 002 001 Navuxodonosor padşahlığının ikinci ilində bir yuxu gördü, buna görə ürəyi sıxıldı və yuxusu qaçdı. 027 DAN 002 002 Padşah əmr etdi ki, yuxusunu yozmaq üçün onun yanına sehrbazlar, ruhçağıranlar, cadugərlər və Xaldeyli müdriklər çağırılsın. Onlar gəlib padşahın hüzurunda dayandı. 027 DAN 002 003 Padşah onlara dedi: «Bir yuxu görmüşəm və ürəyim sıxılır. İstəyirəm ki, bu yuxunun yozumunu bilim». 027 DAN 002 004 Xaldeyli müdriklər Arami dilində padşaha dedi: «Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq». 027 DAN 002 005 Padşah Xaldeyli müdriklərə cavab verdi: «Mən belə qərara gəlmişəm: əgər siz mənə həm yuxunu, həm də yozumunu söyləməsəniz, parça-parça ediləcəksiniz və evləriniz də viran ediləcək. 027 DAN 002 006 Əgər yuxunu və yozumunu söyləsəniz, məndən hədiyyələr, mükafatlar və böyük hörmət görəcəksiniz. İndi isə mənə yuxunu və yozumunu söyləyin». 027 DAN 002 007 Onlar yenə cavab verdi: «Padşah yuxunu bu qullarına danışsın, biz də onu yozaq». 027 DAN 002 008 Padşah cavab verdi: «Yəqin bilirəm ki, siz vaxt qazanmaq istəyirsiniz, çünki görürsünüz ki, mənim qərarım qətidir. 027 DAN 002 009 Əgər yuxunu mənə söyləməsəniz, sizin üçün yalnız bir cəza olacaq. Siz mənə yalan və uydurma sözlər demək üçün sözləşmisiniz ki, bəlkə vəziyyət dəyişdi. İndi isə mənə yuxunu söyləyin, onda bilərəm ki, siz onu yozmağa qadirsiniz». 027 DAN 002 010 Xaldeyli müdriklər padşaha cavab verdi: «Yer üzündə padşahın tələbini yerinə yetirə bilən adam yoxdur. Ən əzəmətli və qüdrətli padşah da bir sehrbazdan, ruhçağırandan yaxud Xaldeyli müdrikdən belə bir şey istəməyib. 027 DAN 002 011 Padşahın istədiyi şey elə çətindir ki, allahlardan başqa heç kəs bunu padşaha aşkar edə bilməz. Onların da məskəni insanlar arasında deyil». 027 DAN 002 012 Padşah bu sözə özündən çıxıb bərk qəzəbləndi və əmr etdi ki, bütün Babil müdriklərini məhv etsinlər. 027 DAN 002 013 Müdrikləri öldürmək barədə əmr çıxanda Danieli və onun yoldaşlarını öldürmək üçün axtardılar. 027 DAN 002 014 O zaman Daniel Babil müdriklərini öldürməyə gedən padşahın keşikçilər rəisi Aryokla müdriklik və nəzakətlə danışdı. 027 DAN 002 015 O, padşahın hərbi rəisi olan Aryokdan soruşdu: «Niyə padşah belə sərt fərman verib?» Onda Aryok əhvalatı Danielə danışdı. 027 DAN 002 016 Daniel içəri girib padşahdan xahiş etdi ki, yuxunun yozumunu padşaha bildirmək üçün ona vaxt versin. 027 DAN 002 017 Daniel öz evinə qayıdıb əhvalatı dostları Xananya, Mişael və Azaryaya danışdı ki, 027 DAN 002 018 bu sirr barədə göylərin Allahından mərhəmət diləsinlər və Daniellə onun yoldaşları başqa Babil müdrikləri ilə birgə məhv olmasın. 027 DAN 002 019 O zaman bu sirr Danielə gecə gələn görüntüdə aşkar oldu, buna görə də Daniel göylərin Allahına şükür etdi. 027 DAN 002 020 Daniel söylədi: «Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur. 027 DAN 002 021 Vaxtı və dövrü dəyişdirən Odur. O, padşahları taxtdan salar və taxta qoyar, Müdriklərə hikmət, aqillərə ağıl verər. 027 DAN 002 022 Dərin və gizli sirləri O açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur. 027 DAN 002 023 Ey atalarımın Allahı, Sənə şükür və həmd olsun ki, Mənə hikmət və qüdrət verdin, Səndən dilədiyimiz şeyi mənə aşkar etdin. Beləcə padşahın məsələsini bizə bildirdin». 027 DAN 002 024 Bundan sonra Daniel Babil müdriklərini öldürmək üçün padşahın təyin etdiyi Aryokun yanına gəlib ona dedi: «Babil müdriklərini öldürmə. Məni padşahın yanına apar, yuxusunu yozum». 027 DAN 002 025 Onda Aryok Danieli tez padşahın yanına gətirib ona dedi: «Mən sürgün olunmuş Yəhudalılar arasından padşaha yuxunu yoza bilən bir adam tapdım». 027 DAN 002 026 Padşah Belteşassar adlanan Danieldən soruşdu: «Gördüyüm yuxunu və yozumunu mənə söyləyə bilərsənmi?» 027 DAN 002 027 Daniel padşahın önündə cavab verdi: «Padşahın soruşduğu sirri müdriklər, ruhçağıranlar, sehrbazlar və əlamət baxıcıları ona aça bilməz. 027 DAN 002 028 Ancaq göylərdə sirləri açan bir Allah var və gələcəkdə nə olacağını padşah Navuxodonosora O bildirdi. Yatarkən gördüyün yuxu və görüntü belə idi: 027 DAN 002 029 Ey padşah, sən öz yatağında düşünürdün ki, bundan sonra nə olacaq? Sirləri Açan da nə olacağını sənə göstərdi. 027 DAN 002 030 Mənə bu sirr başqa adamlardan müdrik olduğum üçün açılmadı, yalnız yuxu padşaha bildirilsin və sən də öz ürəyinin düşüncələrini biləsən deyə bu sirr mənə açıldı. 027 DAN 002 031 Ey padşah, sən yuxuda böyük bir heykəl görmüsən. Nəhəng və çox parlaq olan bu heykəl sənin önündə dururdu, onun görünüşü qorxunc idi. 027 DAN 002 032 Bu heykəlin başı xalis qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları tuncdan idi. 027 DAN 002 033 Baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi isə gildən idi. 027 DAN 002 034 Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı, heykəlin dəmir və gil ayaqlarından vurub onları parça-parça etdi. 027 DAN 002 035 O zaman dəmir, gil, tunc, gümüş və qızıl birlikdə parçalandı və yay xırmanlarındakı saman çöpü kimi sovruldu. Külək onları apardı və onlardan əsər-əlamət qalmadı. Heykəli dağıdan daş isə böyük bir dağ oldu və bütün dünyanı tutdu. 027 DAN 002 036 Yuxu budur. İndi isə padşahın önündə onu yozaq. 027 DAN 002 037 Ey padşah, sən şahənşahsan. Göylərin Allahı padşahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib. 027 DAN 002 038 O hər yerdə yaşayan bəşər övladlarını, çöl heyvanlarını və göy quşlarını ixtiyarına verməklə səni onlara hökmdar edib. Qızıldan olan baş sənsən! 027 DAN 002 039 Sonra səndən aşağı səviyyədə olan başqa padşahlıq yaranacaq. Ondan sonra isə tuncdan olan, bütün dünyaya hökmranlıq edən üçüncü bir padşahlıq olacaq. 027 DAN 002 040 Dördüncü padşahlıq isə dəmir kimi möhkəm olacaq, çünki dəmir hər şeyi qırıb-dağıtdığı kimi o da başqalarını hər şeyi əzən dəmir tək qırıb-əzəcək. 027 DAN 002 041 Ayaqların və barmaqların bir hissəsinin dulusçu gilindən, bir hissəsinin isə dəmirdən olduğunu görməyinin mənası budur ki, o bölünmüş padşahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi qalacaq, necə ki sən dəmiri dulusçu gili ilə qarışıq görmüsən. 027 DAN 002 042 Ayaq barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi gildən olduğu kimi bu padşahlığın da bir hissəsi möhkəm, bir hissəsi kövrək olacaq. 027 DAN 002 043 Dəmiri dulusçu gili ilə qarışıq gördüyünün mənası budur ki, onlar müxtəlif insan nəsilləri vasitəsilə bir-birləri ilə qarışacaq, ancaq dəmir gillə birləşmədiyi kimi onlar da bir-birləri ilə birləşməyəcək. 027 DAN 002 044 O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. 027 DAN 002 045 Sən gördün ki, dağdan bir daş əl dəymədən qoparıldı, dəmiri, tuncu, gili, gümüşü və qızılı parça-parça etdi. Beləcə böyük Allah bundan sonra nə olacağını padşaha bildirib. Bu yuxu doğrudur və onun yozumu da etibarlıdır». 027 DAN 002 046 O zaman padşah Navuxodonosor üzüstə düşüb Danielə səcdə etdi, onun üçün təqdim gətirməyi və buxur yandırmağı əmr etdi. 027 DAN 002 047 Padşah Danielə dedi: «İndi ki sən bu sirri aça bildin, həqiqətən, sizin Allahınız allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur». 027 DAN 002 048 Bundan sonra padşah Danieli yüksək vəzifəyə qoydu və ona çoxlu qiymətli hədiyyə verdi. Onu Babil vilayətinin başçısı və bütün Babil müdriklərinin baş rəisi təyin etdi. 027 DAN 002 049 Daniel padşahdan xahiş etdi, o da Şadrakı, Meşakı və Aved-Neqonu Babil vilayətinə məmur qoydu. Daniel isə padşah sarayında qaldı. 027 DAN 003 001 Padşah Navuxodonosor bir qızıl heykəl düzəltdi. Onun hündürlüyü altmış qulac, eni altı qulac idi. Onu Babil vilayətində olan Dura çölündə qoydu. 027 DAN 003 002 Sonra padşah Navuxodonosor canişinləri, əmirləri, valiləri, müşavirləri, xəzinədarları, hakimləri, vəkilləri, xülasə, bütün vilayətlərin məmurlarını toplamaq üçün xəbər göndərdi ki, qoyduğu heykəlin həsretmə mərasiminə gəlsinlər. 027 DAN 003 003 O zaman padşah Navuxodonosorun qoyduğu heykəlin həsretmə mərasiminə canişinlər, əmirlər, valilər, müşavirlər, xəzinədarlar, hakimlər, vəkillər, xülasə, bütün vilayətlərin məmurları toplaşdı. 027 DAN 003 004 Carçı ucadan elan etdi: «Ey müxtəlif xalqlara, millətlərə və dillərə mənsub adamlar, sizə əmr olunur ki, 027 DAN 003 005 şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən vaxt yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə edəsiniz. 027 DAN 003 006 Kim yerə əyilib səcdə etməsə, o saat odla qızmış sobanın içinə atılacaq». 027 DAN 003 007 Beləliklə, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə etdi. 027 DAN 003 008 Elə bu vaxt bəzi Xaldeyli müdriklər Yəhudiləri ittiham etdi. 027 DAN 003 009 Onlar padşah Navuxodonosora dedi: «Qoy padşah həmişə sağ olsun, 027 DAN 003 010 sən əmr etmisən ki, şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən hər kəs yerə əyilib qızıl heykələ səcdə etsin. 027 DAN 003 011 Kim yerə əyilib səcdə etməsə, odla qızmış sobanın içinə atılacaq. 027 DAN 003 012 Sənin Babil vilayətinə məmur qoyduğun Şadrak, Meşak və Aved-Neqo adlı Yəhudilər var. Ey padşah, bu adamlar sənə itaət etmir, sənin allahlarına xidmət etmir və qoyduğun qızıl heykələ səcdə etmir». 027 DAN 003 013 O zaman Navuxodonosor qızğın qəzəblə əmr etdi ki, Şadrakı, Meşakı və Aved-Neqonu gətirsinlər. Bu adamlar padşahın hüzuruna gətirildi. 027 DAN 003 014 Navuxodonosor onlara dedi: «Ey Şadrak, Meşak və Aved-Neqo, bu doğrudur ki, siz mənim allahlarıma qulluq etmirsiniz? Mənim qoyduğum qızıl heykələ səcdə etmirsiniz? 027 DAN 003 015 Yaxşı olar ki, indi şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib düzəltdiyim heykələ səcdə edəsiniz. Əgər səcdə etməsəniz, o saat odla qızmış sobaya atılacaqsınız. O zaman sizi hansı allah mənim əlimdən qurtara bilər?» 027 DAN 003 016 Şadrak, Meşak və Aved-Neqo padşaha cavab verdi: «Ey Navuxodonosor, bizim bu iş üçün sənin önündə özümüzü müdafiə etməyimizə ehtiyac yoxdur. 027 DAN 003 017 Ey padşah, əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq. 027 DAN 003 018 Sənə məlum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik». 027 DAN 003 019 O zaman Navuxodonosor bərk qəzəbləndi və Şadraka, Meşaka, Aved-Neqoya qarşı siması dəyişdi. O əmr etdi ki, sobanı adətən qızdırdıqlarından yeddi dəfə artıq qızdırsınlar. 027 DAN 003 020 Ordusunun ən güclü əsgərlərinə əmr etdi ki, Şadrakın, Meşakın və Aved-Neqonun əl-qolunu bağlayıb onları odla qızmış sobaya atsınlar. 027 DAN 003 021 Onda əyinlərində cübbə, şalvar, çalma və başqa paltarlar olan bu adamların əl-qolunu bağladılar və odla qızmış sobaya atdılar. 027 DAN 003 022 Padşahın əmri qəti idi. Soba həddindən artıq qızdırıldığı üçün alovun dilləri Şadrakı, Meşakı və Aved-Neqonu oda atan adamları öldürdü. 027 DAN 003 023 Bu üç nəfər – Şadrak, Meşak və Aved-Neqo isə əl-qolları bağlanmış halda odla qızmış sobanın içinə yıxıldı. 027 DAN 003 024 O zaman padşah Navuxodonosor heyrətə gəlib tez ayağa qalxdı və öz müşavirlərinə dedi: «Biz üç nəfər əl-qolu bağlanmış adamı oda atmadıqmı?» Onlar cavabında padşaha dedi: «Doğrudur, ey padşah!» 027 DAN 003 025 O dedi: «Budur, mən odun içində əl-qolu bağlanmamış dörd nəfərin gəzdiyini görürəm və onlara heç nə olmur. Onlardan dördüncüsü allahların oğluna bənzəyir». 027 DAN 003 026 O zaman Navuxodonosor odla qızmış sobanın astanasına yaxınlaşdı və səsləyib dedi: «Ey Allah-Taalanın qulları Şadrak, Meşak və Aved-Neqo! Çıxın və buraya gəlin». Onda Şadrak, Meşak və Aved-Neqo odun içindən çıxdı. 027 DAN 003 027 Ətrafa toplaşmış canişinlər, əmirlər, valilər və padşahın müşavirləri gördü ki, od bu adamların bədəninə heç bir zərər vurmayıb: nə onların saçları yanmış, nə də paltarları dəyişmişdi, hətta odun hisi də onlara hopmamışdı. 027 DAN 003 028 Onda Navuxodonosor dedi: «Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükür olsun ki, Öz mələyini göndərib Ona arxalanan qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin Allahından başqa bir allaha qulluq yaxud səcdə etməsinlər. 027 DAN 003 029 Mən fərman verirəm ki, Şadrakın, Meşakın və Aved-Neqonun Allahına küfr edən hər xalqa, millətə və dilə mənsub olan adam parça-parça ediləcək və onların evləri zibilliyə çevriləcək, çünki bu cür xilas edən başqa bir allah yoxdur». 027 DAN 003 030 O zaman padşah Babil vilayətində Şadrakın, Meşakın və Aved-Neqonun vəzifələrini yüksəltdi. 027 DAN 004 001 Padşah Navuxodonosor bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub adamlara müraciət etdi: «Sülhünüz bol olsun! 027 DAN 004 002 Məsləhət bildim ki, Allah-Taalanın mənim üçün etdiyi əlamətləri və möcüzələri sizə elan edim. 027 DAN 004 003 Onun əlamətləri necə də böyükdür, Onun möcüzələri necə də qüdrətlidir! Onun padşahlığı əbədi padşahlıqdır, Onun hökmranlığı nəsildən-nəslə qalacaq». 027 DAN 004 004 Mən Navuxodonosor öz evimdə – sarayımda rahat və naz-nemət içində yaşayırdım. 027 DAN 004 005 Ancaq bir gün məni qorxudan bir yuxu gördüm. Yatarkən düşüncələrim və gördüyüm görüntülər məni vahiməyə saldı. 027 DAN 004 006 Ona görə də əmr etdim ki, yuxunu yozmaq üçün bütün Babil müdriklərini hüzuruma çağırsınlar. 027 DAN 004 007 Onda sehrbazlar, ruhçağıranlar, Xaldeyli müdriklər və əlamət baxıcıları gəldi. Mən yuxumu danışdım, ancaq onlar yuxunu yoza bilmədi. 027 DAN 004 008 Nəhayət, allahımın adı ilə Belteşassar adlanan və müqəddəs allahların ruhuna malik olan Daniel hüzuruma gəldi. Mən yuxumu ona danışaraq dedim: 027 DAN 004 009 «Ey sehrbazların ən böyüyü Belteşassar! Bilirəm ki, səndə müqəddəs allahların ruhu var və sənin üçün hər hansı bir sirri açmaq çətin deyil. İndi yuxuda gördüyüm görüntüləri və onların yozumunu mənə söylə. 027 DAN 004 010 Yatarkən belə yuxu görmüşdüm: dünyanın ortasında çox hündür bir ağac var idi. 027 DAN 004 011 Ağac o qədər böyüdü və möhkəmləndi ki, başı göylərə çatdı. O, dünyanın hər tərəfindən görünürdü. 027 DAN 004 012 Onun gözəl yarpaqları və çoxlu meyvələri var idi, üstündə hər kəs üçün qida var idi. Ağacın altında çöl heyvanları kölgə tapır, budaqlarında göy quşları yuva salır və bütün canlı məxluqlar onunla qidalanırdı. 027 DAN 004 013 Yatarkən yuxumda gördüm ki, göylərdən qoruyucu, müqəddəs bir mələk endi. 027 DAN 004 014 O ucadan elan edib dedi: “Bu ağacı kəsin, budaqlarını qırın, yarpaqlarını yolun və meyvəsini səpələyin. Qoy heyvanlar onun altından, quşlar isə budaqlarından qaçsın. 027 DAN 004 015 Ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və heyvanlarla birgə yerin otu ilə qidalansın. 027 DAN 004 016 Onun insan ağlı əlindən alınsın və ona heyvan ağlı verilsin. Yeddi il keçənə qədər belə qalsın. 027 DAN 004 017 Qoruyucu mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur”. 027 DAN 004 018 Mən padşah Navuxodonosor belə bir yuxu gördüm. Ey Belteşassar, sən bu yuxunu yoz, çünki padşahlığımın müdrik adamlarından heç biri bu yuxunu yoza bilmir. Sən isə bunu edə bilərsən, çünki səndə müqəddəs allahların ruhu var». 027 DAN 004 019 O zaman Belteşassar adlanan Daniel bir müddət heyrət içində qaldı və fikirləri onu vahiməyə saldı. Padşah belə dedi: «Ey Belteşassar, bu yuxu və onun yozumu səni vahiməyə salmasın». Belteşassar cavab verdi: «Ey ağam, bu yuxu sənə nifrət edənlərin, onun yozumu sənin düşmənlərinin nəsibi olsun! 027 DAN 004 020 Sənin gördüyün böyük və möhkəm olan, başı göylərə çatan və dünyanın hər tərəfindən görünən, 027 DAN 004 021 yarpaqları gözəl, meyvələri çox və hər kəs üçün qidası olan, altında çöl heyvanları kölgə tapan və budaqlarında göy quşları yuva quran 027 DAN 004 022 ağac sənsən, ey padşah. Sən böyüyüb möhkəmləndin, əzəmətin artıb göylərə, hakimiyyətin dünyanın hər tərəfinə çatdı. 027 DAN 004 023 Padşah gördü ki, qoruyucu, müqəddəs bir mələk göylərdən enib dedi: “Bu ağacı kəsib xarab edin, ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və yeddi il keçənə qədər çöl heyvanları ilə birgə qidalansın”. 027 DAN 004 024 Ey padşah, yuxunun yozumu və Allah-Taalanın ağam padşaha qarşı hökmü belədir: 027 DAN 004 025 sən insanlar arasından qovulacaqsan, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər, göylərin şehi ilə islanacaqsan. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən. 027 DAN 004 026 Ağacın kötüyü ilə köklərinin qalması barədə olan fərmanın mənası budur ki, sən göylərin hökmranlıq etdiyini dərk edəndən sonra padşahlığın sənə qaytarılacaq. 027 DAN 004 027 Ey padşah, buna görə də sən mənim məsləhətimi qəbul et: ədalətlə rəftar etməklə günahlarından, yoxsullara mərhəmət etməklə təqsirlərindən vaz keç. Bəlkə bununla sənin əmin-amanlığının müddəti uzadılar». 027 DAN 004 028 Bütün bunlar padşah Navuxodonosorun başına gəldi. 027 DAN 004 029 On iki ay keçəndən sonra Babildəki sarayının damında gəzən padşah dedi: 027 DAN 004 030 «Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?» 027 DAN 004 031 Söz padşahın ağzından çıxmamışdı ki, göylərdən səs gəldi: «Ey padşah Navuxodonosor, sənə deyilir ki, padşahlığın əlindən alındı. 027 DAN 004 032 Sən insanlar arasından qovulacaq, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən». 027 DAN 004 033 Deyilən hadisələr o saat Navuxodonosorun başına gəldi: o, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı və göylərin şehi ilə islandı. Onun tükü qartal tükü kimi, dırnağı quş dırnağı kimi uzandı. 027 DAN 004 034 «O günlərin sonunda mən Navuxodonosor üzümü göylərə tutdum və ağlım başıma qayıtdı. Allah-Taalaya həmd etdim, Əbədi Yaşayanı mədh edib izzətləndirdim. Onun hökmranlığı əbədidir, Padşahlığı nəsildən-nəslə qalır. 027 DAN 004 035 Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur. 027 DAN 004 036 O zaman ağlım başıma gəldi. Padşahlığımın izzəti üçün cah-calalım yenə özümə qayıtdı. Müşavirlərim və əyanlarım məni axtarıb tapdı. Mən yenə öz taxtıma qayıtdım və əzəmətim daha da artdı. 027 DAN 004 037 İndi isə mən Navuxodonosor göylərin Padşahına həmd edirəm və Onu mədh edib izzətləndirirəm, çünki Onun bütün işləri həqiqət, əməlləri ədalətlidir və qürurla gəzənləri alçaltmağa qüdrəti var». 027 DAN 005 001 Padşah Belşassar min nəfər əyanı üçün böyük bir ziyafət qurdu və onlarla şərab içdi. 027 DAN 005 002 Belşassar şərab içərkən əmr etdi ki, babası Navuxodonosorun Yerusəlimdəki məbəddən çıxardığı qızıl və gümüş qabları gətirsinlər və padşah, əyanları, arvadları və cariyələri onlarla şərab içsin. 027 DAN 005 003 Onda məbəddən – Allahın Yerusəlimdə olan evindən çıxarılmış qızıl qablar gətirildi. Padşah, əyanları, arvadları və cariyələri bunlarla şərab içməyə başladı. 027 DAN 005 004 Onlar şərab içərək qızıl, gümüş, tunc, dəmir, ağac və daş allahlara həmd etdi. 027 DAN 005 005 Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padşah sarayının divarının suvağı üzərinə nəsə yazdı. Padşah yazan əli gördü. 027 DAN 005 006 Onda padşahın bənizi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı. 027 DAN 005 007 Padşah ucadan qışqırdı ki, ovsunçuları, Xaldeyli müdrikləri və falçıları gətirsinlər. Gələn Babil müdriklərinə padşah belə dedi: «Kim bu yazılanı mənə oxuyub mənasını izah etsə, ona qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaq». 027 DAN 005 008 Padşahın bütün müdrikləri içəri girdi, ancaq yazılanı nə oxuya, nə də mənasını padşaha izah edə bildilər. 027 DAN 005 009 Onda padşah Belşassar daha da vahiməyə düşdü və bənizi soldu, əyanları da heyrətə düşdü. 027 DAN 005 010 Mələkə padşahın və əyanlarının sözlərini eşidib ziyafət otağına gəldi. Mələkə belə dedi: «Qoy padşah həmişə sağ olsun, fikirlərin səni vahiməyə salmasın, bənizin də solmasın. 027 DAN 005 011 Sənin padşahlığında müqəddəs allahların ruhuna malik olan bir adam var. Sənin babanın dövründə o, nuraniliyə, dərrakəyə və allahların müdrikliyi qədər müdrikliyə malik olması ilə tanınırdı. Baban padşah Navuxodonosorun özü onu sehrbazların, ruhçağıranların, Xaldeyli müdriklərin və əlamət baxıcılarının başçısı qoymuşdu. 027 DAN 005 012 Çünki padşahın Belteşassar adlandırdığı bu adam – Daniel iti ağla, biliyə, dərrakəyə, yuxuları yozmaq, müəmmaları açmaq və çətinlikləri həll etmək qabiliyyətinə malik olması ilə tanınmışdı. İndi qoy Danieli çağırsınlar, o sənə bunun mənasını izah edəcək». 027 DAN 005 013 Onda Danieli padşahın hüzuruna gətirdilər və padşah ondan soruşdu: «Padşah babamın Yəhudadan sürgün edərək gətirdiyi Yəhudalılardan olan Daniel sənsənmi? 027 DAN 005 014 Mən sənin barəndə eşitmişəm ki, səndə allahların ruhu var, nuranilik, dərrakə və böyük müdriklik sahibisən. 027 DAN 005 015 Budur, hüzuruma müdriklər və ovsunçular gətirildi ki, bu yazılanı oxuyub mənasını mənə açsınlar, ancaq onlar bunu mənə izah edə bilmədi. 027 DAN 005 016 Sənin barəndə isə eşitmişəm ki, yozum verib çətinlikləri həll edə bilirsən. Əgər indi bu yazılanı oxuyub mənasını izah edə bilsən, sənə qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaqsan». 027 DAN 005 017 Onda Daniel padşaha cavab verdi: «Qoy hədiyyələrin özünə qalsın, mükafatlarını da başqasına ver. Yazılanı isə mən padşaha oxuyub mənasını izah edə bilərəm. 027 DAN 005 018 Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi. 027 DAN 005 019 Allahın ona verdiyi əzəmətə görə bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ondan qorxub əsirdi. O istədiyi adamı öldürər, istədiyi adamı sağ buraxardı, istədiyi adamı yüksəldər, istədiyi adamı alçaldardı. 027 DAN 005 020 Ancaq ürəyi qürurlanıb inadkar olanda padşahlıq taxtından salındı və izzəti əlindən alındı. 027 DAN 005 021 O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur. 027 DAN 005 022 Sən – onun övladı Belşassar da bütün bunları bildiyin halda itaətkarlıq etmədin, 027 DAN 005 023 əksinə, göylərin Rəbbinə qarşı qürurlandın. Onun məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən, əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl-gümüş, tunc, dəmir, ağac və daşdan olub, görməyən, eşitməyən, anlamayan allahlara həmd etdin, ancaq nəfəsin əlində olan və etdiyin hər şeyə göz qoyan Allahı izzətləndirmədin. 027 DAN 005 024 Buna görə də Onun tərəfindən bir əl göndərilib bu sözləri yazdı. 027 DAN 005 025 Yazılan sözlər budur: Mene, Mene, Teqel və Parsin. 027 DAN 005 026 Sözlərin mənası isə budur: Mene – Allah sənin padşahlıq müddətini hesabladı və ona son qoydu; 027 DAN 005 027 Teqel – sən tərəzidə çəkildin və yüngül olduğun bilindi; 027 DAN 005 028 Peres – sənin padşahlığın bölünərək Midiyalılara və Farslara verildi». 027 DAN 005 029 Onda Belşassarın əmri ilə Danielə qırmızı libas geyindirdilər, boynuna qızıl zəncir asdılar və o, padşahlıqda üçüncü adam elan olundu. 027 DAN 005 030 Həmin gecə Xaldey padşahı Belşassar öldürüldü. 027 DAN 005 031 Altmış iki yaşlı Midiyalı Dara hakimiyyəti əlinə aldı. 027 DAN 006 001 Dara qərara aldı ki, ölkəyə başçılıq etmək üçün padşahlığın bütün ərazisinə yüz iyirmi canişin təyin etsin, 027 DAN 006 002 onlara isə üç vəzir başçılıq etsin. Bu canişinlər onlara hesabat versin, padşaha da ziyan dəyməsin. Həmin üç vəzirdən biri Daniel idi. 027 DAN 006 003 Bu adam – Daniel başqa vəzirlərdən və canişinlərdən üstün idi, çünki o, iti ağla malik idi. Buna görə də padşah qərara gəlmişdi ki, onu bütün ölkəyə başçı qoysun. 027 DAN 006 004 Belə olanda vəzirlər və canişinlər Danieli ölkənin idarə işlərində ittiham etmək üçün bir bəhanə axtarmağa başladılar, ancaq heç bir bəhanə və təqsir tapa bilmədilər, çünki Daniel etibarlı idi və onda heç bir səhv yaxud təqsir tapılmadı. 027 DAN 006 005 Nəhayət, bu adamlar dedi: «Əgər bu adamın – Danielin Allahının dinində onun əleyhinə bir şey tapmasaq, ona qarşı bir bəhanə tapa bilməyəcəyik». 027 DAN 006 006 Onda bu vəzirlər və canişinlər padşahın yanına gəldi və ona belə dedi: «Qoy padşah Dara həmişə sağ olsun! 027 DAN 006 007 Ölkənin bütün vəzirləri, əmirləri, canişinləri, müşavirləri və valiləri birlikdə razılaşdı ki, belə bir padşah fərmanı və qadağan əmri verilsin: ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua etsə, şirlər olan quyuya atılsın. 027 DAN 006 008 Ey padşah, indi bu qadağan əmrini ver, Midiya və Fars qanunlarına əsasən dəyişilməz və heç vaxt pozulmayan bir fərmanı imzala». 027 DAN 006 009 Padşah Dara belə bir fərmanı və qadağan əmrini imzaladı. 027 DAN 006 010 Daniel belə bir fərmanın imzalandığını öyrəndikdə öz evinə qayıtdı. Onun yuxarı otağının Yerusəlimə tərəf olan pəncərələri açıq idi. Daniel əvvəllər etdiyi kimi gündə üç dəfə diz çöküb öz Allahına dua etdi və Onun önündə şükür etdi. 027 DAN 006 011 Onda bu adamlar birlikdə oraya gedib Danielin Allaha dua etdiyini və yalvardığını gördülər. 027 DAN 006 012 Sonra gəlib padşaha öz qadağan əmri barədə dedilər: «Ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua edərsə, şirlər olan quyuya atılsın deyə qadağan əmri imzalamadınmı?» Padşah cavab verdi: «Bu qərar dəyişilməz olan Midiya və Fars qanunlarına əsasən qətidir». 027 DAN 006 013 O vaxt onlar padşaha dedi: «Ey padşah, sürgün olunmuş Yəhudalılardan olan Daniel səni və imzaladığın qadağan əmrini saymayaraq gündə üç dəfə dua edir». 027 DAN 006 014 Padşah bu sözləri eşidəndə çox kədərləndi və ürəyində niyyət etdi ki, Danieli qurtarsın. Padşah hətta günəş batana qədər onu xilas etməyə çalışdı. 027 DAN 006 015 Ancaq o adamlar birlikdə padşahın yanına gəlib ona dedi: «Ey padşah, bunu bil ki, Midiya və Fars qanunlarına görə padşahın təsdiq etdiyi qadağan əmri və fərman dəyişilməz». 027 DAN 006 016 Bunu eşitdikdə padşah əmr etdi və Danieli gətirib şirlər olan quyuya atdılar. Padşah Danielə belə dedi: «Daim qulluq etdiyin Allahın səni qurtarsın!» 027 DAN 006 017 Sonra bir daş gətirilib quyunun ağzına qoyuldu. Danielin hökmündə heç nə dəyişməsin deyə padşah özünün möhür üzüyü və əyanlarının üzükləri ilə daşı möhürlədi. 027 DAN 006 018 Sonra padşah öz sarayına qayıtdı. Gecəni yemək yemədən və əylənmədən keçirdi, yuxusu da qaçdı. 027 DAN 006 019 Səhər açılanda padşah yerindən qalxıb tələsik şirlərin olduğu quyuya getdi. 027 DAN 006 020 Oraya yaxınlaşanda kədərli səslə Danieli çağırıb dedi: «Ey Daniel, var olan Allahın qulu! Daim qulluq etdiyin Allahın səni şirlərdən qurtara bildimi?» 027 DAN 006 021 Onda Daniel padşaha dedi: «Qoy padşah həmişə sağ olsun! 027 DAN 006 022 Allahım Öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı, çünki mənim Allahın önündə təqsirsiz olduğum bilindi. Ey padşah, sənə qarşı da heç bir cinayət etməmişəm». 027 DAN 006 023 Onda padşah çox sevindi və Danieli quyudan çıxarmağı əmr etdi. Daniel quyudan çıxarılanda onun bədənində heç bir zədə yox idi, çünki öz Allahına güvənmişdi. 027 DAN 006 024 Padşah əmr etdi və Danieli ittiham edən adamlar gətirildi. Onları uşaqları və arvadları ilə birlikdə şirlərin olduğu quyuya atdılar. Quyunun dibinə çatmamış şirlər onları qapıb sümüklərini qırdı. 027 DAN 006 025 O zaman padşah Dara bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan adamlara belə yazdı: «Sülhünüz bol olsun! 027 DAN 006 026 Fərman verirəm ki, bütün padşahlığımın ərazisində olan adamlar Danielin Allahından qorxub titrəsin. O, var olan Allahdır, əbədi olaraq mövcuddur, Onun padşahlığı dağılmaz və hökmranlığı sonsuzdur. 027 DAN 006 027 O qurtarıb xilas edər, göydə və yerdə əlamətlər, Möcüzələr göstərər. Danieli şirlərin pəncəsindən O qurtardı». 027 DAN 006 028 Bu adam – Daniel Daranın, Fars Kirin padşahlığında uğur qazandı. 027 DAN 007 001 Babil padşahı Belşassarın padşahlığının birinci ilində Daniel yatarkən bir yuxu gördü və ona görüntülər gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi. 027 DAN 007 002 Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır. 027 DAN 007 003 Dənizdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı. 027 DAN 007 004 Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o, yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi. 027 DAN 007 005 Başqa birisi – ikinci heyvan ayıya bənzəyirdi. O, bir yanı tərəfə əyilmişdi və ağzında – dişləri arasında üç qabırğa sümüyü var idi. Ona belə deyildi: «Qalx çoxlu ət ye». 027 DAN 007 006 Bundan sonra mən bəbirə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində dörd quş qanadı və onun dörd başı var idi. Ona hakimiyyət verilmişdi. 027 DAN 007 007 Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi. 027 DAN 007 008 Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi. 027 DAN 007 009 Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi. 027 DAN 007 010 Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, On minlərlə nəfər Onun hüzurunda durmuşdu. Məhkəmə iclası başlandı və kitablar açıldı. 027 DAN 007 011 O zaman buynuzun söylədiyi təkəbbürlü sözlər mənim diqqətimi cəlb etdi. Heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı. 027 DAN 007 012 Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı, ancaq ömürləri müəyyən müddətə qədər uzadıldı. 027 DAN 007 013 Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. 027 DAN 007 014 Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. 027 DAN 007 015 Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı. 027 DAN 007 016 Ayaq üstə duran adamlardan birinə yaxınlaşıb «Bütün bu şeylərin həqiqi mənası nədir?» deyə soruşdum. O adam bu şeylərin mənasını mənə izah edib bildirdi: 027 DAN 007 017 «Bu dörd böyük heyvan yerdən çıxacaq dörd padşahlıqdır. 027 DAN 007 018 Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq». 027 DAN 007 019 Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı. 027 DAN 007 020 Onun başında on buynuz var idi. Daha biri çıxdı və üçü onun önündə düşdü. Bu həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlarından daha heybətli idi. 027 DAN 007 021 Mən gördüm ki, bu buynuz müqəddəslərlə döyüşüb onlara üstün gəlir; 027 DAN 007 022 o vaxta qədər ki Əzəldən Var Olan gəldi, Haqq-Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padşahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi. 027 DAN 007 023 O bunu belə izah etdi: «Dördüncü heyvan yer üzündə olacaq dördüncü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək. 027 DAN 007 024 On buynuzun mənası budur ki, bu padşahlıqdan on padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb üç padşahı yıxacaq. 027 DAN 007 025 Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək. 027 DAN 007 026 Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaq. 027 DAN 007 027 Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək». 027 DAN 007 028 Burada söz bitir. Mən Danieli isə düşüncələrim bərk vahiməyə saldı və bənizim soldu. Ancaq bu sözləri yadımda saxladım. 027 DAN 008 001 Əvvəl mənə gələn görüntüdən sonra padşah Belşassarın hökmranlığının üçüncü ilində mən Danielə başqa bir görüntü gəldi. 027 DAN 008 002 Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım. 027 DAN 008 003 Başımı qaldırıb gördüm ki, kanalın kənarında bir qoç durub. Onun iki buynuzu var idi. Buynuzlarının hər ikisi uzun idi, biri digərindən uzun idi və uzun olan sonradan çıxdı. 027 DAN 008 004 Mən gördüm ki, bu qoç qərbə, şimala və cənuba tərəf buynuz vurur. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən qurtaran yox idi. O istədiyini etdi və özünü yüksəltdi. 027 DAN 008 005 Mən bu barədə düşünərkən qərbdən bir təkə gəldi. Onun gözləri arasında gözə çarpan bir buynuzu var idi. O, ayağı yerə toxunmadan bütün yer üzünü keçdi. 027 DAN 008 006 O, kanalın kənarında durduğunu gördüyüm iki buynuzu olan qoçun yanına gəldi və böyük qızğınlıqla onun üstünə atıldı. 027 DAN 008 007 Mən gördüm ki, o qeyzə gəlib qoça hücum etdi və qoçu vurub iki buynuzunu qırdı. Qoçda onun qabağında durmağa qüvvət yox idi. O, qoçu yerə yıxıb tapdaladı. Qoçu onun əlindən qurtaran olmadı. 027 DAN 008 008 Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı. 027 DAN 008 009 Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və Gözəl ölkəyə doğru çox uzandı. 027 DAN 008 010 Səma ordusuna qədər uzanıb bu ordunun və ulduzların bir hissəsini yerə salaraq tapdaladı. 027 DAN 008 011 Hətta bu ordunun Başçısına qədər özünü yüksəltdi. Onun daimi yandırma qurbanı dayandırıldı və Müqəddəs məkanı təhqir olundu. 027 DAN 008 012 Qanunsuzluq üzündən bu ordu və daimi yandırma qurbanı kiçik buynuza təslim edildi. O, həqiqəti yerə vurub etdiyi hər işdə uğur qazandı. 027 DAN 008 013 Mən bir müqəddəsin səsini eşitdim və başqa bir müqəddəs danışana sual verdi: «Daimi yandırma qurbanı və viranəlik gətirən qanunsuzluq barədəki görüntü nə vaxta qədər uzanır? Müqəddəs yerin və ordunun tapdalanmasına nə vaxta qədər icazə veriləcək?» 027 DAN 008 014 Sonra mənə dedi: «İki min üç yüz axşam və səhər keçənə qədər. Ondan sonra müqəddəs yer bərpa olunacaq». 027 DAN 008 015 Mən Daniel bu görüntünü görəndə onun mənasını öyrənmək istədim. Bu zaman qarşımda insan simasında olan bir nəfər dayandı. 027 DAN 008 016 Mən Ulay kanalından bir insan səsi eşitdim. O nida edib «ey Cəbrayıl, bu görüntünü ona izah et» dedi. 027 DAN 008 017 O dayandığım yerə yaxınlaşdı. Yanıma çatanda mən dəhşətə düşüb üzüstə yıxıldım. O mənə dedi: «Ey bəşər oğlu, bil ki, bu görüntü axır zamana aiddir». 027 DAN 008 018 O mənimlə danışdığı vaxt üzüstə yıxılıb dərin yuxuya getmişdim. O məni tutub ayaq üstə qaldırdı 027 DAN 008 019 və dedi: «Bax daha sonra Allahın qəzəb günlərində nə baş verəcəyini sənə bildirirəm, çünki görüntü axır zamanın müəyyən vaxtına aiddir. 027 DAN 008 020 Gördüyün iki buynuzlu qoç Midiya və Fars padşahlarıdır. 027 DAN 008 021 Tüklü təkə isə Yunan padşahıdır, onun gözləri arasında olan böyük buynuz isə birinci padşahdır. 027 DAN 008 022 Qırılan buynuzun yerinə çıxan dörd buynuz o millətdən çıxacaq dörd padşahlığı təmsil edir. Ancaq onlar birinci padşah qədər güclü olmayacaq. 027 DAN 008 023 Onların hakimiyyətinin sonunda isə qanunsuzlar azğınlıq edəndə həyasız və hiyləgərlikdə mahir bir padşah çıxacaq. 027 DAN 008 024 O çox güclənəcək, ancaq öz gücü ilə yox. Heyrətləndirici dağıntılar törədəcək, etdiyi hər işdə uğur qazanacaq, igid adamları və müqəddəs xalqı qıracaq. 027 DAN 008 025 Öz hiyləgərliyi ilə məkrli işlərində uğur qazanacaq və ürəyində özünə qürrələnəcək. Əmin-amanlıqda yaşayan çoxlu adamı həlak edəcək və başçılar Başçısına qarşı çıxacaq, ancaq əl dəymədən məhv olacaq. 027 DAN 008 026 Axşam və səhər barədə sənə göstərilən bu görüntü həqiqətdir. Ancaq sən bu görüntünü gizli saxla, çünki o, uzaq dövrə aiddir». 027 DAN 008 027 Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim. 027 DAN 009 001 Midiya tayfasından Axaşveroşun oğlu Daranın padşahlığının birinci ili idi. O, Xaldey ölkəsinə padşah qoyulmuşdu. 027 DAN 009 002 Onun padşahlığının birinci ilində mən Daniel Yerusəlimin viranə qalacağı müddətin yetmiş il olduğu barədə Rəbbin Yeremya peyğəmbərə göndərdiyi sözü kitablardan anladım. 027 DAN 009 003 Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım. 027 DAN 009 004 Allahım Rəbbə dua etdim və etiraf edərək dedim: «Sənə dua edirəm, ey böyük və zəhmli Xudavənd Allah! Səni sevənlər və əmrlərinə əməl edənlər üçün əhdinə sadiq qalıb məhəbbət göstərirsən. 027 DAN 009 005 Biz günah və təqsir etdik, pislik edib Sənə qarşı üsyankar olduq. Sənin əmrlərindən və hökmlərindən üz döndərdik. 027 DAN 009 006 Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına Sənin adınla söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq. 027 DAN 009 007 Ey Xudavənd, Səndə ədalət var, bizdə isə bugünkü kimi üz qaralığı! Bu, Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara və Sənə qarşı etdikləri xainlikdən ötrü sürgün etdiyin bütün ölkələrdə, yaxında və uzaqda olan İsraillilərin hamısına aiddir. 027 DAN 009 008 Ya Rəbb, bizim padşahlarımızın, başçılarımızın və atalarımızın üzü qaradır, çünki Sənə qarşı günah etmişik. 027 DAN 009 009 Mərhəmət və bağışlamaq isə Xudavənd Allahımıza məxsusdur, çünki biz Ona qarşı üsyan etmişik. 027 DAN 009 010 Allahımız Rəbbin sözünə qulaq asmadıq, Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl etmədik. 027 DAN 009 011 Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik. 027 DAN 009 012 O da başımıza böyük bəla gətirərək bizə və hökm edən hakimlərimizə qarşı dediyi sözləri yerinə yetirdi, çünki Yerusəlimə gələn bəla göylər altında olan heç bir yerə gəlməyib. 027 DAN 009 013 Musanın Qanununda yazıldığı kimi bütün bu bəla başımıza gəldi. Ancaq biz Allahımız Rəbbə üz tutmadıq ki, təqsirlərimizdən dönək və Onun həqiqətini dərk edək. 027 DAN 009 014 Rəbb də bu bəlanı başımıza gətirməyə tərəddüd etmədi, çünki Allahımız Rəbb etdiyi bütün işlərində ədalətlidir, ancaq biz Sənin səsinə qulaq asmadıq. 027 DAN 009 015 Ey Allahımız Xudavənd, Sən Öz xalqını Misir torpağından qüdrətli əlinlə çıxardın və bu günə qədər davam edən izzət qazandın! Biz isə günah işlətdik, pislik etdik. 027 DAN 009 016 Ey Xudavənd, bütün ədalətli işlərinə görə Sənə yalvarıram, qeyz və qəzəbini Öz şəhərin Yerusəlimdən, müqəddəs dağından döndər. Çünki bizim günahlarımızdan və atalarımızın təqsirlərindən ötrü Yerusəlim və Sənin xalqın bütün ətraf xalqlar arasında rüsvay oldu. 027 DAN 009 017 Ey Allahımız, indi qulunun duasını və yalvarışlarını eşit. Ey Xudavənd, Öz xatirinə işıqlı üzünü viran olan Müqəddəs məkanına tərəf çevir. 027 DAN 009 018 Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və Sənə məxsus olan şəhəri gör. Çünki öz salehliyimizə görə deyil, Sənin böyük mərhəmətinə görə yalvarışlarımızı Sənin önündə təqdim edirik. 027 DAN 009 019 Ey Xudavənd, eşit, ey Xudavənd, bağışla, ey Xudavənd, diqqət et və hərəkətə gəl. Ey Allahım, Öz adın naminə gecikmə, çünki şəhərin və xalqın Sənə məxsusdur». 027 DAN 009 020 Mən hələ danışıb duada özümün və xalqım İsrailin günahlarını etiraf edərək Allahımın müqəddəs dağı üçün yalvarışımı Allahım Rəbbə təqdim edən zaman – 027 DAN 009 021 hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi. 027 DAN 009 022 O məni başa saldı və mənimlə danışıb dedi: «Ey Daniel! İndi mən gəldim ki, sənə müdriklik və dərrakə verim. 027 DAN 009 023 Sənin duanın başlanğıcında Allah cavab verdi və mən də gəldim ki, onu sənə çatdırım, çünki Allah səni çox sevir. İndi isə sözüm barədə düşün və görüntünü bil. 027 DAN 009 024 Sənin xalqın və müqəddəs şəhərin üçün yetmiş dəfə yeddiillik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, Ən Müqəddəs yer məsh edilsin. 027 DAN 009 025 Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq. 027 DAN 009 026 Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib. 027 DAN 009 027 Həmin hökmdar yeddiillik bir dövr ərzində çoxları ilə əhd bağlayacaq. Bu yeddiillik dövrün ortasında qurbanla təqdimi dayandıracaq, məbədin qülləsində viranəlik gətirən iyrənc şey qoyacaq və viranəlik gətirən şey onun təyin edilmiş aqibətinə qədər orada qalacaq». 027 DAN 010 001 Fars padşahı Kirin hökmranlığının üçüncü ilində Belteşassar adlanan Danielə bir vəhy gəldi. Bu vəhy həqiqi idi, amma anlaşılması çox çətin oldu. Görüntü ilə izah ediləndə o bu vəhyi dərk etdi. 027 DAN 010 002 O günlər mən Daniel üç həftə yas tutdum. 027 DAN 010 003 Üç həftə bitənə qədər mən dadlı yemək yemədim, ət və şərab dilimə dəymədi və heç bir ətirli yağ sürtmədim. 027 DAN 010 004 Birinci ayın iyirmi dördüncü günü mən böyük Dəclə çayının kənarında idim. 027 DAN 010 005 Başımı qaldırıb gördüm ki, qarşımda kətan paltar geyinmiş, beli xalis qızılla qurşanan bir nəfər var. 027 DAN 010 006 Onun bədəni sarı yaqut kimi, üzü şimşəyə bənzər, gözləri yanar məşəllər tək, qolları və ayaqları cilalanmış tunc kimi işıldayırdı, danışıq səsi kütlənin gurultusu kimi idi. 027 DAN 010 007 Yalnız mən Daniel bu görüntünü gördüm, mənimlə birgə olan adamlar isə bunu görmədi. Ancaq onların arasına elə vəlvələ düşdü ki, gizlənmək üçün qaçdılar. 027 DAN 010 008 Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm. 027 DAN 010 009 Mən onun danışıq səsini eşitdim. Danışıq səsini eşidəndə dərin yuxuya getdim və üzüstə düşüb torpağa uzandım. 027 DAN 010 010 Bu vaxt mənə bir əl toxundu və məni əllərimlə dizlərimin üstünə qoydu. 027 DAN 010 011 O mənə dedi: «Ey Allahın sevimlisi olan Daniel! Sənə dediyim sözləri dərk et və ayağa qalx, çünki indi sənin yanına göndərilmişəm». O bu sözləri deyəndə mən titrəyərək ayağa qalxdım. 027 DAN 010 012 O mənə dedi: «Qorxma, Daniel! Dərrakə qazanmağa meyl edib, Allahın önündə özünü aşağı tutmağı qərara aldığın üçün ilk gündən sözlərin eşidildi və mən sənin sözlərinə görə gəldim. 027 DAN 010 013 Lakin Fars ölkəsinin hamisi olan mələk iyirmi bir gün mənə qarşı dayandı. O zaman baş mələklərdən biri olan Mikael köməyimə gəldi, çünki mən orada Fars ölkəsinin hamisi olan mələklə birgə qalmışdım. 027 DAN 010 014 İndi gəldim ki, gələcəkdə xalqının başına nə gələcəyini sənə başa salım, çünki bu görüntü gələcək dövrə aiddir». 027 DAN 010 015 O belə sözlər söyləyərkən mən üzüstə yerə yıxılıb dinməz qaldım. 027 DAN 010 016 Bu vaxt bəşər övladına bənzəyən bir nəfər dodaqlarıma toxundu. Mən ağzımı açıb danışmağa başladım və qarşımda durana dedim: «Ağam, bu görüntüyə görə əzaba qərq oldum və taqətim qalmadı. 027 DAN 010 017 Mən qulun ağamla necə danışa bilərəm? Çünki mənim gücüm tükəndi və canımda nəfəs qalmadı». 027 DAN 010 018 Onda insan simasında olan həmin şəxs yenə mənə toxunub güc verdi. 027 DAN 010 019 O dedi: «Ey Allahın sevimlisi, qorxma, sənə sülh olsun, möhkəm ol, möhkəm ol!» O mənimlə danışanda mən qüvvət tapıb dedim: «Ey ağam, danış, çünki sən mənə güc verdin». 027 DAN 010 020 O dedi: «Bilirsənmi mən niyə sənin yanına gəlmişəm? İndi mən Fars hamisi olan mələklə mübarizə etməyə qayıdıram. Mən gəlincə Yunan hamisi olan mələk gələcək. 027 DAN 010 021 Ancaq əvvəlcə mən həqiqət Kitabında yazılmış şeyləri sənə bildirəcəyəm. Onlara qarşı mübarizədə başçınız Mikaeldən başqa mənə köməkçi olan heç kəs yoxdur. 027 DAN 011 001 Mən Midiyalı Daranın padşahlığının birinci ilində ona dayaq olmaq və onu qorumaq üçün yanında qaldım. 027 DAN 011 002 İndi həqiqəti sənə bildirirəm: Fars ölkəsində daha üç padşah olacaq. Dördüncüsünün isə hamısından çox var-dövləti olacaq və bunun hesabına qüvvətlənəndə hamını Yunan padşahlığına qarşı qaldıracaq. 027 DAN 011 003 Sonra igid bir padşah gələcək, çox qüdrətli hökmdar olacaq və öz istədiyini edəcək. 027 DAN 011 004 Ancaq onun gəldiyi vaxt padşahlığı dağılıb göylərin dörd küləyinin səmtinə bölünəcək, onun nəslinə keçməyəcək və hökmranlığı kimi güclü olmayacaq. Çünki onun padşahlığı dağılacaq və nəslindən olmayan adamlara qalacaq. 027 DAN 011 005 Cənub padşahı güclənəcək, ancaq sərkərdələrindən biri ondan daha güclü olacaq, hökmranlıq edəcək və qüdrətli hökmdar olacaq. 027 DAN 011 006 Ancaq bir neçə ildən sonra onlar razılığa gələcək. Cənub padşahının qızı şimal padşahının yanına gedəcək ki, sülh sazişi bağlasın. Amma bu qadın öz mövqeyini saxlaya bilməyəcək. Şimal padşahının ömrü də, hakimiyyəti də uzun sürməyəcək. Qadın, onu müşayiət edənlər, atası və o vaxt ona dayaq duranlar təslim ediləcək. 027 DAN 011 007 Lakin o qadının nəslindən biri cənub padşahının yerinə keçəcək. O, şimal padşahının ordusuna hücum edib onun qalasına girəcək. Onlarla vuruşub üstün gələcək. 027 DAN 011 008 Hətta onların allahlarını, tökmə bütlərini qiymətli qızıl və gümüş qabları ilə birlikdə Misirə çəkib aparacaq. Bir neçə il ərzində şimal padşahını rahat buraxacaq. 027 DAN 011 009 Hərçənd o da cənub padşahının ölkəsinə hücum edəcək, ancaq öz torpağına qayıdacaq. 027 DAN 011 010 Sonra şimal padşahının oğulları silahlanıb çoxlu qoşun toplayacaq. Qoşun sel kimi gəlib keçəcək və irəliləyərək cənub padşahının qalasına hücum edəcək. 027 DAN 011 011 Cənub padşahı qəzəblənib çıxacaq və onunla – şimal padşahı ilə vuruşacaq. O da böyük bir qoşun çıxaracaq, lakin bu qoşun cənub padşahına təslim ediləcək. 027 DAN 011 012 Qoşun məğlub olanda cənub padşahı ürəyi qürrələnərək on minlərlə adamı həlak edəcək, ancaq qələbəsi uzun sürməyəcək. 027 DAN 011 013 Çünki şimal padşahı qayıdıb əvvəlkindən daha böyük qoşun çıxaracaq və bir neçə ildən sonra tam silahlanmış böyük bir ordu ilə gələcək. 027 DAN 011 014 O zaman bir çoxu cənub padşahına qarşı çıxacaq. Görüntü yerinə yetsin deyə sənin xalqından qoluzorlular da ayağa qalxacaq, ancaq uğur qazanmayacaq. 027 DAN 011 015 Şimal padşahı gəlib hasarlara torpaq yığaraq istehkamlı şəhəri alacaq. Cənubun qüvvələri onun qarşısında tab gətirməyəcək, seçmə qoşunu da müqavimət göstərə bilməyəcək. 027 DAN 011 016 İstilaçı şimal padşahı istədiyini edəcək və heç kəs onun qarşısında dura bilməyəcək. Gözəl ölkədə bir müddət qalacaq və oranı viran etməyə qadir olacaq. 027 DAN 011 017 Şimal padşahı ölkəsinin bütün qüvvələri ilə birgə gəlməyi qərara alacaq. Sülh sazişinin şərtlərini təklif edib yerinə yetirəcək və cənub padşahlığını məhv etmək üçün ona gənc bir arvad verəcək, ancaq hiyləsi baş tutmayacaq və ona kömək olmayacaq. 027 DAN 011 018 Sonra nəzərini sahil ölkələrinə çevirəcək və onların çoxunu alacaq. Ancaq bir sərkərdə onun etdiyi təhqirə son qoyacaq, hətta təhqirini öz başına gətirəcək. 027 DAN 011 019 Sonra nəzərini öz ölkəsinin qalalarına tərəf çevirəcək. Ancaq büdrəyib yıxılacaq və ondan bir əsər qalmayacaq. 027 DAN 011 020 Onun yerinə keçən padşah padşahlıq izzəti üçün öz vergiyığanını göndərəcək, ancaq az müddət sonra o da həlak olacaq. Amma bu, üsyan yaxud müharibə zamanı olmayacaq. 027 DAN 011 021 Onun yerinə padşahlıq izzətinə layiq olmayan namərd bir adam keçəcək. O gözlənilmədən gəlib yaltaqlıqla hakimiyyəti qəsb edəcək. 027 DAN 011 022 Sel kimi istilaçı qoşunlar onun önündən silinib-süpürüləcək, onlar da, əhdin başçısı da məhv olacaq. 027 DAN 011 023 Onunla ittifaq bağlandıqdan sonra o hiylə işlədəcək və gəlib kiçik bir millətlə güc qazanacaq. 027 DAN 011 024 O gözlənilmədən ən münbit torpaqları istila edəcək, atalarının və babalarının görmədiyi işləri görəcək. Talan və qarət olunmuş mal-dövləti adamlarına paylayacaq və qalalara hücum etmək niyyətində olacaq, amma bu uzun sürməyəcək. 027 DAN 011 025 Sonra güc və cəsarət toplayıb böyük bir qoşunla cənub padşahına qarşı çıxacaq. Cənub padşahı da böyük və çox güclü bir ordu ilə döyüşə girəcək, ancaq müqavimət göstərə bilməyəcək, çünki ona qarşı qəsd quracaqlar. 027 DAN 011 026 Onunla bir süfrədə oturanlar onu məhv edəcək. Ordusu silinib-süpürüləcək və çoxlu tələfat olacaq. 027 DAN 011 027 Bu padşahların hər ikisinin ürəyində pislik olacaq və bir süfrə arxasında yalan danışacaqlar. Ancaq heç bir şey baş tutmayacaq, çünki onların sonu müəyyən vaxtda olacaq. 027 DAN 011 028 Şimal padşahı böyük sərvətlə öz ölkəsinə qayıdacaq. Onun müqəddəs əhdə qarşı pis niyyəti olacaq və hərəkətə gəlib öz ölkəsinə dönəcək. 027 DAN 011 029 Müəyyən bir vaxt yenə cənubu istila edəcək, ancaq nəticə əvvəlki kimi olmayacaq. 027 DAN 011 030 Kittim gəmiləri ona qarşı gələcək və o, ruhdan düşüb geri dönəcək. Qəzəblənib müqəddəs əhdə qarşı çıxacaq və yenə müqəddəs əhdə xəyanət edənlərlə yaxşı davranacaq. 027 DAN 011 031 Onun göndərdiyi qoşunlar qalxıb qalanı – Müqəddəs məkanı murdarlayacaq, daimi yandırma qurbanını dayandıracaq və viranəlik gətirən iyrənc şeyi orada qoyacaqlar. 027 DAN 011 032 O, əhdə xəyanət edənləri yaltaqlıqla yoldan azdıracaq, lakin öz Allahını tanıyan xalq qüvvətlənib hərəkətə gələcək. 027 DAN 011 033 Xalqın ağıllı adamları çoxunu öyrədəcək, ancaq bir müddət qılıncla öldürüləcək, yandırılacaq, əsir düşəcək və qarət ediləcəklər. 027 DAN 011 034 Onlar məğlub olanda bir qədər kömək alacaqlar, ancaq çox adam riyakarcasına onlara qoşulacaq. 027 DAN 011 035 Ağıllı adamlardan bəzisi həlak olacaq ki, qalanları axır zamana qədər paklanıb təmizlənsin və ləkəsiz olsun. Çünki axır zaman yenə də müəyyən vaxtda olacaq. 027 DAN 011 036 Bu padşah istədiyini edəcək, qürurlanaraq özünü bütün allahlardan üstün sayacaq, allahlar Allahına qarşı eşidilməmiş küfr söyləyəcək və Allahın qəzəbi icra olunana qədər uğur qazanacaq, çünki müəyyən edilən şey yerinə yetməlidir. 027 DAN 011 037 Heç bir allaha – nə öz atalarının allahlarına, nə də qadınların sevdiyi ilahəyə ehtiram göstərməyəcək, çünki özünü bütün allahlardan üstün sayacaq. 027 DAN 011 038 Ancaq onun əvəzinə qalalar allahını izzətləndirəcək, atalarının tanımadığı bir allahı qızıl, gümüş, qiymətli daşlar və gözəl əşyalarla izzətləndirəcək. 027 DAN 011 039 O, yad allaha ümid etməklə ən güclü qalalara hücum edəcək. Onu qəbul edənləri həddindən artıq izzətləndirəcək, çoxlu adama başçı qoyacaq və mükafat olaraq torpağı bölüşdürəcək. 027 DAN 011 040 Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək. 027 DAN 011 041 Gözəl ölkəyə də girəcək. Çoxlu ölkə işğal olunacaq, ancaq Edom, Moav və Ammonluların başçıları onun əlindən qurtaracaq. 027 DAN 011 042 O, müxtəlif ölkələrə zərbə vuracaq, Misir ölkəsi də xilas ola bilməyəcək. 027 DAN 011 043 Misirin qızıl-gümüş xəzinələrini və bütün sərvətlərini ələ keçirəcək. Liviyalılar və Kuşlular da ona tabe olacaq. 027 DAN 011 044 Ancaq şərqdən və şimaldan gələn xəbərlər onu narahat edəcək. Bir çoxlarını öldürüb məhv etmək üçün böyük qızğınlıqla yola düşəcək. 027 DAN 011 045 Öz padşah çadırlarını dənizlə gözəl müqəddəs dağın arasında quracaq. Ancaq onun aqibəti çatacaq və heç kəs ona kömək edə bilməyəcək. 027 DAN 012 001 O vaxt xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan bəri olmamış əzablı vaxt gələcək. O vaxt sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. 027 DAN 012 002 Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. 027 DAN 012 003 Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq. 027 DAN 012 004 Ancaq, sən ey Daniel, axır zamana qədər bu sözləri sirr saxla və bu kitabı möhürlə. Çox adam özünü ora-bura vuracaq və bilik artacaq». 027 DAN 012 005 Onda mən Daniel gördüm ki, başqa iki adam – biri çayın bu tayında, biri isə çayın o tayında durub. 027 DAN 012 006 Bir adam çayın suları üzərində olan kətan geyinmiş adama dedi: «Bu əcaib hadisələrin sonu nə vaxt olacaq?» 027 DAN 012 007 Mən eşitdim ki, çayın suları üzərində olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb Əbədi Yaşayanın adına and içdi: «Bir vaxt, vaxtlar və yarım vaxt keçəcək, müqəddəs xalqın gücü tamamilə tükənəndən sonra bütün bunlar qurtaracaq». 027 DAN 012 008 Mən bunu eşitdim, ancaq başa düşməyib soruşdum: «Ey ağam, bəs bunların nəticəsi necə olacaq?» 027 DAN 012 009 O cavab verdi: «Get, ey Daniel. Çünki bu sözlər axır zamana qədər sirr olacaq və möhürlü qalacaq. 027 DAN 012 010 Çoxları paklanıb ləkəsiz və təmiz olacaq, pis adamlar isə şər işlərindən dönməyəcək. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək, ağıllı adamlar isə başa düşəcək. 027 DAN 012 011 Daimi yandırma qurbanlarının dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu vaxtdan min iki yüz doxsan gün keçəcək. 027 DAN 012 012 Gözləyib min üç yüz otuz beş günə yetişən nə bəxtiyardır! 027 DAN 012 013 Sən isə öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan». # # BOOK 028 HOS Hosea Huşə 028 HOS 001 001 Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür. 028 HOS 001 002 Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir». 028 HOS 001 003 Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu. 028 HOS 001 004 Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam. 028 HOS 001 005 Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam». 028 HOS 001 006 Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. 028 HOS 001 007 Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm». 028 HOS 001 008 Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu. 028 HOS 001 009 Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam. 028 HOS 001 010 Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. 028 HOS 001 011 Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel günü möhtəşəm bir gün olacaq. 028 HOS 002 001 Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın. 028 HOS 002 002 Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın. 028 HOS 002 003 Yoxsa onu çıl-çılpaq soyundurub Lüt, anadangəlmə edəcəyəm. Mən onu səhra, quru torpaq kimi edəcəyəm, Susuzluqdan öldürəcəyəm. 028 HOS 002 004 Onun balalarına da rəhm etməyəcəyəm, Çünki onlar da xəyanət övladıdır. 028 HOS 002 005 Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”. 028 HOS 002 006 Buna görə də onun yolunu qanqallarla kəsib Önünə hasar çəkəcəyəm. Öz yolunu tapa bilməyəcək. 028 HOS 002 007 Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”. 028 HOS 002 008 Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm. 028 HOS 002 009 Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim Yunu və kətanı əlindən alacağam. 028 HOS 002 010 İndi oynaşlarının önündə Onun ayıbını üzə çıxaracağam. Kimsə onu əlimdən qurtara bilməyəcək. 028 HOS 002 011 Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam. 028 HOS 002 012 Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. O bunlar barədə deyirdi: “Bu, oynaşlarımın mənə verdiyi muzddur”. Bağlarını tikanlığa çevirəcəyəm, Çöl heyvanlarına yem olacaqlar. 028 HOS 002 013 Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir. 028 HOS 002 014 «Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm. 028 HOS 002 015 Orada ona üzüm bağları verəcəyəm, Akor vadisini ümid qapısına çevirəcəyəm. Cavanlıq günlərində olduğu kimi, Misir torpağından çıxdığı gün kimi Orada nəğmə oxuyacaq». 028 HOS 002 016 Rəbb bəyan edir: «Həmin gün Mənə “ərim” deyəcəksən, Artıq “ağam” deməyəcəksən. 028 HOS 002 017 Baal bütlərinin adını dilindən siləcəyəm, Onların adı bir də yada salınmayacaq. 028 HOS 002 018 O gün sənin asayişin üçün Çöl heyvanları, göy quşları və Yerdə sürünənlərlə əhd kəsəcəyəm. Ölkədən kamanı, qılıncı, Müharibəni götürəcək, Səni əmin-amanlıqda yatıracağam. 028 HOS 002 019 Səni əbədi olaraq Özümə nişanlayacağam, Salehlik, ədalət, məhəbbət və mərhəmətlə Səni özümə nişanlayacağam. 028 HOS 002 020 Səni sədaqətlə Özümə nişanlayacağam, Sən də Rəbbi tanıyacaqsan». 028 HOS 002 021 Rəbb bəyan edir: «O gün hay verəcəyəm, Göylərə hay verəcəyəm, Onlar da yerə hay verəcək. 028 HOS 002 022 Yer isə taxıla, təzə şəraba və Zeytun yağına hay verəcək, Onlar da İzreelə hay verəcək. 028 HOS 002 023 Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə Mərhəmət edəcəyəm. “Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm. O isə Mənə “Allahımsan” deyəcək». 028 HOS 003 001 Rəbb mənə dedi: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev, necə ki Rəbb İsrail övladlarını sevir, onlarsa başqa allahlara üz tutur və bunlara təqdim edilən üzüm kökələrini sevir». 028 HOS 003 002 Mən də qadını özüm üçün on beş gümüşə və bir yarım xomer arpaya satın aldım. 028 HOS 003 003 Ona dedim: «Uzun müddət mənim yanımda qal, başqa bir kişi ilə olub zina etmə. Mən də səninlə belə rəftar edərəm. 028 HOS 003 004 Ona görə ki İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq. 028 HOS 003 005 Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər». 028 HOS 004 001 «Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub. 028 HOS 004 002 Lənət, yalan, qətl, oğurluq və zina Hər yerə yayılıb. Qoluzorluluq edərək Qan üstünə qan tökürlər. 028 HOS 004 003 Bundan ötrü ölkə yas tutur, Orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur. 028 HOS 004 004 Ancaq heç kəs dava etməsin, Heç kəs başqasını təqsirləndirməsin, Çünki Mənim davam səninlədir, ey kahin. 028 HOS 004 005 Sən gündüz büdrəyəcəksən, Peyğəmbər də gecə səninlə birgə. Sənin ananı məhv edəcəyəm. 028 HOS 004 006 Xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün Mən də səni rədd edəcəyəm ki, Bir daha Mənə kahinlik etməyəsən. İndi ki öz Allahının qanununu unutdun, Mən də sənin balalarını unudacağam. 028 HOS 004 007 Kahinlər nə qədər çoxaldısa, Mənə qarşı o qədər çox günah etdi. Onların izzətini rüsvayçılığa çevirəcəyəm. 028 HOS 004 008 Xalqımın günahı ilə bəslənirlər, Onların qəbahətinə can atırlar. 028 HOS 004 009 Xalqın başına gələn Kahinin də başına gələcək. Tutduqları yol üçün onları cəzalandıracağam. Əməllərinin əvəzini onlara ödəyəcəyəm. 028 HOS 004 010 Yeyəcəklər, amma doymayacaqlar, Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar, Çünki onlar Rəbbi tərk edib Başqa allahlara könül verdi. 028 HOS 004 011 Zina, köhnə və təzə şərab Onların ürəklərini cəlb edib. 028 HOS 004 012 Xalqım ağacdan olan əşyaya sual verir, Əsalarından cavab alır, Çünki xəyanət ruhu onları azdırdı. Özlərinin Allahından ayrılıb xəyanət etdilər. 028 HOS 004 013 Dağların başında qurban kəsirlər, Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altında Kölgələri gözəl olduğu üçün buxur yandırırlar. Buna görə də qızlarınız fahişəlik edir, Gəlinləriniz də zinakardır. 028 HOS 004 014 Fahişəlik edən qızlarınızı, Zina edən gəlinlərinizi cəzalandırmayacağam. Çünki kişiləriniz fahişələrlə oynaşır, Məbəd fahişələri ilə birgə qurban kəsir. Dərrakəsiz xalq məhv olacaq. 028 HOS 004 015 Ey İsrail, sən xəyanət etsən də, Heç olmasa Yəhuda təqsirkar olmasın. Qilqala getməyin, Bet-Avenə çıxmayın. “Var olan Rəbbin haqqı üçün” Deyib and içməyin. 028 HOS 004 016 Bəli, İsrail inadkar bir düyə kimi inad etdi. İndi Rəbb onları Otlaqda quzu otaran kimi necə otarsın? 028 HOS 004 017 Efrayim bütlərindən yapışdı, Burax onu! 028 HOS 004 018 Onlar içkiləri qurtarandan sonra Hələ pozğunluq da edir. Onların başçıları rüsvayçılığı çox sevir. 028 HOS 004 019 Külək onları qanadları ilə sarıyacaq, Qurbanlarından ötrü utanacaqlar. 028 HOS 005 001 Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz. 028 HOS 005 002 Qanunsuzlar adam öldürməklə məşğuldur. Amma Mən onların hamısını cəzalandıracağam. 028 HOS 005 003 Efrayimi tanıyıram, İsrail Məndən gizli deyil, Çünki indi sən fahişəlik edirsən, ey Efrayim, İsrail də murdarlanıb. 028 HOS 005 004 Əməlləri qoymur ki, onlar Özlərinin Allahına tərəf dönsün, Çünki içlərində xəyanət ruhu var, Rəbbi də tanımırlar. 028 HOS 005 005 İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır. 028 HOS 005 006 Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi. 028 HOS 005 007 Onlar Rəbbə xəyanət etdi, Çünki bic uşaqlar doğdu. İndi Təzə Ay mərasimi olanda Onlar tarlaları ilə birlikdə məhv olacaq. 028 HOS 005 008 Giveada şeypur çalın, Ramada kərənay çalın, Bet-Avendə car çəkin, Düşmən arxandadır, ey Binyamin! 028 HOS 005 009 Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm. 028 HOS 005 010 Yəhuda başçıları Sərhəd daşı dəyişənlərə bənzəyir. Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm. 028 HOS 005 011 Efrayim zülm gördü, Hökm ilə əzildi, Çünki bilə-bilə Boş şeylərin dalınca getdi. 028 HOS 005 012 Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam. 028 HOS 005 013 Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz. 028 HOS 005 014 Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq. 028 HOS 005 015 Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar». 028 HOS 006 001 «Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq. 028 HOS 006 002 İki gün sonra bizi dirildəcək, Üçüncü gün ayağa qaldıracaq, Onun hüzurunda yaşayacağıq. 028 HOS 006 003 Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, Yağış kimi, Torpağı sulayan yaz yağışı kimi Yanımıza gələcək». 028 HOS 006 004 Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, Erkən uçub gedən şeh kimidir. 028 HOS 006 005 Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, Ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm Şimşək kimi parıldayır. 028 HOS 006 006 Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm. 028 HOS 006 007 Ancaq onlar Adəm kimi əhdi pozdu, Orada Mənə xəyanət etdi. 028 HOS 006 008 Gilead şər adamların şəhəridir, Qan izləri ilə doludur. 028 HOS 006 009 Quldur dəstələri necə insan üçün pusquya yatırsa, Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür, Bəli, xəbislik edir. 028 HOS 006 010 İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır. 028 HOS 006 011 Ey Yəhuda, sənin üçün də Bir biçin günü təyin edildi. Mən xalqımı sürgündən qaytaranda, 028 HOS 007 001 İsrailə şəfa vermək istəyəndə Efrayimin günahları, Samariyanın pislikləri ortaya çıxır. Çünki hiylə ilə davranırlar. Evlərə oğru girir, Küçədə quldur soyğunçuluq edir. 028 HOS 007 002 Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları dövrələyib və Gözümün önündədir. 028 HOS 007 003 Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər. 028 HOS 007 004 Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar. 028 HOS 007 005 Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi. 028 HOS 007 006 Pusquda yatarkən Ürəkləri soba kimi qızar. Qəzəbləri bütün gecə için-için yanar, Səhər də alovlu atəş kimi parlayar. 028 HOS 007 007 Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur. 028 HOS 007 008 Efrayim başqa xalqlara qarışır; Efrayim bir üzü çiy qalan kökədir. 028 HOS 007 009 Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir. 028 HOS 007 010 İsrailin qüruru özünə qarşı şəhadət edir. Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür, Onu axtarmırlar. 028 HOS 007 011 Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər. 028 HOS 007 012 Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam. 028 HOS 007 013 Vay onların halına! Çünki Məndən uzaqlaşdılar. Başlarına bəla gəlsin! Çünki Mənə qarşı üsyan etdilər. Mən onları qurtarmaq istəyirdim, Onlarsa Mənə böhtan deyir. 028 HOS 007 014 Ürəkdən Mənə fəryad etmirlər, Ancaq yataqlarının içində ulayırlar. Taxıl və təzə şərab üçün özlərini yaralayırlar, Amma Məndən üz döndərirlər. 028 HOS 007 015 Mən onlara nəsihət verdim, Qollarına güc verdim. Onlarsa Mənə qarşı qəsd qurur. 028 HOS 007 016 Onlar üz tutur, Ancaq ucalara tərəf yox. Hədəfi əyri vuran kamana bənzəyirlər. Dillərinin arsızlığı üzündən Başçıları qılınca tuş gələcək. Buna görə də Misirdə Kinayə hədəfi olacaqlar. 028 HOS 008 001 Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı. 028 HOS 008 002 Onlar Mənə fəryad edib deyəcək: “Allahım, biz İsraillilər Səni tanıyırıq”. 028 HOS 008 003 İsrail yaxşılığı rədd etdi, Düşmən onu təqib edəcək. 028 HOS 008 004 Məndən soruşmadan Özlərinə padşah qoydular. Məndən xəbər almadan Başçılar seçdilər. Özlərinə qızıl və gümüşlərindən Ölümlərinə yol açan Bütlər düzəltdilər. 028 HOS 008 005 Ey Samariya, dana bütün rədd edildi! Mənim qəzəbim onlara qarşı alovlandı. Nə vaxta qədər onlar pak olmayacaq? 028 HOS 008 006 Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq. 028 HOS 008 007 Onlar külək qaldırdı, Qasırğa alacaqlar. Sünbül bitirməyən buğda un verməz, Versə də, yadlar onu udacaq. 028 HOS 008 008 İsrail udulmuşdur, İndi onlar millətlər arasında Heç kəsin bəyənmədiyi bir qab kimi oldu. 028 HOS 008 009 Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu. 028 HOS 008 010 Onlar millətlər arasında muzdla oynaş tutsalar da, Mən indi onları bir yerə toplayacağam. Onlar qüdrətli padşahın zülmündən Azalmağa başlayacaq. 028 HOS 008 011 Efrayim günah təqdimi üçün Çoxlu qurbangah tiksə də, Bunlar onu günaha batıran qurbangahlar oldu. 028 HOS 008 012 Mən onlar üçün çoxlu qanun yazdım, Onlarsa bunları yad bir şey hesab etdi. 028 HOS 008 013 Mənə kəsilən qurbanlara gəlincə, Əti Mənə qurban gətirib Özləri yeyir. Rəbb onlardan razı deyil. İndi onların qəbahətlərini yada salacaq, Günahlarına görə onları cəzalandıracaq. Onlar Misirə qayıdacaq. 028 HOS 008 014 İsrail də Yaradanını unutdu, Özünə saraylar qurdu. Yəhuda da çoxlu qalalı şəhər tikdi, Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm, Qalalarını alov yeyəcək. 028 HOS 009 001 Ey İsrail, başqa xalqlar kimi Sevinib coşma, Çünki öz Allahına xəyanət etdin. Bütün xırmanlarda Fahişəlik muzduna könül verdin. 028 HOS 009 002 Xırman və üzümsıxan xalqı doydurmayacaq, Təzə şərab onlara qismət olmayacaq. 028 HOS 009 003 Rəbbin torpağında yaşamayacaqlar, Efrayim Misirə qayıdacaq, Aşşurda murdar yemək yeyəcək. 028 HOS 009 004 Rəbbə təqdim olaraq şərab tökməyəcəklər, Qurbanları Ona məqbul olmayacaq. Qurbanlar onlara yas çörəyi olacaq, Onu yeyənlərin hamısı murdar olacaq. Çörəkləri özlərinə qismət olacaq, Amma Rəbbin evinə gətirilməyəcək. 028 HOS 009 005 Təntənəli bayramda, Rəbbin bayram günündə nə edəcəksiniz? 028 HOS 009 006 Məhvdən qaçsalar da, Misir onları yığacaq, Memfis qəbirə basdıracaq. Onların gümüş xəzinələrini gicitkən tutacaq, Çadırlarında qanqal bitəcək. 028 HOS 009 007 Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız. 028 HOS 009 008 Peyğəmbər Allahımın Efrayim üzərində qoyduğu gözətçidir. Amma onun getdiyi hər yerdə tor qurdular, Allahın evində düşmənçilik var. 028 HOS 009 009 Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq. 028 HOS 009 010 Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu. 028 HOS 009 011 Efrayimin calalı Bir quş kimi uçub gedəcək. Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq. 028 HOS 009 012 Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına! 028 HOS 009 013 Mən gördüm ki, Efrayim Sur şəhəri kimi gözəl bir yerdə məskən salıb. Amma Efrayim öz övladlarını Qatil qabağına çıxaracaq». 028 HOS 009 014 Ya Rəbb, nə verəcəksən, ver onlara, Onlara uşaq salan bətn, südsüz döşlər ver! 028 HOS 009 015 Rəbb deyir: «Onlar bütün pis əməllərini Qilqalda edir, Orada onlara nifrət etdim. Etdikləri günahlardan ötrü Onları evimdən qovacağam. Artıq onları sevməyəcəyəm. Bütün başçıları üsyankardır. 028 HOS 009 016 Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm». 028 HOS 009 017 Allahım onları rədd edəcək, Çünki Ona qulaq asmadılar. Millətlər arasında sərgərdan gəzəcəklər. 028 HOS 010 001 İsrail bir qollu-budaqlı meynədir ki, Bol-bol bar gətirir. Ancaq barı artdıqca Qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca Daha gözəl olan müqəddəs daşları da düzəltdi. 028 HOS 010 002 Onların ürəkləri yalanla doldu, Günahlarına görə də cəzalanacaqlar. Rəbb onların qurbangahlarını dağıdacaq, Müqəddəs daşlarını sındıracaq. 028 HOS 010 003 Onda onlar deyəcək: «Bizim padşahımız yoxdur, Çünki biz Rəbdən qorxmadıq. Padşahımız olsa da, Bizə nə edəcəkdi?» 028 HOS 010 004 Əhd bağlayanda boş vədlər verir, Yalandan and içirlər. Buna görə də məhkəmə işləri Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür. 028 HOS 010 005 Samariya sakinləri Bet-Avendəki dana bütlərinə görə Qorxuya düşəcək. Onun üçün xalqı yas tutacaq. Onun calalı ilə coşan kahinləri Sürgünə aparıldığı üçün ağlayacaq. 028 HOS 010 006 Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq. 028 HOS 010 007 Samariya və onun padşahı Su üstündəki çubuq kimi Axıb-gedəcək. 028 HOS 010 008 İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, Onun qurbangahlarında Tikan və qanqal bitəcək. O zaman dağlara «Bizi örtün!», Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər. 028 HOS 010 009 «İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi. Orada öz işlərini davam etdirdilər. Şər adamlara qarşı müharibə Onları Giveada yaxalamazmı? 028 HOS 010 010 Mən istədiyim zaman Onları cəzalandıracağam. Xalqlar onlara qarşı birləşib, İkiqat cinayətlərindən ötrü Onları əsir edəcək. 028 HOS 010 011 Efrayim əhliləşmiş, Taxıl döyməyi sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efrayimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqub isə dırmıq çəksin. 028 HOS 010 012 Özünüz üçün salehlik əkin, Məhəbbət bəhərini biçərsiniz. Dincə qoyulmuş torpağınızı şumlayın, Çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət, O gəlib üstünüzə Salehliyin nemətlərini yağdıracaq. 028 HOS 010 013 Amma siz pislik əkib, Qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, Çoxlu cəngavərlərinizə güvəndiniz. 028 HOS 010 014 Xalqınızın içində müharibə gurultusu qopacaq, Bütün qalalarınız dağılacaq, Necə ki Şalman müharibə günündə Bet-Arbeli dağıtdı, Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı. 028 HOS 010 015 Ey Bet-El, pisliyinin çoxluğu üzündən Səninlə də belə rəftar ediləcək. Dan ağaranda İsrail padşahı həlak olacaq. 028 HOS 011 001 İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım. 028 HOS 011 002 Peyğəmbərlər İsraili çağırdıqca İsrail onlardan uzaqlaşdı. Baal bütlərinə qurban kəsdilər, Oyma bütlərə buxur yandırdılar. 028 HOS 011 003 Efrayimə gəzməyi Mən öyrətdim, Onları qollarım üstünə aldım. Ancaq bilmədilər ki, Onlara Mən şəfa verdim. 028 HOS 011 004 Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim. 028 HOS 011 005 Məgər Misirə qayıtmayacaqlar? Aşşur onlara padşah olmayacaq? Çünki onlar Mənə üz tutmaq istəmədilər. 028 HOS 011 006 Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq. 028 HOS 011 007 Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq. 028 HOS 011 008 Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim? Admaya etdiyimi sənə necə edim? Səni necə Sevoyim kimi edim? Köksümdə ürəyim alt-üst oldu, Mərhəmət hisslərim alovlandı. 028 HOS 011 009 Mən qızğın qəzəbimlə rəftar etmərəm, Efrayimi artıq məhv etmərəm. Çünki Mən Allaham, insan deyiləm, Aranızda Müqəddəs Olanam. Qəzəblə üzərinizə gəlmərəm. 028 HOS 011 010 Onlar aslan kimi nərə çəkən Rəbbin arxasınca gedəcək. O nərə çəkəndə Övladları qərbdən titrəyərək gələcək. 028 HOS 011 011 Misirdən quşlar kimi, Aşşur ölkəsindən göyərçinlər kimi Titrəyərək gələcəklər. Onları evlərində sakin edəcəyəm» Rəbb belə bəyan edir. 028 HOS 011 012 Efrayim yalanla, İsrail nəsli hiylə ilə Ətrafımı bürüdü. Amma Yəhuda hələ də Allahla birgə gedir, Müqəddəs Olana sadiqdir. 028 HOS 012 001 Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir. 028 HOS 012 002 Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək. 028 HOS 012 003 O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu, Böyüklük çağında Allahla güləşdi. 028 HOS 012 004 Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı. 028 HOS 012 005 Ordular Allahı Rəbb Bizimlə orada danışdı. Onun adı «Rəbb»dir. 028 HOS 012 006 Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla. 028 HOS 012 007 Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir. 028 HOS 012 008 Efrayim deyir: «Doğrudan da, mən varlandım, Özüm üçün sərvət topladım. Çoxlu şeylər qazansam da, Məndə günah sayılacaq bir təqsir tapılmayacaq». 028 HOS 012 009 «Ancaq səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Bayram günlərində olduğu kimi Səni yenə öz çadırlarında məskunlaşdıracağam. 028 HOS 012 010 Mən peyğəmbərlərlə danışdım, Çoxlu görüntü göndərdim, Peyğəmbərlərin dilindən məsəllər söylədim». 028 HOS 012 011 Gilead xalqı pis xalqdır, Doğrudan da, yaramazdır. Qilqalda buğaları qurban kəsirlər. Onların qurbangahları Şumlanmış tarladakı daş qalaqları kimidir. 028 HOS 012 012 Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu, Arvada görə qoyun otardı. 028 HOS 012 013 Rəbb İsraili bir peyğəmbər vasitəsilə Misirdən çıxartdı, Bir peyğəmbər vasitəsilə qorudu. 028 HOS 012 014 Efrayim Allahı bərk qəzəbləndirdi, Tökdüyü qanı öz başına gətirəcək, Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq. 028 HOS 013 001 Efrayim danışanda hamı titrəyirdi. İsraildə ucalmışdı, Amma Baala tapınıb təqsir edəndə məhv oldu. 028 HOS 013 002 İndi günah üstünə günah edirlər, Gümüşlərindən özlərinə tökmə bütlər, Məharətlə düşünülmüş bütlər düzəldirlər. Hamısı usta işidir. «Qurban gətirən adamlar Danaları öpsün!» deyirlər. 028 HOS 013 003 Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar. 028 HOS 013 004 «Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısan, Çünki Məndən başqa xilaskar yoxdur. 028 HOS 013 005 Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum. 028 HOS 013 006 Onları bəslədiyimə görə doydular, Doyandan sonra onların ürəyi qürurlandı, Buna görə də Məni unutdular. 028 HOS 013 007 Mən onlara bir aslan olacağam, Bəbir kimi yol kənarında Pusquda duracağam. 028 HOS 013 008 Balalarından məhrum olmuş ayı kimi Onlara hücum çəkəcəyəm, Ürəklərinin pərdəsini yırtacağam. Dişi aslan kimi onları yeyib-qurtaracağam, Vəhşi canavar onları parçalayacaq. 028 HOS 013 009 Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın Səni ölümə aparır. 028 HOS 013 010 İndi padşahın haradadır ki, Bütün şəhərlərində səni xilas etsin? Hakimlərin haradadır? Sən ki onlar barədə “Mənə bir padşah və başçılar ver” deyirdin. 028 HOS 013 011 Qəzəb içində sənə padşah verdim, Hiddətlənəndə onu apardım. 028 HOS 013 012 Efrayimin qəbahəti yığılıb, Günahı qeydə alınıb. 028 HOS 013 013 Doğan qadının ağrıları ona çatır, Amma o, ağılsız oğuldur. Çünki vaxtı çatanda Bətndən çıxmağa ləngiyir. 028 HOS 013 014 Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək. 028 HOS 013 015 Efrayim öz qardaşları arasında Barlı-bəhərli olsa da, Şərq yeli, səhradan qalxan Rəbbin küləyi gələcək, Onun bulağı quruyacaq, Çeşməsinin suyu kəsiləcək. Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq. 028 HOS 013 016 Samariya günahının cəzasını çəkəcək, Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq, Hamilə qadınlarının qarnı yarılacaq». 028 HOS 014 001 Allahın Rəbbə üz tut, ey İsrail, Çünki günahlarından ötrü büdrədin. 028 HOS 014 002 Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, Bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan Şükürləri təqdim edirik. 028 HOS 014 003 Aşşur bizi xilas etməyəcək, Atların belinə minməyəcəyik, Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək». 028 HOS 014 004 «Onların dönüklüyünə əlac edəcəyəm, Onları ürəkdən sevəcəyəm, Çünki qəzəbim onlardan vaz keçdi. 028 HOS 014 005 Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq. 028 HOS 014 006 Qollu-budaqlı olacaq, Zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq. 028 HOS 014 007 Adamlar yenə də kölgəsi altında oturub Buğda kimi cücərəcək, Meynə kimi tumurcuqlayacaq, Şöhrəti Livan şərabı kimi olacaq. 028 HOS 014 008 Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək. 028 HOS 014 009 Kim müdrikdirsə, bu sözləri dərk etsin, Kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, Ancaq üsyankarlar o yollarda büdrəyir». # # BOOK 029 JOE Joel Yoel 029 JOE 001 001 Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur: 029 JOE 001 002 Ey ağsaqqallar, bunu dinləyin. Ey bütün ölkə əhalisi, buna qulaq asın, Sizin və atalarınızın dövründə Belə bir şey olubmu? 029 JOE 001 003 Siz bunu övladlarınıza danışın. Övladlarınız da öz övladlarına, Onların övladları isə gələcək nəslə danışsın. 029 JOE 001 004 Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi, Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi, Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı. 029 JOE 001 005 Ayılın, ey sərxoşlar və ağlayın. Ey şirin şərab içənlər, hamınız nalə çəkin, Ona görə ki, şirin şərab ağzınızdan alındı. 029 JOE 001 006 Çünki mənim torpağımın üzərinə Qüvvətli və saysız-hesabsız bir millət gəldi. Onların dişləri aslan dişləri kimidir, Onlarda dişi aslanın köpək dişləri var. 029 JOE 001 007 Tənəyimi məhv etdi, Əncir ağacımı gəmirdi, Qabıqlarını tamamilə soyub yerə atdı, Budaqları ağ qaldı. 029 JOE 001 008 Cavanlıqda nişanlısını itirən, Büsbütün çul geyinən Bir qız kimi yas tutun. 029 JOE 001 009 Rəbbin evindən Taxıl təqdimi və içmə təqdimi kəsildi, Rəbbə xidmət edən kahinlər yas tutur. 029 JOE 001 010 Zəmi viran qalıb, torpaq ağlayır, Çünki taxıl zay oldu, təzə şərab qurudu, Zeytun yağı qurtardı. 029 JOE 001 011 Buğda və arpaya görə Ey əkinçilər, utanın! Ey bağbanlar, nalə çəkin! Çünki torpağın məhsulları yoxa çıxdı, 029 JOE 001 012 Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu. 029 JOE 001 013 Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, Gəlin çulda gecələyin, Çünki Allahınızın evindən Taxıl təqdimi və içmə təqdimi yox oldu. 029 JOE 001 014 Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. Ağsaqqalları, ölkənin bütün əhalisini Allahınız Rəbbin evinə yığın, Rəbbə fəryad qoparın. 029 JOE 001 015 Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək. 029 JOE 001 016 O yemək gözlərimizin önündən, Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı? 029 JOE 001 017 Torpaq kəsəkləri altında toxumlar çürüdü, Zirzəmilər boş qaldı, Anbarlar dağıldı, Çünki taxıllar məhv oldu. 029 JOE 001 018 Heyvanlar necə də inildəyir, Naxırlar çaşbaş qalıb, Çünki onlar otlaqsız qalıb, Sürülər də susuzluqdan əldən düşür. 029 JOE 001 019 Ya Rəbb, Sənə fəryad edirəm, Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı, Bütün düzəngahın ağacları odda qovruldu. 029 JOE 001 020 Çöl heyvanları da Səni çağırır, Axı axar sular quruyub, Çölün otlaqlarını alov yandırıb-yaxdı. 029 JOE 002 001 Sionda şeypur çalın, Müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, Çünki Rəbbin günü gəlir, Həmin gün yaxındadır. 029 JOE 002 002 Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün! Bir qoşun gəlir Dağlar üzərində yayılan dan kimi Çoxsaylı və qüvvətli bir qoşun. Elə bir qoşun ki, Əzəldən bəri bunun kimisi olmamışdır, Bundan sonra da nəsillər boyu olmayacaqdır. 029 JOE 002 003 Önlərindəki hər şeyi od yandırıb-yaxır, Arxada qalanları alov qovurur. Önlərindəki Eden bağına bənzər yerdir, Arxalarında olansa izsiz bir səhradır, Heç nə onlardan qaçıb qurtara bilmir. 029 JOE 002 004 Onlar görkəmcə ata bənzəyir. Atlar necə çapırlarsa, Onlar da eləcə çapırlar. 029 JOE 002 005 Döyüş arabalarına bənzəyən səslə, Küləşi yandırıb-yaxan od-alovun səsi ilə, Dağların zirvələri üzərindən tullanırlar. Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər. 029 JOE 002 006 Onların qarşısında xalqlar sanki ağrı çəkir, Bütün üzlər solur. 029 JOE 002 007 Qaçırlar igidlər kimi, Divara dırmaşırlar cəngavərlər kimi. Hamı nizamla gedir sırasını pozmadan. 029 JOE 002 008 Heç kim yoldaşını tapdalamadan Yolundan çıxmır. Silahlar sırasını yarıb-keçirlər, Lakin salamat qalırlar. 029 JOE 002 009 Şəhərə doğru qaçışır, Divarlardan atlanıb evlərə soxulurlar, Quldur kimi pəncərələrdən girirlər. 029 JOE 002 010 Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir, Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. 029 JOE 002 011 Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur. Onun sözünü yerinə yetirənlər güclüdür. Rəbbin günü möhtəşəm və çox dəhşətlidir. Buna kim dözə bilər? 029 JOE 002 012 Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla Bütün qəlbinizlə Mənə dönün. 029 JOE 002 013 Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, Hədsiz səbirlidir, bol məhəbbətlidir, Bəla göndərməz, rəhm edər. 029 JOE 002 014 Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə Taxıl və içmə təqdimlərini verəsiniz deyə Sizə bərəkət verər. 029 JOE 002 015 Sionda şeypur çalın, Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. 029 JOE 002 016 Xalqı bir yerə yığın, Camaatı təqdis edin, Ağsaqqalları yığın, Uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, Gəlin də öz gərdəyindən çıxsın. 029 JOE 002 017 Rəbbə xidmət edən kahinlər Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, Öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”» 029 JOE 002 018 O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək. 029 JOE 002 019 Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm. 029 JOE 002 020 Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam. Onu quraq, izsiz bir yerə, Qarşıdakı ordunu Şərq dənizinə, Arxadan gələnləri isə Qərb dənizinə aparacağam. Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq». Həqiqətən, Rəbb böyük işlər gördü. 029 JOE 002 021 Qorxma, ey torpaq, sevin, fərəhlən. Bu böyük işləri görən Rəbdir. 029 JOE 002 022 Qorxmayın, ey çöl heyvanları, Çünki çölün otlaqları göyərir. Ağac meyvəsi ilə yüklənir, Əncir ağacı, tənək bəhrələrini verir. 029 JOE 002 023 Ey Sion xalqı, Allahınız Rəbdə sevinin və şadlanın, Çünki payız yağışını sizə kifayət qədər verir. Əvvəlki kimi payız yağışı ilə Yaz yağışını yağdırır. 029 JOE 002 024 Xırmanlar taxılla dolu olacaq, Təknələr təzə şərab və zeytun yağı ilə daşacaq. 029 JOE 002 025 «Aranıza göndərdiyim böyük qoşunumun – Kəsici çəyirtkənin, qaynaşan çəyirtkənin, Tullanan çəyirtkənin və dağıdıcı çəyirtkənin Yeyib-qurtardığı illərin əvəzini verəcəyəm. 029 JOE 002 026 Bol-bol, doyunca yeyəcəksiniz, Sizin üçün möcüzəli şeylər edən Allahınız Rəbbin adına şükürlər edəcəksiniz. Xalqım əbədi olaraq rüsvay olmayacaq. 029 JOE 002 027 Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam, Allahınız Rəbb Mənəm, Başqası yoxdur. Xalqım əbədi olaraq rüsvay olmayacaq. 029 JOE 002 028 Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Ağsaqqallarınız röyalar, Cavanlarınızsa görüntülər görəcək. 029 JOE 002 029 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumu tökəcəyəm. 029 JOE 002 030 Göylərdə və yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü dirəkləri görünəcək. 029 JOE 002 031 Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. 029 JOE 002 032 Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq, Çünki Rəbbin dediyi kimi Sion dağında və Yerusəlimdə qurtuluş olacaq, Rəbbin çağırdığı sağ qalanlar arasında olacaq. 029 JOE 003 001 O günlərdə Yəhuda və Yerusəlimin Sərvətlərini geri qaytardığım zaman 029 JOE 003 002 Bütün millətləri yığıb Yehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü Orada millətləri mühakimə edəcəyəm, Çünki xalqımı millətlər arasında dağıtdılar, Torpağımı da böldülər. 029 JOE 003 003 Xalqım üçün püşk atdılar, Oğlan uşaqlarını fahişə əvəzinə verdilər, İçki içsinlər deyə Qızları şəraba satdılar». 029 JOE 003 004 «Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. 029 JOE 003 005 Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız, 029 JOE 003 006 Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız. 029 JOE 003 007 Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. 029 JOE 003 008 Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi. 029 JOE 003 009 «Millətlər arasında bunu elan edin: Döyüşə hazırlaşın, İgidləri qızışdırın, Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın. 029 JOE 003 010 Kotanlarınızdan qılınc, Dəryazlarınızdan nizə düzəldin. Qoy zəif olan “güclüyəm” desin. 029 JOE 003 011 Tələsin, ey hər tərəfdəki millətlər, Gəlin və toplaşın. Ya Rəbb, igidlərini oraya endir. 029 JOE 003 012 Millətlər hərəkətə gələrək Yehoşafat vadisinə çıxsın, Çünki hər tərəfdəki bütün millətləri Mühakimə etmək üçün orada oturacağam. 029 JOE 003 013 Oraq çalın, Çünki məhsul yetişib. Gəlin ayağınızla əzin, Çünki üzümsıxanlar doludur, Təknələr daşır. Çünki onların pisliyi böyükdür». 029 JOE 003 014 Kütlələr, mühakimə vadisində olan kütlələr, Çünki mühakimə vadisində Rəbbin günü yaxındır! 029 JOE 003 015 Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. 029 JOE 003 016 Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq. 029 JOE 003 017 «O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək. 029 JOE 003 018 O gün belə olacaq: Dağlardan şirin şərab damacaq, Təpələrdən süd axacaq, Yəhudanın bütün dərələrində sular axacaq. Rəbbin evindən bir qaynaq çıxacaq, Əbrişimlər vadisini sulayacaq. 029 JOE 003 019 Yəhuda xalqına qəddarlıq etdiyinə, Torpaqlarında günahsız qan tökdüyünə görə Misir viran qalacaq, Edom izsiz bir səhra olacaq. 029 JOE 003 020 Lakin Yəhuda əbədi qalacaq, Yerusəlim nəsildən-nəslə keçəcək. 029 JOE 003 021 Onların tökdüyü qanları İndiyə qədər bağışlamamışam, Lakin bundan sonra bağışlayacağam. Rəbb Sionda məskən salır». # # BOOK 030 AMO Amos Amos 030 AMO 001 001 Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü. 030 AMO 001 002 Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur. 030 AMO 001 003 Rəbb belə deyir: “Dəməşqlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü. 030 AMO 001 004 Buna görə də Xazaelin sarayına od yağdıracağam ki, Ben-Hadadın qalalarını yandırıb-yaxsın. 030 AMO 001 005 Dəməşqin darvazalarının sürgülərini qıracağam, Aven dərəsindən əhalini silib-atacağam, Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm, Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir. 030 AMO 001 006 Rəbb belə deyir: “Qəzzəlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam. Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi. 030 AMO 001 007 Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. 030 AMO 001 008 Aşdoddan əhalini silib-atacağam, Aşqelondan əsa gəzdirəni kəsəcəyəm. Eqrona qarşı əlimi qaldıracağam, Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir. 030 AMO 001 009 Rəbb belə deyir: “Surluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu. 030 AMO 001 010 Buna görə də Surun divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın”. 030 AMO 001 011 Rəbb belə deyir: “Edomluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular, Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər. 030 AMO 001 012 Buna görə də Temana od yağdıracağam ki, Bosranın qalalarını yandırıb-yaxsın”. 030 AMO 001 013 Rəbb belə deyir: “Ammonluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar ərazilərini genişləndirmək üçün Gileadda hamilə qadınların qarınlarını yırtdılar. 030 AMO 001 014 Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq. 030 AMO 001 015 Onların padşahları ilə başçıları Birgə sürgünə aparılacaq” Rəbb belə deyir. 030 AMO 002 001 Rəbb belə deyir: “Moavlıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Edom padşahının sümüklərini yandırıb əhəng hazırladı. 030 AMO 002 002 Buna görə də Moava od yağdıracağam ki, Qeriyotun qalalarını yandırıb-yaxsın. Moav qışqırtı və şeypur səsi altında, Səs-küylə məhv olacaq. 030 AMO 002 003 Onların arasından hakimləri kəsib-atacağam, Bütün başçılarını da öldürəcəyəm” Rəbb belə deyir. 030 AMO 002 004 Rəbb belə deyir: “Yəhudalıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi, Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı. 030 AMO 002 005 Buna görə də Yəhudaya od yağdıracağam ki, Yerusəlimin qalalarını yandırıb-yaxsın”. 030 AMO 002 006 Rəbb belə deyir: “İsraillilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar düz adamları pula, Möhtacları da bir cüt çarığa satır, 030 AMO 002 007 Yoxsulları toz-torpağın içinə salıb əzir, Məzlumlara yol vermir. Ata və oğul eyni qızla yatıb Müqəddəs adımı ləkələyir. 030 AMO 002 008 İsraillilər hər qurbangahın yanında Girov götürdükləri paltarın üzərində yatır, Özlərinin Allahının məbədində Cərimə üçün gətirilən şərabı içirlər. 030 AMO 002 009 Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim. 030 AMO 002 010 Mən sizi Misir torpağından çıxarıb Qırx il çöldə gəzdirmişdim ki, Siz Emorluların torpağına sahib olasınız. 030 AMO 002 011 Oğullarınızdan peyğəmbərlər, Cavanlarınızdan Nəzirilər təyin etdim. Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir. 030 AMO 002 012 “Siz isə Nəzirilərə şərab içirdiniz, Peyğəmbərlərə ‹peyğəmbərlik etmə› əmri verdiniz. 030 AMO 002 013 Dərzlə dolu olan araba torpağı necə əzirsə, Mən də sizi elə əzəcəyəm. 030 AMO 002 014 Bərk qaçan qaça bilməyəcək, Qüvvətli isə gücünü göstərə bilməyəcək. İgid canını qurtara bilməyəcək, 030 AMO 002 015 Yay çəkən də mövqe tuta bilməyəcək. Ayaqdan çevik olan qurtula bilməyəcək, Süvari də canını qurtara bilməyəcək. 030 AMO 002 016 Hətta ən igid döyüşçü belə, O gün əliyalın qaçacaq” Rəbb belə bəyan edir. 030 AMO 003 001 Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir: 030 AMO 003 002 “Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam. Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm”. 030 AMO 003 003 İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi? 030 AMO 003 004 Şikarı olmayan şir Meşədə nərə çəkərmi? Heç nə ovlamamış gənc aslan Yuvasında nərildəyərmi? 030 AMO 003 005 Yerdə tələ qurub yem qoyulmazsa, Oraya quş düşərmi? Bir şey tutmayan tələ Yerindən atılarmı? 030 AMO 003 006 Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi? 030 AMO 003 007 Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir. 030 AMO 003 008 Şir nərə çəkəndə Kim ondan qorxmaz? Xudavənd Rəbb söyləyəndə Kim peyğəmbərlik etməz? 030 AMO 003 009 Aşdodun qalalarında, Misir torpağının qalalarında belə elan edin: “Samariya dağlarının üzərinə yığılın. Oradakı böyük qarışıqlığı, Onun içindəki təzyiqi görün”. 030 AMO 003 010 Rəbb bəyan edir: “Hətta düz iş görməyi bacarmırlar. Onlar qalalarına zorakılıqla, Soyğunçuluqla qənimət yığır”. 030 AMO 003 011 Ona görə də Xudavənd Rəbb belə deyir: “Düşmən gəlib ölkəni mühasirəyə alacaq, Səni gücdən salıb qalalarını qarət edəcək”. 030 AMO 003 012 Rəbb belə deyir: “Çoban şir ağzından necə iki bud sümüyü Yaxud qulağın bir parçasını çəkib qurtararsa, Samariyada divan üzərində, Dəməşqdə yataqda oturan İsrail övladları da eləcə xilas olacaq”. 030 AMO 003 013 “Buna qulaq asın! Yaqub nəslinə xəbərdarlıq edin!” Ordular Allahı Xudavənd Rəbb belə deyir. 030 AMO 003 014 “Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün Bet-Eldəki qurbangahı da cəzalandıracağam. O qurbangahın buynuzları kəsilib yerə tullanacaq. 030 AMO 003 015 Mən qış sarayı ilə yay sarayını yıxacağam, Fil sümüyü ilə bəzənmiş evlər dağılacaq, Böyük saraylar viran qalacaq” Rəbb belə bəyan edir. 030 AMO 004 001 Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri! Bu sözü dinləyin, ey yoxsullara zülm edən, Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar! 030 AMO 004 002 Xudavənd Rəbb Öz müqəddəsliyi naminə belə and içmişdir. “Budur, üstünüzə elə vaxt gəlir ki, Hamınız balıq kimi çəngəllərlə çəkiləcəksiniz, Tilovlarla tutulacaqsınız. 030 AMO 004 003 Hər biriniz qarşısındakı dəlmə-deşikdən çıxarılacaq, Harmona tərəf atılacaqsınız” Rəbb belə bəyan edir. 030 AMO 004 004 “Bet-Elə gedib günah işlədin! Qilqala gəlib günahlarınızı çoxaldın! Hər səhər qurbanlarınızı gətirin, Hər üç gündən bir qazancınızın onda birini verin. 030 AMO 004 005 Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin, Öz könüllü təqdimlərinizlə öyünün. Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir. 030 AMO 004 006 “Mən bütün şəhərlərinizdə ağzınızı boş qoydum. Hər yerdə sizə çörək qıtlığı verdim. Lakin yenə Mənim tərəfimə dönmədiniz” Rəbb belə bəyan edir. 030 AMO 004 007 “Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu. 030 AMO 004 008 İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. 030 AMO 004 009 “Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. 030 AMO 004 010 “Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. 030 AMO 004 011 “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir. 030 AMO 004 012 “Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!” 030 AMO 004 013 Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir. 030 AMO 005 001 Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin! 030 AMO 005 002 “İsrail zorlanmış bir qız kimi yıxılıb, Bir daha qalxmayacaq. Öz torpağı üstə atılıb, Onu qaldıran yoxdur”. 030 AMO 005 003 Çünki Xudavənd Rəbb belə deyir: “Bir şəhərdən min nəfər döyüşə çıxsa, Yüz nəfəri sağ qalacaq, Yüz adam döyüşə çıxsa, İsrail nəslindən on nəfər sağ qalacaq”. 030 AMO 005 004 Rəbb İsrail nəslinə belə deyir: “Mənə tərəf dönün ki, sağ qalasınız! 030 AMO 005 005 Bet-Elə dönməyin, Qilqala getməyin, Beer-Şevaya keçməyin, Çünki sürgün olunmaq hökmən Qilqala gəlir, Bet-El bir heçə dönəcək”. 030 AMO 005 006 Rəbbə tərəf dönün ki, sağ qalasınız! Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq, Bet-Eldəki odu söndürən olmayacaq. 030 AMO 005 007 Ey ədaləti çevirib acı yovşan edənlər, Ey salehliyi yerə vurub tapdalayanlar! 030 AMO 005 008 Odur Ülkər və Orion bürclərini yaradan, Qaranlığı aydın səhərə çevirən, Gündüzü gecə edib qaraldan, Dəniz sularını götürüb yer üzünə tökən – Onun adı Rəbdir. 030 AMO 005 009 Güclüləri ildırım kimi məhv edər, Qalalarını viran edər. 030 AMO 005 010 Siz isə haqsızlığa etirazını bildirənlərə, Düz danışanlara nifrət edirsiniz. 030 AMO 005 011 Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə Yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb Onların şərabını içməyəcəksiniz. 030 AMO 005 012 Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar! 030 AMO 005 013 Bu zəmanə o qədər pisdir ki, Ağlı başında olan susur. 030 AMO 005 014 Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq. 030 AMO 005 015 Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin. Bəlkə Ordular Allahı Rəbb Qalan Yusif övladlarına lütf edər. 030 AMO 005 016 Ordular Allahı Xudavənd Rəbb belə deyir: “Bütün meydanlardan fəğan qopacaq, Bütün küçələrdə ah-zar edəcəklər. Fəğan edən mərsiyə oxuyanlarla Kəndlilər yas tutmağa çağırılacaqlar. 030 AMO 005 017 Bütün üzüm bağlarından da fəğan qopacaq, Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir. 030 AMO 005 018 Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq. 030 AMO 005 019 Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa, 030 AMO 005 020 Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı? O, zülmətdir, onda nur yoxdur. 030 AMO 005 021 Rəbb belə deyir: “Bayramlarınıza nifrət edirəm, Xor baxıram, Təntənəli toplantılarınızdan iyrənirəm. 030 AMO 005 022 Mənə yandırma qurbanlarınızı, Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan Ünsiyyət qurbanı təqdim etsəniz də, Onlara nəzər salmayacağam. 030 AMO 005 023 Gurultulu ilahilərinizi Məndən uzaq edin! Çənglərinizin səsinə qulaq asmayacağam. 030 AMO 005 024 Lakin qoy ədalət sular kimi tökülsün, Salehlik davamlı sel kimi axsın! 030 AMO 005 025 Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi? 030 AMO 005 026 Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı, Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi? 030 AMO 005 027 Elə buna görə də sizi Dəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir. Onun adı Ordular Allahıdır. 030 AMO 006 001 Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar, İsrail nəslinin müraciət etdiyi Millətlər arasında adlı-sanlılar! 030 AMO 006 002 Kalneyə keçib görün, Oradan böyük Xamata gedin, Filiştlilərin Qat şəhərinə gəlin. Onların halı bu ölkələrdən daha yaxşıdırmı? Onların ərazisi sizinkindən böyükdürmü? 030 AMO 006 003 Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar! 030 AMO 006 004 Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! 030 AMO 006 005 Çəng çalıb bədahətən oxuyanlar, Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, 030 AMO 006 006 Piyalə-piyalə şərab içənlər, Bədənlərinə əla yağlar sürtənlər, Lakin Yusif nəslinin qırğınına görə Narahat olmayanlar! 030 AMO 006 007 Bundan ötrü indi sürgünə Başda siz gedəcəksiniz. Keflənib yayxananların ziyafəti başa çatacaq. 030 AMO 006 008 Xudavənd Rəbb Öz haqqına and içir, Ordular Allahı Rəbb bəyan edir: “Yaqub nəslinin qüruruna nifrət edirəm, Qalalarından zəhləm gedir. İçində olanlarla birlikdə Paytaxtlarını təslim edəcəyəm”. 030 AMO 006 009 Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək. 030 AMO 006 010 Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”. 030 AMO 006 011 Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq. 030 AMO 006 012 Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kotan sürər? Siz isə ədaləti zəhərə döndərmisiniz, Bəraəti də acıya çevirmisiniz. 030 AMO 006 013 Ey Lo-Devarı tutub “Qarnayimi öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar! 030 AMO 006 014 Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”. 030 AMO 007 001 Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi. 030 AMO 007 002 Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 030 AMO 007 003 Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”. 030 AMO 007 004 Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda 030 AMO 007 005 mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”. 030 AMO 007 006 Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”. 030 AMO 007 007 Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi. 030 AMO 007 008 Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm. 030 AMO 007 009 İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin Müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”». 030 AMO 007 010 Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz. 030 AMO 007 011 Çünki Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”». 030 AMO 007 012 Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. 030 AMO 007 013 Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir». 030 AMO 007 014 Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. 030 AMO 007 015 Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”. 030 AMO 007 016 İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən. 030 AMO 007 017 Buna görə də Rəbb belə deyir: “Sənin arvadın şəhərdə fahişəlik edəcək, Oğulların və qızların qılıncdan keçiriləcək, Torpağın ölçülüb paylanacaq. Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”. 030 AMO 008 001 Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi: budur, bir səbət yay meyvəsi gördüm. 030 AMO 008 002 O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi: “Xalqım İsrailin axır günü yetişib. Artıq onlardan əl çəkməyəcəyəm. 030 AMO 008 003 Həmin gün saray nəğmələri fəryada çevriləcək. Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq. Sonra sükut olacaq”. Xudavənd Rəbb belə bəyan edir. 030 AMO 008 004 Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! 030 AMO 008 005 Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. 030 AMO 008 006 Qoy yoxsulları pula, möhtacları bir cüt çarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq”. 030 AMO 008 007 Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”. 030 AMO 008 008 Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək. 030 AMO 008 009 Xudavənd Rəbb bəyan edir: “Həmin gün günorta günəşi batıracağam, Yer üzündə gündüzü qaraldacağam. 030 AMO 008 010 Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”. 030 AMO 008 011 Xudavənd Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, Ölkəyə qıtlıq göndərəcəyəm. Bu günlərdə çörək və suyun qıtlığı deyil, Rəbbin sözlərinin qıtlığı olacaq. 030 AMO 008 012 İnsanlar Rəbbin sözünü axtaracaq. Dənizdən-dənizə, Şimaldan şərqə qədər Sürətlə gəzib-dolaşacaqlar, Lakin onu tapmayacaqlar. 030 AMO 008 013 Həmin gün gözəl qızlar, igid oğlanlar Susuzluqdan qəşş edəcəklər. 030 AMO 008 014 Samariyanın bütlərə and içib ‹Ey Dan, allahının haqqı!›, ‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlar Yıxılacaq və bir daha qalxmayacaq”. 030 AMO 009 001 Xudavəndi qurbangah yanında duran gördüm. O dedi: “Sütun başlıqlarını elə vur ki, Astanalar sarsılsın. Binanı hamının başına uçur. Sağ qalanları Mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz. 030 AMO 009 002 Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. 030 AMO 009 003 Karmel dağının təpəsində gizlənsələr belə, Onları axtarıb oradan götürəcəyəm. Gözümdən yayınıb dənizin dibinə girsələr belə, İlana əmr edəcəyəm ki, onları sancsın. 030 AMO 009 004 Düşmən önündə əsir aparılsalar belə, Qılınca əmr edəcəyəm ki, onları qırsın. Gözlərimi yaxşılıq üçün deyil, Pislik üçün onların üzərinə dikəcəyəm”. 030 AMO 009 005 Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, Orada yaşayan hər kəsi yasa batırar, Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər. 030 AMO 009 006 Otaqlarını göylərdə tikən, Qübbəsini yer üzündə quran, Dəniz sularını götürüb yer üzünə tökən Odur – Onun adı Rəbdir. 030 AMO 009 007 Rəbb bəyan edir: “Ey İsraillilər! Mənim üçün Kuşlular kimi deyilsinizmi? Siz İsrailliləri Misir torpağından çıxaran kimi Filiştliləri Kaftordan, Aramlıları Qirdən çıxarmadımmı? 030 AMO 009 008 Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir. 030 AMO 009 009 “Çünki, budur, Mən belə əmr edirəm: Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirləyəndə bir çınqıl belə, yerə düşməyəcək. 030 AMO 009 010 Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək. 030 AMO 009 011 Həmin gün Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dəlmə-deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam, 030 AMO 009 012 ona görə ki qalan Edomlulara və Mənim adımla çağırılan bütün millətlərə sahib olsunlar” Rəbb belə bəyan edir. 030 AMO 009 013 Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, Kotan sürən biçinçiyə yetişəcək, Üzüm sıxan meynə əkənlə rastlaşacaq, Dağlardan şirin şərab damacaq, Bütün təpələrdən də axacaq. 030 AMO 009 014 Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər. 030 AMO 009 015 Onları özlərinin torpağında yerləşdirəcəyəm, Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar” Allahın Rəbb belə deyir». # # BOOK 031 OBA Obadiah Avdiya 031 OBA 001 001 Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi. 031 OBA 001 002 «Bax səni millətlər arasında kiçildəcəyəm, Hamı sənə xor baxacaq. 031 OBA 001 003 Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin. 031 OBA 001 004 Sən qartal kimi yuxarı uçub Yuvanı ulduzlar arasında qursan da, Səni oradan endirəcəyəm». Rəbb bəyan edir. 031 OBA 001 005 «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir! 031 OBA 001 006 Esavın hər şeyi talan ediləcək, Gizli xəzinələri aşkara çıxarılacaq. 031 OBA 001 007 Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək». 031 OBA 001 008 Rəbb bəyan edir: «O gün Edomun hikmətli adamlarını, Esav dağındakı müdrikləri məhv edəcəyəm. 031 OBA 001 009 Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək. 031 OBA 001 010 Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan. 031 OBA 001 011 Yadellilər onun sərvətini aparanda Sən uzaqda durub tamaşa etdin. Əcnəbilər onun şəhər darvazalarından girib Yerusəlim üçün püşk atanda Sən də onlardan biri kimi davrandın. 031 OBA 001 012 Sən gərək Yəhudalı soydaşlarının Bədbəxtlik günündən zövq almayaydın, Həlak olduqları gün sevinməyəydin, O əzablı gündə rişxənd etməyəydin, 031 OBA 001 013 Xalqımın fəlakətli günündə Onların şəhər darvazalarından girməyəydin, Başlarına bəla gələn gün Onların fəlakətini sevinclə seyr etməyəydin, Başlarına bəla gələn gün Onların malına əl uzatmayaydın! 031 OBA 001 014 Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün Yol ayrıcında dayanmayaydın, O əzablı gün qurtulanları Düşmənə təslim etməyəydin! 031 OBA 001 015 Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək! 031 OBA 001 016 Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi Bütün xalqlar durmadan içəcək, İçib yox olacaq, Sanki əvvəldən yox idi. 031 OBA 001 017 Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq, O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq! 031 OBA 001 018 Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq, Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv edəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi. 031 OBA 001 019 Negev sakinləri Esav dağını, Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini, Yəhudalılar Efrayimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt edəcək. 031 OBA 001 020 Xalahda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt edəcək. 031 OBA 001 021 Xalqı qurtaranlar Sion dağına çıxıb Esav dağına hökm edəcək: Rəbb səltənət sürəcək». # # BOOK 032 JON Jonah Yunus 032 JON 001 001 Rəbbin sözü Amittay oğlu Yunusa nazil oldu: 032 JON 001 002 «Qalx, Ninevaya – o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır». 032 JON 001 003 Lakin Yunus Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı. Yafoya enib Tarşişə gedən bir gəmi tapdı. Yol haqqını verib Rəbbin hüzurundan getmək üçün onlarla birlikdə Tarşişə gedən gəmiyə mindi. 032 JON 001 004 Lakin Rəbb dəniz üzərində güclü külək qaldırdı, dənizdə böyük bir fırtına qopdu və gəmi az qala parçalanacaqdı. 032 JON 001 005 Gəmiçilər qorxuya düşüb hər biri öz allahını çağırdı və gəmi yüngülləşsin deyə orada olan yükləri dənizə atdılar. Yunus isə gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi. 032 JON 001 006 Gəmi rəisi onun yanına gəlib dedi: «Sən nə yatırsan? Qalx, öz allahını çağır. Bəlkə sənin allahın bizi yada salar və biz məhv olmarıq». 032 JON 001 007 Gəmiçilər bir-birlərinə dedi: «Gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi?» Püşk atdılar və püşk Yunusa düşdü. 032 JON 001 008 O zaman Yunusdan soruşdular: «Bizə de, başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Haradan gəlirsən? Vətənin haradır? Hansı xalqdansan?» 032 JON 001 009 Yunus cavab verdi: «Mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbdən qorxuram». 032 JON 001 010 Onlar çox qorxdu və dedi: «Sən bunu nə üçün etdin?» Çünki Yunusun Rəbdən uzaqlaşmaq üçün qaçdığını bilirdilər, bunu onlara özü nəql etmişdi. 032 JON 001 011 Dəniz get-gedə coşduğuna görə onlar Yunusdan soruşdular: «Səninlə nə edək ki, dəniz qarşımızda sakitləşsin?» 032 JON 001 012 Yunus onlara dedi: «Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər, çünki bilirəm, bu böyük fırtına mənə görə baş verib». 032 JON 001 013 Lakin gəmiçilər sahilə yan almaq üçün səylə avar çəkməyə başladı, amma bacarmadı. Ona görə ki dəniz onlara qarşı get-gedə coşurdu. 032 JON 001 014 O zaman onlar Rəbbə fəryad edərək dedilər: «Ya Rəbb, Sənə yalvarırıq, qoyma bu adamın canından ötrü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın! Çünki Sən, ya Rəbb, Öz istədiyini etmisən». 032 JON 001 015 Onlar Yunusu götürüb dənizə atdı və dənizdəki fırtına yatdı. 032 JON 001 016 Onda adamlar Rəbdən bərk qorxdu və Rəbbə qurban təqdim edərək əhd etdi. 032 JON 001 017 Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı. 032 JON 002 001 Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi: 032 JON 002 002 «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. 032 JON 002 003 Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi. 032 JON 002 004 Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm. 032 JON 002 005 Nəfəsim kəsilənə qədər məni sular bürüdü, Məni dərinliklər aldı, Başıma yosunlar sarıldı. 032 JON 002 006 Dağların dibinə qədər endim, Arxamca əbədilik dünya bağlandı. Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın. 032 JON 002 007 Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum, Mənim duam Sənə, Sənin müqəddəs məbədinə çatdı. 032 JON 002 008 Puç olan bütlərə səcdə edənlər Onlara verilən lütfdən imtina edərlər. 032 JON 002 009 Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm, Əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbdədir!» 032 JON 002 010 Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı. 032 JON 003 001 Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: 032 JON 003 002 «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». 032 JON 003 003 Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. 032 JON 003 004 Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» 032 JON 003 005 Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. 032 JON 003 006 Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. 032 JON 003 007 Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. 032 JON 003 008 İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün. 032 JON 003 009 Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq». 032 JON 003 010 Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi. 032 JON 004 001 Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi. 032 JON 004 002 O, Rəbbə dua edərək dedi: «Ya Rəbb! Mən hələ ölkəmdə ikən bunu demirdimmi? Buna görə də mən Tarşişə qaçdım, çünki bilirdim, Sən lütfkar, rəhmli, hədsiz səbirli, bol məhəbbətli Allahsan və rəhm edib bəla göndərməzsən. 032 JON 004 003 İndi isə, ya Rəbb, yalvarıram, mənim canımı al, çünki mənim üçün yaşamaqdansa, ölmək yaxşıdır». 032 JON 004 004 Rəbb dedi: «Hirslənməyin yaxşı işdirmi?» 032 JON 004 005 Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində oturdu. Orada özünə çardaq düzəldib kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. 032 JON 004 006 Rəbb Allah Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi. 032 JON 004 007 Lakin ertəsi gün sübh tezdən Allah bir bitki qurdu yetirdi. Qurd bitkini içindən yedi və bitki qurudu. 032 JON 004 008 Günəş çıxanda Allah isti səmum küləyi yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diləyərək dedi: «Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır». 032 JON 004 009 Allah Yunusa dedi: «Məgər sənin bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» O dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm». 032 JON 004 010 Onda Rəbb dedi: «Sən zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıyırsan. 032 JON 004 011 Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya Mən necə acımayım?» # # BOOK 033 MIC Micah Mikeya 033 MIC 001 001 Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu. 033 MIC 001 002 Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin. 033 MIC 001 003 Budur, Rəbb göylərdəki taxtından enir, Yer üzünü dağların zirvəsi ilə gəzir. 033 MIC 001 004 Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq. 033 MIC 001 005 Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi? 033 MIC 001 006 «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam. 033 MIC 001 007 Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək». 033 MIC 001 008 Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam. 033 MIC 001 009 Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb. 033 MIC 001 010 Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın. 033 MIC 001 011 Siz ey Şafir sakinləri, Lüt-üryan, xəcalət içində əsarətə gedin! Saananda yaşayanlar oradan çıxa bilməyəcək. Bet-Esel əhli yas tutacaq, Köməyini sizdən çəkəcək. 033 MIC 001 012 Marot əhalisi xeyir arzulasa da, Rəbb Yerusəlimin darvazasına bəla gətirir. 033 MIC 001 013 Ey Lakiş sakinləri, atlarınızı Döyüş arabalarına qoşun Sion qızını günaha batırdınız, İsrailin üsyankarlığına bais oldunuz! 033 MIC 001 014 Buna görə Moreşet-Qata cehiz verəcəksiniz, Akziv şəhəri İsrail padşahlarını aldadacaq. 033 MIC 001 015 Ey Mareşa sakinləri, Rəbb üzərinizə yenə istilaçı gətirəcək, Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq. 033 MIC 001 016 Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq! 033 MIC 002 001 Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər! 033 MIC 002 002 Tarlalara tamah salıb mənimsəyirlər, Evlərə göz dikib sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər, Adamları mirasından məhrum edirlər! 033 MIC 002 003 Buna görə də Rəbb belə deyir: «Bu xalqa bəla gətirməyə hazırlaşıram, Ondan boyun qaçıra bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, Çünki pis zaman gəlir. 033 MIC 002 004 O gün sizi lağa qoyub, Belə yanıqlı mərsiyə oxuyacaqlar: “Biz tamam məhv olduq! Rəbb xalqımın payını dəyişdirdi, Onu necə məndən uzaqlaşdırdı, Tarlamızı satqınlara payladı”. 033 MIC 002 005 Buna görə ölkə yenə püşklə bölünsə də, Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq». 033 MIC 002 006 Adamlar deyir: «Vəz etməyin, Bu işlər barədə vəz etməyin, Rüsvay olmayacağıq!» 033 MIC 002 007 Ey Yaqub nəsli, belə deyilirmi: «Məgər Rəbbin səbri tükəndi? O belə şeylər edərmi?» Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi? 033 MIC 002 008 Dünən xalqım idiniz, Bu gün isə Mənə düşmən oldunuz. Müharibədən qayıdanların, Yoldan sakit keçənlərin Əynindən paltarlarını alıb Onları soyursunuz. 033 MIC 002 009 Xalqımın qadınlarını Rahat evlərindən qovursunuz, Uşaqlarını Mənim verdiyim bərəkətdən Əbədilik məhrum edirsiniz. 033 MIC 002 010 Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq. 033 MIC 002 011 Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə: «Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq», Bu adam xalqın vaizi olar! 033 MIC 002 012 Ey Yaqub övladları, Mən mütləq hamınızı bir yerə yığacağam, İsrailin sağ qalanlarını toplayacağam. Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam. Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq. 033 MIC 002 013 Azad edən qalxacaq, Sağ qalanların yolunu açacaq. Onlar darvazanı qıracaq, Oradan keçib-çıxacaq. Padşahları onların qabağında gedəcək, Rəbb önlərində gedəcək. 033 MIC 003 001 Onda mən dedim: «Dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Axı siz ədalətli olmalısınız! 033 MIC 003 002 Siz ki yaxşıya nifrət edirsiniz, Pisliyi sevirsiniz, Xalqımın dərisini soyursunuz, Ətini sümüklərindən qoparırsınız, 033 MIC 003 003 Siz xalqımın ətini yeyirsiniz, Dərisini soyursunuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi Xalqımı doğrayırsınız. 033 MIC 003 004 Gün gələcək, Rəbbə fəryad edəndə O sizə cavab verməyəcək. O zaman Rəbb üzünü sizdən gizlədəcək, Çünki əməlləriniz pis olub». 033 MIC 003 005 Xalqını azdıran peyğəmbərlərə qarşı Rəbb belə deyir: «Yeməyiniz olanda Sülh bəyan edirsiniz. Sizə çörək verməyənlərə isə Dava elan edirsiniz». 033 MIC 003 006 Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq. 033 MIC 003 007 Görücülər rüsvay olacaq, Falçılar biabır olacaq, Onların hamısı bundan utanıb susacaq, Çünki Allahdan cavab olmayacaq. 033 MIC 003 008 Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün Qüvvətlə, Rəbbin Ruhu ilə, Ədalət və cəsarətlə qurşanıram. 033 MIC 003 009 Bunu dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Siz ədalətə nifrət edirsiniz, Hər cür düzlüyü əyriyə çevirirsiniz. 033 MIC 003 010 Sionu qan bahasına bina edirsiniz, Yerusəlimi haqsızlıq üzərində tikirsiniz. 033 MIC 003 011 Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz». 033 MIC 003 012 Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək. 033 MIC 004 001 Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Xalqlar ona sarı gələcək. 033 MIC 004 002 Çox millətlər gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. 033 MIC 004 003 Rəbb çox xalqlar arasında hakim olacaq, Güclü millətlər haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək. 033 MIC 004 004 Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, Onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi. 033 MIC 004 005 Bütün xalqlar, Öz allahlarının adı ilə getsələr belə, Biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik. 033 MIC 004 006 «Gün gələcək» Rəbb bəyan edir, «Mən şikəstləri yığacağam, İncitdiyim pərən-pərən düşən xalqı Bir yerə toplayacağam. 033 MIC 004 007 Şikəstləri sağ qalan xalq edəcəyəm, Atılanları güclü millətə çevirəcəyəm. Mən Rəbb onlara Sion dağından İndidən sonsuzadək hökm edəcəyəm». 033 MIC 004 008 Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə, Sion qızının qalası, Əvvəlki hakimiyyət sənə yenidən veriləcək, Yerusəlim qızının səltənəti gələcək. 033 MIC 004 009 İndi nə üçün uca səslə çağırırsan? Niyə doğan qadın kimi ağrı çəkirsən? Məgər sənin yanında padşah yoxdurmu? Məsləhətçilərin həlak olubmu? 033 MIC 004 010 Ey Sion qızı, ağrıdan qovrul, Doğan qadın kimi bərkdən qışqır, Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan, Babilə qədər gedəcəksən. Lakin orada xilas olacaqsan, Rəbb səni düşmənlərinin əlindən satın alacaq. 033 MIC 004 011 Amma indi çox millətlər Sənə qarşı birləşib belə deyir: «Qoy Sion rüsvay olub murdarlansın! Bunu öz gözümüzlə görək!» 033 MIC 004 012 Lakin onlar Rəbbin düşüncələrini bilmir, Məsləhətini anlamır. Xırmanda yığılan dərzlər kimi Rəbb onları bir yerə toplamışdır. 033 MIC 004 013 Rəbb belə deyir: «Ey Sion qızı, Qalx, xırmandakı taxılını döy! Səni dəmir buynuzlu buğa kimi, Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm. Sən çox xalqları əzəcəksən, Onların qənimətini Mənə – Rəbbə, Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən». 033 MIC 005 001 Ey qoşunlar qızı, indi qoşunlarını topla! Bizi dövrəyə alıblar, İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar. 033 MIC 005 002 Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir». 033 MIC 005 003 Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına Qalan qohumları qayıdacaq. 033 MIC 005 004 Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq, 033 MIC 005 005 Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar. 033 MIC 005 006 Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər. Aşşurlular torpağımıza gələndə, Sərhədimizi keçəndə Bizi rəhbərlərimiz qurtaracaq. 033 MIC 005 007 Yaqub nəslinin sağ qalanları Çoxlu xalqlar arasında Heç kimi gözləmədən, Bəşər övladlarından asılı olmadan Rəbbin göndərdiyi şeh tək, Ot üzərinə tökülən leysan kimi olacaq. 033 MIC 005 008 Yaqub nəslinin sağ qalanları Çoxlu xalqların, millətlərin arasında Sanki meşə heyvanları arasındakı şir, Qoyun sürüsü arasındakı gənc aslandır. Sürünün içinə girsə, didib dağıdar, Heç kəs ondan qurtula bilməz. 033 MIC 005 009 Əlin düşmənlərin üzərinə qalxacaq, Ey İsrail, yağıların məhv olacaq! 033 MIC 005 010 «Gün gələcək» Rəbb bəyan edir, «Atlarınızı qıracağam, Döyüş arabalarınızı yox edəcəyəm. 033 MIC 005 011 Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm, Bütün qalalarınızı yerlə yeksan edəcəyəm. 033 MIC 005 012 Əlinizdəki cadugərliyi məhv edəcəyəm, Sizdə gələcəyideyənlər bir daha olmayacaq. 033 MIC 005 013 Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz. 033 MIC 005 014 Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam. Şəhərlərinizi viran qoyacağam. 033 MIC 005 015 İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam». 033 MIC 006 001 Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin! 033 MIC 006 002 Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir. 033 MIC 006 003 Ey xalqım, nə etmişəm sənə? Nə ilə yormuşam səni? Mənə cavab ver! 033 MIC 006 004 Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum. 033 MIC 006 005 Ey xalqım, sənə qarşı Moav padşahı Balaqın niyyətlərini, Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla, Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki, Rəbbin sənə göstərdiyi sədaqətini biləsən». 033 MIC 006 006 Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – Birillik danalarla çıxımmı? 033 MIC 006 007 Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi? 033 MIC 006 008 Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki? 033 MIC 006 009 Rəbbin səsi şəhərə nida edir, Onun adından qorxmaq hikmətdir. «Ey şəhərdə toplanan camaat, eşidin! Ey şəhər sakinləri, dinləyin! 033 MIC 006 010 Məgər pislərin evindəki haram mal-dövlətdən, Lənətli əskik ölçülərdən xəbərim yoxdur? 033 MIC 006 011 Saxta tərəzi və aldadıcı çəki daşlarından İstifadə edəni haqlı sayarammı? 033 MIC 006 012 Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır. 033 MIC 006 013 Buna görə Mən sizi vurmağa, Günahlarınıza görə əzab verməyə başladım. 033 MIC 006 014 Yeyəcəksiniz, amma doymayacaqsınız, Qarınlarınız boş qalacaq. Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız, Qılıncla topladığınızı məhv edəcəyəm. 033 MIC 006 015 Siz əkəcəksiniz, amma biçməyəcəksiniz, Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz, Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz. 033 MIC 006 016 Axı padşah Omrinin qaydalarına riayət etmisiniz, Axav sülaləsinin adətlərinə uymusunuz, Onların məsləhətinə görə getmisiniz, Buna görə də sizi viranəliyə döndərəcəyəm, Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm, Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz». 033 MIC 007 001 Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb. 033 MIC 007 002 Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur. 033 MIC 007 003 Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür. 033 MIC 007 004 Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız. 033 MIC 007 005 Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın. 033 MIC 007 006 Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub. 033 MIC 007 007 Mən isə Rəbbə baxacağam, Məni xilas edən Allahı gözləyəcəyəm. O məni xilas edəcək, Allahım məni eşidəcək. 033 MIC 007 008 Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! 033 MIC 007 009 Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm. 033 MIC 007 010 Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq. 033 MIC 007 011 Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır, O gün sərhədlərin genişlənəcək. 033 MIC 007 012 O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq. 033 MIC 007 013 Lakin sakinlərinin əməllərinə görə Yer üzü viran olacaq. 033 MIC 007 014 Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar. 033 MIC 007 015 «Misirdən çıxdığın günlərdəki kimi Sizə möcüzələr göstərəcəyəm». 033 MIC 007 016 Millətlər bunu görəcək, Öz qüvvətlərinə görə utanacaq. Əlləri ilə ağızlarını yumacaq, Qulaqları kar olacaq. 033 MIC 007 017 İlan kimi torpağı yalayacaq, Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq. Ey Allahımız Rəbb, onlar Səndən qorxub Dəhşət içində Sənə tərəf dönəcək. 033 MIC 007 018 Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. 033 MIC 007 019 Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan. 033 MIC 007 020 Qədim zamanda atalarımıza and içdiyin kimi Yaqub nəslinə sədaqətini, İbrahim övladlarına məhəbbətini göstərəcəksən. # # BOOK 034 NAH Nahum Nahum 034 NAH 001 001 Bu, Nineva haqqındakı xəbərdarlıq, Elqoşlu Nahumun görüntülərindən ibarət kitabdır. 034 NAH 001 002 Rəbb qısqancdır, qisas alan Allahdır, İntiqam alır, qəzəblə doludur, Düşmənlərindən qisas alır, Yağılarına qarşı qəzəblidir. 034 NAH 001 003 Rəbb hədsiz səbirlidir, qüdrətlidir, Təqsirkarı əsla cəzasız qoymaz, Onun yolu qasırğadadır, fırtınadadır, Buludlar ayaqlarının tozudur, 034 NAH 001 004 Dənizə əmr edib onu qurudar, Bütün çayların sularını da qurudar, Başan və Karmel meşələri saralır, Livanın gül-çiçəyi solur. 034 NAH 001 005 Rəbbin hüzurundan dağlar titrəyir, Təpələr əriyir, Yer üzü Rəbbin önündə sarsılır, Dünya və onun sakinləri lərzəyə gəlir. 034 NAH 001 006 Onun qəzəbinə qarşı kim dura bilər? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, Qarşısında qayalar dağılar. 034 NAH 001 007 Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır. 034 NAH 001 008 Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq. 034 NAH 001 009 Rəbbə qarşı nə qəsd etsələr, O hər şeyə son qoyacaq, Onlardan bir daha bəla çıxmaz. 034 NAH 001 010 Tikanlar kimi bir-birinə dolaşmışlar, Əyyaşlar kimi sərxoş olmuşlar, Quru küləş tək tamamilə yanacaqlar. 034 NAH 001 011 Ey Nineva, Rəbbə qarşı pislik düşünən Şər məsləhətçini sən yetirdin! 034 NAH 001 012 Rəbb belə deyir: «Aşşurlular çox və güclü olsa da, Yenə məhv olub gedəcək. Ey xalqım İsrail, sənə çox əzab vermişəm, Səni bir daha incitmərəm. 034 NAH 001 013 İndi boyunduruğunu parçalayıb, Qandallarını qıracağam». 034 NAH 001 014 Ey Nineva, Rəbb sənin haqqında Belə əmr verib: «Artıq övladların olmayacaq, adını daşımayacaq, Allahlarının məbədindən Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm. Qəbir qazacağam sənə, çünki alçaqsan! 034 NAH 001 015 Budur, müjdə gətirənin Ayaqları dağlar aşır, gəlir, Sülh xəbəri gətirir. Ey Yəhuda, bayramlarını keçir, Əhdlərini yerinə yetir! O pis millətin ayağı ölkəndən artıq keçməyəcək, Çünki tamamilə məhv oldu». 034 NAH 002 001 Ey Nineva, həlak edən qüvvə qarşına çıxdı, İstehkamını qoru, yolunu qoru, Belini möhkəm qurşa, Bütün gücünü topla! 034 NAH 002 002 Rəbb Yaqub nəslini İsrailin əvvəlki əzəmətinə qaytaracaq. Hərçənd quldurlar onu viran etdi, Tənəklərini dağıtdı. 034 NAH 002 003 İgidlərin qalxanları qıpqırmızıdır, Cəngavərlərin libasları al rəngdədir. Onlar hazır olan gün Döyüş arabalarının dəmirləri necə də parıldayır, Şam ağacından nizələr havada oynayır! 034 NAH 002 004 Döyüş arabaları küçələrdən dəlicəsinə qaçır, Meydanlarda ora-bura yüyürür, Məşəllər kimi parıldayır, Şimşək kimi cəld qaçır. 034 NAH 002 005 Nineva padşahı seçmə əsgərlərini toplayır, Amma onlar yolda büdrəyir. Düşmən orduları şəhər divarına tərəf qaçır, Qalxanlarını qaldırıb sipər qurur. 034 NAH 002 006 Çayların suyunu saxlayan bəndlər açıldı, Sarayı dəhşət bürüdü. 034 NAH 002 007 Mələkəni lüt-üryan aparırlar, Kənizləri qumru kimi inləyib Sinələrinə vurur. 034 NAH 002 008 Qədimdən bəri Nineva Sulu hovuz kimi idi, İndi isə sular axıb gedir, Onlara «Dayanın, dayanın!» deyirlər, Amma geri dönən yoxdur. 034 NAH 002 009 Gümüşü talan edin, qızılı oğurlayın, Sərvətlərin sonu yoxdur, Bol miqdarda qiymətli əşyalar var. 034 NAH 002 010 Nineva viran oldu, dağıldı, xaraba qaldı! Sakinlərinin ürəyi əsir, dizləri taqətdən düşür. Hamının bədənləri titrəyir, üzləri solur! 034 NAH 002 011 Nə oldu aslanlar yuvasına? Gənc aslanların bəsləndiyi, Şirlə dişisinin və balalarının qorxusuz gəzdiyi yerə nə oldu? 034 NAH 002 012 Aslan öz balalarına kifayət qədər şikar ovladı, Dişisi üçün ovunu boğazladı, Mağarasını ovladığı heyvanlarla, Yuvasını şikarla doldurdu. 034 NAH 002 013 Ordular Rəbbi bəyan edir: «Mən sizin əleyhinizəyəm, Döyüş arabalarınızı tüstüdə yandıracağam, Gənc aslanlarını qılınc yeyəcək, Yer üzündən şikarını kəsəcəyəm, Qasidlərinin səsi daha eşidilməyəcək». 034 NAH 003 001 Qanlı şəhərin vay halına! O yalan və soyğunçuluqla doludur, Orada quldurluğun ardı kəsilmir! 034 NAH 003 002 Qamçı səsi, təkərlər gurultusu, Çapan atların, yırğalanan döyüş arabalarının sədası! 034 NAH 003 003 Süvarilər hücum edir, qılınclar parıldayır, Nizələr bərq vurur, ölənlər yığın-yığın, Cəsədlərin sayı yox, İnsanların ayağı meyitlərə dolaşır! 034 NAH 003 004 Millətləri fahişəliyi ilə, Xalqları cadugərliyi ilə satan, cazibəli, Cadugərlikdə mahir fahişə – Ninevanın Hədsiz əxlaqsızlığına görə Bunlar baş verdi. 034 NAH 003 005 Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam. 034 NAH 003 006 Üstünə iyrənc şeyləri atacağam, Səni rüsvay edəcəyəm, Tamaşaya qoyacağam! 034 NAH 003 007 Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?» 034 NAH 003 008 Axı sənin No-Ammondan nəyin artıqdır? O şəhər çaylar arasında yerləşib Sularla əhatə olunmuşdu, Sipəri dəniz, Qala divarı isə Nil çayı idi. 034 NAH 003 009 Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi. 034 NAH 003 010 Lakin əsir aparıldı, sürgün oldu, Övladları parça-parça doğrandı, Hər küçə başına atıldı, Adlı-sanlı adamları üçün püşk atdılar, Əyanlarını qandallara saldılar. 034 NAH 003 011 Sən də, ey Nineva, sərxoş olacaqsan, Mat-məəttəl qalacaqsan, Düşmənlərin əlindən pənahgah axtaracaqsan. 034 NAH 003 012 Bütün istehkamların Əncir ağacının ilk yetişən meyvələri kimidir, Silkələnəndə yeyənin ağzına düşür. 034 NAH 003 013 Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib. 034 NAH 003 014 Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür! 034 NAH 003 015 Orada od səni yeyib-qurtaracaq, Qılınc səni kəsib-qıracaq, Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan. Sayını çəyirtkə kimi artır, Özünü qaynaşan çəyirtkə kimi çoxalt! 034 NAH 003 016 Tacirlərinin sayı Göylərdəki ulduzlardan çoxdur, Amma düşmənlərin Çəyirtkə kimi ölkəni talan edib uçacaq. 034 NAH 003 017 Gözətçilərin çəyirtkə kimi, Məmurların çəyirtkə sürüsü kimidir – Soyuq gündə çəpərlərə yerləşir, Gün doğanda uçub gedir, Getdikləri yer bilinmir. 034 NAH 003 018 Ey Aşşur padşahı, Əyanların ölüm yuxusuna gedib, Adlı-sanlı adamların yatıb. Xalqın dağlara səpələnib, Onları bir yerə yığan yoxdur. 034 NAH 003 019 Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib? # # BOOK 035 HAB Habakkuk Habaqquq 035 HAB 001 001 Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq. 035 HAB 001 002 Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, Lakin bizi qurtarmırsan. 035 HAB 001 003 Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Hara nəzər salsam, Orada soyğunçuluq və zorakılıq var, Davaların, çəkişmələrin sonu yoxdur. 035 HAB 001 004 Buna görə qanun qüvvədən düşdü, Ədalətə üstünlük verilmir. Pis adamlar salehləri dövrəyə alır, Ona görə ədalət təhrif olunur. 035 HAB 001 005 Baxın o biri millətlərə, Gördüklərinizə təəccüblənərək mat qalın. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Bunu sizə danışsalar, inanmazsınız. 035 HAB 001 006 Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram. 035 HAB 001 007 Onlar dəhşətli və qorxuncdur, Ədalət və şərəf yalnız onlar deyəndir. 035 HAB 001 008 Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır. 035 HAB 001 009 Onların hamısı zorakılıq üçün gəlir, Hamısı bir nəfər kimi irəliyə üz tutur, Əsirləri qum kimi yığırlar. 035 HAB 001 010 Padşahlara rişxənd edirlər, Hökmdarlara gülürlər. Hər qalalı şəhərə lağ edirlər, Oraya torpaq qalağı töküb ələ keçirirlər. 035 HAB 001 011 Onlar yel kimi keçib-gedir. Qüvvələrini özlərinə allah edən bu adamlar Təqsirkar sayılacaq. 035 HAB 001 012 Əzəldən bəri var olan Sən deyilsənmi? Ya Rəbb, Allahım, Müqəddəs Olanım, Biz ölməyəcəyik. Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin. Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin. 035 HAB 001 013 Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur, Pis əməllərə dözə bilmirsən. Bəs xəyanətkarlara necə baxa bilirsən? Pis özündən daha salehin başını yeyəndə Axı niyə susursan? 035 HAB 001 014 Sən insanları sanki dəniz balıqlarına, Başçıları olmayan sürünən canlılara çevirdin. 035 HAB 001 015 O onların hamısını qarmaqla çəkir, Torla çıxarır, ağlarına yığır, Buna sevinib-şadlanır. 035 HAB 001 016 Buna görə torları üçün qurban kəsir, Ağları üçün buxur yandırır, Axı o bu torlarla Bol və ləzzətli yemək əldə edir. 035 HAB 001 017 Torunu durmadan boşaltmağa, Millətləri amansızcasına qırmağa davam edəcəkmi? 035 HAB 002 001 Keşiyimdə duracağam, Gözətçi qülləsində dayanacağam. Baxım Rəbb mənə nə deyəcək, Görüm şikayətlərimə nə cavab verəcək? 035 HAB 002 002 Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin. 035 HAB 002 003 Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək. 035 HAB 002 004 Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq. 035 HAB 002 005 Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar. 035 HAB 002 006 Amma bütün bu əsir alınanlar Onu lağa qoyacaqlar, İstehzalı müəmmalarla deyəcəklər: “Özünə aid olmayanı ələ keçirənin, Xərac alıb varlananın vay halına! Bu nə vaxta qədər davam edəcək?” 035 HAB 002 007 Sənə xərac verənlər bir gün Qəflətən qiyam etməzmi? Oyanıb sizi qorxutmazmı? Budur, o vaxt onlara qənimət olacaqsan. 035 HAB 002 008 Bir çox milləti soyduğun üçün Xalqlardan sağ qalanlar səni də soyacaq. Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin. 035 HAB 002 009 Evini haram qazancla dolduranın, Fəlakətdən qaçmaq üçün Yuvasını yüksək yerdə quranın vay halına! 035 HAB 002 010 Sən çox xalqları qırmaqla Öz evini rüsvay etdin, Öz həyatına günah gətirdin! 035 HAB 002 011 Belə ki divar daşları bu barədə fəryad qoparacaq, Taxta tirlər əks-səda verəcək! 035 HAB 002 012 Şəhəri qanlarla tikənin, Kəndi haqsızlıqla quranın vay halına! 035 HAB 002 013 Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir, Ümmətlər boş yerə özünü yorur. Bu, Ordular Rəbbindən deyilmi? 035 HAB 002 014 Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq. 035 HAB 002 015 Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün Onlara şərab içirdib sərxoş edənin, İçkiyə zəhrimar qatanın vay halına! 035 HAB 002 016 Hörmət əvəzinə xəcalətlə doyacaqsan, Sən də iç, çılpaqlığını göstər; Rəbbin sağ əlindəki cam Sənin üzərində fırlanacaq. Rüsvayçılıq hörmətin üzərinə gələcək. 035 HAB 002 017 Livanda etdiyin zorakılıq öz başına gələcək, Heyvanların qırğını səni dəhşətə gətirəcək; Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin. 035 HAB 002 018 Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki? 035 HAB 002 019 Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur. 035 HAB 002 020 Lakin Rəbb müqəddəs məbədindədir, Qoy bütün dünya Onun önündə sussun!» 035 HAB 003 001 Peyğəmbər Habaqququn duası, Şiqqayonlar kökü üstündə. 035 HAB 003 002 Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim, Ya Rəbb, gördüyün işlərə görə qorxdum. Bizim vaxtımızda da eyni işlər gör, Bizim dövrümüzdə bunları bildir! Qəzəblənəndə mərhəmətini xatırla! 035 HAB 003 003 Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. (Sela) Ehtişamı göyü bürüdü, Yer üzü Ona edilən həmd-sənalarla doldu. 035 HAB 003 004 Cah-calalı günəş tək parıldayır, Əlindən nur tökülür, Qüdrəti əlində gizli saxlanılıb. 035 HAB 003 005 Vəba Onun önündə gedir, Ölümcül xəstəlik arxasınca gəlir. 035 HAB 003 006 O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir. 035 HAB 003 007 Gördüm ki, Kuşan çadırları əziyyət altındadır, Midyan çadırlarının pərdələri lərzəyə gəldi. 035 HAB 003 008 Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətlənmisən? Axı atlarına, müzəffər döyüş arabalarına minmisən? 035 HAB 003 009 Yayını açdın, Oxdanını oxlarla doldurdun. (Sela) Yer üzünü çaylarla yardın. 035 HAB 003 010 Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı. 035 HAB 003 011 Uçan oxlarının qığılcımından, İşıldayan nizənin parıltısından Günəş və ay yerlərində durdu. 035 HAB 003 012 Yer üzündə qəzəb içində gəzdin, Millətləri hiddətlə tapdaladın. 035 HAB 003 013 Sən Öz xalqının qurtulması üçün, Məsh etdiyinin xilası üçün çıxdın, Şər nəslin başçısını əzdin, Təpədən dırnağa qədər onu soydun. (Sela) 035 HAB 003 014 Cəngavərləri fırtına tək Bizi dağıtmağa gələndə Onların başını öz nizələri ilə deşdin. Onlar gizlənən zavallıları Məhv edənlər kimi sevinərdi. 035 HAB 003 015 Sən Öz atlarınla dənizi tapdaladın, Coşğun suları köpüklətdin. 035 HAB 003 016 Eşitdim və varlığım lərzəyə gəldi, Səsindən dodaqlarım əsdi. Çürüklük sümüklərimə girdi, Dizlərim titrədi. Amma bizə hücum edən xalqın Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm. 035 HAB 003 017 Əncir ağacı tumurcuqlanmasa da, Meynələr bar gətirməsə də, Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, Tarlalar məhsul yetişdirməsə də, Qoyun-keçi ağıllarda, Mal-qara tövlələrdə yox olsa da, 035 HAB 003 018 Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam! 035 HAB 003 019 Xudavənd Rəbb mənim qüvvətimdir, Ayaqlarımı marallar kimi çevik edir, Zirvələrimdə məni gəzdirir. Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə. # # BOOK 036 ZEP Zephaniah Sefanya 036 ZEP 001 001 Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu. 036 ZEP 001 002 Rəbb belə bəyan edir: «Yer üzündən hər şeyi silib-süpürəcəyəm». 036 ZEP 001 003 Budur, Rəbb belə bəyan edir: «İnsanları, heyvanları, Göydəki quşları, dənizdəki balıqları, Pis adamları ilə Şər üçün qurulan tələlərini Silib-süpürəcəyəm, İnsanı yer üzündən yox edəcəyəm. 036 ZEP 001 004 Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin Hamısını cəzalandıracağam, Baal bütlərinə ibadətin qalıqlarını, Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam. 036 ZEP 001 005 Damlarda göy cisimlərinə səcdə edənləri, Həm Rəbbin adına, həm də Milkom bütü adına And içib səcdə edənləri, 036 ZEP 001 006 Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları Buradan yox edəcəyəm». 036 ZEP 001 007 Susun Xudavənd Rəbbin qarşısında, Çünki Onun günü yaxınlaşır, Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib. 036 ZEP 001 008 Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri, Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam. 036 ZEP 001 009 O gün kandarından tullanıb keçənləri, Öz ağalarının evlərini zorakılıq və hiylə ilə Dolduranları cəzalandıracağam». 036 ZEP 001 010 Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək». 036 ZEP 001 011 Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin! Bütün tacirləriniz məhv olacaq, Tərəzidə gümüş çəkənləriniz qırılacaq. 036 ZEP 001 012 O zaman Yerusəlimin hər tərəfini Çıraqlarla axtaracağam, Firavan yaşayan qayğısızları, Ürəklərində «Rəbb nə yaxşılıq, nə də pislik – Heç nə etməz» Deyənləri cəzalandıracağam. 036 ZEP 001 013 Var-dövlətləri talan olacaq, Evləri xaraba qalacaq, Tikdikləri evlərdə yaşamayacaqlar, Onlar saldıqları üzümlüklərin Şərablarını içməyəcəklər. 036 ZEP 001 014 Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək. 036 ZEP 001 015 O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür! 036 ZEP 001 016 O gün istehkamlı şəhərlərə, Hündür künc qüllələrinə qarşı Döyüş üçün çalınan şeypurların, Döyüş nərələrinin səsləndiyi gündür! 036 ZEP 001 017 Rəbb deyir: «Adamlara elə bəla göndərəcəyəm ki, Kor kimi hara gedəcəklərini bilməyəcəklər, Çünki Mən Rəbbə qarşı günah ediblər. Qanları su kimi axacaq, Bədənləri yerdə çürüyüb peyin olacaq». 036 ZEP 001 018 Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək, Onun qısqanc qəzəbinin alovunda Bütün ölkə yanıb yox olacaq, Çünki O, bir anda ölkənin sakinlərini qıracaq. 036 ZEP 002 001 Ey utanmaz millət, toplaşın! 036 ZEP 002 002 Fərman çıxmadan, O gün saman çöpü tək uçmadan, Rəbbin qızğın qəzəbi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın! 036 ZEP 002 003 Ey Rəbbin hökmünə əməl edən sizlər, Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz. 036 ZEP 002 004 Qəzzə bomboş qalacaq, Aşqelon xarabalığa dönəcək, Aşdod əhalisi günorta çağı qovulacaq, Eqron özülündən söküləcək! 036 ZEP 002 005 Dəniz sahilində yaşayanların – Keretlilərin vay halına! Ey Filiştlilərin torpağı Kənan, Rəbbin hökmü sizə qarşıdır, Rəbb hamınızı yox edəcək. Ölkədə heç bir sakin sağ qalmayacaq! 036 ZEP 002 006 Dəniz sahilindəki ölkəniz otlaqlara, Çoban daxmalarına və qoyun-keçi ağıllarına dönəcək! 036 ZEP 002 007 Bu ölkə Yəhuda nəslindən qalanların əlinə keçəcək, Sürülərini orada otaracaqlar, Axşam Aşqelondakı evlərində yatacaqlar, Çünki özlərinin Allahı Rəbb onları yada salaraq Yenə firavan edəcək. 036 ZEP 002 008 «Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər. 036 ZEP 002 009 Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir. Varlığıma and olsun ki, Moav mütləq Sodom kimi, Ammon Homorra kimi olacaq: Oraları alaqlar və duzlu çalalar basacaq, Əbədi viranəliyə dönəcək. Xalqımın qalanları oranı talan edəcək, Torpaqlarına millətimdən sağ qalanlar Sahib olacaq». 036 ZEP 002 010 Bu onların məğrurluğunun əvəzi olacaq, Çünki bu xalqlar Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı. 036 ZEP 002 011 Rəbb onları dəhşətə salacaq, Yer üzünün bütün allahlarını yox edəcək. Uzaqlarda yaşayan bütün millətlər Olduqları yerlərdə Ona səcdə edəcək. 036 ZEP 002 012 «Ey Kuşlular, siz də Mənim qılıncımla öldürüləcəksiniz» Rəbb deyir. 036 ZEP 002 013 Rəbb əlini şimala doğru uzadıb Aşşuru yox edəcək, Ninevanı viranəliyə, Səhra kimi quruya çevirəcək, 036 ZEP 002 014 Ora sürülərin, hər cür heyvanın Yatdığı yer olacaq. Orada sütun başlarında, Bayquşlar, yapalaqlar yuva quracaq, Onlar pəncərələrdən ulayacaq, Qarğalar kandarlardan qarıldayacaq Evlərdə sidr tirləri görünəcək. 036 ZEP 002 015 Bu şəhər zövq-səfalı şəhər idi, Əmin-amanlıq içində yaşayırdı. Hey belə deyərdi: «Mən mənəm, məndən başqası yoxdur!» Necə də bu şəhər xarabalığa döndü, Vəhşi heyvanların yuvası oldu! Yanından keçən hər kəs vahimədən Kənara çəkilir. 036 ZEP 003 001 Üsyankar, pozğun, qəddar şəhərin vay halına! 036 ZEP 003 002 Söz dinləmədi, ibrət dərsi almadı, Rəbbə güvənmədi, Allahına yaxınlaşmadı. 036 ZEP 003 003 Başçıları nərildəyən aslanlara bənzəyir, Hakimləri axşam gəzən ac qurdlar kimi Səhərə qədər bir şey qoymaz. 036 ZEP 003 004 Peyğəmbərləri məsuliyyətsiz, xain adamlardır, Kahinləri müqəddəs olanı murdarlayıb, Qanunun mənasını pozur. 036 ZEP 003 005 Amma şəhərin içində olan Rəbb salehdir, O haqsızlıq etməz. Hər yeni günün səhərində Durmadan ədalətini zühur etdirər, Amma haqsız adam utanmaq bilməz. 036 ZEP 003 006 Rəbb belə deyir: «Millətləri məhv etdim, Künc qüllələri dağıldı. Küçələrini viran qoydum, O küçələrdən artıq gəlib-keçən yoxdur! Şəhərləri xarabalığa döndü, Orada heç bir sakin də qalmadı. 036 ZEP 003 007 Mən dedim: “Xalqım Məndən qorxar, İbrət dərsi alar”. Onda məskənləri dağıdılmaz, Verdiyim cəzaların hamısı üzərlərinə gəlməz, Lakin onlar hər cür pozğun iş görməkdən zövq aldı». 036 ZEP 003 008 Buna görə Rəbb bəyan edir: «Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı Padşahlıqları toplamağı qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm. Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq. 036 ZEP 003 009 O zaman Mən xalqların nitqini dəyişib, Onlara pak dil verəcəyəm ki, Hamı Rəbbin adını çağırsın, Mənə çiyin-çiyinə xidmət etsinlər. 036 ZEP 003 010 Qürbətə dağılmış, Mənə səcdə edənlər Kuş çaylarının o tayından Mənə təqdimlər gətirəcək. 036 ZEP 003 011 O gün sən, ey xalqım, Mənə qarşı üsyankarlıq etdiyinə görə Daha xəcalətli olmayacaqsan. Çünki qürurlu, təkəbbürlü adamları Sənin arandan uzaqlaşdıracağam, Müqəddəs dağımda bir daha təkəbbürlü olmayacaqsan. 036 ZEP 003 012 Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam, Onlar Rəbbin adına pənah gətirəcək. 036 ZEP 003 013 İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq». 036 ZEP 003 014 Ey Sion qızı, tərənnüm elə, Ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən! 036 ZEP 003 015 Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan! 036 ZEP 003 016 O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin! 036 ZEP 003 017 Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, Səni məhəbbəti ilə yeniləşdirəcək, Sənin üçün tərənnümlə coşacaq! 036 ZEP 003 018 Bayram gününü qeyd edən kimi Mən sənin üzərindən bəlaları götürəcəyəm ki, Onlara görə xəcalətli olmayasan. 036 ZEP 003 019 Budur, vaxt gəlir, Mən sizə zülm edənlərin hamısını cəzalandıracağam, Şikəstləri qurtaracağam, sürgünləri yığacağam, Bütün dünyada çəkdikləri xəcaləti Şan-şöhrətə çevirəcəyəm. 036 ZEP 003 020 O zaman sizi toplayıb yurdunuza geri qaytaracağam. Görəcəksiniz, Mən sizi yenə firavan edəndə Bütün dünya xalqları arasında Sizə şan-şöhrət verəcəyəm» Rəbb deyir. # # BOOK 037 HAG Haggai Haqqay 037 HAG 001 001 Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 037 HAG 001 002 «Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”». 037 HAG 001 003 Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu: 037 HAG 001 004 «Bu məbəd xaraba qaldığı halda Sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?» 037 HAG 001 005 İndi isə Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün. 037 HAG 001 006 Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur». 037 HAG 001 007 Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün. 037 HAG 001 008 İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun. Onda razı qalaram, izzətlənərəm». Bunu deyən Rəbdir. 037 HAG 001 009 Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz. 037 HAG 001 010 Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi. 037 HAG 001 011 Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına, Torpağın yetirdiyi nemətlərə, Eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə Mən quraqlıq elan etdim». 037 HAG 001 012 Şealtiel oğlu Zerubbabil ilə baş kahin Yehosadaq oğlu Yeşua və xalqın sağ qalanları özlərinin Allahı Rəbbin dediklərinə – peyğəmbər Haqqayın sözünə baxdılar. Çünki onu onların Allahı Rəbb göndərmişdi. Xalq Rəbdən qorxdu. 037 HAG 001 013 Rəbbin elçisi Haqqay Rəbbin müraciəti ilə xalqa belə dedi: «Rəbb deyir: “Mən sizinləyəm”». 037 HAG 001 014 Rəbb Yəhuda valisi Şealtiel oğlu Zerubbabili, baş kahin Yehosadaq oğlu Yeşuanı və xalqın sağ qalanlarını ruhlandırdı. Xalq yığılıb özlərinin Allahı olan Ordular Rəbbinin məbədində işləməyə başladı. 037 HAG 001 015 Bu hadisə padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın iyirmi dördündə baş verdi. 037 HAG 002 001 Yeddinci ayın iyirmi birində peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 037 HAG 002 002 «İndi Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə, baş kahin Yehosadaq oğlu Yeşuaya və xalqın sağ qalanlarına belə söylə: 037 HAG 002 003 “Sizin aranızda kim burada olan məbədin əvvəlki əzəmətini görmüşdür? İndi buranı necə görürsünüz? Gözünüz önündə sanki bir heçə çevrilməyibmi?” 037 HAG 002 004 Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir: 037 HAG 002 005 “Misirdən çıxan zaman sizinlə bağladığım əhdə əsasən Ruhum aranızdadır. Qorxmayın!” 037 HAG 002 006 Budur, Ordular Rəbbi belə deyir: “Tezliklə Mən göyləri, yeri, dənizi, torpağı bir də lərzəyə gətirəcəyəm! 037 HAG 002 007 Bütün millətləri lərzəyə salacağam; bütün millətlərin var-dövləti gələcək və bu evi əzəmətlə dolduracağam”. Ordular Rəbbi belə deyir. 037 HAG 002 008 “Bütün qızıl-gümüş Mənimdir”. Ordular Rəbbi belə bəyan edir. 037 HAG 002 009 Ordular Rəbbi belə deyir: “İndiki məbədin əzəməti əvvəlkindən üstün olacaq. Bu yerə əmin-amanlıq verəcəyəm”. Ordular Rəbbi belə bəyan edir». 037 HAG 002 010 Daranın hakimiyyətinin ikinci ili, doqquzuncu ayın iyirmi dördündə Rəbbin sözü peyğəmbər Haqqaya nazil oldu. 037 HAG 002 011 Ordular Rəbbi belə deyir: «Qanun haqqında kahinlərə bir müraciət edin: 037 HAG 002 012 “Kimsə cübbəsinin ətəyində təqdis olunmuş ət gəzdirən zaman ətəyi ilə çörəyə, şorbaya, şəraba, zeytun yağına və yaxud hər hansı bir ərzağa toxunarsa, bunlar təqdis olunarmı?”» Kahinlər bu suala «xeyr» deyə cavab verdi. 037 HAG 002 013 Haqqay dedi: «Bəs ölü cəsədə toxunub murdarlanan bir adam həmin ərzaqlardan birinə toxunarsa, bu ərzaq murdar olarmı?» Kahinlər cavab verdi: «Murdar olar». 037 HAG 002 014 Haqqay sonra belə dedi: «Rəbb belə bəyan edir: “Bu xalq – bu millət Mənim gözümdə belədir. Onların hər əməli belədir. Mənə təqdim etdikləri hər şey murdardır. 037 HAG 002 015 İndi rica edirəm, bu gündən etibarən nə olacağını dərindən düşünün. Rəbbin məbədinin daşı daş üstünə qoyulmazdan əvvəl işləriniz necə gedirdi? 037 HAG 002 016 O zaman hər kim iyirmi kisə məhsul gözləyirdisə, on kisə olurdu. Şərab çənindən kim əlli qab şərab çəkmək istəyirdisə, iyirmi qablıq şərab tapırdı”. 037 HAG 002 017 Rəbb belə bəyan edir: “Özünüzü və əllərinizin bütün zəhmətini səmum küləyi, kif və dolu ilə vurdum. Yenə Mənə sarı dönmədiniz. 037 HAG 002 018 Rica edirəm, dərindən düşünün. Bu gün doqquzuncu ayın iyirmi dördündən – Rəbbin məbədinin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün. 037 HAG 002 019 Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”» 037 HAG 002 020 Rəbbin bu sözü Haqqaya ikinci dəfə ayın iyirmi dördündə nazil oldu: 037 HAG 002 021 «Yəhuda valisi Zerubbabilə belə de: “Mən göyləri və yeri lərzəyə gətirəcəyəm. 037 HAG 002 022 Padşahlıqların taxt-taclarını alt-üst edəcəyəm. Millətlərin padşahlıqlarının gücünü darmadağın edəcəyəm. Döyüş arabaları ilə sürücülərini aşıracağam, atlarla süvarilər yerə səriləcəklər. Hamı qardaş qılıncı ilə qırılacaq”». 037 HAG 002 023 Ordular Rəbbi bəyan edir: «Ey qulum Şealtiel oğlu Zerubbabil, o gün səni götürüb möhürlü üzük edəcəyəm, çünki səni seçdim». Rəbb bu sözləri dedi. Bu, Ordular Rəbbinin bəyanıdır. # # BOOK 038 ZEC Zechariah Zəkəriyyə 038 ZEC 001 001 Daranın hakimiyyətinin ikinci ilində, səkkizinci ayda İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu: 038 ZEC 001 002 «Rəbb atalarınıza çox qəzəbləndi. 038 ZEC 001 003 Ona görə də sən onlara söylə ki, Ordular Rəbbinin sözü belədir: “Mənə tərəf qayıdın” bəyan edir Ordular Rəbbi, “Mən də sizə tərəf qayıdaram” deyir Ordular Rəbbi. 038 ZEC 001 004 “Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər onlara müraciət edib söylədi ki, Ordular Rəbbi onlara ‹pis əməllərinizdən və pis işlərinizdən qayıdın› deyir. Ancaq onlar eşitmədi və Mənə qulaq asmadı” Rəbb belə bəyan edir. 038 ZEC 001 005 “Atalarınız indi haradadır? Peyğəmbərlər də əbədi yaşayırmı? 038 ZEC 001 006 Amma qullarım peyğəmbərlərə əmr etdiyim Sözlərim və qaydalarım atalarınıza gəlib çatmadımı?” Onlar da tövbə edib dedi: “Ordular Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşündüsə, bizimlə elə də rəftar etdi”». 038 ZEC 001 007 Daranın hakimiyyətinin ikinci ilində, on birinci ay olan Şevat ayının iyirmi dördüncü günü İddo oğlu Berekya oğlu Zəkəriyyə peyğəmbərə Rəbbin bu sözü nazil oldu: 038 ZEC 001 008 gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində mərsin ağacları arasında durub. Onun arxasında isə qırmızı, kəhər və ağ atlar var idi. 038 ZEC 001 009 Mən soruşdum: «Ay ağam, bunlar nədir?» Mənimlə danışan mələk dedi: «Bunların nə olduğunu sənə göstərəcəyəm». 038 ZEC 001 010 Mərsin ağacları arasında duran adam cavab verdi: «Bunları dünyanı dolaşmaq üçün Rəbb göndərib». 038 ZEC 001 011 Onlar mərsin ağacları arasında duran Rəbbin mələyinə cavab verdi: «Biz dünyanı dolaşdıq və gördük ki, bütün dünya asayiş və əmin-amanlıq içindədir». 038 ZEC 001 012 Onda Rəbbin mələyi dedi: «Ey Ordular Rəbbi, bu yetmiş il ərzində qəzəbləndiyin Yerusəlimə və başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən?» 038 ZEC 001 013 Rəbb mənimlə danışan mələyə yaxşı vədlərlə, təsəlliverici sözlərlə cavab verdi. 038 ZEC 001 014 Mənimlə danışan mələk mənə dedi: «Müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Yerusəlim və Sion üçün böyük qısqanclıq duyuram. 038 ZEC 001 015 Qayğısız olan millətlərə qarşı çox qəzəbliyəm. Çünki Mən hələ az qəzəbləndiyim zaman Onlar öz pis əməllərini daha da artırdı”. 038 ZEC 001 016 Buna görə də Rəbb belə deyir: “Mən mərhəmətlə Yerusəlimə qayıtdım. Evim yenə orada qurulacaq, Yerusəlimin üzərinə ölçü ipi çəkiləcək” Bəyan edir Ordular Rəbbi. 038 ZEC 001 017 Sən bir daha müraciət edib söylə ki, Ordular Rəbbi belə deyir: “Şəhərlərim yenə bolluqla dolub-daşacaq. Rəbb Siona yenə təsəlli verəcək, Yenə Yerusəlimi seçəcək”». 038 ZEC 001 018 Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm. 038 ZEC 001 019 Mənimlə danışan mələyə dedim: «Bunlar nədir?» O mənə dedi: «Bunlar Yəhudanı, İsraili və Yerusəlimi dağıtmış buynuzlardır». 038 ZEC 001 020 Onda Rəbb mənə dörd usta göstərdi. 038 ZEC 001 021 Mən «Bunlar nə etməyə gəlir?» deyə soruşdum. O dedi: «Bu buynuzlar Yəhudanı elə dağıtdı ki, heç kəs başını qaldıra bilmədi. Bu ustalar da Yəhuda ölkəsini dağıtmaq üçün buynuz qaldıran millətləri dəhşətə gətirib buynuzlarını yerə çalmağa gəldi». 038 ZEC 002 001 Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm. 038 ZEC 002 002 «Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm». 038 ZEC 002 003 Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi 038 ZEC 002 004 və ona dedi: «Qaç, o cavana söylə ki, içində adamlar Və heyvanlar çox olduğu üçün Yerusəlim divarsız bir şəhər olacaq. 038 ZEC 002 005 “Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm, Onun içində izzət olacağam” bəyan edir Rəbb». 038 ZEC 002 006 «Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb, «Çünki sizi göydə dörd tərəfə əsən Külək kimi dağıtmışdım» deyir Rəbb. 038 ZEC 002 007 «Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!» 038 ZEC 002 008 Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur. 038 ZEC 002 009 Mən o millətlərə qarşı əlimi qaldıracağam, Əsarətlərində olanlar onları qarət edəcək. Onda biləcəksiniz ki, Məni Ordular Rəbbi göndərmişdir. 038 ZEC 002 010 «Şadlıq edib sevin, ey Sion qızı! Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb. 038 ZEC 002 011 «O gün çoxlu millətlər Rəbbə bağlanacaq, Mənim xalqım olacaq. O zaman aranızda yaşayacağam. Siz biləcəksiniz ki, Məni yanınıza Ordular Rəbbi göndərib. 038 ZEC 002 012 Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək. 038 ZEC 002 013 Ey bütün bəşər, Rəbbin önündə susun! Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!» 038 ZEC 003 001 Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı. 038 ZEC 003 002 Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?» 038 ZEC 003 003 O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı. 038 ZEC 003 004 Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm». 038 ZEC 003 005 Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu. 038 ZEC 003 006 Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi: 038 ZEC 003 007 «Ordular Rəbbi belə deyir: “Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”. 038 ZEC 003 008 Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın! Çünki onlar gələcək hadisələrin əlamətidir. Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm. 038 ZEC 003 009 Yeşuanın önünə qoyduğum daşa baxın! O tək daşın yeddi gözü var. Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi, «Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm. 038 ZEC 003 010 O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq» Bəyan edir Ordular Rəbbi. 038 ZEC 004 001 Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı. 038 ZEC 004 002 O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var. 038 ZEC 004 003 Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var». 038 ZEC 004 004 Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?» 038 ZEC 004 005 Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim. 038 ZEC 004 006 O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi. 038 ZEC 004 007 Sən kimsən, ey uca dağ? Zerubbabilin önündə düzənliyə çevriləcəksən. O “nə gözəldir, nə gözəldir” nidaları altında Məbədin təpə daşını götürəcək». 038 ZEC 004 008 Mənə Rəbbin sözü nazil oldu: 038 ZEC 004 009 «Bu evin təməlini Zerubbabilin əlləri qoydu, Onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib. 038 ZEC 004 010 Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir». 038 ZEC 004 011 Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?» 038 ZEC 004 012 Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?» 038 ZEC 004 013 O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim. 038 ZEC 004 014 O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir». 038 ZEC 005 001 Mən yenə başımı qaldırıb baxanda uçan bir tumar gördüm. 038 ZEC 005 002 Mələk «Nə görürsən?» deyib məndən soruşdu. Mən dedim: «Uçan bir tumar görürəm: onun uzunluğu iyirmi qulac, eni on qulacdır». 038 ZEC 005 003 O dedi: «Bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq edən hər kəs kəsilib-atılacaq, o biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib-atılacaq. 038 ZEC 005 004 Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi, «Oğrunun evinə və Mənim adımla Yalandan and içən adamın evinə lənət girəcək, O evin içində qalacaq, Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək». 038 ZEC 005 005 Sonra mənimlə danışan mələk yaxınlaşıb dedi: «Başını qaldırıb ortaya çıxan bu şeyin nə olduğunu gör». 038 ZEC 005 006 Mən «Bu nədir?» deyə soruşdum. O cavab verdi: «Bu ortaya çıxan şey bir ölçü qabıdır». Sonra əlavə etdi: «Bu bütün ölkə xalqının təqsiridir». 038 ZEC 005 007 Qabın qurğuşun qapağı qaldırıldı. Qabın içində bir qadın oturmuşdu. 038 ZEC 005 008 Mələk «bu qadın pislikdir» dedi və qadını ölçü qabının içinə atıb üstünə qurğuşun qapağı basdı. 038 ZEC 005 009 Mən başımı qaldırıb baxanda gördüm ki, iki qadın çıxdı, onların qanadlarında külək var idi. Onların da leylək qanadlarına bənzər qanadları var idi. Onlar qabı yerlə göy arasına qaldırdı. 038 ZEC 005 010 Mənimlə danışan mələkdən soruşdum: «Qabı hara aparırlar?» 038 ZEC 005 011 O mənə dedi: «Şinar ölkəsində ona bir ev tikmək üçün oraya aparırlar. Ev hazır olanda qab oraya – öz yerinə qoyulacaq». 038 ZEC 006 001 Yenə başımı qaldırıb baxanda iki dağ arasından dörd döyüş arabasının çıxdığını gördüm. O dağlar misdən idi. 038 ZEC 006 002 Birinci döyüş arabasının qırmızı, ikincisinin qara, 038 ZEC 006 003 üçüncüsünün ağ, dördüncüsünün xallı atları var idi. Hamısı qüvvətli atlar idi. 038 ZEC 006 004 Mənimlə danışan mələkdən «Ay ağam, bunlar nədir?» deyib soruşdum. 038 ZEC 006 005 Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur. 038 ZEC 006 006 Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir». 038 ZEC 006 007 Qüvvətli atlar çıxıb yer üzünü dolaşmaq üçün getmək istədi. Mələk «gedin yer üzünü dolaşın» dedi. Onlar da gedib yer üzünü dolaşdı. 038 ZEC 006 008 Mələk məni çağırıb dedi: «Bax şimal torpağına gedənlər orada ürəyimi rahatlandırdı». 038 ZEC 006 009 Mənə Rəbbin bu sözü nazil oldu: 038 ZEC 006 010 «Hədiyyələri sürgündən qayıdanlardan – Babildən gələn Xelday, Toviya, Yedayadan götür və həmin gün Sefanya oğlu Yoşiyanın evinə get. 038 ZEC 006 011 Onların arasından qızıl-gümüş götürüb taclar düzəlt və baş kahin Yehosadaq oğlu Yeşuanın başına qoy. 038 ZEC 006 012 Ona söylə ki, Ordular Rəbbi belə deyir: “Bax ‹Pöhrə› adlanan adam budur! O olduğu yerdən qol-budaq atacaq, Rəbbin məbədini tikəcək. 038 ZEC 006 013 Bəli, Rəbbin məbədini o tikəcək. O izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək. Taxtının yanında kahin olacaq, İkisinin arasında tam razılıq olacaq”. 038 ZEC 006 014 Bu taclar Xeldayın, Toviyanın, Yedayanın, Sefanya oğlu Yoşiyanın xatirəsi kimi Rəbbin məbədinə qoyulacaq. 038 ZEC 006 015 Uzaqda olanlar da gəlib Rəbbin məbədinin tikintisində çalışacaq. Onda biləcəksiniz ki, məni Ordular Rəbbi sizin yanınıza göndərmişdir. Əgər Allahınız Rəbbin səsinə yaxşı qulaq assanız, bunlar olacaq». 038 ZEC 007 001 Padşah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan Kislev ayının dördüncü günü Zəkəriyyəyə Rəbbin sözü nazil oldu. 038 ZEC 007 002 O vaxt Bet-El əhalisi Sar-Eseri, Reqem-Meleki və onun adamlarını Rəbbin hüzuruna yalvarmağa göndərdi ki, 038 ZEC 007 003 Ordular Rəbbinin evində olan kahinlərlə peyğəmbərlərdən «İllərlə etdiyimiz kimi beşinci ayda yenə də oruc tutub ağlayaqmı?» deyə soruşsunlar. 038 ZEC 007 004 Onda mənə Ordular Rəbbinin bu sözü nazil oldu: 038 ZEC 007 005 «Bütün ölkə xalqına və kahinlərə söylə: “Yetmiş il ərzində beşinci və yeddinci aylarda Oruc tutub yas saxladığınız zaman Mənim üçünmü oruc tuturdunuz? 038 ZEC 007 006 Yeyib-içdiyiniz zaman Özünüz üçün yeyib-içmirdinizmi?” 038 ZEC 007 007 Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə söyləməmişdimi?» 038 ZEC 007 008 Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu: 038 ZEC 007 009 «Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin. 038 ZEC 007 010 Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”. 038 ZEC 007 011 Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı. 038 ZEC 007 012 Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi. 038 ZEC 007 013 Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar da çağıranda Mən qulaq asmayacağam. 038 ZEC 007 014 Onları qasırğa kimi tanımadıqları millətlərin arasına səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq xaraba qaldı”». 038 ZEC 008 001 Mənə Ordular Rəbbinin bu sözü nazil oldu: 038 ZEC 008 002 Ordular Rəbbi belə deyir: «Sion üçün böyük qısqanclıq duyuram. Bəli, onu çox qısqanıram». 038 ZEC 008 003 Rəbb belə deyir: «Siona qayıtdım, artıq Yerusəlimdə yaşayacağam. Yerusəlim Həqiqət şəhəri, Ordular Rəbbinin dağı Müqəddəs dağ çağırılacaq». 038 ZEC 008 004 Ordular Rəbbi belə deyir: «Yenə Yerusəlim meydanlarında qoca kişilər və qadınlar oturacaq, hər kəs yaşı çox olduğuna görə əlinə əsa alacaq. 038 ZEC 008 005 Şəhərin meydanları orada oynayan oğlan və qız uşaqları ilə dolacaq». 038 ZEC 008 006 Ordular Rəbbi belə deyir: «O günlər bu xalqın sağ qalanlarının gözündə bu iş qeyri-mümkün görünürsə, Mənə də belə görünməlidirmi?» bəyan edir Ordular Rəbbi. 038 ZEC 008 007 «Bax Mən Öz xalqımı şərq və qərb ölkələrindən qaytaracağam» deyir Ordular Rəbbi. 038 ZEC 008 008 «Mən onları gətirəcəyəm və onlar Yerusəlimdə yaşayacaq. Onlar Mənim xalqım olacaq, Mən də sədaqət və salehliklə onların Allahı olacağam». 038 ZEC 008 009 Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər, qoy qolunuza güc gəlsin. 038 ZEC 008 010 O vaxtdan əvvəl insan yaxud heyvana heç bir əvəz verilmirdi. Düşmən üzündən heç kəs əmin-amanlıq içində gedib-gələ bilmirdi. Çünki adamları bir-birinin üstünə salışdırmışdım. 038 ZEC 008 011 Ancaq indi bu xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm» bəyan edir Ordular Rəbbi. 038 ZEC 008 012 «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm. 038 ZEC 008 013 Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin». 038 ZEC 008 014 Ordular Rəbbi belə deyir: «Atalarınız Məni qəzəbləndirən zaman başınıza fəlakət gətirmək istədim və fikrimdən dönmədim» deyir Ordular Rəbbi. 038 ZEC 008 015 «İndi isə Yerusəlimə və Yəhuda nəslinə yenə yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın! 038 ZEC 008 016 Belə edin: hər kəs öz qonşusuna həqiqəti söyləsin, əmin-amanlıq üçün şəhər darvazalarında sədaqət və ədalətlə mühakimə edin. 038 ZEC 008 017 Bir-birinizə qarşı ürəyinizdə pis niyyət tutmayın, yalandan and içməkdən əl çəkin, çünki bunların hamısı Mənim nifrət etdiyim şeylərdir» bəyan edir Rəbb. 038 ZEC 008 018 Mənə Ordular Rəbbinin bu sözü nazil oldu: 038 ZEC 008 019 Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq. Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin». 038 ZEC 008 020 Ordular Rəbbi belə deyir: «Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək. 038 ZEC 008 021 Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular Rəbbini axtaraq. Mən də gedirəm”. 038 ZEC 008 022 Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək». 038 ZEC 008 023 Ordular Rəbbi deyir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək». 038 ZEC 009 001 Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır. 038 ZEC 009 002 Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir. 038 ZEC 009 003 Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı. 038 ZEC 009 004 Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq. 038 ZEC 009 005 Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək, Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq. 038 ZEC 009 006 Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam. 038 ZEC 009 007 Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq. 038 ZEC 009 008 Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm. 038 ZEC 009 009 Ey Sion qızı, böyük sevinclə coş, Ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir. 038 ZEC 009 010 Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq. 038 ZEC 009 011 Sizə gəlincə, əhd qurbanının qanından ötrü Sürgündəki xalqınızı Susuz quyudan çıxarıb xilas edəcəyəm. 038 ZEC 009 012 Qalanıza qayıdın, Ey ümid edən əsirlər! Bu gün sizə bildirirəm ki, Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm. 038 ZEC 009 013 Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm, Efrayimi ox kimi ona qoyacağam. Ey Sion, övladlarını Yunan övladlarının üstünə qaldıracağam. Səni bir döyüşçü qılıncı tək edəcəyəm. 038 ZEC 009 014 Onda Rəbb xalqının üzərində görünəcək, Onun oxu şimşək kimi çaxacaq. Xudavənd Rəbb şeypur çalacaq, Cənub qasırğaları ilə irəli gedəcək. 038 ZEC 009 015 Onları Ordular Rəbbi qoruyacaq. Düşmənlərini tələf edəcəklər, Sapand daşları ilə qırıb-çatacaqlar. Onların qanını şərab kimi içib hay-küy salacaqlar. Qurban qanı tökülən qablar kimi, Qurbangahın künc-bucaqları kimi Qanla dolu olacaqlar. 038 ZEC 009 016 O gün özlərinin Allahı Rəbb Xalqının sürüsü kimi onları xilas edəcək. Onlar Onun torpağında Tac daş-qaşı kimi parıldayacaq. 038 ZEC 009 017 Necə yaraşıqlı, necə gözəl olacaqlar! Oğlanlar taxılla, Qızlar təzə şərabla gücə gələcək. 038 ZEC 010 001 Yaz yağışı mövsümündə Rəbdən, şimşək çaxdıran Rəbdən Yağış istəyin. O, insanlara bolluca yağış və Hər kəsin tarlasına ot verəcək. 038 ZEC 010 002 Ancaq ev bütlərindən alınan vədlər boş şeydir. Falçılar boş görüntülər görür, Mənasız yuxular danışaraq Əbəs yerə təsəlli verir. Buna görə də xalq sürü kimi dağınıqdır, Zəhmət çəkirlər, çünki bir çoban yoxdur. 038 ZEC 010 003 Rəbb deyir: «Çobanlara qarşı qəzəbim alovlandı, Başçılarına cəza verəcəyəm. Ordular Rəbbi Öz sürüsü olan Yəhuda nəslinin qayğısını çəkəcək. Onlar əzəmətli döyüş atları kimi olacaq. 038 ZEC 010 004 Künc daşı, çadır payası, Döyüş kamanı ondan olacaq. Bütün xalq başçıları ondan çıxacaq. 038 ZEC 010 005 Onlar döyüşdə Düşməni küçələrdə palçıqda tapdalayan İgidlər kimi olacaq, Rəbb onlarla olduğu üçün döyüşəcəklər, Süvariləri utandıracaqlar. 038 ZEC 010 006 Yəhuda nəslini qüvvətləndirəcəyəm, Yusif xalqını qurtaracağam. Sürgündən geri qaytaracağam, Çünki onlara acıyıram. Elə edəcəyəm ki, sanki onları Heç əvvəlcədən rədd etməmişəm. Çünki Mən onların Allahı Rəbbəm, Onlara cavab verəcəyəm. 038 ZEC 010 007 Efrayimlilər igidlər kimi olacaq, Şərab içmiş kimi ürəkləri coşacaq. Övladları bunu görüb sevinəcək, Ürəkləri Rəbdə sevinc tapacaq. 038 ZEC 010 008 Fit çalıb onları toplayacağam, Çünki Mən onları satın almışam. Əvvəllər necə çoxalırdılarsa, İndi də eləcə çoxalacaqlar. 038 ZEC 010 009 Onları xalqlar arasına səpələdimsə də, Uzaq ölkələrdə Məni yada salacaqlar. Övladları ilə birgə sağ qalacaq və Geri qayıdacaqlar. 038 ZEC 010 010 Mən onları yenə Misir ölkəsindən gətirəcək, Aşşurdan toplayacağam. Onları Gilead torpağına, Livana gətirəcəyəm. Onlara kifayət qədər yer tapılmayacaq. 038 ZEC 010 011 Əziyyət dənizindən keçəcəklər, Dənizin dalğaları sakitləşəcək, Nilin bütün dərin suları quruyacaq. Aşşurun qüruru alçaldılacaq, Misirin padşahlıq əsası əlindən düşəcək. 038 ZEC 010 012 Onları Rəbdə qüvvətləndirəcəyəm, Onlar da Rəbbin adı ilə yaşayacaq» Rəbb belə bəyan edir. 038 ZEC 011 001 Ey Livan, qapılarını aç ki, Od sənin sidr ağaclarını yandırıb-yaxsın. 038 ZEC 011 002 Ey şam ağacı, fəryad et, Çünki sidr ağacı yıxıldı, Hündür ağaclar məhv oldu. Fəryad edin, ey Başan palıdları, Qalın meşənin ağacları böyrü üstə aşdı. 038 ZEC 011 003 Çobanların fəryadını eşit, Çünki onların fəxr etdikləri Otlaqları məhv oldu. Cavan aslanların nəriltisinə qulaq as, Çünki İordan çayının kənarındakı sıx meşə yox oldu. 038 ZEC 011 004 Allahım Rəbb belə deyir: «Kəsmək üçün ayrılmış sürünü sən otar. 038 ZEC 011 005 O sürünün qoyunlarını alanlar onları kəssə də, təqsirsiz qalır. Onları satanlar isə “Rəbbə alqış olsun ki, dövlətli oldum” deyir. Çobanlar öz sürülərinə acımır. 038 ZEC 011 006 Mən də daha ölkədə yaşayan xalqa acımayacağam» bəyan edir Rəbb. «Hər kəsi öz qonşusuna və padşahına təslim edəcəyəm. Ölkəni dağıdacaqlar, Mən də xalqı əllərindən qurtarmayacağam. 038 ZEC 011 007 Buna görə də kəsmək üçün ayrılmış sürünün zəiflərini otardım. Özümə iki dəyənək götürdüm, birini “Lütf”, o birini isə “Birlik” adlandırdım və sürünü otarmağa başladım. 038 ZEC 011 008 Bircə ayın içində üç çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi. 038 ZEC 011 009 Sonra sürüyə dedim: “Daha sizi otarmayacağam. Ölən ölsün, kəsilən kəsilsin, yerdə qalanlar da bir-birlərinin ətini yesin”. 038 ZEC 011 010 Sonra “Lütf” adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi pozmaq üçün onu qırdım. 038 ZEC 011 011 Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı. 038 ZEC 011 012 Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi. 038 ZEC 011 013 Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım. 038 ZEC 011 014 Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlığı pozmaq üçün “Birlik” adlı o biri dəyənəyimi də qırdım. 038 ZEC 011 015 Rəbb mənə dedi: “Yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür. 038 ZEC 011 016 Mən ölkəyə elə bir çoban qoyacağam ki, oğurlananlara baxmayacaq, itmişləri axtarmayacaq, xəstələri sağaltmayacaq, sağlamları bəsləməyəcək. Ancaq kök qoyunların ətini yemək, pəncələrini kəsməklə məşğul olacaq. 038 ZEC 011 017 Sürünü tərk edən yaramaz çobanın vay halına! Qılınc onun qolunu və sağ gözünü vursun! Qoy onun qolu qurusun, sağ gözü kor olsun!”» 038 ZEC 012 001 Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir: 038 ZEC 012 002 «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq. 038 ZEC 012 003 O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək. 038 ZEC 012 004 O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm. 038 ZEC 012 005 Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”. 038 ZEC 012 006 O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq. 038 ZEC 012 007 Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın. 038 ZEC 012 008 Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq. 038 ZEC 012 009 O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam. 038 ZEC 012 010 Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək. 038 ZEC 012 011 O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq. 038 ZEC 012 012 Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı, 038 ZEC 012 013 Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq. 038 ZEC 012 014 Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq. 038 ZEC 013 001 O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir bulaq açılacaq. 038 ZEC 013 002 O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq. Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi. 038 ZEC 013 003 «Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun bədənini deşəcək. 038 ZEC 013 004 O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək. 038 ZEC 013 005 O deyəcək: “Mən peyğəmbər deyiləm, əkinçiyəm. Cavanlığımda bir adam məni özünə qul etdi”. 038 ZEC 013 006 O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım yaralardır” deyəcək. 038 ZEC 013 007 Oyan, ey qılınc, Çobanımın, yaxınımın üstünə get» Bəyan edir Ordular Rəbbi. «Çobanı vur, Qoyunları pərən-pərən olsun. Mən də əlimi kiçiklərə qarşı qaldıracağam. 038 ZEC 013 008 Bütün ölkədə Xalqın üçdə ikisi vurulub-öldürüləcək, Üçdə biri isə sağ qalacaq» Bəyan edir Rəbb. 038 ZEC 013 009 «Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək. 038 ZEC 014 001 Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə bölüşdürəcəklər. 038 ZEC 014 002 Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək. 038 ZEC 014 003 O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək. 038 ZEC 014 004 O gün Onun ayaqları Yerusəlimin önündə – şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək. 038 ZEC 014 005 Siz isə dağlarımdakı vadi ilə qaçacaqsınız, çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yəhuda padşahı Uzziyanın dövründə zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahım Rəbb bütün müqəddəslərlə birgə gələcək. 038 ZEC 014 006 O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq. 038 ZEC 014 007 Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq. 038 ZEC 014 008 O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə axacaq. Yayda da, qışda da belə olacaq. 038 ZEC 014 009 Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq. 038 ZEC 014 010 Bütün ölkə Gevadan Yerusəlimin cənubundakı Rimmona qədər Arava düzənliyi kimi olacaq. Amma Yerusəlim yüksəklikdə olacaq, Binyamin darvazasından ilk darvazanın yerinə, Künc darvazasına, Xananel qülləsindən padşahın üzümsıxanlarına qədər öz yerində duracaq. 038 ZEC 014 011 İnsanlar orada sakin olub asayiş içində yaşayacaq. Yerusəlim bir daha məhvə düçar olmayacaq. 038 ZEC 014 012 Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək. 038 ZEC 014 013 O gün Rəbb onları böyük təlaşa düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək. 038 ZEC 014 014 Yəhudalılar da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar toplanacaq. 038 ZEC 014 015 Düşmən ordugahlarındakı bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu cür bəlaya düçar olacaq. 038 ZEC 014 016 Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək. 038 ZEC 014 017 Əgər yer üzündəki nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq. 038 ZEC 014 018 Misirlilər nəsli Yerusəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb onlara da Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə verdiyi cəzanı verəcək. 038 ZEC 014 019 Misirlilərə və Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə belə cəza veriləcək. 038 ZEC 014 020 O gün atların zınqırovları üzərinə “Rəbbə həsr edilmiş” sözləri yazılacaq. Rəbbin evindəki qazanlar da qurbangahın önündəki ləyənlər kimi olacaq. 038 ZEC 014 021 Yerusəlim və Yəhudada hər qazan Ordular Rəbbinə həsr olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini bişirmək üçün istifadə edəcək. O gün Ordular Rəbbinin evində artıq Kənanlı qalmayacaq». # # BOOK 039 MAL Malachi Malaki 039 MAL 001 001 Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür. 039 MAL 001 002 Rəbb «sizi sevdim» deyir. Ancaq siz «Bizi necə sevdin?» deyib soruşursunuz. Rəbb də cavab verir: «Esav Yaqubun qardaşı deyildimi? Amma Mən Yaqubu sevdim, 039 MAL 001 003 Esava isə nifrət etdim. Onun dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim». 039 MAL 001 004 Edomlular deyir: «Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq». 039 MAL 001 005 Siz bunu gözlərinizlə görəndə «Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir!» deyəcəksiniz. 039 MAL 001 006 Ordular Rəbbi sizə deyir: «Ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər Mən atayamsa, hanı Mənə hörmətiniz? Əgər ağayamsa, hanı Məndən qorxunuz? Ancaq siz “Adına necə hörmət etmədik?” deyib soruşursunuz. 039 MAL 001 007 Qurbangahımın üzərində murdar çörək təqdim edirsiniz, hələ “Səni necə murdar etdik?” deyib soruşursunuz. “Rəbbin süfrəsinə hörmət etmək lazım deyil” deməklə belə edirsiniz. 039 MAL 001 008 Kor heyvanı qurban olaraq gətirmək pis iş deyilmi? Topal yaxud xəstə heyvan qurban etmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim et, gör səndən razı qalırmı yaxud səni qəbul edirmi?» deyir Ordular Rəbbi. 039 MAL 001 009 «İndi bizə lütf etməsi üçün Allaha yalvarın. Siz belə qurbanlar gətirərkən O heç sizi qəbul edərmi?» deyir Ordular Rəbbi. 039 MAL 001 010 «Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün məbədin qapılarını bağlayaydı! Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm» deyir Ordular Rəbbi. 039 MAL 001 011 «Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi. 039 MAL 001 012 «Siz “Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət etmək lazım deyil” deyərək adımın müqəddəsliyini pozursunuz. 039 MAL 001 013 Üstəlik “bu nə zəhmətdir” deyə Mənə burun sallayırsınız» deyir Ordular Rəbbi. «Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul edəcəyəmmi?» deyə soruşur Rəbb. 039 MAL 001 014 «Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edən fırıldaqçıya lənət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi. 039 MAL 002 001 «İndi, ey kahinlər, bu əmr sizin üçündür». 039 MAL 002 002 Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz. 039 MAL 002 003 Mən sizin nəslinizi məzəmmət edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə çırpacağam, siz onunla birgə atılacaqsınız. 039 MAL 002 004 Onda biləcəksiniz ki, Mən bu əmri Levi ilə bağladığım əhdimin yaşaması üçün sizə göndərmişəm» deyir Ordular Rəbbi. 039 MAL 002 005 «Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi. 039 MAL 002 006 Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və düzlük içində Mənimlə bir yol gedirdi. Çoxunu da günah yolundan qaytarmışdı. 039 MAL 002 007 Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir. 039 MAL 002 008 Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi. 039 MAL 002 009 «Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım». 039 MAL 002 010 Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik? 039 MAL 002 011 Yəhuda xalqı xəyanət etdi. İsraildə və Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi müqəddəs yeri murdar etdi. 039 MAL 002 012 Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun. 039 MAL 002 013 Siz başqa bir şeyi də edirsiniz: ağlayıb sızlamaqla Rəbbin qurbangahını göz yaşları ilə doldurursunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul etmir. 039 MAL 002 014 Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin. 039 MAL 002 015 Allah sizi bir bədən olaraq yaratmadımı? Bədənlə də, ruhla da Ona aidsiniz. Bəs nə üçün bir? Çünki O Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin. 039 MAL 002 016 İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir. 039 MAL 002 017 Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?» deyərək Onu yordunuz. 039 MAL 003 001 «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi. 039 MAL 003 002 «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. 039 MAL 003 003 O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. 039 MAL 003 004 Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. 039 MAL 003 005 Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir. 039 MAL 003 006 «Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları! 039 MAL 003 007 Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz. 039 MAL 003 008 İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. 039 MAL 003 009 Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız. 039 MAL 003 010 Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. 039 MAL 003 011 Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi. 039 MAL 003 012 «Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi. 039 MAL 003 013 «Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz. 039 MAL 003 014 Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? 039 MAL 003 015 İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”». 039 MAL 003 016 O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı. 039 MAL 003 017 Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm. 039 MAL 003 018 O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz». 039 MAL 004 001 Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. 039 MAL 004 002 Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız. 039 MAL 004 003 Pis adamları tapdalayacaqsınız. Bu işləri etdiyim gün onlar sizin ayağınızın altında kül olacaq» deyir Ordular Rəbbi. 039 MAL 004 004 «Qulum Musanın qanununu – Xorevdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və hökmləri yadda saxlayın. 039 MAL 004 005 Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. 039 MAL 004 006 O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim». # # BOOK 040 MAT Matthew Matta 040 MAT 001 001 Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 040 MAT 001 002 İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 040 MAT 001 003 Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 040 MAT 001 004 Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 040 MAT 001 005 Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 040 MAT 001 006 Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 040 MAT 001 007 Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 040 MAT 001 008 Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 040 MAT 001 009 Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 040 MAT 001 010 Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 040 MAT 001 011 Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 040 MAT 001 012 Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 040 MAT 001 013 Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 040 MAT 001 014 Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 040 MAT 001 015 Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 040 MAT 001 016 Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 040 MAT 001 017 Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. 040 MAT 001 018 İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 040 MAT 001 019 Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 040 MAT 001 020 Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 040 MAT 001 021 Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 040 MAT 001 022 Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 040 MAT 001 023 «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 040 MAT 001 024 Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 040 MAT 001 025 Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. 040 MAT 002 001 İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 040 MAT 002 002 dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 040 MAT 002 003 Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 040 MAT 002 004 Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 040 MAT 002 005 «Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 040 MAT 002 006 “Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 040 MAT 002 007 Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 040 MAT 002 008 «Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 040 MAT 002 009 Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 040 MAT 002 010 Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 040 MAT 002 011 Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 040 MAT 002 012 Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. 040 MAT 002 013 Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 040 MAT 002 014 Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 040 MAT 002 015 Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 040 MAT 002 016 Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 040 MAT 002 017 Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 040 MAT 002 018 «Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». 040 MAT 002 019 Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 040 MAT 002 020 dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 040 MAT 002 021 Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 040 MAT 002 022 Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 040 MAT 002 023 Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. 040 MAT 003 001 O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 040 MAT 003 002 O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 040 MAT 003 003 Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 040 MAT 003 004 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 040 MAT 003 005 Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 040 MAT 003 006 Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 040 MAT 003 007 Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 040 MAT 003 008 İndi isə tövbəyə layiq bəhrə verin. 040 MAT 003 009 Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 040 MAT 003 010 Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 040 MAT 003 011 Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 040 MAT 003 012 Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». 040 MAT 003 013 O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 040 MAT 003 014 Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 040 MAT 003 015 İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 040 MAT 003 016 İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 040 MAT 003 017 Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». 040 MAT 004 001 Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 040 MAT 004 002 İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 040 MAT 004 003 O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 040 MAT 004 004 İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 040 MAT 004 005 Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 040 MAT 004 006 dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 040 MAT 004 007 İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 040 MAT 004 008 İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 040 MAT 004 009 «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 040 MAT 004 010 İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 040 MAT 004 011 Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. 040 MAT 004 012 İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 040 MAT 004 013 Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 040 MAT 004 014 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 040 MAT 004 015 «Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 040 MAT 004 016 Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 040 MAT 004 017 O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 040 MAT 004 018 İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 040 MAT 004 019 İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 040 MAT 004 020 Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 040 MAT 004 021 İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 040 MAT 004 022 Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. 040 MAT 004 023 İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 040 MAT 004 024 Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 040 MAT 004 025 Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. 040 MAT 005 001 İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 040 MAT 005 002 İsa danışmağa başlayıb onları öyrədərək dedi: 040 MAT 005 003 «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 040 MAT 005 004 Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 040 MAT 005 005 Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 040 MAT 005 006 Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 040 MAT 005 007 Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 040 MAT 005 008 Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 040 MAT 005 009 Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 040 MAT 005 010 Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 040 MAT 005 011 İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 040 MAT 005 012 Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. 040 MAT 005 013 Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 040 MAT 005 014 Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 040 MAT 005 015 Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 040 MAT 005 016 Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. 040 MAT 005 017 Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 040 MAT 005 018 Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 040 MAT 005 019 Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 040 MAT 005 020 Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. 040 MAT 005 021 Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 040 MAT 005 022 Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 040 MAT 005 023 Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 040 MAT 005 024 qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 040 MAT 005 025 Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 040 MAT 005 026 Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. 040 MAT 005 027 “Zina etmə” deyildiyini eşitmisiniz. 040 MAT 005 028 Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 040 MAT 005 029 Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 040 MAT 005 030 Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 040 MAT 005 031 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 040 MAT 005 032 Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. 040 MAT 005 033 Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 040 MAT 005 034 Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 040 MAT 005 035 nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 040 MAT 005 036 Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 040 MAT 005 037 Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. 040 MAT 005 038 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 040 MAT 005 039 Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 040 MAT 005 040 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 040 MAT 005 041 Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 040 MAT 005 042 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 040 MAT 005 043 “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 040 MAT 005 044 Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 040 MAT 005 045 Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 040 MAT 005 046 Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 040 MAT 005 047 Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 040 MAT 005 048 Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. 040 MAT 006 001 Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 040 MAT 006 002 Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 040 MAT 006 003 Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 040 MAT 006 004 Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 040 MAT 006 005 Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 040 MAT 006 006 Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 040 MAT 006 007 Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 040 MAT 006 008 Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 040 MAT 006 009 Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 040 MAT 006 010 Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 040 MAT 006 011 Gündəlik çörəyimizi bizə bu gün ver. 040 MAT 006 012 Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 040 MAT 006 013 Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin”. 040 MAT 006 014 Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 040 MAT 006 015 Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. 040 MAT 006 016 Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 040 MAT 006 017 Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 040 MAT 006 018 Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 040 MAT 006 019 Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 040 MAT 006 020 Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 040 MAT 006 021 Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 040 MAT 006 022 Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 040 MAT 006 023 Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 040 MAT 006 024 Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. 040 MAT 006 025 Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 040 MAT 006 026 Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 040 MAT 006 027 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 040 MAT 006 028 Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 040 MAT 006 029 Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 040 MAT 006 030 Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 040 MAT 006 031 Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 040 MAT 006 032 Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 040 MAT 006 033 Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 040 MAT 006 034 Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! 040 MAT 007 001 Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 040 MAT 007 002 Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 040 MAT 007 003 Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 040 MAT 007 004 Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 040 MAT 007 005 Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 040 MAT 007 006 Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. 040 MAT 007 007 Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 040 MAT 007 008 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 040 MAT 007 009 Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 040 MAT 007 010 Ya da balıq diləsə, ona ilan verərmi? 040 MAT 007 011 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 040 MAT 007 012 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. 040 MAT 007 013 Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 040 MAT 007 014 Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. 040 MAT 007 015 Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 040 MAT 007 016 Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 040 MAT 007 017 Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 040 MAT 007 018 Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 040 MAT 007 019 Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 040 MAT 007 020 Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 040 MAT 007 021 Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 040 MAT 007 022 O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 040 MAT 007 023 Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” 040 MAT 007 024 Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 040 MAT 007 025 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 040 MAT 007 026 Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 040 MAT 007 027 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 040 MAT 007 028 İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 040 MAT 007 029 çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. 040 MAT 008 001 İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 040 MAT 008 002 Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 040 MAT 008 003 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 040 MAT 008 004 İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». 040 MAT 008 005 İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 040 MAT 008 006 «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 040 MAT 008 007 İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 040 MAT 008 008 Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 040 MAT 008 009 Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 040 MAT 008 010 Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 040 MAT 008 011 Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 040 MAT 008 012 Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 040 MAT 008 013 Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. 040 MAT 008 014 İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 040 MAT 008 015 İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 040 MAT 008 016 Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 040 MAT 008 017 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». 040 MAT 008 018 İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 040 MAT 008 019 Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 040 MAT 008 020 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 040 MAT 008 021 Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 040 MAT 008 022 İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». 040 MAT 008 023 İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 040 MAT 008 024 Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 040 MAT 008 025 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 040 MAT 008 026 İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 040 MAT 008 027 Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» 040 MAT 008 028 İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 040 MAT 008 029 Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 040 MAT 008 030 Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 040 MAT 008 031 Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 040 MAT 008 032 İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 040 MAT 008 033 Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 040 MAT 008 034 Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. 040 MAT 009 001 İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 040 MAT 009 002 Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 040 MAT 009 003 Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 040 MAT 009 004 Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 040 MAT 009 005 Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 040 MAT 009 006 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 040 MAT 009 007 Xəstə qalxıb evinə getdi. 040 MAT 009 008 Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. 040 MAT 009 009 İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 040 MAT 009 010 İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 040 MAT 009 011 Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 040 MAT 009 012 Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 040 MAT 009 013 Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». 040 MAT 009 014 O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 040 MAT 009 015 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 040 MAT 009 016 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 040 MAT 009 017 Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». 040 MAT 009 018 Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 040 MAT 009 019 İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 040 MAT 009 020 Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 040 MAT 009 021 Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 040 MAT 009 022 İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 040 MAT 009 023 İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 040 MAT 009 024 və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 040 MAT 009 025 Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 040 MAT 009 026 Bu xəbər o torpağın hər tərəfinə yayıldı. 040 MAT 009 027 İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 040 MAT 009 028 Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 040 MAT 009 029 O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 040 MAT 009 030 Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 040 MAT 009 031 Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 040 MAT 009 032 Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 040 MAT 009 033 Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 040 MAT 009 034 Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». 040 MAT 009 035 İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 040 MAT 009 036 Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 040 MAT 009 037 O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 040 MAT 009 038 Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». 040 MAT 010 001 İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 040 MAT 010 002 Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 040 MAT 010 003 Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 040 MAT 010 004 Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 040 MAT 010 005 İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 040 MAT 010 006 amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 040 MAT 010 007 Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 040 MAT 010 008 Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 040 MAT 010 009 Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 040 MAT 010 010 Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 040 MAT 010 011 Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 040 MAT 010 012 O evə girərkən ev sakinlərini salamlayın. 040 MAT 010 013 Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 040 MAT 010 014 Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 040 MAT 010 015 Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. 040 MAT 010 016 Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 040 MAT 010 017 İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 040 MAT 010 018 Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 040 MAT 010 019 Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 040 MAT 010 020 çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 040 MAT 010 021 Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 040 MAT 010 022 Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 040 MAT 010 023 Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 040 MAT 010 024 Şagird müəllimindən, qul da ağasından üstün deyil. 040 MAT 010 025 Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! 040 MAT 010 026 Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 040 MAT 010 027 Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 040 MAT 010 028 Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 040 MAT 010 029 İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 040 MAT 010 030 Sizin başınızdakı saçlar belə, sayılıb. 040 MAT 010 031 Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 040 MAT 010 032 İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 040 MAT 010 033 Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. 040 MAT 010 034 Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 040 MAT 010 035 Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 040 MAT 010 036 “İnsanın düşməni öz ev əhli olacaq”. 040 MAT 010 037 Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 040 MAT 010 038 Çarmıxını götürməyib ardımca gələn kəs də Mənə layiq deyil. 040 MAT 010 039 Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 040 MAT 010 040 Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 040 MAT 010 041 Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 040 MAT 010 042 Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq». 040 MAT 011 001 İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi. 040 MAT 011 002 Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib 040 MAT 011 003 Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» 040 MAT 011 004 İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: 040 MAT 011 005 korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. 040 MAT 011 006 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» 040 MAT 011 007 Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? 040 MAT 011 008 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. 040 MAT 011 009 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. 040 MAT 011 010 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”. 040 MAT 011 011 Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. 040 MAT 011 012 Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. 040 MAT 011 013 Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. 040 MAT 011 014 Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. 040 MAT 011 015 Qulağı olan eşitsin! 040 MAT 011 016 Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir. 040 MAT 011 018 Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. 040 MAT 011 019 Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur». 040 MAT 011 020 Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı. 040 MAT 011 021 «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər. 040 MAT 011 022 Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 040 MAT 011 023 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. 040 MAT 011 024 Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq». 040 MAT 011 025 O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. 040 MAT 011 026 Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 040 MAT 011 027 Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. 040 MAT 011 028 Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. 040 MAT 011 029 Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. 040 MAT 011 030 Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür». 040 MAT 012 001 O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar. 040 MAT 012 002 Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər». 040 MAT 012 003 İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? 040 MAT 012 004 O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər. 040 MAT 012 005 Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar? 040 MAT 012 006 Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır. 040 MAT 012 007 Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz. 040 MAT 012 008 Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir». 040 MAT 012 009 İsa oradan ayrılıb onların sinaqoquna girdi. 040 MAT 012 010 Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular. 040 MAT 012 011 İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz? 040 MAT 012 012 İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var». 040 MAT 012 013 Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu. 040 MAT 012 014 Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər. 040 MAT 012 015 İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi. 040 MAT 012 016 Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər. 040 MAT 012 017 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 040 MAT 012 018 «Budur, Mənim seçdiyim Qulum! Mənə sevimlidir, könlüm Ondan razıdır. Mən Öz Ruhumu Onun üzərinə qoyacağam. O, millətlərə ədalət elan edəcək. 040 MAT 012 019 O nə mübahisə, nə də fəryad edəcək. Küçələrdə heç kim Onun səsini eşitməyəcək. 040 MAT 012 020 Ədaləti zəfərə çatdırana qədər Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək. 040 MAT 012 021 Millətlər Onun adına ümid bağlayacaq». 040 MAT 012 022 Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi. Beləcə o danışmağa və görməyə başladı. 040 MAT 012 023 Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı. 040 MAT 012 024 Lakin fariseylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». 040 MAT 012 025 Fariseylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz. 040 MAT 012 026 Əgər Şeytan Şeytanı qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər? 040 MAT 012 027 Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. 040 MAT 012 028 Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. 040 MAT 012 029 Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin. 040 MAT 012 030 Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır. 040 MAT 012 031 Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq. 040 MAT 012 032 Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə. 040 MAT 012 033 Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır. 040 MAT 012 034 Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar. 040 MAT 012 035 Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır. 040 MAT 012 036 Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. 040 MAT 012 037 Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan». 040 MAT 012 038 O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik». 040 MAT 012 039 İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək. 040 MAT 012 040 Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq. 040 MAT 012 041 Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır. 040 MAT 012 042 Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 040 MAT 012 043 Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. 040 MAT 012 044 O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində görər. 040 MAT 012 045 Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək». 040 MAT 012 046 İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər. 040 MAT 012 047 Bir nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər». 040 MAT 012 048 Amma İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?» 040 MAT 012 049 Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. 040 MAT 012 050 Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur». 040 MAT 013 001 O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu. 040 MAT 013 002 Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu. 040 MAT 013 003 İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı. 040 MAT 013 004 Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 040 MAT 013 005 Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. 040 MAT 013 006 Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. 040 MAT 013 007 Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. 040 MAT 013 008 Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. 040 MAT 013 009 Qulağı olan eşitsin!» 040 MAT 013 010 Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» 040 MAT 013 011 O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. 040 MAT 013 012 Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. 040 MAT 013 013 Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. 040 MAT 013 014 Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. 040 MAT 013 015 Çünki bu xalqın ürəyi kütləşdi, Qulaqları ağır eşitdi, Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”. 040 MAT 013 016 Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir! 040 MAT 013 017 Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər. 040 MAT 013 018 İndi əkinçi barədə məsəlin izahını dinləyin: 040 MAT 013 019 kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. 040 MAT 013 020 Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. 040 MAT 013 021 Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. 040 MAT 013 022 Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. 040 MAT 013 023 Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir». 040 MAT 013 024 İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir. 040 MAT 013 025 Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi. 040 MAT 013 026 Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü. 040 MAT 013 027 Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?” 040 MAT 013 028 O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?” 040 MAT 013 029 O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız. 040 MAT 013 030 Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”». 040 MAT 013 031 İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. 040 MAT 013 032 Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur». 040 MAT 013 033 İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». 040 MAT 013 034 İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, 040 MAT 013 035 peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, Dünya yaranandan bəri Gizli qalan şeyləri bəyan edəcəyəm». 040 MAT 013 036 O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et». 040 MAT 013 037 Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur. 040 MAT 013 038 Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır. 040 MAT 013 039 Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. 040 MAT 013 040 Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. 040 MAT 013 041 Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq 040 MAT 013 042 və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. 040 MAT 013 043 O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin! 040 MAT 013 044 Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı. 040 MAT 013 045 Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. 040 MAT 013 046 O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı. 040 MAT 013 047 Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. 040 MAT 013 048 Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. 040 MAT 013 049 Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. 040 MAT 013 050 Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq». 040 MAT 013 051 İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. 040 MAT 013 052 İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir». 040 MAT 013 053 İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı. 040 MAT 013 054 Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır? 040 MAT 013 055 Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? 040 MAT 013 056 Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» 040 MAT 013 057 Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 040 MAT 013 058 İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı. 040 MAT 014 001 O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi. 040 MAT 014 002 Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». 040 MAT 014 003 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. 040 MAT 014 004 Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır». 040 MAT 014 005 Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı. 040 MAT 014 006 Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi. 040 MAT 014 007 O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək. 040 MAT 014 008 Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver». 040 MAT 014 009 Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər. 040 MAT 014 010 Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu. 040 MAT 014 011 Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı. 040 MAT 014 012 Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər. 040 MAT 014 013 İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. 040 MAT 014 014 İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi. 040 MAT 014 015 Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar». 040 MAT 014 016 Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». 040 MAT 014 017 Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur». 040 MAT 014 018 İsa «onları buraya, Mənə gətirin» dedi. 040 MAT 014 019 Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. 040 MAT 014 020 Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar. 040 MAT 014 021 Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi. 040 MAT 014 022 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər. 040 MAT 014 023 İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. 040 MAT 014 024 Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. 040 MAT 014 025 Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. 040 MAT 014 026 Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. 040 MAT 014 027 Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» 040 MAT 014 028 Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim». 040 MAT 014 029 İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. 040 MAT 014 030 Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. 040 MAT 014 031 İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» 040 MAT 014 032 Onlar qayığa mindikləri zaman külək sakitləşdi. 040 MAT 014 033 Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar. 040 MAT 014 034 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar. 040 MAT 014 035 O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər. 040 MAT 014 036 Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı. 040 MAT 015 001 Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: 040 MAT 015 002 «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?» 040 MAT 015 003 İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? 040 MAT 015 004 Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 040 MAT 015 005 Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, 040 MAT 015 006 onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. 040 MAT 015 007 Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir: 040 MAT 015 008 “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. 040 MAT 015 009 Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”». 040 MAT 015 010 İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin. 040 MAT 015 011 Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir». 040 MAT 015 012 O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər». 040 MAT 015 013 Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq. 040 MAT 015 014 Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər». 040 MAT 015 015 Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et». 040 MAT 015 016 İsa dedi: «Siz də hələ dərk etməmisiniz? 040 MAT 015 017 Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur? 040 MAT 015 018 Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. 040 MAT 015 019 Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. 040 MAT 015 020 İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz». 040 MAT 015 021 İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. 040 MAT 015 022 Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. 040 MAT 015 023 İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. 040 MAT 015 024 Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». 040 MAT 015 025 Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». 040 MAT 015 026 İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 040 MAT 015 027 Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». 040 MAT 015 028 O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı. 040 MAT 015 029 İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu. 040 MAT 015 030 Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi. 040 MAT 015 031 Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi. 040 MAT 015 032 İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər». 040 MAT 015 033 Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?» 040 MAT 015 034 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var». 040 MAT 015 035 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. 040 MAT 015 036 Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. 040 MAT 015 037 Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 040 MAT 015 038 Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. 040 MAT 015 039 İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi. 040 MAT 016 001 Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin. 040 MAT 016 002 Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”, 040 MAT 016 003 səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz? 040 MAT 016 004 Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi. 040 MAT 016 005 Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. 040 MAT 016 006 İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». 040 MAT 016 007 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir». 040 MAT 016 008 İsa bunu bilərək dedi: «Ey imanı az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? 040 MAT 016 009 Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı? 040 MAT 016 010 Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmı? 040 MAT 016 011 Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». 040 MAT 016 012 O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu. 040 MAT 016 013 İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» 040 MAT 016 014 Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». 040 MAT 016 015 İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» 040 MAT 016 016 Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən». 040 MAT 016 017 İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır. 040 MAT 016 018 Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. 040 MAT 016 019 Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq». 040 MAT 016 020 Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar. 040 MAT 016 021 Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. 040 MAT 016 022 Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» 040 MAT 016 023 Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən». 040 MAT 016 024 Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. 040 MAT 016 025 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq. 040 MAT 016 026 İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? 040 MAT 016 027 Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək. 040 MAT 016 028 Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək». 040 MAT 017 001 Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. 040 MAT 017 002 Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. 040 MAT 017 003 O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 040 MAT 017 004 Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». 040 MAT 017 005 Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» 040 MAT 017 006 Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. 040 MAT 017 007 İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. 040 MAT 017 008 Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər. 040 MAT 017 009 Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». 040 MAT 017 010 Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 040 MAT 017 011 İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. 040 MAT 017 012 Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». 040 MAT 017 013 Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi. 040 MAT 017 014 Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: 040 MAT 017 015 «Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür. 040 MAT 017 016 Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». 040 MAT 017 017 İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». 040 MAT 017 018 İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı. 040 MAT 017 019 O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» 040 MAT 017 020 İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz». 040 MAT 017 022 Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək 040 MAT 017 023 və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər. 040 MAT 017 024 Kefernahuma gəldikləri zaman məbəd vergisini yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» 040 MAT 017 025 Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?» 040 MAT 017 026 Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir. 040 MAT 017 027 Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver». 040 MAT 018 001 Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?» 040 MAT 018 002 İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu. 040 MAT 018 003 O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. 040 MAT 018 004 Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur. 040 MAT 018 005 Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər. 040 MAT 018 006 Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar. 040 MAT 018 007 İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir! 040 MAT 018 008 Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. 040 MAT 018 009 Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır. 040 MAT 018 010 Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür. 040 MAT 018 012 Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi? 040 MAT 018 013 Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün sevinər. 040 MAT 018 014 Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil. 040 MAT 018 015 Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın. 040 MAT 018 016 Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. 040 MAT 018 017 Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et. 040 MAT 018 018 Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq. 040 MAT 018 019 Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. 040 MAT 018 020 Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam». 040 MAT 018 021 O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» 040 MAT 018 022 İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi. 040 MAT 018 023 Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. 040 MAT 018 024 Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. 040 MAT 018 025 Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. 040 MAT 018 026 Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. 040 MAT 018 027 Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı. 040 MAT 018 028 Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. 040 MAT 018 029 Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. 040 MAT 018 030 O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. 040 MAT 018 031 Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər. 040 MAT 018 032 Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. 040 MAT 018 033 Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” 040 MAT 018 034 Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. 040 MAT 018 035 Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər». 040 MAT 019 001 İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi. 040 MAT 019 002 Böyük bir izdiham Onun ardınca gəldi. İsa orada onlara şəfa verdi. 040 MAT 019 003 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» 040 MAT 019 004 İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: 040 MAT 019 005 “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”? 040 MAT 019 006 Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın». 040 MAT 019 007 Fariseylər İsaya belə dedilər: «Onda Musa nə üçün bir talaq kağızı verərək arvadını boşamağı əmr etdi?» 040 MAT 019 008 İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi. 040 MAT 019 009 Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir». 040 MAT 019 010 Şagirdləri İsaya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək daha yaxşıdır». 040 MAT 019 011 Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə bilər. 040 MAT 019 012 Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu qəbul edə bilən qəbul etsin». 040 MAT 019 013 O zaman uşaqlar İsanın yanına gətirildi ki, İsa onların üzərinə əllərini qoyub dua etsin. Şagirdlər isə onlara qadağan etdilər. 040 MAT 019 014 Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur». 040 MAT 019 015 İsa onların üzərinə əllərini qoyub oradan getdi. 040 MAT 019 016 Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» 040 MAT 019 017 İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et». 040 MAT 019 018 O adam İsadan «Hansı əmrlərə?» deyə soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. 040 MAT 019 019 Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”». 040 MAT 019 020 Cavan adam İsaya dedi: «Bunların hamısına riayət etmişəm, daha nəyim çatışmır?» 040 MAT 019 021 İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 040 MAT 019 022 Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki var-dövləti çox idi. 040 MAT 019 023 İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir. 040 MAT 019 024 Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 040 MAT 019 025 Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas ola bilər?» 040 MAT 019 026 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür». 040 MAT 019 027 Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» 040 MAT 019 028 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardımca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. 040 MAT 019 029 Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. 040 MAT 019 030 Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq. 040 MAT 020 001 Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. 040 MAT 020 002 O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. 040 MAT 020 003 Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü. 040 MAT 020 004 Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. 040 MAT 020 005 Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. 040 MAT 020 006 On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” 040 MAT 020 007 “Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi. 040 MAT 020 008 Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. 040 MAT 020 009 On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. 040 MAT 020 010 Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. 040 MAT 020 011 Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: 040 MAT 020 012 “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. 040 MAT 020 013 O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? 040 MAT 020 014 Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. 040 MAT 020 015 Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?” 040 MAT 020 016 Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq». 040 MAT 020 017 İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi: 040 MAT 020 018 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər; 040 MAT 020 019 ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək». 040 MAT 020 020 O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi. 040 MAT 020 021 İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». 040 MAT 020 022 Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik». 040 MAT 020 023 İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək». 040 MAT 020 024 Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. 040 MAT 020 025 İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 040 MAT 020 026 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 040 MAT 020 027 Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. 040 MAT 020 028 Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin». 040 MAT 020 029 İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi. 040 MAT 020 030 Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı. 040 MAT 020 031 Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar. 040 MAT 020 032 İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 040 MAT 020 033 Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın». 040 MAT 020 034 İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər. 040 MAT 021 001 Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək 040 MAT 021 002 onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. 040 MAT 021 003 Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». 040 MAT 021 004 Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi: 040 MAT 021 005 «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”». 040 MAT 021 006 Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. 040 MAT 021 007 Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. 040 MAT 021 008 Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. 040 MAT 021 009 İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!» 040 MAT 021 010 İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. 040 MAT 021 011 Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir». 040 MAT 021 012 İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi. 040 MAT 021 013 Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!» 040 MAT 021 014 İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi. 040 MAT 021 015 Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar 040 MAT 021 016 və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından Kamil həmd aldın” sözünü heç oxumamısınızmı?» 040 MAT 021 017 İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi. 040 MAT 021 018 Səhəri gün İsa şəhərə qayıdanda acmışdı. 040 MAT 021 019 Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. 040 MAT 021 020 Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər. 040 MAT 021 021 İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq. 040 MAT 021 022 İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız». 040 MAT 021 023 İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» 040 MAT 021 024 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. 040 MAT 021 025 Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 040 MAT 021 026 Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır». 040 MAT 021 027 Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm. 040 MAT 021 028 Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi. 040 MAT 021 029 O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi. 040 MAT 021 030 Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi. 040 MAT 021 031 Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər. 040 MAT 021 032 Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız. 040 MAT 021 033 Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. 040 MAT 021 034 Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. 040 MAT 021 035 Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər. 040 MAT 021 036 Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. 040 MAT 021 037 “Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi. 040 MAT 021 038 Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. 040 MAT 021 039 Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. 040 MAT 021 040 Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?» 040 MAT 021 041 Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər». 040 MAT 021 042 İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”. 040 MAT 021 043 Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək. 040 MAT 021 044 Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək». 040 MAT 021 045 Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər. 040 MAT 021 046 Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi. 040 MAT 022 001 İsa yenə onlara məsəllərlə xitab edərək dedi: 040 MAT 022 002 «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. 040 MAT 022 003 O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. 040 MAT 022 004 Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” 040 MAT 022 005 Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. 040 MAT 022 006 O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. 040 MAT 022 007 Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. 040 MAT 022 008 Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. 040 MAT 022 009 Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. 040 MAT 022 010 Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. 040 MAT 022 011 Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, 040 MAT 022 012 ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. 040 MAT 022 013 O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”. 040 MAT 022 014 Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır». 040 MAT 022 015 O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. 040 MAT 022 016 Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan. 040 MAT 022 017 İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 040 MAT 022 018 Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz? 040 MAT 022 019 Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. 040 MAT 022 020 İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» 040 MAT 022 021 Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 040 MAT 022 022 Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər. 040 MAT 022 023 Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 040 MAT 022 024 «Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”. 040 MAT 022 025 Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi. 040 MAT 022 026 İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü. 040 MAT 022 027 Hamısından sonra bu qadın da öldü. 040 MAT 022 028 İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı». 040 MAT 022 029 İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız. 040 MAT 022 030 Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. 040 MAT 022 031 Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır». 040 MAT 022 033 Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi. 040 MAT 022 034 Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. 040 MAT 022 035 Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: 040 MAT 022 036 «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» 040 MAT 022 037 İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. 040 MAT 022 038 Bu, böyük və əsas əmrdir. 040 MAT 022 039 Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. 040 MAT 022 040 Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır». 040 MAT 022 041 Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu: 040 MAT 022 042 «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər. 040 MAT 022 043 İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir? 040 MAT 022 044 “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib. 040 MAT 022 045 Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?» 040 MAT 022 046 Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi. 040 MAT 023 001 Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib 040 MAT 023 002 dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. 040 MAT 023 003 Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. 040 MAT 023 004 Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. 040 MAT 023 005 Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. 040 MAT 023 006 Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, 040 MAT 023 007 bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər. 040 MAT 023 008 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız. 040 MAT 023 009 Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. 040 MAT 023 010 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. 040 MAT 023 011 Aranızda ən böyük olan xidmətçiniz olsun. 040 MAT 023 012 Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək. 040 MAT 023 013 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız. 040 MAT 023 015 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. 040 MAT 023 016 Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”. 040 MAT 023 017 Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi? 040 MAT 023 018 Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. 040 MAT 023 019 Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı? 040 MAT 023 020 Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir. 040 MAT 023 021 Məbədə and içən kəs ona və içində Yaşayana and içir. 040 MAT 023 022 Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir. 040 MAT 023 023 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. 040 MAT 023 024 Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz! 040 MAT 023 025 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. 040 MAT 023 026 Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun! 040 MAT 023 027 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. 040 MAT 023 028 Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz. 040 MAT 023 029 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. 040 MAT 023 030 “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz. 040 MAT 023 031 Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. 040 MAT 023 032 Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! 040 MAT 023 033 Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız? 040 MAT 023 034 Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız; 040 MAT 023 035 belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. 040 MAT 023 036 Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq. 040 MAT 023 037 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 040 MAT 023 038 Baxın, eviniz viran qalır. 040 MAT 023 039 Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz». 040 MAT 024 001 İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. 040 MAT 024 002 İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq». 040 MAT 024 003 İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?» 040 MAT 024 004 İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 040 MAT 024 005 Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq. 040 MAT 024 006 Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. 040 MAT 024 007 Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. 040 MAT 024 008 Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. 040 MAT 024 009 O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. 040 MAT 024 010 Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. 040 MAT 024 011 Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. 040 MAT 024 012 Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. 040 MAT 024 013 Amma axıracan dözən xilas olacaq. 040 MAT 024 014 Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək. 040 MAT 024 015 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – 040 MAT 024 016 Yəhudeyada olanlar dağlara qaçsın. 040 MAT 024 017 Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin. 040 MAT 024 018 Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. 040 MAT 024 019 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! 040 MAT 024 020 Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. 040 MAT 024 021 Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 040 MAT 024 022 Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq. 040 MAT 024 023 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın. 040 MAT 024 024 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. 040 MAT 024 025 Bax Mən sizə əvvəlcədən söyləmişəm. 040 MAT 024 026 Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. 040 MAT 024 027 Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. 040 MAT 024 028 Leş haradadırsa, kərkəslər də orada toplaşar. 040 MAT 024 029 Amma o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək. 040 MAT 024 030 O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 040 MAT 024 031 O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq. 040 MAT 024 032 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. 040 MAT 024 033 Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. 040 MAT 024 034 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 040 MAT 024 035 Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək. 040 MAT 024 036 Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. 040 MAT 024 037 Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. 040 MAT 024 038 Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. 040 MAT 024 039 Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. 040 MAT 024 040 O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 040 MAT 024 041 Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq. 040 MAT 024 042 Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. 040 MAT 024 043 Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. 040 MAT 024 044 Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. 040 MAT 024 045 Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? 040 MAT 024 046 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 040 MAT 024 047 Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 040 MAT 024 048 Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, 040 MAT 024 049 öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, 040 MAT 024 050 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, 040 MAT 024 051 ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq. 040 MAT 025 001 O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. 040 MAT 025 002 Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. 040 MAT 025 003 Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. 040 MAT 025 004 Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. 040 MAT 025 005 Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. 040 MAT 025 006 Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” 040 MAT 025 007 O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. 040 MAT 025 008 Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”. 040 MAT 025 009 Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. 040 MAT 025 010 Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. 040 MAT 025 011 O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. 040 MAT 025 012 O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. 040 MAT 025 013 Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz. 040 MAT 025 014 Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. 040 MAT 025 015 O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. 040 MAT 025 016 Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. 040 MAT 025 017 İki talant alan da beləcə daha iki talant qazandı. 040 MAT 025 018 Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi. 040 MAT 025 019 Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. 040 MAT 025 020 Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. 040 MAT 025 021 Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” 040 MAT 025 022 İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. 040 MAT 025 023 Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” 040 MAT 025 024 Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. 040 MAT 025 025 Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” 040 MAT 025 026 Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? 040 MAT 025 027 Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. 040 MAT 025 028 İndi əlindəki talantı ondan alın və on talantı olana verin! 040 MAT 025 029 Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. 040 MAT 025 030 Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”. 040 MAT 025 031 Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. 040 MAT 025 032 Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. 040 MAT 025 033 Qoyunları sağına, keçiləri isə soluna qoyacaq. 040 MAT 025 034 O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. 040 MAT 025 035 Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; 040 MAT 025 036 çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. 040 MAT 025 037 Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? 040 MAT 025 038 Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? 040 MAT 025 039 Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” 040 MAT 025 040 Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. 040 MAT 025 041 O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! 040 MAT 025 042 Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; 040 MAT 025 043 qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. 040 MAT 025 044 Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” 040 MAT 025 045 O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. 040 MAT 025 046 Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək». 040 MAT 026 001 İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi: 040 MAT 026 002 «İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək». 040 MAT 026 003 O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar. 040 MAT 026 004 İsanı hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar. 040 MAT 026 005 Amma deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər». 040 MAT 026 006 İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən 040 MAT 026 007 bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü. 040 MAT 026 008 Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür? 040 MAT 026 009 Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı». 040 MAT 026 010 Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü. 040 MAT 026 011 Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam. 040 MAT 026 012 Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı. 040 MAT 026 013 Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın». 040 MAT 026 014 O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: 040 MAT 026 015 «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. 040 MAT 026 016 O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı. 040 MAT 026 017 Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?» 040 MAT 026 018 O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”». 040 MAT 026 019 Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər. 040 MAT 026 020 Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. 040 MAT 026 021 Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 040 MAT 026 022 Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» 040 MAT 026 023 O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. 040 MAT 026 024 Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». 040 MAT 026 025 Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi. 040 MAT 026 026 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». 040 MAT 026 027 Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! 040 MAT 026 028 Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. 040 MAT 026 029 Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm». 040 MAT 026 030 Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər. 040 MAT 026 031 Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Sürünün qoyunları pərən-pərən olacaq”. 040 MAT 026 032 Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». 040 MAT 026 033 Peter Ona cavab verib dedi: «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm». 040 MAT 026 034 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən». 040 MAT 026 035 Peter Ona dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər. 040 MAT 026 036 Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın». 040 MAT 026 037 O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. 040 MAT 026 038 Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun». 040 MAT 026 039 İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun». 040 MAT 026 040 İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi? 040 MAT 026 041 Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür». 040 MAT 026 042 İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın yan keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun». 040 MAT 026 043 İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. 040 MAT 026 044 Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi. 040 MAT 026 045 Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur. 040 MAT 026 046 Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!» 040 MAT 026 047 İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi. 040 MAT 026 048 İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun». 040 MAT 026 049 O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü. 040 MAT 026 050 İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular. 040 MAT 026 051 Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. 040 MAT 026 052 İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq. 040 MAT 026 053 Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərər. 040 MAT 026 054 “Bunların olması gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?» 040 MAT 026 055 Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız. 040 MAT 026 056 Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar. 040 MAT 026 057 İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı. 040 MAT 026 058 Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu. 040 MAT 026 059 Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. 040 MAT 026 060 Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib 040 MAT 026 061 dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”». 040 MAT 026 062 Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» 040 MAT 026 063 Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» 040 MAT 026 064 İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz». 040 MAT 026 065 Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! 040 MAT 026 066 Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir». 040 MAT 026 067 Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq 040 MAT 026 068 dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?» 040 MAT 026 069 Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin». 040 MAT 026 070 Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan». 040 MAT 026 071 Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi». 040 MAT 026 072 Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram». 040 MAT 026 073 Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir». 040 MAT 026 074 Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram». Həmin anda xoruz banladı. 040 MAT 026 075 Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı. 040 MAT 027 001 Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. 040 MAT 027 002 İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər. 040 MAT 027 003 O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib 040 MAT 027 004 «mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. 040 MAT 027 005 Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı. 040 MAT 027 006 Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». 040 MAT 027 007 Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. 040 MAT 027 008 Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. 040 MAT 027 009 Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar 040 MAT 027 010 və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər». 040 MAT 027 011 İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». 040 MAT 027 012 Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. 040 MAT 027 013 Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?» 040 MAT 027 014 İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi. 040 MAT 027 015 Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. 040 MAT 027 016 O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. 040 MAT 027 017 Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» 040 MAT 027 018 Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər. 040 MAT 027 019 Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi. 040 MAT 027 020 Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər. 040 MAT 027 021 Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. 040 MAT 027 022 Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. 040 MAT 027 023 Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar. 040 MAT 027 024 Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». 040 MAT 027 025 Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» 040 MAT 027 026 Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi. 040 MAT 027 027 Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. 040 MAT 027 028 Onu soyundurub al rəngli xalat geyindirdilər. 040 MAT 027 029 Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. 040 MAT 027 030 Ona tüpürdülər, qamışı götürüb başına vurdular. 040 MAT 027 031 Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar. 040 MAT 027 032 Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. 040 MAT 027 033 Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə 040 MAT 027 034 Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. 040 MAT 027 035 Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. 040 MAT 027 036 Sonra orada oturub Onun keşiyini çəkdilər. 040 MAT 027 037 Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. 040 MAT 027 038 O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi. 040 MAT 027 039 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq 040 MAT 027 040 «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 040 MAT 027 041 Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: 040 MAT 027 042 «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. 040 MAT 027 043 Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». 040 MAT 027 044 İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər. 040 MAT 027 045 Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. 040 MAT 027 046 Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şabaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 040 MAT 027 047 Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». 040 MAT 027 048 Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. 040 MAT 027 049 O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» 040 MAT 027 050 İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı. 040 MAT 027 051 O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. 040 MAT 027 052 Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. 040 MAT 027 053 Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər. 040 MAT 027 054 İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər. 040 MAT 027 055 Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. 040 MAT 027 056 Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi. 040 MAT 027 057 Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. 040 MAT 027 058 O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. 040 MAT 027 059 Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. 040 MAT 027 060 Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. 040 MAT 027 061 Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular. 040 MAT 027 062 Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb 040 MAT 027 063 dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. 040 MAT 027 064 Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». 040 MAT 027 065 Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». 040 MAT 027 066 Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu. 040 MAT 028 001 Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. 040 MAT 028 002 Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. 040 MAT 028 003 Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. 040 MAT 028 004 Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. 040 MAT 028 005 Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. 040 MAT 028 006 O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün. 040 MAT 028 007 Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim». 040 MAT 028 008 Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. 040 MAT 028 009 Amma budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar. 040 MAT 028 010 İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər». 040 MAT 028 011 Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər. 040 MAT 028 012 Onlar ağsaqqallarla toplaşıb məşvərət keçirdikdən sonra əsgərlərə çoxlu pul verib dedilər: 040 MAT 028 013 «Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar. 040 MAT 028 014 Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırarıq, sizi də bəladan qurtararıq». 040 MAT 028 015 Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır. 040 MAT 028 016 On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. 040 MAT 028 017 İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. 040 MAT 028 018 İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. 040 MAT 028 019 Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; 040 MAT 028 020 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm». # # BOOK 041 MAR Mark Mark 041 MAR 001 001 Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı. 041 MAR 001 002 Yeşaya peyğəmbərin kitabında belə yazılıb: «Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin yolunu hazırlayacaq. 041 MAR 001 003 Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 041 MAR 001 004 Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. 041 MAR 001 005 Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. 041 MAR 001 006 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi. 041 MAR 001 007 Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. 041 MAR 001 008 Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək». 041 MAR 001 009 O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. 041 MAR 001 010 İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü. 041 MAR 001 011 Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam». 041 MAR 001 012 Ruh dərhal İsanı səhraya çəkib-apardı. 041 MAR 001 013 O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi. 041 MAR 001 014 Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini vəz edirdi: 041 MAR 001 015 «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın». 041 MAR 001 016 İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 041 MAR 001 017 İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 041 MAR 001 018 Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 041 MAR 001 019 İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər. 041 MAR 001 020 İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər. 041 MAR 001 021 Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı. 041 MAR 001 022 Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. 041 MAR 001 023 Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı: 041 MAR 001 024 «Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!» 041 MAR 001 025 Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» 041 MAR 001 026 Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı. 041 MAR 001 027 Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər». 041 MAR 001 028 İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı. 041 MAR 001 029 Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər. 041 MAR 001 030 Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər. 041 MAR 001 031 İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı. 041 MAR 001 032 Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər. 041 MAR 001 033 Bütün şəhər əhalisi qapının yanına yığıldı. 041 MAR 001 034 İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər. 041 MAR 001 035 Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi. 041 MAR 001 036 Şimon və onun yanındakılar İsanın ardınca düşdülər. 041 MAR 001 037 Onu tapıb dedilər: «Hamı Səni axtarır». 041 MAR 001 038 İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm». 041 MAR 001 039 Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı. 041 MAR 001 040 Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən». 041 MAR 001 041 İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» 041 MAR 001 042 Dərhal bu adam cüzamdan sağalıb pak oldu, 041 MAR 001 043 İsa o an onu yola salıb ciddi tapşıraraq 041 MAR 001 044 belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar». 041 MAR 001 045 Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi. 041 MAR 002 001 Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı. 041 MAR 002 002 O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. 041 MAR 002 003 Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər. 041 MAR 002 004 Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər. 041 MAR 002 005 İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı». 041 MAR 002 006 Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər: 041 MAR 002 007 «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 041 MAR 002 008 İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 041 MAR 002 009 Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək? 041 MAR 002 010 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: 041 MAR 002 011 «Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!» 041 MAR 002 012 Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik». 041 MAR 002 013 İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi. 041 MAR 002 014 Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 041 MAR 002 015 İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi. 041 MAR 002 016 Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 041 MAR 002 017 İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». 041 MAR 002 018 Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?» 041 MAR 002 019 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar. 041 MAR 002 020 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 041 MAR 002 021 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 041 MAR 002 022 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır». 041 MAR 002 023 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar. 041 MAR 002 024 Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?» 041 MAR 002 025 İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı? 041 MAR 002 026 O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi». 041 MAR 002 027 Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb. 041 MAR 002 028 Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir». 041 MAR 003 001 İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi. 041 MAR 003 002 Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox. 041 MAR 003 003 İsa əli qurumuş adama dedi: «Qabağa çıx!» 041 MAR 003 004 Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu. 041 MAR 003 005 İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı. 041 MAR 003 006 Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər. 041 MAR 003 007 İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi. 041 MAR 003 008 İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi. 041 MAR 003 009 İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar. 041 MAR 003 010 Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar. 041 MAR 003 011 Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!» 041 MAR 003 012 Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər. 041 MAR 003 013 İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər. 041 MAR 003 014 İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin, 041 MAR 003 015 həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar. 041 MAR 003 016 Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon, 041 MAR 003 017 Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya, 041 MAR 003 018 Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon 041 MAR 003 019 və İsaya xəyanət edən Yəhuda İskaryot. 041 MAR 003 020 Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər. 041 MAR 003 021 İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib. 041 MAR 003 022 Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur». 041 MAR 003 023 İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər? 041 MAR 003 024 Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz. 041 MAR 003 025 Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz. 041 MAR 003 026 Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar. 041 MAR 003 027 Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin. 041 MAR 003 028 Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq. 041 MAR 003 029 Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq». 041 MAR 003 030 İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi. 041 MAR 003 031 İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar. 041 MAR 003 032 Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların bayırda dayanıb Səni istəyirlər». 041 MAR 003 033 İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?» 041 MAR 003 034 Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. 041 MAR 003 035 Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur». 041 MAR 004 001 İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı. 041 MAR 004 002 İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi: 041 MAR 004 003 «Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı. 041 MAR 004 004 Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 041 MAR 004 005 Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. 041 MAR 004 006 Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu. 041 MAR 004 007 Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi. 041 MAR 004 008 Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi». 041 MAR 004 009 Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!» 041 MAR 004 010 İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular. 041 MAR 004 011 O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir. 041 MAR 004 012 Belə ki “Gördükcə görsünlər, amma qanmasınlar, Eşitdikcə eşitsinlər, amma anlamasınlar, Yoxsa onlar dönüb bağışlanar”». 041 MAR 004 013 İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz? 041 MAR 004 014 Əkinçi Allahın kəlamını əkir. 041 MAR 004 015 Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır. 041 MAR 004 016 Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər. 041 MAR 004 017 Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar. 041 MAR 004 018 Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər, 041 MAR 004 019 lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur. 041 MAR 004 020 Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir». 041 MAR 004 021 İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi? 041 MAR 004 022 Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın. 041 MAR 004 023 Eşitməyə qulağı olan eşitsin!» 041 MAR 004 024 İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək. 041 MAR 004 025 Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq». 041 MAR 004 026 Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. 041 MAR 004 027 O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. 041 MAR 004 028 Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. 041 MAR 004 029 Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir». 041 MAR 004 030 Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək? 041 MAR 004 031 O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da, 041 MAR 004 032 əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər». 041 MAR 004 033 İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi; 041 MAR 004 034 onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi. 041 MAR 004 035 Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək». 041 MAR 004 036 Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi. 041 MAR 004 037 Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. 041 MAR 004 038 İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?» 041 MAR 004 039 İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü. 041 MAR 004 040 İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?» 041 MAR 004 041 Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?» 041 MAR 005 001 Onlar gölün o biri sahilində yerləşən Gerasalıların diyarına getdilər. 041 MAR 005 002 İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı. 041 MAR 005 003 O, mağaralarda yaşayırdı və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi. 041 MAR 005 004 Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı. 041 MAR 005 005 Həmişə, gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı. 041 MAR 005 006 O, İsanı uzaqdan görəndə qaçıb Ona səcdə qıldı, 041 MAR 005 007 bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!» 041 MAR 005 008 Çünki İsa ona demişdi: «Ey natəmiz ruh, bu adamdan çıx!» 041 MAR 005 009 Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq». 041 MAR 005 010 Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı. 041 MAR 005 011 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. 041 MAR 005 012 Natəmiz ruhlar İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək». 041 MAR 005 013 İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada boğuldu. 041 MAR 005 014 Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa etməyə gəldi. 041 MAR 005 015 Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. 041 MAR 005 016 Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında camaata söylədilər. 041 MAR 005 017 İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın. 041 MAR 005 018 İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın. 041 MAR 005 019 İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış». 041 MAR 005 020 Bu adam da gedib İsanın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi. 041 MAR 005 021 İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi. 041 MAR 005 022 Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü. 041 MAR 005 023 Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın». 041 MAR 005 024 İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı. 041 MAR 005 025 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. 041 MAR 005 026 O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi. 041 MAR 005 027 Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu. 041 MAR 005 028 Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram». 041 MAR 005 029 Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı. 041 MAR 005 030 İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?» 041 MAR 005 031 Şagirdləri Ona cavab verdilər: «Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?» 041 MAR 005 032 Bunu edəni görmək üçün İsa ətrafa baxdı. 041 MAR 005 033 Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi. 041 MAR 005 034 İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal». 041 MAR 005 035 İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?» 041 MAR 005 036 Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et!» 041 MAR 005 037 O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı. 041 MAR 005 038 Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü. 041 MAR 005 039 İsa içəri girəndə onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb». 041 MAR 005 040 Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi. 041 MAR 005 041 İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz, sənə deyirəm: qalx!» 041 MAR 005 042 On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı. 041 MAR 005 043 İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər. 041 MAR 006 001 İsa oradan ayrılıb Öz yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi. 041 MAR 006 002 Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? 041 MAR 006 003 Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu. 041 MAR 006 004 İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 041 MAR 006 005 Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. 041 MAR 006 006 İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı. 041 MAR 006 007 İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi. 041 MAR 006 008 Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər, 041 MAR 006 009 ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər. 041 MAR 006 010 İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın. 041 MAR 006 011 Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». 041 MAR 006 012 Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. 041 MAR 006 013 Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər. 041 MAR 006 014 Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». 041 MAR 006 015 Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir». 041 MAR 006 016 Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!» 041 MAR 006 017 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı 041 MAR 006 018 və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». 041 MAR 006 019 Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. 041 MAR 006 020 Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi. 041 MAR 006 021 Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. 041 MAR 006 022 Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». 041 MAR 006 023 Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». 041 MAR 006 024 Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». 041 MAR 006 025 Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». 041 MAR 006 026 Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. 041 MAR 006 027 Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu 041 MAR 006 028 və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. 041 MAR 006 029 Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular. 041 MAR 006 030 Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər. 041 MAR 006 031 İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar. 041 MAR 006 032 Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər. 041 MAR 006 033 Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar. 041 MAR 006 034 İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı. 041 MAR 006 035 Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir. 041 MAR 006 036 Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər». 041 MAR 006 037 Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?» 041 MAR 006 038 Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var». 041 MAR 006 039 İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. 041 MAR 006 040 Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu. 041 MAR 006 041 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü. 041 MAR 006 042 Hamı yeyib-doydu. 041 MAR 006 043 Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. 041 MAR 006 044 Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi. 041 MAR 006 045 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər. 041 MAR 006 046 İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı. 041 MAR 006 047 Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. 041 MAR 006 048 O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. 041 MAR 006 049 Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar. 041 MAR 006 050 Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» 041 MAR 006 051 Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. 041 MAR 006 052 Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər. 041 MAR 006 053 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar. 041 MAR 006 054 Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı 041 MAR 006 055 və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar. 041 MAR 006 056 İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı. 041 MAR 007 001 Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı. 041 MAR 007 002 Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir. 041 MAR 007 003 Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. 041 MAR 007 004 Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar. 041 MAR 007 005 Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?» 041 MAR 007 006 İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. 041 MAR 007 007 Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”. 041 MAR 007 008 Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz». 041 MAR 007 009 Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız! 041 MAR 007 010 Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 041 MAR 007 011 Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”, 041 MAR 007 012 onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin. 041 MAR 007 013 Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz». 041 MAR 007 014 İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin. 041 MAR 007 015 Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». 041 MAR 007 017 İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular. 041 MAR 007 018 İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? 041 MAR 007 019 Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. 041 MAR 007 020 O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır. 041 MAR 007 021 Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, 041 MAR 007 022 zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. 041 MAR 007 023 Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir». 041 MAR 007 024 İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. 041 MAR 007 025 Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. 041 MAR 007 026 Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın. 041 MAR 007 027 İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 041 MAR 007 028 Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». 041 MAR 007 029 İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». 041 MAR 007 030 Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb. 041 MAR 007 031 İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı. 041 MAR 007 032 Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. 041 MAR 007 033 İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. 041 MAR 007 034 Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» 041 MAR 007 035 O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. 041 MAR 007 036 İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. 041 MAR 007 037 Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır». 041 MAR 008 001 O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi: 041 MAR 008 002 «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. 041 MAR 008 003 Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib». 041 MAR 008 004 Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?» 041 MAR 008 005 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi». 041 MAR 008 006 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı. 041 MAR 008 007 Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi. 041 MAR 008 008 Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 041 MAR 008 009 Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı. 041 MAR 008 010 O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi. 041 MAR 008 011 Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. 041 MAR 008 012 O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək». 041 MAR 008 013 Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü. 041 MAR 008 014 Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi. 041 MAR 008 015 İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin». 041 MAR 008 016 Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir». 041 MAR 008 017 İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır? 041 MAR 008 018 Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? 041 MAR 008 019 Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki». 041 MAR 008 020 «Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi». 041 MAR 008 021 İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?» 041 MAR 008 022 Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar. 041 MAR 008 023 İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?» 041 MAR 008 024 Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər». 041 MAR 008 025 Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı. 041 MAR 008 026 İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə». 041 MAR 008 027 İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?» 041 MAR 008 028 Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən». 041 MAR 008 029 İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən». 041 MAR 008 030 İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar. 041 MAR 008 031 İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir». 041 MAR 008 032 İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı. 041 MAR 008 033 Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən». 041 MAR 008 034 İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. 041 MAR 008 035 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək. 041 MAR 008 036 İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var? 041 MAR 008 037 İnsan öz canının əvəzinə nə verə bilər? 041 MAR 008 038 Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq». 041 MAR 009 001 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək». 041 MAR 009 002 Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi. 041 MAR 009 003 Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi. 041 MAR 009 004 O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 041 MAR 009 005 Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». 041 MAR 009 006 O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü. 041 MAR 009 007 Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!» 041 MAR 009 008 Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər. 041 MAR 009 009 Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər. 041 MAR 009 010 Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir. 041 MAR 009 011 Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 041 MAR 009 012 İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır? 041 MAR 009 013 Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər». 041 MAR 009 014 Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər. 041 MAR 009 015 İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar. 041 MAR 009 016 İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?» 041 MAR 009 017 Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm. 041 MAR 009 018 Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». 041 MAR 009 019 İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!» 041 MAR 009 020 Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı. 041 MAR 009 021 İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri. 041 MAR 009 022 Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!» 041 MAR 009 023 İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!» 041 MAR 009 024 Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!» 041 MAR 009 025 İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!» 041 MAR 009 026 Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!» 041 MAR 009 027 Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı. 041 MAR 009 028 İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?» 041 MAR 009 029 İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər». 041 MAR 009 030 Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun. 041 MAR 009 031 Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək». 041 MAR 009 032 Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular. 041 MAR 009 033 Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?» 041 MAR 009 034 Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər. 041 MAR 009 035 İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun». 041 MAR 009 036 O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi: 041 MAR 009 037 «Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər». 041 MAR 009 038 Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq». 041 MAR 009 039 İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin. 041 MAR 009 040 Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir. 041 MAR 009 041 Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq. 041 MAR 009 042 Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 041 MAR 009 043 Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır. 041 MAR 009 045 Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır. 041 MAR 009 047 Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır. 041 MAR 009 048 Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür. 041 MAR 009 049 Çünki hamı odla duzlanacaq. 041 MAR 009 050 Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun». 041 MAR 010 001 İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı. 041 MAR 010 002 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?» 041 MAR 010 003 İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?» 041 MAR 010 004 Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi». 041 MAR 010 005 İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı. 041 MAR 010 006 Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”. 041 MAR 010 007 “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq 041 MAR 010 008 və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir. 041 MAR 010 009 Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın». 041 MAR 010 010 Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər. 041 MAR 010 011 İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir. 041 MAR 010 012 Ərindən boşanıb başqasına gedən qadın da zina edir». 041 MAR 010 013 Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər. 041 MAR 010 014 Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 041 MAR 010 015 Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz». 041 MAR 010 016 Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi. 041 MAR 010 017 İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 041 MAR 010 018 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 041 MAR 010 019 Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”». 041 MAR 010 020 Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 041 MAR 010 021 İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 041 MAR 010 022 Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi. 041 MAR 010 023 İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!» 041 MAR 010 024 Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq nə qədər çətindir! 041 MAR 010 025 Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 041 MAR 010 026 Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?» 041 MAR 010 027 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür». 041 MAR 010 028 Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 041 MAR 010 029 İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki, 041 MAR 010 030 indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. 041 MAR 010 031 Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq». 041 MAR 010 032 Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı: 041 MAR 010 033 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər. 041 MAR 010 034 Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək». 041 MAR 010 035 Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən». 041 MAR 010 036 İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 041 MAR 010 037 Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun». 041 MAR 010 038 Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?» 041 MAR 010 039 Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız. 041 MAR 010 040 Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək». 041 MAR 010 041 Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı. 041 MAR 010 042 Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 041 MAR 010 043 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 041 MAR 010 044 Aranızda birinci olmaq istəyən hamının qulu olsun. 041 MAR 010 045 Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin». 041 MAR 010 046 Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. 041 MAR 010 047 Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı. 041 MAR 010 048 Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 041 MAR 010 049 İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır». 041 MAR 010 050 O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. 041 MAR 010 051 İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın». 041 MAR 010 052 İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi. 041 MAR 011 001 Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək 041 MAR 011 002 onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. 041 MAR 011 003 Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin». 041 MAR 011 004 Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar. 041 MAR 011 005 Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?» 041 MAR 011 006 Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər. 041 MAR 011 007 Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi. 041 MAR 011 008 Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi. 041 MAR 011 009 İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər: «Hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! 041 MAR 011 010 Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun! Ən ucalarda hosanna!» 041 MAR 011 011 İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi. 041 MAR 011 012 Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı. 041 MAR 011 013 Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi. 041 MAR 011 014 Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi. 041 MAR 011 015 Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi, 041 MAR 011 016 heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı. 041 MAR 011 017 Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq”? Amma siz onu “quldur yuvasına” çevirmisiniz!» 041 MAR 011 018 Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular. 041 MAR 011 019 Axşam olanda İsa və şagirdləri şəhərdən kənara çıxdı. 041 MAR 011 020 Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub. 041 MAR 011 021 Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub». 041 MAR 011 022 İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun. 041 MAR 011 023 Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. 041 MAR 011 024 Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək. 041 MAR 011 025 Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın». 041 MAR 011 027 Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb 041 MAR 011 028 dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?» 041 MAR 011 029 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. 041 MAR 011 030 Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin». 041 MAR 011 031 Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 041 MAR 011 032 Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı. 041 MAR 011 033 Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm». 041 MAR 012 001 İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. 041 MAR 012 002 Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın. 041 MAR 012 003 Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar. 041 MAR 012 004 Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər. 041 MAR 012 005 Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər. 041 MAR 012 006 Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi. 041 MAR 012 007 Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”. 041 MAR 012 008 Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar. 041 MAR 012 009 Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək. 041 MAR 012 010 Məgər siz bu Müqəddəs Yazını oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. 041 MAR 012 011 Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”». 041 MAR 012 012 Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər. 041 MAR 012 013 Sonra İsanı dediyi sözlərlə tələyə salmaq üçün fariseylərdən və hirodçulardan bəzisini Onun yanına göndərdilər. 041 MAR 012 014 Onlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox? Biz vergi verək ya yox?» 041 MAR 012 015 Onların ikiüzlülüyünü bilən İsa dedi: «Məni niyə sınağa çəkirsiniz? Mənə bir dinar gətirin, baxım». 041 MAR 012 016 Onlar da gətirdilər. İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin». 041 MAR 012 017 İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Onlar İsanın sözlərinə heyrətləndilər. 041 MAR 012 018 Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 041 MAR 012 019 «Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 041 MAR 012 020 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü. 041 MAR 012 021 Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də, 041 MAR 012 022 hətta yeddincisinə qədər belə etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü. 041 MAR 012 023 Qiyamət günündə, ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı». 041 MAR 012 024 İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi? 041 MAR 012 025 İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. 041 MAR 012 026 Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı? 041 MAR 012 027 Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız». 041 MAR 012 028 İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?» 041 MAR 012 029 İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. 041 MAR 012 030 Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”. 041 MAR 012 031 İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur». 041 MAR 012 032 İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur. 041 MAR 012 033 Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir». 041 MAR 012 034 Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi. 041 MAR 012 035 İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər? 041 MAR 012 036 Davud özü Müqəddəs Ruh vasitəsilə “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib. 041 MAR 012 037 Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham sevinclə Ona qulaq asırdı. 041 MAR 012 038 İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı, 041 MAR 012 039 sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar. 041 MAR 012 040 Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq». 041 MAR 012 041 İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı. 041 MAR 012 042 Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı. 041 MAR 012 043 İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı. 041 MAR 012 044 Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi». 041 MAR 013 001 İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!» 041 MAR 013 002 İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq». 041 MAR 013 003 İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu: 041 MAR 013 004 «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?» 041 MAR 013 005 İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 041 MAR 013 006 Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq. 041 MAR 013 007 Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. 041 MAR 013 008 Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. 041 MAR 013 009 Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız. 041 MAR 013 010 Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır. 041 MAR 013 011 Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur. 041 MAR 013 012 Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 041 MAR 013 013 Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 041 MAR 013 014 Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın. 041 MAR 013 015 Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin. 041 MAR 013 016 Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. 041 MAR 013 017 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! 041 MAR 013 018 Dua edin ki, bu hadisə qış fəslində baş verməsin. 041 MAR 013 019 Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 041 MAR 013 020 Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb. 041 MAR 013 021 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın. 041 MAR 013 022 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. 041 MAR 013 023 Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm. 041 MAR 013 024 Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, 041 MAR 013 025 Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək. 041 MAR 013 026 O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək. 041 MAR 013 027 Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq. 041 MAR 013 028 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. 041 MAR 013 029 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. 041 MAR 013 030 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 041 MAR 013 031 Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək. 041 MAR 013 032 Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. 041 MAR 013 033 Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. 041 MAR 013 034 Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun. 041 MAR 013 035 Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. 041 MAR 013 036 Qoy o qəfil gəlib sizi yatan görməsin. 041 MAR 013 037 Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!» 041 MAR 014 001 Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar. 041 MAR 014 002 Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər». 041 MAR 014 003 İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü. 041 MAR 014 004 Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur? 041 MAR 014 005 Axı bu ətiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar. 041 MAR 014 006 Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü. 041 MAR 014 007 Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam. 041 MAR 014 008 Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi. 041 MAR 014 009 Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın». 041 MAR 014 010 O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə onların yanına getdi. 041 MAR 014 011 Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı. 041 MAR 014 012 Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?» 041 MAR 014 013 İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin. 041 MAR 014 014 O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›” 041 MAR 014 015 Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün». 041 MAR 014 016 Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər. 041 MAR 014 017 Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi. 041 MAR 014 018 Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək». 041 MAR 014 019 Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?» 041 MAR 014 020 İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur. 041 MAR 014 021 Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». 041 MAR 014 022 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir». 041 MAR 014 023 Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi. 041 MAR 014 024 İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. 041 MAR 014 025 Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm». 041 MAR 014 026 Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər. 041 MAR 014 027 İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Qoyunlar pərən-pərən olacaq”. 041 MAR 014 028 Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». 041 MAR 014 029 Peter Ona dedi: «Hamı Səni atıb getsə də, mən belə etməyəcəyəm». 041 MAR 014 030 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən». 041 MAR 014 031 Amma Peter daha qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər. 041 MAR 014 032 Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın». 041 MAR 014 033 O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı. 041 MAR 014 034 Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun». 041 MAR 014 035 İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin. 041 MAR 014 036 O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». 041 MAR 014 037 İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin? 041 MAR 014 038 Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür». 041 MAR 014 039 İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi. 041 MAR 014 040 Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər. 041 MAR 014 041 İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur. 041 MAR 014 042 Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!» 041 MAR 014 043 İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi. 041 MAR 014 044 İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm nəzarət altında aparın». 041 MAR 014 045 O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü. 041 MAR 014 046 Yanındakı adamlar əl atıb İsanı tutdular. 041 MAR 014 047 İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. 041 MAR 014 048 İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? 041 MAR 014 049 Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma qoy Müqəddəs Yazılar yerinə yetsin». 041 MAR 014 050 Onda hamı İsanı atıb qaçdı. 041 MAR 014 051 Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar. 041 MAR 014 052 Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı. 041 MAR 014 053 İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı. 041 MAR 014 054 Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı. 041 MAR 014 055 Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər. 041 MAR 014 056 Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi. 041 MAR 014 057 Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər: 041 MAR 014 058 «Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”». 041 MAR 014 059 Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi. 041 MAR 014 060 Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» 041 MAR 014 061 Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» 041 MAR 014 062 İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz». 041 MAR 014 063 Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var? 041 MAR 014 064 Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir. 041 MAR 014 065 Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular. 041 MAR 014 066 Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi. 041 MAR 014 067 Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin». 041 MAR 014 068 Amma Peter bunu inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı. 041 MAR 014 069 Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da onlardandır». 041 MAR 014 070 Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan da, sən onlardansan, çünki Qalileyalısan». 041 MAR 014 071 Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o Adamı tanımıram». 041 MAR 014 072 Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı. 041 MAR 015 001 Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər. 041 MAR 015 002 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 041 MAR 015 003 Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər. 041 MAR 015 004 Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!» 041 MAR 015 005 Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi. 041 MAR 015 006 Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi. 041 MAR 015 007 Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu. 041 MAR 015 008 Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin. 041 MAR 015 009 Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 041 MAR 015 010 Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi. 041 MAR 015 011 Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər. 041 MAR 015 012 Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?» 041 MAR 015 013 «Onu çarmıxa çək!» deyə yenə bağırdılar. 041 MAR 015 014 Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar. 041 MAR 015 015 Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi. 041 MAR 015 016 Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar. 041 MAR 015 017 Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. 041 MAR 015 018 «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. 041 MAR 015 019 Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. 041 MAR 015 020 Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar. 041 MAR 015 021 O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. 041 MAR 015 022 İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir. 041 MAR 015 023 Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi. 041 MAR 015 024 İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər. 041 MAR 015 025 Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər. 041 MAR 015 026 Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı». 041 MAR 015 027 Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər. 041 MAR 015 029 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən! 041 MAR 015 030 İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 041 MAR 015 031 Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! 041 MAR 015 032 İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər. 041 MAR 015 033 Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. 041 MAR 015 034 Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şabaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 041 MAR 015 035 Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır». 041 MAR 015 036 Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?» 041 MAR 015 037 İsa uca səslə qışqırıb son nəfəsini verdi. 041 MAR 015 038 O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. 041 MAR 015 039 İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi. 041 MAR 015 040 Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi. 041 MAR 015 041 İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi. 041 MAR 015 042 O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə 041 MAR 015 043 Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi. 041 MAR 015 044 Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?» 041 MAR 015 045 Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi. 041 MAR 015 046 Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı. 041 MAR 015 047 Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər. 041 MAR 016 001 Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər. 041 MAR 016 002 Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər. 041 MAR 016 003 Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?» 041 MAR 016 004 Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi. 041 MAR 016 005 Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər. 041 MAR 016 006 Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir. 041 MAR 016 007 İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”». 041 MAR 016 008 Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər. 041 MAR 016 009 (note: The most reliable and earliest manuscripts do not include Mark 16:9-20.) İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü. 041 MAR 016 010 Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi. 041 MAR 016 011 Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar. 041 MAR 016 012 Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü. 041 MAR 016 013 Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar. 041 MAR 016 014 Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar. 041 MAR 016 015 İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin. 041 MAR 016 016 İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq. 041 MAR 016 017 İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar, 041 MAR 016 018 ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq». 041 MAR 016 019 Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu. 041 MAR 016 020 Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi. # # BOOK 042 LUK Luke Luka 042 LUK 001 001 Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib. 042 LUK 001 002 Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi 042 LUK 001 003 mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. 042 LUK 001 004 Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən. 042 LUK 001 005 Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. 042 LUK 001 006 Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər. 042 LUK 001 007 Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi. 042 LUK 001 008 Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi. 042 LUK 001 009 Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. 042 LUK 001 010 Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi. 042 LUK 001 011 Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. 042 LUK 001 012 Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. 042 LUK 001 013 Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. 042 LUK 001 014 Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. 042 LUK 001 015 Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. 042 LUK 001 016 O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. 042 LUK 001 017 Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək». 042 LUK 001 018 Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». 042 LUK 001 019 Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. 042 LUK 001 020 Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən». 042 LUK 001 021 Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi. 042 LUK 001 022 O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı. 042 LUK 001 023 Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. 042 LUK 001 024 Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. 042 LUK 001 025 O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı». 042 LUK 001 026 Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, 042 LUK 001 027 Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. 042 LUK 001 028 Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». 042 LUK 001 029 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. 042 LUK 001 030 Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. 042 LUK 001 031 Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 042 LUK 001 032 O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. 042 LUK 001 033 O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». 042 LUK 001 034 Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». 042 LUK 001 035 Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. 042 LUK 001 036 Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. 042 LUK 001 037 Çünki Allah üçün mümkün olmayan şey yoxdur». 042 LUK 001 038 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi. 042 LUK 001 039 O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. 042 LUK 001 040 O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. 042 LUK 001 041 Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub 042 LUK 001 042 uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! 042 LUK 001 043 Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? 042 LUK 001 044 Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. 042 LUK 001 045 Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!» 042 LUK 001 046 Məryəm isə dedi: 042 LUK 001 047 «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır, 042 LUK 001 048 Çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq, 042 LUK 001 049 Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir! 042 LUK 001 050 Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər. 042 LUK 001 051 O, qolu ilə qüdrətli işlər gördü, Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. 042 LUK 001 052 Hökmdarları taxtlarından endirdi, Məzlumları yüksəltdi. 042 LUK 001 053 Acları nemətlərlə doydurdu, Varlıları isə əliboş yola saldı. 042 LUK 001 054 Rəbb qulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı». 042 LUK 001 056 Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı. 042 LUK 001 057 Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 042 LUK 001 058 Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 042 LUK 001 059 Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 042 LUK 001 060 Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». 042 LUK 001 061 Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». 042 LUK 001 062 Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. 042 LUK 001 063 O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. 042 LUK 001 064 Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. 042 LUK 001 065 Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. 042 LUK 001 066 Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi. 042 LUK 001 067 Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi: 042 LUK 001 068 «Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı. 042 LUK 001 069 O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. 042 LUK 001 070 Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi 042 LUK 001 071 Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi. 042 LUK 001 072 Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı. 042 LUK 001 073 Atamız İbrahimə and içdiyi kimi Bizə elə güc verdi ki, 042 LUK 001 074 Düşmənlərimizin əlindən qurtulub Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək. 042 LUK 001 076 Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, Çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan. 042 LUK 001 077 Onun xalqına günahlarının bağışlanması ilə Xilas olunmaları barədə bildirəcəksən. 042 LUK 001 078 Axı Allahımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə Ucalarda bizim üçün Günəş doğacaq ki, 042 LUK 001 079 Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, Ayaqlarımızı sülh yoluna yönəltsin». 042 LUK 001 080 Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı. 042 LUK 002 001 O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi. 042 LUK 002 002 Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi. 042 LUK 002 003 Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı. 042 LUK 002 004 Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. 042 LUK 002 005 O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. 042 LUK 002 006 Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. 042 LUK 002 007 O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı. 042 LUK 002 008 O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. 042 LUK 002 009 Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü. 042 LUK 002 010 Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm. 042 LUK 002 011 Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. 042 LUK 002 012 Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız». 042 LUK 002 013 Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi: 042 LUK 002 014 «Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!» 042 LUK 002 015 Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək». 042 LUK 002 016 Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar. 042 LUK 002 017 Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər. 042 LUK 002 018 Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. 042 LUK 002 019 Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı. 042 LUK 002 020 Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi. 042 LUK 002 021 Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi. 042 LUK 002 022 Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər, 042 LUK 002 023 necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın». 042 LUK 002 024 Həmçinin onlar qurban təqdim etdilər, necə ki Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası». 042 LUK 002 025 O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi. 042 LUK 002 026 Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək. 042 LUK 002 027 Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə 042 LUK 002 028 Şimeon Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi: 042 LUK 002 029 «Ey Pərvərdigar, indi Sənin sözünə görə Mən – Sənin qulun arxayın ölə bilərəm. 042 LUK 002 030 Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası, Millətlərə aşkar edən nuru, Xalqın İsrail üçün də izzəti Öz gözlərimlə gördüm». 042 LUK 002 033 Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi. 042 LUK 002 034 Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub. 042 LUK 002 035 Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq». 042 LUK 002 036 Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı. 042 LUK 002 037 Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi. 042 LUK 002 038 Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı. 042 LUK 002 039 Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı. 042 LUK 002 040 Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi. 042 LUK 002 041 Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi. 042 LUK 002 042 İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər. 042 LUK 002 043 Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi. 042 LUK 002 044 Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar. 042 LUK 002 045 Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar. 042 LUK 002 046 Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi. 042 LUK 002 047 Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı. 042 LUK 002 048 Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq». 042 LUK 002 049 İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» 042 LUK 002 050 Amma onlar Onun nə demək istədiyini başa düşmədilər. 042 LUK 002 051 Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı. 042 LUK 002 052 İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı. 042 LUK 003 001 Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. 042 LUK 003 002 Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu. 042 LUK 003 003 O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi. 042 LUK 003 004 Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin. 042 LUK 003 005 Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək. 042 LUK 003 006 Bütün bəşər Allahın xilasını görəcək”». 042 LUK 003 007 Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 042 LUK 003 008 İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 042 LUK 003 009 Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır». 042 LUK 003 010 Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 042 LUK 003 011 Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün». 042 LUK 003 012 Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» 042 LUK 003 013 Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». 042 LUK 003 014 Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin». 042 LUK 003 015 Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» 042 LUK 003 016 Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 042 LUK 003 017 Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq». 042 LUK 003 018 Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. 042 LUK 003 019 Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə 042 LUK 003 020 Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı. 042 LUK 003 021 Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, 042 LUK 003 022 Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam». 042 LUK 003 023 İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu 042 LUK 003 024 Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu 042 LUK 003 025 Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu 042 LUK 003 026 Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu 042 LUK 003 027 Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu 042 LUK 003 028 Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu 042 LUK 003 029 Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu 042 LUK 003 030 Şimeon oğlu Yəhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu 042 LUK 003 031 Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu 042 LUK 003 032 Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu 042 LUK 003 033 Amminadav oğlu Admin oğlu Arni oğlu Xesron oğlu Peres oğlu Yəhuda oğlu 042 LUK 003 034 Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu 042 LUK 003 035 Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu 042 LUK 003 036 Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu 042 LUK 003 037 Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu 042 LUK 003 038 Enoş oğlu Şet oğlu Adəm oğlu Allah oğlu. 042 LUK 004 001 İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. 042 LUK 004 002 Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı. 042 LUK 004 003 İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün». 042 LUK 004 004 Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz” deyə yazılmışdır». 042 LUK 004 005 Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. 042 LUK 004 006 İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. 042 LUK 004 007 Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». 042 LUK 004 008 İsa ona belə cavab verdi: «“Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 042 LUK 004 009 Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at. 042 LUK 004 010 Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni qorusunlar, 042 LUK 004 011 Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 042 LUK 004 012 Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir». 042 LUK 004 013 İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi. 042 LUK 004 014 İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı. 042 LUK 004 015 İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi. 042 LUK 004 016 İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. 042 LUK 004 017 Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı: 042 LUK 004 018 «Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, Korlara gözlərinin açılmasını elan etmək üçün, Məzlumları sərbəstliyə buraxmaq üçün, 042 LUK 004 019 Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi». 042 LUK 004 020 Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. 042 LUK 004 021 İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı. 042 LUK 004 022 Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər. 042 LUK 004 023 İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz». 042 LUK 004 024 Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. 042 LUK 004 025 Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. 042 LUK 004 026 Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. 042 LUK 004 027 Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu». 042 LUK 004 028 Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. 042 LUK 004 029 Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. 042 LUK 004 030 Amma İsa onların arasından keçərək oradan çıxıb getdi. 042 LUK 004 031 İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı. 042 LUK 004 032 Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı. 042 LUK 004 033 Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı: 042 LUK 004 034 «Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!» 042 LUK 004 035 Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı. 042 LUK 004 036 Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!» 042 LUK 004 037 İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı. 042 LUK 004 038 İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər. 042 LUK 004 039 İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı. 042 LUK 004 040 Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi. 042 LUK 004 041 Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər. 042 LUK 004 042 Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər. 042 LUK 004 043 Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm». 042 LUK 004 044 Beləliklə, İsa Yəhudeyanın sinaqoqlarında vəz etməyə davam etdi. 042 LUK 005 001 Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. 042 LUK 005 002 İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. 042 LUK 005 003 İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı. 042 LUK 005 004 O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın». 042 LUK 005 005 Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram». 042 LUK 005 006 Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. 042 LUK 005 007 O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı. 042 LUK 005 008 Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam». 042 LUK 005 009 Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər. 042 LUK 005 010 Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan». 042 LUK 005 011 Onlar qayıqları göl kənarına çıxarıb hər şeyi atdılar və İsanın ardınca getdilər. 042 LUK 005 012 Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən». 042 LUK 005 013 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan sağaldı. 042 LUK 005 014 İsa ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin və dedi: «Amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə sənin cüzamdan paklandığın üçün Musanın buyurduğuna əsasən təqdimlər apar». 042 LUK 005 015 Amma indi İsa barəsində xəbər daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gəlirdi ki, Ona qulaq assın və xəstəliklərdən şəfa tapsın. 042 LUK 005 016 Amma İsa kimsəsiz yerlərə çəkilib dua edirdi. 042 LUK 005 017 Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və Qanun müəllimləri Onun yanında oturmuşdu. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi. 042 LUK 005 018 Bu vaxt bir neçə nəfər yataqda yatan bir iflic adamı gətirdi. Onlar bu adamı içəri gətirib İsanın önünə qoymağa çalışırdılar. 042 LUK 005 019 Amma böyük izdihama görə iflici İsanın yanına gətirə bilmirdilər. Ona görə də evin damına çıxıb kirəmitləri söküb açdıqları yerdən xəstəni yatağı ilə birgə aşağı endirdilər və ortalığa, İsanın qarşısına qoydular. 042 LUK 005 020 İsa onların imanını görüb dedi: «Dostum, günahların bağışlandı». 042 LUK 005 021 İlahiyyatçılar və fariseylər belə düşünməyə başladılar: «Küfr danışan bu Adam kimdir ki? Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 042 LUK 005 022 İsa onların nə fikirləşdiyini dərk edib cavab verdi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 042 LUK 005 023 Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 042 LUK 005 024 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: «Sənə deyirəm, qalx, yatağını götür, evinə get!» 042 LUK 005 025 Xəstə dərhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü və Allahı izzətləndirərək evinə getdi. 042 LUK 005 026 Hamı mat qaldı və Allahı izzətləndirib böyük qorxu içində dedi: «Bu gün möcüzəli işlər gördük!» 042 LUK 005 027 Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl». 042 LUK 005 028 O da durub hər şeyi atdı və İsanın ardınca getdi. 042 LUK 005 029 Sonra Levi evində İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergiyığan və başqa adamlar süfrəyə oturmuşdu. 042 LUK 005 030 Fariseylərlə onların ilahiyyatçıları şikayət etməyə başladı. Onlar İsanın şagirdlərinə dedi: «Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib-içirsiniz?» 042 LUK 005 031 Amma İsa onlara belə cavab verdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 042 LUK 005 032 Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm». 042 LUK 005 033 Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər». 042 LUK 005 034 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi? 042 LUK 005 035 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar». 042 LUK 005 036 İsa onlara bir məsəl də çəkdi: «Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. 042 LUK 005 037 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. 042 LUK 005 038 Təzə şərab təzə tuluqlara doldurulmalıdır. 042 LUK 005 039 Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”». 042 LUK 006 001 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər. 042 LUK 006 002 Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?» 042 LUK 006 003 İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? 042 LUK 006 004 O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi». 042 LUK 006 005 Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir». 042 LUK 006 006 Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi. 042 LUK 006 007 İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox. 042 LUK 006 008 Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı. 042 LUK 006 009 Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?» 042 LUK 006 010 İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı. 042 LUK 006 011 Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar. 042 LUK 006 012 O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. 042 LUK 006 013 Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: 042 LUK 006 014 Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, 042 LUK 006 015 Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, 042 LUK 006 016 Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot. 042 LUK 006 017 İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam 042 LUK 006 018 Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. 042 LUK 006 019 Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı. 042 LUK 006 020 İsa Öz şagirdlərinə nəzər salıb dedi: «Nə bəxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir. 042 LUK 006 021 Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər! Çünki doyacaqsınız. Nə bəxtiyarsınız, ey indi ağlayanlar! Çünki güləcəksiniz. 042 LUK 006 022 Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız! 042 LUK 006 023 O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb. 042 LUK 006 024 Amma vay halınıza, ey varlılar! Çünki artıq təsəllinizi almısınız. 042 LUK 006 025 Vay halınıza, ey indi tox olan sizlər! Çünki aclıq çəkəcəksiniz. Vay halınıza, ey indi gülənlər! Çünki yas tutub ağlayacaqsınız. 042 LUK 006 026 Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb. 042 LUK 006 027 Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, 042 LUK 006 028 sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin. 042 LUK 006 029 Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. 042 LUK 006 030 Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. 042 LUK 006 031 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. 042 LUK 006 032 Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. 042 LUK 006 033 Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. 042 LUK 006 034 Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. 042 LUK 006 035 Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. 042 LUK 006 036 Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. 042 LUK 006 037 Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. 042 LUK 006 038 Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək». 042 LUK 006 039 İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? 042 LUK 006 040 Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. 042 LUK 006 041 Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 042 LUK 006 042 Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 042 LUK 006 043 Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. 042 LUK 006 044 Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. 042 LUK 006 045 Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar. 042 LUK 006 046 Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? 042 LUK 006 047 Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: 042 LUK 006 048 o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. 042 LUK 006 049 Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar». 042 LUK 007 001 İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. 042 LUK 007 002 Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü. 042 LUK 007 003 Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi. 042 LUK 007 004 Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir. 042 LUK 007 005 Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib». 042 LUK 007 006 İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. 042 LUK 007 007 Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın. 042 LUK 007 008 Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 042 LUK 007 009 Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim». 042 LUK 007 010 Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər. 042 LUK 007 011 Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi. 042 LUK 007 012 O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. 042 LUK 007 013 Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!» 042 LUK 007 014 Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!» 042 LUK 007 015 Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. 042 LUK 007 016 Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər. 042 LUK 007 017 İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı. 042 LUK 007 018 Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb 042 LUK 007 019 göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» 042 LUK 007 020 Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”» 042 LUK 007 021 Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. 042 LUK 007 022 İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. 042 LUK 007 023 Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» 042 LUK 007 024 Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? 042 LUK 007 025 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar. 042 LUK 007 026 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. 042 LUK 007 027 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin qabağında yolunu hazırlayacaq”. 042 LUK 007 028 Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür». 042 LUK 007 029 Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər. 042 LUK 007 030 Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər. 042 LUK 007 031 İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir? 042 LUK 007 032 Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız, Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız” deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. 042 LUK 007 033 Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”. 042 LUK 007 034 Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” 042 LUK 007 035 Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur». 042 LUK 007 036 Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu. 042 LUK 007 037 Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. 042 LUK 007 038 Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi. 042 LUK 007 039 İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır». 042 LUK 007 040 İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur». 042 LUK 007 041 «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. 042 LUK 007 042 Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?» 042 LUK 007 043 Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi. 042 LUK 007 044 Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. 042 LUK 007 045 Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür. 042 LUK 007 046 Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. 042 LUK 007 047 Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər». 042 LUK 007 048 Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı». 042 LUK 007 049 Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» 042 LUK 007 050 Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get». 042 LUK 008 001 Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi. 042 LUK 008 002 Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm, 042 LUK 008 003 Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər. 042 LUK 008 004 Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı: 042 LUK 008 005 «Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi. 042 LUK 008 006 Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu. 042 LUK 008 007 Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu. 042 LUK 008 008 Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!» 042 LUK 008 009 Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?» 042 LUK 008 010 O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki, “Gördükləri halda görməsinlər, Eşitdikləri halda anlamasınlar”. 042 LUK 008 011 Məsəlin mənası budur: toxum Allahın kəlamıdır. 042 LUK 008 012 Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır. 042 LUK 008 013 Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər. 042 LUK 008 014 Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər. 042 LUK 008 015 Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir. 042 LUK 008 016 Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. 042 LUK 008 017 Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. 042 LUK 008 018 Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq». 042 LUK 008 019 İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər. 042 LUK 008 020 İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər». 042 LUK 008 021 İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir». 042 LUK 008 022 Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər. 042 LUK 008 023 Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər. 042 LUK 008 024 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. 042 LUK 008 025 Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?» 042 LUK 008 026 Sonra onlar Qalileyanın qarşısında yerləşən Gerasalıların diyarına gəldilər. 042 LUK 008 027 İsa qayıqdan sahilə düşəndə şəhərdən olan bir nəfər Onunla qarşılaşdı. Cinlərə tutulmuş və xeyli vaxtdır ki, paltar geyməyən bu adam evdə yox, qəbir mağaralarında yaşayırdı. 042 LUK 008 028 O, İsanı görən kimi bağırıb Onun qarşısında diz çökdü və bərkdən çığıra-çığıra dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Yalvarıram Sənə, mənə əzab vermə!» 042 LUK 008 029 Çünki İsa natəmiz ruha əmr etmişdi ki, həmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görə də o adamı qorumaq üçün onu zəncir və buxovlarla bağlamışdılar. O isə zəncirləri qıraraq cin tərəfindən çölə qovulurdu. 042 LUK 008 030 İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Adım Qoşundur». Çünki onun daxilinə çox cin girmişdi. 042 LUK 008 031 Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar. 042 LUK 008 032 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, donuzların içinə girməyə izin versin. İsa da onlara izin verdi. 042 LUK 008 033 Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu. 042 LUK 008 034 Donuz otaranlar bunları görüb qaçdılar, bu xəbəri şəhər və kəndlərdə yaydılar. 042 LUK 008 035 Camaat nə baş verdiyinə tamaşa etməyə çıxdı. Onlar İsanın yanına gəldilər, daxilindən cinlər çıxmış adamın İsanın ayaqları yanında geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. 042 LUK 008 036 Hadisəni görənlərsə cinə tutulmuş adamın necə sağaldığını camaata danışdılar. 042 LUK 008 037 Gerasalıların ətraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tərk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı. 042 LUK 008 038 Daxilindən cinlər çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı. 042 LUK 008 039 Amma İsa ona «qayıt evinə və Allahın sənə etdiyi hər şeyi danış» deyərək onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hər şeyi bütün şəhərə yaydı. 042 LUK 008 040 İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi. 042 LUK 008 041 Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin. 042 LUK 008 042 Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı. 042 LUK 008 043 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. 042 LUK 008 044 Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı. 042 LUK 008 045 İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır». 042 LUK 008 046 Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim». 042 LUK 008 047 Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. 042 LUK 008 048 İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get». 042 LUK 008 049 İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən bir nəfər gəlib dedi: «Qızın öldü. Müəllimi daha narahat etmə». 042 LUK 008 050 Amma İsa bunu eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et! Qızın xilas olacaq». 042 LUK 008 051 İsa onun evinə gələndə Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimi Özü ilə evə girməyə qoymadı. 042 LUK 008 052 Hamı qız üçün ağlayıb nalə çəkirdi. Amma İsa dedi: «Ağlamayın, o ölməyib, sadəcə olaraq yatıb». 042 LUK 008 053 Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər. 042 LUK 008 054 Amma İsa qızın əlindən tutub səslədi: «Qızcığaz, qalx!» 042 LUK 008 055 Qızın ruhu bədəninə qayıtdı və o dərhal ayağa qalxdı. İsa dedi ki, qıza yemək versinlər. 042 LUK 008 056 Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisə barədə heç kəsə danışmasınlar. 042 LUK 009 001 İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi. 042 LUK 009 002 Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar. 042 LUK 009 003 İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün. 042 LUK 009 004 Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın. 042 LUK 009 005 Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». 042 LUK 009 006 Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar. 042 LUK 009 007 Hökmdar Hirod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb-qaldı. Çünki bəziləri «Yəhya ölülər arasından dirilib», 042 LUK 009 008 digərləri «İlyas zühur edib», başqaları da «qədim peyğəmbərlərdən biri dirilib» deyirdi. 042 LUK 009 009 Hirod isə dedi: «Yəhyanın boynunu mən vurdurdum, bəs haqqında bu xəbərləri eşitdiyim Adam kimdir?» Hirod Onu görməyə can atırdı. 042 LUK 009 010 Həvarilər İsanın yanına qayıdıb gördükləri işlər haqqında Ona danışdılar. Sonra İsa yalnız onları Özü ilə götürüb Bet-Sayda adlanan bir şəhərə apardı. 042 LUK 009 011 Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı. 042 LUK 009 012 Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik». 042 LUK 009 013 Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?» 042 LUK 009 014 Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». 042 LUK 009 015 Şagirdlər də eləcə edib hamını oturtdular. 042 LUK 009 016 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar. 042 LUK 009 017 Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı. 042 LUK 009 018 Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?» 042 LUK 009 019 Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib». 042 LUK 009 020 İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən». 042 LUK 009 021 İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar. 042 LUK 009 022 O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir». 042 LUK 009 023 Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin. 042 LUK 009 024 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək. 042 LUK 009 025 İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var? 042 LUK 009 026 Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. 042 LUK 009 027 Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək». 042 LUK 009 028 Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. 042 LUK 009 029 İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı. 042 LUK 009 030 O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi. 042 LUK 009 031 Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. 042 LUK 009 032 Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər. 042 LUK 009 033 Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi. 042 LUK 009 034 Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü. 042 LUK 009 035 Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!» 042 LUK 009 036 Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar. 042 LUK 009 037 Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı. 042 LUK 009 038 Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır. 042 LUK 009 039 Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir. 042 LUK 009 040 Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». 042 LUK 009 041 İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir». 042 LUK 009 042 Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı. 042 LUK 009 043 Hamı Allahın əzəmətinə təəccüblənirdi. Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi: 042 LUK 009 044 «Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir». 042 LUK 009 045 Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular. 042 LUK 009 046 Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar. 042 LUK 009 047 Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu. 042 LUK 009 048 Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür». 042 LUK 009 049 Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq». 042 LUK 009 050 Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir». 042 LUK 009 051 Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. 042 LUK 009 052 İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. 042 LUK 009 053 Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi. 042 LUK 009 054 Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?» 042 LUK 009 055 Amma İsa dönüb onlara qadağan etdi. 042 LUK 009 056 Sonra onlar başqa bir kəndə yollandılar. 042 LUK 009 057 Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 042 LUK 009 058 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 042 LUK 009 059 Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 042 LUK 009 060 İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et». 042 LUK 009 061 Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım». 042 LUK 009 062 Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil». 042 LUK 010 001 Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. 042 LUK 010 002 Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. 042 LUK 010 003 Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. 042 LUK 010 004 Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. 042 LUK 010 005 Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. 042 LUK 010 006 Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. 042 LUK 010 007 Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. 042 LUK 010 008 Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. 042 LUK 010 009 Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. 042 LUK 010 010 Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: 042 LUK 010 011 “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. 042 LUK 010 012 Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq. 042 LUK 010 013 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. 042 LUK 010 014 Amma qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 042 LUK 010 015 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. 042 LUK 010 016 Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir». 042 LUK 010 017 Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!» 042 LUK 010 018 İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. 042 LUK 010 019 Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. 042 LUK 010 020 Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb». 042 LUK 010 021 İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 042 LUK 010 022 Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz». 042 LUK 010 023 Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! 042 LUK 010 024 Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər». 042 LUK 010 025 Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» 042 LUK 010 026 İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» 042 LUK 010 027 Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». 042 LUK 010 028 İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». 042 LUK 010 029 Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?» 042 LUK 010 030 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. 042 LUK 010 031 Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. 042 LUK 010 032 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. 042 LUK 010 033 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. 042 LUK 010 034 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. 042 LUK 010 035 Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. 042 LUK 010 036 Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» 042 LUK 010 037 Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et». 042 LUK 010 038 İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. 042 LUK 010 039 Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. 042 LUK 010 040 Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». 042 LUK 010 041 Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. 042 LUK 010 042 Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq». 042 LUK 011 001 İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət». 042 LUK 011 002 İsa onlara dedi: «Dua edəndə belə deyin: Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin. Göydə olduğu kimi yerdə də Sənin iradən olsun. 042 LUK 011 003 Gündəlik çörəyimizi bizə hər gün ver. 042 LUK 011 004 Bizə borclu olan hər adamı bağışladığımıza görə Bizim günahlarımızı da bağışla. Bizi sınağa çəkmə». 042 LUK 011 005 Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver, 042 LUK 011 006 çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”. 042 LUK 011 007 Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”. 042 LUK 011 008 Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək. 042 LUK 011 009 Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 042 LUK 011 010 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 042 LUK 011 011 Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər? 042 LUK 011 012 Yaxud yumurta diləsə, ona əqrəb verər? 042 LUK 011 013 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» 042 LUK 011 014 İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi. 042 LUK 011 015 Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». 042 LUK 011 016 Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. 042 LUK 011 017 Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar. 042 LUK 011 018 Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram. 042 LUK 011 019 Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. 042 LUK 011 020 Lakin Mən cinləri Allahın qüdrəti ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. 042 LUK 011 021 Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır. 042 LUK 011 022 Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər. 042 LUK 011 023 Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır. 042 LUK 011 024 Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”. 042 LUK 011 025 Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər. 042 LUK 011 026 Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar». 042 LUK 011 027 İsa bunu deyərkən bir qadın camaatın arasından uca səslə Ona dedi: «Səni bətnində daşıyan və Səni əmizdirən nə bəxtiyardır!» 042 LUK 011 028 Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!» 042 LUK 011 029 Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. 042 LUK 011 030 Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq. 042 LUK 011 031 Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 042 LUK 011 032 Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır. 042 LUK 011 033 Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. 042 LUK 011 034 Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur. 042 LUK 011 035 Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın. 042 LUK 011 036 Əgər sənin bütün bədənin nurlu olub heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi bədənin də tamamilə nurlu olacaq». 042 LUK 011 037 İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu. 042 LUK 011 038 İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi. 042 LUK 011 039 Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub. 042 LUK 011 040 Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? 042 LUK 011 041 Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar. 042 LUK 011 042 Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. 042 LUK 011 043 Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz. 042 LUK 011 044 Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız». 042 LUK 011 045 Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən». 042 LUK 011 046 İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz. 042 LUK 011 047 Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər! 042 LUK 011 048 Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz. 042 LUK 011 049 Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”. 042 LUK 011 050 Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq. 042 LUK 011 052 Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz». 042 LUK 011 053 İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar. 042 LUK 011 054 Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar. 042 LUK 012 001 Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin. 042 LUK 012 002 Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 042 LUK 012 003 Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq. 042 LUK 012 004 Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. 042 LUK 012 005 Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! 042 LUK 012 006 Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. 042 LUK 012 007 Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 042 LUK 012 008 Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək. 042 LUK 012 009 Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq. 042 LUK 012 010 Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq. 042 LUK 012 011 Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin. 042 LUK 012 012 Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək». 042 LUK 012 013 İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». 042 LUK 012 014 İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?» 042 LUK 012 015 Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil». 042 LUK 012 016 İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi. 042 LUK 012 017 Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?” 042 LUK 012 018 Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram. 042 LUK 012 019 Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. 042 LUK 012 020 Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” 042 LUK 012 021 Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq». 042 LUK 012 022 İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. 042 LUK 012 023 Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir. 042 LUK 012 024 Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz! 042 LUK 012 025 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 042 LUK 012 026 Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz? 042 LUK 012 027 Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 042 LUK 012 028 Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir! 042 LUK 012 029 “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın. 042 LUK 012 030 Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. 042 LUK 012 031 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək. 042 LUK 012 032 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. 042 LUK 012 033 Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. 042 LUK 012 034 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq». 042 LUK 012 035 «Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. 042 LUK 012 036 Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar. 042 LUK 012 037 Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək. 042 LUK 012 038 Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır! 042 LUK 012 039 Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. 042 LUK 012 040 Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək». 042 LUK 012 041 Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?» 042 LUK 012 042 Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir? 042 LUK 012 043 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 042 LUK 012 044 Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 042 LUK 012 045 Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa, 042 LUK 012 046 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq. 042 LUK 012 047 Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək. 042 LUK 012 048 Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq. 042 LUK 012 049 Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı! 042 LUK 012 050 Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm! 042 LUK 012 051 Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! 042 LUK 012 052 Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. 042 LUK 012 053 Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq». 042 LUK 012 054 İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur. 042 LUK 012 055 Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur. 042 LUK 012 056 Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz? 042 LUK 012 057 Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz? 042 LUK 012 058 Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar. 042 LUK 012 059 Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan». 042 LUK 013 001 Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı. 042 LUK 013 002 İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? 042 LUK 013 003 Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. 042 LUK 013 004 Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz? 042 LUK 013 005 Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız». 042 LUK 013 006 Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. 042 LUK 013 007 O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?” 042 LUK 013 008 Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. 042 LUK 013 009 Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”». 042 LUK 013 010 İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi. 042 LUK 013 011 Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. 042 LUK 013 012 İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun». 042 LUK 013 013 İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. 042 LUK 013 014 Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox». 042 LUK 013 015 Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? 042 LUK 013 016 İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?» 042 LUK 013 017 İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi. 042 LUK 013 018 Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? 042 LUK 013 019 O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur». 042 LUK 013 020 İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim? 042 LUK 013 021 O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». 042 LUK 013 022 İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. 042 LUK 013 023 Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi: 042 LUK 013 024 «Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. 042 LUK 013 025 Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” 042 LUK 013 026 Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”. 042 LUK 013 027 O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” 042 LUK 013 028 İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. 042 LUK 013 029 Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq. 042 LUK 013 030 Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq». 042 LUK 013 031 O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir». 042 LUK 013 032 İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”. 042 LUK 013 033 Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz! 042 LUK 013 034 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 042 LUK 013 035 Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz». 042 LUK 014 001 Bir Şənbə günü İsa farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. Hamı Ona göz qoyurdu. 042 LUK 014 002 Onun qarşısında hidropos xəstəliyinə tutulmuş bir adam var idi. 042 LUK 014 003 İsa qanunşünas və fariseylərə xitab edərək soruşdu: «Şənbə günü insanlara şəfa verməyə icazə var ya yox?» 042 LUK 014 004 Amma onlar dinmirdi. İsa o adama əli ilə toxundu, onu sağaltdı və buraxdı. 042 LUK 014 005 İsa onlara dedi: «Sizlərdən kimin oğlu yaxud öküzü Şənbə günü quyuya düşsə, onu dərhal oradan dartıb çıxarmaz?» 042 LUK 014 006 Onlar İsanın bu sualına cavab verə bilmədilər. 042 LUK 014 007 İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi: 042 LUK 014 008 «Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var. 042 LUK 014 009 İkinizi də toya dəvət edən gəlib sənə “bu adama yer ver” desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan. 042 LUK 014 010 Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə “Dostum! Yuxarı başa keç” desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan. 042 LUK 014 011 Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək». 042 LUK 014 012 İsa Onu dəvət edənə də dedi: «Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin. 042 LUK 014 013 Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır. 042 LUK 014 014 Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək». 042 LUK 014 015 Süfrəyə oturanlardan biri bunu eşidib İsaya dedi: «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!» 042 LUK 014 016 Amma İsa ona dedi: «Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı. 042 LUK 014 017 Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin: “Buyurun, indi hər şey hazırdır”. 042 LUK 014 018 Amma hamı birdən üzr istəməyə başladı. Birincisi ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”. 042 LUK 014 019 Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”. 042 LUK 014 020 Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm”. 042 LUK 014 021 Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi: “Qaç, şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları buraya gətir”. 042 LUK 014 022 Qul isə dedi: “Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”. 042 LUK 014 023 Ağası quluna dedi: “Get, bütün yolları və çəpərləri gəz. Evim dolsun deyə adamları gəlməyə vadar et. 042 LUK 014 024 Sizə bunu deyirəm: ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq”». 042 LUK 014 025 İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi: 042 LUK 014 026 «Kim Mənim yanıma gəlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz həyatını Məndən üstün tutsa, Mənim şagirdim ola bilməz. 042 LUK 014 027 Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz. 042 LUK 014 028 Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox? 042 LUK 014 029 Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək: 042 LUK 014 030 “Bu adam tikintiyə başlayıb qurtara bilmədi”. 042 LUK 014 031 Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz? 042 LUK 014 032 Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər. 042 LUK 014 033 Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz. 042 LUK 014 034 Duz yaxşı şeydir, amma əgər duz öz dadını itirərsə, ona nə ilə dad verilə bilər? 042 LUK 014 035 O nə torpağa yarayar, nə də peyinə. Onu çölə atarlar. Eşitməyə qulağı olan eşitsin!» 042 LUK 015 001 Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. 042 LUK 015 002 Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər. 042 LUK 015 003 Amma İsa onlara bu məsəli çəkdi: 042 LUK 015 004 «Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? 042 LUK 015 005 Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. 042 LUK 015 006 Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!” 042 LUK 015 007 Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq. 042 LUK 015 008 Yaxud on dirhəmi olan hansı bir qadın bir dirhəmini itirsə, çıraq yandırıb evi süpürərək onu tapanadək diqqətlə axtarmaz? 042 LUK 015 009 Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!” 042 LUK 015 010 Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur». 042 LUK 015 011 İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi. 042 LUK 015 012 Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü. 042 LUK 015 013 Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. 042 LUK 015 014 Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. 042 LUK 015 015 Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. 042 LUK 015 016 Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. 042 LUK 015 017 Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! 042 LUK 015 018 Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim. 042 LUK 015 019 Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. 042 LUK 015 020 O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. 042 LUK 015 021 Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. 042 LUK 015 022 Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. 042 LUK 015 023 Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! 042 LUK 015 024 Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar. 042 LUK 015 025 Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. 042 LUK 015 026 O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” 042 LUK 015 027 Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. 042 LUK 015 028 Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. 042 LUK 015 029 Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim. 042 LUK 015 030 Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. 042 LUK 015 031 Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. 042 LUK 015 032 Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”» 042 LUK 016 001 İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. 042 LUK 016 002 Varlı adam onu yanına çağırıb dedi: “Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”. 042 LUK 016 003 İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. 042 LUK 016 004 İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”. 042 LUK 016 005 Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?” 042 LUK 016 006 O “yüz bat zeytun yağı” dedi. İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”. 042 LUK 016 007 Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?” O cavab verdi: “Yüz kor buğda”. İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”. 042 LUK 016 008 Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. 042 LUK 016 009 Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız. 042 LUK 016 010 Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. 042 LUK 016 011 Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? 042 LUK 016 012 Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər? 042 LUK 016 013 Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz». 042 LUK 016 014 Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar. 042 LUK 016 015 İsa da onlara belə dedi: «İnsanların qarşısında özünüzü saleh göstərən sizsiniz, amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir. 042 LUK 016 016 Qanun və Peyğəmbərlər Yəhyanın gəlişinə qədər idi. O vaxtdan bəri Allahın Padşahlığının Müjdəsi yayılır və hər kəs oraya zorla girməyə çalışır. 042 LUK 016 017 Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır. 042 LUK 016 018 Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir. 042 LUK 016 019 Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. 042 LUK 016 020 Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. 042 LUK 016 021 Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. 042 LUK 016 022 Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. 042 LUK 016 023 Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. 042 LUK 016 024 O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. 042 LUK 016 025 Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. 042 LUK 016 026 Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”. 042 LUK 016 027 Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. 042 LUK 016 028 Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”. 042 LUK 016 029 İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”. 042 LUK 016 030 Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”. 042 LUK 016 031 Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”». 042 LUK 017 001 İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 042 LUK 017 002 Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 042 LUK 017 003 Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. 042 LUK 017 004 Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla». 042 LUK 017 005 Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» 042 LUK 017 006 Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı. 042 LUK 017 007 Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? 042 LUK 017 008 Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? 042 LUK 017 009 Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? 042 LUK 017 010 Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”». 042 LUK 017 011 İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. 042 LUK 017 012 Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub 042 LUK 017 013 ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!» 042 LUK 017 014 İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular. 042 LUK 017 015 Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. 042 LUK 017 016 O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. 042 LUK 017 017 Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? 042 LUK 017 018 Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?» 042 LUK 017 019 Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi». 042 LUK 017 020 Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. 042 LUK 017 021 Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir». 042 LUK 017 022 İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. 042 LUK 017 023 Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! 042 LUK 017 024 Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. 042 LUK 017 025 Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır. 042 LUK 017 026 Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. 042 LUK 017 027 Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. 042 LUK 017 028 Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. 042 LUK 017 029 Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. 042 LUK 017 030 Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq. 042 LUK 017 031 O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. 042 LUK 017 032 Lutun arvadını yadınıza salın! 042 LUK 017 033 Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. 042 LUK 017 034 Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 042 LUK 017 035 Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». 042 LUK 017 037 Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar». 042 LUK 018 001 İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi. 042 LUK 018 002 O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. 042 LUK 018 003 Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”. 042 LUK 018 004 Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, 042 LUK 018 005 bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”». 042 LUK 018 006 Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. 042 LUK 018 007 Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? 042 LUK 018 008 Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?» 042 LUK 018 009 Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: 042 LUK 018 010 «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. 042 LUK 018 011 Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. 042 LUK 018 012 Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. 042 LUK 018 013 Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” 042 LUK 018 014 Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək». 042 LUK 018 015 Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. 042 LUK 018 016 Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 042 LUK 018 017 Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz». 042 LUK 018 018 Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 042 LUK 018 019 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 042 LUK 018 020 Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”». 042 LUK 018 021 Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 042 LUK 018 022 İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 042 LUK 018 023 Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi. 042 LUK 018 024 İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! 042 LUK 018 025 Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 042 LUK 018 026 Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?» 042 LUK 018 027 O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür». 042 LUK 018 028 Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 042 LUK 018 029 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, 042 LUK 018 030 bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın». 042 LUK 018 031 İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək. 042 LUK 018 032 Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək 042 LUK 018 033 və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək». 042 LUK 018 034 Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar. 042 LUK 018 035 İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi. 042 LUK 018 036 Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?» 042 LUK 018 037 Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir». 042 LUK 018 038 Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» 042 LUK 018 039 Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 042 LUK 018 040 İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu: 042 LUK 018 041 «Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın». 042 LUK 018 042 İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi». 042 LUK 018 043 Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi. 042 LUK 019 001 İsa Yerixoya daxil olub oradan keçirdi. 042 LUK 019 002 Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. 042 LUK 019 003 İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. 042 LUK 019 004 İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi. 042 LUK 019 005 İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». 042 LUK 019 006 O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. 042 LUK 019 007 Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!» 042 LUK 019 008 Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam». 042 LUK 019 009 İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. 042 LUK 019 010 Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir». 042 LUK 019 011 Onlar bu şeyləri dinləyərkən İsa bir məsəl də çəkdi. Çünki O, Yerusəlimə yaxınlaşmışdı və onlar elə düşünürdülər ki, Allahın Padşahlığı dərhal üzə çıxacaq. 042 LUK 019 012 İsa belə dedi: «Əsilzadələrdən olan bir nəfər padşah təyin olunub geri dönmək üçün uzaq bir ölkəyə yola düşdü. 042 LUK 019 013 Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”. 042 LUK 019 014 Lakin əhalisi bu adama nifrət etdi və onun ardınca elçilər göndərib dedi: “Bu adamın üzərimizdə padşah olmasını istəmirik”. 042 LUK 019 015 O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi. 042 LUK 019 016 Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”. 042 LUK 019 017 Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”. 042 LUK 019 018 İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”. 042 LUK 019 019 Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi. 042 LUK 019 020 Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım. 042 LUK 019 021 Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”. 042 LUK 019 022 Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi? 042 LUK 019 023 Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?” 042 LUK 019 024 Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!” 042 LUK 019 025 Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!” 042 LUK 019 026 O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq. 042 LUK 019 027 Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”» 042 LUK 019 028 İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. 042 LUK 019 029 Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək 042 LUK 019 030 dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. 042 LUK 019 031 Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz». 042 LUK 019 032 Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər. 042 LUK 019 033 Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?» 042 LUK 019 034 Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır». 042 LUK 019 035 Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər. 042 LUK 019 036 O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi. 042 LUK 019 037 İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı. 042 LUK 019 038 Onlar deyirdi: «Rəbbin ismi ilə gələn Padşaha alqış olsun! Göydə sülh, ən ucalarda izzət olsun!» 042 LUK 019 039 İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!» 042 LUK 019 040 Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!» 042 LUK 019 041 İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. 042 LUK 019 042 O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib. 042 LUK 019 043 Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. 042 LUK 019 044 Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın». 042 LUK 019 045 İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı. 042 LUK 019 046 Onlara belə dedi: «“Mənim evim dua evi olacaq” deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!» 042 LUK 019 047 İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı, 042 LUK 019 048 amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi. 042 LUK 020 001 Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb 042 LUK 020 002 Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» 042 LUK 020 003 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin: 042 LUK 020 004 Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» 042 LUK 020 005 Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 042 LUK 020 006 Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir». 042 LUK 020 007 Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır». 042 LUK 020 008 İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm». 042 LUK 020 009 İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi. 042 LUK 020 010 Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar. 042 LUK 020 011 Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar. 042 LUK 020 012 O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular. 042 LUK 020 013 Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”. 042 LUK 020 014 Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”. 042 LUK 020 015 Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək? 042 LUK 020 016 Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın». 042 LUK 020 017 Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub”. 042 LUK 020 018 Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək». 042 LUK 020 019 İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular. 042 LUK 020 020 İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. 042 LUK 020 021 Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən. 042 LUK 020 022 Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 042 LUK 020 023 Amma İsa onların hiyləsini başa düşüb belə dedi: 042 LUK 020 024 «Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin». 042 LUK 020 025 İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 042 LUK 020 026 İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular. 042 LUK 020 027 Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu: 042 LUK 020 028 «Müəllim, Musa bizim üçün belə yazmışdı: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 042 LUK 020 029 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü. 042 LUK 020 030 İkincisi də, 042 LUK 020 031 üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü. 042 LUK 020 032 Hamısından sonra bu qadın da öldü. 042 LUK 020 033 Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı». 042 LUK 020 034 İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. 042 LUK 020 035 Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. 042 LUK 020 036 Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır. 042 LUK 020 037 Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib. 042 LUK 020 038 Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir». 042 LUK 020 039 İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin». 042 LUK 020 040 Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər. 042 LUK 020 041 Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər? 042 LUK 020 042 Axı Davud özü Zəbur kitabında “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›” deyib. 042 LUK 020 044 Deməli, Davud Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» 042 LUK 020 045 Bütün xalq bu sözləri dinləyəndə İsa Öz şagirdlərinə dedi: 042 LUK 020 046 «İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər. 042 LUK 020 047 Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq». 042 LUK 021 001 İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü. 042 LUK 021 002 Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı. 042 LUK 021 003 İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı. 042 LUK 021 004 Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi». 042 LUK 021 005 Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: 042 LUK 021 006 «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq». 042 LUK 021 007 Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?» 042 LUK 021 008 İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin. 042 LUK 021 009 Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək». 042 LUK 021 010 Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. 042 LUK 021 011 Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq. 042 LUK 021 012 Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar. 042 LUK 021 013 Bu işlər şəhadət etdiyiniz vaxt olacaq. 042 LUK 021 014 Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz. 042 LUK 021 015 Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək. 042 LUK 021 016 Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. 042 LUK 021 017 Mənim adıma görə hamı sizə nifrət edəcək. 042 LUK 021 018 Amma başınızdan bir tük belə, əskik olmayacaq. 042 LUK 021 019 Dayanıb dözməklə canlarınızı qurtarın. 042 LUK 021 020 Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır. 042 LUK 021 021 O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin. 042 LUK 021 022 Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin. 042 LUK 021 023 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq. 042 LUK 021 024 Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq. 042 LUK 021 025 Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. 042 LUK 021 026 İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək. 042 LUK 021 027 O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 042 LUK 021 028 Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır». 042 LUK 021 029 İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın: 042 LUK 021 030 onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır. 042 LUK 021 031 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb. 042 LUK 021 032 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 042 LUK 021 033 Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək. 042 LUK 021 034 Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. 042 LUK 021 035 Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. 042 LUK 021 036 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun». 042 LUK 021 037 İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi. 042 LUK 021 038 Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi. 042 LUK 022 001 Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı. 042 LUK 022 002 Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular. 042 LUK 022 003 O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi. 042 LUK 022 004 O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin. 042 LUK 022 005 Onlar sevindilər və ona pul verməyə razı oldular. 042 LUK 022 006 Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı. 042 LUK 022 007 Pasxa quzusunun qurban kəsilməli olduğu Mayasız Çörək bayramı günü gəldi. 042 LUK 022 008 İsa Peter və Yəhyanı qabaqca göndərib «gedin, Pasxa yeməyimiz üçün bizə hazırlıq görün» dedi. 042 LUK 022 009 Onlarsa İsadan soruşdular: «Harada hazırlıq görməyimizi istəyirsən?» 042 LUK 022 010 İsa onlara dedi: «Bax siz şəhərə girəndə qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin. 042 LUK 022 011 Oranın sahibinə deyin: “Müəllim sənə deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağı haradadır?›” 042 LUK 022 012 Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün». 042 LUK 022 013 Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər. 042 LUK 022 014 Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu. 042 LUK 022 015 İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. 042 LUK 022 016 Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm». 042 LUK 022 017 Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün. 042 LUK 022 018 Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm». 042 LUK 022 019 Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 042 LUK 022 020 Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. 042 LUK 022 021 Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır. 042 LUK 022 022 Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!» 042 LUK 022 023 Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar. 042 LUK 022 024 Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu. 042 LUK 022 025 Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır. 042 LUK 022 026 Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun. 042 LUK 022 027 Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm. 042 LUK 022 028 Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz. 042 LUK 022 029 Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; 042 LUK 022 030 belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız. 042 LUK 022 031 Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. 042 LUK 022 032 Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir». 042 LUK 022 033 O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram». 042 LUK 022 034 Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən». 042 LUK 022 035 Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə». 042 LUK 022 036 Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. 042 LUK 022 037 Çünki sizə deyirəm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu” sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur». 042 LUK 022 038 Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir». 042 LUK 022 039 İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. 042 LUK 022 040 Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz». 042 LUK 022 041 İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. 042 LUK 022 042 O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». 042 LUK 022 043 Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. 042 LUK 022 044 İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi. 042 LUK 022 045 İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. 042 LUK 022 046 O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz». 042 LUK 022 047 İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. 042 LUK 022 048 Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» 042 LUK 022 049 İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?» 042 LUK 022 050 Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. 042 LUK 022 051 Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı. 042 LUK 022 052 İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz? 042 LUK 022 053 Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır». 042 LUK 022 054 İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi. 042 LUK 022 055 Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu. 042 LUK 022 056 Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi». 042 LUK 022 057 Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi. 042 LUK 022 058 Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!» 042 LUK 022 059 Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır». 042 LUK 022 060 Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm». Elə o danışdığı an xoruz banladı. 042 LUK 022 061 Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. 042 LUK 022 062 Ona görə oradan çıxıb hönkür-hönkür ağladı. 042 LUK 022 063 İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər. 042 LUK 022 064 Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?» 042 LUK 022 065 Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar. 042 LUK 022 066 Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. 042 LUK 022 067 Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız. 042 LUK 022 068 Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz. 042 LUK 022 069 Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq». 042 LUK 022 070 Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm». 042 LUK 022 071 Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik». 042 LUK 023 001 Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. 042 LUK 023 002 Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır». 042 LUK 023 003 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 042 LUK 023 004 Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm». 042 LUK 023 005 Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır». 042 LUK 023 006 Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?» 042 LUK 023 007 İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi. 042 LUK 023 008 Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu. 042 LUK 023 009 Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi. 042 LUK 023 010 Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər. 042 LUK 023 011 Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. 042 LUK 023 012 Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı. 042 LUK 023 013 O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb 042 LUK 023 014 onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim. 042 LUK 023 015 Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib. 042 LUK 023 016 Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm». 042 LUK 023 018 Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!» 042 LUK 023 019 Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı. 042 LUK 023 020 Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı. 042 LUK 023 021 Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar. 042 LUK 023 022 Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm». 042 LUK 023 023 Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi. 042 LUK 023 024 Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi. 042 LUK 023 025 Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi. 042 LUK 023 026 Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər. 042 LUK 023 027 İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi. 042 LUK 023 028 İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın. 042 LUK 023 029 Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər. 042 LUK 023 030 “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”. 042 LUK 023 031 Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?» 042 LUK 023 032 İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı. 042 LUK 023 033 Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər. 042 LUK 023 034 Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. 042 LUK 023 035 Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!» 042 LUK 023 036 Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib 042 LUK 023 037 belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» 042 LUK 023 038 Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı. 042 LUK 023 039 Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!» 042 LUK 023 040 O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! 042 LUK 023 041 Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi». 042 LUK 023 042 Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» 042 LUK 023 043 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan». 042 LUK 023 044 Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü, 042 LUK 023 045 günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı. 042 LUK 023 046 İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi. 042 LUK 023 047 Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi. 042 LUK 023 048 Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü. 042 LUK 023 049 İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar. 042 LUK 023 050 Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi. 042 LUK 023 051 O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi. 042 LUK 023 052 O, Pilatın yanına gedib İsanın cəsədini istədi. 042 LUK 023 053 Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu. 042 LUK 023 054 O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı. 042 LUK 023 055 İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. 042 LUK 023 056 Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər. 042 LUK 024 001 Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər. 042 LUK 024 002 Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. 042 LUK 024 003 Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. 042 LUK 024 004 Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. 042 LUK 024 005 Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? 042 LUK 024 006 O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. 042 LUK 024 007 Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». 042 LUK 024 008 Qadınlar da İsanın sözlərini yada saldılar. 042 LUK 024 009 Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. 042 LUK 024 010 Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. 042 LUK 024 011 Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. 042 LUK 024 012 Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı. 042 LUK 024 013 Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. 042 LUK 024 014 Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. 042 LUK 024 015 Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. 042 LUK 024 016 Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar. 042 LUK 024 017 İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. 042 LUK 024 018 Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» 042 LUK 024 019 İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. 042 LUK 024 020 Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. 042 LUK 024 021 Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. 042 LUK 024 022 Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib 042 LUK 024 023 Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. 042 LUK 024 024 Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər». 042 LUK 024 025 Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! 042 LUK 024 026 Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» 042 LUK 024 027 Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi. 042 LUK 024 028 Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. 042 LUK 024 029 Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi. 042 LUK 024 030 İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. 042 LUK 024 031 Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. 042 LUK 024 032 Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?» 042 LUK 024 033 Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. 042 LUK 024 034 Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». 042 LUK 024 035 Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər. 042 LUK 024 036 Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. 042 LUK 024 037 Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. 042 LUK 024 038 Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? 042 LUK 024 039 Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». 042 LUK 024 040 İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. 042 LUK 024 041 Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» 042 LUK 024 042 Ona bir tikə bişmiş balıq verdilər. 042 LUK 024 043 İsa da yeməyi götürüb onların qabağında yedi. 042 LUK 024 044 Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». 042 LUK 024 045 Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. 042 LUK 024 046 İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. 042 LUK 024 047 Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. 042 LUK 024 048 Siz bu hadisələrin şahidisiniz. 042 LUK 024 049 Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın». 042 LUK 024 050 İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; 042 LUK 024 051 xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. 042 LUK 024 052 Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. 042 LUK 024 053 Onlar daim Allaha alqış edərək məbəddə olurdular. # # BOOK 043 JOH John Yəhya 043 JOH 001 001 Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 043 JOH 001 002 O, başlanğıcda Allahla birlikdə idi. 043 JOH 001 003 Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 043 JOH 001 004 Həyat Onda idi və bu həyat insanların nuru idi. 043 JOH 001 005 Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 043 JOH 001 006 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 043 JOH 001 007 O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 043 JOH 001 008 O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 043 JOH 001 009 Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 043 JOH 001 010 O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 043 JOH 001 011 Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 043 JOH 001 012 Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 043 JOH 001 013 Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 043 JOH 001 014 Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 043 JOH 001 015 Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 043 JOH 001 016 Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 043 JOH 001 017 Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 043 JOH 001 018 Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. 043 JOH 001 019 Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 043 JOH 001 020 o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 043 JOH 001 021 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 043 JOH 001 022 Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 043 JOH 001 023 Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 043 JOH 001 024 Göndərilən bəzi fariseylər 043 JOH 001 025 Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 043 JOH 001 026 Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 043 JOH 001 028 Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 043 JOH 001 029 Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 043 JOH 001 030 “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 043 JOH 001 031 Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 043 JOH 001 032 Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 043 JOH 001 033 Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 043 JOH 001 034 Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». 043 JOH 001 035 Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 043 JOH 001 036 İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 043 JOH 001 037 Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 043 JOH 001 038 İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 043 JOH 001 039 İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 043 JOH 001 040 Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 043 JOH 001 041 Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 043 JOH 001 042 Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 043 JOH 001 043 Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 043 JOH 001 044 Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 043 JOH 001 045 Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 043 JOH 001 046 Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 043 JOH 001 047 İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 043 JOH 001 048 Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 043 JOH 001 049 Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 043 JOH 001 050 İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 043 JOH 001 051 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». 043 JOH 002 001 Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 043 JOH 002 002 İsa ilə şagirdləri də toya çağırılmışdı. 043 JOH 002 003 Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 043 JOH 002 004 İsa dedi: «Ay ana, Məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 043 JOH 002 005 Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 043 JOH 002 006 Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 043 JOH 002 007 İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 043 JOH 002 008 O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 043 JOH 002 009 Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 043 JOH 002 010 «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 043 JOH 002 011 İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 043 JOH 002 012 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. 043 JOH 002 013 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 043 JOH 002 014 Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 043 JOH 002 015 İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 043 JOH 002 016 göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 043 JOH 002 017 Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 043 JOH 002 018 Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 043 JOH 002 019 İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 043 JOH 002 020 Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 043 JOH 002 021 Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 043 JOH 002 022 İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 043 JOH 002 023 İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 043 JOH 002 024 Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 043 JOH 002 025 Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. 043 JOH 003 001 Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 043 JOH 003 002 O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 043 JOH 003 003 İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 043 JOH 003 004 Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 043 JOH 003 005 İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 043 JOH 003 006 Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 043 JOH 003 007 Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 043 JOH 003 008 Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 043 JOH 003 009 Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 043 JOH 003 010 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 043 JOH 003 011 Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 043 JOH 003 012 Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 043 JOH 003 013 Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 043 JOH 003 014 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 043 JOH 003 015 Ona iman edən hər kəs əbədi həyata malik olsun». 043 JOH 003 016 Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 043 JOH 003 017 Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 043 JOH 003 018 Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 043 JOH 003 019 Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 043 JOH 003 020 Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 043 JOH 003 021 Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. 043 JOH 003 022 Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 043 JOH 003 023 Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 043 JOH 003 024 Yəhya hələ zindana salınmamışdı. 043 JOH 003 025 Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 043 JOH 003 026 Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 043 JOH 003 027 Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 043 JOH 003 028 “Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 043 JOH 003 029 Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 043 JOH 003 030 İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 043 JOH 003 031 Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 043 JOH 003 032 Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 043 JOH 003 033 Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 043 JOH 003 034 Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 043 JOH 003 035 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 043 JOH 003 036 Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. 043 JOH 004 001 Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 043 JOH 004 002 əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 043 JOH 004 003 İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 043 JOH 004 004 Onun yolu Samariyadan keçirdi. 043 JOH 004 005 O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 043 JOH 004 006 Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 043 JOH 004 007 Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 043 JOH 004 008 Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 043 JOH 004 009 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 043 JOH 004 010 İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 043 JOH 004 011 Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 043 JOH 004 012 Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 043 JOH 004 013 İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 043 JOH 004 014 amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 043 JOH 004 015 Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 043 JOH 004 016 İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 043 JOH 004 017 Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 043 JOH 004 018 çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 043 JOH 004 019 Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 043 JOH 004 020 Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 043 JOH 004 021 İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 043 JOH 004 022 Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 043 JOH 004 023 Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 043 JOH 004 024 Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 043 JOH 004 025 Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 043 JOH 004 026 İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 043 JOH 004 027 Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 043 JOH 004 028 Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 043 JOH 004 029 «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 043 JOH 004 030 Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 043 JOH 004 031 Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 043 JOH 004 032 Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 043 JOH 004 033 Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 043 JOH 004 034 İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 043 JOH 004 035 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 043 JOH 004 036 Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 043 JOH 004 037 Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 043 JOH 004 038 Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 043 JOH 004 039 «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 043 JOH 004 040 Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 043 JOH 004 041 Daha çox adam da İsanın sözünə görə iman etdi. 043 JOH 004 042 Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 043 JOH 004 043 İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 043 JOH 004 044 Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 043 JOH 004 045 İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. 043 JOH 004 046 Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 043 JOH 004 047 O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 043 JOH 004 048 Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 043 JOH 004 049 Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 043 JOH 004 050 İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 043 JOH 004 051 Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 043 JOH 004 052 Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 043 JOH 004 053 O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 043 JOH 004 054 Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. 043 JOH 005 001 Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 043 JOH 005 002 Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 043 JOH 005 003 Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 043 JOH 005 005 Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 043 JOH 005 006 İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 043 JOH 005 007 Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 043 JOH 005 008 İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 043 JOH 005 009 O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 043 JOH 005 010 Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 043 JOH 005 011 O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 043 JOH 005 012 Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 043 JOH 005 013 Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 043 JOH 005 014 Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 043 JOH 005 015 O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 043 JOH 005 016 Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 043 JOH 005 017 Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 043 JOH 005 018 Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. 043 JOH 005 019 Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 043 JOH 005 020 Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 043 JOH 005 021 Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 043 JOH 005 022 Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 043 JOH 005 023 hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 043 JOH 005 024 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 043 JOH 005 025 Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 043 JOH 005 026 Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 043 JOH 005 027 Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 043 JOH 005 028 Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 043 JOH 005 029 qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 043 JOH 005 030 Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. 043 JOH 005 031 Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 043 JOH 005 032 Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 043 JOH 005 033 Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 043 JOH 005 034 Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 043 JOH 005 035 Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 043 JOH 005 036 Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 043 JOH 005 037 Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 043 JOH 005 038 Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 043 JOH 005 039 Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 043 JOH 005 040 sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 043 JOH 005 041 İnsanlardan izzət qəbul etmirəm. 043 JOH 005 042 Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 043 JOH 005 043 Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 043 JOH 005 044 Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 043 JOH 005 045 Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 043 JOH 005 046 Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 043 JOH 005 047 Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?» 043 JOH 006 001 Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi. 043 JOH 006 002 Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. 043 JOH 006 003 İsa dağa çıxıb şagirdləri ilə oturdu. 043 JOH 006 004 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. 043 JOH 006 005 İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?» 043 JOH 006 006 Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. 043 JOH 006 007 Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». 043 JOH 006 008 Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: 043 JOH 006 009 «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?» 043 JOH 006 010 İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi. 043 JOH 006 011 O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı. 043 JOH 006 012 Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın». 043 JOH 006 013 Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular. 043 JOH 006 014 O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi. 043 JOH 006 015 İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi. 043 JOH 006 016 Axşam çatanda İsanın şagirdləri gölə enib 043 JOH 006 017 bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi. 043 JOH 006 018 Güclü külək əsdiyindən göl dalğalanırdı. 043 JOH 006 019 Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular, 043 JOH 006 020 amma İsa onlara «Mənəm, qorxmayın» dedi. 043 JOH 006 021 Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı. 043 JOH 006 022 Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib. 043 JOH 006 023 O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər. 043 JOH 006 024 Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi. 043 JOH 006 025 İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. 043 JOH 006 026 İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. 043 JOH 006 027 Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». 043 JOH 006 028 Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?» 043 JOH 006 029 İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin». 043 JOH 006 030 Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən? 043 JOH 006 031 Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”». 043 JOH 006 032 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. 043 JOH 006 033 Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». 043 JOH 006 034 Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver». 043 JOH 006 035 İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. 043 JOH 006 036 Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. 043 JOH 006 037 Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. 043 JOH 006 038 Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. 043 JOH 006 039 Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. 043 JOH 006 040 Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». 043 JOH 006 041 Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib 043 JOH 006 042 dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?» 043 JOH 006 043 İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin. 043 JOH 006 044 Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. 043 JOH 006 045 Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. 043 JOH 006 046 Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. 043 JOH 006 047 Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. 043 JOH 006 048 Həyat çörəyi Mənəm. 043 JOH 006 049 Ata-babalarınız çöldə manna yedilər və öldülər. 043 JOH 006 050 Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. 043 JOH 006 051 Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». 043 JOH 006 052 Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. 043 JOH 006 053 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. 043 JOH 006 054 Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. 043 JOH 006 055 Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. 043 JOH 006 056 Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. 043 JOH 006 057 Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. 043 JOH 006 058 Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». 043 JOH 006 059 İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi. 043 JOH 006 060 Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?» 043 JOH 006 061 Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi? 043 JOH 006 062 Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə? 043 JOH 006 063 Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir. 043 JOH 006 064 Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi. 043 JOH 006 065 O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz». 043 JOH 006 066 Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi. 043 JOH 006 067 Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?» 043 JOH 006 068 Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. 043 JOH 006 069 Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən». 043 JOH 006 070 İsa onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir». 043 JOH 006 071 O bu sözləri Şimon İskaryot oğlu Yəhuda barədə söylədi, çünki On İki şagirddən biri olduğu halda İsaya xəyanət edəcəkdi. 043 JOH 007 001 Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. 043 JOH 007 002 Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. 043 JOH 007 003 Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün. 043 JOH 007 004 Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır». 043 JOH 007 005 Çünki qardaşları da Ona iman etmirdi. 043 JOH 007 006 Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. 043 JOH 007 007 Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm. 043 JOH 007 008 Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm». 043 JOH 007 009 İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı. 043 JOH 007 010 Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. 043 JOH 007 011 Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər. 043 JOH 007 012 Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi. 043 JOH 007 013 Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı. 043 JOH 007 014 Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. 043 JOH 007 015 Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?» 043 JOH 007 016 İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. 043 JOH 007 017 Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. 043 JOH 007 018 Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. 043 JOH 007 019 Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» 043 JOH 007 020 Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» 043 JOH 007 021 İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. 043 JOH 007 022 Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. 043 JOH 007 023 Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? 043 JOH 007 024 Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin». 043 JOH 007 025 Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? 043 JOH 007 026 Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? 043 JOH 007 027 Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». 043 JOH 007 028 İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, 043 JOH 007 029 Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». 043 JOH 007 030 Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. 043 JOH 007 031 Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?» 043 JOH 007 032 Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. 043 JOH 007 033 İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. 043 JOH 007 034 Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». 043 JOH 007 035 Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? 043 JOH 007 036 “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?» 043 JOH 007 037 Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. 043 JOH 007 038 Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». 043 JOH 007 039 Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi. 043 JOH 007 040 Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. 043 JOH 007 041 Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? 043 JOH 007 042 Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» 043 JOH 007 043 Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. 043 JOH 007 044 Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı. 043 JOH 007 045 Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu. 043 JOH 007 046 Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb». 043 JOH 007 047 Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb? 043 JOH 007 048 Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? 043 JOH 007 049 Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!» 043 JOH 007 050 Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi: 043 JOH 007 051 «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?» 043 JOH 007 052 Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz». 043 JOH 007 053 Bundan sonra hər kəs öz evinə getdi. 043 JOH 008 001 Lakin İsa Zeytun dağına getdi. 043 JOH 008 002 Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. 043 JOH 008 003 İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb 043 JOH 008 004 İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı. 043 JOH 008 005 Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?» 043 JOH 008 006 Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. 043 JOH 008 007 Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın». 043 JOH 008 008 Sonra yenə əyilib yerə yazı yazdı. 043 JOH 008 009 Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi. 043 JOH 008 010 İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?» 043 JOH 008 011 Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə». 043 JOH 008 012 Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». 043 JOH 008 013 Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil». 043 JOH 008 014 İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz. 043 JOH 008 015 Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm. 043 JOH 008 016 Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir. 043 JOH 008 017 Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır. 043 JOH 008 018 Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir». 043 JOH 008 019 Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız». 043 JOH 008 020 İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi. 043 JOH 008 021 Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz». 043 JOH 008 022 Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?» 043 JOH 008 023 İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm. 043 JOH 008 024 Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, Mən Oyam, günahlarınız içində öləcəksiniz». 043 JOH 008 025 Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam. 043 JOH 008 026 Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm». 043 JOH 008 027 İsanın onlara Ata barədə danışdığını anlamadılar. 043 JOH 008 028 Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram. 043 JOH 008 029 Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm». 043 JOH 008 030 İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi. 043 JOH 008 031 O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. 043 JOH 008 032 Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək». 043 JOH 008 033 Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?» 043 JOH 008 034 İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir. 043 JOH 008 035 Kölə evdə daim qalmaz, oğulsa daim qalar. 043 JOH 008 036 Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız. 043 JOH 008 037 İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır. 043 JOH 008 038 Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz». 043 JOH 008 039 Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz. 043 JOH 008 040 Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi. 043 JOH 008 041 Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır». 043 JOH 008 042 İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi. 043 JOH 008 043 Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz. 043 JOH 008 044 Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır. 043 JOH 008 045 Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız. 043 JOH 008 046 Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız? 043 JOH 008 047 Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz». 043 JOH 008 048 Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?» 043 JOH 008 049 İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız. 043 JOH 008 050 Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var. 043 JOH 008 051 Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək». 043 JOH 008 052 Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən. 043 JOH 008 053 Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?» 043 JOH 008 054 İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz, 043 JOH 008 055 lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm. 043 JOH 008 056 Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi». 043 JOH 008 057 Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?» 043 JOH 008 058 İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm». 043 JOH 008 059 O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı. 043 JOH 009 001 İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. 043 JOH 009 002 Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» 043 JOH 009 003 İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. 043 JOH 009 004 Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. 043 JOH 009 005 Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». 043 JOH 009 006 Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. 043 JOH 009 007 Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. 043 JOH 009 008 Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» 043 JOH 009 009 Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. 043 JOH 009 010 Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. 043 JOH 009 011 O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». 043 JOH 009 012 Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi. 043 JOH 009 013 Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar. 043 JOH 009 014 İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi. 043 JOH 009 015 Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm». 043 JOH 009 016 Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü. 043 JOH 009 017 Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi. 043 JOH 009 018 Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar. 043 JOH 009 019 Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» 043 JOH 009 020 Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub. 043 JOH 009 021 Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın». 043 JOH 009 022 Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun. 043 JOH 009 023 Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi. 043 JOH 009 024 Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». 043 JOH 009 025 O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm». 043 JOH 009 026 Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?» 043 JOH 009 027 Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?» 043 JOH 009 028 Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik. 043 JOH 009 029 Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik». 043 JOH 009 030 O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı. 043 JOH 009 031 Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. 043 JOH 009 032 Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. 043 JOH 009 033 Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi». 043 JOH 009 034 Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar. 043 JOH 009 035 O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?» 043 JOH 009 036 O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?» 043 JOH 009 037 İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». 043 JOH 009 038 O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi. 043 JOH 009 039 İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun». 043 JOH 009 040 Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular. 043 JOH 009 041 İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır. 043 JOH 010 001 Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. 043 JOH 010 002 Amma qapıdan girən qoyunların çobanıdır. 043 JOH 010 003 Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. 043 JOH 010 004 Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. 043 JOH 010 005 Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». 043 JOH 010 006 İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar. 043 JOH 010 007 İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. 043 JOH 010 008 Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. 043 JOH 010 009 Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. 043 JOH 010 010 Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. 043 JOH 010 011 Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. 043 JOH 010 012 Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 043 JOH 010 013 Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. 043 JOH 010 014 Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 043 JOH 010 016 Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq. 043 JOH 010 017 Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. 043 JOH 010 018 Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam». 043 JOH 010 019 Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 043 JOH 010 020 Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» 043 JOH 010 021 Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?» 043 JOH 010 022 O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. 043 JOH 010 023 İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. 043 JOH 010 024 Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». 043 JOH 010 025 İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. 043 JOH 010 026 Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz. 043 JOH 010 027 Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. 043 JOH 010 028 Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. 043 JOH 010 029 Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. 043 JOH 010 030 Mən və Ata birik». 043 JOH 010 031 Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. 043 JOH 010 032 İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» 043 JOH 010 033 Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». 043 JOH 010 034 İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? 043 JOH 010 035 Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. 043 JOH 010 036 Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? 043 JOH 010 037 Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. 043 JOH 010 038 Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». 043 JOH 010 039 Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı. 043 JOH 010 040 İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. 043 JOH 010 041 Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». 043 JOH 010 042 Bir çox adam da orada İsaya iman etdi. 043 JOH 011 001 Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. 043 JOH 011 002 Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. 043 JOH 011 003 Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. 043 JOH 011 004 İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq». 043 JOH 011 005 İsa Martanı, onun bacısını və Lazarı sevirdi. 043 JOH 011 006 Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. 043 JOH 011 007 Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. 043 JOH 011 008 Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» 043 JOH 011 009 İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. 043 JOH 011 010 Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». 043 JOH 011 011 İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». 043 JOH 011 012 Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». 043 JOH 011 013 İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. 043 JOH 011 014 Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. 043 JOH 011 015 Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». 043 JOH 011 016 «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək». 043 JOH 011 017 İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. 043 JOH 011 018 Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi. 043 JOH 011 019 Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. 043 JOH 011 020 Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. 043 JOH 011 021 Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. 043 JOH 011 022 Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». 043 JOH 011 023 İsa ona «qardaşın diriləcək» dedi. 043 JOH 011 024 Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». 043 JOH 011 025 İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, 043 JOH 011 026 yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» 043 JOH 011 027 Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən». 043 JOH 011 028 Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». 043 JOH 011 029 Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. 043 JOH 011 030 İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. 043 JOH 011 031 Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. 043 JOH 011 032 Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». 043 JOH 011 033 İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. 043 JOH 011 034 İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. 043 JOH 011 035 İsa ağladı. 043 JOH 011 036 Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. 043 JOH 011 037 Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?» 043 JOH 011 038 O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. 043 JOH 011 039 İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». 043 JOH 011 040 İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» 043 JOH 011 041 Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. 043 JOH 011 042 Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». 043 JOH 011 043 Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. 043 JOH 011 044 Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi. 043 JOH 011 045 Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. 043 JOH 011 046 Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı. 043 JOH 011 047 Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. 043 JOH 011 048 Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». 043 JOH 011 049 Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. 043 JOH 011 050 Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» 043 JOH 011 051 O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – 043 JOH 011 052 təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. 043 JOH 011 053 Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar. 043 JOH 011 054 Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı. 043 JOH 011 055 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. 043 JOH 011 056 Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?» 043 JOH 011 057 Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər. 043 JOH 012 001 Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 043 JOH 012 002 Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 043 JOH 012 003 Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 043 JOH 012 004 Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 043 JOH 012 005 «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 043 JOH 012 006 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 043 JOH 012 007 Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 043 JOH 012 008 Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam». 043 JOH 012 009 Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 043 JOH 012 010 Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 043 JOH 012 011 Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi. 043 JOH 012 012 Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 043 JOH 012 013 xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» deyə qışqırırdı. 043 JOH 012 014 İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb: 043 JOH 012 015 «Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir». 043 JOH 012 016 Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. 043 JOH 012 017 İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 043 JOH 012 018 Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. 043 JOH 012 019 Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi». 043 JOH 012 020 Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. 043 JOH 012 021 Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. 043 JOH 012 022 Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. 043 JOH 012 023 İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. 043 JOH 012 024 Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. 043 JOH 012 025 Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. 043 JOH 012 026 Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək. 043 JOH 012 027 İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 043 JOH 012 028 Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. 043 JOH 012 029 Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. 043 JOH 012 030 İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. 043 JOH 012 031 İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. 043 JOH 012 032 Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». 043 JOH 012 033 İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 043 JOH 012 034 Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» 043 JOH 012 035 Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. 043 JOH 012 036 Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. 043 JOH 012 037 Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. 043 JOH 012 038 Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?» 043 JOH 012 039 Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib: 043 JOH 012 040 «Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim». 043 JOH 012 041 Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. 043 JOH 012 042 Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. 043 JOH 012 043 Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər. 043 JOH 012 044 İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. 043 JOH 012 045 Məni görən də Məni Göndərəni görür. 043 JOH 012 046 Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. 043 JOH 012 047 Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. 043 JOH 012 048 Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. 043 JOH 012 049 Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. 043 JOH 012 050 Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm». 043 JOH 013 001 Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. 043 JOH 013 002 Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. 043 JOH 013 003 İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. 043 JOH 013 004 O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. 043 JOH 013 005 Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. 043 JOH 013 006 İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. 043 JOH 013 007 İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». 043 JOH 013 008 Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». 043 JOH 013 009 Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». 043 JOH 013 010 İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». 043 JOH 013 011 Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi. 043 JOH 013 012 İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? 043 JOH 013 013 Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. 043 JOH 013 014 İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. 043 JOH 013 015 Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. 043 JOH 013 016 Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil. 043 JOH 013 017 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız. 043 JOH 013 018 Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. 043 JOH 013 019 İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: Mən Oyam. 043 JOH 013 020 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər». 043 JOH 013 021 İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 043 JOH 013 022 Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. 043 JOH 013 023 Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. 043 JOH 013 024 Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. 043 JOH 013 025 Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» 043 JOH 013 026 İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. 043 JOH 013 027 Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. 043 JOH 013 028 İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. 043 JOH 013 029 Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. 043 JOH 013 030 Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi. 043 JOH 013 031 O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 043 JOH 013 032 İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. 043 JOH 013 033 Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. 043 JOH 013 034 Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 043 JOH 013 035 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz». 043 JOH 013 036 Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». 043 JOH 013 037 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». 043 JOH 013 038 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən. 043 JOH 014 001 Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. 043 JOH 014 002 Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? 043 JOH 014 003 Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. 043 JOH 014 004 Gedəcəyim yerə aparan yolu tanıyırsınız». 043 JOH 014 005 Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» 043 JOH 014 006 İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz. 043 JOH 014 007 Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». 043 JOH 014 008 Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». 043 JOH 014 009 İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? 043 JOH 014 010 Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. 043 JOH 014 011 Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın. 043 JOH 014 012 Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm 043 JOH 014 013 və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. 043 JOH 014 014 Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm. 043 JOH 014 015 Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. 043 JOH 014 016 Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. 043 JOH 014 017 O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq. 043 JOH 014 018 Sizi yetim qoymaram, yanınıza gələcəyəm. 043 JOH 014 019 Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. 043 JOH 014 020 O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm. 043 JOH 014 021 Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm». 043 JOH 014 022 İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?» 043 JOH 014 023 İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. 043 JOH 014 024 Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür. 043 JOH 014 025 Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim. 043 JOH 014 026 Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. 043 JOH 014 027 Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. 043 JOH 014 028 Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. 043 JOH 014 029 Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız. 043 JOH 014 030 Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. 043 JOH 014 031 Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək. 043 JOH 015 001 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. 043 JOH 015 002 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 043 JOH 015 003 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. 043 JOH 015 004 Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. 043 JOH 015 005 Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. 043 JOH 015 006 Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. 043 JOH 015 007 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. 043 JOH 015 008 Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. 043 JOH 015 009 Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. 043 JOH 015 010 Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram. 043 JOH 015 011 Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. 043 JOH 015 012 Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 043 JOH 015 013 Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. 043 JOH 015 014 Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. 043 JOH 015 015 Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. 043 JOH 015 016 Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 043 JOH 015 017 Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin. 043 JOH 015 018 Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib. 043 JOH 015 019 Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir. 043 JOH 015 020 Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər. 043 JOH 015 021 Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar. 043 JOH 015 022 Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur. 043 JOH 015 023 Mənə nifrət edən Atama da nifrət edir. 043 JOH 015 024 Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər. 043 JOH 015 025 Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin. 043 JOH 015 026 Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək. 043 JOH 015 027 Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz. 043 JOH 016 001 Büdrəməyəsiniz deyə bunları sizə söylədim. 043 JOH 016 002 Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. 043 JOH 016 003 Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. 043 JOH 016 004 İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız. Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim. 043 JOH 016 005 İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. 043 JOH 016 006 Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. 043 JOH 016 007 Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. 043 JOH 016 008 O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: 043 JOH 016 009 günah barədə, çünki Mənə iman etmirlər; 043 JOH 016 010 salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; 043 JOH 016 011 mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. 043 JOH 016 012 Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. 043 JOH 016 013 Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. 043 JOH 016 014 O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. 043 JOH 016 015 Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. 043 JOH 016 016 Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz». 043 JOH 016 017 O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?» 043 JOH 016 018 Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq». 043 JOH 016 019 İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz? 043 JOH 016 020 Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. 043 JOH 016 021 Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. 043 JOH 016 022 Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. 043 JOH 016 023 O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 043 JOH 016 024 İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun. 043 JOH 016 025 Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam. 043 JOH 016 026 O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. 043 JOH 016 027 Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız. 043 JOH 016 028 Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm». 043 JOH 016 029 Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən. 043 JOH 016 030 İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq». 043 JOH 016 031 İsa onlara dedi: «İndi inanırsınızmı? 043 JOH 016 032 Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir. 043 JOH 016 033 Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim». 043 JOH 017 001 İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. 043 JOH 017 002 Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. 043 JOH 017 003 Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. 043 JOH 017 004 Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. 043 JOH 017 005 Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver. 043 JOH 017 006 Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. 043 JOH 017 007 İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir. 043 JOH 017 008 Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar. 043 JOH 017 009 Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. 043 JOH 017 010 Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. 043 JOH 017 011 Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. 043 JOH 017 012 Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. 043 JOH 017 013 İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. 043 JOH 017 014 Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 043 JOH 017 015 Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. 043 JOH 017 016 Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 043 JOH 017 017 Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. 043 JOH 017 018 Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. 043 JOH 017 019 Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun. 043 JOH 017 020 Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, 043 JOH 017 021 hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. 043 JOH 017 022 Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. 043 JOH 017 023 Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. 043 JOH 017 024 Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. 043 JOH 017 025 Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. 043 JOH 017 026 Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum». 043 JOH 018 001 İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər. 043 JOH 018 002 Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. 043 JOH 018 003 Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. 043 JOH 018 004 İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. 043 JOH 018 005 Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. 043 JOH 018 006 İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar. 043 JOH 018 007 Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər. 043 JOH 018 008 İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». 043 JOH 018 009 Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin. 043 JOH 018 010 Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. 043 JOH 018 011 Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?» 043 JOH 018 012 Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar. 043 JOH 018 013 Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. 043 JOH 018 014 Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi başçılarına məsləhət vermişdi. 043 JOH 018 015 Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi. 043 JOH 018 016 Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi. 043 JOH 018 017 Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi. 043 JOH 018 018 Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi. 043 JOH 018 019 O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. 043 JOH 018 020 İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm. 043 JOH 018 021 Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər». 043 JOH 018 022 İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu. 043 JOH 018 023 İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?» 043 JOH 018 024 Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi. 043 JOH 018 025 Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi. 043 JOH 018 026 Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu. 043 JOH 018 027 Peter yenə inkar etdi. Həmin anda xoruz banladı. 043 JOH 018 028 Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər. 043 JOH 018 029 Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?» 043 JOH 018 030 Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik». 043 JOH 018 031 Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur». 043 JOH 018 032 Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin. 043 JOH 018 033 Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin Padşahı Sənsənmi?» 043 JOH 018 034 İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?» 043 JOH 018 035 Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?» 043 JOH 018 036 İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil». 043 JOH 018 037 Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar». 043 JOH 018 038 Pilat Ona «Həqiqət nədir?» dedi. Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm. 043 JOH 018 039 Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 043 JOH 018 040 Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi. 043 JOH 019 001 Onda Pilat İsanı aparıb qamçılatdı. 043 JOH 019 002 Əsgərlər də tikandan bir tac hörüb Onun başına qoydular və Ona tünd qırmızı paltar geyindirdilər. 043 JOH 019 003 Onlar İsanın yanına gəlib «Yəhudilərin Padşahı sağ olsun!» deyirdilər və Ona şillə vururdular. 043 JOH 019 004 Pilat yenə bayıra çıxıb Yəhudilərə dedi: «Budur, Onu bayıra, sizin yanınıza gətirirəm ki, Onda bir təqsir görmədiyimi biləsiniz». 043 JOH 019 005 O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: «O Adam budur!» 043 JOH 019 006 Başçı kahinlər və mühafizəçilər Onu gördükdə «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Pilat onlara dedi: «Onu özünüz götürüb çarmıxa çəkin, çünki mən Onda bir təqsir görmürəm». 043 JOH 019 007 Yəhudilər ona cavab verdilər: «Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın Oğlu adlandırır». 043 JOH 019 008 Pilat bu sözü eşidəndə daha da qorxdu. 043 JOH 019 009 Yenə vali sarayına girib İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi. 043 JOH 019 010 Pilat Ona dedi: «Mənəmi cavab vermirsən? Bilmirsən ki, Səni azad etməyə yaxud çarmıxa çəkməyə səlahiyyətim var?» 043 JOH 019 011 İsa ona cavab verdi: «Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də Məni sənə təslim edənin günahı daha böyükdür». 043 JOH 019 012 Bundan sonra Pilat Onu azad etməyə çalışdı, ancaq Yəhudilər bağırıb dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən. Kim özünü padşah elan edirsə, qeysərə qarşı çıxmış olur». 043 JOH 019 013 Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu. 043 JOH 019 014 Pasxaya hazırlıq günü idi. Altıncı saat radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi. 043 JOH 019 015 Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!» 043 JOH 019 016 Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi. Əsgərlər İsanı götürüb apardılar. 043 JOH 019 017 İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı. 043 JOH 019 018 Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi. 043 JOH 019 019 Pilat bir lövhə yazıb onu çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa». 043 JOH 019 020 Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı. 043 JOH 019 021 Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı adlandıran” yaz». 043 JOH 019 022 Pilat cavab verdi: «Nə yazdımsa, yazdım». 043 JOH 019 023 Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. 043 JOH 019 024 Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı «Aralarında paltarlarımı bölüşdürdülər, Geyimim üçün püşk atdılar» sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər. 043 JOH 019 025 İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. 043 JOH 019 026 İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» 043 JOH 019 027 Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı. 043 JOH 019 028 Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. 043 JOH 019 029 Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 043 JOH 019 030 İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı. 043 JOH 019 031 Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. 043 JOH 019 032 Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. 043 JOH 019 033 İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 043 JOH 019 034 Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. 043 JOH 019 035 Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. 043 JOH 019 036 Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. 043 JOH 019 037 Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir. 043 JOH 019 038 Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü. 043 JOH 019 039 Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya qədər qarışıq mirra və əzvay gətirdi. 043 JOH 019 040 İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. 043 JOH 019 041 İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. 043 JOH 019 042 Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi. 043 JOH 020 001 Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. 043 JOH 020 002 Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». 043 JOH 020 003 Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. 043 JOH 020 004 İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. 043 JOH 020 005 Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. 043 JOH 020 006 O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri 043 JOH 020 007 və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. 043 JOH 020 008 Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. 043 JOH 020 009 Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. 043 JOH 020 010 Beləcə şagirdlər yenə evlərinə qayıtdılar. 043 JOH 020 011 Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. 043 JOH 020 012 Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. 043 JOH 020 013 Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». 043 JOH 020 014 Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. 043 JOH 020 015 İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». 043 JOH 020 016 İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. 043 JOH 020 017 İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». 043 JOH 020 018 Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi. 043 JOH 020 019 O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. 043 JOH 020 020 Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. 043 JOH 020 021 İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». 043 JOH 020 022 Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! 043 JOH 020 023 Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır». 043 JOH 020 024 Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. 043 JOH 020 025 O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». 043 JOH 020 026 Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. 043 JOH 020 027 Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» 043 JOH 020 028 Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. 043 JOH 020 029 İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!» 043 JOH 020 030 İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. 043 JOH 020 031 Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız. 043 JOH 021 001 Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu: 043 JOH 021 002 Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi. 043 JOH 021 003 Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. 043 JOH 021 004 Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər. 043 JOH 021 005 İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər. 043 JOH 021 006 İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. 043 JOH 021 007 Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı. 043 JOH 021 008 O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər. 043 JOH 021 009 Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər. 043 JOH 021 010 İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin». 043 JOH 021 011 Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. 043 JOH 021 012 İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər. 043 JOH 021 013 İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi. 043 JOH 021 014 İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü. 043 JOH 021 015 Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». 043 JOH 021 016 İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar». 043 JOH 021 017 Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. 043 JOH 021 018 Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». 043 JOH 021 019 İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi. 043 JOH 021 020 Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi. 043 JOH 021 021 Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?» 043 JOH 021 022 İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». 043 JOH 021 023 Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi. 043 JOH 021 024 Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır. 043 JOH 021 025 İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı. # # BOOK 044 ACT Acts Həvarilərin Işləri 044 ACT 001 001 Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. 044 ACT 001 002 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. 044 ACT 001 003 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. 044 ACT 001 004 İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. 044 ACT 001 005 Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız». 044 ACT 001 006 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» 044 ACT 001 007 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. 044 ACT 001 008 Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». 044 ACT 001 009 İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. 044 ACT 001 010 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub 044 ACT 001 011 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq». 044 ACT 001 012 Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu qədərdir. 044 ACT 001 013 Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda. 044 ACT 001 014 İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdilər. 044 ACT 001 015 Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: 044 ACT 001 016 «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir. 044 ACT 001 017 Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. 044 ACT 001 018 Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü. 044 ACT 001 019 Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı. 044 ACT 001 020 Axı Zəbur kitabında yazılıb: “Məskəni viran olsun, Kimsəsiz, boş qalsın” və “Vəzifəsini başqası tutsun”. 044 ACT 001 021 Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». 044 ACT 001 023 Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər. 044 ACT 001 024 Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, 044 ACT 001 025 qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı». 044 ACT 001 026 Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi. 044 ACT 002 001 Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. 044 ACT 002 002 Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. 044 ACT 002 003 Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. 044 ACT 002 004 Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar. 044 ACT 002 005 Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. 044 ACT 002 006 Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. 044 ACT 002 007 Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? 044 ACT 002 008 Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? 044 ACT 002 009 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində, 044 ACT 002 010 Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan 044 ACT 002 011 Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». 044 ACT 002 012 Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» 044 ACT 002 013 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar». 044 ACT 002 014 Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. 044 ACT 002 015 Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır. 044 ACT 002 016 Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. 044 ACT 002 017 Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək. 044 ACT 002 018 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək. 044 ACT 002 019 Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək. 044 ACT 002 020 Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. 044 ACT 002 021 Rəbbin adını çağıran hər kəs xilas olacaq”. 044 ACT 002 022 Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir. 044 ACT 002 023 Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. 044 ACT 002 024 Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi. 044 ACT 002 025 Davud da Onun barəsində demişdi: “Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. 044 ACT 002 026 Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır. 044 ACT 002 027 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan. 044 ACT 002 028 Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”. 044 ACT 002 029 Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır. 044 ACT 002 030 Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi. 044 ACT 002 031 Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz. 044 ACT 002 032 Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq. 044 ACT 002 033 Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü. 044 ACT 002 034 Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi: 044 ACT 002 035 ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›”. 044 ACT 002 036 Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir». 044 ACT 002 037 Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» 044 ACT 002 038 Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. 044 ACT 002 039 Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». 044 ACT 002 040 Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». 044 ACT 002 041 Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu. 044 ACT 002 042 Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər. 044 ACT 002 043 Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi. 044 ACT 002 044 İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi. 044 ACT 002 045 Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar; 044 ACT 002 046 hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər. 044 ACT 002 047 Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu. 044 ACT 003 001 Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər. 044 ACT 003 002 Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. 044 ACT 003 003 O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. 044 ACT 003 004 Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». 044 ACT 003 005 Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. 044 ACT 003 006 Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». 044 ACT 003 007 Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. 044 ACT 003 008 Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. 044 ACT 003 009 Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. 044 ACT 003 010 Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü. 044 ACT 003 011 Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı. 044 ACT 003 012 Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüdrətimizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq. 044 ACT 003 013 İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi, 044 ACT 003 014 amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. 044 ACT 003 015 Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik. 044 ACT 003 016 Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı. 044 ACT 003 017 İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. 044 ACT 003 018 Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. 044 ACT 003 019 Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, 044 ACT 003 020 Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. 044 ACT 003 021 Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. 044 ACT 003 022 Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. 044 ACT 003 023 “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. 044 ACT 003 024 Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. 044 ACT 003 025 Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”. 044 ACT 003 026 Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi». 044 ACT 004 001 Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər. 044 ACT 004 002 Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. 044 ACT 004 003 Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. 044 ACT 004 004 Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı. 044 ACT 004 005 Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar. 044 ACT 004 006 Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. 044 ACT 004 007 Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?» 044 ACT 004 008 O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! 044 ACT 004 009 Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, 044 ACT 004 010 hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. 044 ACT 004 011 Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. 044 ACT 004 012 Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq». 044 ACT 004 013 Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. 044 ACT 004 014 Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. 044 ACT 004 015 Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb 044 ACT 004 016 dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. 044 ACT 004 017 Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər». 044 ACT 004 018 Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. 044 ACT 004 019 Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? 044 ACT 004 020 Axı eşidib-gördüklərimizi deməyə bilmərik». 044 ACT 004 021 Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi. 044 ACT 004 022 Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi. 044 ACT 004 023 Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar. 044 ACT 004 024 Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən. 044 ACT 004 025 Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin: “Nə üçün millətlər belə hirslənir, Ümmətlər boş şeylər düşünür? 044 ACT 004 026 Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”. 044 ACT 004 027 Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki, 044 ACT 004 028 Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. 044 ACT 004 029 İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. 044 ACT 004 030 Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». 044 ACT 004 031 Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı. 044 ACT 004 032 İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. 044 ACT 004 033 Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. 044 ACT 004 034 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, 044 ACT 004 035 həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. 044 ACT 004 036 Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif 044 ACT 004 037 sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi. 044 ACT 005 001 Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı. 044 ACT 005 002 O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. 044 ACT 005 003 Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? 044 ACT 005 004 Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın». 044 ACT 005 005 Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. 044 ACT 005 006 Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər. 044 ACT 005 007 Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi. 044 ACT 005 008 Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə». 044 ACT 005 009 Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər». 044 ACT 005 010 Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər. 044 ACT 005 011 Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü. 044 ACT 005 012 Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı. 044 ACT 005 013 Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. 044 ACT 005 014 Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. 044 ACT 005 015 Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı. 044 ACT 005 016 Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı. 044 ACT 005 017 Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. 044 ACT 005 018 Ona görə də həvariləri tutub ümumi zindana atdılar. 044 ACT 005 019 Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: 044 ACT 005 020 «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin». 044 ACT 005 021 Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. 044 ACT 005 022 Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: 044 ACT 005 023 «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». 044 ACT 005 024 Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar. 044 ACT 005 025 Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir». 044 ACT 005 026 Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər. 044 ACT 005 027 Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: 044 ACT 005 028 «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». 044 ACT 005 029 Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. 044 ACT 005 030 Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi. 044 ACT 005 031 İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. 044 ACT 005 032 Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir». 044 ACT 005 033 Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər. 044 ACT 005 034 Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar. 044 ACT 005 035 O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. 044 ACT 005 036 Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. 044 ACT 005 037 Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi. 044 ACT 005 038 İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək. 044 ACT 005 039 Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar, 044 ACT 005 040 həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər. 044 ACT 005 041 Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar. 044 ACT 005 042 Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər. 044 ACT 006 001 O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladılar. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. 044 ACT 006 002 Ona görə On İki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allahın kəlamını vəz etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil. 044 ACT 006 003 Ey qardaşlar, aranızda etibar qazanmış, Ruh və hikmətlə dolu olan yeddi kişi seçin ki, onları bu işə təyin edək. 044 ACT 006 004 Biz isə özümüzü duaya və Allahın kəlamını yaymağa həsr edək». 044 ACT 006 005 Bu sözlər bütün toplantının xoşuna gəldi. Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini qəbul edən Antakyalı Nikolanı seçdilər. Stefan iman və Müqəddəs Ruhla dolu bir kişi idi. 044 ACT 006 006 Bunları həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua edib onların üzərinə əl qoydular. 044 ACT 006 007 Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox kahinlər də bu imana tabe olurdu. 044 ACT 006 008 Lütf və qüdrətlə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi. 044 ACT 006 009 Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladılar. 044 ACT 006 010 Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana bilmədilər. 044 ACT 006 011 Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini eşitmişik». 044 ACT 006 012 Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına gətirdilər. 044 ACT 006 013 Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır. 044 ACT 006 014 “Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik». 044 ACT 006 015 Ali Şurada oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin üzünə bənzəyir. 044 ACT 007 001 Baş kahin Stefandan soruşdu: «Bunlar doğrudurmu?» 044 ACT 007 002 Stefan belə cavab verdi: «Qardaşlar və atalar, məni dinləyin! Atamız İbrahim hələ Mesopotamiyada ikən Xaranda məskunlaşmazdan əvvəl izzətli Allah ona göründü. 044 ACT 007 003 Ona belə dedi: “Öz torpağından, qohumlarının arasından çıx, sənə göstərəcəyim torpağa get”. 044 ACT 007 004 Buna görə İbrahim Xaldeylilərin ölkəsini tərk edib Xarana köçdü. Atasının ölümündən sonra Allah onu oradan da götürüb sizin indi yaşadığınız bu ölkəyə gətirdi. 044 ACT 007 005 Burada ona irs olaraq bir qarış belə, torpaq vermədi. Amma İbrahimin o zaman hələ övladı olmasa da, Allah bu torpağı mülk olaraq ona və onun gələcək nəslinə verəcəyini vəd etmişdi. 044 ACT 007 006 Allah ona belə dedi: “Nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək”. 044 ACT 007 007 “Ancaq onların köləlik edəcəkləri milləti Özüm cəzalandıracağam” dedi Allah, “bundan sonra oradan çıxacaqlar” və “bu yerdə Mənə ibadət edəcəklər”. 044 ACT 007 008 Sonra Allah onunla sünnətlə bağlı Əhd kəsdi. Beləliklə də, İbrahim İshaqın atası olarkən onu səkkiz günlük olanda sünnət etdi. Bundan sonra İshaqdan Yaqub, Yaqubdan da on iki ulu babamız törədi. 044 ACT 007 009 Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi. 044 ACT 007 010 Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi. 044 ACT 007 011 Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi. 044 ACT 007 012 Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi. 044 ACT 007 013 Onlar ikinci dəfə Misirə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu. 044 ACT 007 014 Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı. 044 ACT 007 015 Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü. 044 ACT 007 016 Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu. 044 ACT 007 017 Allahın İbrahimə bəyan etdiyi vədin həyata keçdiyi vaxt yaxınlaşanda Misirdəki xalqımızın sayı bir xeyli çoxalmışdı. 044 ACT 007 018 Axırda Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. 044 ACT 007 019 Bu adam soydaşlarımıza hiylə işlətdi, zorakılıqla ata-babalarımızı məcbur etdi ki, yeni doğulan körpələrini sağ qalmasın deyə bayıra atsınlar. 044 ACT 007 020 Bu dövrdə son dərəcə gözəl bir körpə olan Musa doğuldu. O, üç ay atasının evində bəsləndi. 044 ACT 007 021 Sonra o da bayıra atıldı. Onu fironun qızı tapıb özünə övlad etdi və öz oğlu kimi böyütdü. 044 ACT 007 022 Musa Misirlilərin bütün elmi biliklərinə bağlı tərbiyə alıb söz və əməlində güclü bir şəxsiyyət oldu. 044 ACT 007 023 Musa qırx yaşına çatanda ürəyində soydaşları İsrail övladlarının vəziyyətini yaxından bilmək arzusu oyandı. 044 ACT 007 024 Onlardan birinin zərər çəkdiyini görəndə Musa onu müdafiə etdi. Zərər vuran Misirlini öldürərək əzilən insanın intiqamını aldı. 044 ACT 007 025 O belə fikirləşdi: “Soydaşlarım dərk edəcəklər ki, mənim vasitəmlə Allah onları xilas edir”. Amma onlar bunu dərk etmədilər. 044 ACT 007 026 Ertəsi gün Musa dalaşan iki İsraillini görəndə onları barışdırmaq istədi və dedi: “Ay kişilər, siz soydaşsınız, niyə bir-birinizə zərər vurursunuz?” 044 ACT 007 027 Lakin soydaşına zərər vuran kişi Musanı itələyib dedi: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub? 044 ACT 007 028 Yoxsa dünən Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?” 044 ACT 007 029 Bu sözə görə Musa qaçdı. O, Midyan torpağında, qürbətdə yaşadı və orada iki oğul atası oldu. 044 ACT 007 030 Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü. 044 ACT 007 031 Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi: 044 ACT 007 032 “Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi. 044 ACT 007 033 Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. 044 ACT 007 034 Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”. 044 ACT 007 035 Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi. 044 ACT 007 036 O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi. 044 ACT 007 037 İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək” deyən bu Musadır. 044 ACT 007 038 Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin. 044 ACT 007 039 Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar. 044 ACT 007 040 Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” 044 ACT 007 041 O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular. 044 ACT 007 042 Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb: “Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi? 044 ACT 007 043 Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını, Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz. Elə buna görə də sizi Babilin o tayına sürgünə aparacağam”. 044 ACT 007 044 Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi. 044 ACT 007 045 Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı. 044 ACT 007 046 Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli üçün bir məskən qura bilsin. 044 ACT 007 047 Lakin Allaha ev tikən Süleyman oldu. 044 ACT 007 048 Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi 044 ACT 007 049 Rəbb belə deyir: “Göylər Mənim taxtımdır, Yer ayaqlarımın altındakı kətildir. Mənim üçün nə cür ev tikəcəksiniz, Dincələcəyim yer harada olacaq? 044 ACT 007 050 Bütün bunları Mənim əlim yaratmadımı?” 044 ACT 007 051 Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. 044 ACT 007 052 Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. 044 ACT 007 053 Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz». 044 ACT 007 054 Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. 044 ACT 007 055 Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. 044 ACT 007 056 O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». 044 ACT 007 057 Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. 044 ACT 007 058 Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. 044 ACT 007 059 Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». 044 ACT 007 060 Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu. 044 ACT 008 001 Stefanın qətlindən Şaul da razı qalmışdı. O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı. 044 ACT 008 002 Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar. 044 ACT 008 003 Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı. 044 ACT 008 004 Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. 044 ACT 008 005 Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. 044 ACT 008 006 Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. 044 ACT 008 007 Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. 044 ACT 008 008 Ona görə bu şəhərdə bol sevinc var idi. 044 ACT 008 009 Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi. 044 ACT 008 010 Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüdrəti budur». 044 ACT 008 011 Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar. 044 ACT 008 012 Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular. 044 ACT 008 013 Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu. 044 ACT 008 014 Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi. 044 ACT 008 015 Peterlə Yəhya oraya çatanda dua etdilər ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsınlar. 044 ACT 008 016 Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular. 044 ACT 008 017 Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhu aldılar. 044 ACT 008 018 Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək 044 ACT 008 019 dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın». 044 ACT 008 020 Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən. 044 ACT 008 021 Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil. 044 ACT 008 022 Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar. 044 ACT 008 023 Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən». 044 ACT 008 024 Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin». 044 ACT 008 025 Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar. 044 ACT 008 026 Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». 044 ACT 008 027 Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. 044 ACT 008 028 Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. 044 ACT 008 029 Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal». 044 ACT 008 030 Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?» 044 ACT 008 031 Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun. 044 ACT 008 032 O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi Ağzını açmadı. 044 ACT 008 033 Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür». 044 ACT 008 034 Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?» 044 ACT 008 035 Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. 044 ACT 008 036 Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?» 044 ACT 008 038 Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi. 044 ACT 008 039 Sudan çıxanda Rəbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. 044 ACT 008 040 Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı. 044 ACT 009 001 Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib 044 ACT 009 002 ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. 044 ACT 009 003 Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. 044 ACT 009 004 Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» 044 ACT 009 005 Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. 044 ACT 009 006 Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». 044 ACT 009 007 Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. 044 ACT 009 008 Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. 044 ACT 009 009 Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi. 044 ACT 009 010 Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» 044 ACT 009 011 Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 044 ACT 009 012 O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». 044 ACT 009 013 Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. 044 ACT 009 014 Burada Sənin adını çağıranların hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». 044 ACT 009 015 Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. 044 ACT 009 016 Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». 044 ACT 009 017 Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». 044 ACT 009 018 O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. 044 ACT 009 019 Sonra yemək yeyib taqətə gəldi. Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. 044 ACT 009 020 Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. 044 ACT 009 021 Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» 044 ACT 009 022 Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı. 044 ACT 009 023 Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. 044 ACT 009 024 Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 044 ACT 009 025 Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər. 044 ACT 009 026 Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. 044 ACT 009 027 Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. 044 ACT 009 028 Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi. 044 ACT 009 029 O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər. 044 ACT 009 030 İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər. 044 ACT 009 031 Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı. 044 ACT 009 032 Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. 044 ACT 009 033 Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi. 044 ACT 009 034 Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. 044 ACT 009 035 Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü. 044 ACT 009 036 Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. 044 ACT 009 037 Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. 044 ACT 009 038 Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». 044 ACT 009 039 Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. 044 ACT 009 040 Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. 044 ACT 009 041 Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 044 ACT 009 042 Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. 044 ACT 009 043 Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı. 044 ACT 010 001 Qeysəriyyədə Korneli adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi. 044 ACT 010 002 Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua edərdi. 044 ACT 010 003 Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!» 044 ACT 010 004 Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu. 044 ACT 010 005 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 044 ACT 010 006 O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır». 044 ACT 010 007 Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı. 044 ACT 010 008 Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi. 044 ACT 010 009 Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı. 044 ACT 010 010 O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. 044 ACT 010 011 O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi. 044 ACT 010 012 Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi. 044 ACT 010 013 Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!» 044 ACT 010 014 Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm». 044 ACT 010 015 Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə». 044 ACT 010 016 Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi. 044 ACT 010 017 Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb 044 ACT 010 018 bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?» 044 ACT 010 019 Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır. 044 ACT 010 020 Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm». 044 ACT 010 021 Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?» 044 ACT 010 022 Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın». 044 ACT 010 023 Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu. 044 ACT 010 024 Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi. 044 ACT 010 025 Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi. 044 ACT 010 026 Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam». 044 ACT 010 027 Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, oraya xeyli adam yığılıb. 044 ACT 010 028 Onlara belə dedi: «Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelli ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi. 044 ACT 010 029 Buna görə məni çağıranda etiraz etmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız?» 044 ACT 010 030 Korneli cavab verdi: «Üç gün əvvəl elə bu vaxtlarda doqquzuncu saatın duasını edirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı 044 ACT 010 031 və dedi: “Ey Korneli, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı. 044 ACT 010 032 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır”. 044 ACT 010 033 Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr etdiyi hər sözə qulaq asmağa hazırıq». 044 ACT 010 034 Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir. 044 ACT 010 035 Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur. 044 ACT 010 036 O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı. 044 ACT 010 037 Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. 044 ACT 010 038 Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. 044 ACT 010 039 Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. 044 ACT 010 040 Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi Öz şahidlərinə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. 044 ACT 010 042 Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. 044 ACT 010 043 Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır». 044 ACT 010 044 Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. 044 ACT 010 045 Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı; 044 ACT 010 046 onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi: 044 ACT 010 047 «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» 044 ACT 010 048 Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın. 044 ACT 011 001 Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. 044 ACT 011 002 Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək 044 ACT 011 003 dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən». 044 ACT 011 004 Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: 044 ACT 011 005 «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. 044 ACT 011 006 Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. 044 ACT 011 007 Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” 044 ACT 011 008 Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”. 044 ACT 011 009 Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. 044 ACT 011 010 Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. 044 ACT 011 011 Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. 044 ACT 011 012 Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. 044 ACT 011 013 Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 044 ACT 011 014 Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. 044 ACT 011 015 Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. 044 ACT 011 016 Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. 044 ACT 011 017 Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» 044 ACT 011 018 Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın». 044 ACT 011 019 Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. 044 ACT 011 020 Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. 044 ACT 011 021 Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 044 ACT 011 022 Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. 044 ACT 011 023 O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. 044 ACT 011 024 Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. 044 ACT 011 025 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 044 ACT 011 026 Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı. 044 ACT 011 027 Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 044 ACT 011 028 Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. 044 ACT 011 029 Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 044 ACT 011 030 Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər. 044 ACT 012 001 O vaxtlar padşah Hirod cəmiyyətin bəzi üzvlərinə zülm etməyə əl atdı. 044 ACT 012 002 Yəhyanın qardaşı Yaqubu qılıncdan keçirib edam etdirdi. 044 ACT 012 003 Bundan Yəhudilərin razı qaldığını görüb üstəlik Peteri də tutdurdu. Bunu Mayasız Çörək bayramı vaxtında etdi. 044 ACT 012 004 O, Peteri yaxalatdırıb zindana saldırdı; onu hər birində dörd nəfər olmaqla dörd əsgəri dəstəyə nəzarət altında saxlanmaq üçün təslim etdi. Niyyətində tutmuşdu ki, Pasxa bayramından sonra xalq qarşısında onun məhkəməsini keçirsin. 044 ACT 012 005 Peter buna görə zindanda saxlanılırdı. Lakin imanlılar cəmiyyəti ciddi-cəhdlə onun üçün Allaha dua edirdi. 044 ACT 012 006 Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu. 044 ACT 012 007 Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü. 044 ACT 012 008 Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl». 044 ACT 012 009 Peter onun ardınca düşərək bayıra çıxdı. Amma mələyin etdiyinin həqiqi olduğunu başa düşmürdü, elə bilirdi ki, bir görüntü görür. 044 ACT 012 010 Birinci, ikinci qarovulçunun yanından keçərək şəhərə açılan dəmir darvazaya çatdılar. Onların qarşısında darvaza öz-özünə açıldı. Onlar çıxıb küçə uzunu getdilər. Birdən mələk Peterdən ayrıldı. 044 ACT 012 011 O andaca özünə gələn Peter dedi: «İndi əminliklə başa düşdüm ki, Rəbb Öz mələyini göndərib məni Hirodun əlindən və Yəhudi xalqının gözlədiyi bütün bəlalardan qurtardı». 044 ACT 012 012 Peter bunları dərk edəndə Mark adlanan Yəhyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. 044 ACT 012 013 Peter həyət qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. 044 ACT 012 014 Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə, açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. 044 ACT 012 015 Onlar isə belə dedilər: «Dəli olmusan?» Amma qız dediyinin üstündə durdu. Belə olanda dedilər: «Yəqin onu qoruyan mələkdir». 044 ACT 012 016 Peter isə dayanmadan qapını döyürdü. Qapını açıb onu görəndə mat qaldılar. 044 ACT 012 017 Peter əli ilə susmaq işarəsi verərək Rəbbin onu necə zindandan çıxardığını nəql etdi. Sonra «bu xəbəri Yaquba və o biri qardaşlara da çatdırın» deyərək onlardan ayrılıb başqa yerə getdi. 044 ACT 012 018 Səhər açılanda əsgərləri böyük bir vahimə bürüdü. Bir-birlərindən soruşdular: «Bəs Peter necə oldu?» 044 ACT 012 019 Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi. Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. 044 ACT 012 020 Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi. 044 ACT 012 021 Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi. 044 ACT 012 022 Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!» 044 ACT 012 023 O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı. 044 ACT 012 024 Allahın kəlamı isə yayılırdı və təsiri artırdı. 044 ACT 012 025 Barnaba və Şaul Yerusəlimdəki xidmətlərini yerinə yetirəndən sonra Mark adlanan Yəhyanı özləri ilə götürüb geri qayıtdılar. 044 ACT 013 001 Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul. 044 ACT 013 002 Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın». 044 ACT 013 003 Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydular və onları yola saldılar. 044 ACT 013 004 Müqəddəs Ruhun əmri ilə yola çıxan Barnaba və Şaul Selevkiyaya getdilər və oradan da gəmi ilə Kiprə getdilər. 044 ACT 013 005 Salamisə çatanda Yəhudilərin sinaqoqlarında Allahın kəlamını bəyan etməyə başladılar. Yəhya isə onların köməkçisi idi. 044 ACT 013 006 Adanı başdan-başa gəzərək Pafosa çatdılar. Orada Baryeşu adlı bir Yəhudi cadugər və yalançı peyğəmbərə rast gəldilər. 044 ACT 013 007 Baryeşu vali Sergi Paula yaxın adam idi. Ağıllı kişi olan vali Barnaba ilə Şaulu çağırtdırıb Allahın kəlamına qulaq asmaq istədi. 044 ACT 013 008 Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı. 044 ACT 013 009 Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib 044 ACT 013 010 dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi? 044 ACT 013 011 İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin. 044 ACT 013 012 Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi. 044 ACT 013 013 Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. 044 ACT 013 014 Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular. 044 ACT 013 015 Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin». 044 ACT 013 016 Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın. 044 ACT 013 017 Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı. 044 ACT 013 018 Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü. 044 ACT 013 019 Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi. 044 ACT 013 020 Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. 044 ACT 013 021 Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi. 044 ACT 013 022 Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. 044 ACT 013 023 Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. 044 ACT 013 024 İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. 044 ACT 013 025 Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”. 044 ACT 013 026 Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib. 044 ACT 013 027 Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. 044 ACT 013 028 Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər. 044 ACT 013 029 Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular. 044 ACT 013 030 Lakin Allah Onu ölülər arasından diriltdi. 044 ACT 013 031 İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir. 044 ACT 013 032 Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, 044 ACT 013 033 Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb: “Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum”. 044 ACT 013 034 Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”. 044 ACT 013 035 Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”. 044 ACT 013 036 Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi. 044 ACT 013 037 Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi. 044 ACT 013 038 Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq, 044 ACT 013 039 iman edən hər kəs bu İnsanda saleh sayılacaq. 044 ACT 013 040 Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin: 044 ACT 013 041 “Baxın, siz ey xor baxanlar, Mat qalın və yox olun. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Sizə danışsaydılar, inanmazdınız”». 044 ACT 013 042 Paulla Barnaba sinaqoqdan çıxarkən camaat onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar. 044 ACT 013 043 Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər. 044 ACT 013 044 Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. 044 ACT 013 045 İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. 044 ACT 013 046 Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. 044 ACT 013 047 Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”». 044 ACT 013 048 Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. 044 ACT 013 049 Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. 044 ACT 013 050 Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular. 044 ACT 013 051 Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər. 044 ACT 013 052 Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular. 044 ACT 014 001 Konyada Paulla Barnaba Yəhudilərin sinaqoquna birlikdə daxil olub elə danışdılar ki, həm Yəhudilərdən, həm də Yunanlardan ibarət böyük kütləni imana gətirdilər. 044 ACT 014 002 Amma inanmayan Yəhudilər başqa millətlərdən olanları qızışdıraraq onları imanlıların əleyhinə qaldırdılar. 044 ACT 014 003 Xeyli vaxt orada qalan Paulla Barnaba cəsarətlə Rəbb haqqında danışırdı. Rəbb isə onlara əlamət və xariqə göstərmək gücünü verməklə Öz lütfü barədə kəlamı təsdiqlədi. 044 ACT 014 004 Amma şəhər əhalisi iki hissəyə bölündü. Bəziləri Yəhudilərin, bəziləri isə həvarilərin tərəfini saxladı. 044 ACT 014 005 Yəhudilərlə başqa millətlərdən olanlar və onların rəhbərləri həvariləri təhqir edərək daşqalaq etmək üçün bir sui-qəsd hazırladı. 044 ACT 014 006 Bundan xəbər tutan bu həvarilər Likaoniyanın Listra ilə Derbe şəhərlərinə və oranın ətraf yerlərinə qaçdılar. 044 ACT 014 007 Orada da Müjdəni yaydılar. 044 ACT 014 008 Listrada ayaqlarından şikəst olan bir kişi var idi. Bu adam anadangəlmə əlil idi, heç vaxt yeriməmişdi. 044 ACT 014 009 O, Paulun dediklərinə qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var. 044 ACT 014 010 Ona görə bərkdən dedi: «Qalx, ayaq üstə dur!» Bu adam yerindən atılıb yeriməyə başladı. 044 ACT 014 011 Camaat Paulun etdiyini görəndə haray salıb Likaoniya dilində dedi: «Tanrılar insan şəklində yanımıza gəlib!» 044 ACT 014 012 Barnabaya Zevs, Paula isə aparıcı natiq olduğuna görə Hermes dedilər. 044 ACT 014 013 Şəhərin qarşısında yerləşən Zevs məbədinin kahini şəhər darvazalarına buğalar və çələnglər gətirdi. O, camaatla birgə qurban kəsmək istədi. 044 ACT 014 014 Amma həvarilər – Barnaba ilə Paul bunu eşidən kimi paltarlarını cırdılar və izdihamın içinə girib haray çəkdilər: 044 ACT 014 015 «Ay ağalar, niyə belə edirsiniz? Biz də sizin kimi insanıq, eyni varlığıq. Sizə Müjdə gətirmişik. Əl çəkin bu boş şeylərdən. Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, var olan Allaha tərəf dönün. 044 ACT 014 016 O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi. 044 ACT 014 017 Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş edir, sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq edir». 044 ACT 014 018 Bu sözlərlə camaatın onlara qurban kəsməsinin qarşısını bir çətinliklə aldılar. 044 ACT 014 019 Antakya və Konyadan bəzi Yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq etdilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər. 044 ACT 014 020 Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün isə Barnaba ilə birlikdə Derbeyə getdi. 044 ACT 014 021 O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar. Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı. 044 ACT 014 022 Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik». 044 ACT 014 023 İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər. 044 ACT 014 024 Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. 044 ACT 014 025 Pergedə kəlamı yayandan sonra Antalyaya getdilər. 044 ACT 014 026 Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. 044 ACT 014 027 Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər 044 ACT 014 028 və şagirdlərin yanında uzun müddət qaldılar. 044 ACT 015 001 Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı imanlı bacı-qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». 044 ACT 015 002 Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sualın müzakirəsi üçün həvarilər və ağsaqqallarla görüşsünlər. 044 ACT 015 003 Beləliklə, cəmiyyət tərəfindən göndərilənlər Finikiya və Samariya bölgələrindən keçdilər. Başqa millətlərin Allaha tərəf necə dönmələrini xəbər verə-verə oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilər. 044 ACT 015 004 Yerusəlimə çatanda oradakı imanlılar cəmiyyəti və həvarilərlə ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitəsilə etdiyi hər şeyi danışdılar. 044 ACT 015 005 Amma farisey təriqətindən olmuş bəzi imanlılar qalxıb belə dedilər: «Başqa millətlərdən olanları sünnət etmək və onlara Musanın Qanununa riayət etmələrini əmr etmək lazımdır». 044 ACT 015 006 Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün toplaşdılar. 044 ACT 015 007 Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi: «Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim dilimdən eşidib iman etsinlər. 044 ACT 015 008 İnsanın ürəyindən xəbərdar olan Allah bizə verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir. 044 ACT 015 009 Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilə onların da ürəklərini təmizlədi. 044 ACT 015 010 Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz? 044 ACT 015 011 Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da». 044 ACT 015 012 Onda bütün toplantı sakitləşdi və Barnaba ilə Paula qulaq asmağa başladılar. Barnaba ilə Paul Allahın onlar vasitəsilə başqa millətlər arasında göstərdiyi əlamət və xariqələrin hamısını danışdı. 044 ACT 015 013 Onlar sözlərini yekunlaşdırandan sonra Yaqub söz alıb dedi: «Qardaşlar, mənə qulaq asın! 044 ACT 015 014 Allah başqa millətlərdən Öz adı üçün bir xalq yaratmaq məqsədi ilə onlara ilk dəfə necə nəzər salması barədə Şimon izahat verdi. 044 ACT 015 015 Peyğəmbərlərin sözləri bunu təsdiqləyir. Orada yazıldığı kimi: 044 ACT 015 016 “Bundan sonra qayıdacağam, Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dağılan yerlərini yenidən tikəcəyəm, Onu əvvəlki halına salacağam, 044 ACT 015 017 Ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”. 044 ACT 015 019 Beləliklə, bu qərara gəlmişəm ki, başqa millətlərdən Allaha tərəf dönənlərə maneçilik törətməməliyik. 044 ACT 015 020 Lakin onlara yazmalıyıq ki, bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər; əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar. 044 ACT 015 021 Çünki qədim nəsillərin dövründən bəri hər şəhərdə Musanın sözlərini vəz edənlər var və bu sözlər hər Şənbə günü sinaqoqlarda oxunmaqdadır». 044 ACT 015 022 Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldilər ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsinlər. İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər. 044 ACT 015 023 Onların əlinə bu məktubu verib göndərdilər: «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam! 044 ACT 015 024 Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq. 044 ACT 015 025 Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq. 044 ACT 015 026 Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb. 044 ACT 015 027 Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər. 044 ACT 015 028 Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik: 044 ACT 015 029 Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın». 044 ACT 015 030 Beləliklə, adamlar yola düşüb Antakyaya getdilər və camaatı bir yerə yığıb məktubu onlara verdilər. 044 ACT 015 031 İmanlılar ucadan oxunan məktubun ürəkləndirici sözlərindən sevindilər. 044 ACT 015 032 İkisi də peyğəmbər olan Yəhuda və Sila bir çox danışıqlar apararaq imanlı bacı-qardaşları ürəkləndirib ruhən möhkəmləndirdilər. 044 ACT 015 033 Bir müddət orada qalandan sonra onları göndərənlərin yanına qayıtmaq üçün bacı-qardaşlar tərəfindən əmin-arxayın yola salındılar. 044 ACT 015 035 Paulla Barnaba Antakyada qalıb xeyli başqa adamla birlikdə Rəbbin kəlamını öyrədərək Müjdəni yaydılar. 044 ACT 015 036 Bundan bir qədər sonra Paul Barnabaya dedi: «Rəbbin kəlamını elan etdiyimiz bütün şəhərlərə qayıdıb imanlı bacı-qardaşlara baş çəkək, hal-əhval tutaq». 044 ACT 015 037 Barnaba istədi ki, Mark adlanan Yəhyanı da aparsınlar. 044 ACT 015 038 Amma Paul Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan adamı özləri ilə götürməyi məsləhət bilmədi. 044 ACT 015 039 Onların arasında elə kəskin fikir ayrılığı oldu ki, bir-birlərindən ayrıldılar. Barnaba Markı götürüb Kiprə doğru yelkən açdı. 044 ACT 015 040 Paul isə Silanı seçdi və imanlı bacı-qardaşlar tərəfindən Rəbbin lütfünə əmanət ediləndən sonra yola çıxdı. 044 ACT 015 041 Onlar Suriya və Kilikiyanı gəzib-dolaşdılar və cəmiyyətləri möhkəmləndirdilər. 044 ACT 016 001 Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi. 044 ACT 016 002 Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi. 044 ACT 016 003 Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. 044 ACT 016 004 Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər. 044 ACT 016 005 Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı. 044 ACT 016 006 Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər. 044 ACT 016 007 Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi. 044 ACT 016 008 Ona görə Misiyadan keçib Troasa getdilər. 044 ACT 016 009 O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!» 044 ACT 016 010 Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır. 044 ACT 016 011 Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik. 044 ACT 016 012 Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq. 044 ACT 016 013 Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq. 044 ACT 016 014 Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi. 044 ACT 016 015 Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi. 044 ACT 016 016 Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi. 044 ACT 016 017 O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər». 044 ACT 016 018 Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı. 044 ACT 016 019 Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər. 044 ACT 016 020 Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar. 044 ACT 016 021 Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar». 044 ACT 016 022 Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər. 044 ACT 016 023 Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar. 044 ACT 016 024 Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı. 044 ACT 016 025 Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. 044 ACT 016 026 Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. 044 ACT 016 027 Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. 044 ACT 016 028 Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!» 044 ACT 016 029 Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi. 044 ACT 016 030 Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» 044 ACT 016 031 Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız». 044 ACT 016 032 Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. 044 ACT 016 033 Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu. 044 ACT 016 034 Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular. 044 ACT 016 035 Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et». 044 ACT 016 036 Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin». 044 ACT 016 037 Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!» 044 ACT 016 038 Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular 044 ACT 016 039 və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. 044 ACT 016 040 Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər. 044 ACT 017 001 Onlar Amfipolis və Apolloniyadan keçərək Salonikə gəldilər. Burada bir Yəhudi sinaqoqu var idi. 044 ACT 017 002 Paul adətinə görə Yəhudilərin yanına gedib üç Şənbə dalbadal onlarla Müqəddəs Yazılar üstündə mübahisə etdi, 044 ACT 017 003 şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb ölülər arasından dirilməsi lazım idi və dedi: «Sizə elan etməkdə olduğum bu İsa Məsihdir!» 044 ACT 017 004 Yəhudilərdən bəziləri, mömin Yunanların böyük bir hissəsi, bir çox nüfuzlu qadınlar buna əmin oldu və Paulla Silaya qoşuldu. 044 ACT 017 005 Yəhudilərin buna paxıllığı tutdu. Meydana yığılan camaatın içərisində olan bəzi şər adamlardan bir izdiham toplayıb şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünə çıxarmaq məqsədi ilə Yasonun evinə hücum etdilər. 044 ACT 017 006 Onları tapmayanda Yasonla bəzi imanlı qardaşları sürüyə-sürüyə şəhər başçılarının qarşısına gətirib hay-küy saldılar: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı. 044 ACT 017 007 Yason onları öz evinə qəbul edib. Bunların hamısı qeysərin fərmanlarının əksinə gedib deyir ki, İsa adlı başqa bir padşah var». 044 ACT 017 008 Bu sözləri eşidən izdiham və şəhər başçıları lərzəyə düşdülər. 044 ACT 017 009 Nəhayət, başçılar təminat alaraq Yason və digərlərini azad etdilər. 044 ACT 017 010 İmanlı bacı-qardaşlar isə gecə olan kimi Paulla Silanı dərhal Veriya şəhərinə göndərdilər. Onlar oraya çatarkən Yəhudilərin sinaqoquna getdilər. 044 ACT 017 011 Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar. 044 ACT 017 012 Beləliklə, onların arasından xeyli adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman etdilər. 044 ACT 017 013 Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan etdiyini biləndə oraya getdilər və xalqı qızışdırıb lərzəyə saldılar. 044 ACT 017 014 Bundan sonra imanlı bacı-qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı. 044 ACT 017 015 Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər. 044 ACT 017 016 Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu. 044 ACT 017 017 Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi. 044 ACT 017 018 Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi. 044 ACT 017 019 Onlar Paulu götürüb Areopaq məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı? 044 ACT 017 020 Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik». 044 ACT 017 021 Bütün Afinalılar və şəhərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdilər. 044 ACT 017 022 Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. 044 ACT 017 023 Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. 044 ACT 017 024 Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz. 044 ACT 017 025 İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur! 044 ACT 017 026 Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki, 044 ACT 017 027 Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. 044 ACT 017 028 “Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”. 044 ACT 017 029 Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir. 044 ACT 017 030 Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir. 044 ACT 017 031 Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib». 044 ACT 017 032 Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik». 044 ACT 017 033 Beləliklə, Paul onların arasından çıxıb getdi. 044 ACT 017 034 Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi. 044 ACT 018 001 Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi. 044 ACT 018 002 Orada Pontda doğulan Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə İtaliyadan yenicə gəlmişdi. Çünki Klavdi əmr vermişdi ki, Romada olan bütün Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi. 044 ACT 018 003 Onların peşəsi çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb çalışdı. 044 ACT 018 004 Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, həm də Yunanları inandırırdı. 044 ACT 018 005 Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi. 044 ACT 018 006 Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm». 044 ACT 018 007 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi. 044 ACT 018 008 Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu. 044 ACT 018 009 Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma. 044 ACT 018 010 Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur». 044 ACT 018 011 Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi. 044 ACT 018 012 Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar. 044 ACT 018 013 Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır». 044 ACT 018 014 Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim. 044 ACT 018 015 Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm». 044 ACT 018 016 Beləliklə, onları hökm kürsüsündən qovdu. 044 ACT 018 017 Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi. 044 ACT 018 018 Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi. 044 ACT 018 019 Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı. 044 ACT 018 020 Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı. 044 ACT 018 021 Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi. 044 ACT 018 022 Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi. 044 ACT 018 023 Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi. 044 ACT 018 024 Bu ərəfədə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi, 044 ACT 018 025 Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi. 044 ACT 018 026 O, sinaqoqda cəsarətlə danışmağa başladı. Ona qulaq asan Priskila ilə Akila onu yanlarına çəkib Allah yolu barədə daha dəqiq izahat verdilər. 044 ACT 018 027 Apollo Axayyaya getmək istəyəndə bacı-qardaşlar onu həvəsləndirdilər və oradakı şagirdlərə məktub yazdılar ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilə iman edənlərə çox kömək etdi. 044 ACT 018 028 Belə ki Müqəddəs Yazılarla İsanın Məsih olduğunu sübuta yetirərək Yəhudilərin iddialarını açıq şəkildə və güclü surətdə inkar edirdi. 044 ACT 019 001 Apollo Korinfdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı. 044 ACT 019 002 Onlara dedi: «İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızmı?» Onlar dedilər: «Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur». 044 ACT 019 003 Paul onlardan soruşdu: «Elə isə nəyə əsasən vəftiz oldunuz?» Onlar cavab verdilər: «Yəhyanın vəftizinə əsasən». 044 ACT 019 004 Paul dedi: «Yəhyanın etdiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalqı özündən sonra Gələnə, yəni İsaya iman etməyə çağırdı». 044 ACT 019 005 Onlar bunu eşidən kimi Rəbb İsanın adı ilə vəftiz oldular. 044 ACT 019 006 Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar. 044 ACT 019 007 Onlar təxminən on iki kişi idi. 044 ACT 019 008 Sinaqoqa daxil olan Paul cəsarətlə danışmağa başladı. Üç ay ərzində onlarla mübahisələr aparır və Allahın Padşahlığı barədə onları inandırırdı. 044 ACT 019 009 Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi. 044 ACT 019 010 Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi. 044 ACT 019 011 Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı. 044 ACT 019 012 Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı. 044 ACT 019 013 Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdilər: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!» 044 ACT 019 014 Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi. 044 ACT 019 015 Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?» 044 ACT 019 016 Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar. 044 ACT 019 017 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü. 044 ACT 019 018 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi. 044 ACT 019 019 Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi. 044 ACT 019 020 Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı. 044 ACT 019 021 Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm». 044 ACT 019 022 Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı. 044 ACT 019 023 O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı. 044 ACT 019 024 Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi. 044 ACT 019 025 O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır. 044 ACT 019 026 Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz. 044 ACT 019 027 Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar». 044 ACT 019 028 Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!» 044 ACT 019 029 Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu. 044 ACT 019 030 Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar. 044 ACT 019 031 Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın. 044 ACT 019 032 Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib. 044 ACT 019 033 Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi. 044 ACT 019 034 Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı. 044 ACT 019 035 İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir? 044 ACT 019 036 Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır. 044 ACT 019 037 Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü. 044 ACT 019 038 Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər. 044 ACT 019 039 Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır. 044 ACT 019 040 Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz iğtişaşa bəraət qazandıra bilmərik». 044 ACT 019 041 O bu sözləri deyərək yığıncağı dağıtdı. 044 ACT 020 001 Hay-küy sakitləşəndən sonra Paul şagirdləri çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşaraq Makedoniyaya getmək üçün yola çıxdı. 044 ACT 020 002 O tərəfləri gəzib-dolaşaraq imanlılarla çoxlu söhbətlər aparıb onları ruhlandırandan sonra Yunanıstana getdi. 044 ACT 020 003 Orada üç ay qaldı və dəniz yolu ilə Suriyaya getmək istəyirdi ki, ona qarşı Yəhudilərin hazırladığı sui-qəsdə görə Makedoniya yolu ilə qayıtmaq qərarına gəldi. 044 ACT 020 004 Pir oğlu Veriyalı Sopater, Saloniklilərdən Aristarx və Sekund, Derbeli Qay, Timotey, Asiyalılardan Tixik və Trofim onu müşayiət edirdi. 044 ACT 020 005 Bunlar bizdən əvvəl gedib bizi Troasda gözlədilər. 044 ACT 020 006 Biz də Mayasız Çörək bayramından sonra Filipidən dəniz yolu ilə beş günə Troasa gələrək onlarla görüşdük. Orada yeddi gün qaldıq. 044 ACT 020 007 Həftənin ilk günündə çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul camaatla söhbət apardı. Ertəsi gün onlardan ayrılacaqdı, ona görə söhbəti gecə yarısına qədər davam etdirdi. 044 ACT 020 008 Toplandığımız yuxarı mərtəbədəki otaqda çoxlu çıraqlar yanırdı. 044 ACT 020 009 Eftik adlı bir yeniyetmə pəncərədə oturmuşdu. Paul söhbəti uzadanda Eftiki dərin yuxu apardı. Yuxuya gedən kimi o, üçüncü mərtəbədən aşağı düşdü və yerdən onu qaldıranda o, ölü vəziyyətində idi. 044 ACT 020 010 Paul aşağı enib yeniyetmənin üstünə əyildi və onu qucaqlayaraq dedi: «Narahat olmayın, indi canı sağdır». 044 ACT 020 011 Təkrar yuxarı qalxıb çörək böldü və yemək yedi. Gün doğana qədər onlarla uzun-uzadı söhbət aparandan sonra oradan ayrıldı. 044 ACT 020 012 Oğlanı sağ-salamat apardılar və bu hadisədən çox ruhlandılar. 044 ACT 020 013 Biz irəli gedərək gəmiyə mindik və Assosa tərəf üzdük. Çünki Paulu oradan götürməli idik. O, quru ilə getmək istədiyi üçün bunu belə nizamlamışdı. 044 ACT 020 014 O bizi Assosda qarşılayanda onu gəmiyə mindirdik və Mitiliniyə gəldik. 044 ACT 020 015 Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün Miletə gəldik. 044 ACT 020 016 Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun. 044 ACT 020 017 Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı. 044 ACT 020 018 Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur. 044 ACT 020 019 Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim. 044 ACT 020 020 Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim. 044 ACT 020 021 Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım. 044 ACT 020 022 İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm. 044 ACT 020 023 Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir. 044 ACT 020 024 Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım. 044 ACT 020 025 İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək. 044 ACT 020 026 Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. 044 ACT 020 027 Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam. 044 ACT 020 028 Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. 044 ACT 020 029 Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq. 044 ACT 020 030 Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq. 044 ACT 020 031 Buna görə oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın. 044 ACT 020 032 İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir. 044 ACT 020 033 Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm. 044 ACT 020 034 Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi. 044 ACT 020 035 Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim». 044 ACT 020 036 Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi. 044 ACT 020 037 Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü. 044 ACT 020 038 Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar. 044 ACT 021 001 Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. 044 ACT 021 002 Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik. 044 ACT 021 003 Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi. 044 ACT 021 004 Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin. 044 ACT 021 005 Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik. 044 ACT 021 006 Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar. 044 ACT 021 007 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 044 ACT 021 008 Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. 044 ACT 021 009 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi. 044 ACT 021 010 Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 044 ACT 021 011 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”». 044 ACT 021 012 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. 044 ACT 021 013 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram». 044 ACT 021 014 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq. 044 ACT 021 015 Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik. 044 ACT 021 016 Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq. 044 ACT 021 017 Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladılar. 044 ACT 021 018 Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı. 044 ACT 021 019 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi. 044 ACT 021 020 Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir. 044 ACT 021 021 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən. 044 ACT 021 022 İndi nə edək? Mütləq sənin bura gəldiyini eşidəcəklər. 044 ACT 021 023 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var. 044 ACT 021 024 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən. 044 ACT 021 025 Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar». 044 ACT 021 026 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi. 044 ACT 021 027 Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar 044 ACT 021 028 və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı». 044 ACT 021 029 Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib. 044 ACT 021 030 Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı. 044 ACT 021 031 Onlar Paulu öldürməyə çalışırdılar ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. 044 ACT 021 032 Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı. 044 ACT 021 033 O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?» 044 ACT 021 034 İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi. 044 ACT 021 035 Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldular. 044 ACT 021 036 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!» 044 ACT 021 037 Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən? 044 ACT 021 038 Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili səhraya aparan Misirli deyilsənmi?» 044 ACT 021 039 Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver». 044 ACT 021 040 Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi: 044 ACT 022 001 «Qardaşlar və atalar, indi mənim özümü müdafiəmə qulaq asın!» 044 ACT 022 002 Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı. Paul sözünə davam etdi: 044 ACT 022 003 «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. 044 ACT 022 004 İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım. 044 ACT 022 005 Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim. 044 ACT 022 006 Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı. 044 ACT 022 007 Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” 044 ACT 022 008 Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”. 044 ACT 022 009 Yanımdakılar işığı görsələr də, mənimlə danışanın səsini eşitmədilər. 044 ACT 022 010 Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”. 044 ACT 022 011 O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardılar. 044 ACT 022 012 Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi. 044 ACT 022 013 O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm. 044 ACT 022 014 O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən. 044 ACT 022 015 Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət edəcəksən. 044 ACT 022 016 İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”. 044 ACT 022 017 Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir görüntü apardı 044 ACT 022 018 və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”. 044 ACT 022 019 Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm. 044 ACT 022 020 Hətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”. 044 ACT 022 021 Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”». 044 ACT 022 022 Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: «Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!» 044 ACT 022 023 Onlar belə hay-küy qopararaq paltarlarını yelləyib havaya toz qaldıranda 044 ACT 022 024 minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək istədi. 044 ACT 022 025 Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?» 044 ACT 022 026 Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: «Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır». 044 ACT 022 027 Minbaşı Paulun yanına gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli». 044 ACT 022 028 Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi. 044 ACT 022 029 Onu sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildilər. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu. 044 ACT 022 030 Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi. 044 ACT 023 001 Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». 044 ACT 023 002 Baş kahin Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar. 044 ACT 023 003 Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu pozaraq məni döymək üçün əmr verirsən». 044 ACT 023 004 Yanında duranlar ona dedilər: «Sən Allahın baş kahinini söyürsən?» 044 ACT 023 005 Paul dedi: «Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” deyə yazılıb». 044 ACT 023 006 Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». 044 ACT 023 007 Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. 044 ACT 023 008 Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar. 044 ACT 023 009 Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb». 044 ACT 023 010 Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar. 044 ACT 023 011 O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır». 044 ACT 023 012 Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!» 044 ACT 023 013 Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi. 044 ACT 023 014 Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” 044 ACT 023 015 İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq». 044 ACT 023 016 Lakin Paulun bacısı oğlu onların pusqu qurduqlarını eşidib qalaya girdi və Paula xəbər verdi. 044 ACT 023 017 Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var». 044 ACT 023 018 Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var». 044 ACT 023 019 Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?» 044 ACT 023 020 Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər. 044 ACT 023 021 Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər». 044 ACT 023 022 Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi. 044 ACT 023 023 Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü saatı Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi hazırlayın. 044 ACT 023 024 Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat vali Feliksə çatdırın». 044 ACT 023 025 Sonra bu cür məktub yazdı: 044 ACT 023 026 «Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar! 044 ACT 023 027 Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim. 044 ACT 023 028 Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali Şurasının qarşısına çıxartdım. 044 ACT 023 029 Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur. 044 ACT 023 030 Mənə çatdırılanda ki bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini əmr etdim». 044 ACT 023 031 Əsgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb Antipatrisə apardılar. 044 ACT 023 032 Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam etmək üçün ötürəndən sonra qalaya qayıtdılar. 044 ACT 023 033 Atlılar Qeysəriyyəyə çatan kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər. 044 ACT 023 034 Vali məktubu oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki Kilikiyadandır, 044 ACT 023 035 belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət altında saxlasınlar. 044 ACT 024 001 Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı. 044 ACT 024 002 Paul çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları 044 ACT 024 003 hər yerdə, hər zaman dərin minnətdarlıqla qəbul edirik. 044 ACT 024 004 Vaxtınızı çox almaq istəmirəm. Rica edirəm, lütfkarlığınla bizi bir qədər dinlə. 044 ACT 024 005 Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani təriqətinin başçılarındandır. 044 ACT 024 006 Bu insan hətta məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq. 044 ACT 024 007 Onu istintaq etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən». 044 ACT 024 009 Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə qoşuldu. 044 ACT 024 010 Vali Paula işarə verəndə o cavab verdi: «Bilirəm ki, sən neçə illərdir bu millətin hakimisən. Buna görə sənin qarşında özümü müdafiə etməyimə sevinirəm. 044 ACT 024 011 Sən özün də öyrənə bilərsən ki, ibadət etmək məqsədi ilə Yerusəlimə gedişimdən bu yana sadəcə on iki gün keçib. 044 ACT 024 012 Bu adamlardan heç biri görməyib ki, mən məbəddə, sinaqoqlarda yaxud şəhərin hansısa bir yerində kiminləsə mübahisə edim və yaxud camaatı təşvişə salım. 044 ACT 024 013 Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər. 044 ACT 024 014 Lakin ata-babalarımızın Allahına onların təriqət adlandırdığı İsa yolunun ardıcılı olaraq ibadət etdiyimi sənin qarşında iqrar edirəm. Qanunda olan və Peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram. 044 ACT 024 015 Eyni ilə bu adamların qəbul etdikləri kimi həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid bəsləyirəm. 044 ACT 024 016 Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram. 044 ACT 024 017 Uzun illərdən sonra millətimə yardım və hədiyyələr vermək üçün Yerusəlimə gəldim. 044 ACT 024 018 Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi. 044 ACT 024 019 Lakin Asiya vilayətindən bəzi Yəhudilər orada idi. Onlar buraya – sənin hüzuruna gəlməli və məndən şikayətləri varsa, ittihamlarını göstərməlidirlər. 044 ACT 024 020 Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar. 044 ACT 024 021 Onların qarşısında dayananda nida edərək belə demişdim və yalnız bunda mənim haqsız olduğumu hesab edə bilərlər: “Bu gün mən ölülərin dirilməsi məsələsinə görə önünüzdə mühakimə olunuram”». 044 ACT 024 022 İsa yolu barədə dəqiq məlumatı olan Feliks bu işi təxirə salıb dedi: «İşiniz barədə minbaşı Lisiya gələndən sonra qərarımı verəcəyəm». 044 ACT 024 023 Oradakı yüzbaşıya əmr verdi ki, Paulu nəzarət altında saxlasın, lakin sərbəstlik versin və ona xidmət edən dostlarına maneçilik yaratmasın. 044 ACT 024 024 Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı. 044 ACT 024 025 Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam». 044 ACT 024 026 Digər tərəfdən də Pauldan rüşvət umurdu. Ona görə tez-tez Paulu yanına çağırtdırır və onunla söhbət edirdi. 044 ACT 024 027 İki il keçəndən sonra Feliks öz vəzifəsini Porki Festə təhvil verdi. Feliks Yəhudilərin rəğbətini qazanmaq üçün Paulu həbsdə qoyub getdi. 044 ACT 025 001 Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi. 044 ACT 025 002 Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladılar. 044 ACT 025 003 Onlara bir yaxşılıq etsin deyə Festə yalvararaq Paulun Yerusəlimə gətirilməsini xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular. 044 ACT 025 004 Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm. 044 ACT 025 005 Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin». 044 ACT 025 006 Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi. 044 ACT 025 007 Paul içəri girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər. 044 ACT 025 008 Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi. 044 ACT 025 009 Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə dedi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?» 044 ACT 025 010 Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm. 044 ACT 025 011 Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm». 044 ACT 025 012 Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən». 044 ACT 025 013 Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi. 044 ACT 025 014 Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib. 044 ACT 025 015 Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi. 044 ACT 025 016 Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil. 044 ACT 025 017 Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim. 044 ACT 025 018 Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər. 044 ACT 025 019 Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir. 044 ACT 025 020 Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox. 044 ACT 025 021 Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim». 044 ACT 025 022 Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan». 044 ACT 025 023 Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldular. Festin əmrinə əsasən Paulu içəri gətirdilər. 044 ACT 025 024 Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı. 044 ACT 025 025 Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim. 044 ACT 025 026 Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun. 044 ACT 025 027 Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü». 044 ACT 026 001 Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı: 044 ACT 026 002 «Padşah Aqrippa, Yəhudilərin məni ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram. 044 ACT 026 003 Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as. 044 ACT 026 004 Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm. 044 ACT 026 005 Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər. 044 ACT 026 006 İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram. 044 ACT 026 007 Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edirlər. 044 ACT 026 008 Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır? 044 ACT 026 009 Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm. 044 ACT 026 010 Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim. 044 ACT 026 011 Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim. 044 ACT 026 012 Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə tərəf yola çıxdım. 044 ACT 026 013 Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm. 044 ACT 026 014 Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”. 044 ACT 026 015 Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam. 044 ACT 026 016 Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim. 044 ACT 026 017 Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, 044 ACT 026 018 onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”. 044 ACT 026 019 Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik etmədim. 044 ACT 026 020 Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım. 044 ACT 026 021 Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər. 044 ACT 026 022 Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil. 044 ACT 026 023 Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək». 044 ACT 026 024 Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub». 044 ACT 026 025 Paul dedi: «Hörmətli Fest, mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram. 044 ACT 026 026 Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil. 044 ACT 026 027 Padşah Aqrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan». 044 ACT 026 028 Aqrippa Paula dedi: «Bu az müddətdə məni də inandıraraq məsihçi edəcəksən?» 044 ACT 026 029 Paul dedi: «İstər az, istər çox müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!» 044 ACT 026 030 Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdılar. 044 ACT 026 031 Bayıra çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir şey etmir». 044 ACT 026 032 Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə müraciət etmək istəməsəydi, azad edilə bilərdi». 044 ACT 027 001 İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər. 044 ACT 027 002 Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi. 044 ACT 027 003 Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin. 044 ACT 027 004 Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik. 044 ACT 027 005 Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik. 044 ACT 027 006 Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi. 044 ACT 027 007 Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik. 044 ACT 027 008 Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq. 044 ACT 027 009 Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək 044 ACT 027 010 dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək». 044 ACT 027 011 Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu. 044 ACT 027 012 Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi. 044 ACT 027 013 Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər. 044 ACT 027 014 Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu. 044 ACT 027 015 Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı. 044 ACT 027 016 Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik. 044 ACT 027 017 Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı. 044 ACT 027 018 Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar. 044 ACT 027 019 Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar. 044 ACT 027 020 Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı. 044 ACT 027 021 Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz. 044 ACT 027 022 İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. 044 ACT 027 023 Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi: 044 ACT 027 024 “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”. 044 ACT 027 025 Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq. 044 ACT 027 026 Amma bizə bir adaya düşmək lazımdır». 044 ACT 027 027 On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. 044 ACT 027 028 Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır. 044 ACT 027 029 Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər. 044 ACT 027 030 Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. 044 ACT 027 031 Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz». 044 ACT 027 032 Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar. 044 ACT 027 033 Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız. 044 ACT 027 034 Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq». 044 ACT 027 035 Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı. 044 ACT 027 036 Bundan hamı ürəklənib yemək yedi. 044 ACT 027 037 Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik. 044 ACT 027 038 Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər. 044 ACT 027 039 Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada oturtsunlar. 044 ACT 027 040 Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər. 044 ACT 027 041 Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı. 044 ACT 027 042 Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın. 044 ACT 027 043 Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər, 044 ACT 027 044 sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı. 044 ACT 028 001 Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır. 044 ACT 028 002 Oranın sakinləri bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar. 044 ACT 028 003 Paul bir dəstə çırpı götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə yapışdı. 044 ACT 028 004 Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birlərinə dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu yaşamağa qoymur». 044 ACT 028 005 Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir xətər görmədi. 044 ACT 028 006 Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır». 044 ACT 028 007 O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi. 044 ACT 028 008 O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı. 044 ACT 028 009 Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdılar. 044 ACT 028 010 Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər. 044 ACT 028 011 Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq. 044 ACT 028 012 Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq. 044 ACT 028 013 Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq. 044 ACT 028 014 Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq. Sonra Romaya çatdıq. 044 ACT 028 015 Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi. 044 ACT 028 016 Romaya gələndə Paula izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın. 044 ACT 028 017 Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim. 044 ACT 028 018 Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi. 044 ACT 028 019 Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim. 044 ACT 028 020 Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm». 044 ACT 028 021 Onlar Paula dedilər: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib. 044 ACT 028 022 Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik». 044 ACT 028 023 Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı. 044 ACT 028 024 Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı. 044 ACT 028 025 Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi: 044 ACT 028 026 “Get bu xalqa bunu çatdır: ‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. 044 ACT 028 027 Çünki bu xalqın ürəyi kütləşdi, Qulaqları ağır eşitdi, Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim›”. 044 ACT 028 028 İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaqlar». 044 ACT 028 030 Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi. 044 ACT 028 031 Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi. # # BOOK 045 ROM Romans Romalilara 045 ROM 001 001 İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam! 045 ROM 001 002 Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə 045 ROM 001 003 Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu. 045 ROM 001 005 Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq. 045 ROM 001 006 Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. 045 ROM 001 007 Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun! 045 ROM 001 008 Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur. 045 ROM 001 009 Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram. 045 ROM 001 010 Dualarımda həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum. 045 ROM 001 011 Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm. 045 ROM 001 012 Daha doğrusu, mən aranızda olarkən bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq. 045 ROM 001 013 Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim. 045 ROM 001 014 Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam. 045 ROM 001 015 Bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər Müjdəni yaymağa həvəsim var. 045 ROM 001 016 Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir. 045 ROM 001 017 Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq». 045 ROM 001 018 Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. 045 ROM 001 019 Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. 045 ROM 001 020 Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. 045 ROM 001 021 Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. 045 ROM 001 022 Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, 045 ROM 001 023 fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər. 045 ROM 001 024 Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər. 045 ROM 001 025 Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin. 045 ROM 001 026 Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər, 045 ROM 001 027 eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar. 045 ROM 001 028 Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər. 045 ROM 001 029 Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi, 045 ROM 001 030 böhtançı, Allaha nifrət edən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz, 045 ROM 001 031 axmaq, xain, şəfqətsiz və rəhmsizdir. 045 ROM 001 032 Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar. 045 ROM 002 001 Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən. 045 ROM 002 002 Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır. 045 ROM 002 003 Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən? 045 ROM 002 004 Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir? 045 ROM 002 005 Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan; 045 ROM 002 006 Allah hər kəsə əməlinə görə əvəzini verəcək: 045 ROM 002 007 dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, 045 ROM 002 008 özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək. 045 ROM 002 009 Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı, 045 ROM 002 010 yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək. 045 ROM 002 011 Çünki Allah insanlar arasında tərəfkeşlik etməz. 045 ROM 002 012 Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq. 045 ROM 002 013 Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır. 045 ROM 002 014 Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur. 045 ROM 002 015 Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir. 045 ROM 002 016 Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq. 045 ROM 002 017 Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən; 045 ROM 002 018 Onun iradəsini bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən; 045 ROM 002 019 əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən. 045 ROM 002 021 Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan? 045 ROM 002 022 «Zina etmə» dediyin halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan? 045 ROM 002 023 Qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan. 045 ROM 002 024 Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir». 045 ROM 002 025 Sünnətin yalnız o zaman faydası var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan. 045 ROM 002 026 Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır. 045 ROM 002 027 Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan. 045 ROM 002 028 Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil. 045 ROM 002 029 Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr. 045 ROM 003 001 Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? 045 ROM 003 002 Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib. 045 ROM 003 003 Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər? 045 ROM 003 004 Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, Mühakimə etdiyin zaman qalib gələcəksən». 045 ROM 003 005 Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı? 045 ROM 003 006 Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər? 045 ROM 003 007 «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər. 045 ROM 003 008 Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq. 045 ROM 003 009 Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır. 045 ROM 003 010 Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur. 045 ROM 003 011 Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur. 045 ROM 003 012 Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur». 045 ROM 003 013 «Boğazları açıq qəbirdir, Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var». 045 ROM 003 014 «Ağızları lənət və acı sözlərlə doludur». 045 ROM 003 015 «Ayaqları qan tökməyə tələsir, 045 ROM 003 016 Yollarında viranəlik və fəlakət var, 045 ROM 003 017 Əmin-amanlıq yolu nədir, bilmirlər». 045 ROM 003 018 «Onların gözündə Allah qorxusu yoxdur». 045 ROM 003 019 Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın. 045 ROM 003 020 Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur. 045 ROM 003 021 Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. 045 ROM 003 022 Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. 045 ROM 003 023 Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub 045 ROM 003 024 və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. 045 ROM 003 025 Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. 045 ROM 003 026 Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın. 045 ROM 003 027 Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına! 045 ROM 003 028 Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır. 045 ROM 003 029 Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır. 045 ROM 003 030 Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq. 045 ROM 003 031 Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik. 045 ROM 004 001 Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi? 045 ROM 004 002 Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox. 045 ROM 004 003 Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 045 ROM 004 004 Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır. 045 ROM 004 005 Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır. 045 ROM 004 006 Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır: 045 ROM 004 007 «Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! 045 ROM 004 008 Rəbb tərəfindən təqsirkar sayılmayan insan Nə bəxtiyardır!» 045 ROM 004 009 Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı. 045 ROM 004 010 Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl! 045 ROM 004 011 O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. 045 ROM 004 012 Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər. 045 ROM 004 013 Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi. 045 ROM 004 014 Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı. 045 ROM 004 015 Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur. 045 ROM 004 016 Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim». 045 ROM 004 018 Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq». 045 ROM 004 019 Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı. 045 ROM 004 020 Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. 045 ROM 004 021 Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. 045 ROM 004 022 Buna görə də imanı ona salehlik sayıldı. 045 ROM 004 023 «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; 045 ROM 004 024 Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır. 045 ROM 004 025 İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi. 045 ROM 005 001 Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. 045 ROM 005 002 Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik. 045 ROM 005 003 Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, 045 ROM 005 004 dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır. 045 ROM 005 005 Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb. 045 ROM 005 006 Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. 045 ROM 005 007 Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. 045 ROM 005 008 Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. 045 ROM 005 009 Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq. 045 ROM 005 010 Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq. 045 ROM 005 011 Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq. 045 ROM 005 012 Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. 045 ROM 005 013 Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. 045 ROM 005 014 Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi. 045 ROM 005 015 Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi. 045 ROM 005 016 Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi. 045 ROM 005 017 Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək. 045 ROM 005 018 Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi. 045 ROM 005 019 Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq. 045 ROM 005 020 Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı. 045 ROM 005 021 Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin. 045 ROM 006 001 Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın? 045 ROM 006 002 Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik? 045 ROM 006 003 Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? 045 ROM 006 004 Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək. 045 ROM 006 005 Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq. 045 ROM 006 006 Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. 045 ROM 006 007 Çünki ölmüş adam günahdan azad olub. 045 ROM 006 008 Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. 045 ROM 006 009 Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. 045 ROM 006 010 Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. 045 ROM 006 011 Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın. 045 ROM 006 012 Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. 045 ROM 006 013 Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin. 045 ROM 006 014 Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız. 045 ROM 006 015 İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla! 045 ROM 006 016 Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız? Ya ölümə aparan günahın ya da salehliyə aparan itaətin qulları ola bilərsiniz. 045 ROM 006 017 Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr etdiyiniz təlimin nümunəsinə ürəkdən itaət etdiniz. 045 ROM 006 018 Beləcə günahdan azad olub salehliyin qulu oldunuz. 045 ROM 006 019 Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin. 045 ROM 006 020 Çünki siz günahın qulları olanda salehliyə əməl etməkdən azad idiniz. 045 ROM 006 021 Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür. 045 ROM 006 022 Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır. 045 ROM 006 023 Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır. 045 ROM 007 001 Ey qardaşlar, bunu Qanunu bilənlərə söyləyirəm, məgər bilmirsiniz ki, insan yalnız sağ ikən qanun onun üzərində hökmə malikdir? 045 ROM 007 002 Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur. 045 ROM 007 003 Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur. 045 ROM 007 004 Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək. 045 ROM 007 005 Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik. 045 ROM 007 006 Amma indi əvvəlcə əsiri olduğumuz Qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə yazılı Qanunun köhnə yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik. 045 ROM 007 007 Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım. 045 ROM 007 008 Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi; çünki Qanun olmasa, günah ölüdür. 045 ROM 007 009 Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi, 045 ROM 007 010 mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi. 045 ROM 007 011 Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü. 045 ROM 007 012 Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır. 045 ROM 007 013 Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin. 045 ROM 007 014 Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam. 045 ROM 007 015 Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm. 045 ROM 007 016 Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki, Qanun yaxşıdır. 045 ROM 007 017 Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. 045 ROM 007 018 Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. 045 ROM 007 019 İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm. 045 ROM 007 020 Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. 045 ROM 007 021 Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır. 045 ROM 007 022 Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. 045 ROM 007 023 Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir. 045 ROM 007 024 Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər? 045 ROM 007 025 Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq edirəm. 045 ROM 008 001 Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur. 045 ROM 008 002 Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi. 045 ROM 008 003 Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki, 045 ROM 008 004 Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin. 045 ROM 008 005 Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür. 045 ROM 008 006 Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir. 045 ROM 008 007 Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz. 045 ROM 008 008 Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz. 045 ROM 008 009 Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. 045 ROM 008 010 Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir. 045 ROM 008 011 Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək. 045 ROM 008 012 Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. 045 ROM 008 013 Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. 045 ROM 008 014 Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. 045 ROM 008 015 Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. 045 ROM 008 016 Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. 045 ROM 008 017 Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq. 045 ROM 008 018 Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. 045 ROM 008 019 Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. 045 ROM 008 020 Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki, 045 ROM 008 021 yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq. 045 ROM 008 022 Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. 045 ROM 008 023 Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik. 045 ROM 008 024 Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər? 045 ROM 008 025 Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik. 045 ROM 008 026 Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. 045 ROM 008 027 Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir. 045 ROM 008 028 Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. 045 ROM 008 029 Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; 045 ROM 008 030 əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi. 045 ROM 008 031 Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? 045 ROM 008 032 O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi? 045 ROM 008 033 Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! 045 ROM 008 034 Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir. 045 ROM 008 035 Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? 045 ROM 008 036 Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq». 045 ROM 008 037 Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. 045 ROM 008 038 Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, 045 ROM 008 039 nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq. 045 ROM 009 001 Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki, 045 ROM 009 002 ürəyimdə böyük bir kədər, daimi bir iztirab var. 045 ROM 009 003 Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim; 045 ROM 009 004 bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur. 045 ROM 009 005 Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin. 045 ROM 009 006 Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. 045 ROM 009 007 İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib. 045 ROM 009 008 Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır. 045 ROM 009 009 Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq». 045 ROM 009 010 Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu. 045 ROM 009 011 Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. 045 ROM 009 013 Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim». 045 ROM 009 014 Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla! 045 ROM 009 015 Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm». 045 ROM 009 016 Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır. 045 ROM 009 017 Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin». 045 ROM 009 018 Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir. 045 ROM 009 019 İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?» 045 ROM 009 020 Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər? 045 ROM 009 021 Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin? 045 ROM 009 022 Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik? 045 ROM 009 023 Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin? 045 ROM 009 024 O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı. 045 ROM 009 025 Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm, “Sevdiyim deyil” dediyimə “Sevdiyimsən” deyəcəyəm». 045 ROM 009 026 «Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək». 045 ROM 009 027 Yeşaya da İsrail barədə belə nida edir: «İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə, Ancaq sağ qalanları xilas olacaq. 045 ROM 009 028 Çünki Rəbb yer üzündə hökmünü Tam və tez yerinə yetirəcək». 045 ROM 009 029 Yeşayanın qabaqcadan söylədiyi kimi: «Əgər Ordular Rəbbi Bizim xalqdan bir neçə Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik». 045 ROM 009 030 Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər. 045 ROM 009 031 Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi. 045 ROM 009 032 Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər. 045 ROM 009 033 Necə ki yazılıb: «Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram. Ona iman edən kəs utandırılmaz». 045 ROM 010 001 Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm. 045 ROM 010 002 Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır. 045 ROM 010 003 Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar. 045 ROM 010 004 Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın. 045 ROM 010 005 Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 045 ROM 010 006 Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?” 045 ROM 010 007 ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» 045 ROM 010 008 Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik: 045 ROM 010 009 əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. 045 ROM 010 010 Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur. 045 ROM 010 011 Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq». 045 ROM 010 012 Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir. 045 ROM 010 013 Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq». 045 ROM 010 014 Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər? 045 ROM 010 015 Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!» 045 ROM 010 016 Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?» 045 ROM 010 017 Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır. 045 ROM 010 018 Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı». 045 ROM 010 019 Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm». 045 ROM 010 020 Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”». 045 ROM 010 021 İsrail barədə isə belə deyir: «Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum». 045 ROM 011 001 Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm. 045 ROM 011 002 Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir: 045 ROM 011 003 «Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 045 ROM 011 004 Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam». 045 ROM 011 005 Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var. 045 ROM 011 006 Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz. 045 ROM 011 007 Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu. 045 ROM 011 008 Necə ki yazılıb: «Allah onları dərin yuxuya saldı, Onlara bu günədək görməyən gözlər, Eşitməyən qulaqlar verdi». 045 ROM 011 009 Davud da belə deyir: «Süfrələri onlara tələ, tor, Büdrəmə daşı və cəza olsun. 045 ROM 011 010 Gözlərinə qara gəlsin, görməsinlər, Belləri həmişə bükülü qalsın!» 045 ROM 011 011 Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın. 045 ROM 011 012 Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək. 045 ROM 011 013 Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, 045 ROM 011 014 bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. 045 ROM 011 015 Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi? 045 ROM 011 016 Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir. 045 ROM 011 017 Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa, 045 ROM 011 018 o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. 045 ROM 011 019 O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. 045 ROM 011 020 Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx! 045 ROM 011 021 Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək. 045 ROM 011 022 Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. 045 ROM 011 023 Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir. 045 ROM 011 024 Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq! 045 ROM 011 025 Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın. 045 ROM 011 026 Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb: «Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq». 045 ROM 011 027 «Günahlarını aradan qaldırdığım zaman Mənim onlarla bağladığım Əhd budur». 045 ROM 011 028 Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir. 045 ROM 011 029 Çünki Allahın ənamları və dəvəti geri alınmaz. 045 ROM 011 030 Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; 045 ROM 011 031 eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. 045 ROM 011 032 Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin. 045 ROM 011 033 Allahın zənginliyi nə böyük, Hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, Yolları necə də anlaşılmazdır! 045 ROM 011 034 «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» 045 ROM 011 035 «Kim Ona bir şey verdi ki, Əvəzini Ondan istəyə bilsin?» 045 ROM 011 036 Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin. 045 ROM 012 001 Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. 045 ROM 012 002 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. 045 ROM 012 003 Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün. 045 ROM 012 004 Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. 045 ROM 012 005 Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. 045 ROM 012 006 Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin; 045 ROM 012 007 ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; 045 ROM 012 008 nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. 045 ROM 012 009 Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 045 ROM 012 010 Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. 045 ROM 012 011 Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 045 ROM 012 012 Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 045 ROM 012 013 Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. 045 ROM 012 014 Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. 045 ROM 012 015 Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 045 ROM 012 016 Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. 045 ROM 012 017 Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. 045 ROM 012 018 İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. 045 ROM 012 019 Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». 045 ROM 012 020 Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». 045 ROM 012 021 Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl. 045 ROM 013 001 Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub. 045 ROM 013 002 Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir. 045 ROM 013 003 Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır. İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı iş gör, onda o səni tərifləyər. 045 ROM 013 004 Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin. 045 ROM 013 005 Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır. 045 ROM 013 006 Vergini də siz buna görə ödəyirsiniz. Çünki hökmdarlar Allahın xidmətçisidir və məhz bu işlə daim məşğuldurlar. 045 ROM 013 007 Beləliklə, hər kəsə öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmət haqqı olana hörmət. 045 ROM 013 008 Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur. 045 ROM 013 009 Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev». 045 ROM 013 010 Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır. 045 ROM 013 011 Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. 045 ROM 013 012 Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək. 045 ROM 013 013 Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq. 045 ROM 013 014 Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın. 045 ROM 014 001 İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin. 045 ROM 014 002 Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir. 045 ROM 014 003 Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib. 045 ROM 014 004 Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir. 045 ROM 014 005 Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun. 045 ROM 014 006 Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir. 045 ROM 014 007 Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük. 045 ROM 014 008 Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq. 045 ROM 014 009 Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun. 045 ROM 014 010 Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq. 045 ROM 014 011 Çünki yazılıb: «Rəbb deyir: Varlığıma and içdim, Hər diz önümdə çökəcək, Hər dil Allah olduğumu bildirəcək». 045 ROM 014 012 Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək. 045 ROM 014 013 Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız. 045 ROM 014 014 Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır. 045 ROM 014 015 Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə. 045 ROM 014 016 İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin. 045 ROM 014 017 Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir. 045 ROM 014 018 Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır. 045 ROM 014 019 Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək. 045 ROM 014 020 Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir. 045 ROM 014 021 Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb olmayan isə yaxşılıq edir. 045 ROM 014 022 Bu məsələlərdə etiqadını Allahın önündə öz ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır! 045 ROM 014 023 Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır. 045 ROM 015 001 Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. 045 ROM 015 002 Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq. 045 ROM 015 003 Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım». 045 ROM 015 004 Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun. 045 ROM 015 005 Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki, 045 ROM 015 006 hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz. 045 ROM 015 007 Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin. 045 ROM 015 008 Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; 045 ROM 015 009 beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb: «Buna görə millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm». 045 ROM 015 010 Yenə deyilir ki: «Ey millətlər, Onun xalqı ilə birgə sevinin!» 045 ROM 015 011 Başqa bir yerdə: «Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!» 045 ROM 015 012 Yeşaya da belə deyir: «Yesseyin Kökü gələcək, Millətlərə hökmran olmaq üçün ucalacaq, Millətlər Ona ümid bağlayacaq». 045 ROM 015 013 Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız. 045 ROM 015 014 Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz. 045 ROM 015 015 Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam. 045 ROM 015 016 Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar. 045 ROM 015 017 Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm. 045 ROM 015 018 Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım. 045 ROM 015 020 Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. 045 ROM 015 021 Amma necə ki yazılıb: «Onun haqqında xəbəri olmayanlar görəcək, Eşitməyənlər anlayacaq». 045 ROM 015 022 Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. 045 ROM 015 023 İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim. 045 ROM 015 024 Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız. 045 ROM 015 025 Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm. 045 ROM 015 026 Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər. 045 ROM 015 027 Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar. 045 ROM 015 028 Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm. 045 ROM 015 029 Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir-duası ilə gələcəyəm. 045 ROM 015 030 Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki, 045 ROM 015 031 Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin. 045 ROM 015 032 Beləliklə, istəyirəm ki, Allahın iradəsi ilə sevinclə yanınıza gəlib sizinlə könlümü fərəhləndirim. 045 ROM 015 033 Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin. 045 ROM 016 001 Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm. 045 ROM 016 002 Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib. 045 ROM 016 003 Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin. 045 ROM 016 004 Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. 045 ROM 016 005 Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın. 045 ROM 016 006 Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin. 045 ROM 016 007 Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın. 045 ROM 016 008 Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin. 045 ROM 016 009 Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın. 045 ROM 016 010 Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın. 045 ROM 016 011 Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın. 045 ROM 016 012 Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın. 045 ROM 016 013 Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin. 045 ROM 016 014 Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın. 045 ROM 016 015 Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin. 045 ROM 016 016 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir. 045 ROM 016 017 Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. 045 ROM 016 018 Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. 045 ROM 016 019 Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. 045 ROM 016 020 Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun! 045 ROM 016 021 Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir. 045 ROM 016 022 Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm. 045 ROM 016 023 Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var. Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir. 045 ROM 016 025 Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; 045 ROM 016 026 bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; 045 ROM 016 027 o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin. # # BOOK 046 1CO 1 Corinthians 1 Korinflilərə 046 1CO 001 001 Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən 046 1CO 001 002 Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir. 046 1CO 001 003 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 046 1CO 001 004 Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm. 046 1CO 001 005 Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz. 046 1CO 001 006 Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi. 046 1CO 001 007 Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz. 046 1CO 001 008 Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək. 046 1CO 001 009 Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir. 046 1CO 001 010 Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin. 046 1CO 001 011 Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim. 046 1CO 001 012 Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir. 046 1CO 001 013 Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz? 046 1CO 001 014 Mən Krisp və Qaydan başqa sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm. 046 1CO 001 015 Belə etdim ki, heç kim mənim adımla vəftiz edildiyini deməsin. 046 1CO 001 016 Yeri gəlmişkən, mən bir də Stefananın evindəkiləri vəftiz etdim. Bundan başqa kimisə vəftiz etdiyimi xatırlamıram. 046 1CO 001 017 Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram. 046 1CO 001 018 Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir. 046 1CO 001 019 Necə ki yazılıb: «Müdriklərin müdrikliyini məhv edəcəyəm, Aqillərin ağlını yox edəcəyəm». 046 1CO 001 020 Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi? 046 1CO 001 021 Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu. 046 1CO 001 022 Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarırlar. 046 1CO 001 023 Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır. 046 1CO 001 024 Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir. 046 1CO 001 025 Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür. 046 1CO 001 026 Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. 046 1CO 001 027 Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı, 046 1CO 001 028 dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, 046 1CO 001 029 Allahın qarşısında heç bir insan öyünməsin. 046 1CO 001 030 Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu. 046 1CO 001 031 Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün». 046 1CO 002 001 Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. 046 1CO 002 002 Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. 046 1CO 002 003 Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. 046 1CO 002 004 Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. 046 1CO 002 005 Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın. 046 1CO 002 006 Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. 046 1CO 002 007 Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. 046 1CO 002 008 Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. 046 1CO 002 009 Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib». 046 1CO 002 010 Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. 046 1CO 002 011 Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. 046 1CO 002 012 Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik. 046 1CO 002 013 Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik. 046 1CO 002 014 Təbiətcə yaşayan adam Allahın Ruhuna aid olan şeyləri qəbul etmir, çünki bunları ağılsızlıq sayır. Bunları başa düşə bilmir, çünki bunlar ruhani nöqteyi-nəzərdən araşdırılır. 046 1CO 002 015 Ruhani adam isə hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. 046 1CO 002 016 Axı «Rəbbin ağlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin ağlına malikik. 046 1CO 003 001 Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim. 046 1CO 003 002 Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz. 046 1CO 003 003 Çünki siz hələ də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüzmü? 046 1CO 003 004 Əgər biriniz «mən Paulun ardıcılıyam», başqası isə «mən Apollonun ardıcılıyam» deyirsə, siz adi insanlar deyilsinizmi? 046 1CO 003 005 Apollo kimdir, Paul kimdir? Rəbb hər birimizə təyin etdiyi kimi yalnız iman etməyinizə vasitəçi olan xidmətçiyik. 046 1CO 003 006 Mən əkdim, Apollo suladı, amma Allah böyütdü. 046 1CO 003 007 Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır. 046 1CO 003 008 Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq. 046 1CO 003 009 Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz. 046 1CO 003 010 Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. 046 1CO 003 011 Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. 046 1CO 003 012 Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə, 046 1CO 003 013 onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək. 046 1CO 003 014 Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq. 046 1CO 003 015 Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək. 046 1CO 003 016 Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? 046 1CO 003 017 Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz. 046 1CO 003 018 Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. 046 1CO 003 019 Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: «O, müdrikləri hiylə qurarkən yaxalayır». 046 1CO 003 020 Yenə də yazılıb: «Rəbb müdriklərin düşüncələrini, bunların boş olduğunu bilər». 046 1CO 003 021 Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir. 046 1CO 003 022 İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir. 046 1CO 003 023 Sizsə Məsihinsiniz, Məsih də Allahındır. 046 1CO 004 001 Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri saysın. 046 1CO 004 002 İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar. 046 1CO 004 003 Siz yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm. 046 1CO 004 004 Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir. 046 1CO 004 005 Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq. 046 1CO 004 006 Ey qardaşlar, bizdən nümunə alaraq «yazılanlardan kənara çıxmayın» məsəlinin mənasını öyrənəsiniz deyə bunları özümə və Apolloya tətbiq etdim ki, heç kim başqasının qarşısında lovğalanıb o birisinə xor baxmasın. 046 1CO 004 007 Axı səni kim başqalarından fərqləndirir? Nəyin var ki onu əldə etməmisən? Əgər əldə etmisənsə, nə üçün əldə etməmiş kimi öyünürsən? 046 1CO 004 008 Siz daha doymusunuz! Siz artıq varlanmısınız! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydınız ki, biz də sizinlə bərabər padşahlıq edəydik! 046 1CO 004 009 Çünki mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən sonda nümayiş etdirdi. Biz də həm dünya, həm mələklər, həm də insanlar üçün bir tamaşa olduq. 046 1CO 004 010 Biz Məsih naminə ağılsızıq, sizsə Məsihdə ağıllısınız! Biz zəifik, siz güclüsünüz! Siz şərəfli adamsınız, bizsə hörmətsiz! 046 1CO 004 011 Bu vaxtadək biz ac-susuz və cındır içindəyik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur. 046 1CO 004 012 Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, təqib olunanda dözürük, 046 1CO 004 013 təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq. 046 1CO 004 014 Bunları sizi utandırmaq üçün yox, sevimli övladlarım kimi sizə öyüd-nəsihət vermək üçün yazıram. 046 1CO 004 015 Çünki sizin Məsih yolunda minlərlə mürəbbiniz olsa belə, atalarınız azdır; mən Müjdə vasitəsilə Məsih İsada olan atanız oldum. 046 1CO 004 016 Buna görə sizə yalvarıram, məndən nümunə götürün. 046 1CO 004 017 Bu səbəbə görə Rəbdə mənə sadiq və sevimli olan oğlum Timoteyi sizin yanınıza göndərdim. O sizə hər yerdə, hər bir imanlılar cəmiyyətində öyrətdiyim kimi Məsih İsada getdiyim yolları xatırladacaq. 046 1CO 004 018 Sizdən bəziləri elə bilir ki, mən yanınıza gəlməyəcəyəm və buna görə də lovğa-lovğa danışırlar. 046 1CO 004 019 Amma Rəbb istəsə, mən bu yaxında yanınıza gələcəyəm. O vaxt bu lovğaların sözlərini yox, gücünü yoxlayacağam. 046 1CO 004 020 Çünki Allahın Padşahlığı sözdən deyil, gücdən ibarətdir. 046 1CO 004 021 Siz nə istəyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimlik ruhu ilə gəlim? 046 1CO 005 001 Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil! 046 1CO 005 002 Siz hələ lovğa-lovğa danışırsınız! Bunun əvəzinə yas tutmalı idiniz. Belə əməlin sahibi aranızdan qovulmalıdır. 046 1CO 005 003 Mənsə cismən uzaqda olub ruhən aranızdayam və bu adam barəsində sanki aranızda olduğum üçün artıq hökm çıxarmışam: 046 1CO 005 004 siz Rəbbimiz İsanın adı ilə toplaşanda, mən də ruhən və Rəbbimiz İsanın qüdrəti ilə aranızda olanda, 046 1CO 005 005 həmin adamı Şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin günündə xilas olsun. 046 1CO 005 006 Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? 046 1CO 005 007 Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. 046 1CO 005 008 Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək. 046 1CO 005 009 Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım. 046 1CO 005 010 Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız! 046 1CO 005 011 Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin. 046 1CO 005 012 Çünki cəmiyyətdən kənardakıları mühakimə etməyə mənim nə ixtiyarım var? Məgər sizin mühakimə etməli olduqlarınız cəmiyyətdəkilər deyilmi? 046 1CO 005 013 Cəmiyyətdən kənardakıları Allah mühakimə edəcək. Siz isə öz aranızdan pis adamı atın. 046 1CO 006 001 Sizlərdən birinin başqası ilə iddiası varsa, müqəddəslərin qarşısında yox, haqsızların qarşısında mühakimə olunmağa cəsarəti çatarmı? 046 1CO 006 002 Dünyanı müqəddəslərin mühakimə edəcəyini bilmirsinizmi? Madam ki dünyanı mühakimə edəcəksiniz, belə xırda işləri mühakimə etməyə ixtiyarınız çatmırmı? 046 1CO 006 003 Mələkləri bizim mühakimə edəcəyimizi bilmirsinizmi? Bəs gündəlik həyata aid işlər harada qaldı? 046 1CO 006 004 Əgər elədirsə, gündəlik həyatda məhkəməyə veriləcək işləriniz varsa, imanlılar cəmiyyətində saymadığınız adamlarımı hakim seçirsiniz? 046 1CO 006 005 Mən bunu sizi utandırmaq üçün deyirəm. Yəni öz bacı-qardaşlarınız arasında hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam tapılmadı? 046 1CO 006 006 Amma qardaş qardaşla məhkəməyə gedir, üstəlik imansızlar qarşısında! 046 1CO 006 007 Əslində bir-birinizi məhkəməyə çəkməyiniz sizin üçün artıq tam məğlubiyyətdir. Əvəzində haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Aldanıb, dözmək daha yaxşı deyilmi? 046 1CO 006 008 Amma siz özünüz haqsızlıq edib başqalarını aldadırsınız. Üstəlik bunu bacı-qardaşlarınıza edirsiniz. 046 1CO 006 009 Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, 046 1CO 006 010 oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq. 046 1CO 006 011 Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız. 046 1CO 006 012 «Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm. 046 1CO 006 013 «Yemək qarın üçün, qarın da yemək üçündür» deyirsiniz, amma Allah həm qarını, həm də yeməyi yox edəcək. İnsan bədəni də əxlaqsızlıq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür. 046 1CO 006 014 Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək. 046 1CO 006 015 Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? İndi Məsihin üzvlərini götürüb bir fahişənin üzvləri edimmi? Əsla! 046 1CO 006 016 Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «İkisi bir bədən olacaq». 046 1CO 006 017 Rəblə birləşənsə Rəblə ruhən bir olur. 046 1CO 006 018 Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir. 046 1CO 006 019 Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, 046 1CO 006 020 çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin. 046 1CO 007 001 İndi isə «kişi qadına toxunmasa yaxşıdır» yazdığınıza gəlincə, 046 1CO 007 002 əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz arvadı, hər qadının da öz əri olsun. 046 1CO 007 003 Ər arvadına aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin. 046 1CO 007 004 Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır. Eləcə də kişinin bədəni özünün yox, arvadının ixtiyarındadır. 046 1CO 007 005 Müvəqqəti olaraq razılıqla, dua üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə Şeytan sizi sınağa çəkməsin. 046 1CO 007 006 Bunları əmr kimi yox, güzəşt kimi deyirəm. 046 1CO 007 007 Çünki bütün insanların mənim kimi olmasını istərdim. Amma hər bir insanın Allahdan aldığı öz ənamı var – birininki belədir, digərininki başqa cürdür. 046 1CO 007 008 Evli olmayanlara və dul qadınlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşı olar. 046 1CO 007 009 Əgər özlərini saxlaya bilmirlərsə, qoy ailə qursunlar. Çünki ehtirasdan yanmaqdansa ailə qurmaq daha yaxşıdır. 046 1CO 007 010 Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın. 046 1CO 007 011 Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə barışmalıdır. Ər də arvadını boşamasın. 046 1CO 007 012 Başqalarına isə Rəbb yox, mən deyirəm ki, əgər bir qardaşın iman etməyən arvadı var və arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın. 046 1CO 007 013 Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın. 046 1CO 007 014 Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz olardı, indi isə onlar müqəddəsdir. 046 1CO 007 015 İman etməyən ayrılırsa, qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil. Allah sizi sülhdə yaşamağa çağırıb. 046 1CO 007 016 Ey qadın, ərini xilas edib-etməyəcəyini haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan bilirsən? 046 1CO 007 017 Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm. 046 1CO 007 018 Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın. 046 1CO 007 019 Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir. 046 1CO 007 020 Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. 046 1CO 007 021 Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə. 046 1CO 007 022 Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur. 046 1CO 007 023 Siz çox baha qiymətə satın alınmısınız, insanlara qul olmayın! 046 1CO 007 024 Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın. 046 1CO 007 025 İndi isə qızlara gəlincə, bu barədə Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm. 046 1CO 007 026 Məncə, indi yaranmış çətin vəziyyətə görə insanın olduğu kimi qalması yaxşıdır. 046 1CO 007 027 Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma. 046 1CO 007 028 Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil. Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər. Mən sizi bundan qorumaq istəyirəm. 046 1CO 007 029 Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi, 046 1CO 007 030 yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar malı olmayanlar kimi, 046 1CO 007 031 bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir. 046 1CO 007 032 Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır. 046 1CO 007 033 Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır 046 1CO 007 034 və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır. 046 1CO 007 035 Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz. 046 1CO 007 036 Əgər bir nəfər nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin. 046 1CO 007 037 Amma kim ürəyində qəti niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək qərarına gəlirsə, o adam da yaxşı edir. 046 1CO 007 038 Buna görə də nişanlısı ilə evlənən yaxşı edir, evlənməyənsə daha yaxşı edir. 046 1CO 007 039 Arvad əri sağ ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır. 046 1CO 007 040 Amma fikrimcə, dul qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Zənnimcə, məndə də Allahın Ruhu var. 046 1CO 008 001 Bütlərə təqdim olunan qurbanlara gəlincə, bizə məlumdur ki, bu barədə «hamımızın biliyi var». Bilik insanın lovğalanmağına səbəb olur, məhəbbət isə onu ruhən inkişaf etdirir. 046 1CO 008 002 Kim fikirləşir ki, bir şey bilir, o hələ lazım olduğu kimi heç nə bilmir. 046 1CO 008 003 Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir. 046 1CO 008 004 Beləliklə, bütlərə təqdim olunan qurban ətinin yeyilməsi barəsində bilirik ki, «büt dünyada heç nədir» və «bir olan Allahdan başqası yoxdur». 046 1CO 008 005 Yerdə və yaxud göydə «allahlar» adlandırılanlar varsa, hətta çoxlu «allahlar» və «sahiblər» varsa, 046 1CO 008 006 bizim üçünsə bir Allah – Ata var. Hər şey Ondan gəlir, biz də Onun üçün yaşayırıq. Həmçinin bizim bir Sahibimiz var, O da Rəbb İsa Məsihdir. Hər şey Onun vasitəsilə yaranır, biz də Onun vasitəsilə yaşayırıq. 046 1CO 008 007 Amma bunu hamı bilmir. Hələ bütpərəst adətlərinə uymuş bəziləri yedikləri ətin bütlərə təqdim olunan qurban əti olduğunu düşünür və onlar zəif olduqlarından vicdanları ləkələnir. 046 1CO 008 008 Yemək bizi Allahın hüzuruna gətirmir. Biz yeməyəndə heç nə itirmirik, yeyəndə də heç nə əldə etmirik. 046 1CO 008 009 Amma diqqətli olun ki, sizin seçim ixtiyarınız zəif olanların büdrəməsinə səbəb olmasın. 046 1CO 008 010 Əgər vicdan məsuliyyəti zəif olan şəxs görsə ki, bilik sahibi olan sən büt evində süfrəyə oturmusan, bütlərə təqdim olunan qurbanın ətini yeməyə cürət etməzmi? 046 1CO 008 011 Bunun nəticəsində bu zəif adam – uğrunda Məsihin öldüyü bu bacı ya qardaş sənin biliyinin ucbatından həlak olacaq. 046 1CO 008 012 Beləliklə, zəif olan bacı-qardaşlarınıza qarşı günah edib vicdanlarını yaralayanda siz Məsihə qarşı günah edirsiniz. 046 1CO 008 013 Odur ki, əgər yemək qardaşımı büdrədirsə, mən heç vaxt ət yeməyəcəyəm ki, qardaşım büdrəməsin. 046 1CO 009 001 Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz İsanı görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi? 046 1CO 009 002 Əgər başqaları üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhürüsünüz. 046 1CO 009 003 Mən işlərimi təhlil edənlərə qarşı belə müdafiə olunuram: 046 1CO 009 004 məgər bizim yeyib-içməyə ixtiyarımız yoxdur? 046 1CO 009 005 Məgər digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi yanımızda imanlı arvadımızı gəzdirməyə ixtiyarımız yoxdur? 046 1CO 009 006 İşləməyib dolanmaq üçün yalnız mənim və Barnabanın ixtiyarı yoxdur? 046 1CO 009 007 Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı salıb barından yeməz? Kim sürünü otarıb südündən içməz? 046 1CO 009 008 Məgər mən ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylər demirmi? 046 1CO 009 009 Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır, 046 1CO 009 010 yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir. 046 1CO 009 011 Əgər biz aranızda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yığsaq, çoxdurmu? 046 1CO 009 012 Əgər başqalarının sizdən bunu istəməyə ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu? Bizsə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayılmasına mane olmamaq üçün hər şeyə dözürük. 046 1CO 009 013 Məgər bilmirsiniz ki, məbəddə iş görənlər məbədə gətirilən təqdimlərdən qidalanır və qurbangahın xidmətçiləri qurbangahdan öz paylarını götürürlər? 046 1CO 009 014 Beləcə də Rəbb Müjdəni elan edənlərə Müjdədən dolanmağı əmr etmişdir. 046 1CO 009 015 Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsası heç kim boşa çıxarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşıdır. 046 1CO 009 016 Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma! 046 1CO 009 017 Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm. 046 1CO 009 018 Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm. 046 1CO 009 019 Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim. 046 1CO 009 020 Yəhudiləri əldə etmək üçün Yəhudilərlə Yəhudi kimi davrandım. Mən Qanun altında olmasam da, Qanun altında olanları əldə etmək üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım. 046 1CO 009 021 Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım. 046 1CO 009 022 Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum. 046 1CO 009 023 Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm. 046 1CO 009 024 Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. 046 1CO 009 025 Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. 046 1CO 009 026 Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. 046 1CO 009 027 Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım. 046 1CO 010 001 Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi. 046 1CO 010 002 Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. 046 1CO 010 003 Hamısı eyni ruhani qida yedi 046 1CO 010 004 və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi. 046 1CO 010 005 Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. 046 1CO 010 006 Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. 046 1CO 010 007 Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı». 046 1CO 010 008 Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü. 046 1CO 010 009 Məsihi sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü. 046 1CO 010 010 Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü. 046 1CO 010 011 Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. 046 1CO 010 012 Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın. 046 1CO 010 013 Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz. 046 1CO 010 014 Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın. 046 1CO 010 015 Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın. 046 1CO 010 016 Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? 046 1CO 010 017 Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik. 046 1CO 010 018 Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları yeyənlər qurbangaha şərik deyilmi? 046 1CO 010 019 Belədirsə, mən nə demək istəyirəm? Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti varmı? 046 1CO 010 020 Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox, cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm. 046 1CO 010 021 Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. 046 1CO 010 022 Yoxsa Rəbbi qısqanclığa vadar edirik? Məgər biz Ondan güclüyük? 046 1CO 010 023 «Hər şeyə icazə var» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə icazə var», lakin hər şey ruhən inkişaf etdirmir. 046 1CO 010 024 Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün. 046 1CO 010 025 Ət bazarında nə satılırsa, vicdan məsələsini qaldırmadan yeyin. 046 1CO 010 026 Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar». 046 1CO 010 027 Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini qaldırmadan yeyin. 046 1CO 010 028 Amma biri sizə desə ki, «bu, qurban ətidir», onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin. 046 1CO 010 029 Mən sizin vicdanınızı yox, başqasının vicdanını nəzərdə tuturam. Axı nə üçün mənim azadlığım başqasının vicdanı ilə müəyyənləşdirilsin? 046 1CO 010 030 Əgər şükür edərək yeməkdə iştirak edirəmsə, şükür etdiyim yeməyə görə nə üçün mənə şər atırlar? 046 1CO 010 031 Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. 046 1CO 010 032 Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin büdrəməsinə səbəb olmayın, 046 1CO 010 033 necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirəm ki, onlar da xilas olsunlar. 046 1CO 011 001 Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün. 046 1CO 011 002 Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. 046 1CO 011 003 Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır. 046 1CO 011 004 Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir. 046 1CO 011 005 Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. 046 1CO 011 006 Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. 046 1CO 011 007 Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. 046 1CO 011 008 Çünki kişi qadından yox, qadın kişidən yarandı. 046 1CO 011 009 Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı. 046 1CO 011 010 Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyarı olmalıdır. 046 1CO 011 011 Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir. 046 1CO 011 012 Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır. 046 1CO 011 013 Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı? 046 1CO 011 014 Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik, 046 1CO 011 015 qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib. 046 1CO 011 016 Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, bizim də, Allahın cəmiyyətlərinin də belə bir adəti yoxdur. 046 1CO 011 017 Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm. 046 1CO 011 018 Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram. 046 1CO 011 019 Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır! 046 1CO 011 020 Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil. 046 1CO 011 021 Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur. 046 1CO 011 022 Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm. 046 1CO 011 023 Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, 046 1CO 011 024 şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 046 1CO 011 025 Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». 046 1CO 011 026 Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz. 046 1CO 011 027 Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. 046 1CO 011 028 Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. 046 1CO 011 029 Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir. 046 1CO 011 030 Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir. 046 1CO 011 031 Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik. 046 1CO 011 032 Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir. 046 1CO 011 033 Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin. 046 1CO 011 034 Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam. 046 1CO 012 001 Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm. 046 1CO 012 002 Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz. 046 1CO 012 003 Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz. 046 1CO 012 004 Müxtəlif ənamlar var, amma Ruh eynidir. 046 1CO 012 005 Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. 046 1CO 012 006 Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. 046 1CO 012 007 Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. 046 1CO 012 008 Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. 046 1CO 012 009 Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. 046 1CO 012 010 Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. 046 1CO 012 011 Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır. 046 1CO 012 012 Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; 046 1CO 012 013 çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik. 046 1CO 012 014 Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir. 046 1CO 012 015 Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 046 1CO 012 016 Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. 046 1CO 012 017 Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik? 046 1CO 012 018 Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi. 046 1CO 012 019 Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı? 046 1CO 012 020 Doğrudan da, üzv çox, bədən isə birdir. 046 1CO 012 021 Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz. 046 1CO 012 022 Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır, 046 1CO 012 023 dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk. 046 1CO 012 024 Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki, 046 1CO 012 025 bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. 046 1CO 012 026 Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir. 046 1CO 012 027 Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. 046 1CO 012 028 Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. 046 1CO 012 029 Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi? 046 1CO 012 030 Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi? 046 1CO 012 031 Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm. 046 1CO 013 001 Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 046 1CO 013 002 Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. 046 1CO 013 003 Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. 046 1CO 013 004 Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, 046 1CO 013 005 kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. 046 1CO 013 006 Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. 046 1CO 013 007 O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. 046 1CO 013 008 Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq. 046 1CO 013 009 Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 046 1CO 013 010 Kamillik gələndə məhdud olan aradan qalxacaq. 046 1CO 013 011 Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. 046 1CO 013 012 İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. 046 1CO 013 013 İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür. 046 1CO 014 001 Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin. 046 1CO 014 002 Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir. 046 1CO 014 003 Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar. 046 1CO 014 004 Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir. 046 1CO 014 005 İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür. 046 1CO 014 006 İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər? 046 1CO 014 007 Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər? 046 1CO 014 008 Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar? 046 1CO 014 009 Eyni tərzdə də əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz! 046 1CO 014 010 Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil. 046 1CO 014 011 Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadelli oluram, danışan da mənə yadelli olur. 046 1CO 014 012 Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın. 046 1CO 014 013 Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin. 046 1CO 014 014 Çünki əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır. 046 1CO 014 015 Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam. 046 1CO 014 016 Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür. 046 1CO 014 017 Əlbəttə, sən yaxşı şükür edirsən, amma bu adam inkişaf edə bilməz. 046 1CO 014 018 Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm. 046 1CO 014 019 İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam. 046 1CO 014 020 Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun. 046 1CO 014 021 Qanunda yazılıb: «Rəbb deyir: “Bu xalqla yadellilərin ağzı ilə, Başqalarının dilləri ilə danışacağam. Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”». 046 1CO 014 022 Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür. 046 1CO 014 023 Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz? 046 1CO 014 024 Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq. 046 1CO 014 025 Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək. 046 1CO 014 026 Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun. 046 1CO 014 027 Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin. 046 1CO 014 028 Əgər izah edən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın. 046 1CO 014 029 İki ya üç peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd etsin. 046 1CO 014 030 Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun. 046 1CO 014 031 Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız. 046 1CO 014 032 Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur. 046 1CO 014 033 Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir. 046 1CO 014 034 Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar. 046 1CO 014 035 Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır. 046 1CO 014 036 Məgər Allahın kəlamı siz Korinflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı? 046 1CO 014 037 Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir. 046 1CO 014 038 Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək. 046 1CO 014 039 Beləliklə, qardaşlarım, peyğəmbərlik etməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın. 046 1CO 014 040 Amma qoy hər şey ədəblə və intizamla edilsin. 046 1CO 015 001 İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm. 046 1CO 015 002 Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz. 046 1CO 015 003 Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, 046 1CO 015 004 dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. 046 1CO 015 005 O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. 046 1CO 015 006 Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir. 046 1CO 015 007 Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü. 046 1CO 015 008 Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü. 046 1CO 015 009 Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm. 046 1CO 015 010 Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi. 046 1CO 015 011 Beləcə istər mən, istərsə də onlar bu cür vəz edirik; siz də belə iman etmisiniz. 046 1CO 015 012 Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülər arasından dirildi, sizlərdən bəzisi ölülərin dirilməsinin olmadığını necə söyləyə bilər? 046 1CO 015 013 Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib. 046 1CO 015 014 Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur. 046 1CO 015 015 Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi. 046 1CO 015 016 Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib. 046 1CO 015 017 Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz. 046 1CO 015 018 Onda Məsihdə vəfat edənlər əbədilik öldülər. 046 1CO 015 019 Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq. 046 1CO 015 020 Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi. 046 1CO 015 021 Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. 046 1CO 015 022 Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. 046 1CO 015 023 Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. 046 1CO 015 024 Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. 046 1CO 015 025 Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. 046 1CO 015 026 Aradan götürüləcək son düşmən isə ölümdür. 046 1CO 015 027 Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil. 046 1CO 015 028 Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun. 046 1CO 015 029 Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur? 046 1CO 015 030 Biz də nə üçün hər an təhlükələrə uğrayırıq? 046 1CO 015 031 Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram. 046 1CO 015 032 Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!» 046 1CO 015 033 Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur». 046 1CO 015 034 Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram. 046 1CO 015 035 Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?» 046 1CO 015 036 Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz! 046 1CO 015 037 Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən. 046 1CO 015 038 Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir. 046 1CO 015 039 Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır. 046 1CO 015 040 Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır. 046 1CO 015 041 Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir. 046 1CO 015 042 Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; 046 1CO 015 043 əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; 046 1CO 015 044 əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var. 046 1CO 015 045 Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu. 046 1CO 015 046 Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir. 046 1CO 015 047 İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı. 046 1CO 015 048 Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir. 046 1CO 015 049 Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik. 046 1CO 015 050 Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz. 046 1CO 015 051 Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, 046 1CO 015 052 amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik. 046 1CO 015 053 Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir. 046 1CO 015 054 Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, Onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək. 046 1CO 015 055 «Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» 046 1CO 015 056 Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır. 046 1CO 015 057 Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun! 046 1CO 015 058 Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın. 046 1CO 016 001 İndi isə müqəddəslər üçün ianələr yığmağa gəlincə, Qalatiya cəmiyyətlərinə necə buyurmuşamsa, siz də elə edin. 046 1CO 016 002 Hər həftənin birinci günü hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın. 046 1CO 016 003 Oraya çatanda ianələrinizi Yerusəlimə çatdırmaq üçün seçdiyiniz adamları məktublarla göndərəcəyəm. 046 1CO 016 004 Əgər mənə də getmək məsləhət olsa, onlar mənimlə gedər. 046 1CO 016 005 Mən Makedoniyadan keçəndən sonra yanınıza gələcəyəm, çünki Makedoniyadan keçmək niyyətindəyəm. 046 1CO 016 006 Bəlkə də yanınızda bir az qalacağam, hətta qışı da keçirəcəyəm ki, siz məni gedəcəyim yerlərə yola salasınız. 046 1CO 016 007 Çünki mən sizinlə ötəri görüşmək istəmirəm. Rəbbin izni ilə yanınızda bir müddət qalmağa ümid edirəm. 046 1CO 016 008 Efesdə isə Əllinci Gün bayramınadək qalacağam. 046 1CO 016 009 Çünki mənə fəal iş üçün geniş qapı açılıb. Mənə qarşı çıxanlar da çoxdur. 046 1CO 016 010 Timotey nə vaxt yanınıza gəlsə, aranızda olanda onun heç bir şeydən qorxmamasına diqqət yetirin, çünki o da mənim kimi Rəbbin işini görür. 046 1CO 016 011 Bu səbəbə görə də qoy heç kim ona xor baxmasın. Fəqət onu əmin-arxayın yola salın ki, o yanıma gələ bilsin. Çünki mən qardaşlarla birgə onu gözləyirəm. 046 1CO 016 012 Apollo qardaşa gəlincə, mən ondan çox xahiş etdim ki, qardaşlarla birgə yanınıza getsin, amma o indi heç bir vasitə ilə getmək istəmir. Ona münasib olan vaxt gedəcək. 046 1CO 016 013 Ayıq olun, imanda sabit durun, mərd və möhkəm olun. 046 1CO 016 014 Qoy etdiyiniz hər bir əməl məhəbbətlə olsun. 046 1CO 016 015 Qardaşlar, sizdən bir xahişim var. Siz Stefananın ailəsini tanıyırsınız və bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlərini müqəddəslərin xidmətinə həsr etmişlər. 046 1CO 016 016 Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun. 046 1CO 016 017 Stefana, Fortunat və Axaikin gəlməsinə sevinirəm, çünki onlar gələndə sizin üçün darıxmağımı unutdum. 046 1CO 016 018 Onlar sizin kimi mənim də ruhumu təzələdilər. Belələrinin qədrini bilin. 046 1CO 016 019 Sizi Asiya vilayətinin cəmiyyətləri salamlayır. Akila və Priskila öz evlərində toplaşan cəmiyyətlə birlikdə Rəbbin ismi ilə sizə çoxlu salam göndərirlər. 046 1CO 016 020 Bütün bacı-qardaşlar sizə salam göndərir. Bir-birinizi müqəddəs öpüşlə salamlayın. 046 1CO 016 021 Mən Paul bu salamı öz əlimlə yazıram. 046 1CO 016 022 Rəbbi sevməyənə lənət olsun. Marana ta! 046 1CO 016 023 Rəbbimiz İsanın lütfü sizə yar olsun! 046 1CO 016 024 Mənim məhəbbətim Məsih İsada olan hamınızla olsun! # # BOOK 047 2CO 2 Corinthians 2 Korinflilərə 047 2CO 001 001 Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Paul və Timotey qardaşdan Allahın Korinfdə olan cəmiyyətinə və bütün Axayyadakı müqəddəslərə salam! 047 2CO 001 002 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 047 2CO 001 003 Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır. 047 2CO 001 004 Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək. 047 2CO 001 005 Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq. 047 2CO 001 006 Əziyyət çəkiriksə, bu sizə təsəlli və xilas gətirir. Təsəlli tapırıqsa, bu da bizim kimi çəkdiyiniz əzablara dözəsiniz deyə sizə güc verən bir təsəlli almanız üçündür. 047 2CO 001 007 Sizinlə bağlı ümidimiz sarsılmaz. Çünki əzablarımıza şərik olduğunuz kimi təsəllimizə də şərik olduğunuzu bilirik. 047 2CO 001 008 Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik. 047 2CO 001 009 Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başımıza gəldi. 047 2CO 001 010 Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq 047 2CO 001 011 və siz də dualarınızla bizə kömək etdikcə bizi yenə qurtaracaq. Belə ki bir çox insanın etdiyi dua nəticəsində bizə verdiyi ənamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin. 047 2CO 001 012 Vicdanımız da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahın lütfü ilə, Allahdan gələn səxavət və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik. 047 2CO 001 013 Biz elə bir şey yazmırıq ki, siz oxuyub başa düşə bilməyəsiniz. Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz İsa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşəcəksiniz. 047 2CO 001 015 Buna əmin olub əvvəlcə yanınıza gəlmək niyyətində idim ki, ikiqat xeyir tapasınız. 047 2CO 001 016 Həm Makedoniyaya gedəndə, həm də Makedoniyadan qayıdanda yanınıza gəlmək niyyətində oldum. Bundan sonra siz məni Yəhudeyaya yola salmalı idiniz. 047 2CO 001 017 Bu niyyətdə olanda görəsən qərarsız idimmi? Ya da niyyətlərim cismani təbiətimdən doğur ki, gah «bəli, bəli», gah da «xeyr, xeyr» deyim? 047 2CO 001 018 Allahın sədaqətinə and olsun ki, sizə çatdırdığımız xəbər gah «bəli», gah da «xeyr» deyil. 047 2CO 001 019 Sila və Timoteylə birlikdə sizə vəz etdiyimiz Allahın Oğlu İsa Məsih həm «bəli», həm də «xeyr» deyil. Onda yalnız «bəli» var. 047 2CO 001 020 Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik. 047 2CO 001 021 Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır. 047 2CO 001 022 O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu. 047 2CO 001 023 Allah şahidimdir, canıma and olsun ki, indiyədək sizə qıymadığım üçün Korinfə gəlmədim. 047 2CO 001 024 İmanınıza ağalıq etmək istəmirik, sevinməniz üçün sizinlə birgə çalışırıq. Çünki imanda dönməz dayanmısınız. 047 2CO 002 001 Mən sizi kədərləndirməmək üçün qərara aldım ki, yenə yanınıza gəlməyim. 047 2CO 002 002 Çünki sizi kədərləndirsəm, kədərləndirdiyim sizlərdən başqa məni kim şadlandıracaq? 047 2CO 002 003 Bunu yazmışdım ki, gəldiyim zaman məni sevindirəsi insanlar kədərləndirməsin. Hamınıza inanıram ki, mənim sevincim hər birinizin sevincidir. 047 2CO 002 004 Kədərləndirmək üçün deyil, sizə bəslədiyim hədsiz məhəbbəti dərk edəsiniz deyə sizə böyük əziyyət, ürək ağrısı və göz yaşları içində yazdım. 047 2CO 002 005 Əgər kimsə kədər gətiribsə, şişirtmədən deyim ki, mənə deyil, haradasa hamınıza kədər gətirib. 047 2CO 002 006 Beləsinə ictimaiyyətin verdiyi bu cəza bəsdir. 047 2CO 002 007 Hədsiz kədərə qərq olmasın deyə yaxşı olar ki, o insanı indi bağışlayasınız və təsəlli verəsiniz. 047 2CO 002 008 Buna görə sizdən xahiş edirəm ki, yenidən ona məhəbbət göstərin. 047 2CO 002 009 Bunu da sizə yazdım ki, hər vəziyyətdə sizin itaətli olmağınızı yoxlayım. 047 2CO 002 010 Kimi bağışlasanız, mən də bağışlayaram. Əgər mən bir şeyi bağışlamışamsa, Məsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki, 047 2CO 002 011 Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik. 047 2CO 002 012 Məsihin Müjdəsini yaymaq məqsədi ilə Troasa gələndə Rəbdən mənim üçün bir qapı açıldı. 047 2CO 002 013 Amma qardaşım Titi orada tapmayanda ürəyim narahat oldu. Ona görə oradakılarla xudahafizləşib Makedoniyaya gəldim. 047 2CO 002 014 Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan, Onu tanımaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun! 047 2CO 002 015 Çünki biz həm xilas, həm də həlak olanlar arasında Allaha xoş olan Məsih ətriyik. 047 2CO 002 016 Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlıdır? 047 2CO 002 017 Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahın hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danışırıq. 047 2CO 003 001 Özümüz barədə yenə zəmanət veririkmi? Yoxsa bəziləri kimi sizə yazılan və yaxud sizin yazdığınız zəmanət məktublarına ehtiyacımız var? 047 2CO 003 002 Bütün insanların tanıdığı, oxuduğu, ürəklərimizə yazılmış məktubumuz sizsiniz. 047 2CO 003 003 Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür; bu məktub mürəkkəblə yox, var olan Allahın Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb. 047 2CO 003 004 Məsih sayəsində Allah hüzurunda belə etibarımız var. 047 2CO 003 005 Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır. 047 2CO 003 006 O bizi Yeni Əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu Yeni Əhd yazılı Qanuna deyil, Ruha əsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir. 047 2CO 003 007 Ölümlə nəticələnən xidmət, yəni daş lövhələr üzərində həkk olunan yazılı Qanun elə ehtişamla gəldi ki, Musanın üzündən parlayan ehtişam ötəri olduğu halda İsrail övladları onun üzünə baxa bilmirdilər. 047 2CO 003 008 Onda Ruha əsaslanan xidmət daha da ehtişamlı olmazmı? 047 2CO 003 009 Əgər insanı məhkum edən xidmətin ehtişamı varsa, salehlik qazandıran xidmətin ehtişamı nə qədər çoxdur. 047 2CO 003 010 Çünki əvvəllər ehtişamlı olanın indi hədsiz ehtişamı olanla müqayisədə ehtişamı yoxdur. 047 2CO 003 011 Əgər ötəri olan ehtişamla gəldisə, daimi olanın ehtişamı daha da böyükdür. 047 2CO 003 012 Belə bir ümidə sahib olduğumuz üçün böyük cəsarətlə danışa bilərik. 047 2CO 003 013 İsrail övladları onun üzündəki ötəri ehtişamın keçib-getməsinə baxmasın deyə üzünə niqab çəkən Musa kimi deyilik. 047 2CO 003 014 İsrail övladları fikirlərində inadkar oldu. Bu günə qədər Köhnə Əhd oxunarkən onları eyni niqab qapayır, açılmır, çünki bu yalnız Məsih vasitəsilə götürülür. 047 2CO 003 015 Hətta bu günə qədər Musanın Yazıları nə vaxt oxunursa, onların ürəklərini bir niqab qapayır. 047 2CO 003 016 Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldırılır. 047 2CO 003 017 Rəbb Ruhdur, Rəbbin Ruhu haradadırsa, azadlıq da oradadır. 047 2CO 003 018 Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətinə dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır. 047 2CO 004 001 Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik. 047 2CO 004 002 Xəcalət gətirən gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın önündə, hər insanın vicdanı qarşısında özümüz barədə zəmanət veririk. 047 2CO 004 003 Əgər yaydığımız Müjdə qapalıdırsa, yalnız həlak olanlar üçün qapalıdır. 047 2CO 004 004 Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın. 047 2CO 004 005 Biz özümüzü yox, İsa Məsihi Rəbb olaraq vəz edirik. Özümüzü isə İsa naminə qullarınız olaraq təqdim edirik. 047 2CO 004 006 Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin. 047 2CO 004 007 Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq. 047 2CO 004 008 Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. 047 2CO 004 009 Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq. 047 2CO 004 010 İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün. 047 2CO 004 011 Çünki İsanın həyatı fani cismimizdə aydın görünsün deyə biz yaşaya-yaşaya İsa üçün həmişə ölümə təslim edilirik. 047 2CO 004 012 Beləliklə, ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir. 047 2CO 004 013 «İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq. 047 2CO 004 014 Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq. 047 2CO 004 015 Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin. 047 2CO 004 016 Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. 047 2CO 004 017 Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. 047 2CO 004 018 Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir. 047 2CO 005 001 Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. 047 2CO 005 002 İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik. 047 2CO 005 003 Soyunuruqsa da, lüt-üryan qalmarıq. 047 2CO 005 004 Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun. 047 2CO 005 005 Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi. 047 2CO 005 006 Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. 047 2CO 005 007 Gözlə görünənə deyil, imana görə həyat sürürük. 047 2CO 005 008 Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq. 047 2CO 005 009 Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq, məqsədimiz Rəbbi razı salmaqdır. 047 2CO 005 010 Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq. 047 2CO 005 011 Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır. 047 2CO 005 012 Sizə özümüz barədə yenə zəmanət vermək istəmirik, amma ürəkləri ilə deyil, zahiri görünüşləri ilə öyünənlərə cavab verə biləsiniz deyə bizimlə fəxr etməniz üçün sizə imkan yaradırıq. 047 2CO 005 013 Əgər ağlımızı itirmişiksə, bu, Allah üçündür, yox, əgər ağlımız başımızdadırsa, bu sizin üçündür. 047 2CO 005 014 Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. 047 2CO 005 015 Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar. 047 2CO 005 016 Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq. 047 2CO 005 017 Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi. 047 2CO 005 018 Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. 047 2CO 005 019 Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi. 047 2CO 005 020 Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. 047 2CO 005 021 Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq. 047 2CO 006 001 Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz. 047 2CO 006 002 Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü. 047 2CO 006 003 Xidmətimiz etibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik. 047 2CO 006 004 Əksinə, Allahın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda, 047 2CO 006 005 döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda, 047 2CO 006 006 pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, Müqəddəs Ruhda, riyasız məhəbbətdə, 047 2CO 006 007 həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə, 047 2CO 006 008 gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. 047 2CO 006 009 Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük. 047 2CO 006 010 Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik. 047 2CO 006 011 Ey Korinflilər, sizinlə açıq danışırıq, sizə ürəyimizi açmışıq. 047 2CO 006 012 Bizimlə yaxın münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir. 047 2CO 006 013 Buna cavab olaraq, sizə övladlarım kimi deyirəm: siz də ürəyinizi açın. 047 2CO 006 014 İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? 047 2CO 006 015 Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? 047 2CO 006 016 Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq». 047 2CO 006 017 Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm». 047 2CO 006 018 «Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir. 047 2CO 007 001 Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək. 047 2CO 007 002 Ürəyinizdə bizim üçün yer ayırın. Biz heç kimə haqsızlıq etməmişik, heç kimə zərər verməmişik, heç kimi istismar etməmişik. 047 2CO 007 003 Sözlərimlə sizi məhkum etmək istəmirəm, çünki əvvəlcədən dediyim kimi ürəyimizdə elə bir yeriniz var ki, ölsək də, yaşasaq da sizinlə bir olacağıq. 047 2CO 007 004 Sizə çox etibar edirəm, sizinlə çox fəxr edirəm. Nə cür əziyyət çəksək belə, təsəllim bol, sevincim hədsizdir. 047 2CO 007 005 Makedoniyaya gələndə də cismən dinclik tapmadıq. Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi. 047 2CO 007 006 Lakin məzlumlara təsəlli verən Allah Titin gəlişi ilə bizə təsəlli verdi. 047 2CO 007 007 Ancaq Titin gəlişindən deyil, sizin ona verdiyiniz təsəllidən də təsəlli aldıq. Çünki Tit dedi ki, siz məndən ötrü darıxır, dərd və qeyrət çəkirsiniz. Buna görə sevincim daha da artdı. 047 2CO 007 008 Məktubumla sizi kədərləndirdimsə də, buna görə peşman deyiləm. Əslində məktubumla sizi bir anlıq da olsa kədərləndirdiyim üçün peşman olmuşdum. 047 2CO 007 009 Amma indi kədərinizə görə yox, bu kədər hissinin sizin tövbə etmənizə səbəb olduğu üçün sevinirəm. Allah istəyən tərzdə kədərləndiniz, buna görə də bizdən heç bir şeydə ziyan görmədiniz. 047 2CO 007 010 Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır. 047 2CO 007 011 Baxın Allah istəyən tərzdə çəkdiyiniz bu kədər sizdə nə qədər böyük cəhd, təmizə çıxmaq arzusu, qəzəb, qorxu, həsrət, qeyrət, ədalətpərvərlik yaratdı. Bu işdə hər cəhətdən saf olduğunuz barədə zəmanət verdiniz. 047 2CO 007 012 Sizə o məktubu yazanda haqsızlıq edənə yaxud haqsızlığa məruz qalana görə yazmadım. Bizim üçün etdiyiniz cəhdi Allah önündə aydın görməniz üçün yazdım. 047 2CO 007 013 Bütün bunlardan təsəlli alırıq. Buna əlavə olaraq Titin sevinci bizi daha da sevindirdi. Hamınız onun ruhunu təzələdiniz. 047 2CO 007 014 Mən onun qarşısında sizinlə fəxr etmişdim, siz də məni utandırmadınız. Sizə dediyimiz hər şey necə doğru idisə, Titin qarşısında sizinlə fəxr etməyimiz də doğru çıxdı. 047 2CO 007 015 Hamınızın itaətli olduğunuzu, onu necə qorxu və lərzə ilə qəbul etdiyinizi yada saldıqca sizə olan sevgisi daha da artır. 047 2CO 007 016 Sizə hər işdə etibar edə bildiyim üçün sevinirəm. 047 2CO 008 001 Qardaşlar, sizə bildirmək istəyirik ki, Makedoniyadakı cəmiyyətlərə verilən Allahın lütfü nə etdi: 047 2CO 008 002 onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı. 047 2CO 008 003 Mən şahidəm ki, onlar bunu bacardıqları qədər, hətta artıqlaması ilə, könüllü surətdə etdilər. 047 2CO 008 004 Bizə yalvara-yalvara müqəddəslərə yardım işinə şərik olmaq lütfünə nail olmaq istədilər. 047 2CO 008 005 Bu, gözlədiyimizdən də artıq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahın iradəsi ilə bizə həsr etdilər. 047 2CO 008 006 Ona görə Titdən xahiş etdik ki, onun başladığı bu xeyriyyə işini sizin aranızda başa çatdırsın. 047 2CO 008 007 Sizsə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdə zəngin olduğunuz kimi bu xeyriyyəçilikdə də zəngin olun. 047 2CO 008 008 Mən bunları əmr edərək demirəm, lakin başqalarının cəhdi ilə müqayisədə sizin məhəbbətinizin həqiqiliyini sınaqdan keçirərək deyirəm. 047 2CO 008 009 Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı. 047 2CO 008 010 Bu barədə sizə məsləhət verirəm. Siz keçən il bu işi nəinki gördünüz, hətta təşəbbüskarı oldunuz. Öz xeyriniz üçün 047 2CO 008 011 indi bu işi başa çatdırın. Buna həvəsiniz necə idisə, imkan daxilində bunu elə də başa çatdırın. 047 2CO 008 012 Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır. 047 2CO 008 013 Sizi əziyyətə salıb başqalarına rahatlıq vermək deyil, bərabərlik istəyirik. 047 2CO 008 014 İndi sizin əlavə vəsaitiniz qoy onların ehtiyaclarını ödəsin ki, lazım olanda onların vəsaiti də sizin ehtiyacınızı ödəsin. Beləcə qoy bərabərlik olsun. 047 2CO 008 015 Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi olmadı». 047 2CO 008 016 Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun! 047 2CO 008 017 Çünki Tit bizim xahişimizi qəbul etməklə kifayətlənmədi, böyük cəhd göstərərək könüllü surətdə sizin yanınıza gəlir. 047 2CO 008 018 Müjdəni yaydığına görə bütün cəmiyyətlərdə təriflənən bir qardaşı da onunla birgə yanınıza göndəririk. 047 2CO 008 019 Həmçinin o, Rəbbi izzətləndirmək və yardım etməyə həvəsli olduğumuzu göstərmək üçün apardığımız bu xeyriyyə işində yol yoldaşımız olmaq məqsədi ilə cəmiyyətlər tərəfindən seçildi. 047 2CO 008 020 Bu bol olan nəzir-niyazla əlaqədar xidmətimizdə heç kim bizdə səhv tutmasın deyə diqqət göstəririk. 047 2CO 008 021 Çünki məqsədimiz yalnız Rəbbin gözündə deyil, insanların da gözündə doğru sayılan işləri görməkdir. 047 2CO 008 022 Çox işdə dəfələrlə sınaqdan keçirib cəhdini gördüyümüz, indi sizə bəslədiyi böyük etibar sayəsində daha da cəhd göstərən başqa qardaşımızı da onlarla bərabər göndəririk. 047 2CO 008 023 Titə gəlincə, o mənim şərikim, sizlərin arasında çalışan əməkdaşım, qardaşlarımızsa Məsihin izzəti üçün cəmiyyətlərin elçiləridir. 047 2CO 008 024 Buna görə də cəmiyyətlərin qarşısında məhəbbətinizi və sizinlə fəxr etməyimizin səbəbini onlara sübut edin. 047 2CO 009 001 Müqəddəslərə göstəriləcək yardımla əlaqədar sizə yazmağıma ehtiyac yoxdur. 047 2CO 009 002 Çünki yardım etməyə həvəsiniz olduğunu bilirəm. Axayyada olan sizlərin keçən ildən bəri hazırlıqlı olduğunuzu söyləyərək Makedoniyalılar qarşısında fəxr etməkdəyəm. Sizin səyiniz onların çoxunu hərəkətə gətirdi. 047 2CO 009 003 Sizinlə etdiyimiz fəxr bu işdə boşa çıxmasın deyə qardaşları yanınıza göndərirəm və dediyim kimi gərək hazır olasınız. 047 2CO 009 004 Belə ki bəzi Makedoniyalılar mənimlə gəlib sizin hazır olmadığınızı görərsə, sizə etibar etdiyimizə görə nə biz utanaq, nə də siz. 047 2CO 009 005 Ona görə də mən qardaşlardan xahiş etməyə ehtiyac duyuram ki, məndən əvvəl yanınıza gəlib vəd edilmiş bol bəxşişlərinizi qabaqcadan hazır etsinlər. Qoy bu bəxşişlər istismarçılıqla yox, könüllü surətdə hazır olsun. 047 2CO 009 006 Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək. 047 2CO 009 007 Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir. 047 2CO 009 008 Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun. 047 2CO 009 009 Necə ki yazılıb: «Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar». 047 2CO 009 010 Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. 047 2CO 009 011 Hər tərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq. 047 2CO 009 012 Çünki etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşıb-daşır. 047 2CO 009 013 Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahı izzətləndirirlər. 047 2CO 009 014 Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər. 047 2CO 009 015 Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun! 047 2CO 010 001 Yanınızda ürkək, lakin sizdən uzaq ikən cürətli olan mən Paul Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş edir, 047 2CO 010 002 yalvarıram: yanınıza gələndə məni vadar etməyin ki, bizi cismani təbiətə görə həyat sürən insanlar zənn edən bəzi adamlara göstərməyi vacib saydığım cürəti sizə də göstərim. 047 2CO 010 003 Çünki cismən həyat sürsək də, cismani təbiətə görə döyüş aparmırıq. 047 2CO 010 004 Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, 047 2CO 010 005 Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk. 047 2CO 010 006 Siz Məsihə tamamilə itaət edəndə hər cür itaətsizliyi cəzalandırmağa hazır olacağıq. 047 2CO 010 007 Göz qabağında olanlara baxın. Kim Məsihə aid olduğuna arxalanırsa, yadda saxlasın ki, onun qədər biz də Məsihə aidik. 047 2CO 010 008 Sizi yıxmaq üçün deyil, inkişaf etdirmək üçün Rəbbin bizə verdiyi səlahiyyətə görə bir az artıq öyünsəm də, utanmaram. 047 2CO 010 009 Elə görünmək istəmirəm ki, məktublarımla sizi qorxuduram. 047 2CO 010 010 Mənim barəmdə deyirlər ki, «onun məktubları ciddi və təsirlidir, özünü görəndə isə zəhmsiz, nitqi də heçdir». 047 2CO 010 011 Kim bunu düşünürsə, qoy bilsin ki, uzaqda olanda məktublarımızla dediklərimizə yanınızda olanda da əməl edirik. 047 2CO 010 012 Öz-özü barədə zəmanət verən bəzi adamlarla özümüzü bərabər saymağa və yaxud da müqayisə etməyə sözsüz ki cəsarət etmirik. Özlərini öz arşınları ilə ölçə-ölçə, həmçinin özlərini özləri ilə müqayisə edə-edə onlar dərrakələrini itirdilər. 047 2CO 010 013 Biz isə hədsiz öyünməyəcəyik. Öyünməyimiz Allahın bizə verdiyi, sizin də daxil olduğunuz iş dairəsinin həddini aşmayacaq. 047 2CO 010 014 Sizə yetişməyənlər kimi uzaqlara getmirik. Çünki Məsihin Müjdəsini sizə çatdıran bizik. 047 2CO 010 015 Başqalarının əməyi ilə öyünüb həddimizi aşmırıq. Ümidvarıq ki, imanınız böyüdükcə aranızda işimizin əhatə dairəsi daha da genişlənəcək. 047 2CO 010 016 Beləcə başqasının işinin əhatə dairəsində olan nailiyyətlərlə öyünmədən Müjdəni sizin o tayınızdakı diyarlarda da yaya biləcəyik. 047 2CO 010 017 «Öyünən Rəbdə öyünsün». 047 2CO 010 018 Çünki özü barədə zəmanət verən insan yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur. 047 2CO 011 001 Ümidvaram ki, mənim bir qədər ağılsızlığıma da dözəcəksiniz. Bəli, mənə bir qədər dözün. 047 2CO 011 002 Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm. 047 2CO 011 003 Amma qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldatması kimi düşüncələrinizin pozulub Məsihə olan səmimi və pak həsr olunmasından azasınız. 047 2CO 011 004 Çünki əgər kimsə yanınıza gəlib bizim vəz etdiyimiz İsadan başqa bir İsanı təbliğ edirsə, aldığınızdan fərqli bir ruh alırsınızsa və yaxud qəbul etdiyinizdən fərqli bir müjdəni qəbul edirsinizsə, siz buna necə də məmnuniyyətlə dözürsünüz. 047 2CO 011 005 Zənnimcə bu «böyük həvarilər»dən mən heç də geri qalmıram. 047 2CO 011 006 Natiqlik məharətim olmasa da, bilikdə məharətsiz deyiləm. Bunu sizə hər vəziyyətdə hər tərəfli göstərdik. 047 2CO 011 007 Ucalmanız üçün özümü aşağı tutaraq Allah Müjdəsini müftə yaymaqla günah işlətdimmi? 047 2CO 011 008 Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum. 047 2CO 011 009 Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım. Çünki Makedoniyadan gələn qardaşlar ehtiyacımı tamamilə ödədilər. Sizə yük olmaqdan özümü saxladım və gələcəkdə də özümü saxlayacağam. 047 2CO 011 010 Məndə olan Məsihin həqiqətinə and olsun! Axayya vilayətində heç kim məni susdura bilməz ki, buna öyünməyim. 047 2CO 011 011 Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm. 047 2CO 011 012 Özlərini bizimlə bərabər sayaraq öyünənlər buna əsas axtarır. Mən etdiyimi edəcəyəm ki, onların əsasını kəsim. 047 2CO 011 013 Çünki bunlar saxta həvari, Məsih həvarisinin cildinə girən fırıldaqçılardır. 047 2CO 011 014 Buna heyrətlənmək lazım deyil, çünki Şeytan da işıq mələyi cildinə girir. 047 2CO 011 015 Şeytana xidmət edənlərin salehlik xidmətçilərinin cildinə girməsi qəribə deyil. Onların aqibəti əməllərinə görə olacaq. 047 2CO 011 016 Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm. 047 2CO 011 017 Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm. 047 2CO 011 018 Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm. 047 2CO 011 019 Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz. 047 2CO 011 020 Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz. 047 2CO 011 021 Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır! Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var. 047 2CO 011 022 Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm. 047 2CO 011 023 Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. 047 2CO 011 024 Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm, 047 2CO 011 025 üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım. 047 2CO 011 026 Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım. 047 2CO 011 027 Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım. 047 2CO 011 028 Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır. 047 2CO 011 029 Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı? 047 2CO 011 030 Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm. 047 2CO 011 031 Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm. 047 2CO 011 032 Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı. 047 2CO 011 033 Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım. 047 2CO 012 001 Faydalı olmasa da, öyünməliyəm. İndi Rəbdən gələn görüntülərə və vəhylərə keçirəm. 047 2CO 012 002 Məsihdə olaraq on dörd il bundan əvvəl – bədəndəmi, yoxsa bədəndən xaricmi, mən bilmirəm, Allah bilir – götürülüb göyün üçüncü qatına aparılan bir insanı tanıyıram. 047 2CO 012 003 Bilirəm ki, bu adam – bədəndəmi, yoxsa bədəndən kənarmı, mən bilmirəm, Allah bilir – 047 2CO 012 004 cənnətə aparılıb orada dillə ifadə olunmayan, insanın danışması qadağan olunan sözlər eşitdi. 047 2CO 012 005 Belə birisi ilə öyünəcəyəm, amma özümlə əlaqədar olaraq zəifliyimdən başqa bir şeylə öyünməyəcəyəm. 047 2CO 012 006 Öyünmək istəsəm belə, ağılsız olmayacağam. Çünki həqiqəti deyəcəyəm. Amma heç kim məni görüb eşitdiyindən artıq bir şəxs saymasın deyə öyünməkdən çəkinirəm. 047 2CO 012 007 Aldığım vəhylərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün Şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım. 047 2CO 012 008 Bunun məndən uzaq olması üçün üç dəfə Rəbbə yalvardım. 047 2CO 012 009 Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. 047 2CO 012 010 Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm. 047 2CO 012 011 Mən ağılsızlaşdım, çünki siz məni vadar etdiniz. Amma siz mənim barəmdə zəmanət verməli idiniz. Çünki özüm bir şey olmasam da, həmin «böyük həvarilər»dən heç də geri qalmıram. 047 2CO 012 012 Həvariliyimin nişanələri aranızda əlamətlər, xariqələr və möcüzələr vasitəsilə, böyük dözümlülüklə göstərildi. 047 2CO 012 013 Mən sizə yük olmadım, bundan başqa sizin digər cəmiyyətlərdən nə əskiyiniz var? Bu haqsızlığımı bağışlayın! 047 2CO 012 014 Budur, üçüncü dəfə yanınıza gəlməyə hazıram. Sizə yük olmayacağam, çünki sizdən heç nə istəmirəm, yalnız sizi istəyirəm. Axı övladların ata-ana üçün deyil, ata-ananın övladları üçün ehtiyat görməsi doğru sayılır. 047 2CO 012 015 Mən də sizin həyatınız uğrunda sevinə-sevinə malımdan və canımdan keçəcəyəm. Sizi daha da çox sevsəm, daha az seviləcəyəmmi? 047 2CO 012 016 Qoy belə olsun. Düşünürsünüz ki, mən sizə ağır yük olmadım, amma çoxbilmiş olduğuma görə sizi fənd işlədərək aldatdım. 047 2CO 012 017 Yanınıza göndərdiyim adamlardan hansı biri ilə sizi istismar etdim? 047 2CO 012 018 Titi yanınıza gəlmək həvəsinə saldım və o biri qardaşı da onunla göndərdim. Tit mənə görə sizi istismar etmədi, elə deyilmi? Eyni ruhda həyat sürmədikmi? Eyni izlə getmədikmi? 047 2CO 012 019 Bu vaxta qədər qarşınızda özümüzü müdafiə etdiyimizi düşünürsünüzmü? Allahın qarşısında, Məsihdə olaraq danışırıq. Sevimlilər, etdiyimiz hər şey sizin inkişafınız üçündür. 047 2CO 012 020 Qorxuram ki, gəlişimdə sizi istədiyim vəziyyətdə tapmayım, siz də istədiyinizi məndə tapmayasınız və aranızda münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, böhtan, qeybət, lovğalıq, qarışıqlıq tapam. 047 2CO 012 021 Bu da məni qorxudur ki, yanınıza gələndə Allahım məni sizin qarşınızda aşağı tutacaq: əvvəllər günah işlədərək batdıqları murdarlıq, əxlaqsızlıq və pozğunluqdan tövbə etməyən bir çox adamlar üçün yas tutacağam. 047 2CO 013 001 Bu, yanınıza üçüncü gəlişim olacaq. «Hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin». 047 2CO 013 002 İkinci dəfə yanınızda olanda keçmişdə günah işlədənlərə xəbər verdiyim kimi indi uzaqda olanda da onların və başqalarının hamısına xəbərdarlıq edirəm ki, yenə yanınıza gələndə onların heç birini cəzasız qoymayacağam. 047 2CO 013 003 Məsihin mənim vasitəmlə danışdığına dair istədiyiniz sübut budur. Məsih aranızda zəifliklə deyil, qüdrətlə fəaliyyət göstərir. 047 2CO 013 004 Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahın qüdrəti ilə yaşayacağıq. 047 2CO 013 005 Özünüzü yoxlayın və iman yolunda olub-olmadığınızı bilmək üçün sınaqdan keçirin. İsa Məsihin daxilinizdə olduğunu başa düşmürsünüzmü? Yoxsa sınaqdan keçmirsiniz? 047 2CO 013 006 Ümidvaram, bizim sınaqdan keçdiyimizi başa düşəcəksiniz. 047 2CO 013 007 Allaha dua edirik ki, pis iş görməyəsiniz; bu bizim sınaqdan keçməyimizi göstərmək üçün deyil, sınaqdan keçməyənlər kimi olsaq da, sizin yaxşılıq etməniz üçündür. 047 2CO 013 008 Çünki həqiqətə qarşı heç nə edə bilmərik, nə etsək, həqiqət uğrunda edirik. 047 2CO 013 009 Biz zəif, sizsə güclü olanda sevinirik. Bərpa olmanız üçün dua edirik. 047 2CO 013 010 Bunları sizə uzaqdan yazıram ki, yanınızda olanda Rəbbin yıxmaq üçün deyil, inkişaf etdirmək üçün mənə verdiyi səlahiyyəti sərt şəkildə istifadə etməyə məcbur olmayım. 047 2CO 013 011 Nəhayət, ey qardaşlar, sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun, sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq. 047 2CO 013 012 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Bütün müqəddəslər sizə salam göndərir. 047 2CO 013 013 Rəbb İsa Məsihin lütfü, Allahın məhəbbəti və Müqəddəs Ruhun şərikliyi hamınıza yar olsun! # # BOOK 048 GAL Galatians Qalatiyalilara 048 GAL 001 001 Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan 048 GAL 001 002 və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam! 048 GAL 001 003 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 048 GAL 001 004 Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. 048 GAL 001 005 Allaha əbədi izzət olsun! Amin. 048 GAL 001 006 Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz. 048 GAL 001 007 Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır. 048 GAL 001 008 Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun! 048 GAL 001 009 Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun! 048 GAL 001 010 İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım. 048 GAL 001 011 Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil. 048 GAL 001 012 Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı. 048 GAL 001 013 Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım. 048 GAL 001 014 Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim. 048 GAL 001 015 Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah 048 GAL 001 016 Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. 048 GAL 001 017 Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım. 048 GAL 001 018 Üç il keçəndən sonra isə Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım. 048 GAL 001 019 O biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm. 048 GAL 001 020 Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm. 048 GAL 001 021 Sonra Suriya və Kilikiya diyarlarına getdim. 048 GAL 001 022 Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar. 048 GAL 001 023 Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir». 048 GAL 001 024 Beləliklə, mənə görə Allahı izzətləndirirdilər. 048 GAL 002 001 On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb yenə Yerusəlimə getdim. 048 GAL 002 002 Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında vəz etdiyim Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş yerə cəhd etməyim yaxud da cəhd etmiş olmayım. 048 GAL 002 003 Yanımda olan Tit də Yunan olduğu halda sünnət olunmağa məcbur edilmədi. 048 GAL 002 004 Bu iş aramıza gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar Məsih İsada malik olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə aramıza girdilər. 048 GAL 002 005 Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin həqiqəti sizinlə qalsın. 048 GAL 002 006 Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə artırmadılar. 048 GAL 002 007 Əksinə, sünnətlilərə Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər. 048 GAL 002 008 Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu. 048 GAL 002 009 Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa millətlərin, onlarsa sünnətlilərin yanına getsin. 048 GAL 002 010 Yalnız yoxsulları yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim. 048 GAL 002 011 Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi. 048 GAL 002 012 Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən əvvəl Peter başqa millətlərdən olanlarla yemək yeyirdi. Həmin adamlar gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq başqa millətlərin yanından çəkilib ayrı durdu. 048 GAL 002 013 Onunla birlikdə o biri Yəhudilər də ikiüzlülük etdilər. Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı. 048 GAL 002 014 Amma mən Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa millətlərdən biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi yaşamağa məcbur edirsən?» 048 GAL 002 015 Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» deyilik. 048 GAL 002 016 Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz. 048 GAL 002 017 Əgər biz Məsihdə saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah xidmətçisidir? Əsla! 048 GAL 002 018 Əgər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, özümü Qanunu pozan olaraq göstərirəm. 048 GAL 002 019 Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm ki, Allah üçün yaşayım. 048 GAL 002 020 Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram. 048 GAL 002 021 Allahın lütfünü rədd etmirəm. Çünki əgər salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü. 048 GAL 003 001 Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi? İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu! 048 GAL 003 002 Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız? 048 GAL 003 003 Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz? 048 GAL 003 004 Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi? 048 GAL 003 005 Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman etməyinizlə icra edir? 048 GAL 003 006 Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 048 GAL 003 007 İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. 048 GAL 003 008 Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi. 048 GAL 003 009 Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar. 048 GAL 003 010 Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» 048 GAL 003 011 Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». 048 GAL 003 012 Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 048 GAL 003 013 Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» 048 GAL 003 014 Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq. 048 GAL 003 015 Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz. 048 GAL 003 016 Vədlər yalnız İbrahimə və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir. 048 GAL 003 017 Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin. 048 GAL 003 018 Çünki əgər irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə verdi. 048 GAL 003 019 Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi. 048 GAL 003 020 Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir. 048 GAL 003 021 Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi. 048 GAL 003 022 Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin. 048 GAL 003 023 Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq. 048 GAL 003 024 Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq. 048 GAL 003 025 Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik. 048 GAL 003 026 Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız. 048 GAL 003 027 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. 048 GAL 003 028 Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. 048 GAL 003 029 Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz. 048 GAL 004 001 Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir. 048 GAL 004 002 O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır. 048 GAL 004 003 Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik. 048 GAL 004 004 Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, 048 GAL 004 005 Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. 048 GAL 004 006 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 048 GAL 004 007 Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən. 048 GAL 004 008 Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz. 048 GAL 004 009 İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz? 048 GAL 004 010 Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz! 048 GAL 004 011 Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm. 048 GAL 004 012 Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. 048 GAL 004 013 Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. 048 GAL 004 014 Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz. 048 GAL 004 015 İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz. 048 GAL 004 016 Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum? 048 GAL 004 017 Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər. 048 GAL 004 018 Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 048 GAL 004 019 Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm. 048 GAL 004 020 İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam. 048 GAL 004 021 Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi? 048 GAL 004 022 İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu. 048 GAL 004 023 Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu. 048 GAL 004 024 Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir. 048 GAL 004 025 Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir. 048 GAL 004 026 Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. 048 GAL 004 027 Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, qışqır, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çoxdur». 048 GAL 004 028 Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız. 048 GAL 004 029 Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir. 048 GAL 004 030 Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq». 048 GAL 004 031 Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq. 048 GAL 005 001 Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın. 048 GAL 005 002 Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç bir fayda verməz. 048 GAL 005 003 Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir adam bütün Qanuna əməl etməyə borcludur. 048 GAL 005 004 Ey Qanun vasitəsilə saleh sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq düşdünüz. 048 GAL 005 005 Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid bağlayıb onu həvəslə gözləyirik. 048 GAL 005 006 Məsih İsada sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan imandır. 048 GAL 005 007 Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi? 048 GAL 005 008 Belə inandırılmağınız sizi Çağıranın istəyi deyil. 048 GAL 005 009 Azacıq maya bütün xəmiri acıdır. 048 GAL 005 010 Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək. 048 GAL 005 011 Amma, qardaşlar, əgər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı. 048 GAL 005 012 Ah, kaş sizi çaşdıranlar özlərini axtalayaydılar! 048 GAL 005 013 Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin. 048 GAL 005 014 Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev». 048 GAL 005 015 Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz. 048 GAL 005 016 Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz. 048 GAL 005 017 Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz. 048 GAL 005 018 Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz. 048 GAL 005 019 Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq, 048 GAL 005 020 bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr, 048 GAL 005 021 paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar. 048 GAL 005 022 Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, 048 GAL 005 023 həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. 048 GAL 005 024 Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. 048 GAL 005 025 Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. 048 GAL 005 026 Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək. 048 GAL 006 001 Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver. 048 GAL 006 002 Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin. 048 GAL 006 003 Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır. 048 GAL 006 004 Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə deyil, yalnız öz etdikləri ilə fəxr edəcək. 048 GAL 006 005 Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır. 048 GAL 006 006 Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün. 048 GAL 006 007 Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da biçəcək. 048 GAL 006 008 Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. 048 GAL 006 009 Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. 048 GAL 006 010 Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək. 048 GAL 006 011 Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım! 048 GAL 006 012 Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər. 048 GAL 006 013 Axı sünnət olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər. 048 GAL 006 014 Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. 048 GAL 006 015 Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. 048 GAL 006 016 Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin. 048 GAL 006 017 Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram. 048 GAL 006 018 Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin. # # BOOK 049 EPH Ephesians Efeslilərə 049 EPH 001 001 Allahın iradəsi ilə Məsih İsanın həvarisi olan mən Pauldan Məsih İsada sadiq qalan Efesdəki müqəddəslərə salam! 049 EPH 001 002 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 049 EPH 001 003 Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun! 049 EPH 001 004 O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq. 049 EPH 001 005 Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. 049 EPH 001 006 Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək. 049 EPH 001 007 Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik. 049 EPH 001 009 Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını O, Məsihdə əvvəlcədən təyin etmişdi. 049 EPH 001 010 Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək. 049 EPH 001 011 Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki, 049 EPH 001 012 qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq. 049 EPH 001 013 Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. 049 EPH 001 014 Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək. 049 EPH 001 015 Bundan ötrü mən də Rəbb İsaya olan imanınız və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib 049 EPH 001 016 sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm. 049 EPH 001 017 Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. 049 EPH 001 018 Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, 049 EPH 001 019 Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz. 049 EPH 001 020 Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu 049 EPH 001 021 və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. 049 EPH 001 022 Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. 049 EPH 001 023 Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür. 049 EPH 002 001 Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. 049 EPH 002 002 Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. 049 EPH 002 003 Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik. 049 EPH 002 004 Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün 049 EPH 002 005 təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. 049 EPH 002 006 Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu. 049 EPH 002 007 Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. 049 EPH 002 008 Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. 049 EPH 002 009 Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. 049 EPH 002 010 Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq. 049 EPH 002 011 Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər 049 EPH 002 012 o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. 049 EPH 002 013 Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. 049 EPH 002 014 Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı. 049 EPH 002 015 Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin 049 EPH 002 016 və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi. 049 EPH 002 017 O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı. 049 EPH 002 018 Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik. 049 EPH 002 019 Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. 049 EPH 002 020 Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. 049 EPH 002 021 Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. 049 EPH 002 022 Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz. 049 EPH 003 001 Mən Paul siz başqa millətlərdən olanlar uğrunda Məsih İsanın məhbusuyam. 049 EPH 003 002 Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram. 049 EPH 003 003 Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi. 049 EPH 003 004 Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz. 049 EPH 003 005 Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır. 049 EPH 003 006 Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir. 049 EPH 003 007 Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi, buna əsasən Müjdəni yaymaq üçün xidmətçi oldum. 049 EPH 003 008 Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım 049 EPH 003 009 və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. 049 EPH 003 010 Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin. 049 EPH 003 011 Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. 049 EPH 003 012 Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik. 049 EPH 003 013 Buna görə xahiş edirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötrü ruhdan düşməyin. Bu sizə izzət gətirir. 049 EPH 003 014 Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki, 049 EPH 003 016 O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin 049 EPH 003 017 və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, 049 EPH 003 018 belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, 049 EPH 003 019 hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. 049 EPH 003 020 Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha 049 EPH 003 021 imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin. 049 EPH 004 001 Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. 049 EPH 004 002 Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. 049 EPH 004 003 Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. 049 EPH 004 004 Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, 049 EPH 004 005 Rəbb bir, iman bir, vəftiz bir, 049 EPH 004 006 hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır. 049 EPH 004 007 Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir. 049 EPH 004 008 Bunun üçün belə deyilir: «Ucalara çıxıb əsirləri Özü ilə apardı, İnsanlara hədiyyələr verdi». 049 EPH 004 009 Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi. 049 EPH 004 010 Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur. 049 EPH 004 011 Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki, 049 EPH 004 012 Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər. 049 EPH 004 013 Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq. 049 EPH 004 014 Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq. 049 EPH 004 015 Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək. 049 EPH 004 016 Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. 049 EPH 004 017 Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin. 049 EPH 004 018 Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular. 049 EPH 004 019 Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər. 049 EPH 004 020 Sizsə Məsihi elə öyrənməmisiniz. 049 EPH 004 021 Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız. 049 EPH 004 022 Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, 049 EPH 004 023 ruhən və əqlən yeniləşin, 049 EPH 004 024 əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün. 049 EPH 004 025 Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik. 049 EPH 004 026 Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub 049 EPH 004 027 iblisə yer verməyin. 049 EPH 004 028 Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun. 049 EPH 004 029 Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. 049 EPH 004 030 Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz. 049 EPH 004 031 Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun. 049 EPH 004 032 Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın. 049 EPH 005 001 Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. 049 EPH 005 002 Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün. 049 EPH 005 003 Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. 049 EPH 005 004 Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. 049 EPH 005 005 Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq. 049 EPH 005 006 Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. 049 EPH 005 007 Buna görə də onların şəriki olmayın. 049 EPH 005 008 Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. 049 EPH 005 009 Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. 049 EPH 005 010 Rəbbi razı salan şeyləri ayırd edin, 049 EPH 005 011 qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. 049 EPH 005 012 Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. 049 EPH 005 013 Nurun ifşa etdiyi hər şey aşkardır, 049 EPH 005 014 bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üzərinə nur saçacaq». 049 EPH 005 015 Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. 049 EPH 005 016 Hər fürsətdən istifadə edin, çünki günlər şərdir. 049 EPH 005 017 Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. 049 EPH 005 018 Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. 049 EPH 005 019 Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. 049 EPH 005 020 Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin. 049 EPH 005 021 Məsih qorxusu ilə bir-birinizə tabe olun. 049 EPH 005 022 Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. 049 EPH 005 023 Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. 049 EPH 005 024 Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar. 049 EPH 005 025 Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. 049 EPH 005 026 Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 049 EPH 005 027 və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. 049 EPH 005 028 Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 049 EPH 005 029 Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. 049 EPH 005 030 Axı biz Onun bədən üzvləriyik. 049 EPH 005 031 «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq». 049 EPH 005 032 Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. 049 EPH 005 033 Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin. 049 EPH 006 001 Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır. 049 EPH 006 002 İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki, 049 EPH 006 003 xoş güzəranın və yer üzündə ömrün uzun olsun». 049 EPH 006 004 Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün. 049 EPH 006 005 Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və lərzə ilə səmimi qəlbdən itaət edin. 049 EPH 006 006 Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin. 049 EPH 006 007 İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin. 049 EPH 006 008 Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq. 049 EPH 006 009 Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz. 049 EPH 006 010 Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. 049 EPH 006 011 İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. 049 EPH 006 012 Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. 049 EPH 006 013 Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz. 049 EPH 006 014 Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. 049 EPH 006 016 Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. 049 EPH 006 017 Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün. 049 EPH 006 018 Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin. 049 EPH 006 019 Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim. 049 EPH 006 021 Necə olduğumu və nə iş gördüyümü siz də biləsiniz deyə Rəbdə sevimli qardaş və sadiq xidmətçi Tixik sizə hər şeyi bildirəcək. 049 EPH 006 022 Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun. 049 EPH 006 023 Ata Allah və Rəbb İsa Məsihdən bacı-qardaşlara sülh və imanla məhəbbət olsun. 049 EPH 006 024 Rəbbimiz İsa Məsihi ölməz məhəbbətlə sevənlərin hamısına lütf olsun! # # BOOK 050 PHI Philippians Filipililərə 050 PHI 001 001 Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam! 050 PHI 001 002 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 050 PHI 001 003 Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm. 050 PHI 001 004 Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm. 050 PHI 001 005 Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz. 050 PHI 001 006 Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq. 050 PHI 001 007 Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz. 050 PHI 001 008 Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm. 050 PHI 001 009 Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın, 050 PHI 001 010 siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz. 050 PHI 001 012 Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı. 050 PHI 001 013 Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam. 050 PHI 001 014 Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi. 050 PHI 001 015 Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər. 050 PHI 001 016 Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm. 050 PHI 001 017 Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər. 050 PHI 001 018 Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm, 050 PHI 001 019 çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq. 050 PHI 001 020 Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm. 050 PHI 001 021 Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır. 050 PHI 001 022 Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm. 050 PHI 001 023 Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır. 050 PHI 001 024 Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. 050 PHI 001 025 Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz. 050 PHI 001 026 Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın. 050 PHI 001 027 Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz 050 PHI 001 028 və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir. 050 PHI 001 029 Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu. 050 PHI 001 030 Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız. 050 PHI 002 001 Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, 050 PHI 002 002 həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin. 050 PHI 002 003 Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın 050 PHI 002 004 və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. 050 PHI 002 005 Məsih İsa necə düşündü, siz də elə düşünün. 050 PHI 002 006 Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 050 PHI 002 007 Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb 050 PHI 002 008 Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. 050 PHI 002 009 Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, 050 PHI 002 010 göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün 050 PHI 002 011 və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin. 050 PHI 002 012 Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. 050 PHI 002 013 Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz. 050 PHI 002 014 Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, 050 PHI 002 015 nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. 050 PHI 002 016 Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim. 050 PHI 002 017 Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm. 050 PHI 002 018 Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun. 050 PHI 002 019 Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var. 050 PHI 002 020 Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur. 050 PHI 002 021 Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür. 050 PHI 002 022 Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz. 050 PHI 002 023 Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm. 050 PHI 002 024 Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm. 050 PHI 002 025 Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. 050 PHI 002 026 Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi. 050 PHI 002 027 O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi. 050 PHI 002 028 Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin. 050 PHI 002 029 Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin. 050 PHI 002 030 Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı. 050 PHI 003 001 Nəhayət, qardaşlarım, Rəbdə sevinin! Sizə eyni şeyləri yazmaq məni yormaz, amma sizi qoruyar. 050 PHI 003 002 Özünüzü «itlər»dən qoruyun, pis iş görənlərdən qoruyun, bədəni sünnət edərək kəsib-atanlardan qoruyun. 050 PHI 003 003 Çünki əsl sünnətlilər Allahın Ruhu vasitəsilə ibadət edən, Məsih İsa ilə fəxr edən və cismani şeylərə güvənməyən bizlərik. 050 PHI 003 004 Əslində mən cismani şeylərə də güvənə bilərdim. Əgər başqası cismani şeylərə güvənməyi düşünürsə, mən daha çox güvənə bilərəm. 050 PHI 003 005 Mən səkkizgünlük ikən sünnət olundum. İsrail nəslindən, Binyamin qəbiləsindən, İbranilərdən törəmiş bir İbraniyəm. Qanuna münasibətdə farisey idim. 050 PHI 003 006 Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim. 050 PHI 003 007 Amma mənə fayda gətirən nə varsa, Məsih uğrunda ziyan saymışam. 050 PHI 003 008 Bundan əlavə, Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb 050 PHI 003 009 Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum. 050 PHI 003 010 Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki, 050 PHI 003 011 nə olursa-olsun, ölülər arasından dirilməyə nail olum. 050 PHI 003 012 Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub. 050 PHI 003 013 Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm 050 PHI 003 014 və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum. 050 PHI 003 015 Beləliklə, aramızda kim kamildirsə, qoy belə düşünsün. Hər hansı bir mövzuda fərqli düşüncələriniz varsa, Allah bunu da sizə açacaq. 050 PHI 003 016 Ancaq çatdığımız səviyyəyə uyğun həyat sürək. 050 PHI 003 017 Qardaşlar, hamınız birlikdə məndən nümunə götürün və sizə göstərdiyimiz nümunəyə uyğun həyat sürənlərə diqqətlə baxın. 050 PHI 003 018 Sizə dəfələrlə söylədiyim kimi indi də göz yaşları içində təkrar deyirəm: bir çoxları Məsihin çarmıxına düşmən olaraq həyat sürür. 050 PHI 003 019 Onların sonu həlakdır. Onların allahı qarınlarıdır. Öz rüsvayçılıqları ilə fəxr edir, yalnız dünyəvi şeylər barədə düşünürlər. 050 PHI 003 020 Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. 050 PHI 003 021 O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək. 050 PHI 004 001 Beləliklə, ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı, Rəbdə olaraq bu cür dönməz durun, ey sevimlilər! 050 PHI 004 002 Evodiyaya yalvarıram, Sintixiyə yalvarıram ki, Rəbdə həmfikir olsunlar. 050 PHI 004 003 Bəli, ey əsl əməkdaşım, səndən də xahişim var, bu qadınlara kömək et. Çünki onlar mənimlə, Klementlə və adları həyat kitabında olan digər əməkdaşlarımla bərabər Müjdəni yaymaq üçün səy göstəriblər. 050 PHI 004 004 Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! 050 PHI 004 005 Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır. 050 PHI 004 006 Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. 050 PHI 004 007 Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq. 050 PHI 004 008 Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. 050 PHI 004 009 Məndən öyrəndiyiniz, qəbul etdiyiniz, eşitdiyiniz və məndə gördüyünüz nə varsa, bunları həyata keçirin. Onda sülh qaynağı olan Allah sizinlə olacaq. 050 PHI 004 010 Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz. 050 PHI 004 011 Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. 050 PHI 004 012 Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. 050 PHI 004 013 Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. 050 PHI 004 014 Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz. 050 PHI 004 015 Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. 050 PHI 004 016 Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. 050 PHI 004 017 Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərəni axtarıram. 050 PHI 004 018 Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır. 050 PHI 004 019 Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək. 050 PHI 004 020 Qoy Atamız Allaha əbədi izzət olsun! Amin. 050 PHI 004 021 Məsih İsada müqəddəs olan hər kəsi salamlayın. Mənimlə olan qardaşlar sizə salam göndərir. 050 PHI 004 022 Sizi bütün müqəddəslər, xüsusən qeysərin sarayında işləyənlər salamlayır. 050 PHI 004 023 Rəbb İsa Məsihin lütfü ruhunuza yar olsun! # # BOOK 051 COL Colossians Kolosselilərə 051 COL 001 001 Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan və Timotey qardaşdan 051 COL 001 002 Kolossedəki Məsihdə olan müqəddəs və sadiq bacı-qardaşlara salam! Atamız Allahdan sizə lütf və sülh olsun! 051 COL 001 003 Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik. 051 COL 001 004 Çünki sizin Məsih İsaya imanınızdan və bütün müqəddəslərə göstərdiyiniz məhəbbətdən xəbərdar olduq. 051 COL 001 005 İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz. 051 COL 001 006 Bu Müjdə onu eşitdiyiniz, həqiqətdə Allahın lütfünü dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayılmaqdadır. 051 COL 001 007 Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz. 051 COL 001 008 O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdırdı. 051 COL 001 009 Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. 051 COL 001 010 Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz, 051 COL 001 011 hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz, 051 COL 001 012 müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. 051 COL 001 013 O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. 051 COL 001 014 Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. 051 COL 001 015 Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. 051 COL 001 016 Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. 051 COL 001 017 Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. 051 COL 001 018 Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. 051 COL 001 019 Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa 051 COL 001 020 və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu. 051 COL 001 021 Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. 051 COL 001 022 İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin. 051 COL 001 023 Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum. 051 COL 001 024 İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram. 051 COL 001 025 Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını, 051 COL 001 026 yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. 051 COL 001 027 Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir. 051 COL 001 028 Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. 051 COL 001 029 Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram. 051 COL 002 001 İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz. 051 COL 002 002 Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi dərk etsinlər. 051 COL 002 003 Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. 051 COL 002 004 Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. 051 COL 002 005 Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm. 051 COL 002 006 Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. 051 COL 002 007 Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin. 051 COL 002 008 Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. 051 COL 002 009 Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. 051 COL 002 010 Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır. 051 COL 002 011 Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz. 051 COL 002 012 Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. 051 COL 002 013 Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb 051 COL 002 014 tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. 051 COL 002 015 Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi. 051 COL 002 016 Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin. 051 COL 002 017 Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir. 051 COL 002 018 Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. 051 COL 002 019 O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür. 051 COL 002 020 Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq 051 COL 002 021 «buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz? 051 COL 002 022 Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır. 051 COL 002 023 Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur. 051 COL 003 001 Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. 051 COL 003 002 Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. 051 COL 003 003 Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. 051 COL 003 004 Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz. 051 COL 003 005 Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. 051 COL 003 006 Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir. 051 COL 003 007 Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz. 051 COL 003 008 İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. 051 COL 003 009 Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb 051 COL 003 010 yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. 051 COL 003 011 Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır. 051 COL 003 012 Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. 051 COL 003 013 Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. 051 COL 003 014 Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. 051 COL 003 015 Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! 051 COL 003 016 Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. 051 COL 003 017 Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin. 051 COL 003 018 Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun. 051 COL 003 019 Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. 051 COL 003 020 Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır. 051 COL 003 021 Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar. 051 COL 003 022 Ey qullar, hər işdə dünyəvi ağalarınıza itaət edin. Bunu insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, səmimi qəlbdən, Allahdan qorxaraq edin. 051 COL 003 023 Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin. 051 COL 003 024 Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz. 051 COL 003 025 Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz. 051 COL 004 001 Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun. 051 COL 004 002 Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun. 051 COL 004 003 Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim. 051 COL 004 004 Dua edin ki, mən bu sirri lazımınca açıq-aşkar bildirim. 051 COL 004 005 Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin. 051 COL 004 006 Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz. 051 COL 004 007 Rəbdə sevimli qardaş, sadiq xidmətçi və əməkdaş olan Tixik mənim barəmdə hər şeyi sizə bildirəcək. 051 COL 004 008 Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun. 051 COL 004 009 Onunla birlikdə sizlərdən biri olan sadiq və sevimli Onisim qardaşı da göndərirəm. Onlar sizə buradakı bütün işlər barədə məlumat verəcək. 051 COL 004 010 Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin. 051 COL 004 011 Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər. 051 COL 004 012 Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır. 051 COL 004 013 Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir. 051 COL 004 014 Sevimli həkim Luka və Dima da sizə salam göndərir. 051 COL 004 015 Laodikeyada olan bacı-qardaşlara, Nimfaya və onun evindəki cəmiyyətə salam söyləyin. 051 COL 004 016 Bu məktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cəmiyyətində də oxudun, Laodikeyadan gələn məktubu isə siz də oxuyun. 051 COL 004 017 Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır». 051 COL 004 018 Mən Paul bu salamı öz əlimlə yazıram. Unutmayın ki, mən həbsdəyəm. Sizə lütf olsun! # # BOOK 052 1TH 1 Thessalonians 1 Saloniklilərə 052 1TH 001 001 Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə lütf və sülh olsun! 052 1TH 001 002 Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. 052 1TH 001 003 Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. 052 1TH 001 004 Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. 052 1TH 001 005 Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz. 052 1TH 001 006 Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz. 052 1TH 001 007 Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz. 052 1TH 001 008 Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı. 052 1TH 001 009 Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz. 052 1TH 002 001 Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı. 052 1TH 002 002 Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq. 052 1TH 002 003 Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur. 052 1TH 002 004 Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. 052 1TH 002 005 Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir. 052 1TH 002 006 İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq. 052 1TH 002 007 Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik. 052 1TH 002 008 Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz. 052 1TH 002 009 Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik. 052 1TH 002 010 Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir. 052 1TH 002 011 Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik. 052 1TH 002 012 Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz. 052 1TH 002 013 Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır. 052 1TH 002 014 Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz. 052 1TH 002 015 Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar. 052 1TH 002 016 Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular. 052 1TH 002 017 Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik. 052 1TH 002 018 Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu. 052 1TH 002 019 Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi? 052 1TH 002 020 Çünki siz bizim izzətimiz və sevincimizsiniz. 052 1TH 003 001 Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq 052 1TH 003 002 və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. 052 1TH 003 003 Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. 052 1TH 003 004 Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. 052 1TH 003 005 Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər. 052 1TH 003 006 Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz. 052 1TH 003 007 Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. 052 1TH 003 008 Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir. 052 1TH 003 009 Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik? 052 1TH 003 010 Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik. 052 1TH 003 011 Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın. 052 1TH 003 012 Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın. 052 1TH 003 013 Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin. 052 1TH 004 001 Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin. 052 1TH 004 002 Rəbb İsanın səlahiyyəti ilə sizə hansı əmrləri verdiyimizi bilirsiniz. 052 1TH 004 003 Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın, 052 1TH 004 004 hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin, 052 1TH 004 006 heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq. 052 1TH 004 007 Çünki Allah bizi murdarlığa deyil, müqəddəsliyə çağırmışdır. 052 1TH 004 008 Ona görə bu təlimatı rədd edən kəs insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir. 052 1TH 004 009 Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib. 052 1TH 004 010 Əslində, siz bütün Makedoniyadakı bacı-qardaşların hamısı ilə belə davranırsınız. Lakin ey qardaşlar, rica edirik ki, belə işlərin sayını artırın. 052 1TH 004 011 Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul olasınız və əliniz işdə-gücdə olsun; 052 1TH 004 012 belə ki kənar şəxslərin qarşısında hörmətəlayiq şəkildə həyat sürəsiniz və heç kimdən təminat almağa ehtiyac duymayasınız. 052 1TH 004 013 Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. 052 1TH 004 014 Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq. 052 1TH 004 015 Çünki Rəbbin kəlamına əsaslanaraq sizə deyirik ki, Rəbbin zühurunadək sağ qalan bizlər vəfat edənlərdən əsla qabağa keçməyəcəyik. 052 1TH 004 016 Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. 052 1TH 004 017 Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. 052 1TH 004 018 Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin. 052 1TH 005 001 Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur. 052 1TH 005 002 Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. 052 1TH 005 003 İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. 052 1TH 005 004 Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. 052 1TH 005 005 Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. 052 1TH 005 006 Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. 052 1TH 005 007 Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir. 052 1TH 005 008 Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq. 052 1TH 005 009 Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib. 052 1TH 005 010 Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq. 052 1TH 005 011 Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin. 052 1TH 005 012 Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. 052 1TH 005 013 Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. 052 1TH 005 014 Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun. 052 1TH 005 015 Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın. 052 1TH 005 016 Daima sevinin, 052 1TH 005 017 durmadan dua edin, 052 1TH 005 018 hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir. 052 1TH 005 019 Ruhu söndürməyin. 052 1TH 005 020 Peyğəmbərlik sözlərinə xor baxmayın. 052 1TH 005 021 Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun. 052 1TH 005 022 Hər cür şərdən uzaq durun. 052 1TH 005 023 Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. 052 1TH 005 024 Sizi çağıran Allah sadiqdir və bunu edəcək. 052 1TH 005 025 Qardaşlar, bizim üçün dua edin. 052 1TH 005 026 Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın. 052 1TH 005 027 Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara oxuyun. 052 1TH 005 028 Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun! # # BOOK 053 2TH 2 Thessalonians 2 Saloniklilərə 053 2TH 001 001 Paul, Sila və Timoteydən Atamız Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! 053 2TH 001 002 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 053 2TH 001 003 Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır. 053 2TH 001 004 Bunun üçün tab gətirdiyiniz bütün təqiblərə, əziyyətlər zamanı dözümünüzə və imanınıza görə Allahın cəmiyyətlərində sizinlə özümüz də fəxr edirik. 053 2TH 001 005 Bu şeylər Allahın ədalətli hökmünün əlamətidir ki, nəticədə uğrunda indi əzab çəkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız. 053 2TH 001 006 Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət, 053 2TH 001 007 əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq veriləcək. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə od-alov içərisində göydən zühur etdiyi zaman olacaq. 053 2TH 001 008 O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq. 053 2TH 001 009 Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. 053 2TH 001 010 Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. Siz də belə imanlılardansınız, çünki etdiyimiz şəhadətə inandınız. 053 2TH 001 011 Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin. 053 2TH 001 012 Belə ki Allahımızın və Rəbb İsa Məsihin lütfünə görə Rəbbimiz İsanın adı sizdə izzət qazansın və siz də Onda izzət qazanasınız. 053 2TH 002 001 Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik: 053 2TH 002 002 qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın. 053 2TH 002 003 Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək. 053 2TH 002 004 O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək. 053 2TH 002 005 Hələ yanınızda olarkən bunları sizə söylədiyim yadınızda deyilmi? 053 2TH 002 006 Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz. 053 2TH 002 007 Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq. 053 2TH 002 008 Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək. 053 2TH 002 009 Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə 053 2TH 002 010 və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın. 053 2TH 002 011 Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar. 053 2TH 002 012 Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun. 053 2TH 002 013 Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi. 053 2TH 002 014 Rəbbimiz İsa Məsihin izzətinə nail olmağınız üçün O bizim yaydığımız Müjdə ilə sizi bu xilasa çağırdı. 053 2TH 002 015 Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın. 053 2TH 002 016 Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah 053 2TH 002 017 sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin. 053 2TH 003 001 Nəhayət, qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı aranızda olduğu kimi sürətlə yayılıb izzət qazansın, 053 2TH 003 002 pis və şər adamlardan xilas olaq. Çünki iman hamıya məxsus deyil. 053 2TH 003 003 Amma Rəbb etibarlıdır. O sizi möhkəmləndirib şər olandan qoruyacaq. 053 2TH 003 004 Biz də Rəbbə güvənərək sizdən arxayınıq ki, verdiyimiz əmrlərə əməl edirsiniz və edəcəksiniz. 053 2TH 003 005 Qoy Rəbb ürəklərinizi Allahın məhəbbətinə və Məsihin dözümünə yönəltsin. 053 2TH 003 006 Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın. 053 2TH 003 007 Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq, 053 2TH 003 008 heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq. 053 2TH 003 009 Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik. 053 2TH 003 010 Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin. 053 2TH 003 011 Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar. 053 2TH 003 012 Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər. 053 2TH 003 013 Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın. 053 2TH 003 014 Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın. 053 2TH 003 015 Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin. 053 2TH 003 016 Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin! Rəbb hamınıza yar olsun! 053 2TH 003 017 Mən Paul salamı sizə öz əlimlə yazıram. Bunu hər məktubumda xüsusi bir işarə kimi yazıram. 053 2TH 003 018 Rəbbimiz İsa Məsihin lütfü hamınıza yar olsun! # # BOOK 054 1TI 1 Timothy 1 Timoteyə 054 1TI 001 001 Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan 054 1TI 001 002 imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun! 054 1TI 001 003 Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bəzi insanlara əmr et ki, yad təlim yaymasınlar, 054 1TI 001 004 əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər. 054 1TI 001 005 Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir. 054 1TI 001 006 Bəzi adamlar isə bunlardan azaraq boşboğazlığa qapıldılar. 054 1TI 001 007 Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar. 054 1TI 001 008 Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır. 054 1TI 001 009 Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər, 054 1TI 001 010 əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdur. 054 1TI 001 011 Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət etdiyi izzətli Müjdəyə görə bu belədir. 054 1TI 001 012 Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi. 054 1TI 001 013 Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim. 054 1TI 001 014 Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi. 054 1TI 001 015 Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm. 054 1TI 001 016 Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum. 054 1TI 001 017 Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin. 054 1TI 001 018 Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan, 054 1TI 001 019 imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar. 054 1TI 001 020 Himeney və İsgəndər də onlardandır. Küfr etməməyi öyrənsinlər deyə onları Şeytana təslim etdim. 054 1TI 002 001 Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin. 054 1TI 002 003 Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. 054 1TI 002 004 O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. 054 1TI 002 005 Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. 054 1TI 002 006 O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir. 054 1TI 002 007 Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum. 054 1TI 002 008 Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər, 054 1TI 002 009 qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil, 054 1TI 002 010 mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm. 054 1TI 002 011 Qadın sakitlik və tam bir tabelik içində öyrənsin; 054 1TI 002 012 qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun. 054 1TI 002 013 Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva. 054 1TI 002 014 Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu; 054 1TI 002 015 amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin. 054 1TI 003 001 Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir. 054 1TI 003 002 Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır. 054 1TI 003 003 Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır. 054 1TI 003 004 Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə uşaqlarını öz tabeliyində saxlamalıdır. 054 1TI 003 005 Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər? 054 1TI 003 006 Nəzarətçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər. 054 1TI 003 007 Kənar insanlar tərəfindən də yaxşı bir insan kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın. 054 1TI 003 008 Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris olmamalıdır. 054 1TI 003 009 İman sirrini təmiz vicdanla saxlamalıdırlar. 054 1TI 003 010 Onlar da əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər. 054 1TI 003 011 Qadınlar da böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar. 054 1TI 003 012 Xidmətçilər tək arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər. 054 1TI 003 013 Çünki yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar. 054 1TI 003 014 Tezliklə yanına gəlmək ümidi ilə bu şeyləri sənə yazıram ki, 054 1TI 003 015 əgər geciksəm belə, sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir. 054 1TI 003 016 Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi. 054 1TI 004 001 Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar. 054 1TI 004 002 Bu təlimlər yalançıların ikiüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir. 054 1TI 004 003 Bu yalançılar evlənməyi qadağan edir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman edib həqiqəti dərk edənlərin şükürlə qəbul etməsi üçün yaradıb. 054 1TI 004 004 Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. 054 1TI 004 005 Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur. 054 1TI 004 006 Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl etdiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq Məsih İsanın yaxşı bir xidmətçisi olarsan. 054 1TI 004 007 Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir. 054 1TI 004 008 Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var. 054 1TI 004 009 Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür. 054 1TI 004 010 Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusən iman edənlərin Xilaskarı, var olan Allaha bağlamışıq. 054 1TI 004 011 Bunları buyur və öyrət. 054 1TI 004 012 Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol. 054 1TI 004 013 Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol. 054 1TI 004 014 Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə. 054 1TI 004 015 Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun. 054 1TI 004 016 Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən. 054 1TI 005 001 Ağsaqqalla sərt danışma, ona ata kimi, cavanlara isə qardaş kimi, 054 1TI 005 002 ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver. 054 1TI 005 003 Həqiqi dul qadınlara hörmət et. 054 1TI 005 004 Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır. 054 1TI 005 005 Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz ümidini Allaha bağlamışdır, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam edir. 054 1TI 005 006 Keflə yaşayan dul qadınsa yaşadığı halda ölüdür. 054 1TI 005 007 Nöqsansız olmaqları üçün bu əmrləri tapşır. 054 1TI 005 008 Öz yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan betərdir. 054 1TI 005 009 Qoy bir dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın: ən azı altmış yaşına çatmış, ərinə sadiq olmuş, 054 1TI 005 010 etdiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət etmiş, əziyyət çəkənlərə yardım etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır. 054 1TI 005 011 Altmış yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər. 054 1TI 005 012 Beləcə verdikləri ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar. 054 1TI 005 013 Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər, başqalarının işlərinə burunlarını soxarlar. 054 1TI 005 014 Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını, evini idarə etməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm. 054 1TI 005 015 Artıq bəziləri azıb Şeytanın ardınca getmişdir. 054 1TI 005 016 İmanlı bir qadının dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cəmiyyəti belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım edə bilsin. 054 1TI 005 017 Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən, vəz və təlim işində zəhmət çəkənlər maddi və mənəvi cəhətdən təmin olunmağa layiq görülsün. 054 1TI 005 018 Çünki Müqəddəs Yazıda belə deyilir: «Xırman çəkən öküzün ağzını bağlama» və «işçi öz haqqına layiqdir». 054 1TI 005 019 İki yaxud üç şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə. 054 1TI 005 020 Günah işlədən ağsaqqalları hamının qarşısında məzəmmət et ki, digərləri də günah işlətməkdən qorxsun. 054 1TI 005 021 Allahın, Məsih İsanın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı-seçkilik salmadan, tərəfkeşlik etmədən bu təlimatlara riayət edəsən. 054 1TI 005 022 Heç kimin üzərinə tələsərək əl qoyma, başqalarının günahlarına şərik olma, özünü pak saxla. 054 1TI 005 023 Yalnız su içməkdən vaz keç; mədənə və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç. 054 1TI 005 024 Bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir, digərlərininki isə sonradan ortaya çıxar. 054 1TI 005 025 Beləcə yaxşı işlər də qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək. 054 1TI 006 001 Qul boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmətə layiq saysınlar ki, Allahın adına və təliminə küfr söylənməsin. 054 1TI 006 002 Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər. Çünki bu qulluqdan faydalananlar sevdikləri imanlılardır. Bu şeyləri öyrət və nəsihət ver. 054 1TI 006 003 Kim yad təlimlər yayıb Rəbbimiz İsa Məsihin sağlam sözləri ilə və möminliyə uyğun təlimlə razı deyilsə, 054 1TI 006 004 o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır; 054 1TI 006 005 pozğun düşüncəli, həqiqətdən məhrum, möminliyi qazanc mənbəyi kimi zənn edən adamların fasiləsiz mübahisələridir. 054 1TI 006 006 Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. 054 1TI 006 007 Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik. 054 1TI 006 008 Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik. 054 1TI 006 009 Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. 054 1TI 006 010 Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər. 054 1TI 006 011 Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get. 054 1TI 006 012 İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. 054 1TI 006 013 Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki, 054 1TI 006 014 Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et. 054 1TI 006 015 Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. 054 1TI 006 016 Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin. 054 1TI 006 017 Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. 054 1TI 006 018 Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin, əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər. 054 1TI 006 019 Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplasınlar. Yəni həqiqi həyatı bərk tutsunlar. 054 1TI 006 020 Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsız boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq dur. 054 1TI 006 021 Bəziləri bu biliyə sahib olduqlarını iddia edərək imandan azdılar. Sizə lütf olsun! # # BOOK 055 2TI 2 Timothy 2 Timoteyə 055 2TI 001 001 Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan 055 2TI 001 002 mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun! 055 2TI 001 003 Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm. 055 2TI 001 004 Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum. 055 2TI 001 005 Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan. 055 2TI 001 006 Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram. 055 2TI 001 007 Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir. 055 2TI 001 008 Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş. 055 2TI 001 009 Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, 055 2TI 001 010 indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi. 055 2TI 001 011 Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum. 055 2TI 001 012 Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir. 055 2TI 001 013 Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür. 055 2TI 001 014 Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla. 055 2TI 001 015 Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır. 055 2TI 001 016 Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı. 055 2TI 001 017 Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı. 055 2TI 001 018 Qoy Rəbb qiyamət günü ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən. 055 2TI 002 001 Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən. 055 2TI 002 002 Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et. 055 2TI 002 003 Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş. 055 2TI 002 004 Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar. 055 2TI 002 005 Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz. 055 2TI 002 006 Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir. 055 2TI 002 007 Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək. 055 2TI 002 008 Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla. 055 2TI 002 009 Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir. 055 2TI 002 010 Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm. 055 2TI 002 011 Bu söz etibarlıdır ki, «Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq; 055 2TI 002 012 Əgər dözəriksə, Onunla da birlikdə padşahlıq edəcəyik. Əgər Onu inkar etsək, O da bizi inkar edəcək. 055 2TI 002 013 Biz sadiq qalmasaq da, O sadiq qalacaq. Çünki Öz təbiətinə zidd davrana bilməz». 055 2TI 002 014 Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar. 055 2TI 002 015 Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış. 055 2TI 002 016 Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır. 055 2TI 002 017 Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır. 055 2TI 002 018 Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər. 055 2TI 002 019 Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın». 055 2TI 002 020 Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur. 055 2TI 002 021 Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq. 055 2TI 002 022 Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get. 055 2TI 002 023 Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən. 055 2TI 002 024 Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. 055 2TI 002 025 Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar, 055 2TI 002 026 ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar. 055 2TI 003 001 Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq. 055 2TI 003 002 Çünki insanlar xudbin, pulpərəst, təkəbbürlü, məğrur, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum, 055 2TI 003 003 şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni, 055 2TI 003 004 xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər. 055 2TI 003 005 Mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur. 055 2TI 003 006 Bunların arasında evlərə soxulub zəif iradəli qadınları əsir edən adamlar var. Belə qadınlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir, 055 2TI 003 007 daima öyrənir, amma həqiqəti heç zaman anlaya bilmirlər. 055 2TI 003 008 Yannis və Yambris Musaya necə zidd getdilərsə, bu adamlar da eləcə həqiqətə zidd gedirlər. Onlar düşüncələri pozğun, imanları sınaqdan keçməmiş insanlardır. 055 2TI 003 009 Amma daha irəli gedə bilməyəcəklər. Çünki Yannislə Yambrisin axmaqlığı kimi bunların da axmaqlığını hamı açıqca görəcək. 055 2TI 003 010 Sənsə mənim təlimimi, davranışımı, məqsədimi, imanımı, səbrimi, məhəbbətimi, dözümümü, 055 2TI 003 011 Antakyada, Konyada, Listrada başıma gələn təqibləri, çəkdiyim əzabları diqqətlə izlədin. Nə cür təqiblərə qatlandım! Amma Rəbb məni bunların hamısından xilas etdi. 055 2TI 003 012 Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq. 055 2TI 003 013 Amma pis adamlar və saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar. 055 2TI 003 014 Sənsə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunları kimlərdən öyrəndiyini bilirsən, 055 2TI 003 015 Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir. 055 2TI 003 016 Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır; 055 2TI 003 017 beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin. 055 2TI 004 001 Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki, 055 2TI 004 002 Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən. 055 2TI 004 003 Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar. 055 2TI 004 004 Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər. 055 2TI 004 005 Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et. 055 2TI 004 006 Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. 055 2TI 004 007 Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. 055 2TI 004 008 İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək. 055 2TI 004 009 Yanıma tez gəlməyə çalış. 055 2TI 004 010 Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. 055 2TI 004 011 Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir. 055 2TI 004 012 Tixiki isə Efesə göndərdim. 055 2TI 004 013 Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir. 055 2TI 004 014 Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək. 055 2TI 004 015 Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi. 055 2TI 004 016 Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın. 055 2TI 004 017 Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum. 055 2TI 004 018 Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin. 055 2TI 004 019 Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə. 055 2TI 004 020 Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum. 055 2TI 004 021 Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir. 055 2TI 004 022 Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun! # # BOOK 056 TIT Titus Titə 056 TIT 001 001 Allahın qulu və İsa Məsihin həvarisi, mən Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum. 056 TIT 001 002 Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi. 056 TIT 001 003 Xilaskarımız Allah Öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi. 056 TIT 001 004 Ümumi imana görə mənə əsl oğul olan Titə Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf və sülh olsun! 056 TIT 001 005 Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım. 056 TIT 001 006 Ağsaqqal seçilən şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır. 056 TIT 001 007 Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı, haqsız qazanca həris olmamalı, 056 TIT 001 008 əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim olmalıdır. 056 TIT 001 009 Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır. 056 TIT 001 010 Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var. 056 TIT 001 011 Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər. 056 TIT 001 012 Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludur». 056 TIT 001 013 Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun, 056 TIT 001 014 Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmrlərinə qulaq asmasınlar. 056 TIT 001 015 Paklar üçün hər şey pakdır, ləkəli imansızlar üçünsə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir. 056 TIT 001 016 Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itaətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar. 056 TIT 002 001 Sənsə sağlam təlimə uyğun olanı öyrət. 056 TIT 002 002 Yaşlı kişilər ayıq, ləyaqətli, ağıllı-kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar. 056 TIT 002 003 Yaşlı qadınlar da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək 056 TIT 002 004 tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər, 056 TIT 002 005 ağıllı-kamallı, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz. 056 TIT 002 006 Gənc oğlanlara da ağıllı-kamallı olmaq üçün nəsihət ver. 056 TIT 002 007 Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli olaraq 056 TIT 002 008 tənqid olunmaz sağlam sözlər danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib utansın. 056 TIT 002 009 Qulları başa sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, 056 TIT 002 010 oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər. 056 TIT 002 011 Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. 056 TIT 002 012 Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. 056 TIT 002 013 Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. 056 TIT 002 014 O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın. 056 TIT 002 015 Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin. 056 TIT 003 001 İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. 056 TIT 003 002 Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. 056 TIT 003 003 Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik. 056 TIT 003 004 Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman 056 TIT 003 005 bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. 056 TIT 003 006 Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, 056 TIT 003 007 Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. 056 TIT 003 008 Bu söz etibarlıdır. Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır. 056 TIT 003 009 Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. 056 TIT 003 010 Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. 056 TIT 003 011 Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir. 056 TIT 003 012 Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam. 056 TIT 003 013 Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın. 056 TIT 003 014 Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar. 056 TIT 003 015 Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun! # # BOOK 057 PHM Philemon Filimona 057 PHM 001 001 Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona, 057 PHM 001 002 bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam! 057 PHM 001 003 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! 057 PHM 001 004 Dualarımda səni yada salıram və Allaha daima şükür edirəm. 057 PHM 001 005 Çünki Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm. 057 PHM 001 006 Sən Məsihdə malik olduğumuz hər xeyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqda fəal olmağın üçün dua edirəm. 057 PHM 001 007 Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi. 057 PHM 001 008 Buna görə münasib olanı sənə buyurmağa Məsihdə böyük cəsarətim olsa da, 057 PHM 001 009 indi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarıram. 057 PHM 001 010 Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var. 057 PHM 001 011 O bir vaxtlar sənə yararsız idi, amma indi həm sənə, həm də mənə yararlıdır. 057 PHM 001 012 Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm. 057 PHM 001 013 Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim. 057 PHM 001 014 Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun. 057 PHM 001 015 Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, 057 PHM 001 016 artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır. 057 PHM 001 017 İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et. 057 PHM 001 018 Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz. 057 PHM 001 019 Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm. 057 PHM 001 020 Bəli, qardaş, Rəbdə mənə bir yardımın olsun. Ürəyimi Məsihdə təravətləndir. 057 PHM 001 021 İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən. 057 PHM 001 022 Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam. 057 PHM 001 023 Məsih İsada olub mənimlə birgə həbs olunan Epafra, 057 PHM 001 024 əməkdaşlarım Mark, Aristarx, Dima, Luka da sənə salam göndərir. 057 PHM 001 025 Rəbb İsa Məsihin lütfü sizin ruhunuza yar olsun! # # BOOK 058 HEB Hebrews Ibranilərə 058 HEB 001 001 Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. 058 HEB 001 002 Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. 058 HEB 001 003 Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. 058 HEB 001 004 Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu. 058 HEB 001 005 Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq» demişdir? 058 HEB 001 006 Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin». 058 HEB 001 007 Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə, Öz xidmətçilərini yanar oda döndərir!» 058 HEB 001 008 Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. 058 HEB 001 009 Salehliyi sevib qanunsuzluğa nifrət etmisən. Ona görə Allah, Sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox Səni məsh edib». 058 HEB 001 010 Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir! 058 HEB 001 011 Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, 058 HEB 001 012 Onları geyim kimi bükəcəksən, Onları paltar kimi dəyişdirəcəksən. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir». 058 HEB 001 013 Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur» demişdir? 058 HEB 001 014 Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi? 058 HEB 002 001 Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın. 058 HEB 002 002 Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə, 058 HEB 002 003 bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu. 058 HEB 002 004 Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi. 058 HEB 002 005 Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi. 058 HEB 002 006 Lakin kimsə bir yerdə belə şəhadət etdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən? 058 HEB 002 007 Onu mələklərdən az müddət ərzində aşağı tutdun, İzzət və əzəmət tacını onun başına qoydun. 058 HEB 002 008 Hər şeyi onun ayağının altına qoyub tabe etdin». Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük. 058 HEB 002 009 Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu. 058 HEB 002 010 Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi. 058 HEB 002 011 Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir: 058 HEB 002 012 «İsmini qardaşlarıma elan edəcəyəm, Toplantı arasında Sənə həmd söyləyəcəyəm». 058 HEB 002 013 Yenə də deyir: «Mən Ona güvənəcəyəm» və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar». 058 HEB 002 014 Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin 058 HEB 002 015 və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin. 058 HEB 002 016 Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər. 058 HEB 002 017 Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin. 058 HEB 002 018 Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər. 058 HEB 003 001 Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün. 058 HEB 003 002 İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı. 058 HEB 003 003 Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü. 058 HEB 003 004 Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır. 058 HEB 003 005 Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı. 058 HEB 003 006 Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik. 058 HEB 003 007 Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz, 058 HEB 003 008 Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın. 058 HEB 003 009 Orada atalarınız Məni sınadılar, Qırx il əməllərimi görərək Məni yoxladılar. 058 HEB 003 010 Buna görə o nəsildən zəhləm getdi. Dedim: “Onlar həmişə ürəklərində azır, Yollarımı tanımırlar”. 058 HEB 003 011 Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». 058 HEB 003 012 Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın. 058 HEB 003 013 Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın. 058 HEB 003 014 Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq. 058 HEB 003 015 Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın». 058 HEB 003 016 Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi? 058 HEB 003 017 Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi? 058 HEB 003 018 Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil? 058 HEB 003 019 Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər. 058 HEB 004 001 Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq. 058 HEB 004 002 Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar. 058 HEB 004 003 Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır. 058 HEB 004 004 Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi». 058 HEB 004 005 Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər». 058 HEB 004 006 Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər. 058 HEB 004 007 Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz inadkar olmasın». 058 HEB 004 008 Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı. 058 HEB 004 009 Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır. 058 HEB 004 010 Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi. 058 HEB 004 011 Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın. 058 HEB 004 012 Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir. 058 HEB 004 013 Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik. 058 HEB 004 014 Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq. 058 HEB 004 015 Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. 058 HEB 004 016 Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq. 058 HEB 005 001 İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir. 058 HEB 005 002 Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur. 058 HEB 005 003 Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir. 058 HEB 005 004 Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur. 058 HEB 005 005 Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» deyən Allah Onu izzətləndirdi. 058 HEB 005 006 Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən». 058 HEB 005 007 Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. 058 HEB 005 008 O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. 058 HEB 005 009 Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu 058 HEB 005 010 və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi. 058 HEB 005 011 Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir. 058 HEB 005 012 Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz. 058 HEB 005 013 Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir. 058 HEB 005 014 Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür. 058 HEB 006 001 Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini, 058 HEB 006 002 vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. 058 HEB 006 003 Allah izin verərsə, bunlara da əməl edəcəyik. 058 HEB 006 004 Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş, 058 HEB 006 005 Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda 058 HEB 006 006 imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər. 058 HEB 006 007 Dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir-bərəkət alır. 058 HEB 006 008 Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır. 058 HEB 006 009 Lakin, ey sevimlilər, biz bu cür danışsaq belə, əminik ki, vəziyyətiniz daha yaxşıdır və xilasa malik olursunuz. 058 HEB 006 010 Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun. 058 HEB 006 011 Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki, 058 HEB 006 012 siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz. 058 HEB 006 013 Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi: 058 HEB 006 014 «Sənə mütləq xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». 058 HEB 006 015 Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu. 058 HEB 006 016 İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur. 058 HEB 006 017 Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. 058 HEB 006 018 Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq. 058 HEB 006 019 Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. 058 HEB 006 020 İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu. 058 HEB 007 001 Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. 058 HEB 007 002 İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır. 058 HEB 007 003 O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır. 058 HEB 007 004 Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi. 058 HEB 007 005 Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər. 058 HEB 007 006 Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. 058 HEB 007 007 Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər. 058 HEB 007 008 Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır. 058 HEB 007 009 Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi. 058 HEB 007 010 Çünki Melkisedeq İbrahimin pişvazına çıxanda Levi hələ əcdadının belində idi. 058 HEB 007 011 Beləliklə, əgər kamillik Levililərin kahinliyi vasitəsilə əldə edilsəydi – çünki xalq bu kahinliyə əsasən Qanunu alıb – Harun vəzifəli deyil, Melkisedeq vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı? 058 HEB 007 012 Çünki kahinlik dəyişiləndə Qanunun da dəyişilməsinə ehtiyac var. 058 HEB 007 013 Haqqında bu sözlər deyilən Adam başqa bir qəbiləyə mənsubdur və bu qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir. 058 HEB 007 014 Axı Rəbbimizin Yəhuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi. 058 HEB 007 015 Melkisedeqə bənzər başqa bir Kahinin təyin edilməsi bunu daha da aydın göstərir. 058 HEB 007 016 O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu. 058 HEB 007 017 Çünki «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən» deyə şəhadət olunur. 058 HEB 007 018 Bundan əvvəlki əmr zəif və yararsız olduğuna görə ləğv olunur. 058 HEB 007 019 Çünki Qanun heç bir şeyi kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir. 058 HEB 007 020 Bu kahinlik isə andsız olmadı. O biri kahinlər andsız kahin oldu. 058 HEB 007 021 Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz: “Sən əbədi bir Kahinsən”» deyən Allah vasitəsilə andla kahin oldu. 058 HEB 007 022 Buna görə İsa daha yaxşı Əhdin zəmanətçisi oldu. 058 HEB 007 023 Bununla belə, həmin kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. 058 HEB 007 024 Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. 058 HEB 007 025 Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır. 058 HEB 007 026 Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun. 058 HEB 007 027 O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyil. Çünki Özünü qurban verməklə bunu birdəfəlik etdi. 058 HEB 007 028 Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi. 058 HEB 008 001 Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub. 058 HEB 008 002 O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir. 058 HEB 008 003 Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır. 058 HEB 008 004 Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var. 058 HEB 008 005 Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt». 058 HEB 008 006 Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu. 058 HEB 008 007 Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı. 058 HEB 008 008 Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: «Rəbb bəyan edir: “İsrail xalqı və Yəhuda xalqı ilə Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır. 058 HEB 008 009 Bu Əhd Atalarını Misir torpağından çıxartmaq üçün Əllərindən tutduğum gün Onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, Mən də onlardan üz döndərdim” Rəbb belə bəyan edir. 058 HEB 008 010 “O günlərdən sonra İsrail xalqı ilə Bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların zehinlərinə qoyub Ürəklərinə yazacağam. Mən onların Allahı, Onlar da Mənim xalqım olacaq. 058 HEB 008 011 Bir kəs öz həmvətənini yaxud qardaşını ‹Rəbbi tanı› deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. 058 HEB 008 012 Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam”». 058 HEB 008 013 Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur. 058 HEB 009 001 Birinci Əhdin də ibadət barəsindəki qaydaları və dünyəvi Müqəddəs məkanı var idi. 058 HEB 009 002 Bir çadır qurulmuşdu. Müqəddəs yer adlanan ilk bölmədə çıraqdan, masa və təqdis çörəkləri var idi. 058 HEB 009 003 İkinci pərdə arxasında isə Ən Müqəddəs yer adlanan bir bölmə var idi. 058 HEB 009 004 Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi. 058 HEB 009 005 Sandığın üzərində isə kəffarə qapağına kölgə salan izzətli keruvlar var idi. Lakin bunlar barəsində indi ətraflı danışa bilmirik. 058 HEB 009 006 Bu şeylər belə qurulduqdan sonra kahinlər həmişə çadırın ilk bölməsinə daxil olub ibadət aparırlar. 058 HEB 009 007 İkinci bölməsinə isə yalnız baş kahin daxil ola bilər. O da özü üçün və xalqın bilmədən işlətdiyi günahlar üçün orada təqdim etdiyi qurban qanı olmadan o yerə daxil ola bilməz. 058 HEB 009 008 Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır. 058 HEB 009 009 Bu çadır indiki vaxt üçün bir misaldır. Bu səbəbdən ibadət edənin vicdanını kamilləşdirə bilməyən təqdimlər və qurbanlar verilir. 058 HEB 009 010 Bunlar ancaq yemək, içmək və cürbəcür yuyunma tərzləri ilə, yəni hər şeyin nizama salınacağı vaxtadək qüvvədə olub cismani işlərə məxsus olan qaydalarla əlaqədardır. 058 HEB 009 011 Lakin Məsih indi gələn nemətlərin Baş Kahini olaraq gəldi. İnsan əli ilə qurulmayan, yəni bu yaradılışdan olmayan daha böyük və daha mükəmməl çadırdan keçib 058 HEB 009 012 təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. 058 HEB 009 013 Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, 058 HEB 009 014 deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək! 058 HEB 009 015 Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. 058 HEB 009 016 Bir vəsiyyətnamə varsa, vəsiyyət edənin ölümünü sübut etmək lazımdır. 058 HEB 009 017 Çünki vəsiyyətnamə yalnız ölümdən sonra qüvvəyə minir. Vəsiyyət edən sağ olanda vəsiyyətnamənin heç bir qüvvəsi yoxdur. 058 HEB 009 018 Bu səbəbə görə Birinci Əhd də qan axıdılmadan qüvvəyə minmədi. 058 HEB 009 019 Musa Qanunun hər əmrini bütün xalqın önündə bəyan edəndən sonra su, al rəngli yun və züfa otu ilə dana və təkələrin qanını götürüb həm kitabın özünə, həm də bütün xalqın üzərinə səpərək dedi: 058 HEB 009 020 «Budur Allahın sizə əmr etdiyi Əhdin qanı». 058 HEB 009 021 Eyni tərzdə çadır və bütün xidmət əşyalarının üzərinə qan səpdi. 058 HEB 009 022 Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur. 058 HEB 009 023 Beləliklə, göylərdəkilərin təsvirlərini bu qurbanlarla, göylərdəkiləri isə bunlardan daha yaxşı qurbanlarla təmizləmək lazım idi. 058 HEB 009 024 Məsih əsl Müqəddəs məkanın nümunəsi olub insan əli ilə qurulan Müqəddəs məkana deyil, göyün özünə daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun. 058 HEB 009 025 Baş kahin hər il özünün olmayan qanla Ən Müqəddəs yerə girər. Amma Məsih Özünü dəfələrlə təqdim etmək üçün göyə girmədi. 058 HEB 009 026 Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi. 058 HEB 009 027 Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, 058 HEB 009 028 eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək. 058 HEB 010 001 Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. 058 HEB 010 002 Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər. 058 HEB 010 003 Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır. 058 HEB 010 004 Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür. 058 HEB 010 005 Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, Amma Mənə bir bədən hazırladın. 058 HEB 010 006 Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. 058 HEB 010 007 O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”». 058 HEB 010 008 Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, Bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur. 058 HEB 010 009 Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir. 058 HEB 010 010 Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq. 058 HEB 010 011 Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. 058 HEB 010 012 Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. 058 HEB 010 013 O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. 058 HEB 010 014 Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi. 058 HEB 010 015 Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir: 058 HEB 010 016 «“O günlərdən sonra Onlarla bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların ürəyinə qoyub Zehinlərinə yazacağam”». 058 HEB 010 017 Sonra deyir: «Günahlarını və qanunsuzluqlarını yada salmayacağam». 058 HEB 010 018 Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur. 058 HEB 010 019 Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. 058 HEB 010 020 O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. 058 HEB 010 021 Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. 058 HEB 010 022 Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. 058 HEB 010 023 Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. 058 HEB 010 024 Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. 058 HEB 010 025 Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq. 058 HEB 010 026 Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. 058 HEB 010 027 Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. 058 HEB 010 028 Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. 058 HEB 010 029 Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? 058 HEB 010 030 Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm» və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək» deyəni tanıyırıq. 058 HEB 010 031 Var olan Allahın əlinə düşmək dəhşətdir! 058 HEB 010 032 Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz. 058 HEB 010 033 Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz. 058 HEB 010 034 Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz. 058 HEB 010 035 Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. 058 HEB 010 036 Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. 058 HEB 010 037 Çünki «Bir az müddətdən sonra Gələn gələcək, gecikməyəcək. 058 HEB 010 038 Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam». 058 HEB 010 039 Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq. 058 HEB 011 001 İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır. 058 HEB 011 002 Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar. 058 HEB 011 003 İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi. 058 HEB 011 004 İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır. 058 HEB 011 005 Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb. 058 HEB 011 006 İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir. 058 HEB 011 007 Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı. 058 HEB 011 008 İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı. 058 HEB 011 009 İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. 058 HEB 011 010 Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi. 058 HEB 011 011 Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı. 058 HEB 011 012 Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi. 058 HEB 011 013 Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər. 058 HEB 011 014 Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər. 058 HEB 011 015 Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı. 058 HEB 011 016 Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır. 058 HEB 011 017 İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. 058 HEB 011 018 Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. 058 HEB 011 019 O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı. 058 HEB 011 020 İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi. 058 HEB 011 021 Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi. 058 HEB 011 022 Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi. 058 HEB 011 023 Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar. 058 HEB 011 024 Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi. 058 HEB 011 025 Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu. 058 HEB 011 026 Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi. 058 HEB 011 027 İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı. 058 HEB 011 028 İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın. 058 HEB 011 029 İman vasitəsilə İsraillilər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma boğuldular. 058 HEB 011 030 İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı. 058 HEB 011 031 İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı. 058 HEB 011 032 Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz. 058 HEB 011 033 İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, 058 HEB 011 034 şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular. 058 HEB 011 035 Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina etdilər ki, dirilib daha yaxşı həyata nail olsunlar; 058 HEB 011 036 digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar; 058 HEB 011 037 onlar daşqalaq edildilər, mişarlanıb bölündülər, qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib-dolaşdılar, yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar. 058 HEB 011 038 Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər. 058 HEB 011 039 Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı. 058 HEB 011 040 Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın. 058 HEB 012 001 Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. 058 HEB 012 002 Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu. 058 HEB 012 003 Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz. 058 HEB 012 004 Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız. 058 HEB 012 005 Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətindən ruhdan düşmə. 058 HEB 012 006 Çünki Rəbb sevdiyini tərbiyələndirər, Qəbul etdiyi hər oğulu döyər». 058 HEB 012 007 Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin? 058 HEB 012 008 Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız. 058 HEB 012 009 Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi? 058 HEB 012 010 Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir. 058 HEB 012 011 Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir. 058 HEB 012 012 Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. 058 HEB 012 013 Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın. 058 HEB 012 014 Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək. 058 HEB 012 015 Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin. 058 HEB 012 016 Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı. 058 HEB 012 017 Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı. 058 HEB 012 018 Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya, 058 HEB 012 019 şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar. 058 HEB 012 020 Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər. 058 HEB 012 021 Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi. 058 HEB 012 022 Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə, 058 HEB 012 023 göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, 058 HEB 012 024 Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız. 058 HEB 012 025 Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir. 058 HEB 012 026 O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi «Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm» deyə vəd etmişdir. 058 HEB 012 027 «Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar. 058 HEB 012 028 Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək. 058 HEB 012 029 Çünki Allahımız yandırıb-yaxan alovdur. 058 HEB 013 001 Aranızda daimi qardaşlıq sevgisi olsun. 058 HEB 013 002 Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər. 058 HEB 013 003 Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz. 058 HEB 013 004 Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək. 058 HEB 013 005 Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». 058 HEB 013 006 Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?» 058 HEB 013 007 Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün. 058 HEB 013 008 İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir. 058 HEB 013 009 Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər. 058 HEB 013 010 Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur. 058 HEB 013 011 Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır. 058 HEB 013 012 Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. 058 HEB 013 013 Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək. 058 HEB 013 014 Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq. 058 HEB 013 015 Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək. 058 HEB 013 016 Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır. 058 HEB 013 017 Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz. 058 HEB 013 018 Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq. 058 HEB 013 019 Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm. 058 HEB 013 020 Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah 058 HEB 013 021 sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin. 058 HEB 013 022 Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım. 058 HEB 013 023 Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm. 058 HEB 013 024 Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər. 058 HEB 013 025 Hamınıza lütf olsun! # # BOOK 059 JAM James Yaqub 059 JAM 001 001 Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam! 059 JAM 001 002 Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. 059 JAM 001 003 Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. 059 JAM 001 004 Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın. 059 JAM 001 005 Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. 059 JAM 001 006 Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. 059 JAM 001 007 Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq. 059 JAM 001 008 O qərarsızdır, heç bir yolunda sabit deyil. 059 JAM 001 009 Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin, 059 JAM 001 010 varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. 059 JAM 001 011 Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq. 059 JAM 001 012 Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. 059 JAM 001 013 Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir. 059 JAM 001 014 Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir. 059 JAM 001 015 Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir. 059 JAM 001 016 Ey sevimli qardaşlarım, aldanmayın: 059 JAM 001 017 hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir. 059 JAM 001 018 O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq. 059 JAM 001 019 Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun. 059 JAM 001 020 Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir. 059 JAM 001 021 Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin. 059 JAM 001 022 Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. 059 JAM 001 023 Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir: 059 JAM 001 024 O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur. 059 JAM 001 025 Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır! 059 JAM 001 026 Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur. 059 JAM 001 027 Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq. 059 JAM 002 001 Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin. 059 JAM 002 002 Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə, 059 JAM 002 003 gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə, 059 JAM 002 004 öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı? 059 JAM 002 005 Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi? 059 JAM 002 006 Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi? 059 JAM 002 007 Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi? 059 JAM 002 008 Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz. 059 JAM 002 009 Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz. 059 JAM 002 010 Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur. 059 JAM 002 011 Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan. 059 JAM 002 012 Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın. 059 JAM 002 013 Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir. 059 JAM 002 014 Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi? 059 JAM 002 015 Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa 059 JAM 002 016 və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var? 059 JAM 002 017 İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür. 059 JAM 002 018 Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm. 059 JAM 002 019 Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər! 059 JAM 002 020 Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi? 059 JAM 002 021 Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı? 059 JAM 002 022 Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır. 059 JAM 002 023 Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı. 059 JAM 002 024 Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır. 059 JAM 002 025 Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı? 059 JAM 002 026 Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür. 059 JAM 003 001 Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın. 059 JAM 003 002 Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır. 059 JAM 003 003 Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk. 059 JAM 003 004 Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür. 059 JAM 003 005 Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır! 059 JAM 003 006 Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. 059 JAM 003 007 Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir. 059 JAM 003 008 Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur. 059 JAM 003 009 Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. 059 JAM 003 010 Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır. 059 JAM 003 011 Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı? 059 JAM 003 012 Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz. 059 JAM 003 013 Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin. 059 JAM 003 014 Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. 059 JAM 003 015 Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. 059 JAM 003 016 Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. 059 JAM 003 017 Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır. 059 JAM 003 018 Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir. 059 JAM 004 001 Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? 059 JAM 004 002 Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz. 059 JAM 004 003 Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. 059 JAM 004 004 Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər. 059 JAM 004 005 Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir? 059 JAM 004 006 Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər». 059 JAM 004 007 Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq. 059 JAM 004 008 Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! 059 JAM 004 009 Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! 059 JAM 004 010 Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq. 059 JAM 004 011 Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən. 059 JAM 004 012 Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən? 059 JAM 004 013 İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq». 059 JAM 004 014 Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır. 059 JAM 004 015 Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz. 059 JAM 004 016 İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir. 059 JAM 004 017 Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir. 059 JAM 005 001 İndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib ağlayın! 059 JAM 005 002 Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib. 059 JAM 005 003 Qızıl-gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız. 059 JAM 005 004 Bax zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb! 059 JAM 005 005 Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də özünüzü kökəldirsiniz! 059 JAM 005 006 Sizə müqavimət göstərməyən salehi məhkum edib öldürdünüz. 059 JAM 005 007 Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir. 059 JAM 005 008 Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır. 059 JAM 005 009 Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur! 059 JAM 005 010 Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün. 059 JAM 005 011 Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir. 059 JAM 005 012 Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir şeyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki, mühakiməyə düşməyəsiniz. 059 JAM 005 013 Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun. 059 JAM 005 014 Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. 059 JAM 005 015 İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq. 059 JAM 005 016 Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir. 059 JAM 005 017 İlyas təbiətcə bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı. 059 JAM 005 018 O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq da barını verdi. 059 JAM 005 019 Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu doğru yola qaytararsa, 059 JAM 005 020 qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər. # # BOOK 060 1PE 1 Peter 1 Peter 060 1PE 001 001 İsa Məsihin həvarisi mən Peterdən seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayəti və Bitinyaya yayılmış qəriblərə salam! 060 1PE 001 002 Ata Allahın qabaqcadan bilməsinə görə siz Ruh tərəfindən təqdis olunaraq İsa Məsihə itaət etməniz və Onun qanının üzərinizə səpilməsi üçün seçilmisiniz. Qoy lütf və sülh sizə bol-bol verilsin! 060 1PE 001 003 Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə, 060 1PE 001 004 çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır. 060 1PE 001 005 Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz. 060 1PE 001 006 Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; 060 1PE 001 007 belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. 060 1PE 001 008 Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz. 060 1PE 001 009 Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz. 060 1PE 001 010 Sizə göstəriləcək lütf barəsində əvvəlcədən xəbər verən peyğəmbərlər bu xilasa dair araşdırma və tədqiqatlar aparardı. 060 1PE 001 011 Onların daxilində olan Məsihin Ruhu Məsihin əzabları və onlardan sonrakı izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunların necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdırdılar. 060 1PE 001 012 Bu şeyləri elan edərək özlərinə deyil, sizə xidmət etdikləri onlara açıqca göstərildi. Müjdəni göydən göndərilmiş Müqəddəs Ruh vasitəsilə sizə yayanlar indi həmin xəbəri sizə bildirdilər. Mələklər də bu şeyləri yaxından tanımaq arzusundadırlar. 060 1PE 001 013 Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın. 060 1PE 001 014 İtaətkar uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın. 060 1PE 001 015 Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun, 060 1PE 001 016 necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm». 060 1PE 001 017 Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin. 060 1PE 001 018 Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, 060 1PE 001 019 qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız. 060 1PE 001 020 Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi. 060 1PE 001 021 Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə, imanınız və ümidiniz Allaha bağlıdır. 060 1PE 001 022 Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin. 060 1PE 001 023 Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz. 060 1PE 001 024 Ona görə ki «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Ot quruyar, çiçək tökülər, 060 1PE 001 025 Amma Rəbbin sözü əbədi qalar». Sizə vəz olunan Müjdə sözü budur. 060 1PE 002 001 Beləliklə, hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın. 060 1PE 002 002 Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. 060 1PE 002 003 Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. 060 1PE 002 004 İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq 060 1PE 002 005 özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz. 060 1PE 002 006 Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz». 060 1PE 002 007 Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub», 060 1PE 002 008 «büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur. 060 1PE 002 009 Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. 060 1PE 002 010 Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız. 060 1PE 002 011 Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz. 060 1PE 002 012 İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər. 060 1PE 002 013 İnsanın yaratdığı hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə padşaha, 060 1PE 002 014 həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun. 060 1PE 002 015 Çünki Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır. 060 1PE 002 016 Azad insanlar kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın. 060 1PE 002 017 Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin. 060 1PE 002 018 Ey xidmətçilər! Yalnız xeyirxah və mülayimlərə deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun. 060 1PE 002 019 Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir. 060 1PE 002 020 Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. 060 1PE 002 021 Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. 060 1PE 002 022 O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. 060 1PE 002 023 Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi. 060 1PE 002 024 O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. 060 1PE 002 025 Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz. 060 1PE 003 001 Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz. 060 1PE 003 003 Qoy sizin bəzəyiniz saçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər deyil, 060 1PE 003 004 gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir. 060 1PE 003 005 Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadınlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər. 060 1PE 003 006 Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz. 060 1PE 003 007 Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin. 060 1PE 003 008 Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun. 060 1PE 003 009 Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. 060 1PE 003 010 Çünki: «Kim həyatdan kam almaq, Xoş gün görmək istəyirsə, Qoy dilini şərdən, Ağzını hiylə danışmaqdan qorusun, 060 1PE 003 011 Qoy şərdən çəkinib yaxşılıq etsin, Qoy sülhü axtarıb ardınca getsin! 060 1PE 003 012 Çünki Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır. Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır». 060 1PE 003 013 Əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər? 060 1PE 003 014 Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin. 060 1PE 003 015 Lakin Məsihi Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun. 060 1PE 003 016 Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan utansınlar. 060 1PE 003 017 Əgər Allahın iradəsi budursa, yaxşılıq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşıdır. 060 1PE 003 018 Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur. 060 1PE 003 019 O ruhən gedib zindandakı ruhlara da vəz etdi. 060 1PE 003 020 Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı. 060 1PE 003 021 Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür. 060 1PE 003 022 İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir. 060 1PE 004 001 Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir. 060 1PE 004 002 Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır. 060 1PE 004 003 Siz keçmiş vaxtlarda imanlı olmayanların istəklərini yerinə yetirib həyatınızı əxlaqsızlıqla, ehtirasla, əyyaşlıqla, eyş-işrətlə, içib azğınlıq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər! 060 1PE 004 004 İmanlı olmayanlar onlarla birlikdə eyni cür pozğunluğa uymadığınıza görə təəccüb edir, sizə şər atırlar. 060 1PE 004 005 Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olan Allaha cavab verəcəklər. 060 1PE 004 006 Çünki bu səbəbə görə Müjdə ölülərə də yayıldı ki, cismən onlar bütün insanlar kimi mühakimə olunduğu halda, ruhən Allah kimi yaşasınlar. 060 1PE 004 007 Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun. 060 1PE 004 008 Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər». 060 1PE 004 009 Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin. 060 1PE 004 010 Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin. 060 1PE 004 011 Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin! 060 1PE 004 012 Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. 060 1PE 004 013 Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz. 060 1PE 004 014 Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır. 060 1PE 004 015 Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. 060 1PE 004 016 Amma bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin. 060 1PE 004 017 Çünki mühakimənin Allahın ev xalqından başlandığı vaxt gəlir. Əgər mühakimə əvvəl bizdən başlanarsa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq? 060 1PE 004 018 Əgər saleh belə, çətinliklə xilas olursa, bəs allahsız və günahkar necə olacaq? 060 1PE 004 019 Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər. 060 1PE 005 001 Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram, 060 1PE 005 002 Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. 060 1PE 005 003 Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun. 060 1PE 005 004 Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız. 060 1PE 005 005 Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər». 060 1PE 005 006 Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. 060 1PE 005 007 Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır. 060 1PE 005 008 Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. 060 1PE 005 009 Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər. 060 1PE 005 010 Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. 060 1PE 005 011 Qüdrət əbədi olaraq Onun olsun! Amin. 060 1PE 005 012 Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın. 060 1PE 005 013 Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır. 060 1PE 005 014 Bir-birinizi məhəbbətlə öpərək salamlayın. Məsihdə olan hamınıza sülh olsun! # # BOOK 061 2PE 2 Peter 2 Peter 061 2PE 001 001 İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahımız və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam! 061 2PE 001 002 Allahı və Rəbbimiz İsanı tanıdıqca lütf və sülh sizə bol-bol verilsin! 061 2PE 001 003 Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. 061 2PE 001 004 Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız. 061 2PE 001 005 Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, 061 2PE 001 006 biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, 061 2PE 001 007 möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. 061 2PE 001 008 Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. 061 2PE 001 009 Bunlar kimdə yoxdursa, o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur. 061 2PE 001 010 Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. 061 2PE 001 011 Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək. 061 2PE 001 012 Ona görə də bunları bilsəniz və sahib olduğunuz həqiqətlə möhkəm dursanız da, daima bunları sizə xatırladıram. 061 2PE 001 013 Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm. 061 2PE 001 014 Çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımın yaxın olduğunu bilirəm. 061 2PE 001 015 Buna görə də çalışıram ki, mən bu dünyadan köçdükdən sonra da siz bunları həmişə yada salasınız. 061 2PE 001 016 Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq. 061 2PE 001 017 Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi. 061 2PE 001 018 Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik. 061 2PE 001 019 Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. 061 2PE 001 020 Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. 061 2PE 001 021 Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi. 061 2PE 002 001 Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək. 061 2PE 002 002 Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək. 061 2PE 002 003 Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır. 061 2PE 002 004 Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı. 061 2PE 002 005 O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı. 061 2PE 002 006 O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi. 061 2PE 002 007 Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı. 061 2PE 002 008 Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi. 061 2PE 002 009 Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir. 061 2PE 002 010 O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar. 061 2PE 002 011 Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz. 061 2PE 002 012 Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atırlar. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər. 061 2PE 002 013 Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizinlə yeyib-içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alırlar. 061 2PE 002 014 Onların gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsız insanları yoldan çıxarırlar. Ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır. 061 2PE 002 015 Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. 061 2PE 002 016 Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi. 061 2PE 002 017 Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır. 061 2PE 002 018 Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar. 061 2PE 002 019 Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar. 061 2PE 002 020 Rəbbimiz və Xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar. 061 2PE 002 021 Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı. 061 2PE 002 022 Bu doğru məsəllərdə deyilənlər onların öz başına gəldi: «İt öz qusuntusuna qayıdar» və «çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar». 061 2PE 003 001 Sevimlilər, indi bu mənim sizə yazdığım ikinci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağınızı xatırladaraq sizi oyaq edirəm. 061 2PE 003 002 Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiyi sözləri və Xilaskarımız Rəbbin həvariləriniz vasitəsilə verdiyi əmri yada salmalısınız. 061 2PE 003 003 Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axır zamanda öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə 061 2PE 003 004 deyəcəklər: «Rəbbin vəd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır». 061 2PE 003 005 Onlar qəsdən unutmuşlar ki, Allahın kəlamı ilə göylər qədimdən bəri mövcuddur, quru da sudan ayrılaraq su vasitəsilə yarandı. 061 2PE 003 006 Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu. 061 2PE 003 007 İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. 061 2PE 003 008 Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir. 061 2PE 003 009 Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. 061 2PE 003 010 Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq. 061 2PE 003 011 Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. 061 2PE 003 012 Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. 061 2PE 003 013 Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. 061 2PE 003 014 Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin. 061 2PE 003 015 Sevimli qardaşımız Paulun da ona bəxş edilmiş müdrikliklə sizə yazdığı kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayın. 061 2PE 003 016 Paul bütün məktublarında bu mövzulara eyni cür toxunur. Məktublarında çətin başa düşülən bəzi işlər var; cahillər və qərarsızlar digər Müqəddəs Yazılar kimi bunların da mənasını təhrif edərək öz həlaklarına səbəb olurlar. 061 2PE 003 017 Beləliklə, siz, ey sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən ayrılmayasınız deyə özünüzü qoruyun. 061 2PE 003 018 Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin. # # BOOK 062 1JO 1 John 1 Yəhya 062 1JO 001 001 Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik. 062 1JO 001 002 Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. 062 1JO 001 003 Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir. 062 1JO 001 004 Biz bunları yazırıq ki, sevincimiz kamil olsun. 062 1JO 001 005 Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur. 062 1JO 001 006 Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik. 062 1JO 001 007 Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir. 062 1JO 001 008 Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. 062 1JO 001 009 Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. 062 1JO 001 010 Əgər günahkar olmadığımızı iddia ediriksə, onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur. 062 1JO 002 001 Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir. 062 1JO 002 002 O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır. 062 1JO 002 003 Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik. 062 1JO 002 004 Kim «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur. 062 1JO 002 005 Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq. 062 1JO 002 006 Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir. 062 1JO 002 007 Sevimlilər, sizə yeni əmr yazmıram, əvvəldən bəri malik olduğunuz qədim bir əmri yazıram; qədim əmr isə eşitdiyiniz sözdür. 062 1JO 002 008 Yenə də sizə yeni bir əmr yazıram; bunun həqiqi olduğu Məsihdə və sizdə görünür. Çünki qaranlıq keçir və həqiqi nur artıq parlayır. 062 1JO 002 009 Kim nurda olduğunu deyir, amma qardaşına nifrət edirsə, hələ də qaranlıqdadır. 062 1JO 002 010 Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi yoxdur. 062 1JO 002 011 Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib. 062 1JO 002 012 Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb. 062 1JO 002 013 Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz. 062 1JO 002 014 Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz. 062 1JO 002 015 Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. 062 1JO 002 016 Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir. 062 1JO 002 017 Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır. 062 1JO 002 018 Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır. 062 1JO 002 019 Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın. 062 1JO 002 020 Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz. 062 1JO 002 021 Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur. 062 1JO 002 022 Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır. 062 1JO 002 023 Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir. 062 1JO 002 024 Sizin əvvəldən bəri eşitdiyiniz söz qoy sizdə qalsın. Əgər əvvəldən bəri eşitdiyiniz söz sizdə qalsa, siz də Oğul və Atada qalarsınız. 062 1JO 002 025 Onun bizə verdiyi vəd budur: əbədi həyat! 062 1JO 002 026 Bunları sizi aldatmaq istəyənlər barəsində yazıram. 062 1JO 002 027 Sizə gəlincə, Ondan aldığınız məsh daxilinizdə qalır və kimsənin sizə təlim verməsinə ehtiyacınız yoxdur. Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın. 062 1JO 002 028 Beləliklə, ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, Onun zühuru zamanı önündə utanmayaq. 062 1JO 002 029 Əgər Onun saleh olduğunu bilirsinizsə, həm də bilin ki, saleh iş görən hər kəs Ondan doğulub. 062 1JO 003 001 Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də tanımır. 062 1JO 003 002 Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. 062 1JO 003 003 Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir. 062 1JO 003 004 Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır. 062 1JO 003 005 Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur. 062 1JO 003 006 Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən hər kəs nə Onu görüb, nə də Onu tanıyır. 062 1JO 003 007 Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir. 062 1JO 003 008 Günahını davam etdirən şəxs iblisdəndir, çünki iblis başlanğıcdan bəri günah edir. Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın. 062 1JO 003 009 Allahdan doğulan hər kəs günahını davam etdirməz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirə bilməz, çünki Allahdan doğulub. 062 1JO 003 010 Kimin Allahın övladı, kiminsə iblisin övladı olması bundan aydın olur: saleh iş görməyən, həmçinin qardaşını sevməyən hər kəs Allahdan deyil. 062 1JO 003 011 Əvvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək. 062 1JO 003 012 Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi. 062 1JO 003 013 Beləliklə, qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin. 062 1JO 003 014 Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır. 062 1JO 003 015 Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil. 062 1JO 003 016 Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik. 062 1JO 003 017 Əgər kimsə dünya malına sahib olarkən qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah məhəbbəti onda necə qala bilər? 062 1JO 003 018 Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək. 062 1JO 003 019 Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir. 062 1JO 003 021 Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik 062 1JO 003 022 və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük. 062 1JO 003 023 Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək. 062 1JO 003 024 Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır. Onun bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik. 062 1JO 004 001 Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. 062 1JO 004 002 Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, 062 1JO 004 003 İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır. 062 1JO 004 004 Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür. 062 1JO 004 005 Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır. 062 1JO 004 006 Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq. 062 1JO 004 007 Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. 062 1JO 004 008 Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. 062 1JO 004 009 Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. 062 1JO 004 010 Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. 062 1JO 004 011 Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. 062 1JO 004 012 Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur. 062 1JO 004 013 Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib. 062 1JO 004 014 Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi. 062 1JO 004 015 Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. 062 1JO 004 016 Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar. 062 1JO 004 017 Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. 062 1JO 004 018 Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil. 062 1JO 004 019 Biz sevirik, çünki öncə O bizi sevdi. 062 1JO 004 020 Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz. 062 1JO 004 021 Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin. 062 1JO 005 001 İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir. 062 1JO 005 002 Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik. 062 1JO 005 003 Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil. 062 1JO 005 004 Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. 062 1JO 005 005 Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan! 062 1JO 005 006 Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir. 062 1JO 005 007 Bəli, üç şahid var: 062 1JO 005 008 Ruh, su və qan. Bunların üçü də bir-birinə uyğun gəlir. 062 1JO 005 009 Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib. 062 1JO 005 010 Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb. 062 1JO 005 011 Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. 062 1JO 005 012 Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur. 062 1JO 005 013 Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz. 062 1JO 005 014 Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir. 062 1JO 005 015 Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq. 062 1JO 005 016 Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin. 062 1JO 005 017 Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var. 062 1JO 005 018 Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir. 062 1JO 005 019 Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır. 062 1JO 005 020 Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur. 062 1JO 005 021 Ey övladlar, özünüzü bütlərdən qoruyun! # # BOOK 063 2JO 2 John 2 Yəhya 063 2JO 001 001 Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam! Yalnız mən deyil, həqiqəti dərk edənlərin hamısı sizi sevir. 063 2JO 001 002 Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq. 063 2JO 001 003 Ata Allahdan və Atanın Oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizimlə olacaq. 063 2JO 001 004 Sənin övladlarının arasında Atadan aldığımız əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim. 063 2JO 001 005 Ey xanım, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir. 063 2JO 001 006 Məhəbbət Atanın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz. 063 2JO 001 007 Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır. 063 2JO 001 008 Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib tam mükafatı əldə edəsiniz. 063 2JO 001 009 Həddi aşıb Məsihin təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadiq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir. 063 2JO 001 010 Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul etməyin və onunla salamlaşmayın. 063 2JO 001 011 Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur. 063 2JO 001 012 Sizə yazılası çox sözüm var, amma bunları kağız və mürəkkəblə bildirmək istəmədim. Lakin ümid edirəm ki, özüm yanınıza gəlib sizinlə üz-üzə söhbət edim və beləcə sevincimiz tamam olsun. 063 2JO 001 013 Sənin seçilmiş bacının övladları sənə salam göndərir. # # BOOK 064 3JO 3 John 3 Yəhya 064 3JO 001 001 Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam! 064 3JO 001 002 Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan. 064 3JO 001 003 Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlılığına, yəni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim. 064 3JO 001 004 Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz. 064 3JO 001 005 Ey sevimli, sənə hətta yad olduqları halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən. 064 3JO 001 006 Onlar cəmiyyətin qarşısında sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onları Allaha layiq bir tərzdə yola salarkən yaxşı iş görəcəksən. 064 3JO 001 007 Çünki onlar imansız olanlardan heç nə götürmədən Onun naminə yola çıxdılar. 064 3JO 001 008 Beləcə biz həqiqət işində həmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq. 064 3JO 001 009 Cəmiyyətə bir şey yazdım, amma onların arasında başçılıq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanımır. 064 3JO 001 010 Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağlı məsələ qaldıracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşları özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onları cəmiyyətdən qovur. 064 3JO 001 011 Ey sevimli, pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır, pislik edənsə Allahı görməyib. 064 3JO 001 012 Hamı Dimitrinin yaxşı adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz etibarlıdır. 064 3JO 001 013 Sənə yazılası çox sözüm var, amma bunları sənə qələm və mürəkkəblə yazmaq istəmirəm. 064 3JO 001 014 Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm. 064 3JO 001 015 Sənə sülh olsun. Dostlar sənə salam göndərir. Oradakı dostlara bir-bir salam söylə. # # BOOK 065 JUD Jude Yəhuda 065 JUD 001 001 İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi, İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam! 065 JUD 001 002 Mərhəmət, sülh və məhəbbət sizə bol-bol verilsin! 065 JUD 001 003 Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim. 065 JUD 001 004 Çünki Allahımızın lütfünü pozğunluq üçün bəhanələrə çevirən, yeganə Pərvərdigarı – Rəbbimiz İsa Məsihi inkar edən bəzi allahsız adamlar gizlicə aranıza girdilər. Onların mühakiməyə uğrayacaqları çoxdan yazılmışdır. 065 JUD 001 005 Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən xilas edən Rəbb sonra iman etməyənləri məhv etdi. 065 JUD 001 006 Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. 065 JUD 001 007 Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu. 065 JUD 001 008 Eyni şəkildə aranıza girən bu röyagörənlər də öz cismini murdar edir, ağalığı rədd edir, ehtişamlı varlıqlara şər atırlar. 065 JUD 001 009 Hətta baş mələk Mikael də Musanın cəsədi barəsində iblisin əleyhinə çıxıb ona şər söyləyərək hökm verməyə cəsarət etmədi, ancaq «Qoy Rəbb sənə qadağan etsin!» dedi. 065 JUD 001 010 Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar. Onlar dərrakəsiz heyvanlar kimi qeyri-iradi surətdə nə anlayırlarsa, bunlarla məhv olurlar. 065 JUD 001 011 Vay onların halına! Çünki onlar Qabilin yolu ilə getdilər. Qazanca görə özlərini Bilamın yalanına düçar etdilər. Qorah kimi üsyan qaldırdıqları üçün həlak oldular. 065 JUD 001 012 Belə adamlar sizin məhəbbət süfrələrinizi ləkələyirlər. Onlar sizinlə birlikdə yeyib-içərək qorxmadan özlərini bəsləyirlər. Bunlar küləklərin tərpətdiyi susuz buludlardır. Payızda meyvə vermədiyi üçün kökündən qoparılmış və iki dəfə ölmüş ağaclardır. 065 JUD 001 013 Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. 065 JUD 001 014 Adəmlə birlikdə yeddinci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik edərək demişdir: «Budur, Rəbb saysız-hesabsız müqəddəs mələkləri ilə gəldi ki, 065 JUD 001 015 hamını mühakimə etsin və Allaha qarşı gördükləri allahsız işlər və allahsız günahkarların Özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum etsin». 065 JUD 001 016 Bu adamlar deyinərək öz talelərindən gileylənirlər. Onlar öz ehtiraslarına uyğun hərəkət edirlər. Ağızlarından lovğa sözlər çıxır və öz xeyirlərinə görə yaltaqlanırlar. 065 JUD 001 017 Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. 065 JUD 001 018 Onlar sizə dedilər: «Axır zamanda öz allahsız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq». 065 JUD 001 019 Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, Ruha malik olmayan insanlardır. 065 JUD 001 020 Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin. 065 JUD 001 021 Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. 065 JUD 001 022 Şübhə edən adamlara qarşı mərhəmətli olun; 065 JUD 001 023 başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin. 065 JUD 001 024 Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan 065 JUD 001 025 Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin. # # BOOK 066 REV Revelation Vəhy 066 REV 001 001 Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi. 066 REV 001 002 Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi. 066 REV 001 003 Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır. 066 REV 001 004 Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək 066 REV 001 006 bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin. 066 REV 001 007 Budur, O, buludlarla gəlir! Hər göz Onu görəcək, Hətta Onun bədənini deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün ah-nalə edəcək. Bəli, belə olacaq. Amin. 066 REV 001 008 Var Olan, Var Olmuş və Gəlməli Olan, Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!» 066 REV 001 009 Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim. 066 REV 001 010 Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim: 066 REV 001 011 «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər». 066 REV 001 012 Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm. 066 REV 001 013 Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi. 066 REV 001 014 Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi; 066 REV 001 015 ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi. 066 REV 001 016 O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi. 066 REV 001 017 Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, 066 REV 001 018 Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. 066 REV 001 019 Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz. 066 REV 001 020 Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir. 066 REV 002 001 Efesdə olan cəmiyyətin mələyinə yaz: Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: 066 REV 002 002 sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. 066 REV 002 003 Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın. 066 REV 002 004 Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. 066 REV 002 005 Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm. 066 REV 002 006 Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm. 066 REV 002 007 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm. 066 REV 002 008 İzmirdə olan cəmiyyətin mələyinə yaz: Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: 066 REV 002 009 sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. 066 REV 002 010 Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm. 066 REV 002 011 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək. 066 REV 002 012 Berqamada olan cəmiyyətin mələyinə yaz: İkiağızlı iti qılıncı Olan belə deyir: 066 REV 002 013 gör harada, Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin. 066 REV 002 014 Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın. 066 REV 002 015 Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. 066 REV 002 016 Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm. 066 REV 002 017 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir. 066 REV 002 018 Tiatirada olan cəmiyyətin mələyinə yaz: Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: 066 REV 002 019 sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur. 066 REV 002 020 Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. 066 REV 002 021 Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. 066 REV 002 022 Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. 066 REV 002 023 Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm. 066 REV 002 024 Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram; 066 REV 002 025 ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. 066 REV 002 026 Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm. 066 REV 002 027 “Dəmir əsa ilə onlara ağalıq edəcək, Saxsı qablar kimi onları çilik-çilik edəcək”. 066 REV 002 028 Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. 066 REV 002 029 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. 066 REV 003 001 Sardda olan cəmiyyətin mələyinə yaz: Allahın yeddi ruhuna və yeddi ulduza malik Olan belə deyir: sənin əməllərindən xəbərdaram. Adın var ki, guya dirisən, əslində isə ölüsən. 066 REV 003 002 Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. 066 REV 003 003 Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən. 066 REV 003 004 Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər. 066 REV 003 005 Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm. 066 REV 003 006 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. 066 REV 003 007 Filadelfiyada olan cəmiyyətin mələyinə yaz: Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir: 066 REV 003 008 sənin əməllərindən xəbərdaram. Bax Mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmisən. 066 REV 003 009 İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər. 066 REV 003 010 Dözüm göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam. 066 REV 003 011 Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin. 066 REV 003 012 Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam. 066 REV 003 013 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. 066 REV 003 014 Laodikeyada olan cəmiyyətin mələyinə yaz: Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir: 066 REV 003 015 sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın! 066 REV 003 016 İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. 066 REV 003 017 Çünki deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kor və çılpaqsan. 066 REV 003 018 Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan. 066 REV 003 019 Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et. 066 REV 003 020 Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik. 066 REV 003 021 Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam. 066 REV 003 022 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir». 066 REV 004 001 Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm». 066 REV 004 002 Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub. 066 REV 004 003 Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. 066 REV 004 004 Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. 066 REV 004 005 Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur. 066 REV 004 006 Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi. 066 REV 004 007 Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. 066 REV 004 008 Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan, Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!» 066 REV 004 009 Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə 066 REV 004 010 iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: 066 REV 004 011 «Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı». 066 REV 005 001 Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi. 066 REV 005 002 Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?» 066 REV 005 003 Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. 066 REV 005 004 Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. 066 REV 005 005 Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü aça bilir». 066 REV 005 006 Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın yeddi ruhudur. 066 REV 005 007 Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü. 066 REV 005 008 O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. 066 REV 005 009 Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: «Sən tumarı götürüb Onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın. 066 REV 005 010 Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək». 066 REV 005 011 Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim. 066 REV 005 012 Onlar uca səslə deyirdi: «Kəsilmiş Quzu Qüdrəti, sərvəti, hikməti, qüvvəti, Şərəfi, izzəti və alqışı Almağa layiqdir». 066 REV 005 013 Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq Alqış, şərəf, izzət və qüdrət olsun!» 066 REV 005 014 Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər. 066 REV 006 001 Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini eşitdim. 066 REV 006 002 Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın. 066 REV 006 003 Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini eşitdim. 066 REV 006 004 Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi. 066 REV 006 005 Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var. 066 REV 006 006 Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma». 066 REV 006 007 Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim. 066 REV 006 008 Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar. 066 REV 006 009 Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. 066 REV 006 010 Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» 066 REV 006 011 Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar. 066 REV 006 012 Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu. 066 REV 006 013 Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü. 066 REV 006 014 Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi. 066 REV 006 015 Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib 066 REV 006 016 dağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin. 066 REV 006 017 Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?» 066 REV 007 001 Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin. 066 REV 007 002 Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi: 066 REV 007 003 «Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın». 066 REV 007 004 Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi: 066 REV 007 005 Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər; Ruven qəbiləsindən 12 000 nəfər; Qad qəbiləsindən 12 000 nəfər; 066 REV 007 006 Aşer qəbiləsindən 12 000 nəfər; Naftali qəbiləsindən 12 000 nəfər; Menaşşe qəbiləsindən 12 000 nəfər; 066 REV 007 007 Şimeon qəbiləsindən 12 000 nəfər; Levi qəbiləsindən 12 000 nəfər; İssakar qəbiləsindən 12 000 nəfər; 066 REV 007 008 Zevulun qəbiləsindən 12 000 nəfər; Yusif qəbiləsindən 12 000 nəfər; Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər. 066 REV 007 009 Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. 066 REV 007 010 Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!» 066 REV 007 011 Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər: 066 REV 007 012 «Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!» 066 REV 007 013 Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?» 066 REV 007 014 Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar. 066 REV 007 015 Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq. 066 REV 007 016 Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq. 066 REV 007 017 Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək». 066 REV 008 001 Quzu yeddinci möhürü açanda göydə təxminən yarım saat sükut yarandı. 066 REV 008 002 Onda mən Allahın önündə dayanan yeddi mələyi gördüm. Onlara yeddi şeypur verildi. 066 REV 008 003 Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin. 066 REV 008 004 Buxurun tüstüsü müqəddəslərin duaları ilə birgə mələyin əlindən Allahın önünə yüksəldi. 066 REV 008 005 Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi. 066 REV 008 006 Yeddi şeypuru olan yeddi mələk onları çalmağa hazırlaşdı. 066 REV 008 007 Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı. 066 REV 008 008 İkinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü. 066 REV 008 009 Dənizdə olan canlı məxluqların üçdə biri öldü. Gəmilərin də üçdə biri məhv oldu. 066 REV 008 010 Üçüncü mələk şeypurunu çaldı. Onda göydən məşəl kimi yanan böyük bir ulduz enib çayların üçdə birinin və su qaynaqlarının üstünə düşdü. 066 REV 008 011 O ulduzun adına «Yovşan» deyilir. Suların üçdə biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu. 066 REV 008 012 Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı. 066 REV 008 013 Onda göyün ortasında uçan bir qartal gördüm və onun uca səslə belə dediyini eşitdim: «Şeypurlarını çalacaq o biri üç mələyin şeypur səslərindən yer üzündə yaşayanların vay, vay, vay halına!» 066 REV 009 001 Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. 066 REV 009 002 O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. 066 REV 009 003 Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi. 066 REV 009 004 Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar. 066 REV 009 005 Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir. 066 REV 009 006 O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq. 066 REV 009 007 Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi. 066 REV 009 008 Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi. 066 REV 009 009 Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi. 066 REV 009 010 Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər. 066 REV 009 011 Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi. 066 REV 009 012 Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir. 066 REV 009 013 Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim. 066 REV 009 014 Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax». 066 REV 009 015 Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün. 066 REV 009 016 Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim. 066 REV 009 017 Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı. 066 REV 009 018 Bu üç bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu. 066 REV 009 019 Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar. 066 REV 009 020 Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər. 066 REV 009 021 Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər. 066 REV 010 001 Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi. 066 REV 010 002 Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu. 066 REV 010 003 Aslan nəriltisinə bənzər uca səslə nida etdi. O nida edəndə yeddi göy gurultusu öz səsi ilə danışdı. 066 REV 010 004 Yeddi göy gurultusu danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim: «Yeddi göy gurultusunun söylədiklərini möhürlü saxla, onları yazma». 066 REV 010 005 Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb 066 REV 010 006 əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək, 066 REV 010 007 amma yeddinci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti, qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək». 066 REV 010 008 Göydən eşitdiyim səs yenə də mənimlə danışıb belə dedi: «Get, dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür». 066 REV 010 009 Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi: «Onu götür, ye. O sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq». 066 REV 010 010 Mən tumarı mələyin əlindən götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu. 066 REV 010 011 Mənə belə də deyildi: «Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən». 066 REV 011 001 Mənə əsaya oxşayan bir qamış verildi və mənə deyildi: «Qalx Allahın məbədini, qurbangahı ölç və orada səcdə edənləri say. 066 REV 011 002 Amma məbədin bayır həyətini nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək. 066 REV 011 003 Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin min iki yüz altmış gün ərzində peyğəmbərlik etsinlər». 066 REV 011 004 Bunlar yer üzünün Sahibinin önündə dayanan iki zeytun ağacı və iki çıraqdandır. 066 REV 011 005 Əgər kimsə onlara zərər vurmaq istəsə, ağızlarından od çıxıb düşmənlərini yandırıb-yaxır. Beləcə onlara zərər vurmaq istəyən hər kəs bu cür öldürülməlidir. 066 REV 011 006 Onların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var. 066 REV 011 007 Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. 066 REV 011 008 Cəsədləri onların Rəbbinin də çarmıxa çəkildiyi böyük şəhərin baş küçəsinə səriləcək; həmin şəhər rəmzi olaraq Sodom və Misir adlanır. 066 REV 011 009 Müxtəlif xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və qəbirə qoyulmasına yol verməyəcəklər. 066 REV 011 010 Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi. 066 REV 011 011 Lakin həmin üç gün yarım bitəndə Allahdan gələn həyat nəfəsi onların içinə girdi və onlar ayağa qalxdı. Onda onları görənlərin canına böyük qorxu düşdü. 066 REV 011 012 O iki peyğəmbər göydən onlara «Bura qalxın!» deyən uca bir səs eşitdilər və buludun içində göyə qalxdılar. Düşmənləri də onlara baxdı. 066 REV 011 013 O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər. 066 REV 011 014 İkinci bəla ötüb keçdi. Budur, tezliklə üçüncü bəla gəlir. 066 REV 011 015 Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!» 066 REV 011 016 Onda Allahın önündə öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allaha səcdə edərək 066 REV 011 017 dedi: «Ey Var Olan, Var Olmuş Külli-İxtiyar Rəbb Allah, Sənə şükür edirik! Çünki Öz böyük qüdrətini alıb Padşahlıq taxtına çıxdın. 066 REV 011 018 Millətlər qəzəbləndi, Sənin də qəzəbinin vaxtı gəldi. Ölüləri mühakimə etmək, Sənin qulların olan Peyğəmbərlərə, müqəddəslərə, Sənin adından qorxanlara, Kiçiklərə və böyüklərə mükafat vermək, Yer üzünü məhv edənləri Məhv etmək vaxtı çatdı». 066 REV 011 019 Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi. 066 REV 012 001 Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü. 066 REV 012 002 O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı. 066 REV 012 003 Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü. 066 REV 012 004 Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun. 066 REV 012 005 Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü. 066 REV 012 006 Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var. 066 REV 012 007 Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, 066 REV 012 008 amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. 066 REV 012 009 O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı. 066 REV 012 010 Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı. 066 REV 012 011 Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər. 066 REV 012 012 Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb». 066 REV 012 013 Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü. 066 REV 012 014 Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin. 066 REV 012 015 İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın. 066 REV 012 016 Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı. 066 REV 012 017 Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmrlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi 066 REV 012 018 və dəniz sahilinin qumları üzərində dayandı. 066 REV 013 001 Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı. 066 REV 013 002 Gördüyüm vəhşi heyvan bəbirə oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Əjdaha ona öz gücünü, taxtını və böyük səlahiyyət verdi. 066 REV 013 003 Vəhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrət içində vəhşi heyvanın ardınca getdi. 066 REV 013 004 Əjdahaya səcdə etdilər, çünki vəhşi heyvana səlahiyyət verən o idi. Həmçinin vəhşi heyvana səcdə edib dedilər: «Kim bu vəhşi heyvana tay olar və onunla döyüşə bilər?» 066 REV 013 005 Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi. 066 REV 013 006 O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin. 066 REV 013 007 Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi. 066 REV 013 008 Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək. 066 REV 013 009 Kimin qulağı var, qoy eşitsin. 066 REV 013 010 Kim əsir olmalıdırsa, Əsirliyə gedir, Kim qılıncla öldürülməlidirsə, Qılıncla öldürülür. Gərək müqəddəslərin dözümü və imanı olsun. 066 REV 013 011 Mən yerdən çıxan başqa bir vəhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma əjdaha kimi danışırdı. 066 REV 013 012 O, birinci vəhşi heyvanın bütün səlahiyyətini onun önündə icra edir, yer üzünü və orada yaşayanları ölümcül yarasından sağalan həmin vəhşi heyvana səcdə etməyə məcbur edir. 066 REV 013 013 İkinci vəhşi heyvan böyük əlamətlər göstərir, hətta insanların önündə göydən yerə od yağdırır. 066 REV 013 014 Birinci vəhşi heyvanın önündə göstərilməsinə izin verilmiş əlamətlərlə yer üzündə yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan həmin vəhşi heyvanın surətini yaratsınlar. 066 REV 013 015 Ona həmin vəhşi heyvanın surətinə nəfəs vermək qüdrəti verildi ki, bu surət də danışsın və ona səcdə etməyən hər kəsin öldürülməsini əmr etsin. 066 REV 013 016 İkinci vəhşi heyvan hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın. 066 REV 013 017 Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir. 066 REV 013 018 Bu işdə müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vəhşi heyvana məxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır. 066 REV 014 001 Mən gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdə 144 000 nəfər var idi. Onların alnında Quzunun adı və Onun Atasının adı yazılmışdı. 066 REV 014 002 Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi. 066 REV 014 003 Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi. 066 REV 014 004 Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da Onun ardınca gedir. Onlar Allah və Quzu üçün nübar olaraq insanlar arasından satın alındı. 066 REV 014 005 Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir. 066 REV 014 006 Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. 066 REV 014 007 Mələk uca səslə deyirdi: «Allahdan qorxun, Ona izzət verin! Çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını Yaradana səcdə edin!» 066 REV 014 008 İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi». 066 REV 014 009 Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, 066 REV 014 010 o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək. 066 REV 014 011 Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq». 066 REV 014 012 Allahın əmrlərinə riayət edən və İsaya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun. 066 REV 014 013 Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir». 066 REV 014 014 Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi. 066 REV 014 015 Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi». 066 REV 014 016 Onda buludun üstündə Oturan Öz orağını yer üzünə saldı və yer üzü biçildi. 066 REV 014 017 Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti oraq var idi. 066 REV 014 018 Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib». 066 REV 014 019 Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı. 066 REV 014 020 Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı. 066 REV 015 001 Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı. 066 REV 015 002 Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub. 066 REV 015 003 Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah, Sənin işlərin böyük və heyrətlidir. Ey millətlərin Padşahı, Sənin yolların ədalətli və həqiqidir. 066 REV 015 004 Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən. Bütün millətlər gəlib Sənin önündə səcdə edəcək, Çünki Sənin ədalətli hökmlərin aşkar oldu». 066 REV 015 005 Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı 066 REV 015 006 və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı. 066 REV 015 007 Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. 066 REV 015 008 Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi. 066 REV 016 001 Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim. 066 REV 016 002 Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi. 066 REV 016 003 İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu. 066 REV 016 004 Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü. 066 REV 016 005 Onda mən sular mələyinin belə dediyini eşitdim: «Ey Var Olan, Var Olmuş, Müqəddəs Olan, Sən ədalətlisən ki, belə hökm çıxartdın. 066 REV 016 006 Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdir». 066 REV 016 007 Qurbangahdan gələn bir səs də eşitdim: «Bəli, ey Külli-İxtiyar Rəbb Allah, Sənin hökmlərin həqiqi və ədalətlidir». 066 REV 016 008 Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi. 066 REV 016 009 Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər. 066 REV 016 010 Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar 066 REV 016 011 və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər. 066 REV 016 012 Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın. 066 REV 016 013 Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır. 066 REV 016 014 Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. 066 REV 016 015 Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!» 066 REV 016 016 Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı. 066 REV 016 017 Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi. 066 REV 016 018 Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı. 066 REV 016 019 Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin. 066 REV 016 020 Bütün adalar aradan qalxdı və dağlar yox oldu. 066 REV 016 021 Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi. 066 REV 017 001 Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: «Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim. 066 REV 017 002 Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular». 066 REV 017 003 O məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub. 066 REV 017 004 Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi. 066 REV 017 005 Alnında isə bu sirli ad yazılmışdı: «Yer üzünün fahişələrinin və iyrəncliklərinin anası olan böyük Babil». 066 REV 017 006 Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsaya şəhadət edənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim. 066 REV 017 007 Onda mələk mənə dedi: «Nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam. 066 REV 017 008 Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. 066 REV 017 009 Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır. 066 REV 017 010 Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır. 066 REV 017 011 Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir. 066 REV 017 012 Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər. 066 REV 017 013 Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər. 066 REV 017 014 Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir». 066 REV 017 015 Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir. 066 REV 017 016 Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq. 066 REV 017 017 Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər, həmfikir olub Onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər. 066 REV 017 018 Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir». 066 REV 018 001 Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. 066 REV 018 002 O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu. 066 REV 018 003 Çünki bütün millətlər O qadının coşğun əxlaqsızlıq şərabından içdi. Yer üzünün padşahları Onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı». 066 REV 018 004 Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki, Onun günahlarına şərik olmayasınız, Onun uğrayacağı bəlalara düçar olmayasınız. 066 REV 018 005 Çünki onun günahları qalaqlanıb göyə çatdı, Allah onun haqsız işlərini yada saldı. 066 REV 018 006 O nə etdisə, Siz də əvəzində ona belə edin. Əməllərinin əvəzini ona ikiqat verin. Tökdüyü kasadakı şərabın İkiqatını töküb ona verin. 066 REV 018 007 Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”. 066 REV 018 008 Buna görə də bir günün içində Onun üstünə bəlalar gələcək, Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir». 066 REV 018 009 Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. 066 REV 018 010 Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı». 066 REV 018 011 Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – 066 REV 018 012 qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; 066 REV 018 013 darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. 066 REV 018 014 Onlar deyirlər: «Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı, Bütün cah-calallı malların yox oldu. Heç kəs onları bir daha tapmayacaq». 066 REV 018 015 Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər: 066 REV 018 016 «Vay, vay halına, İncə kətan, tünd qırmızı, al rəngli Parçalardan paltar geyən, Qızıl, qiymətli daşlar və mirvarilərlə Bəzənən böyük şəhər! 066 REV 018 017 Çünki bu qədər var-dövlət Bir saat içində viran oldu». Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq 066 REV 018 018 onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» 066 REV 018 019 Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına, Dənizdə gəmisi olanların hamısının Oranın çox qiymətli malları ilə Varlandığı böyük şəhər! Çünki bir saat içində viran oldun». 066 REV 018 020 Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi. 066 REV 018 021 Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də Belə zorakılıqla yıxılacaq, Bir daha görünməyəcək. 066 REV 018 022 Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək. 066 REV 018 023 Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı. 066 REV 018 024 Peyğəmbərlərin, müqəddəslərin və Yer üzündə kəsilənlərin hamısının qanı O şəhərdə üzə çıxdı». 066 REV 019 001 Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi: «Halleluya! Xilas, izzət və qüdrət Allahımıza məxsusdur! 066 REV 019 002 Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı». 066 REV 019 003 Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir». 066 REV 019 004 Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi: «Amin! Halleluya!» 066 REV 019 005 Taxtdan da belə bir səs gəldi: «Ey Onun bütün qulları, Böyükdən kiçiyə qədər Ondan qorxanlar, Allahımızı mədh edin!» 066 REV 019 006 Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: «Halleluya! Çünki Külli-İxtiyar Rəbb Allahımız Padşahlıq taxtına çıxdı! 066 REV 019 007 Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb; 066 REV 019 008 Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir. 066 REV 019 009 Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir». 066 REV 019 010 Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir». 066 REV 019 011 Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. 066 REV 019 012 Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. 066 REV 019 013 O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. 066 REV 019 014 Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. 066 REV 019 015 Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. 066 REV 019 016 Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası». 066 REV 019 017 Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, 066 REV 019 018 padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz». 066 REV 019 019 Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. 066 REV 019 020 Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. 066 REV 019 021 Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu. 066 REV 020 001 Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi. 066 REV 020 002 O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi. 066 REV 020 003 Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. 066 REV 020 004 Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi. 066 REV 020 005 Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi. 066 REV 020 006 Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək. 066 REV 020 007 Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək. 066 REV 020 008 Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu aldadıb döyüşə toplasın; onların sayı dəniz qumu qədər çoxdur. 066 REV 020 009 Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı. 066 REV 020 010 Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək. 066 REV 020 011 Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı. 066 REV 020 012 Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. 066 REV 020 013 Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. 066 REV 020 014 Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. 066 REV 020 015 Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı. 066 REV 021 001 Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. 066 REV 021 002 Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. 066 REV 021 003 Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. 066 REV 021 004 Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi». 066 REV 021 005 Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». 066 REV 021 006 O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. 066 REV 021 007 Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”. 066 REV 021 008 Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür». 066 REV 021 009 Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». 066 REV 021 010 O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi. 066 REV 021 011 Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı. 066 REV 021 012 Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. 066 REV 021 013 Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. 066 REV 021 014 Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi. 066 REV 021 015 Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. 066 REV 021 016 Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi. 066 REV 021 017 O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi. 066 REV 021 018 Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. 066 REV 021 019 Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, 066 REV 021 020 beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. 066 REV 021 021 On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi. 066 REV 021 022 Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. 066 REV 021 023 Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 066 REV 021 024 Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək. 066 REV 021 025 Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. 066 REV 021 026 Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. 066 REV 021 027 Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək. 066 REV 022 001 Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır 066 REV 022 002 və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür. 066 REV 022 003 Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. 066 REV 022 004 Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. 066 REV 022 005 Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək. 066 REV 022 006 Mələk mənə dedi: «Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərib ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin». 066 REV 022 007 İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!» 066 REV 022 008 Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm. 066 REV 022 009 Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et». 066 REV 022 010 Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır. 066 REV 022 011 Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun». 066 REV 022 012 İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. 066 REV 022 013 Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!» 066 REV 022 014 Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər. 066 REV 022 015 İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib danışan hər kəssə kənarda qalacaq. 066 REV 022 016 Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam». 066 REV 022 017 Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. 066 REV 022 018 Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq; 066 REV 022 019 kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək. 066 REV 022 020 Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa! 066 REV 022 021 Rəbb İsanın lütfü hamıya yar olsun! Amin.